Материалов нет

KİTABXANA
 
     Kitabxana-növündən asılı olmayaraq kitab çəkilndə çap edilmiş bütün informasiya daşıyıcılarının toplandığı və istifadə edildiyi yerdir.
   Tarixi "Kitabxana" sözü fars və ərəb mənşəli iki sözün birləşməsindəndir. İlk kitabxanalar eramızdan əvvəl yaradılıb. Ən qədim kitabxanalardan birinin Asur hökmüdarı tərəfindən qurulduğu məlumdur. Hökmdar kitabxansındakı kitablar üzəri şiş uclu alətlə yazılmış gil lovhələr olub. Misirdə eradan öncə yaradılmış İsgəndəriyyə kitabxanası isə dövrünün ən böyük kitabxanası idi. Bir çox tarixçilər hesab edir ki, İsgəndəriyyə kitabxanasının yanması bir çox tarixi faktların izini itirib. Orta əsr kitabxanaları isə təxminən 1000 kitabı olan kiçik monastr kitabxanaları idi.
   Kitabxanalar iki cür olurlar: 1.Kütləvi kitabxanalar - hər kəsin istifadə edə bildiyi; 2.Xüsusi kitabxanalar - elmi, tədris və ya müəyyən ixtisaslı mütəxəssislər üçün nəzərdə tutulmuş
   Azərbaycanda kitabxana Azərbaycanda da ənənəvi kitabxanalar mövcuddur. Azərbaycanın ən böyük kitabxanası olan Mirzə Fətəli Axundov adına Azərbaycan Milli Kitabxanası nəinki Qafqazda, eləcə də Avropa qitəsində, o cümlədən bütün dünyada şöhrəti olan ən böyük milli kitabxanalardan biri hesab edilir. 1923-cü ildə Milli Kitabxana 5 min nüsxə kitabla kiçik bir mənzildə işə başlayıb. İndi kitabxananın fondunda 5 milyona yaxın kitab var. Bir ildən çoxdur ki, kitabxanada elektron kataloq mövcuddur. Hazırda Azərbaycanda 9000-ə yaxın kitabxana mövcuddur.
 
DÜNYANIN ƏN KİÇİK KİTABI
 
  Dünyanın ən kiçik kitabı-Yaponiyanın "Toppan Printing” nəşriyyatı dünyanın ən kiçik kitabını nəşr edib. Bu miniatür kitabın ölçüləri 0.75X0.75 mm təşkil edir və 22 səhifədən ibarətdir. Kitab "Dörd mövsümün gül dəstəsi” adlanır ki, bu da özündə Yaponiyanın bütün güllərini və rənglərini əks etdirən məlumat kitabçasıdır. Kitab 8 ay ərzində yaradılıb. Maraqlıdır ki, "Toppan” kitabın miniatür versiyasına xüsusi böyüdücü şüşə də əlavə edib ki, bunu 300 dollara əldə etmək olar. Balaca almanaxın özü isə hazırda Tokiodakı Təsviri İncəsənət Muzeyində sərgilənir.
 
 
DÜNYANIN ƏN BÖYÜK KİTABI HAZIRLANIR
 
 
  Dünyanın ən böyük kitabı-Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Dubay şəhəri dünya rekordları siyahısına daha bir yenilik etmək fikrindədir. Hazırda Dubay Əmirliyində dünyanın ən böyük kitabı hazırlanır. Kitab Həzrəti Məhəmmədin (s.ə.s) həyatından bəhs edəcəkdir. Kitabın hazırlanması işlərinə Səudiyyə Ərəbistanından olan dinşünas Abdulla bin Əziz əl Mustafa başçılıq edir. 420 səhifəlik kitabın ağırlığı 1,5 ton, səhifəsinin ölçüləri isə 5x4 metrdir. Kitabın bir səhifəsini çevirmək üçün 4-5 nəfər gərəkdir. Artıq 9 aydır ki, hazırlanan kitab Macarıstanda ən yüksək keyfiyyətli kağızda çap ediləcək, kitabın səhifələrinin tikilməsi və cildlənməsi isə Dubayda həyata keçiriləcəkdir. Sentyabrda Dubayda kitabın təqdimat mərasiminin keçiriləcəyi gözlənilir. Layihənin sponsoru "Mashahad Company" investisiya şirkətinin nümayəndəsi Hatəm Mustafanın fikrincə, bu nəhəng kitab vasitəsilə dünyanın İslama diqqəti bir qədər də artacaqdır.
 
ƏN QƏDİM QURAN KİTABININ ELEKTRON VERSİYASI
 
  Dünyada ən qədim Quran kitabının da elektron versiyası şəbəkədə yerləşdiriləcək-Kembric Universitetinin kitabxanasında İsaak Nyutonun da qeydləri daxil olmaqla, minə yaxın nadir kitab və əlyazma rəqəmsallaşdırılaraq şəbəkədə yerləşdiriləcək. Bu işlər eks-biznesmen Leonard Polonskinin kitabxanaya ianə verdiyi 1,5 milyon sterlinqin sayəsində həyata keçiriləcək. The Daily Telegraph qəzetinin məlumatına görə, vəsaitin hamısı rəqəmsal kitabxananın yaradılmasına sərf olunacaq. Universitetin kitabxanasında dünyada ən qədim Quran kitabı və onun "Əl-Ənfəl” surəsi (Quranın 8-ci ayəsi) kimi nadir nəşrlər də vardır. Kitabların skaner olunması mərhələlərlə aparılacaq. Onlayn variantları hazırlanmış ilk iki kolleksiya "Dinin əsasları” və "Elmin əsasları” adlandırılacaq. Nadir kitab və manuskriptlərin (qədim əl yazısı) rəqəmsal formaya çevrilməsinə ayrılan maliyyə vəsaiti hesabına Çarlz Darvin və Stiven Hokinqin də əlyazmaları rəqəmsallaşdırılacaq. Şəbəkədə yerləşdirilmiş dəyərli kitab kolleksiyası dünyanın istənilən nöqtəsində arzu edən hər bir kəs üçün əlyetərli olacaq. Kembric Universitetinin kitabxanasında 8 milyon kitab, dövri nəşr, bir milyon xəritə və min manuskript saxlanılır.
 
DÜNYANIN ƏN BÖYÜK KİTABXANASI
 
 
Dünyanın ən böyük kitabxanası-Birmingem şəhərində Avropada ən böyük kitabxananın açılışı olub. 10 mərtəbəli bina 35 min kvadratmetr sahəni tutur. Onun inşasına 290 milyon dollar xərclənib.
 
KİTABLARIN TARİXİ BARƏDƏ
 
  Hər bir xalqın tarixində olduğu kimi, Azərbaycan xalqının da mənəvi sərvət xəzinəsində ən şərəfli yerlərdən birini əlyazma kitabları tutur. Azərbaycanda əlyazma kitablarının inkişafı kağız istehsalının geniş vüsət alması ilə bağlı olmuşdur. Azərbaycanın qədim elm və mədəniyyət mərkəzlərindən biri olan Təbriz şəhərində VIII-XIII əsrlərdə kağız istehsal edən karxananın meydana gəlməsi bir çox qədim abidələrin və dəyərli əsərlərin yazıya köçürülməsinə güclü təkan vermişdir.
     Azərbaycanda kitab mədəniyyətinin tarixi çox qədim dövrlərə gedib çıxır. Kitab nəşrinin ən vacib ünsürlərindən olan yazı və əlifba Azərbaycanda bir neçə tarixi inkişaf mərhələsi keçmişdir. Hələ eramızdan əvvəlkidövrlərdə respublikamızın ərazisində mixi yazılardan istifadə olunmuşdur. Əcdadlarımız olan qədim türklər isə eramızın ilk əsrlərində Orxon-Yenisey, qədim uyğur və s. əlifbalardan istifadə etmişlər. V əsrin birinci yarısında alban əlifbası meydana gəlmişdir.
     Çox təəssüflər olsun ki, ərəb istilasına (VIII əsr) qədər və ərəb xilafəti dövründə yaradılan əlyazma kitabları müxtəlif səbəblər üzündən günümüzə qədər gəlib çatmamışdır.
     Günümüzə qədər gəlib çatan ən qədim əlyazma kitabının, Təbərinin "Quranın şərhi” əsərinin üzü 1220-1225-ci illərdə köçürülmüşdür. Hazırda həmin əlyazma kitabı Paris Milli Kitabxanasında saxlanılır. XIII əsrdə üzü köçürülən əlyazma kitablarından Nizami Gəncəvinin "Iskəndərnamə”si (1233) Tehranda şəxsi kitabxanada, "Sirlər Xəzinəsi” (1239) Londonun "Indiya Offis” kitabxanasında, Xətib Təbrizinin "Şərhi-divani-həman” (1256), Əlaəddin Cüveyninin "Monqol tarixi” (1290) və Ibn Behtuşinin "Mənəfil əl-heyvan” (1297-1298) kitabları dünyanın digər kitab xəzinələrində saxlanılır.
     Sonrakı dövrlərdə də Azərbaycan müəllifləri tərəfindən yaradılan elmi və bədii əsərlərin həm aftoqrafları, həm də müxtəlif xətt növlərində üzüköçürülmüş nüsxələri dünyanın bir çox kitab xəzinələrinin qiymətli sərvətinə çevrilmişdir. Təkcə onu qeyd etmək kifayətdir ki, hazırda dünya kitabxanaları və muzeylərində Nizami Gəncəvinin "Xəmsə” əsərinin 792, Füzulinin əsərlərinin isə 800-ə qədər nüsxəsi hifz olunur. Azərbaycanın ən böyük mənəvi sərvətlərindən biri olan və 1300 illiyini 2000-ci ildə qeyd etdiyimiz "Kitabi-Dədə-Qorqud” dastanınınXV-XVI əsrlərdə yazıya köçürülmüş ən nadirnüsxələri Drezden və Vatikan kitabxanalarının bəzəyidir.
     Mətbəə üsulu ilə çap edilən ilk Azərbaycan kitabı isə görkəmli alimNəsrəddin Tusinin1594-cü ildəItaliyanın Roma şəhərində, "Mediçi” mətbəəsində ərəb dilində çap olunan "Təhriri Oqlidis” əsəri olmuşdur. Həmin kitab 1657-ci ildə latın dilinə çevrilərək Londonda da nəşr edilmişdir.
     Azərbaycan kitabının mətbəə üsulu ilə xarici ölkələrdə çapı sonrakı dövrlərdə də davam etdirilmişdir. XVII əsr tarixçisi milliyyətcə azərbaycanlı olan Oruc bəy Bayatın "Iranlı Don Juanın kitabı” Ispaniyanın o vaxtkı paytaxtı Valyadoliddə (1604), I.Qutqaşınlının "Rəşid bəy və Səadət xanım” hekayəsi fransız dilində Varşavada (1835), A.Bakıxanovun "Qanuni-Qüdsi” əsəri fars (1831) və rus (1844) dillərində Tiflisdə, M.Kazımbəyin "Türk-tatar dillərinin qrammatikası” əsəri Kazan (1839) və Sankt-Peterburqda (1846),N.Tusinin "Əxlaqi-Nasiri” əsəri Bombeydə (1851), M.Ş.Vazehin şeirlər kitabı Berlində (1851) çap olunmuşdur.Kitab nəşrində yeni era
     Azərbaycanın özündə isə müasir çap üsulu ilə kitab nəşrinə XIX əsrin sonlarında təşəbbüs göstərilmişdir. XIX əsrin sonları - XX əsrin əvvəllərində Azərbaycanda ilk müasir mətbəələr meydana gəlmişdir. 1889-cu ildə Bakıda 5 mətbəə və 1 tipolitoqrafiya var idisə, 1900-cu ildə burada artıq 16 mətbəə fəaliyyət göstərirdi.
     Kitab nəşri işi Azərbaycanda sovet hakimiyyəti dövründə genişləndi. Mətbuat və nəşriyyat işlərinə rəhbərlik etmək üçün 1920-ci ilin may ayında Xalq Maarif Komissarlığında Azərbaycan Mətbuat Mərkəzi təşkil edildi. 1923-ci ildə nəşriyyatların fəaliyyətinə nəzarəti gücləndirmək məqsədilə Ədəbiyyat və Nəşriyyat Komitəsi təsis olundu.
     1924-cü ildə Azərbaycan Dövlət Nəşriyyatı - "Azərnəşr” yaradıldı və kitab nəşri işi ilə yanaşı kitab ticarəti də ona tapşırıldı. Bu nəşriyyat fəaliyyətinin ilk illərində bədii ədəbiyyat və uşaq kitabları nəşr edirdi.Artıq Sovet hakimiyyətinin ilk illərində - 1920-1926-cı illərdə Azərbaycanda 779 adda 4 milyon nüsxədən çox kitab nəşr olunmuşdu.1991-ci ildə Azərbaycan müstəqillik əldə etdikdən sonra özəl nəşriyyat və nəşriyyat-poliqrafiya müəssisələri əmələ gəlməyə başladı. Nəşriyyat-poliqrafiya fəaliyyətinə dövlət nəzarəti zəiflədi və 1998-ci ildə senzura tamamilə aradan qaldırıldı. Dövlət nəşriyyatlarına dövlət təminatı xeyli azadıldı.
 
     Ilk dövrdə həm dövlət, həm də özəl nəşriyyatların fəaliyyətində müəyyən canlanma hiss olunurdu. Lakin bu canlanma çox da uzun sürmədi. Bazar iqtisadiyyatına keçidlə bağlı üzə çıxan problemlər kitab nəşri işinə də öz mənfi təsirini göstərdi. Son dövrlərdə nəşr edilən kitabların tirajı hədsiz dərəcədə aşağıdır. 60-80-ci illərdə bədii əsərlər orta hesabla 20-30 min nüsxə, elmi kitablar isə 3-7 min nüsxə tirajla nəşr olunurdusa, indi bədii kitabların tirajı əksər hallarda 500-1000 nüsxə, elmi kitabların tirajı isə 300-500 nüsxə olur.
     Azərbaycanda kitab nəşri işinin zəifləməsinə, tirajların xeyli aşağı düşməsinə başqa bir obyektiv amil də mənfi təsir göstərir. Bu amil əlifba dəyişikliyi ilə bağlıdır. Son əsrdə Azərbaycanda əlifba üç dəfə dəyişib. 1929-cu ildən ərəb əlifbasından latın qrafikasına, 1939-cu ildən kirill əlifbasına 1992-ci ildən isə təkrar latına keçilməsi kitab nəşri işində də böyük çətinliklər törətmişdir..
     Hazırda Azərbaycanda 85 nəşriyyat və nəşriyyat-poliqrafiya müəssisəsi fəaliyyət göstərir. Onların əksəriyyəti ölkənin paytaxtı Bakıda yerləşir. Gəncə və Naxçıvanda 2, Sumqayıt və Qəbələdə 1 nəşriyyat mövcuddur.

Kitablar — zamanın dalğaları ilə səyahət edən və nəsildən-nəslə öz qiymətli yükünü ehtiyatla aparan fikir gəmiləridir.

- Frensis Bekon

Son 90 gün ərzində kitab oxumamaqdan daha pisi kitab oxumadığına görə narahat olmamaqdır.

- Cim Ron

Kitabları yandırmaqdan daha pis şey onları oxumamaqdır.

- Rey Bredberi

Yaxşı kitab aysberqə oxşayır, onun yeddi-səkkiz hissəsi suyun altında gizlənib.

- Ernest Heminquey

Kitablarım mənə çatacaq qədər böyük bir krallıqdır.

- Shakespeare

Mən, kitablarımı yaratmadan əvvəl, kitablarım məni yaratdılar.

- Montaigne

Kitabsız yaşamaq; kor, kar, dilsiz yaşamaqdır.

- Seneca

Bu günün gərçək universiteti, bir kitabxanadır.

- Carlyle

Kitab, tək ölümsüzlükdür.

- Rufus Choate

Exlaqa uyğun ya da zidd kitab deyə bir şey yoxdur. Kitablar ya yaxşı yazılmışdır, ya da pis. Hamısı bu qədər!

- Oscar Wilde

Ümidlə açılıb qazancla bağlanan bir kitab, yaxşı bir kitabdır.

- Alcott

Kitablar, itmiş başların abidələridir.

- Sir William Dave

Kitablar, heç solmayacaq bitkilərdir.

- Herrick

Kitab heç aldatmayan bir yoldaşdır.

- Guilbert De Pixrecourt

Axmaqlarla oturub-durmaqdansa , kitabla tənha oturmaq yaxşıdır.

- Qasım bəy Zakir

İnsan güc ilə yox, mütaliə etməklə ağıllanır.

- C.Bruno

Az bildiyini başa düşmək üçün çoxlu oxumaq lazımdır.

- Mişel Monten

Kitablar özünüzə və başqalarına hörmət etməyi öyrədəcək, ürəyi və ağlı, dünya və insanlıq sevgisiylə dolduracaq.

- Maksim Gorki

Kitab həyatın ən uzaq və qaranlıq yollarında insana işıq bəxş edən əfsanəvi çıraqdır

- A.M.Upit

BAKI QIZLAR UNİVERSİTETİ
1992-ci ildə təsis edilən və həmin vaxtdan da fəaliyyətə başlayan Bakı Qızlar Universitetinin (əvəllər Bakı Ali Pedaqoji Qızlar Seminariyası adlanırdı) yaradılmasında məqsəd respublikada qadın pedaqoji kadrlar yetişdirmək, onların intellektual səviyyəsini yüksəltmək və gənc qızları ailə həyatına hazırlamaqdan ibarətdir. Hazırda universitetdə "Sosial pedaqoji” və "Filologiya-tarix” fakültələri fəaliyyət göstərir. "Sosial pedaqoji” fakültədə "Təhsildə sosial-psixoloji xidmət”, "Psixologiya”, "Coğrafiya müəllimliyi”, "ibtidai sinif müəllimliyi”, "Məktəbəqədər təlim və tərbiyə”, "Riyaziyyat və informatika müəllimliyi”, "Filologiya-tarix” fakültəsində isə "Xarici dil (ingilis) müəllimliyi”, "Azərbaycan dili və ədəbiyyat müəllimliyi”, "Tarix müəllimliyi”, "Jurnalistika” üzrə bakalavr, "İbtidai sinifdə tədrisin metodika və metodologiyası”, "Pedaqogika nəzəriyyəsi və tarixi”, "Azərbaycan ədəbiyyatı”, "Azərbaycan dili”, "Azərbaycanın yeni və ən yeni tarixi” sahəsində magistratura səviyyəsində kadr hazırlığı aparılır.
Bakı Qızlar Universiteti Nazirlər Kabinetinin 1996-cı il fevralın 21-də 21 saylı sərəncamı ilə dövlət qeydiyyata alınmışdır. 2013-cü ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin lisenziya komissiyası BQU-nun çoxilli fəaliyyətinin, onun yüksək maddi-texniki bazasının, infrostrukturunun, təlim-tərbiyə sisteminin Azərbaycan Respublikası təhsil Qanununa Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Ali təhsil Müəssisələrinin fəaliyyətinə xüsusi razılıq (lisenziya verilməsi haqqında qərarına, Azərbaycan Respublikası Təhsil Nazirliyinin sənədlərinə uyğn qurulduğunu, pedaqoji kadrların hazırlanmasında əldə olunmuş nailiyyətlərini nəzərə alaraq universitetin fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsini məqsədəuyğun hesab etmişdir. Eyni zamanda 2013-cü ildə universitet akreditasiyadan keçmişdir. Universitetdə müxtəlif fənnlər üzrə kabinetlər, dörd kopüter otağı, kitabxana, badii yaradıcılıq studiyası, tələbə elmi cəmiyyəti, Tələbə Gənclər təşkilatı, dörd dərnəklər, nəşriyyat, idman zalı, yeməkxana, kadrlar şöbəsi və mühasibatlıq fəaliyyət göstərir.
Learn more