Əsas » Məqalə » Azərbaycan ədəbiyyatı

Əliyev Ələkbər (Əli Əkbər) yaradıcılığı-Artuş və Zaur-4

<< 1 / 2 / 3 / 4 / 5 / 6 / 7 / 8 / 9 / 10 / 11 >>

3


     Axşam saat 18-də, Şota Dodiko adlı şişman qohumunun sürdüyü Nissan Sunny markalı avtomobildə, ATA Otelinin qabağında Zaurla Artuşu gözləyirdi. Cüssəli, pəzəvəng Dodiko havanın soyuq olmasına baxmayaraq bolluca tərləyir, Şotaya giley eləyirdi.
     -Harda qaldı bunlar? On beş dəqiqədi gözləyirik. Məclis başlayır axı.
     -İndi gələrlər də, doğursan bəyəm? Toya gedirlər axı, gərək bəzənsinlər.
     Siqaretin filtrini çeynəyə-çeynəyə sümürən Dodiko, gözlərini qıyıb:
     -Qız zaddılar bəzənirlər? - soruşdu.
     –Elə qız kimi şeydilər.
     Dodiko gözlənilməyən cavabın təsirindən öskürüb, gözlərinin yaşını sildi.
     -Necə yəni? Petuxdular?
     Şota güldü.
     -Özün görüb qərar verərsən. Əslində oxşamırlar, amma qəribə nəsə var aralarında. Şübhələnirəm.
     Dodikoya bic-bic baxıb əlavə etdi:
     - Erməni ilə azərbaycanlını başqa nə birləşdirə bilər? Onlann bu mehribanlığma, səmimiyyətinə başqa məna vermək olmur.
     Heç üç dəqiqə keçməmiş qapıda göründülər. Əvvəl Zaur çıxdı. Başını qaldırıb göy üzünə baxdı, havanın açıq olduğunu görüb məmnunluqla gülümsədi. Ardından Artuş çıxdı küçəyə. Nə barədəsə astadan danışa-danışa, maşına tərəf addımladılar. Şota maşından düşüb onları qarşıladı. Qucaqlaşıb öpüşdülər.
     -Gürcü toyuna hazırsınız dostlar?
     Zaur gərnəşib sinəsinə bir yumruq vurdu:
     -Nədir ki? Gürcü toyuna xüsusi hazırlıq tələb olunur?
     Şota gülə-gülə arxa qapını açıb dedi:
     - İndi gedərik görərsiniz. Görürəm çox özünüzdən arxayın danışırsınız. Gürcü toyu nə erməni, nə də azərbaycanlı toylarına oxşamır.
     Qapını bağladıqdan sonra Şota qabaqdakı yerini aldı və maşın hərəkətə keçən kimi, Artuşla Zaura qohumunu təqdim etdi.
     - Tanış olun dostlar - qohumum Dodiko. Özü də keçən il ailə qurub. Çox unikal adamdır - otuz yaşı var, amma indiyə qədər nə Ermənistanda olub, nə də Azərbaycanda. Amma Rusiyanı demək olar ki, başdan sona gəzib, görüb.
     Zaur:
     –Çox şad oldum. Mənim də adım Zaurdur. Bakıdanam, - dedi.
     –Mən də Artuşam. Tanış olmağıma şad oldum.
     Dodiko sümürdüyü siqareti pəncərədən bayıra vıyıldadıb dedi:
     – Şota haqqınızda çox bəhs edib mənə. Hələ siz Tiflisə gəlməzdən əvvəl, Bakıdan və Yerevandan dostlannın gələcəyini deyirdi.
     -Sağ olsun Şota, gürcü qonaqpərvərliyini nümayiş etdirmək üçün həmişə səbirsizlənir, - Zaur bunu deyib Artuşa baxdı. Artuş isə maşında gedən söhbətlərə laqeydcə qulaq asa-asa, pəncərədən bayıra baxırdı.
     Dodiko:
     - Şota sizin maraqlı hekayənizi də danışıb mənə. İkiniz də əslində Bakılı imişsiniz. Artuş müharibə başlayanda Yerevana köçüb, sonra siz uzun illərdən sonra, üç gün əvvəl burada, Tiflisdə görüşübsünüz.
     Artuş gözlərini pəncərədən ayırıb qabaqda oturan Şotanın profilinə baxdı və çətinliklə sezilən istehza ilə əlavə elədi:
     - Tiflis ayrılanları qovuşduran, münaqişə xalqları arasında sülh körpüləri salan bir şəhərdir.
     Tipik gürcü olan Dodiko, Artuşun bu sözlərindən qürrələnərək sevincək dedi:
     - Düz buyurursunuz. Münaqişəyə qədər Azərbaycanda, ya da Ermənistanda qonşu olan, dostluq edən azərbaycanlılarla ermənilər burada, Tiflisdə vaxtaşırı görüşüb, ötən günləri yad edirlər.
     -Və bu müharibənin baiskarı olan siyasətçilərə lənətlər edib, söyürlər.
     Bu sözləri Zaur dedi. Bu dəfə istehzası açıq-aşkar hiss olunurdu. Bayaqdan susan Şota, dönüb arxaya baxdı.
     -Sənin sözlərindən belə çıxır ki, siyasətçilərin bizim münaqişələrdə heç bir rolu olmayıb. Mən sənin mövqeyini bilirəm - bütün məsuliyyəti xalqların üzərinə yükləyirsən. Amma xalq özü nədir, ya da kimdir axı? Qoyun sürüsü deyilmi? Sürüyə haranı istiqamət göstərsən, itaətkarlıqla ora da üz tutacaq. Kütlə hər yerdə kütlədir əzizim.
     Zaur mübahisənin yersiz olduğunu düşünərək susur, cavab vermirdi. Onsuzda hər kəs öz mövqeyində qalacaqdı. Amma Artuş söhbətə qatıldı.
     - Hər ikinizlə də qismən razıyam. Bu o deməkdir ki, hər ikisində də günah var - kütlədə də, siyasətçilərdə də. İnsana çox şey demək, onu qızışdırmaq olar. Səni öz qardaşına, atana qarşı qızışdırsalar, bunun bir xeyri olar? Məncə yox. Çünki sən qardaşını, atanı hər kəsdən daha yaxşı tanıyırsan. Amma siyasətçilər iki xalqı bir-birlərinin üstünə elə fısqırtdılar ki, indiyə qədər bizə aşılanan nifrətdən qurtula bilmirik. Doğulan andan hər bir erməni türkə düşmən olmalıdır. Hər bir azərbaycanlı körpəyə də erməninin düşmən olduğu öyrədilir. Biri deyir hələ mən Bakını, Naxçıvanı da almalıyam, obiri isə Sevan gölünün, İrəvan xanlığının həsrətini çəkir. Və bu məsələlərdə xalq da, siyasətçilər də çiyin-çiyinə hərəkət edirlər, həmrəylik nümayiş etdirirlər.
     Dodiko:
     –Çox gözəl danışırsan, - dedi. Müharibəyə qədər mənim də xeyli abxaz dostum vardı. Qardaş kimi yaşayırdıq. İndi isə görüşmək üçün ən yaxşı halda gərək sərhəddə gedim. Ona da çox vaxt icazə vermirlər.
     Orbeliani küçəsində, Şota qohumunun sözünü kəsib dedi:
     -Restorana çatmışıq. Bura Tiflisin ən sanballı restoranlarından biri sayılır. Adı Tamadadır. Toy çox xudmani olacaq, cəmi 60 adam dəvət olunub. Bəy istəyib ki, həyatının ən unudulmaz anlarını ən yaxın dostları ilə qeyd etsin. Bu restoranın əla xüsusiyyətlərindən biri də odur ki, burada çaçanın necə hazırlandığını görmək, hətta bu prosesdə iştirak etmək mümkündür. Milli mətbəxə də ki, söz ola bilməz!
     Dodiko, maşını iyirmiyə yaxın avtomobilin park edildiyi meydançada saxlayıb:
     -Gürcü toyuna xoş gəlmisiniz - dedi. Getdik.
     Dördü də maşından düşüb, yaraşıqlı restoranın yamyaşıl bağçasına ayaq basanda, restorandan gürcü zumasınm səsi gəlirdi.
     - Kaxetiyalılann döyüş havası “Mravalyaver”i çalırlar, dedi Şota. Bəy çox milli oğlandı, adət-ənənələrimizə bağlıdır.
     Restoranın qapısından təzəcə ayaq basmışdılar ki, xevsurlann “Lilo” rəqs havası çalınmağa başladı. Bir anda özlərini oynayanlann arasında görən Zaur və Artuş çaşıb qalmışdılar. Sərxoş gürcülər onların ətrafında çılğın rəqslər edir, toz buludu qaldıraraq atlanıb-düşürdülər. Bir ara kimsə Zaurun ayağını tapdaladı, at kimi kişnəyən uzun, bəmbəyaz paltarlı gəlin isə, əlindəki şərab qədəhini Artuşun gödəkcəsinə boşaltdı və dili topuq vura-vura üzr istəyərək qaçıb getdi.
     Şotanı və yanındakı qonaqları görən sərxoş bəy Artuşla Zauru sinəsinə möhkəmcə sıxıb yanaqlarından öpdü.
     - Xoş gəlmisiniz qardaşlar! Şotanın mənə ən böyük hədiyyəsi sizlərsiniz bu gün!
     Sonra dönüb şərab içən hündürboy, otuz beş yaşlarında müğənniyə qışqıraraq mahnı sifariş verdi:
     -Az iç, köpək uşağı! Mqali Deliya! Ermənistanlı və azərbaycanlı qonaqlarımız üçün xüsusi olaraq!
     Zaur sonra öyrəndi ki, Mqali Deliya İveriya dağınm mahnısıdır. Mahnı başlayan kimi, hamı transa düşüb, feyzyab oldu. Gürcülərin müvəqqəti sakitləşməsini fürsət bilən Artuşla Zaur, Şotanın köməyi ilə özlərinə masaların birində yer tapıb oturdular. Onların masa qonşuları olan gənc qızlar və oğlanlar, dərhal qonaqlara şərab süzdülər, boşqablarına iri ət tikələri və xinkalilər doldurmağa başladılar. Qıyıqgözlü, hündürboy bir oğlan nə üçünsə xüsusi canfəşanlıq göstərir, fasiləsiz gülür və yeri gəldi gəlmədi, nəsə istəyib-istəmədiklərini onlardan soruşurdu. Artuş onun kimliyi ilə maraqlananda məlum oldu ki, qıyıqgöz oğlan, bəyin Qazaxıstanlı dostudur, Moskvada tanış olublar və bu tanışlığın nəticəsində şərikinə üç obyekt açıb işlədirlər.
     -Adım Talqatdır. Karaqanda şəhərindənəm.
     -Çox məmnun oldum. Mən də Zaur. Bakıdanam.
     -Mənim də adım Artuşdur. Yerevanlıyam. Şad oldum.
     - Nə gözəl! Biz də Qazaxıstanda elə bilirik ermənilərlə azərbaycanlılar düşməndir. Sən demə onlar kef eləyir, can deyib, can eşidirlər.
     Zaurun sifəti əyildi. Artuş iki ağız öskürüb zorla gülümsədi. Talqat özü də sərf etdiyi axmaq şərhinə görə peşman olmuşdu. Mövzunu dəyişmək üçün dedi:
     -Bir həftədir Tiflisdəyəm və deyəsən on beş kilo kökəlmişəm.
     Zaur ağzında xəncərlə rəqs edən bəyi göstərib soruşdu:
     -Bəy deyəsən çox qonaqpərvərdir?
     Talqat şərab qədəhini başına çəkib dedi:
     -Qonaqpərvərlik də sözdür!? Siz nə danışırsınız! İlk dəfədir Qafqazdayam və bura gələndən sonra başa düşdüm ki, sən demə mən otuz ildir boş yerə yaşamışam. Mən buradakı mərdliyi, qeyrəti, şərəf və ləyaqəti, səxavəti heç bir yerdə görməmişəm. Əminəm ki, Ermənistan və Azərbaycanda da vəziyyət eynidir.
     Artuş bir anlığa Zaura baxıb təzədən üzünü Talqatın yumru sifətinə çevirdi:
     Elədir. Bütün Qafqaz belə mərd, qonaqpərvər və qeyrətlidir.
     Talqat hamıya şərab süzüb ayağa qalxdı və qədəhini qaldırdı:
     -Onda içək mərd Qafqazın əbədiliyinə! Yaşasın Qafqaz!
     Masadakı hər kəs sağlığa qoşulub ayağa qalxdığına görə, Artuşla Zaur da məcbur olub durdular. Qədəhlər toqquşdu, Qafqazın abədiliyinə içildi.
     Şota yarım saat idi ki, gözdən itmişdi və Zaurla Artuş, sözün əsl mənasında gürcü və qazax qonaqpərvərliyinin əsirinə çevrilmişdilər. Alazan və Kaxetiya şərabları bir-birini əvəzləyir, kabablar və motal pendirləri mədələrə ötürülür, bəy və gəlinin gürcü qonaqpərvərliyinin keşiyini çəkən qohumları, dostları erməni, azərbaycanlı və qazaxa “xoş gəldin” demək üçün yarışırdılar. Hamı bir-bir onların yanına yaxınlaşıb tanış olur, onlar da məcburiyyət qarşısında hər kəslə qədəh toqquşdururdular.
     Birdən çevik gürcülərdən biri, meydançanın ortasına düşərək “Davlur” rəqsini oynamağa başladı. Zaurgilin masasında oturan gürcülər, hamı bir nəfər kimi ayağa sıçrayaraq meydançaya cumdular. Hardansa arxa tərəfdən peyda olan Şota, əlini sevgililərin çiyinlərinə qoyaraq onları silkələdi:
     –Rəqs etməyəcəksiniz?
     Zaur “bircə bu çatışmırdı” fikirləşib, qətiyyətlə dedi:
     –Xeyr. Mən rəqs etməyi bacarmıram.
     Artuş da etiraz etdi:
     - Sən nə danışırsan? Gürcülərin rəqsinə tamaşa etmək, oynamaqdan daha yaxşıdır.
     Şota məyus olsa da, bunu biruzə vermədi.
     -Talqat, sən də oynamaq istəmirsən?
     -Yox qardaş, çox sağ ol. Onsuz da bacarmıram. Özümü niyə biabır eləyim?
     -Yaxşı. Özünüz bilərsiniz. Mən də gedim yüz ildir görmədiyim qohumlarla vurum. Darıxmazsınız?
     Artuş dərhal cavab verdi:
     - Yox, yox sən narahat olma. Darıxan deyilik. Hər şey əladır.
     Şota razılıqla gülümsədi və yenidən gözdən itdi.
     Zaur şərab qədəhini qaldırdı:
     – Bizim sağlığımıza! Orta Asiya və Cənubi Qafqaz xalqlarının dostluğu şərəfinə!
     Artuş da qədəhini götürüb Zaurunki ilə toqquşdurdu:
     –Sağlığımıza!
     Talqat da qədəhini qaldırdı və minnətlə dedi:
     - Hərçənd ki, Qazaxıstan Orta Asiya sayılmır və biz artıq UEFA-da oynayırıq, mən yenə də deyilən sağlığa qoşuluram.
     Dəqiqələr dəqiqələri, saatlar saatları əvəzləyir, toy uzandıqca uzanır, şərab dolçaları ard-arda boşalır, başlar xumarlanırdı. Masada oturan gürcülərin danışdıqları lətifələri gülməli oldu olmadı uğuna-uğuna dinləyən Zaur, Artuş və Talqat, əməlli başlı sərxoş olmuşdular. Musiqinin səsi haradansa uzaqlardan gəlirdi. Himnə bənzəyən mahnı çalınmağa və sərxoş qonaqlar xorla nəsə oxumağa başlayanda, Zaur yanında oturan İrakli adlı gürcüdən soruşdu:
     -Nə oxuyurlar onlar?
     –Bu bizim qədim himnimizdir. “Dur, ey kraliça Tamara, Gürcüstan sənin üçün ağlayır!” adlanır.
     Zaur, İraklinin cavabına maraqla qulaq asan Artuşa baxıb göz vurdu və qulağına əyilib pıçıldadı:
     -Hər gün bir daha əmin oluram ki, bütün qafqazlılar başdan xarabdır.
     –Özü də xəstəliymizin müalicəsi yoxdu. Faciə də elə bundadı... Amma sən allah bunu Talqata demə. Gör bizim haqqımızda necə heyranlıqla danışır.
     Gecə saat on ikini keçmişdi. Artuş hallanmışdı, dodaqları da allanmışdı. İçdikcə sanki daha da gözəlləşir, bahar şehi kimi gümrah olurdu. Gözləri gülür, dodaqları söhbət etməkdən yorulmurdu. Zaur da onun yanında olmaqdan, ətrini duymaqdan, şən səsini eşitməkdən usanmırdı. Çox xoşbəxt olduğunu, amma xoşbəxtliyinin bir neçə gün sonra sona yetəcəyini düşündü.
     Zaur, beynini bədbin düşüncələr işğal edəndə dərhal Artuşa baxır və bütün əndişələri rahatçılıqla, kədəri isə sevinclə əvəz olunurdu.

***


     Ertəsi gün saat 13.20-də Artuşun qapısı döyüləndə, qazan kimi olmuş başını iki əlli tutub çarpayısından düşdü. Dama-dama yun köynəyi və cins şalvarı əynində idi. Otelə necə, nə vaxt qayıtdığını, otağına və yatağına necə girdiyini xatırlamırdı. Qapını açıb Şotanı görəndə başını buladı.
     -Haradaydın sən?
     Şota bu sual qarşısında çaşıb:
     -...Elə burda - dedi. Gecə oteldə qalmışam.
     -Necə yəni, - Artuş yuxulu gözlərini sağ əlinin barmaqları ilə ovub, diqqətlə Şotanın üzünə baxdı. Keç içəri, qapıda niyə dayanmısan?
     Şota otağa girib kresloya sərildi.
     -Deyirsən oteldə gecələmisən?
     -Aha. Zaurun otağında, divanda yatıb qalmışam.
     Artuş diksinən kimi oldu. Gözucu Şotaya nəzər yetirdi və pəncərəyə yaxınlaşıb pərdələri araladı. İşığa xəsis payız günəşi bayaqdan bu anı gözləyirmiş kimi, içəri dolub Artuşun gözlərini qamaşdırdı.
     –Birinci sənin otağına gəldik. Uca səslə erməni dilində nəsə oxuya-oxuya çarpayıya uzanıb dərhal yuxuya getdin. Sonra Zaurun nömrəsinə keçdik... Təsəvvür eləyirsən, orda da axmaq kimi, hərəmiz iki butulka pivə içdik. Yazıq Zaur, mənə sübut etməyə çalışırdı ki, sənin oxuduğun mahnı, əslində qədim Azərbaycan xalq mahnısı “Sarı gəlin” imiş. Sonra da qaçdı unitazını qusub-batırdı. Dediyinə görə, hamamdan çıxanda mən artıq yeddinci yuxuda idim. Heç nə yadımda deyil.
     Şota başını kreslonun arxasına yaslayıb, gözlərini yumdu.
     -Başım hərlənir, inanırsan? O nə gecəydi elə...
     -Toy neçədə qurtardı?
     Şota gözlərini çətinliklə araladı:
     –Üçə yaxınlaşırdı deyəsən. Dəqiq bilmirəm.
     -Zaur indi neynəyir? Yatıb?
     - Yox oyanıb, - Şota qəfildən ayağa qalxdı, mini-bardan portağal şirəsi götürdü və acgözlüklə butulkanı başına çəkdi. - Çimir. Darıxdım, yanına gəldim.
     Artuş başını bulayaraq sakitcə:
     -Düz eləmisən..., bu qədər də yatmaq olmaz axı, dedi və tualetə getdi. Başı qurğuşun kimi ağırlaşmışdı. Əl- ayağı keyimişdi, onları elə bil heç hiss etmirdi. Güzgüyə baxarkən orada parlaqlığını itirmiş gözlərlə, rəngi qaçmış bir sifət gördü.
     Şota butulka əlində təzədən kresloya oturan kimi, telefonu çaldı. Cihazı ağır-ağır cibindən çıxardıb displeyinə baxdı. Zəng eləyən Dodiko idi. Qohumunun vəziyyəti ilə maraqlanırdı.
     -Salam. Neynirsən, hardasan?
     -Harda olacağam, oteldə. Bəs sən?
     -Evdən çıxırıq.
     –Kiminlə çıxırsan? Arvadınla?
     - Yox əşi, nə arvad. Talqat gecə bizdə qalıb, istəyirəm onu da bir az gəzdirim. Sabah çıxır gedir Moskvaya. Gələk dalınca?
     Şota bədənini azca qabağa verib, təəccüblə soruşdu:
     -Talqat kimdi?
     -Toydakı Qazaxıstanlı qonaq.
     -Həəə. Yadıma düşdü. Yaxşı gəl, gedək nahar eləyək. Paxmeldən ölürəm.
     -Bəs məni demirsən - Dodiko zarıyaraq dedi. Nə isə, gəlirəm.
     Yarım saat sonra, Dodikonun maşınında Kürün sol sahili boyunca şütüyürdülər. Günlərdən şənbə olduğuna görə, Tiflisin nəmli küçələri bomboş idi. Dodiko güzgüdən arxada oturan qonaqlara baxıb, tərəddüd keçirərək dedi:
     -Siz kükürdlü hamamlarda olmusunuz?
     Dodikonun belə bir sual verəcəyini gözləməyən Şotanın, təəccübdən gözləri bərəldi.
     -Hamam?
     Dodiko şənləndi:
     -Nə üçün olmasın? - Bir daha güzgüdən arxaya baxdı, - Kükürdlü hamamlarda olmusunuz?
     Artuşla Zaur baxışdılar, ikisinin də gözlərindən kükürdlü hamam təcrübələrinin olmadığı oxunurdu. Talqat isə ümumiyyətlə bu hamamlar barədə heç nə eşitmədiyi üçün, dedi:
     - Yox, nəinki olmamışam, heç bu barədə eşitməmişəm də. Amma getmək istəyərdim. Başımın içində elə bil fırtına əsir. Sümüklərim də ağrıyır.
     -Elə mən də o gündəyəm, - Artuş əli ilə çənəsini sağa və sola sıxaraq boynunu şaqqıldatdı. - Həqiqətən Kaxetiya şərabı mayeli atəş imiş.
     Şota dərin bir ah çəkdi:
     -Mən razı... Bəs məndən başqa heç kimin aclığı yoxdu? Hamama ac qarnına gedəcəyik?
     Dodiko təklifinin qəbul edildiyini görüb sevindi. Maşınını sağa burub, kükürdlü hamamlara istiqamət götürdü.
     -Narahat olma Şota. Hamamda əlqaf eləyərsən.
     18-ci əsrin yadigarı olan hamamın giriş salonunda, onlar üçün doğrudan da gözəl süfrə açıldı. Hamı qurşağa qədər soyunmuş, göbəkdən aşağı fitələrə bürünmüşdü. Zaurla Artuş hələ suya girməmiş, özlərini buxara verməmiş bütün yorğunluqlarının, zəifliklərinin yavaş-yavaş keçib getdiyini hiss edir və Dodikoya təşəkkür etməkdən yorulmurdular.
     -Görürsən də! - deyə Şota sözə başladı, amma sözünü bitirmədi. Çünki bu bircə “görürsən də” sözü, hər şeyi ifadə edirdi. Ölkələrinin kükürdlü hamamlarından duyulan qürur, gürcü qonaqpərvərliyindən “ziyan görmüş” qonaqlara qayğı və məsuliyyət hissi, bu kəlmə ilə ifadə olunurdu.
     Ziyafət süfrəsinə on beş dəqiqə sonra üç adam da qoşuldu. Biri Şotanın, ikisi də Dodikonun tanışları idi. Bu çılpaq gürcülər, şərab şüşələrini əllərində silah kimi onlara tuşlayıb, süfrələrinə gəlmişdilər. Bu artıq hamam yox, daha çox klub, qəhvəxana və yaxud da çılpaq, gülməli adamların, qayğısız, gülər gözləri olan insanların yığıncağı idi. Hamı tanış olandan sonra, Dodiko əsnəyərək dedi:
     - Doğrudan da bizim ölkəmiz qeyri-adi, gözəl bir ölkədir. Tiflis və onun kükürdlü hamamları, Kaxetiya şərabları! Hələ şəhərin ortasından şırıltı ilə axan Kürə baxın. Gürcü olmaq həqiqətən də xarüquladə bir şeydir. Rusiya bizi blokadaya almaq, bizi sındırmaq istəyir. Amma buna baxmayaraq yenə də çaylarımız şırıltı ilə axır, bağlarımız çiçəklənir, xalqımız da çalıb-oynayır.
     Yemək-içmək fəsli bitəndə, hamı hamamın iri salonuna keçdi. Salon çox böyük və isti idi. Daş döşəmələrinin üzərində çılpaq adamlar uzanmışdılar. Döşəmədəki kvadrat biçimli böyük dəliklər, buxarlanan isti kükürdlü sularla dolu idi. Talqat hamıdan artıq sevinir, uşaq kimi özünü sulara atır, qıyıq gözləri işıq saçırdı.
     -Bu nə əla yerdir belə! Mən günü-gündən bu gözəl ölkəyə daha çox vuruluram!
     Şota qonaqların heyranlığını görüb, kükürdlü hamamların tarixini danışdı:
     - Çox qədim zamanlarda bir kral ova çıxmışdı. O, ov quşunu bir meşə xoruzunun üstünə şığıdır. Kral ov quşunun ovu ilə birlikdə geri dönməsini xeyli gözləyir. Lakin nə ov quşu, nə də meşə xoruzu geri qayıdır. Nəhayət, kral başlayır onları axtarmağa. Axtara-axtara gəlib çıxır balaca bir meşəliyə. Bu meşəlikdə kükürdlü su axırdı. Kral ov quşunun da, meşə xoruzunun da kükürdlü çayda boğulub öldüyünü görür. Kral kükürdlü suları gördükdən sonra elə həmin yerin yanında Tiflis şəhərinin təməl daşını qoyur. İndi, meşə xoruzu hamamı buradadır. O balaca meşəlik də şəhərin Meydan məhəlləsində yerləşirmiş.
     Gümbəzli binanın içi kükürd buxarı ilə dolmuş, isti hamamı kükürd iyi bürümüşdü. Elə bil lax yumurtanın iyi gəlirdi. Hamının bədəni tərdən parıldayırdı. Artuş əlini köksünə sürtərək ovuşdurdu, kükürdü bədəninə yeritdi.
     - Bəsdirin, çıxın oradan. Talqat gedib masaj olunmağa. Siz də keçin ikinci salona.
     Şotanın səsi onları xəyaldan ayıltdı. Artuş və Zaur yavaş-yavaş kükürdlü sudan çıxdılar, yandakı otağa keçib taqətsiz halda daş döşəmənin üstünə sərildilər. Artıq beş dəqiqədir burada uzanmış Talqat, özünü yekəpər bir gürcüyə masaj elətdirirdi. Artuş zarıyaraq ondan soruşdu:
     -Necəsən?
     Pəhlivan gürcünün nəhəng yumruqları altında əzilən Talqat, ağır-ağır nəfəs alaraq:
     -Necə olacam..., - dedi. Elə bil Teymurləngin ordusu keçib üstümdən.
     - Elə mən də o gündəyəm - deyən Zaur, taqətsiz halda isti mərmər döşəmənin üstünə sərildi.
     Onların söhbətini eşidən Dodiko, var gücüylə qışqırdı:
     –Mekisse, Sandro!
     İçəri iki pəzəvəng daxil oldu. Dodikonun çağırdığı Mekisse və Sandro, sən demə kisəçi və masajçılar imiş. Onlar çevik hərəkətlərlə Artuşla Zauru üzü üstə uzandırıb, kürəklərinə sıçradılar. Yumşaq xalı üstündə rəqs edən rəqqaslar kimi kürəklərini məharətlə tapdaladılar. Sonra da bellərindən düşüb, barmaqlarını biz kimi ətlərinə batırdılar. Qollannı, ayaqlarını elə bururdular ki, sümüklərinin xırçıltısı eşidilirdi. Yanlarında oturan Şota, utanmaz-utanmaz onlara məsləhətlər də verirdi.
     -Mekisse, bir də onun kürəyinə atıl. Hə, bax belə yaxşıdır. Sandro sən də onun qulunclarını əməlli başlı ovxala.
     Masaj qurtarandan sonra üçü də çətinliklə ayağa qalxdılar. Masajçıların əməyi hədər getməmişdi. Hiss edirdilər ki, bədənlərinin bütün əzələlərinə güc qayıdır. Yandakı otağa keçib hovuzun soyuq kükürdlü suyuna girdilər. Birdən- birə soyuq suyun içinə girdikləri üçün, bir an nəfəsləri tutulsa da, bir azdan sonra əzələlərinin yumşalmağa başladığını hiss etdilər. Şota ilə Dodiko da onlarla birgə suyun içində şellənir, bir yandan da bir-birlərinə göz vura-vura gülü- şürdülər.
     Beşi də fitəyə bürünüb böyük salona qayıdanda, onlar üçün yenidən süfrə açılmışdı. Talqat ciddi tərzdə “yaman acmışam” deyib bardaş qurdu və oturdu. Əslində hamı acmış və susamışdı. Orqanizmləri, dünən gecə baş verənləri unudub yenə şərab qəbul etməyə hazır vəziyyətə gəlmişdi.
     Siyasətdən, münaqişələrdən, Qafqazın problemlərindən, Orta Asiya çöllərindən danışa-danışa, şahidi olduqları maraqlı, məzəli əhvalatları yada sala-sala gülür, kədərlənir və ümidlənirdilər. Gecə saat on olmuşdu, amma onlara elə gəlirdi ki, bir saat əvvəl gəliblər hamama və istirahətləri hələ xeyli qabaqdadır.
     Onlardan başqa hamamda heç bir müştəri qalmamışdı artıq. Bütün işçilər də çıxıb getmişdilər. Bircə Vameş adlı qarovulçu qalmışdı, o da Şotadan bəxşiş alıb, qapını bağladıqdan sonra, hamamın yanındakı balaca komasında yatmağa çəkilmişdi. Yatmazdan da əvvəl xahiş etmişdi ki, gedəndə onu səsləsinlər, qapını açsın.
     Onların isə onsuzda tez çıxıb getmək fikirləri yox idi. Fitələrini də əyinlərindən çıxarıb, anadangəlmə lüt oturmuşdular alçaq masanın ətrafında. Şərab şüşələri boşaldıqca boşalır, başlar dünənki gecədən betər xumarlanırdı. İndi onlar, bir-birlərinə başqa gözlərlə baxırdılar. Bu baxışlarda bir arayış, gözlənti, sual, tərəddüd və hətta... ehtiras vardı.
     Sanki hər biri, bu günə qədər yaşamadıqları duyğular, keçirmədikləri hisslər burulğanında çapalayır və o qorxunc qığılcımı, həqiqət anını gözləyirdilər.
     Həqiqət anı gecikmədi...

***


     Mavi səma və mavi dəniz qədər intəhasız, sonsuz, ülvi bir məhəbbət mərasiminin, sevgi bayramının bu gecə, burada, Tiflisdə yaşanması və Orta Asiya adlanan coğrafi məkanı Qafqazla qovuşdurması təsadüfi deyildi.
     Bu gecə bütün sərhədlər silinməli idi və silinirdi də.
     Bütün düşmənçiliklər, ədavətlər, münaqişələr buxarlanıb lacivərd asimana yüksəlirdi. Şərti düşmənlərin birləşən vücudları müharibələrə, ərazi iddialarına meydan oxuyurdu. Silah yerinə onlar daha insani, nəcib və müqəddəs alətlər - bir-birlərinin sülh açarlarını alırdılar əllərinə. Bu sülh açarları ağızları, arxaları ilə yanaşı onların könüllərinə, qəlblərinə də yol tapırdı. Ürəklərdən kini, nifrəti, qanı, qorxunu, göz yaşını bu açarlar vurub çıxarırdı.
     Birləşən dodaqlar, birləşən vücudlar, birləşən açarlar və qıfıllar. Sel kimi axırdı sevda, vulkan kimi partlayırdı. Hamamın günbəzində dolaşırdı əks-səda. Divarlara çilənib üstlərinə qayıdırdı həzz nalələri. Bədənlərdə muncuqlanan tər damlaları hamamın yox, qəlblərin hərarətindən idi. Doxsan dərəcə əyiləndə bədənlər, bütün gözəlliyi, cazibədarlığı ilə açılırdı lalələr. Lalələrin üzərinə qonurdu sevgiyə susamış şişman arılar.
     Dəhşətli idimi bu mənzərə? Əsla! Onlar Cənubi Qafqazda illərdən bəri yaşanan dəhşətlərə meydan oxuyurdular əslində. Qərbdə 69 adlanan, lakin Azərbaycanda iki butanın vəhdəti-vücudundan yaranan poza onlara necə də yaraşırdı! Amurun göylərdən ağlaya-ağlaya tamaşa etdiyi bu çılğınlar bir-birlərini dəyişə-dəyişə, müxtəlif pozalara keçə-keçə, hara mümkünsə, necə mümkünsə girə-girə, dala-dala meydan oxuyurdular.
     Siyasətə meydan oxunurdu, qədimli-yenili tarixə meydan oxunurdu. Türk, gürcü, erməni, hətta qazax anuslannın əsl məhəbbət və dostluq sınağma çəkildiyi; turşməzə spermaların sifətlərə, gözlərə, dodaqlara fışqırdığı bu mübarək gecədə adətlərə, xəncərlərə, xımıslara, qeyrətlərə, namuslara, milli-mənəvi dəyərlərə, yurtalara, ağbirçəklərə, ağsaqqallara, qartallara, köhlən atlara, nekromədəniyyətə, makroambisiyalara, mikroiqtisadi göstəricilərə, milyon tonlarla borularla axan neftə, qaza, aşıqların əlindən düşməyən saza, dombraya, kamançaya, tara, balabana, xaçapuriyə, dolmaya, qədim knyazlara, xor musiqisinə, ilk xristian ölkəsinə, soyqırımlara, kütləvi məzarlıqlara, andraniklərə, Xəzərin statusuna, kilsələrə, məscidlərə, şiələrə, sünnilərə, bütün batil məzhəblərə, ənənəvi təriqətlərə, butaya, paxlavaya, şəkərburaya, şəraba, muğama, konyaka, şərbətə, kababa, ümummilli sərvətlərə, heykəllərə, sərhədlərə, otaylı-bu taylı həsrətlərə, Araza, Kürə, Göyçəyə-Sevana, qurumuş Aral gölünə, Əmir Teymura, Türküstan çöllərinə, Türkmənbaşıya, Nazarbayevə, Hacə Əhməd Yəsəviyə, İrəvana, Təbrizə meydan oxunurdu bu gecə.
     Gecə qaranlıq gecəydi. Gur işıq isə gözlərdəydi. Hər birinin boğazından qopan zanltılar, bəşəriyyət tarixində bəstələnən ən gözəl musiqi əsəri, Cənubi Qafqaz və Orta Asiya xalqlarına, ümumiyyətlə dünyaya təklif olunan humanizm və pasifizm oratoriyası idi.

4


     -Hara gedək, Zaur?
     -Hara deyirsən gedək. Fərqi yoxdur mənim üçün.
     Hava kifayət qədər soyuq idi. Sevgililər nahar etdikləri Alan restoranından çıxıb meydanın ortasında dayanmışdılar. Sağa-sola baxır, hara istiqamət götürəcəklərinə qərar verə bilmirdilər.
     -Onda Qriboyedovun məzarına gedək.
     Zaur qaşlarını çatıb, kurtkasının yaxasını boğazına qədər düymələdi.
     -Nə var onun məzarında?
     - Heç nə... O boyda dahinin məzarını görmək istəməzdin? Onsuzda iki addımlıqdadır, funikulyor tərəfdə. Gedək.
     Sağa dönüb, monastır divannın yanından keçən kimi, baxımsızlıq ucbatından köhnəlib pis vəziyyətə düşmüş məzar daşına yaxınlaşdılar. Onun üzərində, Qriboyedovun arvadı Ninanın “Sənin ağlın və əməllərin Rus xalqı üçün unudulmazdır, amma nə üçün Ninanın məhəbbəti sənin ömründən uzun oldu?” sözləri həkk edilmişdi.
     Artuş əyilib yerdən bir çınqıl götürdü. O, çınqılı qəbir daşına vurub əlini çəkdi. Çınqıl yerə düşdü və ayaqlarının altına yuvarlandı. Artuş dərindən ah çəkdi.
     - Bu, Tiflisin köhnə xürafatlarındandır. Əgər kimsə çınqılı nəm məzar daşına vurursa və çınqıl bir anlığa daşa yapışıb qalırsa, deməli həmin adam o il evlənəcək. Amma məndə alınmadı...
     Artuş məyus görünürdü. Zaur onun pərt olmuş sifətinə baxıb güldü:
     -Görürsən də, biz heç vaxt evlənə bilməyəcəyik.
     Artuş “yenə də bilmək olmaz” deyib susdu.
     Tələsmədən, fikirli-fikirli funikulyora tərəf getdilər.
     -Dünən hamamda olanlar barədə nə deyə bilərsən? O qazax kimiydi elə, hardan gəlmişdi, nə istəyirdi?
     Artuş əlini Zaurun çiyninə qoyaraq soruşdu. Zaur dodaqlarını büzdü, başını qaldırıb Mtasmind dağına baxaraq dedi:
     -Bu haqda heç fikirləşmək də istəmirəm. Hələ özümə gəlməli, baş verənləri analiz etməliyəm.
     Artuş əlini onun çiynindən çəkib cibinə saldı. Bir siqaret çıxarıb yandırdı. Soyuq havada ağzından və burnundan buraxdığı duman, daha qatı görünürdü.
     -Sən haqlıydın Zaur...
     -Nə barədə?
     -Şotanın hər şeyi bildiyini deyəndə haqlıydın...
     - O nəinki hər şeyi bilirdi, hətta özü də istəyirdi. - Zaur özünü saxlaya bilməyib gülməyə başladı. Dodikonun, Talqatın utancaq, qərarsız hərəkətlərinə fikir verdin dünən?
     Artuş gülən gözlərini köhnə Tiflisin solğun divarlarında gəzişdirib dedi:
     - Görünür həyatlarında birinci, ya da uzaqbaşı ikinci dəfə idi ki, kişilərlə sevişirdilər. Səncə Şota peyda olar bu gün?
     Zaur heç fikirləşmədən cavab verdi:
     - Xeyr! Bu mümkün deyil. Onun da bir neçə gün özünə gəlməyə, götür-qoy eləməyə vaxta ehtiyacı var. O nəinki bizimlə, heç Dodiko ilə də uzun müddət görüşməz yəqin.
     Artuş siqaretini yerə atıb, ayaqqabısının ucu ilə əzdi.
     -Özü bilər. Burada xəcalət çəkiləsi nə var axı?
     -Elədir... Xüsusən də belə ustalıqla sevişirsənsə əyər.
     İkisi də ürəkdən gülə-gülə, funikulyorun qapısına yaxınlaşdılar və xudmani vaqona minərək onun hərəkətə keçməsini gözlədilər.
     - Münaqişə gec-tez bitəcək. Sonra neyləcəyik? - deyə Zaur soruşdu.
     Pəncərədən bayıra baxan Artuş, bu gözlənilməz sual qarşısında kədərlənib dilləndi:
     -Deyirsən nə vaxtsa qurtaracaq?
     -Əbədi ola bilməz axı. Əbədi heç nə yoxdur.
     -Bəzən mənə elə gəlir ki, var - əbədi bir Allahdır, bir də bizim münaqişəmiz.
     - Səfeh-səfeh danışma. Əvvəla Allah yoxdur, ikincisi də ki, tarixdə daha amansız münaqişələr olub və hamısı da sülhlə bitib.
     Zaur köks ötürüb əlavə elədi: - Amma bizim bu sülhü görməyəcəyimizi ehtimal edirsənsə, onda deməyə sözüm yoxdur.
     Vaqon hərəkət edib, aram-aram dağa dırmanmağa başladı. Artuş əlini Zaurun əlinə qoydu və dedi:
     -Biz nə üçünsə bu məsələyə tez-tez qayıdırıq.
     -Hansı məsələyə?
     -Sülh ehtimalına, müharibənin nə zaman bitəcəyinə... Bizim xalqlar istəyirlərsə bu mənasız münaqişəni qiyamətə qədər davam etdirə bilərlər, lakin bunun bizə heç bir dəxili olmamalıdır. Necə ki, yoxdur...
     -Haqlısan Artuş. Amma mən bizim münasibətlərin müstəvisindən yanaşmıram bu münaqişəyə.
     Artuş dərhal onun sözünü kəsdi.
     - Nahaq yerə! Məhz elə bizim münasibətlərimizin müstəvisindən yanaşmalısan. Bizi başqa heç kəs və heç nə maraqlandırmamalıdır. Qoy lap hamısı qırılsın, gəbərib getsinlər.
     Zaur susdu, cavab vermədi. Doğru söz qarşısında nə demək olardı axı? Həqiqətən də müharibəni, Qarabağı tez- tez yada salmaq, münaqişəni və onun qurbanlarını xatırlamaq yersiz idi. Bütün bunlar, iki gəncin saf məhəbbətinə kölgə, aralarına məsafə salır və qəlblərini incidirdi.
     Təzədən pəncərədən baxan Artuşun dizinə qoydu əlini. Cins şalvarının altından, ayağının hərarətini hiss etdi. Vaqon yuxarı qalxarkən, başını onun çiyninə qoyub Tiflis mənzərəsini seyr etmək istəyirdi. Vaqonda üç-beş yad adam olmasaydı, bəlkə də öpərdi onu yanıqlı-yanıqlı.
     -Bilirsənmi Artuş, illər əvvəl ayrıldığımızda sənin məni xatırlayacağını heç gözləmirdim, inanmırdım buna. İllər boyu bizim məsum, körpə məhəbbətimizin təmizliyini və saflığını yaşatdım qəlbimin ən tənha, məhrəm yerində. İkimiz də gənc idik, coşqunluğumuzun ilk səhifəsində, qanımızın qaynadığı bir anda gördük bir-birimizi, sevdik. Gecələr boyu yuxusuz qaldım səni düşünməkdən, ən gözəl həyəcanları, ən gözəl baxışları səndə yaşadım. Bizi müharibə ayırdı, bunu ikimiz də bilirik. Bir daha ayrılmaqdan, səni itirməkdən qorxuram. Bəlkə də ona görə tez-tez yada salıram Qarabağ münaqişəsini.
     Artuş gözlərini pəncərədən ayırmadan dedi:
     -Mən fikrimdə qalmaqda davam edirəm. O illərdə uşaq idik, iradəsiz idik, aramızdakı məsafələrə məğlub olmağa məcbur idik. İndi isə vəziyyət dəyişib. Eşqimizə heç kəs mane ola bilməz artıq. Zamanı dayandırıb həyatımızı istədiyimiz kimi yaşayacağıq. Nə yan baxan gözlərə, nə bizə düşmən nadanlara aldanmadan, uymadan öz atəşimizdə qovurularaq, sevgimizin sərhədlərini daha da genişləndirərək yaşayacağıq. Mən həqiqi sevgini səndə daddım, bundan sonra heç ayrılarammı səndən?
     Son cümləni Zaurun düz gözlərinin içinə baxaraq demişdi. Zaur gülümsünüb:
     -Müharibə sona yetəndən sonra Bakını doyunca gəzəcəyik səninlə - dedi. Dostlarımıza qonaq gedəcəyik, hətta Qarabağa birlikdə səyahət edib, Cıdır Düzündə kabab çəkəcəyik. Gələcək bizimdir Artuş, mən buna inanıram... Amma... sona yetməsə müharibə və xalqlarımız sənin dediyin kimi, əbədi düşmənçilik yolunu seçsələr, səninlə bu regiondan çıxıb gedərik. Buna ki, imkanımız çatar?
     -Məsələn hara?
     - Parisə, Berlinə, haraya istəsən, oraya da gedərik. İstəsən Tiflisdə də yaşaya bilərik, amma bu perspektiv məni nəsə açmır.
     Vaqon dağın təpəsinə çatmışdı. Düşüb bir az gəzişdilər, Tiflisə quş baxışından tamaşa etdilər, soyuq rüzgarı doya-doya ciyərlərinə çəkdilər.
     Yarım saat sonra aşağı düşdüklərində, Şota Rustaveli prospektinə piyada getməyə qərar verdilər. Prospekti başdan-sona gəzdilər. Yorulanda və acanda, bir restoranda göbələkli pizza yeyib, Azadlıq meydanına qayıtdılar.
     -Otelə gedək? - Zaur soruşdu.
     -Səncə Şota zəng vura bilər bu gün?
     - Bayaq da dedim ki, inanmıram - Zaur dedi. Zəng eləsə də görüşərik. Burda nə var ki? Nə deyirsən, otelə gedək?
     -Yaxşı, gedək. Hava da pisləşəcək deyəsən - dedi Artuş, göyə baxaraq.
     Oteldə öz mərtəbələrinə qalxıb Artuşun nömrəsinə girdilər. Gödəkcələrini çıxarıb divana sərildilər. Artuşun ayaqları sızıldadığı üçün sifətini turşutmuşdu. Üzündə bu ifadə olanda, körpə ayı balasına oxşayırdı. Zaur ona corablarını çıxartmaqda kömək etdi, dabanlarını dizləri üstə qoyub ovxaladı. Arada ayaqlarının altını da qıdıqlayır, bu zaman isə Artuşun şən gülüşü otağa yayılırdı. Masajı bitirdikdən sonra, Zaur onun üzünü əllərinin arasına aldı. Öpdü dodaqlarından. Yanaqları yumşaq və ilıq idi. Bir-birlərinin gözlərinin içinə baxa-baxa öpüşürdülər. Zaurun sifəti artıq nazilmiş və ciddiləşmişdi. Əyinlərini soyundular. Pərdələrin çəkildiyi otaqda ikisinin də bədəni sanmtıl əqiq daşı kimi parıldayırdı. Bir-birlərinin ürək döyüntülərini eşidir, hətta damarlarından axan qanın şırıltısını du- yurdular. Masmavi sularda oynaşan iki delfin kimiydilər onlar. Artuşdan meşə, qəhvə, tütün və tər qoxusu gəlirdi. Bu tər qoxusu qətiyyən narahat etmirdi Zauru - çünki bu zaman, onunla sevişmək daha maraqlı, daha kəskin, daha ekstremal olurdu.
     Gözlənildiyi kimi, hava küskünləşdi qəfildən. Buludlar Tiflisin üstünü aldığı zaman, otel otağı bir az da qaranlığa qərq oldu. Onsuz da işığa ehtiyacları yox idi onların. Bu alaqaranlıq otel otağında, birləşən bədənləri kifayət qədər işıq saçırdı.
     Nəhayət öpüşməkdən yorğun düşən gənclərin, vücudları birləşdi.
     Əllər, ayaqlar birləşdi. Ulduzlar birləşdi. Fırtınalar qopdu, raketlər havalandı, fontanlar vurdu, fişənglər atıldı ATA otelinin 306 nömrəli otağında.
     Yer, göy lərzəyə gəldi, küçələr, yollar sulara təslim oldu.
     Sellər Kürə qarışıb, qoca çayı coşdurdu.
     Qədim Tiflis hönkürə-hönkürə ağlayırdı.

İZDİVAC VƏ AYRILIQ

Örtgil ol ay üzünü kim, çeşmi-naməhrəm görər,
Yoxsa ki, dindən dönər çox-çox müsəlman erməni.

     Görəsən mənim qəhrəmanlarım, Platonun homoseksual məhəbbəti heteroseksual sevgidən üstün tutduğunu bilirdilərmi? Hər halda, onların seksual təmayülünün belə bir dahi tərəfindən dəstəklənməsi, qəhrəmanlarıma kiçik də olsa bir təsəlli olardı. Platon həqiqətən də homoseksual sevgini ümumi eyniliyə, ilkinliyə qayıdışa cəhd kimi yozur, buna bütün səmimiyyətlə inanırdı. Platonun fikrincə, qadına sevgi - “ehtiras”, kişiyə qarşı duyulan homoseksual hisslər isə ilahiyə can atma idi. Yəni o, inanırdı ki, homoseksual məhəbbət - “mənəvi”dir, “ülvi”dir. Əlbəttə, mübahisə etmək olar, amma bunlar bəşəriyyət tarixində təfəkkürün ulu babalarından sayılan Platonun fikirləridir - mənim yox!
     Homoseksualların arqumentləri Platonla da məhdudlaşmır. Məsələn, Sokrat kimi bir nəhəngin də gey olması və qədim Yunanıstanda bu əlaqələrə normal yanaşılması, maviləri xeyli ruhlandırır. Doğrudan da Yunan mədəniyyətində homoseksual meyllər üçün kifayət qədər səbəb var idi. O dövrdə, qadınlar tabe olan, alçaq məxluqlar sayılırdı. Demokratiyaya rəğmən cəmiyyətdə cinsi və sinfi ayrıseçkilik hökm sürürdü. Əmək fəaliyyəti ilə məşğul olmaq, qadınlara və kölələrə xas, alçaq bir iş hesab olunurdu. Odur ki, bu cür ictimai həyat tərzinin, homoseksualizmin geniş vüsət almasına, çiçəklənməsinə yol açması labüd idi.
     Doğrusu, hekayətimin bu məqamında lirik və fəlsəfi ricətlərə varmaq, oxucunun zehnini subyektiv mülahizələrimlə yormaq istəməzdim. Bilirəm, hamınızı Tiflisdə, otel otağında yarımçıq qalan eşq macərasının davamı maraqlandırır. Lakin əziz oxucu bir az hövsələli olub mənə icazə versə, qəhrəmanlanmın psixoloji portretlərini cızmağa iddialı olmasam belə, heç olmasa buna cəhd etmək istərdim. Çünki, aparacağımız istənilən təhlil və edəcəyimiz beyin gimnas- tikaları hərlənib-fırlanıb şüurumuzun yaratdığı qeyri-dəqiq obrazlarda ilişib qalacaq və xəyalımızda onların gerçəklikdən uzaq psixoloji portretləri yaranacaq.
     Artıq kitabın təxminən üçdə birini oxuyan Sizlər, yəqin ki, üçüncü ölkələr üçün yasaq olan bu mövzunu işləməyimin səbəblərini də bilmək istəyirsiniz? Bundan əminəm. Sanki “nə üçün?” sualını eşidən kimi oluram. Təkcə onu deyə bilərəm ki, insani münasibətlər, xüsusən də bu qədər ekstremal olarsa, praktiki yaradıcılığın ən maraqlı obyektinə çevrilir və bu münasibətlər mənim kimi marginalın diqqətindən kənarda qala bilməz.
     Bilmirəm, on minlərlə insanın qurban getdiyi amansız müharibəyə rəğmən, iki düşmən xalqa mənsub qəhrəmanlarımı bu yasaq sevgiyə sövq edən, bir-birlərinin qoynuna atan səbəblər hansılardır? Mənim bu qorxunc sevdanın səbəblər silsiləsindən xəbərim yoxdur, ola da bilməz. Mən sadəcə olaraq ehtimallar üzərində baş sındıra, onları anlamağa və bəlkə də izninizlə - bu iki gənci bağışlamağa çalışa bilərəm.
     Artuş və Zaur kimi insanlar barədə istənilən ağızdan, istənilən avaz çıxa bilər. Hər kəsin onlar haqda deməyə sözü, verməyə hökmü və asmağa dar ağacı var. Onları hansı şərtlər və şəraitin doğurduğu isə - heç kəsi maraqlandırmır.
     Hərdən mənə elə gəlir ki, mənim ümumi kütlədən fərqlənən, mental məngənələr arasında sıxışıb qalmış qəhrəmanlarım heteroseksual sevgini özləri üçün «hissi günah» sayıb, ondan qaçırlar. Elə başa düşülməsin ki, mənim qəhrəmanlarımı Qafqaz mentallığının zorakı absolyut xarakteri mavi sevdaya meylli qılıb. Çünki onlar hər şeyin və hər kəsin, bütün dəyərlərin və cəmiyyətlərinin narrativlərinin fövqündə dayanırlar.
     Onların mənsub olduğu coğrafiya, region homoseksuallığı rəsmən tanımayıb və hələ uzun illər tanımayacaq. Fəqət qoca Qafqaz onları tanısa da, tanımasa da; qəbul etsə də, etməsə də, homoseksualların hər dövrdə və hər cəmiyyətdə mövcud olması və bundan sonra da olacağı danılmaz həqiqətdir. Zaur və Artuş kimi insanlar həm Ermənistan, həm də Azərbaycanda minlərlədir və əksəriyyəti gizlənərək, cinsi orientasiyalarını gizlədərək yaşamağa məcburdurlar.
     Bu gənclərdə homoseksual təmayüllər hələ uşaq yaşlarından təzahür edib. Elə bir yaş dövründə ki, buna banal sevgi demək mümkün deyil. Ən yaxşı halda onların münasibətlərini instinktiv vurulma adlandırmaq olar. Həm də mən əminəm ki, nə Zaur, nə də Artuş çılpaq abstraksiya olaraq taktik idealın, aktiv unifikator rolunu oynadığını; buna görə də unifikasiya edilən zorakılığın və unifikasiya olunan asılılığın cəmiyyətə, o cümlədən də erosa şamil edildiyini bilmirdilər. Yəni onların heç biri, həyatlarının ən qorxunc seçimi(?) olan homoseksuallığın sosio-fəlsəfi əsasları barədə məlumatlı deyildilər. Onlar öz cismani və mental tərəflərini üzbəüz qoymuş, bu cəhətlər arasında qarşıdurma yaratmış və nəticədə homoseksuallığa sürüklənmişdilər.
     Əslində bizim şərq ənənəmizdə seksuallığın nə dərəcədə böyük günah olduğu, ilk masturbasiya təcrübəsində üzə çıxır. Uşaq özünü ilk dəfə “aşkar” etdiyi, öz əlinin yardımı ilə cinsi həzzə çatdığı zaman, valideynlərinin məzəmməti ilə üzləşir. İnanıram ki, istənilən homoseksualın qəlbinin dərinliklərinə enə bilsək, onun uşaqlıq illərin- dəki masturbasiya təcrübəsinə görə çox xəcalət çəkdiyini, anasına qarşı gizli, latent bir nifrətin fidan kimi ürəyində boy atdığını görərik. Həmən o ana ki, ilk masturbasiyalarında onun üçün fantaziya obyekti olub...
     Uşaq seksuallığının böyüklərin seksuallığından fərqi, uşağın özünü təsdiqetmə, tamamlama cəhdləri ilə səciyyələnir. Buna onanizm formasında təzahür edən özünə heyranlıq, özünə aşiqlik də demək olar. Əllərin cinsi orqanla təması nəticəsində dairə qapanır və məlum olur ki, homoseksualın sevgi obyekti, onun təhtəlşüuruna möhkəmcə yerləşmiş öz obrazıdır. Təsadüfi deyil ki, gey cütlüklərin bir-birlərinə oxşadığına tez-tez şahid oluruq. Uşaq yaşlarında homoseksual təmayüllər göstərən oğlanların, lüt vəziyyətdə böyük aynanın qarşısına keçib, aynadakı əkslərini öpmələri də adi haldır. Hətta yaşlı bir kişi ilə gənc oğlanın seksual əlaqəsində, yaşlı kişi cavan oğlanda öz bitməz-tükənməz gəncliyini, enerjisini görür. Məhz bu kontekstdə, homoseksuallığın masturbasiya aktı ilə böyük oxşarlıq təşkil etməsi üzə çıxır. Yəni özünə vurğunluq anlamında, hər bir homoseksual başqasında özünü görməkdə, özünü sevməkdədir əslində.
     Anaların uşaq əmizdirən zaman, bundan seksual həzz duyduqları faktı da təsdiqlənib. Burada ayıb heç nə olmadığı kimi, həzz almağın da uşağa heç bir ziyanı yoxdur. Lakin analar seksual həzzə çatmaq üçün, bəzən uşaqlarından seksual obyekt kimi istifadə də edirlər. Leonardo da Vinçinin kişisiz qalan anası da yəqin ki, körpə Leonardonun əmmə refleksindən orqazma çatırdı. Əsrlərdir insanları, sənətsevərləri heyran qoyan Mona Lizanın incə təbəssümünün arxa planında, ola bilsin məhz bu həzz, seksual zövq dayanır. Günahın və həzzin təbəssümüdür Mona Lizanın dodaqlarında donub qalan ifadə. Ola bilərmi ki, Leonardo anasının qucağında döş əmərkən, bu ifadəni yadda saxlayıb və illər sonra Mona Lizanı, yəni doğmaca anasını təsvir edib? Nə bilmək olar axı?
     Əgər bu ehtimalda həqiqət payı varsa, onda Leonardonun bir qadınla yatması, onun aləmində insestə, yəni öz anası ilə cinsi əlaqəyə girməsinə bərabər idi və məhz buna görə də, onun homoseksual olmaqdan savayı əlacı qalmırdı. Uşaqlıq illərində oynadığı rolu, o indi yetkin çağında, özü anaya çevrilərək, yəni penisini bir başqa kişinin ağzına dürtərək orqazma çatırdı. Leonardo ana olurdu, qarşısında diz çöküb onun alətini soran kişi isə - övlad!
     Etiraf edək ki, Freud bizi özümüzlə üz-üzə qoyduğuna, həqiqəti bütün çılpaqlığı ilə üzümüzə çırpdığına görə ondan nifrət edirik. Freuda qədər biz yuxularımızın naqisliklərimizi üzə çıxaran bir fenomen olduğunu bilmirdik, bu barədə düşünmürdük. Sən demə, seksual doyumsuzluq keçirən kişilər, son çarə olaraq yuxularında öz penislərini ağızlarına alırlarmış. Bu onların şüuraltılarından süzülüb, röyalarında onları təqib edən arzularıdır. Kişinin öz penisini ağzına alması özünü tamamlaması, özünü təsdiq və təmin etmə vasitəsidir. Özü özünü seksual doyuma, həzzə çatdırma, qadına ehtiyac duymadan boşalma cəhdləri, qadınlara şüuraltı qorxu duyan nevrotik kişilərə xasdır.
     Bəs anal dəliyin fiksasiyası ilə bağlı reflekslər hansı şəraitdə yaranır görəsən? Ana öz övladına imalə edəndə - uşaqla simvolik cinsi əlaqəyə girmiş olmurmu? Əlbəttə, ananın niyyəti təmiz, imalə isə uşağın səhhəti üçün zəruri ola bilər. Lakin bu proseduranın seksual rəmziliyi qalmaqda davam edir. Qaydalara riayət olunaraq qoyulan imalə hələ heç kəsə ziyan gətirməyib. Amma hər dəfə uşaq bayıra getməkdə çətinlik çəkəndə, ona imalə qoyulsa, bu mütləq olaraq fəsadlara yol açacaq. Uşaqlarının üzərində hakimiyyətlərini hiss edən analar, öz qadın həyəcanlarını bu prosedura vasitəsilə uşaq üzərində sublimasiya edirlər. Onlar uşağın anal dəliyinə imalənin ucunu soxmaqla, daxilən, gizlincə özlərini seksual baxımdan təmin edirlər.
     Çox vaxt ananın öz oğlu ilə insestual məhəbbəti, qadının öz əri ilə yetərsiz seksual həyatı zəminində meydana gəlir. Belə vəziyyətdə, emosional pozğunluqlar keçirən ana, öz seksual hisslərini oğlunun üzərinə köçürür. Bu qəsdən edilməsə də, fakt faktlığında qalır. Oğlan vaxtının böyük hissəsini anası ilə keçirir, onun hisslərinə, məişətinə ortaq olur, aralarında fiziki yaxınlıq baş verir. Bütün bunlar oğlan uşağını bir mənada “ram” edir. Ana düşünür ki, “oğlu onun arzu və istəklərini yerinə yetirməyə məcbur olan varlıq”dır. Ana istəyir ki, oğlu böyük, çox böyük adam olsun. Yəni anasının sayəsində zirvələri fəth etsin. Bu ümidlər, gözləntilər, ifrat yaxınlıq və sevgi - oğlu ananın aşnasına çevirir.
     Belə olan halda oğlan uşağı anaya bağlandıqca, atasının yerinə keçir. Çox vaxt ana öz oğlunu yatağına dəvət edir, onunla yatır. Nəticədə oğlan bacara bilmədiyi seksual təhriklə üz-üzə qalır. O nə anasından imtina, nə də öz seksual reflekslərini təmin edə bilmir. Artıq onun öz vücudunu qətlə yetirməkdən, fiziolojisinə üsyan etməkdən və vəhşi hisslərini basdırmaqdan başqa əlacı qalmır. Bu tip ailələrdə, adətən ata da ananın özü qədər nevrotikdir. Çox vaxt qadının hərəkətlərinə üsyan edən atanın reaksiyası, oğluna nifrətə çevrilir. Ata, öz mövqeyini sarsıtdığını düşündüyü oğluna öz rəqibi kimi baxmağa başlayır. Oğlan uşağı isə çaş-baş qalır. Bu düşmənçiliyi yox etməyin yollarını axtarır, amma tapa bilmir. Atasından tez-tez “mama uşağı” təhqirini eşidir. Lakin qəribə də olsa, bu sözlərdə çox vaxt həqiqət payı olur, çünki ana oğlunu qız xasiyyətli böyüdür, atasından uzaqlaşdırır. Əgər belə bir ailədə ata despot, əyyaş və zalım olarsa, onda vəziyyət daha da ağırlaşır - ana, oğlunun yeganə dayaq nöqtəsinə çevrilir.
     Di gəl ki, nə Artuşun, nə də ki, Zaurun həyatlannda yuxanda sadalanan heç bir psixoloji travmaya, insestə, ağır keçən uşaqlığa və s. kimi neqativ hallara təsadüf olunmur. Həmçinin, yeniyetməlik çağlarında mənim qəhrəmanlarıma sataşan olmamış, heç kim onları zorlamağa cəhd göstərməmişdi. Hətta, ilk dəfə pornoqrafik filmə onlar homoseksual cinsi əlaqə təcrübələrindən bir il sonra, daha dəqiq desək, 14 yaşlarında baxmışdılar. Hər ikisinin də valideynləri, homoseksualların ailələrinə şamil edilən stereotip normalardan uzaq, mədəni və ziyalı adamlar idi. Odur ki, bu ailələrdə zorakılıqdan, pis tərbiyədən söhbət belə gedə bilməzdi. Dəqiq deyə bilərik ki, Artuşla Zaurun uşaqlığı bütün normal həmcinslərinin uşaqlığı kimi keçirdi. Əlaçı olmasalar da, çox vaxt yaxşı, bəzən də kafi qiymətlər alırdılar. Öz hobbiləri vardı - kitab oxumağı sevirdilər, tez-tez kinoya, teatra gedirdilər...
     Bütün bunların fonunda, Artuşun və Zaurun homoseksualizmə meyl salmaları olduqca qəribə görünür. Axı onların həyatlarında nə baş verdi ki, körpə bədənləri birdən-birə ağır bir seçim qarşısında qaldı? Onların da həyatları milyonlarla yaşıdlarının, həmcinslərinin həyatı kimi qayğısız, əziyyətsiz, oriyentasiyaları isə ənənəvi ola bilməzdimi? Bütöv bir cəmiyyətin dəyərlərinə, normalarına üsyan etmək, sonu görünməyən bir mübarizəyə girişmək, bu mübarizədə qan itirmək, onurğaya qədər işləyən sancılara tab gətirmək, həzzdən və ağrıdan göz yaşı axıtmaq onların alın yazısı olmalıydımı?
     Bəlkə də...

2


     Filatelizmdə ilk addımlannı atan Artuşun qıfılının biri daima açıq qəhvə rəngi çantasından, içinə həvəslə markalarını doldurduğu qırmızı albomunun ucu görünür. Təbəssüm heç düşmür üzündən. Keçib yerində oturur, Zaurun əlini sıxır. Lap yekə kişilər kimi görüşürlər. Çantasından qırmızı albomu çıxarıb açır, sondakı səhifələrdən birini Zaura göstərir:
     -Atam dünən üç manat verdi, heyvan kolleksiyası aldım.
     Zaur markalardakı yırtıcı heyvan təsvirlərinə maraqla baxır.
     -Təbrik edirəm. Əladır.
     Tənəffüsdə, dəhlizin sonunda toplaşan uşaqlarla marka oyunu başlayır. Müdir görsə, markaların hamısını alacaq əllərindən, sonra da qaytarmayacaq. Ehtiyatlı olmalıdırlar. Artuş ovucunun içi ilə markalara şapalaq vuraraq, hamısını üzü üstə çevirib qalib gəlir. Udduğu markaları əvvəl cibinə doldurur, sonra da sinfə qayıdıb sə- liqə ilə albomuna yığır. Zaurun baxdığını görüb bir topa markanın arasından beş dənəsini seçir və dostuna uzadır.
     -Bu da sənin payın.
     Zaur bu jest qarşısında sərsəmləyir.
     -Axı onları sən uddun! Niyə mənə verirsən?
     -Onsuzda mən hamıdan yaxşı oynayıram. Yenə udaram...
     Zaur “çox sağ ol” deyib markaları götürür və riyaziyyat dərsliyini aralayaraq, onları kitabın arasına qoyur.
     ...- Zaur, eşidirsən! Yenə nə fikrə getmisən?..
     Riyaziyyat müəlliminin gur səsi Zauru reallığa, boz divarları ümidsizlik, məyusluq saçan sinfə qaytardı:
     -Hə... Bəli...
     - Deyirəm nə olub yenə? Nə dalmısan xəyallara pəncərəyə baxa-baxa? De, biz də bilək.
     -Yox, elə belə... Yağışa baxırdım.
     Sinifdəkilər gülüşürlər. Qızlar xüsusi canfəşanlıq göstərir.
     Yalan deyirdi Zaur. Gözləri pəncərəyə çəpəki çırpılan damcılara baxsa da, xəyalən Artuşunun yanında idi.
     1990-cı ilin Dekabr ayı yağmurlu keçirdi. İndi ay başa çatmaq üzrədir və yağışlar şiddətlənib.

<< 1 / 2 / 3 / 4 / 5 / 6 / 7 / 8 / 9 / 10 / 11 >>

Bölmə: Azərbaycan ədəbiyyatı | Əlavə edildi: azerhero (12.09.2014) | Müəllif: R.C E W
Baxış: 129 | Reytinq: 0.0/0
Bütün rəylər: 0
avatar

Kitablar — zamanın dalğaları ilə səyahət edən və nəsildən-nəslə öz qiymətli yükünü ehtiyatla aparan fikir gəmiləridir.

- Frensis Bekon

Son 90 gün ərzində kitab oxumamaqdan daha pisi kitab oxumadığına görə narahat olmamaqdır.

- Cim Ron

Kitabları yandırmaqdan daha pis şey onları oxumamaqdır.

- Rey Bredberi

Yaxşı kitab aysberqə oxşayır, onun yeddi-səkkiz hissəsi suyun altında gizlənib.

- Ernest Heminquey

Kitablarım mənə çatacaq qədər böyük bir krallıqdır.

- Shakespeare

Mən, kitablarımı yaratmadan əvvəl, kitablarım məni yaratdılar.

- Montaigne

Kitabsız yaşamaq; kor, kar, dilsiz yaşamaqdır.

- Seneca

Bu günün gərçək universiteti, bir kitabxanadır.

- Carlyle

Kitab, tək ölümsüzlükdür.

- Rufus Choate

Exlaqa uyğun ya da zidd kitab deyə bir şey yoxdur. Kitablar ya yaxşı yazılmışdır, ya da pis. Hamısı bu qədər!

- Oscar Wilde

Ümidlə açılıb qazancla bağlanan bir kitab, yaxşı bir kitabdır.

- Alcott

Kitablar, itmiş başların abidələridir.

- Sir William Dave

Kitablar, heç solmayacaq bitkilərdir.

- Herrick

Kitab heç aldatmayan bir yoldaşdır.

- Guilbert De Pixrecourt

Axmaqlarla oturub-durmaqdansa , kitabla tənha oturmaq yaxşıdır.

- Qasım bəy Zakir

İnsan güc ilə yox, mütaliə etməklə ağıllanır.

- C.Bruno

Az bildiyini başa düşmək üçün çoxlu oxumaq lazımdır.

- Mişel Monten

Kitablar özünüzə və başqalarına hörmət etməyi öyrədəcək, ürəyi və ağlı, dünya və insanlıq sevgisiylə dolduracaq.

- Maksim Gorki

Kitab həyatın ən uzaq və qaranlıq yollarında insana işıq bəxş edən əfsanəvi çıraqdır

- A.M.Upit

BAKI QIZLAR UNİVERSİTETİ
1992-ci ildə təsis edilən və həmin vaxtdan da fəaliyyətə başlayan Bakı Qızlar Universitetinin (əvəllər Bakı Ali Pedaqoji Qızlar Seminariyası adlanırdı) yaradılmasında məqsəd respublikada qadın pedaqoji kadrlar yetişdirmək, onların intellektual səviyyəsini yüksəltmək və gənc qızları ailə həyatına hazırlamaqdan ibarətdir. Hazırda universitetdə "Sosial pedaqoji” və "Filologiya-tarix” fakültələri fəaliyyət göstərir. "Sosial pedaqoji” fakültədə "Təhsildə sosial-psixoloji xidmət”, "Psixologiya”, "Coğrafiya müəllimliyi”, "ibtidai sinif müəllimliyi”, "Məktəbəqədər təlim və tərbiyə”, "Riyaziyyat və informatika müəllimliyi”, "Filologiya-tarix” fakültəsində isə "Xarici dil (ingilis) müəllimliyi”, "Azərbaycan dili və ədəbiyyat müəllimliyi”, "Tarix müəllimliyi”, "Jurnalistika” üzrə bakalavr, "İbtidai sinifdə tədrisin metodika və metodologiyası”, "Pedaqogika nəzəriyyəsi və tarixi”, "Azərbaycan ədəbiyyatı”, "Azərbaycan dili”, "Azərbaycanın yeni və ən yeni tarixi” sahəsində magistratura səviyyəsində kadr hazırlığı aparılır.
Bakı Qızlar Universiteti Nazirlər Kabinetinin 1996-cı il fevralın 21-də 21 saylı sərəncamı ilə dövlət qeydiyyata alınmışdır. 2013-cü ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin lisenziya komissiyası BQU-nun çoxilli fəaliyyətinin, onun yüksək maddi-texniki bazasının, infrostrukturunun, təlim-tərbiyə sisteminin Azərbaycan Respublikası təhsil Qanununa Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Ali təhsil Müəssisələrinin fəaliyyətinə xüsusi razılıq (lisenziya verilməsi haqqında qərarına, Azərbaycan Respublikası Təhsil Nazirliyinin sənədlərinə uyğn qurulduğunu, pedaqoji kadrların hazırlanmasında əldə olunmuş nailiyyətlərini nəzərə alaraq universitetin fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsini məqsədəuyğun hesab etmişdir. Eyni zamanda 2013-cü ildə universitet akreditasiyadan keçmişdir. Universitetdə müxtəlif fənnlər üzrə kabinetlər, dörd kopüter otağı, kitabxana, badii yaradıcılıq studiyası, tələbə elmi cəmiyyəti, Tələbə Gənclər təşkilatı, dörd dərnəklər, nəşriyyat, idman zalı, yeməkxana, kadrlar şöbəsi və mühasibatlıq fəaliyyət göstərir.
Learn more