Əsas » Məqalə » Azərbaycan ədəbiyyatı

Rzayev Anar-2-ci cild-4
<< 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 >>
Bir dəfə onu ata-anası dünyaya gətirir. İkinci dəfə o özü özünü dünyaya gətirir, özü özünə dünyada bir yer qazanır. İndi, əziz ata-anam, mən hələ bircə dəfə doğulmuşam. Mən hələ özüm yaranmamışam. Hələ ancaq sizin yaratdığınız kimi, sizin istədiyinizə uyğun olaraq yaşayıram. Çox sağ olun əziz ata-anam, məni böyüdüb boya-başa çatdırmısınız, oxutmusunuz, saxlamısınız, geydirib-yedirtmisiniz, mənə maşın almısınız. Amma mən daha özüm yaşamalıyam. Götürün bu "Moskviç"i. O sizindir. Mənim onu öz maşınım hesab eləməyə haqqım yoxdur. Nə maşınımı, nə geyimimi, nə otağımı. Bundan sonra belə olmayacaq. Mən öz əlimin zəhmətiylə dolanmaq istəyirəm, öz iradəmlə, öz ağlımla yaşamaq istəyirəm. Yoxsa  mən başdan-ayağa özümü kiminsə borcu hesab edirəm. Kiminsə qaytarılmamış borcu. Adımı siz qoymusunuz, məktəbimi, ixtisasımı, iş yerimi siz təyin etmisiniz. Bütün həvəslərim, işlərim də sizin razılığınızla olub. Bəs mən özüm nəyəm, kiməm, hardayam? İndi ilk dəfə mənim həyatıma elə bir adam daxil olub ki, o yalnız mənimdir, yəqin siz onu qəbul etməyəcəksiniz. Yəni bu keçəri bir həvəs olsaydı, siz qarışmazdınız. Siz heç vaxt mənim belə işlərimə qarışmırsınız. Ancaq biləndə ki, məsələ ciddidir, siz hay-haray qaldıracaqsınız. Ancaq mən də ondan keçməyəcəyəm. Çünki o mənim özlüyümdür, özlüyümün təsdiqidir, o mənim etirazımdır. Təhminə, gör mən nə səfeh-səfeh sözlər yazıram sənə. Oxuyub güləcəksən. Bilirsən, mən bütün bunları tamam başqa cür hiss eləyirəm, ancaq kağızda yazanda hər şey nə cürsə bayağılaşır, adiləşir, gülməli görünür. Gülmə, Təhminə, bəlkə mən bu məktubu heç sənə göndərmədim, cırıb atdım. Ancaq göndərsəm də, göndərməsəm də, mən artıq sənsiz yaşaya bilmərəm. Sən elə bilirsən mən kütəm, keyəm, heç nə başa düşmürəm. Mən sənin bütün dediklərini, duyduqlarını hiss eləyirəm. İnan mənə ki, hiss elayirəm. Mən bilmirəm bizim uşağımız olacaq, ya yox, ançaq mən səninçün həm ər, həm də övlad olmaq istəyirəm. Sənin davamın olmaq istəyirəm, həyatının mənası olmaq istəyirəm. Mən səninçün həm İkinci, həm də Üçünçü, Dördüncü, Beşinci, Altınçı, Yeddinci, Səkkizinci, nə bilim neçənci, neçənci olmaq istəyirəm. Məktubumu qurtarıram. Son sözü yazıb kibrit çəkib bu məktubu yandırıram. Son söz... Təhminə...

 

TƏKLİK TİLSİMİ

 

    -Saat düz üç tamamda Səfdər dayı pilləkəni düşməyə başladı. Fərqinə varmadığı mexaniki bir vərdiş halını almış adəti üzrə, ürəyində pillələri saya-saya düşdü. Üçüncüdən ikinci mərtəbəyəcən on yeddi pillə idi. İkincidən birinciyəcən on səkkiz pillə...

    -17, o da 18, 35 - deyə ürəyində təkrar edib idarənin qapısından küçəyə çıxdı. 35, o da 3719, elər... yox, 35-in 3719- a dəxli yoxdur. 3719 təxmini hesablamanın balansıdır. 4012 olmalıdır. Deməli, 293 manat çatmır. Görəsən harda səhv ediblər. Keçən kvartalda 145 manat səhv etmişdilər. 145, ya 147? Yox 147. Bəs niyə 145 dedi? hə, ev nömrəsiylə çaşdırır. Ev nömrəsi 45-dir. Mirzə Fətəli, 45. Skleroz məni birtəhər eləyib. Pensiya vaxtın çatıb, Səfdər. Yox, hələ iki ilin var. Daha doğrusu, bir il 9 ay. Yaxud 21 ay, 21 ay neçə gündür? Neçə belə gün? Deməli, Yanvar otuz bir, fevral gələn il 29-dandır, mart...
    -Bəsdir, Səfdər, sənin lap başın xarab olub. Neynirsən bu mənasız hesablamalarla beynini yorursan. Bəsdir. Yaxşı, deməli, balans 3719 manat, əysiyi... Əşi, çəhənnəm olsun balans da, əysiyi də. Saat 3-dür. Dördə beş dəqiqə işləyib. İş günü qurtardı. Bu gün şənbədir. Sabah bazar. Bazar ertəsinə qədər bütün balansı, planı, prixodu, rasxodu, bütün rəqəmləri unut. Unut ki, mühasibsən. Bazar ertəsi səhər saat 9-da yenə başlayarsan mühasibliyinə. İndi bəsdir. Bir dənə rəqəm yadına salma. Yaxşı, oldu. Elə bil beynimə qalaq-qalaq rəqəm yığıblar, rəqəmlər başımda elə bil tillə vurub. At hamısını. Adamlara, küçəyə bax.
    -Küçəni keçib gündə nahara gəldiyi balaca, darısqal yeməkxanaya girdi. Hər gün oturduğu küncdəki stolun arxasına keçdi. Görünür, masanın dalından indicə durmuşdular, üstü kiminsə artıqlarıyla dolu idi. Bulaşıq boşqabdakı kotletin qalıqlarına papiros kötükləri basılmışdı. Süfrəyə pivə dağılmışdı.
    -Səfdər dayı ani hərəkətlə çığara kağızında çap olunmuş yeməklərin siyahısını götürdü. Dərhal da kənara qoydu, nə yeyəcəyini də bilirdi, yeməklərin qiymətlərini də. Borş, kotlet, kompot, bir şüşə "İstisu", borş 35 qəpik, kotlet vermişeliylə 42 qəpik, on beş qəpik kompot, iyirmi qəpik "İstisu", on qəpik çörək. Cəmisi bir manat otuz qəpik, beş-on qəpik az, ya beş-on qəpik çox, deməli, ayda...
    -"Səfdər, - dedi, - yenə rəqəmlər? Bəsdir, kişi, at bu rəqəmləri beynindən". Xidmətçi gəlib masanın üstünü yığışdırdı. Süfrəni çırpdı. Çevirib o biri üzünü saldı. Bu üzü də ləkəli idi. Amma bu ləkələr qalıb qartımış ləkələr idi, hopub solmuşdu, o biri üzdəki kimi təzə deyildi. Səfdər dayı sifarişini elədi. İncəvara, tez gətirdilər. Borş dadlı idi. Bir az duzu çatmırdı. Ya bəlkə Səfdər dayı şor yeyən idi. Kotlet də pis deyildi. Əlbəttə, Minanın yeməklərinə çatmazdı, amma hər halda...
    -Səfdər dayı köksünü ötürdü. Yaxşı yumşaq ətdir, - deyə düşündü. Lap qocamalıdır. Mənim kimi dişsiz qocalar üçündür. Ağzının müxtəlif yerlərində cəmi-cümlətanı 9 dişi qalmışdı. Kotleti yeyib qurtardı, ağzını siləndə cıqqıltıyla yerə nə isə düşdü. Səfdər dayı baxıb "bəli, bu da belə getdi" - dedi, əyilib düyməni götürdü, döş cibinə qoydu. Ağ parusin pencəyinin yeddi düyməsi vardı. Yaxarıdan ikinci, üçüncü və beşincisi düşmüşdü. İndi də yeddincisi düşdü. Düymələri də dişləri kimi pərakəndə tökülürdü. Biri ordan düşürdü, biri burdan.
    -Kompotu içə bilmədi. Pis təmi vardı. Özü də bulaşıq suyuna oxşayırdı. Görünür, çürümüş meyvələrdən hazırlanmışdı. Gərək gedəm özümə diş qayıtdıram. Bu dal dişimi də gərək çəkdirəm. Hərdən bir yaman zoqquldayır. Gərək mütləq gedəm. Deyirəm, amma heç getmirəm. Elə günü günə satıram. Eh, heç adamın başı açılır ki... Gərək evin damına da qır saldıram. Yoxsa payızda yenə damacaq. Damanda adamın mbütün ovqatı təlx olur. Gərək bütün otaqlara ləyənlər, vedrələr, boşqab-qazan, bankalar düzəsən. Hərəsindən də bir cür səs çıxır. Mis ləyənə damcılayanda bir səs çıxır, vedrəyə başqa, qazana başqa, boşqaba başqa... Kap, kap, kap... Çap, çap, çap... Pap, pap, pap...
    -Dünyada üç şey adamı lap zinhara yetirir, çəkmən sıxa, dişin ağrıya, evin dama. Səfdər dayı minnətdarlıqla köhnə yalınayaq çəkmələrinə baxdı. Ayaqları bu çəkmələrin içində elə rahat, elə xoş idi ki... Bəzən adam öz yorğan-döşəyində belə xoş, rahat olur... bBəli, Səfdər kişi, evin damır, dişlərin də tökülüb, düymələrin də bir-bir düşür, vaxtdır, kişi. Bəsdir dünyanın səfasını çəkdin. Deyəsən, əcəli qapının dalında bir az çox gözlədirsən axı...
-Yox, vallah, - dedi, - əcəldən qaçmıram. Ölümdən də qorxmuram. Məndən əskik adamları aparmayıb ki... Taytuşumun da çoxu ordadır.
    -Bayaqdan bəri susmuş radiocihaz birdən dilə gəldi. Xeyli xırıldadı, ayrı-ayrı sözləri deyib yenə susurdu. Ancaq anlamaq olurdu ki, rayon qəzetləri üçün mətn oxunur.
    -Təkrar edirəm. Kolxoz və sovxozlarımız bu il... dövlətə... planda nəzərdə tutulmuş... təkrar edirəm, kolxoz və sovxozlarımız bu il dövlətə planda nəzərdə tutulmuş 1200 ton əvəzinə 1897 ton taxıl, 90 ton əvəzinə 105 ton barama, 370 min əvəzinə 379 min yumurta, 222 ton əvəzinə 226 ton yun satmışlar, təkrar edirəm, 1200 ton əvəzinə... 
    -Səfdər dayı bir manat altı şahısını verdi, küçəyə çıxdı. Gedim bir arvada baş çəkim, - deyə düşündü. Arvadı iki ay bundan qabaq basdırmışdı. Qəbir üstünə adətən cümə axşamları gedərdi. Srağagün də getmişdi. Amma bu gün nədənsə birdən Minaya baş çəkmək ehtiyacı duydu.
    -Taksi dayanacağına çatdı. Növbə tutdu. Ondan qabaq dörd adam vardı. Küçə saatına baxdı. Əqrəblər başlarını 12-nin üstünə qoyub yatmışdı. 14-17 nömrəli bir taksi gəldi. Sonra dalbadal ikincisi, üçüncüsü gəldi. Səfdər dayının növbəsi çatmışdı. Təxminən 5- 6 dəqiqə də gözlədi. Dolu maşınlar bir-bir ötürdü. Səfdər dayı qeyri-ixtiyari nömrələrə baxır, ani olaraq nömrənin birinci yarısıyla ikinci yarısını toplayırdı. 41-18, deməli 59, 22-15, eylər 37. Tindən yaşıl işıqlı taksi buruldu. Nömrəsi 27-00. Səfdər dayı-27 üstə gəl 00 eylər 27-deyə düşündü və bu qəribə əməliyyata təəccübləndi. Amma fikirləşdi ki, bu rəqəmi 27- 00 kimi də oxumaq olar.
    -Sizin növbənizdir?
    -Bəli, bəli.
    -Hara gedəcəyik?
    -Qəbiristanlığa.
    -Sürücü qeyri-ixtiyari gülümsündü, amma dərhal da üzündən gülüşü sildi. Səfdar dayı onun nəyə güldüyünü başa düşdü. "Doğrudan da yəqin mənim görkəmim elədir ki, sürüb aparıb, elə birbaş qəbrə qoymaq olar. Yəni elə əslinə qalsa adamlar anadan olandan öz qəbirlərinə tərəf getmirlər? Yolları nə qədər uzaq düşsə də, nə qədər dolama-dolama, eniş-yoxuş olsa da, axır gəlib mənzilə çatırlar. Molla Nəsrəddin demişkən, hara getsələr, axırda gəlib bura çıxacaqlar".
    -Sayğacda rəqəmlər bir-birini təqib edirdi. 12 qəpik, 13, 14, 15 qəpik... Pəncərələrin dalında Qız qalası, bulvar, Azneft meydanı arxaya qaçırdı. Elə bil onları sayğacın rəqəmləriylə nömrələmişdilər: Qız qalasının nömrəsi 12, bulvarınkı 13, Azneft meydanınkı 14. Maşın şəhərin hündürünə dırmaşdı. Minanın qəbri içərilərdə idi. Maşın yolundan çox kənar. Səfdər dayı maşını saxlatdırıb on şahısını verdi, düşdü. Qəbirlərin arasıyla arvadının son məskəninə tərəf addımlamağa başladı. Həmişəki kimi yenə də qəbirlərin üstündəki yazıları oxuyurdu.
    -Əskər Teymurov
    -1905-1957
    -Tofiq Babayev
    -1927-1946
    -Adlar və rəqəmlər. Adlar və rəqəmlər. Yəni bu rəqəmləri bura yazmaq vacibdir? Yəni adamdan elə bu iki şey qalır? Adı və bu iki tarix? Axı niyə belə? Axı əslinə qalsa bu yazıların adamın şəxsən özünə dəxli də yoxdur. Adını özü qoymayıb. Familini də həmçinin, təvəllüdü, ölümü də özündən asılı deyil. Olmaz ki, bura adamın şəxsən özünə dəxli olan şeylər yazsınlar, məsələn, kim idi, bu dünyada nə iş görüb, nə iş qoyub gedib, ya məsələn, tutalım, xasiyyəti necə idi? Kimə nə yaxşılığı, nə pisliyi keçib? Övladı olub, yoxsa yox, öləndən sonra kimi qalıb? Yoxsa quru rəqəmlərdən nə çıxsın?
    -Faiq Mərdanov
    -1912-1959
    -Bəhmən Salayev
    -1938-1965
    -Qeyri-ixtiyari rəqəmləri toplamağa başladı. 1912-1959=3871. Sonra fikirləşdi ki, burda toplamaq düz olmaz, çıxmaq lazımdır. 1959-1912=47. Deməli, biçarə Faiq Mərdanov 47 il ömür sürüb. 1965-1938=27. Vay, bədbəxt, Bəhmən Salayev 27 yaş yaşayıb. 27 yaşında ölüb. Görəsən nədən ölüb? Əşi, əcəl göznən-qaş arasındadır. Bayaqkı fikri bir də beyninə qayıtdı. Deməli, belə çıxır ki, adam əcəlin qurduğu tələlərdən bir-bir qaçıb qurtarır ki, bura, bu son mənzilə sağsalamat gəlib çıxa bilsin. Yüz cür təsadüfi ölümdən qorunur ki, özünü axırda böyük ölümə yetirsin. Qədim bir əfsanəni xatırladı. Deyir, qoca bir səyyah gəlib qürbət ölkəyə çıxır. Qəbiristanlığa gedir. Görür qəbirlərin üstündə adamların yaşları yazılıb. Hamısı da bir yaş, iki yaş, çoxu beş yaş. Özü kimi piranə bir kişiyə rast gəlib soruşur ki, bəs bu nə olan işdir? Sizin camaat hamısı yəni körpə yaşında tələf olub? Qoca deyir ki, xeyir a, məsələ başqadır, məsələ ondadır ki, biz burda həmin bu adamların xoşbəxt yaşadıqları vaxtı yazmışıq. Qalan günlərini, illərini ömürdən saymırıq. Onda səyyah da deyir ki, bəs mənim də ömrümün axırına az qalıb, bu gün sabah öləcəm, vəsiyyət eləyirəm ki, məni də elə burda basdırın, qəbrimin üstündə də yazın ki, bəs bu adam elə anadan ölü doğulub. Minanın qəbrinə çatdı.
    -Minəvvər Mədət qızı
    -1909-1965
    -Söz vermişdi ki, bu səfər özünü tox tutacaq, kövrəlməyəcək. Amma qəbri görəndə birdən hardansa Minanın gecələr yuxuda danışması yadına düşdü. Özü də belə hətərən-pətərən danışıb sayıqlamazdı. Sözləri elə aydın, mükəmməl tələffüz eləyirdi, elə bil ayıq vaxtı oturub səninlə söhbət edir. Özünü saxlaya bilmədi, qəhərləndi, ağladı.
    -"Niyə belə vəfasız çıxdın, ay arvad, məni bu qoca yaşımda kimə tapşırıb getdin?"
    -Cibindən dəsmalını çıxartdı, eynəyini götürdü, gözlərini sildi. Bir müddət sakit dayandı. Sonra çevrilib getdi. Şəhərə piyada düşdü. Evə getməyi gəlmirdi. Gecəyə hələ çox vardı. Evdə tək başına gecəni gözləməkdan qorxurdu. Gecələr işi düzəlirdi. Hər gecə yuxu görürdü. Yuxuları da elə tünlük olurdu ki... o qədər adam olurdu yuxularında, gəl görəsən! Tay-tuşları, dost-aşnaları, curları-kişilər, məktəb vaxtının yoldaşları, uşaqlıq, gənclik dostları gəlib əllərini onun çiyninə vurur, ay Səfdər, yenə bu çötkəni qoymusan qabağına, hesabla görək dünyanın axırı haçandır? - deyirdilər. Yuxusuna çoxlu arvad da gəlirdi, anası, bacıları, bibisi qızları. Düyməsini tikər, paltarlarını yuyar, ütüləyər, xörəyini asardılar. Hər gecə Minanı görürdü, hər gecə də səhərə yaxın Mina başqa şəhərə köçür, ya da onu qoyub harasa gedirdi. Səfdər nə əlac eləyirdisə, saxlaya bilmirdi onu. Saat yeddini vuranda gözlərini açar, durub geyinərdi. Görəsən yuxuda ölənləri harda basdırırlar.
    -Tez-tez yuxuda qızı Nərminəni görürdü. Nərminəni iki il idi əriylə bir yerdə Afrikaya göndərmişdilər. Qvineyada sovet xəstəxanasında işləyirdilər. İkisi də həkim idi. Səfdər dayı xəritəyə baxmışdı. Qvineya lap dünyanın o başındaydı. İldə ikiüç məktub yazırdılar. Səfdər Minanın ölümünü hələ qızına yazmamışdı. Bu da bir çətin iş idi, gözünə durmuşdu. Qərib yerdədir, ərindən başqa bir qohum, bir yaxın adamı yox... Səfdərin yuxusunda Nərminə içəri girib anasını soruşurdu:
    -Bazara gedib, gələr.
    -Yox, ay kişi, sən mənə düzünü de, lap düzünü de, anam necə olub, hardadır?
    -Hər dəfə Nərminə Səfdər dayının yuxusuna gələndə elə bu sualı verərdi: sən mənə düzünü de, lap duzünü de! Yuxu görmək Səfdərə lap cavanlıqdan qalmışdı. Görürsən adam olur ayda-ildə bir yuxu görməz. Səfdər allahın ver günü yuxu görərdi. Mina da hər gecə yuxu görərdi. Səhər oyananda yuxularını bir-birinə dınışardılar. Elə bil hərəsi bir uzaq səfərdən qayıtmışdı. Qürbət ölkələrdə yedikləri, içdikləri özlərinin olmuş, gördüklərini, eşitdiklərini, bir-birinə danışırdılar.
    -Küçədəki qəzet lövhəsinin qabağında ayaq saxladı. Qəzetin dördüncü səhifəsinə elə bil yuxarıdan aşağıyacan rəqəm səpələnmişdi, istiqraz cədvəli çap olunmuşdu. 3... 5... 6... 9... - rəqəmlər, rəqəmlər, rəqəmlər. Uduşlar. Peşmançılıq. Səfdər dayı düşündü: bunlar nədir ki, adicə quru rəqəmlər, amma bax, məsələn, 3 altıdan yox, 7-dən sonra gələndə kiminsə bəxti gülür, kiminsə hıçqırığı içində qalır. Bu rəqəmləri belə yox, belə düzsən kimsə umsuq olur, kimisə bir xal yandırır, amma başqa birisinin birdən-birə kefini duruldur. Dönüb saata baxdı. Yox. Hələ evə getmək tezdir. Adi günlər işdən beşdə çıxırdı. Bu gün qısa gündür, deməli, gecə də iki saat gec gələcək.
    -"Gəlsənə vağzala gedim, - deyə düşündü, - vağzal qiyamət yerdir. Gələnlər, gedənlər! Heç yerdə o qədər deyibgülən görmək olmaz. Aerodrom da elədir. Amma aerodrome uzaqdır".
    -Vağzalın təzə keçidindən perrona çıxdı. Birinci və ikinci perron bomboş idi. Üçüncü perronda çoxlu adam vardı. Bəziləri əllərində iri gül dəstələri tutmuşdular. İri lövhədə qatarların gəlib-getmə cədvəli asılmışdı, 11 30... 16. 45... 19. 05. Rəqəmlər, rəqəmlər...
    -Reproduktordan paslı bir səs eşidildi:
    -Moskvadan gələn 20 nömrəli qatar 3-cü yola qəbul olunur.
    -Perrondakılar hərəkətə gəldilər. Parovozun səsi eşidildi. Burnu göründü. Vaqonlar bir-bir ötdü, 4, 5, 6, 7... Yük xidmətçiləri vaqonlara tərəf yüyürdülər. Yaxalarındakı nömrələr zınqırov kimi atılıb-düşür, bərq vurub parlayırdı: 15, 52, 38, 40...
    -Səfdər dayı çevrilib pillələrlə aşağı düşdü, vağzalın qarşısındakı meydana çıxdı. İzdihamlı, səs-küylü küçəylə yavaş-yavaş gedirdi. Bankın tanış binasının yanından keçərkən, işin qızğın vaxtında bura gəldiyi saatları xatırladı və düşündü ki, indi bank bağlıdır, işləmir, içindəki bütün rəqəmlər də yatıb. İstiqrazlardakı, pullardakı, növbənöv mühasibat kağızlarındakı rəqəmlər hamısı yatıb. Torpağa səpilmiş toxumlar kimi səssiz, sakit uyuyur. Həftənin birinci günü oyanacaq, qalxacaq, cücərəcəklər.
    -Küçə saatına baxdı. Saatın əqrəbləri sınıb içinə tökülmüşdü. Elə bil saatın içi vaxtın xarabalığı idi. Əqrəbsiz saata baxanda adam nədənsə eymənirdi, adamda nə isə anlaşılmaz, müdhiş və vahiməli bir hiss oyanırdı. Elə bil burunsuz bir sifət görürsən. Saatın yalnız rəqəmləri qalmışdı: 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10,11,12...
    -Birdən Səfdər dayıya elə gəldi ki, küçədəki adamlar da rəqəmlərə oxşayır. Bax o dar kəmər bağlamış kök arvad 8-ə oxşayır, o iri başlı kişi 9-a, hamilə arvad 6-ya oxşayır. Uzun dimdikli papaq qoymuş oğlan 7-yə bənzəyir. O tərəfdən iki arıq, kəkilli oğlan gəlir - 11. Başqa bir arıq oğlan yumrumatan bir arvadla yanaşı addımlayır - 10.
    -Səfdər dayı öz-özünə güldü: "Yox, deyəsən bu gün mənim lap yəqin başım xarab olub. Yaxşısı budur, nə qədər gec deyil, gedim evə".
    -Açarı çıxarıb qapısını açdı. İşığı yandırdı. Keçib pəncərənin pərdəsini araladı. Çayniki suyla doldurub odun üstünə qoydu. Divardakı təqvimə yanaşdı, diqqətlə baxdı. 5 iyun. 1965. Şənbə: Günün çıxması saat 3.15 dəqiqə, batması 21.07 dəqiqə
    -"Pah atonnan! - dedi, - zalım uşağı, günü də cədvələ salıblar. Batıb çıxmasını hesablayıblar. Hər şeyi, hər şeyi inventara salıblar, günü, ayı, göydə neçə ulduz var, hamısını. O gün biri danışırdı, deyir, siçanları, taxtabitiləri, birələri də hesablayıblar. Hansı şəhərdə neçə siçan, neçə taxtabiti, neçə birə var. Hamısını hesablayıb, inventara salıblar. Pah atonnan, a kişilər..." Səfdər dayı diksindi. Çoxdan bəri otağında eşitmədiyi bir səs eşitdi - zəng səsi. Evində telefonu vardı, amma lazımsız qutu kimi bir qıraqda atılıb qalmışdı. Yuxuya getmiş tənbəl, qara pişik kimi səssizsəmirsiz, kirimişcə xumarlanırdı. İndi isə zəngi zəngə calayırdı.
    -Kim ola?
    -Dəstəyi götürdü.
    -Allo!
    -Aydını çağırın, pojaluysta!
    -Hara zəng eləyirsən, qızım?
    -Ağayevgilin evi deyil?
    -Xeyir, bala, Atayevin evidir.
    -Oh, bağışlayın.
    -Asdı. Du, du, du, du, du...
    -Səfdər də telefonun çəngəlini basdı. Amma dəstək əlində qaldı. Nədənsə onda qəribə bir həvəs oyanmışdı. Kimləsə telefonla danışmaq istəyirdi. Elə bil ancaq indi ağlına gəlmişdi ki, telefonu var və bu telefonla danışmaq olar. Kimə zəng eləyim görəsən?
    -Dəstəyi yerinə qoydu. Telefonun altındakı masanın pərçim olmuş siyirtməsini açdı, oradan tozlu mixəyi bir dəftər çıxartdı. Dəftəri açdı. Elə birinci səhifədəcə Minanın xəttini görüb kövrəldi. A. hərfində Minanın xəttiylə "Atayev Səfdər" sözləri və onların telefon nömrəsi yazılmışdı. 4-15-20. Mina həmişə zarafatla üç şahı bir abbası deyərdi. İkinci səhifəni açdı. B. hərfində Babanın telefonu yazılmışdı. Yazıq Baba. Davadan qayıtmadı. Elə bil lap Babayçün deyiblər ki:
    -Sən ki bir od-yalovdun,
    -necə yatdın yerdə sən?
    -Şir, pələng kimi oğlan idi, yazıq. V. hərfində iki ad yazılmışdı: "Validə". Validə Minanın kiçik bacısı ndi. İki ildir əriylə Nuxaya köçüb gediblər. Bir də "Vahidov". Vahidov kimdir? Səfdər dayı nə qədər fikirləşdisə də yadına sala bilmədi. Q. hərfində yazılmış ad bərk-bərk qaralanmışdı. Mina qaralamışdı. Yazıq yaman kölgəsindən qorxan idi. Əlbəttə mənimçün qorxurdu. Qulamı aparanda qaralayıb, 55-ci ildə Qulam qayıtdı gəldi. Amma daha o 20 il bundan qabaqkı nömrəsini qaytarmayacaqdılar ki... Yəqin təzə nömrə veriblar. D. hərfində Dadaşın nömrəsi yazılmışdı. Səfdər dayı Dadaşa zəng eləmək istəmirdi. Cavanlıqda bərk dost idilər. Sonra aralandılar. Bayaq Məmməd Nəsir nə gəvəzələyirdi? Ay səni, Məmməd Nəsir. O vaxt Dadaşı gündə çağırırdılar. Yaxşı, məni niyə çağırmırdılar, Məmməd Nəsiri niyə çağırmırdılar? Əlbəttə. Dadaş gedənlərin çoxuyla daha artıq bağlıydı. Bəlkə ona görə çağırırlarmış. İndiki kimi yadımdadır, bir gecə bizə gəldi. "Arağın var?" "Bilirsən içən deyiləm"- dedim.
    -"Bilirəm, - dedi, - onunçün də özüm gətirmişəm. Barı bir şey ver". Pendir-çörək gətirdim, bir az da göyərti. Oturdu yarım litrəni təkbaşına içdi. Özü də dinməz-söyləməz. Bir kəlmə dinib danışmır. Mən də oturub buna baxıram. İçdi, şüşəni başa çatdı. "Eh, ay Səfdər, - dedi, - birini bilirsən, birini bilmirsən". Sözləri indiyə kimi qulağımdadır: - "Sənə nə var ki, xoşbəxt adamsan". Papağını qoydu getdi. O gündən gördüm, bəli, deyəsən mənə bir az suçlu baxır, belə bir cür gen gəzir. Mən də özümü heç o yerə qoymadım. Daha heç soruşub, eləmədim ki, bəs nə olub? Salaməleyküm, əleykəsalam, Vəssalam, Dadaş belə Dadaşdı. E. hərfi boş idi. Ə. hərfi "Əliyev Tahir". Əliyev Tahir? Hə, hə, yadıma düşdü. Bir vaxt qonşu idik. Amma neçə ildir bir-birimizə rast gəlmirik. Küçədə görsəm heç tanımaram. Yəqin mənim heç adım da onun yadında deyil. İ. "İdris". Maşallah, İdris. Məndən üç yaş böyükdür, amma turp kimidir. Həmişə dağda-daşda. İndi də eşitmişəm Zaqatala tərəfdə qızıl axtarır. Bu telefonu niyə çəkdirib bilmirəm. Heç vaxt Bakıda tapılmırlar, nə özü, nə arvadı. "Geoloq babayam,- deyir,- şəhərdə nə işim var? Mənimki dardı, daşdı". Bəlkə indi mənim bəxtimdən şəhərdə ola? Qoy bir zəng eləyim. 
    -Dəstəyi götürüb nömrəni yığdı. Uzun zaman aralı siqnallara qulaq asdı. "Hardan olacaq? İndi görəsən hansı dağda, hansı meşədə çadır qurub oturub". M. Məmməd Nəsir. "Ay onun başı batsın. İndi yəqin lül atəşdi. Fağır oğlu məhv elədi özünü, zay oldu bu içkiylə. Əvvəllər yenə bir əndazası vardı. İndi lap ağ eləyib. Adama nə qədər deyərlər, nə qədər öyüd-nəsihət eləyərlər. Uşaq deyil ki, sinli kişidir, saçı, saqqalı ağarıb. Ağlayır, söz verir, üç gündən sonra yenə görürsən lülqəmbərdir. Özü də kimnən gəldi içir, başlayır, ağzını allah yoluna qoyub axvayı-axvayı danışmağa. Uşaqlar yaxşı deyirlər ki, Məmməd Nəsirin qarnını doldur, ürəyini boşaltsın.
    -N. "Nəbiyev Əsgər" Əsgər yazıq da bildir öldü. Evə gəlib pencəyini çıxardıb. "Arvad, mənə bir çay" deyib, elə oradaca canı çıxıb. Bu ürək zəhrimarın da belə işi var da! R. Rəhim. "Yox, bala. Rəhim indi böyük adamdır. Əli böyüklərin ətəyindədir. Zəng eləyəcəyəm, deyəcək görəsən nə işi düşüb. Bir də ki, yəqin heç bu nömrə də düz deyil. Axı böyük adamlar vəzifəyə keçən kimi o saat telefonlarını dəyişirlər.
    -S. "Səfdər Atayev" 4-15-20. Bu səhifədə nömrəsini öz xəttiylə yazmışdı. T. "Teyyub". Şənbə günü Teyyub Bakıda qalan deyil. Mərdəkanda beli alıb əlinə, düşüb bağın canına. Bu il də yəqin mütləq bir səbət üzüm göndərəcək. Yadından çıxan deyil. X. H. Ç. - səhifələr ötdükcə Səfdəri qüssə basırdı. Elə bil yeganə kibrit qutusunda ancaq yanıq kibritlər qalmışdı. F. "Fərhad". Fərhad Moskvadadır. U. "Ulduz". Ulduzgil təzə evə köçüblər. Yəqin hələ telefon çəkdirməyiblər.
    -Dəftər köhnə orfoqrafiya vaxtından qalmışdı. Hələ iki hərf dururdu. Ö və Ə. Ö hərfi boş idi: Səfdər dayı aramla, ehmallıca son səhifəni açdı. Ə səhifəsində "Yaşar" sözü yazılmışdı, amma nədənsə telefonunu yazmaq unudulmuşdu. Telefon nömrəsi yox idi, - elə yalın-yalxı Yaşar. Dəftəri qapadı və birdən gözü arxa cilddə yenə Minanın xəttinə sataşdı. Mina iri çap hərfləriylə:
    -Yanğın 01
    -Milis 02
    -Təcili yardım 03 yazmışdı.
    -Səfdər dayı öz-özünə gülümsünüb dəstəyi qaldırdı. Sıfırı çəkdi, əlini birə uzatdı, birdən ağlına gəldi ki, yanğın idarəsiylə zarafat eləmək olmaz. Adamın atasını yandırarlar. Hər halda telefonu lap yəqin kəsdirərlər. İstəmirdi ki, telefonunu kəssinlər. Dinməsə də qoy bir qıraqda durub qalsın. Necə olsa bir həyandır. 02 ilə də zarafat etmək olmazdı. 03-nən də həmçinin. Bəs 04? Görəsən 04 telefon varmı? Görəsən haradır? Bəlkə bu nömrəni yığıb elə-belə danışmaq olar? Səni sorğu-suala tutmadan iki-üç kəlmə xoş söz deyərlər, hal əhval tutarlar, kefini soruşarlar, ürək-dirək verərlər? Səfdər dayı 04 yığdı. Telefondan heç bir səs çıxmadı. Nə uzun siqnallar, nə də qısa! Heç bir səs gəlmədi. Sanki bu, mövcud olmayan bir ərazi idi.
    -05-i çəkdi. Yenə səs çıxmadı.
    -06 da hay vermədi.
    -07-də tez-tez qısa siqnallar eşidildi. Məşğul idi.
    -08 də məşğul idi.
    -Səfdər dayı son nömrəni - 09-u çəkdi və dəstəkdə dərhal səs eşidib özünü itirdi, karıxıb:
    -Salaməleyküm, Səfdərdir, - dedi.
    -Quru bir səs eşidildi:
    -Kim? Familini aydın deyin.
    -Famili?.. Atayev. Atayev Səfdər.
    -Ünvan?
    -Mirzə Fətəli, 45.
    -Gözləyin.
    -Məsələ Səfdərə sonra çatdı. Başa düşdü ki, məlumat bürosuna zəng eləyib, arvad da elə bilib bu telefon nömrəsini istəyir. Onu gülmək tutdu, amma dəstəyi asmadı. Dəstəkdən səs gəldi:
    -4-15-20. Səfdər:
    -Lap düzdür, - dedi, - üç şahı, bir abbası.
    -Ancaq qız onun sözlərini eşitmədi. Dəstəyi qoymuşdu. Səfdər dayı da dəstəyi qoydu. Pıqqıldayıb güldü. Birdən fikirləşdi ki, görəsən adam öz telefonuyla öz nömrəsinə zəng eləsə nə olar?
    -Görək. Dəstəyi götürüb nömrəni çəkdi. 4, 1, 5, 2, 0... Aha. Tələsik, aramsız, kəsik siqnallar eşidilməyə başladı.
    -Du, du, du, du, du, du, du...
    -Səfdər dayı:
    -Məşğuldur, danışır,- dedi. Güldü, sonra nədənsə bir az tutulan kimi oldu. Dinləməyə başladı. Bir xeyli qulaq asdı. Dəstəkdən zahlətökən bir ardıcıllıqla səslər eşidilirdi: du, du, du, du, du... Elə bil payız günü evin damır...
 
NƏRMİNƏNİN ATASI SƏFDƏRƏ VƏ ANASI MİNAYA MƏKTUBU
 
    -Mənim əzizlərim! Ana və ata! Uzaq Qvineya diyarından sizə çoxlu-çoxlu salam göndərirəm. Sizinçün burnumun ucu göynəyir. Əvvəlcə sizə bir şad xəbər vermək istəyirəm: hər ikiniz baba və nənə olmusunuz. Özüm qəsdən bu barədə sizə heç nə yazmırdım ki, anam nigaran qalmasın. Bilirəm axı, yaman vasvasıdır. İndi hər şey yaxşı qurtarıb və on gün bundan qabaq balaca bir oğlan nəvəniz dünyaya gəlib. Hüsü deyir ki, atama oxşayır, ancaq burnu lap səninkidir, ay ana. Adını hələ qoymamışıq. Ay ata, mən istəyirəm sənin adını qoyaq; ancaq Hüsü deyir ki, iraq-iraq, sağ olan adamın adını qoymazlar. Dedim, sizlərdə qoymurlar, amma bizlərdə qoyurlar. Dedim bizlərdə belə qayda var ki, birinci uşağa babasının adını qoyurlar. Heç özüm də bilmirəm belə qayda var, ya yox, ancaq hər halda Hüsünün başını tovlamaq üçün belə dedim. Çünki çox istəyirdim sənin adını qoyam, ay ata. Uşağın adını çağıranda elə bilərəm siz də yanımdasınız bu qərib yerdə. Qız olsaydı sənin adını qoyacaqdım, ay ana. Ay ana, qurbanın olum, səndən yaman nigaranam. Hər gecə səni yuxuda görürəm. Elə qatmaqarışıq yuxular görürəm ki, heç olmasa mənə bir əlcə kağız yazaydın. Atama bax, gözünə su ver, hər ay müntəzəm mənə məktub yazır. Bizim əhvalımızı xəbər alsanız, güzəranımız pis keçmir. Hüsünün burda yaman hörməti var. Burda həkimlərə çox ehtiyac var. Elə xəstələr, elə xəstəliklər var ki, allah göstərməsin. Camaat çox mehribandır. Amma çox kasıbdırlar yazıqlar. Hə, balaca Səfdər oyandı, başladı bağırmağa. Yəqin acıb, köpəkoğlu yaman qarınquludur. Öpürəm sizi bərk-bərk: R. S. Hüsü sizə çoxlu salam göndərir.
Qızınız Nərminə
 
BİR DƏ MƏN GÖRSƏM Kİ…
 
Yazılana pozu yoxdur(?)
    -Nemət düyməni basdı:
    -Hə, bir şey deyin.
    -Sürəyya: yazır?
    -Nemət: Hə. Bir şey deyin.
    -Sürəyya: nə deyək?
    -Nemət: nə bilim, bir şey deyin də.
    -Sürəyya: aha... Demək, mən demək istə... Yox, demək mən demək, yaxşı çıxmadı. Dayan... hə... Deməli...ıhı, ıhı, (öskürür). Deməli, mən demək istəyirəm ki... Bu gün ayın 5- dir. İyunun. 65-ci il... Demək, sən almısan maqnitofon.
    -Bikə: neçə vermisən buna?
    -Nemət: yüz doxsan manat. Bikə xala, yaxın gəl. Sən də bir şey de bax bura, maqnitofona.
    -Bikə: Alyagildə də bundan var. Amma bundan böyük olar.
    -Murtuz Moskvadan gətirib. Deyir 4000 manata almışam. Köhnə pulnan.
    -Nemət: Karmen, Cilda, Nərgiz! Gəlin, siz də bir şey deyin. (Addımlar).
    -Karmen: nu çto?
    -Nemət: qızım, gəl bura. Cilda, sən də yaxın dur. Bax bura de.
    -Karmen: əşi, nə deyim e...
    -Nemət: bir şey deyin də...
    -Karmen: xoxma e... çto skazatğ?
    -Sürəyya: əşi, bir şey deyin də. Atanız təzə maqnitofon alıb gətirib.
    -Karmen: çuvak poşel samıy zadrıpannıy maqnik kupil I teper seans ustraivaet.
    -Cilda: ne qovari.
    -Gülüşdülər.
    -Sürəyya: kəs səsini, axmağın qızı. Zadrıpannıy! Lap yaxşıdır.
    -Karmen: o, maxani polnostö podderjivaet paxana.
    -Troqatelğnoe edinoduşie starşeqo pokoleniə.
    -Cilda: ne qovori.
    -Bikə: Murtuzgil pəncərənin qabağına qoyublar. Bundan azı iki dəfə böyük olar.
    -Karmen: çuvixa v vostorqe ot maqnitofona Murzika, nikak ne uspokoitsə.
    -Nemət: Nərgiz, qızım, quzum, gəl sən bura.
    -Nərgiz: mən gəldim.
    -Sürəyya: qızım, o şeri denən. Əzbər deyirdin ha...
    -Bikə: Murtuz deyir dörd min manat vermişəm. Köhnə pulnan.
    -Nərgiz: istəmirəm.
    -Sürəyya: əşi, istəmirsən istəmə. Hamısı özünü naza qoyub. Bəsdir Nemət. Saxla görək necə yazıb.
    -Nemət: Nərgiz, sən yenə mənim ruçkamı götürmüsən? Deməmişdim sənə ona əl dəymə? Bir də mən görsəm ki, o ruçkanı götürmüsən, özündən küs.
Nemət düyməni basdı. Lentin hərlənməsini saxladı:
    -Görək necə yazıb, - deyə ikinci düyməni basdı. Lenti geri hərlətdi.
    -İndi qulaq asaq, - dedi və üçüncü düyməni basdı.
    -Səslər gəldi:
    -Nemət: hə, bir şey deyin.
    -Sürəyya: yazır?
    -Karmenlə Cilda qışqırışdılar.
    -Maxanın səsidir.
    -Nemət: hə, bir şey deyin də.
    -Sürəyya: nə deyim?
    -Sürəyya:
    -Mənim səsimdir? - dedi, - heç oxşamır.
    -Nemət: nə bilim, bir şey deyin də.
    -Süraya: aha... demək, mən istə... yox, demək mən demək, yaxşı çıxmadı, dayan...
    -Hamısı gülüşdü:
    -Karmen:
    -Demək, mən demək istə, - deyə anasının səsini yamsıladı.
    -Sürəyya:
    -Əşi, qoyun qulaq asaq da, - dedi. Maqnitofondan səsi gəldi:
    -Bu gün ayın 5-dir. İyunun. 65-ci il. Demək, sən almısan maqnitofon. 
    -Nemət: -Lap tatar kimi danışırsan, - dedi. "Demək, sən almısan maqnitofon".
    -Maqnitofondan Bikə xalanın səsi gəldi:
    -Necə vermisən buna?
    -Nərgiz:
    -Nənə, sənsən, ay nənə, - deyə cır səslə çağırdı.
    -Karmen:
    -A çuvixa ne mojet, - dedi - obəzatelğno doljna spravitsa o üene.
    -Yenə gülüşdülər.
    -Bikə xala:
    -Murtuzgil də səsimi yazmışdı, - dedi, - lap öz səsimə oxşayırdı. Amma burda heç oxşamır.
    -Maqnitofondan yenə Bikə xalanın səsi gəldi:
    -Alyagildə də bundan var. Amma bundan böyük olar. Alya Bikənin böyük qızı, Sürəyyanın böyük bacısı idi.
    -Bikə: Murtuz Moskvadan gətirib.
    -Karmen:
    -Vot eto maq, ə ponimaö, - dedi.
    -Bikə: deyir 4000 manata almışam. Köhnə pulnan.
    -Nemətin səsi gəldi:
    -Karmen, Cilda, Nərgiz, gəlin siz də bir şey deyin.
    -Maqnitofondan addım səsləri eşidildi. Sonra Karmenin səsi gəldi:
    -Nu çto?
    -Karmen təəccüblə:
    -Mənəm, - dedi.
    -Cilda:
    -Yox, bəs mənəm, - dedi, - koneçno tı.
    -Karmen: xoxme e... çto skazatğ?
    -Sürəyya:
    -Xoxma-moxma. Bunların danışığına bax, - dedi.
    -Maqnitofondan səsi gəldi:
    -Əşi bir şey deyin də... Atanız təzə maqnitofon alıb gətirib.
    -Karmen: çuvak poşel samıy zadrıpannıy maqnik kupil... 
    -Nemət:
    -Qızım, dedi, vallah, mənə dedilər ki, bu pis marka deyil.
    -Cilda: ne qovori.
    -Maqnitofonda gülüş səsi eşidildi. Sonra Sürəyyanın səsi gəldi:
    -Kəs səsini, axmağın qızı...
    -Karmen:
    -Doğma qızınla gör necə danışırsan, - dedi. - İ uçti, gto uje zapisano. Daha sözüvü obratno götürüb dana bilməzsən.
    -Dokazatelğstvo na liüo.
    -Maqnitofondan səsi gəldi:
    -O, maxani polnostö podderjivaet paxana.
    -Cilda:
    -Ne qovori, - dedi və həmin andaca onun səsi maqnitofonda təkrar edildi:
    -Ne qovori...
    -Bikə xala:
    -Alyagilinki bundan böyük olar. - deyə sözə başladı, amma elə bu an öz səsini eşidib susdu:
    -Bundan azı iki dəfə böyük olar.
    -Karmen: çuvixa v vostorqe ot maqnitofona Murzika.
    -Sürəyya:
    -Bay, biabırçılıq, - dedi. - Murzik nədir, az, eşidər, inciyər. Biabır olarıq.
    -Karmen:
    -Nə var ki, - dedi, tyotya Alya ona həmişə Murzik deyir.
    -Bikə xala:
    -Alya arvadıdır, - dedi, - o başqa, sən başqa.
    -Maqnitofondan Nərgizin səsi gəldi:
    -İstəmirəm.
    -Sürəyya: əşi, istəmirsən, istəmə. Hamısı özünü naza qoyub. Bəsdir. Nemət, saxla görək necə yazıb.
    -Nemət: Nərgiz, sən yenə mənim ruçkamı götürmüsən. Deməmişəm sənə ona əl dəymə? Bir də mən görsəm ki...
    -Birdən-birə sükut başlandı. Lent səssiz-səmirsiz hərlənirdi. Yazı burda qurtardı. Nemət düyməni basdı:
    -Vəssalam, - dedi.
    -Sürəyya.
    -Əntiqədir, - dedi, - nə cür danışmışıq, hamısı düşüb.
    -Karmen
    -A çto tı dumala. - dedi, - sən bir şey danışacaqsan, orda başqa şey düşəcək?
    -Gülüşdülər.
    -Sürəyya:
    -Allah haqqı, lap möcüzədir, - dedi.
    -Karmen:
    -V kakom veke vı jivete, lödi? - dedi, - camaatçün maqnitofon proydennıy etap. A bunlar indi ayılıblar. Potrəsenı çudom texniki.
    -Cilda:
    -Ne qovori, - dedi, - xoxma e...
    -Nemət:
    -Balam, özünüz maqnitofon istəmişdiniz, - dedi, -
    -Başımı keçəl eləmişdiniz. Mən də alıb gətirmişəm də.
    -Sürəyya:
    -Lap yaxşıdır, - dedi. - sən bu sırtıqlara fikir vermə, qələt eləyirlər.
    -Bikə xala məzəmmətlə:
    -Heç nəyi bəyənmirlər, - dedi. - Alyanın uşaqları da belədir.
    -Sürəyya:
    -Amma doğrudan qiyamət şeydir, - dedi. - Mən heç öz səsimi tanımazdım. Elə bil özgə adamdır.
    -Nemət:
    -Heç kəs öz səsini tanımır, - dedi. - Çünki elə belə həyatda biz səsimizi olduğu kimi eşitmirik.
    -Sürəyya:
    -Sən mənim canım, qoy bir də qulaq asaq, - dedi.
    -Karmen:
    -Nu uje prostite, - dedi. - Gto nspıtanie vışe moix sil.
    -O da, Cilda da o biri otağa keçdilər. Nərgiz də onların dalınca qaçdı. Nemət düyməni basdı. Dinləməyə başladılar. İlk sözlər, cümlələr ötdü.
    -Demək, mən istə...
    -Elə həmin andaca maqnitofondan Sürəyyanın səsi eşidildi:
    -Demək, mən istə...
    -O biri otaqdan Karmen qışqırdı:
    -Demək, mən istə...
    -Nemət başını buladı:
    -O biri otaqdan Karmenin səsi gəldi:
    -Seyças çuvixa naçnet rasxvalivatğ maqnitofon Murzika.
    -Dərhal maqnitofondan Bikə xalanın səsi eşidildi:
    -Alyagildə də bundan var. Amma bundan böyük olar.
    -O biri otaqda qəhqəhə vazları cingiltiylə sınıb dağıldı. Axıra qədər qulaq asdılar. Qızlar o biri otaqdan replikalar atır və maqnitofon onların sözlərini tutuquşu kimi təkrar edirdi: artıq onlar yazını əzbər bilirdilər. Əslinə qalsa, Nemət də hansı sözdən sonra hansı sözün, kimin səsindən sonra kimin səsini eşidəcəyini bilirdi. Dil yanıltmacları, danışıq büdrəmələri, nəfəslər, öskürəklər, gülüşlər, hamısı cağbacağ öz yerində sabit və dəyişilməz donub qalmışdı.
    -Maqnitofondan Nemətin səsi eşidildi:
    -Bir də mən görsəm ki...
    -Sonra lentlərin sükutu hərlənməyə başladı. Nərgiz o biri otaqdan qaçıb gəldi. Qaçanda iki nazik hörüyü siçan quyruğu kimi çiynində atılıb-düşürdü.
    -Ata, - dedi. - Bir də görsən nə edərsən?
    -Nemət:
    -Ay şeytan, - dedi. - Bir az tez saxlamışam, sözüm yarımçıq qalıb. Amma bax deyirəm: bir də mənim ruçkamı götürsən, atanı yandıracağam.
    -Nərgiz dinməzcə mətbəxə getdi. Kibrit gətirib atasına uzatdı.
    -Yandır, - dedi.
    -Nemət gülüb qızını quçağına götürdü. O üzündən, bu üzündən öpdü. Yerə qoydu. Qapı döyüldü. Açdılar. Mürşüdün daz başı göründü. Mürşüd:
    -Döy taxta qapımı, döyərəm dəmir qapını, - dedi, - gülmə qonşuna, quyuya özün düşərsən, - bu, onun danışıq manerası idi. Qəsdən müxtəlif zərb məsəlləri bir-birinə çalayıb deyər, ya da təhrif edərdi.
    -İki qatar qızıl dişləriylə gülə-gülə içəri girdi.
    -Ay salaməleyküm, ay hər vaxtınız xeyir. Necəsiniz? Yaxşısınız. - Bu da onun zarafat formalarından biri idi. Özü sual verib özü də cavab verərdi: "Saat neçədir? Beşin yarısı. Hardan gəlirsən? İşdən". Sonra da gülərdi.
    -Mürşüd Nemətgilin qonşusu idi. Özü də diş həkimiydi. Kimsə haçansa demişdi ki, bu Mürşüd yaman baməzə oğlandır və bu sözlərlə onun evini yıxmışdı. Məzəlilik, neçə deyərlər, ağır bir yük kimi onun boynuna düşmüşdü. Hər yerdə, hər məclisdə, hər saniyə, hər dəqiqə məzəli olmaq yolunda yeddi qat qabıqdan çıxardı. Mürşüd gələndə səsi otağı başına alardı, otağı güclü radiostansiya efiri dolduran kimi doldurardı.
    -Nizami demişkən, cücəni payızda satarlar, - dedi.- İndi gəlmişəm, Nemət qağa, səndən qisas alım. Dünən Nemət şahmatda onu dörd əl dalbadal udmuşdu.
    -Dünən xoruzumu verdin qoltuğuma. Arvad sübh tezdən məni oyadıb ki, get bir toyuq da al evdə ptisaferma düzəldək. Dedim, arvad heç elə söhbət yoxdur, - əlini daz başına çəkdi, - eşitməmisən keçəl suya getməz. Bu xoruz əmanətdir. Nemət qağadan əl borcu almışam. Sabah şəxsən aparıb qağamın qolturuna verəcəm. Nizami demişkən: borclu borclunun sağlığını istər.
    -Nemət:
    -Nizami müəllimin bir başqa kəlamı da var, - dedi. -
    -Rəhmətlik yaxşı deyib ki, daldan atılan daş dəysə-dəysə, topuğa dəyər, - o da Mürşüdün yumoruna alışmış və onu mənimsəmişdi.
    -Mürşüd:
    -Ay allah ölənlərinə rəhmət eləsin, - dedi. - İndi mən səni elə udacam ki, heç Nizaminin Gəncədə ruhu da inciməsin.
    -Nemət:
    -Məni şahmatda udmaq, tul işdir, - dedi. - Mən yaxşı məktəb keçmişəm. Müharibə vaxtı, uşaq idim onda, anamdan gizlin qonşunun oğluyla marqarinə oynayardıq. Bilirdim ki, ölsəm də gərək udam. Doğrudan bir dəfə də uduzmadım.
    -Mürşüd:
    -O ki qaldı mənkuhatın müəzzəm faidələrinə, burada mətləb bir az tuldur, - dedi.
    -Mürşüddən beş dəqiqə sonra Mənzər gəldi. Mənzər Mürşüdün arvadı idi. Həmişə də belə edərdilər. Ya əvvəl ər gələrdi, beş dəqiqədən sonra arvad təşrif buyurardı. Ya da tərsinə.
    -Mənzər:
    -A kişi, hardasan, səhərdən səni axtarıram, - dedi. - Salaməleyküm. Nemət qardaş.
    -Hardayam? Çəkməmin üstündə, papağımın altında, köynəyimin içində. Mənzər şaqqıldayıb əliylə ağzını yumdu,
    -Aa, aa, - dedi. - Bacı deyəsən xəmir yoğurur. Mürşüd, səsivi çıxarma, düşbərə-qutaba qonağıq.
    -Mürşüd:
    -Mən srağagündən hazır, - dedi, - mən düşbərə-qutabın köhnə Məcnuniyəm.
    -Sürəyya:
    -Gözümüz üstə yeriniz var, - dedi. - Sabah üçdə buyurub gəlin.
    -Mürşüd:
    -E, yox, - dedi. - Nisyə girməz kisəyə. Sabah nisyə söhbət oldu. Çərxi-dövranı bilmək olmaz. Zəifcanlı oğlanam. Qan təzyiqim yüksək, özüm də radikulit. Nə bilim sabaha salamat çıxacağam, yoxsa yox. Nizami yaxşı deyib ki, bu günün işini sabaha qoyma:
    -Mənzər:
    -A, bacı, mübarək olsun, - dedi. - Deyəsən təzə priyomnik almısız.
    -Mürşüd iki əlini daz başına vurdu:
    -Vaxsey, vaxsey, arvad, - dedi. - Məni biabır elədin.
    -Ağız, bu ki maqnitofondur, priyomnik deyil, çox mübarək, sağlığınıza qismət olsun, mən də bayaqdan görmürəm.
    -Mənzər:
    -Nə bilim, a kişi, - dedi, - evimizdə bişməyib, qonşudan gəlməyib...
    -Mürşüd "ciddiləşdi".
    -Yox, arvad, sən lap ağ elədin. Qonşun sənə düşbərə- qutab bişirir, bəs deyil, hələ üstəlik maqnitofon da bişirsin?
    -Mənzər şaqqanaq çəkdi:
    -Ay kişi, heç bəndə sənin dilinə düşməsin.
    -Mürşüd:
    -Yox da, - dedi, xeyli gülüb birtəhər sakitləşdi. - Mən ölüm, düz demirəm, Nemət qağa? Kişisən, vur bura. Deyir, qonşuda bişməyib. Balam hansı vilayətdə görünüb ki, qonşuqonşuya maqnitofon alsın?
    -Bikə xala:
    -Sizin kimi qonşuya adam lap canını da qurban eləyər, - dedi. - Vallah, xeyirdə, şərdə qonşu adama qohumdan yaxın olur.
    -Nemət: "Qonşu mövzusu,- deyə düşündü, - on beş dəqiqə çərənləyəcəklər".
    -Mürşüd:
    -Can Bikə xala, - dedi,- varam sənin o bal kimi şip- şirin şəkər dilinə. Belə dili olan adamın dişləri də gərək cabaca olsun. Sabah gəl sənə müftəcə düz otuz iki dənə təzə diş qoyum. Amma, Nemət, zarafat bir yana dursun, qonşuluq ki var, doğrudan ayrı aləmdir.
    -Nemət: "Yox, deyəsən tab gətirə bilməyəcəyəm", - deyə düşündü. - "Mürşüdün yumoruna birtəhər davam gətirmək olar, amma üstəlik izhari-məhəbbətinə də qulaq asmaq!".
    -Əlbəttə, Mürşüd, - dedi, - söz ola bilməz ki, qonşuluq ayrı aləmdir, - Birdən gözü maqnitofona sataşdı. - Bilirsən, dedi, indicə səsimizi yazmışdıq. Qiyamət çıxıb, qulaq asmaq istəmirsiniz?
    -Mürşüd:
    -Bax, bu olar, rəhmətlik Nizami demişkən əmiri. Qur, qulaq asaq, Nemət qağa. Yaxşı deyiblər ki, hər şeyin köhnəsi, maqnitofonun təzəsi.
    -Nemət maqnitofonu qurdu. Hər adamın səsi gələn kimi Mənzər içini çəkirdi:
    -Vaxsey, vaxsey, Nemət qardaşdır, Mənzər canı, Nemət qardaşdır. Sürəyya bacı. Sürəyya bacıdır. Oh, Bikə xala, canımçün, Bikə xaladır, - elə bil maqnitofondan ən azı Nəsrəddin şahın səsi gəlməli idi, onun yerinə Nemət, Sürəyya, Bikə xala danışıb Mənzəri mat-məəttəl qoyurdular.
    -Mənzərin kəşfləri davam edirdi:
    -Karmeniçka, Cildiçka! - deyə çığırırdı.
    -Mürşüd:
    -Murzik,-deyə dik atıldı. - Murtuz, Balayeviçi deyir? Evinəcən, Karmen bala! Ay sənin oyunun olsun.
    -Maqnitofondan Nemətin səsi gəldi.
    -Bir də mən görsəm ki...
    -Sonra sükut başlandı.
    -Nemət:
    -Vəssalam, - dedi, düyməni basdı.
    -Mürşüd:
    -Görsən neyləyəcəksən, Nemət? -dedi. - Mən ölüm, qulağıma pıçılda.
    -Heç nə, əşi...
    -Mənzər:
    -Vaxsey, vaxsey, qiyamət imiş, - dedi. - Nemət qardaş başına dönüm, ver bir də qulaq asaq.
    -Nemət düyməni basdı. Bir də qulaq asdılar. Mənzər yenə səsləri tanıyır:
    -Sürəyya bacı! Bikə xala! Vay evinəcən, - deyə qışqırırdı:
    -Yenə Nemətin səsi gəldi.
    -Bir də mən görsəm ki...
    -Nemətlə Mürşüd şahmat oynamağa başladılar. Mürşüdün adəti vardı. Oynayan vaxtda aramsız danışır, oxuyardı.
    -Deyir, çünki oldun dəyirmançı, çağır gəlsin dən Koroğlu. Yaxşı, Nemət müəllim, mən burdan sənə şah desəm, hara gedərsən? Aha, bura, çox gözəl, çox da pakizə, deyir qızım sənə başmaq alım, al dədə, qurbanın olum. Al, bir dənə də şah. Deyir şax, şax, uşaqsan, uşax. Dərsə gedən bir uşaq, çıxdı buz üstə qoçaq, durdu qoçaq neylədi, buza belə söylədi. Nə söylədi, söylədi ki, mən bu topu götürürəm, bu atla, soruşsan niyə deyərəm neçin ki, lazımdır, Deyir, dağlar dağımdı mənim, qəm oylağımdı mənim, dindirmə, deyir, qan ağlaram, çünki yaman çağımdır mənim, hə... ki... qızı verdilər keçələ, bəs bir gün gördülər... nə gördülər, gördülər ki... şah, bir də şah deməli belə getdin, çox yaxşı, indi sən mənə şah deyirsən, lap əcəb eləyirsən, - birdən-birə elə bil Mürşüdün söz axını qurudu, bir az tutulan kimi oldu, başını qaldırıb maddım-maddım Nemətə baxdı, - boy, mən matam ki, - dedi, - ə, bu necə oldu, ə? Bu biri topu görmədim zəhrimarı, ay sənin saqqalın ağarsın, pəh atonnan, udmuşdum e, əməlli-başlı səni sıxışdırırdım, tfu, andıra qalasan belə oyun. Yaxşı, birini də düzək.
    -Dəhlizdən səslər gəldi.
    -Sürəyya:
    -Xoş gəlmisiz, keçin içəri, - deyirdi.
    -Nemət səslərindən gələnləri də tanıdı. Sürəyyanın ortancıl bacısı Tahirə və onun əri Cabbar idi. Nemət ayağa durub onların qabağına çıxdı. Cabbar allahın fağırı idi. Vur qapazı başına, al çörəyi əlindən. Tahirə isə atmaralı idi. Ər də, arvad da kimyaçı idilər. Ər elmlər namizədi. Arvad elmlər namizədi. Ər indi doktorluq dissertasiyasını yazırdı. Cabbar sözləri çox aydın və təmkinlə tələffüz elər və sırf ədəbi dildə danışardı: "Mən və Tahirə artıq beş ilə yaxındır ki, nigahdayıq. Biz mütəmadiən hər axşam dənizkənarı bağa gedib təmiz hava qəbul edirik və b. k. Sısqamətən bir oğulları vardı. Nemət onu görəndə ürəyindən qara qanlar axırdı. Çünki haçan görsəydi Tahirə ritorik suallarla uşağın canını boğazına yığırdı: "Alik necə çörək yeyir? Alik pis çörək yeyir. Bəs Fatik necə yeyir? (Uşağın adı Fuad idi) Fatik yaxşı yeyir. Alik mamasını neyləyir? Alik mamasını incidir. Bəs Fatik? Fatik mamasının sözünə baxır". Uşaq bütün bu ritorikanı çox laqeyd və biganə görkəmlə dinləyirdi. Mənfur Alikin kim olduğunu heç kəs bilmirdi. Tahirə özü də bilmirdi. Nemətə elə gəlirdi ki, bu mifik bir varlıqdır. Fatikin mələkliyiylə müqayisə üçün peyda olmuş bir iblisdir.
    -Bir həftə bundan qabaq Cabbargil təzə mənzilə köçmüşdülər. Amma köçməyə çoxdan hazırlaşırdılar. Altı ay söhbətlərinin əsas mövzuları mənzil məsələsi idi. Bundan əvvəl isə düz üç il ayrı mövzuları vardı. Üç il bundan qabaq Dunayla səyahətə çıxmışdılar, altı ölkədə olmuşdular. Nemət düşünürdü ki, özlərinə bilmirəm, amma camaata bu səyahət çox baha oturdu. Kim, harda, nədən danışsaydı Tahirə dərhal onun sözünü ağzında qoyub deyərdi:
    -Yadında, Caboş, biz Ruminiyada olanda... (Ümumiyyətlə, onda bu xasiyyət vardı, birinci növbədə ərinin, sonrakı növbələrdə başqalarının sözünü yarımçıq kəsib ya etiraz edər, ya təshih edər, ya da tamam başqa, heç dəxli olmayan bir məsələdən danışmağa başlardı).
    -Cabbar da təmkinlə:
    -Bəli, Tahirə, - deyə cavab verərdi. - Lap yaxşı yadımdadır.
    -Tahirə ərini Caboş çağırırdı. Bilmirəm bu bacılarda nə adətdir. Alya da o boyda zırpı kişiyə Murzik deyir.
    -"Caboş, Murzik! Yaxşı ki, Sürəyya mənə belə bir ad qoymayıb".
    -Nemətin yanında Caboş, ya Murzik deyəndə əti tökülürdü. Çimkinirdi, elə bil qapının dalından açıq-saçıq bir səhnə, ya başqasının yığışılmamış yorğan-döşəyini, yad adamın alt paltarını, ya nə bilim nələr görürdü.
    -Tahirə:
    -Caboş, - dedi, - görürsən. Sürəyyagil təzə maqnitofon alıblar.
    -Bəli, görürəm. Çox mübarəkdir. Sağlıqlarına qismət olsun.
    -Sağ ol.
    -Yadında, Caboş, Avstriyada maqnitofon gördük e, belə sarı qutuda?
    -Nemət: "Aman allah", - deyə düşündü.
    -Təzə eviniz necədir? - deyə soruşdu. Hər halda ev söhbəti nisbətən təzə idi, qulağı yağır eləməmişdi.
    -Cabbar:
    -Yaxşıdır, - dedi. - İki balkonu var. Hündürlüyü üç metr. Köhnə layihəylə tikilib. Qəşəng. - "Qəşəng" onun ən çox işlətdiyi söz idi. - Çox yaxşı oldu, mən elə bilirdim tualetlə hamamı bir yerdə olacaq. Təzə evlərdə belə olur axı... Amma baxtımız gətirib. Qəşəng. 
    -Sürəyyanın içəri girdiyini görüb bir də təkrar elədi:
    -Hamam ayrı, tualet ayrı. Qəşəng
    -Əliylə qəribə bir hərəkət elədi. Güman ki, tualetin formasını təsvir edirdi.

    -Qəşəng, - dedi, - ağ kafel. Mətbəx də, hamam də.
    -Duşu bir balaca...
    -Tahirə onun ağzından vurub.
    -Bilmirəm, nə duş, duş salmısan, - dedi. - Yaxşı, qərara gəldik axır ki, usta çağırıb dəyişdirəcəyik.
    -Cabbar:
    -Əlbəttə, - dedi, - amma mən...
    -Tahirə:
    -Çox evdə kafel vurmurlar, - dedi, - gərək özün vurdurasan.
    -Cabbar:
    -Nemət, - dedi, - bir təmiz, keyfiyyətli kafeldir ki,
    -Tahirənin, Sürəyyanın canıyçün. Baxanda adamın ağzı açıq qalır.
    -O, həmişə arvadının canına and içirdi. Nemətlə danışanda Sürəyyanı əlavə edərdi. Murtuzla danışanda Alyanı.
    -Sürəyya:
    -Nemət, - dedi, - maqnitofonu qursana! Tahirəgil qulaq assınlar.
    -Nemət düyməni basdı, dərhal da səsi eşidildi:
    -Hə, bir şey deyin.
    -Tahirə:
    -Sənsən? - dedi.
    -Nemət başını yellədi.
    -Sürəyyanın səsi gəldi:
    -Yazır?
    -Tahirə:
    -Caboş, Sürəyyadır e, - dedi.
    -Cabbar:
    -Qəşəng,- dedi.
    -Sürəyyanın səsi gəldi:
    -Demək, mən demək istə...
    -Gülüşdülər.
    -Cabbar:
    -Qəşəng, - deyə təkrar etdi.
    -Karmen "Murzik" deyəndə yenə gülüşdülər.
    -Mürşüd:
    -Murtuz Balayeviçin qulağına çatar, yaxşı düşməz, - dedi, - inciyər.
    -Tahirə Sürəyyanın qulağına tərəf əyilib Alyagildən nə isə danışmağa başladı. Cabbar gözlərini qırpmadan diqqətlə qulaq asır, vaxtaşırı:
    -Qəşəng, qəşəng, - deyirdi.
    -Nemətin səsi gəldi:
    -Bir də mən görsəm ki...
    -Sükut. Mürşüd Cabbarı yeni mənzilləri haqqında sorğu-suala tutmuşdu. Nemət qulağının ucuyla Cabbarın sözlərini eşidirdi. -...ayrı, hamam ayrı. Qəşəng
    -Cabbargil gedəndə dəhlizdə Sürəyya dedi ki, sabah saat üçdə nahara bizə gəlin. Elə-belə. Özümüz olacağıq. Bir azdan Mürşüdgil də durdular. Dəhlizdə Sürəyya dəvətini təkrar etdi.
    -Mürşüd:
    -Qapını ayağımızla açaq, əlimizlə? - dedi.
    -Sürəyya başa düşmədi.
    -Mürşüd:
    -Sürəyya bacı, lap dilbilməzsiniz, - dedi, - deyirəm yəni əlidolu gələk?
<< 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 >>
Bölmə: Azərbaycan ədəbiyyatı | Əlavə edildi: azerhero (28.11.2013) | Müəllif: R.C E W
Baxış: 896 | Reytinq: 5.0/1
Bütün rəylər: 0
omForm">
avatar

Kitablar — zamanın dalğaları ilə səyahət edən və nəsildən-nəslə öz qiymətli yükünü ehtiyatla aparan fikir gəmiləridir.

- Frensis Bekon

Son 90 gün ərzində kitab oxumamaqdan daha pisi kitab oxumadığına görə narahat olmamaqdır.

- Cim Ron

Kitabları yandırmaqdan daha pis şey onları oxumamaqdır.

- Rey Bredberi

Yaxşı kitab aysberqə oxşayır, onun yeddi-səkkiz hissəsi suyun altında gizlənib.

- Ernest Heminquey

Kitablarım mənə çatacaq qədər böyük bir krallıqdır.

- Shakespeare

Mən, kitablarımı yaratmadan əvvəl, kitablarım məni yaratdılar.

- Montaigne

Kitabsız yaşamaq; kor, kar, dilsiz yaşamaqdır.

- Seneca

Bu günün gərçək universiteti, bir kitabxanadır.

- Carlyle

Kitab, tək ölümsüzlükdür.

- Rufus Choate

Exlaqa uyğun ya da zidd kitab deyə bir şey yoxdur. Kitablar ya yaxşı yazılmışdır, ya da pis. Hamısı bu qədər!

- Oscar Wilde

Ümidlə açılıb qazancla bağlanan bir kitab, yaxşı bir kitabdır.

- Alcott

Kitablar, itmiş başların abidələridir.

- Sir William Dave

Kitablar, heç solmayacaq bitkilərdir.

- Herrick

Kitab heç aldatmayan bir yoldaşdır.

- Guilbert De Pixrecourt

Axmaqlarla oturub-durmaqdansa , kitabla tənha oturmaq yaxşıdır.

- Qasım bəy Zakir

İnsan güc ilə yox, mütaliə etməklə ağıllanır.

- C.Bruno

Az bildiyini başa düşmək üçün çoxlu oxumaq lazımdır.

- Mişel Monten

Kitablar özünüzə və başqalarına hörmət etməyi öyrədəcək, ürəyi və ağlı, dünya və insanlıq sevgisiylə dolduracaq.

- Maksim Gorki

Kitab həyatın ən uzaq və qaranlıq yollarında insana işıq bəxş edən əfsanəvi çıraqdır

- A.M.Upit

BAKI QIZLAR UNİVERSİTETİ
1992-ci ildə təsis edilən və həmin vaxtdan da fəaliyyətə başlayan Bakı Qızlar Universitetinin (əvəllər Bakı Ali Pedaqoji Qızlar Seminariyası adlanırdı) yaradılmasında məqsəd respublikada qadın pedaqoji kadrlar yetişdirmək, onların intellektual səviyyəsini yüksəltmək və gənc qızları ailə həyatına hazırlamaqdan ibarətdir. Hazırda universitetdə "Sosial pedaqoji” və "Filologiya-tarix” fakültələri fəaliyyət göstərir. "Sosial pedaqoji” fakültədə "Təhsildə sosial-psixoloji xidmət”, "Psixologiya”, "Coğrafiya müəllimliyi”, "ibtidai sinif müəllimliyi”, "Məktəbəqədər təlim və tərbiyə”, "Riyaziyyat və informatika müəllimliyi”, "Filologiya-tarix” fakültəsində isə "Xarici dil (ingilis) müəllimliyi”, "Azərbaycan dili və ədəbiyyat müəllimliyi”, "Tarix müəllimliyi”, "Jurnalistika” üzrə bakalavr, "İbtidai sinifdə tədrisin metodika və metodologiyası”, "Pedaqogika nəzəriyyəsi və tarixi”, "Azərbaycan ədəbiyyatı”, "Azərbaycan dili”, "Azərbaycanın yeni və ən yeni tarixi” sahəsində magistratura səviyyəsində kadr hazırlığı aparılır.
Bakı Qızlar Universiteti Nazirlər Kabinetinin 1996-cı il fevralın 21-də 21 saylı sərəncamı ilə dövlət qeydiyyata alınmışdır. 2013-cü ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin lisenziya komissiyası BQU-nun çoxilli fəaliyyətinin, onun yüksək maddi-texniki bazasının, infrostrukturunun, təlim-tərbiyə sisteminin Azərbaycan Respublikası təhsil Qanununa Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Ali təhsil Müəssisələrinin fəaliyyətinə xüsusi razılıq (lisenziya verilməsi haqqında qərarına, Azərbaycan Respublikası Təhsil Nazirliyinin sənədlərinə uyğn qurulduğunu, pedaqoji kadrların hazırlanmasında əldə olunmuş nailiyyətlərini nəzərə alaraq universitetin fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsini məqsədəuyğun hesab etmişdir. Eyni zamanda 2013-cü ildə universitet akreditasiyadan keçmişdir. Universitetdə müxtəlif fənnlər üzrə kabinetlər, dörd kopüter otağı, kitabxana, badii yaradıcılıq studiyası, tələbə elmi cəmiyyəti, Tələbə Gənclər təşkilatı, dörd dərnəklər, nəşriyyat, idman zalı, yeməkxana, kadrlar şöbəsi və mühasibatlıq fəaliyyət göstərir.
Learn more