Əsas » Məqalə » Azərbaycan ədəbiyyatı

Əliyev Ələkbər (Əli Əkbər) yaradıcılığı-Artuş və Zaur

ARTUŞ VƏ ZAUR
(böyüklər üçün konfliktologiya dərsliyi)


Qanda bir xaç əhli varsa, qamusun seyr eylədim,
Bulmadım mən sən təki bir cani-canan, erməni.

İmadəddin Nəsimi



      Kitabın qələmə alınması və işıq üzü görməsi üçün məni öz varlıqları ilə ilhamlandıran Azərbaycan, Ermənistan və Gürcüstan kütlələrinə dərin minnətdarlıq hissi ilə.
Müəllif


GÖRÜŞ


Dərdmənd etdin məni, ey dərdə dərman erməni,
Olmuşam eşqin yolunda bəndəfərman erməni.

 


     Tiflis onu qızıl payızla, xəfif küləklə qarşıladı. Bakı-Tiflis qatannın dördüncü vaqonundan çirkli beton platformaya ayaq basan Zaur, gödəkcəsinin yaxalarını qaldıraraq, yüngülcə titrədi. Çantasını çiynindən asaraq, aşağı mərtəbəyə aparan geniş pilləkənlərə doğru addımladı. Hər dəfə bu şəhərə gələndə, qəribə ədviyyatlı kolbasa qoxusu dəyirdi burnuna. Bu gün də həmin qoxu, yağışlı havanın rayihəsi ilə qarışmışdı. Acar xaçapurisinə oxşayan günəşin zəif şüalarında buxarlanıb-buxarlanmamağa qərar verə bilməyən platformadakı kiçik gölməçələrdə siqaret kötükləri üzürdü. Kötüklər, dənizdə səmtini itirmiş ağ yelkənli gəmiləri xatırladırdı. Perronun damında sırayla dü- zülmüş qarğalar, həyasızcasına qışqırır, sanki qatardan düşənlərə gürcü dilinin qarğa dialektində “Xoş gəldin!” - deyirdilər. Zaurun yanından sürətlə üç ayaqlı it qaçıb getdi. Görünür arxa sağ ayağı qatar altında qalmışdı.
     Perronda dayanan qaraqabaq taksi sürücülərinin çoxu azərbaycanlılar idi. Onlar gürcü, rus, azərbaycan həm də nə üçünsə erməni dilində qatardan düşənlərə çox ucuz və keyfiyyətli taksi səyahəti vəd edirdilər. Konfrans təşkilatçıları onun dalınca maşın göndərməmişdilər. Əslində Zaurun buna ehtiyacı da yox idi. Çantası ağır olmadı- ğına və qatarda yatıb yuxusunu aldığına görə, bir az piyada gəzmək, yarım ildir görmədiyi Tiflisə doyunca tamaşa etmək, şəhərlə mənəvi təmas qurmaq istəyirdi.
     Pilləkənlərə təzəcə addımını atmışdı ki, qaraçılar qabağını kəsərək azərbaycan dilində ondan pul istədilər. Zaur əsəbi halda on beş yaşlı qaraçı qızı əli ilə itələyərək deyindi:
     -Bakıdan sizin əlinizdən qaçmışam, burada da qabağımı kəsirsiniz. Sizin əlinizdən hara rədd olum gedim?!
     Zaur bu sözləri deyib becid-becid pilləkənləri düşməyə başladı. Həmən anda arxadan qaraçı qızın istehzalı və qəzəbli səsi eşidildi:
     -Rədd ol get Bayıla!
     Zaur ayaq saxladı. Dönüb qıza baxdı. Sözlərinin, xəsis gəncə nə qədər təsir etdiyini görən qız, bərkdən gülür, Zaura acıq verirdi. Özünə oxşayan altı qaraçı qız da ona qoşulub gülüşür, Zaura dil göstərirdilər.
     Zaur onları nifrətlə süzdükdən sonra başını bulayaraq, pilləkənlərdən enməyə davam etdi. Qaraçı qızın sözlərində qorxunc, vahiməli nəsə vardı. Bu sözlər nə mənaya gəlirdi görəsən?! Bayıla getmək ona təklifmi olunurdu, yoxsa gedəcəyinə dair xəbərdarlıqmı aldı qızdan? Bəlkə də, qaraçı ona qarğış etmişdi... Başa düşmədi Zaur. Başa düşə də bilməzdi. Qaraçı qızın sözləri, nirvanaya çatmış buddist rahiblərin koanlarından fərqsiz idi. Bu cümlənin üstündə günlərcə gərək baş sındırsın, onun mənasını dərk etsin. Bu sözlər, Zaura ünvanlanan hikmətli tapmacaydı. Zaur birmənalı olaraq qaraçı qızın uzaqgörən və müdrik bir varlıq olduğuna qərar verdi. Son pilləni də düşəndən sonra, bir daha geriyə boylandı. Qaraçı dəstəsi gözə dəymirdi artıq. Qanı qaraldı.
     Küçəyə çıxıb, ətrafa göz gəzdirdi. Qızıl payız bütün görkəmi və əzəməti ilə, bu qədim şəhəri ağuşuna almış, göy üzü elə bil yerə yapışmışdı. Artıq piyada getməyə də həvəsi qalmamışdı. Sağa-sola baxdı. 10 metr aralıda, sarı rəngli köhnə 011 Jiqulidə qoca, fağır bir kişi oturub qəzet oxuyurdu. Zaur maşının yarıaçıq pəncərəsinə yaxınlaşıb dedi:
     -Salam dayı. Meriyanın yanına neçəyə apararsan?
     Kişi canlanaraq qəzeti sürət ötürücünün yanına atdı. Elə bil Zaurun onun maşınına oturacağından əmin imiş kimi, arxayın səslə:
     -4 lariyə, - dedi.
     -Mən hələ pul xırdalamalıyam...
     -Bax oğlum, qabaqda soldakı yaşıl pəncərəni görürsən?
     -Bəli.
     -Pulunu orda xırdalaya bilərsən.
     Zaur başı ilə yaşlı adama “sağ ol”-deyib, yaşıl pəncərəyə tərəf tələsdi. İllərdir dollara meydan oxuyan və iki prezident dəyişdirən gürcü larisi, ikiyə bir mövqeyini israrla qoruyurdu. Zaur dar və yöndəmsiz köşkün içində, çətinliklə nimdaş kresloya sığışan bığlı və kök gürcü qadınına 100 dollar uzadaraq, “Zəhmət olmasa hamısını xır- dalayın”- dedi. Qadın yoğun barmaqları ilə əskinası gün işığına tutdu, sonra baş barmağına tüpürərək lariləri saydı. Yavaş sayırdı. Zaur əsəbiləşirdi. Nəhayət pulu aldı və saymadan cibinə soxdu, maşına tərəf qaçdı. Arxa qapını açaraq çantasını oturacağa atdı və qabaqda əyləşib:
     -Gedək - dedi.
     Qoca sürücü, gürcü dilində deyinə-deyinə maşını işə salmağa çalışsa da, sürücünün özü kimi qoca maşınınm mühərriki şıltaqlıq edir, sahibinin əmrini yerinə yetirməyə tələsmirdi. Qoca iki-üç cəhddən sonra, gözlənilmədən “Allah, Məhəmməd, ya Əli”-deyib, açarı bir daha burdu və mühərrik xarakterik uğultu çıxararaq, işə düşdü. Zaurun gözləri kəlləsinə çıxdı. Jiquli yerindən tərpəndi, şəhər mərkəzinə doğru götürüldü. Zaur dözə bilmədi:
     -Dayı, bu duanı haradan bilirsiniz?
     -Hansı duanı oğlum?
     -“Allah, Məhəmməd, ya Əli”ni deyirəm.
     Qoca, siqaret dumanından saralmış dişlərini göstərərək güldü.
     -Həə oğlum, görünür sən Bakıdansan.
     -Bəli Bakıdanam.
     -Bu duanı mənə bir azərbaycanlı öyrədib. “Maşınla yola çıxmazdan əvvəl bu sözləri desən, mütləq işlərin avand olar”-demişdi. İllər keçsə də mən bu öyüdü unutmuram. Hər dəfə çətinə düşəndə, imdadıma çatır. Əvvəllər Kvemo-Kartliyə tez-tez gedib gələrdim. Siz o bölgəyə Borçalı deyirsiniz. Tiflisin Şeytan bazarında azərbaycanlı meyvə satanlar həftədə bir neçə dəfə mənim bu veteran maşınımda evlərinə gedirdilər.
     Qoca sürücü bu sözləri deyib, ovucunun içi ilə bir neçə dəfə sükana vurdu.
     -İndi isə nə məndə güc qalıb uzaq yola çıxmağa, nə də ki, maşınımda. Hər ikimiz qocalmışıq.
     Zaur səki boyu ağır-ağır addımlayan tənbəl gürcülərə baxırdı.
     -Başa düşürəm...
     -Bəs sən oğlum? Tiflisə gəzməyə gəlmisən, yoxsa?..
     -Konfransda iştirak etməyə.
     -Nə konfransıdır o elə? Bakı-Tiflis-Ceyhana aiddir?
     Zaur gülümsündü.
     -Xeyr. Cənubi Qafqaz münaqişələri ilə bağlı tədbirdir.
     Qoca başını bulayaraq “nırç-nırç” elədi. Gözucu Zaura baxıb dedi:
     -Allah bu siyasətçilərin bəlasını versin. Köpək uşaqları, avara eləyiblər camaatı. Bizim müharibə ilə, münaqişə ilə nə işimiz ola bilər axı? Bütün respublikalar qarışıb bir-birinə. Sovet dövrünü bəyənmirik, amma o dövrdə belə şeylər olmurdu. Xalqların dostluğu, qardaşlığı var idi. İndi də ki... bax belə...
     Kişi bunları deyərək, əlini qeyri müəyyən istiqamətdə irəliyə uzatdı. Zaur diqqətlə əlin uzandığı tərəfə - McDonalds-a, inzibati binaların qarşısında dalğalanan Avropa Birliyi bayraqlarına, yolboyu düzülmüş bahalı butiklərə baxdı. Ola bilsin kişi əlini elə-belə uzatmışdı, konkret heç nəyi və heç kimi nəzərdə tutmurdu. Ya da ola bilsin Qərbləşməyə, Amerikalılaşmağa etiraz edirdi. Zaur bunu dəqiqləşdirmək istəmədi. Sadəcə soruşdu:
     -Bəs xalqlarda heç bir günah yoxdur dayı? Təqsir ancaq siyasətçilərdədir?
     Belə bir suala hazır olmayan kişi, diqqətlə Zaura baxdı. İndiyə qədər bu cavan oğlan kimisinə rast gəlməmişdi. Cənubi Qafqaz münaqişələri haqda söhbət elədiyi hər kəs, hər zaman onunla razılaşır, bütün tanış-tunuşları da bir ağızdan siyasətçiləri söyürdülər. Birinci dəfə idi ki, siyasətçiləri yox, xalqları ittiham edən bir adam, həm də azərbaycanlı, görürdü.
     -Sözlərində həqiqət var oğlum. Amma məsələnin başqa tərəfi də var. Məsələn, azərbaycanlıların Qarabağ müharibəsində nə günahı ola bilər? Əminəm “Bizim heç bir günahımız yox idi, günahkar ermənilərdi”-deyəcəksən. Əslində düz deyirsən, günah ermənilərdədir. Amma ermənidən soruşsaq kimdir müqəssir, o da əksini deyəcək. Bəlkə elə deyil?
     Zaur kişiylə razılaşmadı:
     - Deməzdim biz məsumuq, - çiyinlərini çəkdi. Günahsız, qüsursuz insan, dolaylı olaraq da cəmiyyət olmaz axı. Qarabağ müharibəsinin bu həddə gəlib çatmasına, ola bilsin bizim də yol verdiyimiz müəyyən səhvlər səbəb olub. Amma birinci başlayanlar əlbəttə ermənilər oldu. Əvvəl Ermənistana birləşmək istədilər, sonra müstəqillik tələb elədilər. Nəticəsi də ki, göz qabağındadır. Nə adam kimi birləşə bildilər, nə də müstəqil dövlət qurdular. Qalıblar ortalıqda. Olan qaçqınlara, evlərini, yaxınlarını itirənlərə oldu.
     Zaur qulaqlarına inana bilmirdi. Bu sözləri deyən o idimi? Bir taksi sürücüsü ilə uzun-uzadı söhbət etmək onun adəti deyildi. İndi o, bəsit cümlələrlə danışmağa çalışır, profanizmə yuvarlanırdı. Şofer tayfası, alverçilər, fahişələr, polislər nifrət etdiyi sosial qruplar və peşə sahibləri idi. Məcbur qalmadıqca onlarla ünsiyyət qurmaz, bir kəlməsinə belə xəsislik edərdi. İndi isə iyrəndiyi, yuxarıdan aşağı baxdığı bir taksi sürücüsü ilə Qarabağ münaqişəsi barədə ciddi-ciddi danışırdı.
     Kişi başı ilə onlardan üç yüz metr aralıdakı Meriya binasını göstərərək, təəssüflə dedi:
     -Çatırıq. Maraqlı həmsöhbətsən oğlum. Sənə bir söz deyim... - Kişi elə bil tərəddüd keçirərək, sürət ötürücüsünü üçə atdı. Zaura ötəri nəzər salıb davam elədi. - Mən hər kəsdən yaxşı bilirəm, ermənilərin nə qədər idbar millət olduğunu. Onlar qaraçı kimi bir xalqdır. Gürcülərin bir alimi var, Çavçavadze. Onun ermənilər barədə yazdığı kitabı mütləq oxumalısan. Erməni xislətini, acgözlüyünü çox gözəl açır. Onlar indi də Cavaxetiyaya iddia edirlər. Haradakı bir əsrə yaxın yaşayırlar, oranı mənimsəmək istəyirlər. Bəzən də buna nail olurlar.
     Zaur gülümsündü. “Ermənilərin yanında azərbaycanlıları, azərbaycanlıların yanında isə erməniləri söyərək, özlərini yaxşı göstərmək gürcülərin köhnə adətidir”-demək istədi kişiyə. Amma qoca sürücünün növbəti sözləri, Zauru niyyətindən daşındırdı.
     -Mən yezidi kürdəm. Yerevanda doğulub boya-başa çatmışam. Elə Qarabağ münaqişəsi başlayandan təxminən üç il sonra Tiflisə köçmüşəm. Deməzdim bura cənnətdir, amma hər halda Ermənistandan min dəfə yaxşıdır. - Kişi bu sözləri deyərək meriyanın qabağında saxladı. - Qarabağ münaqişəsində sizin axı nə günahınız ola bilərdi? Hər şeyi bu alçaqlar elədi! İndi də Gürcüstan torpağına iddia edirlər. Erməniyə əlini versən, qolunu qopardar oğlum. Razıyam səninlə, xalqların da günahı var. Abxazların, osetinlərin, gürcülərin, ermənilərin, elə sizin də. Amma az- çox məsələsi var da. Hamı eyni dərəcədə günahkardır demək olmaz axı.
     Zaur bir yandan qapını açır, bir yandan isə deyirdi:
     -Dayı, sizi elə bizim konfransa dəvət eləmək lazım idi. Əsl konfliktoloq kimi fikir yürüdürsünüz.
     Pulu ödəyib maşından düşdü. Arxa qapını açıb çantasını götürdü. Qabaq qapının açıq şüşəsindən kişiyə “xudahafiz” deyib, üzünü Meriya binasına çevirdi.
     Meriyanın qarşısındakı kiçik bağda, səliqə ilə düzülmüş bürünc rəngli skamyalar, zibil qutuları, fəvvarə və palma ağacları göz oxşayırdı. Bu nəfis kompozisiyanı isə sadəcə bir detal korlayırdı - bir cüt süni, işıqlı ağac. Bakıda hər yerə düzülən bu zövqsüz, eybəcər ağacların Tiflisə də girməsi və bu gözəl şəhərin çöhrəsini dəyişdirməsi, Zauru təəssüfləndirdi.
     Bir neçə dəqiqə meriya binasına, Azadlıq meydanına tamaşa etdikdən sonra, küçə ilə üzü aşağı addımladı. Hər dəfə Tiflisə gələndə, bütün görüşlərini meriya binasının qarşısında təyin edərdi. Bu gün də Qafqaz Evində işləyən və Zauru qalacağı otelə götürməli olan dostu Şota Karbediyaya zəng vurmalı və meriyanın qabağına dəvət etməli idi. Amma zəng etməyə tələsmirdi. Səhər saat on bir idi və yəqin ki, şair Şota axşamdan bolluca çaxır içmişdi, indi də məsum körpə tək uyuyurdu. Zərrə qədər yorğunluq hiss etməyən Zaur, bircə duş almaq istəyirdi. Vannada, ilıq suda uzanacağı anları xəyal edib, həzzdən titrədi. Vüsal daha şirin olsun deyə, bu zövqü bir az da gecikdirmək arzusundaydı. İndi isə bir kafe tapıb qarnını doydurmaq, sonra da köhnə Tiflisdə bir az gəzişmək istəyirdi.
     Meriyanın sağ tərəfindəki küçəyə girərək, rastına çıxan ilk kafenin qarşısında ayaq saxladı və nəhəng vitrinlərdən içəri baxdı. Bu yer, kafedən ziyadə, McDonalds tipli fast-food-a oxşayırdı. Qapını itələyib içəri keçdi və nəzərinə ilk çarpan detal, kassanın yanında üst-üstə yığılmış plastik məcməyilər oldu. Özünəxidmət kafelə- rindən zəhləsi gedirdi və burda da həmin sistem işləyirdi. Qayıtmaq, çıxıb getmək keçdi ağlından, amma kafenin ortasında sütun kimi dikilmiş iki ofisiant qızın və kassa arxasında dayanmış hündürboy oğlanın, boş kafenin bəlkə də ilk müştərisi olan Zaura diqqətlə gözlərini zilləmələri, onu qərarsız edirdi. Nəhayət ürəyində “lənət şeytana” - deyib, pəncərənin yanında özünə bir masa seçdi; çantasını, noutbukunu və gödəkcəsini oturacağa qoyub kassaya yaxınlaşdı. İki hamburger, bir porsiya qızarmış kartof və kola sifariş verdi. Hesabı ödədi və qızlardan birinin məcməyinin içinə düzdüyü yeməkləri götürüb masasına qayıtdı.
     Bu axşam, ekspromt danışmağa, müzakirələrdə aktiv iştirak etməyə hazır idi. Belə konfranslarda birinci dəfə iştirak etmirdi, təcrübəsi vardı. Həm də, çıxışının mövzusu çox sadə idi: “Münaqişələrin həllində QHT-lərin rolu”. Mövzu sadə olmasına sadə idi, amma təşkilatçılar daxil, hər kəs bilirdi ki, münaqişələrin həllində QHT-lərin heç bir rolu yoxdur, ola bilməz, olmayıb, olmayacaq.
     Hamburgerdən böyük bir dişləm alıb, çantadan noutbukunu çıxartdı. Kafedəki qızlardan biri ona yaxınlaşaraq rusca:
     -Siz deyəsən Bakıdansınız? - soruşdu.
     Zaur ortaboylu, qara qaş-qara göz qıza maraqla baxdı. Bayaq sifarişlərini məcməyiyə düzən qız idi. Saçlannı səliqə ilə arxada toplamışdı. Mini yubkası yüngülcə diz qapaqlarının üstünə düşürdü. Üzünün və vücudunun gözəlliyini kobud, fəhlə əlləri korlayırdı.
     - Bəli Bakıdanam. Haradan bildiniz? - laqeydcə soruşdu və diqqətini monitora cəmlədi. Dialoq qurmaq, kiminləsə söhbət eləmək həvəsində deyildi.
     -İntuisiyam güclüdür. Bilirsiniz, mənim xalam da uzun illər Bakıda yaşamışdı. Ora ərə getmişdi.
     Qız bunları deyib, əlindəki əski ilə onsuz da təmiz olan masanı bir-iki əl sildi. Zaur gözlərini monitordan ayırıb, qızın həyəcanlı və mənasız hərəkətlərinə baxırdı. Qızın xalası ilə bağlı qiymətli məlumatdan sonra, nəsə demək, bunu necəsə cavablamaq zərurəti yaranmışdı.
     -Nə gözəl. Bəs indi yaşamır?
     Qız Zaurun düz gözlərinin içinə baxdı. Bu gözlərdə boşluq və kədər vardı.
     - Ermənilər Bakıdan qovulanda, güc-bəla ilə canını qurtardı. Azərbaycanlı əri ilə Krasnodara, oradan da Kanadaya köçdülər.
     Zaur hamburgeri dişləyib, sərin koladan bir qurtum aldı.
     -Deməli siz ermənisiniz.
     Bu sual yox, faktın təsdiqi idi.
     - Bəli, Tiflis ermənisiyəm. Bəlkə də inanmayacaqsınız amma, Yerevanda cəmi iki dəfə olmuşam. Bu küçənin düz aşağısından köhnə Tiflis, Maydan başlayır. Orada hamamlar var. Erməni, gürcü və azərbaycanlıların məhəllələri var o hamamların çevrəsində. Atam gürcü və azərbaycan dilini səlis bilirdi. İllərlə sülh içində orada yaşamışıq və yaşayınq. Bu mənasız müharibəni başlayanlara lənət olsun. Mən həmişə uşaqlıqda Bakıya gəlmək istəmişəm. Amma bu arzum çin olmadı. Qismət deyilmiş...
     Zaur kompüterdə ona lazım olan faylı açdı. Yenidən başını qaldınb qıza baxdı. Susurdu. Qız ona mane olduğunu anlasa da, getməyə tələsmirdi. Zaurun ona qulaq asmaq, xatirələrini bölüşmək həvəsi yox idi. Bu cür söhbətlərdən zara gəlmişdi. Hamı müharibənin baiskarı kimi hansısa amorf siyasi dairələri və xadimləri ünvan göstərir, onları günahlandırır, lənətləyirdi. Klişeləşmiş bəhanələr onu yorurdu və bu gün ikinci dəfə idi ki, belə mənasız həmsöhbətlə qarşılaşırdı.
     -Sizdən bir söz soruşmaq olar? - qız ürkəkcə dilləndi.
     -Əlbəttə.
     -Bu noutbuklar neçəyədir?
     Zaur hamburgeri boşqabın içinə qoyaraq gözlərini qızın üzünə mıxladı:
     - Düz deyirsiniz. Həmişə sülh, dostluq olub aramızda. İndi nə oldu, bu müharibə haradan çıxdı, mən də başa düşmürəm.
     Cümləsini bitirib, üzünü təzədən monitora çevirdi. İştahla hamburgerini çeynəyir, gicgahlannı hərəkət etdirə- etdirə ötən həftə aldığı e-maili oxuyurdu.
     Bakıdan baş götürüb qaçan Erməni xalanın bacısı qızı isə, söhbətin alınmadığını görərək, laqeydcə “nuş olsun”- dedi və uzaqlaşdı.
     Zaur onun getdiyini heç görmədi. O, artıq ikinci hamburgerini yeyirdi.
     Bakıda, Qafqaz Sülhməramlı Təşəbbüslər Mərkəzi (QSTM)-nin layihə koordinatoru işləyən Zaur Cəlilov, aşağıdakı e-maili dörd gün əvvəl, Noyabr ayının 8-i almışdı.
      “Hörmətli dostlar, həmkarlar,
     Bildiyiniz kimi, 12 Noyabr saat 18.00-da, Tiflis şəhəri Rustaveli prospekti 13 ünvanında yerləşən “Mariott” otelində, Almaniyanın Henrix Böll Fondunun təşkilatçılığı və Azərbaycan - Ermənistan - Gürcüstan QHT və KİV nümayəndələrinin iştirakı ilə - “Cənubi Qafqazda münaqişələr - həll perspektivləri” və ya “Münaqişələrin həllində QHT-lərin rolu” mövzusunda üç günlük konfrans keçiriləcək.
     Tədbirdə Cənubi Qafqaz respublikalarından iştirak edəcək olan qonaqlar aşağıdakılardır:
     Regional Əməkdaşlıq və Qloballaşma Mərkəzi (RƏQM) - Ermənistan
     Qafqaz Sülhməramlı Təşəbbüslər Mərkəzi (QSTM) - Azərbaycan
     Qafqaz Evi - Gürcüstan
      “Müharibəyə yox” ictimai birliyi - Gürcüstan
      “168 saat” qəzeti - Ermənistan
      “Müasir Müsavat” qəzeti - Azərbaycan
      “Möhtəşəm Azərbaycan” qəzeti - Azərbaycan
      “Sakartvelo Respublika” qəzeti - Gürcüstan
      “Aykakan Jamanak” qəzeti - Ermənistan
      “Asaval-dasavali” qəzeti- Gürcüstan
      “Alia” qəzeti -Gürcüstan
     İştirakçılardan xahiş olunur, 12 Noyabr tarixində saat 18.00-a qədər artıq Tiflis şəhərində olsunlar və Leselidze küçəsi, 17 ünvanında yerləşən “ATA” otelində onlar üçün bronlaşdırılan nömrələrə yerləşsinlər. Konfransın keçiriləcəyi Mariott Otelinə də gecikmədən, vaxtında gəlməyiniz xahiş olunur.
     Hörmətlə,
     Ernst Kopf
     Henrix Böll Fondunun Cənubi Qafqaz üzrə direktoru.
     QSTM dövlət qeydiyyatından keçməmişdi, amma ölkədən kənarda, xüsusilə də bir sıra Avropa ölkələrində yaxşı tanınır, maraqlı layihələri ilə beynəlxalq donorların diqqətini cəlb edirdi. Zaurun iki ildir sıralarında fəaliyyət göstərdiyi bu QHT-nin sədri Qarabağ müharibəsi veteranı, konfliktologiya üzrə Polşada bir il təhsil almış, Cənubi Qafqazda sülhməramlı fəaliyyəti ilə tanınan Akif Tağı idi. Təşkilat mütəmadi olaraq Fransa, İngiltərə, Almaniya və ABŞ fondlarından maliyyə dəstəyi alır, Ermənistan və Dağlıq Qarabağ istisna olmaqla, Cənubi Qafqazın hər yerində, hətta münaqişə zonaları olan Cənubi Osetiya və Abxaziya kimi separatçı rejimlərin hökm sürdüyü tanınmamış respublikalarda da layihələr həyata keçirir, hesabatlar hazırlayırdı. Zaur da bu layihələr çərçivəsində bir dəfə Cənubi Osetiyaya, bir dəfə də Abxaziyaya səfər etmiş, Azərbaycanın bir sıra rusdilli qəzetlərində silsilə yazılarla çıxış etmişdi. Təşkilatın Dağlıq Qarabağ və Ermənistana səfər etməmək barədə qatı mövqeyi yox idi.
     Hətta sədr Akif Tağınm özü, iki dəfə Ermənistana səfər etmişdi. Lakin təşkilatın digər üzvləri və elə Zaurun özü də ictimai qınaqdan qorxmaqda, vətənə döndükdən sonra üzləşəcəkləri təzyiqlərdən və əks mövqedə dayanan QHT və KİV-lərin hücumundan ehtiyat etməkdə idilər.
     Qafqaz Sülhməramlı Təşəbbüslər Mərkəzinin məramı Azərbaycanda hər kəsə məlum idi. Təşkilat Dağlıq Qarabağ münaqişəsinin hərb yolu ilə həllinin mümkünlüyünü inkar edir və «Dağlıq Qarabağ münaqişəsi hərb yolu ilə həll edilə bilməz» şüarını hər fürsətdə səsləndirirdi. Zaur da hərb yolu ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün bəlkə də təmin oluna biləcəyini, lakin müharibədən sonra da Dağlıq Qarabağ münaqişəsinin davam edəcəyini düşünürdü.
     Akif Tağı tez-tez deyərdi: «Dağlıq Qarabağ münaqişəsi mağara prinsipləri ilə həll oluna bilməz. Ona görə də biz «Dağlıq Qarabağ münaqişəsi» anlayışı ilə, «Azərbaycan Respublikası ərazisinin işğalı» anlayışlarını bir - birindən ayırmağı bacarmalıyıq. Dağlıq Qarabağ münaqişəsi sırf hərbi məsələ deyil, daha dərin bir problemdir. Bu səbəbdən bizlər, Dağlıq Qarabağ ermənilərinin - Azərbaycan Respublikası vətəndaşlannın - üstünə silahla getməyin mənasızlığını ictimaiyyətə çatdırmalıyıq. Bizim mövqeyimiz belədir ki, Dağlıq Qarabağ yox, Ermənistanı və onun arxasında duran mağara dövlətləri ittiham edilməlidir».
     Zaur yeməyini bitirmişdi. Saat on iki idi və Şotaya zəng vurmaq olardı. Noutbukunu söndürüb çantasına qoydu, sonra da gödəkcəsini geyindi. Başı ilə kafedəkilərə “xudahafiz”- deyib qapıya yönəldi.
     Küçəyə çıxan kimi, yolun o tayında intemet klub gördü. Böyük vitrinin üstündə bütün yazılar gürcü dilində yazılmışdı, amma kompüter, mobil və stasionar telefon aparatlarının şəkilləri ilə bəzədilən şüşədən aydın olurdu ki, bura həm internet klub, həm də danışıq məntəqəsidir. Zaur yolu keçib klubun qapısını açdı. Akvariuma oxşayan şüşə budkada oturan qıza yaxınlaşıb zəng vurmaq istədiyini bildirdi.
     -Mobil telefona zəng vurursunuz?
     -Bəli.
     -Nömrəni deyin zəhmət olmasa.
     Zaur Şotanın vizit kartını çıxararaq qıza uzatdı:
     -Buyurun.
     Qız avtomat kimi sürətli barmaqları ilə nömrəni yığıb dəstəyi qulağına qoydu və iki-üç saniyə sonra gözləri ilə salonun axırına işarə edərək, “ikinci telefona keçin”-dedi. Zaur ona göstərilən aparata yaxınlaşıb dəstəyi qaldırdı və Şotanın yuxulu, kal səsini eşitdi.
     -Alo.
     -Şota bu mənəm, Zaur. Tiflisdəyəm.
     - Oooo. Zaur, əzizim necəsən? - Şota bir az canlandı və bir neçə saniyə fikrə getdikdən sonra soruşdu, - nə gec zəng elədin? Neçə saatdır gəlmisən?
     -Əşi bunun nə əhəmiyyəti var? Nə vaxt şəhərdə ola bilərsən?
     - Yarım saata, 45 beş dəqiqəyə istədiyin yerə gələrəm. İndi hardasan?
     - Meriyanın yanından köhnə şəhərə doğru üzü aşağı düşəcəm. Orda bir kafe tapıb səninlə qəhvə içmək istəyirəm. Sonra məni otelə apararsan.
     -Dayan görüm. Olmaya sən Leselidze küçəsindəsən? Soruş oradakılardan.
     Zaur qıza dönüb soruşdu:
     -Bağışlayın, bu küçə Leselidze adlanır?
     -Bəli.
     -Təşəkkür edirəm... Eşidirsən Şota? Sən deyən küçədəyəm.
     -Sənin otelin ATA deyil?
     -Elədir.
     -Sən lap otelin yanındasan, xəbərin yoxdur. Bir tin aşağı düşüb sağa baxsan otelini görəcəksən. Get ora, çantalarını qoy, istəsən duş al. Sonra köhnə şəhərə düş. Orada “Məğrur Gürcü” kafesi var, kimdən soruşsan göstərəcək. Qəhvələri əla olur. Düz 45 dəqiqə sonra ordayam.
     Zaur çiynindən sürüşən noutbuk çantasını düzəldərək:
     - Yaxşı tez gəl, - dedi. - Yoxsa səhərdən iki nəfər mənə sülhün vacibliyindən danışıb, müharibəni lənətləyib. Beynim xarab olub.
     Şota kobud səsi ilə gülüb dəstəyi qoydu.
     Zaur bir lari 40 tetrilik hesabı qıza ödədi və küçəyə çıxaraq dərindən nəfəs aldı, Tiflis havasını ciyərlərinə doldurdu. Bu şəhərdə həmişə bir məhrəmlik, yaxınlıq duyğusuna qapılırdı. Əziz və doğma görünürdü ona Tiflis. Bunun səbəbini özü də anlamırdı. Bəlkə uzun müddət bu şəhərdə yaşasaydı, ya da gürcü sevgilisi olsaydı bu istili- yin, sevginin səbəbi də anlaşılardı. Amma bunların heç biri yox idi. Yoldan ötən qızlara baxıb gülümsündü: “Gürcü sevgili... Necə də absurd səslənir...”
     Tələsmədən küçə ilə üzü aşağı düşməyə başladı. İlk sağ döngəyə girdi və Şotanın dediyi kimi, beş mərtəbəli binanın üstündə iri hərflərlə yazılmış “ATA” sözünü oxudu. Ağır dəmir qapını itələyib içəri keçdi. Pilləkənlərlə ikinci mərtəbəyə qalxaraq “Reception” yazısı olan qapını açdı. Cavan qız internetdə eşələnirdi. Zauru görüb, böyük ağzı ilə ona zəruri təbəssüm bağışladı.
     -Eşidirəm sizi.
     -Adım Zaur Cəlilovdur. Mən...
     -Başa düşdüm. Konfransa gəlmisiniz?
     -Elədir.
     Qız masanın üstündəki kağızlara baxıb dedi:
     -304-cü nömrədə qalacaqsınız. Buyurun bu da açar.
     Qız üstündən “304” rəqəmi yazılmış qara dəri parçası sallanan açarı Zaura uzadaraq:
     -Zəhmət olmasa pasportunuzu verin.
     Pasportu aldı, məlumatları tələm-tələsik kağıza köçürtdü və Zaura qaytardı. Təbəssümlə:
     -Otağınıza qalxa bilərsiniz, - dedi.
     -Təşəkkür edirəm. Bizim komandadan başqa kimsə gəlib?
     Qız bir daha kağızlara baxdı.
     -Bilirsiniz, Azərbaycandan iki qız gəlməli idi. Hələ gəlməyiblər.
     -Hə, tanıyıram onları. Jurnalistlərdir.
     Qız bu sözləri qulaq ardına vuraraq davam elədi:
     -Amma Ermənistandan iki nəfər artıq gəlib. Otaqlarındadırlar. İndi də bir nəfəri gözləyirik.
     -O da Ermənistandan?
     -Bəli.
     –Aydındır. Çox sağ olun.
     Qız bir daha iri ağzını açaraq güldü:
     -Siz də sağ olun.
     Zaur geniş pilləkənlərlə üçüncü mərtəbəyə qalxdı. Koridorun sağında 304-cü nömrəni taparaq qapını açdı. Otaq, otelin zahiri görkəmi və pilləkən meydançaları ilə tam ziddiyyət təşkil edirdi. Zaur bir çox ölkələrdə səfərlərdə olmuş, hətta qaldığı otellərin sayını belə unutmuşdu. Lakin bu otaq, indiyə qədər gördüyü otel otaqları arasında ən yaraşıqlı və komfortlularından biri idi. Geniş otaqda nələr yox idi - enli çarpayı, LCD televizor, mini bar, böyük güzgülü şifoner, yazı masası, rahat ofis kreslosu, masmavi yaraşıqlı pərdəli pəncərənin qarşısında iki yumşaq kreslo və onların arasında kiçik, səthi şüşəli içki masası. Çantaları çarpayının üstünə qoyaraq vanna otağına cumdu. İlahi bu nə gözəllik idi belə! Mavi kafelli divarlarla, sədəf bəyazlığında iri vanna-cakuzi gözoxşayan ahəng yaradırdılar.
     Könlündən duşun altına girmək keçdi, amma o andaca fikrindən daşındı - o qədər də vaxtı yox idi. Hələ köhnə Tiflisə gedib, Şotanın dediyi “Məğrur Gürcü” kafesini tapmalı idi. Bir daha otağa göz atıb dəhlizə çıxdı və qapını bağladı. Qaça-qaça pilləkənləri düşdü, dəmir qapını itələyərək özünü Tiflisin sərinliyinə atdı və arxada çırpılan dəmir qapının gurultusundan xəcalət çəkdi. Dayandı, nəfəs dərdi. Qamətini düzəldib tələsmədən üzü aşağı yeridi.
     Köhnə Tiflisə istiqamət götürmüşdü. Yol boyu yaşıl ağaclara, rəngarəng qiyafəli adamlara tamaşa edir, ürəyi açılırdı. “Kapremontun” getdiyi tozlu-torpaqlı, tıxaclı, üfunətli Bakıdan canını qurtardığına görə xeyli sevinirdi. Özünü ətrafın sehrinə o qədər qapdırmışdı ki, köhnə Tiflisin dar küçələrinə nə vaxt gəlib çatdığını hiss etmədi.
     Köhnə Tiflis Gürcüstanın milli memarlıq xəzinəsi olmaqla bərabər, həm də Tiflisin ən qədim hissəsidir. Burada, memarlıq incisi sayılan çox qədim və nadir tikililər məcmusu yerləşir. Elə Bakıdakı İçəri Şəhər kimi, Köhnə Tiflis də, adamı heyrətə gətirən dar küçələrdən və dolanbac döngələrdən ibarət bir çox məhəllələrə bölünür. Budur, kafedəki erməni qızının dediyi hamamlardan biri. Tiflis əhalisi hamamda, xüsusən də kükürdlü hamamlarda dincəlməyi çox sevir.
     Zaur tarixin divarlara hopduğu, zamanın sanki donub qaldığı bu mənzərələrə tamaşa etməkdən yorulmurdu, doymurdu. Kür çayının sahili boyu dağlara söykənərək nazik zolaq kimi 30 km. məsafədə uzanan bu gözəl, qədim şəhəri çox sevirdi. Orta əsr tikililərinin cizgilərini özündə saxlamış, oyma ağaclı eyvanlar təmirdən sonra daha da yaraşıqlı görünürdü. Narikala məbədinin qalıqları, daş Ançisxati kilsəsi, Metexi kilsəsi, Sioni kilsəsi, Şah Rostomun hamamları, Tiflis cümə məscidi... Görülməli, gəzməli o qədər yer vardı ki, bu Köhnə şəhərdə. Kaş vaxtı olaydı buna.
     Dar küçələrin birinə dalaraq, rastına çıxan gürcü oğlandan “Məğrur Gürcü” kafesini soruşdu. Məlum oldu ki, Zaur əlli metr küçə ilə düz gedib sağa dönsə, kafeni görəcək. Oğlana təşəkkür edərək, küçə boyu sağdan-soldan düzülmüş hədiyyə mağazalarına və kafelərə baxa-baxa addımladı.
     Bir az sonra həqiqətən də sağ tini dönən kimi, Zaur bir kafe gördü. Kafenin sarı günəşliyinin üzərində böyük mavi hərflərlə gürcü dilində deyəsən “Məğrur Gürcü” yazılmışdı. Zınqırovlu qapını açaraq içəri daxil oldu. Bomboş kafenin divarlarını bəzəyən retrospektiv tablolar, adamı 60-cı illərin şən Tiflisinə aparırdı. Zaur təəccübləndi - ənənəvi gürcü kafelərindən fərqli olaraq, bu kafedə nə üçünsə divarlarda şərab içən, sifətləri içkinin təsirindən deformasiyaya uğramış gürcü knyazlarının tabloları asılmamışdı. Hər şeydən təəccüblüsü isə, bu tabloların kafenin adına uyğun gəlməməyi idi. Elə bu məqamda, gürcü qadınlarına xas olmayan yekə döşlərini aşağı-yuxarı oynada-oynada bir qız Zaurun qarşına dikildi.
     -Buyurun. Xoş gəlmisiniz, - gürcü dilində dedi.
     Zaur utancaq sifət alıb, rusca:
     -Üzr istəyirəm, gürcü dilini bilmirəm, - dedi. - Bura “Məğrur Gürcü” kafesidir?
     -Bəli.
     -Mən bir dostumla burada görüşəcəyəm. Qəhvə içəcəyik.
     Qız çiyinlərini çəkərək etinasız:
     -Buyurun, əyləşin - dedi. Ürəyiniz harda istəyir.
     Zaur kafenin dibində, alaqaranlıq bir yerdə iki nəfərlik yuvarlaq masa seçdi özünə. Günəş şüaları köhnə şəhərin bu küçəsinə deyəsən heç düşmürdü. Melanxolik atmosfer artıq yavaş-yavaş yorulduğunu hiss edən Zauru daha da ətalətə yuvarlayırdı. Gödəkcəsini tənbəlcə çıxarıb divardakı asılqandan asdı və sual dolu gözlərlə ona baxan qızla göz-gözə gəldi.
     -Bir dənə qəhvə. Külqabı da verin zəhmət olmasa.
     Qız yenə laqeyd ifadə ilə “bu dəqiqə”- deyib aynldı. Şotaya zəng vurmasının üstündən yanm saat ötürdü. Harada olsa gəlməli idi. Ayaqqabılannı çıxarmaq istədi, amma corablannın iy verməyəcəyindən əmin deyildi. Bir siqaret yandırdı. Axşam keçiriləcək konfransı yada saldı. Həyəcanlı deyildi, amma yenə də ehtiyatlı olmalı idi. Burada danışılanlann “Müasir Müsavat” və “Möhtəşəm Azərbaycan” qəzetlərinin xanım əməkdaşları tərəfindən dərhal Bakıya ötürüləcəyini bilirdi. Onsuz da QSTM-nin əskisi tüstülü idi. Burada da bir az oyan-bu yan danışsa, sülhməramlılığını cilovlamasa, mağara millətçiləri Bakıda hay-küy qoparıb, palaz-palaz yazılarla Akif Tağı və təşkilatına qarşı hücuma keçəcəkdilər. Zaur Tiflisə gələn qızları, “Möhtəşəm Azərbaycan”-dan Dilarəni və “Müasir Müsavat”-ın müxbiri Sevdanı xatırladı. Sonuncusu yadına düşəndə qeyri-ixtiyari gülümsündü. “İlahi, bu qədər çirkin, eybəcər bir varlığın, bakirə qalmasından, namusdan danışmasından daha təbii nə ola bilər? Tələbin olmadığı yerdə, hansı təklifdən söhbət gedə bilər? Görəsən özü eybəcərliyinin fərqindədirmi?”- düşündü.
     Budur, qəhvə də gəldi. Qız ağzından və burnundan siqaret tüstüsü buraxa-buraxa gülümsəyən qəribə cavana tərs-tərs baxıb, fincanı masanın üstünə qoydu və piştaxtanın arxasına qayıdaraq gürcü dilində jurnal oxumağa başladı.
     Qapı açılıb hündürboy, uzunsaç Şota kafeyə daxil olanda, Zaur artıq darıxmağa başlayırdı. Uzun illərin dostunu görüb yerindən sıçradı, iri addımlarla ona yaxınlaşdı. Öpüşüb görüşdülər. Şotanı hər dəfə bir az da uzanmış, boyu artmış görürdü. Şair ruhlu Şota, ağzını genişcə açaraq qışqırdı:
     –Bəs niyə qabaqcadan xəbər vermədin, vağzalda qarşılayardım səni!
     -Buna nə ehtiyac var? Görüşdük də. Həm də ki, sən mənim bu gün qatarla gələcəyimi onsuz da bilirdin. Odur ki, mənə nömrə gəlmə.
     Şota at kimi kişnədi:
     -Yaxşı da, bəsdir! Utandırma məni.
     Zaur hücumuna davam etdi:
     -Özü də siz hamınız bu vaxtlar yatırsınız. Gürcülər çox tənbəldir. Borçalı azərbaycanlıları olmasa, 90-cı illərdə acından ölərdiniz.
     Məğrur gürcü qızı, gözünü jurnaldan ayırıb qəzəblə Zaura baxdı. Tanımadığı hündürboy gürcüyə də əsəbiləşmişdi. Çünki o, bu həyasız azərbaycanlının ağzının payını vermək yerinə, onunla razılaşdı:
     - Allah onlara can sağlığı versin. Kartofumuz, soğanımız, meyvə-tərəvəzimiz sizinkilərdən çıxır. Biz isə səhər axşam çaxır içirik. Gəl oturaq.
     Şota masaya tərəf gedə-gedə dönüb qıza gürcü dilində nəsə dedi. Qız isə sifətinin ifadəsini dəyişmədən, şəstlə üzünü çevirib mətbəxə getdi.
     -Ona nə dedin? - Zaur soruşdu.
     -Dedim ki, gözəl qızın əlindən bir gözəl qəhvə içmək istərdim. Həə dostum, öyrən artıq dilimizi! İldə əlli dəfə Gürcüstana gəlib gedirsən, - Şota gödəkcəsini stulun arxasına asdı, saçlarını tumarlayıb çiyinlərinin ardına dağıtdı və göz vuraraq davam elədi, - özü də Gürcüstanda girmədiyin dərmə-deşik qalmayıb. Abxaziyaya da gedib çıxdın axır.
     Zaur gülə-gülə bir siqaret yandırdı.
     -Abxaziya... Vallah dünyanın ən mənasız yeridir ora. Bilmirəm niyə onlara müstəqillik vermirsiniz.
     Şota gurultulu gülüşü ilə masanı silkələdi.
     -Elə isə, siz də Qarabağ ermənilərinə azadlıq verin də!
     Zaur ciddi görkəm alaraq:
     - Əzizim, burda artıq səhvin var. Sizin çörəyiniz bir mənada Dağlıq Qarabağ münaqişəsindən çıxır. Sən bunda maraqlı olmamalısan. Bax qəhvələrimiz də gəldi.
     Qız gürcü qonaqpərvərliyinə xələl yetirən laqeyd əda ilə, fincanları masaya qoyub, müştərilərin üzünə belə baxmadan geri döndü. Zaur başını bulayaraq:
     -Baxan da elə bilər qızı zorlamaq istəmişəm. Elə sifət eləyib ki...
     Şota qəhvəsindən bir qurtum içib yarı zarafat, yarı ciddi soruşdu:
     -Söhbəti fırlatma. Çörəyimiz Qarabağdan niyə çıxır?
     Zaur təəccüblə Şotaya baxdı:
     -Yoxsa incidin məndən?
     -Nə inciməyi? Sadəcə olaraq maraqlıdır mənə.
     - Eşitməmiş olmazsan, məşhur söhbətdir. Qarabağ münaqişəsinin tərəfləri olan ermənilərlə azərbaycanlılar həmişə Tiflisdə görüşürlər. Gürcüstan bir mənada vasitəçi, körpü rolunu oynayır. Beynəlxalq təşkilatlar da ofislərini burada açırlar, ermənilərlə bizi burada görüşdürürlər. Yəni pullar sizdə qalır. Xalq diplomatiyası turiz- mindən xeyli pul qazanırsınız. İndi mən də, Tiflisdə azı 300-400 dollar pul xərcləyəcəyəm. Hələ mən qaz və neft borulannın Gürcüstan üzərindən keçməsini demirəm. Bu müharibə olmasaydı, əlbəttə marşrut 600 kilometr qısaldılar, borular daha sərfəli yoldan - Ermənistan üzərindən keçib gedərdi. İndi də Bakı-Tiflis-Axalkalaki-Qars dəmir yolu xəttini çəkirlər. Halbuki hazır Gümri-Qars dəmir yolu var. Onu sadəcə açmaq lazımdır. Sözüm odur ki, gürcüləri dolandıran bircə Borçalı camaatı deyil, Azərbaycan-Ermənistan münaqişəsi sayəsində, beynəlxalq QHT- lər də öz layihələrini burada həyata keçirib, pulları sizin ölkəyə axıdırlar. Qəhvəyə də ki, söz ola bilməz, - deyən Zaur, ləzzətlə ağzını marçıldatdı və qıza dönərək, - Əla qəhvədir, minnətdaram sizə, dedi.
     Bayaqdan Zaurun sözlərini diqqətlə dinləyən və onun əlindən zəncir çeynəyən qız, Şotadan mədəd umurmuş kimi həmyerlisinə tələbkar nəzərlərlə baxırdı. İmkanı olsaydı Zaurun cavabını özü verərdi, amma burada bir gürcü kişisi olduğu üçün tərbiyəsiz azərbaycanlıya cavabı qız yox, gürcü kişisi verməli idi.
     Şotanın isə üzündən təbəssüm yığışmırdı. Zaurun “Camel” siqaretindən bir dənə götürüb yandırdı. Tüstünü həzzlə tavana buraxıb gözünü qıydı və aramla danışmağa başladı:
     -Dünən kalan vurmuşuq uşaqlarla. Fransadan qonaqlarımız var idi. Qafqaz Evinin 5 əməkdaşı ilə restoranda gecə üçə qədər oturduq. Elə sizin münaqişədən də danışdıq. Haradasa haqlısan. Razıyam ki, bircə Borçalılar deyil... Bizim qəhvə paxmeli yaman çıxarır, düz demirəm?
     -“Bizim qəhvə” deyəndə ki, bu Türk qəhvəsidir. Olmaya sən də erməniləşməyə başlamısan?
     Şota ağzını əydi:
     -Yaxşı, bəsdi dəə! Türklük damarın tutub?
     Zaur siqaretini söndürüb geriyə boylandı. Xırda ağ gülləri olan mavi köynək, xaki şalvar, ağ çəkmələr. Xırda güllü ağ köynəyi cırmağa hər an hazır olan iri məmələr də ki, öz yerində. Qız zövqsüzlüyün rəmzi ola bilərdi. Amma etiraf etmək lazımdır ki, gürcülər qadınlı-kişili, azərbaycanlılardan qat-qat zövqlü geyinirlər. Şota Zaurun hara baxdığını görüb üsulca dedi:
     -Allah qadını yaradanda, gözləmirdi ki belə idbar bir şey ortaya çıxa bilər. Olmaya vurulmusan?
     Zaur qınayan gözlərlə baxdı Şotaya.
     -Asta danış eşidər. Məndən zəhləsi gedir. Artıq səndən də.
     -Fikir vermə... Qəhvələrimiz də bitdi. Yenə içirsən?
     -Yox, çox sağ ol.
     -İndi də planlarından danış mənə.
     - Oteldə bir az özümə gəlməli, üst-başımı dəyişməli və axşam “Mariot”-da konfransa getməliyəm. Planlarım bax budur.
     - Osetiyadan da qonaqlar var. Tiflisdə yaşayan abxazlardan da iştirak edənlər olacaq. Qarabağdan kimlər gəlir görəsən?
     -Dəqiq bilmirəm. Amma Ernstın iştirakçılara göndərdiyi siyahıda Qarabağdan heç kim yox idi. Görünür onlar bizim oteldə qalmayacaqlar. Eybi yox, axşam onsuz da görüşəcəyik onlarla.
     -Separatçı məclisi qurulur ki, - deyən Şota bərkdən güldü və ofisiant qızdan rus dilində hesabı istədi.
     Qız hesabı çox tez gətirdi, elə bil bayaqdan çeki vurub hazır saxlamışdı. Şota Zaura fürsət vermədən, bir göz qırpımında pulu cibindən çıxarıb masanın üstünə qoydu. Gödəkcələrini geyinib bayıra çıxdılar. Köhnə şəhərin daş döşəməli, burulğan küçələri ilə ATA otelinin yolunu tutdular.
     Yol boyu Şota şəhərdə aparılan quruculuq işlərindən, Saakaşvilinin fəaliyyətindən, müxalifətin səriştəsizliyindən danışdı. Prezidentindən razı olduğu hiss olunurdu. Necə də olmasın, axı Qızıl gül inqilabında barrikadalara çıxanlardan biri elə özü idi. Saakaşvili prezident kreslosuna oturanda, Tiflisin “qızılgül” gəncləri üç gün, üç gecə Osetin restoranında çaxır içib, əylənmişdilər. Üçüncü günün sonunda isə Şota və iki yoldaşı zəhərlənmə diaqnozu ilə xəstəxanaya çatdırılmış, mədələri yuyulmuşdu.
     Otelə çatdıqlarında saat ikiyə qalırdı. Axşam 17.30-da otelin qabağında görüşməyə razılaşıb ayrıldılar. Zaur qaça-qaça üçüncü mərtəbəyə çıxıb qapısını açdı. Anadan gəlmə soyunub, otaqda lüt var gəl etməyə başladı. Tək, ya da sevdiyi insanla bir məkanda olanda, lüt gəzməkdən böyük zövq alırdı. Paltarlarını səliqə ilə şifonerə asdı. Bütün əşyalarını yerbəyer etdikdən sonra, vanna otağına keçdi. Vannanı doldurub, özünü isti suyun içinə buraxdı.
     Gözləri yumulu, bu gün gördüyü insanları ardıcıllıqla, bir-bir xatırladı. Taksi şoferi, Tiflis ermənisi qız, “Məğrur Gürcü” kafesindəki məğrur yekədöş ofisiant...
     Zaur əli ilə suyun səthini şappıldatmağa başladı. Havaya yüksələn sabun köpükləri vanna otağının mat şüşəli pəncərəsindən içəri süzülən günəş şüalarında bərq vururdu. Vannada yuxuya getmək istədi. Suda yatıb qalmaq, boğulub ölmək ehtimalı ona gülməli gəldi. Şota ilə görüşməyə hələ iki saatdan artıq vaxt qalırdı.
     Duş alıb qurulandıqdan sonra çarpayıya uzandı. Vaxt öldürmək üçün iki saat yata bilsəydi pis olmazdı, amma yuxusu da gəlmirdi. Televizora baxmağı sevmirdi, o ki, qaldı gürcü kanallarına. Yadına çantasındakı kitab düşdü. Bir siqaret yandırdı, kitabı qaldığı 38-ci səhifədən açıb oxumağa başladı.
     Maraqla oxuduğu kitab, Andrey Platonovun “Can” adlı romanı idi. Taleyi Çaqatayevin taleyinə oxşamadığına görə, Zaur xeyli xoşbəxt sayırdı özünü.
     Razılaşdıqları kimi, Şota düz saat 17.30-da Zaurun nömrəsinə zəng vurdu. Telefon çaldığı zaman, kitabın artıq 61-ci səhifəsini oxuyurdu. Şotanın şən səsi eşidildi:
     -Gəlirsən aşağı?
     -Beş dəqiqə gözlə, geyinib düşürəm. Ya da istəyirsən otağa qalx.
     -Yox, lazım deyil. Mən küçəyə çıxıb səni gözləyəcəyəm.
     Şotanın dəqiqliyinə təəccüblənən Zaur, onun otelin qabağından heç getmədiyini, bəlkə də saat altının yarısına qədər yolun qarşısındakı kafelərin birində üç saat vaxtın keçməsini gözlədiyini düşündü. Ağlına gələn bu ehtimala özü də güldü. Acmışdı, amma konfransdan sonra veriləcək şam yeməyinə qədər dözmək istəyirdi. Güzgüdə düm- düz qarnına baxdı. Formda qalmaq, vücudunu piylənmədən qorumaq üçün aclığa dözməyə razı idi.
     Şota yolun kənarında dayanıb siqaret çəkirdi. Başını yuxarı qaldırmışdı, bilmək olmurdu hara baxırdı. Mariott otelinə piyada, söhbət edə-edə gəlib çıxdılar. Otelin nəhəng qapılarından yaraşıqlı holla daxil olduqlarında, altıya on dəqiqə qalırdı.
     Otelin sonuncu mərtəbəsində yerləşən konfrans zalında saat 18.00-a nəzərdə tutulan tədbir, Qafqazlılara xas gecikmə ilə başladı. İştirakçılar zalın qabağında var-gəl edir, kimisi siqaret çəkir, kimisi də çay, ya da qəhvə içirdi. Zaur Bakıdan gələn qızları gördü. Siam əkizləri kimi bir yerdə gəzir, əl-ələ tutub tualetə bir yerdə girib-çıxır, bir an olsun bir-birlərindən ayrılmırdılar. İyirmi dörd yaşında, ortaboylu, sısqa, uzunburun və saçlarını 90-cı illərin əvvəllərinin dəbinə uyğun olaraq kare kəsdirmiş, zəhər tuluğu bir qız uşağı olan Dilarə, bu tədbirdə “Möhtəşəm Azərbaycan” qəzetini təmsil edirdi. Rəfiqəsi Sevda isə, “Müasir Müsavat” qəzetinin siması sayılırdı. İyirmi iki yaşlı bu qızcığaz, cavan yaşına baxmayaraq, artıq baş redaktorun müavini vəzifəsinə yüksəlmişdi. Zaur quruca salam verdi onlara. Quruca salam aldı.
     Erməni jurnalistlər isə beş dəqiqəlik gecikmə ilə gəlib çıxdılar. “168 saat” qəzetinin əməkdaşı, tanınmış publisist Luiza Vanyan içəri daxil olanda, Ernst Kopf əsəbi halda saatına baxırdı. Zaur yaxınlaşıb Luiza ilə görüşdü. Onlar ötən il Tiflisdə, Helsinki Vətəndaş Assambleyasının bir tədbirində tanış olmuşdular. Qısa boyu, qıvrım saçları, kül rəngi gözləri və fındıq boyda burnu olan Luiza, Ermənidən çox, depressiyaya düşmüş, menopoz dövrünü keçirən Fransalı feministə oxşayırdı. Boğuq səsi ilə güldü, Zaura salam verdi. Hal-əhval tutdular. İki daşın arasında Avropaya emiqrasiya etmək istədiyini, bu mənasız həyatdan bezdiyini bildirdi. Zaur isə bütün Qafqazın cəhənnəm olduğunu, ona qalsa Bakıdan da ağlı olan hər kəsin başını götürüb qaçdığını deyərək, Luizaya tərəf bir reverans elədi.
     “Aykakan Jamanak” qəzetini tədbirdə təmsil edən Artuş Saroyan adlı jurnalist isə, üzünü pəncərəyə çevirib siqaret çəkir, ətrafda baş verənlərlə qətiyyən maraqlanmırdı. Tənha və laqeyd görünürdü. Oğlan Zaura xeyli tanış gəlsə də, onu harada gördüyünü yadına sala bilmədi. Luizadan soruşmaq istədi, amma o da artıq gürcü həmkarları ilə söhbət edir, yəqin onlara emiqrasiya planlarından danışırdı. Ermənistanın Regional Əməkdaşlıq və Qloballaşma Mərkəzinin sədri Stepan Melkonyan isə, azərbaycanlı qızlarla ünsiyyət qurmağa çalışırdı. Qızlar Stepanı anlamırdılar. Sifətlərində yalnız bir sual oxunurdu: “Nə cürətlə bu həyasız erməni, alçaq işğalçı bizimlə söhbət edir?” Stepan, nifrətlə ona baxan və bir-birlərinə qısılan qızlardan xoş söz eşidə bilməyəcəyini anlayıb başını buladı və Ernst Kopfa yaxınlaşdı.
     Gürcü, osetin və abxazları başına yığan Şota isə, qışqıra-qışqıra onlara nəsə sübut eləməyə çalışırdı. Bir müddət onlar tərəfə baxan Zaur, əslində Gürcü-Abxaz və Gürcü-Osetin münaqişələrindən nə qədər uzaq olduğunu, bu konfliktlərə ancaq formal maraq duyduğunu anladı. Osetin dəstəsindən Alan Sxobrebovu tanıyırdı, Tsxinvalidə görüşmüşdülər. Alan müharibə əlili idi, indi isə sülhməramlı olmuşdu. Zauru görüb dəstədən ayrıldı və ona yaxınlaşdı. Qucaqlaşdılar.
     -Necəsən Zaur? İtib batmısan. Məktub yazmırsan.
     - Vallah işlərdən başım ayılmır. Tsxinvalidə nə var, nə yox?
     -Hər şey yolundadır. Sən hamıyla tanış oldun?
     -Bəzilərini tanıyıram. Tanımadıqlanm da var. Sən bilmirsən Qarabağdan gələnlər kimlərdi?
     -Əlbəttə bilirəm, - deyən Alan Zaura göz vurdu və üzünü arxaya çevirərək astaca dedi: - Bax, qapı tərəfdə iki nəfər dayanıb. Kök bığlı kişini görürsən? Adı David Arutunyandır. Stepanakertlidir. Əvvəllər müharibədə iştirak edib, indi də öz QHT-sini yaradıb, əsrilərə kömək edir. Bir dəfə də Yerevanda görüşmüşəm onunla. Yanında daya- nan cavan oğlan isə Qurgen Ağacanyan adlı fəlsəfə müəllimidir. Stepanakert universitetində dərs deyir.
     Zaur başını bulayaraq:
     –Nə olub axı sizə? - dedi. Əvvəl əlinizə silah alıb gözünüzü qırpmadan insanları öldürürsünüz, sonra da müharibə aktuallığını itirib atəşkəs imzalanan kimi, sülhməramlılığa qurşanırsınız. Bu Cənubi Qafqazda deyəsən dəb halını alıb.
     Alan incik-incik baxdı Zaura. Razılaşmadı:
     – Müharibənin mənasızlığını, rəzilliyini və qorxuncluğunu görmək üçün, mütləq o cəhənnəmdən keçməlisən. Sənin ağzın deyəsən isti yerdədir. Bircə güllə səsi eşitsəydin, belə danışmazdın.
     Zaur dediklərinə peşman olmuşdu. Alan pis adam deyildi və onun xətrinə dəymək istəməzdi.
     -Xahiş edirəm incimə məndən. Sənin səmimiyyətindən şübhə etmirəm...
     Alan onun sözünü kəsdi:
     -Heç Davidin də səmimiyyətinə şübhə etmə.
     -Sənə elə gəlir ki, mən Davidlə sənin aranda fərq qoyuram?
     -Qoymursan?
     -Xeyr qoymuram. Siz hamınız mənim üçün eynisiniz.
     Alan şübhə ilə baxdı Zaura.
     –Nə mənada?
     -Hər mənada.
     Zaur sözünü yeni bitirmişdi ki, Ernst Kopfun səsi eşidildi. Kobud alman ləhcəsi ilə, Ernst rus dilində qonaqlara müraciət etdi.
     -Saatlar 18.15-dir. Xahiş edirəm hər kəs konfrans zalında yerini tutsun. Onsuzda 15 dəqiqə gecikmişik.
     Bir alman üçün 15 dəqiqəlik gecikmə faciə demək idi. Hətta o alman, uzun müddət Cənubi Qafqaz ölkələrində sülənsə də, genetik yaddaşına naxələf çıxa bilməzdi.
     İştirakçılar konfrans zalına keçərək, nəhəng dəyirmi masanın ətrafında yerlərinə oturdular. Hər iştirakçının qabağına qoyulan ikiyə qatlanmış A4 formatlı kağızın üstündə iştirakçının adı, hansı KİV və ya QHT-ni təmsil etdiyi yazılmışdı. Hamıya qələm, bloknot paylandı. Demək olar ki, bütün qonaqlar işgüzar, ciddi sifət almışdılar. Halbuki, necə mənasız işlə məşğul olduqlarını özləri də bilirdilər. Cənubi Qafqaz nümayəndələrindən əlavə, tədbirdə Qafqazlılara ekzotik meyvə gözü ilə baxan; onların cılız, mənasız münaqişələrini özlərinə əyləncə sayan avropalılar - İngiltərə, Fransa və Almanya səfirliklərinin nümayəndələri də iştirak edirdilər.
     Zaur diqqətlə Artuş Saroyana baxdı. Bayaqdan heç kimlə dialoq qurmayan, hər kəsdən kənar gəzən, ətrafda baş verənlərə biganə qalan Artuş da, Zauru gözləri ilə yeyirdi. Elə bil yadına nəyisə salmağa, beyninin dərinliklərində ilişib qalmış bir xatirəni canlandırmağa çalışırdı. Əziyyət çəkirdi. Amma Zaur xatırladı onu... Birdən xatırladı... Xatırlamaz olaydı kaş...
     Bir anda nəfəsinin kəsildiyini, mühakimə qabiliyyətini itirdiyini hiss etdi. Nabeqlavi suyundan bir qurtum içdi. Həyəcanlı hərəkətləri ilə özünü ifşa etdiyini, hər kəsin ona baxdığını düşündü. Halbuki soyuqqanlılığını qoruyan Artuşdan başqa, heç kim onun tərəfə baxmırdı. Artuşun üzündə, mürəkkəb bir tənliyin həllini axtaran insanın ifadəsi; iri, ala gözlərində isə sululuq vardı. Bu gözləri necə unutmaq olardı axı? Bu gözlər illər boyu Zauru hər yerdə, anbaan təqib etmişdi. İndi də bu gözlər burada, Tiflisdə ona dikilmişdi. Yox! Bu Artuş, həmin Artuş ola bilməz! Bəs... Bəs soyadı... Saroyan... Gözlər də həmin gözlərdir axı...
     Artuşun da beynindən buna oxşar fikirlər keçirdi. Düşmən ölkənin bu simpatik nümayəndəsi ona nəinki tanış, hətta doğma gəlirdi. Geniş alnı, qara gözləri, Qafqazlılara xas olmayan balaca burnu, uzun kirpikləri. Artuşun mərmərə dönmüş sifətində nə maraq vardı, nə də həyəcan - ancaq və ancaq sual... Sual, tərəddüd və şübhə...
     Henrix Böll fondunun Cənubi Qafqaz üzrə direktoru Ernst Kopf bir-iki dəfə barmağı ilə qarşısındakı mikrofona vuraraq, çıxışına başladı:
     -Hörmətli dostlar, əziz qonaqlar. Əslində siz hamınız öz torpağınızda, öz vətəninizdəsiniz. Bura Cənubi Qafqazdır və bütün münaqişələrə, tarixdə yaşanmış qanlı hadisələrə rəğmən, Qafqaz sizin ümumi eviniz olaraq qalmaqda davam edir. Odur ki, qonaq siz yox, əslində mənəm.
     Zaldan gurultulu alqışlar qopdu. İştirakçılar Ernstə razılıqlarını bildirdilər. Ernst gülə-gülə zaldakılara təşəkkürünü bildirib, çıxışının davamını gətirdi:
     - Bəli, biz avropalılarıq. Və bizim qurduğumuz Avropa ailəsinin, yəni Avropa Şurasının siz hamınız üzvlərisiniz.

<< 1 / 2 / 3 / 4 / 5 / 6 / 7 / 8 / 9 / 10 / 11 >>

Bölmə: Azərbaycan ədəbiyyatı | Əlavə edildi: azerhero (11.09.2014) | Müəllif: R.C E W
Baxış: 575 | Reytinq: 5.0/1
Bütün rəylər: 0
avatar

Kitablar — zamanın dalğaları ilə səyahət edən və nəsildən-nəslə öz qiymətli yükünü ehtiyatla aparan fikir gəmiləridir.

- Frensis Bekon

Son 90 gün ərzində kitab oxumamaqdan daha pisi kitab oxumadığına görə narahat olmamaqdır.

- Cim Ron

Kitabları yandırmaqdan daha pis şey onları oxumamaqdır.

- Rey Bredberi

Yaxşı kitab aysberqə oxşayır, onun yeddi-səkkiz hissəsi suyun altında gizlənib.

- Ernest Heminquey

Kitablarım mənə çatacaq qədər böyük bir krallıqdır.

- Shakespeare

Mən, kitablarımı yaratmadan əvvəl, kitablarım məni yaratdılar.

- Montaigne

Kitabsız yaşamaq; kor, kar, dilsiz yaşamaqdır.

- Seneca

Bu günün gərçək universiteti, bir kitabxanadır.

- Carlyle

Kitab, tək ölümsüzlükdür.

- Rufus Choate

Exlaqa uyğun ya da zidd kitab deyə bir şey yoxdur. Kitablar ya yaxşı yazılmışdır, ya da pis. Hamısı bu qədər!

- Oscar Wilde

Ümidlə açılıb qazancla bağlanan bir kitab, yaxşı bir kitabdır.

- Alcott

Kitablar, itmiş başların abidələridir.

- Sir William Dave

Kitablar, heç solmayacaq bitkilərdir.

- Herrick

Kitab heç aldatmayan bir yoldaşdır.

- Guilbert De Pixrecourt

Axmaqlarla oturub-durmaqdansa , kitabla tənha oturmaq yaxşıdır.

- Qasım bəy Zakir

İnsan güc ilə yox, mütaliə etməklə ağıllanır.

- C.Bruno

Az bildiyini başa düşmək üçün çoxlu oxumaq lazımdır.

- Mişel Monten

Kitablar özünüzə və başqalarına hörmət etməyi öyrədəcək, ürəyi və ağlı, dünya və insanlıq sevgisiylə dolduracaq.

- Maksim Gorki

Kitab həyatın ən uzaq və qaranlıq yollarında insana işıq bəxş edən əfsanəvi çıraqdır

- A.M.Upit

BAKI QIZLAR UNİVERSİTETİ
1992-ci ildə təsis edilən və həmin vaxtdan da fəaliyyətə başlayan Bakı Qızlar Universitetinin (əvəllər Bakı Ali Pedaqoji Qızlar Seminariyası adlanırdı) yaradılmasında məqsəd respublikada qadın pedaqoji kadrlar yetişdirmək, onların intellektual səviyyəsini yüksəltmək və gənc qızları ailə həyatına hazırlamaqdan ibarətdir. Hazırda universitetdə "Sosial pedaqoji” və "Filologiya-tarix” fakültələri fəaliyyət göstərir. "Sosial pedaqoji” fakültədə "Təhsildə sosial-psixoloji xidmət”, "Psixologiya”, "Coğrafiya müəllimliyi”, "ibtidai sinif müəllimliyi”, "Məktəbəqədər təlim və tərbiyə”, "Riyaziyyat və informatika müəllimliyi”, "Filologiya-tarix” fakültəsində isə "Xarici dil (ingilis) müəllimliyi”, "Azərbaycan dili və ədəbiyyat müəllimliyi”, "Tarix müəllimliyi”, "Jurnalistika” üzrə bakalavr, "İbtidai sinifdə tədrisin metodika və metodologiyası”, "Pedaqogika nəzəriyyəsi və tarixi”, "Azərbaycan ədəbiyyatı”, "Azərbaycan dili”, "Azərbaycanın yeni və ən yeni tarixi” sahəsində magistratura səviyyəsində kadr hazırlığı aparılır.
Bakı Qızlar Universiteti Nazirlər Kabinetinin 1996-cı il fevralın 21-də 21 saylı sərəncamı ilə dövlət qeydiyyata alınmışdır. 2013-cü ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin lisenziya komissiyası BQU-nun çoxilli fəaliyyətinin, onun yüksək maddi-texniki bazasının, infrostrukturunun, təlim-tərbiyə sisteminin Azərbaycan Respublikası təhsil Qanununa Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Ali təhsil Müəssisələrinin fəaliyyətinə xüsusi razılıq (lisenziya verilməsi haqqında qərarına, Azərbaycan Respublikası Təhsil Nazirliyinin sənədlərinə uyğn qurulduğunu, pedaqoji kadrların hazırlanmasında əldə olunmuş nailiyyətlərini nəzərə alaraq universitetin fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsini məqsədəuyğun hesab etmişdir. Eyni zamanda 2013-cü ildə universitet akreditasiyadan keçmişdir. Universitetdə müxtəlif fənnlər üzrə kabinetlər, dörd kopüter otağı, kitabxana, badii yaradıcılıq studiyası, tələbə elmi cəmiyyəti, Tələbə Gənclər təşkilatı, dörd dərnəklər, nəşriyyat, idman zalı, yeməkxana, kadrlar şöbəsi və mühasibatlıq fəaliyyət göstərir.
Learn more