Əsas » Məqalə » Azərbaycan ədəbiyyatı

Rzayev Anar-2-ci cild-5
<< 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 >>

    -Sürəyya:
    -Yox, yox, nə danışırsınız, - dedi, - ayıbdır.
    -Sürəyya boşalmış fincanlar, mürəbbə qabları düzülmüş süfrəni yığışdırmağa başladı.
    -Alyagilə özün zəng eləsən yaxşıdır, - dedi. – Murtuzun xasiyyətini bilirsən ki. Mən zəng eləsəm şestinə dəyər.
    -Nemət dəstəyi götürüb zəng elədi.
    -Murtuz Balayeviç, - dedi,- çox xahiş edirik sabah Alya xanımla birlikdə bizə təşrif buyurasınız. Saat üç üçün. Elə-belə, özümüz... Yox, heç bir münasibəti-zadı yoxdur. Öz canımçün düz deyirəm. Vallah, yox. "İşə düşmədik! Xeyr a, gərək anket dolduram". - Əşi, yox, Karmenin yaşı apreldədir. Cildanınkı noyabrda, Nərgizinki mayda, Sürəyyanınkı da maydadır. Mənimki? Mənimki heç bilirəm ki... Hər halda lap yəqin sabah mənim yaşım deyil... Aha... Di sağ olun.
    -Murtuz Karmenlə Cildanın atası Əsədin cəbhə dostu idi:  Bəlkə elə buna görə Nemətlə heç ulduzu barışmırdı. Nemət yazıq ona hər cür ehtiram göstərirdi. Necə olsa böyük bacanaq idi. Nemətdən də, Cabbardan da neçə yaş böyük idi. Özü də çox zəhmli adam idi. Lap, "ağır oturub batman gələnlərdən idi". Boy-buxun, bazburut, maşallah! Çal saçlar. İstefaya çıxmış polkovnik Murtuz Murtuzov. Orden-medallarının hamısını taxanda sinəsində iynə sancmağa yer qalmazdı. Zövcəsi də özü kimi boylu-buxunlu, gözəl arvad idi. Firəngiz adlı bir qızları və Spartak adlı bir oğulları var idi.
    -Nemət:
    -Yaxşı, mən gedim yatım,- dedi, - sabah tezdən duracam. Mənzər dəhlizdən içəri boylandı:
    -Hələ yatmamısınız ki? Siz allah bağışlayın ha. Mürşüdlə spor eləmişik. Deyir orda Bikə xalanın səsi yoxdur. Qurban olum, Nemət qardaş, qoy ona bir də qulaq asım, özüm öz qulağımla.
    -Nemət maqnitofonu qurdu:
    -Qurtaranda bu düyməni basın, - dedi.
    -Özü o biri otağa keçdi. Öz səsini eşitdi.
    -Hə, bir şey deyin.
    -Soyunub yerinə girdi. Əliylə çarpayısının yanında divara vurulmuş xəritəni sığalladı. Barmaqlarını qoyduqca qaranlıqda Qazaxıstandakı yer adlarını yada salırdı. Qaratal, Ağsuat, Ayaquz... Səhra, çöllər, alaçıqlar... O yerləri təsəvvüründə canlandırmağa çalışdı. Yavaş-yavaş xumarlandı. Yuxu aramla onu öz girdabına, bataqlığına çəkib apardı. Alaoyaq halda o biri otaqdan öz səsini eşitdi:
    -Bir də mən görsəm ki…
    -Sonra sükut və qaranlıq qovuşub qapandı... Birinci Dadaş gəldi. Düzdür, Mürşüdgil ondan qabaq gəlmişdi. Ancaq daha onlar qonşu idi, onlar heç. Dadaş həmişə məclisə tək gələrdi. Nədənsə arvadını adam içinə çıxarmazdı.
    -Qiyamət evin var ki, - dedi, - elə bu pəncərə nəyə desən dəyər. Axar baxarı qiyamətdir.
    -Nemətlə pəncərənin qarşısında dayanıb şəhəri seyr edirdilər.
    -Nemət izahat verirdi:
    -Odur Qız qalasının təpəsi görünür. Sağ tərəfə baxın.
    -Dənizdən beləsinə. Aha, o, Nizami muzeyidir. Yox, kino bu tərəfdədir. Bax belə, barmağımın tuşuyla baxın.
    -Mürşüd:
    -Dadaş Mamedoviç, - dedi Nemət onu Dadaşla on dəqiqə bundan qabaq tanış etmişdi. Ancaq Mürşüd artıq Dadaşın atasının adını bilirdi, ümumiyyətlə, Mürşüdün ata adlarına xüsusi hafizəsi vardı. Az çox üzdə olan adamların hamısının atasının adını bilirdi.
    -Dadaşın eşitmədiyini görüb bir az ucadan təkrar etdi:
    -Dadaş Mamedoviç, eşitdiz də, Xosrov Teyyuboviçi keçirtdilər Azprodsovetə. Mürşüdün başqa bir keyfiyyəti inzibati dairələrdəki dəyişiklikləri əvvəlcədən yerli-yataqlı bilməsi idi.
    -Dadaş bir an maddım-maddım Mürşüdə baxdı.
    -Xosrov Teyyuboviç kimdir? - deyə soruşdu.
    -Amma Mürşüd ondan da artıq məəttəl qalmışdı.
    -Xosrov Teyyuboviçi tanımırsınız? Qaçayev Xosrov
    -Teyyuboviçi də. Bir vaxtlar Şamaxıda prokuror işləyirdi, sonar keçirtdilər Maştağıya ispolkom. Bu saat deyim sizə, yaxın olsun tanıyasınız. Qardaşı Əsgər Süleymanov maarif nazirliyində işləyir. Əsgər Teyyuboviç. Doğma qardaşdırlar, amma familləri ayrıdır. Tanıdınız indi?
    -Hə, hə, qara Əsgərin qardaşıdır?
    -Mürşüd irişdi:
    -Düzdür, düzdür. Qara Əsgər də deyirlər ona, hə, Xosrov
    -Teyyuboviç onun doğma qardaşıdır. Amma araları, deyəsən, bir az sərindir.
    -Dadaş:
    -Qardaşını tanımıram, - dedi, - ancaq qara Əsgər cüvəllağının, badalağın biridir. -Bir vaxt Qlavlitdə işləyirdi.
    -Xaqaninin qəzəlini buraxmırdı ki, necə yəni Tgəlməsən yandırram bütün dünyanıU. Biz bəyəm podjiqatel voynı - zadıq?
    -Mürşüd yenə irişdi:
    -Lap düz deyirsiniz, lap düz.
    -Mürşüd hündürboylu idi. Ancaq bir balaca rütbəli adam görən kimi elə bil zahirən də kiçilir, cürübbəzləşirdi. Nemət düşündü ki, yaltaqlıq çox pis şeydir, ancaq uzun-hoqqar adamın yaltaqlığı lap dəhşətdir. Zəng çalındı. Cabbarla Tahirə gəldilər. Murtuzgil ən azı bir saat gecikəcəkdir. Bir saat onların gecikmək reqlamenti idi. Qapı açılanda mətbəxdən otağa iy doldu. Mürşüd Dadaşa baxdı, hırıldadı və ləzzətlə əlini-əlinə sürtüb:
    -Deyirəm plovu nimçələrə çəkək, - dedi. - Daha gələn olmaz.
    -Dadaş aciz-aciz gülümsündü. Hələ Mürşüd yumorunun çəmini tapa bilməmişdi.
    -Mənzər:
    -Eh, ay kişi, nə plov-plov salmısan, - dedi. – Plova çağırmayıblar ki, səni.
    -Nemət düşündü ki, bir az nalayiq çıxır. Dadaş elə bilər ki, əsas qonaq o deyil, Murtuzgildir. Ona görə də hamı yığışıb onları gözləyir...
    -Dadaş doğrudan da, deyəsən, darıxırdı. Deyəsən, Mürşüdün inzibati dəyişikliklər söhbəti onu çox da maraqlandırmamışdı. Bəlkə də o belə məlumatları daha yüksək dairələrdən alır və ancaq özünə tay bildiyi adamlarla müzakirə edirdi. Nemət kişinin başını qatmaq məqsədiylə:
    -Dadaş müəllim, - dedi, - maqnitofon almışıq.
    -Səslərimizi yazmışıq. Qulaq asmaq meyliniz var?
    -Hə, nə olar...
    -Nemət düyməni basdı.
    -Hə bir şey deyin.
    -Tanış sözlər, cümlələr, gülüşlər, çoxdan bələd olduğun yolun mənzərələri kimi ötüb gedirdi…
    -…-Demək, mən demək istə...
    -…-Alyagildə də bundan var...
    -…-Ne qovori...
    -…-Bir də mən görsəm ki...
    -Dadaş:
    -Yaxşıdır, - dedi, - çox maraqlıdır.
    -Qapı döyüldü. Alya, Murtuz və uşaqları gəldilər.
    -Bikə xala:
    -Bu saat gətirərəm, - dedi. - Keçin oturun.
    -Dadaşla Murtuz tanış oldular.
    -Murtuz:
    -Maqnitofon almısınız? - deyə soruşdu:
    -Tahirə:
    -Bir qiyamət sözlər yazıblar. ki, - dedi. - Nemət, qur da, Alyagil də qulaq assın.
    -Nemət: "İlahi, sən saxla", - deyə düşündü.
    -Bu saat, - dedi, düyməni basdı.
    -Öz səsi eşidildi. Sürəyyanın səsi. Birdən yadına düşdü ki, lentdə yasaq bir söz var: "Murzik" kəlməsi. Saxlamaq olmazdı, gecdi. Yerini yada salmağa çalışdı. Deməli, Bikə xala Murtuzgilin maqnitofonunu tərifləyir, onda Karmen deyir: Murzik. Yaxşı, Bikə xala bəyəm bir yerdə tərifləyir, elə kəlmə başı deyir də...
    -Elə bu an Karmenin səsi eşidildi:
    -Çuvixa v vostorqe ot maqnitofona...
    -Nemət var səsiylə:
    -Murtuz Balayeviç, - deyə çağırdı, - sabah futbola baxırıq da.
    -Sürəyya təəccüblə ərinə baxdı.
    -Daha niyə qışqırırsan?
    -Nemət fikirləşdi ki, səbəbini bilsən, sən məndən bərk çığırardın, səsi maqnitofondan eşidildi:
    -Nərgiz, qızım-quzum...
    -Rahat nəfəs aldı. Qıl körpüsünü salamat keçmişdilər. Heç kəs bir şey duymadı, başa düşmədi, eşitmədi.
    -Murtuz:
    -Bəs necə ki,- dedi; - mütləq.
    -Alyayla Tahirə nə barədəsə pıç-pıç edirdilər. Ancaq Alyanın ayrı-ayrı cümlələri Nemətin qulağına çatırdı:
    -Az, ağrım onun ürəyinə, az, bir ağız-burun bəhəm eləyib gəl görəsən... Gədəni girinc eləyib.
    -Nemət söhbətin kimdən getdiyini dəqiq bilmirdisə də, başa düşürdü ki, Alya xanım yenə Spartakın növbəti eşq-məhəbbət macərasından danışır. 24 yaşlı Spartak əhli-kef oğlanlardan idi, yaxşı gəzib, dolanıb, yeyib-içən cayıl idi. Atasının "mən ölümsən ölüylə" bildir birtəhər medinstitutu qurtardı. Vay o xəstənin halına ki, pənahını Spartaka gətirə! Spartakın bütün fikri-zikri gününü xoş keçirmək idi. Arvadları qalstuk kimi dəyişirdi.
    -Murtuz oğlunun bu cəhətinə gizli bir ata qüruruyla göz yumar, daxilində fərəhlənərdi. "Ot kökü üstə bitər, mən də cavan olanda arvadlardan qaçıb qurtara bilmirdim". Alya üzdə Spartakın sərgüzəştlərindən guya bərk narazı idi. Telefonla Spartaka zəng eləyən-saysız-hesabsız, "cananlara" kobud cavab verib, dəstəyi asardı. Ancaq Nemət bilirdi ki, daxildə o da, Murtuzun ordenləriylə, Firəngizin gözəlliyi, əlaçıqlığı, isməti və məsumluğuyla fəxr etdiyi kimi, Spartakın erkək şöhrətiylə də qürurlanır.
    -Alya xanım özündən də xeyli bədgüman idi. Danışığında qəribə bir təzad vardı. Gah Murtuzun adından-sanından, yüksək dairələrdə hörmətindən, ailələrinin səadətindən danışırdı, gah da xırda bir şey üstündə bəxtindən şikayətlənərdi: "Ey, ay Sürəyya, vallah, hərdən deyirəm neynirdim bu gözəlliyi, bu ağlı, bu fiquranı? Bundansa allah mənə bir bəxt verəydi".
    -Otağın o başında Mürşüd Murtuza bərk girişmişdi. Mürşüdün bayaq Dadaşla tutmayan söhbəti indi Murtuzun canına görə yağı kimi yayılırdı.
    -Bildiz də, Murtuz Balayeviç, Mahmud İsrafiloviçi zamministr qoydular.
    -Sən nə danışırsan? Bəs onun yerinə kimi qoydular?
    -Turab Qurbanoviçi.
    -Yox əşi? Bəs Turabın yerinə?
    -Turab Qurbanoviçin yerinə Zakir Zülfüqaroviçi qoyublar.
    -Zakir Zülfüqaroviçin yerinə də elə Mahmud İsrafiloviç gəlib.
    -Keçəl Həsən, Həsən keçəl?
    -Necə? - deyə Mürşüd irişdi, - lap düz deyirsiniz. Bir balaca dəyiş-düyüş olub. Yerlərini dəyişiblər.
    -İnzibati dəyişikliklər Murtuzun da azarı idi. Özü də həmişə bu dəyişikliklərdən narazı qalardı. "Filan yerə filankəsi qoydular. Pah atonnan, gör dünyanın nə yeridir! Əşi, heç belə şey olmamışdı..."
    -Onu da qeyd etmək lazımdır ki, istefaya çıxmış polkovnikin mənsəb ehtirasları heç də sönməmişdi.
    -Sürəyya:
    -Buyurun süfrənin başına, - dedi.
    -Nemət başını sındırırdı. "Yaxşı, əsas mən Dadaşı çağırmışam. Birinci dəfədir bizə gəlib. Amma di gəl ilk badəni Murtuzun yox, onun sağlığına qaldırsaq, Murtuz Balayeviç mısmırığını sallayacaq. Alya xanımın qaşqabağı yernən gedəcək, Sürəyya pörtəcək, mənim də günüm qaralacaq. Amma o tərəfdən də..."
    -Birdən çıxış yolu tapdı. Dahiyanə çıxış yolu... Caboş demişkən: qəşəng.
Badəsinə çaxır töküb ayağa qalxdı:
    -Mən təklif edirəm, - dedi, - ilk badəni içək tamadanın sağlığına. Murtuz Balayeviçin sağlığına. Onun ailəsinin sağlığına. Arzu edək ki, bu xudmani məclisimizə əsl sərkərdə kimi rəhbərlik eləsin. Gülüşdülər.
    -Nemət: "Bu belə, - deyə düşündü. - Göz dəyməsin, bu bəla da sovuşdu".
    -Nemət Murtuzgilin inciməsindən yaman qorxurdu. Özü də ən pis o idi ki, Murtuzun nədən, haçan və nə səbəbə inciməsini fələk özü də gəlsə təyin edə bilməzdi. Görürsən adi bir söz, bir zarafat elə böyük bir incikliyə, kinə-ədavətə səbəb olurdu ki, Alyagilin ailəsi aylarla küsü saxlayır, Bikə xala isə evin içində Nemətin gününü göy əsgiyə bürüyürdü. Əsəd rəhmətə gedəndən bəri Bikə xalanın ən istəkli, ən əziz kürəkəni Murtuz olmuşdu. Eyni zamanda o, Nemət üçün göz dağı idi. Bəli, belə bir fövqəladə (yəni elə tez-tez olurdu ki, bir fövqəladəliyi də qalmamışdı) hadisə baş verən kimi Bikə xala başlayırdı: "Qızım sənə deyirəm, kürəkənim sən eşit" prinsipiylə görürsən Nemətin qulağının dibində Sürəyyayla danışırdı: "Getmişdim bu gün Alyagilə, Murtuzun qanı yaman qaradır, deyir, Bikə, nə ədəb qalıb, nə ərkan, dünənin lüməyi görürsən elə söz deyir, qalırsan baxa-baxa, nə böyük tanıyan var, nə kiçik. Saçasaqqala hörmət eləyən kimdir? Elə tutuquşu kimi bir-iki söz əzbərləyib, üç-dörd kitab oxuyurlar, elə bilirlər dünyada bunlardan alim adam yoxdur. Deyir, qoyaydılar onları mənim ixtiyarıma, verəydim əllərinə lapatkanı, di qaz bu yeri, görüm necə qazırsan tranşey, bu səninçün kitab oxumaq deyil, arvad kimi kağız-kuğazla əlləşib cızmaqara eləmək də deyil". Bu söhbətlər onunla nəticələnirdi ki, Sürəyyanın təkidiylə Nemət bahalı konyaklardan bir şüşə alıb, yanında da bir qutu şokolad konfeti, gedirdi Murtuzgilə, oturub içir, barışırdılar. Murtuzun səsi Neməti fikirlərindən ayırdı:
    -Etimadınıza görə təşəkkür edirəm. - Nemət fikirləşdi ki, elə bil seçicilərlə görüşdə nitq irad eləyir. - Mən hərbi adamam, - boğazını arıtladı, - boş-boş danışmağı sevmirəm. Hər şeydən əvvəl nizam-intizam, rus demişkən, dissiplina prevışe vseqo. Kimə söz versəm, gərək, artıq-əskik söz danışmadan, durub, söz danışsın. Vəssalam.
    -Nemətə elə gəldi ki, nitqini "əmri icra edin. Gedə bilərsiniz" sözləriylə qurtaracaq. Amma Murtuz "vəssalam" kəlməsindən sonra qıvraq bir hərəkətlə stula çökdü. Bir an Nemət düşündü ki, xudanəkərdə, əsgər olaydı, özü də Murtuz Balayeviçin əsgəri. Aman allah. Adama qan uddurardı. Səhərdən axşamacan şaqqama günün altında o baş-bu başa qovardı: addımla marş! Raz, dva! Raz, dva! 
    -Mürşüd:
    -Müəllim, - dedi, - Murtuz Balayeviç. Müsaidə etsəydiniz... Bir-iki kəlmə... hi, hi, hi...
    -Murtuz ötkəm səslə:
    -Edirəm, - dedi. - Danış, görüm nə deyirsən?
    -Mürşüd Molla Nəsrəddindən başladı. Nemət nə qədər cəhd edirdisə də, diqqətini toplaya bilmirdi. Beynindən nə qədər çıxarmaq istəyirdisə, bu yaxınlarda aldığı gözlənilməz bir məlumatı unuda bilmirdi. İki-üç həftə bundan qabaq Sürəyya böyük bir sirr kimi Nemətə xəbər verdi ki, Alyanın dediyinə görə, Murtuz Balayeviç şerlə beş pərdəlik bir pyes yazıb. Babək üsyanı haqqında. Bu xəbəri alanda Nemət qarnını tutub uzun müddət sakit ola bilmədi.
    -Sürəyya tutulan kimi oldu: 
    -"Başa düşmürəm, burda gülməli nə var?" - dedi. Nemət boğula-boğula: "Murtuz Balayeviç, pyes yazıb... şerlə" – dedi və qəşş edəcək hala düşdü. İndi də bu məlumatı yada salıb pıqqıldayıb gülməkdən özünü güclə saxlayırdı. Xoşbəxtlikdən Mürşüd Molla Nəsrəddin əhvalatını danışıb qurtardı, hamı gülüşdü və Nemət fürsətdən istifadə edib ürəkdən bir qəhqəhə çəkdi. Onun bu boyat lətifəyə belə bərk gülməsi deyəsən Murşüdün özünü də təəccübləndirdi. Mürşüd bir an dayanıb sözünə davam elədi:
    -Hə, indi zarafat bir yana qalsın, birinci dəfədir ki, Dadaş Mamedoviçlə bir məclisdəyik, amma necə deyərlər, ürəkdən ürəyə yollar görünür. Yəni, Dadaş Mamedoviçi çoxdan tanıyırdım. Nemətdən onun haqqında çox eşitmişdim, bilirdim ki, bizim bu qonşu qağanı alıb qanadının altına. Amma Dadaş Mamedoviç, onu deyim ki, yəni özünüz də məndən yaxşı bilirsiniz bizim bu Nemət ayrı oğlandır, sizin xətrinizi mən bilirəm necə istəyir. Bir Dadaş Mamedoviç deyəndə beş eşidir, sizdən danışanda, vallah, ağzına çullu dovşan sığmır. Deyir, Mürşüd, sən hələ o kişini tanımırsan, belə deməknən qurtaran deyil e, gərək Dadaş Mamedoviçlə özün oturub-durasan ki, bu adamın necə adam olduğunu dərk eləyə biləsən lazımınca. Elə bil onunçün deyiblər ki, çelovek - eto zvuçit qordo.
    -Nemət fikirləşdi ki, görəsən bu büllur qrafinin qiyməti neçədir? Görəsən Sürəyyaya söz versə ki, lap bu qrafinin cüt ekizindən tapıb alar, onda bu stolun üstündəki qrafini Mürşüdün başına vurmaq olarmı? Yox, içindəki çaxır süfrəyə tökülər, qiyamət qopar. Ağ süfrədən çaxır ləkəsi getmir, gərək üstünə dərhal duz səpəsən. Amma onda da tamam təmizlənmir. Bəs persol necə? Görəsən persol ləkəni tamam aparırmı?
    -Mürşüdün uzaqlaşmış səsi yenə yaxınlaşdı: -Hə, onu deyirəm axı, mən Dadaş Mamedoviçi çoxdan tanıyıram, hərçənd o məni tanımırdı, biz balaca adamıq, həkim babayıq. Ancaq, Dadaş Mamedoviç, bilirsiniz də, məsəl var, dağın dağa işi düşməz, adamın adama işi düşər. Məsəl var: arvadın pisdi, boşa getsin, hə, arvad, sən qulağını yum görək (ümumi gülüş), dişin ağrıyır, çək qurtar. İndi, allah eləməmiş, şər deməsən, xeyir gəlməz. İşdi-şayəd Dadaş Mamedoviç, dişiniz ağrısa eləsə, bax bu lələşiniz qulluğunuzda hazır, haçan istəsəniz, necə diş istəsəniz, səhər, axşam, gecə, bahar, yay, qış, payız...
    -Nemət düşündü ki, bu, lütfkarlığın ən yeni və original formalarındandır: dişin ağrısın, gətir çəkim.
    -Mürşüd qədəhini Dadaşa tərəf uzatdı:
    -Sağ olun, Dadaş Mamedoviç, sizin sağlığınıza.
    -Sağ ol, əziz olasan, çox sağ olun, hamınız, sağ olun.
    -Sonra növbəylə, Cabbargilin, Mürşüdgilin, Nemətgilin sağlığına içdilər. Allahverdisi arvadlara, uşaqlara. Ayrıca Bikə xalanın sağlığına içdilər, dedilər ki, yeməklər qiyamətdir. 
    -Sonra Nemət durdu:
    -İçək tamadanın sağlığına, - dedi. Uzun-uzadı nə isə danışdı. Nə danışdığını özü də bilmirdi. Bircə fikrində onu tutmuşdu ki, mümkün qədər təmtəraqlı danışsın. "İnsanlıq, vüsət, zəka, istiqbal, hünər, müzəffər...". Lap qafiyə çıxdı. İstədi "əsər" də əlavə etsin, ancaq qorxdu.
    -Alya:
    -Bəsdir, sən allah, ay Nemət, - dedi, - bu oldu lap kult liçnosti.
    -Murtuz bir balaca keflənmişdi, bu sözləri eşidəndə ayağa sıçradı.
    -Nemət burda çox danışdı, - dedi. - Belə yaxşı-yaxşı, yağlı-yağlı sözlər dedi. Mən, əlbəttə, belə-belə sözləri bilmirəm. Belə qırıldada bilmərəm. İndi neyləyək kulturamız çatmır, - son cümləni deyib Alyaya baxdı. Alya da ona baxdı.
    -Bu mənalı baxışmanın mənası bu idi ki, "kulturanın çatmaması" rişxənd təbiriylə deyilmişdi, təki hamının mədəniyyəti bizimkiycən olaydı.
    -Hə, bir sözlə, hörmətinizə görə sağ olun. Məni çox təriflədiz, bəlkə layiqindən də artıq, - bu yenə eyni priyom idi. - Mən indi bacardığımdan xalqıma xidmət eləmişəm.
    -Cəbhənin odunda-alovunda qanımızı tökəndə, elə biz sizing kimi çavanların bugünkü firavan gününü fikirləşmişik ki, siz belə-belə oturasız, kef çəkəsiz, xoşbəxt dolanasız. İndi sizin də borcunuz odur ki, bu yolda qan tökən adamlara lazımi hörmətizzət göstərəsiniz. Böyüyün böyük yeri var, kiçiyin kiçik, yoxsa ara qarışıb məzhəb itsə, bu, yaxşı nəticə verməz. Alya, o ki qaldı, sən deyirsən kult liçnosti, deyir, vallah, o liçnostə də canım qurban, onun kultuna da.
    -Murtuzun əqidəsi qəlbinin dəruni guşələrində gizlənir. "Ararat" konyakının beşinci qədəhindən sonra isə atlanıb ordan çıxırdı. Müddəaları da çox dəqiq idi...
    -Deyir dəryalarca qan töküb, adam qırıb? Əcəb eləyib. Xalq düşmənlərin qırıb qurtarmasaydı Hitleri məğlub edə bilərdi?
    -...Masanın arxasından durdular.
    -Dadaş yenidən pəncərənin qabağına gəldi. Nemət onun yanında durub:
    -Ora Akademiyanın təzə binasıdır, - deyirdi. - Köhnə binası görünmür. Ora dəyirmandır. O, bankın qabağıdır.
    -Sonra kimsə təklif etdi ki, maqnitofonu qursunlar.
    -Nemət düyməni basdı:
    -Hə, bir şey deyin, - dedi. Bir neçə dəqiqədən, bir neçə səsdən sonra isə:
    -Bir də mən görsəm ki... - dedi və susdu.
    -Qonaqlar vidalaşıb dağılışdılar. Çarpayısında uzanan kimi yuxuya getdi. Bu gün çox yorulmuşdu. Çox da həyəcan keçirmişdi. Qızlar da yatdılar. Bikə xala da. Sürəyya da. Gecənin bir yarısında elə bil kimsə qəfilcə Neməti oyatdı. Gözlərini açdı. Gördü ki, kefliliyi də keçib. Tamam ayıq idi. Tamam da oyaq. Yuxusuzluğa alışmış bir adam təcrübəsiylə dərhal başa düşdü ki, təzədən çətin yata. Elə bil kimsə onu oyatmış və beynini fikirlə doldurmuşdu. Yaman da yanğısı vardı. Durub su içdi. Fikirlərini qovmaq istədi. Divara təraf çevrildi. Əlini xəritəyə çəkdi: Ağcatau, Sasık göl, Ağcal... Amma fikirlər qayıtdı. Onları dağıtdı. Yenə qayıtdılar. Yenə. Yenə...
    -Dünən səhərdən bəri başında oyanan fikirlər elə bil yenidən rəsm-keçidə gəlmişdi. Əvvəlcə atası haqqında düşünməyə başladı. Düşündü ki, bax, anam deyirdi atanın Samuxda yaman hörməti vardı. Evlər tikmişdi, yol çəkdirmişdi. Sonra düşündü ki, Samux indi Mingəçevir dənizinin dibindədir. Evləri, yolları, hamısı... Bəs Samuxda yaşayan adamlar? O adamlar ki, atası onların hörmətini qazanmışdı? Hərəsi bir yana dağılıb. Bəlkə atasının surətini, xatirəsini, bağışlanmış fotoşəkillər kimi, hərəsi bir tərəfə aparıb. Bəlkə də... Sonra hardansa beynində qafiyələr dolaşmağa başladı: azsa, pozsa, yazsa... Sonra nədənsə pəncərənin axar-baxarı haqqında düşünməyə başladı: Qız qalasının təpəsi, Akademiyanın təzə binası. Bank, dəyirman. Sonra marşrutlu avtobus haqqında dünənki fikirlərini xatırladı. Sonra qulaqlarında maqintofon yazıları canlandı: "Bir də mən görsəm ki..." - bu cümlə nəbz kimi beynində döyünməyə başladı.
    -O biri otaqda saat üç dəfə vurdu və qəfilcə bir an içində Nemət hər şeyi başa düşdü. Fikirləri durulub aydınlaşdı və Nemət hər şeyi birdən anladı. Anladı ki, pəncərənin axar-baxarı nə qədər cazibəli, mənzərəli, gözəl olsa da, o, Nemət bu görünüşə nifrət edir. Nifrət edir, çünki o, bu mənzərəyə məhkumdur. Ömürlük məhkumdur. Heç bir zaman bu pəncərə, qatar pəncərəsi kimi hərəkətə gəlib dəyişməyəcəkdir. Bu pəncərəni xalça kimi dörd mismarla onun həyatına mıxlayıblar. Ömrü boyu o bu pəncərədən baxıb Qız qalasının təpəsini, Akademiyanın yeni binasını, bankı, dəyirmanı görəcək. Adam öz həyatını qadını atan kimi ata bilmir, insan öz həyatını axıracan yaşamalıdır. Həyat yükünü axıracan daşımalıdır...
    -Nemət dəhşət içində anladı ki, bir də onun həyatında heç bir vaxt heç bir şey olmayacaqdır. Nə ürkək, duyğuların nigaranlığı, nə gözləmə, nə aldanış, nə ümid, nə bahar gecəsi son tramvayın pəncərəsində diksinən ulduzlar... O, həyatını, gündə oynadığı rolundan bıqmış bir aktyor kimi, qatarlara qoşulub dəyişməz relslərlə gedən parovoz kimi son mənzilə, son pərdəyə, son dayanağa, son sükuta çatdırmalıdır. Son qaranlığa, son səsin susduğu yerə.., O qanunların, qadağaların, normaların əsiridir. Onları poza bilməz. Poza bilməz, aza bilməz. Aha, indi tapdı ki, bu qafiyə hardandır. Yazıq, biçarə, zavallı marşrutlu avtobus! Pozsa, azsa, yazsa... Yazılana pozu yoxdur. Bunu bayaq kim dedi? Bayaq yox, dünən. Dadaş dedi, hə, bir də yadımdadır, vaxtilə Bikə xala demişdi. Dünən Karmen də nə isə buna bənzər, bir şey deyirdi, hə, dedi ki, yazılıb, pozulmayacaq. Nə pozulmayacaq? Hə, maqnitofon yazısı...
    -Hə, bir şey deyin…
    -Demək, mən demək istə...
    -Bir dənə söz, bir dənə hərf dəyişə bilməz. Donub qalıb.
    -Bir də mən görsəm ki… Heç kəs bilmir ki, bir də sən görsən ki... nə edəcəksən? Sabah yenə yığışıb bu yazıya qulaq asacaqlar. Sabah olmasın, birisi gün olsun. Ya bir həftə sonra. Yenə qulaq asacaqlar. Hamısı - özləri də, qonşuları da, qohumları da, Mürşüd, Mənzər, Tahirə, Caboş, Alya... Sabah da qulaq asacaqlar. Hə, hə, lap yəqin bil. Biri gün də, o biri gün də
    -Hər gün Bikə xala təkrar edəcək ki, Alyagilin maqnitofonu iki dəfə böyükdür. Hər gün Karmen rişxənd edəcək ki, Nemət "zadrıpannıy" maqnitofon alıb, hər gün Sürəyya ona acıqlanacaq və hər gün də sonda Nemət bir də mən görsəm ki, - deyə kimisə hədələyərək, sözünü yarımçıq qoyub sükut, səssizlik uçurumuna yıxılacaq.
    -Heç kəs də heç bir vaxt bilməyəcək ki, Nemət bir də görsə nə olacaq... Nə olacaq? Heç nə, hədəsiz hədə... Sabah, biri gün o, birisi gün. Ay keçəcək, il keçəcək. Heç nə dəyişməyəcək, ilahi, heç nə, heç bir şey. İyirmi-otuz il sonra Nemət qocalıb öləcək. Ancaq ölənə qədər həyatında heç bir dəyişiklik olmayacaq. Arvadı. Üç qızı. Eyni qohumlar. İş yoldaşları, qonşular. Eyni söhbətlər, zarafatlar, qayğılar, təlaşlar. Eyni məclislər, tostlar... Eyni pəncərə. Eyni avtobus. Eyni yazı... Bir də mən görsəm ki... Yazılana pozu yoxdur. Vəssalam. Qurtardı. Kitab bağlandı. Nöqtə. Nöqtə? Bəlkə vergüllü nöqtə? Daha doğrusu, nöqtəli vergül? Bəlkə dalı var, izahı var... Bir də mən görsəm ki... Nə görsən, ay yazıq? Nə görmüsən? Nə görəcəksən? Görsən nə edəcəksən? Heç nə... Yazılana pozu yoxdur. Yaxşı, bəsdir, yat getsin, Nemət. Sabah tezdən işə gedəcəksən. Yüzə qədər say: yuxuya gedəcəksən. Ya da yum gözlərini, təsəvvür elə ki, yolla gedirsən, gedirsən, gedirsən bir də görəcəksən yatdın. Əsas yuxulamaqdır. Adam yuxuda olanda vaxt məfhumu yox olur. Yatırsan, yuxu səni hoppadan götürüb qoyur səhərə. Vəssalam. Yaxşı, yataq. Bir, iki, üç, dörd, beş, altı...
    -Təhminə! Təhminə? O hardan yadıma düşdü? O hardan gəlib çıxdı? Hardan gəlib düşdü bu obraz, durdu gözlərimin qabağında? Dümdüz uzun qıçlı. Qara saçları şəlalə kimi çiyinlərinə axmış. Dişləri tən bir boyda - qarğıdalı dənələri. Gözləri... Nə rəngdəydi Təhminənin gözləri? Qara? Qonur? Göy? Yaşıl? Yox, yaşıl deyildi. Göy, şabalıdı, qara, qonur? Göy? Yaşıl? Yox, yaşıl deyildi. Nə rəng idi? Nə cür olub ki, indiyəcən diqqət eləməmişəm? Doğrudan qəribədir. Yaxşı, yat, Nemət, sabah işdə fikir verərsən. Yox, qəribədir. Nə rəngdir axı, qara, qonur, şabalıdı? Bəli də, indi də beyninə bu düşdü?
    -Bu gecə vaxtı hardan öyrənəcəksən? Görəsən kim bilər bunu? Dadaş. Zəng eləyəsən, Dadaşdan soruşasan. Neməti gülmək tutdu. Pis olmaz. Gecə saat üçdə zəng eləyib Dadaşı yuxudan oyadasan: bağışlayın, Dadaş müəllim, sizə bir sualım var: Təhminənin gözləri nə rəngdədir? Təsəvvür edirəm Dadaşın sir-sifətini: Dadaş tuman-köynəkdə yuxudan avara olunub, telefonla şöbəsinin bir işçisi Nemətə başqa işçisi Təhminənin gözləri haqqında məlumat verir. Nə səhnədir! Doğrudan nə olardı, indi götürüb Dadaşa zəng edəsən?! Eh, nə boş boş danışırsan, heç eləyərsən? Niyə eləmirəm? Ay elədin ha! Vallah, dəli şeytan deyir, dur elə. Ay elədin ha! Yaxşı. Nemət, yat. Hə, nə oldu, əzizim, deyirəm axı, sən dəli şeytanın sözüylə durub-oturan oğlanlardan deyilsən. Sən həmişə ağıllı şöbə müdirinin qoyduğu qayda-qanunlarla yaşayan oğlansan. Elə bu tutduğun yolnan da get. İşin yaxşı olar. Deməli, belə? Yaxşı, baxarıq.
    -Nemət ayağa durdu. Gecə məstlərini geydi, pijamasını düymələdi, dəhlizə çıxdı. Telefonun dəstəyini qaldırdı. Vaxt gec olduğundan, telefondan dərhal aydın "zummer" eşidildi. Nemət özünə belə qəribə görünən bir etinasızlıqla Dadaşın nömrəsini yığdı. "Beş siqnal gözləyəcəyəm, cavab çıxmasa asacam". Dördüncü siqnaldan sonra Dadaşın səsi gəldi:
    -Allo!
    -Səs yuxulu səs deyildi. Həmişəki aydın, təmkinli səs idi. Nemət bir an susdu, sonra cəld:
    -Mənəm. Nemətdi, - dedi. Daha geriyə yol yox idi.
    -Buyur, Nemət.
    -Bağışlayın. Dadaş müəllim, sizi yuxudan oyatdım.
    -Yox, yox, yatmamışdım, işləyirdim.
    -Birdən-birə Nemət özünü aciz və miskin hiss etdi. Yatmış bir mötəbəri gecə saat üçdə yuxudan oyadıb qəribə sual vermək ürək istəyirdi! Amma gecənin bu vaxtında oturub işləyən bir adamı belə axmaq bir sualla işindən ayırmaq yüngüllük idi, uşaqlıq idi, sataşmaq idi. "Təcili surətdə ayrı bir bəhanə tapıb işin içindən çıxmaq lazımdır".
    -Dadaş müəllim, sizdən bir şey soruşmaq istəyirəm. -
    -Bunu vaxt qazanmaq üçün dedi.
    -Buyur.
    -"Aha, tapdı".
    -Dadaş müəllim, mən belə şeylərdə yaman vasvasıyam. Yata bilmirəm. Sabaha qədər yerimdə qovrulacaqdım. Siz allah, bir məni sakit eləyin. İnciyib eləmədiniz ki?.. Bizim bu qonşu, Mürşüd bir az şitlik edirdi. Murtuz Balayeviç də bir az kobud adamdır... Deyirəm bəlkə... Dadaş onun sözünü yarımçıq qoydu:
    -Yox, yox, nə danışırsan, Nemət, dəli olma. Hər şey lap əla idi. Niyə inciyirəm? Adamlar cürbəcürdür. Hərəsinin öz duzu, öz ləzzəti var. Elə adamlar olmasaydı, həyat maraqsız olardı. Sən lap arxayın ol. Rahat get yat. Gecən xeyrə qalsın, - cavab gözləməmiş dəstəyi yerə qoydu.
    -"Vəssalam, Nemət müəllim. Bu da sənin qiyamın. Bu da sənin meydan oxumağın. Bu meydan oxumaq olmadı, meydan sulamaq oldu. Qiyam olmadı, mütiliyinin yeni ifrat bir təsdiqi oldu. Di get yat. Eşitmədinmi, Dadaş sənə rüsxət verdi. Yat". Nemət otağa keçib qaranlıqda pencəyini tapdı, cibindən siqaret çıxarıb iki qullab vurdu, dəhlizə qayıtdı. Telefonun, dəstəyini qaldırıb nömrəni yığdı. Du, du, du...
    -Bəli, - Dadaşın səsi yenə də sakit və təmkinli idi.
    -Mənəm, Nemətdir.
    -Eşidirəm.
    -Dadaş müəllim, sizdən bir şey soruşmaq istəyirəm.
    -Təhminənin gözləri nə rəngdədir? - birnəfəsə dedi. Dəstək sükuta qərq oldu. "Hə, elə olarsan, müəllim. Deyəsən söz boğazında qaldı. Bir udqun görək. Hə, indi cavab ver. Həmişəki tək sakit və təmkinlə gecə saat dördə iyirmi dəqiqə işləmiş işçin Nemətə, işçin Təhminənin gözlərini rəngi barəsində məlumat ver görüm".
    -Nemət, - səs əvvəlki kimi sakit idi, - deyəsən, biz gedəndən sonra xəlvətə salıb təkbaşına içmisən.
    -Nemət bu sözlərin mənasını da, Dadaşın sakitliyinin səbəbini də anladı. Bu vəziyyət Dadaşçün qəribə, qeyri-adi bir şey deyildi. Ömrü boyu Dadaş elə növbənöv qəribəliklər görmüşdü ki, Nemətin əcaib sualı onu təəccübə gətirib halından çıxarda bilməzdi. Sualın vaxtına - gecə saat dördün yarısına gəldikdə isə, buna da vərdişli idi: Məmməd Nəsirin vizitləri də təxminən gecənin bu radələrində olurdu. "Bizdən sonra xəlvətə salıb içmisən". Dadaş, Nemətə Məmməd Nəsir kimi baxırdı. Əlbəttə, Nemət Məmməd Nəsir deyil, ağlı, dərrakəsi var. Həm də ailəsi, arvadı qoymaz. Amma ömründə bir gecə Məmmədnəsirlik edirsə, dünya dağılmaz. Dadaş təmkinlə və çox soyuq:
    -Nemət, get yat, - dedi, - gecdir. Yaxşıca əl-üzunü yu, sonra yat.
    -Dadaş müəllim, əgər elə bilirsiz ki, mən sərxoşam, çox səhv edirsiniz. Əgər məni təzə başlayan Məmməd Nəsir hesab edirsinizsə, yenə də səhviniz var. Mən tamamilə ayığam. Axşam da az içmişdim. Sizdən sonra da dilimə vurmamışam. Mən bircə sizdən onu bilmək istəyirəm ki, Təhminənin gözləri nə rəngdədir.
    -Dadaş kəskin və sərt bir ədayla:
    -Nə demək istəyirsən? - dedi.
    -Heç nə. Bircə Təhminənin gözlərinin rangini bilmək istəyirəm.
    -Dadaş daha da sərt və əsəbi bir tərzdə:
    -Bu sualı mənə niyə verirsən? - dedi.
    -"Aha, deyəsən özündən çıxırsan. O mötəbərlik maskan yerindən oynayır. Kişisən, bir kəlmə sərt söz de, cavabını elə verim ki, ölənəcən yadından çıxmasın. İstəmirəm sənin müqaviləni, avansını da. Mən elə kişinin oğlu deyiləm ki, sən mənə atalıq eləyəsən. Hə, de görüm, bir söz de..." Dadaş heç nə demədi. Ancaq birdən-birə güldü. Bərkdən güldü. Bəlkə ondakı yumor hissi əsəblərinə və hirsinə üstün gəldi və o, vəziyyətin komizmini dərk etdi. Ya da özünü ələ ala bildi, kinini içəri salıb, bu qəribə söhbəti zarafata çevirmək istədi.
    -Bilirsən nə var, Nemət, - dedi, - zəng elə özündən soruş.
    -"Bu adam sabun kimidir, - deyə Nemət düşündü. – Onu tutmaq mümkün deyil. Sürüşüb əlindən çıxacaq".
    -Telefon nömrəsini bilmirəm.
    -Dadaş əvvəlki kimi sakit və təmkinlə Tahminəgilin telefon nömrəsini dedi.
    -Çox sağ olun. Bağışlayın zəhmət verdim.
    -Xoşdur. - Ani bir sükutdan sonra əlavə etdi: - Mən gec yatıram. İşçilərdən hansı birinin gözləri, ya burnu haqqında məlumat lazım olsa, utanma, zəng elə. Xudahafiz. Dəstəyi hər ikisi eyni vaxtda asdı. Nemət öz-özünə: "Bir: sıfır, Dadaşın xeyrinə" - dedi.
    -Təhminənin telefonu uzun zaman cavab vermirdi. Nemət uzun siqnallara qulaq asır, Təhminənin yatdığını anlayır, ancaq dəstəyi asmırdı. "Səhərə qədər gözləməli olsam da, asmayacağam".
    -Allo. - Təhminənin səsi yuxulu və boğuq idi.
    -"Sanki səsi duman içindədir".
    -Gecən xeyir, Təhminə, Nemətdir.
    -Kim? Nemət? Hə... Bay, xeyir ola?
    -Xeyirdir, qorxma. Səni yuxudan oyatdım, hə?
    -Hər halda bu vaxt yəqin tərəqqipərvər bəşəriyyətin əksəriyyəti yatır. Bəs sən niyə yatmamısan. Nemət? Kefli-zad deyilsən ki?..
    -Görəsən niyə hamının başına məhz eyni bir fikir gəlir: keflilik?
    -Yəni hamı deyəndə, məndən başqa da çox adama zəng eləmisən?
    -Yox, bircə Dadaşa zəng eləmişdim. Ondan sənin gözlərinin rəngini soruşdum, demədi, amma sənin telefonunun nömrəsini verdi. Dedi, zəng elə özün soruş.
    -Təhminə güldü:
    -Hardan danışırsan?
    -Evdən.
    -Bəs külfətin yatıb?
    -Hə, hamı yatıb. Bütün şəhər yatıb, bir sən oyaqsan, bir mən. Bir də Dadaş oturub işləyir.
    -Görürsən, bax, əsl zəhmətkeş Dadaş kimi olar.
    -Təhminə, bilirsən Füzuli nə deyir?
    - Nə deyir axı?
    -Deyir ki:
    -Ey Füzuli, şami-qəm əncamına yoxdur ümid
    -Bir təsəllidir sənə ol söz ki, derlər var sübh.
    -Başa düşdün?
    -Az-maz.
    -Bir bu "derlər" sözünə bütün dünya poeziyasını dəyişmərəm. Başa düşürsən, derlər, yəni görməyib, eşidib, deyirlər. Kimsə deyib ki, hardasa sübh var, bircə bu təsəlli olmasa, şami-qəmdən, yəni axşam qəmindən yaxa qurtarmaq olmaz.
    -Əzizim, əgər sən elə bilirsən ki, gecə - saat dördün yarısı Füzuli qəzəllərini şərh etmək üçün ən münasib vaxtdır, onda...
    -Dayan, Təhminə, sən allah, boşla zarafatı. Mən səninlə ciddi danışmaq istəyirəm. Qəlbimi sənə açmaq istəyirəm.
    -Nemət, dola məni əzizlərinin başına, əgər sən də desən ki, bir qəlbdən min qəlbə mənə aşiq olmusan, mən daha başımı götürüb gərək bu vilayətdən qaçam...
    -Yox, əzizim, ürəyini buz kimi elə, arxayın ol. Mən sənə izhari-məhəbbət və etirafi-eşq eləmək fikrində deyiləm.
    -Allah ölənlərinə rəhmət eləsin. Yenə bu da qənimətdir.
    -Hə, indi qulaq as. Mən səninlə məsləhət eləmək istəyirəm.
    -Bu gün mən bir çox şeyləri anladım, anladım ki, mən daha bundan sonra indiyədək yaşadığım kimi yaşaya bilmərəm.
    -İndiyədək necə yaşamısan ki?..
    -Bilmirəm. Təhminə, heç bilmirəm keçmiş həyatıma nə ad verim. Durğunluq, ətalət, meşşanlıq bataqlığı.
    -Pah atonnan!
    -Gülmə. Artıq bu cür yaşamaq mümkün deyil. İş, ev, ailə, maaş, qonorar, mebel, televizor, maqnitofon... Mən bu çərçivədə boğuluram. Təhminə.
    -Nemət, əzizim, qonorar da, televizor da, maqnitofon da pis şeylər deyil. Ancaq gərək onların əsiri olmayasan.
    -Elədir. Bax bayaq evimin pəncərəsindən baxırdım. Pəncərənin axar baxarı, mənzərəsi çox gözəldir. Bütün şəhər görünür. Qız qalasının təpəsi, Akademiyanın təzə binası. Ancaq mən düşündüm ki, bu mənzərə artıq mənim qəlbimi titrətmir, çünki bu mənzərəyə məhkumam. Ömürlük məhkumam. Heç bir zaman bu pəncərə qatar pəncərəsi kimi hərəkətə gəlib dəyişməyəcək. Bu pəncərəni xalça kimi dörd mismarla mənim həyatıma mıxlayıblar. On ildir mən bu pəncərədən baxıb Qız qalasının təpəsini, Akademiyanın yeni binasını, bankı, dəyirmanı görürəm. Ömrüm boyu da görəcəyəm. Amma...
    -Dayan, dayan bir görək, bir nəfəsini dər. Maşallah bu kəlama! Elə bil əyalət teatrında monoloq söyləyirsən.
    -Yox, əgər sən məni dolamaq fikrindəsənsə...
    -Dolamıram, o saat da inciyirsən. Dəymədüşər olma. Düz demirsən axı. Qatar pəncərəsi-filan, bütün bunlar gəlişi gözəl sözlərdir, ancaq həqiqət deyil. Dünyada hər şeydən yüksək isə həqiqətdir.
    -Niyə həqiqət deyil?
    -Niyə? Bu saat deyim. Bax, deyirsən ki, on ildir pəncərədən baxıb Akademiyanın təzə binasını görürəm. Düz deyil. On il yox, heç üç il bundan qabaq da bu bina tikilməmişdi. Bu bir. İkincisi, deyirsən ki, ömrüm boyu eyni mənzərəni görəcəm. Bu da yalandır. Çünki bir ildən sonra, məsələn, tutaq ki, sirkin yeni binası hazır olacaq, onu görəcəksən. Ayrı təzə-təzə binalar tikiləcək. Yəni sənin pəncərən özü tərpənməyəcək, ancaq ordan görünən mənzərə, dəyişir, dəyişəcək, başqalaşacaq. Sən pəncərəni rəmzi mənada deyirsən, mən də rəmzi mənada deyirəm ki, pəncərədən diqqətlə baxsan, görərsən ki, həyat necə qaynayır, dəyişir. Hə, susursan? Görürsən, mən haqlıyam, indi qulaq as mənə, bir şey də deyim. Bu gün səhər radioyla bir verilişə qulaq asırdım. Heç bilmirəm nə veriliş idi, ancaq orda bir şey dedilər, mənim yaman beynimə batdı. Təxmini deyirəm, dəqiq yadımda deyil. Üç obrazı əsas götürmüşdülər. - Pəncərə, qapı, güzgü, məcazi mənada, əlbəttə. Deyir bəzi adamlar otaqlarında pəncərələri, qapıları güzgülərlə əvəz eləyir, yəni hara baxır, özünü görür. Belə adamçün yalnız tək bir özü mövcuddur.
    -Onun üçün nə pəncərədən görünən mənzərə var, nə də qapının dalındakı həyat. Ancaq güzgü. Ancaq özü. İkinci qisim adamlar pəncərədən baxır. Pəncərədən dünyanı, həyatı seyr edirlər, seyrçidirlər. Pəncərədən kördükləri yaxşılıqları, pislikləri ancaq kənardan müşahidə edirlər. Və nəhayət üçüncü qisim adamlar qapını açıb həyata, insanların yanına çıxanlardır. Pəncərədən gördüyü yaxşılıqlara qapıdan çıxıb qəhmər dururlar, pislik görəndə yenə qollarını çirməyib davaya girişirlər. Pəncərə, qapı, güzgü. Mən qapının tərəfdarıyam, - bir qədər susub güldü və əlavə etdi: - Əlbəttə, o demək deyil ki, mən sumkamda güzgü gəzdirmirəm.
    -Küçədən maşın keçdi gecənin səssizliyi parçalandı, maşın səsi uzaqlaşanda, sükut yenə qapandı.
    -Bilirsən, Təhminə, sənin dediklərin çox doğru və gözəl fikirlərdir. Ancaq məsələ ondadır ki, bütün bunlar yenə də abstraksiyalardır, mücərrəd məfhumlardır. Mənə isə konkret cavablar lazımdır. Başa düşürsən, mən bilmək istəyirəm ki, şəxsən mən - Namazov Nemət nə üçün yaşayıram, hansı amalla, hansı məqsədlə? Məni düzgün başa düş. Mən nihilist və skeptik deyiləm. Yüksək amala da inanıram. Böyük mənada məqsədim də var. Cəmiyyətin məqsədlərini başa düşürəm.
    -Xalqımın problemlərini də anlayıram. Ədalətli, azad, gözəl bir cəmiyyət. Bərabərhüquqlu insanlar, bərabərhüquqlu millətlər. Nə əzən var, nə əzilən. Bütün dünyada sülh və əmin-amanlıq. Ən uzaq ölkələrdə belə aclıq, fəlakət, xəstəlik olmasın. Mən bütün bunları arzu edirəm. Bu məqsədlərin yolunda, necə deyərlər, canımı, qanımı verərəm. Çox yaxşı. Amma bax şəxsən mənim, otuz üç yaşlı tərcüməçi Nemət Namazovun konkret məqsədi, işi nə olmalıdır? Mənim nə xüsusi bir parlaq istedadım, nə böyük bir bacarığım var ki, xariqüladə işlər görüm. Mənim elədiyim işi isə, başqası da lap gözəl, bəlkə də məndən yüz dəfə yaxşı, ya məndən bir az pis, fərqi yoxdur, hər halda mənim işimi başqası görə bilər. Bəs mənim necə deyərlər, mütləqliyim, əvəzsizliyim nədir, mənim özyerim hardadır ki, o yerdə məni heç kəs əvəz edə bilməz? Şəxsən mənim məqsədim, konkret olaraq mənim məqsədim nədir? Maşın almaq? Kooperativ evə yazılmaq? Ya bütün ömrüm boyu Murtuz Balayeviçin atmacalarına göz yummaq, Dadaşa yarınmaq, Mürşüdün şitliyinə gülmək? Hə?
    -Mürşüd kimdir, Murtuz Balayeviç kimdir, ay Nemət?
    -Tanımasan yaxşıdır, mənim durub-oturduğum adamlardır...
    -Pis adamlardır?
    -Nə bilim? Pis adam, yaxşı adam. Məgər bilmək olar, pis adam kimdir, yaxşı adam kimdir?
    -Aman allah! Ay Nemət, dünən həmin bu sözləri mən özüm bir nəfərə deyirdim. Amma, Nemət, axı, vallah, belə deyil. Hər halda yaxşı adam yaxşı adamdır, pis adam pis adam...
    -Yaxşı, onda bax, mən, pis adamam, yoxsa yaxşı adam?
    -Mən səni az tanıyıram, Nemət.
    -Çox sağ ol, Təhminə, belə dediyin üçün sənə çox minnətdaram, mərdliyin üçün sağ ol. Desəydin ki, yaxşı adamsan, inanmayacaqdım. Amma düz deyirsən ki, adama yaxşı, ya pis demək üçün onu gərək tanıyasan. Bax, məsələn, o Murtuz Balayeviç ki deyirəm, mənim böyük bacanağımdır, özü hərbçidir, polkovnikdir. Belə bir az köntöy adamdır, namərbutdur e... Sözünün, danışığının yerini bilən deyil, odur ki, məni həmişə əsəbləşdirir. Ancaq indi fikirləşirəm ki, onu ittiham etməyə mənim nə haqqım var? Kişi oddan-alovdan çıxıb. Müharibədə yaralanıb, qan töküb. Ölümün gözünün içinə baxıb. Hər halda həyatda müəyyən bir yeri, rolu olub ki, orda onu heç kəs əvəz edə bilməzdi. Yaxud o biri bacanağım Cabbar...
    -Bacanaq sarıdan deyəsən bolsan.
    -Hə, Cabbar, onun arvadı. Elə-belədə söhbət eləyirsən, dayaz adam təsiri bağışlayırlar. Amma axı deyirlər öz sahələrində yaxşı mütəxəssisdirlər. Mühüm dövlət əhəmiyyəti olan bir obyektdə işləyirlər.
    -Təhminə qəfilcə soruşdu:
    -Nemət, neçə uşağın var?
    -Nemət də qəfilcə cavab verdi:
    -Bir, - həyatında ilk dəfə belə cavab verdi.
    -Bir?
    -Bir, - deyə qətiyyətlə təkrar etdi. - Qızdır. Nərgiz.-
    -Sonra əlavə etdi: - İki böyük qız yoldaşımın birinci ərindəndir.
    -Allah saxlasın, hamısını.
    -Az qaldı desin, səninkilərnən. Sonra yadına düşdü ki, Təhminənin usage yoxdur. Qəribə bir həvəslə Nərgizdən danışmağa başladı. Sözlərindən, oyunlarından, marka toplamasından.
    -Dünən oturub özü Xoruz babaya uzun bir məktub yazıb.
    -Deyir Xoruz baba keçən səfər tapşırdı ki, hansı quş adlarını bilirsiniz yazın mənə. Bu yazıq şəhər uşağı, quşların adını hardan bilsin? Bəli, oturub buna bir-bir quş adlarını demişəm yazıb. İndi bu gün də səhərdən oturub radionun qabağında ki, Xoruz baba mənim adımı deyəcək. Deyirəm, qızım, məktubu dünən yazmısan, hələ heç gedib Xoruz babaya çatmayıb. Kimə deyirsən? Bəli, axıra qədər qulaq asdı, adını demədilər, bir də gördüm, dodağını büzüb doluxsundu. Deyirəm, qızım, sən lap arxayın ol, gələn həftə mütləq sənin adını deyəcək. Təhminə səssiz qulaq asırdı. Bir an Nemətə elə gəldi ki,
    -Təhminə yuxuya gedib.
    -Təhminə, - dedi.
    -Hə... elə bil səsi uzaq bir aləmdən qayıtdı. - Eh, ay
    -Nemət, - dedi. - Belə qızın ola-ola yenə həyatının mənasını axtarırsan...
    -Bilirsən mən bu barədə də düşünmüşəm. Deyirəm bəlkə həyatda mənim varlığımın yeganə mənası körpü olmaqdır. Bütün əcdadımın, baba-nənələrimin, atamın, anamın həyatını körpü kimi öz üstümdən keçirib övladlarıma yetirməkdir? Hə? Susursan. Deyəsən yaman naqqalladım, səni lap yordum. Yuxun gəlmir ki...
    -Yox.
    -Bilirsən, ürəyim yaman dolu idi. Danışdım səninlə bir, az ürəyim yüngülləşdi. Əşşi, dünən maqnitofon almışam. Səsimizi yazmışıq. Da buna neçə dəfə qulaq asarlar? Beş dəfə, on dəfə, yüz dəfə... Hər qonaq gələndə təzədən qurulur. Eyni sözlər, ibarələr, gülüşlər. Məni dəhşət basdı. Mənə elə gəldi ki, bu elə mənim həyatımın rəmzidir. Dəyişməz, durğun, donub qalmış. İndi də dəhşətlə fikirləşirəm ki, sabah yenə qulaq asacaqlar. Adam istəyir lap başını götürüb qaçsın.
    -Daha niyə qaçırsan, ondansa yazını poz.
    -Pozum?
    -Hə. Nədi, bu ağlına gəlməmişdi?
    -İnanırsan ki, yox? Ağlıma hardansa bir fikir düşmüşdü ki, yazılana pozu yoxdur.
    -Hər ikisi güldü.
    -Yox, əzizim, maqnitofon yazısını pozmaq çox asandır.
    -Hansı markadır maqnitofonun?
    -Yauza.
    -Hə, mənimki də ondandır. Dördüncü düyməni bas, vəssalam. Pozulsun getsin.
    -Ay sağ ol. Əməlli-başlı başıma ağıl qoydun. Deməli, dördüncü düymə. Çox sağ ol.
    -Sən də sağ ol, - əsnədi, - hələlik...
    -Dayan, dayan. Yaxşı, axı əsas məsələ yaddan çıxdı.
    -Hansı məsələ?
    -Sənin gözlərinin rəngi.           
    -Güldü.
    -Gözlərim elə rəngdədir ki, heç bir sözə, tərifə sığışmaz:
    -Gərək özün görəsən. Sabah işdə baxarsan.
    -Sabah yox, bu gün... Eşidirsən, tramvaylar başladı işləməyə.
    -Bizim küçədən tramvay keçmir. Oy, babamın babası, - əsnədi, - doğrudan a, səhərdir. Dan yeri sökülür. Düz deyirmiş Füzuli: "Var sübh". Gedim heç olmasa bir az yatım, yoxsa, işdə mənim sifətimə baxıb qorxarsınız.
    -Qoy görək əşi, istəyirsən sənə kompliment deyim?
    -De də, nə olar ki? Hansı qadın komplimentdən imtina edər?
    -Deyim də... sən çox gözəl, çox yaxşı, çox ağıllı qızsan.
    -Bu gecəki söhbətimizi mən heç vaxt unutmaram. İndi sən də axırda mənə bir söz de ki, gedim yaxşı yuxu görüm. Yoxsa elə biməzmun yuxular görürəm ki...
    -Qoy sənə öz yuxumu danışım, sən də onu gör.
    -Danış.
    -Bu yuxunu tez-tez görürəm. Eyni bir yuxunu. Bayaq sən zəng eləyəndə də görürdüm. Görürəm ki, dəniz sahilindəyəm. Aydın, işıqlı bir gündür. Sahil bomboşdur. Bircə mənəm. Təpətənha. Dəniz gömgöydür. Uzaqda, lap uzaqda, üfüq xətti tərəfdə ağ bir liman görünür və bu ağ limanda qıpqırmızı gəmilər dayanıb.
    -Əcəb yuxudur. Çox sağ ol, əzizim. Geçən, yox, səhərin xeyrə qalsın.
Bağışla məni.
    -Sən də sağ ol. Dördüncü düymə, unutma.
    -Dəstəyi asdı. Papiros yandırdı. Bir müddət telefonun yanındaca oturdu, sonra səs, hənirti eşidib otağa keçdi. Pəncərələrdən süzülən hələ solğun səhər işığında balaca Nərgizin cizgiləri daha da məsum görünürdü. Səs də onun səsiydi. Nərgiz yuxuda danışırdı: turac, qırqovul, kəklik, sora göyərçin. Nemət bir müddət qızının başı üstündə dayandı. Onun indi gördüyü yuxusunu təsəvvüründə canlandırmağa çalışdı. Buludsuz göy, yaşıl budaqlar, qanadlı quşlar. Nərgiz yenə də adda-budda sözlər deyirdi: toyuq, xoruz, sora bülbül, sora...
    -Dördüncü düymə. Nemət cəld o biri otağa keçdi. Maqnitofona yanaşdı. Dördüncü düymə, Vəssalam. Nə Alyagilin iki dəfə böyük maqnitofonu qalacaq, nə Sürəyyanın dolaşıq cümlələri, nə Karmenin istehzası. Nə də "bir də mən görsəm ki..." 
    -Hamı yatıb. Pozsan, gərək indi pozasan. Bilsələr qoymayacaqlar. Onlara izah da edə bilməyəcəyəm. Özüm özümə izah edib aydınlaşdıra bilmədiyim bir şeyi onlara necə izah edəcəm? Maqnitofonu işə saldı. Qızdırdı. Sonra dördüncü düyməni basdı.
    -Vəssalam, - dedi. - Burda bir elə hikmət yox imiş.
    -Lenti tərsinə - fırladıb qulaq asmağa başladı. Sükutu, səssizliyi dinlədi. Xoşlandı. - Basırıq tramvayın konduktoru bürkü yay gününün gecəsi adamsız reyslərin - seyrək sərinliyindən xoşlanan kimi.
    -Vəssalam, - deyə təkrar etdi. - Qurtardı. Nöqtə.
    -Küçədən tramvay keçdi. Nargin tərəfdən gələn gəminin uzaq fit səsi eşidildi. Nemət maqnitofonu söndürüb öz otağına qayıtdı. Soyunub yerinə girdi. Yuxuladı. Yuxu gördü. Gördü ki, böyük bir dənizin sahilindədir. Sahil bomboşdur. Dəniz uzandıqca uzanır. Sahil sapsarıdır. Sarı qumlar. Dəniz gömgöydür. Ləpəsiz. Ancaq birdən gördü ki, dənizin, göy dənizin lap, lap uzağında nə isə ağ bir şey görünür: ağ liman. Ağ... Ağ... Ağappaq. Və bu ağ limanda qırmızı gəmilər dayanıb. Qırmızı... Qırmızı... Qıpqırmızı...
1965
Bakı-Kislovodsk


BEŞMƏRTƏBƏLİ EVİN ALTINCI MƏRTƏBƏSİ
(roman)
Birinci fəsil

Bu vüsala yuxu əhvali demək mümkün idi,
Əgər olsaydı yuxu dideyi-giryanimizə.
    -...amma qəfilcən sükut çökdü. Yüxunun seyrək toranlığı içində Zaur, hətta bir qədər təəccübləndi də. Axı necə oldu ki, böyük otelin bütün hay-küyü, yad, özgədilli danışıqların hənirtisi, haradansa, çox uzaqlardan eşidilən musiqi sədaları (saksafon, royal, zərb alətləri çalırdılar), liftin hərəkəti-bütün başqa səslər - qəfilcən qeyb oldu və bütün bu tanış səslərlə birlikdə okeanın da uğultusu kəsildi...
    -Gecəyarıdan keçmişdi. Vaxt cədvəli, adamların yatıb-durma məqamları bütün dünyada təqribən eyni cürdür və bu cədvəlin hökmü insanların icad etdikləri maşınların, mexanizmlərin, alətlərin səsləriylə bərabər təbiətin möhtəşəm xilqəti - okeanın da səsini qısmışdı elə bil. Yuxunun yapışqantək çiriş horrasında (buraların havası kimiydi bu horra) çapalayıb ayıqlığa çıxmağa cəhd edərkən Zaur düşünürdü: yəqin Firəngiz otağın pəncərəsini örtüb, vəssalam: səskeçirməz pəncərələr dişarıdakı bütün səsləri, küyləri, danışıq-hənirtiləri eşidilməzləşdirib, Zaurun yarıyuxulu-yarıoyaq şüurundan kənar edib. Elədir ki, var, qu desən qulaq tutulan cinkiltili sükutdan sonra otaq həm də qaranlığa qərq oldu; Firəngiz pəncərəni bağlayıb işığı da keçirtdi. Zaur örtülü göz qapaqları arasından qaranlığın müxtəlif mərhələlərini duyurdu - əvvəlcə otaq
    -1 Epiqraflar Füzulinin "Leyli və Məcnun”undan və "Divan”ından alınmışdır.
alaqaranlıq oldu -vannanın açıq qapısından kvadrat şəklində işıq şüləyi düşürdü döşəməyə. Qapı bağlanandan sonra otağa güclə sezilən ətir kimi - gecə çırağının zəif şöləsi yayıldı. Firəngiz bu çırağı da söndürdü və o zaman ətraf qaranlıq içində həll oldu.
    -Zaur ağır-ağır göz qapaqlarını qaldırdı, otağın qatran kimi qatı qaranlığında bir an kerçəklik hissini itirdi - bilmədi haradır bura, hardadır özü? Ancaq bir an. Bir an sonra gözləri zil qaranlıqda heç nəyi seçib ayırmasa da artıq harda olduğunu dəqiq dərk edirdi - bilirdi ki, bu otaq otelin nömrəsidir, indi gecədir və uzun məsafələrdən, uçuşdan, hərəkətdən, müxtəlif yad lövhələrdən calaq olunmuş gecə-gündüz bitib, ömrünü yeni bir gecə-gündüzə təhvil verib. Bu təhvil-təslim dəqiqələri Zaurun gözünün çimirini almaq üçün qısaca mürgü döydüyü anlara düşüb. İndi isə gecəyarını ötüb - təqvimin başqa tarixidir. Amma nə tarix, nə təqvim? Moskvadan Afrikaya on bir saatlıq uçuş ərzində-onlar Avropanın, Aralıq dənizinin, Saxaranın üstündən keçmişdilər - bütün vaxt-zaman anlayışları qarışıq düşmüş və Zaurgilin ömrünə üç saat əlavə olunmuşdu. Bakıyla Moskva arasındakı bir saatlıq fərqi də bunun üstünə gəlsin - ömürlərindən dörd saatlıq hədiyyə almışdılar. Doğrudur, bu hədiyyəni qaytarmaq lazım gələcəkdi - üç saatını buradan Moskvaya uçanda, bir saatını da Moskvadan Bakıya qayıdanda...
    -Yer kürəmiz zaman zolaqlarına bölünüb, Qərbdən Şərqə getdikcə hər zolaqda bir saat irəli düşürsən. Moskvada saat on bir olanda. Bakıda on ikidir... Daima üzü Qərbə doğru gedəsən, elə bir sürətlə ki, bir saat içində bir vaxt zolağından o birinə keçəsən - hamısında da, məsələn, saat on bir olsun? Vaxtı bu sayaq aldatmaq mümkündürmü?
    -Adamın ağlına nə qəribə fikirlər gəlir. Fantastika! Halbuki ən böyük fantastika elə real gerçəklikdir, bax, elə məsələn, onların bugünkü günü: zarafat gəlməsin sənə, dünyanın o biri başına gəlib çıxıblar. Afrikada, Dakar şəhərindədirlər. 17 mərtəbəli "Enqor" otelindədirlər və bu otel Atlantik okeanının əlli metrliyindədir...
    -Bu son üç günün təəssüratı, məsafə ölçüləri, məkan dəyişkənliyi də ağlasığmaz bir gerçəklik idi... Əlbəttə, hər bir şey şüurla dəqiq izah olunurdu, amma hər halda beyinə sığışdırmaq zor idi ki, cəmisi on beş saat bundan qabaq Moskvadaydılar. Moskvada qar yağırdı, onları Sverdlov meydanından Şeremetyevo aeroportuna aparan avtobusun pəncərələri buz bağlamışdı. On bir saatlıq uçuşdan sonra isə təyyarə Dakarda yerə endi və onlar trapa çıxanda sifətlərini sanki odlu bir nəfəs qarsıdı - Afrikanın nəfəsi. Bu qəribə bir nəfəs idi, Afrika torpağında hər şeyə çökmüşdü; elə bil, havada da, yemək-içməkdə də duyulurdu... Bu həm ətir, qoxu, iy idi, həm dad-tam... Müəyyən bitkilərlə manioka, araxis-onlardan alınan yağlarlamı bağlıydı - bu qoxu, tam, ya okeanın törəmələrinə - balıqlarla, yosunlarlamı? Kim bilir... Amma bu ağlasığmaz dəhşətli isti - adamın sanki bədənini əridib paltarına yapışdıran bu isti də Afrika idi, şirintəhər iy-dad da Afrika idi, aeroportda ilkin gördükləri adamlar da - göyümtülə çalan zil qara bənizli zəncilər də... Adamı çaşdıran təbiət mənzərələriydi. Bəzən, illah da axşamçağı, ala-toranlıqda adamsız sahələr - ağaclar, otlar, yol Abşeron peyzajlarını andırırdı. Uzaqdan ləpələrin uğultusu və cırcıramaların səsi gəlirdi, fikirlərə dalıb yolla gedirdin və birdən diksinirdin: belə tanış "Abşeron yoluyla" uzun Afrika paltarı geymiş qıvrımsaç zənci qadınları addımlayırdılar. Qıvırcıq saçları qısa-qısa hörüklərə hörülüb, başlarında iri əmmaməyə bənzər bir sarıq. Bu qədər tanış mənzərənin, belə tanış səslərin fonunda tamam başqa bir xalqın, başqa irqin, başqa dünyanın adamlarını görmək zehni sarsıdırdı...
<< 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 >>
Bölmə: Azərbaycan ədəbiyyatı | Əlavə edildi: azerhero (28.11.2013) | Müəllif: R.C E W
Baxış: 673 | Reytinq: 5.0/1
Bütün rəylər: 0
omForm">
avatar

Kitablar — zamanın dalğaları ilə səyahət edən və nəsildən-nəslə öz qiymətli yükünü ehtiyatla aparan fikir gəmiləridir.

- Frensis Bekon

Son 90 gün ərzində kitab oxumamaqdan daha pisi kitab oxumadığına görə narahat olmamaqdır.

- Cim Ron

Kitabları yandırmaqdan daha pis şey onları oxumamaqdır.

- Rey Bredberi

Yaxşı kitab aysberqə oxşayır, onun yeddi-səkkiz hissəsi suyun altında gizlənib.

- Ernest Heminquey

Kitablarım mənə çatacaq qədər böyük bir krallıqdır.

- Shakespeare

Mən, kitablarımı yaratmadan əvvəl, kitablarım məni yaratdılar.

- Montaigne

Kitabsız yaşamaq; kor, kar, dilsiz yaşamaqdır.

- Seneca

Bu günün gərçək universiteti, bir kitabxanadır.

- Carlyle

Kitab, tək ölümsüzlükdür.

- Rufus Choate

Exlaqa uyğun ya da zidd kitab deyə bir şey yoxdur. Kitablar ya yaxşı yazılmışdır, ya da pis. Hamısı bu qədər!

- Oscar Wilde

Ümidlə açılıb qazancla bağlanan bir kitab, yaxşı bir kitabdır.

- Alcott

Kitablar, itmiş başların abidələridir.

- Sir William Dave

Kitablar, heç solmayacaq bitkilərdir.

- Herrick

Kitab heç aldatmayan bir yoldaşdır.

- Guilbert De Pixrecourt

Axmaqlarla oturub-durmaqdansa , kitabla tənha oturmaq yaxşıdır.

- Qasım bəy Zakir

İnsan güc ilə yox, mütaliə etməklə ağıllanır.

- C.Bruno

Az bildiyini başa düşmək üçün çoxlu oxumaq lazımdır.

- Mişel Monten

Kitablar özünüzə və başqalarına hörmət etməyi öyrədəcək, ürəyi və ağlı, dünya və insanlıq sevgisiylə dolduracaq.

- Maksim Gorki

Kitab həyatın ən uzaq və qaranlıq yollarında insana işıq bəxş edən əfsanəvi çıraqdır

- A.M.Upit

BAKI QIZLAR UNİVERSİTETİ
1992-ci ildə təsis edilən və həmin vaxtdan da fəaliyyətə başlayan Bakı Qızlar Universitetinin (əvəllər Bakı Ali Pedaqoji Qızlar Seminariyası adlanırdı) yaradılmasında məqsəd respublikada qadın pedaqoji kadrlar yetişdirmək, onların intellektual səviyyəsini yüksəltmək və gənc qızları ailə həyatına hazırlamaqdan ibarətdir. Hazırda universitetdə "Sosial pedaqoji” və "Filologiya-tarix” fakültələri fəaliyyət göstərir. "Sosial pedaqoji” fakültədə "Təhsildə sosial-psixoloji xidmət”, "Psixologiya”, "Coğrafiya müəllimliyi”, "ibtidai sinif müəllimliyi”, "Məktəbəqədər təlim və tərbiyə”, "Riyaziyyat və informatika müəllimliyi”, "Filologiya-tarix” fakültəsində isə "Xarici dil (ingilis) müəllimliyi”, "Azərbaycan dili və ədəbiyyat müəllimliyi”, "Tarix müəllimliyi”, "Jurnalistika” üzrə bakalavr, "İbtidai sinifdə tədrisin metodika və metodologiyası”, "Pedaqogika nəzəriyyəsi və tarixi”, "Azərbaycan ədəbiyyatı”, "Azərbaycan dili”, "Azərbaycanın yeni və ən yeni tarixi” sahəsində magistratura səviyyəsində kadr hazırlığı aparılır.
Bakı Qızlar Universiteti Nazirlər Kabinetinin 1996-cı il fevralın 21-də 21 saylı sərəncamı ilə dövlət qeydiyyata alınmışdır. 2013-cü ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin lisenziya komissiyası BQU-nun çoxilli fəaliyyətinin, onun yüksək maddi-texniki bazasının, infrostrukturunun, təlim-tərbiyə sisteminin Azərbaycan Respublikası təhsil Qanununa Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Ali təhsil Müəssisələrinin fəaliyyətinə xüsusi razılıq (lisenziya verilməsi haqqında qərarına, Azərbaycan Respublikası Təhsil Nazirliyinin sənədlərinə uyğn qurulduğunu, pedaqoji kadrların hazırlanmasında əldə olunmuş nailiyyətlərini nəzərə alaraq universitetin fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsini məqsədəuyğun hesab etmişdir. Eyni zamanda 2013-cü ildə universitet akreditasiyadan keçmişdir. Universitetdə müxtəlif fənnlər üzrə kabinetlər, dörd kopüter otağı, kitabxana, badii yaradıcılıq studiyası, tələbə elmi cəmiyyəti, Tələbə Gənclər təşkilatı, dörd dərnəklər, nəşriyyat, idman zalı, yeməkxana, kadrlar şöbəsi və mühasibatlıq fəaliyyət göstərir.
Learn more