Əsas » Məqalə » İqtisadiyyat

İqtisadi nəzəriyyə-2
<< 1 / 2 / 34 / 5 / 6 / 7 / 8 / 9 / 10 / 11 / 12 / 13 / 14 / 15 / 16 / 17 / 18 >>

    Lakin əslində belə deyildir. Başqa sözlə, cəmiyyətdə bu və ya digər səviyyədə işsizlik mövcuddur və istehsalın tam həcmdə fəaliyyət göstərməsi mümkün deyildir; istehsal amilləri həm kəmiyyət, həm də keyfiyyətcə dəyişir və yenidən bölünür: Elmi-texniki tərəqqi ilə əlaqədar olaraq istehsal texnologiyası və mövcud istehsal ehtiyatlarının tərkibi daim dəyişir; iqtisadiyyatda saysız-hesabsız adda məhsul istehsal edilir və xidmət göstərilir. Yemək şeyləri insanların tələbatlarını bilavasitə ödəyən istehlak dəyərləri, sənaye robotları isə dolayı yolla ödəyən istehsal təyinatlı investisiya əmtəələridir.
    Bu ehtimallar onu göstərir ki, iqtisadiyyatın normal inkişafını təmin etmək üçün cəmiyyət istehsal imkanlarının seçilməsi zəruriyyəti ilə üzləşir. Başqa sözlə, bir halda ki, mövcud ehtiyatların ümumi həcmi məhduddur, deməli, iqtisadiyyatın sənaye robotları və yemək şeyləri istehsalını istənilən qədər genişləndirmək imkanları da məhduddur. Fikrimizi bir qədər də sadələşdirsək, deyə bilərik ki, sənaye robotları istehsalının müəyyən miqdarda artırılması yemək şeylərinin istehsalına sərf edilən ehtiyatların azalmasına, yəni onun bir hissəsinin bu sahədən "axıb-getməsinə” səbəb olur. Əks nəticə də çıxarmaq olar: əgər yemək şeyləri istehsalını artırmaq istəyiriksə, onda bu, sənaye robotları istehsalının azalması hesabına mümkün ola bilər. Deməli, cəmiyyət bir-birini qarşılıqlı surətdə inkar edən məqsədə çatmaq uğrunda mübarizə apara bilməz. Qənaət probleminin mahiyyəti də məhz bundan ibarətdir. Cəmiyyətin istehsal imkanlarını aşağıdakı misalla izah edək (Cədvəl 2.1).
Cədvəl 2.1
Sənaye robotları və yemək şeylərinin istehsal olunması imkanları (rəqəmlər şərtidir)

Məhsul növləri Istehsal alternativləri
 A B C D E
 Yemək şeyləri-yüz min 0123
 Sənaye robotları (min) 10 9 7 40



    2.1 cədvəlindəki rəqəmlər şərti, yaxud da fərz edilən olsa da, bunlara əsasən çıxarılan nəticələrin çox böyük nəzəri və əməli əhəmiyyəti vardır. Belə ki, "A” alternativinə əsasən nəticə çıxarsaq mövcud olan bütün ehtiyatlar sənaye robotlarının, yəni istehsal təyinatlı əmtəələrin hazırlanmasına yönəldilməli olardı. "E” alternativinə əsasən mülahizə yürütdükdə isə deyə bilərik ki, bütün ehtiyatlar yemək şeylərinin hazırlanması üçün istifadə edilməlidir. Lakin mübaliğəsiz demək olar ki, hər iki alternativ qeyri-real olmaqla, ağlabatan deyilidir. Çünki hər bir iqtisadiyyatda ehtiyatların investisiya əmtəələri və istehlak şeyləri istehsal edən sahələr ara-sında bölünməsində tarazlıq yaratmaq mümkün olur. "A” alternativindən "E” alternativinə doğru hərəkət etdikcə yemək şeyləri istehsalı tədriclə artır, sənaye robotları istehsalı isə əvvəlcə azalır və son nəticədə "yox olur”. Bu, ehtiyatların investisiya əmtəələri istehsal edən sahələrdən "axıb getməsi” yolu ilə baş verir. Bir halda ki, istehlak şeyləri insanların tələbatlarını bilavasitə ödəyir, onda belə bir nəticəyə gəlmək olar ki, "E” alternativinə doğru hər bir hərəkət aldadıcıdır. Çünki cəmiyyət bu cür hərəkət etməklə, özünün cari tələbatını daha yaxşı ödəyir. Lakin bü cür siyasət yeridilməsi cəmiyyətə baha başa gələ bilər. Ona görə ki, belə olduqda cəmiyyətin investisiya əmtəələri ehtiyatı ya azalır, yaxud da adi sürətlə artır və deməli, istehsalın gələcək imkanları da aşağı düşür. Bir sözlə, cəmiyyət "A” alternativindən "E” alternativinə doğru hərəkət etməklə, əslində "gələcəkdə daha çox” prinsipinə nisbətən "indi daha çox” prinsipinə üstünlük verir və axırıncını seçir.
    Əksinə "E” alternativindən "A” alternativinə doğru hərəkət etməklə, cəmiyyət cari istehlakdan imtina etmək siyasətini seçmiş olur. Bu isə ehtiyatların bir hissəsinin sərbəstləşməsinə və investisiya əmtəələri istehsalının artırılması üçün əlverişli şərait yaranmasına imkan verir.
    Müasir dövrdə iqtisadiyyat sahəsində Nobel mükafatı laureatı Vasili Leontyev Vizer qanununun izahını məhdud miqdarda ehtiyatların bölünməsini nisbi iqtisadi səmərəlilik terminləri ilə ifadə etmişdir. Bunlar öz əksini onun irəli sürdüyü "Xərc-məhsul buraxılışı” iqtisadi mo-delində tapmışdır.
    Çox vacib və başlıca bir cəhəti də qeyd etmək lazımdır: qənaət problemini həll etmək üçün hamı tərəfindən qəbul edilmiş vahid üsul və ya yol yoxdur.
Mövzu 3. Mülkiyyət və sahibkarlıq fəaliyyəti.(2 saat)
Plan



    1. Mülkiyyət münasibətlərinin iqtisadi münasibətlər sistemində yeri. Mülkiyyətin obyekti və subyekti.
    2. Mülkiyyətin tarixi tipləri və formalar.
    3. Sahiblik sərəncamvermə, istifadəetmə və mənimsəmə iqtisadi kateqoriyalardır.
    4. Sahibkarlıq fəaliyyətinin məqsədi və formaları.
    5. Sahibkarlığın əsas funksiyaları.

1. Mülkiyyət münasibətlərinin iqtisadi münasibətlər sistemində yeri. Mülkiyyətin obyekti və subyekti.



    Mülkiyyət münasibətləri insanlar arasında meydana çıxan bütün münasibətlərin əsasını təşkil edir. Onun meydana gəlib formalaşmasını cəmiyyətdən kənarda axtarmaq düzgün olmazdı. Başqa sözlə, cəmiyyətlə heç bir əlaqəsi olmayan, ondan təcrid olunmuş halda meşədə, yaxud da insan yaşamayan hər hansı bir adada tək-tənha ömür sürən şəxsi mülkiyyətçi hesab etmək düzgün deyildir.
    Digər tərəfdən, mülkiyyət münasibətləri şeylərlə, birinci növbədə investisiya əmtəələri, yəni mülkiyyətin ob-yekti ilə əlaqədardır. Mülkiyyətin obyekti insanların nəyə, hansı nemətlərə, hər şeydən əvvəl investisiya əmtəələrinə sahib olmalarını göstərir. Məsələn, mülkiyyətin obyektinə torpaq, yeraltı sərvətlər, meşələr, sular, dəmir yolları, banklar, firmalar (müəssisələr), sığorta şirkətləri və s. daxildir. Deməli, mülkiyyət münasibətlərini obyektsiz təsəvvür etmək olmaz. Bununla birlikdə, mülkiyyət münasibətlərini mül-kiyyətin obyekti ilə eyniləşdirmək də düzgün deyildir. Çünki şeylər özlüyündə mülkiyyət deyildirlər, yalnız mülkiyyət münasibətlərinin daşıyıcısıdırlar. Bu deyilənlərdən aydın olur ki, mülkiyyət investisiya əmtəələri və istehlak şeylərinin mənimsənilməsini səciyyələndirən, istehsal, bölgü, mübadilə və istehlak prosesində insanlar arasında meydana çıxan və tarixən dəyişən münasibətlər sistemidir.
    Iqtisadi amillər istehsal prosesinin həyata keçirilmə-sinin əsası olduğuna görə tarixi inkişafın bütün mərhələ-lərində iqtisadi münasibətlər sistemində investisiya əmtəələri üzərində mülkiyyət münasibətləri başlıca yer tutur. Əmək prosesini həyata keçirən işçi qüvvəsinin investisiya əmtəələri ilə birləşməsinin, müxtəlif sosial qruplar arasında mey-dana çıxan qarşılıqlı münasibətlərin xarakteri mülkiyyət münasi-bətlərindən asılıdır. Investisiya əmtəələri üzərində mülkiyyət münasibətləri iqtisadi münasibətlərin xüsusi hissəsi olmaqla, həm də bütün digər iqtisadi münasibətlərin mahiyyətini, xarakterini və inkişafını müəyyən edir. Buradan aydın olur ki, mülkiyyət münasibətlərini bütün iqtisadi münasibət-lərdən fərqləndirmək lazımdır.
    Eyni bir mülkiyyət obyekti müxtəlif vaxtlarda müx-təlif mülkiyyət münasibətlərinin daşıyıcısı ola bilər. Məsə-lən, feodalizmin çərçivələri daxilində meydana gəlib forma-laşmış sənətkarlıq emalatxanaları burjua inqilabının qələbə-sindən sonra kapitalist mülkiyyətinin, kapitalizmin daxilin-də meydana gəlib formalaşmış fabrik və zavodlar isə 1917-ci ildə Oktyabr inqilabının qələbəsindən sonra Sosialist mül-kiyyətinin obyektinə çevrilmişlər.
    Tarixən meydana gələn hər bir mülkiyyət formasının obyekti ilə yanaşı, subyekti də vardır. Mülkiyyətin subyekti dedikdə hər şeydən əvvəl, investisiya əmtəələrinə kimlərin (siniflərin, sosial qrupların, ayrı-ayrı şəxslərin və i.a.) sahib olmaları nəzərdə tutulur. Mülkiyyət hüququnun subyektləri dövlət, yerli dövlət hakimiyyəti orqanları, müəssisələr (kooperativlər, səhmdar cəmiyyətləri, təsərrüfat ortaqlıqları və assosiasiyaları, icarə müəssisələri və i.a.) ictimai birliklər və dini təşkilatlar, vətəndaşlardır.
    Məlum olduğu kimi, istehsaldan sonrakı mərhələ-lərdə hazırlanmış müxtəlif təyinatlı nemətlər bölünür, mübadilə edilir və istehlaka daxil olur. Bununla əlaqədar olaraq investisiya əmtəələri üzərində mülkiyyət münasi-bətləri istehsal olunan məhsullar üzərindəki mülkiyyət münasibətləri ilə tamamlanır.
    Beləliklə, mülkiyyət münasibətləri insanların müxtəlif təyinatlı nemətlərə, birinci növbədə investisiya əmtəələrinə sahib olmaları ilə əlaqədar olaraq onların arasında meyda-na çıxan münasibətləri ifadə etməklə, iqtisadi münasibətlər sistemində başlıca yer tutur.

2. Mülkiyyətin tarixi tipləri və formaları.



    Tarixdə mülkiyyətin əsas etibarilə iki tipi – ümumi və xüsusi-məlumdur. Kapitalizmə qədər minilliklər ərzində kənd təsərrüfatı hakim sahə, onun maddi şərti-torpaq isə başlıca iqtisadi ehtiyat olmuşdur. Bununla əlaqədar olaraq, o, dövrdə torpaq üzərində ümumi mül-kiyyət münasibətləri cəmiyyətin həyatında əsas rol oynamışdır.
    Lakin mülkiyyətin formaları əbədi deyildir, tarixən dəyişir və bu, məhsuldar qüvvələrin inkiaşf səviyyəsindən asılıdır. Məhsuldar qüvvələrin inkişafı, əmək bölgüsünün dərinləşməsi və əmlak bərabərsizliyinin artması prosesində onların nəticəsi kimi xüsusi mülkiyyət meydana gəlib formalaşmış və inkişaf etmişdir.
    Xüsusi mülkiyyətin ilk forması quldarlıq mülkiy-yətidir. Bunun əsasını qul əməyinin nəticələrinin mənimsə-nilməsi təşkil edir. Orta əsrlərdə isə hakim mülkiyyət forması feodal mülkiyyəti olmuşdur. Bu mülkiyyətin əsasını şəxsi azadlıqdan məhrum olan asılı təhkimli kəndlilərin istismarı təşkil etmişdir.
    Istehsalçıların torpağa bağlılığı ilə əlaqədar olmayan mülkiyyət münasibətləri də feodalizmin çərçivələri daxilində əmələ gəlmişdir. Kəndlilərin xırda xüsusi mülkiyyəti ilə yanaşı, torpaq mülkiyyətindən ayrılmış və feodal asılılığından azad olan, satış üçün məhsul hazırlayan şəhər sənətkarlarının mülkiyyəti də olmuşdur. Sənətkarların xüsusi mülkiyyəti əmtəə istehsalı və mübadiləsi ilə əlaqədar-dır və buna görə də onun subyektləri əmtəə istehsalçılarıdır.
    Əmtəə istehsalının inkişafı və bununla əlaqədar olaraq ilkin kapital yığımı nəticəsində meydana gəlmiş kapitalist mülkiyyəti özünün iqtisadi məzmununa görə mülkiyyətin əvvəlki formalarından əsaslı surətdə fərqlənir.
    müasir dövrdə inkişaf etmiş kapitalist ölkələrində mülkiyyətin geniş yayılmış formaları aşağıdakılardır: 1)
    Ayrı-ayrı kapitalist-sahibkarlara məxsus olan investisiya əmtəələri üzərində fərdi mülkiyyət; 2)
    Bir qrup kapitalist-sahibkara məxsus olan investi-siya əmtəələri üzərində qrup (korporativ) mülkiyyəti. Bunla-ra səhmdar cəmiyyətləri və korporasiyaların mülkiyyəti daxildir. 3)
    Iqtisadiyyatın bu və ya digər sahəsində istehsal ehtiyatlarının həlledici hissəsini öz əlində cəmləşdirən iri kapitalist-sahibkar birliklərinin inhisar mülkiyyəti; 4)
    Dövlət mülkiyyəti.
    Hazırda elmi-texniki inqilab şəraitində dövlət mülkiyyətinin iqtisadi əhəmiyyəti artsa da o, aparıcı mövqeyə malik deyildir. Bunu inkiaşf etmiş kapitalist ölkələri üzrə statistik məlumatlardan da aydın görmək olar. Belə ki, keçən əsrin 90-cı illərinin ortalarında ABŞ-da milli gəlirdə dövlət bölməsinin xüsusi çəkisi təqribən 2-3 % olmuşdur. Qərbi Avropa ölkələrində isə vəziyyət tamamilə başqa cürdür, daha doğrusu dövlət bölməsinin xüsusi çəkisi bir qədər yüksəkdir. Məsələn, Avstriyada bütün istehsal güclərinin 37%-i, AFR-də milli sərvətin 21%-i, ümumi məhsulun Fransada 20%-i, Isveçdə 14%-i, Italiyada 12%-i dövlət bölməsinin payına düşür. Buradan aydın olur ki, adları çəkilən ölkələrin heç birində dövlət bölməsi üstünlüyə malik deyildir.
    Ölkəmiz müstəqilliyini bərpa etdikdən dərhal sonra gördüyü ən mühüm tədbirlərdən biri də mülkiyyət münasibətlərinin yenidən qurulmasına yönəldilmişdir. Belə ki, "Mülkiyyət haqqında” Azərbaycan Respublikasının 9 noyabr 1991-ci il tarixli qanununda ölkəmizdə mülkiyyətin aşağıdakı formaları nəzərdə tu-tulmuşdur: 1) Dövlət mülkiyyəti; 2) Kollektiv mülkiyyət; 3) Xüsusi mülkiyyət.
    Ölkəmizdə dövlət mülkiyyəti bütün xalqa məxsusdur. Bu mülkiyyətin obyektinə respublikanın ərazisi hüdud-larında olan torpaq, yerin təki, daxili sular və ərazi suları, bitki və heyvanlar aləmi və s. da-xildir. Qanunda nəzərdə tutulduğu kimi dövlət mülkiyyətinin bir hissəsi bələdiyyə mülkiyyətinə verilə bilər.
    Bələdiyyə mülkiyyətinə yerli özünüidarə orqanlarının əmlakı, mənzil fondu, mühəndis infrastrukturu obyektləri (su kəməri, kanalizasiya təsərrüfatı, qaz, istilik və enerji təchizatı), təhsil, mədə-niyyət, səhiyyə müəssisələri və başqa əmlak daxil ola bilər.
    Mülkiyyətin kollektiv formalarının əsas cəhəti ondan ibarətdir ki, onlar investisiya əmtəələri və onların nəticələ-rinin mənimsənilməsinin kollektiv xarakterini ifadə edirlər. Qanuna görə kollektiv mülkiyyətin aşağıdakı formaları ola bilər: 1) Müəssisələrin mülkiyyəti; 2) Sahibkar birliklərinin mülkiyyəti; 3) Ictimai birliklərin mülkiyyəti; 4) Xeyriyyə fondlarının və başqa fondların mülkiyyəti; 5) Dini təşkilat-ların mülkiyyəti.
    Müəssisələrin mülkiyyətinə əmlak mülkiyyətləri kimi yaradılan və hüquqi şəxs sayılan təsərrüfat cəmiyyətləri və ortaqlıqları, kooperativlər, kollektiv müəssisələr; sahibkar birliklərinin mülkiyyətinə isə hüquqi şəxs sayılan koopera-tivlərin və başqa hüquqi şəxslərin sahibkar birliyi (konsern-lər, assosiasiyalar və i.a.) daxildir.
    Kollektiv mülkiyyət formalarından biri də ictimai birliklərin mülkiyyətidir. Hüquqi şəxslər hesab olunan icti-mai birliklərin mülkiyyətində binalar, tikililər, mənzil fondu, avadanlıq, inventar, pul vəsaiti, səhmlər, digər qiy-mətli kağızlar ola bilər.
    Son illərdə xalqımızın ən yaxşı adət-ənənələrindən biri olan xeyriyyəçilik işinə xüsusi diqqət yetirilir və bunu həyata keçirən fondlar yaradılır. Bu da kollektiv mülkiyyətin formalarından biridir. Bu mülkiyyətə xeyriyyə fondları və başqa ictimai fondların təsərrüfat fəaliy-yətindən əldə etdikləri gəlirlər də daxil olmaqla öz vəsaitləri ilə aldıqları və ya yaratdıqları əmlak daxildir.
    Dini təşkilatların mülkiyyətinə isə binalar, ayin pred-metləri, istehsal, sosial və xeyriyyə təyinatlı obyektlər, pul vəsaiti, onların fəaliyyəti üçün zəruri sayılan başqa əmlak daxil ola bilər. Vətəndaşların, təşkilatların bağışladıqları, yaxud da dövlətin sahibliyə, istifadəyə və sərəncama verdiyi əmlak da onların mülkiyyətidir.
    Mülkiyyət münasibətlərindən bəhs olunduqda xüsusi mülkiyyəti yaddan çıxarmaq olmaz. Çünki ölkəmizdə, mülkiyyətin qanunla müəyyən edilmiş formalarından biri də xüsusi mülkiyyətdir. Xüsusi mülkiyyət dedikdə, bəzi hallar-da dövlətə məxsus olmayan istənilən mülkiyyət forması nəzərdə tutulur. .
    Vətəndaşların mülkiyyətində aşağıdakılar ola bilər: torpaq sahələri, yaşayış evləri, mənzillər, bağlar, bağ evləri, qarajlar, ev təsərrüfatı ləvazimatı və şəxsi istehsal predmet-ləri; pul vəsaiti; səhmlər, istiqraz vərəqələri və başqa qiymət-li kağızlar; kütləvi informasiya vasitələri, nəqliyyat vasitə-ləri, avadanlıq, sahibkarlıq fəaliyyəti sahələrində binalar, tikililər və başqa investisiya əmtəələri. Vətəndaşlar bunları idarə etmək və sərəncam vermək hüququna malikdirlər.
     «Mülkiyyət haqqında» Azərbaycan Respublikasının 9 noyabr 1991-ci il tarixli qanununda nəzərdə tutulmuş mül-kiyyət formalarının qısa səciyyəsi belədir. Lakin 1995-ci il noyabr ayının 12-də ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş Azərbaybaycan Respublikasının Konstitusiyasında ölkəmizdə aşağıdakı mülkiyyət növlərinin yaradılması nəzərdə tutulmuşdur: 1) Dövlət mülkiyyəti; 2) Bələdiyyə mülkiyyəti; 3)Xüsusi mülkiyyət. Göründüyü kimi, ölkəmizin əsas qanununda bələdiyyə mülkiyyəti kallektiv mülkiyyətin tərkibində deyil, mülkiyyətin xüsusi növü kimi göstərilmiş, kollektiv mülkiyyətin isə adı çəkilmir.
    . Bütün mülkiyyət formalarının həm müsbət, həm də mənfi cəhətləri vardır. Odur ki, onlardan birinin mütləqləşdirilməsi inhisarın meydana gəlməsinə doğru aparır, istehsalın səmərəliliyinin azalmasına səbəb olur. Ona görə də dövlət, mülkiyyətin müxtəlif formalarının inkişafı üçün bərabər şərait yaradır və onların müdafiəsini təmin edir. Mülkiyyət hüququnun həyata keçirilməsində mülkiyyətin formasından asılı olaraq məhdudiyyətlərə və ya üstünlüklərə yol verilmir.
    Mülkiyyət formalarının müxtəlifliyi qarşılıqlı rəqabəti zəruri edir ki, bu da onların daha da təkmilləş-dirilməsi üçün stimul yaradır. Deməli, mülkiyyətlərin plüralizm şəraitində, onların hər hansı birinin həyatda öz üstünlüklərini göstərməklə qərarlaşması daha məqsədəuy-ğundur. Bu, o deməkdir ki, mülkiyyətin yeganə olan bir tipini onun yeganə olan digər bir tipi ilə əvəz etmək olmaz. Bu sahədə də plüralizm sözdə yox, işdə olmalıdır.

3. Sahiblik, sərəncamvermə, istifadəetmə və mənimsəmə – iqtisadi kateqoriyalardır.



    Məlum olduğu kimi, mülkiyyət iqtisadi münasibət kimi çoxcəhətli anlayışdır. O, həyatın sosial-iqtisadi şəraiti-ni müəyyən və ifadə edir, müxtəlif təyinatlı nemətlərin isteh-salı və mənimsənilməsi formasıdır. Iqtisadi münasibətlərə nemətlərin mənimsənilməsi nöqteyi-nəzərindən yanaşdıqda mülkiyyətlə yanaşı, sahiblik və istifadəetmə anlayışları da mənimsəmə formalarıdır. Sərəncamvermə isə mülkiyyət, sahiblik və istifadəetmə münasibətlərinin reallaşdırılmasının konkret formasıdır.
    Istifadəetmə, sahiblik və sərəncamvermənin məzmu-nunu aydınlaşdırmaq üçün hər şeydən əvvəl, qarşılıqlı əlaqədə olan kateqoriyalar sistemində "mənimsəmə” anlayı-şının yerini, onun istehsalla münasibətini müəyyən etmək lazımdır.
    Mənimsəmə insanların şeylərə özlərininki, onların sahibi kimi baxmaları, münasibət bəsləmələri deməkdir. Lakin bu, insanların şeylərə olan subyektiv münasibətləri deyildir, o, insanlar arasında şeylərlə əlaqədar meydana çıxan münasibətləri ifadə edir. Mənimsəmə olduqca geniş anlayışdır. Iqtisad elmini maraqlandıran əsas cəhət mənimsəmənin iqtisadi ünsürləridir. Bir sıra hüquqi aktlar əsasında – varislik, bağışlamaq və i. a. – mənimsəmə iqtisadi nəzəriyyənin tədqiqat obyekti deyildir. Iqtisadi münasibət olan mənimsəmə bir tərəfdən nemətlərin istehsalı, digər tərəfdən isə müəyyən mülkiyyət formalarının mövcüdluğu ilə əlaqədardır.
    Məhz bu mənada istehsal və mənimsəmə bir-birinin eynidir. Lakin istehsal və mənimsəmə həm də eyni şey deyildirlər. Istehsalın müəyyən sosial-iqtisadi tərəfi–bilava-sitə istehsal prosesində investisiya əmtəələrinin mənimsə-nilməsi–öyrənildikdə o, mənimsəmə ilə uyğun gəlir. Digər tərəfdən, mənimsəmənin yalnız istehsaldan ibarət olduğunu təsəvvür etmək də yanlış fikirdir. Ola bilər ki, ayrı-ayrı şəxslər istehsal etsin, lakin mənimsəməsin, yaxud da əksinə, istehsal etməsin, lakin mənimsəsin.
    Başqa iqtisadi hadisələr kimi, mənimsəmənin də əbədi, daimi olduğunu demək düzgün deyildir. O, iqtisadi tərəqqinin müxtəlif mərhələlərində inkişaf edir, yeni məzmunla tamamlanır, zənginləşir.
    Mülkiyyət, həm də mənimsəmə deməkdir. Lakin bunların tamamilə eyni anlayışlar olduğunu demək düzgün olmazdı. Çünki onların hər ikisi iqtisadi münasibətlər sistemində müstəqilliklərini saxlayırlar. Eyni zamanda mülkiyyət, sahiblik və istifadəetmə mənimsəmənin müxtəlif formalarıdır. Bununla birlikdə sahiblik özündə istifadə-etməni, mül-kiyyət isə onların hər ikisini birləşdirə bilər. Bu proseslərin əlahiddələşməsi də mümkündür. Çünki təcrübə-də mülkiyyətçi, sahiblik və istifadəetmə vəzifələrini digər şəxslərə verir.
    Sərəncamvermə müxtəlif dərəcədə mənimsəmənin bütün formalarına aiddir. Lakin mülkiyyətçi, habelə sahib-lik və istifadəetmə səlahiyyətlərinə malik olan şəxslər bir-birindən əlahiddələşdikdə mülkiyyətçi onların hər ikisinə, yəni sahiblik hüququ əldə etmiş şəxs və istifadə edənə nisbətən daha böyük iqtisadi imkana malik olur. Sahiblik, istifadəetmə, sərəncamvermə, hətta mülkiyyət münasibətlə-rinin özü də iqtisadi münasibətlərin müxtəlif cəhətlərini əks etdirdiyinə görə onların hər biri tamın müstəqil tərkib hissələridir.
    Beləliklə, sahiblik, sərəncamvermə, istifadəetmə və mənimsəmənin hər biri müəyyən iqtisadi məzmuna malik olan iqtisadi kateqoriyalardır və insanlar arasında meydana çıxan münasibətləri ifadə edirlər.

4. Sahibkarlıq fəaliyyətinin məqsədi və formaları.



    Bazar münasibətlərinin yüksək səviyyədə inkişaf etmiş olduğu ölkələrin təcrübəsi sahibkarlıq fəaliyyəti qarşısında müxtəlif məqsədlərin qoyulduğunu göstərir. Iqtisadiyyatın mövcud vəziyyətindən, inkişaf səviyyəsi və miqyasından asılı olmayaraq sahibkarlıq fəaliyyəti qarşısında duran əsas iqtisadi vəzifə, strateji məqsəd mənfəət əldə etməkdən iba-rətdir.. Mən-fəətin aşağı səviyyəsi sahibkara bazarda özünün mövqeyini qoruyub saxlamağa, öz fəaliyyətinin mövcud səviyyəsini bərpa etməyə, təkrar istehsal prosesini həyata keçirməyə imkan verir. Mənfəətin yüksək səviyyəsi isə sahibkara özünün fəaliyyət dairəsini daha da genişləndirməyə, risk etməyə, mürəkkəb bazar konyukturası şəraitində rəqiblərlə müvəffəqiyyətlə rəqabət aparmağa, biznes aləmində daha da möhkəmlənməyə və öz mövqelərini qoruyub saxlamağa, məhsulun istehsalı və satışı sahəsində malik olduğu bazar payını artırmağa və nəticə etibarilə əvvəlki dövrlərə nisbətən daha çox mənfəət əldə etməyə şərait yaradır. Lakin qeyd etmək lazımdır ki, bunlar, konkret şəraitdən asılı olaraq dəyişə bilər. Başqa sözlə, mənfəətin kəmiyyətinin çox və ya az, səviyyəsinin isə aşağı və ya yuxarı olması ilə əlaqədar qarşıya qoyulan vəzifələrdə müxtəliflik halları da mümkün-dür. Bunları bir qədər ətraflı nəzərdən keçirək. Məlum oldu-ğu kimi, sahibkarın öz qarşısına qoyduğu başlıca vəzifələr-dən biri istehsal olunan məhsulun, yaxud da göstərilən xidmətin, onların satışının həcmini artırmaqdan ibarətdir. Lakin mənfəət əldə etmək və tez bir zamanda şəxsi sərvəti artırmaq uğrunda mübarizə aparmaq heç də bütün hallarda sahibkarlıq fəaliyyətinin yeganə məqsədi deyildir. Sahibkar qərar qəbul edərkən konkret şəraiti nəzərə almalıdır.
    Sahibkarlıq iqtisadi fəaliyyətin əsas sahələrindən biri olmaqla, demək olar ki, iqtisadiyyatın bütün sahələrində geniş yayılmışdır. Sahibkarlıq mənfəət əldə edilməsinə yönəldilən təşəbbüskarlıq fəaliyyətinin formalarından biri olduğuna görə təkrar istehsalın fazaları (istehsal, bölgü, mübadilə və istehlak) ilə əlaqədardır və aşağıdakı yollarla reallaşdırıla bilər:
    1) Bilavasitə istehsal funksiyalarının həyata keçiril-məsi- əmtəələrin, xidmətlərin, informasiyaların, biliklərin «istehsalı»;
    2)Vasitəçilik funksiyalarının həyata keçirilməsi- əmtəə və xidmətlərin istehsalçılardan istehlakçılara çatdı-rılmasına xidmət göstərilməsi;
    3)Maliyyə sahəsində tədavülə, dəyərlərin mübadilə-sinə yönəldilmiş funksiyaların yerinə yetirilməsi.
    Sahibkarlıq fəaliyyətinin bu formalarının hər biri müstəqil olmaqla yanaşı, həm də bir-birini tamamlayır.
    Təsərrüfatçılıq edən subyektlərin iqtisadi mənafeləri və aparılan iqtisadi islahatlara olan münasibətləri də bir-birindən fərqlənir. Lakin buna baxmayaraq sahibkarların ümumi maraqları da vardır. Bu, ondan ibarətdir ki, sahibkarlar iqtisadi mühitin əlverişli olmasını, sahibkarlıq haqqında müsbət ictimai şüurun formalaşmasını, bütün səviyyələrdə hakimiyyətlə tərafdaşlığın sahmana salınma-sını istəyirlər.
    Ölkəmizin qanunvericiliyində sahibkarlıq fəaliyyətinin bütün növləri, o cümlədən məhsul istehsalı, satışı və xidmətlər göstərilməsi formalarında yaradılmasına icazə verilir. Burada sahibkarlıq, təsərrüfat ortaqlıqları, məhdud məsuliyyətli cəmiyyətlər, istehsal kooperativləri, səhmdar cəmiyyətləri, kiçik müəssisələr, kəndli (fermer) təsərrüfatları və s. nəzərdə tutulur. Sahibkarlığın formaları istehsalın xarakteri və miqyasına bilavasitə təsir göstərir.
    Sənayecə inkişaf etmiş ölkələrin təcrübəsi göstərir ki, sahibkarlıq kiçik, orta və iri sahibkarlığa bölünür.
    Kiçik və orta sahibkarlığın müəyyən edilməsi ilə bağlı kəmiyyət, keyfiyyət və qarışıq (iqtisadi) yanaşmalar bir-birindən fərqlənir.
    Kiçik müəssisələri müəyyən etmək üçün əsas etibarilə kəmiyyət göstəriciləri kimi işçilərin sayı, satışın həcmi, aktivlərin balans dəyəri meyarlarından istifadə olunur. Lakin qeyd etmək lazımdır ki, kiçik sahibkarlığın müəyyən olunmasında bunlar, habelə dövriyyə kapitalının kəmiyyəti, satış bazarlarında sahib olduğu pay kifayət qədər sanballı göstəricilər hesab oluna bilməz. Çünki bunlara əsasən haqqında söhbət gedən hadisəyə tam xarakteristika vermək mümkün deyildir.
    Müəssisələrin həcmini müəyyən edərkən adətən aşağıdakı üç əsas əlamətdən istifadə olunur; 1) işçilərin sayı; 2) istehsal olunan məhsulun dəyəri; 3) əsas kapitalın (əsas istehsal fondlarının) dəyəri.
    Iqtisadi cəhətdən inkişaf etmiş ölkələrdə kiçik sahib-karlıq çoxsaylı xırda mülkiyyətçilər təbəqəsindən ibarətdir. Bunlar xeyli dərəcədə ölkənin sosial-iqtisadi və siyasi inkişaf səviyyəsini müəyyən edir. Ölkənin daxili bazarının demək olar ki, bütün sahələrini əhatə edən və ona yüksək dərəcədə uyğunlaşan kiçik sahibkarlıq iqtisadiyyatın sabit inkişafını təmin edir, siyasi mühitin sabitliyinə təsir göstərir. Kiçik sahibkarlıq işgüzar həyatın ən çevik formasıdır. Ona görə də kiçik sahibkarlıq kütləviliyinə və quruluşunun dinamik ol-masına görə fərqlənir. Hazırda müəssisələrin böyük əksə-riyyəti (90%-dən çoxu) onun payına düşür. Bu fakt belə bir fikir söyləməyə əsas verir ki, kiçik sahibkarlıq olmadan ba-zarın yaradıcı potensialından səmərəli istifadə edilməsi mümkün deyildir. Buradan aydın olur ki, inzibati amirlik iqtisadiyyatından sosial yönümlü bazar iqtisadiyyatına keçid şəraitində kiçik sahibkarlığın formalaşması və inkişaf etdirilməsi iqtisadi siyasətin ən mühüm strateji vəzifələrin-dən biridir.
    Orta və iri biznes üçün lazım olan ideyaların əsas his-səsi məhz iqtisadiyyatın bu bölməsində yaradılır və deməli, iri istehsal kiçik sahibkarlığın imkanları ilə tamamlanır. Əmtəə və xidmətlərin həm istehsalçıları, həm də istehlakçı-ları olan kiçik müəssisələr bazarın dəyişən konyukturasına çox həssas və vaxtında reaksiya vermək imkanına malikdir.
    Sənaye, ticarət və maliyyə korporasiyalarının timsalın-da iri sahibkarlıq bazar iqtisadiyyatının icbari strukturların-dandır. Beləliklə, ölkədə yüksək səmərəli bazar iqtisadiy-yatının formalaşmasında xüsusi sahibkarlığın inkişaf etdiril-məsi və müdafiə olunması sisteminin yaradılmasının çox böyük əhəmiyyəti vardır.

5. Sahibkarlığın əsas funksiyaları.



    Sahibkarın fəaliyyəti hər şeydən əvvəl müəssisənin işinin səmərəli təşkilinə yönəldilir. Və burada onun hamıya məlum olan daxili funksiyaları diq-qəti daha çox cəlb edir. Tanınmış iqtisadçı R.Barr sahib-karın daxili funksiyalarını aşağıdakı kimi təsnifləşdir-mişdir. Sahibkar:
    1) Istehsalı təşkil edir. Onun bu funksiyasına iqtisadi şəraitin qiymətləndirilməsi, fəaliyyət planının işlənib hazırlanması, inzibati idarəetmənin təşkili, planların yerinə yetirilməsi üzərində nəzarətin həyata keçirilməsi və s. daxildir.
    2) Riski öz üzərinə götürür. Sahibkar risk edən şəx-sdir.
    3) Hakimiyyət funksiyalarını yerinə yetirir. Sahibkar istehsal vahidinin rəhbəridir. Deməli, o, özünə məxsus olan istehsal vahidində çalışan işçilərə rəhbərlik edir.
    Sahibkarın rəqabət mübarizəsi prosesində başqa sa-hibkarlarla bəhsləşməsi onun müəssisədənkənar funksiya-sına aiddir. Bu funksiyalar vaxtilə Y.Şümpeterin «Iqtisadi təkamül nəzəriyyələri» əsərində aşağıdakı kimi müəyyən-ləşdirilmişdir. Sahibkar:
    1) istehlakçıya hələ məlum olmayan yeni iqtisadi nemətləri, yaxud da yeni keyfiyyətlərlə köhnə iqtisadi ne-mətləri istehsal edir;
    2) hər hansı bir sahədə əvvəllərdə tətbiq olunmamış yeni istehsal metodlarından istifadə edir;
    3) Yeni satış bazarlarını mənimsəyir, yaxud da əvvəlki bazarlardan daha keniş istifadə edir;
    4) Yeni xammal mənbələri və növlərini mənimsəyir;
    5) Istehsal və satışın təşkilinin yeni formalarından istifadə edir.
    Sahibkarın nəzərdən keçirilən bütün bu funksiyaları onun hamıya məlum olan funksiyalarına aiddir.
    Bunlarla yanaşı, sahibkar öz xarakterinə görə içtimai hesab olunan aşağıdakı funksiyaları da yerinə yetirir:
    1) Istehsal amillərinin ən əlverişli şərtlərlə əlaqələn-dirilməsi və bununla da iqtisadi ehtiyatlardan-maddi, əmək, maliyyə, intellektual və i. a.- daha səmərəli istifadə edilməsi funksiyası.
    2)Içtimai məhsulun yaradılması və milli gəlirin bölgüsünə sahibkarlığın təsiri funksiyası.3 Əmtəə və xidmətlərə olan tədiyə qabiliyyətli tələbinin səmərəli və tam ödənilməsi funksiyası.4) Sahibkarlığın innovasiya funksiyası.
    Kiçik, orta və iri sahibkarlığın funksiyaları bəzi spe-sifik cəhətlərinə baxmayaraq həm də yerinə yetirdikləri ümumi cəhətlərə görə bir-birinə uyğun gəlir. Bu, hər şeydən əvvəl onlardan hər birinin öz funksiyalarını daha səmərəli şəkildə həyata keçirməsinə aiddir. Lakin buna baxmayaraq, onlardan hər birinin bu və ya digər sahədə üstünlükləri vardır. Məsələn, iri sahibkarlığın üstünlükləri özünü aşağı-dakılarda göstərir. Iri sahibkarlıq:
    -kütləvi istehsalda və deməli, məhsul vahidinə görə öz xərclərini aşağısalmaqda böyük imkanlara malikdir;
    -əsas istehsalatın tullantılarından istifadə etməklə, əlavə məhsul istehsal edib, reallaşdırmaq imkanına ma- likdir;
    -xammal və əmtəə ehtiyatları yaradılması sahəsində daha böyük imkanlara malikdir;
    -çox böyük imkanlara malik olduqlarına görə bazarda dərin marketinq tədqiqatlarının aparılmasında, qiymət siyasətində, güzəştli tariflərlə xammal və materialların satın alınmasında, qısa və uzunmüddətli kredit götürülməsində, qiymətlərin sabitliyində, nəhayət özünümaliyyəəşdirmə, istehsalın üfiqi təmərküzləşməsi halları baş verdikdə, xammal və materiallarla özünütəminetmədə müəyyən üstünlüklərə malikdir:
    Nəhayət, kiçik sahibkarlığın təsərrüfatla bağlı haki-miyyəti demək olar ki, olduqça məhduddur və yalnız özü-nün xüsusi işlərində bundan istifadə edilir.
    Kiçik sahibkarlığın içtimai funksiyalarından biri də özünü onda göstərir ki, onlar geniş təkrar istehsalın və ba-zar iqtisadiyyatının çevikliyini təmin edir. O, dərin ixtisas-laşma və istehsalın çoxtərəfli kooperasiyalaşdırılmasını təmin etməklə, bazarı daha çox tələbat olan əmtəə və xid-mətlərlə tez bir zamanda doldurmağa imkan verir. Azad rəqabət bazarlarını məhz kiçik müəssisələr formalaşdırır.
    Kiçik sahibkarlığın ictimai funksiyalarından biri də cəmiyyətdə siyasi və sosial sabitliyin qorunub saxlanması və möhkəmləndirilməsindən ibarətdir. Buna kiçik biznes tərə-findən yeni iş yerlərinin yaradılması, habelə mülkiyyətçilər təbəqəsinin genişləndirilməsi yolu ilə nail olunur. Nəhayət, kiçik sahibkarlıq yerli büdcələrin gəlirlərinin formalaş-masında iştirak edirlər. Bu, bələdiyyələr səviyyəsində həyata keçirilir.
    Iri sahibkarlıq da bir sıra içtimai funksiyaları yerinə yetirir. Bunlardan biri ölkədə real təsərrüfat hakimiyyətinin həyata keçirilməsi funksiyasıdır
    Milli iqtisadiyyatın xarici iqtisadi təmsilçiliyi funksi-yasını da iri sahibkarlığın içtimai funksiyasına aid etmək olar.
    Iri sahibkarlığın içtimai funksiyaları öz ifadəsini həm də aşağıdakılarda tapır. Iri biznes: 1) əhalinin böyük əksə-riyyətinin sabit məşğulluğunun təmin olunmasında çox mü-hüm rol oynayır;2) ölkənin dövlət büdcəsinin gəlirlərinin formalaşmasında çox böyük əhəmiyyətə malikdir; 3) ölkə-nin milli iqtisadiyyatının, habelə onun regionlarının ixtisas-laşdırılmasına təsir göstərir; 4) iqtisadi artımın hərəkətverici qüvvəsi kimi çıxış edir.
    Bütün bunlar onu göstərir ki, kiçik, orta və iri sahibkarlıq cəmiyyətin həyatında mühüm rol oynayır və çox vacib funksiyaları yerinə yetirir.

Mövzu 4:Əmtəə istehsalı və pul. ( 2 saat)
Plan



    1. Əmtəə və onun xassələri. Əmtəə istehsalının formaları.
    2. Əmtəə tədavülü və pulun meydana gəlməsi.
    3. Pulun mahiyyəti və vəzifələri.
    4. Pulun növləri.

1. Əmtəə və onun xassələri. Əmtəə istehsalının formaları.



    Bazar iqtisadiyyatının əsasını xüsusi mülkiyyət və əmtəə istehsalı təşkil edir. Lakin cəmiyyətlərin tarixi inkişaf prosesinin müxtəlif mərhələlərində iqtisadi həyatın ümumi formaları fəaliyyət göstərir.
    Təsərrüfat tiplərinin təşkili və onların təkamülü iqtisadi inkişafın qanunauyğunluqları çərçivəsi daxilində həyata keçirilir. Iqtisadi həyatda fəaliyyət göstərən təsərrüfat tiplərinin təşkili formaları bunlardır: a) natural təsərrüfat; b) sadə əmtəə təsərrüfatı; v) kapitalist əmtəə təsərrüfatı; q) planlı əmtəə təsərrüfatı.
    Təsərrüfat təşkili tiplərinin tarixən ilkin forması natural istehsaldır. Təsərrüfatın belə bir təşkili formasında istehsal ilə istehlakın həcmi üst- üstə düşür. Natural təsərrüfat feodal mülkiyyəti ilə də çox xarakterikdir.
    Əmtəə təsərrüfatı forması natural təsərrüfatın əksi kimi yaranmışdır. Təsərrüfat tiplərinin sonrakı təkamülü ictimai əmək bölgüsünü yaradır. Ictimai əmək bölgüsü- bir məhsul və ya məhsulun bir hissəsini istehsal etmək üçün ixtisaslaşmasıdır.
    İctimai əmək bölgüsünün formaları aşağıdakılardır: 1.
    Maldar tayfaların əkinçilikdən ayrılması birinci ictimai əmək bölgüsünü yaradır. 2.
    İctimai sənətkarların formalaşması və sənətkarlıq sahələrinin meydana gəlməsi ikinci iri ictimai əmək bölgüsünü yaradır. 3.
    Tacirlərin bir sinif kimi formalaşması üçüncü iri ictimai əmək bölgüsünü yaradır.
    Natural təsərrüfatdan fərqli olaraq əmtəə təsərrüfatı istehsalın elə bir təşkili formasıdır ki, burada istehsal olunan məhsullar ancaq mübadilə sferasına daxil olur. Əmtəə təsərrüfatının olması üçün aşağıdakı şərtlər tələb olunur: 1.
    İctimai əmək bölgüsü. Əmtəə istehsalı şəraitində müxtəlif təsərrüfat sahələri fəaliyyət göstərir. Bu təsərrüfat sahələri müxtəlif növ məhsul istehsalı üzrə ixtisaslaşırlar. Sənaye kənd təsərrüfatından ayrılır. Sənaye istehsalının müxtəlif sahələri yaranır. 2.
    Mülkiyyət formaları. Istehsal vasitələri üzərində xüsusi mülkiyyətin olması əsas amillərdən biridir. Əmək məhsulu olan əmtəə istehsal vasitələri üzərində olan mülkiyyət sahibinə məxsusdur. Bu səbəbdəndir ki, sahibkar öz məhsulunu əmtəə kimi digər zəruri əmtəəyə dəyişdirməlidir, yəni məhsul mübadilə olunmalıdır. 3.
    İstehsalçılar arasında iqtisadi əlaqə forması kimi əmtəə mübadiləsi olmalıdır. 4.
    Təsərrüfatın bazarla tənzimlənən xarakteri.
    Əmtəənin 2 xassəsi vardır: 1.
    istehlak dəyəri 2.
    mübadilə dəyəri Əmtəənin faydalılığı, insanın bu və ya digər bir tələbatını xassəsi onu istehlak dəyəri edir. İstehlak dəyəri hər hansı bir şeyin təbii xassəsindən asılıdır. Lakin istehlak dəyəri onu yaradan əməyin kəmiyyət miqdarından asılı deyildir.
    Məhsulun əmtəəyə çevrilməsi üçün mübadilə dəyərinin olması şərtdir. Çünki, mübadilə dəyəri kimi bütün əmtəələr müəyyən bir kəmiyyət nisbətində bir- birinə dəyişdirilməlidirlər. İstehlak dəyəri baxımından əmtəələri ölçmək olmaz. Lakin mübadilə dəyəri nöqteyi nəzərindən əmtəələr ölçülürlər, çünki əmtəələr dəyişdiriləndə onların əsasını mübadilə nisbəti təşkil edir.
    İstehlak dəyərinin müxtəlifliyinə baxmayaraq əmtəələrin istehsalına sərf edilən əmək eyni olduğuna görə bu əmtəələrin dəyərini ölçmək mümkündür. Əmtəələrin istehsalına sərf edilən əməyin miqdar kəmiyyəti həmin əmtəələrin dəyərini ölçmək imkanı verir və bunun əsasında əmtəələri dəyər baxımından bir- birilə müqayisə etmək olar.
    Deməli, əmtəənin müəyyən bir miqdar nisbətində başqa əmtəəyə dəyişdirilmə qabiliyyəti onu mübadilə dəyəri edir.
    İstehlak dəyəri və mübadilə dəyəri kateqoriyalarını elmi ədəbiyyata Aristotel, A. Smit, D. Rikardo, T. Maltus, K. Marks,. C. S. Mill və başqa alim- iqtisadçılar gətirmişdir.
    Əmək- dəyər nəzəriyyəsinin tərəfdarları göstərirdilər ki, keyfiyyətcə müxtəlif, kəmiyyətcə ölçülə bilməyən əmtəələr mübadilə oluna bilər. Onların fikrincə dəyişdirilən əmtəələrin ümumi bir əsası var. Bu ümumi əsas əmək məsrəfləridir və həmin əmək məsrəfləri mübadilə dəyərini müəyyən edir.
    Müasir Qərb iqtisadi ədəbiyyatında əmək- dəyər nəzəriyyəsindən fərqli olaraq yeni bir nəzəriyyə- faydalılıq nəzəriyyəsi meydana gəlmişdir. Faydalılıq nəzəriyyəsinin yaradıcıları K. Mengerin, E. Bem- Baverkin və F. Vizerin yaratdıqları son faydalılıq nəzəriyyəsinə əsaslanırlar. Bu nəzəriyyəyə görə mübadilənin əsasını dəyər deyil, faydalılıq təşkil edir.
    A. Smit əmtəə istehsalına sərf edilən əməyi, alınan əməyi( əmək haqqını), mənfəəti və torpaq rentasını dəyərə aid edir. D. Rikardo və D. R. Mak- Kullox dəyəri istehsal xərcləri kimi, J. B. Sey isə şeyin faydalılığı kimi izah edirlər. D. Loderdel dəyəri təklif və tələblə əlaqədə izah edir.
    Tarixən əmtəə istehsalı təşkilinin üç forması ( tipi) mövcuddur: sadə əmtəə təsərrüfatı, kapitalist əmtəə istehsalı və planlı əmtəə təsərrüfatı.
    Sadə əmtəə istehsalı təsərrüfat təşkilinin elə bir formasıdır ki, burada istehsal vasitələri üzərində istehsalçıların xüsusi mülkiyyəti var və onlar məhsulu mübadilə üçün, bazarda satmaq məqsədilə istehsal edirlər.
    Kapitalist əmtəə istehsalının xarakterik xüsusiyyəti ondan ibarətdir ki, müstəqil olan kapitalist- sahibkar istehsal amilləri əsasında öz iqtisadi fəaliyyətini təşkil edir. İstehsalın amilləri dedikdə, kapital, əmək, torpaq və sahibkar- kapitalist nəzərdə tutulur. Onu qeyd etmək lazımdır ki, kapitalist- sahibkar iri istehsalı təşkil edir. Fərdi kapitalist istehsalı ilə yanaşı kollektiv təsərrüfat formaları da təşkil olunur. Məsələn, müştərək sahibkarlıq, səhmdar cəmiyyətləri və s.
    Təsərrüfat tiplərinin xüsusi formalarından biri də inzibati- amirlik, mərkəzləşdirilmiş planlı iqtisadiyyatdır. Planlı iqtisadiyyatda əmtəə- pul və bazar əlaqələri saxlanılır. Lakin iqtisadiyyatın idarə edilməsinə dövlət həddən artıq nüfuz edir. Planlı əmtəə təsərrüfatında istehsalçılarla istehlakçılar arasında olan əlaqələri dövlər özü nizamlayır.
    Planlı əmtəə təsərrüfatı özünü doğrultmadığı üçün müasir mərhələdə bütün keçmiş sosialist ölkələri bazar iqtisadi sisteminə keçmişlər.

2. Əmtəə tədavülü və pulun meydana gəlməsi.



    Əmtəədə təcəssüm olunan və mübadilə zamanı təzahür edən ictimai əmək əmtəənin dəyərini yaradır. Bərabər dəyərə malik olan əmtəələr bir- birinə mübadilə edilir, bu əmtəələr ekvivalentdirlər. Dəyər mübadilə dəyərilə bağlıdır. Dəyər əmtəənin daxili xassəsidir, mübadilə dəyəri isə əmtəə dəyərinin təzahür formasıdır.
    Əmtəələrin dəyərlərinin bərabərləşdirilməsi və mübadiləsi əmtəə istehsalında xarakterik cəhətdir. Natural təsərrüfat şəraitində istehsalçılar vaxt vahidi əsasında ( saat, gün) sərf etdikləri əməklərini nəzərə alır və onun nəticəsini ölçürdülər. Lakin natural təsərrüfat şəraitində onların sərf olunmuş əməyi dəyər forması almırdı. Əmtəə təsərrüfatında isə əmək dəyər münasibətləri kimi təzahür edir. Deməli, əmtəə təsərrüfatında ictimai əmək birbaşa vaxt vahidi ilə ifadə olunur. İctimai əmək əmtəə istehsalında dolayısı yolla- yəni mübadilə prosesində təzahür edir. Məsələn, bir cüt ayaqqabı 3 kq. pambığa bərabər tutulur. Dolayısı yolla bu o deməkdir ki, bir cüt ayaqqabıya sərf edilən ictimai əmək 3 kq pambığa sərf edilən ictimai əməyə bərabərdir. Beləliklə, dəyər təkcə əmək məsrəfi deyil, o eyni zamanda əmtəə istehsalına sərf edilən ictimai əməkdir ki, mübadilə prosesində təzahür edir.
    Deməli, əmtənin dəyəri istehsal prosesində əmək vasitəsilə yaradılır. Mübadilə prosesində dəyər bir əmtəəni digər əmtəəyə dəyişdirəndə təzahür edir. Buna mübadilə dəyəri deyilir. Dəyərin ilkin inkişaf forması sadə dəyər formasıdır. Məsələn, bir balta = 20 kq. taxıl. Burada baltanın dəyəri 20 kq. taxılda ifadə olunmuşdur. Taxıl baltanın dəyərini əks etdirir. Baltanın dəyəri taxılın istehlak dəyərində ifadə olunmuşdur, çünki həm taxılın, həm də baltanın istehsalına əmək sərf olunmuşdur. Bu iki əmtəənin bir- birinə bərabər tutulması o deməkdir ki, onların hər ikisinin istehsalına sərf olunmuş əmək bərabərdir. Əmtəələrin bir- birinə bərabər olmasının əsasını bu əmtəələrdə təcəssüm edən bərabər əmək sərfi təşkil edir. Öz dəyərini digər əmtəədə ifadə edən əmtəə ( balta) nisbi dəyər forması, öz dəyərini ( taxıl) baltanın istehlak dəyərində əks etdirən əmtəə ekvivalent dəyər formasıdır.
    İlk mübadilə təsadüfi xarakter daşımış və bir növ məhsulun başqa növ məhsula dəyişdirilməsi olmuşdur. Dəyərin belə formasına sadə və ya təsadüfi dəyər forması deyilir.
    Birinci iri ictimai əmək bölgüsünün yaranması ilə mübadilə müntəzəm şəkil alır. Məsələn, maldar tayfalar maldarlıq məhsulları istehsal etdikcə əkinçi tayfaların və sənətkarların istehsal etdiyi məhsullara ehtiyacı artır. Beləliklə, bu tayfalar arasında olan mübadilə müntəzəm xarakter daşıyır. Belə bir tarixi inkişaf nəticəsində dəyərin ikinci mübadilə forması- tam və ya dolğun dəyər forması yaranır.
    Dəyərin inkişafının ikinci formasında dəyər öz təcəssümünü bir neçə əmtəənin istehlak dəyərində tapır. Lakin bu prosesdə də əmtəələr əmtəələrə dəyişdirilir. İctimai əmək bölgüsünün və əmtəə istehsalının inkişafı, onların dərinləşməsi, bir əmtəənin digər əmtəəyə dəyişdirilməsi qənaətbəxş olmur. Mübadilə prosesi çətinləşir. Məsələn, ayaqqabı sahibinin baltaya , balta sahibinin taxıla olan ehtiyacı artır. Beləliklə, əmtəə təsərrüfatı genişləndikcə əmtəə istehsalçıları arasında elə bir ümumi ekvivalent dəyər forması ortaya çıxır ki, bütün əmtəə istehsalçılarının bu ekvivalent dəyər formasına ehtiyacı artır. Beləliklə, bir əmtəə bütün əmtəələr sırasından ayrılır və ümumi ekvivalent dəyər forması kimi mübadilə olunur. Dəyər formalarının inkişafının bu mərhələsinə ümumi dəyər forması deyilir.
    Ümumi dəyər forması onunla xarakterizə edilir ki, bütün əmtəələr bir əmtəəyə, yəni ümumi ekvivalent rol oynayan əmtəəyə mübadilə olunur. Dəri, xəz, duz və s. müxtəlif yerlərdə ümumi ekvivalent rolunu oynamışlar. Müxtəlif əmtəələrin ümumi ekvivalent rol oynaması genişlənməkdə və artmaqda olan bazar tələbatını ödəyə bilmir. Əmtəə təsərrüfatında ziddiyyətlər yaranır. Beləliklə, müəyyən bir əmtəə uzun müddət ümumi ekvivalent rol oynamaqda passivləşir və dəyərin pul forması yaranır, yəni ümumi ekvivalent rol oynayan əmtəə öz yerini dəyərin pul formasına verir. Pul rolunu müxtəli metallar yerinə yetirib və nəhayət, gümüş və qızıl öz xassələrinə görə tədavüldən bütün ekvivalentləri sıxışdırıb çıxarır. Çünki qızıl öz dəyərini həmişə saxlayır, paslanmır, xarab olmur, çəkisi və həcmi əlverişlidir, bölünmə xassəsinə malikdir, istənilən yerə aparıla bilir.
    Dəyərin pul formasında bütün əmtəələr ümumi ekvivalent rol oynayan qızılın istehlak dəyəri vasitəsilə ifadə olunur. Beləliklə, əmtəə təsərrüfatında uzun bir tarixi inkişaf nəticəsində ümumi ekvivalent rol oynayan xüsusi bir əmtəə- pul yaranır.
    Əmtəə təsərrüfatının mərkəzi kateqoriyalarından biri əmtəə olsa da " nemət” anlayışı həm tarixi, həm də məntiqi mövqeyi nəzərdən əmtəədən qabaq yaranmışdır. Nemət dedikdə, hər hansı bir məna, əşya, hadisə, əmək məhsulu və s. nəzərdə tutulur ki, bunlar insanların bu və ya başqa bir tələbatını ödəmək qabiliyyətinə malikdirlər, insanların mənafelərinə, məqsədlərinə, cəhdlərinə cavab verə bilirlər.
    İqtisadi ədəbiyyatda belə bir fikir vardır ki, nemət hər hansı bir şey və ya əşyadır, o insanın tələbatını ödəyir. Nemətə belə bir tərifin verilməsi məhdud xarakter daşıyır. Digər baxışlara görə isə nemət faydalı ola biləcək hər hansı bir əşyanın təcəssümüdür, o əmək məhsulu da , təbiətin bəhrəsi də ola bilər.
    Insanlara zəruri olan nemətlər içərisində xidmətlərin xüsusi rolu və yeri vardır. Xidmət insanın məqsədəuyğun fəaliyyətidir, bu fəaliyyətin nəticəsi faydalı səmərədir, o insanların bu və ya digər tələbatını ödəyir.
    Nemət anlayışını daha dərindən başa düşmək üçün onu əmtəədən fərqləndirmək və təsrifləşdirmək lazımdır. Müxtəlif kriteriyalar əsasında nemətləri müxtəlif növlərə ayırmaq olar. Nemətlərin qruplara ayrılmasının ən geniş yayılmış forması maddi və qeyri- maddi nemətlərdir.
    I. Maddi nemətlərə aşağıdakılar aid edilir: təbiət bəxş etdiyi nemətlər torpaq, hava, iqlim; istehsal nəticəsində yaranan məhsul – yeyinti məhsulları, binalar, tikililər, maşınlar, avadanlıqlar və s.
    Beləliklə, maddi nemətlər anlayışına müxtəlif xarakterli faydalı şeylər daxil edilir. Digər fikrə əsasən bu nemətləri mənimsəmə baxımından göstərilən kateqoriyaya aid edirlər.
    II. Qeyri- maddi nemətlər. Buraya aşağıdakılar aid edilir: insanların qabiliyyətinin bacarığının inkişaf etdirilməsinə təsir edən nemətlər. Bu nemətlər qeyri- istehsal dairəsində yaradılır- səhiyyə, təhsil, incəsənət, təhsil, kino, teatr, muzeylər və ilaxır.
    Qeyri- maddi nemətlər də öz növbəsində iki qrupa bölünür: a) daxili qeyri- maddi nemətlər. Buraya aiddir: təbiətin insanlara bəxş etdiyi nemətlər( səs, deklamasiya, musiqi qabiliyyəti, elmə olan bacarıq və s. ); b) xarici qeyri- maddi nemətlər- insanların tələbatlarının ödənilməsi üçün xarici mühit ( işgüzar əlaqələr, etibar, himayə və s.)
    Göstərdiklərimizdən əlavə indiki və gələcək, birbaşa və dolayısı, uzunmüddətli və qısamüddətli nemətlər də mövcuddur.
    Nemətlərin təsnifatında ən mühümü, ən əsası iqtisadi və qeyri- iqtisadi nemətlərdir. Iqtisadi nemətlər iqtisadi fəaliyyət nəticəsində yaradılır. Iqtisadi nemətlər, ümumiyyətlə, nemətlərin məhdudluğu ilə ( məhdud resurslar ) əlaqədardır. Qeyri- iqtisadi nemətlər , yəni təbiətin bəxş etdiyi nemətlər insan əməyinin fəaliyyətinin nəticəsi deyildir. Bu nemətlər təbiətin özündə mövcuddur ( hava, su, işıq və s.) . Deməli, nemətlərin iqtisadiyyat baxımından istifadə oluna biləcəyi və məhdudluğu onları iqtisadi və qeyri iqtisadi kateqoriyalara ayırmağa əsas verir.
    Nemət anlayışı ilə əmtəə kateqoriyasını eyniləşdirmək olmaz. Mübadilə üçün istehsal olunan spesifik iqtisadi nemətə əmtəə deyilir. Nemətin heç bir xarakterindən asılı olmayaraq onun mübadilə üçün, satılmaq üçün istehsal olunması həmin neməti əmtəə edir.
    Xidmət də əmtəə kimi çıxış edir. Lakin, xidmətin istehlak dəyəri, əşyalaşmış forması yoxdur. Ikincisi, xidmətin istehlak dəyəri canlı əməyin faydalı səmərəsinin nəticəsidir. Üçüncüsü, xidmət əşya forması almır. Onu sərvət kimi yığmaq olmur, o istehsal prosesində istehlak olunur.

3. Pulun mahiyyəti və vəzifələri.



    Pulun mahiyyəti haqqında iqtisadçılar arasında fikir müxtəlifliyi vardır. Məsələn, K.Marks pulu xüsusi növ əmtəə, ümumi ekvivalent rol oynayan əmtəədir. A.Smit isə tədavülün çarxı adlandırmışdır. Vaxtilə pul nəzəriyyəsi məsələləri ilə məşğul olmuş və hazırda məşğul olan iqtisadçıların çoxu isə pulun mahiyyətini onun yerinə yetirdiyi vəzifələrlə əlaqələndirirlər. Onların fikrincə insanların pul hesab etdikləri və pul kimi işlətdikləri hər şey puldur. Lakin pulun vəzifələri haqqında iqtisadçılar arasında fikir ayrılığı vardır. Məsələn, iqtisadçıların hamısı pulun yalnız 3 vəzifə yerinə yetirdiyini etiraf edirlər. Bunlar pulun: 1) Tədavül vasitəsi; 2) Yığım (dəfinə yaratmaq) vasitəsi; 3) Dəyər ölçüsü vəzifələridir. Lakin bunlarla yanaşı, pul həm də tədiyə vasitəsi və dünya pulu vəzifələrini yerinə yetirir.
    Pul tədavül vasitəsi funksiyasını yerinə yetirərkən əmtəə və xidmətlərin alqı-satqısında vasitəçilik edir ki, bunun sayəsində də barterə xas olan çatışmazlıqlar aradan qaldırılır, tədavül xərcləri isə azalır. Bu vəzifəni real pullar yerinə yetirirlər.
    Pulun yığım vasitəsi funksiyası bu gün əmtəə satılar-kən əldə edilən vəsaitdən gələcəkdə digər əmtəələrin satın alınması üçün istifadə olunması deməkdir. Lakin pul bu vəzifəni yerinə yetirərkən müəyyən məhdudiyyətlərlə üzləşir. Bu, onunla əlaqədardır ki, pulun qəti müəyyən edilmiş no-minal dəyəri–alıcılıq qabiliyyəti–konkret şəraitdən asılı ola-raq dəyişə bilər. Bu isə hər şeydən əvvəl əmtəə və xidmət-lərin qiymətlərindən asılıdır və aşağıdakı kimi müəyyən edilir:

Z = 1 : P 


    Burada: Z–pulun alıcılıq qabiliyyəti, P–qiymət deməkdir.
    Inflyasiya şəraitində pulun alıcılıq qabiliyyəti – real dəyəri – kəskin surətdə aşağı düşür və sərvətin pul forma-sında saxlanması iqtisadi mənasını itirir, torpaq sahələrinin, daşınmaz əmlakın, incəsənət əsərlərinin və s. satın alınması prosesi gedir.
    Bununla yanaşı, sərvətin pul formasında saxlanması alternativ və ya itirilmiş imkanla əlaqədar olan xərclərin olmasına gətirib çıxarır. Çünki sərvət pul formasında saxlandıqda həmin müddətdə sahibinə gəlir gətirmir. Da-şınmaz əmlak isə (məsələn, ev) kirayə verildikdə, sahibinə icarə haqqı formasında gəlir gətirir.
    Pulun dəyər ölçüsü funksiyası əmtəənin müəyyən məbləğdə pula bərabər tutulması deməkdir. Bu, həm də əm-təənin dəyərini milli pul vahidi ilə ifadə etməyə imkan verir. Pulun bu vəzifəsi qiymət miqyası vasitəsilə reallaşdırılır.

<< 1 / 2 / 34 / 5 / 6 / 7 / 8 / 9 / 10 / 11 / 12 / 13 / 14 / 15 / 16 / 17 / 18 >>
Bölmə: İqtisadiyyat | Əlavə edildi: azerhero (04.11.2013) | Müəllif: R.C E W
Baxış: 1584 | Reytinq: 5.0/1
Bütün rəylər: 0
omForm">
avatar

Kitablar — zamanın dalğaları ilə səyahət edən və nəsildən-nəslə öz qiymətli yükünü ehtiyatla aparan fikir gəmiləridir.

- Frensis Bekon

Son 90 gün ərzində kitab oxumamaqdan daha pisi kitab oxumadığına görə narahat olmamaqdır.

- Cim Ron

Kitabları yandırmaqdan daha pis şey onları oxumamaqdır.

- Rey Bredberi

Yaxşı kitab aysberqə oxşayır, onun yeddi-səkkiz hissəsi suyun altında gizlənib.

- Ernest Heminquey

Kitablarım mənə çatacaq qədər böyük bir krallıqdır.

- Shakespeare

Mən, kitablarımı yaratmadan əvvəl, kitablarım məni yaratdılar.

- Montaigne

Kitabsız yaşamaq; kor, kar, dilsiz yaşamaqdır.

- Seneca

Bu günün gərçək universiteti, bir kitabxanadır.

- Carlyle

Kitab, tək ölümsüzlükdür.

- Rufus Choate

Exlaqa uyğun ya da zidd kitab deyə bir şey yoxdur. Kitablar ya yaxşı yazılmışdır, ya da pis. Hamısı bu qədər!

- Oscar Wilde

Ümidlə açılıb qazancla bağlanan bir kitab, yaxşı bir kitabdır.

- Alcott

Kitablar, itmiş başların abidələridir.

- Sir William Dave

Kitablar, heç solmayacaq bitkilərdir.

- Herrick

Kitab heç aldatmayan bir yoldaşdır.

- Guilbert De Pixrecourt

Axmaqlarla oturub-durmaqdansa , kitabla tənha oturmaq yaxşıdır.

- Qasım bəy Zakir

İnsan güc ilə yox, mütaliə etməklə ağıllanır.

- C.Bruno

Az bildiyini başa düşmək üçün çoxlu oxumaq lazımdır.

- Mişel Monten

Kitablar özünüzə və başqalarına hörmət etməyi öyrədəcək, ürəyi və ağlı, dünya və insanlıq sevgisiylə dolduracaq.

- Maksim Gorki

Kitab həyatın ən uzaq və qaranlıq yollarında insana işıq bəxş edən əfsanəvi çıraqdır

- A.M.Upit

BAKI QIZLAR UNİVERSİTETİ
1992-ci ildə təsis edilən və həmin vaxtdan da fəaliyyətə başlayan Bakı Qızlar Universitetinin (əvəllər Bakı Ali Pedaqoji Qızlar Seminariyası adlanırdı) yaradılmasında məqsəd respublikada qadın pedaqoji kadrlar yetişdirmək, onların intellektual səviyyəsini yüksəltmək və gənc qızları ailə həyatına hazırlamaqdan ibarətdir. Hazırda universitetdə "Sosial pedaqoji” və "Filologiya-tarix” fakültələri fəaliyyət göstərir. "Sosial pedaqoji” fakültədə "Təhsildə sosial-psixoloji xidmət”, "Psixologiya”, "Coğrafiya müəllimliyi”, "ibtidai sinif müəllimliyi”, "Məktəbəqədər təlim və tərbiyə”, "Riyaziyyat və informatika müəllimliyi”, "Filologiya-tarix” fakültəsində isə "Xarici dil (ingilis) müəllimliyi”, "Azərbaycan dili və ədəbiyyat müəllimliyi”, "Tarix müəllimliyi”, "Jurnalistika” üzrə bakalavr, "İbtidai sinifdə tədrisin metodika və metodologiyası”, "Pedaqogika nəzəriyyəsi və tarixi”, "Azərbaycan ədəbiyyatı”, "Azərbaycan dili”, "Azərbaycanın yeni və ən yeni tarixi” sahəsində magistratura səviyyəsində kadr hazırlığı aparılır.
Bakı Qızlar Universiteti Nazirlər Kabinetinin 1996-cı il fevralın 21-də 21 saylı sərəncamı ilə dövlət qeydiyyata alınmışdır. 2013-cü ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin lisenziya komissiyası BQU-nun çoxilli fəaliyyətinin, onun yüksək maddi-texniki bazasının, infrostrukturunun, təlim-tərbiyə sisteminin Azərbaycan Respublikası təhsil Qanununa Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Ali təhsil Müəssisələrinin fəaliyyətinə xüsusi razılıq (lisenziya verilməsi haqqında qərarına, Azərbaycan Respublikası Təhsil Nazirliyinin sənədlərinə uyğn qurulduğunu, pedaqoji kadrların hazırlanmasında əldə olunmuş nailiyyətlərini nəzərə alaraq universitetin fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsini məqsədəuyğun hesab etmişdir. Eyni zamanda 2013-cü ildə universitet akreditasiyadan keçmişdir. Universitetdə müxtəlif fənnlər üzrə kabinetlər, dörd kopüter otağı, kitabxana, badii yaradıcılıq studiyası, tələbə elmi cəmiyyəti, Tələbə Gənclər təşkilatı, dörd dərnəklər, nəşriyyat, idman zalı, yeməkxana, kadrlar şöbəsi və mühasibatlıq fəaliyyət göstərir.
Learn more