Əsas » Məqalə » İqtisadiyyat

İqtisadi nəzəriyyə-16
<< 1 / 2 / 34 / 5 / 6 / 7 / 8 / 9 / 10 / 11 / 12 / 13 / 14 / 15 / 16 / 17 / 18 >>


    Ev təsərrüfatları büdjələrinin tədqiq olunması nətijəsində əldə edilən materiallardan statistikada müxtəlif iqtisadi hesablamalarda (istehlak qiymətləri indekslərinin, milli gəlirin, əhalinin real gəlirlərinin hesablanmasında) istifadə edilir.
    Bazar iqtisadiyyatı şəraitində tarazlıq təmin olunmalıdır. Başqa sözlə, resurslarla tələbat (maddi, əmək, maliyyə) arasında tarazlığın yaradılması ilk növbədə həll edilməli olan problemdir. Bazar iqtisadiyyatı şəraitində heç kim onun subyektlərini istehsal, mal göndərilməsi, istehlak limiti üzrə tapşırıqları məjburi surətdə yerinə yetirməyə təhrik etmir.
    Müasir dövrdə, maddi, əmək ehtiyatları, maliyyədəyər və sahələrarası balanslardan daha çox istifadə olunur. Sahələrarası balansın məlumatlarından iqtisadiyyatın sahə strukturunun işlənib hazırlanması, ayrı-ayrı amillərin təsirinin, məsələn, iqtisadiyyatın enerci təjhizatından, yaxud da qiymətlərin dəyişməsindən asılılığının aşkara çıxarılması üçün istifadə edilə bilər. Bazar münasibətləri şəraitində məhdud nomenklaturda maddi balansların işlənib hazırlanmasının da çox böyük əhəmiyyəti vardır.
    Hər hansı bir konkret problemin həll edilməsi üçün başqa metodlardan istifadə edilməsi mümkün olmadıqda proqram-məqsədli metoddan istifadə olunur. Bu metodu tətbiq etmək üçün problemin seçilməsi əsaslandırılmalıdır. Proqram-məqsədli metod sözün geniş mənasında problemin həll edilməsinə kompleksli yanaşılmasının həyata keçirilməsi və dərinləşdirilməsi deməkdir.
    Normativ metoddan həm ayrılıqda, həm də digər metodlarla birlikdə istifadə oluna bilər. Məsələn, proqram-məqsədli metodla birlikdə qarşıya qoyulan məqsəd üzrə kəmiyyət göstərijiləri və ona nail olunması üçün lazım olan ehtiyatlar müəyyən edilir. Normativ metoddan müxtəlif balanslar tərtib olunarkən tələbatın və mümkün olan ehtiyatların aşgara çıxarılması, dövriyyə vəsaitləri normativlərinin, amortizasiya ayırmaları normalarının müəyyən edilməsi üçün istifadə olunur.
    Bazar iqtisadiyyatı şəraitində müxtəlif normativlərdən də istifadə edilir. Bunlara texniki-iqtisadi, sosial, ekoloci normativləri, maliyyə normaları və normativlərini misal göstərmək olar.
    Texniki-iqtisadi normativlər bazar şəraitində fəaliyyət göstərən təsərrüfat subyektlərinə xammal, yanajaq, elektrik enercisi və s. sərfini müəyyən etməyə imkan verir. Dövlət isə əvvəllərdə olduğu kimi, bu normativlərin işlənib hazırlanması və tətbiq olunması əvəzinə iqtisadi inkişafın resurslara qənaətetmə imkanı verən proqramlarının işlənib hazırlanması və həyata keçirilməsi ilə məşğul olur.
    Iqtisadi normativlər bütövlükdə iqtisadiyyatın və ayrı-ayrı sosial-iqtisadi proseslərin inkişaf etdirilməsinin tənzimləyijisidir. Bunlara aşağıdakılar aiddir: 1) əmlaka, gəlirlərə, faydalı qazıntıların hasilatına, əmtəə və xidmətlərə görə alınan vergilər, gömrük rüsumları; 2) maliyyə normativləri-transfertlər, büdjəyə ayırmalar, büdjədənkənar fondlara ayırmalar və i.a; 3) bank normativləri-məjburi ehtiyatların yaradılması normativləri, faiz dərəjələri və i.a.
    Iqtiasdi normativlərin içərisində maliyyə normaları başlıja yer tutur. Bunlara təhsilin idarə olunmasını, maliyyə resurslarının bölgüsünü tənzimləyən kəmiyyətin ən aşağı, orta və ən yüksək hədlərini əks etdirən göstərijilər aiddir. Maliyyə normativləri maliyyə resurslarından, məqsədli pul vəsaiti fondlarından səmərəli istifadə olunmasını tənzimləmək üçün tətbiq edilir. Bunlardan istifadə olunması istehsalla maliyyə göstərijiləri arasındakı əlaqələrə, büdjənin tarazlığının təmin edilməsinə imkan verir.
    Maliyyə normaları və normativləri təsdiq olunan və hesablama yolu əldə edilən norma və normativlərə bölünür.
    Təsdiq olunan norma və normativlər-vergi dərəjələri, mənfəətdən büdjəyə ayırmalar, büdjədənkanar fondlara ayırmalar (vahid sosial vergi), gəlir vergisinin dərəjələri və i.a.  qüvvədə olan qanunverijiliklə müəyyən edilir. Hesablama yolu ilə əldə edilən maliyyə normativlərinə, dövriyyə vəsaitləri normativləri misal ola bilər.
    Təyinatından asılı olaraq vahid və fərqli maliyyə norma və normativləri bir-birindən fərqləndirilir. Məsələn, əsas fond növləri üzrə müəyyən olunan fərqli amortizasiya normaları sahə üzrə vahid normalardır.
    Sosial normativlər yaşayış minimumu və istehlak büdjələri əsasında normativ metodla-minimum istehlak büdjəsi və səmərəli istehlak bədjəsi-işlənib hazırlanmalıdır. Hazırda rəsmi statistikada bir qayda olaraq yaşayış minimumu, hər nəfərə düşən orta gəlir və orta əmək haqqı göstərijilərindən istifadə olunur, bunlar bir-biri və digər sosial göstərijilərlə müqayisə edilir. Lakin bu kifayət deyildir. Çünki hazırda ölkəmizdə müəyyən olunmuş yaşayış minimumu BMT-nin tövsiyə etdiyi normalara uyğun gəlmir və deməli, iqtisadi və sosial jəhətdən əsaslandırıldığını demək olmaz. Müxtəlif əhali qruplarının pul gəlirlərinin real alıjılıq qabiliyyətinin qiymətləndirilməsi də belə bir nətijə çıxarmağa imkan verir ki, orta əmək haqqı da həyat səviyyəsinin indiqatoru vəzifəsini yerinə yetirmir.
    Ekoloci normativlər dedikdə zərərli tullantıların atmosferə təsirinin, suyun çirklənməsinin qarşısını almaq üçün müəyyən olunan normativlər; torpaqdan və sudan istifadə normativləri və.s. nəzərdə tutulur.
    Ekoloci normativlərdən təbiəti mühafizə tədbirlərinin səmərəliliyinin hesablanmasında, təbiəti mühafizə təyinatlı əsas fondların və obyektlərin yaradılmasında; məqsədli təbiəti mühafizə proqramları və təbiətin qorunmasına dair kompleks ərazi sxemlərinin işlənib hazırlanmasında istifadə edilir.
    Iqtisadiyyatın ətraf mühitə təsiri həm makroiqtisadi, həm də mikroiqtisadi səviyyədə nəzərdən keçirilir. Makro-iqtisadi səviyyə üçün amerika iqtisadçıları V.Leontyev və D.Fordun «Iqtisadiyyatın strukturunun ətraf mühitə təsirinin sahələrarası təhlili» əsəri əsas təşkil edir. Bu əsərin məqsədi çirklənmənin sahələrarası əlaqələr sisteminə daxil edilməsi və ekoloci əlaqələr nəzərə alınmaqla sahələrarası modelin düzəldilməsindən ibarətdir. Əsərdəki materiallar ekoloci amillər nəzərə alınmaqla iqtisadiyyatın modelləşdirilməsində yeni elmi istiqamətin inkişafına təkan vermişdir.
    Nəzərdən keçirilən normativlərlə yanaşı, digər əlamətlər üzrə normativlərdən də istifadə olunur. Məsələn, resurs və ijtimai istehsalın səmərəliliyi üzrə normativlər də vardır.
    Resurs üzrə normativlərə maddi, maliyyə, əmək və təbii resurslar üzrə normativlər, məsələn, material tutumu, metal tutumu və i. a aiddir.
    Ictimai istehsalın səmərəliliyi normativlərinə əhalinin hər nəfərinə, xərjin hər manatına görə ümumi daxili məhsul istehsalı; rentabellik; fondverimi; ümumi daxili məhsul artımının əmək məhsuldarlığının yüksəldilməsi nətijəsində əldə edilən hissəsi (xüsusi çəkisi) daxildir.

 
Mövzu 23: Dünya iqtisadiyyatı və  beynəlxalq bazar. ( 2 saat)
Plan
 
    1. Dünya təsərrüfatının meydana gəlməsinin obyektiv əsasları.
    2.İqtisadi inteqrasiya anlayışı, onun məzmunu və amilləri.
    3. Beynəlxalq miqyasda kapitalın hərəkəti, onun formaları və tənzimlənməsi.
    4. Birbaşa investisiya mexanizmi. İnvestisiya mühiti və məsuliyyəti.
    5. Beynəlxalq miqyasda işçi qüvvəsinin miqrasiyası, onun nəticələri və tənzimlənməsi.
 
1. Dünya təsərrüfatının meydana gəlməsinin obyektiv əsasları.
 
    Beynəlxalq iqtisadi münasibətlər ayrı-ayrı ölkələrin inkişafına, onların dünya birliyində özlərinə məxsus yer tutmalarına səbəb olur. Bu münasibətlərin məntiqi nəticəsi kimi dünya təsərrüfat sistemi meydana gəlmişdir. Dünya təsərrüfatı mürəkkəb quruluşa malikdir və ölkələrarası istehsal kooperasiyasını, iş qüvvəsinin miqrasiyasını, xarici ticarəti, kapitalın və investisiyaların hərəkətini, elm və texnika sahəsində qarşılıqlı əlaqələri, valyuta-kredit münasibətlərini və s. əhatə edir.
    Dünya təsərrüfatının tarixən birinci mərhələsi dünya kapitalist təsərrüfatının meydana gəlməsi olmuşdur. Dünya kapitalist təsərrüfatı isə XIX əsrin ortalarında iri maşınlı sənayenin inkişaf etməsi və dünya bazarının yaranması əsasında formalaşmışdır.
    Dünya kapitalist təsərrüfatının yaranması bir tərəfdən, dəniz donanmasında yük daşınmasının artmasına, iri limanların tikilməsinə, kanalların, qitələlarası dəmir yollarının çəkilməsinə əsaslanmış, digər tərəfdən isə bunların inkişafını sürətləndirmişdir. Lakin bir qədər sonralar və müasir dövrdə avtomobil nəqliyyatı və beynəlxalq əhəmiyyətli avtomobil yolları, habelə aviasiya daha sürətlə inkişaf etməyə başlamışdır. Bu sahədə dünya rabitə (radio, kabel, peyk və i.a.), habelə güclü elektron-hesablama maşınlarına əsaslanan informasiya sistemi də böyük rol oynamışdır.
    Dünya təsərrüfatının ikinci mərhələsi dünya sosialist təsərrüfatının meydana gəlməsi olmuşdur. Bunun bünövrəsi 1917-ci ildə bolşeviklərin iqtisadi cəhətdən geridə qalmış Rusiyada hakimiyyəti zorla ələ keçirmələri nəticəsində dünyada qüvvələr nisbətinin dəyişməsi və keçmiş Sovet Ittifaqının güclü hərbi və iqtisadi qüvvəyə çevrilməsi ilə qoyulmuşdur. Ikinci dünya müharibəsinin gedişində isə bir sıra ölkələrdə yaranmış obyektiv və subyektiv amillərdən istifadə edən "mütərəqqi" qüvvələr hakimiyyətə gəldikdən sonra, onlar da Çar Rusiyasının yolu ilə getmiş və beləliklə də "dünya sosialist təsərrüfatı" meydana gəlmişdir. Lakin möhkəm təməl üzərində qurulmamış bu "dünya təsərrüfatı" uzun müddət yaşaya bilməmiş və 1990-cı illərin əvvəllərində tarix meydanında nüfuzdan düşüb dağılmışdır.
    Buradan aydın olur ki, dünya kapitalist təsərrüfatı hazırda yeganə hakim təsərrüfatdır, ümumdünya təsərrüfatı onun bazasında formalaşır və inkişaf edir. Bu, onunla izah edilir ki, dünyanın bütün ölkələri az və ya çox dərəcədə beynəlxalq əmək bölgüsünə (BƏB) daxildirlər və müasir ETI-nin təsiri ilə onun daha da dərinləşməsi iqtisadi əlaqələrin genişlənməsini sürətləndirir. Hər bir ölkənin iqtisadi mübadilədə iştirak etməsi isə ona öz tələbatını daha tam və az xərclə ödəməyə imkan verir. Və bu əsas üzərində BƏB-in bütün iştirakçılarında qarşılıqlı əlaqələrin inkişaf etdirilməsinə və deməli, iqtisadi əməkdaşlığa maraq yaradır. Bəs, beynəlxalq əmək bölgüsü nədir?
    Beynəlxalq əmək bölgüsü, əmək bölgüsünün ən yüksək formasıdır. BƏB dedikdə, ayrı-ayrı ölkələrin müəyyən məhsul növlərinin istehsalı sahəsində ixtisaslaşmaları və həmin məhsulları öz aralarında mübadilə etmələri nəzərdə tutulur. BƏB ilk dəfə XX əsrin əvvəllərində beynəlxalq kapitalist əmək bölgüsü formasında meydana gəlmişdir.
    BƏB-in əsasını dünya bazarı və ölkələr arasındakı iqtisadi münasibətlərin digər formaları təşkil edir. Onun inkişaf etməsinin əsas səbəbi isə bütün bəşəriyyət üçün ümumi olan elmi-texniki tərəqqinin qanunauyğunluqlarıdır. Başqa sözlə, dünya birliyinə daxil olan ölkələr öz aralarında elmi-texniki, ən yeni məhsul növləri istehsalı, elmi-tədqiqatların və konstruktor işlərinin nəticələrinin mübadiləsi sahəsində əməkdaşlıq etməyə maraqlıdırlar. Müasir dövrdə nəinki istehsal dairəsində, həmçinin elmi fəaliyyət sahəsində də əmək bölgüsünün zəruriliyi meydana çıxır. BƏB-ə coğrafi amillər, ayrı-ayrı regionlarda bu və ya digər təbii ehtiyatların olması da təsir göstərir. Müasir şəraitdə ən kəskin vaxtlarda bir-birinə elektrik enerjisi verməklə energetika ehtiyatlarından, habelə dəniz və okeanların sərvətindən səmərəli istifadə etmək sahəsində də ölkələrin öz aralarında iqtisadi əməkdaşlığa girmələri imkanları meydana gəlmişdir.
    BƏB öz növbəsində istehsalın beynəlmiləlləşməsinə səbəb olur. Bu, müxtəlif ölkələrin milli təsərrüfatları arasında əlaqələrin meydana gəlməsi və dərinləşməsini ifadə edən obyektiv prosesdir. Istehsalın beynəlmiləlləşməsi dünya miqyasında  ictimailəşmənin spesifik forması olmaqla, cəmiyyətin iqtisadi həyatını əhatə edir və özünü bütün sahələrdə – istehsal, bölgü, mübadilə və istehlak – biruzə verir. Istehsalın beynəlmiləlləşməsi beynəlxalq iqtisadi münasibətlərin inkişaf etməsinin obyektiv əsasıdır. Bütün bunlar ölkələr arasında iqtisadi münasibətlərin obyektiv xarakter daşıdığını göstərir. Doğrudur, müəyyən sinfi mənafelər dünya təsərrüfat əlaqələrinə mane ola, yaxud da onu məhdudlaşdıra bilər. Lakin onların həyata keçirilməsinin obyektiv zəruriliyi labüd olaraq özünə yol açmışdır və bundan sonra  daha da inkişaf edəcəkdir.
    Dünya təsərrüfat əlaqələrinin güclənməsinin əsasını təşkil edən amillər dəyişməz deyildir və müasir dövrdə onların əhəmiyyəti daha da artır. Bu, dünya iqtisadiyyatının beynəlmiləlləşməsi, müasir elmi-texniki inqilabın hərtərəfli xarakter daşıması, informasiya və kommunikasiya vasitələrinin yeni rolu, yer kürəsində mövcud olan ehtiyatların vəziyyəti və s. əlaqədardır.
 
2. Iqtisadi inteqrasiya anlayışı, onun məzmunu və amilləri.
 
    Müasir dövrdə dünya iqtisadiyyatında iki meyl özünü göstərir. Bir tərəfdən, ölkələr arasındakı iqtisadi əlaqələr inkişaf edir, ticarət liberallaşdırılır, kommunikasiya və informasiya sistemlərinin, texniki standartların yaradılması ilə əlaqədar dünya təsərrüfatının qloballaşması güclənir, digər tərəfdən isə, ölkələrin region səviyyəsində iqtisadi cəhətdən bir-birilərinə yaxınlaşmaları və qarşılıqlı fəaliyyət göstərmələri prosesi gedir, iri regional inteqrasiya strukturları formalaşır, dünya təsərrüfatının müstəqil mərkəzləri meydana çıxır. Bütün bünlar beynəlxalq iqtisadi inteqrasiyanın nəticələri olmaqla, həm də onun daha da təkmilləşdirilməsini zəruri edir.
    Beynəlxalq Iqtisadi Inteqrasiya (BII) ölkələr və milli təsərrüfatlar arasında dərin və sabit əlaqələrin, əmək bölgüsünün müxtəlif səviyyələrdə və formalarda inkişaf etdirilməsi əsasında onların iqtisadiyyatının iqtisadi-siyasi cəhətdən birləşməsi deməkdir. Bu proses müxtəlif səviyyələrdə iqtisadi münasibətlər, o cümlədən filiallar yaratmaqla bir-birilə yaxınlaşan ölkələrin ayrı-ayrı firmaları arasında əməkdaşlığın həyata keçirilməsi formasıdır. Dövlətlərarası səviyyədə isə, inteqrasiya, onların arasında iqtisadi birliklərin yaradılması əsasında formalaşır.
    Firmalararası əlaqələrin sürətlə inkişaf etməsi, bu və ya digər regionda əmtəə və xidmətlərin, kapitalın və iş qüvvəsinin sərbəst surətdə hərəkətinin təmin olunmsına yönəldilmiş dövlətlərarası tənzimlənməni, habelə birgə iqtisadi, valyutamaliyyə, elmi-texniki, sosial, xarici və müdafiə siyasətinin yeridilməsini zəruri edir. Bunların nəticəsində regional valyuta, infrastruktur, ümumi iqtisadi vəzifələr, dövlətlərarası idarəetmə və maliyyə təşkilatları üzrə vahid təsərrüfat kompleksləri formalaşır.
    Iqtisadi inteqrasiyanın ən sadə forması sərbəst ticarət zonalarının yaradılmasıdır. Bunun əhəmiyyəti hər şeydən əvvəl onunla müəyyən edilir ki, iştirakçı-dövlətlər arasında ticarət məhdudiyyəti, birinci növbədə gömrük vergisi aradan qaldırılır.
    Iqtisadi inteqrasiyanın başqa bir forması gömrük ittifaqlarının yaradılmasıdır. Bu zaman həmin ərazidə sərbəst ticarət zonasının fəaliyyət göstərməsi ilə yanaşı, həm də vahid xarici ticarət qiymətlərinin (tariflərinin) müəyyən edilməsi və üçüncü ölkələrə münasibətdə vahid ticarət siyasətinin yeridilməsi nəzərdə tutulur.
    Nəzərdən keçirilən hər iki halda dövlətlərarası münasibətlər yalnız mübadilə sahəsinə aid olur. Bu, iştirakçı-dövlətlər üçün qarşılıqlı ticarətin və maliyyə hesablaşmalarının inkişaf etdirilməsində eyni imkanların yaradılmasına xidmət edir. Gömrük ittifaqlarına daxil olan ölkələr arasında ümumi hesablaşma vahidi fəaliyyət göstərir və valyutaların qarşılıqlı surətdə dönərliliyi təmin edilir.
    Beynəlxalq Iqtisadi Inteqrasiyanın daha mürəkkəb forması ümumi bazardır. Ümumi bazar onun iştirakçıları arasında qarşılıqlı ticarət əlaqələri və vahid xarici ticarət tarifləri ilə yanaşı, həm də kapitalın və iş qüvvəsinin sərbəst hərəkəti, habelə razılaşdırılmış iqtisadi siyasət yeridilməsi ilə səciyyələnir.
    Dövlətlərarası iqtisadi inteqrasiyanın ən yüksək forması, onun yuxarıda göstərilən bütün formalarını özündə birləşdirən ümumi iqtisadi və valyuta-maliyyə siyasəti yeridən iqtisadi və valyuta ittifaqıdır.
    Iqtisadi inteqrasiya qarşılıqlı əlaqədə olan tərəflər üçün bir sıra əlverişli şərait yaradır.
    Hər şeydən əvvəl qeyd etmək lazımdır ki, inteqrasiya əlaqələri təsərrüfatçılıq edən subyektlər (firmalar) üçün maddi, əmək və maliyyə ehtiyatlarından, ən yeni texnika və mütərəqqi texnologiyadan istifadə olunmasına, yüksək keyfiyyətli məhsullar hazırlanmasına imkan verir.
    Ikincisi, region ölkələrinin iqtisadi cəhətdən bir-birilərinə yaxınlaşmaları və iştirakçı ölkələrin firmaları üçün imtiyazlı şərait yaradır, onları başqa ölkələrin firmalarının rəqabətindən müəyyən dərəcədə qoruyur.
    Üçüncüsü, inteqrasiya əlaqələri onun iştirakçılarına daha kəskin sosial problemləri (məsələn, ayrı-ayrı rayonların inkişaf şəraitinin bir-birinə yaxınlaşması və son nəticədə bərabərləşməsi, əmək bazarında vəziyyətin "yumşaldılması", əhalinin aztəminatlı təbəqəsinin sosial müdafiəsi, səhiyyə sisteminin, əmək mühafizəsi və sosial təminatın daha da inkişaf etdirilməsi və s.) birlikdə həll etməyə imkan verir.
    Lakin milli təsərrüfatlar arasındakı qarşılıqlı əlaqələr müxtəlif miqyasda və intensivlikdə inkişaf edir. Odur ki, bu prosesi müəyyən edən obyektiv amilləri nəzərdən keçirmək lazımdır. Başqa sözlə, inteqrasiya prosesi bir sıra amillərlə müəyyən edilir ki, bunların içərisində də əsas yeri aşağıdakılar tutur: 1) Təsərrüfat həyatının qloballaşması; 2) Beynəlxalq əmək bölgüsünün dərinləşməsi; 3) Elmi-texniki inqilabın xarakteri; 4) Açıq milli iqtisadiyyata geniş yer verilməsi.
    Bu amillər bir-biri ilə qarşılıqlı surətdə əlaqədardır. Belə ki, müasir dövrdə BƏB əsasında ölkələr, xüsusilə də onların firmaları arasında sabit iqtisadi əlaqələrin inkişafı qlobal xarakter almışdır. Milli iqtisadiyyatların daha çox açıq xarakter daşıması, transmilli korporasiyaların fəaliyyətlərinin, ETI-nin, beynəlxalq ticarətin, kapitalın hərəkətinin, müasir nəqliyyat, rabitə və informasiya sistemlərinin geniş miqyas alması təsərrüfat həyatının beynəlmiləlləşməsinin elə bir səviyyəyə gəlib çıxmasına səbəb olmuşdur ki, bu, bir çox ölkələrin firmaları arasındakı qarşılıqlı əlaqələrin qlobal şəbəkəsinin yaranmasını təmin etmişdir.
    Təsərrüfat həyatının qloballaşması regional səviyyədə daha intensiv gedir. Çünki hər hansı bir ölkənin firmalarının böyük əksəriyyəti qonşu ölkənin firmaları ilə müəyyən əlaqələrə girirlər. Bununla əlaqədar olaraq dünya təsərrüfatının qloballaşmasının əsas meyllərindən biri bu və ya digər ölkələrin, yaxud da inkişaf etmiş ölkələr qrupunun ətrafında inteqrasiya zonalarının, iri iqtisadi meqablokların (məsələn, Amerika qitəsində ABŞ, Sakit Okean zonasında ABŞ və Yaponiya, Qərbi Avropada aparıcı Qərbi Avropa ölkələri) yaradılmasıdır. Bəzi hallarda regional inteqrasiya blokları çərçivəsində subregional "mərkəzlər" yaradılır. Bu, Sakit Okean regionu üçün daha səciyyəvidir.
    BƏB dərinləşməkdə davam edir. XX əsrin ikinci yarısında dünya təsərrüfatında, ətrafında sürətli iqtisadi inkişaf zonalarının formalaşdığı lider-dövlətlər meydana gəlmişdir. Bunlara elm tutumlu məhsulları istehsal və ixrac edən Avropa Ittifaqını, ABŞ, Yaponiya və b. misal göstərmək olar. Çin və Cənub-şərqi Asiyanın yeni sənaye ölkələri (Cənubi Koreya, Tayvan, Sinqapur, Tailand, Malayziya, Indoneziya) elektron texnikasının istehsalını mənimsəmiş və indi onun ixrac edilməsi ilə fəal məşğul olurlar. Yüksək dərəcədə inkişaf etmiş kənd təsərrüfatına malik olan və ixrac üçün məhsul istehsalı sahəsində ixtisaslaşmış ölkələr qrupu vardır. Bunlara Yeni Zelandiyanı, Yunanıstanı, Hollandiyanı, Braziliyanı, Finlandiyanı misal göstərmək olar. Kənd təsərrüfatı məhsullarının ixracı ilə ABŞ və Böyük Britaniya kimi yüksək dərəcədə inkişaf etmiş ölkələr də məşğul olurlar. Bəzi ölkələr (məsələn, OPEK ölkələri) neft istehsalı və ixracı sahəsində ixtisaslaşmışlar.
    Transmilli korporasiyaların başlıca cəhətləri onların xaricdə əmtəə və xidmətlərin istehsalı ilə məşğul olmaları, yəni birbaşa investisiya qoymalarıdır. Bununla əlaqədar olaraq birbaşa investisiyaların daha geniş yayılmış aşağıdakı modelləri hazırlanmışdır:
    1) Inhisarçının üstünlüyü modeli. Bunu S.Xaymer işləyib hazırlamış, sonra isə o, Ç.P.Kindleberqer, R.Y.Keyvz, Q.C.Conson, R.Lakrua tərəfindən inkişaf etdirilmişdir. Bu model belə bir ideyaya əsaslanır ki, yerli investora nisbətən xarici investor müəyyən dərəcədə əlverişsiz şəraitdə olur. O, ölkənin bazarlarını və onlardakı "oyun qaydaları"nı yaxşı bilmir, burada əlaqələri geniş deyildir, əlavə nəqliyyat xərcləri sərf edir, riskə görə daha çox əziyyət çəkir. Odur ki, o, yerli rəqiblərlə müqayisədə əlavə üstünlüklərə malik olmalıdır ki, bunun hesabına daha çox mənfəət əldə edə bilsin.
    Xarici investor isə aşağıdakı hallarda inhisarçı üstünlüyünə nail ola bilər: a) Yerli əmtəə bazarlarında qeyri-mükəmməl rəqabətdən (onun məhsulları bir sıra keyfiyyət göstəricilərinə görə seçildikdə) istifadə olunduqda; b) Istehsal amilləri bazarlarında qeyri-mükəmməl rəqabətdən (xarici firmalarda ən yeni, təkmilləşdirilmiş texnika mövcud və investor böyük sahibkarlıq qabiliyyətinə malik olduqda) istifadə etdikdə; c) Istehsalın miqyasında üstünlüyə malik olduqda (bunun hesabına daha çox mənfəət əldə etmək mümkündür); q) Xarici investisiyaların tənzimlənməsinə dair dövlət tərəfindən əlverişli şərait yaradıldıqda (xarici kapital üçün xüsusi imtiyazlar müəyyən edildikdə) və i.a.
1)     Məhsulun həyat dövrü modeli. Bu, firmaların inkişafı nəzəriyyəsi əsasında amerika iqtisadçısı R.Vernon tərəfindən işlənib hazırlanmışdır. Bu modelə uyğun olaraq yeni məhsul öz "həyatında" aşağıdakı mərhələlərdən keçir: 1) Məhsulun bazarda irəlilədilməsi; 2) Satışın artması; 3) Yetkinlik mərhələsi; 4) Bazarın həmin məhsulla doldurulması; 5) Satışın azalması.
    Məhsulu ilk dəfə istehsal edən firmalar üçün onun beynəlxalq miqyasda həyat dövrü bir qədər başqa cürdür. Bunu aşağıdakı kimi müəyyən etmək olar: 1) Yeni məhsulun istehsal və ixrac olunması; 2) Xarici rəqiblərin eyni məhsuldan istehsal etmələri və onların bazarlarda (hər şeydən əvvəl öz ölkələrinin bazarlarında) irəlilədilməsi ; 3) rəqiblərin üçüncü ölkələrin bazarlarına çıxmaları və buna uyğun olaraq məhsulu ilk ixrac edən ölkədən məhsul ixracının azalması; 4) rəqiblərin, yeni məhsulu ilk istehsal edən ölkələrin bazarlarında görünməsi.
    Əlbəttə, qabaqcıl texnologiyaya sahib olan firmanın istehsal etdiyi yeni məhsul digər firmalar tərəfindən də buraxıldıqda o, başqa bir yeni məhsul buraxmağa meyl göstərə bilər. Lakin ixrac üçün təhlükə yarandıqda vəziyyətdən çıxmaq məqsədilə başqa yoldan – məhsulun istehsalını xaricdə təşkil etmək yolundan istifadə olunması da mümkündür. Bu, məhsulun həyat dövrünü uzatmağa imkan verir. Həm də qeyd etmək lazımdır ki, məhsul istehsalının artırıldığı və yetkinlik mərhələlərində "istehsal xərcləri" adətən azalır ki, bu da qiymətlərin aşağı müəyyən olunmasına və beləliklə də ixrac olunan məhsulların miqdarının artmasına səbəb olur. Digər tərəfdən, məhsulu ixrac etməkdənsə, onun istehsalının xaricdə təşkili iqtisadi cəhətdən daha sərfəlidir. Bu, onunla əlaqədardır ki, məhsulun istehsalı xaricdə təşkil olunduqda dəyişən xərclər azalır, gömrük sərhədlərindən yan keçmək imkanları artır, xarici inhisarlarla mübarizədə mövqelər möhkəmlənir və i.a.
2)     Internallaşdırma modeli. Bu model R.Kouzanın ideyalarına əsaslanır. Onun fikrincə çox iri korporasiyaların daxilindjə xüsusi bazar (ingiliscə – internal) fəaliyyət göstərir və o, korporasiyanın, habelə onun filiallarının (bölmələrinin) rəhbərliyi tərəfindən tənzimlənir. Internallaşdırma modelinin yaradıcıları–ingilis P.Bekli, M.Kesson, C.Makmanus, A.Raqmen, C.Danninq və b.–belə hesab edirlər ki, beynəlxalq əməliyyatların xeyli hissəsi, əslində transmilli korporasiyalar adlandırılan iri təsərrüfat komplekslərinin bölmələri arasındakı firmadaxili əməliyyatlardır.
3)     Marksist model. Kapital ixracına dair digər nəzəriyyələr kimi bu model də kapital artıqlığına əsaslanır. Bu, XIX əsrdə və XX əsrin əvvəllərində, o zaman təsərrüfat həyatına başçılıq edən xırda mülkiyyətçilər tərəfindən, onların özləri üçün əlverişli olan üsulla – fond birjaları vasitəsilə və istiqrazlar şəklində həyata keçirilmişdir. XX əsrin ikinci yarısından isə artıq kapital iri və ən iri mülkiyyətçilər (inhisarlar) tərəfindən birbaşa investisiyalar şəklində ixrac olunur. Bununla da beynəlxalq inhisarlar birbaşa investisiyalar vasitəsilə istehsal, maliyyə və texnoloji güclərinə görə yerli rəqiblər üzərində müəyyən üstünlük əldə etmiş olurlar.
4)     Eklektik model. Birbaşa investisiya modellərinin birtərəfli və məhdud olmaları C.Danninq modelinin meydana gəlməsinə səbəb olmuşdur. O, özündə digər modellərdə sınaqdan keçirilmiş və təcrübədə özünü doğrultmuş ünsürləri birləşdirdiyi üçün onu "Eklektik paradiqma" adlandırırlar. Bu modelə görə aşağıdakı üç şərt bir-birinə uyğun gəldikdə firma xaricdə məhsul istehsalına başlayır: 1) Firma xarici ölkədə fəaliyyət göstərən digər firmalar üzərində müəyyən üstünlüyə malik olur (mülkiyyətçinin spesifik üstünlüyü); 2) Firma üçün bu üstünlüyün yerlərdə, yəni məhsulu ixrac etmək yolu ilə deyil, məhz onun istehsalını həmin ölkədə təşkil etməklə həyata keçirilməsi daha sərfəlidir (Beynəlmiləlləşmənin üstünlüyü); 3) Firma öz ölkəsində olduğuna nisbətən xaricdə bəzi istehsal ehtiyatlarından daha səmərəli istifadə edir. Hazırda birbaşa investisiyaların eklektik modeli geniş şöhrət qazanmışdır.
    Dolayı investisiya nəzəriyyələri də vardır. Bu nəzəriyyələrə görə investorları xaricdə üç məqam maraqlandırır. Bunlardan biri xarici qiymətli kağızların gəlirlilik səviyyəsi, ikincisi, bu qoyuluşlar üzrə risketmə dərəcəsi, üçüncüsü isə – xarici qiymətli kağızlar hesabına özlərinin qiymətli kağızlarının yayılması istəyinin olmasıdır. Bu, üç məqamın çulğalaşması ona gətirib çıxarır ki, dolayı investisiyalar iqtisadi və siyasi vəziyyətin dəyişməsinə daha çox məruz qalır.
    Kapital axını nəzəriyyəsi hələlik bir o qədər mükəmməl işlənməmişdir. Bunu ondan görmək olar ki, kapital axını termininin özü müxtəlif cür izah edilir. Bu isə istəristəməz onun nəticələrinin qiymətləndirilməsinə təsir edir. Belə ki, D.Kaddinqton kapital axınını, onun qısa müddətə idxal və ixrac olunması ilə izah edir. Lakin tədqiqatçıların əksəriyyəti ölkədən kapital axınını onun mənafeyinə zidd olan hadisə kimi qiymətləndirir və bunu ölkədə sahibkarlıq üçün əlverişli investisiya mühitinin yaradılmaması ilə izah edirlər. Bəziləri isə belə hesab edirlər ki, kapital ona görə "qaçır" ki, o, bir çox hallarda qeyri-qanuni yolla əldə edilir və "yuyulma" tələb edir.

    Bunlarla yanaşı, hələlik ayrı-ayrı ölkələrin xammal kimi bir və ya iki növ ixrac məhsulunun istehsalı sahəsində ixtisaslaşmaları ənənəsi də qalmaqdadır. Bu, Afrikanın əksər, Latın Amerikasının isə bir sıra ölkələri üçün səciyyəvidir.
    Elmi-texniki tərəqqinin təsiri ilə firmadaxili və ölkələrarası səviyyədə predmet, detal və texnoloji əmək bölgüləri getdikcə dərinləşir. Ayrı-ayrı ölkələrdəki istehsalçılar arasında qarşılıqlı əlaqə və asılılıqlar yalnız əməyin nəticələrinin mübadiləsi əsasında deyil, həm də kooperasiyalaşdırma, kombinələşdirmə və istehsal-texnoloji proseslərin bir-birini tamamlaması əsasında birgə istehsalların təşkili yolu ilə həyata keçirilir. Müxtəlif ölkələrin firmaları arasındakı kooperasiyalaşdırmanın intensiv inkişafı iri beynəlxalq istehsal-investisiya komplekslərinin meydana gəlməsinə gətirib çıxarmışdır. Belə komplekslərin yaradılması təşəbbüsü ilə adətən transmilli korporasiyalar çıxış edirlər.
    Inteqrasiya proseslərini stimullaşdıran amillərdən biri də milli iqtisadiyyatın açıq olması səviyyəsinin artmasıdır. Açıq iqtisadiyyatın səciyyəvi cəhətləri aşağıdakılardır:
1)     Ölkə iqtisadiyyatının dünya təsərrüfat münasibətlərinə bağlılığı (bunu dünya ölkələrinin çoxunun ÜMM-də əmtəə və xidmətlər üzrə ixracın xüsusi çəkisinin artmasından aydın görmək olar);
2)     Əmtəələrin, kapitalın və iş qüvvəsinin ölkələrarası hərəkətində məhdudiyyətlərin azaldılması, yaxud da tamamilə aradan qaldırılması;
    Milli valyutaların konversiya edilməsi.
 
3. Beynəlxalq miqyasda kapitalın hərəkəti, onun formaları və tənzimlənməsi.
 
    Beynəlxalq miqyasda kapitalın hərəkəti dedikdə, onun ixrac edilməklə xaricdə yerləşdirilməsi nəzərdə tutulur. Kapital isə aşağıdakı formalarda ixrac olunur: 1) Xüsusi və ya dövlət kapitalı formalarında; 2) Pul və əmtəə kapitalı formalarında. Maşın və avadanlıqlar, patentlər və nouhau ixracı, habelə əmtəə formasında verilən kreditlər də kapital ixracına aiddir. 3) Qısa müddətli (adətən bir ilədək) və uzun müddətli formalarda. Borc formasında kapital ixracı (borc kapitalı) sahibinə əsas etibarilə əmanətlər, verilmiş borc və kreditlər üzrə faiz şəklində, sahibkar kapitalı isə mənfəət formasında gəlir gətirir.
    Sahibkar kapitalına birbaşa və dolayı investisiyalar daxildir. BVF-nin müəyyən etdiyinə görə birbaşa investisiyaların səciyyəvi cəhəti ondan ibarətdir ki, sahibkar investisiya qoyduğu əmlakın (müəssisənin) idarə olunmasında nəzarəti öz əlində saxlayır. Dolayı investisiyalar isə onun sahibinə belə bir səlahiyyət vermir. Çünki bu investisiyalar adətən səhmlər zərfindən (yaxud da ayrı-ayrı səhmlərdən) ibarət olur. Bu, firmaların xüsusi kapitalının 10-20%-dən azını təşkil edir. Dolayı investisiyalara istiqrazlar və digər qiymətli kağızlar da daxildir. Ayrı-ayrı ölkələrdə formal olaraq birbaşa və dolayı investisiyalar arasında müxtəlif formalarda və müəyyən hədd daxilində fərq qoyulur. Lakin bu hədd şərtidir. Ona görə ki, bəzi hallarda, xüsusilə də firmaların özlərinə məxsus olan kapital çoxsaylı həmsahiblər arasında bölündükdə, səhmlərə sahib olmaq idarəetməyə nəzarəti həyata keçirməyə imkan verir. Sahibkar və borc kapitalları arasında da belə qeyri-müəyyən hədd qoyulur. Məsələn, firmaların özlərinin xaricdə olan filiallarına verdikləri borc birbaşa investisiyalara aid edilir.
    Investorlar birbaşa investisiyaları ixrac etməklə başqa ölkələrdə yeni firmalar (müstəqil və ya yerli tərəfdaşlarla birlikdə) təsis edir, yaxud da xaricdə fəaliyyət göstərən firmalarda müəyyən paya sahib olurlar. Xaricdə belə firmaları adətən filial (ingiliscə – foreign affilates) adlandırırlar.
    Bu filiallar da öz növbəsində şöbələrə, qız və assosiativ şirkətlərə bölünür. Şöbə (ingiliscə – division, branch) xaricdə qeydiyyatdan keçsə də xüsusi balansa malik olan müstəqil şirkət hesab edilmir və əsas firmaya məxsus olduğu üçün hüquqi şəxs sayılmır. Qız şirkətləri (ingiliscə – subsidiary) isə xaricdə müstəqil şirkət kimi qeydiyyatdan keçirilir, başqa sözlə, müstəqil balansa malik olmaqla, hüquqi şəxs hesab edilir. Lakin onun fəaliyyəti üzərində nəzarəti səhmlərin əsas hissəsinə, yaxud da onun kapitalına sahib olan baş firma həyata keçirir. Assosiativ şirkətlər (accociated company, accociate) qız cəmiyyətlərindən onunla fərqlənir ki, o, baş firmanın nəzarəti altında deyil, təsiri altında olur. Çünki assosiativ şirkətlərin səhmlərinin çox böyük hissəsi bir şirkətə məxsus olur. Bu şirkətlərin müxtəlif növləri ola bilər. Bunlardan biri iki və daha çox milli firmanın (onların içərisində xarici firmalar da ola bilər) vəsaiti hesabına yaradılan müştərək şirkətlərdir. Ingiliscə buna joint ventures deyilir. Müştərək müəssisələr az çeşiddə məhsul buraxa və qısa müddət mövcud ola bilər. Burada xarici müəssisələrin iştirakı məcburi deyildir.
    Bəzi hallarda bir səhminin belə baş şirkətə məxsus olmadığı müəssisələri də xarici firmalara aid edirlər. Baş firmalar onlara (filiallara) müqavilə əsasında nəzarət edirlər. Müqavilə filialın idarə edilməsilə əlaqədar olaraq bağlana bilər. Bunlara mehmanxanaların idarə olunmasına dair razılaşmaları misal göstərmək olar.
    Xaricdə fəaliyyət göstərən kapitalın dəyəri olduqca çoxdur. Belə ki, 1996-cı ilə olan məlumata görə dünyada birbaşa investisiyalar təqribən 3 trln. dollara bərabərdir. Dünyada mövcud olan 40 min baş firmanın (transmilli korporasiyaların) sahib olduğu 270 mindən çox xarici filiallar var və onların sayı daim artır. Bunların çoxu orta və kiçik müəssisələrdir və dünya bazarlarına daha çox çıxırılar. Lakin qeyd etmək lazımdır ki, transmilli korporasiyaların əsasını hələ də onlarla, bəzi hallarda hətta yüzlərlə xarici filialı olan iri korporasiyalar təşkil edirlər. Belə ki, birbaşa xarici investisiyaların 1/3 hissəsi bazar iqtisadiyyatının inkişaf etdiyi ölkələrin yüz iri korporasiyasının payına düşür. Bu korporasiyaların mənzil-qərargahının 90%-dən çoxu da məhz bu ölkələrdə yerləşmişdir. Lakin transmilli korporasiyaların sayı inkişaf etməkdə olan və keçid dövrü iqtisadiyyatını "yaşayan" ölkələrdə daha sürətlə artır. Bu proses özünü Meksika, Braziliya, ÇXR, Koreya Respublikası, Rusiya və başqa ölkələrdə daha bariz şəkildə göstərir.
    Inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrin bir çoxu belə hesab edir ki, onların bazarı yalnız ticarətlə məhdudlaşa bilməz, xaricə daha çox investisiya qoymağa çalışmaq, şöbə, filial, assosiativ firma yaratmaq lazımdır. Onların fikrincə bu, həmin firmaların xarici bazara nüfuz etmələri və öz fəaliyyətlərini genişləndirmələri üçün etibarlı üsuldur.
    Bəs, kapital nə üçün ixrac və idxal olunur? Ilk baxışda çox sadə görünən bu suala bir çox nəzəriyyələr cavab verməyə çalışmışlar və indi də buna cəhd göstərirlər. Bunların içərisində diqqəti daha çox cəlb edən neoklassik, neokeynsçilik və marksist nəzəriyyələrdir.
    Neoklassik nəzəriyyə beynəlxalq ticarət haqqında klassik nəzəriyyə əsasında inkişaf etmişdir. Belə ki, onun tərkib ünsürlərindən biri D.Rikardonun beynəlxalq ticarətdə müqayisəli üstünlük prinsipidir. Ingiltərə iqtisadiyyatının klassiklərindən olan C.S.Mill bu prinsiplərə əsaslanaraq XIX əsrdə dünyada birinci dəfə ölkələr arasında kapitalın hərəkəti məsələlərini təhlil etməyə başlamışdır. O, D.Rikardodan sonra qeyd edirdi ki, ölkələr arasında kapitalın hərəkətinin səbəbi mənfəət normalarındakı müxtəliflikdir.
    XIX əsrin axırları, XX əsrin əvvəllərində yaşamış ingilis iqtisadçıları C.A.Hobson və C.Keyns, J.B.Seyin istehsal amilləri haqqında konsepsiyasından istifadə edərək, onu beynəlxalq iqtisadi münasibətlərin (o cümlədən kapitalın hərəkəti) üzərinə "keçirmişlər". C.Keyns beynəlxalq ticarətlə istehsal amillərinin hərəkətinin alternativliyi haqqında sübutsuz müddəanı formalaşdırmışdır. Bu, o deməkdir ki, müəyyən şəraitdə istehsal amillərinin miqrasiyası beynəlxalq ticarəti əvəz edə bilər. Bu isə həmin nəzəriyyənin tərəfdarlarının marjinalizmin baniləri K. Mengerin, U. Cevonsun, Y. Bem-Baverkin əsərlərində işlənib hazırlanmış istehsal amillərinin son məhsuldarlığı məsələlərinə olan marağının səbəbini araşdırmağa əsas verir.

    Kapitalın beynəlxalq miqyasda hərəkətinə dair neoklassik nəzəriyyə son olaraq XX əsrin ilk onilliklərində E. Xekşer və B. Olin, R. Nurkse və K. Iversen tərəfindən bir sıra müddəalarla zənginləşdirilmişdir. Belə ki, E. Xekşer son faydalılıq nəzəriyyəsinə özünün konsepsiyası çərçivəsində istehsal amilləri qiymətlərinin beynəlxalq miqyasda tarazlaşması meylləri haqqında tezisi formalaşdırmışdır. Bu meyllər özünə istər beynəlxalq ticarət, istərsə də istehsal amillərinin beynəlxalq miqyasda hərəkəti vasitəsilə yol açır.
    B.Olin özünün beynəlxalq ticarət konsepsiyasında göstərirdi ki, istehsal amillərinin hərəkəti ayrı-ayrı ölkələrdə onlara olan tələbin müxtəlifliyi ilə əlaqədardır. Belə ki, istehsal amilləri adətən son məhsuldarlığı az olan yerlərdən məhsuldarlıq daha yüksək olan yerlərə doğru hərəkət edir. Kapital üçün son məhsuldarlıq isə birinci növbədə faiz dərəcəsi ilə müəyyən edilir. Lakin B.Olin bunlarla yanaşı, kapitalın beynəlxalq miqyasda hərəkətinə təsir göstərən digər məqamları da aşkara çıxarmışdır. Bunlara gömrüklə əlaqədar maneələr, firmaların kapital qoyuluşunu genişləndirməyə cəhd göstərmələri, ölkələr arasında siyasi ixtilaflar və s. misal ola bilər.
    R. Nurkse kapitalın beynəlxalq miqyasda hərəkətinə dair müxtəlif modellər yaratmış və belə bir nəticəyə  gəlmişdir ki, əmtəə ixracının sürətlə artdığı ölkələrdə kapitala olan tələb də artır. Bu isə kapitalın idxal olunmasını zəruri edir. Əksinə, əmtəə ixracı azaldıqda kapitala olan tələb və onun idxalı da azalır.
    K.Iversen də neoklassik nəzəriyyəni bir sıra yeni müddəalarla zənginləşdirmişdir. Belə ki, o, kapitalın beynəlxalq miqyasdaki hərəkətini iki yerə bölmüşdür. Bunlardan birini real, digərini isə tarazlaşdırıcı, yəni tədiyə balansını tənzimləmək üçün lazım olan kapital adlandırmışdır. O. həmçinin göstərmişdir ki, kapitalın müxtəlif növləri beynəlxalq miqyasda müxtəlif sürətlə hərəkət etmək qabiliyyətinə malikdir və eyni bir ölkənin, kapitalı həm ixrac, həm də idxal etməsi məhz bununla əlaqədardır.
    Neokeynsçilik nəzəriyyəsində əsas diqqət kapitalın hərəkəti ilə ölkənin tədiyə balansı arasındakı əlaqəyə yönəldilir. C.Keynsin özü kapitalın hərəkətini ayrı-ayrı ölkələrin tədiyə balansınadıkı qeyri-bərabərliklə əlaqələndirirdi. O, B.Olinlə mübahisədə qeyd edirdi ki, kapital ixracı o vaxt həyata keçirilir ki, əmtəə və xidmətlərin ixracı onların idxalından çox olsun. Bu qayda pozulduqda isə dövlətin işə qarışmasına ehtiyac duyulur.
    R. Xarrod özünün "Iqtisadi dinamika" modelində göstərirdi ki, kapital ilə zəngin olan ölkədə iqtisadi artım sürəti nə qədər aşağı olursa, kapital ixracına meyl də bir o qədər güclü olur. Y.Domar qeyd edirdi ki, kapital ona görə ixrac edilir ki, xaricdə qoyulan investisiyalara görə əldə edilən gəlirin artım sürəti, ölkə daxilində qoyulan investisiyalara görə əldə edilən gəlirin artım sürətindən yüksək olur.
    Neokeynsçilik nəzəriyyəsi bazar iqtisadiyyatının yüksək dərəcədə inkişaf etdiyi ölkələrin Afrika, Asiya və Latın Amerikası ölkələrinin inkişafına yardım etmələrinə dair yeritdikləri siyasətin əsaslarından biri olmuşdur.

    Kapital ixracı ilə əlaqədar marksist nəzəriyyə də diqqəti cəlb edir. K.Marks ölkədən kapital ixracını onun artıqlığı ilə izah edirdi. O da klassiklər kimi kapital artıqlığı dedikdə ölkə daxilində tətbiq olunduqda mənfəət normasının aşağı düşməsinə gətirib çıxaran kapitalı nəzərdə tuturdu. K.Marksın fikrincə kapital artıqlığı üç formada – əmtəə, məhsuldar (artıq istehsal gücləri və iş qüvvəsi) və pul formasında – olur. Əmtəə və pul formasında olan bu artıq kapital (real və ya mümkün olan) xaricə göndərilir.
    Iqtisadi nəzəriyyədə transmilli korporasiyalara xüsusi diqqət yetirilir. Bu, digər amillərlə yanaşı, həm də XX əsrin II yarısında onların çox sürətlə artması ilə əlaqədardır. Transmilli korporasiyalar əvvəlcə firmalar səviyyəsində, sonra isə müstəqil konsepsiya kimi öyrənilmişdir. Bunların əsasında amerika iqtisadçıları S. Xaymer, R.Kouza və R. Vernonun ideyaları durur. S. Xaymerin fikrincə firma xaricdə birbaşa investisiyaları həyata keçirdikdə yerli rəqiblərlə müqayisədə üstünlüyə malik olmalıdır. R. Kouzanın ideyasının mahiyyəti ondan ibarətdir ki, iri korporasiyanın daxilində spesifik bazar olmalıdır. R. Vernon isə özünün məhsulun həyat dövrü konsepsiyasında transmilli korporasiya fenomenini – birinci növbədə milli inhisarların xarici rəqiblərinə xəbərdarlıq zərbəsi endirmələrinə cəhd göstərmələri ideyasını irəli sürmüşdür.

4. Birbaşa investisiya mexanizmi. Investisiya mühiti və məsuliyyəti.

 
    Firmalar başqa ölkələrə investisiya qoyarkən aşağıdakıları nəzərə alırlar:
1) Onlar kapitalı daha çox səmərə verən ölkəyə ixrac etməyə cəhd göstərir və buna əmtəə və xidmətlərin "yerlərdə" istehsalını təşkil etməklə nail olurlar. Birbaşa investisiyaların çox hissəsi məhz bu məqsədə yönəldilir.
2) Bu, texniki-iqtisadi göstəricilərlə əlqədardır. Bir-başa investisiyaların bir hissəsi infrastrukturun (anbarların, nəqliyyat müəssisələrinin, bankların, sığorta şirkətlərinin, ticarət təşkilatlarının və i.a.), başqa sözlə, satışın təmin edilməsi üçün xidmət şəbəkəsinin yaradılmasına yönəldilir.
3) Bu, iqtisadi və siyasi qeyri-sabitliyin, vergilərin yüksək olması, qeyri-qanuni yollarla əldə edilmiş "çirkli pulların yuyulmasının" zəruriliyi ilə əlaqədardır.
    Birbaşa investisiyalara hazırlıq və onun həyata keçirilməsi təqdim olunan layihələrin təhlilinə əsaslanır. Odur ki, bu layihələrin xüsusiyyətləri üzərində dayanmaq məqsədəuyğun olardı.
    Məlum olduğu kimi, başqa ölkələrdə firma yaratmaqda məqsəd ölkənin həmin bazarlara göndərdiyi məhsulları sınaqdan keçirməkdir. Birbaşa investisiyaların həyata keçirilməsi üçün layihələrin hazırlanması bir neçə mərhələdən keçir. Buna əmtəə və xidmətlərin ixrac olunduğu ölkənin bazarlarının öyrənilməsindən başlanılır. Bu məqsədlə, əvvəlcə satış üçün perspektivli olan məhsullar və bazarların tutumu müəyyən edilir. Bundan sonra əmtəə və xidmətlərin ixrac olunması şərtləri barədə danışıqlar aparılır, müqavilələr bağlanır. Müqavilələrdə alqı-satqı şərtləri, ofisin saxlanması, nəqliyyat və anbar təsərrüfatları, əmtəələrin tədarükü və saxlanması, gömrük haqqı, yüklənmə, sığortalanma və s. üzrə xərclər nəzərdə tutulur. Hesablama milli və xarici dönərli valyuta ilə aparılır və bir neçə ili əhatə edir.
    Bununla yanaşı, yaradılan firmaların fəaliyyətinə birbaşa, yaxud da dolayısı ilə aid olan milli və xarici ölkənin qanunvericilik sənədləri işlənib hazırlanır. Bunlara kapitalın idxal və ixrac olunması, əldə edilən mənfəətin investisiya qoyulan ölkədən "çıxarılması"na qoyulan məhdudiyyətlər, gömrük qanunvericiliyi, rəqabət, dempinq və vergilər haqqında qanunvericilik sənədləri, immiqrasiya rejimi, qeyri-formal məhdudiyyətlər və s. misal ola bilər.
    Investisiya mühiti və riskinin qiymətləndirilməsinə xüsusi diqqət yetirilir, yaradılan firmanın təşkilati-hüquqi forması (birlik, səhmdar cəmiyyəti və i.a.) müəyyən edilir, ehtiyac olduqda, onun xarici təsisçiləri seçilir.
    Bundan sonra yaradılan firmanın fəaliyyətinin iqtisadi səmərəliliyinə qiymət verilir. Bu zaman nəzərə almaq lazımdır ki, təchizat-satış şirkətləri üçün mənfəətin artırılması sahəsində yüksək nəticələrə nail olunması heç də həmişə başlıca məqsəd deyildir. Çünki mənfəətin dividendin artması yolu ilə deyil, firmanın satın aldığı, yaxud da satdığı əmtəələrin qiymətləri hesabına əldə edilməsi daha sərfəlidir.
    Firmanın yaradılmasının (və ya satın alınmasının) axırıncı mərhələsinə təsis sənədlərinin (müqavilə, nizamnamə və i.a.) hazırlanması və qəbul edilməsi, ölkə daxilində və xarici ölkədə səlahiyyətli orqanlardan icazə alınması  (əgər bu tələb olunursa), qeydiyyatdan keçirilməsi və adının xarici müəssisələrin qeydiyyat reyestrinə salınması daxildir.
    Kapitalın beynəlxalq miqyasda hərəkətindən bəhs olunduqda investisiya mühiti və məsuliyyətinin (riskinin) aydınlaşdırılması da çox böyük əhəmiyyət kəsb edir.
    Investisiya (bəzi hallarda sahibkarlıq) mühiti dedikdə, kapitalın ixrac olunduğu ölkədəki mövcud şərait nəzərdə tutulur. Bu mühiti çoxsaylı ünsürlərdən ibarət olan aşağıdakı qruplarda birləşdirmək olar: 1) Ölkədəki sosial-siyasi şərait və onun perspektivləri; 2) Daxili iqtisadi şərait və onun inkişaf perspektivləri; 3) Xarici iqtisadi fəaliyyət və onun perspektivləri. Bunların hər birinin öz "çəkisi" var və bal sistemi ilə qiymətləndirilir. Öz kapitalını ixrac edən sahibkarı həm bu amillərin hər biri, həm də ən başlıcası maraqlandırır. Xarici sahibkarın fikrincə, bu, onun başqa ölkələrdə rastlaşdığı müxtəlif növ məsuliyyətləri səciyyələndirən amillərdir. Bu halda məsuliyyət, investor tərəfindən qoyulmuş vəsaitin itirilməsi ehtimalıdır. Ona görə də "risk" amili əvəzinə sadəcə olaraq "risk", ölkədəki sosial-siyasi, iqtisadi şərait və onun inkişaf perspektivləri əvəzinə isə "daxili iqtisadi" və "xarici iqtisadi" risk sözlərini işlətmək olar.
    Sosial-siyasi risk ölkədəki şəraitin nə dərəcədə sabit olması nəzərə alınmaqla qiymətləndirilir. Çünki ölkədəki sosial-siyasi dəyişikliklər iqtisadi siyasəti elə dəyişdirə bilər ki, bu, xarici şirkətlərə məxsus olan vəsaitin itirilməsi ilə nəticələnər. Daxili iqtisadi və xarici iqtisadi riski də bu cür qiymətləndirmək olar.
    Riskin təsnifləşdirilməsi ilə əlaqədar digər baxışlar da vardır. Bunlardan aşağıdakıları qeyd etmək olar:
1) Bəzi sosial risklər də daxil olmaqla siyasi risklər;
2) Maliyyə riskləri. Bu, ölkəyə və onun hüquqi şəxslərinə verilən borc kapitalının ödənilə bilməsi imkanları ilə müəyyən edilir;
3) Əməliyyatlar üzrə risklər. Bunlara aşağıdakıları aid etmək olar: a) xarici ticarət fəaliyyəti ilə əlaqədar risklər (xarici ticarət riski); b) istehsal fəaliyyəti ilə əlaqədar risklər (istehsal riski).
    Riskin qiymətləndirilməsi investorların hamısı, xüsusilə də xaricdə kapital qoyuluşunu həyata keçirənlər üçün olduqca vacibdir. Çünki, xarici investor tanış olmadığı bir mühitə düşür. Ona görə də o, bu yeni mühitin müsbət və mənfi cəhətlərindən xəbərdar olmalıdır. Bu məqsədlə müxtəlif mənbələrdən informasiya almaq, onu təhlil etmək və qiymətləndirmək lazımdır. Burada məqsəd xaricdə firma yaratmaq istəyən investora ilkin mərhələdə "harada" (kapital qoyuluşu üçün ölkə seçilərkən), "necə" (bazara daxil olmaq üsulu müəyyən olunarkən) və "nə zaman" (layihədə nəzərdə tutulan müddətdən asılı olaraq) suallarına cavab axtarmaqda kömək göstərməkdir. Xaricdə fəaliyyət göstərən firmalara münasibət isə başqa cür olmalıdır. Çünki onlar demək olar ki, fəaliyyət göstərdikləri ölkələrin necə deyərlər "ab-havasına" öyrənmişlər və onları digər məsələlər-bazarda fəaliyyətin genişləndirilməsinin məqsədəuyğun olub-olmaması, hansı məhsulların satışının təşkili və s.–maraqlandırır.
    Riskin azaldılmasının mümkün olan aşağıdakı metodları vardır:
1) Layihənin dəyərinə "riskə görə mükafatın" əlavə edilməsi. Məsələn, 100 bal sistemi ilə ölkə üzrə ümumi investisiya riskinin səviyyəsi 90-100 bal təşkil edirsə, investor layihənin dəyərinə böyük məbləğdə "riskə görə mükafat" əlavə etmir. Bu səviyyə 80-89 bal həddindədirsə, real diskont dərəcəsinin (inflyasiyadan "təmizlənmiş") 3 faizlik bənd qədər artırılması məqsədəuyğundur. Bu səviyyə 60 baldan aşağı olduqda diskont dərəcəsinə 11 faizlik bənd əlavə edilməsi münasib sayılır;
2)   Xaricdə investisiya fəaliyyətindən mümkün olan itkiləri sığortalamaq üçün firmaların ehtiyat fondlarının yaradılması və ya genişləndirilməsi;
3)   Xüsusi sığorta şirkətləri, habelə dövlət təşkilatları vasitəsilə siyasi riskdən sığortalanma. ABŞ-da bunları Ixrac-idxal bankı və xarici xüsusi investisiya korporasiyaları həyata keçirirlər  (OPYS)1.
4)Elə layihə seçmək lazımdır ki, bu, doğrudan da onu qəbul edən ölkəyə lazım olsun və xaricdə "himayə" edilsin;
5)Riskin, mülkiyyətin qeyri-səhmdar formasından istifadə olunmasına əsaslanan səmtə yönəldilməsi.
    Riskin azaldılmasına imkan verən digər üsullardan da istifadə edilə bilər və bunlar şübhəsiz ki, kapitalın hərəkətinin sürətləndirməsinə təsir göstərər.
 
5. Beynəlxalq miqyasda iş qüvvəsinin miqrasiyası, onun nəticələri və tənzimlənməsi.
 
    Dünya iqtisadiyyatı qloballaşdıqca, ölkələrin əksəriyyətinin iqtisadi, sosial və demoqrafik inkişafı üçün beynəlxalq miqyasda iş qüvvəsinin və əhalinin miqrasiyası başlıca amilə çevrilir. Bu, beynəlxalq iqtisadi münasibətlərin ən mürəkkəb ünsürlərindən biridir. Çünki onun obyekti insan resurslarıdır və bu, beynəlxalq miqrasiya ilə əlaqədar kəskin problemlər doğurur.
    Iş qüvvəsinin miqrasiyası əmək ehtiyatlarının daha əlverişli şərtlərlə işə düzəlmək üçün sakini olduğu ölkədən başqa ölkələrə getməsi deməkdir. Buna iqtisadi amillərlə yanaşı, siyasi, etnik, mədəni, ailə münasibətləri də təsir edir.
    Beynəlxalq miqrasiyada iki əsas ünsürü bir-birindən fərqləndirmək lazımdır. Bunlardan biri daimi yaşamaq üçün başqa ölkəyə köçüb getmə (emiqrasiya), digəri isə daimi yaşamaq üçün başqa ölkələrdən köçüb gəlmə (immiqrasiya) adlanır. Ölkədən köçüb getmiş vətəndaşların öz vətənlərinə qaytarılmaları da (repatriasiya) əhalinin beynəlxalq miqrasiyasına aiddir.
    Beynəlxalq miqrasiya aşağıdakı kateqoriyalara bölünür: 1) Ölkəyə qanuni yolla gəlmiş mühacirlər; 2) Müqavilə üzrə işləyən mühacirlər. Ölkələrin çoxu xarici iş qüvvələrindən asılıdır. Odur ki, onlar iş qüvvəsi artıqlığı olan ölkələrlə müqavilə bağlamaqla özlərinin iş qüvvəsinə olan tələbatlarını ödəyirlər; 3) Qeyri-leqal mühacirlər. Sənayecə inkişaf etmiş ölkələrin demək olar ki, hamısında qeyri-leqal mühacirlər vardır. Bunların bir hissəsi sərhədi qeyri-qanuni yolla keçməklə gəlir, bəziləri isə qanunla müəyyən edilmiş müddət qurtardıqdan sonra gəldikləri ölkədə qalır və ən adi işlərdə çalışırlar; 4) Sığınacaq istəyən şəxslər. XX əsrin 80-ci illərinədək bu kateqoriyadan olan şəxslərin sayı bir qədər az olmuş, sonra isə artmışdır. Insanlar sığınacaq haqqında xahişi siyasi səbəblərlə, yaxud da yaşadığı ölkədə iqtisadi vəziyyətin ağır olması ilə əlaqələndirirlər; 5) Qaçqınlar. BMT-nin məlumatına görə XX əsrin 90-cı illərinin əvvəllərində dünyada 17mln-dan çox qaçqın olmuşdur. Indiki qaçqınların çoxu müharibə «qurbanlarıdır». Onlar adətən BMT-nin himayəsi altında olan xüsusi düşərgələrdə yaşayırlar.
    Kapital axını, xarici ticarət əlaqələrinin inkişafı və iqtisadi inteqrasiya kimi iş qüvvəsinin beynəlxalq miqrasiyası da obyektiv prosesdir. Çünki əmək ehtiyatları da bazar qanunlarına uyğun olaraq ən yüksək səmərə verən daha əlverişli şərait axtarır.
    Beynəlxalq bazarda insan resurslarının digər iqtisadi resurslarla müqayisəsindən danışarkən onun xüsusiyyətini qeyd etmək lazımdır. Bu, xüsusi növ əmtəə olan iş qüvvəsinə aiddir. Bu xüsusiyyət ondan ibarətdir ki, iş qüvvəsi beynəlxalq iqtisadi münasibətlərin nəinki obyekti, həm də subyektidir. Bundan başqa, beynəlxalq miqrasiya prosesi donor və iş qüvvəsini qəbul edən ölkələrə yalnız iqtisadi cəhətdən deyil, həm də sosial, demoqrafik və sosial-psixoloji cəhətdən təsir göstərir.
    Təsərrüfat həyatının beynəlmiləlləşməsi artdıqca beynəlxalq miqrasiyanın əhəmiyyəti də artır. Son onilliklərdə beynəlxalq miqrasiyada əsas axın ABŞ-a doğru yönəlmişdir. XX əsrin 70-ci illərində bu ölkəyə açıq şəkildə mühacirət edənlərin sayı 4,5 mln. nəfərə çatmışdır ki, bu da 60-cı illərdəkindən təqribən 33% çoxdur. XX əsrin 80-ci illərindən mühacirətin miqyası daha da genişlənmiş və bu, ABŞ əhalisi artımının 39%-ni təşkil etmişdir. Bu dövrdə ölkəyə 6 mln. nəfər leqal, 2 mln. nəfər isə qeyri-leqal yolla mühacirət etmişdir. Keçən əsrin sonlarında bu səviyyə demək olar ki, sabit qalmışdır.
    Mühacir axınının başqa bir iri mərkəzi Qərbi Avropadır. Bu ölkələrə hər il orta hesabla 600 min nəfər mühacirət edir ki, bunların da ailə üzvlərinin sayı 700 min nəfərə çatır. Avropada Almaniya, Fransa və Böyük Britaniya mühacirətin miqyasına görə öncül mövqedədirlər. Iş qüvvəsinin miqrasiyasına–daha çox mühacirət  edilməsinə görə regional mərkəzlər arasında Avstraliyanı xüsusi qeyd etmək olar.
<< 1 / 2 / 34 / 5 / 6 / 7 / 8 / 9 / 10 / 11 / 12 / 13 / 14 / 15 / 16 / 17 / 18 >>
Bölmə: İqtisadiyyat | Əlavə edildi: azerhero (22.11.2013) | Müəllif: R.C E W
Baxış: 1415 | Reytinq: 5.0/1
Bütün rəylər: 0
omForm">
avatar

Kitablar — zamanın dalğaları ilə səyahət edən və nəsildən-nəslə öz qiymətli yükünü ehtiyatla aparan fikir gəmiləridir.

- Frensis Bekon

Son 90 gün ərzində kitab oxumamaqdan daha pisi kitab oxumadığına görə narahat olmamaqdır.

- Cim Ron

Kitabları yandırmaqdan daha pis şey onları oxumamaqdır.

- Rey Bredberi

Yaxşı kitab aysberqə oxşayır, onun yeddi-səkkiz hissəsi suyun altında gizlənib.

- Ernest Heminquey

Kitablarım mənə çatacaq qədər böyük bir krallıqdır.

- Shakespeare

Mən, kitablarımı yaratmadan əvvəl, kitablarım məni yaratdılar.

- Montaigne

Kitabsız yaşamaq; kor, kar, dilsiz yaşamaqdır.

- Seneca

Bu günün gərçək universiteti, bir kitabxanadır.

- Carlyle

Kitab, tək ölümsüzlükdür.

- Rufus Choate

Exlaqa uyğun ya da zidd kitab deyə bir şey yoxdur. Kitablar ya yaxşı yazılmışdır, ya da pis. Hamısı bu qədər!

- Oscar Wilde

Ümidlə açılıb qazancla bağlanan bir kitab, yaxşı bir kitabdır.

- Alcott

Kitablar, itmiş başların abidələridir.

- Sir William Dave

Kitablar, heç solmayacaq bitkilərdir.

- Herrick

Kitab heç aldatmayan bir yoldaşdır.

- Guilbert De Pixrecourt

Axmaqlarla oturub-durmaqdansa , kitabla tənha oturmaq yaxşıdır.

- Qasım bəy Zakir

İnsan güc ilə yox, mütaliə etməklə ağıllanır.

- C.Bruno

Az bildiyini başa düşmək üçün çoxlu oxumaq lazımdır.

- Mişel Monten

Kitablar özünüzə və başqalarına hörmət etməyi öyrədəcək, ürəyi və ağlı, dünya və insanlıq sevgisiylə dolduracaq.

- Maksim Gorki

Kitab həyatın ən uzaq və qaranlıq yollarında insana işıq bəxş edən əfsanəvi çıraqdır

- A.M.Upit

BAKI QIZLAR UNİVERSİTETİ
1992-ci ildə təsis edilən və həmin vaxtdan da fəaliyyətə başlayan Bakı Qızlar Universitetinin (əvəllər Bakı Ali Pedaqoji Qızlar Seminariyası adlanırdı) yaradılmasında məqsəd respublikada qadın pedaqoji kadrlar yetişdirmək, onların intellektual səviyyəsini yüksəltmək və gənc qızları ailə həyatına hazırlamaqdan ibarətdir. Hazırda universitetdə "Sosial pedaqoji” və "Filologiya-tarix” fakültələri fəaliyyət göstərir. "Sosial pedaqoji” fakültədə "Təhsildə sosial-psixoloji xidmət”, "Psixologiya”, "Coğrafiya müəllimliyi”, "ibtidai sinif müəllimliyi”, "Məktəbəqədər təlim və tərbiyə”, "Riyaziyyat və informatika müəllimliyi”, "Filologiya-tarix” fakültəsində isə "Xarici dil (ingilis) müəllimliyi”, "Azərbaycan dili və ədəbiyyat müəllimliyi”, "Tarix müəllimliyi”, "Jurnalistika” üzrə bakalavr, "İbtidai sinifdə tədrisin metodika və metodologiyası”, "Pedaqogika nəzəriyyəsi və tarixi”, "Azərbaycan ədəbiyyatı”, "Azərbaycan dili”, "Azərbaycanın yeni və ən yeni tarixi” sahəsində magistratura səviyyəsində kadr hazırlığı aparılır.
Bakı Qızlar Universiteti Nazirlər Kabinetinin 1996-cı il fevralın 21-də 21 saylı sərəncamı ilə dövlət qeydiyyata alınmışdır. 2013-cü ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin lisenziya komissiyası BQU-nun çoxilli fəaliyyətinin, onun yüksək maddi-texniki bazasının, infrostrukturunun, təlim-tərbiyə sisteminin Azərbaycan Respublikası təhsil Qanununa Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Ali təhsil Müəssisələrinin fəaliyyətinə xüsusi razılıq (lisenziya verilməsi haqqında qərarına, Azərbaycan Respublikası Təhsil Nazirliyinin sənədlərinə uyğn qurulduğunu, pedaqoji kadrların hazırlanmasında əldə olunmuş nailiyyətlərini nəzərə alaraq universitetin fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsini məqsədəuyğun hesab etmişdir. Eyni zamanda 2013-cü ildə universitet akreditasiyadan keçmişdir. Universitetdə müxtəlif fənnlər üzrə kabinetlər, dörd kopüter otağı, kitabxana, badii yaradıcılıq studiyası, tələbə elmi cəmiyyəti, Tələbə Gənclər təşkilatı, dörd dərnəklər, nəşriyyat, idman zalı, yeməkxana, kadrlar şöbəsi və mühasibatlıq fəaliyyət göstərir.
Learn more