Əsas » Məqalə » İqtisadiyyat

İqtisadi nəzəriyyə-15
<< 1 / 2 / 34 / 5 / 6 / 7 / 8 / 9 / 10 / 11 / 12 / 13 / 14 / 15 / 16 / 17 / 18 >>


    Əhalinin məşğulluğu və əmək bazarının dövlət tərəfindən tənzimlənməsi üçün konkret olaraq aşağıdakı metodlardan istifadə olunur: 1) proqram-məqsədli metod; 2) normativ metod; 3) balans metodu.
    Direktiv xarakterli dövlət planı olmadığı şəraitdə proqram-məqsədli metodun funksiyaları dəyişir və o daha geniş yayılmağa başlayır. Dövlət siyasətinin reallaşdırılması mexanizmi olan məşğulluq proqramı müxtəlif səviyyələrdə işlənib hazırlanır və həyata keçirilir. Burada məşğulluq və əmək bazarına dair regional proqramların, habelə müxtəlif demoqrafik qruplar (gənjlər, qadınlar və i.a.) üzrə proqramların işlənib hazırlanması xüsusi aktuallıq kəsb edir.
    Normativ metoddan xidmət sahələrində iş qüvvəsinə olan tələbi əsaslandırmaq üçün istifadə edilir. Bazar iqtisadiyyatı şəraitində sosial normativlərin əsaslandırılması xüsusilə vajibdir. Bu normativlərə işsizliyin yol verilən səviyyəsi, əhalinin sosial müdafiəsini təmin edən minimum sosial normativlər, həyat səviyyəsi və sosial inkişafın minimum standartları aiddir.
    Məşğulluqla əlaqədar olaraq balans metodundan da geniş istifadə olunur. Məsələn, ümumi əmək ehtiyatları balansı əmək ehtiyatları ilə onların bölüşdürülməsi arasındakı ən ümumi proporsiyaları səjiyyələndirir.
    Ümumi əmək ehtiyatları balansını tamamlayan, həm də tarazlığın başqa aspektlərini əks etdirməyə imkan verən iş yerləri balansıdır. Onun əsas məqsədi təsərrüfatların ərazi səviyyəsində təşkili zamanı bütün mülkiyyət formalarına mənsub olan müəssisələrin investisiya proqramlarını regionların əmək ehtiyatları ilə uzlaşdırmaqdan ibarətdir. O, iş yerləri ilə işləyənlər, iş yerlərinin komplektləşdirilməsi üçün tələb olunan işçilərin sayı ilə normativ növbəlik əmsalı arasındakı tarazlığı göstərir. Onun əsasında və iş yerinin dəyəri göstərijisindən istifadə etməklə kapital qoyuluşunun həjmini və onun təkrar istehsal strukturunu (yeni iş yerlərinin yaradılması və onların texniki jəhətdən təkmilləşdirilməsi və i.a.) proqnozlaşdırmaq olar. Kapital qoyuluşu olmadan əmək məhsuldarlığı ilə fondla silahlanma arasında zəruri nisbəti təmin etmək mümkün deyildir. Odur ki, əmək məhsuldarlığı artımının proqnozlaşdırılan sürətinə nail olunması üçün kapital qoyuluşunun mümkün olan artımının obyektiv surətdə ölçülməsi çox vajibdir. Iş yerləri balansı region səviyyəsində məşğul əhalinin sayı və strukturunun proqnozlaşdırılması və onun tələb olunan investisiyalarla əlaqələndirilməsinin əsas alətinə çevrilməlidir.
    Hazırda ölkəmizdə əmək bazarının tənzimlənməsi sahəsində dünya təcrübəsində özünü doğrultmuş metodlardan istifadə olunur. Şübhəsiz ki, dünyada mövcud olan əmək bazarının tənzimlənməsi modellərinin müsbət cəhətləri ilə yanaşı, mənfi cəhətləri də vardır. Odur ki, həmin təcrübənin müsbət cəhətlərindən yararlanmaq, zaman keçdikjə baş verən yeniliklərdən istifadə etməklə tam məşğulluğun təmin olunması və işsizliyin azaldılması sahəsində məqsədyönlü işlər görmək, tədbirlər həyata keçirməklə ölkəmizin iqtisadi potensialının artırılması və xalqımızın həyat səviyyəsinin yüksəldilməsində çox böyük nailiyyətlər qazanılması mümkündür.
 

 
 Mövzu 22:İqtisadiyyatın dövlət tənzimlənməsi.( 2 saat)
Plan
 
    1.Iqtisadiyyatın dövlət tərəfindən  tənzimlənməsinin  zəruriliyi.
    2. Qarışıq iqtisadiyyat şəraitində dövlətin əsas iqtisadi funksiyaları.
    3. Dövlət tənzimlənməsinin obyektləri və subyektləri.
    4. İqtisadiyyatın dövlət tənzimlənməsinin formaları və metodları.
 
1.Iqtisadiyyatın dövlət tərəfindən  tənzimlənməsinin  zəruriliyi.
 
    Iqtisadiyyatda bazar münasibətlərinin formalaşması sosial-iqtisadi proseslərin dövlətin tabeliyindən çıxarılmasını nəzərdə tutur. Lakin bu o, demək deyildir ki, dövlət  mikro və makroiqtisadi səviyyədə bu proseslərin tənzimlənməsindən tamamilə kənarlaşdırılmalıdır. Bazar iqtisadiyyatı nəzəriyyəsinin banilərindən olan A.Smit hələ vaxtilə qeyd edirdi ki, hökmdarın və ya dövlətin vəzifəsi bütövlükdə cəmiyyət üçün son dərəjə faydalı olan, lakin öz vəsaiti ilə bir nəfərin, yaxud da qrupun, xərjini ödəyə bilmədiyi ijtimai müəssisələri yaratmaq və həyata keçirməkdən ibarətdir. Odur ki,  onların xüsusi şəxslər  və  ya az sayda  xüsusi şəxslərdən ibarət  olan; qrup tərəfindən yaradılması və saxlanılmasını gözləmək olmaz1
    Buradan aydın olur ki, azad prinsipinə və heç nə ilə məhdudlaşdırılmayan rəqabətə əsaslanan bazar, jəmiyyət qarşısında duran bütün problemləri həll etmək iqtidarında deyildir. Və buna görə də dövlətin jəmiyyətdə gedən iqtisadi və sosial proseslərə müdaxiləsi zəruridir.
    Dövlətlə biznesin qarşılıqlı fəaliyyəti baxımından   kapitalizm bir-birindən az və ya çox dərəjədə fərqlənən iki mərhələdən keçmişdir. Birinji mərhələdə onun əsas vəzifəsi özünün mənafeyini reallaşdırmaq üçün feodal dövlətinin istifadə etdiyi qeyri-iqtisadi məjburetmə formalarını aradan qaldırmaqdan ibarət olmuşdur. Bunlar öz ifadəsini azad rəqabət və sahibkarlıq prinsiplərinə əsaslanan kapitalizm mərhələsində tapmışdır. Bu dövr formalaşdığı vaxtdan təqribənX1X əsrin ikinji yarısınadək davam etmişdir.
    X1X əsrin sonu, XX əsrin əvvəllərində kapitalist iqtisadiyyatı öz inkişafının korporativ mərhələsinə daxil olmuşdur. Bu dövrün fərqləndiriji jəhətlərindən biri  iqtisadi və sosial sahələrdə dövlətin tənzimləyiji və nəzarətediji rolunun əhəmiyyətli dərəjədə genişlənməsidir.
    Bu, istehsalın təmərküzləşməsi və mərkəzləşməsinin güjlənməsi, iqtisadi əlaqələrin mürəkkəbləşməsi və sosial problemlərin kəskinləşməsi ilə əlaqədardır.
    X1X əsrin axırlarından dövlətin iqtisadi funksiyalarının tədrijlə genişlənməsi üç mərhələdən keçmişdir. Birinji mərhələnin başlanması birinji dünya müharibəsi ilə əlaqədardır. Bu mərhələ 1929-1933-jü illərdəki Böyük durğunluq dövrünədək davam etmişdir. Bu dövrdə, dövlət, iqtisadiyyatda dövlət bölməsi yaratmaqla inhisarçılığa meyli məhdudlaşdırmağa çalışmış və iqtisadi proseslərin tənzimlənməsinə fəal müdaxilə etməyə başlamışdır. Lakin bu müdaxilə əsas etibarilə hərbi istehsal sahələri ilə məhdudlaşmışdır. Yerdə qalan sahələrdə isə təsərrüfatçılığın xüsusi kapitalist formaları hökmran mövqeyə malik olmuşdur.
    1929-1933-cü illərdəki dünya iqtisadi böhranı dövlətin funksiyalarının genişlənməsində ikinji mərhələnin başlanğıjını qoymuşdur. Bu mərhələ ikinji dünya müharibəsinədək davam etmişdir. Bu dövrdə jəmiyyətin tarixində bazar təsərrüfatının idarə olunmasında dövlətin daim və fəal iştirakı sistemi meydana gəlmiş, iqtisadiyyatın tənzimlənməsində istifadə olunan formalar inkişaf etmiş, planlaşdırmanın ünsürləri özünü göstərmişdir. Bu jür siyasət öz ifadəsini dövlət mülkiyyətinin və dövlət büdjəsinin həjminin artmasında tapmışdır. Belə bir şəraitdə büdjə vəsaitindən təkjə dövlət aparatının saxlanması üçün deyil,həm də dövlət və xüsusi fəaliyyətin maliyyələşdirilməsi üçün istifadə olunmağa başlanmışdır. Dövlət makroiqtisadi tarazlığın tənzimlənməsi üçün büdjə-vergi siyasəti ilə yanaşı, həm də kapital qoyuluşlarının stimullaşdırılması və sosial problemlərin həllinə yönəldilən pul-kredit siyasətindən də fəal istifadə etmişdir.
    Dövlətin funksiyalarının genişlənməsində üçünjü mərhələ ikinji dünya müharibəsindən sonra başlamış və əllinji illərin ortalarına qədər davam etmişdir. Bu mərhələ, əvvəlki mərhələdən onunla fərqlənmişdir ki, həmin vaxtadək yeridilən siyasətə iqtisadi artım sürətinin stimullaşdırılması ilə əlaqədar tədbirlər sistemi əlavə edilmişdir. Bu dövrdə dövlət, sənayenin ən mühüm sahələrinin inkişaf etdirilməsində, istehsal və sosial infrastrukturun yaradılmasında daha fəal iştirak etməyə başlamışdır. Bu mərhələdə «kapitalizmin qızıl əsri» adlandırılan növbəti mərhələnin başlanması üçün zəruri maddi zəmin yaradılmışdır.
    XX əsrin 50-70-ji illərində yeridilən dövlət siyasəti aşağıdakı ilkin şərtlərə əsaslanmışdır:
1)    Iqtisadiyyat xüsusi kapitalist deyil, qarışıq olmalıdır. Dövlətin iqtisadiyyata müdaxiləsinin zəruriliyi bazarın «nöqsanlı» olması, daha dəqiq desək, onun resursları səmərəli bölüşdürmək iqtidarında olmaması ilə şərtlənir. Bu nöqsanlara ijtimai nemətlərin və təbii inhisarların, xariji təsirin mövjudluğu, bazar haqqında informasiyaların kifayət qədər tam olmaması və s. aiddir;
2)    Bazar öz-özünə sabit makroiqtisadi nətijələrə gətirib çıxarmaq iqtidarında olmadığına görə məqsədyönlü makroiqtisadi siyasət yeridilməsi zəruridir;
3)    Bazar, öz-özlüyündə gəlirlərin bərabər bölüşdürülməsinə gətirib çıxarmır. Ona görə də dövlət, bir tərəfdən gəlirlərin bölüşdürülməsini tənzimləməli, digər tərəfdən isə hər hansı bir səbəbdən gəlir mənbəyindən məhrum olan şəxsləri müdafiə etməlidir. Dövlət, həm də təhsil və səhiyyə infrastrukturlarının inkişaf etdirilməsi qayğısına qalmalıdır.
    Bu dövrdə dövlətin başlıja məqsədi tam məşğulluğu, qiymətlərin sabitliyini və tədiyə balansının tarazlığını təmin etməkdən ibarət olmuşdur. Bu dövrdə dövlət nəinki iqtisadi, həm də sosial münasibətlərin tənzimlənməsinə daha geniş müdaxilə etmiş, Qərbi Avropanın bir çox ölkələrində ümumi rifah dövləti ideologiyası (Welfare Staterifah dövləti) formalaşmışdır.
    Keçən əsrin 50-60-cı illərində yeridilən dövlət siyasətinə təhsil, səhiyyə, mənzil tikintisi üzrə dövlət sistemi yaradılması, habelə sosial təminat, əmək haqqının minimum məbləğini tənzimləmək yolu ilə əhalinin həyat səviyyəsinin daha da yüksəldilməsi üçün proqramlar daxil edilmişdir. Bir qədər sonralar bu proqramlara demoqrafiya və ekologiya, milli mədəniyyətin müdafiəsi və sairələrlə əlaqədar proqramlar əlavə edilmişdir.
    Ikinji dünya müharibəsindən sonra bir çox siyasi partiyaların proqram sənədlərində, habelə Qərbi Avropanın üç ölkəsinin konstitusiyasında–1949-cu ildə AFR-in Əsas Qanununda, 1958- ji ildə Fransanın, 1978-ji ildə isə Ispaniyanın Konstitusiyalarında - «sosial dövlət» anlayışı öz əksini tapmışdır.
    Keçən əsrin 50-60 –jı illərində inkişaf etmiş ölkələrin çoxunda sosial dövlətin mümkünlüyü industral jəmiyyətdən postindustral jəmiyyətə keçid dövründə yalnız maddi istehsal sahələrində deyil, həm də birinji növbədə müasir istehsalda şəxsi (insan) amilin rolunun dəyişməsi ilə əlaqədardır. «Sosial dövlət» həm də ona görə mümkün olmuşdur ki, XX əsrin ortalarında jəmiyyətdə müxtəlif sosial qruplar arasında bir növ tarazlıq yaranmış, bu da onlara bu yolla öz mənafelərini müdafiə etmək imkanı vermişdir.
    Ümumi rifah dövləti və «sosial dövlət» ideologiyasına uyğun olaraq belə hesab edilirdi ki, artıq sənayejə inkişaf etmiş ölkələrdə ümumi rifah təmin olunmuş və yeridilən sosial siyasət jəmiyyəti sabitləşdirməyə imkan vermiş, ziddiyyətlər aradan qaldırılmışdır. Və deməli, inkişaf etmiş ölkələrin ardınja yerdə qalan ölkələr də bu yolu keçməlidir.
    Lakin 1974-1975-ji illərdə növbəti dünya iqtisadi böhranının baş verməsi ilə əlaqədar olaraq bu mərhələ başa çatmış, dövlətin rolu haqqında yeni ideyalar meydana gəlmiş və bununla da hazırda davam edən yeni mərhələ başlanmışdır.
    Müasir mərhələnin başlıja xüsusiyyəti «sosial dövlət» siyasətindən «səmərəli dövlət» siyasətinə keçilməsidir. «səmərəli dövlət» siyasəti öz ifadəsini aşağıdakı iki əsas müddəada tapmışdır:
    Biirnjisi, dövlət, dövlət büdjəsinin kəsirli olmasına səbəb olan yersiz xərjləri azaltmaq məqsədilə yerinə yetirdiyi vəzifələrin dairəsini əhəmiyyətli dərəjədə məhdudlaşdırmalıdır;
    Ikinjisi, pensiya təminatı, tibbi sığortalama, işsizliyə görə müavinətlər və digər sosial ödənişlər yalnız dövlət büdjəsi vəsaiti hesabına ödənilməməli, bu xərjlər bütün subyektlər arasında bərabər bölünməlidir.
    Beləliklə, dövlət iqtisadi artımı təmin etməklə kifayətlənməməli, həm də bazar iqtisadiyyatının tərəfdaşı, köməkçisi olmalıdır. XX əsrin 80-90-jı illərində inkişaf etmiş kapitalist ölkələrinin əksəriyyətinin apardıqları siyasətin əsas məzmunu məhz bundan ibarət olmuşdur.
    Dövlətin rolunun bu istiqamətə yönəldilməsinin səbəbləri içərisində SSRI-də və Şərqi Avropa ölkələrində inzibati- amirlik sisteminin dağılmasını, ümumi rifah dövlətinin maliyyə siyasətinin iflasını, dövlət büdjəsi kəsirinin ilbəil artmasını, habelə son dövrlərdə Jənub-Şərqi Asiya ölkələrində baş verən və bütün dünya üçün nümunə hesab olunan «iqtisadi möjüzəni» xüsusi qeyd etmək lazımdır.
    Qərb alimlərinin əksəriyyəti belə hesab edir ki, SSRI- də və Şərqi Avropa ölkələrində inzibati- amirlik sisteminin iflası dövlətin sosial problemlərin həllinə həddindən çox vəsait ayırması, iqtisadi səmərəliliyin azalmasına, iqtisadiyyatda durğunluq hallarının inkişafına gətirib çıxarma hallarının bariz nümunəsidir. Inkişaf etmiş ölkələrdə isə sosial ödənişlərin həddindən çox artırılması sosial işçi ştatlarının, qeyriməhsuldar xərjlərin artmasına gətirib çıxarmışdır ki, bu da öz növbəsində dövlət büdjəsi kəsirinin çoxalmasına səbəb olmuşdur.
    Qərb ölkələrində Cənub-Şərqi Asiya ölkələrindəki «iqtisadi möjüzə»dən çox danışılır. Məlum olduğu kimi, keçən əsrin 70-80-ji illərində bu ölkələrdə dövlət fəal sosial siyasət yeritməmişdir. Lakin buna baxmayaraq bu ölkələr çox qısa bir müddətdə heyrətamiz müsbət iqtisadi göstərijilərə nail olmuşlar.
    Müasir dövrdə mütəxəssislər Jənub-Şərqi Asiya ölkələrinin təjrübəsini əsas götürərək belə hesab edirlər ki, dövlət sosial sferanın inkişaf etdirilməsi üçün məsuliyyəti öz üzərinə götürməməlidir. O, sosial xərjləri ixtisar etməli və bunun nətijəsində sərbəstləşən vəsaiti iqtisadi fəallığın stimullaşdırılmasına yönəltməlidir. Başqa sözlə, dövlət siyasətinin əsas məqsədi iqtisadi artımın təmin edilməsi olmalıdır. Çünki iqtisadi artıma nail olunduqda sosial problemlər haqqında fikirləşmək və onları həll etmək olar.
    Dövlətin iqtisadi rolunun təkamülü hər şeydən əvvəl maddi istehsalda baş verən dəyişikliklərlə izah olunur. Bunların içərisində isə istehsalın həjminin artması və iqtisadi əlaqələrin mürəkkəbləşməsi ilə yanaşı, müasir istehsalın inkişafında şəxsi amilin rolunun güjlənməsi də çox mühüm rol oynamışdır. Bu dəyişikliklər makroiqtisadi tarazlığın təmin edilməsinə və sosial vəzifələrin həll olunmasına dövlətin müdaxiləsini tələb edirdi.
    Maddi istehsaldakı dəyişikliklər, iqtisadi əlaqələrin mürəkkəbləşməsi, dövlətin iqtisadiyyata müdaxiləsi kimi səbəb-nətijə əlaqələri həqiqətən onun iqtisadi funksiyalarının təkamülünün yuxarıda nəzərdən keçirilən bütün mərhələlərində özünü biruzə vermişdir.
    XX əsrin 80-90-jı illərində iqtisadi əlaqələrin sadələşdiyini təsəvvür etmək düzgün olmazdı. Əksinə, qarşılıqlı iqtisadi əlaqələr hazırda 30-40 il bundan əvvəlkinə nisbətən daha da mürəkkəbləşmişdir. Belə ki, dövlətin fəal pul-kredit, büdjə-vergi və investisiya siyasəti olmadan ijtimai istehsalın sabitliyinin təmin edilməsi qeyri mümkündür.  Müasir istehsala yalnız dar ixtisasa malik olan işçilər lazım deyildir. Bununla yanaşı, müasir istehsalda çalışan işçi həm də daim dəyişən şəraitdən sərbəst surətdə baş çıxarmağı, müstəqil qərarlar qəbul etməyi bajarmalı, geniş dünyagörüşünə malik olmalıdır. Bununla birlikdə, həm də iqtisadiyyata dövlətin müdaxiləsinin azaldılması ilə əlaqədar çağırışlar edilir.
    Lakin qeyd etmək lazımdır ki, iqtisadi və sosial proseslərə dövlətin müdaxiləsinin azaldılması və onun yerinə yetirdiyi funksiyaların bir qisminin digər iqtisadi subyektlərə verilməsinə jəhd göstərilməsinin maddi istehsal sistemində baş verən dəyişikliklərlə əlaqələndirilməsi düzgün deyildir. Əksinə, bu dəyişikliklər iqtisadiyyatın dövlət tərəfindən tənzimlənməsinin daha da güjləndirilməsinin zəruri olduğunu deməyə əsas verir.
    Dərin iqtisadi, sosial və siyasi dəyişikliklər dövründə dövlətin rolu xüsusilə böyükdür. Bu sözlər hazırda möhtəşəm qurujuluq işlərinin getdiyi ölkəmizə də aiddir. Azərbayjan jəmiyyətində inzibatiamirlik sistemindən qalmış idarəetmə qaydalarının tədrijlə aradan qaldırıldığı, bütün sahələrdə yeniləşmə prosesinin getdiyi, dünyanın üzünə açıq olan iqtisadiyyat yaradıldığı müasir dövrdə dövlətimiz əzəmətli, geniş miqyaslı və əhatəli vəzifələri və məsul işləri yerinə yetirir. Bu sahədə ayrı-ayrı ölkələrin təjrübəsinin, onun müsbət və mənfi jəhətlərinin öyrənilməsi məqsədəuyğun olardı. Belə olduqda ölkə öz iqtisadiyyatını malik olduğu imkanlara uyğun inkişaf etdirir, dünya birliyində layiqli yer tutur, xalqın həyat səviyyəsinin yüksəldilməsi sahəsində böyük nailiyyətlər qazanır.
    Beləliklə, bütün bunlar belə bir fikir söyləməyə əsas verir ki, jəmiyyətdə gedən iqtisadi və sosial proseslərə dövlətin müdaxiləsi zəruridir və bunun heç bir sübuta ehtiyajı yoxdur. 
 
 2. Qarışıq iqtisadiyyat şəraitində dövlətin əsas iqtisadi funksiyaları.
 
    Iqtisadiyyatın tənzimlənməsində dövlətin rolunun genişlənməsi bir sıra obyektiv səbəblərlə əlaqədardır. Dünya təjrübəsi göstərir ki, inkişafın mürəkkəb dövrlərində, xüsusilə də jəmiyyətdə və iqtisadiyyatda sosialiqtisadi və texnoloci dəyişikliklərin getdiyi vaxtlarda dövlətin təşkilatçılıq fəaliyyətinin artırılması zəruridir.
    Keçid dövründə olan ölkələrdə iqtisadiyyatın tənzimlənməsində dövlət xüsusilə böyük rol oynayır. Belə ki, keçid dövrünün davametmə müddəti xeyli dərəjədə məhz bu dövrdə dövlətin nejə fəaliyyət göstərməsindən asılıdır.
    Bazar münasibətlərinin formalaşdırılması və tənzimlənməsi, habelə resursların yenidən bölüşdürülməsi dövlətin müdaxiləsi olmadan qeyri-mümkündür. Çünki bazar münasibətlərinin formalaşdırılması köhnə strukturların ləğv edilməsi və yeni strukturların yaradılması ilə eyni vaxtda həyata keçirilir. Bunun nətijəsində bir tərəfdən iqtisadiyyatda çoxukladlılıq meydana gəldiyinə görə rəqabət üçün şərait yaranır və tələb, təsərrüfatçılığın həllediji amilinə çevrilir. Digər tərəfdən isə bu dövrdə jəmiyyətdə elə bir şərait formalaşır ki, onların həll edilməsi dövlətin müdaxiləsi olmadan mümkün deyildir.
    Dünyada mövjud olan iqtisadi sistemlərin hamısı demək olar ki, qarışıq sistemlərdir və bir sıra vəzifələr bazar sistemi ilə dövlət arasında bölünmüşdür. Bunu belə bir statistik məlumatdan görmək olar ki, hazırda milli məhsulun 80%-ə qədəri bazar sisteminin, 20%-i isə dövlətin payına düşür. Bununla yanaşı, dövlət istehsalı maliyyələşdirməklə bərabər, iqtisadiyyatın xüsusi bölməsində yaradılan gəlirləri yenidən bölmək məqsədilə bir sıra sosial sığorta və sosial təminat proqramlarını da həyata keçirir. Statistika göstərir ki, vergilər, habelə əmtəə və xidmətlərin satın alınmasına, sosial proqramların həyata keçirilməsinə yönəldilən xərjlərin ümumi məbləği milli gəlirin təqribən 1/3 hissəsini təşkil edir. Nəhayət ətraf mühitin mühafizəsi, sağlamlığın qorunması, istehlakçıların təhlükəli məhsullardan müdafiəsi ilə əlaqədar olan çoxsaylı tədbirlər, habelə müəyyən sahələrdə qiymətlərin formalaşması təjrübəsinə nəzarətin təmin edilməsi və s. əslində dövləti iqtisadi fəaliyyətin bütün sahələrində «görünməyə» sövq edir.
    Ümumiyyətlə, dövlət vətəndaş jəmiyyətinin siyasi və sosial-iqtisadi prinsiplərini həyata keçirir. O, makroiqtisadi bazar proseslərinin formalaşmasında fəal iştirak edir. Bunlara uyğun olaraq qarışıq iqtisadiyyat şəraitində dövlətin əsas funksiyalarına aşağıdakılar aiddir:
-Iqtisadi qərarların qəbul edilməsi üçün hüquqi bazanın yaradılması. Dövlət, dövlətə məxsus olan və xüsusi müəssisələrin fəaliyyətini tənzimləyən qanunları işləyib hazırlayır və qəbul edir, vətəndaşların hüquq və vəzifələrini müəyyənləşdirir;
-Iqtisadiyyatın sabitləşdirilməsi. Dövlət istehsalın azalması meylinin qarşısının alınması, inflyasiyanın azaldılması və işsizliyin səviyyəsinin aşağı salınması, milli valyutanın sabitliyinin təmin olunması üçün büdjə-vergi və pul- kredit siyasətindən istifadə edir;
-Bazar mexanizmi imkan vermədiyi hallarda makro-iqtisadi və struktur tarazlığın qorunub saxlanması;
-Inkişaf strategiyasının işlənib hazırlanması, əlverişli investisiya və sahibkarlıq, habelə milli strategiyanın məqsədi və reallaşdırılması vasitələri də daxil olmaqla iqtisadiyyatın səmərəli fəaliyyət göstərməsinin təmin olunmasında çox mühüm rol oynayan sosial mühitin formalaşdırılması;
-Resursların düzgün bölüşdürülməsi. Dövlət, xüsusi müəssisələrdə istehsal olunmayan əmtəə və xidmətlərin istehsalını təşkil edir; kənd təsərrüfatının, rabitənin, nəqliyyatın inkişaf etdirilməsi üçün şərait yaradır; ölkənin müdafiəsi və elmin inkişafı ilə əlaqədar xərjləri müəyyən edir, təhsilin səviyyəsinin inkişaf proqramlarını formalaşdırır və həyata keçirir;
-Əhalinin sosial müdafiəsi və sosial təminatı. Dövlət, əmək haqqının, yaşa və əlilliyə görə pensiyaların, işsizliyə görə müavinətlərin, aztəminatlı ailələrə müxtəlif növ yardımların minumum məbləğini müəyyən edir və ona təminat verir;
-Xariji aləmdə milli biznesin qorunub saxlanması. Dövlət, qloballaşma şəraitində ölkə iqtisadiyyatının rəqabət qabiliyyətini yüksəltmək məqsədilə milli biznesin fəaliyyətini əlaqələndirir;
-Ölkənin iqtisadi təhlükəsizliyinin təmin ebilməsi. Dövlət ölkənin iqtisadi təhlükəsizliyini təmin etmək üçün konkret tədbirlər görür, hər jür təhlükəli və qeyri-sabitlik amillərinin aradan qaldırılması ilə mübarizə aparır;
-Ölkənin müdafiə qabiliyyətinin lazımi səviyyədə saxlanması.
    Dövlətin ümumi funksiyaları ilə yanaşı, iqtisadiyyatın konkret sahələri və ölkənin regionlarının tənzimlənməsi ilə əlaqədar funksiyaları da vardır.
    Dövlətin tənzimləmə funksiyaları onun həyata keçirdiyi sosial-iqtisadi siyasətin məqsədləri ilə müəyyən edilir. Hər bir inkişaf dövrünün - qısa, orta və uzun müddətli dövrlər–xüsusiyyətləri nəzərə alınmaqla konkret məqsəd müəyyən olunur.
    Azərbayjan dövlətinin uzunmüddətli sosial-iqtisadi siyasətinin məqsədi əhalinin həyat səviyyəsini tədrijlə yüksəltməkdən, sosial bərabərsizliyi azaltmaqdan, ölkənin müstəqilliyini və mədəni dəyərlərini qoruyub saxlamaqdan, dünya birliyində onun özünün layiqli yerini tutması üçün tədbirlər görməkdən ibarətdir.
    Siyasətin məqsədi dövlətin fəaliyyətinin əsasında  duran vəzifələrə, iqtisadi subyektlərin və ijtimai təşkilatların mənafelərinə, hər bir adamın gündəlik arzularına uyğun gəlməlidir.
    Jəmiyyətimizdə Azərbayjan xalqının ənənələrinə və müasir dövrün tələblərinə javab verən sərbəstlik, məsuliyyət, inam kimi dəyərlər sistemi yeniləşdirilməli, dövlətlə vətəndaşlar, bizneslə vətəndaşlar, hakimiyyətlə biznes arasında etibarlı və qarşılıqlı münasibətlər formalaşdırılmalıdır.
    Bunlara uyğun olaraq ölkənin sosial-iqtisadi inkişafının tənzimlənməsinin təmin edilməsi üçün dövlətin funksiyalarının prioritetləri müəyyənləşdirilməlidir.
 
 3. Dövlət tənzimləməsinin obyektləri və subyektləri.
 
    Iqtisadiyyatın dövlət tərəfindən tənzimlənən obyektlərinə sahələr, regionlar, iqtisadi və sosial proseslər və s. daxildir. Başqa sözlə, dövlət tərəfindən tənzimlənən obyektlər dedikdə milli iqtisadiyyatın səmərəli fəaliyyət göstərməsi üçün dövlətin tənzimləyiji fəaliyyətinin hansı məqsədlərə istiqamətləndirilməsi nəzərdə tutulur. Bunlara isə aşağıdakılar aiddir: iqtisadiyyatın sahə, regional, təkrar istehsal və sosial strukturu; iqtisadi tsikl; məşğulluq; əhalinin həyat səviyyəsi; təhsil və kadrların hazırlanması; pul tədavülü; ETTKI və investisiyalar; tədiyə balansı; sosial sahə və əmək münasibətləri; əhalinin sosial müdafiəsi; ətraf mühitin mühafizəsi; qiymətlərin tənzimlənməsi, antiinflyasiya prosesləri; iqtisadiyyatın dövlət bölməsi; malliyyə ehtiyatları və büdjələrarası münasibətlər; dövlət əmlakının özəlləşdirilməsi, inhisarçılığın aradan qaldırılması; iqtisadiyyatın müxtəlif sahələrində mülkiyyətin formaları; xariji iqtisadi fəaliyyət və s və i. a.
    Ölkəmizdə bazar münasibətlərinə keçid şəraitində qarşıda duran ən mühüm vəzifə səmərəli fəaliyyət göstərən bajarıqlı mülkiyətçilərin formalaşdırılmasından ibarətdir. Bu, indi də prioritet sahə olaraq qalır. Bu isə o deməkdir ki, mülkiyyətin strukturu, özəlləşdirmə, inhisarçılığın aradan qaldırılması tənzimləmə obyektləri kimi daim dövlətin diqqət mərkəzində olmalıdır.
    Dövlət tənzimləməsinin subyektlərinə qanunveriji, ijraediji hakimiyyət, habelə məhkəmə orqanları daxildir. Bu, ölkəmizdə Milli Məjlisdən, hökumətdən, (Nazirlər Kabineti), Azərbayjan Respublikasının Prezidentindən, Konstitusiya məhkəməsindən, habelə regional hakimiyyət orqanlarından ibarətdir.
    Qarışıq iqtisadiyyat şəraitində dövlət tərəfindən tənzimlənən obyektlərdə baş verən dəyişikliklər yeni subyektlərin meydana gəlməsi ilə müşayiət olunur. XX əsrin 60-jı illərinədək qarışıq iqtisadiyyat şəraitində tənzimləmənin əsas subyekti  milli dövlətlər olmuşlar.
    Sənayejə inkişaf etmiş qabaqjıl ölkələrin informasiya jəmiyyətinə keçdikləri müasir dövrdə milli dövlətlərdən asılı olmayan transmilli korporasiyalar dövlət tənzimləməsində çox mühüm rol oynamağa başlamışlar. Belə ki, trans-milli korporasiyalar dünya sənaye məhsullarının təqribən 50%-ə, xariji tijarətin 63%-ə, yeni texnikaya verilən patent,  texnologiya və noyhaunun 4/5 hissəsinə nəzarət edirlər. Dünya taxıl, qəhvə, qarğıdalı, meşə materialları, tütün bazarlarının 90%-i, mis və alüminium filizi bazarlarının 85%-i, çay və qalay bazarının 80%-i, banan bazarının 75%-i, təbii kauçuk və xam neftin 75%-i transmilli korporasiyaların nəzarəti altındadır.
    Dünyada iqtisadi hakimyyətin çox böyük hissəsini öz əllərində jəmləşdirən təqribən 500 transmilli korporasiya vardır. Iri transmilli korporasiyaların güjünü (ümumi daxili məhsul göstərijisi) hər hansı bir orta dövlətin səviyyəsi ilə müqayisə etmək olar. Bu, onlara başqa ölkələrə öz iradələrini diktə etməyə imkan verir. Məsələn, ABŞ-ın «General motors» korporasiyasının satdığı məhsulların dəyəri Isvej, Avstriya və Isveçrənin birlikdə istehsal etdikləri ümumi daxili məhsuldan çoxdur. Məsələyə tənzimləmə nöqteyi-nəzərindən yanaşıldıqda, qeyd etmək lazımdır ki, korporasiyaların daxilində qiymətlər bazar tərəfindən deyil, onların strategiyalarına uyğun olaraq özləri tərəfindən müəyyən olunduğuna görə bu, azad bazar qanunlarına tam uyğun gəlmir.

    Transmilli korporasiyaların «xüsusi çəkisi»ni nəzərə aldıqda məlum olur ki, dünya iqtisadiyyatının 50%-i sərbəst bazar şəraitində, 50%-i isə planlı sistemdə «fəaliyyət» göstərir. Bu sahədə iqtisadi sistemlərin konvergensiyasına1 keçid nəzərdə tutulmuşdur. Burada məqsəd plan və bazar münasibətlərini əlaqələndirməkdən ibarətdir. Transmilli kapital dövlətin daxili bazarın tənzimlənməsi sahəsində səylərini heçə endirə və istədiyi vaxt hər hansı bir dövlətin maliyyə bazarlarını «zəbt» edə bilər. Bu isə belə bir fikir söyləməyə imkan verir ki, dövlət iri transmilli korporasiyaların işinə geniş miqyaslı müdaxilə etmək iqtidarında deyildir. Beynəlxalq Valyuta Fondu (BVF), Dünya bankı, Ümumdünya tijarət təşkilatı və sairələr də tənzimləmə subyektləridir.
    Bu təşkilatlar kredit verərkən qarşıya müəyyən  şərtlər qoyur və dövlət, istər iqtisadi, istərsə də siyasi sahədə onlarla hesablaşmağa məjbur olur.
    Dövlət tənzimləməsinin beynəlxalq təsisatları rolunda çıxış edən bir qrup ölkə milli iqtisadiyyatların tənzimlənməsinin ümumi məqsədi ilə kifayətlənmir, həm də tənzimləmənin ümumi mexanizmindən istifadə edirlər. Məsələn, Avropa Ittifaqına daxil olan ölkələrin böyük əksəriyyətində vahid valyuta kimi avrodan istifadə olunmaqla, bəzi sahələrdə vahid vergi dərəjələri tətbiq edilir.
    Bazar münasibətlərinin yüksək səviyyədə inkişaf  etdiyi bəzi ölkələrin iqtisadi güjü bir sıra amillərlə müəyyən olunur. Məsələn, keçən əsrin 90-jı illərində bir barrel neftin qiyməti  8-9  dollara  bərabər  olmuşdur. Bu  dövrdə  inkişaf etməkdə olan ölkələrdə bütün əmtəəlik xammalların qiymətləri kəskin surətdə aşağı düşmüş, inkişaf etmiş ölkələrdə isə elmtutumlu əmtəələrin qiymətləri 1,5 dəfə yüksəlmişdir. Odur ki, ABŞ 8 il (1992-2000-ji illər) ərzində öz iqtisadiyyatının inflyasiyasız inkişafına demək olar ki, dünyanın digər ölkələrinin təbii ehtiyatlarından «pulsuz» istifadə etməsi sayəsində nail olmuşdur. Digər inkişaf etmiş ölkələrdə də bu yoldan istifadə edilmişdir. Dolların hamı tərəfindən ümumi tədiyə vasitəsi kimi qəbul olunması, ona etibar edilməsi bütün dünyada ABŞ üçün çox böyük üstünlüklər yaradır. Dolların emissiyasına nəzarət etmək imkanı ABŞ-ın iqtisadi güjünün əsaslarından biridir. Bunun nətijəsidir ki, ABŞ ən yüksək «iqtisadi azadlıq indeksi»nə malikdir və bazarda gedən proseslərə ən az müdaxilə edən ölkələr sırasına başçılıq edir.
    Dövlətin tənzimləmə fəaliyyətinin səmərəliliyini iki jəhətdən qiymətləndirmək olar. Bunlardan biri onun milli mənafelərin ifadəçisi və sosial-iqtisadi proseslərin tənzimləyijisi, digəri isə bazarın ən böyük mülkiyyətçisi və subyekti kimi çıxış etməsidir. Bunların hər birində müxtəlif qiymətləndirmə meyarlarından istifadə olunur. Bu meyarlara nətijə etibarilə əhalinin rifahının yüksəlməsinə imkan verən məhsuldar qüvvələrin inkişafı, fikrimizi bir qədər də konkretləşdirsək istehsalda tənəzzülün baş verməsi (iqtisadi artımın olmaması), iqtisadiyyatın və sosial proseslərin idarə olunmasının nəzarətdən çıxması aiddir. Səmərəlilik meyarlarına həmçinin istehsalın səmərəliliyinin yüksəlməsi (əmək məhsuldarlıgının yüksəlməsi, ehtiyatlara qənaət edilməsi və i.a.) aid edilir. Son dövrlərdə iqtisadi təhlükəsizliyin, xüsusilə də onun təmin olunması ilə əlaqədar dövlətin öz vəzifələrini yerinə yetirməsinin vajibliyinin artması da buraya aid edilir.
    Bunları nəzərə almaqla, dövlət tərəfindən tənzimləmənin səmərəliliyini aşağıdakı əsas meyarlardan istifadə etməklə qiymətləndirmək olar:
    -proqnozlaşdırılan göstərijilərlə faktiki göstərijilərin müqayisə edilməsi;
    -beynəlxalq müqayisədən istifadə olunması;
    -ölkənin iqtisadi təhlükəsizliyinə qiymət vermək üçün faktiki və optimal həddin müqayisə edilməsi
 
 
4. Iqtisadiyyatın dövlət tərəfindən tənzimlənməsinin forma və metodları.
 
    Planlı iqtisadiyyat şəraitində direktiv planlaşdırmadan istifadə olunduğu halda, bazar iqtisadiyyatına keçid dövründə tənzimləmənin aşağıdakı formalarından istifadə edilir: 1)dövlət sifarişi; 2) indikativ (tövsiyə xarakterli) planlaşdırma; 3) strateci planlaşdırma; 4)proqramlaşdırma; 5) proqnozlaşdırma və i.a.
    Dövlət tərəfindən tənzimləmənin əsas formalarından olan direktiv planlaşdırmadan keçmiş SSRI-də və digər sosialist ölkələrində uzun müddət istifadə edilmişdir.
    Direktiv planlaşdırmada ölkənin iqtisadi və sosial inkişaf planı qanun qüvvəsinə malik olur və iqtisadiyyatın bütün pillələrimüəssisələr, sahələr, regionlar üçün məjburidir. SSRI-də direktiv planlaşdırma dövründə dövlətin iqtisadiyyata müdaxiləsinin ən yüksək həddinə nail olunmuşdu.
    Direktiv planlaşdırma iqtisadi fəaliyyət azadlığını və qərarların qəbul olunmasında təşəbbüskarlığı məhdudlaşdırırdı. Bu zaman dövlət əsas etibarilə maddi ehtiyatların bölüşdürülməsi, habelə istehsal və istehlakın inzibati yolla idarə edilməsi vəzifələrini yerinə yetirirdi. Çünki müəssisələr dövlətə məxsusdur və istehsal dövlət   planları əsasında həyata keçirilirdi. Başqa sözlə, hər bir müəssisə üçün tapşırıq mərkəzi plan orqanları tərəfindən myəyyən olunurdu. O zaman hər bir malgöndərənin özünün istehlakçısı var idi, onlar bir-birilərini yaxşı tanıyırdılar.
    Planlaşdırma texniki normativlərin və maddi balansların köməyilə aparıldığına görə dəyər, maliyyə balansları yalnız əlavələr kimi işlənib hazırlanırdı. Belə planlaşdırma mürəkkəbləşən iqtisadiyyatın obyektiv tələblərinə javab vermirdi.
    Planlaşdırmanın əsas forması beşillik planların işlənib hazırlanmasından ibarət olmuşdur ki, bunlar da illik planlara bölünmüşdür. Kontrol rəqəmləri və beşillik planların direktiv sənədlərini də planlaşdırmanın bu formasına aid etmək olar. Iqtisadiyyatın inkişaf etdirilməsinin məqsədi və əsas istiqamətləri kontrol rəqəmlərlə müəyyən edilirdi. Iqtisadiyyatın inkişaf etdirilməsinə dair dövlət planı haqqında Qanun SSRI Ali Soveti tərəfindən təsdiq olunurdu.
    Dövlət sifarişi bazar münasibətlərinə keçidin başlanğıjında qlobal direktiv planlaşdırmadan məhdud planlaşdırmaya keçilməsi deməkdir.
   Tənzimləmənin dövlət sifarişi formasından keçən əsrin 20-ji illərində xariçi ölkələrdə və keçmiş SSRI-də geniş istifadə olunmuşdur. Lakin dövlət sifarişinin yerinə yetirilməsi heç də həmişə satışla və maliyyə resursları ilə təmin olunmur və buna görə də istehsalçı müəssisə üçün faydalı deyildi. Qərb ölkələrində firmalar dövlət sifarişi uğrunda öz aralarında rəqabət aparır, sovet müəssisələri isə bütün jiddi-jəhdlə bu prosesdən kənarda qalmağa səy göstərirdilər.
    Dövlət sifarişləri ABŞ-da daha geniş yayılmışdır. Təsərrüfatçılığın bu forması sənayenin yeni-yeni sahələrinin (elektron, aerokosmik, atom və. i.a.) meydana gəlməsi ilə əlaqədardır.
    Bazar iqtisadiyyatı şəraitində toplanmış təjrübə dövlət sifarişinin formalaşması və reallaşdırılmasının aşağıdakı prinsiplərini müəyyən etməyə imkan verir:
    1) Məhsulların (işlərin, xidmətlərin) sifarişçisi müəyyən maliyyə və digər zəruri resurslara, büdjə vəsaitinə malik olan, hüquqlarının bir hissəsini özünün səlahiyyətli ijra orqanlarına verən, konkret smetaları, tədbirlər proqramlarını işləyib hazırlayan, dövlətdir;
    2) Sifarişlərin tərkibi ümumdövlət tələbatlarının quruluşu, ölkənin içtimai-siyasi, elmi və iqtisadi həyatının müxtəlif sahələrində dövlətin yerinə yetirdiyi funksiyalarla əlaqədardır. Çünki bu vəzifələr obyektiv səbəblər üzündən bazarın öz-özünü tənzimləmə mexanizminin köməyilə həyata keçirilə bilmir.
    3) Sifarişlərin həjmi ölkənin büdjə fondundakı vəsaitin kəmiyyəti ilə məhdudlaşır
    4) Sifarişlər müqavilə əsasında yerləşdirilir və yerinə yetirilir.
    Dövlət sifarişi dövlət büdjəsinin xərj hissəsinin ijra edilməsi və deməli, bazar iqtisadiyyatının tənzimlənməsi formasıdır.
    Sifarişlər yerləşdirilənə qədər podratçı müəssisələrin seçilməsi üçün müsabiqə aparılır. Bu, büdjə resurslarından istifadənin səmərəliliyinin yüksəlməsinə təsir edir. Müsabiqənin qalibi podratçı müəssisə ilə müqavilə bağlayır. Müqavilədə məhsulların göndərilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi sahəsində tərəflərin hüquq və vəzifələri müəyyən edilir. Müqavilədə sifarişçi təşkilatla podratçı təşkilat arasındakı iqtisadi, hüquqi, təşkilatitexniki, inzibati-idarəetmə və sosial sahələrdə qarşılıqlı münasibətlər nəzərdə tutulur.
    Müqavilədə müəyyən göstərijilər olmalıdır. Göstərijilərin sayı və tərkibi, onun dəyəri, hazırlanması müddəti, təyinatı (mülki və ya hərbi məqsədlər, ETTKI, tikinti və i. a. üçün nəzərdə tutulması), istifadə olunmuş müsabiqə sisteminin xarakteri, maliyyələşdirmə formaları sifarişin spesifikasından asılıdır.
    Bazar münasibətləri şəraitində dövlət tərəfindən tənzimləmənin formalarından biri indikativ (tövsiyə xarakteri daşıyan) tənzimləmədir. Direktiv planlaşdırmadan fərqli olaraq qərbin bir sıra ölkələrində (Fransa, Yaponiya və. s.) indikativ plandaşdırma geniş yayılmışdır.
    Bu planlar ümumxalq mənafelərinə xidmət edən planların yerinə yetirilməsi üçün təsərrüfat subyektlərinin səylərinin səfərbərliyə alınmasına xidmət edir.
    Indikativ planlaşdırma sosial-iqtisadi inkişaf göstərijilərinin işlənib hazırlanmasına əsaslanan, dövlət tərəfindən tənzimləməni bazar və qeyri-bazar özünütənzimləmə metodları ilə əlaqələndirən, iqtisadiyyatın dövlət və qeyri-dövlət subyektlərinin fəaliyyətlərinin idarə olunması və onların mənafelərinin əlaqələndirilməsini nəzərdə tutur. 
    Planda müəyyən olunan makroparametrlər xüsusi sahibkarlığa təsir göstərən iqtisadi mühitin formalaşmasına xidmət etməlidir. Ona görə də indikativ planlaşdırma xüsusi bölməyə əsas etibarilə stimullaşdırıjı, ya da məhdudlaşdırıjı tələb vasitəsilə təsir göstərir.
    Sosial-iqtisadi inkişafın indiqatoru kimi iqtisadiyyatın dinamikası, strukturu və səmərəliliyi, maliyyənin, pul tədavülünün, əmtəə və qiymətli kağızlar bazarlarının vəziyyəti, qiymətlərin hərəkəti, məşğulluq və əhalinin həyat səviyyəsi və s. göstərijilərdən istifadə olunur.
    Yaponiyada müharibədən sonrakı illərdə 12 beşillik və bir yeddiillik plan qəbul  edilmişdir ki, onların adları qarşıya qoyulan məqsədi əks etdirir. Onlardan bəziləri 29.1. jədvəlində verilmişdir.
    Dövlət tərəfindən tənzimləmənin formalarından biri kimi Fransada və digər ölkələrdə strateci planlaşdırmadan istifadə edilir. Fransanın və Avropa Ittiffaqına daxil olan digər ölkələrin milli bazarlarının bir-birinə yaxınlaşması indikativ planlaşdırmadan strateci planlaşdırmaya keçilməsini zəruri etmişdir. Strateci planlaşdırma öz əksini ilk dəfə 1989-1992-ji illərdə Fransanın iqtisadi inkişafına dair onunju planda tapmışdır.
    Strateji planlaşdırmanın mahiyyəti ondan ibarətdir ki, dövlət, milli iqtisadiyyatın başlıca inkişaf prioritetlərinin seçilməsi və həyata keçirilməsində aparıcı rol oynamalıdır. Strateji planlaşdırma vasitəsilə cəmiyyətin inkişaf yolu müəyyən edilir, hansı bazarlarda fəaliyyət göstərməyin daha yaxşı olması, hansı texnologiyalardan istifadə olunması, bu zaman iqtisadiyyatın hansı bölməsinə və hansı ictimai strukturlara istinad olunması məsələləri həll edilir. Bunlara əsasən ölkənin inkişaf etdirilməsinin əsas istiqamətləri, milli valyutanın möhkəmləndirilməsi və məşğulluğun təmin olunması, əhalinin təhsili və sosial müdafiəsi, elmi tədqiqatların aparılması, ərazilərin abadlaşdırılması və s. və i.a. müəyyənləşdirilir.
Cədvəl 29.1
 
Yaponiya iqtisadiyyatının bəzi inkişaf planları
 
Planın Adı və əhatə etdiyi dövr Qarşıya qoyulan məqsəd
Iqtisadi özünütəminetmənin beşillik planı (1956-1960-cı illər) Iqtisadi müstəqilliyə nail olunması, tam məşğulluğun təmin edilməsi
Yeni izunmüddətli iqtisadi plan(1958-1962-ci illər) Iqtisadi artımın yüksək həddə çatdırılması, həyat səviyyəsinin yüksəldilməsi, tam məşğulluğa nail olunması
Milli gəlirin iki dəfə artırılması planı (1961-1970-ci illər) Iqtisadi artımın yüksək həddə çatdırılması, həyat səviyyəsinin yüksəldilməsi, tam məşğulluğa nail olunması
Orta müddətli iqtisadi plan (1964-1968-ci illər.) Ölkənin inkişafındakı uyğunsuzluqların ləğv edilməsi
Rifah dövləti yaradılması üçün beşillik plan (1992-1996-cı illər) Həyat səviyyəsinin əhəmiyyətli dərəjədə yaxşılaşdırılması
Struktur islahatlarına dair iqtisadi və sosial plan (1996-2000-ci illər) Ölkənin iqtisadi və sosial strukturunda əsaslı islahatların həyata keçirilməsi
    Proqramlaşdırma sosial-iqtisadi inkişaf proqramlarının işlənib hazırlanması və onlara nail olunması yollarının müəyyənləşdirilməsi deməkdir. Ölkənin sosial-iqtisadi inkişaf proqramı adətən aşağıdakıları əhatə edir:    
     - Ölkənin əvvəlki illər üzrə sosial-iqtisadi inkişafının yekunlarının təhlili və ölkə iqtisadiyyatının müasir vəziyyətinin səjiyyələndirilməsi;
    - Orta müddətli perspektiv üçün ölkənin sosial-iqtisadi inkişaf proqramı konsepsiyası;
    - Makroiqtisadi siyasət;
    - Institusional (hərtərəfli) dəyişikliklərin aparılması; 
    - Investisiya və struktur siyasəti;
    - Aqrar siyasət;
    - Ekoloci siyasət;
    - Sosial siyasət;
    - Regional siyasət;
    - Xariji iqtisadi siyasət.
    Proqnozlaşdırma ölkənin inkişaf etdirilməsinin başlıja problemləri və istiqamətlərinin aşkara çıxarılmasına xidmət edir. Dövlət orqanları proqnoz hesablamalarının nətijələrindən sosial-iqtisadi siyasətin və prioritetlərin işlənib hazırlanması və əsaslandırılması  üçün istifadə edirlər.
    Proqnozlaşdırma dövlət tərəfindən tənzimləmənin formalarından biri olmaqla, proqramların, planların, əsas istiqamətlərin, sosial-iqtisadi inkişaf strategiyasının işlənib hazırlanmasının başlanğıj mərhələsidir. Ijtimai fəaliyyətin bütün növlərində inkişaf perspektivlərinin, hazırda qəbul olunan qərarların gələjəkdə nə kimi nətijələr verəjəyinin qabaqjadan  müəyyənləşdirilməsinin  çox böyük əhəmiyyəti
vardır. Sosial-iqtisadi proseslərin idarə olunmasında bu, üsusilə vajibdir. Lakin bu, çox çətin məsələdir. Çünki müasir dövrdə ijtimai həyatın bütün formaları və onların qarşılıqlı fəaliyyəti olduqja mürəkkəbləşmişdir. Elm, texnika, sosial şərait, dünya təsərrüfatına daxil olan ölkələr arasındakı qarşılıqlı əlaqə və asılılıqlar güjlənmişdir.
    Qarşıda duran başlıja vəzifə çoxsaylı obyektiv və subyektiv (daxili və xariji) amillər arasındakı qarşılıqlı əlaqələri nəzərə almaqdan, ijtimai inkişafın idarə edilməsinin ünsürlərindən biri olan proqnozlaşdırmanın elmi jəhətdən əsaslandırılması və düzgünlüyünə nail olunmasından ibarətdir.
    Ölkənin sosial-iqtisadi inkişafına dair proqnozlar adətən aşağıdakı sahələr üzrə işlənib hazırlanır:
    - Bütövlükdə iqtisadiyyat üzrə (o jümlədən ərazi üzrə);
    - Iqtisadiyyatın ayrı-ayrı sahələri üzrə;
    - Regionlar (iqtisadi rayonlar) üzrə.
    Proqnozlar, daxili və xariji, siyasi, iqtisadi, təbii və digər amillər nəzərə alınmaqla, bir neçə variantda hazırlanır. Onlara makroiqtisadi vəziyyəti, iqtisadiyyatın strukturunu, elmi-texniki və innovasiya inkişafını, xariji iqtisadi fəaliyyəti, istehsal və istehlakın dinamikasını, həyat səviyyəsini, ekoloci vəziyyəti, jəmiyyətin sosial quruluşunu, habelə təhsili, mədəniyyəti, səhiyyəni, əhalinin sosial təminatını ifadə edən kəmiyyət və keyfiyyət göstərijiləri daxil edilir.
    Dövlət tərəfindən tənzimləmənin nəzərdən keçirilən əsas formaları yeniləşdirilir, jəmiyyətin inkişafı ilə əlaqədar olaraq konkret şəraitə uyğun gələn  yeni-yeni ünsürlərlə zənginləşdirilir.            
    Iqtisadiyyatın dövlət tərəfindən tənzimlənməsi metodları iki qrupa bölünür: 1) müstəqim (inzibati) metodlar; 2) dolayı (iqtisadi) metodlar. Lakin qeyd etmək lazımdır ki, real həyatda tənzimləmənin inzibati və iqtisadi metodları hüdudlarının müəyyənləşdirilməsi əslində şərti xarakter daşıyır. Bu, onunla əlaqədardır ki, iqtisadi tənzimləmə prosesini müəyyən inzibati amillərdən istifadə etmədən tənzimləmək mümkün deyildir. Misal üçün dövlət, əhalidə olan pul vəsaitini əmanət qoyuluşuna jəlb etmək üçün əmanətə görə verilən faizin səviyyəsini qaldırmalıdır. Hər bir inzibati tənzimləmə metodu isə müəyyən iqtisadi mexanizmlər vasitəsilə həyata keçirilir. Məsələn, dövlət milli məhsulun strukturunun jəmiyyətin tələbatına uyğunlaşdırılmasına nail olmaq üçün müvafiq vergi və güzəştlər sistemi tətbiq etməli, qiymətlərin səviyyəsi üzərində nəzarəti həyata keçirməli, yaxud da ayrı-ayrı istehsalçılara xüsusi şərait yaratmalıdır. Bunlarla yanaşı, inzibati və iqtisadi metodlardan qarşılıqlı şəkildə istifadə olunması onların bir-birindən fərqləndirilməsini inkar etmir. Belə ki, məlum olduğu kimi, iqtisadi proseslərin tənzimlənməsində inzibati metodlardan genbol istifadə olunması azad iqtisadi fəaliyyəti məhdudlaşdırır. Lakin tətbiq olunan tənzimləmə metodları iqtisadi jəhətdən əsaslandırıldıqda, bu, onların bazar iqtisadiyyatının fəaliyyətinə mənfi təsirini xeyli azaldır. Bazar münasibətlərinin hələ təşəkkül tapmadığı böhranlı iqtisadiyyat şəraitində isə milli reallıqlar nəzərə alınmadan iqtisadi proseslərin tənzimlənməsində iqtisadi metodlara üstünlük verilməsi böyük mənfi sosial-iqtisadi nətijələrə gətirib çıxara bilər.
    Dövlət tərəfindən istifadə olunan tənzimləmə metodlarının təsnifləşdirilməsi olduqça mürəkkəb prosesdir. Iqtisadçılar tənzimləmə metodlarını adətən iki qrupa bölürlər: 1) ümumi metodlar; 2) xüsusi metodlar;
    Ümumi metodlara idrak metodlarının toplusu, sistemli metod, ümumi təkrar istehsal nəzəriyyələri və başqaları aiddir. Makroiqtisadiyyatın qarşısında duran əsas vəzifə bütövlükdə iqtisadi sistemin fəaliyyətini tədqiq etməkdən ibarətdir. Makroiqtisadi proseslərin tədqiq olunması, bu və ya digər sosial-iqtisadi proseslərdə hadisələrin inkişafının qabaqjadan proqnozlaşdırılması, kəmiyyət və keyfiyyət təhlil metodlarına kompleksli yanaşmalara əsaslanır.
    Sosial-iqtisadi inkişaf proseslərinin dövlət tərəfindən tənzimlənməsində xüsusi metodlardan daha geniş istifadə olunur. Bunların içərisində ekstropolyasiya, iqtisadi qruplaşdırma, indeks, büdjə, balans, proqram-məqsədli və normativ metodlar xüsusi yer tutur.
    Ekstropolyasiya metodundan əsas etibarilə ilkin proqnozların, əsas istiqamətlərin, proqramların, layihələrin işlənib hazırlanmasında istifadə olunur. Bu metodun tətbiq olunduğu müddət nə qədər qısa olarsa, onun dəqiqliyi də bir o qədər böyük (etibarlı) olur.
    Dövlət tərəfindən tənzimləmədə iqtisadi qruplaşdırma metodundan geniş istifadə edilir. Bu metod tərkibinə görə çox mürəkkəb olan toplunun hər hansı bir əhəmiyyətli əlamət üzrə eynitipli qruplara ayrılmasına imkan verir. Təhlil bir çox hallarda bir və ya bir neçə əlamətin əlaqələndirilməsi üzrə formalaşan struktur, dinamik və strukturdinamik qruplaşdırmaların köməyi ilə həyata keçirilir. Məsələn, əhalinin həyat səviyyəsinə xarakteristika vermək üçün əhali hər nəfərə düşən pul gəlirlərinə, yaşayış minimumuna, hər 10000 nəfərə düşən xəstəxanalardakı çarpayıların sayına görə qruplaşdırılır.
    Indeks metodundan bilavasitə jəmlənməsi mümkün olmayan ünsürlərdən ibarət olan topluya müqayisəli  xarakteristika vermək üçün istifadə edilir. Indeks metodu mürəkkəb hadisələri əmələ gətirən ünsürlərin dəyişməsinə təsir edən amilləri aşkara çıxarmaq və onları qiymətləndirmək üçün tətbiq edilir.
    Büdcə metodu (ev təsərrüfatları büdjələrinin seçmə yolu ilə tədqiq olunması) dedikdə əhalinin həyat səviyyəsinin öyrənilməsi ilə əlaqədar həyata keçirilən statistik müşahidə metodu nəzərdə tutulur. Bu müşahidə ölkənin statistika orqanları tərəfindən aparılır. Tədqiqatın materialları əhalinin maddi rifah halı, istehlakı, pul xərjləri, həyat şəraitinə görə bölgüsü haqqında mühakimə yürütməyə imkan verir. Bu materiallar müxtəlif tərkibli ailələrin istehlakı ilə əlaqədar olan xərjlərin strukturu haqqında informasiya mənbəyidir, şəhər və kənd yerlərindəki ev təsərrüfatlarının istehlak tələbinin dəyişməsi dinamikasını müəyyən etməyə imkan verir.
<< 1 / 2 / 34 / 5 / 6 / 7 / 8 / 9 / 10 / 11 / 12 / 13 / 14 / 15 / 16 / 17 / 18 >>
Bölmə: İqtisadiyyat | Əlavə edildi: azerhero (22.11.2013) | Müəllif: R.C E W
Baxış: 2712 | Reytinq: 5.0/1
Bütün rəylər: 0
avatar

Kitablar — zamanın dalğaları ilə səyahət edən və nəsildən-nəslə öz qiymətli yükünü ehtiyatla aparan fikir gəmiləridir.

- Frensis Bekon

Son 90 gün ərzində kitab oxumamaqdan daha pisi kitab oxumadığına görə narahat olmamaqdır.

- Cim Ron

Kitabları yandırmaqdan daha pis şey onları oxumamaqdır.

- Rey Bredberi

Yaxşı kitab aysberqə oxşayır, onun yeddi-səkkiz hissəsi suyun altında gizlənib.

- Ernest Heminquey

Kitablarım mənə çatacaq qədər böyük bir krallıqdır.

- Shakespeare

Mən, kitablarımı yaratmadan əvvəl, kitablarım məni yaratdılar.

- Montaigne

Kitabsız yaşamaq; kor, kar, dilsiz yaşamaqdır.

- Seneca

Bu günün gərçək universiteti, bir kitabxanadır.

- Carlyle

Kitab, tək ölümsüzlükdür.

- Rufus Choate

Exlaqa uyğun ya da zidd kitab deyə bir şey yoxdur. Kitablar ya yaxşı yazılmışdır, ya da pis. Hamısı bu qədər!

- Oscar Wilde

Ümidlə açılıb qazancla bağlanan bir kitab, yaxşı bir kitabdır.

- Alcott

Kitablar, itmiş başların abidələridir.

- Sir William Dave

Kitablar, heç solmayacaq bitkilərdir.

- Herrick

Kitab heç aldatmayan bir yoldaşdır.

- Guilbert De Pixrecourt

Axmaqlarla oturub-durmaqdansa , kitabla tənha oturmaq yaxşıdır.

- Qasım bəy Zakir

İnsan güc ilə yox, mütaliə etməklə ağıllanır.

- C.Bruno

Az bildiyini başa düşmək üçün çoxlu oxumaq lazımdır.

- Mişel Monten

Kitablar özünüzə və başqalarına hörmət etməyi öyrədəcək, ürəyi və ağlı, dünya və insanlıq sevgisiylə dolduracaq.

- Maksim Gorki

Kitab həyatın ən uzaq və qaranlıq yollarında insana işıq bəxş edən əfsanəvi çıraqdır

- A.M.Upit

BAKI QIZLAR UNİVERSİTETİ
1992-ci ildə təsis edilən və həmin vaxtdan da fəaliyyətə başlayan Bakı Qızlar Universitetinin (əvəllər Bakı Ali Pedaqoji Qızlar Seminariyası adlanırdı) yaradılmasında məqsəd respublikada qadın pedaqoji kadrlar yetişdirmək, onların intellektual səviyyəsini yüksəltmək və gənc qızları ailə həyatına hazırlamaqdan ibarətdir. Hazırda universitetdə "Sosial pedaqoji” və "Filologiya-tarix” fakültələri fəaliyyət göstərir. "Sosial pedaqoji” fakültədə "Təhsildə sosial-psixoloji xidmət”, "Psixologiya”, "Coğrafiya müəllimliyi”, "ibtidai sinif müəllimliyi”, "Məktəbəqədər təlim və tərbiyə”, "Riyaziyyat və informatika müəllimliyi”, "Filologiya-tarix” fakültəsində isə "Xarici dil (ingilis) müəllimliyi”, "Azərbaycan dili və ədəbiyyat müəllimliyi”, "Tarix müəllimliyi”, "Jurnalistika” üzrə bakalavr, "İbtidai sinifdə tədrisin metodika və metodologiyası”, "Pedaqogika nəzəriyyəsi və tarixi”, "Azərbaycan ədəbiyyatı”, "Azərbaycan dili”, "Azərbaycanın yeni və ən yeni tarixi” sahəsində magistratura səviyyəsində kadr hazırlığı aparılır.
Bakı Qızlar Universiteti Nazirlər Kabinetinin 1996-cı il fevralın 21-də 21 saylı sərəncamı ilə dövlət qeydiyyata alınmışdır. 2013-cü ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin lisenziya komissiyası BQU-nun çoxilli fəaliyyətinin, onun yüksək maddi-texniki bazasının, infrostrukturunun, təlim-tərbiyə sisteminin Azərbaycan Respublikası təhsil Qanununa Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Ali təhsil Müəssisələrinin fəaliyyətinə xüsusi razılıq (lisenziya verilməsi haqqında qərarına, Azərbaycan Respublikası Təhsil Nazirliyinin sənədlərinə uyğn qurulduğunu, pedaqoji kadrların hazırlanmasında əldə olunmuş nailiyyətlərini nəzərə alaraq universitetin fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsini məqsədəuyğun hesab etmişdir. Eyni zamanda 2013-cü ildə universitet akreditasiyadan keçmişdir. Universitetdə müxtəlif fənnlər üzrə kabinetlər, dörd kopüter otağı, kitabxana, badii yaradıcılıq studiyası, tələbə elmi cəmiyyəti, Tələbə Gənclər təşkilatı, dörd dərnəklər, nəşriyyat, idman zalı, yeməkxana, kadrlar şöbəsi və mühasibatlıq fəaliyyət göstərir.
Learn more