Əsas » Məqalə » İqtisadiyyat

İqtisadi nəzəriyyə-6
<< 1 / 2 / 34 / 5 / 6 / 7 / 8 / 9 / 10 / 11 / 12 / 13 / 14 / 15 / 16 / 17 / 18 >>

    Rəqabət həmçinin istehsalçılarla istehlakçılar arasında təzahür edir. Bunun da məzmunu satıcının alıcı üzərində hökmranlığına, bazarın istehsalçıların inhisarına çevrilməsinə və s. yol verməməkdən ibarətdir.
    Rəqabətin tarixən sadə əmtəə istehsalı şəraitində meydana gəlçəsinə baxmayaraq o, iri maşınlı istehsal şəraitində də iqtisadi inkişafın həlledici amillərindən biri kimi çıxış edir. İri maşınlı istehsal şəraitndə o, təkcə fərdi istehsalçılar arasındakı rəqabət şəklində deyil, həmçinin sahədaxili və sahələrarası rəqabət kimi də çıxış edir. Sahədaxili rəqabət eynitipli fəaliyyət növü ilə məşğul olan təsərrüfat subyektləri arasında, sahələrarası rəqabət isə müxtəlif sahələrə daxil olan, lakin müəyyən məkan daxilində olan bazar subyektlərinin bəhsləşməsi kimi təzahür edir.
    Bazar sisteminə malik bütün ölkələrdə, xüsusilə də keçid dövrünü yaşayan hər bir ölkədə rəqabətin ədalətli aparılması iqtisadi inkişafda əhəmiyyətli rola malikdir. Bu ölkələrdə təsərrüfat subyektləri arasında rəqabət aparmaq ənənəsinin olmaması haqsız rəqabətə gətirib çıxarır ki, bu da nəticədə əsas etibarı ilə istehsalın inkişafını stimullaşdırmaq əvəzinə ona mane olan bir amil kimi çıxış edir.
    Bazar sisteminə malik ölkələrdə ədalətsizliyə yol verməmək üçün " Haqsız rəqabət haqqında” qanun qəbul edilir. Haqsız rəqabət dedikdə, bazar subyektlərinin ədalətsiz üsullarla üstünliük əldə etməyə yönəldilmiş, bununla da digər bazar subyektlərinə( rəqiblərinə), yaxud onların işgüzarlıq nüfuzuna zərər vura bilən fəaliyyəti nəzərdə tutulur.
    Haqsız rəqabətə aşağıdakılar aid edilir: -
    rəqibin təsərrüfatının təqlidi; -
    rəqibin təsərrüfat fəaliyyətinin gözdən salınması; -
    rəqibin təsərrüfat fəaliyyətinə müdaxilə; -
    haqsız sahibkarlıq fəaliyyəti; -
    haqsız işgüzarlıq davranışı; -
    istehlakçıların çaşdırılması.
    Bu halların qanunla qarşısının alınması nəticə etibarı ilə bazar subyektlərinin əsassız üstünlük əldə etmək imkanını aradan qaldırır.
    Rəqabətin əsas üstün cəhətlərindən biri də bütövlükdə cəmiyyət miqyasında biznesi canlandırmaq, stimullaşdırmaq və səmərəliliyini yüksəltməkdir. Xüsusilə iqtisadi inkişafında bazar münasibətlərinə keçidi öz qarşısına məqsəd qoyan hər bir ölkənin iqtisadiyyatı üçün rəqabət mühitinin yaradılması əhəmiyyətli rola malikdir. Keçmiş İttifaqa daxil olan ölkələrdə, o cümlədən Azərbaycanda da bazar münasibətlərinə keçidin müvəffəqiyyətliliyi bazar mühitinin formalaşması ilə, bazar elementlərinin fəaliyyəti ilə müəyyən olunur. Bazar elementlərindən biri də rəqabətin formalaşması xüsusi və azad sahibkarlığın inkişaf etdirilməsi, iqtisadiyyatda dövlətin və istehsalçıların inhisarçı mğvqeyinin aradan qaldırılması ilə müəyyən olunur. Uzun illər inzibati amirlik sistemi şəraitində mövcud olan Azərbaycan iqtisadiyyatını düşdüyü böhranlı vəziyyətdən çıxartmaq üçün keçid dövrünün mühüm problemlərindən biri olan dövlət mülikyyətinin özəlləşdirilməsi yolu ilə mülkiyyətin çoxnövlüyünə və təsərrüfat fəaliyyətinin azadlığına nail olmaqla rəqabətə əlverişli şərait yaradılmalıdır.
2. Rəqabətin tipləri və modelləri.



    Bazar rəqabətdən asılı olaraq iki tipə ayrılır: azad rəqabətli bazar( mükəmməl rəqabət) və qeyri- mükəmməl rəqabət, bu da inhisarçı oliqapolik və onhisarçı rəqabət bazarlarına ayrılır.
    Məhsulların reallaşması şərtlərinə, əsasən onların qiymətlərinə bazarın iştirakçılarının təsir göstərmək imkanları olmadığı bazar rəqabətli olur. Bu cür bazarı azad və ya xalis rəqabətli bazar adlandırırlar. Bazar rəqabətli bazar aşağıdakı əlamətlərlə səciyyələnir: a)
    satıcılar və alıcılar o qədər çoxdur ki, onların heç biri və ya heç bir qrupu bazar proseslərinə, əsasən də qiymətlərə təsir göstərmək qabiliyyətinə malik deyillər; b)
    bütün satıcılar tərəfindən satış üçün əmtəənin fərdi xarakteristikalarını, xüsusi əmtəə nişanları və markalarını əks erdirməyən eyni əmtəə və xidmətlər özünəməxsus, identik standartlaşmış əmtəələr təklif olunur; v)
    bütün alıcılar və satıcılar bazar haqqında tam informasiyaya( qiymət, əmtəə, tələb, təklif və s.) malikdirlər; q)
    satıcılar və alıcılar hər hansı qanunvericilik, malyyə, texnoloji maneələin olmadığı halda bazara azad surətdə daxil olub, onu azad surətdə tərk edə bilirlər; a)
    bütün maddi, maliyyə və digər resurslar tam çevikdir, bazarın iştirakçıları azad surətdə lazım olan resursları istehsala cəlb edə bilirlər. Beləliklə, azad rəqabətli bazarda əsas şərt odur ki, bazarda qiymət praktik olaraq ayrı- ayrı subyektlərin arzu və hərəkətlərindən asılı deyildir, o elə bil öz- özünə " gözəgörünməz əl” ilə tələblə təklifin təsiri ilə formalaşır. Azad rəqabətli bazar müəyyən dərəcədə nəzəri abstraksiyadır, modeldir; bu cür bazar heç vaxt, heç yerdə mövcud olmayıb.
    İqtisadçılar rəqabətin məhdudluğu və ya inhisarlaşdırılma dərəcəsinə görə bazarın bir neçə əsas modellərini fərqləndirilər. Bu modellər aşağıdakılardır: -
    Mükəmməl rəqabətli bazar; -
    İnhisarçı rəqabətli bazar; -
    Oliqapolik bazar; -
    Xalis inhisarçı bazar.
    Bazarın rəqabətli olması istehsalçıların və istehlakçıların hərəkətlərinə təsir göstərən amillərdir. Bazarın rəqabətli olması onun iştirakçılarının realizə olunan əmtəələrin qiymətlərinə hansı dərəcədə təsir göstərə bilməsi ilə müəyyən edilir. Yuxarıda göstərildiyi kimi xalis rəqabət( mükəmməl rəqabət) şəraitində standartlaşdırılmış məhsul istehsal edən, çoxlu sayda xırda firmalar fəaliyyət göstərir və sahəyə daxil olmaq üçün maneə olan hədlərin olmaması və yaxud arzu edilən istənilən firmanın məhsul buraxması imkanının olması mümkün olur.Əksinə, xalis inhisar isə özündə satıcı şəklində yalnız bir firma fərqləndirilməmiş məhsul və sahəyə daxil olmaq yolunda müxtəlif maneələrin olmasını əks etdirir. İnhisarçı rəqabəti yuxarıdakılarla müqayisədə fərqli məhsul istehsal edən( ayaqqabı, geyim) iri firmaların çoxluğu və sahəyə azad daxil olmaqla xarakterizə olunur. Oliqapoliya isə əmtəələrin qiymətlərinə, təklifin həcminə təsir göstərməyə qadir olan iri satıcıların çox olmaması, həmçinin sahəyə daxil olmağın çətinliyi ilə fərqlənir.
    Qeyri- mükəmməl rəqabətli bazarın tam açılışına keçməzdən əvvəl, qeyd etmək lazımdır ki, bu cür təsnifatlaşdırma satıcıların hərəkətləri və sayı əsasında aparılmışdır. Belə ki, alıcıların bazarda hərəkətləri və sayı baxımından monopsoniyanı( bir alıcını inhisarı) fərqləndirmək lazımdır. Bu zaman bazarda bir alıcı, çoxlu sayda alıcı olur( bu hal adi deyildir və buna çox nadir hallarda rast gəlinir). Oliqopsoniya( alıcının inhisarı) bu zaman bazarın şərtlərini dikdə etməyə malik olan bir neçə iri alıcı və çoxlu sayda satıcı ilə rəqabətli bazar olur. Buna görə də azad rəqabətli bazarda iqtisadi resursların daha səmərəli işləyənin xeyrinə yenidən bölgüsü baş verəcək. Bu cür bazarın əsas yaxşı cəhəti bundan ibarətdir.


    Yüksək rəqabətli bazarın zəif cəhətləri də vardır. Bir əmtəənin satıcıların sayının qeyri- məhdudluğu prinsipi, bazarın hər bir iştirakçısının kapitalının məlum ölçüsünün eyniliyinin cüziliyidir. Mükəmməl rəqabətli bazar iri istehsalının yaradılmasının, elmi texniki inkişafın, iri miqyaslı problemlərin onsuz realizə edilməsinin mümkün olmamasından olan kapitalın mərkəzləşdirilməsinə qarşı hədlər qoyur. Bundan, əlavə göstərildiyi kimi praktik olaraq bütün şərtlərin eyni vaxtda yerinə yetirilməsi, azad bazarın kriteriyalarının gözlənilməsi imkanı qeyri- mümkündür. 
    Mükəmməl rəqabətli bazardan fərqli olaraq qeyri- mükəmməl rəqabətli bazarda ayrı- ayrı istehsalçılar və ya onların birlikləri satış şərtlərinə, xüsusən də onların qiymətlərinə təsir göstərmək vəziyyətindədir.Buna görədə bütün qeyri- mükəmməl bazarların hamısını " qiyməti yaradan bazar” adlandırırlar. Onların əsas fərqləndirici cəhəti kimi inhisarlaşdırmanın dərəcəsi çıxış edir. 
    İnhisarçı rəqabət bazarında müxtəlif firmaların istehsal etdikləri əmtəələrin müxtəlifliyi prinsipi xeyli dərəcədə gözlənilir. Əgər bu əmtəələr qarşılıqlı mübadiləyə, eyni tələbatın ödənilməsinə malikdirsə, onda bazar rəqabəti satıcıların( istehsalçıların)məhdud sayı olduğu şəraitdə yaranır və elə bil əmtəələr arasındakı rəqabətə keçir. Daha ümumi görünüşdə inhisarçı rəqabəti özündə oxşar, lakin identik olmayan məhsulları satışa təklif edən, satıcıların sayının çox olduğu( onlarla) bir bazar strukturunu əks etdirir. Bu zaman inhisarçı rəqabət bazarında təmsil olunan hər bir firma başqa firmların hərəkətlərinə reaksiya, fikir vermədən özünü tam müstəqil hiss edə bilər.Bu cür sahələrə üst geyimləri, ayaqqabı, kosmetika mallarının istehsalını, kitab nəşrini, turizmi misal göstərmək olar. 
    İnhisarçı rəqabət şəraitində rəqabətin aləti nəinki qiymət, hətta bu və ya digər əmtəənin keyfiyyəti də çıxış edir.İnhisarçı rəqabət bazarında material, stil, işin keyfiyyəti cəhətdən fərqlənən geyim, daimi alıcılar güzəştlər, kreditə satılmaqla bağlı olan ticarət təklif olunur. 
    İnhisarçı rəqabət şəraitində istehsalçıların məhsulların qiymətlərinə nəzarət etməyə imkanları məhduddur. Çünki, alıcılar və satıcılar bir- birilərinə təbii bağlı deyillər, alıcılar özləri bu və ya digər məhsulun qiymətini müəyyən edirlər. 
    İnhisarçı rəqabəti xarakterizə edən cəhətlərdən biri də odur ki, bu şəraitdə sahəyə yeni firmanın daxil olması asandır, bu da praktiki olaraq firmalar arasında gizli danışıqların, sazişlərin yaranmasının qeyri- mümkünlüyünə səbəb olur. 
    Müasir bazar iqtisadiyyatına daha tipik olan bazarlardan biri də oliqapolik bazardır( yunan dilindən oligosaz və poleosatıram). Bu cür bazar adətən bir neçə nisbətən böyük, satış miqyasına və təsir dərəcəsinə görə yaxın olan iştirakçılardan ibarət olur. Oliqapoliyanın əsas müəyyən edilən əlaməti bazarda hakim satıcıların( istehsalçıların) sayının məhdudluğu, azlıq təşkil etməsidir. 
    Oliqapolik bazarı mükəmməl rəqabətli bazardan qiymətlərin dəyişmə xüsusiyyətlərinə görə fərqləndirirlər. Mükəmməl rəqabət şəraitində qiymətlər daimi olaraq tələb və təklifin tərəddüdündən asılı olaraq dəyişir. Oliqapoliya zamanı isə qiymətlər tez- tez deyil, böyük vaxt intervalında əhəmiyyətli dərəcədə dəyişilir. Oliqapoliya tez- tez "qiymətlərdə liderlik” siyasətini aparır ki, bu da özündə hamının marağını nəzərə almaqla, oliqapoliya sahəsinə daxil olan firmaların, lider firmanın qiymətlərinə yönəldiyini əks etdirir. Oliqapoliyanın iqtisadi səmərəliliyinə müxtəlif mövqeyi nəzərdən baxışlar mövcuddur. 
    Bazar duapoliyası oliqapoliyanın xüsusi halı olub, bazarda təmsil olunan satıcı( istehsalçı) firmaların sayının ikiyədək ixtisar edilməsidir.Tam inhisarlaşdırılmış bazarlar aşağıdakı əlamətlərlə xarakterizə olunur:
a) bazarda əmtəəni yalnız bir satıcı satır, başqa sözlə, bütün sahə bir firma tərəfindən təmsil olunur;
b) əmtəə elə nadirdir ki, onu əvəz edən başqa bir əmtəə yoxdur.Alıcı ya bu əmtəəni inhisarçıdan almalıdır, ya da bu əmtəəsiz keçinməlidir;
c) satıcı yalnız öz əmtəəsi ilə ticarət aparır;
d) satıcı qiymət üzərində nəzarətin ona məxsus olduğundan qiyməti dikdə edir. Bu fakt isə böyük xərclər tələb etməyən və informasiya xarakteri daşıyan reklamın yerini əvvəldən müəyyən edir;
e) sahəyə daxil olmaq imkanı yoxdur. 
    Beləliklə, xalis inhisarçı bazar birbaşa rəqiblərə malik olmur və bunun nəticəsində digər təsərrüfat subyektlərinin inhisarın nüfuz dairəsində olan sahələrə daxil olması məhdudlaşır. 
    Mükəmməl rəqabətli bazar özündə cəmiyyətin resurslarının daha rasional istifadəsini, məhsul istehsalına çəkilən ictimai xərclərin minimumlaşdırılmasını əks etdirir. 
    Qeyri- mükəmməl rəqabətli bazar isə mükəmməl rəqabət zamanı yaranan tarazlıqdan yayınma halını əks etdirir. 
 

3. Rəqabətin metodları. 
  
     Rəqabət mübarizəsində müxtəlif metodlar tətbiq edilir. Onlara iqtisadi və qeyri- iqtisadi məzmunlu tədbirlər kompleksi daxildir. Rəqabət mübarizəsində istifadə olunan metodlar iki qrupa bölünür:
1. qiymət metodu
2. qeyri qiymət metodu.
Qiymət rəqabəti bazarda iqtisadi bəhsləşmənin əsas metodudur. Bu vaxt satıcılar məhsulların qiymətini aşağı salmaqla satışın həcmini çoxaldaraq daha çox gəlir əldə etməyə səy göstərirlər. Qeyri qiymət metodu isə qiymətin bilavasitə dəyişməməsi ilə bağlıdır. 
    Firmalar bu metodun köməyi ilə qiymətləri dəyişmədən onun satışını artırmağa səy edirlər. Bu vaxt firmalar aşağıdakı vasitələrdən istifadə edirlər:
-  məhsulun texniki üstünlüklərinin təmin edilməsi;
- satış metodlarının təkmilləşdirilməsi;
- istehlakçılara xidmət göstərilməsi və güzəşt edilməsi;
- reklam və s. 
    Qeyri qiymət rəqabətinin aşağıdakı formaları geniş yayılmışdır:
- məhsulun keyfiyyətinin diferensiasiyası. Bu vaxt istehlakçılara eyni adlı məhsulun müxtəlif çeşidləri təklif edilir və onlar bunun içərisindən özlərinə lazım olanı seçirlər;
- möhlətlə satışın təşkili. Bu vaxt firmalar məhsulların kredit vasitəsilə satışını gücləndirir. Alıcılar ona görə də nəğd şəkildə pulları olmadığı halda buna üstünlük verirlər. Nəticədə möhlətlə satışı təşkil edən firmalar digər firmalar nisbətən daha çox məhsul sataraq çox gəlir əldə edirlər.
- təminatlı xidmət müddətinin uzadılması. Təminatlı xidmət müddətinin uzadılmasının əsasını yüksək keyfiyyətli məhsul istehsalı təşkil edir.Firmalar məhsulun keyfiyyətini yüksəltməklə təminatlı xidmət müddətini artıraraq daha çox məhsul satmağa səy göstərir. Alıcılar bazarlardan məhsul alarkən həmişə çalışır ki, təminatlı xidmət müddəti çox olsun.
- lizinq xidmətinin təşkili. Bu əsasən istehsal vasitələrinin satışı ilə məşğul olan firmalar aiddir, onlar lizinq xidməti vasitəsilə istehsal vasitələrini uzunmüddətli icarəyə verirlər. Bu metodun üstünlüyü ondan ibarətdir ki, istehsal vasitələrini istehsal edən firmalar lizinq xidməti vasitəsilə öz məhsullarını icarəyə verməklə onların mənəvi aşınmasının qarşısını alırlar.
- reklamlaşmanın təşkili. 
    Bu rəqabət metodları ədalətlidir. Haqlı rəqabətlə yanaşı haqsız rəqabət də mövcuddur. Haqsız rəqabət təsərrüfat qanunvericiliyinə və ticarət ənənələrinə zidd gələn rəqabət mübarizəsidir. 
 

4. İqtisadiyyatda inhisarçılıq.

 
    İnhisarlar istehsalın, kapitalın təmərküzləşməsi və mərkəzləşməsinin nəticəsi olmaq etibarı ilə XIX əsrin ikinci yarısından meydana gəlməyə başlamışdır. Tədricən inhisarın inkişafı elə bir nəticəyə gəlib çıxmışdır ki, o, bütövlükdə iqtisadiyyatı əhatə etməyə başlamışdır. Beləliklə, XX əsrin 30-50- ci illərindən iqtisadiyyatda unhisarçılıq hakim bir mövqeyə malik olmuşdur. 
    İnhisarçılıq tərərrüfat subyektlərinin yolverilməz fənd və üsullardan istifadə etməklə yüksək mənfəət götürmək məqsədi ilə azad rəqabətə yol verilməməsinə, onun məhdudlaşdırılmasına və aradan qaldırılmasına yönəldirilən fəaliyyətdir.Təsərrüfat subyektlərinin fəaliyyəti nəticə etibarı ilə azad rəqabətə qarşı yönəldilib. Azar rəqabətin məhdudlaşdırılmasına və aradan qaldrılmasına yönəldilmiş inhisarçılıq fəaliyyətini iki qrupa bölmək olar: 
    1. İnhisarların inkişafının ilkin mərhələsində inhisara daxil olan təsərrüfat subyektləri üçün qiymətqoymanın razılaşdırılması, xammal və satış bazarlarının bölüşdürülməsi və mənfəət götürmək üçün əlverişli şərait yarada biləcək digər məsələlərdə razılıq əldə edilməsinə yönəldilən fəaliyyətlər; 
    2. Bazardakı hakim mövqelərindən istifadə edərək inhisar qiyməti aləti( aşağı inhisar qiyməti, yuxarı inhisar qiyməti) vasitəsi ilə rəqibin sıxışdırılmasına yönəldilmiş fəaliyyətlər. 
    Bu fəaliyyəti nəticəsində inhisarçı müəssisə istehsalda və satışda əsassız surətdə üstünlüyə malik olur. Bu cür üstünlük şəraitində müəssisənin davranışı inhisar nəzəriyyəsi ilə izah olunur. İnhisarçı müəssisənin istehsal xərclərinin formalaşdırılması, öz məhsuluna qiymət qoymanın prinsipləri və istehsal həcminin müəyyən edilməsi inhisar nəzəriyyəsinin məğzini təşkil edir.

5. İnhisarçılığın formaları.

 

    İnhisar nəzəriyyəsinə görə inhisarın maksimum mənfəət götürməsini təmin edən məhsul buraxılışının həcmi rəqabət şəraitndə mövcud olan prinsipə, son hədd gəlirlərinin və son hədd xərclərinin bərabərliyinə əsaslanır.İqtisadiyyatda inhisarçılığı əhatəliyi baxımından aşağıdakı kimi qruplaşdırmaq olar: 
    1. İstehsal inhisarçılığı: Müəyyən növ məhsul istehsalının əsas hissəsinin məhdud miqdarda istehsalçının əlində cəmlənməsinə istehsal inhisarçılığı deyilir. İstehsal inhisarçılığı müəyyən məhsul istehsalçılarının birləşməsi və yaxud da müvafiq məhsulu istehsal edən müəssisədə kapitalın öz- özünə artması yolu ilə yaranır.
Istehsalda inhisarların mahiyyətini 3 başlıca cəhətlə səciyyələndirmək olar:
3. Hökmran olmaq;
4. Qiymətləri diktə etmək;
5. Yüksək inhisar mənfəətini mənimsəmək.
İstehsal inhisarçılığının aşağıdakı formaları vardır: 
    Kartel – eyni bir istehsal sahəsinin bir sıra müəssisələrinin elə birləşməsidir ki, onun iştirakçıları istehsal vasitələri və istahsal olunmuş məhsul üzərində öz mülkiyyətinin saxlayır, öz məhsullarını özləri bazarda reallaşdırır. İstehsal olunmuş ümumi məhsulda kartel üzvlərinin payı, satış qiymətləri, bazarın bölgüsü, mənfəətin bölüşdürülməsi və s. üzrə kartel sazişi bağlanılır. 
    Sindikat – yekcins əmtəələr istehsal edən müəssisələrin elə birliyidir ki, burada istehsal vasitələri sindikat iştirakçılarının öz mülkiyyətində qalır, istehsal olunmuş məhsul isə sindikatın mülkiyyəti olur və yaradılmış xüsusi idarə tərəfindən reallaşdırılır. Karteldən fərqli olaraq sindikat ayrı- ayrı müəssisələrin bilavasitə bazarla əlaqəsini kəsir. Sindikat həmişə yekcins əmtəələrin kütləvi istehsal olunduğu sahələrdə yaradılır. 
    Trest – sindikata nisbətən yüksək inhisar formasıdır. Burada istehsal vasitələri üzərində bura daxil olan sahibkarlar qrupunun birgə mülkiyyəti yaradılır. Trestdə müəssisənin sahibləri istehsal vasitələri, texnologiya, patentlər və s. üzərində öz mülkiyətini birliyə verir. Müəssisə sahibləri qoyduğu kapitalın miqdarına görə trestin səhmlərini alır və bununla da trestin idarə edilməsi və onun mənfəətindən pay götürmək hüququnu əldə etmiş olur. Sindikatdan fərqli olaraq trestdə yekcins məhsullar buraxan müəssisələrin birləşdirilməsi çəcburi deyildir. 
    Konsern – formal olaraq müstəqil, üzərlərində maliyyə nəzarəti qoymaq yolu ilə bir sıra müəssisələri birləşdirən inhisardır. Burada nəzarət baş firmaya məxsusdur. Konsern adətən müxtəlif sənaye sahələrinin müəssisələrini, ticarət firmalarını, bankları, nəqliyyat və maliyyə kompaniyalarını birləşdirir. Müasir dövrdə trestlərin konsernə çevrilməsi geniş yayılmışdır.60- cı illərdə, xüsusi ilə, ABŞ- da böyük surətlə konqlomeratlar meydana gəlmişdir. Konqlomeratlar bir- biri ilə funksional əlaqəsi olmayan müəssisələrin kompaniyalar tərəfdən udulması yolu ilə yaradılmışdır. 
    Konsorsium – son zaman inhisarın daha geniş yayılmış bir formasıdır. Bu forma bir ayda olaraq irimiqyaslı layihələrin həyata keçirilməsi üçün yaradılır. O, maliyyə, ticarət, texniki və ya başqa səbəblər üzündən bir neçə iştirakçıların qüvvəsini birləşdirməyi tələb edir. Konsersium iştirakçıları həm şəxsi, həm də dövlət təşkilatları və dövlətlər ola bilər.Konsersium iştirakçıları tam müstəqillik saxlayır. Birgə seçilmiş rəhbərliyə tabe olurlar. Hazırda Azərbaycanda neft müqavilələri üzrə neftin hasili və nəqli ilə əlaqədar azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti və Şimali Abşeron Əməliyyat Şirkəti yaradılmışdır. Bu konsersiumların yaradılmasıda xarici ölkələrin neft maqnatları da iştirak edir. 
    2. Təbii inhisarçılıq: İstehsal miqyasının artırılmasının böyük həcmdə qənaətə səbəb olduğu hallarda mümkündür. Bu inhisarçılıq təsərrüfat subyektləri arasında rəqabətin mümkün olmadığı sahələrdə də yaranır. Buraya neft, qaz, su, elektrik enerjisi, faydalı qazıntılar və s. sahələr daxildir. 
    3. Texnoloji inhisarçılıq: İnhisarın obyekti bu və ya digər məhsulun hazırlanması üsulu olduğu halda yaranan inhisarçılıq texnoloji inhisarçılıqdir. Texnoloji inhisarçı kimi ETT- nin müəyyən istiqamətində liderliyi ələ keçırmiş müəssisələr çıxış edir.İnhisarçılığın bu forması müvəqqəti xarakter daşıyır. 
    4. İstehlakçı inhisarçılığı və ya monopsoniya: Bu halda bazarda bir alıcı çoxlu sayda satıcı olur. 
    5. Təşkilati inhisarçılıq: İnhisarçılığın bu forması istehlakçı birliklərinin formalaşdırılması yolu ilə meydana gəlir. İstehlakçıların müxtəlif sahə, sahələrarası və yaxud da regional təşkilat strukturlarını yaratmaqla, inhisarçı meyllərini miqyaslarını əhəmiyyətli dərəcədə genişləndirmək mümkün olur. Bu isə bütövlükdə iqtisadiyyatın inhisarlaşma dərəcəsinin artmasına, texniki texnoloji tərəqqinin sahə və ölkə miqyasında ləngiməsinə səbəb olur. 
    6. İdarəetmə inhisarçılığı: İnhisarçılığın bu forması inzibati amirlik sisteminin xarakterik xüsusiyyətlərindən biridir. Burada inhisarçı kimi dövlət çıxış edir. Dövlət bütövlükdə sosialist təsərrüfat mexanizmi vasitəsilə iqtisadiyyatı idarə etməklə həm müəssisələrin müstəqilliyini məhdudlaşdırır və məsuliyyətlərini olduqca azaldır. 
    7. İdxal inhisarçılığı: Son dövrdə Respublikamızda geniş yayılmışdır. Bu inhisarçılıq xarici ölkələrdən Respublikamıza daxil olan müxtəlif məhsulların ayrı- ayrı adamlar tərəfindən ələ keçirilərək öz nəzarətləri altında dəyərindən qat- qat yüksək qiymətə satılması yolu ilə yaradılır.

6. İnhisarçılığın sosial -iqtisadi nəticələri. Antiinhisar qanunvericiliyi.

 
 
    İnhisarçılıq çox hallarda məhsulun keyfiyyətinin aşağı düşməsinə və qiymətlərin sürətlə artmasına səbəb olur. Belə vəziyyət bazar iqtisadiyyatı şəraitndə istehlakçılara mənfi təsir göstərir. 
    İnhisarın sosial- iqtisadi nəticələri xalis inhisar baxımdan daha qabarıq şəkildə özünü göstərir. Bu zaman aşağıdakı 4 amil diqqəti cəlb edir:
a) Qiymətlər, istehsalın həcmi və resursların bölüşdürülməsi. Rəqabət aparan və inhisarçı firmaların xərcləri arasında müqayisə ilə əlaqədar olan şətinliklər;
b) Sahəyə daxil olmağı məhdudlaşdıran hədlərin hesabına inhisarçı müəssisələrin daimi olaraq yüksək inhisar mənfəəti əldə etməsi. Bu inhisarçı firmanın rəqabət aparan firmalara nisbətən ETT- nin imkanlarından geniş istifadə etməsi etməsi hesabına yaranır;
c) Gəlirlərin bölgüsü. Sahibkar inhisarçı gəlirlərin bölgüsündə qeyri- bərabərliyi şərtləndirir. Öz bazar hökmranlığının sayəsində inhisarçı firmalar rəqabət firmalara nisbətən daha yüksək qiyməti təsbit edir. 
    Bazar iqtisadiyyatının inkişafının müəyyən mərhələsində inhisarçılıq elə bir səviyyəyə gəlib çatır ki, ona qarşı tədbirlərin görülməsinə zərurət yaranır. Bu tədbirlər iki istiqamətdə aparılır:
1.  Müvafiq strukturlar tərəfindən rəqabətin inkişafı üçün əlverişli mühitin yaradılması.
2. Müvafiq orqanlar tərəfindən inhisarçı mövqeyə malik olan təsərrüfat subyektlərinin fəliyyətinin hüququ aktlarla tənzimlənməsi. 
    İnhisar fəaliyyətini tənzimləyən ilk hüquqi aktlar hələ XIX əsrin ortalarında ABŞ- da qəbul edilmişdir. Sonralar bir sıra ölkələrdə,o cümlədən, Azərbaycanda da bazar münasibətlərinə keçidlə əlaqədar inhisarların fəaliyyətini tənzimləyən qanunlar qəbul edilmişdir. 
    1.Şermanın qanunu(1890). Bu qanunla ticarətin gizli inhisarlaşması, bu və ya digər sahədə təkbaşına nəzarətin əldə edilməsi, qiymətlər haqqında razılaşma qadağan edilir.Bu qanunda trest firmasında birləşmə, ticarətdə inhisarlaşma aparma uğrunda gizli sazişlər qadağan olunur.Qanunda göstərilir ki, inhisarlaşdırmağa cəhd göstərən hər bir şəxs hüququ pozmuş hesab olunur və 50 min dollara qədər cərimə və ya bir il müddətinədək azadlıqdan məhrum edilə bilər. 
    2.Kleytonun qanunu(1914). Bu qanunda saziş sferasında məhdud işgüzar praktikanı, qiymət diskriminasiyasını, uyğunlaşmanı müəyyən edən maddələr öz əksini tapırdı. 
    3.Robinson Petmin qanunu( 1936). Bu qanun ticarət sahəsində məhdud işgüzar praktikanın olmasına, qiymət qayğısına, qiymət diskriminasiyasına qadağa qoymuşdur. 1950- ci ildə Kleytonun qanununa Seller Kefover düzəlişi edildi: qeyri- qanuni uyğunlaşma anlayışı dəqiqləşdirildi, yəni aktivlərin alınması yolu ilə olan uyğunlaşma qadağan olundu.Əgər Kleytonun qanunu ilə iri firmaların horizontal yolla uyğunlaşmasına yol verilirdisə, Seller Kefover düzəlişi horizontal uyğunlaşmanı məhdudlaşdırdı. 
    Antiinhisar fəaliyyəti haqqında Azərbaycan Respublikasının Qanunu inhisarçılıq fəaliyyətinin qarşısının alınmasının, məhdudlaşdırılmasının və aradan qaldırılmasının təşkilati və hüquqi əsaslarını müəyyən edir. 
    Azərbaycan Respublikasının "Antiinhisar fəaliyyəti haqqında” qanununa uyğun olaraq bir müəssisə satışın 33 %-ə, 3 müəssisə 50% -ə, 5 müəssisə 66,6% -ə malik olduğu hallarda inhisarçı müəssisə hesab edilir. 
    İnhisarçılıq fəaliyyətinin qarşısının alınması aşağıdakı hərəkətləri özündə əks etdirir: 
    1. Bazarda hökmran mövqe tutan və rəqabəti məhdudlaşdıran yeni təsərrüfat subyektlərinin yaradılmasının məhdudlaşdırılmasına tədbirləri; 
    2. İcra idarəetmə orqanlarının və təsərrüfat subyektlərinin birgə fəaliyyəti haqqında sazişlər nəticəsində təsərrüfat subyektlərinin müstəqilliyinin məhdudlaşdırılmasına və iştirakçıların mənafelərinin pozulmasına yönəldilən fəaliyyətin qarşısının alınması. 
    3. İnhisarçı təsərrüfat subyektlərinin məhsullarının qiymətkəri üzərində dövlət nəzarəti qoymaqla onların bazardakı paylarına uyğun mütərəqqi vergi dərəcələrinin tətbiq edilməsi, təbii inhisarların öz mövqelərindən sui istifadə hallarında aksiz vergilərinin şərtləşdirilmiş dərəcələrin tətbiq edilməsi, kredit veriləsi şərtlərinin şərtləndiriləməsi və s. ilə inhisarçıların fəaliyyətinin məhdudlaşdırılmasından ibarətdir.Antiinhisar fəaliyyətinin üçüncü istiqamətində inhisarçılar tərəfindən rəqabətin sıxışdırıldığı hallarda imkan daxilində səlahiyyətli orqanlar tərəfindən inhisarçı müəssisələrin bölüşdürülməsi haqqında qərarlar qəbul etməklə inhisarçılıq fəaliyyətinin aradan qaldırılmasının həyata keçirilməsi nəzərdə tutulur.


Mövzu 9. Müəssisənin ( firmanın) fəaliyyəti və idarə olunması.( 4 saat)
Plan
I mühazirə ( 2 saat)

 
    1. Firmaların investisiya ehtiyatları1, onların dövranı və dövriyyəsi. 
    2. Kapital haqqında anlayış. Əsas kapitalın mahiyyəti, ondan istifadə göstəriciləri. Fiziki və mənəvi aşınması. 
    3. Əsas kapitalın amortizasiyası və onun növləri. 
    4. Dövriyyə kapitalının mahiyyəti və ondan istifadə göstəriciləri. 
 

1. Firmaların investisiya ehtiyatları, onların dövranı və dövriyyəsi.
 

    Müasir dövrdə bazar sisteminin əsas iqtisadi vahidi firma və müəssisələrdir.Bəzən iqtisadi ədəbiyyatda «firma» və «müəssisə» anlayışları eyniləşdirilsələr də, bunlar bir-birindən fərqlənir. Belə ki, müəssisə dedikdə milli iqtisadiyyatın hər hansı bir sahəsində əmtəə və xidmətləri istehsal etmək üçün istifadə olunan müəyyən istehsal-texniki kompleks nəzərdə tutulur. Məsələn, tikiş fabriki, mexaniki zavod, bərbərxana, avtobus parkı və s. müəssisədirlər. Firma isə istehsalın təşkilati-iqtisadi və ya sahibkarlıq formasıdır. Onun tərkibində bir və ya bir neçə müəssisə ola bilər. 
    Firma sahibkarlıq fəaliyyətini həyata keçirmək üçün mülkiyyətçilərin malik olduqları əmlakdan istifadə kompleksidir. Firmanın tərkibinə torpaq da daxil olmaqla, onun fəaliyyət göstərə bilməsi üçün nəzərdə tutulan bütün əmlak növləri – binalar, tikililər, qurğular, avadanlıqlar, inventarlar, xammallar, satılmamış hazır məhsullar və bir sıra səlahiyyətlərin həyata keçirilməsi hüquqları daxildir. 
    Hər bir firma (fərdi və kollektiv) daxili struktura, onun üçün fayda verən böyüklüyə və fəaliyyət dairəsinə malik olur. Həm də qeyd etmək lazımdır ki, onların fəaliyyətləri fasiləsiz davam edən prosesdir. Onlar investisiya ehtiyatlarını və ya kapitalı satın almaq, habelə işə işçilər cəlb etməklə məhsul istehsalını təşkil edirlər. Istehsal olunan məhsullar reallaşdırıldıqdan sonra avans edilmiş pul vəsaiti firmaya qayıdır. Bu vəsaitdən sərf edilmiş maddi xərcləri ödəmək və əmək haqqı vermək üçün istifadə olunur. Bundan sonra bütün proses yenidən başlanır və dönə-dönə təkrarlanır. Bu, təbiətdə suyun dövranını xatırladır. Təsvir olunan prosesə firmanın investisiya ehtiyatlarının və ya kapitalın dövranı deyilir. 
    Investisiya ehtiyatları və ya kapital dedikdə əmtəə və xidmətlərin istehsalında istifadə olunan investisiya əmtəələri və müxtəlif ehtiyatlar, bir sözlə gəlir gətirən hər şey nəzərdə tutulur. Investisiya ehtiyatla-rının dövranı prosesində onlar ardıcıl olaraq bir formadan başqa formaya – pul formasından məhsuldar formaya, məhsuldar formadan əmtəə formasına və əmtəə formasından yenidən pul formasına – çevrilməklə üç mərhələdən keçir. 
    Birinci mərhələdə istehsal prosesini təşkil etmək məqsədilə lazım olan investisiya əmtəələrini satın almaq və əmək haqqı vermək üçün pul avans olunur. Bunu belə təsvir etmək olar:

 

Burada:  P – pul, Ə – əmtəə, I. Q. – işçi qüvvəsi, 
    I. Ə. – investisiya əmtəələri deməkdir.

    Ikinci mərhələdə investisiya əmtəələri və işçi qüvvəsi məhsuldar istehlak olunur, nəticədə yeni məhsullar və kəmiyyətcə daha çox dəyər yaradılır. Bunu aşağıdakı kimi təsvir etmək olar:

Burada: I – istehsal deməkdir.

    Üçüncü mərhələdə istehsal olunan məhsullar satılır və deməli, əmtəə pula çevrilməklə özünün başlanğıc formasına qayıdır, sonra isə bü­tün proses yenidən başlanır. Bunu belə ifadə etmək olar:
Ə-P
     Beləliklə, firmanın investisiya ehtiyatlarının dövranını ümumi şəkildə aşağıdakı kimi təsvir etmək olar:

 
    Hər bir konkret şəraitdə firmanın investisiya ehtiyatları eyni vaxtda müəyyən nisbətdə hər üç formada – pul, məhsuldar və əmtəə formalarında olur. Bunlardan ikinci müstəsna əhəmiyyətə malikdir. In-vestisiya ehtiyatlarının pul və əmtəə formalarında olan hissələri tədavül dairəsində fəaliyyət göstərir və tədavül fondunu əmələ gətirir. 
    Investisiya ehtiyatlarının birdəfəlik əməliyyat kimi deyil, fasiləsiz, daim təkrarlanan bir proses kimi nəzərdən keçirilən dövranına
onun dövriyyəsi deyilir. 
    
Investisiya ehtiyatlarının hərəkəti müəyyən dövr ərzində baş verir. Onların istehsal və tədavül mərhələlərindən keçdikləri vaxt dövriyyə vaxtı adlanır. Başqa sözlə, investisiya ehtiyatlarının dövriyyə vaxtı onun pul formasında sərf olunduğu vaxtla pul formasında geri qayıtdığı vaxt arasındakı müddətə deyilir. Buradan aydın olur ki, dövriyyə vaxtı iki hissədən ibarətdir: 1) Istehsal vaxtı; 2) Tədavül vaxtı. 
    Istehsal vaxtı investisiya ehtiyatlarının istehsal dairəsində olduqları vaxta deyilir. Istehsal vaxtına aşağıdakılar daxildir: 1) Əsas və dövriyyə kapitallarının istehsalat ehtiyatları formasında olduqları vaxt; 2) Iş dövrü; 3) Insanların iştirakı olmadan təbii proseslərin davam etdiyi vaxt – bu, kimya, göndəri sənayesində, şərabın emalında, əkinçilik və bir sıra başqa sahələrdə xüsusilə nəzərə çarpır; 4) Firmada iş rejimi – növbələr arasındakı fasilələr, istirahət günləri və i. a. – və müxtəlif növ boşdayanmalarla əlaqədar olaraq istehsal prosesində baş verən fasilələr. 
    Investisiya ehtiyatlarının tədavül dairəsində olduqları vaxt tədavül vaxtı adlanır və o, iki hissədən ibarətdir: 1) Investisiya əmtəələrinin satın alınması və istehsalın iş qüvvəsi ilə təmin olunması ilə əlaqə-dar olaraq sərf edilən vaxt; 2) Əmtəələrin reallaşdırılması ilə əlaqədar olaraq sərf edilən vaxt. 
    Yuxarıda göstərildiyi kimi istehsal vaxtının başlıca tərkib hissəsi iş dövrüdür. Iş dövrü əməyin bilavasitə dövriyyə kapitalı ünsürlərinə təsir göstərdiyi vaxta deyilir. Iş dövrünün uzunluğu istehsalın xüsusiyyətlərindən, hazırlanan məhsulların xarakterindən asılıdır. Məsələn, çörəyin bişirilməsi dəqiqə və ya saatla, gəminin düzəldilməsi, yaxud da su-elektrik stansiyasının tikintisi isə illərlə davam edir. Investisiya ehti-yatlarının dövriyyə sürəti iş dövrünün uzunluğundan asılıdır. Iş dövrü nə qədər uzun olarsa investisiya ehtiyatları də istehsal dairəsində bir o qədər çox qalmış olurlar. Sahibkar isə iş dövrünü hər vasitə ilə azaltmağa çalışır. Iş dövrünü azaltmağın həlledici şərtləri əməyin intensivləşdirilməsi, çoxnövbəli iş sisteminin tətbiq edilməsi, elmi-texniki tərəqqinin nailiyyətlərindən istifadə olunması, əmək məhsuldarlığının yüksəldilməsi, əmək bölgüsü və istehsalın ixtisaslaşdırılmasının dərinləşdirilməsi və s.-dir. Bütövlükdə istehsal vaxtının azaldılmasına isə təbii proseslərin sürətləndirilməsi yolu ilə də nail olmaq mümkündür. Məsələn, ağac materiallarının təbii üsulla qurudulması üçün 1,5-2,0 il, kamerada qurudulması üçün 15 gün, yüksək texniki cəryanla qurudulması üçün isə cəmi 35 dəqiqə tələb olunur. 
    Investisiya ehtiyatlarının dövriyyəsinin sürətləndiril-məsinə əmək prosesinin fasiləsizliyinin təmin olunması üçün lazım olan xammal, material, yanacaq ehtiyatlarının azaldılması da təsir edir. Bu, onunla əlaqədardır ki, resurs formasında olan investisiya ehtiyatları fəaliyyət gös-tərmir. Və bəzi səbəblər həmin ehtiyatların çoxalmasına gətirib çıxarır. Ona görə də firmalar istehsalat ehtiyatlarının azaldılmasına, az miqdarda xammal, material, yanacaq ehtiyatları yaradılmasına, bu məqsədlə etibarlı tərəfdaş axtarılıb tapılmasına, nəqliyyatın və yükgöndərmələrin təkmilləşdirilməsinə çalışırlar. 
    Tədavül vaxtına da təsir edən amillər vardır. Bunlar hər şeydən əvvəl, firmalarla satış bazarları arasındakı məsafədən, nəqliyyat vasitələrinin inkişafı, ticarətin təşkili, əhalinin alıcılıq qabiliyyəti, əmtəələrin reklam vasitəsilə təbliği, iqtisadi əlaqələrin mütərəqqi formalarından istifadə olunması, marketinqə xüsusi diqqət yetirilməsi və s. ibarətdir.

 

2. Kapital haqqında anlayış. Əsas kapitalıın mahiyyəti, ondan istifadə göstəriciləri,fiziki və mənəvi aşınması.
 

    Investisiya ehtiyatları və ya kapitalın dövriyyəsini daha dərindən təhlil etdikdə aydın olur ki, onun ayrı-ayrı hissələri müxtəlif sürətlə dövr edir və özlərinin dəyərini istehsal olunan məhsulların üzərinə eyni cür keçirmirlər. Buna uyğun olaraq kapitalı iki yerə bölmək olar: 1) Əsas kapital; 2) Dövriyyə kapitalı. 
    Investisiya əmtəələrinin istehsal prosesində uzun müddət iştirak edən, öz dəyərini hazırlanan məhsulların üzərinə xidmət etdikləri müddət ərzində hissə-hissə, tədriclə keçirən, yararsız vəziyyətə düşüb təsərrüfatdan çıxana qədər ilkin (natural) formasını saxlayan hissəsinə əsas kapital deyilir. Bunlara binalar, tikililər, qurğular, maşınlar, avadanlıqlar, nəqliyyat vasitələri və s. daxildir. Əsas kapitalın özünü də iki yerə bölmək olar: 1) Istehsal təyinatlı əsas kapital; 2) Qeyri-istehsal təyinatlı əsas kapital. Birinciyə istehsal sahələrində-sənaye, kənd təsərrüfatı, yük nəqliyyatı, tikinti və i.a. – istifadə olunan əsas kapital ünsürləri, ikinciyə isə qeyri-istehsal sahələrində – mənzil-kommunal təsərrüfatı, təhsil, səhiyyə, elm, mədəniyyət, incəsənət, dövlət idarəetmə orqanları, kredit sistemi və başqa xidmət sahələrində – istifadə olunan əsas kapital ünsürləri aiddir. 
    Firmaların (sahələrin, ölkənin) istehsal potensialı, başqa sözlə, hər hansı bir zaman kəsiyində (ay, rüb, il) lazımi çeşiddə və keyfiyyətdə məhsul buraxmaq qabiliyyəti istehsal təyinatlı əsas kapital ünsürləri ilə müəyyən edilir. Bəzi hallarda istehsalla məşğul olan firmaların istehsal gücləri haqqında danışılır. Lakin elə hallar da olur ki, istehsal güclərin-dən tam istifadə olunmur, onların bir hissəsi yeniləşdirilir, bir hissəsi təmir olunur, bir hissəsi isə işçilər tətil etdiklərinə, yaxud da istehsal olunan məhsullara tələbat olmadığına görə boş dayanır. 
    Istehsal sahələrində istifadə olunan əsas kapital ünsürləri «texnoloji» və «yaş» quruluşuna malikdirlər. Əsas kapitalın texnoloji quruluşu dedikdə onun aktiv hissəsi ilə (istehsal prosesində bilavasitə iştirak edən iş maşınları, avadanlıqlar və s.) passiv hissəsi (binalar, tikililər və s.) arasındakı nisbət nəzərdə tutulur. Əsas kapitalın «yaş» quruluşu isə onları xidmət etdikləri müddət üzrə səciyyələndirməyə imkan verir. 
    Əsas kapitaldan istifadəni təhlil edərkən aşağıdakı göstəricilər hesablanır: 
    1) Əsas kapitalın təzələnməsi, xaric olması və köhnəlməsi əmsalları. Bu zaman aşağıdakı düsturlardan istifadə edilir:
 
                               KƏ(istifadə edilib)
Əköhnəlmə = ___________________   ∙ 100,

                                 KƏ(ə)

 

                               KƏ(ləğv edilib)
Əköhnəlmə = __________________   ∙ 100,

                                  KƏ(ə)

 

                                KƏ(köhnəlib)
Əköhnəlmə = __________________   ∙ 100,               və ya

                                 KƏ(ə)


 

                              KƏ(köhnəilib)
Əköhnəlmə =_________________     ∙ 100,   

                               KƏ(a)



     Burada: Ətəzələnmə–təzələnmə əmsalı, Əxaricolma–xaricolma əm­salı  Əköhnəlmə-köhnəlmə əmsalı (%-lə); Kə (ist. verilib)–il ərzində istifadəyə verilmiş, Kə (ləğv edilib)–il ər­zin­də ləğv edilmiş, KƏ (köhnəlmə)  hər hansı bir tarixə köhnəlmiş (adətən ilin əvvəlinə və ya axırına)  əsas kapitalın dəyəri (manatla); Kə (a)–ilin axırına, Kə (ə)–ilin əvvəlinə mövcud olan əsas kapitalın dəyəri (manatla) de­məkdir. 
    Lakin təhlil zamanı yalnız bu əmsalları hesablamaqla kifayətlənmək olmaz, həm də onların arasındakı fərqi müəyyən etmək lazımdır. Məsələn, firma üzrə təzələnmə əmsalının yüksək, xaricolma əmsalının isə aşağı olması köhnə əsas kapital ünsürlərinin xüsusi çəkisinin çox olduğuna işarədir. 
    2) Əsas kapitaldan istifadənin səmərəliliyi göstəriciləri. Bu zaman aşağıdakı düsturlardan istifadə olunur: 

    a) Kapitalverimi:  ψ = Q / KƏ
    Burada ψ–kapitalverimi (manatla) Q–istehsal edilmiş məhsulların dəyəri (manatla); Kə–əsas kapitalın orta illik dəyəri (manatla) deməkdir.
    b) Kapitaltutumu:  Kt = KƏ / IXs
    Burada: Kt–kapitaltutumu (manatla); Kə–əsas kapitalın orta illik dəyəri (manatla); IXs – satılmış məhsulların və xidmətlərin istehsalına və satışına sərf olunan xərc (manatla) deməkdir. 

    Əsas kapital ünsürləri istehsal prosesində iştirak etdikləri müd­dətdə, tədriclə köhnəlir, aşınır və istifadə edilmək üçün yararsız vəziy­yə­tə düşür. Əsas kapitalın aşınması iki cür olur: 1) Fiziki aşınma; 2) Mə­nəvi aşınma.
    Fiziki aşınma o deməkdir ki, əsas kapital ünsurləri istehsal prosesində işləndikcə dəyərini yeni yaradılan məhsulların üzərinə keçi­rir və müəyyən müddətdən sonra istifadə olunmaq üçün tamamilə ya­rarsız vəziyyətə düşür. Əsas kapitalın fiziki aşınmasında iki hal ola bi­lər. O, bir tərəfdən, istehsal prosesində işləndikcə, digər tərəfdən isə tə­bii qüvvələrin – istinin, soyuğun, suyun və s. – təsiri ilə aşınmaya məruz qala, yəni işlənmədən də paslana, çürüyə, xarab ola, yararsız vəziyyətə düşə bilər. 
    Əsas kapitalın mənəvi aşınması isə maşın və avadanlıqların texniki tərəqqinin təsirilə «dəyərdən» düşməsi prosesidir. Əsas kapitalın mənəvi aşınmasının da iki halı ola bilər. Bunlardan biri ondan ibarətdir ki, investisiya əmtəələri istehsal olunan sahələrdə əmək məhsuldar­lığı­nın yüksəldilməsi nəticəsində əsas kapital ünsürləri  az xərclə istehsal olu­nur, onların qiyməti bir qayda olaraq əvvəlki illərə nisbətən aşağı düşür və beləliklə, eyni istehlak dəyərinə malik olan avadanlıqları sı­xış­dırıb sıradan çıxarırlar. Odur ki, onların real dəyəri ilk dəyərlə deyil, bərpa dəyəri, yəni həmin dövrdə cəmiyyətdə onun neçəyə başa gəldiyi dəyərlə qiymətləndirilir. Buna uyğun olaraq fəaliyyətdə olan əsas kapi­tal ünsürlərinin dəyərindən, istehsal olunan məhsulların üzərinə əvvəl­ki­nə nisbətən az dəyər keçirilir. Mənəvi aşınmanın ikinci növünün mahiy­yəti isə ondan ibarətdir ki, köhnə maşın və avadanlıqlar eyni miqdarda məhsulu  daha az əmək sərf olunmaqla və daha qısa müddətdə istehsal etmək imkanı verən yüksək məhsuldarlıqlı və təkmilləşdirilmiş maşın və avadanlıqlarla əvəz olunur. Bunun nəticəsində, mövcud əsas kapital ünsürlərinin texniki xüsusiyyətləri dəyişmir, onlar fiziki cəhətdən yaxşı vəziyyətdə ola, lakin yeniləri ilə müqayisədə istehlak olunmağa «yararsız» və­ziyyətə  düşə bilərlər.
    Buradan aydın olur ki, mənəvi aşınmanın ikinci növünün nəticələri ziddiyyətlidir. Bu, özünü onda göstərir ki, bir tərəfdən müəssisə itirir, digər tərəfdən isə cəmiyyət qazanır, çünki hələ fiziki cəhətdən köh­nəlməmiş əsas kapital ünsürlərinin dəyərinin bir hissəsinin itirilməsi yeni əsas kapital ünsürlərindən istifadə olunmasından əldə edilən qənaət hesabına ödənilir. 
    Nəzərdən keçirilən müddəalarda söhbət dəyərdən – onun məh­sulun üzərinə keçməsindən, ödənilməsindən və s. gedir. Lakin real hə­yatda dəyər qiymət vasitəsilə təzahür edir. Təcrübədə isə əsas kapital ünsürlərinin qiyməti bəzi hallarda heç bir əsas olmadan yüksək müəy­yən olunur. Bu zaman söhbət mənəvi köhnəlmədən yox, istehsalın iqti­sadi səmərəliliyi ilə heç bir əlaqəsi olmayan və «bütün qaydaların ziddinə olan» texnikanın bahalanmasından gedir. Bu, fəaliyyətdə olan əsas kapital ünsürlərinə süni surətdə üstünlük verir, onların «daha çox fayda verən texnika» olmaları haqqında yanlış təsəvvür yaradır. Təbii­dir ki, bu, əsas kapitalın təzələnməsi prosesini ləngidir, elmitexniki tərəqqiyə əngəl törədir.
3. Əsas kapitalın amortizasiyası və onun növləri.
 

    Yuxarıda göstərildiyi kimi, əsas kapitalın dəyəri istehsal olu­nan məhsulların üzərinə onların xidmət etdikləri müddət ərzində təd­riclə keçir və sahibinə hissə-hissə qayı­dır. Bu, amortizasiya ayırmaları vasitəsilə həyata keçirilir.
    Əsas kapitalın amortizasiyası onun fiziki və mənəvi aşınması prosesidir. Bu proses aşınmış və köhnəlmiş əsas kapital ünsürlərinin – maşınların, avadanlıqların, cihazla­rın, nəqliyyat vasitələrinin, bina və tikililərin və s.  – yeniləri ilə əvəz olunmasını nəzərdə tutur.
    Əsas kapitalın köhnəlməsi öz əksini onun dəyərinin bir his­səsinin hər il xüsusi fonda – amortizasiya fonduna keçirilməsində tapır. Amortizasiya fondunda olan vəsaitə görə  vergi alınmır, çünki o, mən­fəət hesabına yaradılmır. Bu fondda olan vəsait təsərrüfat obyektlərinin istifadə üçün yararlı vəziyyətdə saxlanmasına sərf edilir. Amortizasiya ayırmaları, yaxud da «silinmələri» hesablanmasının klassik düsturu aşağıdakı kimidir:


    Burada: A – illik amortizasiya ayırmaları məbləğini (manat), Ki.d. – əsas kapitalın ilk dəyərini (manat), Kq.d. - əsas kapitalın is­tismardan çıxarılması nəzərdə tutulan məqamda qalıq dəyərini (ma­nat), T – əsas kapitalın maddi ünsürlərinin xidmətetmə müddətini (il) göstərir. 
    Istehsal xərclərinin zəruri ünsürlərindən olan illik amortizasiya məbləği əmtəələrin (xidmətlərin) qiymətlərinə daxil edilir.
    Amortizasiya fondu geniş təkrar istehsalın mənbələ­rindən bi­ri­dir və bu, XIX əsrdən məlumdur. Amortizasiya ayırmaları məbləğinin əsas kapitalın orta illik dəyərinə faizlə olan nisbətinə onun norması de­yilir və  aşağıdakı düsturla hesablanır: 
 
An = A : Kə ∙100

    Illik amortizasiya məbləği və normasının hesablan­masını  aşa­ğıdakı şərti misalla izah edək. Tutaq ki, firmada hər birinin dəyəri 10  mln. manat, xidmətetmə müddəti isə 5 ilə bərabər olan 10 maşın istis­mara verilmişdir. Onların qalıq dəyərindən «sərf nəzər» etməklə fərz edək ki, kapital qoyuluşu yalnız amortizasiya fondu hesabına həyata keçirilir. Deməli, birinci il maşınların dəyərinin 1/5 hissəsi, yəni 20 mln. manatı «silinir» və hazırlanan məhsullara çəkilən istehsal xərclərinə da­xil edilir. Bu məbləğə əlavə olaraq iki maşın alınır. Bundan sonra üçün­cü il daha iki, dördüncü il dörd, beşinci il beş maşın alınır və istifadəyə verilir. Deməli, beşinci il eyni vaxtda firmada 20 maşın işləyir. Köh­nəl­diklərinə görə 10 maşın sıradan çıxsa da və altıncı il onların sayı azalsa da, başlanğıcda olduğuna nisbətən istismarda daha çox maşın olur. Ona görə ki, amortizasiya məbləği hesabına yeni maşınlar alınır və isti­fadəyə verilir. Iqtisadi ədəbiyyatda buna Loman-Ruxti səmərəsi deyilir. Bunun mahiyyəti ondan ibarətdir ki, «silinmiş maşınlar» tam köhnə­lənə qədər istismar olunur, amortizasiya ayırmalarından isə yeni ava­danlıqların satın alınması üçün istifadə edilir. Nəticədə istifadə olunan istehsal gücləri başlanğıcda, investisiya qoyulan zaman nəzərdə tutulan istehsal güclərini «üstələyir», ondan çox olur. 
    Bundan başqa, amortizasiya fondunda toplanan və xidmətet­mə müddəti başa çatana qədər əsas kapitalın satın alınmasına yönəldi­lən vəsait istehsal üçün əlavə kapital deməkdir. Amortizasiya ayırmala­rının geniş təkrar istehsalın  maliyyələşdirilməsi mənbəyinə çevrilməsin­də elmi-texniki tərəqqi müəyyən rol oynayır. Belə ki, köhnəlmiş ava­danlıqlar yeni avadanlıqlarla əvəz olunur, eyni sahədə daha çox istehsal gücləri yerləşdirilir, əsas kapitalın tərkibində onun aktiv hissəsinin payı artır, yəni texnoloji strukturu yaxşılaşır. 
    Məlum oluduğu kimi, illik amortizasiya ayırmaları məbləği avadanlıqların xidmətetmə müddətindən asılıdır və o, istehsal xərcləri­nə və deməli, həm də vergiyə cəlb olunan mənfəət məbləğinə təsir edir. Bundan başqa qeyd etmək lazımdır ki, avadanlıqların, binaların, nəq­liyyat vasitələrinin xidmət­etmə müddətləri nisbi anlayışdır. Ona görə ki, sahib­karlardan biri köhnə dəzgahlardan istifadə olunmasına üstünlük verir, digəri isə texniki yeniliklər olan kimi maşın parkını təzələməyə səy göstərir. Ikincilər prinsipcə amortizasiya ayırmalarının artırılma­sı­na maraq göstərirlər. Çünki yuxarıda göstərildiyi kimi amortizasiya ayırmaları vergiyə cəlb olunmur. Deməli, investisiyaları maliyyələşdir­mək üçün amortizasiya ayırmalarından istifadə edilməsi mənfəətdən istifadə olunmasına nisbətən daha sərfəlidir.
    Dövlət də amortizasiya ayırmalarına böyük maraq göstərir. Ona görə ki, amortizasiya ayırmalarının həddən çox az olması milli iqtisa­diyyat miqyasında kapital qoyuluşu, geniş,  bəzi hallarda isə, hətta sadə təkrar istehsalın həyata keçirilməsi, məşğulluğun və tələbin təmin olun­ması üçün kifayət etmir. Amortizasiya ayırmalarının həddən çox olması isə investisiyaların artmasına və əsas kapitalın təzələnməsinə səbəb olsa da, vergi müəyyən edilməsi üçün nəzərdə tutulan mənfəət məbləğinin azalma­sı­na gətirib çıxarır, bu da büdcəyə vergilər hesabına daxilolmaların azal­ması ilə nəticələnir.

    Dünya təcrübəsində amortizasiya ayırmalarının aşağıdakı növ­lərinin olduğu məlumdur: 1) Tezləşdirilən xətti və ya mütənasib amorti­za­siya ayırmaları; 2) «Silinən» obyektin ilk dəyərindən çox olan əlavə amortizasiya ayırmaları; 3) Xüsusi amortizasiya ayırmaları. Dövlət təsərrüfat fəaliyyətini canlandırmaq məqsədilə amortizasiya normala­rı­nı artırmağa müvəqqəti icazə verir; 4) Ilkin amortizasiya ayırmaları. Bu o deməkdir ki, amortizasiya ayırmaları avadanlıq fəaliy­yətə başlayana qədər həyata keçirilir; 5) Amortizasiyanın azalan qa­lıqdan hesablan­ma­sı. Bu zaman amortizasiya ayırmaları əsas kapitalın ilk də­yərindən deyil, qalıq dəyərindən hesablanır. Amortizasi­ya­nın bu növündən Av­ro­pa birliyinə daxil olan ölkələrdə və ABŞ-da geniş istifadə olunur.
    Tezləşdirilən xətti və ya mütənasib amortizasiya ayırmaları maliyyə nazirliyinin icazəsi ilə fiziki və mənəvi köhnəlmənin həqiqi müddəti uzadılmaqla, mənəvi köhnəlmə nəzərə alınmadan hesablanır.
    Müasir dövrdə amortizasiya ayırmaları kapital qoyuluşunun maliyyələşdirilməsinin başlıca mənbəyidir. Inkişaf etmiş ölkələrdə ümu­mi investisiyaların 2/3 hissəsi onun payına düşür.  
    Bunlarla yanaşı, amortizasiya ayırmalarının hesablaşmasının başqa variantları da vardır. Bunlar amortizasiyanın bərabər, bərabərsürətli və sürətli hesablanması metodlarıdır.
<< 1 / 2 / 34 / 5 / 6 / 7 / 8 / 9 / 10 / 11 / 12 / 13 / 14 / 15 / 16 / 17 / 18 >>
Bölmə: İqtisadiyyat | Əlavə edildi: azerhero (18.11.2013) | Müəllif: R.C E W
Baxış: 1450 | Reytinq: 5.0/1
Bütün rəylər: 0
omForm">
avatar

Kitablar — zamanın dalğaları ilə səyahət edən və nəsildən-nəslə öz qiymətli yükünü ehtiyatla aparan fikir gəmiləridir.

- Frensis Bekon

Son 90 gün ərzində kitab oxumamaqdan daha pisi kitab oxumadığına görə narahat olmamaqdır.

- Cim Ron

Kitabları yandırmaqdan daha pis şey onları oxumamaqdır.

- Rey Bredberi

Yaxşı kitab aysberqə oxşayır, onun yeddi-səkkiz hissəsi suyun altında gizlənib.

- Ernest Heminquey

Kitablarım mənə çatacaq qədər böyük bir krallıqdır.

- Shakespeare

Mən, kitablarımı yaratmadan əvvəl, kitablarım məni yaratdılar.

- Montaigne

Kitabsız yaşamaq; kor, kar, dilsiz yaşamaqdır.

- Seneca

Bu günün gərçək universiteti, bir kitabxanadır.

- Carlyle

Kitab, tək ölümsüzlükdür.

- Rufus Choate

Exlaqa uyğun ya da zidd kitab deyə bir şey yoxdur. Kitablar ya yaxşı yazılmışdır, ya da pis. Hamısı bu qədər!

- Oscar Wilde

Ümidlə açılıb qazancla bağlanan bir kitab, yaxşı bir kitabdır.

- Alcott

Kitablar, itmiş başların abidələridir.

- Sir William Dave

Kitablar, heç solmayacaq bitkilərdir.

- Herrick

Kitab heç aldatmayan bir yoldaşdır.

- Guilbert De Pixrecourt

Axmaqlarla oturub-durmaqdansa , kitabla tənha oturmaq yaxşıdır.

- Qasım bəy Zakir

İnsan güc ilə yox, mütaliə etməklə ağıllanır.

- C.Bruno

Az bildiyini başa düşmək üçün çoxlu oxumaq lazımdır.

- Mişel Monten

Kitablar özünüzə və başqalarına hörmət etməyi öyrədəcək, ürəyi və ağlı, dünya və insanlıq sevgisiylə dolduracaq.

- Maksim Gorki

Kitab həyatın ən uzaq və qaranlıq yollarında insana işıq bəxş edən əfsanəvi çıraqdır

- A.M.Upit

BAKI QIZLAR UNİVERSİTETİ
1992-ci ildə təsis edilən və həmin vaxtdan da fəaliyyətə başlayan Bakı Qızlar Universitetinin (əvəllər Bakı Ali Pedaqoji Qızlar Seminariyası adlanırdı) yaradılmasında məqsəd respublikada qadın pedaqoji kadrlar yetişdirmək, onların intellektual səviyyəsini yüksəltmək və gənc qızları ailə həyatına hazırlamaqdan ibarətdir. Hazırda universitetdə "Sosial pedaqoji” və "Filologiya-tarix” fakültələri fəaliyyət göstərir. "Sosial pedaqoji” fakültədə "Təhsildə sosial-psixoloji xidmət”, "Psixologiya”, "Coğrafiya müəllimliyi”, "ibtidai sinif müəllimliyi”, "Məktəbəqədər təlim və tərbiyə”, "Riyaziyyat və informatika müəllimliyi”, "Filologiya-tarix” fakültəsində isə "Xarici dil (ingilis) müəllimliyi”, "Azərbaycan dili və ədəbiyyat müəllimliyi”, "Tarix müəllimliyi”, "Jurnalistika” üzrə bakalavr, "İbtidai sinifdə tədrisin metodika və metodologiyası”, "Pedaqogika nəzəriyyəsi və tarixi”, "Azərbaycan ədəbiyyatı”, "Azərbaycan dili”, "Azərbaycanın yeni və ən yeni tarixi” sahəsində magistratura səviyyəsində kadr hazırlığı aparılır.
Bakı Qızlar Universiteti Nazirlər Kabinetinin 1996-cı il fevralın 21-də 21 saylı sərəncamı ilə dövlət qeydiyyata alınmışdır. 2013-cü ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin lisenziya komissiyası BQU-nun çoxilli fəaliyyətinin, onun yüksək maddi-texniki bazasının, infrostrukturunun, təlim-tərbiyə sisteminin Azərbaycan Respublikası təhsil Qanununa Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Ali təhsil Müəssisələrinin fəaliyyətinə xüsusi razılıq (lisenziya verilməsi haqqında qərarına, Azərbaycan Respublikası Təhsil Nazirliyinin sənədlərinə uyğn qurulduğunu, pedaqoji kadrların hazırlanmasında əldə olunmuş nailiyyətlərini nəzərə alaraq universitetin fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsini məqsədəuyğun hesab etmişdir. Eyni zamanda 2013-cü ildə universitet akreditasiyadan keçmişdir. Universitetdə müxtəlif fənnlər üzrə kabinetlər, dörd kopüter otağı, kitabxana, badii yaradıcılıq studiyası, tələbə elmi cəmiyyəti, Tələbə Gənclər təşkilatı, dörd dərnəklər, nəşriyyat, idman zalı, yeməkxana, kadrlar şöbəsi və mühasibatlıq fəaliyyət göstərir.
Learn more