Əsas » Məqalə » İqtisadiyyat

İqtisadi nəzəriyyə-8
<< 1 / 2 / 34 / 5 / 6 / 7 / 8 / 9 / 10 / 11 / 12 / 13 / 14 / 15 / 16 / 17 / 18 >>

    Xərclərin və zərərin azaldılması, mənfəətin isə artırılması son nəticədə bazar iqtisadiyyatında firmanın vəziyyətinin  sabit və möhkəm olmasını  təmin etmək, mənfəət götürmək üçün bir vasitədir.
 
4. Mənfəətin  məzmunu,  onun növləri, vəzifələri, artırılması yolları. Normal və xalis mənfəət.
 
    Firmanın ümumi gəliri dedikdə, istehsal olunmuş məhsul və xidmətlərin satışından əldə edilən pul vəsaiti nəzərdə tutulur. Gəlirin kəmiyyətinə aşağıdakı iki amil təsir göstərir; 1) istehsal edilmiş məhsulun həcmi; 2)qiymətlərin səviyyəsi. 
    Firma, azad rəqabət bazarında əmələ gələn qiymətlərlə bazarın imkan verdiyi qədər məhsul reallaşdıra bildiyinə görə ümumi gəlir (TR) istehsal edilmiş məhsulun dəyərinə (QP) bərabər olur.          
Yəni:                                
 
TR=QP
 
    Firmanın orta gəliri isə məhsul vahidinə görə belə müəyyən  edilir:
 
TR:Q
 
    Lakin xalis inhisar və oliqopoliya bazarlarında gəlirin müəyyən edilməsinə yanaşmada müxtəliflik vardır. Belə ki, xalis inhisarçı daha çox məhsul satmaq üçün qiymətləri aşağı salmalıdır. Qiymət satışın həcmindən asılı olan dəyişən kəmiyyət olduğu üçün, aşağıdakı bərabərliyi yazmaq olar:
 
TR = P  (Q)Q
 
    Inhisarçının orta gəliri isə belə müəyyən edilir:
 
TR / Q
 
    Məhsulun reallaşdırıldığı orta qiyməti inhisarçının şəxsən özü müəyyən edir. Başqa sözlə, inhisarçı satışın həcmini artırmaqla qiymətləri  dəyişdirir (aşağı salır). Deməli qiymət sabit kəmiyyət deyildir.
    Inhisarçının son gəliri onun əlavə daha bir məhsul vahidinin satışından əldə etdiyi əlavə gəlir deməkdir
    Firmaların fəaliyyətinə qiymət verərkən istifadə olunan göstəricilərdən biri də mənfəətdir.
    Mənfəət sahibkarlıq fəaliyyətinin iqtisadi səmərəlilik göstəricisidir. Mənfəətin aşağıdakı növləri vardır: 1) iqtisadi və ya xalis mənfəət; 2) normal mənfəət.
    Bazar iqtisadiyyatı şəraitində ən mühüm anlayışlardan biri iqtisadi və ya xalis mənfəətdir. Iqtisadi mənfəət dedikdə firmanın ümumi gəliri ilə ümumi xərcləri (daxili və kənar) arasındakı fərq nəzərdə tutulur.
    Iqtisadi mənfəətin müəyyən edilməsi nə qədər sadə görünsə də, onu normal mənfəətdən və ya sahibkar gəlirindən fərqləndirmək lazımdır. Artıq əvvəllərdə göstərildiyi kimi, daxili və ya kənar ödəmə olub olmamasından asılı olmayaraq kapitala görə ödənilən faiz məbləği və iqtisadi renta kimi sahibkarın mənimsədiyi normal mənfəət də istehsal xərclərinə daxildir. Bazar nəzəriyyəsinə uyğun olaraq bütün istehsal amilləri (əmək, kapital, torpaq və sahibkarlıq qabiliyyəti) yeni dəyər yaradır, onun konkret formaları (əmək haqqı, faiz məbləği, renta və sahibkar gəliri) isə həmin mülkiyyət sahiblərinin gəlirlərini təşkil edir. Beləliklə, hər hansı bir sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq və onu qoruyub saxlamaq üçün lazım olan mənfəət məbləğinə normal mənfəət deyilir. Normal mənfəət daxili xərclərin tərkib ünsürlərindən biridir. Normal mənfəət təmin olunmadıqda hətta bəzi hallarda muzdla işləməyə üstünlük verir.
    Mənfəətin artırılmasının ikinci amilindən istifadə edilməsi iqti­sadi cəhətdən daha sərfəlidir. Çünki işçilərin sayının artırılması müəy­yən həddə qədər mümkündür, digər tərəfdən isə əmək məhsuldarlığının yük­səldilməsi, həm də istehsal olunan məhsulların miqdarının artı­rılmasına və onların istehsalına çəkilən xərclərin aşağı salınmasına im­kan verir. 
    Mənfəət həmçinin, yalnız kommersiya hesablı müəssisələrin kol­lektiv iqtisadi mənafelərini deyil, həm də ümumxalq mənafelərini ifadə edir. Deməli, onun hamısı müəssisənin sərəncamında qala bilməz, bir hissəsi ümumdövlət pul vəsaitləri fonduna daxil olmalıdır. Bununla əla­qədar olaraq mənfəətin ikinci vəzifəsi–ehtiyatların  alternativ istehsal növləri arasında, habelə milli gəlirin bölgüsü və yenidən bölgüsünü hə­ya­ta keçirmək vəzifəsi  mey­dana çıxır. Başqa sözlə, mənfəət milli gəlirin dövlət büdcəsi vasitəsilə bölgüsü və yenidən bölgüsü, ehtiyatların isteh­sal sahələri arasında böl­üşdürülməsü vəzifəsini yerinə yetirir.
    Ölkəmizdə bazar münasibətlərinin formalaşması ilə əlaqədar mən­fəətin bölgü funksiyasında müəyyən dəyişikliklər baş vermişdir. Bu, öz ifadəsini hər şeydən əvvəl müəssisələrin əldə etdikləri mənfəətdən dövlətə verdikləri vergidə tapmışdır.
    Mənfəətin vəzifələrindən biri də stimullaşdırmadır. Bu, onun ilk iki vəzifəsi ilə ələqadardır. Mənfəətin bu vəzifəsi öz əksini onun mü­əyyən nisbətdə bölüşdürülməsində, cəmiyyətin və müəssisələrin mənafelə­rinin düzgün əlaqələndirilməsində tapır. Mənfəət cəmiyyətlə müəssisə ara­sında düzgün bölüşdürüldükdə əməyə qənaət olunur, istehsal xərc­lərinin azaldılması, istehsalın nəticələrinin yaxşılaşdırılması üçün kol­lek­tivdə stimul yaranır.
    Dəyər kateqoriyası olmaqla, mənfəətin müəyyən çatışmaz­lıq­ları da vardır. Bunlardan biri ondan ibarətdir ki, mənfəətin artırılması iqtisadiyyatda istehsal şəraitinin dəyişməsi nəticəsində baş verə bilər. Başqa sözlə, mənfəət, qiymətlərin artması nəticəsində artırsa, bu, isteh­salçı müəssisələrdə mənfəətin süni surətdə çoxalmasına, istehlakçı müəssisələrdə isə, əksinə, azalmasına səbəb olacaqdır. Bu isə o demək­dir ki, mənfəət müəssisələrin işinin səmərəliliyi göstəricisi kimi onu təh­rif edəcəkdir. 
    Mənfəət, müəssisə qiyməti daha yüksək olan məhsulların isteh­salına «meyl» göstərdiyi hallarda  da yanlış təsəvvür yaradır 
    Mənfəət firmaların işini ifadə edən başlıca göstəricilərdən ol­duğuna görə onun artırılması amillərinin nəzərdən keçirilməsi böyük əhəmiyyətə malikdir. 
    Mənfəətin artırılmasına istehsal amilləri (əmək məhsuldarlığı, istehsal sahələrində çalışan işçilərin sayı, iş gününün uzunluğu, inves­tisiya ehtiyatlarından istifadə dərəcəsi, istehsalın üzvi quruluşu və i. a.), bölgü (məsələn, əmək haqqının artım sürəti) və mübadilə şəraiti də (qiy­mətlərin səviyyəsi, təklifin tələbə nə dərəcədə uyğun gəlməsi və i.a.) təsir göstərir. Lakin bunların içərisində istehsal amilləri həlledici rol oynayır. Digər amillərə gəldikdə, onlar mənfəətin kəmiyyətinə yalnız pul ifa­dəsində təsir göstərə bilər. Çünki bölgü və mübadilə mərhələsində nə d­ə­yər, nə də istehlak dəyəri yaranmır.
    Müasir elmitexniki inqilab şəraitində mənfəətin artırılmasında baş­lıca rolu əmək məhsuldarlığının yüksəldilməsi oynayır.
 
Mövzu 11: Qiymət və onun əmələgəlmə mexanizmi( 2 saat).
Plan
 
    1.Qiymətin vəzifələri və metodları.
    2.Qiymətlərin müəyyən edilməsi prinsipləri və dəyişməsinə təsir edən amillər.
    3.Qiymət sistemi. Qiymətin növləri.
    4.Qiymətin dövlət tətəfindən tənzimlənməsi.
 
1.     Qiymətin vəzifələri və metodları.
 
    Kommersiya və qeyri kommersiya fəaliyyəti ilə məşğul olan bütün təşkilatların qarşısında duran başlıca vəzifələrdən biri də istehsal etdikləri məhsullar yaxud da göstərdikləri xidmət üçün qiymətlərin müəyyən edilməsidir. Tarixə nəzər saldoqda aydon olur ki, qiymətlər bir qayda olaraq satıcılar və alıcılar arasında danışıq, razılaşma əsasında əmələ gəlir. Satıcılar adətən qiymətləri yuxarı, alıcılıar aşağı müəyyən etməyə çalışsalar da son nəticədə münasib qiymət əmələ gəlir.
    Firmalar qiymətqoyma probleminə müxtəlif cəhətlərdən yanaşırlar. Belə ki, kiçik firmalarda qiymətlər çox vaxt ali rəhbərlik tərəfindən müəyyən edildiyi halda, iri şirkətlərdə bu işlə adətən şöbə müdirləri, habelə əmtəə çeşitləri üzrə müdirlər müdirlər məşğul olurlar. Lakin iri şirkətlərdə də qiymətqoyma siyasətinin ümumi istiqamətləri ali rəhbərlik tərəfindən müəyyən oluna bilər və olunur.
    Firmaların istehsal etdikləri əmtəələrə ilkin qiymətlərin müəyyən edilməsi prosesi aşağıdakı mərhələlərdən keçir:
1.     Qiymətin müəyyən edilməsi ilə əlaqədar məsələnin qoyuluşu.
2.     Tələbatın müəyyənləşdirilməsi.
3.     Xərclərin qiymətləndirilməsi.
4.     Rəqiblər haqqında məlumatın toplanması, qiymətləndirilməsi və təhlili.
5.     Qiymətqoyma metodlarının seçilməsi.
6.     Son qiymətin müəyyən edilməsi.
    Məlum olduğu kimi firmaların yeritdikləri qiymət siyasəti bazarın tipindən asılıdır. Ona görə də firma bazarın tipini nəzərə almaqla hər hansı bir məhsulun istehsalına başlamamazdan əvvəl qarşısına qoyduğu məqsədi aydınlaşdırmalıdır. Firmalar qarşılarına başqa məqsədlər də qoya bilər. Bu barədə təsəvvürlər nə qədər aydın olsa qiymətqoyma da bir o qədər asan olar. Qarşıya çıxan belə məqsədlərə aşağıdakılar aiddir:
1.     Təhlükəsizliyin təmin edilməsi və fəaliyyətin davam etdirilməsi.
2.     Mənfəətin ən yüksək səviyyəyə çatdırılması.
3.     Əmtəələrin keyfiyyəti göstəricilərinə görə öncüllük qazanılması( bazar payı).
    Bazarda əmtəə istehsalçılarının sayı çox olduqda və onlar arasında kəskin rəqabət getdikdə  firmanın təhlükəsizliyinin və fəaliyyətinin davam etdirilməsinin təmin olunması onun əsas məqsədinə çevrilir. 
    Firmaların əldə etməyə cəhd göstərdikləri iqtisadi mənfəət ümumi gəlirlə ümumi xərc arasındakı fərq kimi müəyən edilir. Bazar qiymətlərinini dəyişdiyi şəraitdə rəqabət aparan istehsalçıların qarşılarında bir- biri ilə əlaqəda olan 3 vəzifə durur.
1.     Məhsulun istehsalına başlamağa dəyərmi.
2.     Əgər dəyərsə nə qədər istehsal etməli.
3.     Nə qədər mənfəət əldə oluna, yaxud zərər ola bilər.
    Firma qısamüddətli dövrdə aşağıdakı 2 halda:
1.     Ya iqtisadi mənfəət əldə etdikdə
2.     Ya da özünün sabit xərclərindən az zərər çəkdikdə məhsul istehsalını həyata  keçirə bilər. Firma qısamüddətli dövrdə maksimum mənfəət əldə edilməsini, yaxud da zərərin minimuma endirilməsini təmin edə biləcək qədər məhsul istehsal etməlidir. 

    Bazar iqtisadiyyatı şəraitində iqtisadi mənfəəti marksist siyasi iqtisaddakı üstəlik izafi dəyər anlayışı ilə müqayisə etmək olar. Lakin müasir bazar iqtisadiyyatı nəzəriyyəsindəki üstəlik mənfəətin əmələ gəlməsi başqa cür aydınlaşdırılır. K.Marksın irəli sürdüyü üstəlik mənfəət məhsul vahidinin istehsalına sərf olunan xərclərin azaldılmasına imkan verən ən yeni texnika və mütərəqqi texnologiyaları tətbiq edən kapitalistin əldə etdiyi izafi dəyərdir. Əmtəələri az xərclə istehsal edən və bazar qiymətləri ilə reallaşdıran firmalar digər istehsalçılara nisbətən  üstəlik mənfəət əldə edirlər ki, onun da mənbəyi muzdlu işçilərin əməyidir.
    Inhisar mənfəəti ehtiyatlardan istifadə olunması və ya təbii ehtiyatların məhdudluğu şəraitində məhsullara yüksək inhisar qiymətinin müəyyən edilməsi nəticəsində əldə edilə bilər. Ehtiyatlardan istifadə olunması ilə əlaqədar məhdudiyyətlərə patent və lisenziyaları misal göstərmək olar. Bu, imkanlı şirkətlərin yeni texnika və texnologiyalardan başqalarının istifadə etməmələri üçün təzyiq göstərmələri formasında həyata keçirilir. Təbii ehtiyatların məhdudluğuna gəldikdə, çox nadir ehtiyatları çox az olan nadir resurslar öz sahibinə yüksək mənfəət, renta, faiz və əmək haqqı əldə etmək imkanı verə bilər.
    Beləliklə, mənfəət sahibkarlıq fəaliyyətinin iqtisadi səmərəlilik göstəricisi olduğuna görə hər bir hüquqi və ya fiziki şəxs onun artı­rıl­ma­sına xüsusi diqqət yetirir və bu məqsədlə müxtəlif vasitə və yollardan istifadə edir. Göründüyü kimi, mənfəət uğrunda mübarizə aparmaq və onu artırmaq üçün müxtəlif üsullardan istifadə etmək istehsalı təşkil edən hər bir sahibkarın başlıca məqsədidir. Və buna əsasən demək olar ki, mənfəət iqtisadi mexanizmdə çox mühüm rol oynayır. Bu isə onun yerinə yetirdiyi vəzifələrdən irəli gəlir.
    Mənfəətin başlıca vəzifələrindən biri, onun istehsalda əmək məsrəflərinə qənaət edilməsinin ölçüsü olmasıdır. Bu, mənfəətin digər və­zifələrinin yerinə yetirilməsi üçün əsasdır. Çünki mənfəət əməyə qə­naət olunduqda–əmək məhsuldarlığı yüksəldikdə, buraxılmış məh­sul­la­rın hər vahidinə çəkilən xərc aşağı salındıqda, kapitalverimi artırıldıqda–müm­kün­dür. Mənfəətin kütləsinə təkcə əməyə qənaət edilməsi deyil, istehsal olunan və satılan məhsulların həcmi də təsir göstərir. Buna isə həm iş­çi­lə­rin sayının artırılması (ekstensiv amil), həm də əmək məhsuldarlığının yüksəldilməsi (intensiv amil) yolu ilə nail olmaq mümkündür.
    Firmalar uzunmüddətli dövrdə istehsal güclərində qısa­müd­dətli dövrdə edilməsi mümkün olmayan dəyişiklikləri etmək imkanı əldə edirlər. Məlum olduğu kimi, qısa müddətli dövrdə sahədə eyni say­da firma fəaliyyət göstərir və onlardan heç birinin avadanlıqlarında də­yişiklik olmur. Deməli, firmalar qısa müddətli dövrdə bir dənə məhsul istehsal etdikdə, yaxud da öz aktivlərini ləğv etmələri, biznesdən uzaq­laşmaları üçün kifayət qədər vaxtları olmadıqda bağlana bilər. Firma­lar uzunmüddətli dövrdə ya özlərinin istehsal güclərinin geniş­ləndi­ril­məsi, ya da azaldılması üçün kifayət qədər vaxta malik olur
    Göründüyü kimi, hər bir firma daha çox mənfəət əldə etməyə çalışdığına görə tələbatı və xərcləri nəzərə almaq, onları müxtəlif qiymət səviyyələri ilə müqayisə etməklə, əmtəələrə elə qiymət qoyurlar ki, o, xərclərin ödənilməsi və mənfəət əldə olunmasını təmin etmiş olsun. Di­gər tərəfdən, hər bir firma pay göstəricilərinə görə bazarda öncül olmaq istəyir. Çünki bazar payı artdıqca firmanın xərcləri azalır, uzun­müd­dətli dövr üzrə nəzərdə tutulan mənfəət isə yüksək olur. Firmalar bazar payına görə öncüllük uğrunda apardıqları mübarizədə müxtəlif üsullar­dan, hər şeydən əvvəl, qiymətlərin mümkün qədər aşağı salınması üsu­lundan istifadə edirlər. Ona görə ki, qiymətlərin başqa­larına nisbətən aşağı müəyyən edilməsi müştərilərin həmin firmanın məhsullarına mü­ra­ciət etmələri və onlara üstünlük vermələri üçün şərait yaradır. 
    Bazarda iqtisadi subyektlər arasında gedən rəqabət müba­rizə­sində istifadə olunan göstəricilərdən biri də istehsal olunan məhsulların keyfiyyətidir. Məhsulların keyfiyyəti dedikdə, onların müəyyən tələbatı ödəməyə yararlılıq dərəcəsi ilə şərtlənən xassələrinin toplusu nəzərdə tutulur. Yüksək keyfiyyətli məhsullar aşağı keyfiyyətli məhsullarla mü­qayisədə cəmiyyət üçün daha çox səmərə verir. . Yüksək keyfiyyətli, tullantısız istehsal prosesi üçün beynəlxalq standartlara uyğun gələn, mütərəqqi texnolo­giyaya əsaslanan uzunömürlü, etibarlı, estetik tələblərə cavab verən, iqtisadi cəhətdən sərfəli məhsulları istehsal edən və müxtəlif bazarlarda onların satışını təşkil etməklə digər firmalarla rəqabət aparan firma müəyyən üstünlüklərə malik olurMəhsulların keyfiyyətinin yaxşılaşdırılması firmanın xarici iq­tisadi əlaqələrinin genişləndirilməsinə, beynəlxalq bazarda onun möv­qeyinin möhkəmlənməsinə və daha çox məhsul ixrac etməsinə, tex­noloji və texniki yenilikləri tətbiq etmək üçün şərait yaradılmasına və nəticə etibarilə böyük məbləğdə iqtisadi səmərə əldə etməsinə imkan verir. 
    Firmalar istehsalı təşkil edərkən həm də bu və ya digər məh­sula olan tələbatı müəyyənləşdirməlidir. Məhsullara olan tələbata təsir edən amillərdən biri qiymətdir. Qiymətlə tələbat arasındakı asılılığa əsa­­sən firma məhsul istehsalı üzrə konkret vəzifələri müəyyən edir, han­sı məhsuldan nə qədər istehsal olunacağını planlaşdırır..
    Deməli firmalar tələbatın dəyişməsini müəy­yənləşdirməyə, daha dəqiq desək ölçməyə çalışırlar Iqtisadçılar məhsulların qiymətlərinin dəyişməsində istehlakçı­ların reaksiyasını, onların həssaslıq dərəcəsini qiymətlərin elastikliyi kon­sep­siyasının köməyilə ölçürlər. Qiymətlərin çox cüzi dəyişməsi satın alınan məhsulların miqdarının xeyli dəyişməsinə səbəb olduğuna görə məhsullara olan tələbat nisbi elastiklik və ya sadəcə olaraq elastiklik adlanır.
    Əmtəələrə olan tələbata təsir göstərən amillər içərisində onların qiyməti xüsusi yer tutur. Və qiymətlə tələbat arasında qarşılıqlı əlaqə vardır. Belə ki, qiymət nə qədər yüksək olarsa, tələbat bir o qədər aşağı olur və əksinə, qiymət nə qədər aşağı olarsa, tələbat da bir o qədər yük­sək olur.
    Qiymətlər üzrə elastiklik aşağıdakılarla müəyyən edilir: 1) Əm­təə­yə ya əvəz yoxdur, ya yox dərəcəsindədir, yaxud da bu sahədə hələ rəqiblər meydana çıxmamışdır; 2) Alıcılar qiymətlərin qalxdığını dərhal hiss etməmişlər; 3) Müştərilər özlərinin alıcı adətlərini ləng dəyişir və nisbətən ucuz mal axtarmağa tələsmir; 4) Alıcılar belə hesab edirlər ki, qiymətlərin bahalanması məhsulların keyfiyyətinin yüksəlməsi, inflya­si­ya və s. əlaqədardır. Deməli, tələbat elastikdirsə, satıcılar dərhal qiy­mət­lərin aşağı salınması haqqında düşünməlidir. Ucuzlaşdırılmış qiy­mət daha çox ümumi gəlir əldə etməyə imkan verir.
    Beləliklə, firmaların istehsal etdikləri məhsulların ən yüksək qiymətləri tələbatla müəyyən olunur Firmalar özlərinin xərclərini, habelə oxşar əmtəələr üzrə rəqiblərini öyrəndikdən sonra istehsal etdikləri əmtəələrə qiymət qoyur və bu məqsədlə hər hansı bir metodu seçir. 
    Qiymətin müəyyən edilməsinin isə aşağıdakı metodları vardır: 1) Orta xərclər, üstəgəl mənfəət; 2) Zərərsizliyin təhlili və məqsədli mən­fəətin təmin olunması; 3) Qiymətin, əmtəənin dəyərliliyinə əsasən qo­yulması; 4) Qiymətin, cari qiymətlərin səviyyəsi əsasında müəyyən edil­məsi; 5) Qiymətin, qapalı sövdələşmələr əsasında müəyyən edilməsi. 
    Qiymət müəyyən edilərkən istifadə olunan metod­lar­dan biri «orta xərclər, üstəgəl mənfəət» metodudur. Bu üsulun mahiyyəti ondan ibarətdir ki, əmtəənin başa gəldiyi istehsal xərcinin üzərinə müəyyən əlavələr edilir. 
    Qiymətin xərclər əsasında müəyyən olunması metodlarından biri də onun, məqsədli mənfəətin təmin olunması yolu ilə hesablan­ma­sı­dır. Firma qiyməti müəyyən edərkən çalışır ki, bu qiymət onun nə­zərdə tutduğu qədər mənfəət əldə edilməsinə imkan versin.. Firmalar əmtəə və xidmət­lərinə qoyulan qiymətlərin onların dəyərliliyinə əsasən müəyyən edil­məsi metodundan getdikcə daha çox istifadə etməyə çalışırlar. 
    Firmalar bəzi hallarda qiymətləri rəqiblərin qiymətlərinə isti­nad etməklə müəyyən edirlər ki, buna da «qiymətin, cari qiymətlərin sə­viyyəsi əsasında müəyyən edilməsi» metodu deyilir. Bu metoddan isti­fadə olunduqda, firma özünün xərclərinə və tələbat göstəricilərinə az əhə­miyyət verir. O, özünün əmtəələrinə rəqiblərin eyni əmtəələrinin qiy­mətlərindən aşağı və ya yuxarı qiymət qoya bilər. Bu metod başqa me­todlara nisbətən daha geniş yayılmışdır. 
    Qiymətlər, həmçinin qapalı sövdələşmələr əsasında müəyyən­ləşdirilə bilər. Bu metoddan əsas etibarilə qiymətlər rəqabət yolu ilə mü­əy­yən edildiyi, yaxud da sövdələşmələrin gedişində firmalar sifarişlər uğrunda mübarizə apararkən istifadə olunur. Lakin təbiidir ki, bu qiy­mətlər istehsal xərclərindən aşağı ola bilməz, çünki belə olarsa, firma özü-özünə ziyan vurmuş olar və o, müflisləşməyə doğru gedər. 
    Bütün bu metodlardan istifadə etməkdə məqsəd əmtəələrin son qiymətinin müəyyən edilməsidir Lakin satıcılar aşağıdakı fəndlərdən istifadə etməkdən çəkinməlidirlər: 1) Qiymətlərin rəqiblərlə məsləhətləşməklə müəyyən edil­məsi; 2) Pərakəndə satış qiymətlərinin sabit saxlanılması; 3) Qiymət ayrıseçkiliyi; 4) Yol verilən ən aşağı qiymətlərlə satış; 5) Qiymətlərin heç bir əsas olmadan qaldırılması; 6) Qiymətlərin düşünülmüş surətdə, alıcıların imkanlarına uyğun gəlməyən tərzdə qaldırılması.
    Qiymətlərin məsləhətləşməklə müəyyən edilməsi o deməkdir ki, satıcılar qiymətləri müəyyən edərkən qabaqcadan həmin məhsulların digər satıcıları ilə dilbir olmamalıdırlar. Istehsalçının öz əmtəəsini hər hansı bir qiymətə satmağı diler­dən tələb etməyə ixtiyarı yoxdur. Satıcı dilerlərə yalnız istehsal­çı­nın məs­lə­hət gördüyü qiyməti təklif edə bilər. Başqa Qeyd etmək la­zım­dır ki, istehsalçının dilerə əmtəə satmaqdan imtina et­mək, yaxud da onun mənafeyinə qəsd etmək hüququ yoxdur.
    Satıcıların öz rəqiblərini sıxışdırmaq üçün əmtəələrin istehsal xərclərindən aşağı qiymətə satmağa səlahiyyətləri çatmır. 
    Dövlət müəyyən dövrlərdə qiymətlərin səviyyəsi üzərində nəza­rəti həyata keçirir. Elə sahələr də vardır ki, onların fəaliyyəti üzərində nəzarət və ya necə deyərlər «dövlət inhisarı» qoyulur. Bunlar əsas eti­barılə kommunal təsərrüfatlarıdır. 
 
2. Qiymətlərin müəyyən edilməsi prinsipləri və dəyişməsinə təsir edən amillər.
 
     Qiymətlərin müəyyən edilməsi ilə əlaqədar məsələlər hamı tərəfindən birmənalı qarşılanmır. Burada bir çox nöqteyi-nəzərlər möv­cuddur. tərəfdən 
    Firmalar ilkin qiymətləri müəyyən etdikdən sonra di­gər amilləri də nəzərə almaqla onu dəyişdirir və bu zaman qiymət­lərin müəyyən edilməsi ilə əlaqədar müxtəlif nöqteiy-nəzərlər meydana çıxır ki, bunlardan da geniş yayılmışları aşağıdakılardır: 1) Yeni isteh­sal olu­nan əmtəələrə qiymət qoyulması; 2) Qiymətlərin əmtəə nomen­kla­tu­ru çərçivəsində müəyyən edilməsi; 3) Əmtəələrə coğrafi prinsip əsasında qiymət qoyulması; 4) Əmtəələrə güzəştli qiymətlərin müəyyən edilməsi; 5) Əmtəələrə satışın stimullaşdırılması üçün qiymət qoyul­ma­sı; 6) Əm­tə­ələrə ayrıseçkilik qaydasında qiymət qoyulması.
    «Yeni əmtəələr» dedikdə möv­cud əmtəələrin yaxşılaşdırılmış variantları nəzərdə tutulur.
    Yenilikçilik istehsalçıdan çox böyük məsuliyyət və risk tələb edir. Çünki yeni əmtəələr istehlakçıların xoşuna gəlmədikdə reallaş­dı­rıl­mamış  qalır və firma böyük məbləğdə zərər çəkir. Aparılmış tədqi­qat­lar göstərir ki, yeni əmtəələrin istehlak malları bazarında 40%-i, səna­ye təyinatlı əmtəələr bazarında 20%-i, xidmətlər bazarında isə təqri­bən 18%-i uğursuzluqla nəticələnir. Geniş istehlak mallarının uğur­suzluğu daha acınacaqlı nəticələrə gətirib çıxarır. Ona görə yeni əmtəələrin istehsalına başlamazdan əvvəl istehsalçı, necə deyərlər, düşünüb-daşınmalı, yüz ölçüb bir biçməlidir ki, sonra peşimanlıq çək­məsin. Yeni əmtəələrin uğursuzluğa düçar olmasının isə bir neçə səbəbi vardır. Bunlar ondan ibarətdir ki, bəzən ideyanın özlüyündə yaxşı olma­sına baxmaya­raq bazarın tutumu düzgün qiymətləndirilmir, əmtəənin mövqeyi ba­zarda düzgün müəyyən edilmir, pis reklam­laşdırılır, yeni əmtəələrin işlənib hazırlanmasına nəzərdə tutul­duğundan qat-qat çox xərc çəkilir, rəqiblərin cavab zərbəsi göz­lənildiyindən güclü olur və s. 
    Firmaların qiymətqoyma probleminə yanaşmaları əmtəələrin həyat dövrünün mərhələlərə bölünməsi ilə sıx surətdə bağlıdır. Əmtəə­lərin bazara çıxarılması mərhələsi daha məsuliyyətli hesab olunur və qarşıya ciddi tələblər qoyulur. Ona görə də həqiqətən yeni olan əmtəə­lərə qiymət qoyulmasını bir-birindən fərqləndirmək lazım­dır. Yeni əm­təə­ləri bazara çıxaran firmalar iki strategiya ilə üzləşir və bunlardan birini seçməlidirlər. Bunlardan biri obrazlı ifadə ilə desək «qaymağın yığılması», digəri isə «bazara əsaslı surətdə daxil olmaq və öz mövqe­yini qoruyub saxlamaq» strategiyasıdır.
    Birinci strategiyanın mahiyyəti ondan ibarətdir ki, yeni əmtəə istehsal edən firmalar ilk vaxtlar həmin əmtəəyə yüksək qiymət qoyur və bununla da daha çox mənfəət əldə etməyə cəhd göstərirlər. Burada məqsəd ondan ibarətdir ki, yeni malları bazarın bütün seqmentləri deyil, yalnız bəzi seqmentləri qəbul edə bilsin. Firmalar bir müddətdən sonra qiymətləri aşağı salmaqla özlərinə daha çox müştəri cəlb edirlər. Çünki qiymətlərin aşağı salınması firmaların guya öz mənfəətlərinin bir hissəsindən imtina etməklə adamlarda onların qayğısına qalmaq psixo­logiyası aşılayır. Belə hərəkət edən firmalar bununla da bazarın ən yük­sək maliyyə «qaymağı»nı götürürlər. 
    Bazara əsaslı surətdə daxil olmaq, necə deyərlər ona «yiyə­lənmək» strategiyasının mahiyyəti ondan ibarətdir ki, bəzi firmalar öz əmtəələrinə rəqiblərinə nisbətən aşağı qiymət qoyurlar. Əmtəələrə aşağı qiymət qoyulması bazarın böyük bir hissəsini ələ keçirməyə, istehsal xərclərini aşağı salmağa və deməli, tədriclə qiymətləri ucuzlaşdırmağa imkan verir. Bundan başqa bazar çox həssas olduğuna və ucuz qiymət onun genişlənməsinə şərait yaratdığına, görə aşağı qiymətlərin müəyyən edilməsi qanunauyğun sayıla bilər.
    Məhsul, əmtəə nomenklaturunun tərkib hissəsi olduqda qiy­mətin müəyyən edilməsinə yanaşma metodu dəyişir. Bu zaman firmalar yüksək mənfəət əldə edilməsinə imkan verən qiymət sistemi işləyib ha­zırlamağa çalışırlar. Müxtəlif əmtəələr tələbat və xərc nöqteyi-nə­zərin­dən bir-biri ilə qarşılıqlı əlaqədə olduqlarına və rəqabətlə qar­şılaşdıq­la­rına görə qiymətlərin müəyyən edilməsi olduqca çətindir. Bununla əla­qədar olaraq aşağıdakı halları nəzərdən keçirək.
    Məlum olduğu kimi, hər bir firma bütöv əmtəə çeşidi yaradır. Eyni bir əmtəə çeşidi hazırlandıqdan və satışa buraxıldıqdan sonra bunun təkmilləşdirilməsi prosesi başlanır və hər sonrakı modelin qiy­mə­ti əvvəlkindən kəskin surətdə fərqlənir. Məhz bunlara əsasən isteh­lakçılarda əmtəənin sonrakı modelinin yüksək keyfiyyətə malik olması barədə təsəvvür yaranır.
    Firmaların əksəriyyəti əsas məhsullarla yanaşı, əlavə və ya yar­dımçı məhsullar da istehsal edirlər. Ona görə də firmalar həm də əlavə məhsulların qiymətlərini müəyyən etməlidirlər. Bu isə çox mürək­kəb məsələdir. Çünki belə məhsulların qiymətləri bir qayda olaraq yüksək olur və alıcıların tədiyə qabiliyyətinə uyğun gəlmir.
    Sənayenin bəzi sahələrində elə ləvazimatlar da buraxılır ki, bunlar olmadan əsas məhsullardan istifadə etmək mümkün deyildir. Belə məcburi ləvazimatlara üzqırxan üçün ülgüclər misal ola bilər. Çox vaxt əsas məhsulların istehsalçıları onlara aşağı qiymət, məcburi ləva­zi­matlara isə yüksək qiymət qoyurlar. Aydın məsələdir ki, məcburi ləva­zimatlar olmadan əsas məhsuldan istifadə edilməsi qeyri-müm­kündür. Eyni sözləri «Kodak» firmasının fotoaparatları haqqın­da da demək olar. Belə ki, firma fotoaparatlar üçün aşağı, plyonka üçün yuxarı qiy­mət qoyur və bu yolla daha çox mənfəət əldə edir. 
    Qiymətlər coğrafi prinsip üzrə də müəyyən olunur. Bu, o de­məkdir ki, firma ölkənin müxtəlif regionlarından olan istehlakçılar üçün müxtəlif qiymətlər müəyyən edilməsinə dair qərarlar qəbul edir. Çünki əmtəələrin uzaqda yerləşən istehlakçıya çatdırılması ilə əlaqədar olan tədavül xərcləri yaxın məsafələrə çatdırılması ilə əlaqədar olan tədavül xərclərindən çox olur. Ona görə də əmtəənin istehsal xərcləri eyni olduğu şəraitdə tədavül xərcləri müxtəlif oluduğu üçün uzaq əra­zi­lərdə yerləşən istehlakçılara satılan əmtəələrə qanunauyğun surət­də yüksək qiymət qoyulur və bu, müştərilərin itirilməsinə gətirib çıxar­mır. 
    Əmtəələrə bölgə qiymətləri də müəyyən edilir.Bu vaxt, fir­ma iki, yaxud da bir neçə bölgəyə mal göndərməyi və oradakı ba­zar­da «məskunlaşmağı» qarşısına məqsəd qoyur. Hər hansı eyni bir bölgə­nin hüdudlarında yaşayan istehlakçılar və sifarişçilər əmtəələri eyni qiymət­lə satın alırlar. göstərir. 
    Qiymətqoymada istifadə olunan metodlardan biri də qiymətin bazis məntəqəsi nəzərə alınmaqla müəyyən edilməsidir. Bunun mahiy­yəti ondan ibarətdir ki, hər hansı bir şəhər bazis kimi qəbul edilir və gön­dəriş yerindən asılı olmayaraq bütün sifarişçilər üçün nəqliyyat xərc­ləri eyni məbləğdə – bazis məntəqəsi üzrə olan məbləğ qədər olur. 
    Alıcı və ya satıcı daşınma xərclərini öz üzərlərinə götürməklə qiymətqoyma metodundan da istifadə edirlər. Bunun mahiyyəti ondan ibarətdir ki, satıcı və ya alıcı daha çox sifariş daxil olmasını təmin et­mək üçün əmtəələrin daşınması ilə əlaqədar olan xərclərin bir hissəsini və ya onu tamamilə öz öhdəsinə götürür. Firmalar bu metoddan başlıca olaraq yeni bazarlara girmək, habelə rəqabətin kəskinləşdiyi bazar­larda özlərinin mövqelərini qoruyub saxlamaq üçün istifadə edirlər.
    Alıcı daha çox əmtəə satın aldığı hallarda da ona müəyyən güzəşt­lər edilir. Buna iqtisadi ədəbiyyatda miq­dara görə güzəşt deyilir. 
    Istehlakçılar üçün mövsümi güzəştlər də edilir. Möv­sümi gü­zəşt­lər, mövsümdən kənar bazarlıq edən alıcılar üçün qiymətin aşağı salınması deməkdir. Bu güzəştlər istehsalın səviyyəsini il ərzində nis­bətən sabit saxlamaq üçün satıcıda stimul yaradır. Mövsümi güzəştlərə ən çox təyyarə, avtobus və qatarlarla sərnişindaşıma biletlərinin qiy­mət­lərinin ilin fəsillərindən asılı olaraq aşağı salınmasında istifadə olu­nur. Bu üsul uzunmüddətli istifadə üçün nəzərdə tutulan əmtəələrə daha çox aid edilir.
    Firmalar konkret şəraitdən asılı olaraq öz əmtəələri­nin qiymət­lərini onun istehsalına çəkilən xərcdən aşağı da müəyyənləşdi­rirlər. Bu zaman qarşıya satışın stimullaşdırılması vəzifəsi qoyulur və bu müxtəlif formalarda olur. Bunlardan bəzilərini nəzərdən keçirək. Univermaqlar və univer­samlar alıcıları özlərinə cəlb etmək məqsədilə, məsələn, hər il yanvar ayında qış satışı, may ayında yaz satışı, sentyabr ayında payız satışı təşkil edir, istehsalçılar dilerlərdən mal alan istehlakçılara nəqd güzəşt­lər edirlər. 
    Firmalar xüsusi qiymət sistemi və qiymətqoyma strategiyası işləyib hazırlamalarına baxmayaraq, həm də qiymətləri vaxtaşırı aşağı salır və ya qaldırırlar. 
    Firmaların qiymətləri aşağı salmaq qərarına gəlmələri bir sıra səbəblərlə əlaqədardır. Bunlar istehsal güclərinin tam yüklənməməsi, şid­dətli qiymət rəqabətinin təsiri ilə bazar payının azalması, ucuz qiy­mətlər hesabına bazarda hakim mövqe tutmaq uğrunda gedən rəqabət və s. ibarətdir. Bunlara uyğun olaraq firmalar öz dövriyyələrini artırmağa, istehsal etdikləri məhsulların qiymətlərini aşağı salmağa, isteh­sa­lın həcminin genişləndirilməsi hesabına xərclərin azaldılmasını tə­min edə bilən bazar payına sahib olmaq niyyəti ilə qiymətləri hamı­dan tez aşağı salmağa çalışırlar.
    Firmalar qiymətləri təşəbbüskarlıqla aşağı saldıqları kimi, onu təşəbbüskarlıqla qaldırmağa da səy göstərirlər və buna, demək olar ki, məcburdurlar. Bunun isə səbəbləri olduqca müxtəlifdir. Bunlardan biri xərclərin artması ilə əlaqədar olan ümumdünya inflyasiyasıdır
    Qiymətlərin qaldırılmasına təsir göstərən səbəblərdən biri də həmin məhsula olan tələbin artmasıdır. Qiymətləri, həmçinin güzəştləri ləğv etmək, çeşidi əmtəənin bahalı variantları ilə əvəz etməklə ya gizli, yaxud da açıq-aşkar da yüksəltmək olar. 
    Qiymətlərin dəyişməsinə istehlakçılar və rəqiblər də biganə qalmır, onlar da öz münasibətlərini bildirirlər. Buna onlar bir qayda ola­raq satıcıların sayı azaldıqda və onların əmtəələri bir-birinə oxşadıq­da, alıcılar isə bundan yetərincə xəbərdar olduqda reaksiya verirlər bu əmtəənin nə kimi əhəmiyyət kəsb etməsi ilə əlaqədar prob­lemləri öyrənməli, rə­qi­bin niyyətini, lazım gəldikdə isə işə sala biləcəyi ehtiyat mənbələrini aş­kara çıxarmalıdır. Bütün bunlar firmaya bazarda öz mövqeyini nəinki qoruyub saxlamağa, həm də onu daha da möh­kəm­ləndirməyə imkan verir.
 
1.     Qiymət sistemi. Qiymətin növləri.
 
    İqtisadiyyatda fəaliyyət göstərən  bütün qiymətlər qarşılıqlı əlaqədə olub, müxtəlif bazar  amillərinin təsiri altında  daim inkişafda olan sistemi əmələ gətirir. Bu sistem sıx, qarşılıqlı əlaqədə, fəaliyyətdə olan ayrı- ayrı bloklardan ( topdansatış qiymətləri, satınalma qiyçətləri, pərakəndəsatış qiymətləri və s.) ibarətdir.
    Verilən sistemi əsas bloklarının  birində qiymətin dəyişməsi tez bir surətdə  digər bloklara da ötürülür. 
    Bütün qiymət sistemində sənayenin baza sahələrinin məhsullarının qiymətləri əsas rol oynayır. Onlara yanacaq energetika( kömür, neft, qaz, elektrik  enerjisi) , metallurgiya sahələri aiddir. 
    Qiymət sistemini təşkil edən qiymət növləri aşağıdakı əlamətlərinə görə təsrifləndirilirlər:
    a) xidmət etdiyi iqtisadi dövriyyənin  xarakterinə görə;
    b) franko növlərinə görə;                                             
    v) fəaliyyət müddətinə görə;
    q) ərazi əlamətlərinə görə;
    ğ) təsbit olunması  qaydalarına görə.
    Xidmət etdiyi  iqtisadi dövriyyənin xarakterinə görə  qiymətlər aşağıdakı  növlərə bölünür:
    Sənaye məhsullarına görə topdansatış qiymətləri;
    Tikinti  məhsullarının qiymətləri;
    Yük və sərnişin  nəqliyyatı tarifləri;
    Pərakəndəsatış qiymətləri;
    Kənd təsərrüfatı məhsullarının satınalma qiymətləri;
    əhaliyə pullu xidmətə olan tariflər.
    Sənaye məhsullarının topdansatış qiymətləri öz növbəsində iki  yarımnövə6 müəssisənin topdansatış qiymətinə və sənayenin topdansatış  qiymətlərinə bölünür.
    Müəssisənin topdansatış  qiymətlərinin tərkibi aşağıdakı növlərə bölünür:
1.     xərclər( maya dəyəri)
2.     mənfəət
3.     qiymətə əlavələr( güzəştlər)
4.     əlavə dəyər vergisi.
    Müəssisənin topdansatış qiyməti – məhsul istehsalçılarının  istehsal etdikləri məhsulu  istehlakçılara digər müəssisə və təşkilatlara satdıqları qiymətlərdir.
    Sənayenin topdansatış ( buraxılış) qiymətləri istehlakçı  müəssisələrin  və yaxud satış ( topdansatış) təşkilatlarının məhsullarına görə ödədikləri qiymətlərdir.
    Sənaye topdansatış ( buraxılış) qiymətinin tərkibi aşağıdakı kimidir:
    1. Müəssisənin topdansatış  qiyməti
    2. Təchizat- satış əlavələri( güzəştləri)
    a) təchizat- satış və yaxud topdansatış müəssisələrinin  xərcləri;
    b) təchizat- satış və yaxud topdansatış müəssisələrinin mənfəəti;
    3. Aksiz
    4. Əlavə dəyər vergisi( ƏDV)
    Pərakəndəsatış qiymətləri qiymətlərin əmələ gəlməsi prosesinin son mərhələsinin nəticələri və xalq istehlakı  məhsullarının faktiki satış qiymətləridir. Bu qiymətlərlə satılan məhsullar birbaşa istehlak sferasına  daxil olur. Pərakəndəsatış qiyməti  kəmiyyətcə sənaye  topdansatış ( buraxılış) qiyməti ilə ticarət əlavələrinin ( güzəştlərinin) cəmindən ibarətdir.
    Qiymətlərin  frankolaşdırılması dedikdə, məhsulun istehsalçılardan  istehlakçılara  çatdırılması  xərclərinin qiymətlərdə uçotu qaydaları başa düşülür. Franko növlərinə aşağıdakı qiymət  növləri  fərqləndirilir:
    1. Franko anbar istehsalçı( malgöndərən) və ya istehsal yerində FOB qiyməti. Bu qiymət növünün tətbiqi zamanı məhsulun göndərilməsi  xərcləri qiymətlərə daxil edilməyərək istehlakçı tərəfindən ödənilir.
    2. Franko vaqon  göndərmə stansiyası. Onun tətbiqi zamanı  məhsulun göndərmə stansiyasına  çatdırılması xərcləri qiymətlərə  daxil edilir, qalan xərclər istehlakçı tərəfindən ödənilir.
    3. Franko vaqon təyinat stansiyası.
    4. Franko anbar – istehlakçı.  Bu qiymət növünün tətbiqi zamanı bütün  tədavül xərcləri qiymət elementinə  çevrilirlər. 
    Fəaliyyət müddətlərinə görə qiymətlərin aşağıdakı  növləri  fərqləndirilir:
    Sabit qiymətlər müəyyən müqavilə  üzrə  məhsul göndərişi  müddətində  dəyişmirlər.
    Cari qiymətlər müəyyən vaxt dövründə məhsul göndərişinin  həyata keçirildiyi  qiymətlərdir.
    Onlar bir müqavilənin yerinə yetirilməsi  müddətində bazar  konyukturasından  asılı olaraq  dəyişə bilərlər.
    Sürüşkən qiymətlər uzunmüddətli istehsal dövrünə  malik olan məhsullarla ticarət  sövdələşmələrində  müəyyən edilir.
    Mövsümi qiymətlər müəyyən vaxt dövründə  fəaliyyət göstərirlər.
    Mərhələli qiymətlər əvvəlcədən müəyyən edilmiş  şkala üzrə  məhsulların ardıcıl  aşağı salınan qiymətləridir.
    Müəyyən edilməsi qaydalarına  görə aşağıdakı qiymət  növləri  təsnifləşdirilir:
    1. Təsbit edilən qiymətlər dövlət tərəfindən təyin olunurlar.
    2. Müqavilə qiymətləri tərəflərin razılığı ilə müəyyən edilirlər.
    3. Tənzimlənən qiymətlər dövlət tərəfindən müəyyən təsir  göstərilməklə tələb və təklif  nisbətləri əsasında formalaşırlar.
    4. Sərbəst qiymətlər bazarda tələb və təklifin  təsiri altında formalaşırlar. Dövlət bu qiymətlərin dəyişilməsinə yalnız bazar  konyukturasına təsir  etməklə nail ola bilər. 
    Qiymət sistemini mühüm  tərkib elementlərindən biri də  dünya bazar qiymətləridir. Dünya bazarında xarici ticarət  fəaliyyətini həyata keçirərkən  aşağıdakı əsas qiymət növlərini  fərqləndirrlər:
    1. FAS və ya FOB ixrac qiymətləri. Bu qiymətlər  üzrə ixracatcı firma idxalçıya əmtəəni gəmiyə qədər  nəqliyyat xərclərini  daxil etməklə FAS qiymətinə, ya da gəmiyə yükləmə  xərclərini daxil etməklə FOB qiymətinə satır.
    2. SİF idxal qiymətləri  özündə FOB qiymətindən əlavə  yüklərin  idxalçı və ya ixracatçı ölkələrin  sərhədlərinə qədər  daşınması və sığorta  xərclərini birləşdirir.
    3. Kontrakt qiymətləri tərəflərin razılığına görə  bir qayda olaraq  dövlətlərarası və ya hökumətlərarası  ticarət müqavilələri əsasında müəyyən edilir.
    4. Birjada təyin edilən qiymətlər.
    5. İri firmaların təklif  qiymətləri və faktiki sövdələşmə  qiymətləri.
    6. Beynəlxalq sövdələşmələrdə  iştirak edən  ölkələrin daxili  topdansatış qiymətləri.
 
4.Qiymətin dövlət tətəfindən tənzimlənməsi.
 
    Konkret təsərrüfat quruluşundan ( konyukturasından)  asılı olara q qiymətlərin tənzimlənməsi  mahiyyət etibarı ilə böhrana ( durğunluğa) qarşı və ya   inflyasiyaya qarşı  xarakterli ola bilər.
    Qiymətlərin əmələ  gəlməsi prosesində yaranma sferası və təsir mexanizmi  nöqteyi nəzərdən  qiymətlərin tənzimlənçəsinin  aşağıdakı bir neçə  formasını ayırmaq olar:
    - əmtəələrin istehsalı və tədavülü sferasında  dövlətin birbaşa iştirakı ilə  qiymətlərin tənzimlənməsi;
    - antiinhisar  qanunvericiliyi ilə tənzimləmə;
    - gəlirin tənzimlənməsi siyasəit ilə;
    - pul tədavülü sferası  vasitəsilə təsərrüfat  konyukturasının  yənzimlənməsi ilə.
    Dövlətin qiymətin əmələ gəlməsi prosesinə təsiri qiymətlərin tənzimlənməsinin birbaşa  və dolayı metodların  üzvi əlaqəsi ilə reallaşır.  Bu  metodların ölkələr və ayrı- ayrı  dövlətlər üzrə nisbətləri  müxtəlifdir. 
    Qiymətlərin birbaşa tənzimlənməsi başlıca olaraq ictimai istifadə ( istehlak) sahələrində ( elektroenergetika, nəqliyyat, rabitə, su təchizatı və s.) tətbiq olunur. Bu sahələrdə qiymət və tariflər adətən inhisarlarla münasibətdə aşağı və ya yüksək  mənfəət  normaları əsasında müəyyən olunur. 
    Qiymətlərin dövlət tənzimlənməsi  inhisarların marağına  və onların dünya bazarında  konkret mövqelərinə, ümumən  ölkənin   tələbatına cavab  verə bilən  iqtisadiyyatın  yüksək inkişaf  sürətinin və struktur  irəliləyişlərin stimullaşdırılması üçün  tətbiq edilir.
    Qiymətlərin tənzimlənməsinin  dolayı metodları  qiymətlərin özünə deyil,  qiymətlərin əmələ gəlməsi ilə bağlı olan amillərə təsir dairəsinədə ortaya çıxır. Buna misal olaraq, pul vəsaitlərinin  emissiyası sa daxil olmaqla, vergi, kredit  və valyuta siyasətinin  köməyi ilə  məcmu tələbin  tənzimlənməsini göstərmək olar.  Belə tədbirlər  nəticəsində  bir çox sahələrdə istehlak və məşğulluqla bağlı məsələlər stimullaşdırılır ki,  bu da öz növbəsində  istehlak  malları  bazarına və əhalinin tədiyə qabiliyyətli  tələbinin həcminə təsir göstərir.
    İnkişaf etmiş bazar iqtisadiyyatı  şəraitində olan ölkələrin təcrübəsi qiymətlərin dövlət tənzimlənməsinin iki üsulunun mövcudluğunu göstərir: iqtisadi və inzibati. Tənzimlənmənin iqtisadi  üsulu daha üstündür və dövlət orqanlarının vergi, maliyyə büdcə, kredit, valyuta, gömrük siyasəti vasitəsilə  həyata keçirilir. Qiymətlərin  dövlət tərəfindən  tənzimlənməsi bazar  mexanizminin  fəaliyyətini pozmur, qiymətin iqtisadi əsaslandırılmasını və  onların dünya bazar qiymətləri ilə əlaqəsini saxlayır.
    Bazar şəraitində  qiymətlərin inzibati üsullarla  tənzimlənməsi isə fövqəladə hallarda, iqtisadiyyatın  böhran keçirdiy,  sürətli inflyasiya, təsərrüfat kompleksinin bütün sahələrində  tənəzzül baş  verdiyi şəraitdə dövlət üçün strateji əhəmiyyət kəsb edən ayrı- ayrı malların, digər məhsulların qiymətlərinin  sürətli artımından əhalini  sosial- müdagiə etmək  məqsədilə  də həyata keçirilə bilər.Bu halda  hökumət özü inzibati qaydada istehlak səbətinə daxil olan  ilkin tələbat mallarının qiymətini  müəyyənləşdirir və dəyişdirir. 
    Qiymətlərin iqtisadi üsullarla  tənzimlənməsinə gəldikdə isə qetd  edilməlidir ki, bu dövlət  büdcəsinin mənafeyinin ayrı- ayrı əmtəə istehsalçılarının, ən vacibi isə son  istehlakçıların, vergi ödəyən adi  vətəndaşların  mənafeyi ilə üst- üstə  düşməsinə təmin  edən  vergi siyasəti  vasitəsilə həyata keçirilir.
    Dolayı metodların  köməyi ilə dövlət  tələb və təklif arasında  tarazlığın əldə edilməsinə və saxlanmasına,. Bununla da bütün iqtisadiyyat  miqyasında  qiymətlərin uyğun və tədricən  artımına nail olmağa  çalışır.
    İnkişaf etmiş ölkələrdə  qiymətin tənzimlənməsinin  dolayı metodlarına,  dövlət tərəfindən  torpaq rentasının , uçot dərəcələrinin, əmək haqqının( əgər qiymətlərin birbaşa tənzimlənməsi ilə  əlaqədar deyilsə), eləcə də qiymətlərin  əmələ gəlməsinə təsir göstərən  digər amillərin  tənzimlənməsinə yönəldilmiş  fəaliyyətlər  də aid edilir. 
    Son illərdə qiymətlərin dolayı  metodlarla tənzimlənməsi təcrübəsi  öz mahiyyətini  itirməkdədir. Bu, hər şeydən əvvəl  onunla əlaqədardır ki,  müasir bazar inhisar tənzimlənməsi  ilə yüksək  dərəcədə bağlıdır və onunla  məhdudlaşır. Bu vəziyyət inkişaf etmiş  ölkələrə də xasdır.
 
Mövzu 12. Aqrar münasibətlər(4 saat )
Plan
 
    1.Aqrar münasibətlər və onun xarakterik xüsusiyyətləri.Torpaq istehsalın başlıca amilidir.
    2.Aqrar- sənaye kompleksi və inteqrasiyası.
    3.Torpaq rentası və onun formaları.
    4.İcarə haqqı və torpağın qiyməti.
 
1.Aqrar münasibətlər və onun xarakterik xüsusiyyətləri. Torpaq istehsalın başlıca amilidir. 
 
    Torpaqdan iqtisadiyyatın bütün sahələrində istifadə olu­nur və o, özünün sərvətləri, meşələri, suları ilə birlikdə istehsal pro­sesinin maddi ilkin şərtini və təbii əsasını təşkil edir. Lakin iqti­sadiy­ya­tın ayrı-ayrı sahələrində torpaq eyni əhəmiyyətə malik deyildir. Belə ki, torpaq sənayedə (hasilat sənayesi istisna olmaqla) və ticarətdə müəssi­sə­lə­rin, obyektlərin yerləşdirilməsi üçün məkan, tikintidə bina­ların inşa olunması, nəqliyytda şose və dəmir yollarının çəkilməsi üçün ərazi ro­lunu oynayır və bu sahələr üçün onun mün­bitliyinin heç bir əhə­miyyəti yoxdur. Kənd təsərrüfatında isə torpaq məhsul istehsalının əvə­zolun­maz təbii-iqtisadi amilidir və onun münbitliyinin müstəsna əhə­miy­yəti vardır. Başqa sözlə, torpaq olmadan kənd təsərrüfatı məhsullarını is­teh­sal et­mək mümkün deyildir. Həm də bunun üçün hər cür torpaq de­yil, mün­bit torpaqlar olmalıdır.
    Torpaq iqtisadiyyatın ən mühüm sahələrindən biri olan kənd tə­sərrüfatında oynadığı rola görə istehsalın başlıca təbii-iqtisadi amili ol­maqla, həm də investisiya əmtəələrinə aid edilə bilər. Çünki insanlar bir tə­rəfdən, məhsul istehsal etmək üçün torpağı əkib – becərməklə öz əmək­­ləri ilə ona təsir göstərir, digər tərəfdən isə istehsal prosesində on­dan vasitə kimi istifadə olunur. Lakin torpağın insanların özləri tərə­fin­dən yaradılan investisiya əmtəələrindən–binalardan, maşınlardan, ava­­­dan­lıqlardan və s. – fərqləndirən  bir sıra xüsüsiyyətləri  vardır.
    Əvvəla, qeyd etmək lazımdır ki, torpaq təbiətin məhsuludur, yer kürəsində onun hüdudu  məhduddur, süni  surətdə yaradıla və de­məli artırıla bilməz. Insanlar öz əməkləri ilə yalnız onun təbii xas­sələrini dəyişdirə və zənginləşdirə bilərlər. Digər investisiya əmtəələrini isə istənilən qədər artırmaq mümkündür. Ikinçisi, insanların  özləri tərə­findən yaradılan investisiya əmtəələri, yəni istehsal olunan maşın və ava­danlıqlar, yetişdirilən heyvanlar və çoxillik əkmələr istehsal pro­sesində istifadə olunduqça aşınır, köhnəlir və müəyyən  müddətdən son­ra təkmilləşdirilmiş, mütərəqqi və yüksək  məhsuldarlıqlı "nüsxələrlə", yaxud da tamamilə yeniləri ilə əvəz olunur. Torpağı isə heç bir şeylə əvəz etmək olmaz, başqa sözlə, onun əvəzediçisi yoxdur. Üçünçüsü, tor­paq sahələri keyfiyyətlərinə, birinçi növbədə münbitliklərinə körə  bir–birilərindən fərqlənirlər. Bu isə öz növbəsində torpaq sahəsi vahidinə bərabər məbləğdə sərf olunan vəsaitin müqabilində  müxtəlif  miqdarda  məhsul əldə edilməsinə və deməli, gəlirliliyin qeyri-bərabər olmasına gə­ti­rib çıxarır. Insanlar öz əməkləri ilə bu fərqi ya azalda, ya da dərin­ləş­dirə bilərlər. Dördünçüsü, torpaqdan düzgün istifadə  olunduq­da onda­kı kimyəvi birləşmələrin miqdarı və onun münbitliyi artır, düz­gün be­cə­rildikdə  faydalı xassələri qorunub saxlanır, sahənin özü və fiziki vəziy­yə­ti  yaxşılaşır, məhsuldarlığı yüksəlir. Beşinçisi, torpaq sa­həsi müəyyən ölçüyə malikdir, daimi məkanda yerləşir. Digər inves­tisiya əmtəələrini isə istənilən vaxt bir yerdən başqa yerə aparmaq, yəni yerini dəyiş­dir­mək, artırmaq, genişləndirmək mümkündür. Altıncısı, tor­paq təbiətin məh­sulu olduğuna görə ondan istifadə olunarkən amor­tizasiya ayırma­ları hesablanmır və deməli, o, istehsal xərçlərinin for­malaşmasında iştirak etmir.
    Torpağın başlıça xüsusiyyətlərindən biri onun münbitliyidir. Hər şeydən əvvəl torpağın qida maddələrinin miqdarı, onların bitkilər üçün faydalılığı, fiziki, mexaniki xassələri ilə müəyyən olunan təbii mün­bitliyini qeyd etmək lazımdır. Torpaq sahələri təbii münbitliyə görə bir-birindən kəskin surətdə fərqlənir. Lakin torpağın dəyərliliyi təkçə onun təbii münbitliyi ilə müəyyən edilmir. Insanların özləri tərəfindən tor­pağın münbitliyi artırıla bilər ki, buna da süni münbitlik deyilir. De­məli, aqrokimyanın, meliorasiyanın, bir sözlə, elmi-texniki tərəqqinin tə­siri ilə torpağın süni münbitliyi daim dəyişir. Torpağın təbii mün­bit­li­yi ilə süni münbitliyi ikisi birlikdə onun iqtisadi munbitliyini əmələ gə­ti­rir. Torpağın iqtisadi munbitliyinin formalaşmasında mexanikləşdir­mə va­si­tələri başlıça rol oynayırlar. Tarixdən məlumdur ki, torpağı xış­la 12 sm, ata qoşulan kotanla isə 16 sm dərinlikdə şumlamaq mümkün ol­muş­dur. Bu, o deməkdir ki, torpağın təbii münbitliyindən qismən isti­fadə edilmişdir. Çünki torpağın üst qatı şumlanır, o, həddən çox xır­dalanır, ondakı qida maddələrinin ehtiyatı kəskin surətdə azalırdı. Tor­pağın traktorla şumlanması isə onun dərinliyini 25-30 sm-ə çatdır­mağa imkan vermiş və bu da öz növbəsində onun təbii münbit­liyindən istifa­də­nin yaxşılaşdırılmasına səbəb olmuşdur. Hazırda xüsusi texniki vasi­tələrdən istifadə olunması torpağın külək və su eroziyala­rın­dan qo­run­masında, kol-kos basmış sahələrin təmizlənməsi və yararlı hala salın­ma­sında, meliorasiya işlərində (torpaqların suvarılması və ya qu­rudul­ması) böyük səmərə verir. Bunun nəticəsidir ki, məhsuldarlığı az olan torpaq sahələrinin münbitliyi artırılır, istifadə olunmayan tor­paq­lar əkin dövriyyəsinə cəlb edilir.
<< 1 / 2 / 34 / 5 / 6 / 7 / 8 / 9 / 10 / 11 / 12 / 13 / 14 / 15 / 16 / 17 / 18 >>
Bölmə: İqtisadiyyat | Əlavə edildi: azerhero (19.11.2013) | Müəllif: R.C E W
Baxış: 900 | Reytinq: 5.0/1
Bütün rəylər: 0
omForm">
avatar

Kitablar — zamanın dalğaları ilə səyahət edən və nəsildən-nəslə öz qiymətli yükünü ehtiyatla aparan fikir gəmiləridir.

- Frensis Bekon

Son 90 gün ərzində kitab oxumamaqdan daha pisi kitab oxumadığına görə narahat olmamaqdır.

- Cim Ron

Kitabları yandırmaqdan daha pis şey onları oxumamaqdır.

- Rey Bredberi

Yaxşı kitab aysberqə oxşayır, onun yeddi-səkkiz hissəsi suyun altında gizlənib.

- Ernest Heminquey

Kitablarım mənə çatacaq qədər böyük bir krallıqdır.

- Shakespeare

Mən, kitablarımı yaratmadan əvvəl, kitablarım məni yaratdılar.

- Montaigne

Kitabsız yaşamaq; kor, kar, dilsiz yaşamaqdır.

- Seneca

Bu günün gərçək universiteti, bir kitabxanadır.

- Carlyle

Kitab, tək ölümsüzlükdür.

- Rufus Choate

Exlaqa uyğun ya da zidd kitab deyə bir şey yoxdur. Kitablar ya yaxşı yazılmışdır, ya da pis. Hamısı bu qədər!

- Oscar Wilde

Ümidlə açılıb qazancla bağlanan bir kitab, yaxşı bir kitabdır.

- Alcott

Kitablar, itmiş başların abidələridir.

- Sir William Dave

Kitablar, heç solmayacaq bitkilərdir.

- Herrick

Kitab heç aldatmayan bir yoldaşdır.

- Guilbert De Pixrecourt

Axmaqlarla oturub-durmaqdansa , kitabla tənha oturmaq yaxşıdır.

- Qasım bəy Zakir

İnsan güc ilə yox, mütaliə etməklə ağıllanır.

- C.Bruno

Az bildiyini başa düşmək üçün çoxlu oxumaq lazımdır.

- Mişel Monten

Kitablar özünüzə və başqalarına hörmət etməyi öyrədəcək, ürəyi və ağlı, dünya və insanlıq sevgisiylə dolduracaq.

- Maksim Gorki

Kitab həyatın ən uzaq və qaranlıq yollarında insana işıq bəxş edən əfsanəvi çıraqdır

- A.M.Upit

BAKI QIZLAR UNİVERSİTETİ
1992-ci ildə təsis edilən və həmin vaxtdan da fəaliyyətə başlayan Bakı Qızlar Universitetinin (əvəllər Bakı Ali Pedaqoji Qızlar Seminariyası adlanırdı) yaradılmasında məqsəd respublikada qadın pedaqoji kadrlar yetişdirmək, onların intellektual səviyyəsini yüksəltmək və gənc qızları ailə həyatına hazırlamaqdan ibarətdir. Hazırda universitetdə "Sosial pedaqoji” və "Filologiya-tarix” fakültələri fəaliyyət göstərir. "Sosial pedaqoji” fakültədə "Təhsildə sosial-psixoloji xidmət”, "Psixologiya”, "Coğrafiya müəllimliyi”, "ibtidai sinif müəllimliyi”, "Məktəbəqədər təlim və tərbiyə”, "Riyaziyyat və informatika müəllimliyi”, "Filologiya-tarix” fakültəsində isə "Xarici dil (ingilis) müəllimliyi”, "Azərbaycan dili və ədəbiyyat müəllimliyi”, "Tarix müəllimliyi”, "Jurnalistika” üzrə bakalavr, "İbtidai sinifdə tədrisin metodika və metodologiyası”, "Pedaqogika nəzəriyyəsi və tarixi”, "Azərbaycan ədəbiyyatı”, "Azərbaycan dili”, "Azərbaycanın yeni və ən yeni tarixi” sahəsində magistratura səviyyəsində kadr hazırlığı aparılır.
Bakı Qızlar Universiteti Nazirlər Kabinetinin 1996-cı il fevralın 21-də 21 saylı sərəncamı ilə dövlət qeydiyyata alınmışdır. 2013-cü ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin lisenziya komissiyası BQU-nun çoxilli fəaliyyətinin, onun yüksək maddi-texniki bazasının, infrostrukturunun, təlim-tərbiyə sisteminin Azərbaycan Respublikası təhsil Qanununa Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Ali təhsil Müəssisələrinin fəaliyyətinə xüsusi razılıq (lisenziya verilməsi haqqında qərarına, Azərbaycan Respublikası Təhsil Nazirliyinin sənədlərinə uyğn qurulduğunu, pedaqoji kadrların hazırlanmasında əldə olunmuş nailiyyətlərini nəzərə alaraq universitetin fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsini məqsədəuyğun hesab etmişdir. Eyni zamanda 2013-cü ildə universitet akreditasiyadan keçmişdir. Universitetdə müxtəlif fənnlər üzrə kabinetlər, dörd kopüter otağı, kitabxana, badii yaradıcılıq studiyası, tələbə elmi cəmiyyəti, Tələbə Gənclər təşkilatı, dörd dərnəklər, nəşriyyat, idman zalı, yeməkxana, kadrlar şöbəsi və mühasibatlıq fəaliyyət göstərir.
Learn more