Əsas » Məqalə » Azərbaycan ədəbiyyatı

Əliyev Ələkbər (Əli Əkbər) yaradıcılığı-Artuş və Zaur-7

<< 1 / 2 / 3 / 4 / 5 / 6 / 7 / 8 / 9 / 10 / 11 >>


     Akif sifətinə düşüncəli ifadə qataraq qovluğu ovucuna vura-vura dedi:
     -Nə gizlədim, hər iki səfərimdə də qəribə hisslər keçirmişəm. Həm çox yaxın, həm də dünyanın ən uzaq ölkəsində olduğum hissinə qapılmışam. Bilirsənmi, bu olduqca qeyri-adi, anlaşılmaz duyğudur. İnsan özü ora düşmədikcə, görmədikcə başa düşə bilməz.
     -Yəni sən hər an hiss edirdin ki, düşmənlərin əhatəsindəsən?
     Akif bir az fikirləşdikdən sonra:
     -Əlbəttə, bunu bir an olsun yaddan çıxarmırdım. Ətrafımda Ermənistan xüsusi xidmət orqanlarının cangüdənlər var idi və onlar bir an olsun düşmən dövlətdə olduğumu unutdurmurdular mənə. Bəlkə də onlar yanımda olmasaydı, Yerevan küçələrində, əlbəttə kimliyimi elan etmədən, rahat-rahat gəzə bilsəydim, bu hisslər yaranmazdı məndə. Hətta Yerevanda tədbirin təşkilatçılarına dedim ki, cangüdənlərim, təhlükəsizlik tədbirləri olmasaydı, bura mənim üçün Tiflisdən fərqsiz olardı. İncidilər məndən, amma bu sözün qarşısına bir söz qoya bilmədilər.
     Zaur kompüterin qabağından qalxaraq otaqda gəzişməyə başladı. Bir siqaret yandırdı. Birdən başını qaldırıb ona tamaşa eləyən Akifə:
     – Mən, QHT-mizin ən fəal əməkdaşı kimi, heç Ermənistanda olmamışam - dedi. Bu sənə qəribə gəlmir ki?
     Akif onun sualından təəccüblənməsə də, çiyinlərini çəkdi:
     -Ay qardaş, sən indiyə qədər bu barədə heç vaxt mənə heç nə deməmisənsə, mən haradan bilim ki, sənin Ermənistana getmək kimi bir arzun var?
     -İndiyə qədər istəmirdim, amma indi istəyirəm.
     -Bunun yəqin ki, bir səbəbi də olmalıdır?
     Zaur siqaretin külünü, kağızdan düzəltdiyi kulyoka çırpıb dedi:
     - Bəli, səbəbi var. Tiflisdə çox maraqlı, orijinal yanaşmaları olan insanlarla tanış oldum. Onlar da bu münaqişə barədə demək olar ki, bizim kimi düşünürlər.
     -Luizanı deyirsən?
     -Həm Luiza, həm Artuş. İkisi də kifayət qədər savadlı, qeyri-standart adamlar idi.
     Akif diqqətlə Zaurun sifətinə baxdı. Onun üzündə şübhələrinə cavab axtarırmış kimi.
     -Ermənistana getmək istədiyindən əminsən? - soruşdu.
     Zaur:
     - Niyə də olmasın axı - dedi. - Sülhməramlı fəaliyyətə faydam olacaqsa, məncə getməyimdə qəbahət yoxdur. Elə deyil?
     Akif pəncərədən bayıra baxdı. Gözləri yol çəkirdi. Dodaqlarını büzüb dedi:
     -Haqlısan. Ermənilərlə canlı ünsiyyət, əlbəttə ofisdə oturub onlarla yazışmaqdan, layihələr hazırlayıb xarici donorlara göndərməkdən daha faydalıdır. Sən Tiflisdə, Kiyevdə, Moskvada onlarla canlı ünsiyyətdə olmusan. İndi də o cəmiyyət səni içəridən maraqlandırır. Bundan təbii nə ola bilər?
     Zaur başa düşüldüyünü görüb sevindi. Akifə duyduğu hörmət və sevgisi daha da artdı.
     -Bəs bizim sülhməramlılığımızın bir xeyri varmı? Yoxsa biz doğrudan da qrant almaqla məşğuluq?
     Akifin dodaqları qaçdı, başını buladı:
     -Sülhməramlılıq dediyin hadisə, bu günə qədər öz dəqiq tərifini tapmayıb. Amma bir həqiqət var ki, o da sülhməramlılığın indilərdə ağır günlərini yaşamasıdır. Həm də bu fakt təkcə Cənubi Qafqaza yox, dünyanın bütün münaqişə zonalarına aiddir. Keçmiş Yuqoslaviyadan başlayaraq etnik problemləri hərbi yolla həll etməyin səmərəliliyi sülh dialoqunun və xalq diplomatiyasının perspektivsizliyi illüziyasını yaratmaqdadır.
     -Səncə bunun səbəbləri nələrdir?
     - Sentyabrın 11-dən sonra başlanmış antiterror əməliyyatı Cənubi Qafqaz qarşıdurmasına yeni siyasi ritorika gətirdi. Üç respublikanın iqtidarları terminlər oyunundan dividentlər əldə etməyə, münaqişələrin tənzimlənməsi üzrə danışıqlar prosesində xalq diplomatiyasını hər cür dəstəkdən məhrum edən monopoliyalarını möhkəmlətmək üçün kredit almağa başladılar. Seçkilər öncəsi hər iki respublikada atəşkəs tez-tez pozulur, iqtidarlar əhalini müharibə ilə qorxudur. Bu münaqişə bizlər üçün münaqişədir, faciədir. İqtidarlar üçün isə biznesdir. Mən bu oyunda iştirak etməkdən yorulmuşam artıq. Sülhməramlılıq tostları, qardaşlıq ritorikası məni bezdirib.
     -Sən hesab edirsən ki, üç respublikanın da hakimiyyəti eyni xətti izləyir?
     - Cənubi Qafqaz respublikalarındakı vəziyyətlə tanış olan istənilən adam, bu bölgədəki dövlətlərin siyasi rejimləri arasında heyrətamiz dərəcədə oxşarlıq olduğunu birmənalı şəkildə anlaya bilər. Düzdür, Gürcüstan regionda demokratik islahatlar üzrə liderdir, amma ümumiyyətlə götürəndə bu rejimlərin hamısı yalnız münaqişə- lər həll edilmədiyinə, bölgəyə münasibətdə ziddiyyətli xarici maraqlar və bu maraqlar arasında az-çox uğurlu balanslaşdırma olduğuna görə dayanıqlıdır. Belə təsəvvür yaranır ki, münaqişəyə, yaxud onun həllinə cəlb edilmiş tərəflərin hamısı situasiyanın konservasiya olunması, münaqişələrin bundan sonra da dondurulması zərurətini qəbul edir. Bu isə rejimlərin və onların baş qəhrəmanlarının sabitləşməsinin qaçılmazlığı illüziyasını yaradır.
     Zaur diqqətlə Akifi dinləyirdi. Bu insanın dərin zəkası, mühakimə qabiliyyəti və analitik istedadı qarşısında həmişə heyranlıq duymuşdu. İndi də Akif, sanki ofisdə, Zaurun qarşısında yox, möhtəşəm konfrans zalında, böyük bir auditoriya qarşısında çıxış edirdi. Zaur özünün də regiondakı siyasi situasiyadan xəbərdar olduğunu, bu təşkilatda boş yerə işləmədiyini göstərmək üçün soruşdu:
     - Məni həmişə bilirsən nə maraqlandırıb Akif? Minsk Qrupu kimi bir strukturun bizim münaqişədə vasitəçi olmasına baxmayaraq, ABŞ-ın, Qərbi Avropanın və Rusiyanın konfliktə münasibətləri xeyli dərəcədə bir-biriləri ilə ziddiyyət təşkil edir. Belə bir şəraitdə Cənubi Qafqazdakı problemləri həll etmək mümkündürmü?
     Akif heç düşünmədən bu suala:
     -Əlbəttə yox - cavabını verdi. - Hamı Minsk Qrupundan ümidlərini üzüb. İstər hakimiyyətlər, istərsə də QHT- lər sülhməramlılığı imitasiya edir. Hər üç respublikada siyasi, iqtisadi və demoqrafik durum praktik olaraq eynidir. Gürcüstandakı inqilaba baxmayaraq, üç respublikada da avtoritar rejimlər, korrupsiya məngənəsində sıxılan iqtisadiyyat, yaxınlaşmaqda olan demoqrafik fəlakət hökm sürür.
     Zaur əllərini yanlara ayırıb yerinə oturdu.
     -Bilmirəm bu nə vaxt baş verəcək, amma nə vaxtsa ermənilərlə azərbaycanlılar, gürcülərlə abxazlar və osetinlər keçmişdə birgə məskunlaşdıqları yerlərdə dinc, yanaşı yaşamağı və əməkdaşlıq etməyi mütləq öyrənəcəklər.
     Akif onun fikrinin davamını gətirdi:
     -Ya da ki, bu ölkələr hələ uzun on illiklər bir-biriləri ilə fasiləsiz ədavət apararaq bölgəni məhvə gətirib çıxaracaqlar. Regionumuzda insanları şüurlu şəkildə bölən, onların əməkdaşlığına əngəl törədən informasiya blokadası hökm sürür. Dondurulmuş münaqişələrlə və nəzarətsiz zonalarla nə etməli? Bax bu suala dəqiq cavab hələ tapılmayıb.
     - Bəs sən konkret olaraq erməni xalqı haqda nə fikirləşirsən Akif? Səmimi olmanı istəyirəm, mənə dəqiq cavab ver. Bu mənim üçün çox vacibdir.
     Bu sual gözlənilməz olmuşdu. Akif də bir siqaret yandırıb kreslolardan birinə oturdu.
     -Baxmayaraq ki, mən sülhməramlı fəaliyyətlə məşğulam və Azərbaycanda məni sevməyən kifayət qədər adam var, mən yenə də ilk növbədə azərbaycanlıyam. Necə ki, Ermənistandakı həmkarlarım da ilk növbədə erməni, hətta əksər hallarda qatı daşnakdırlar.
     Bəli, mənim fikrimcə erməni milləti düşməndir. Buna söz yox. Tarixə baxsaq ermənilərlə neçə dəfə barışmışıq. Həmişə də hiylənin qurbanı biz olmuşuq. Müxtəlif dövrlərdə ya öz xoşumuzla, ya da zorla bizi sülhə məcbur ediblər. Amma erməni millətinin genində olan türkə nifrət silinib getməyib. Əksinə güclənib. Axırıncı sülh SSRİ- nin qurulması ilə zorla yaradıldı. Nəticə nə oldu? Yenə uduzan biz olduq. Dağlıq Qarabağ işğal olundu. Təbii ki, rusların oynadığı mənfi rolu da danmaq olmaz. Erməni özbaşına deyil ki, haranısa işğal eləsin.
     -Bəs əvvəllər azərbaycanlılarla ermənilər on minlərlə qarışıq ailələr qurub, uşaqlar dünyaya gətirib. Bu gün də onların bir qismi bizim aramızda yaşayır. Ümumiyyətlə, biz bir sülhməramlı təşkilat kimi nəyə nail olmaq istəyirik? Biz qrant yeyirik, yoxsa məqsədimiz xalqlar arasında sülhə nail olmaqdır?
     –Mən yenə də müharibənin tərəfdarı olmadığımı təkrarlamaq istəyirəm. Qarabağ erməniləri bizim vətəndaşlarımızdır. Amma biz ilk növbədə güclü iqtisadiyyat və güclü ordu qurmalıyıq ki, ermənilər Azərbaycan ərazisində yaşaya-yaşaya ayrılmaq sevdasına qapılmasınlar, separat təmayüllər göstərməsinlər. Dövlət dövlət olsa, separatçılıq da olmaz. Amma ermənilərlə ehtiyatlı olmaq lazımdır, onlardan nə desən çıxar. Açığı mən onlara güvənmirəm.
     -Axı niyə - Zaur ayağa qalxdı və əllərini belində birləşdirib, arxaya doğru gərnişdi: - İki xalqın arasındakı bu uçurum daha nə qədər böyüyəcək? Biz nə vaxta qədər düşmən qalacağıq?
     - Bilirsənmi Zaur, hər şey kənardan oxşar görünən, amma çox fərqli olan xalqlarımızın psixologiyasında yatır. Türkün psixologiyasında mərdlik, birsifətlilik var. Ümumən, türkün keyfiyyətlərini sadalasaq, başda halallığı və ədalətsizliklə barışmamağı göstərə bilərik. Mütləqə İnam yaradıcısı Asif Ata, türkün keyfiyyəti ilə bağlı deyirdi ki: “Türk ata minər, Koroğlulaşar, atdan düşər Füzuliləşər”.
     Zaur eşitdikləri qarşısında şok olmuşdu. Akifin türklükdən, türkçülükdən danışdığına indiyə qədər şahid olmadığından, bu pafoslu çıxış onu xeyli sarsıtmışdı. Akif isə sağ əlini yuxarı qaldırıb əsdirə-əsdirə aramsız danışırdı:
     –Türk həmişə zərifliyi və möhtəşəmliyi bir əldə birləşdirməyi bacarıb. Amma istəyənə aman verib, heç vaxt arxadan vurmayıb. Öz sərkərdəsini satan Səhl Sumbat, igidin atını oğurlayıb satan Keçəl Həmzə kimi adamlar Türkün arasından çıxmayıb. Bu erməni xisləti, erməni keyfiyyətidir. Erməninin ürəyində ilan var. İlan xislətli adam - yıxıldı yalvaran, qalxdı çalandır. Gücsüzün qənimi, güclünün nökəri olan ermənilər, xalqımızın başına min bir müsibətlər gətirib. Bu gün Bakıda yaşayırıqsa, Bakı adlı şəhərimiz varsa, 90 il bundan əvvəl türk qılıncının qından sıyrılması sayəsindədir. Mən bunları unuda, dana bilmərəm.
     Zaur lal-dinməz yenidən yerinə oturdu. Çaşqın gözlərlə rəhbərinə baxır, eşitdiklərini həzm etməyə çalışırdı. Onu daldığı xəyallardan ayıran da, elə Akifin özü oldu.
     -O ki, qaldı sənin Ermənistana getmək arzuna, bunu dəstəkləyirəm, çünki mən dialoqun tərəfdarıyam. Yerevan Press-klubundan Boris Novosardyan bir layihə təklif edib bizə. İndi onu tapıb verərəm sənə, baxarsan. Türkiyə- Azərbaycan-Ermənistan-Gürcüstan jurnalistlərinin iştirakı ilə Yerevanda keçirilməsi nəzərdə tutulan “Türkiyə- Azərbaycan-Ermənistan-Gürcüstan KİV-ində düşmən obrazı” adlı üç günlük konfransdır. Mən doğrusu getməkdən imtina etdim, çünki həm işlərim çoxdu, həm də mövzu mənə maraqsız gəldi. Amma sən istəsən gedə bilərsən. Mehmanxana, yemək və yol xərclərinin hamısını onlar ödəyirlər.
     Zaur gözlərini Akifdən ayırıb monitora dikdi:
     -Bəs layihəni kim maliyyələşdirir?
     - Caritas France təşkilatı. Borisin e-mailini indi sənə ataram, onunla yazışarsan. Şərtlər səni qane edərsə, gedərsən.

***


     Bütün Bakı, İçəri Şəhərdəki evi, iş yeri, hətta vücudu da dar gəlirdi Zaura. İki gün əvvəl Boris Navasardyana yazdığı məktuba hələ cavab almadığından, ağlına müxtəlif fikirlər girən, qəlbinə şübhələr dolan Zaur özünə yer tapa bilmir, Akifi bitib-tükənməyən sualları ilə dəng eləyirdi: “Bəlkə tədbir ləğv olunub?”, “Bəlkə Boris mənim namizədliyimlə razı deyil?”, “Ermənistana getməyin başqa yolu yoxdurmu?”.
     Əvvəllər Ermənistana getmək haqda bircə söz danışmayan, ümumiyyətlə bu məsələ ilə maraqlanmayan bir adamın, birdən-birə nə üçün Yerevana getmək həvəsinə düşdüyünü anlamırdı Akif. Bu sualla Zaura müraciət eləməmişdi, oğlanın xətrinə dəyməkdən qorxurdu. Amma bir şeydən dəqiq əmin idi - Zaur Tiflisdən qayıdandan sonra çox dəyişmişdi.
     Üzünü hansı səmtə çevirsə Artuşun pıçıltılarını eşidən, isti nəfəsini, ətrini, öpüşlərinin islaqlığını duyan Zaur, 2 saylı məktəbin qapısına necə gəlib çıxdığını özü də anlamadı. Bura gəlməyi heç vaxt planlaşdırmamış, bu barədə heç fikirləşməmişdi də. Bir gün qeyri ixtiyari olaraq məktəbin binası qarşısında dayandığını fərq etdi. Bilirdi ki, bütün təhsil ocaqları yay tətilindədi, məktəblər bağlıdı və içəri girmək onun üçün müşkül olacaq. Yenə də bəxtini sınamaq istədi.
     Alnını şüşəyə yaslayaraq alaqaranlıq foyenin axırında, əlində nəsə toxuyan yaşlı qarovulçu qadını gördü. Şüşəni taqqıldatdı. Qadın gözlərini qıyıb gələnin kim olduğuna baxdı və ayağa qalxıb, şap-şaplarını sürütdəyə- sürütdəyə qapını açdı.
     -Nədi oğlum, kimi axtarırsan?
     -Heç kimi xala, içəri girmək istəyirəm.
     Qadın gözlərini bərəldib, ikinci hecanın sonundakı saiti uzadaraq soruşdu:
     -Niyə?
     –Mən bu məktəbi qurtarmışam xala. Gəlmişəm keçmiş günlərimi yada salam.
     -Başa düşürəm, amma səni buraxa bilmərəm oğlum. Məktəbdə heç kəs yoxdur. Yad adamı içəri necə buraxım?
     - Bir neçə günə çıxıb gedirəm xaricə. Axırıncı dəfə məktəbimi görmək istəyirəm. Bəlkə bir daha qayıtmadım Bakıya - Zaur elə ordaca uydurdu və xəcalətindən qulaqları qızardı.
     - Yenə də deyirəm - buraxa bilmərəm! Siniflərdən bir şey itsə, mən cavabdehəm axı!
     Zaur qadının əlindən tutdu:
     -Xala mənə inanmırsınızsa koridorları, həyəti bir yerdə gəzək. Amma qurban olum dala qaytarmayın.
     İndi burada köhnə qarovulçu Naidə xala olsaydı, Zaur rahatlıqla içəri keçərdi. Amma beş il əvvəl sanitar işlədiyi xəstəxanadan pensiyaya çıxandan sonra, məktəbə qarovulçu düzələn qadın, Zauru əlbəttə tanıya bilməzdi. O, ömründə ilk dəfə idi ki, oxuduğu məktəbi son dəfə görmək üçün qapıda yalvaran adam görürdü. Məktəb, müəllim, təhsil anlayışlarının tənəzzülə uğradığı, dəyərdən düşdüyü bir zəmanədə, belə bir adama rast gəlmək qadını mat qoymuşdu. Bir yandan həqiqətən də içəri adam buraxmağa səlahiyyəti çatmırdı, obiri tərəfdən isə doğma şəhəri və məktəbi ilə vidalaşmaq istəyən gəncə mane olmağın insafsızlıq olduğunu başa düşürdü.
     - Yaxşı, gəl oğlum. Amma on beş dəqiqə vaxtın var! Hərdən rəhbərlikdən kimsə gəlib sənəd zad götürür. Səni içəridə görən olsa, işimdən olaram.
     Zaur sevincək olub qarını yanağından öpdü və cibinə beş manatlıq əskinası dürtüb tələsik dedi:
     -Sağ ol ay xala.
     Qapıdan addım atan kimi, pilləkənlərlə becid-becid ikinci mərtəbəyə qalxdı. Tətilə girən məktəbin ölü sükuta qərq olmuş uzun koridorunun ortasında dayandı, sağa-sola boylandı. Hardan başlayacağına qərar verə bilmirdi, duruxmuşdu. Nəhayət, son dörd ilini oxuduğu sinfin qapısına yaxınlaşdı və dərindən nəfəs alaraq qapının qolunu burdu.
     Həmən partalar, həmən lövhə, həmən müəllim masası. Burada baş vermiş yeganə dəyişiklik, Rus yazıçılarının portretlərinin divarlardan çıxardılaraq yerlərinə Azərbaycanın şair və yazıçılarının şəkillərinin asılması idi. Sovet dövründən qalma pəncərələr isə, indiyə qədər dəyişdirilməmişdi. İki laylı pəncərələrin aralarına yığılmış toz-torpaq da, elə on-iyirmi il əvvəlki toz torpaq idi deyəsən. Budur, dörd il Artuşla bölüşdüyü ortadan üçüncü sıradakı parta. Keçib “yerinə” əyləşdi, lap aşağı sinif şagirdləri kimi əllərini üstü toz bağlamış masanın üzərində birləşdirdi. İndi bu yer ona çox dar gəlirdi, vücudu çətinliklə masa ilə skamyanın arasına sığışmışdı. Zaur böyümüşdü.
     “Bax belə” düşündü. “Nəhayət uzun illərdən sonra, həmən sinif, həmən parta...” Gözündən yaşların nə vaxt boşalmağa, damcı-damcı masanın, dirsəklərinin üstünə düşərək islatmağa başladığını hiss etmədi Zaur. Bir də onda ayıldı ki, vücudunun üsyankar, qışqırtılı cismaniliyini lap yeniyetmə dövründəki kimi hiss etməyə başlayıb. Qasığından ona tanış, doğma şəhvət sancısı qopdu. Sanki sevdiyi insan indi burada, yanında oturmuşdu. Onun tərini hiss edir, nəfəsinin istisini üzündə duyurdu. Yeganə müstəsna mülkiyyəti olan cismini o sevgiliyə fəda etməyə hazır idi. Çünki hormonlarla və sevgi qığılcımlarıyla dolu olan vücudu təkcə özünə mənsub ola bilməyəcək qədər nəhəng idi.
     Qadının ona 15 dəqiqə vaxt verdiyini yada saldı. Çıxmaq istəyirdi sinifdən amma ayaqları getməyə razı olmurdu. Sanki partalar onu çağırır, o illəri bir daha, bir daha ağlında dolaşdırmağı tələb edirdilər. Divarlar da getmə deyirdilər. Lövhə isə “dayan, qal, son dəfə məni təbaşirlə kirlət” hayqırırdı.
     Daha dözə bilməyib ayağa qalxdı. Dodaqları titrəyirdi. Boğazında ilişib qalmış qəhər, səssiz-səssiz axan gözyaşılarının hönkürtüyə çevrilməsini əngəlləyirdi. Lövhənin qarşısında ayaq saxladı. Balaca bir təbaşir parçası dəydi gözünə. Təbaşiri götürüb ovucunda oynatdı, bir az fikirləşib onu cibinə atdı. Məktəbin həyətinə çıxmaq üçün arxa tərəfdən aşağı enərək qapını açdı. Əmək dərsi binasının arxasında, Artuşla bir-birlərinə ürəklərini açdıqları, gizlincə öpüşdükləri yerə gəldi. Burada bitən çinar ağacı, ətrafa kölgə salmaqda davam edirdi. Ağacın altındakı iki kubik daşın ortasına qoylan taxta parçasına oturdu. Bu çinar, uşaqlıq illərində olduğu kimi, bu gün də onu qızmar günəşin şüalarından qoruyurdu. Kürəyini ağacın enli gövdəsinə yaslayıb gözlərini yumdu və nədənsə son zəng gününü xatırladı.
     O gün məktəbin həyətində iynə atsan yerə düşməzdi. Və o gün Zaurun yanında sevdiyi insan yox idi. Dəstədən ayrılıb bu ağacın altında tək başına oturan Zauru heç kəs fərq etməmiş, sinif yoldaşları onu itirib axtarmamışdılar. İlk dəfə Zaur öz lazımsızlığını məzuniyyət günü dərk etmişdi. Ağlamışdı xeyli və yaxınlaşıb göz yaşlarını görən də olmamışdı. Mikrofonla çıxış edənləri eşitmir, illərin necə də tez ötüb keçdiyini düşünürdü. Müəllimlərdən canları qurtaracaq, hər gün səhər tezdən oyanmağa ehtiyac qalmayacaq deyə hamı sevinirdi. Attestat almaq, yeni həyata atılmaq Zaurun da ürəyincə idi, amma bu andan sonra onu Artuşa bağlayan, ona Artuşu xatırladan son maddi əlaqənin də kəsiləcəyi, unudulmaz anlarını keçirdiyi məktəbin bir az sonra onun həyatından əbədi silinib gedəcəyini bilmək ona əzab verirdi. “Onsuz da Artuşdan sonra bu məktəbin heç bir ləzzəti, dadı qalmayıb” deyə, özünə təsəlli vermiş, hələ 1990-cı ildə bu məktəblə vidalaşdığını düşünmüşdü. Yenə də son dəfə bura ayaq basmaq qəribə gəlirdi ona - elə bil yarımçıq bir işi, kiməsə deyiləsi sözü qalmışdı.
     Bir neçə dəqiqə sonra son dəfə rəmzi zəng çalınacaq və 11 ildir hər səhər eşitdiyi bu cır səs, Zaurun vücudunu yarıb keçərək, onun həyatından birdəfəlik gedəcəkdi. O, səbirlə bu anı gözləyirdi.
     Birinci sinifə başladığı, Artuşla tanış olduğu günü də çox yaxşı xatırlayırdı. Ürkək və inamsız iki oğlan uşağını - azərbaycanlı və ermənini yan yana oturtmuşdular. Azərbaycanlı və erməninin sinif yoldaşı ola bilmələrinin, bir parta arxasında otura bilmələrinin adi hal olduğu səksəninci ilin əvvəlində, cəmi bir neçə il sonra iki düşmən xalqa çevriləcəklərini bilməyən Artuş və Zaura, möhkəm dost olmaları üçün bir həftədən də az vaxt tələb olunmuşdu. Məktəbin ilk iki ilində maraq dairələri o qədər də geniş olmayan uşaqlar butulka qapaqları yığıb onlarla müxtəlif oyunlar oynayırdılar və ən çox butulka qapağına sahib olana, bütün sinif qibtə edirdi.
     Filateliyaya maraq isə, hər ikisində üçüncü sinifdən sonra yaranmışdı.
     Siqareti ayaqqabısının altında əzərək söndürdü və ayağa qalxdı. Ürəyinə daş basıb getməliydi buradan. Gəldiyi qapıdan dala qayıdıb pilləkənlərin yanından keçdi və arxadan qarovulçu qadına yaxınlaşdı.
     -Çox sağ olun xala. Sizin bu yaxşılığınızı heç vaxt yaddan çıxarmayacam.
     Qadın son ilməni milə keçirdib başını qaldırdı.
     -Sən ki, vətəndən getməmişdən qabaq gəlib məktəbinə baş çəkirsən, deməli layiqli oğulsan. Kaş bütün cavanlar sənin kimi olaydı.
     Zaur sıxıla-sıxıla dedi:
     - Xala, mən əslində məktəbi görmək üçün yox, ilk məhəbbətimi yad eləmək üçün gəlmişdim. Yəqin ki, məni başa düşərsiniz.
     Qadın gülümsünüb dedi:
     - Ay xatakar - sonra başını buladı, - Bəs sən öz ilk məhəbbətinlə ayrılmısan? O qız indi hardadı?
     Zaur pəncərəyə, Bünyat Sərdarov küçəsindən keçən maşınlara baxa-baxa dedi:
     -Bizi müharibə ayırdı.
     Qadın Zaurun cavabını başa düşməmiş olacaqdı ki, dəqiqləşdirdi:
     -Necə yəni?
     Səhv buraxdığını başa düşən Zaur:
     - Atası hərbçi idi. Qarabağda şəhid oldu - tez-tələsik dedi. Qız da qohumları gilə. Zaur belə məharətlə, utanıb-qızarmadan yalan danışmağı bacardığını xoşuna gəlməyə başlamışdı.
     Qadın “vay-vay-vay” deyib, başını buladı.
     -Allah rəhmət eləsin bala. Neynək, həyatdı da. Ölüm itim dünyasıdı. Allah qalan balalanmızı, cavanlarımızı salamat eləsin. Qan axmasın, camaat qınlmasın. Yazıqdı bu millət ay bala, yazıqdı.
     Arvad bunları deyib ağır-ağır ayağa qalxdı və ayaqlarını sürütləyərək qapıya yönəldi. Zaur da asta-asta onun dalınca gedir, bir yandan da son dəfə məktəbin divarlarına, divarlardan asılmış plakat və şüarlara baxırdı. Əvvəllər Leninə mənsub “Oxumaq, oxumaq, yenə də oxumaq!” şüarı, indi məktəb direktoru İradə Dəstərxanlının “Təhsil bizim üçün prioritet sahədir” aforizmi ilə əvəzlənmişdi.
     Qadınla vidalaşıb küçəyə çıxdı. Nə üçünsə içi nifrət, qəzəb doluydu. Məktəbdə rahatlıq tapmaq yerinə, ovqatı daha da təlx olmuşdu. Yeyin addımlarla üzü aşağı düşə-düşə, qarşıdan gələn etinasız, ya da ürkək adamların onun yanına çatmamış qeyb olduqlannı, buxarlandıqlannı görürdü. Sanki hamı hamıdan qaçır, gen gəzirdi. “Hanı mənim uşaqlığımın Bakısı” düşündü. “Hanı “Plombir” dondurması? Nə üçün insanlar gülmür daha? Nə üçün küçələr indi tünlük və çirklidir? Nə üçün dağıdılır, yerlə yeksan edilir hər şey?”
     Əbədi uşaq qalmaqdan, heç vaxt böyüməməkdən daha gözəl bir şeyin olmadığını yenidən məktəbə qayıdandan sonra başa düşmüşdü. Başa düşmüşdü ki, Artuşla birlikdə bir-birlərinin uşaqlıqlarını oğurlamış, bunun nəticəsində də vaxtından tez böyümüşdülər.

***


     Valideynlərinin evdə olmaması, yalnızlığa ehtiyacı olan Zaurun kefini az da olsa açmış, hirsini soyutmuşdu. Hələ qarşıda onu - əgər Borisdən müsbət cavab gələrsə - Yerevana getmək üçün valideynlərinin razılığını almaq, ala bilməsə yenə də öz bildiyini eləmək kimi əziyyətli bir iş gözləyirdi. Yerevan mövzusu açılanda yəqin ki, anası- nın bir neçə dəfə ürəyi gedəcək, atasının isə şəkəri qalxacaqdı. Amma nə olursa olsun, Zauru yolundan heç nə saxlaya bilməzdi.
     Otağına girib əynini soyundu. Köhnə kamodun üstündəki çərçivəli altı fotoşəkildən biri, onun Artuşla məktə- bin həyətində çəkdirdiyi son şəkil idi. Şüşənin altındakı ağ-qara əksi barmaqları ilə sığalladı. “Bu çərçivə necə də dar gəlir mənə də, sənə də... Biz həbs olub qalmamalıyıq çərçivələrdə, yetər artıq dözdük, boyun əydik bu sistemə”. Çərçivəni götürüb kamodun birinci gözünə, alt paltarlarının üstünə atdı və gün ərzində ilk dəfə gülümsədi. “Məni heç bir müharibə, münaqişə saxlaya bilməz. Bundan sonra şəkillərdə təsəlli axtarmayacağam. Görüşəcəyik. Mütləq görüşəcəyik”.
     Gələcəyə inamı artmış; arxayınlıq, toxtaqlıq tapmışdı. Elə bu an oğlan və ya qıza aid olduğu aydın olmayan cır bir səs eşidildi küçədən.
     -Nəlbəki, nəlbəki, stəkan, stəkan. Daşa-divara vurursan, sınmayır, üstünə çıxırsan sınmayır.
     Maraqlanıb pəncərədən boylandı. Cavan bir oğlan idi. İki dolu zənbilin yanında dayanıb əlindəki stəkanı beton divara vurub təkrar edirdi.
     –Daşa-divara vurursan, sınmayır, üstünə çıxırsan sınmayır.
     Pəncərələrdən, eyvanlardan baxan olduğunu görüb stəkanı yerə qoyub ayaqlamağa başladı. Doğrudan da sınmırdı. Oğlan nə qədər canfəşanlıq etdisə də alıcı olmadı. Birdən səsini xırp kəsərək zənbilinə doğru əyildi. Başını bulayıb, yükünü götürüb uzaqlaşdı. İndi onun səsi uzaqdan gəlirdi.
     -Nəlbəki, stəkan, daşa-divara vurursan, sınmayır, üstünə çıxırsan sınmayır.
     Zaur otağın ortasında dayanıb nə edəcəyini fikirləşdi və axırda başını qatmaq üçün internetə girməyə qərar verdi. Səkkiz dənə məktub gəlmişdi poçtuna və... biri Boris Navasardyandan idi. Dəlicəsinə sevindiyindən, özünü itirdi və iki əli ilə başını tutdu.
     Boris Zaurun tədbirə dəvət edildiyini, lakin mövzu ilə bağlı iki-üç səhifəlik məruzə hazırlamaq lazım gəldiyini yazırdı.
     “Sizin konfransımızda iştirakınız, inanıram ki, çox səmərəli və faydalı olacaq. Cənab Akif Tağınm təşkilatı ilə əvvəllər də layihələrimiz olub və onun məsləhət bildiyi bir şəxslə əməkdaşlıq etməkdən məmnunluq duyarıq. Sizdən xahişim, konfransımızın mövzusuna - “Azərbaycan-Ermənistan-Türkiyə-Gürcüstan” dörd tərəfli münasibətlərinə, bu münasibətlərin reallıq və perspektivlərinə dair bir məruzə hazırlayıb mənə göndərəsiniz. Zəhmət olmasa pasport məlumatlannızı da yazın. Konfrans iyul ayının 7-10 tarixləri arasında keçiriləcəyi üçün, siz 6 iyulda artıq Yerevanda olmalısınız. Tiflisə gəlib, oradan da maşınla Sadaxloya, Gürcüstan-Ermənistan sərhədinə gəlməlisiniz. Sizi orada qarşılayacağıq. Yolda çəkəcəyiniz xərclərin hamısı qəpiyinə qədər sizə ödənəcək... ”
     Zaur dərhal pasport məlumatlarını Borisə yazıb, məruzəni də bir-iki günə hazırlayacağını əlavə etdi və məktubu göndərdikdən sonra, MSN-də Artuşu axtardı. Offline görünən Artuşa əvvəl məktub yazmaq istədi, amma sevgilisinin bir neçə dəqiqə sonra peyda olması onu sevindirdi. Qulaqlıqları taxıb, mikrofonu dodaqlarına yaxınlaşdırdı.
     -Alo.
     Artuşun səsi kəsik-kəsik gəlirdi.
     -Salam Zaur. Bayaqdan buradaydım. Acdım, yeməyə getdim. Neynirsən?
     –Sağ ol. Məktəbə getmişdim. Kameranı aç.
     Artuş kamera bağlantısını da qoşaraq ekranda göründü. Üzü gülürdü.
     -Deyəsən evdə təksən? - Artuş soruşdu.
     -Hə təkəm. Bizimkilər harasa gediblər.
     –Bayaq dedin məktəbə getmişdin. Bizim iki saylıya?
     -Aha.
     Artuş çənəsini yumruqlarına yaslayıb üzünü əməlli-başlı kameraya yaxınlaşdırdı və etinasız soruşdu:
     -Necə idi?
     Zaur bilmədi nə desin.
     -Nə “necə idi”?
     -Məktəb? Neynədin orada?
     - Heç, elə belə. Keçmişi yada saldım. Çinarımız yadındadır? Bax onun altında oturdum bir az. Sinifimizə də baş çəkdim, bizim partamızda əyləşdim.
     Artuşun üzündəki laqeyd ifadə dəyişmədi:
     -Çox yaxşı.
     -Deyəsən bu səni maraqlandırmadı.
     -Niyə maraqlandırmalıdır axı Zaur? O məktəblə bağlı ən işıqlı xatirəm sənsən. Səninlə də ki, artıq demək olar hər gün görüşürük. Məktəbdə münaqişə başlayandan sonra bizə qarşı təzyiqlər dözülməz həddə çatmışdı. O məktəbi nə sevir, nə də nifrət etmirəm. Bağışla ki, bu gün orada keçirdiyin hisslərini səninlə bölüşə bilmirəm.
     Zaur başını bulaya-bulaya razılaşdı:
     -Haqlısan. Səninlə mübahisə edə bilmərəm. Onda gəl səni başqa bir xəbərlə sevindirim.
     Artuşun həyəcandan gözləri parıldadı:
     -Bax bu əla olar! De gəlsin!
     -Boris Navasardyandan cavab gəldi. Məni Yerevana dəvət edir.
     Artuş gözlərini kameraya zilləyib Zaura baxırdı. Deməyə söz tapmırdı.
     -Mən Yerevana gəlirəm Artuş! Eşidirsən?
     Zaur bərkdən gülməyə başladı.
     -Necə gələcəksən? - uzun sürən sükutdan sonra Artuşun verdiyi sual bu olmuşdu.
     - Tiflisdən Ermənistan sərhədinə, Sadaxloya. Orada məni qarşılayacaqlar. Ermənistan xüsusi xidmətləri və Boris Navasardyanın özü gələcəklər.
     -Nə vaxt çıxırsan yola?
     -Bir həftə sonra. İyulun altısı gərək sərhəddə olum. Tədbir yeddisi səhər başlayır.
     -Mən də gəlmək istəyirəm.
     -Hara?
     -Sərhədə.
     - Lazım deyil. Çekistləriniz səni görməsinlər. Mən sənə Yerevana çatanda zəng vuraram, qaldığım otelə gələrsən. Sərhədə gəlsən, bunu düz başa düşməzlər. Səbrli ol, bir azca da döz.

***


     Axşam valideynləri evə gələndən sonra, Zaur “gecənin xeyrindənsə, səhərin şəri yaxşıdı” düşüncəsi ilə, Yerevana gedəcəyi barədə onlara bir söz demədi. Səssiz keçən şam yeməyi süfrəsindən qalxıb anasına “çox sağ ol” dedikdən sonra, atasının pul qazanmaq, adam olmaq və ailə qurmaq barədə ənənəvi məsləhətlərini eşitməmək üçün otağına çəkilib, iki saata yaxın kompüterdə işlədi. Yerinə uzanıb Sorokinin “Bro yolu” romanını qaldığı yerdən oxumağa başlayanda, saat on ikiyə qalırdı. Yalnız iki saat sonra kitabı bitirib səliqə ilə rəfdəki yerinə qoydu və oxuyacağı növbəti kitabı - Piter Akroydun “Platon haqqında rəvayəti”ni götürüb, adəti üzrə ilk iki səhifəsini tələsik oxudu və yatdı.
     Yuxusu narahat idi. Röyasında gecə dənizi çadraya bürünmüş bir qadın kimi yaşmağı altından baxan yaşıl gözlərinin cadugər cazibəsilə onu çəkib haraya isə, sirli-sehrli bir dünyaya aparmışdı və orda, qara bir qapı açılarkən, Zaur qapı arxasında qara gözlü səadətini görmüşdü. Artuşu.
     Səssizlik içində gecə dənizinin çox uzaqlarda sinəsindən qopan boğuq bir səslə köksünü ötürdüyünü duyaraq tər içində yuxudan oyandı. Donub yerində qaldı və gözləməyə başladı. Çox çəkmədi və gecə dənizi elə bil ağrısını canından çıxarmaq istəyən canlı bir varlıq kimi bu dəfə daha dərindən və daha boğuq bir vıyıltı ilə yenidən köksünü ötürdü. İyul ayının girməsinə iki gün qalsa da, küləklər Bakıdan ayrılmaq istəmir, tez-tez fırtınaya çevrilərək kövrək ağacları aşırdır, dalğaları metrələrcə hündürlüyə qaldırırdı.
     Zaur yerindən sıçrayıb pəncərəyə yaxınlaşdı. Elə bil gecə dənizi, bütün günü canına hopan bir yorğunluğun ağrısını, kanalizasiyalardan içinə doldurulan poxların, sidiklərin, sperma və bəlğəmlərin üfunətli energetikasını canından çıxarmaq üçün köks ötürürdü və Zaur alnını pəncərəyə söykəyərək dənizin canına hopmuş o azman yorğunluğu təsəvvürünə gətirmək istədi, lakin xəyalında qurduğu bütün qurğuların sarsıldığını hiss elədi.
     Uğultusuna sehrlənib qaldığı gecə dənizindən ürəyinə axıb dolan nə isə anlaşılmaz bir təlaş hissilə ayrıldı pəncərədən. Mətbəxə keçib soyuducudan bumbuz Bonaqua suyunu götürüb başına çəkdi. Ürəyi sıxılırdı. Otağına qayıdıb güc-bəla ilə özünü yuxuya verdi.

3


     Gürcüstanın paytaxtına səyahət 5 iyul günü Bakı-Tiflis qatarında başladı. Xoşbəxtlikdən beynəlxalq reyslərə çıxan qatarların vaqonlarına ötən ilin sonunda quraşdırılan kondisionerlər, az da olsa sərnişinləri yayın bürküsündən xilas edirdi. Kupedə Zaurdan savayı bircə adam var idi - özünü Möhlət kimi təqdim edən bu yaşlı kişi, bahalılıqdan gileylənir və Brejnev dövründəki ucuzluğu xiffətlə anırdı. Nəhayət iki saat sonra danışmaqdan yorulub yatdı.
     Zaur səhər tezdən, bələdçinin qapını tələbkarlıqla taqqıldatmasına oyandı. Möhlət artıq çoxdan durub yerində oturmuşdu. Köhnə, xırda dişli Sovet darağı ilə saçlarını darayır, pəncərədən boz düzənlikdə ot axtarışında olan qoyun sürüsünə baxırdı.
     Azərbaycanın gömrük xidmətinin əməkdaşları və sərhəd qoşunlarının əsgərləri vaqonlara doluşdular. Zaur çantasından pasportunu çıxarıb masanın üstünə hazır qoydu. İki nəfər kupenin ağzında dayanıb “Sabahınız xeyir. Pasportlarınızı zəhmət olmasa...” deyəndə, Zaur şahidi olduğu nəzakətdən şok keçirdi. Onlar Möhlətin və onun pasportlarını yoxlayıb çıxdıqdan sonra, qatar tərpənənə qədər bir daha kupeyə girib onlara sual verən, narahat edən olmadı.
     - Bir neçə ay əvvəl adamı tumanına qədər yoxlayırdılar, axmaq-axmaq suallar verirdilər. Deməli istəyəndə adam ola bilirik. Bizi nahaq yerə Avropa Şurasına qəbul eləməyiblər ki - dedi Möhlət, ilıq Borjomu başına çəkərək.
     Zaur ona dodaqlarını qaçırdaraq cavab verdi və gözlərini pəncərəyə zillədi.
     -Oğlum, görürəm sən savadlı adama oxşayırsan. Mən özüm şairəm, üç kitabım işıq üzü görüb. Aleksandr Bloku tanımamış olmazsan. Bax o deyib ki, şair üçün başlıca keyfiyyət yolun hiss edilməsidir. Bununla o demək istəyib ki, şair olan kəs yaradıcılığında əsas istiqaməti bilməli və ya tapmalı, kələfin ucunu həmişə əlində tutmalıdır ki, yolunu azmasın, əksinə inkişaf etsin. Orta məktəbdə oxuyanda şeirlər yazmağa başlamışam. İlk şeirim o vaxtlar Tovuzda çıxan “Sosializm kəndi” rayon qəzetində dərc edilib. Atam dəmirçi idi. Bu peşə ilə əlaqədar şeirlər yazmışam.
     – Bəs şəhər həyatı haqqında şeirləriniz olub? - Zaur bu sualı nə üçün verdiyini, özü də başa düşmədi.
     -Şəhərdə həyat var bəyəm oğlum? Hətta fransızlar da deyirlər ki, kənd haqqında, təbiət haqqında ən gözəl əsərlər şəhərdə yaranır. Yəni şəhərdə yaşasan da, gərək kənddən yazasan. Əvvəla onu deyim ki, uşaqlığım müharibə və müharibədən sonrakı illərə düşüb. İbtidai məktəbi qurtardıqdan sonra hər gün kəndimizdən 7-8 kilometr uzaqlıqda yerləşən Yanıqlı məktəbinə piyada gedib-gəlirdim. Özü də bu yollar dağdan-dərədən, təbiətin qoynundan keçirdi. Atamı güclə xatırlayıram. O, müharibədə həlak olub. Ata əvəzi olan əmim Tapdıq kişinin himayəsində böyümüşəm. Anam belində onatılan, çiynində beşatılan gəzdirərdi. Kolxoz partiya komitəsinin katibi idi. Aclığın, soyuğun, qorxunun nə olduğunu uşaqlıq çağlarından hiss etmişdim.
     Bir dəfə yolda don vurmuş turacın dalınca qaçanda kolun dibində bənövşəyə rast gəldiyimi bu gün də xatırlayıram. İlk bahar olsa da hər tərəf qarla örtülmüşdü. Kolun dibində isə bənövşə baş qaldırmışdı. Təsəvvür edirsən?
     Zaur “edirəm” desə də, əlbəttə ki, təsəvvür etmir, etmək belə istəmirdi. Möhlət kişi, Zaurun cavabından ruhlanıb ayağa qalxdı və pəncərənin pərdəsini çəkdikdən, kupenin qapısını bağladıqdan sonra qəfildən Zaurun qarşısında diz çökdü.
     -Oğlum, mən bu xalq uğrunda, vətən uğrunda saçlarımı ağartmışam. Üç kitabım işıq üzü görüb. Nəvə-nəticə sahibiyəm. Qocalıb əldən düşmüşəm, qarımı da on il əvvəl itirmişəm. Sənə qurban olum oğlum, icazə ver sikini sorum. Bağışla məni, bağışla oğlum...
     Elə bil Zaurun ürəyində nəsə cingilti ilə qırılıb sinəsinə səpələndi. Ayaqları, dodaqları titrədi. Əslində dünən gecədən ürəyinə nəsə dammış, bu kişi ilə səyahətinin gözlənilməz bir hadisə ilə nəticələnəcəyini hiss etmişdi. Oral seksdən ötrü alçalan, qarşısında diz çökən Möhlət, ona Sorokinin “Dörd nəfərin ürəyi” əsərində yeniyetmənin qarşısında yerə qapanaraq, ağzına almaq üçün yalvaran qocanı xatırlatdı. Bu kitabı oxuyan vaxt, belə bir şeyin həyatda ola biləcəyinə inanmamışdı. “Deməli, ədəbiyyatla reallıq arasındakı sərhədin silinməsi belə olur” dedi zəif səslə amma kişi onu eşitmədi. Zaur düşünməyə, qərar verməyə zamanının qalmadığını, artıq hadisələrin onun nəzarətindən çıxdığını yaxşı başa düşürdü. Kişi də Zaurun tərəddüd keçirdiyini, şokdan ayılmadığını görüb əlləri əsə-əsə, onun hərəkətlərini ürək ağrısı ilə izləyən gəncin cins şalvarının düymələrini açırdı. Qocanın qırışmış, damarlarla qaplanmış əllərinin üstündə, yer-yer köz bağlamış xırda yaralar gözə dəyirdi. Möhlət Zaurun şeyini çətinliklə tumanın içindən çıxarıb burnundan çıxan isti nəfəsini qasığına, xayalarına füləyə-füləyə acgözlüklə əmməyə başladı. Çoxdandır seks yaşamayan Zaurun ereksiyası özünü çox gözlətmədi. Fiziologiyasının duyğularına qalib gəlməsi, Zauru heyrətləndirmişdi. Nə üçün müqavimət göstərmədiyini düşündü, amma sualına məntiqli cavab tapa bilmədi. Üç dəqiqəyə yaxın zaman keçmişdi. Zaur boşalmaq üzrə olduğunu hiss etsə də, kişiyə bu barədə bir söz demədi və yüngülcə zarıyaraq Möhlətin protezli ağzına boşaldı. Gözlərinə işıq gələn Möhlət, təzyiqlə ağzına fışqıran spermanı nəfəsi kəsilə-kəsilə, boğula-boğula udurdu.
     Zaurun həyatındakı bəlkə də ən qısa “cinsi əlaqə” tamamlanmışdı. Kişi qalxıb yerinə oturdu və ağır-ağır nəfəs alaraq “çox sağ ol oğlum” dedi, ilıq Borjomidən iki qurtum içdi.
     Zaur düymələrini bağlaya-bağlaya, Borjomi içən kişinin gah qabaran, gah yoxa çıxan hulqumuna baxırdı. Yuxuya doymamışdı, başı yüngülcə ağrıyırdı və bir böyük fincan qəhvə içib, rahat yataqda iki-üç saat yatmaq, hər şeyi unutmaq istəyirdi. Kişi onun özlüyündən qapanan göz qapaqlarını görüb dedi:
     -Bir az uzan mürgülə oğlum. Gürcülər qatarı saxlayanda durarsan.
     Zaur kişiyə minnətdarlıq mənasında nəsə mırıldandı və başını yastığa atıb dərhal yuxuya getdi.
     Gürcülər qatarı Qardabanidə səs-küylə saxlayanda, Zaur yerindən dik atıldı. Vaqonda canlanma başlamışdı. Gürcü arvadları ora-bura qaçışır, bir-birlərinin kupelərinə əli dolu girib, əli boş çıxır, bəziləri isə tərsinə - əli boş girib, əli dolu qayıdırdılar. Zaur əvvəl bu təlaşın mənasını başa düşmədi. Möhlətin üzünə baxdı.
     - Bunlar alverçilərdi. Bakıdan, Aeroport talkuçkasından Tiflisə mal vururlar. Gürcü gömrüyü də mal apardıqlarına görə, onlardan rüsum tutur - qoca başını bulaya-bulaya dilləndi. - Azərbaycanımın ən murdar adamı belə, milyonlarla yaxşı əcnəbidən mənə daha əzizdir. Xalqımın yaxşısına da, pisinə də qurban olum. Sapı özümüz- dən olan baltalar xalqa bir də görürsən qara yaxırlar, öz millətini söyürlər. Belə adamlara nifrət edirəm. Vətən vətəndir, xalq xalqdır oğlum. Qurban olum öz xalqıma, millətimə, dövlətimə.
     Elə bu məqamda gürcü gömrükçüləri və sərhədçilər onların vaqonuna girib sözün əsl mənasında anqırmağa başlayanda, Zaur “Qızılgül” inqilabı dalğasının Azərbaycan-Gürcüstan sərhədinə hələ gəlib çatmadığını düşündü. Günəşli Gürcüstana səyahət edənlərin üstünə çəmkirən, sənəd göstərməyi, baqajı açmağı kobudcasına tələb edən gürcülər, öz hərəkətləri ilə Qafqaz qonaqpərvərliyi haqda sümükləşmiş mifi darmadağın edirdilər. Qəribəsi o idi ki, onlar azərbaycanlılarla yanaşı, öz vətəndaşlarını, yəni gürcüləri də təhqir edirdilər. Hətta gürcülərin payına düşən söyüş miqdarı azərbaycanlılarınkından qat-qat çox idi. Alverçi qadınların Bakıdan aldıqları malları perronun üstünə tökən, çanta və torbalardan çıxardıqları köynəkləri və alt paltarları tapdalaya-tapdalaya sayan gömrükçülər, qadınları soyundurub, altdan üst-üstə kofta, köynək geyinib geyinmədiklərini də yoxlayırdılar.
     Perronda baş verənləri ikrah və dəhşətlə izləyən Zaurun çaşqın nəzərlərini görən bələdçi:
     -Saakaşvilidən sonra belə oldu. İndi azı üç saat burda ilişib qalacağıq dedi. - Əvvəl heç olmasa rüşvət verib tez keçirdik. İndi rüşvət almırlar, amma incidirlər adamları. İstəyirsənsə taksiyə min uzağı bir saata Tiflisdəsən. Qiyməti də bahalı deyil - deyən bələdçi, əli ilə perronun sonunda dayanmış, müştəri gözləyən maşınları göstərdi.
     Zaur məsləhətinə görə bələdçiyə təşəkkür elədi və kupesinə keçərək, həyatında ilk dəfə rüşvətin də müsbət rolunun ola biləcəyini düşündü. Deməli bu adamlar rüşvət alsaydılar sərnişinlər vaxt itirməz, dövlət qulluqçularının üzü gülər, mədəni səviyyələri artardı. Zaur bələdçinin üç saat Qardabanidə gözləyəcəkləri barədə peyğəmbərcəsinə verdiyi “vədə” inanmaq istəməsə də, bir-birini qovalayan saatlar Zaurun şübhələrinin yersiz və əsassız olduğuna sübut idi. Kondisionerlər artıq işləmirdi və alverçi arvadların mallarından ötrü istidə gözləməli olan, bədənlərindən tər su yerinə axan sərnişinlər tez-tez perrona düşüb, siqaret köşkünün yanındakı bulaqda əl-üzlərini yuyur, alverçiləri nifrətlə süzürdülər.
     Nəhayət yoxlama bitəndən, alverçilərlə gömrükçülərin çığırtısı yatışandan sonra qatar tərpəndi. Gömrük rüsumlarını son quruşuna qədər ödəyərək, döyüşdən məğlub çıxan arvadlar, kupelərinə girib ucadan gömrükçüləri gürcü dilində lənətləməyə qoyuldular. Onların qaqqıltısı da kəsiləndən sonra, Zaur Tiflisə çatana qədər bir az mürgüləmək istəsə də, tamburda siqaret çəkəndən, sonra tualetə baş çəkəndən sonra, qatarın Tiflisə çatmağına dəqiqələr qaldığını düşünüb, yatmaqdan vaz keçdi və telefonuna Gürcüstan operatorunun sim-kartını taxaraq zəng gözləməyə başladı.
     Zəng gecikmədi. Düz on dəqiqə sonra, Boris Navasardyanın xahişi ilə Zauru Tiflis vağzalında qarşılayacaq olan Yerevan konfransının gürcüstanlı iştirakçısı, “Gürcüstan həqiqətləri” qəzetinin əməkdaşı David Çixladze zəng vurub, Zaurdan vaqonun nömrəsini soruşdu və Sadaxloya maşınla bir yerdə gedəcəklərini müjdələdi.
     Qatar vağzala çatmamış, alverçi arvadlar iri torba və çantalarını dallarınca sürütdəyə-sürütdəyə qapıya yönəldilər. Zaur da yorğun-arğın, gözlərindən yuxu tökülə-tökülə onların dalınca yeridi və Möhlətlə sağollaşıb vaqondan düşən kimi, telefonunu qurdalayan Davidi gördü.
     Davidlə 2005-ci ildə, Azərbaycanda keçirilən parlament seçkiləri ərəfəsinda Bakıda tanış olmuşdu. Seçkiləri işıqlandırmağa gələn David, seçkilərdən sonra inqilabın baş verməsini dörd gözlə gözləmiş, buna görə on gün Bakıda qalmışdı. Lakin inqilab baş vermədiyindən pəjmürdə halda, suyu süzülə-süzülə Tiflisə qayıtmışdı. David telefonu cibinə qoydu, Zaura yaxınlaşdı və çiyninə möhkəmcə vurub dedi:
     -Salam qardaş. Xoş gəlmisən.
     - Salam David. Səni görməyimə şadam. Əziyyət çəkib gəlmisən, sağ ol.
     -Gedək, gedək. Nə əziyyəti! Onsuzda Sadaxloya qədər bu yolu gedirəm də. Amma səndən incimişəm. Keçən il Tiflisə gələndə heç məni axtarmamısan.
     Zaur tutuldu. Davidə zəng vurmaması, onunla görüşməməsi doğrudan da yaxşı çıxmamışdı. Amma Tiflisdə keçirdiyi bir neçə günün onun üçün qızıldan dəyərli olduğunu, hər bir saniyəsini Artuşa həsr etməyə məcbur olduğunu Davidə necə izah edə bilərdi?
     -Bağışla məni David. İnan ki, vaxtım olmadı.
     Pilləkənlərdən düşüb küçəyə çıxdıqlarında:
     - Üzr istəməli heç nə yoxdu burada. Olan olub. Amma bir daha belə eləmə - deyib gülümsədi. - Birinci dəfədi Yerevana gedirsən?
     -Aha.
     -Həyəcanlısan?
     –Əlbəttə. Həm də acam.
     -Başa düşürəm. Amma dözə bilsəydin, Marneulidə nahar eləyərdik.
     Zaur Davidin təklifinin məntiqli olduğunu düşünüb onunla razılaşdı.
     -Onda gedək. Mən dözərəm.
     David əli ilə yol kənarında dayanan yaşıl BMW 525 markalı avtomobili göstərərək:
     -Buyur - dedi.
     David qabaqda, Zaur isə arxada əyləşdikdən sonra, David onu sürücü ilə tanış elədi:
     -Tanış ol, dostum Mamuka. Polisdir. Bizi sərhədə qədər aparacaq.
     Zaur arxadan əlini uzadıb, Mamukanın nəmli və kobud ovucunu sıxdı. Buruqsaç, qarayanız və enlikürək Mamuka polisdən çox, Gürcüstanda fəaliyyət göstərən xarici neft şirkətlərinin ingilisdilli menecerlərinə oxşayırdı. Sonra David ona Zauru təqdim etdi.
     -Zaur Cəlilov Azərbaycanda tanınmış QHT-çilərdəndi. Özü də birinci dəfədi Ermənistana gedir.
     Zaur arxadan “David böyütmə. Mənim haram tanınmışdı?” deyə mırıldansa da, deyəsən nə Mamuka, nə də David onun zəif səsini eşitmədilər. Mamuka maşını işə salıb vağzalın ərazisindən çıxandan sonra, gülə-gülə:
     -Birinci dəfə Ermənistana getmək yəqin ki, sizi həyəcanlandırır? - soruşdu.
     Bu bezdirici sualı beş dəqiqə ərzində ikinci dəfə eşidən Zaur, çiyinlərini çəkdi:
     -Əlbəttə həyəcanlıyam. Amma bu həyəcan daha çox geri qayıdandan sonra başıma gələcək olan hadisələrdən duyduğum narahatlığa görədir. Yoxsa Ermənistanın özündə bir problemlə üzləşəcəyimə inanmıram. KQB-şniklər başımdan bircə dənə də tükün əksik olmasına imkan verməzlər. Ora gedənlərdən eşitmişəm.
     -Bəs Yerevanda mühafizən olmasaydı, sənə kimsə nəsə eləyərdi? - Mamuka maraqlandı.
     -Ola da bilər, olmaya da. Dəqiq heç nə deyə bilmərəm.
     David sözə qarışdı.
     -Demək istəyirsən Bakıya qayıdandan sonra problemlərlə üzləşəcəksən?
     -Bu qaçılmazdır. Demək olar ki, Yerevana gedən hər kəsə qayıdandan sonra hücumlar olur.
     David üzünü arxaya çevirdi:
     -Niyə? Burda nə var ki?
     Yol yorğunu Zaur bu barədə danışmaq istəmədiyi üçün qısa cavab verdi:
     -Mən hardan bilim?
     David onu başa düşüb Mamukaya:
     -Zaur acdı. Elə biz də. Yəqin ki, Marneulidə yaxşı bir yer tanıyırsan.
     Bədən quruluşundan yeyib-içən oğlana oxşamayan Mamuka, əsl qurman kimi bu sualdan canlandı:
     -Əla restoran tanıyıram. Yiyəsi də azərbaycanlıdır.
     Başını şüşəyə yaslayan Zaur gözlərini yumdu və çətinliklə:
     -Nəzərə alın ki, aclıq atəşkəs müqaviləsi deyil və əbədi davam edə bilməz. Acından ölsəm siz cavabdehsiniz - dedi və yuxuya getdi.
     Bir saat sonra maşın azərbaycanlıların yaşadığı kəndin kələ-kötür yollarında titrəməyə başlayanda Zaur gözlərini açıb sağa-sola baxmağa, hara gəlib çıxdıqlarını anlamağa çalışdı. Onun oyandığını görən David əsnəyib dedi:
     -Çatmışıq.
     Yaşıllıqlarla əhatə olunmuş sərin, gözoxşayan, nəhəng bir bağın ortasında iki mərtəbəli restoran yerləşirdi. Ruhulla adlı bəstəboy, lopa bığlı, xəfifdən şişman restoran sahibi Mamukanı öpüb qucaqladı və onları həyətin düz ortasında, meynənin kölgəsində dairəvi masanın ətrafında oturtdu. Ruhulla sifarişləri alıb restoranın içində gözdən itdikdən sonra, Mamuka alçaq səslə dedi:
     -Qəribə adamdır. Aşbazı ermənidi, bir ofisiantı çeçen qızdı, obiri ofisiantı da azərbaycanlı. Özünün əl qabiliyyətinə, kabablarına da ki, söz ola bilməz.
     Zaur meynə ağacının altında borudan şırıl-şırıl axıb gedən sərin su ilə əl-üzünü yudu, gimnastik hərəkətlər edib sümüklərini xırçıldatdı. David isə ona baxıb ucadan dedi.
     -Onsuzda azərbaycanlılardan başqa heç kim kabab bişirə bilmir.
     Zaur bu kompliment qarşısında başını təsdiq mənasında iki dəfə yelləməklə və gülümsəməklə kifayətləndi.
     On beş dəqiqə sonra masa içki, salat, turşu, şirə və yeməklərin ağırlığından əyilir, tünd qırmızı şərab su yerinə axırdı. Mamuka Ruhullanı dəfələrlə onlara qoşulmağa çağırsa da, restoran sahibi əlini sinəsinə qoyaraq təklifi geri çevirir, “işlərim tökülüb qalıb” deyib gözdən itirdi. Zaur özlərindən başqa bircə nəfər belə müştərisi olmayan restoranda Ruhullanın hansı “işlərinin tökülüb qaldığını” fikirləşsə də, bu barədə masadakılara bir söz demədi, çünki Ruhullanın onlara qoşulmaması onun ürəyincə idi.
     Bir saat sonra üçü də keflənmişdilər. Mamukanın mənasız gürcü lətifələrinə qulaq asıb, zorakı gülümsəməkdən Zaurun üz əzələləri ağrıyırdı. David qalxıb ayaqyoluna getdi və beş dəqiqə sonra qayıdıb yerinə oturanda, əlini Zaurun çiyninə qoyaraq qulağına əyildi.
     -Azərbaycanlılar bu ölkədə kef eləyirlər.
     Zaur bu etirafın mənasını başa düşməsə də dilləndi:
     -Lap yaxşı.
     David başa düşülmədiyini, öz sözləri ilə Zaurda maraq oyandıra bilmədiyini görüb:
     -Ardımca gəl, öz gözlərinlə gör - dedi və ayağa qalxdı.
     Mamukanın başı yeməyə qarışmışdı. Zaur bir ona, bir Davidə baxıb durdu və itaətkarlıqla Davidin arxasınca getdi.
     -Mənə bax, sənin polis dostun yaman dəmdi. Maşını sürə biləcək?
     David incimiş ifadə ilə Zaura ötəri nəzər salıb dedi:
     - Allah eləməsin sənin sözlərini eşitsin. İçkili olanda Mamuka daha da ustalaşır. Sən ondan arxayın ol. Gəl dalımca, gör sənə nə göstərirəm.
     Davidlə birlikdə restoranın arxa tərəfindəki xudmani həyətə gəlib çıxdılar. Kərpic hasarın altında on metr uzunluğunda və dörd metr enində, dəmir barmaqlıqlarla çevrələnmiş bostan salınmışdı. Davidin dalınca bostanın qapısından otların üstünə ayaq basan Zaur, gürcü jurnalistin nə demək istədiyini o andaca başa düşdü. Bostanda dizə qədər bitən çətənə kolu, restoran sahibinin alternativ gəlir və əyləncə mənbəyinə malik olduğu barədə məlumat verirdi. Özü də bu “mənbə” sözün əsl mənasında ayaqlar altında tökülüb qalmışdı.
     Zaur soruşdu:
     -Polis dostun bu barədə nəsə bilir?
     -Ona Mamuka da deyə bilərsən.
     -Olsun Mamuka. Bundan xəbəri var? - barmağı ilə otları göstərdi.
     David çiyinlərini çəkdi:
     -Əlbəttə var. Özü də çəkəndi. Bir iki saplaq dərək?
     -Dərib neynəyəcəyik?
     -Necə yəni neynəyəcəyik? Üç gün Yerevanda darıxmayacağıq?
     Zaurun dəhşətdən gözlərini bərəltdi, sərxoşluğu qaçdı:
     -Sən nə danışırsan? Otu Ermənistana keçirmək istəyirsən?
     -Nədi bəyəm? Sən narahat olma.
     Zaur növbəti arqumentini dilə gətirdi:
     Axı ot təzədir, yaşdır. Necə qurudacaqsan?
     David:
     - Mən onu qurutmağın üsulunu taparam, - dedi və əyilib iki böyük saplaq dərdi. Çətənə yarpaqları elə bil doğma budaqdan ayrıldıqlarına görə kədərlənib boyunlarını bükdülər, göz görə-görə solmağa başladılar.
     Gələn-gedənin olub-olmadığını görmək üçün Zaur həyəcanla arxaya boylandı, sonra da Davidin qulağına pıçıldadı.
     -Məni bu işdən uzaq tut. Qorxaq deyiləm, amma Ermənistana birinci dəfədi gedirəm. Ermənilər azərbaycanlının üstündə nəşə tutsalar, nə boyda qiyamət qopacağını təsəvvür edirsən?
     - Narahat olma dedim sənə. Hər şey yaxşı olacaq. Özü də sənin üstündə tutsaydılar, bu daha maraqlı ola bilərdi.
     Zaur öz zarafatı özünə ləzzət eləyən Davidi bostanda tək qoyub masaya qayıtdı. Mamuka əlində qədəh arxaya boylanıb baxır, gözləri ilə həmpiyalələrini axtarırdı. Zauru görüb qışqırdı:
     -Əclaflar! Məni niyə tək qoyub getmisiniz? Alkoqolik zadam ki, tək içəm?
     Zaur yerinə oturub şərab dolu qədəhi əlinə götürdü və nəfəsini dərərək:
     -Sənin sağlığına. Tanışlığımıza şadam - dedi və qədəhi boşaltdı.
     Mamuka da içdikdən sonra, düşüncəli baxışlarını meynənin gövdəsini dırnaqları ilə ovxarlayan pişiyə dikib monoton səslə dedi:
     - Əvvəllər zamanın nəbzini tutan adamlara müdrik deyərdilər. İndi anı tuta bilənlərə müdrik deyirlər. Buratino taxtadan qayırılmışdı. İki taxta parçası bir-birinə sürətlə sürtüləndə yanmağa başlayır.
     Mamuka yaxınlaşan Davidi görüb qəzəblə dedi:
     -Neynirsən orda iki saatdır?
     Onun nə barədə danışdığını eşidən David isə, söhbəti başqa məcraya çəkmək üçün dedi:
     -Mən Buratinoya iyirmi dəfə baxmışam, amma indiyə qədər heç nə başa düşə bilməmişəm. Özü də bu kino uşaqlar üçün çəkilib. Əminəm ki, Buratinonu çəkən rejissor narkoman idi. Bu filmə ayıq başla baxmaq olmaz, gərək yaxşıca çəkəsən.
     Mamuka şübhəli gözlərlə dostunu süzüb ona göz vursa da, David istifini pozmadı, gözlərini ondan ayırıb ciyər kababını çeynəməyə qoyuldu.
     Yarım saat sonra Ruhullanı çağırıb hesabı istədiklərində, Zaur əlini cibinə salmağa cəhd etsə də, David ona mane oldu.
     -Əziyyət çəkmə, yeməyin pulunu Borisdən alacağam, məndən getmir - dedi sonra da Zaurun qulağına əyilərək əlavə elədi - yaxşıca əzib cibimə qoymuşam. - David əli ilə sağ cibinə iki dəfə vurdu. - Tapan deyillər, narahat olma.

<< 1 / 2 / 3 / 4 / 5 / 6 / 7 / 8 / 9 / 10 / 11 >>

Bölmə: Azərbaycan ədəbiyyatı | Əlavə edildi: azerhero (12.09.2014) | Müəllif: R.C E W
Baxış: 135 | Reytinq: 0.0/0
Bütün rəylər: 0
avatar

Kitablar — zamanın dalğaları ilə səyahət edən və nəsildən-nəslə öz qiymətli yükünü ehtiyatla aparan fikir gəmiləridir.

- Frensis Bekon

Son 90 gün ərzində kitab oxumamaqdan daha pisi kitab oxumadığına görə narahat olmamaqdır.

- Cim Ron

Kitabları yandırmaqdan daha pis şey onları oxumamaqdır.

- Rey Bredberi

Yaxşı kitab aysberqə oxşayır, onun yeddi-səkkiz hissəsi suyun altında gizlənib.

- Ernest Heminquey

Kitablarım mənə çatacaq qədər böyük bir krallıqdır.

- Shakespeare

Mən, kitablarımı yaratmadan əvvəl, kitablarım məni yaratdılar.

- Montaigne

Kitabsız yaşamaq; kor, kar, dilsiz yaşamaqdır.

- Seneca

Bu günün gərçək universiteti, bir kitabxanadır.

- Carlyle

Kitab, tək ölümsüzlükdür.

- Rufus Choate

Exlaqa uyğun ya da zidd kitab deyə bir şey yoxdur. Kitablar ya yaxşı yazılmışdır, ya da pis. Hamısı bu qədər!

- Oscar Wilde

Ümidlə açılıb qazancla bağlanan bir kitab, yaxşı bir kitabdır.

- Alcott

Kitablar, itmiş başların abidələridir.

- Sir William Dave

Kitablar, heç solmayacaq bitkilərdir.

- Herrick

Kitab heç aldatmayan bir yoldaşdır.

- Guilbert De Pixrecourt

Axmaqlarla oturub-durmaqdansa , kitabla tənha oturmaq yaxşıdır.

- Qasım bəy Zakir

İnsan güc ilə yox, mütaliə etməklə ağıllanır.

- C.Bruno

Az bildiyini başa düşmək üçün çoxlu oxumaq lazımdır.

- Mişel Monten

Kitablar özünüzə və başqalarına hörmət etməyi öyrədəcək, ürəyi və ağlı, dünya və insanlıq sevgisiylə dolduracaq.

- Maksim Gorki

Kitab həyatın ən uzaq və qaranlıq yollarında insana işıq bəxş edən əfsanəvi çıraqdır

- A.M.Upit

BAKI QIZLAR UNİVERSİTETİ
1992-ci ildə təsis edilən və həmin vaxtdan da fəaliyyətə başlayan Bakı Qızlar Universitetinin (əvəllər Bakı Ali Pedaqoji Qızlar Seminariyası adlanırdı) yaradılmasında məqsəd respublikada qadın pedaqoji kadrlar yetişdirmək, onların intellektual səviyyəsini yüksəltmək və gənc qızları ailə həyatına hazırlamaqdan ibarətdir. Hazırda universitetdə "Sosial pedaqoji” və "Filologiya-tarix” fakültələri fəaliyyət göstərir. "Sosial pedaqoji” fakültədə "Təhsildə sosial-psixoloji xidmət”, "Psixologiya”, "Coğrafiya müəllimliyi”, "ibtidai sinif müəllimliyi”, "Məktəbəqədər təlim və tərbiyə”, "Riyaziyyat və informatika müəllimliyi”, "Filologiya-tarix” fakültəsində isə "Xarici dil (ingilis) müəllimliyi”, "Azərbaycan dili və ədəbiyyat müəllimliyi”, "Tarix müəllimliyi”, "Jurnalistika” üzrə bakalavr, "İbtidai sinifdə tədrisin metodika və metodologiyası”, "Pedaqogika nəzəriyyəsi və tarixi”, "Azərbaycan ədəbiyyatı”, "Azərbaycan dili”, "Azərbaycanın yeni və ən yeni tarixi” sahəsində magistratura səviyyəsində kadr hazırlığı aparılır.
Bakı Qızlar Universiteti Nazirlər Kabinetinin 1996-cı il fevralın 21-də 21 saylı sərəncamı ilə dövlət qeydiyyata alınmışdır. 2013-cü ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin lisenziya komissiyası BQU-nun çoxilli fəaliyyətinin, onun yüksək maddi-texniki bazasının, infrostrukturunun, təlim-tərbiyə sisteminin Azərbaycan Respublikası təhsil Qanununa Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Ali təhsil Müəssisələrinin fəaliyyətinə xüsusi razılıq (lisenziya verilməsi haqqında qərarına, Azərbaycan Respublikası Təhsil Nazirliyinin sənədlərinə uyğn qurulduğunu, pedaqoji kadrların hazırlanmasında əldə olunmuş nailiyyətlərini nəzərə alaraq universitetin fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsini məqsədəuyğun hesab etmişdir. Eyni zamanda 2013-cü ildə universitet akreditasiyadan keçmişdir. Universitetdə müxtəlif fənnlər üzrə kabinetlər, dörd kopüter otağı, kitabxana, badii yaradıcılıq studiyası, tələbə elmi cəmiyyəti, Tələbə Gənclər təşkilatı, dörd dərnəklər, nəşriyyat, idman zalı, yeməkxana, kadrlar şöbəsi və mühasibatlıq fəaliyyət göstərir.
Learn more