Əsas » Məqalə » Azərbaycan ədəbiyyatı

Əliyev Ələkbər (Əli Əkbər) yaradıcılığı-Artuş və Zaur-5

<< 1 / 2 / 3 / 4 / 5 / 6 / 7 / 8 / 9 / 10 / 11 >>


     Artuşla son dəfə bu parta arxasında oturanda, 9B sinfinin şagirdiydilər. Ayrılığın üstündən bir ilə yaxın vaxt ötür. Bir-iki həftə sonra tarixin zibilliyinə atılacaq olan, sanki xəcalətindən bir göz qırpımında qeyb olmağa hazırlaşan 90-cı il, ən qanlı-qadalı, əzablı il kimi həkk olunacaq xalqın yaddaşına.
     İndi sinif həmən sinif olsa da, Zaurun partasında bir nəfərin yeri boş qalıb... Artıq dəhlizdə marka oynayanlara da rast gəlmək olmur - bu hobbiyə maraq itib. Artuş şagirdlərin sevimli məşğuliyyətini də aparıb özü ilə.
     Bakıya yağış yağır. Yağış əslində onun tərəddüdlə şerlər yazdığı dəftərinə yağır. Bakının kələ-kötür küçələrində, gölməçələrin üstündən atlayaraq qaçan xatirələrinə yağır. Dərs sonrası Bünyat Sərdarov küçəsi ilə üzüaşağı tələsən onuncu sinif şagirdlərinin qəribə, anlaşılmaz həyəcanına yağır yağış.
     Gözləri dolur. Artuş, Artuş, Artuş... Bu ad çoxdan qəmli musiqiyə çevrilib onun dilində. O indiyə qədər ona göndərə bilməyəcəyi, Artuşun da heç vaxt alıb oxuya bilməyəcəyi iyirmiyə qədər məktub yazıb. Zaur onu həmişəlik itirdiyini başa düşür. Müharibə hər gün yüzlərlə can alırsa, şəhərdə bircə dənə də erməni qalmayıbsa, Ermənistanda bircə nəfər azərbaycanlı yaşamırsa, dolma mübahisə predmetinə çevrilibsə - deməli hər şey bitib. Geriyə yol yoxdur.
     Yeni il şənliklərinin dəyişməz bir rəmzi var, daha doğrusu qoxusu - mandarin ətri. Artıq əvvəlki illərdəki tək hopmur məktəbin divarlanna bu ətir. Qulliver konfetlərinin kağızlan ilə də zibillənmir dəhlizlər. Xadimə Firuzə xala da azarlamır şuluqluq edən, məktəbdə toz buludu qaldıran uşaqları. Ötən illərlə müqayisədə, indi daha da qocalmış görünən Şaxta babanın doğruçu olmadığını artıq bütün aşağı siniflər bilir. İlk dəfə öpüşməyə cəhd edənlərin, qızların uzun hörüklərini dartanların, tərbiyəsiz sözlərlə onları utandıranların da sayı azalıb. Ətalət çöküb məktəbə, şəhərə, bütün ölkəyə. Qıtlıq - siqaret, çörək və kolbasa dərdi, insanlara gülməyi, sevinməyi unutdurub.
     Halbuki, cəmi bir il əvvəl, Zaurun yanında oturan dünyanın ən əziz adamı, qələminin ucunu gəmirərək məsələ üzərində baş sındırırdı. Zaur nəfəsini tutub gözucu ona baxır, göz-gözə gəldiklərində isə, gülüşüb təzədən başlarını kitabların üzərinə əyirdilər. Bir il idi ki, ürəklərini açmışdılar bir-birlərinə, amma buna baxmayaraq daxillərindəki həyəcanı yox edə, bir-birlərinin jest və hərəkətlərinə, üzlərinə, qaş-gözlərinə sakit, həyəcansız baxa bilmirdilər.
     Tənəffüsdə bir-birlərinə yaxınlaşmağa qorxurlar - elə bil elektrik cərəyanı vurub kül edəcək körpə qəlblərini. O qədər işıqlı, nurlu idi ki, simaları elə bil çevrələrində minlərlə ulduz işıldayırdı. Günəşlər şabalıdı göz bəbəklərində batır, yaz yaşıllığı onların göy qurşağı əlvanlığını qısqanırdı.
     İlahi, etiraf edənə, bir-birlərinə açılana qədər hansı əzab-əziyyətləri çəkmiş, neçə gecələr yuxusuz qalmışdılar!..
***


     İdman dərsi. Soyunma otağında tək qalan Artuş, Zaurun köynəyini götürüb sifətinə yaxınlaşdırdı. Tər və ucuz odekolonun qarışımından yaranan doğma qoxunu ciyərlərinə doldurub unutdu özünü. Bu onun, vəhşi Zaurunun ətridir. Qəhər boğazını tıxadı, körpə Araratı qalxdı. Dözə bilmirdi daha. Tualetə qaçdı, Zauru müxtəlif forma və pozalarda təsəvvür edərək boşaldı. “Zaur, Zaur... Səni son tikənə qədər özümə aid etmək, içmək, yemək istəyirəm. Mənim ol, yalnız mənim...” Kanniballaşırdı Artuş, ağlını itirirdi.
     Hiperseksuallıq atmosferinə bürünmüş idman zalına qayıdanda, oğlanların qızlar barədə söhbətlərinə qoşuldu riyakarcasına. Uydurma əhvalatlar, yalançı seks qəhrəmanlıqları, anal və oral tamında nağıllar. İstisnasız bütün oğlanların sən demə seks təcrübəsi var imiş bu məktəbdə. İdman müəllimi Valeri Mixailoviç Yenin uşaqların üstünə çəmkirir:
     -Bəsdirin axmaq-axmaq danışdınız! Kanata dırmaşırıq, haydı! Haydı!
     Guya onun üçün olduqca maraqlı söhbəti böldüyünə görə, Zaur astadan söyür müəllimi, üst dişlərinin arasından təzyiqlə tüpürür və kanata tərəf qaçıb, yoğun ipə kərkinə-kərkinə tavana qədər dırmaşır. Artuşun nəfəsi tutulur yenə. Zaurun hər bir hərəkəti, söyüş söyməyi, dişlərinin arasından tüpürməyi, hal-hazırda balaca, yumru götünü qabardaraq kanata dırmaşması ehtizaza gətirir onu, ürəyindən yanıqlı bir “ah” qopur.
     Soyunma otağında oğlanlar paltarlarını dəyişən zaman, Zaur birdən-birə arxaya dönüb Artuşla göz-gözə gəlir. Göbəyinə qədər süzülür baxışları, sonra daha da aşağıya enir. Ağ tumanın altında yüksələn təpəciyin ucunda nöqtə boyda islaqlıq var. İşədikdən sonra nə qədər silkələsən də, bir damcı sidik mütləq qalır ucunda. Artuş Zaurun hara baxdığını fərq edib həyəcanlanır. “Yoxsa?..” Ümid işığı dolur içinə, sevincindən çılğına dönür. O qədər xoşbəxtdir ki, alətinin yüksəldiyini, maqmanın hərəkətə keçdiyini hiss eləmir. Birdən özünə gəlib, tez üzünü divara çevirib, şalvarını geyinir. Ehtiras qığılcımları gizildədir bədənini, güzgüdən arxada baş verənlərə baxır. Budur, hələ gözlərini ayırmayıb ondan Zaur. Məsum baxışlarında, qəribə bir maraq oxunur. Soyunma otağında iyirmiyə yaxın şagird olsa da, heç biri hiss eləmir onların arasında keçən səssiz dialoqu, gözlərlə qurulan rabitəni, qəlblərinin pıçıltısını.
     Bir-birlərinə aid olduqlarını ikisi də o gün anlamışdılar.

***


     Etiraf günü gecikmədi. Bir həftə sonra açıldılar bir-birlərinə. Məktəbin həyətində, əmək dərslərinin keçirildiyi bir mərtəbəli tikilinin divanna söykənmişdi Zaur, başını aşağı salmışdı, baxa bilmirdi Artuşun gözlərinə. Ondan eşitdiyi sözlər ürəyincə olsa da, cəsarət etmirdi ağzını açmağa. Artuş isə hey danışır, danışır baxışları isə Zaurun sifətində gəzişir, ondan bir reaksiya gözləyir, donmuş üzündə cavab axtanrdı.
     “Səni sevirəm” - bu sehrli sözlər də Artuşun dilindən süzüləndən sonra, Zaurun çöhrəsi təbəssümlə bəzəndi, yanağında qəmzələr oyandı. Başını qaldırıb hələ də həyəcandan danışmasına ara verməyən Artuşa baxdı. Artıq onun mənasız, rabitəsiz sözlərinə qulaq asmırdı, sadəcə tamaşa edirdi ilk sevgilisinə, ilk göz ağrısına.
     Nəhayət susdu Artuş. Yanaqları allanmışdı şaxtadan, dodaqları titrəyirdi. Cavab gözləyirdi, Zaur isə susmağa, onun gözlərinin içinə baxmağa davam edirdi. Zaura bir sillə vurmaq, onu özünə gətirmək, danışdırmaq keçdi fikrindən.
     “Niyə susursan axı?” düşündü əzabla. “Danış qurban olum, bir söz de!”
     Cavab büllur güldana vurulan çırtıma tək, cingiltili və ter-temiz idi:
     -Mən də səni...
     İki gün sonra Artuşgilin evində, bir-birlərini daha da yaxından tanıdılar, məsum sevgilərini vücudlarının dili ilə daha da möhkəmləndirdilər.
     Buzovnadakı “Ekran” isə, ikisinin birgə getdiyi ilk və son pioner düşərgəsi olmuşdu. İri dozan qurdlarının torpaq üstündə sağa-sola qaçışdığı, ilıq axşam qoxusunun burunları qıdıqladığı bu yay gecəsi, dəniz incə bir xətlə kəsişirdi torpaqla. Yanan tonqalın ətrafına yığışmış uşaqlar bir yandan qulaqlarının dibində vızıldayan mığmığaları qovur, bir yandan da böyük qrupdan olan Oleqin gitarda ifa etdiyi “Vzveytes kostrami siniye noçi, mı pionerı deti raboçix” adlı populyar pioner mahnısını xorla oxuyurdular. Fəhlələrin övladlarına həsr olunmuş, imperiyanın özü boyda nəhəng bu mahnı bütün Abşeronu başına götürmüşdü. Artuşla Zaur üçün isə bu mahnı da eşqdən bəhs edir, onları sevişməyə səsləyirdi.
     Abşeron axşamı eşq doluydu.
     Məhəbbətləri günü-gündən böyüyən, çiçək açan oğlanların tez-tez tənhalığa çəkilmələrini ətrafdakılar görmür, görsələr də başa düşmürdülər. Sahillə qəsəbə yolu arasında ucalan alçaq qayalıqların arxasında, xudmani bir yer tapmışdılar. Çox yaxın məsafədən eşidilən mahnı sədaları, iki yeniyetmənin ehtiras nalələrini boğur, onların daha rahat sevişməsinə şərait yaradırdı.
     Nağıllar aləminə ulduzlu gecə çökürdü.

***


     Sinifdə bütün günü bax beləcə, xəyallar içində, pəncərəyə şiddətlə vuran yağışa boş gözlərlə baxmaqla keçdi. Evə qayıdanda da heç kimlə danışmadı, yemədi, içmədi və bu halına çoxdan vərdiş etmiş valideynlərinin kədərli baxışlarının müşayiəti altında otağına keçib qapısını cəftələdi. İşığı yandırmadan çarpayıya atdı özünü. Elə bil yağan yağışın şiddətindən tədricən aşınan, yavaş-yavaş əriyən Qız Qalasına baxa-baxa ağladı.
     Artuşun da Yerevanda gözünə yuxu getmirdi. Ailəsi ilə müvəqqəti məskunlaşdıqları Maşınqayırma Zavodunun yataqxanasındakı bir göz otaqda, hıçqırıqları eşidilməsin deyə, ağzını ovucuyla sıxmışdı. Ağlından çıxmırdı əziz insan. Sevişmələrini, baxışlarını, gülüşünü, əllərinin istisini unuda bilmirdi. Qarşısı alınmayan alov kimi böyüyürdü günü-gündən kədəri. Zaura heç olmasa quruca “əlvida” deyə bilmədiyi üçün özünü bağışlaya bilmirdi. Son dəfə onunla telefonla danışmamağına, səsini eşitməməyinə peşman olmuşdu. Halbuki atası təklif eləmişdi ona Zaura zəng vurmağı. İndi anlayırdı ki, qürurun yeri yox imiş məhəbbətdə.
     “Eşqimizi qəlbimə basdırdığımı bilməlisən Zaur. Ömrüm boyu daima səni xəyal edib, daima səni düşünəcəyəm. Səsini eşitmədiyim, üzünü görmədiyim hər gün cəhənnəm əzabı olacaq mənə. Parça-parça, viranə olmuş, dağılmış bir qəlbim var indi. O xarabalıqlar içində də, səndən başqa heç bir şeyə və heç kimə yer yoxdur...”

3


     ...Uzun, çox uzun bir qatar. Pəncərədən güc bəla ilə sezilən işıqlar, evlər, komalar. Tamburun divarlarında sidik izləri var. SV adlanan iki nəfərlik kupedə qabaq-qənşər əyləşib Şotanın hədiyyə etdiyi çaxırı içən Artuşla Zaur, qaranlığı yararaq şütüyən qatarın taqqıltısına qulaq asır, hərdən qısa dialoqlarla sükutu pozurdular.
     Yolda, xüsusən də qatarda edilən söhbətlər daha məhrəm olur. Səbəbi də yəqin ki, insanların yol gedərkən zamandan kənarda olmaları, nisbilik nəzəriyyəsinin ayrı bir substansiyasına keçmələridir. A nöqtəsindən B nöqtəsinə hərəkət edən subyektin, yol boyu nə ilə məşğul olması riyaziyyat kitablarında yazılmır. Deməli bunun heç bir əhəmiyyəti yoxdur. Eləcə də Tiflisdən Potiyə hərəkət edən sevgililər üçün hara getməyin bir o qədər də əhəmiyyəti yox idi. Təki bir-birlərinin yanında olsunlar, bu bərabərlik anlarını maksimuma çatdırsınlar.
     Onlar səyahət etməyi çox sevirlər. Bu həvəs tənha qalmaq, rahat sevişə bilmək ehtiyacından ziyadə, itirilmiş vaxtı axtarıb tapmaq, özlərindən qaçmaq arzusundan irəli gəlir.
     -Artuş səndən bir söz soruşum. Çoxdandır bu sualı vermək istəyirəm, amma nə üçünsə həmişə yadımdan çıxır.
     Artuş şərabı başına çəkib boşaltdı. Qaşlarının altından Zaura baxıb:
     -Görəsən nədir səni bu qədər maraqlandıran? - soruşdu.
     -Ermənistan...
     Artuş qaşlarını qaldırıb nırçıldadı:
     -Səni başa düşürəm...
     -Mırtdaşmaq lazım deyil. Daha doğrusu, Ermənistanda homoseksuallara münasibət.
     -Onlara münasibətin pis olduğunu axı sən yaxşı bilirsən? - Artuş təəccübünü gizlədə bilmədi.
     -Haqlısan, bilirəm. Amma bu pis münasibət özünü necə, hansı formalarda biruzə verir?
     Zaur hər ikisinə də şərab süzdükdən sonra, öz plastik stəkanını götürüb çarpayının baş tərəfinə söykətdiyi yastığa yaslandı. Şərab ikisini də əməllicə tutmuşdu, kefləri açılmışdı.
     –Hansı formada?.. Nə deyə bilərəm axı?.. Bunun müxtəlif təzahürləri var.
     - Məsələn sizin müzəffər ordunuzda geylər var? - dedi Zaur istehza ilə. Onun səsindəki sarkazmı duyan Artuş gülümsədi.
     -Bizim ordumuzla işin olmasın. Hər halda o boyda torpağı işğal edib.
     Zaur gözlərini yumub şərabın tamını daha yaxşı duymaq üçün ağzını marçıldatdı.
     -Sizin ordunuz yox, Rusiyanın ordusu işğal edib. Amma yenə də işğal faktı ilə razılaşdığın üçün sağ ol.
     Artuş qəfildən ayağa sıçrayıb, Zaurun yanına oturdu. Zaur diksinib gözlərini açdı.
     -Nə oldu?
     Artuş əlini, Zaurun cins şalvarının altından qabaran təpəciyinin üstünə qoyub, xəfifdən ovmağa başladı.
     -Sən düzələn deyilsən. Hər bir azərbaycanlı kimi, Ermənistanın sizi məğlub etməsi faktı səni də cinləndirir. Çarəni, qələbəni Rusiyanın ayağına yazmaqda tapırsan - dedi və əyilib Zauru dodaqlarından öpdü.
     Zaur şərabını masanın üstünə qoydu, Artuşu boynundan tutub özünə sarı dartdı.
     -Elə sən də düzələn deyilsən, daşnak köpək oğlu.
     -Söyüş söymə, barbar türk... Ahh...
     -Mmmm... İşığı söndürək?
     -Dayan... dayan... Hələ tezdir. - Artuş sevgilisinin dodaqlarından qopub masanın üstündən şərabını götürdü və öz yerinə qayıtdı - altı saatlıq yol gedirik, sənsə dözə bilmirsən. Potidə rahat yatağımızı qoyub, bu darısqal kupedə niyə sevişirik?
     Zaur şərabını götürüb bir nəfəsə içdi və xumar gözlərini süzüb Artuşa baxdı.
     -Şota axır ki, peyda oldu...
     -Hə. Xahişimizi də yerə salmadı. Heç gözləməzdim ondan...
     -Elə mən də.
     Artuş yerini rahlayıb soruşdu:
     - Səncə hamamda baş verənlərdən hələ də xəcalət çəkir? Fikir verdinsə, vağzalda başını aşağı salmışdı. Onun komplekslərini başa düşə bilmirəm.
     -Xəcalət çəkirsə, deməli axmaqdır. Gürcü knyazlığı damarı tutub yəqin. Özü də söhbəti fırlatma. Bayaq səndən nə soruşdum?
     -Nə?
     -Ermənistan ordusunda mavilərin vəziyyətini. Yadından çıxıb?
     Artuş gözlərini qıyıb pəncərəyə baxdı. Bir az fikirləşib dedi:
     -Bu barədə çox şey danışmaq olar. Məsələn, başlayaq elə çağırışdan. Çağırışçı tibbi yoxlanış zamanı boynuna alsa ki, “mən homoseksualam”, həkimlər bunu dərhal komissiya sədrinə və hərbi komissara çatdıracaqlar. Ondan sonrası da ki... Allah göstərməsin.
     -Nə olur ondan sonra?
     -Oğlanı hərbi komissarlığın bütün otaqlarında gəzdirib hamıya göstərirlər. Çağırışçıların qarşısında rüsvay edirlər, təhqir edirlər. Axırda da “homoseksualizm” diaqnozu qoyub ruhi xəstəxanaya göndərirlər. Hərbi komissar da valideynlərinə, iş yerinə ya da oxuduğu universitetə xəbər ötürür.
     Zaur gözlərini bərəldib Artuşa qulaq asırdı. Eşitdiklərinə inana bilmirdi. Dəhşətə qapılmışdı.
     -Sən nə danışırsan? Axı bu insana qarşı ən böyük təhqirdir!
     -Əlbəttə təhqirdir. Bəs mən nə deyirəm? Mənim gey tanışlarım vardı - Mamikon Ovsepyan və Misak Köçəryan. Sənə danışdıqlarım onların da başına gəlib. Hərbi komissar Misakın oxuduğu universitetə car çəkdi ki, “bu tələbə mavidir”. Komissarlığın həkimləri isə, ona “homoseksual” diaqnozu qoyub xəstəxanaya göndərdilər. Orada da təhlilsiz, müayinəsiz bu diaqnozu təsdiq edib, onu stasionar yox, ambulator müalicəyə aldılar. Xəstəxanada işinə yazdılar ki, bu adamın “cinsi perverziyası” var. Axırda da hərbi biletinə lazımi qrafanı əlavə elədikdən sonra, əsgərlikdən azad etdilər. İndiyə qədər psixi dispanserdə qeydiyyatdadır.
     Zaur alnını ovuşdura-ovuşdura dedi:
     -Axı bu mümkün deyil! 1991-ci ildə Dünya səhiyyə təşkilatı birmənalı olaraq homoseksuallığı beynəlxalq xəstəliklər klasifikasiyasından çıxarıb. Bu təşkilatın üzvü olan Ermənistanın bundan xəbəri yoxdur?
     -Bəlkə də var, amma erməni səhiyyəsi dünya səhiyyəsindən xeyli fərqlənir.
     -Bəs xəstəxanada ona neynirlər? Homoseksuallıqdan müalicə olunur?
     Verdiyi sualdan Zaurun özünü gülmək tutdu. Artuş isə sifətindəki ciddi ifadəni qorumağa davam edərək dedi:
     -Nə müalicə? Həkimlər belə çağırışçılar barədə müdafiə nazirliyindən şifahi əmr alıblar - nə istəyirsiniz eləyin amma geyləri orduya buraxmayın. Həqiqətən də ordu sıralarına düşən homoseksual, öz komandiri üçün baş ağrısıdır. Onu vurub öldürsələr, kim cavabdeh olacaq?
     -Bəs orientasiyanı gizlətsən?
     -Tutaq ki, gizlədə bildin. Bəs mülkidə bunu bilənlər varsa?
     -Onda nə olur?
     -Necə yəni nə olur? Bayırdan hərbi hissəyə xəbər çatdınrlar - bax bu olur! Ondan sonra da təhqirlər, alçaltmalar başlayır. Onu vəhşicəsinə döyürlər, əsgərlər onunla bir yeməkxanada yemək yeməkdən imtina edir. Bir dəfə əsgərlər üsyan qaldırmışdılar ki, hissədə bir nəfər mavi var, gərək yeməkxanadakı bütün qab-qaçaq dəyişdirilsin. Yaxşısı budur özün etiraf edəsən. Onda bəlkə döyməzlər, amma yenə də təhqir edəcəklər. Yeməkxanaya qoymurlar, naryada həmişə onu göndərirlər. Qab yumaqdan başqa, bütün qara işlər ona verilir.
     Artuşu dəhşətlə dinləyən Zaur soruşdu:
     -Bəs Qarabağda vəziyyət necədir?
     -Qarabağda da həmən şeydir. Hətta orada vəziyyət daha ağırdır. Mavi əsgərləri ətraf kəndlərdəki evlərə göndərirlər. Onları tez-tez döyür, təhqir edirlər. Döyüləndən sonra, sançasta getmələrinə də icazə verilmir.
     -Niyə?
     - Bütün hərbi hissələrdə yazılmamış qanun var - geylə bir palatada qalmaq olmaz!
     Zaur boşalmış stəkanlara şərab süzdü. Eşitdiklərindən şoka düşmüşdü. Onun şərab süzməyini diqqətlə izləyən Artuş:
     -Bəlkə bələdçiyə deyək çay gətirsin? - soruşdu.
     Zaur başını qaldırıb mat-mat Artuşun üzünü yoxladı:
     -Dəli olmusan? Çay nədir?
     Artuş güldü və dirsəklərini masaya qoyaraq, çənəsini yumruqları ilə tutdu.
     -Amma hər şey danışdığım qədər də pis deyil. Hərbi məktəblərin birində, avtoritetlər bir nəfər homoseksual kursantın qarşısına iki şərt qoymuşdular - ya məktəbdən çıxıb getməli, ya da ki, pul verməli idi. Kursant üç min dollar verib, özü məktəbdə avtoritetə çevrildi.
     Artuş son cümləsini yenicə tamamlamışdı ki, Zaur qəhqəhə pristupuna tutuldu. Kanistri güc bəla ilə masanın altına qoyub çarpayıya uzandı. Öskürə-öskürə gülür, gözlərindən yaş axırdı. Zaurun bu halını görən Artuş da əvvəl kəsik-kəsik güldü, sonra özü də qəşş elədi.
     -Sən... sən nə... danışırsan? Doğrudan... avtoritet oldu?
     Zaur sualı güc bəla ilə verib, daha da bərkdən gülməyə başladı.
     -İnanmırsan!? Nəyə istəsən and içərəm! Başladı hərbi məktəbdə meydan sulamağa. Bir gün ayıldı ki, özü homoseksualları ifşa edib döyməklə məşğuldur.
     Zaurun sifəti qıpqırmızı kəsilmişdi. Bir ovucu ilə dizinə vurur, obiri ovucu ilə də öskürəyinin qarşısını almağa çalışırdı.
     Qapı döyüldü. Artuş ayağa qalxdı və səndələyərək qapıya yaxınlaşıb kilidi açdı. Əllərini belində birləşdirmiş yaşlı bələdçi məzəmmətli baxışlarını gah Artuşun, gah da çarpayıda uğunan Zaurun sifətlərində gəzişdirib dedi:
     -Sizin səsinizi mən öz kupemdə eşidirəm. Təsəvvür edin sərnişinlər nələr çəkir. Saatdan xəbəriniz var?
     Artuş başını bulayıb qolundakı saata baxdı. Birə beş dəqiqə qalırdı. Zaur birtəhər özünə gəlib, sakitləşdi. Durub yerində oturdu.
     -Dayı qurban olum bağışla bizi. Bütün günah gürcü şərabındadır.
     Bələdçi gülümsünüb masanın altındakı yarımçıq kanistrə baxdı.
     -Başa düşürəm, gürcü şərabı dünyanın ən gözəl içkisidir. Amma onu da içməyin yeri və təhəri var.
     Zaur əlini sinəsi üstə qoyub dedi:
     -Söz veririk dayı, özümüzü yaxşı aparacağıq. Amma mənim sizə bir sualım var.
     -Buyur oğlum.
     -Tiflisdə Corc Buş küçəsi var.
     -Var oğlum, düz deyirsən.
     -2008-ci ildə, Amerikada növbəti prezident seçkilərində Buş artıq seçilə bilməyəcək, çünki iki dəfə prezident olub. Bəs başqası prezident seçiləndə, o küçənin taleyi nə olacaq? Adı yenə də Corc Buş qalacaq, yoxsa o küçəyə ABŞ-ın təzə prezidentinin adı veriləcək?
     Yaşlı bələdçi nifrətlə bir Zaura baxdı, bir Artuşa. Ağzından süd iyi gələn iki uşağın onu dolaması, qoca kişini yamanca qəzəbləndirmişdi.
     -Xahiş edirəm bir az sakit olun - dedi və qapını çırparaq getdi.
     -Sən nə yaman şeysən Zaur. İndi o qoca, məğrur gürcü səhərə qədər yata bilməyəcək - Artuş dedi və yerinə oturub ayaqlarını qabağa uzatdı. - Başım fırlanır. Sən necəsən bəs?
     Zaur boynunu xırçıldadaraq bir siqaret yandırdı. Artuş başını bulaya-bulaya:
     -Gicləmə! İstəyirsən yenə söz eşidək?
     - Pox yeyər söz deyər. Mən altı saatlıq yoldan ötrü SV biletini ona görə almışam ki, siqareti tamburda çəkim? Mən burada çəkmək istəyirəm. Sonra qapını aralayaram, narahat olma. Səndən bir söz də soruşum. Ermənistanda homoseksuallığa görə maddə var?
     - Niyə yoxdu? Ermənistanın cinayət məcəlləsinin 116-cı maddəsi bəs nədir. Düzdü, maddənin özü var amma heç kimi həbs etmirlər, necə də olmasa Avropa Şurasının üzvüyük. Əşi, bu maddə oldu olmadı, geylərə münasibət bizdə dəyişməyəcək. Bəlkə iki-üç nəsil sonra.
     Zaur siqaretin külünü yerə çırpıb, soruşdu:
     -Yandırırsan yandır. Sidik iyi verən tamburda çəkməyəcəksən ki!
     Artuş başını bulayaraq razılaşdı:
     - Yaxşı, sən deyən olsun. Qaz kamerasına dönəcək indi bura. - siqaretini yandırıb soruşdu, - Bəs Azərbaycanda necədir vəziyyət?
     - Bizdə də 113-cü maddə var. Bu maddəyə görə üç il həbs cəzası almaq olar. Amma gərək kişinin cinsi alətini bir başqa kişinin anal dəliyinə soxan yerdə tutsunlar. Bu isə asan məsələ deyil. Düzdür, adamı ekspertizaya göndərə bilərlər, ya da elə şöbədəcə zorla boynuna qoya bilərlər. Azərbaycanda polisə düşən insan, Osventsimdə yəhudiləri diri-diri yandırdığını da etiraf edə bilər. Hər şeyi pul həll eləyir - mavi olma, nə olursan ol - pulunu ver çıx get.
     Artuş acı-acı gülümsəyib dedi:
     -Nə qədər də oxşarıq sizinlə...
     - Amma axır vaxtlar Azərbaycanda geylər çox savadlanıblar. ILGA , BMT, UNESCO, Avropa Şurası kimi nüfuzlu təşkilatlara müraciətlər yazırlar, şikayətlər ünvanlayırlar. ILGA Avropa Şurasına təzyiqlərini artırır ki, bu qurum Azərbaycanda homoseksualların hüquqlarını təmin etmək işində aktiv olsun.
     Artuş yarı istehzalı, yarı ciddi soruşdu:
     -Bir köməyi olur bunun?
     - Yox əşi, nə kömək... Amma Ermənistana baxanda, bizdə vəziyyət xeyli yaxşıdı. Heç olmasa orduda əziyyət vermirlər.
     Artuş dərin qullab alıb, başını buladı və tüstünü sifətindən qovaraq dedi:
     -Nə isə... Başqalarının problemlərindən çox danışdıq deyəsən. Heç bilmirik bizim axırımız nə olacaq, camaatın dərdini çəkirik.
     Zaur “düz deyirsən” deyib, siqaretini çarpayının altına, dəmirə basaraq söndürdü və masanın üstünə qoydu:
     -Tualetə gedəndə ataram.
     -Sən doğrudan da barbarsan - pinti, köçəri türk.
     -Köçəri olsam da, qatarı sevirəm.
     -Bəs gəmini?
     -Ömrümdə bir dəfə gəmiyə minmişəm, Türkmənistana gedəndə. Uşaq idim, indi yadımdan çıxıb. Bircə o yadımdadır ki, anam yol boyu qusurdu.
     Artuş da siqaretin kötüyünü ayaqqabısının altında əzərək söndürdü və masanın üstünə, Zaurun kötüyünün yanına qoydu.
     - Mən isə balaca olanda böyük bir şar düzəldib, uzaq ölkələrə uçmaq istəyirdim. Jül Vernin, Dümanın romanlarını oxuyub, özümü qorxunc macəraların episentrinə düşmüş cəngavər kimi təsəvvür edirdim.
     -Artuş!
     -Nədir?
     -Mən səni sevirəm.
     -Mən səni dünyada hər şeydən və hər kəsdən çox sevirəm.
     Qalxıb Artuşun yanına oturdu və yanağını sığalladı. Sonra qucaqlayıb öpdü onu, aralanan dodaqlarından dilini ağzına saldı. İlıq, şərab qoxuyan ağzının hərarəti onu məst etdi.
     Artuşu uzandırdı və köynəyinin düymələrini açaraq hamar, ətirli bədənini, kiçik düymə boyda məmə gilələrini öpdü. Sonra onu elə bərk sıxdı ki, Artuş ağrıdan zarıdı. “Artuş...”. Bu adın sanki sehrli qüdrəti vardı. Bu adın sehri ilə real olan hər şey qeyb oldu bir anda. Bu reallıqdan yalnız iki yaşarmış iri erməni gözləri və hər şeyi - qorxunu, ləzzəti, ehtirası və xoşbəxtliyi əks etdirən iniltilər qalmışdı.
     Hər ikisinin qıvraq bədən hərəkətləri, yağışa susamış torpağın imdad çağrılarını xatırladırdı.
     Vadidə, qızılı rəngə boyanmış ağacların əhatəsində yerləşən evin daş eyvanından qəribə bir mənzərə açılır: xəfif küləyin döyəclədiyi sıldırım qayalar və qayaların üzərində pərvaz edən qartal. Qanadlarını bütöv açmış bu qartal, elə bil daşdan düzəlmişdi. Qayalar isə sanki kələ-kötür daşların qaba halda bir-birinin üstünə yığılmasından əmələ gəlmişdi. Dörd bucaq şəklində olan evlər uçurumun düz dibindən şırıltı ilə axan çaya baxırdı. Bura Gürcüstanın ən dilbər guşələrindən, liman şəhərlərindən biri olan Potinin dağ kəndidir. Artuşla Zaurun qaldıqları evin içi alaqaranlıqdır, yerə kilimlər döşənib və mütəkkələr düzülüb.
     Onlar rahat mütəkkələrin üzərində uzanıb uzaqlara, iki qayanın arasından görünən uca dağa baxırdılar. Zaur Şotanın onlara hədiyyə etdiyi nəşədən iki qullab alıb, tüstünü ciyərlərinə çəkdi və siqareti Artuşa ötürdü. İkisinin də gicgahı buz kimi soyumuşdu, ürəkləri tez-tez döyünür, sinələrində sərinlik hiss edirdilər. Zəif külək də nəşənin qoxusunu ətrafa yayırdı.
     İki yüz metr irəlidə, kənd yolu ilə sifətlərindən gərginlik və yorğunluq yağan qadınlar və uşaqlar keçirdilər. Əllərində torbalar və səbətlər var idi. Onlar çox qiymətli yüklərini bir xəzinə sandığı kimi əllərində bərk-bərk tutub daşıyırdılar.
     Zaur burnunu qaşıyıb:
     -Maraqlıdır, görəsən hardan gəlirlər? - soruşdu.
     Artuş kəndlilərə baxıb xəyala daldı və birdən başını tez-tez bulayıb dedi:
     -Bilirəm. Onlar müharibəyə gedir.
     -Bəlkə qayıdırlar?
     -Nə dəxli var? Mən gedirlər deyirəm, sən isə qayıdırlar deyirsən. Deməli sənin məqsədin mənimlə mübahisə etməkdir. Mənimlə mübahisə etmək üçün seçdiyin vaxt və yer çox mənasızdır. Ümumiyyətlə niyə mübahisə etməlisən axı?
     Zaur üşüdüyün hiss edib ədyalı xəfifcə dizlərinə doğru çəkdi. Bir müddət səssiz və xoşbəxt halda uzanıb kəndlilərə baxdı. Sükutu pozan Artuş oldu:
     -Biz bura niyə gəldik Zaur?
     -Sən çox danışırsan, amma yenə də sualına cavab verəcəyəm. Mənim məqsədim səninlə mübahisə etmək deyil, bura da ona görə gəlməmişik. Sən bura niyə gəlmişik sualını verəndə, məqsədin mənə söz atmaq, məni sancmaq idi. Guya mən səni bura gətirmişəm ki, səninlə mübahisə edim. Halbuki mənim məqsədim bu deyil. Sə- ninlə mübahisə etmək istəsəydim Tiflisdə edərdim, daha Potiyə niyə gəlirdik? Biz bura bax beləcə uzanıb, kəndlilərə baxmağa gəlmişik.
     Artuş yerdəki kulyokdan bir banan götürüb soydu və iştahla çeynəməyə başladı. Zaur danışır, danışdıqca da səs tonu aşağı düşürdü. Artuş bananı yeyib qurtaranda, onun səsi artıq eşidilmirdi. Zaurun iri açılmış gözlərində boşluq vardı və bu gözlər uzaqlara, çox uzaqlara dikilmişdi. Artuş banan qabığını pəncərədən həyətə vızıldatdı və ikincisini soydu.
     -Zaur hesab edirəm ki, sən banan yesən uzaqda görmək istədiyin hər nədirsə, daha yaxşı görərsən. Banan insanın görmə qabiliyyətini qüvvətləndirir. Ona görə bütün peyğəmbərlər banan yeyərdilər.
     Zaur göydə süzən və heykəl kimi donub qalan qartalı gözləri ilə göstərib düz, monoton səsi ilə soruşdu:
     -Qartallar da banan yeyir?
     -Qartalın işi gücü yoxdur banan yesin?
     -Bəs onda nə üçün onlar da çox yaxşı görürlər? Uzaqdan nöqtə boyda siçanı görüb üstünə şığıyırlar.
     Artuş bananı Zaurun yarıaçıq ağzına uzatdı. Zaur meyvədən bir dişləm alıb ağır-ağır çeynədi. Bir yandan da mülahizələrinə davam edirdi:
     - Sən mənim sualıma cavab vermədin, amma mənim yadımdadır ki, mən sənə bir sual verdim. Qartallar banan yedikləri üçün, belə yaxşı görürlər uzağı?
     Artuş da qartala baxıb dedi:
     -Ola bilsin ki, yeyirlər. Afrikadakı qartallar yüz faiz yeyir.
     -Niyə?
     -Afrikada banandan başqa heç nə yoxdur axı.
     Zaur vəhşi kimi gülməyə başladı. Ağzı açılmış, çənəsi gərilmiş, rəngi isə qızarmışdı. Bir yandan da sağ əli ilə sinəsini ovuşdururdu. Kənardan baxan onun şok keçirdiyini, ya da iflic olduğunu düşünə bilərdi. Təxminən yarım dəqiqəyə yaxın bir müddət bu vəziyyətdəcə donub qaldı. Handan-hana özünə gəlib qırıq-qırıq “xa-xa-xa”larla güldü. Sonra qəfildən susub dedi:
     -Ermənilər də banan yeyir.
     Artuş etiraz etmədi:
     -Bəli, yeyirlər.
     -Ona görə də qartal kimi uzaqgörəndilər.
     Bu mülahizə Artuşun xoşuna gəldi:
     -Ermənilərə qartal dediyin üçün çox sağ ol əzizim.
     -Xeyr, qartal zad demirəm ermənilərə. Uzaqgörən deyirəm. Sizin xalq uzaqgörən deyilmi?
     -Bəli, uzaqgörəndir. Hardan bildin?
     Zaur bir daha ürəkdən gülüb dedi:
     -Ermənilər o qədər uzaqgörən xalqdır ki, Bakıdan da oldular, Qarabağı da adam kimi özlərininki edə bilmədilər. Nə üçün belə oldu? Acgözlükdən. Qarabağ söhbəti olmasaydı, indi Bakının ən gözəl yerlərində yaşayır, neft biznesini idarə edirdilər.
     Artuş laqeyd ifadə ilə banandan bir dişlək də alıb dedi:
     - Mənə nə var, kim nə itirib? Mənə neft lazım deyil. Mənə Bakı da lazım deyil. Mənə Yerevan da lazım deyil. Bu göydə süzən qartal da lazım deyil.
     Zaur qalxıb oturdu və qollarını açaraq onları əsdirə-əsdirə qışqırdı:
     -Bəs sənə nə lazımdı?
     Artuş da oturdu və yarımçıq bananı silkələyə-silkələyə ucadan dedi:
     -Sən! Mənə sən lazımsan!
     - Mən cansız əşya zadam sənə lazım olum? Mən soruşmadım ki, “sənə kim lazımdır”? Mən soruşdum “sənə nə lazımdır”! Məgər mən “nə” sualının cavabı ola bilərəm? Sən demək istəyirsən ki, mən insan deyiləm!?
     Artuş cavab vermək yerinə, Zaurun isti nəfəsini duyacaq qədər ona yaxınlaşdı, parlayan gözlərinin içinə baxdı. Sonra onu qucaqladı və Artuşa elə gəldi ki, onu ömründə ilk dəfə idi ki, bağrına basırdı. Zaurun əzələli bədəni, yumşaq və ətirli dərisi var idi, dodaqları arasından görünən dişləri isə ağ mirvari dənələri kimi parlayırdı. Zaur tez- tez gözlərini qırpdı. Onun uzun və zərif kirpikləri Artuşun yanağıma dəyirdi, aqressiyası bir anda yox olmuş və gözlərində nəvaziş dolu bir baxış yaranmışdı.
     Çənəsini ovucunun içinə alıb başını qaldırdı. Yumşaq sifətinə, nəmli susamış dodaqlarına və yarı bağlı kirpiklərinin ardındakı xülyalı gözlərinə baxdı.
     -Sən olmasaydın Zaur, görəsən yaşamağın bir mənası qalardımı?

***


     Artuş tavadan qayğanağı götürüb boşqablara qoya-qoya:
     - Səhər SMS yazıb ki, gün ortadan sonra ordayam, - dedi və qəfədanın altını söndürüb mətbəxin qapısına yaxınlaşdı, - Eşidirsən?
     Yerə səpələnmiş mütəkkələri səliqə ilə divarlara söykəyən Zaur, arxaya baxmadan soruşdu:
     -Maşınla gəlirlər?
     -Əlbəttə, o boyda adamı avtobusda gətirəsi deyil ha.
     Zaur əllərini yana aralayıb dedi:
     -Gəlirlər xoş gəlirlər.
     -Bəsdir yastıqlarla oynadın, gəl mənə kömək elə.
     Zaur axırıncı mütəkkəni də yerinə qoyduqdan və sürüşmüş xalını düzəltdikdən sonra mətbəxə keçdi.
     Şota SMS-i səhər saat səkkizə işləmiş yazmış və təxminən saat birdə Potidə olacaqlarını xəbər vermişdi. Hər şey qabaqcadan, hələ Potiyə yola düşməzdən əvvəl Tiflisdə danışılmış və razılaşdırılmışdı. Şota, ondan kömək istəyən gənclərin çılğın planını eşidəndə bir az çaşsa da, özünü o dəqiqə ələ almış və kömək etməyə söz vermişdi.
     Tiflis vağzalındakı kafedə Şota, üzünü gənclərə tutaraq “İstər heteroseksual, istərsə də homoseksual məhəbbət - həyata qarşı işlənilən ən gözəl, ən şirin günahdır” demişdi. “Məndən bu günaha şərik olmağımı istəyirsiniz. Sizə “yox” deyə bilmərəm. Həqiqətən də bu günahla barışmağın, onu mənimsəməyin - ondan qorxmaqdan, qaçmaqdan qat-qat şərəfli olduğunu başa düşürəm. Bu günahın üstünə hücumla getmək, onu məğlub etmək və saf sevgini əbədiləşdirmək lazımdır. Məhəbbəti inkar hər şeydən öncə özünə qarşı haqsızlıq, hörmətsizlik və xəyanətdir”.
     Bu gün Şota, sözünü tutaraq, Gürcüstanın birinci ledisi Sandra Rulovsun yaxın və etibarlı adamı, bir növ mənəvi atası hollandalı keşiş Klaas Xendrikse ilə birlikdə Potiyə gəlirdi. Gəlirdi ki, illər uzunu acı çəkən, ayrılığın dözülməz sancısını qəlblərində duyan və müharibəyə rəğmən görüşmək ümidini bir an olsun itirməyən, ruhdan düşməyən və əslində evli olub olmamağa bir o qədər də əhəmiyyət verməyən, lakin bunu etmək mümkündürsə, fürsəti əldən buraxmaq istəməyən Artuşla Zaurun xahişini yerinə yetirsin.
     Latent homoseksualların məskəni olan Cənubi Qafqazda bu nikah, ilk gey nikahı olacaqdı. Bu nikah gənclərə hava, su kimi lazım idi. Bunu Tiflisdə görüşdükdən üç gün sonra başa düşmüşdülər. Bu ağlasığmaz addımı atmaqla, bəlkə də onlar nikahlarının qıyıldığı günü, 18 Noyabrı nəinki Cənubi Qafqazda, hətta bütün dünyada homoseksualların əlamətdar tarixinə, geylərin Valentin bayramına, daha doğrusu “Klaas Xendrikse gününə” çevirirdilər.
     Artuş təndir çörəyini qayğanağa batıraraq soruşdu:
     -Azərbaycanda heç evlənməyə cəhd edənlər olub?
     Zaur çayındakı şəkəri qarışdıra-qarışdıra:
     -Mən bilən ancaq bir dənə cütlük olub - dedi.
     Verdiyi suala əslində müsbət cavab gözləməyən Artuş, gözlərini maraqla bərəldib soruşdu:
     -Nə danışırsan? Tanıyırdın onları?
     -Yox əşi, mən onları hardan tanıya bilərəm? İkisi də neft sektorunda, BP-də işləyirlər. Mətbuat onlar barədə xeyli yazdı. Adları Eldar və Mansurdur. Artıq neçə ildir evli cütlük kimi, bir evdə yaşayırlar. Evlənmək müraciəti ilə köhnə Oktyabr, indiki Yasamal rayonunun VVAQ-ına müraciət etmişdilər.
     -VVAQ onlara nə cavab verdi?
     - Əlbəttə rədd cavabı. İndi də Azərbaycandakı bütün məhkəmə instansiyalarından keçib, sonda Avropa məhkəməsinə üz tutmaq istəyirlər.
     - Çox maraqlıdır... - Artuş pəncərədən küknar budağının üstündə oynayan sərçələrə baxıb, gözləri yol çəkə- çəkə:
     -Bunun bir xeyri olacaq görəsən? - soruşdu.
     -Avropa məhkəməsi bəlkə də onların lehinə qərar verdi. Bu vaxta qədər Avropa məhkəməsi belə bir işə baxmayıb və baxacağı təqdirdə mənim fikirləşdiyim ola bilər. Belə olan halda da Azərbaycan bu qərarla hesablaşmağa məcbur olacaq.
     Artuş köks ötürdü:
     - Görürsən? Yenə də Azərbaycan! Ermənistanda homoseksual evlilik söhbətini dilə gətirsən, o dəqiqə səni təpikləyə-təpikləyə gəbərdərlər. Lənətə gəlmiş ölkə! Özü də adını xristian qoyub!
     Zaur güldü:
     -Yaxşı, əsəbiləşmə. Qafqaz elə Qafqazdır - nə xristian, nə müsəlman? Bu qırılmış xalqların heç biri adam deyil, olmayacaq da.

4


     Maşını idarə edən Dodiko, sevgililərin qaldığı kənd evini asanlıqla tapdı. Saat ikinin yarısı olardı. Zaurla Artuş həyətdə gəzişir, siqaret çəkirdilər.
     -Dodiko da gəlib - dedi Zaur Artuşa göz vuraraq.
     Küçəyə çıxıb maşını qarşıladılar. Zaur arxa qapını açaraq, Klaasla bağlı beynində yaratdığı obrazın əksinə saqqalsız, 40-45 yaşlarında, bir az şişman keşişin maşından düşməsinə kömək elədi. Keşişin saçlarının yarısı tökülmüş, geniş alnı bir az da böyümüşdü.
     -Möhtərəm Keşiş xoş gəlmisiniz.
     Artuş çəkdiyi siqareti yerə atıb tapdaladı və sıra ilə Şota və Dodikonu qucaqladı. Keşiş Klaas ilə də görüşdü.
     -Evi tapmaq çətin olmadı ki? - Zaur Şotadan soruşdu.
     -Tez-tez bu kənddə dincələn adam üçün, çətin nə ola bilər? - Şota və Dodiko Zaurla da qucaqlaşıb görüşdülər.
     Artuş qabağa keçərək həyətə girdi və əli ilə qonaqları evə dəvət etdi:
     -Buyurun, buyurun.
     Beşi də evə girib gödəkcələrini və ayaqqabılarını çıxartdılar. Qonaqlar kreslo və divanın olmadığı otaqda döşəmədə, mütəkkələr üstündə oturdular. İndiyə qədər ağzını açmayan, yalnız gülümsəməklə kifayətlənən keşiş Klaas, əli ilə xalçanı sığalladı, məmnunluqla başını buladı. Görünür xalçanı bəyənmişdi. Artuş dərhal mətbəxə gedib çaydanın altını yandırdı, fincanları dolabdan çıxardıb nəlbəkilərə düzdü və həyəcanla yanında vurnuxan Zaurun üzünə baxmadan dedi:
     -Nədi? Yer tapa bilmirsən özünə?
     –Mən hər gün evlənmirəm Artuş. Özü də kişi ilə. Ona görə də həyəcanlı olmağımda qəribə heç nə yoxdu.
     Keşiş otaqdakı xalçanın keyfiyyətindən razı qaldı.
     Artuş Zaurun son cümləsini qulaq ardına vuraraq soruşdu:
     -Qonaqlar nə içəcəklər - çay, qəhvə? Bəlkə öyrənəsən?
     - Ehtiyac yoxdur, əlbəttə qəhvə içəcəklər. Türk qəhvəsi.
     Artuş dodaq ucu gülümsünüb Zaura göz vurdu:
     -Türk yox, erməni qəhvəsi. Qədim erməni qəhvəsi.
     -Yaxşı, yaxşı. Qədim erməni qəhvəsi olsun. Di tez ol - deyib, otağa qayıtdı. Keşiş Klaas indi də divarlardan asılmış kənd mənzərələrinə maraqla baxır, otağın tavanından tutmuş döşəmədəki döşəkcələrə qədər, hər şeyə göz gəzdirirdi. Zaur Şotanın yanına yaxınlaşıb astaca dedi:
     –Nə yaxşı Dodiko da gəlib.
     Şota sıxıla-sıxıla gülümsədi:
     -İki nəfər şahid olmalıdır axı.
     Zaur əli ilə alnına yüngülcə bir şapalaq vurdu:
     -Doğrudan ha! Mən bunu heç fikirləşməmişdim.
     Dodiko gülən gözləri ilə gah Zaura, gah Şotaya baxıb:
     - Sən yaddan çıxarsan da, bizim yadımızdadır. Keşiş Klaas da şahidlərsiz nikahın mümkün olmayacağını demişdi.
     Klaas Xendrikse söhbətin onun haqda getdiyi anlayıb gənclərə baxdı. Parıldayan gözlərində sual oxunurdu.
     Şota ingilis dilində ona dedi:
     -Zaura, şahidlik məsələsinin nə qədər vacib olduğunu deyirdim.
     Keşiş tez-tez başını bulayıb dedi:
     -Bəli, olduqca vacibdir. Şahidlər olmadan Tanrının dərgahında nikah qəbul olunmaz. Həm də ki, evlənənlərdən biri müsəlmandır. İslamda isə iki şahid fərzdir.
     Zaur keşişin onları doladığını fikirləşib, şübhə ilə gözlərinə baxdı, zarafat edib-etmədiyini anlamağa çalışdı. Amma keşişin gözləri ona heç nə demədi. O sadəcə soruşdu:
     -Bu evdə kirayədəsiz?
     -Bəli möhtərəm keşiş.
     Keşiş dəqiqləşdirdi:
     -Neçəyə götürmüsünüz?
     Zaur Şotaya və Dodikoya qısa nəzər saldıqdan sonra, bir az da sıxıla-sıxıla dedi:
     -Günü əlli lariyə.
     Keşiş dodaqlarını büzüb başını yellədi:
     -Əla. Çox gözəl.
     Artuş əlində məcməi ilə otağa girib, qəhvələri qonaqların qabağına düzməyə başlayanda, Zaur sevgilisinə kömək eləməyə başladı. Hamıya qəhvələri çatandan sonra, Artuş mətbəxə qayıtmaq istəyirdi ki, keşiş Klaas onu biləyindən tutdu:
     -Otur oğlum. Sən də otur - deyərək, Klaas Zaura müraciət etdi.
     İkisi də oturub gözlərini keşişin saqqalsız, ağappaq və nurlu sifətinə zillədilər.
     -İnsan səadəti başqa yerdə yox, sevdiyi insanda axtarmalıdır. Bu ən ali həqiqətdir. Evlənməyə qərar verdiyinizi dostum Şotadan eşitdim. Doğrusu bu mənə çox qəribə gəldi - erməni ilə azərbaycanlı homoseksualların evlənə biləcəyi ehtimalı barədə heç vaxt düşünməmişəm. Amma madam ki, belə bir qərar vermisiniz, sizi yalnız təbrik edə bilərəm.
     Qəhvəsindən bir udum içib davam elədi:
     -Bu günə qədər iyirmiyə yaxın homoseksual nikahı, sayını-hesabını unutduğum qədər də natural nikahı qıymışam. Etiraf edim ki, ilk dəfədir özümü bu qədər rahat, sərbəst və azad hiss edirəm. Sizin nikahınız mənim keşiş həyatımda ən əlamətdar hadisəyə, ən mübarək izdivaca çevriləcək. Sizi bir daha təbrik edir, uzun ömür, can sağlığı arzulayıram.
     Lakin nikah qıyılmadan əvvəl, sizə evliliklə bağlı bəzi məsləhətlərim də olacaq oğullarım.
     Keşiş yerini rahlayıb, qəhvəsindən bir içim də aldı və düz, monoton səsi ilə danışmağa başladı:
     -Kiçik və ya böyük qüsurlarınıza görə bir-birinizi tənqid etməyin. Səhvsiz insan olmaz, bağışlamağı bacarın. Mübahisə edərkən keçmişdə baş verənləri böyütməyin, ikinizi də narahat edən Qarabağ münaqişəsindən danışmayın. Bir-birinizin yol verdiyi xırda-para qüsurlara göz yumun. Unutmayın ki, evliliyinizi sevgi və yoldaşlıq üzərində qurduqda əbədi səadətə nail ola bilərsiniz. Heç bir anlaşılmazlığın uzunmüddətli olmasına yol verməyin. Qısa bir vaxtda məsələni yaxşılıqla bitirin. İdealist olmayın. Güzəştə getməyə çalışın və qarşı tərəfdən möcüzə gözləməyin. Hər vasitə ilə bir-birinizə sevginizi ifadə edin. Çətinliklərə təslim olmayın. Həyata ümidlə baxın. Üzünüz həmişə gülsün. Özünüz üçün arzuladıqlarınızı həyat yoldaşınız üçün də istəyin. Özünüzü düşündüyünüz qədər onu da düşünün. Keçmişdə yaşadığınız problemləri və ya gələcəkdəki qayğılarınızı bu günə daşımayın. Nikahın müqəddəs bir ittifaq və Tanrıya verilmiş söz olduğunu hər iki tərəf bilməlidir. Buna görə də atacağınız addım sizi məyus etməməlidir. Yüz ölçüb, bir biçin. Yaxın qohumlarınızın, qonşularınızın, dostlarınızın və xalqlarınızın evliliyinizə müdaxilə etməsinə imkan verməyin. Öz problemlərinizi mümkün qədər özünüz həll etməyə çalışın. Həyat yoldaşınızda gördüyünüz qüsurları düzəltməyə tələsməyin. Bəzi qüsurların düzəlməsi üçün zamana ehtiyac var. Kiçik qüsurları böyütməyin. Ailə həyatının çətinliklərini və məsuliyyətini dərk etməli və özünüzə inanaraq bu öhdəliyi öz üzərinizə götürməlisiniz. Anlaşılmazlıqlardan və mübahisələrdən mümkün qədər uzaq olun.
     Zaurla Artuş baxışıb gülümsədilər. Bu günə kimi onlar, keşişin məsləhətlərinə artıqlaması ilə əməl etmişdilər. Amma yenə də bu nəsihətləri eşitmək, düzgün yolda olduqlarına dair onlarda əminlik yaradırdı.
     Artuş keşişin mülayim sifətinə ehtiramla baxaraq dedi:
     - Möhtərəm keşiş, bizim eşqimiz yasaq eşqdir. Cəmiyyətlərimiz düşmən, xalqlarımız qanlı-bıçaqlıdır. Bizdən biri qız da olsa idi, izdivacımıza izn verilməzdi. Demək istədiyim odur ki, homoseksual olmağımız heç nəyi dəyişdirmir, hətta vəziyyəti daha da çətinləşdirir. Biz bəlkə də ömür boyu bu nikahı gizlətməyə məcbur olacağıq. Ona görə də... Sizdən bir şey soruşmaq istəyirəm.
     -Buyur soruş oğlum. İstədiyin sualı verə bilərsən.
     Artuş Zaura baxdı. Gözlərində tərəddüd oxunurdu. Sanki sevgilisindən mədəd umurmuş kimi, boynunu bükdü. Zaur onun çətinlik çəkdiyini anlayıb, sualı özü verdi:
     – Möhtərəm keşiş, bizi bir sual maraqlandırır. Bizim nikahımız gizli şəkildə qıyılan ilk homoseksual nikahdır ya yox?
     Keşiş əvvəlcə fikrə getdi. Çənəsini xeyli ovduqdan sonra, birdən-birə hansısa qərara gəlibmiş kimi ikisinə də qətiyyətlə baxdı və dedi:
     - Bəli. Ən azından mənim təcrübəmdə olmayıb, başqalarından da eşitməmişəm. Avropada belə bir problem yoxdur, ona görə də geylər evlənəndə bunu heç kimdən gizlətməyə ehtiyac duymurlar. Mən ilk dəfədir ki, gizli qaydada homoseksual nikahı qıyıram. Sanki cinayət əməli törədirəm. Halbuki sizin də, mənim də gördüyümüz iş, ən müqəddəs əməldir.
     Şota keşişin dediklərini Dodikoya tərcümə edir, Dodiko isə başını yelləyə-yelləyə Şotaya qulaq asır, arada-bir təbəssüm və şəfqətlə Zaurla Artuşa baxırdı.
     Zaurla Artuş da bu cavabdan sevincək olmuşdular. Zaur özünü saxlaya bilməyib, keşişin sözünü kəsdi və bir nəfəsə dedi:
     -Onda demək olarmı ki, bizim nikahımızın qıyıldığı gün bir növ geylərin Valentin gününə çevrilə bilər?
     Keşiş əvvəlcə çaşdı. Zaurdan belə bir sual gözləmədiyi üçün, bilmədi nə cavab versin. Əlini sinəsinə götürərək yaxasından xaçı çıxartdı, sığallamağa başladı. Bir yandan da elə hey düşünürdü. Bir dəqiqəyə yaxın otaqda səssizlik oldu. Heç kəs yaranmış sükutu pozmağa cəsarət etmirdi. Nəhayət Klaas çənəsini yuxarı qaldıraraq möizə oxuyurmuş kimi, danışmağa başladı.
     - Siz Valentin gününü yada saldınız... Əslində müqayisə aparsaq səhv etmiş olmarıq. Bildiyiniz kimi, heteroseksual sevgililər üçün sevgililər gününün başlanğıc tarixi, qədim Roma imperatorluğuna qədər uzanır. Qədim Romada 14 fevral günü bütün Roma xalqı üçün önəmli bir gün idi. Çünki bu gündə Roma tanrılarının krali- çası olan Junoya duyulan hörmətdən dolayı tətil olardı. Juno həm də Roma xalqı tərəfindən qadınlıq və evlilik tanrısı olaraq da bilinirdi. 15 mart tarixində isə Luperkalia bayramı başlayırdı.
     Bu bayram, xalqın gəncləri üçün çox əhəmiyyətli idi. Gənc oğlanın hansı qıza qismət olacağı Luperkalia bayramında bəlli olurdu. Romalı gənc qızlar adlarını kiçik bir kağıza yazıb bir qabın içərisinə atırdılar. Oğlanlar isə oradan adlardan birini götürərdilər. Beləliklə də bu bayramı, adı kağızda yazılan qızla birgə keçirərdilər. Birləşən gənclərdən çoxu, bayramdan sonra ailə qurardılar.
     Roma imperatoru 2-ci Kladius zalım bir hökmdar idi. Ordusunda savaşacaq əsgər tapmaq onun üçün ən böyük problemə çevrilmişdi. İmperatora görə, buna səbəb romalı kişilərin sevdiklərini və ailələrini tərk etmək istəməmələri idi.
     Buna görə də, o, Romadakı bütün evlilikləri qadağan etdi. Valentin də o zaman Romada yaşayan bir rahib idi. Özü kimi bir rahib olan Marius ilə birlikdə, imperatorun qadağasına baxmayaraq, gəncləri evləndirməyə gizlicə davam edirdilər. Bir müddət sonra imperatora bu xəbər gəlib çatır. Gəncləri evləndirdiyinə görə Valentin həbs edilir və sonra öldürülür. Miladdan sonra 269-cu il 14 fevralında Valentinin dəfni olur.
     Bu gün, 18 noyabr da sizin gizli şəkildə nikahınızın qıyıldığı gündür. Onda belə çıxır ki... - Keşişi gülmək tutdu. Otaqdakılar da gülməyə başladılar. Birdən Klaasın sifəti ciddiləşdi, dərindən nəfəs aldı və dedi - Onda belə çıxır ki, 18 noyabr dünya geyləri arasında “müqəddəs Klaas” günü kimi qeyd olunmalıdır? Axı bunun üçün məni gərək edam etsinlər. Siz bunumu demək istəyirsiniz?
     Otaqdakılar ürəkdən gülməyə başladılar. Klaas da onlara qoşulub qaqqıltı ilə gülürdü.
     Artuş əllərini aralayıb soruşdu:
     -Bəs siz belə bir günün təsis edilməsini mümkün hesab edirsinizmi?
     Klaas üzünə “ola da bilər” mənasına gələn bir ifadə qatdı və boynunu sağa əydi. Gah Artuşa, gah Zaura baxaraq dedi:
     -Amma buna biz yox, tarix və insanlar qərar verəcək. İndi isə vaxt itirmədən, nikahımıza başlayaq.
     Hamı əvvəl bir-birinə baxdı. Şota keşişin dediyini Dodikoya tərcümə etdi. Artuş isə əminliklə dedi:
     -Biz hazırıq möhtərəm keşiş. Başlaya bilərsiniz.
     Artuş, Zaur, Şota və Dodiko ayağa qalxdılar. Zaur əlini keşişə uzadaraq, onun da durmasına kömək elədi.
     Keşiş yaxasından asılmış xaçı üç dəfə öpüb gözlərinin üstünə qoydu, cibindən çıxartdığı incili açaraq, ucadan bir neçə ayə oxudu və yanaşı dayanmış Zaurla Artuşun qarşısına keçərək əvvəlcə Artuşdan soruşdu.
     -Adınız nədir?
     -Artuş Saroyan.
     -Dininiz?
     -Etnik mənada Qriqoryanam. Amma özümü dindar hesab eləmirəm.
     - Başa düşürəm, siz monofizitsiniz. Allah sizə hidayət versin, haqqın yoluna çəksin. Siz bu cənabla evlənmək istədiyinizdən əminsiniz?
     -Bəli, son dərəcə əminəm.
     Keşiş üzünü Zaura tutdu:
     -Bəs sizin adınız nədir?
     -Zaur Cəlilov.
     -Dininiz?
     -Etnik mənada müsəlmanam. Amma özümü ateist hesab edirəm.
     - Allah sizi doğru yola istiqamətləndirib, qəlbinizə iman saçsın. Haqqın yoluna gəlməyə tələsin. Artuş Saroyanla evlənmək istədiyinizdən əminsiniz?
     -Bəli.
     - Şahidlərin hüzurunda hər ikinizə sualım var - ağır gündə, xoşbəxt gündə, xəstəlikdə və sağlamlıqda, ölənə qədər bir-birinizə dayaq olmağa, bir-birinizi sevməyə söz verirsinizmi?
     Zaurla Artuş bir ağızdan “Bəli” dedilər.
     -Onda sizi... sizi evli elan edirəm. Bir-birinizi öpə bilərsiniz.
     Cütlük bir anlığa tərəddüd etsə də, Artuş tez özünü topladı, başını qaldırıb qətiyyətlə Zaurun dodaqlarına yapışdı.

***


     Nikah mərasimindən sonra, keşiş Klaas daha yarım saat oturdu, gənclərlə ordan-burdan söhbət elədi. Növbəti qəhvələr də içiləndən sonra, Klaas təcili olaraq Tiflisə qayıtmalı olduğunu, sabah birinci ledi Sandra Rulovsla birlikdə Baıjomidə yeni tikilmiş uşaq evinin açılışında iştirak edəcəyini bildirərək üzr istədi və ayağa qalxdı.
     -Bu gün Sandra xanımla sabahkı tədbir barədə sonuncu iclası keçirməliyik. Proqrama axırıncı ştrixləri əlavə etmək lazımdır.
     Zaur özünü saxlaya bilməyib soruşdu:
     -Borjomidə açılan uşaq evi, dini təmayüllü olacaq?
     Klaas istehza ilə gülümsünüb dedi:
     -Tutaq ki, dini olacaq. Dinimizin uşaqlara təbliğ edilməsində pis nə var ki?
     Zaur verdiyi suala peşman olaraq dodaqlarını büzüb, üzünə yazıq ifadə verdi:
     -Əlbəttə pis heç nə yoxdur.
     Şota əli ilə keşişi qapıya dəvət edərək “buyurun” dedi və qınaq dolu gözlərlə Zauru süzüb başını buladı.
     Hamı həyətə çıxandan sonra, Şota qabaqda gedən keşişin yanından ayrılaraq Zaura yaxınlaşdı.
     -Mobil telefonunu söndürmüsən?
     -Söndürmüşəm, nədir ki?
     – Akif Tağı zəng vurmuşdu mənə. Səni soruşurdu. Nigaran qalıb. Sən ona Potidə olduğunu demisən?
     Zaur Şotanın dediklərinə laqeydcə qulaq asırdı.

<< 1 / 2 / 3 / 4 / 5 / 6 / 7 / 8 / 9 / 10 / 11 >>

Bölmə: Azərbaycan ədəbiyyatı | Əlavə edildi: azerhero (12.09.2014) | Müəllif: R.C E W
Baxış: 678 | Reytinq: 0.0/0
Bütün rəylər: 0
omForm">
avatar

Kitablar — zamanın dalğaları ilə səyahət edən və nəsildən-nəslə öz qiymətli yükünü ehtiyatla aparan fikir gəmiləridir.

- Frensis Bekon

Son 90 gün ərzində kitab oxumamaqdan daha pisi kitab oxumadığına görə narahat olmamaqdır.

- Cim Ron

Kitabları yandırmaqdan daha pis şey onları oxumamaqdır.

- Rey Bredberi

Yaxşı kitab aysberqə oxşayır, onun yeddi-səkkiz hissəsi suyun altında gizlənib.

- Ernest Heminquey

Kitablarım mənə çatacaq qədər böyük bir krallıqdır.

- Shakespeare

Mən, kitablarımı yaratmadan əvvəl, kitablarım məni yaratdılar.

- Montaigne

Kitabsız yaşamaq; kor, kar, dilsiz yaşamaqdır.

- Seneca

Bu günün gərçək universiteti, bir kitabxanadır.

- Carlyle

Kitab, tək ölümsüzlükdür.

- Rufus Choate

Exlaqa uyğun ya da zidd kitab deyə bir şey yoxdur. Kitablar ya yaxşı yazılmışdır, ya da pis. Hamısı bu qədər!

- Oscar Wilde

Ümidlə açılıb qazancla bağlanan bir kitab, yaxşı bir kitabdır.

- Alcott

Kitablar, itmiş başların abidələridir.

- Sir William Dave

Kitablar, heç solmayacaq bitkilərdir.

- Herrick

Kitab heç aldatmayan bir yoldaşdır.

- Guilbert De Pixrecourt

Axmaqlarla oturub-durmaqdansa , kitabla tənha oturmaq yaxşıdır.

- Qasım bəy Zakir

İnsan güc ilə yox, mütaliə etməklə ağıllanır.

- C.Bruno

Az bildiyini başa düşmək üçün çoxlu oxumaq lazımdır.

- Mişel Monten

Kitablar özünüzə və başqalarına hörmət etməyi öyrədəcək, ürəyi və ağlı, dünya və insanlıq sevgisiylə dolduracaq.

- Maksim Gorki

Kitab həyatın ən uzaq və qaranlıq yollarında insana işıq bəxş edən əfsanəvi çıraqdır

- A.M.Upit

BAKI QIZLAR UNİVERSİTETİ
1992-ci ildə təsis edilən və həmin vaxtdan da fəaliyyətə başlayan Bakı Qızlar Universitetinin (əvəllər Bakı Ali Pedaqoji Qızlar Seminariyası adlanırdı) yaradılmasında məqsəd respublikada qadın pedaqoji kadrlar yetişdirmək, onların intellektual səviyyəsini yüksəltmək və gənc qızları ailə həyatına hazırlamaqdan ibarətdir. Hazırda universitetdə "Sosial pedaqoji” və "Filologiya-tarix” fakültələri fəaliyyət göstərir. "Sosial pedaqoji” fakültədə "Təhsildə sosial-psixoloji xidmət”, "Psixologiya”, "Coğrafiya müəllimliyi”, "ibtidai sinif müəllimliyi”, "Məktəbəqədər təlim və tərbiyə”, "Riyaziyyat və informatika müəllimliyi”, "Filologiya-tarix” fakültəsində isə "Xarici dil (ingilis) müəllimliyi”, "Azərbaycan dili və ədəbiyyat müəllimliyi”, "Tarix müəllimliyi”, "Jurnalistika” üzrə bakalavr, "İbtidai sinifdə tədrisin metodika və metodologiyası”, "Pedaqogika nəzəriyyəsi və tarixi”, "Azərbaycan ədəbiyyatı”, "Azərbaycan dili”, "Azərbaycanın yeni və ən yeni tarixi” sahəsində magistratura səviyyəsində kadr hazırlığı aparılır.
Bakı Qızlar Universiteti Nazirlər Kabinetinin 1996-cı il fevralın 21-də 21 saylı sərəncamı ilə dövlət qeydiyyata alınmışdır. 2013-cü ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin lisenziya komissiyası BQU-nun çoxilli fəaliyyətinin, onun yüksək maddi-texniki bazasının, infrostrukturunun, təlim-tərbiyə sisteminin Azərbaycan Respublikası təhsil Qanununa Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Ali təhsil Müəssisələrinin fəaliyyətinə xüsusi razılıq (lisenziya verilməsi haqqında qərarına, Azərbaycan Respublikası Təhsil Nazirliyinin sənədlərinə uyğn qurulduğunu, pedaqoji kadrların hazırlanmasında əldə olunmuş nailiyyətlərini nəzərə alaraq universitetin fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsini məqsədəuyğun hesab etmişdir. Eyni zamanda 2013-cü ildə universitet akreditasiyadan keçmişdir. Universitetdə müxtəlif fənnlər üzrə kabinetlər, dörd kopüter otağı, kitabxana, badii yaradıcılıq studiyası, tələbə elmi cəmiyyəti, Tələbə Gənclər təşkilatı, dörd dərnəklər, nəşriyyat, idman zalı, yeməkxana, kadrlar şöbəsi və mühasibatlıq fəaliyyət göstərir.
Learn more