Əsas » Məqalə » Azərbaycan ədəbiyyatı

Əliyev Ələkbər (Əli Əkbər) yaradıcılığı-Artuş və Zaur-6

<< 1 / 2 / 3 / 4 / 5 / 6 / 7 / 8 / 9 / 10 / 11 >>


     -Xeyr.
     -Nahaq yerə. Mən də dedim ki, harada olduğunu bilmirəm. Dünəndən telefonun cavab vermir, ola bilsin başqa şəhərə gedib. Odur ki, onunla zəngləşsən yalanımın üstü açılmasın.
     -Narahat olma.
     Dodiko arxa qapını açıb keşişi gözləyirdi. Klaas Artuş və Zaurla bir-bir görüşdü, onlarla qucaqlaşdı.
     -Tanrının izni ilə bir daha görüşməyi ümid edirəm övladlarım. Mən sizə səadət dolu həyat, xalqlarınıza isə sülh hazırlayıram. Sizin kimi sülh göyərçinlərinə malik Azərbaycan və Ermənistan, bir dəfəlik müharibədən, düşmənçilikdən əl çəkməli və qardaş kimi yaşamağa başlamalıdırlar. Sağ olun!
     -Yolunuz açıq olsun möhtərəm keşiş - dedi Artuş və Klaasın əlini sıxdı.
     Zaur da əlini ona uzadaraq:
     -Sizinlə tanış olmağıma çox şadam. Hər şey üçün təşəkkür edirəm.
     Zaurla Artuş gürcülərlə də görüşəndən sonra, maşının qapıları bağlandı və Nissan Sunny yerindən sürətlə götürülərək, Tiflisin yolunu tutdu.
     -Bu iş də beləcə bitdi - dedi Artuş, kədərli gözlərlə maşının ardından baxaraq.
     Həyat yoldaşının məyus sifətinə profildən baxan Zauru gülmək tutdu:
     -Heç nə bitməyib. Hər şey elə yenicə başlayır. Biz artıq evli cütlüyük.
     Artuş gözünü yoldan ayırıb Zauru birinci dəfədir görürmüş kimi, qəribə-qəribə ona baxdı.
     - Düz deyirsən. Amma bircə onu bilmirik ki, ər kimdir, arvad kim?
     - Bu kateqoriyalar bizə aid deyil Artuş, odur ki, beynini bu cür lazımsız fikirlərlə yorma. Keçək içəri - deyərək, Artuşun qolundan tutdu. - Üşüməyə başladım.
***


     -Artuş, yadına düşür məktəbin həyətindəki idman meydançası?
     Nəşədən üçüncü qullabı alan Artuş, meyxoş gözlərini kənd evlərinin damlarından ayırmadan mırıldandı:
     -Həə. Nədi ki?
     Zaur nəşəni onun əlindən alaraq, tüstünü yanğı ilə ciyərlərinə sümürdü və yüngülcə öskürüb gözlərini yumdu:
     - Ən çətini dolanbac yarımçevrəli nərdivan idi. Onun pillələrindən yapışaraq, asılı vəziyyətdə əvvəlindən sonuna qədər irəliləməkdə hər zaman çətinlik çəkərdim. Bəzən gücüm çatmayanda sən qollarımdan, ayaqlarımdan yapışıb, təkan verərək qarşı tərəfə dartardın məni, sona çata bilim deyə. Mənim isə biləklərimdə gücüm tükənərdi, əllərim boşalardı. Bir dəfə cürət edib yarıyadək, müəyyən hündürlüyə qədər qalxa bilmişdim. Amma aşağı baxdıqda yumşaq torpaq olduğu halda belə yıxılacağımdan qorxaraq daha davam etmədim və sən məni pillələrdən aşağı endirdin.
     Artuş nəmli gözləri ilə Zaura ötəri nəzər salıb, təzədən kənd evlərinin damlarına baxaraq soruşdu:
     -İndi niyə bunları xatırlayırsan axı? Mənə əzab vermək üçün?
     - Sənə niyə əzab verməliyəm axı! Ona görə yada saldım ki, həmən nərdivanlar dəyişməyib, daha çətinləri ilə əvəz olunub. Dolanbac, labirintli həyat nərdivanları ilə... Bu nərdivanlar, idman nərdivanlarından fərqlidir. Amma yenə də pillələrdən yapışarkən biləklərim ağrıdır, yenə gücüm tükənir. Yenə çətin olur, yuxarıdan aşağı baxmağa ehtiyat edirəm. Çünki, artıq həmən aşağını yumşaq torpaq deyil, uçurum və qara dərinlik əvəz edir. Çətin və ağır olsa da pillələri irəliləməyə davam etməli oluram, əks halda qaranlıq uçuruma yuvarlanmaq var. Hərdən yorularkən buraxmaq istəyirəm pillələri, deyirəm - daha bəsdir. Olmur nədənsə...
     Bu labirintin sonu bilinmir Artuş... Sonu bilinmir...
     Artuş əsəbi halda nəşədən son qullab götürüb külqabında söndürdü:
     -Sən yenə başladın? Yenə qorxu, gələcəkdən narahatçılıq, bir-birimizi itirmək təhlükəsi... Hər şey bizim əlimizdə deyilmi? Sən nədən qorxursan?
     - Səhərlər sən mənə “sabahın xeyir” deyirsən, axşamsa “gecən xeyrə qalsın”. Bu iki cümlə arasında isə o qədər danışırıq ki... Niyə doymuruq bir-birimizdən? İstəmirəm bütün bunlar bir gün qurtarsın. Mən bundan qorxuram.
     -Qorxmaq lazım deyil Zaur. Ötən illərin yadigarı kimi əzab-əziyyətlə, kədərlə dolu əziz, dəyərli xatirələrimiz var. Onlara nəzər yetirdikcə düşünürəm, nə yaxşı ki, vaxtında bunları yaşamışıq. Acını dadmasan şirinin qiymətini bilə bilməzsən. Bu belədir. Ayrılıqdan qorxmaq lazım deyil. Sevginin ucuzlaşmaması, dadının damaqda qalması naminə bəzən ayrılıqlar olmalıdır.
     Gözləri dolan Zaur Artuşun heykəltəraşın əlindən çıxmış kimi möhtəşəm profilinə baxıb, səsi titrəyərək soruşdu:
     -Sən özün dediklərinə inanırsan?
     -İnanıram Zaur. Sən də bilirsən ki, bundan sonrakı ayrılığımız çox qısa olacaq. Biz artıq bir-birimizi tapmışıq. Biz artıq bir ailəyik hətta. Sən Bakıda, mən Yerevanda işlərimizi yoluna qoyandan sonra, haradasa üçüncü bir ölkədə yaşaya bilərik. Lap elə burada, Gürcüstanda.

***


     Kədərli və nəşəli, sevişmələrlə, göz yaşları və gülüşlərlə dolu üç gün daha geridə qalmışdı.
     Həyat gözəl idi və gənclərdə yaşamaq həvəsi yaranmışdı. Kəndin küçələrindən keçəndə, bazar-dükana gedəndə insanlara baxıb gülümsəyirdilər. İnsanlar da onlara baxıb təbəssümlə cavab verirdilər. Hamı xoşbəxt görünürdü. Zaur da, Artuş da özlərini misilsiz dərəcədə yaxşı hiss edirdilər. Hətta bütün ömürlərini burada, bu dilbər guşədə keçirməyə razı idilər.
     Zaur telefonunu açmışdı və Bakıdan arabir Akif Tağı zəng vururdu.
     -Hələ gəlmirsən?
     -Yox, burda çox rahatam. Bəzi işlərim də var.
     - Axı sənin Potidə nə işin ola bilər? Yoxsa kiməsə aşiq olmusan ay xatakar?
     -Elə də demək olar.
     –Vay vay vay. Belə de, biz də bilək də. Gürcü qızıdı?
     Zaur erməni xalq mahnısını zümzümə edə-edə mətbəxdə qurdalanan Artuşa ötəri nəzər salıb gülümsündü.
     -Xeyr, gürcü qızı deyil.
     -Bəs kimdi?
     -Akif, bunları Bakıda danışsaq olar?
     - Yaxşı, yaxşı. Nə vaxt gəlirsən? Hər şey bir yana, amma işlərimiz tökülüb qalıb axı. Norveç səfirliyindən zəng vurmuşdular, layihəmizi qəbul edirlər.
     Zaur ayağa qalxıb otaqda var-gəl etməyə başladı:
     -Bax bu çox əla xəbərdi. Yəqin ki, üç gün sonra Bakıda olaram - dedi və bir daha dönüb mətbəxə baxdı. Artuş şkafa söykənib siqaret çəkir, ifadəsiz sifətlə Zaura qulaq asırdı. Zaur gözünü ondan ayırmadan, bir də təkrarladı - bəli, üç gün sonra Bakıdayam.
     Telefonu söndürüb pəncərə kənarına qoydu, küçədə oynayan uşaqlara baxdı və köks ötürüb üzünü təzədən Artuşa çevirdi.
     -Deməli üç gün sonra Bakıdasan?
     Zaur alnını ova-ova:
     -Azərbaycan dilini təsəvvür etdiyimdən də yaxşı bilirsənmiş - dedi.
     -Söhbəti dəyişdirmə. Doğrudan gedirsən?
     -Bir gün onsuz da ikimiz də getməliyik, ya yox? Sən özün deməmişdin, qısa ayrılıq olacaq? Bunu gecikdirməyin nə mənası var? Bakıda işlərim yarımçıq qalıb. İndicə Akif dedi ki, Norveç səfirliyindən bir layihəmiz keçib. Onunla məşğul olmalıyam. Sən də get evinə-eşiyinə, işlərini gör. Nə zaman istəsək görüşə biləcəyik onsuz da.
     Artuş başını bulaya-bulaya otağa keçdi.
      Əslində düz deyirsən. Bilmirəm sənin sözlərin məni niyə bu qədər özümdən çıxardı. Adicə elektron poçtumu bir həftədi yoxlamıram. Yüz dənə məktub gəlib yəqin. Bu kənddə adam nə qədər qala bilər?
     Zaur ona doğru iki addım atıb yanaqlarını sığalladı.
     –Nəşəmiz də qurtarıb.
     -Bəli, nəşəmiz də qurtarıb. Gərək Şotadan istəyəydik.
     Zaur əlini Artuşun yanağından çəkib mətbəxə girdi və qədəhlərə şərab süzə-süzə dedi:
     -Şotanın bizə borcu zadı var? Bir dəfə iki qutu aldıq bəsdir də. Özü də neçə gündür vəhşi kimi çəkirik. Sabah günorta Tiflisə yola düşürük. Etirazın yoxdu?
     -Yox... Bu ayrılıq gecəsini unudulumaz etməyə söz verirsənsə, etiraz etmirəm.
     Əlində qədəhlərlə otağa qayıdan Zaur:
     - Bizim hansı sevişməmiz unudulmaz olmayıb ki, bu da unudulmaz olmasın - dedi və qədəhi Artuşa uzatdı - İçək iki başdan xarab avantüristin sağlığına!

***


     Tiflis heç bu qədər boz olmamışdı. Çırtma vursan partlayıb yer üzünü suya qərq etməyə hazır qapqara buludlar şəhərə hücum çəkmək üçün üfüqdə hazır vəziyyətdə gözləyirdilər. Külək xəfif əssə də, hava buzlu olduğundan adamın nəfəsi kəsilirdi. Qış artıq özünü əməlli-başlı hiss etdirirdi.
     Düşüklük kimi çıxmasaydı, Zaur təbiətin belə onların ayrılığına hüznləndiyini deyərdi. Ağlına gələn fikrə görə özü-özünə güldü. Artuş onun sürüşən dodaqlarını görüb soruşdu:
     -Nə oldu, nə gülürsən?
     - İndi biz səninlə sevgili kimi yox, evli insanlar kimi aynlırıq. Mən Tiflisdə həyat yoldaşımı qoyub gedirəm.
     -Biz necə evliyik ki, barmaqlarımızda üzüklər yoxdu?
     Zaur onun ciddi olub-olmadığını anlamaqdan ötrü diqqətlə üzünə baxdı. Artuşun da gülümsədiyini görüb, özü də güldü.
     -Bu dünyada evli olduğumuzu bizdən başqa üç nəfər bilir.
     -Şota ilə Dodikoya güvənirsən?
     Zaur çiyinlərini çəkdi:
     –Hər halda özləri də kişi cinsinə qarşı laqeyd deyillər. Belə olan halda, bizi ifşa etmələri nə qədər məntiqlidir?
     Onlar “Alan” Osetin restoranında oturmuşdular. Zaurun qatarı 20.35-də Bakıya hərəkət etməli idi. Artuş isə ertəsi gün səhər tezdən Yerevana rahat, konfortlu avtobusla getməyə qərar vermişdi. Yəni bir gecə Tiflisdə tək qalacaqdı.
     - Şotaya zəng vurmamaqla düz hərəkət etdiyini düşünürsən? - Artuş Zaurun boşqabına xaçapuri tikəsini qoya- qoya soruşdu.
     Zaur əli ilə ona əngəl olmağa çalışdı.
     - Çox qoyma, o qədər də ac deyiləm. Xeyr, düzgün eləmirəm. Amma onu indi, bu saat görmək istəməzdim. Səndən başqa heç kimi görmək, danışmaq istəmirəm.
     -Səni başa düşürəm...
     - Mən qatara minəndən sonra zəng vurub mənim adımdan üzrxahlıq edərsən. İstəsəniz bu gün görüşə də bilərsiniz.
     Zaur bunu deyib yoxlayıcı nəzərlərlə Artuşa baxdı.
     -Nədi, olmaya məni sınayırsan? Onunla görüşmək istəyib-istəmədiyimi məndən açıq soruşa bilərdin.
     -Səni qısqandığımı düşünürsən?
     -Düşünmürəm, bundan əminəm.
     Artuş güldü və Zaura ağzını açmağa fürsət vermədən əlavə elədi:
     - Amma məni qısqanmağın xoşuma gəlir. Xeyr, arxayın ola bilərsən - o gürcüylə yatmaq fikrim yoxdu. Ümumiyyətlə səndən başqasına aid olmayacağam. Heç vaxt.
     Zaur xaçapuridən balaca bir tikə kəsib çeynəməyə başladı.
     -Bundan şübhəm yoxdu Artuş.
     -Nə isə... Deyəsən biz adam kimi ayrılmağı da bacarmırıq. Qatarın bir saat sonra yola düşür. Neçədə qalxaq?
     -Yarım saat da oturaq, xahiş edirəm.
     -Oturaq deyirsən oturaq da. Mən sənə görə narahatam.
     Zaur dərindən köks ötürüb siqaret yandırdı. Əsəbi və gərgin görünürdü. Ətrafına bir neçə dəfə göz gəzdirdi, elə bil kimisə axtarırdı.
     -Nə olub sənə? - Artuş soruşdu və bir az qabağa əyildi.
     -Qatarın hərəkət vaxtı yaxınlaşdıqca, başa düşürəm ki, adam kimi vidalaşmağı da bacarmıram. Duyğulanmın qarşısına keçə bilmirəm. Xudahafiz demək, çox ağır gəlir mənə... Səndən bir xahişim olacaq Artuş.
     -Eşidirəm səni.
     -Mənimlə vağzala gəlmə.
     - Məni başa düşməlisən Artuş. Qatann dalınca əl yelləyən aşiq obrazlarından zəhləm gedir. Gəl səninlə burada, restoranda ayrılaq...
     Artuş çətinliklə də olsa:
     -Səni başa düşürəm -dedi. - Necə istəyirsən elə olsun.

SOMNAMBULA

İsayi-Məryəm həqiçün heç qərarım qalmadı,
Didəmi giryan edərsən, bağrımı qan erməni.
     Kupedə Zaurdan başqa Bakıya iki qadın və bir ixtiyar kişi də gedirdi. Üçü də azərbaycanlı idi. Saat on ikiyə qalsa da, heç kim yatmaq barədə fikirləşmirdi. İkinci mərtəbədəki yerində uzanan Zaur Tiflisdə yarımçıq qoyduğu Platonovun “Can” romanını qaldığı yerdən oxumağa başlamış, aşağıda gedən söhbətlərə, çanta və kulyoklardan çıxarılaraq masaya düzülən toyuq qızartmasına, pomidorlara, turşulara və Koka-Kolaya fikir vermirdi. Ona iki dəfə “nuş eləmək” təklif olunsa da, Zaur nəzakətlə sərnişinlərin dəvətini geri çevirmişdi. Kök, yoğun barmaqlarında üzüklər işıldayan qadın Zauru dilə tuta bilmədiyini görüb, yanında oturan obiri arvada göz vurdu. Lakin bu qadın da Zaurdan müsbət cavab almayınca, söhbətə yaşlı kişi qarışdı.
     - Oğlum, birincisi uzanan yerdə kitab oxumazlar, gözlərin xarab olar. İkincisi də ki, səhərə qədər yol gedəcəyik, ölərsən axı acından!
     - Çox sağ olun dayı, ac deyiləm, qatara minməmişdən əvvəl doyunca yemişəm.
     Kök qadın gurultulu səslə Zaura əmr elədi:
     -Ay bala düş görüm aşağı, bəsdi naz elədin! Burda əlli adamlıq yemək var.
     Zaur bu dəfə daha sərt tərzdə:
     -İstəmirəm. Vallah-billah istəmirəm - dedi. - Acan kimi düşüb bütün yeməklərinizi yeyəcəm, söz verirəm.
     Qadın məyus halda çiyinlərini çəkdi:
     -Özün bilərsən oğlum. Məndən təklif eləməkdi.
     Kişi toyuq budundan böyük bir tikəni iştahla qopardıb, dili pəltək vura-vura dedi:
     - İndiki cavanlar bizim vaxtımızdakı cavanlara oxşamır. İndikilər qatarda kitab oxuyurlar. Biz kitab oxumağın da, yeməyin də yerini bilirdik. Kitab evdə, kitabxanada oxunar, daha qatarda yox ki!
     Kök qadının yanında oturan əlli yaşlarında, əsmər qadının əynində Çin istehsalı ucuz, zövqsüz, tünd yaşıl rəngdə kofta yubka vardı. “Yaşıl” qadın kişiyə etiraz etdi:
     - Əşi kitab oxumağın da yeri olar? Kaş elə bütün cavanlar kitab oxuyaydılar. Məsəlçün, elə mənim oğlum. Boyunu yerə soxum onun, necə ki, o mənim boyumu yerə soxdu.
     Pomidorun yarısını çeynəmədən mədəsinə ötürən kök qadın, oğlundan gileylənən ananı tərs-tərs süzüb soruşdu:
     -Elə niyə deyirsən ay bacı?
      “Bacı” dərin bir ah çəkdi:
     -Soruşma bacı, dərdim böyükdü.
     Dərdi böyük olan qadın, başını aşağı salıb çarpayının dermantin örtüsünü sığallamağa qoyuldu.
     Kişi soruşdu:
     - Bəlkə tanış olaq? Yol gediriksə, bir-birimizin adını bilməliyik ya yox? Mənim adım Tofiqdir.
     Kök qadın da özünü təqdim elədi:
     -Rüşviyyə.
     Əsmər arvad axır ki, gözlərini və əlini dermantin üzlü çarpayıdan ayırıb bir Rüşviyyəyə, bir Tofiqə baxdı:
     -Adım Ceyrandı.
     -Bəs sənin adın nədir oğlum - kişi başını qabağa verərək yuxarı boylandı, Zauru görməyə çalışdı. Lakin gördüyü Zaurun dirsəyi olmuşdu. - Nədi yatmısan bala?
     -Adım Zaurdu.
     - Lap yaxşı Zaur - Tofiq dedi və yenidən divara yaslandı. - Əla çaçam var, bilmirəm indi neynəyim. Xanımlar yəqin ki, içən deyil. Zaur bəy isə kitab oxumaqla məşğuldu.
     Ceyran, Tofiqin sual dolu baxışlarının öz üzərində dayandığı görüb, tez-tez başını buladı:
     -Yox qardaş, içən deyiləm. Mənlik deyil.
     Rüşviyyə isə gözlərini süzərək, cavabı ilə kişini mat qoydu:
     – İçirəm o yana da keçirəm. Hələ özüm kimi içən görməmişəm - nə kişi, nə də qadın!
     On dəqiqədir bir səhifəni bitirə bilməyən Zaur, aşağıda gedən mənasız söhbətlərin onun diqqətini dağıdacağını, oxuya bilməyəcəyini anlayıb vərəqin ucunu qatladı və kitabı bağlayıb aşağı düşdü.
     Tofiq gənc oğlanın yuxarıdan sallanan ayaqlarını görəndə “əhsən!” deyə qışqırdı. Zaur düşüb onun yanında oturdu:
     -Mən ancaq içə bilərəm. Yemək yeməyəcəyəm, çünki toxam.
     -Zaur, məndən incimədin sən allah?
     -Yox, niyə inciməliyəm axı?
     -İnandırım səni, adama elə kef qalacaq, kitab yox. Baxmayaraq ki, Ceyran xanım mənimlə razı deyil.
     Tofiq üç plastik stəkana çaça, üç stəkana da kola süzüb öz çaçasını qaldırdı:
     -İçək tanışlığımızın şərəfinə. Yolçu yolda gərək!
     Rüşviyyə bir nəfəsə çaçanı içib dodaqlarını geniş araladı və “fuu” eləyib toyuğun qanadını gəmirməyə qoyuldu.
     Tofiq çaçanın üstündən Kola içib boğazını təmizlədi və süzgün baxışlarını Ceyrana dikib soruşdu:
     -Ceyran bacı deyəsən oğlundan yanıqlısan. İndiki cavanlar belədi də... Gərək fikir verməyəsən.
     Ceyranın dərdi açıldı:
     - Necə fikir verməyim ay qardaş, deyirəm soxdu mənim boyumu yerə, biabır elədi məni. Sən isə deyirsən fikir verməyim.
     Rüşviyyə çəpəki ona baxdı:
     -Nə olub ey oğluna? Neynəyib sənə ay bacı?
     Ceyran köks ötürdü, başını buladı:
     -Vallah bilmirəm necə deyim... Elə biabırçılıq törədib ki, lap mat qalmışam. Utanıram vallah deməyə.
     Tofiq növbəti çaçaları süzə-süzə soruşdu:
     -Borçalıdansınız?
     -Bəli, Bolnisidənəm.
     Tofiq növbəti dəfə plastik stəkanını qaldırıb dedi:
     -İçək ulu türk yurdunun, Borçalı mahalının sağlığına! Var olasan Ceyran bacı!
     Rüşviyyə də sağlığa qoşularaq çaçanı başına çəkdi. Zaur da içkini iki qurtuma boşaldıb divara yaslanaraq Ceyranın üzünə çökmüş kədərin arxasında gizlənən səbəblər barədə hekayəti dinləməyə hazırlaşdı.
     -Hə bacı bağışla - Tofiq dedi. - Söhbət bu zəhrimarsız getmir. Danış görüm neyləyib axı sənin bu oğlun? Neçə yaşı var onun?
     Ceyran dəsmalını çıxarıb gözlərinin ucunu sildi:
     - 15 yaşı var köpək uşağının, onu görüm 16 yaşına sağ çıxmasın.
     Sərxoş olmağa başlayan Rüşviyyə Ceyranın çiyninə yumruqla yüngülcə vurdu:
     -Aaz kiri, qarğıma!
     Ceyran “ah, ah dərdim böyükdür” deyib, gözlərini bir də dəsmalla sildi.
     - Bizim küçədə oğlanlar yığışıb dava-dava, futbol oynayırlar tez-tez. Mənim sağ olmamış oğlum da bizim küçənin dəstəsinə başçılıq eləyirdi. Üç ayın söhbətidi, nə başınızı ağrıdım. Dava-dava oynayanda, qonşu məhlənin oğlanları ilə söz qoyublar ki... Vallah xəcalətimdən yer aralansa, yerə girərəm.
     Maraqla qadını dinləyən Tofiq “sənin xəcalət hissinə tüpürüm” demək istəsə də, özünü saxlayıb dişlərinin arasından:
     -Ay bacı, özümüzük burada - dedi. - Yol yoldaşı həm də sirdaş deməkdir, danış görüm. Tay niyə uzadırsan.
     Ceyran razılıq əlaməti olaraq başını yelləyib “hə, hə qardaş düz deyirsən” dedi və hekayətinin davamını gətirdi:
     -Söz qoyublar ki, uduzan dəstənin atamanını udan dəstənin atamanı... o məsələ eləyəcək.
     Rüşviyyə gözlərini bərəldib dəqiqləşdirdi:
     -“O məsələ” nədir aaz?
     Ceyran hövsələsini itirməyə başlayırdı. Rüşviyyəyə yalvarıcı tonla dedi:
     -Başa düş də ay qız, o məsələ... Necə deyim ey... daldan...
     Tofiq “nırç nırç nırç” eləyərək çaçaları süzdü. Rüşviyyə isə əllərini bir-birinə çırparaq təmizlədi, bir yandan da bir litrlik Fanta butulkasından çaça süzən Tofiqə baxıb, göz-qaşını oynada-oynada:
     -Gör ey! Biabırçılığa bax ey! İndiki uşaqlar nədir aaz! Vuuuy.
     Ceyran Rüşviyyənin dediklərini başı ilə təsdiq etdi:
     - Düz deyirsən bacı, uşağı dünyaya gətir, onunla bir evin içində yaşa, boya-başa çatdır, o da getsin belə bir iş tutsun! Heç adam da öz övladından gözləyər belə pozğunluğu? Mən orta məktəbdə riyaziyyat müəlliməsiyəm. Oğlum birinci sinifdən gözümün qabağında dərs oxuyub, tərbiyə alıb. İndi rüsvay olmuşam bütün rayona, məktəbə də gedə bilmirəm.
     Tofiq, Rüşviyyə və Zaur çaçalarını içib stəkanları masanın üstünə qoydular.
     -Danış bacı, danış ürəyini boşalt - dedi Tofiq, Koladan qurtumlayaraq.
     -Danış deyəndə ki, nə danışım ey? Mənim yetimçəmin dəstəsi oyunda qalib gəldi, rəqib dəstənin atamanını götürüb apardılar fəaliyyət göstərməyən köhnə bir fermaya. Orda mənimki, 14 yaşlı uşağı arxadan zorlayıb. Gedədən qan açılıb, evdə də gizlədə bilməyib, aparıblar xəstəxanaya. Axşam evdə oturmuşdum, bir də gördüm polislər qapını sındırır. Uşağı götürüb qandalladılar, apardılar bölməyə. Bax belə...
     Ceyranın gözlərindən yaşlar boşaldı. Zaur ürək ağrısı ilə qadına baxır, iki əli ilə tutduğu kola stəkanını ovuclarının içində o yan-bu yana bururdu.
     - Məhkəmə oldu, 6 il iş verdilər, uşaq koloniyasına saldılar. Mən də gedirəm Bakıdakı qohumlarımın yanına. Üzüm var rayonda bayıra çıxmağa? Ara sakitləşənə qədər gərək Bakıda qalım. İşdən də istefa ərizəmi yazmışam.
     Rüşviyyə tərs-tərs Ceyrana baxıb soruşdu:
     -Bəs ərin yoxdu sənin?
     - Yoxdu bacı, yoxdu. Səkkiz il əvvəl traktor sürəndə, birdən traktor yanmağa başladı, içində kül olub öldü. Sağ olsaydı bəlkə də bunlar başımıza gəlməzdi. Gedə tərbiyə zad görərdi.
     Rüşviyyə başını arxaya çəkib “nırç” elədi:
     - Allah ərinə rəhmət eləsin amma elə şey yoxdur. Uşağın gərək qanında, mayasında olsun. Deməli sənin oğlunun qanında oğraşlıq var imiş. Xətrinə dəyməsin.
     Ceyran yalvara-yalvara:
     -Sən də mənim yarama duz basma ay bacı, mənim günahım nədir axı?
     Rüşviyyə əməlli başlı dəm olmuşdu - yanaqları pörtmüş, dodaqları nəmlənmiş, gözləri qızarmışdı.
     - Aaz necə yəni mənim günahım nədir? Tifilinə yiyə dura bilmirsən, tay niyə doğursan aaz? Camaatın oğlan uşağını niyə bədbəxt eləyirsiniz?
     Tofiq müdaxilə edərək, fağır qadına təzyiq göstərən Rüşviyyəni susdurmaq istəsə də, Rüşviyyə qızıl bilərzikli yoğun biləyini qabağa verib ona “sənin işin yoxdu” mənasında işarə elədi. Ceyran ağlaya-ağlaya:
     -Mən nə edə bilərdim axı ay bacı!? Olan oldu da. Mən hardan biləydim ki, mənim oğlum belə iş tutacaq?
     Tofiq ağlayan qadının stəkanına kola süzüb ona uzatdı:
     - İç bacı, iç. Rüşviyyəyə fikir vermə - sonra da Rüşviyyəyə üzünü çevirib onu danladı: - Niyə belə deyirsən ay bacı? Adamın Allahı olar. Ananın günahı nədir?
     Rüşviyyə partladı:
     - Necə yəni günahı nədir? Necə yəni nədir? Oğlan böyüdürsən yiyə durmalısan! On beş yaşına çatıb, qızıb da! Öküz boyda adamdır, şeyi durub dəməy axtarır.
     Ceyran çaşqın halda imdad diləyən nəzərlərlə kupedəkilərə bir-bir baxıb gözlərini Rüşviyyənin yumru, makiyajlı sifətində saxladı:
     -Əgər qızıbsa, mən neynəyə bilərəm axı?
     Rüşviyyə toyuğun döşünü duzlaya-duzlaya rişxəndlə dedi:
     - Neynəyə bilərdin? Məsəlçün özün dombalaydın, səni qayrıb rahattaşaydı. Daha camaatın uşağını bədbəxt eləmək nəyə lazımdı?
     Zaur diksinib kolanı dizinə dağıtdı. Tofiq əli ilə ağzını tutub gözlərini dəhşətlə bərəltdi. Ceyran isə iki əli ilə sifətinə şillə vurub, üzünü cırmaqlaya-cırmaqlaya ulamağa başladı:
     -Boooy, booooy! Aaz sən nə danışırsan aaaz! Bu nə sözdü maa deyirsən kişilərin yanında?
     Rüşviyyə gözlərini süzüb duzladığı toyuq döşünü ağzına atdı, çeynəyə-çeynəyə:
     -Kişi nədi aaz! Kişi qaldı 41-45-də.
     Onun kişi və kişiliklə bağlı dedikləri Zaurun vecinə olmasa da, Tofiqə bu söz möhkəmcə toxundu:
     - Rüşviyyə bacı yaxşı başlamışdıq, amma burada qatıqladın. Sənin rastına kişi çıxmayıbsa, o sənin problemindir, bizim yox. Qarşında iki nəfər kişi xeylağı oturub, sənin danışdığın sözə bax! Tutub sikərəm səni, görərsən kişi necə olur!
     Rüşviyyə dəm olsa da, həddini aşdığını başa düşüb səhvini düzəltdi:
     -Məni gərək bağışlayasınız. Özümü saxlaya bilmədim. Hansı zəmanədə yaşadığımızı görəndə, havalanıram.
     -Səni də başa düşürəm bacı - dedi Tofiq, mızıldayaraq ağlayan Ceyrana gözucu baxa-baxa. - Bir sözünlə razıyam ki, zəmanə yaman pisdir. Bizim vaxtımızda oğlana zada tamah salmaq nə idi axı? Bu zəhrimar baş alıb gedir indi. Hər yan petux-metuxdu. Bizim vaxtımızda saf məhəbbət, necə deyərlər romantika var idi. Məsəlçün mənim indi 65 yaşım olsa da, ilk məhəbbətimi bu günə qədər xatırlayıram.
     Tofiq stəkanlara növbəti çaçanı süzə-süzə gülümsədi.
     -İçək bunu ilk məhəbbətimizin sağlığına.
     Rüşviyyə çaçanı bir nəfəsə içərək, üzünü turşutdu və kolanı başına çəkdi. Zaur isə balaca bir qurtum almaqla kifayətləndi. Artıq keflənmiş, başı dumanlanmışdı.
     - Həəə. İlk məhəbbət alayı şeydir bacı - dedi Tofiq duzlu xiyarı iyləyərək. - İndiyə qədər bu mahnı dilimin əzbəridir:
Mən onu sevmişəm bir ilk baharda,
O məni tərk etdi boranda qarda.
Hər yara sağalır unudulanda,
Sağalmaz yarası ilk məhəbbətin.
     1958-ci ilin sentyabr ayında «Bakı Ticarət-Kulinar Şagirdliyi Məktəbi»-ndə birinci kursa gedərkən, qrupdakı qızlar arasında gözlərim uzun saçlı Almaz adlı bir qıza sataşdı. İlk baxışdan ona qarşı məhəbbətimin yarandığını hiss etdim. Onun uzun hörüklərinə baxanda isə ona qarşı olan məhəbbətimin daha da artdığını başa düşürdüm.
     Ceyran gözlərini silib sakitləşmişdi. Diqqətlə kişiyə qulaq asırdı. Rüşviyyə isə toyuğun sümüyünü sümürürdü. O, “hüpp” səsi çıxararaq iliyi sovurub qurtarandan sonra, barmaqlarını yaladı.
     -Dərslər zamanı onunla bir skamyada oturmağa və istehsalat təcrübəsinə bir briqadada getməyə can atırdım. Biz bir həftə birinci, digər həftə isə ikinci növbə istehsalat təcrübəsi keçdiyimizdən, bəzən evə qayıdarkən onu evə yola salırdım. Ailəsi Qubada yaşadığından, Almaz Lermontov küçəsindəki bir mərtəbəli evlərdə, qohumugildə qalırdı. Sonralar, həmin evlər sökülərək yerində indiki Nazirlər Kabinetinin binası önündəki şəlaləli bağ salındı. Onu evlərinə yola salanda o, çox narahat olurdu. Qorxurdu ki, qohumları görsün.
     Bir müddət sonra hiss etdim ki, ona ürəyimi açmasam ilk məhəbbətin alovu məni yandırıb yaxacaq. Beləliklə, mən ona tələbə yeməkxanasında şirniyyatla çay içərkən öz ürəyimi açdım və onu dəlicəsinə sevdiyimi bildirdim. Qızın susduğunu görüb, ürəyimdə bir arxayınlıq hiss etdim və onun susmasını razılıq əlaməti kimi qəbul etdim.
     Birinci kursun yanvar ayında biz üç fənndən imtahan verməli idik. Mən, iki imtahandan əla qiymət almışdım. Üçüncü imtahan isə «Sanitariya və gigiyena» fənnindən idi. Biz ikimiz də bilet çəkib oturmuşduq. Almaz biletin suallarını yaxşı bilmədiyindən məndən kömək etməyimi xahiş etdi. Mən, müəllimin bir neçə dəfə mənə xəbərdarlıq etməsinə baxmayaraq ona kömək edirdim. Nəticədə müəllim məni vaxtından əvvəl sorğuya dəvət etdi. Bütün suallara və eyni zamanda əlavə suallara cavab verməyimə baxmayaraq, imtahanda özümü yaxşı aparmadığım üçün müəllim mənə «yaxşı» qiyməti yazdı. Mən əlaçılıqdan düşdüm və bu mənim ilk məhəbbətimin ilk qurbanı oldu. Lakin, sən demə məhəbbətimin daşa dəyməsinə çox az qalıbmış.
     Belə ki, ikinci semestrdə dərsə gələrkən mən, Almazı bir daha görmədim. Onu axtardım. Və qrupumuzda oxuyan yaxın rəfiqələrindən biri, “Almazı bibisi oğluna nişanlayıblar, bu yaxınlarda toyu olacaq. Onun oxumağına nişanlısı icazə vermir” dedi. Mən çox məyus oldum, onu unutmağa çalışdım. Lakin ilk məhəbbətimi unuda bilmədim. Bu günə kimi onun uzun hörükləri hələ də yadımdadır...
     Tofiq hekayətini bitirib gözlərinin yaşını əlinin tərsi ilə sildi, bir qurtum kola içdi. Zaur acıyaraq kişiyə baxırdı. Rüşviyyə də yanağından süzülən gilələri yağlı əlləri ilə üzünə yaxdı və soruşdu:
     –Bəs sonra nə oldu ay Tofiq? Ondan sonra qızı görmədin?
     -Mən, 10 ildən sonra ailə qurdum - dedi Tofiq qaşlarının altından Rüşviyyəyə baxaraq. Səsi titrəyirdi. - Qismətimdən Xumar xanım da əslən Qubalı çıxdı. Lakin mən ilk məhəbbətim haqqında ona heç vaxt danışmadım, çünki o mənə qarşı çox qısqanc idi. Xumar xanım dünyasını dəyişəndən bir il sonra bacılarımla söhbət əsnasında ilk məhəbbətim haqqında bir neçə dəfə söhbət açmışdım. O vaxtdan 48 il keçməsinə baxmayaraq ilk məhəbbətim yadıma düşərkən ürəyim titrəyir, özümdən asılı olmayaraq xəyallara dalıram. 40 ildən çoxdur ki, Soyuducu zavodunda işləyirəm, lakin Almaz kimi uzun hörüklü qıza hələ də rast gəlməmişəm. Qız övladım da olmadı ki, ondan hörük uzatmasını xahiş edim. Bəzən fikirləşirəm ki, nə üçün qızlarımız saçlarını uzadıb hörük vurmurlar. Axı uzun hörüklü qızın gözəlliyi daha cəlbedici olur.
     Tofiq özünü saxlaya bilməyib ağlamağa başladı. Rüşviyyə də hönkürtüsünün qarşısını ala bilmirdi artıq. Ceyran isə səssiz və xəsis ağlayırdı, çünki göz yaşları öz hekayətini nəql etdiyində tükənmişdi. Zaur bir-bir kupedə oturanlara baxır, ürəyi bulanırdı. Tofiq davam elədi:
     -Son günlər, ilk məhəbbətimi tez-tez xatırladığımdan yuxumu qarışdırırdım. Bir gün yuxumda ağ gəlinlik paltarında uzun saçlı bir qadın gördüm. Onun saçlan paltarı kimi bəyaz idi, lakin yenə də iki hörük vurulmuşdu. O mənə yaxınlaşanda onun həmin qıza oxşadığını görüb: “Olmaya son vaxtlar ilk məhəbbətimizi tez-tez xatırlamağım səni narahat edib, nə olar, bu da bir taledir”- dedim. O mənə yaxınlaşaraq: “Bilirsən, o vaxt mən sənin məhəbbətinə cavab verməmişdim, lakin sonradan çox peşman oldum. Gec də olsa bildirirəm ki, mən də səni o vaxt dəlicəsinə sevirdim, lakin abır-həyanı gözləyən bir azərbaycanlı qızı kimi onu sözlə ifadə etməyə utanırdım. Mən səni indi də sevirəm, ancaq başqasının evindəyəm” - deyə söylədi.
     Mən yuxuda özümü itirmişdim. Bir anlığa özümü ələ alıb: “Olmaya Xumar xanım dünyasını dəyişdiyi üçün mənim könlümü almaq istəyirsən? Mən övladlarım, gəlinlərim və nəvələrimlə ömrümün qalan hissəsini yaşayıram. Mənim heç kimə ehtiyacım yoxdur” - dedim.
     “Mən sənin xətrinə dəymək istəmirdim. Mənim də övladlarım və nəvələrim var. Qoy hamımızın övladları və nəvələri xoşbəxt olsunlar. Xüdahafiz, mən indi getməliyəm” - deyib sağ əlini mənə uzatdı. Mən onun əlini sıxdım, əlləri titrəyirdi. Bu zaman qan-tər içində yuxudan ayıldım. O vaxtdan bir rahat yuxu yata bilmirəm.
     Rüşviyyə ağlamaqdan daha betər qızaran gözlərini salfetlə qurulayıb dedi:
     -Ah Tofiq, ah! Kövrəltdin məni əməllicə. Deyirsən yaşın keçib. Amma yaşın keçsə də sən kişisən. Mən isə qadınam, hər ötən il bir az da cavanlığımdan qoparıb aparır. Qocalmaq, qocaldıqca da vətənimi bu gündə görmək məni çox kədərləndirir.
     Ceyran “can bacı” deyərək qadına təsəlli verirdi. Ağlayan Rüşviyyəyə yaxınlaşıb əlini boynuna doladı, yanağından öpdü. Qadınlar öpüşüb-qucaqlaşdılar. Tofiq qadınların banşmasına sevinmişdi:
     -Bax belə! İçək qadınların sağlığına! Onlar olmasaydı, biz də olmazdıq!
     Zaura da süzmək istədi, ancaq o, stəkanında hələ çaçanın qaldığını, içmək istəmədiyini dedi. Tofiq:
     -Oğlum, indidən belə passiv olma. Bu içki deyil, can dərmanıdı!
     -Ürəyim istəmir dayı, Tiflisdə çox içmişəm.
     -Özün bilərsən - Tofiq Zaura qarşı marağını itirib, Rüşviyyəyə stəkanı uzatdı.
     -Bunu da içək Rüşviyyə bacı! İçək, görək başımıza nə gəlir.
     Rüşviyyə əlləri və dodaqları titrəyə-titrəyə stəkanı götürdü, başına çəkdi, öskürməyə başladı. Ceyran onun kürəyindən üç dəfə vurandan sonra, Rüşviyyə əli ilə ona “bəsdir, dayan” işarəsi verdi.
     -Çox sağ ol bacı, yaxşıdı. Əllərin dərd görməsin. Tofiq qardaşın hekayəti məni kövrəltdi. Ümumiyyətlə ürəyim xüsusən payızda ərköyün uşaq kimi kövrək və ağlağan olur. Onu ovutmaq üçün dəridən qabıqdan çıxsam da nə sızıltısı kəsir, nə göz yaşı quruyur. Keçən il də payız könlüm kimi kövrək gəlmişdi. Bağ-bağat xiffətdən saralmışdı, buludlar bir himə bənd qəmli-qəmli göy üzündə sürünürdü.
     Rüşviyyə köks ötürüb nədənsə gözlərini Zaurun üzünə zillədi və baxışlarını ondan ayırmadan boğuq səslə dedi:
     -Buludlara qoşulub ağlamaq istədiyim günlərin birində qəfildən yığışıb getdim kəndə. Belə anlarda məni kənddən başqa heç nə tutub saxlaya bilməz. Payızın sazağında küləklərə qarışıb itməmək üçün ayağım torpaqda, əllərim ağac budaqlarında olmalıydı. Kənd məni balası üçün qəribsəmiş ana kimi basdı bağrına. Sanki iki həsrətli qovuşmuşdu. Göyün də qaş-qabağı açılmışdı. Bağlarda hələ nar, heyva ağaclannm budağında saralmış yarpaqlara sığınaraq gizlənib qalmışdı. Ağacın son barının dadı bütün dadlardan şirin və əziz olur. Az qala hər ağacı, hər kolu sevə-sevə, öpə-öpə bağda dolaşmaqdan duyduğum ləzzəti heç nəyə dəyişmərəm. Aran yerinin payızı çox gözəl və ruhoxşayan olur. Qızmar istidən sonra həzin sərinlik təbiəti qızılı-san rəngə boyayır, yolların toz-tozanağı yatır, ağır zəhmətdən, istidən yorulmuş insanların dincəldikcə bət-bənizləri açılır, gözləri gülür və bütün bunlar insanda ruh yüksəkliyi, könül xoşluğu yaradır. Hələ toy-büsatları demirəm. Kənddə yay sovuşandan, əl-ayaq yığışandan sonra toylar başlayır. Şəhər toyları zəngin süfrəsi ilə seçilirsə, kənd toyları zəngin şənlikləri, gözəl adətləri ilə seçilir.
     Rüşviyyə bunları deyib gözlənilmədən sağ yanını yuxarı qaldırıb gurultuyla qaz buraxdı. Kupe dəydi bir- birinə. Ceyran cəld onun yanından qalxaraq qapının yanına sıçradı, divara sığınıb qorxu dolu gözlərlə Rüşviyyəyə baxdı. Zaur vəziyyəti başa düşüb tez qapını açdı. Tofiq isə kupeni dolduran kəsif, ağır turşu üfunətinə fikir ver- mədən, ağsaqqal müdrikliyi ilə dedi:
     - İçki sadəcə ürəkləri yox, başqa orqanları da, məsələn bağırsaqları rahatladır, genişləndirir. Davam elə bacım, burada utanılası heç zad yoxdur.
     Rüşviyyə minnətdarlıq dolu gözlərlə kupedəkilərə bir-bir baxıb gəyirdi və dedi:
     -Sağ olun dostlar. Minnətdaram sizə. Mən cavanlığımda Avropanın bütün sosialist ölkələrini gəzmişəm, görmüşəm. Orada qaz buraxmaq ayıb sayılmır. Bizdə də bir söz var - Avropanın pis cəhətlərini atıb, yaxşı cəhətlərini götürmək lazımdı. Mən də ictimai yerdə rahat qaz buraxmağı, Avropanın yaxşı cəhətlərindən sayıram. Nə isə, mən harda qalmışdım?
     Tofiq ona kömək elədi:
     -Deyirdin ki, kənd toyları zəngin olur.
     -Hə, hə. Bəxtimdən kənddə hər gün toy şənliyi qurulurdu. Demək olar ki, hamısına dəvət olunurdum.
     Cavanlara xeyir-dua verməyi də xahiş edirdilər. Mən də çalışırdım camaatın xətrinə dəyməyim, arzularına əməl eləyim. Bu toylardan həmişə zövq alırdım desəm yalan olar, heç siz də buna inanmazsınız. Bu səs-küydən, qarma- qarışıqlıqdan yorulduğum, bezdiyim anlar daha çox olurdu.
     Amma kimsənin qəlbini qırmaq istəmirdim, az da olsa toylarda otururdum, söz də deyirdim, rəqs də eləyirdim. Amma hər halda elimin-obamın içində olmaqdan, onlarla deyib-gülməkdən məmnun idim.
     Növbəti toy yaxın qohumumun idi deyə erkən getməli, istədim-istəmədim sonacan iştirak etməliydim. Toy mağarında çox qala bilmirdim, çay qaynadılan, xörək bişirilən yerlərdə fırlanır, qohum-əqrəba ilə söhbətləşirdim. Qadınlar qollarını çırmalayıb böyük həvəslə biş-düş edir, gələn qonaqlara vaxtında və layiqli qulluq edilməsi üçün canfəşanlıq göstərirdilər. Şəhərin quru, rəsmi həyatından isti, məhrəm, doğma kənd həyatına düşməyim qəlbimdə elə şirin, elə kövrək hisslər oyatmışdı ki, özümü cənnətdəki kimi rahat hiss eləyirdim. Birdən toy mağarındakı səs- küy diqqətimi çəkdi. Maraq məni mağara gətirdi. Hündürboy, cavan bir oğlan ortalıqda qızmış pələng kimi vurnuxur, yaxın gələni sinəsindən itələyir, çalğıçılara tərəf dartınıb bağırırdı:
     -Mənim havamı çalın, tez olun, yoxsa burda qan eliyəcəm.
     Toybəyi yazıq, irəli gəlməkdən qorxsa da, elə kənardan onu sakitləşdirməyə çalışırdı:
     -Ə qadan alım, havanın adını de da, bu yazıqlar nə bilsin ki, sənin havan nədi.
     Oğlansa ipə-sapa yatmırdı ki, yatmırdı:
     -Bilməlidirlər axı, niyə bilmirlər! Tez olun çalın mənim havamı.
     Kimsə camaatın içindən dedi ki, ayə onun anasını çağırın, bəlkə o bilər oğlunun havasını. Tez qabağında önlük qab yumaqla məşğul olan məzlum görkəmli bir qadını mağara gətirdilər. Mən bu qadını tanımırdım, deməli bizim kənddən deyildilər. Oğlanı tanımamağım mənə adi görünürdü, çünki kənddəki cavanları tanımaya bilərdim, amma yaşlıların hamısını tanıyırdım. Yanımdakı qohumların birindən soruşdum ki, bu kimdir? Dedi ki, bəs qaçqındılar, Laçın rayonundan gəlib qonşu kəndə sığınıblar. Ana yazıq əllərini önlüyünə silə-silə mağarın ortasında valaylanan oğluna yaxınlaşıb:
     -Allah sənin cəzanı versin, bala məni yenə el içində biabır elədin. Üzün qara olsun, məni niyə üzüqara eliyirsən - deyə-deyə onu mağardan çıxarmağa başladı.
     Toybəyi:
     - Ay Qızbəs bacı, onun havasının adını bilirsənsə de çalsınlar, oynasın çıxsın-deyəndə ana yazıq-yazıq:
     -A bala, “Laçınım” mahnısı var ey, onu çalın - dedi çalğıçılara.
     Çalğıçılar “Laçınım” mahnısını çalmağa başladılar. Oğlan ortalıqda fırlanmağa başladı. Hər dəfə fırlandıqca turşumuş tər iyi də mağarı fırlanırdı. Əynindəki ağ köynəyin qollarının altı kürəyəcən sap-sarı tər ləkəsi olan bu gəncin yanında burnunu tutmadan dayanmaq olmazdı. Bir azdan oğlan yenidən qışqırdı:
     -Ə niyə oxumursan hıy? Dilin qabar olmaz ki, bir Laçınım desən, oxusan.
     Yazıq müğənni başladı oxumağa. Müğənni canı dildən oxuyur, sərxoş oğlan da ortalıqda əl-qolunu ata-ata oynayırdı. Qəlbimdə bir sızı, bir ağrı vardı və Laçına yazığım gəlirdi. Bu bəxtsiz torpaq orda erməni tapdağında inləyir, burda da bizim təhqirimizə dözürdü. Anası bir zülmlə oğlanı toyxanadan çıxararaq götürüb getdi.
     Oyun növbəsini gözləyən bir dəstə cavan çıxdı ortalığa. İnsafən qəşəng oynadılar. Bir xeyli oynayandan sonra iki nəfərdən başqa ortalıqda cavan qalmadı, camaata, çalğıçılara təzim edərək çıxdılar. İki nəfərdən biri çalğıçılara pul verib mahnı sifariş elədi:
     -Ə qağa, bir “Cimi” çal, oxu.
     Mən əvvəlcə bunun nə olduğunu anlamasam da, musiqi səslənəndə Mitxun Çakrabortinin oynadığı indeyski filmdən mahnı olduğunu bildim. Oğlanın biri ortalıqda gah meymun kimi atılıb-düşür, gah da əzilib-büzülür, ilan kimi qıvrılırdı. Yazıq müğənni üç-dörd kəlmə sözü təkrar-təkrar oxuyur, oğlansa hərdən:
     -Ə, düz-əmməlli oxu da, bu necə oxumaqdır?- deyərək təzədən qışqırırdı.
     Bu mənzərə əvvəlki əhval-ruhiyyəmi bircə anda dəyişmişdi. Ürəyimi sanki iki əl bərk-bərk tutub sıxırdı. Nəfəsim təngidi və özümü mağardan bayıra güllə kimi atdım. Evimiz toy evinə yaxın idi. Evimizə gəlib, bağçada nar ağacının dibinə qusdum. Qorxurdum, qorxurdum ki, düşmən əlindən torpaq almalı, vətən qorumalı oğullarımız hamısı beləcə “Cimi” havasına oynaya-oynaya qınından çıxa, yad bir qına, dona girə və Qarabağ adını unuda, torpaq iyini yadırğaya. Əllərimi göyə uzadıb:
     -Allah, sən özün kömək ol - dedim.
     Rüşviyyə bu sözləri deyib əllərini qaldırdı və ağlaya-ağlaya Allaha dua eləməyə başladı.
     Osturaq qoxusu kupeni artıq tərk etsə də, Zaur başının ağrıdığını və ürəyinin bulandığını hiss edib, tambura çıxdı, açıq pəncərədən başını bayıra çıxararaq gözlərini yumdu, təmiz havanı acgözlüklə udmağa başladı.

2


     Qırışlı sifəti heç dəyişməyən bədbin, ətalətli Bakı iyun günəşinin altında süst düşmüşdü. Qızmar günəş şəhərin başına od yağdırır, ayaq altında əriyən asfaltdan qalxan isti adamın sifətini yandırırdı. Damlarda qaynayan qırın iyinə qarışan turşumuş tər qoxusu, maşınların tüstüsü şəhərin divarlarına, daşa-torpağa hopmuşdu. Qara tumanlı qara-qura oğlan uşaqları şəhərin müxtəlif yerlərində quraşdırılan fontanlarda çimir, polislər onları qovsa da, beş dəqiqə sonra qayıdıb yenə suya dalırdılar. Dənizkənarı parkda səs-küydən ağız deyəni qulaq eşitmir, qara eynəkli, qara şalvarlı, ağ köynəkli əyalət oğlanları üzlərində makiyajları əriyən qızlara sataşır, hərdən bir onlara barmaq da atırdılar. Bu əyalət oğlanlarının bacıları bir qayda olaraq Bakının “Mars”, “Piraniya”, “Koral” kimi barlarında fahişəlik etdiyindən, onların küçədə gördükləri qızlara sataşaraq, talelərindən intiqam almaqdan başqa çarələri qalmayıb. Dönərin ürəkbulandıran qoxusu dönərxanaların yanından keçənlərin paltarlarına, bədənlərinə yapışır, tər iyinə qarışırdı. Şəhərdə aparılan tikinti və bərpa işlərində çalışan qurşağa qədər soyunmuş fəhlələrin qaldırdığı toz buludu yoldan keçənlərin ciyərlərinə hopur, astma xəstəsi olanları öskürək pristupuna tuturdu. Yolların və səkilərin asfalt örtüyü, daş döşəməsi üç-dörd aydan bir dəyişdirildiyindən, piyadalar dizlərinə qədər palçığa, quma batır, maşınlar isə havadakı tozun bir an olsun yerə düşməsinə imkan vermirdilər. İlıq pivə içmək üçün kilkə qoxuyan, kondisionersiz kafelərə daraşan adamlar, bir müddət sonra oradan ucuz pivə və balıq iyi verə-verə çıxıb, şəhərin canına düşürdülər. Tinlərdə əyinlərinə naxışlı qara köynəklər geymiş, boyunlarının ardına yaylıqlar qoymuş əli təsbehli, bığlı şəhər qədeşləri istidən ləhləyir, hər on beş-iyirmi metrdən bir qızmar asfaltın üstündə bağdaş quran qara çarşablı dilənçilər əsəblərə toxunan cır səslərilə “Həzrət Abbas” və “İmam Hüseyn” adına pul dilənirdilər. Ağzına qədər dolmuş zibil qutularının üstündə vız vuran yaşıl, qara milçəklər, cücülər və eşşək arıları, zibillikdə ruzisini axtaran it-pişik, əsasən də rus millətinə mənsub “bomj”ların üz-gözünə yapışırdılar. Bomjlar onları əlləri ilə üzlərindən qovsalar da, bir-iki saniyə sonra həşəratlar təzədən, bu dəfə daha qətiyyətlə zavallılara hücum çəkirdilər. Musiqiyə yüksək səs verib dar küçələrdə şütüyən avtomobillər, siqnalları ilə şəhəri başlarına götürmüşdülər. Sfetoforların yarısının işləmədiyi paytaxt Bakıda yaranan tıxaclarda ilişib qalan avtobus və mikro avtobusların təpədən dırnağa qədər suyun içində olan, bir-birlərinin tər və müxtəlif ifraz qoxularını nəfəslərinə çəkən bakılılar və şəhərin qonaqları, siqaret çəkən sürücüyə lənətlər yağdırır, başlarını pəncərələrdən çıxardıb sərinləməyə çalışır, qoltuqlarının altı qırxılmamış arvadlar xırda bir bəhanə tapıb davaya, söyüşə başlayırdılar. Sürücülər də boş dayanmır, yanlarından ötüb keçən rəqiblərini ana-bacı söyüşləri ilə söyür, onların qız-gəlinlərini yada salırdılar. İki-üç nəfərlik qruplarla işləyən cibgirlər də basabasdan istifadə edib, camaatın ciblərindən mobil telefon və pulları çırpışdırırdılar. Sovet dövründə əkilən, müstəqillik dövründə isə ildə minlərlə kəsilən ağaclardan yoxsun qalan Bakının əhalisi min bir müsibətlə kölgə tapıb, sərinləməyə çalışır, bəzi adamlar ağcaqanadlı, toz- torpaqlı bağlara üz tutur, əhalinin bir qismi də Şixov çimərliyində üstündə on santimetrlik neft təbəqəsi olan, kanalizasiya sularının axıdıldığı Xəzərə kəllə vururdular. Çimərlikdə xələtlə suya girən abırlı-ismətli xanımlara, sahildə satılan isti qarğıdalıları yeyib sapını, qarpızları gəmirib qabıqlarını qumun üstünə tullayaraq milçəklərə ziyafət verən adamlara da rast gəlmək olurdu.
     Tiflisdən qayıdandan sonra günlər həftələrə, həftələr də aylara qarışıb getmişdi. Bu zaman ərzində dünyada, ölkədə, regionda və Zaurun həyatında çox şeylər baş vermişdi. Gündüzlər uzanmış, gecələr qısalmış, hicran bütün ağırlığı ilə çiyinlərinə çökmüşdü. Zaur işlərinə qaldığı yerdən davam edirdi. Norveç səfirliyinə bir ilə yaxındır verilən layihə nəhayət təsdiq olunmuş və Qafqaz Sülhməramlı Təşəbbüslər Mərkəzi, Cənubi Qafqazdakı qaçqın və məcburi köçkünlərin danışdıqları hekayələrdən ibarət “Keşməkeşli qaçqınım mənim” adlı iki cildlik toplunun dörd dildə çap olunması üçün, 50 min avroluq qrant udmuşdu.
     Sözsüz ki, bu puldan sonra Zaurun maddi vəziyyəti də xeyli yaxşılaşmış, başı bütövlüklə layihəyə qarışmışdı. Onun Artuşla yeganə əlaqəsi MSN proqramı idi. Saatlarla kompüter vasitəsilə danışır, audio-vizual sevişirdilər. Ayrılığın qısa olacağına, tez bir zamanda üçüncü ölkədə, məsələn Gürcüstanda görüşəcəklərinə dair bir-birlərinə verdikləri vədləri müəyyən səbəblərdən gerçəkləşdirə bilməmələri onları dərindən sarsıtsa da, vüsala olan ümidlərini itirmirdilər.
     Yalnız gecələr, dərin yuxuda olarkən ruhu sevgi dolu bədənindən ayrılaraq aşiqinin ruhu ilə qovuşur, səhərə yaxın isə gecənin ehtiraslı səyahətlərindən bədəninə qayıdırdı. Günəşlər divarda asılmış güzgüdə çilik-çilik olub cingilti ilə otağa yayılanda, Zaur bu günün də Artuşsuz keçəcəyini düşünərək, ürək sancısı ilə çarpayıdan qalxırdı. Valideynləri görməsin deyə ereksiyasını əli ilə birtəhər örtüb vanna otağına qaçır, lirik mahnılar züm-zümə edə-edə əl-üzünü yuyur, üzünü qırxır və tərləmiş güzgüdə bulanıq əksinə baxaraq “Daha nə qədər, nə qədər sürəcək bu həsrət?” düşünürdü.
     Valideynləri oğullarının evlənməyəcəyi faktı ilə artıq barışmış görünürdülər. Beynəlxalq münasibətlər fakültəsini əla qiymətlərlə bitirən, ingilis dilini mükəmməl bilən Zaur, atasının Xarici İşlər nazirliyində, ya da neft şirkətlərinin birində işləməsinə dair etdiyi təkid və verdiyi məsləhətləri qulaq ardına vuraraq, QHT sektoruna yönəlmişdi. Zaurun nə üçün gürcü, osetin, erməni, abxaz və axıska türklərinin problemləri, bölgənin münaqişələri ilə maraqlandığını, hansı səbəbdən mətbuatda kəskin yazılarla çıxışlar edib, hamıyla üz-göz olduğu və özünü təhlükəyə atdığını Zaurun nə anası, nə atası nə də ki, qohum-əqrəbası başa düşə bilmirdilər.
     -Bu münaqişələr Cənubi Qafqazda həmişə olub, bundan sonra da olacaq. Onları həll eləmək sənə düşüb oğlum? - deyirdi atası. - Sənin gördüyün işdə nə pul var, nə də ki, hörmət. Sənin düz-əməlli karyeran da olmayacaq. Yalnız risk və təhlükə! Günü-gündən düşmənlərinin sayı artır. Akif Tağı avantürist adamdır. Onun qrant udmaq və xarici kəşfiyyat orqanlarının tullantılarını yeməkdən başqa dərdi yoxdu. Sənin qabağına isə qəpik- quruş atır.
     - Ata mən işimi sevirəm! Bir ay çox qazanaram, bir ay az. Nə fərqi var? Əsas odur ki sərbəstəm, azadam. Ölkələri gəzirəm, yeni-yeni insanlarla tanış oluram.
     -Görürəm elə, necə gəzirsən. Tiflisə üç günlük gedib, on günə qayıdırsan. Bircə dəfə də zəng vurub xəbər vermirsən ki, ay ata, ay ana sağ-salamatam. Biz isə burda ürəyimizin içini yeyirik.
     Demək olar ki, həftədə azı bir dəfə Zaurun atası ilə buna oxşar dialoqları baş verirdi. Hər ikisi bu dialoqları artıq əzbərləmişdilər. Bu səhər də ənənə təkrarlanmışdı.
     Bir stəkan çay içib ryukzakını çiyninə asan Zaur, qapını çırparaq evdən çıxdı və Sahil metrosunun yanında yerləşən Qafqaz Sülhməramlı Təşəbbüslər Mərkəzinin ofisinə piyada gəldi.
     Kondisionerlə sərinlənən ofisdə Akif Tağıdan başqa heç kim yox idi - Katibə məzuniyyətə çıxaraq dincəlməyə Antalyaya getmişdi, ikinci koordinator Teyyub isə Kiyevdə konfransdaydı. Zaur özünə Nescafe hazırlayıb masasının arxasına keçdi, kompüterini açdı. Gözlərini monitordan ayırmayan Akif:
     -İşlər necə gedir? - soruşdu.
     -Necə olacaq. Kişi yenə beynimi xarab elədi səhər-səhər.
     - Atadır. Yaxşı yaşamağını, pul qazanmağını istəmək onun da haqqıdır. Sən onu başa düşməlisən. Heç bir ata öz övladının pisliyini istəməz.
     Artuşdan elektron məktub gəldiyini görən Zaur, Akifin sonuncu sözlərini eşitmədi. Məktubu açıb, həvəslə oxumağa başladı.
     “...Günlər saralmış yarpaqlar kimi bir-bir ayaqlarımın dibinə tökülərkən, mən hər gecə gözlərimi qaranlığa dikib sənin aydınlığını gözlədim. Beləcə payız da, qış da, yaz da bitdi, yayın cırhacırındayıq indi. Ötən həftə iki günlüyünə Tiflisə getməli oldum. Sənə özüm yazmadım ki, narahat olmayasan. Bilirdim ki, işini-gücünü atıb gələcəksən. Minlərcə addım atdım Tiflisin küçələrində. Hər guşəsinə baş çəkdim. Hər parkı, hər ağacı əzbər- lədim. Sevdaya boyanmış hər bir yerdə sənin adını aradım. Evlərin divarları bir-bir üzərimə yıxılırdı sanki. Üzərimə çökən sevgi acısının şiddətindən qıvranarkən, məni bu ağrıdan dartıb çıxaracaq əllərini axtardım. Hicran şeirləri yazdım sənə. Qaranlıqlara qışqırdım həsrətimi. Səsimi duyarsan deyə, boş-boş gözlədim. Səndən gələcək bir tək xəbərə həsrət qaldım. Saatlar əsirlər kimi gəldi mənə. Səni axtarmaqdan yorğun düşmüş bədənimi qaranlığın qucağına uzatdım gecələr boyu. Səhərin bir göz qırpımında açılması üçün ATA otelində yuxuya getmək istədim. Bacarmadım. Səhəri gözlərimi bağlamadan açdım. Hər gecə ayaq səslərini dinlədim, bəlkə gələn sən olarsan deyə. Hər səhərlə birgə hüzn yağdı ürəyimə. Günəş yalnızlıq rəmzi idi mənim üçün... Hər şey sənsən”.
     Zaur göz yaşlannı gizlətməyə çalışaraq, qəhvədən bir qurtum içdi.
     -Nə olub? Yenə nədi girmisən kompüterin içinə?
     Zaur başını qaldırıb Akifə baxdı.
     -Məktub gəlib, təcili cavab yazmalıyam. Bir dəqiqə icazə ver mənə.
     - Buyur, buyur. Səninlə işim yoxdu, elə belə soruşdum.
     Nescafedən bir qurtum da alıb yazmağa başladı.
      “...Səni çox gözəl başa düşürəm Artuş. Kaş ki, xəbər verəydin mənə, gələydim Tiflisə. Bilmirəm niyə belə elədin axı sən? O ki, qaldı həsrətə... Mən də hər mövsümdə sənin yoxluğunla islandım. Yaz çiçəkləri açılıb bahara xoş gəldin deyəndə, mən onun heç də xoş gəlmədiyini bilirdim. Uzun qış aylarından sonra gəlməz sandığım köçəri quşlarla bərabər, Bakıya dönməni gözlədim. Sən isə yox idin onların arasında. Adı bilinməyən qəsəbələrə getdim səndən bir iz tapmaq üçün. Dənizin sonsuz dalğalarına ümid bağladım. Bulvarda gözləyirdim səni. Limanlara sənin olmadığın gəmilər yanaşırdı. Amma mənim gözümdən bircə damla duzlu yaş axmadı. Göz yaşlarımı sənin üçün saxlayıram çünki. Heç kimə aça bilmirəm ürəyimi. Bunun nə qədər böyük bir zülm olduğunu sən də yaxşı bilirsən. Sığınacaq bir liman, yaslanacaq bir sinə axtarıram. Hər gecə ay param-parça olur. Hər gecə ulduzlar bir-bir düşür soraqlara. Ulduzları ovuclarına doldurub mənə gətirməyini istəyirəm. Günəş kimi doğub bu qara dünyamı aydınlatmanı istəyirəm. Amma sən yoxsan yanımda... Sən yoxsan”.
     Zaur məktubu göndərdikdən sonra, rəfdə qovluqlar arasında qurdalanan Akif Tağıdan soruşdu:
     -Akif, sən Yerevanda olmusan. Bu şəhər sənə necə təəssürat bağışladı?
     Akif Zaura döndü, gözləri gülürdü. Əlində qovluq ona yaxınlaşdı:
     – Səninlə bu haqda dəfələrlə danışmışıq axı. Sən mənim hər iki səfərimi əzbərə bilirsən.
     –Düzdür, danışmışıq. Amma ən əsas sualı sənə vermək yadımdan çıxıb.
     -Nə sualdır o elə?
     -Özünü orada necə hiss edirdin? Hansı duyğular keçirdi ürəyindən?

<< 1 / 2 / 3 / 4 / 5 / 6 / 7 / 8 / 9 / 10 / 11 >>

Bölmə: Azərbaycan ədəbiyyatı | Əlavə edildi: azerhero (12.09.2014) | Müəllif: R.C E W
Baxış: 726 | Reytinq: 0.0/0
Bütün rəylər: 0
omForm">
avatar

Kitablar — zamanın dalğaları ilə səyahət edən və nəsildən-nəslə öz qiymətli yükünü ehtiyatla aparan fikir gəmiləridir.

- Frensis Bekon

Son 90 gün ərzində kitab oxumamaqdan daha pisi kitab oxumadığına görə narahat olmamaqdır.

- Cim Ron

Kitabları yandırmaqdan daha pis şey onları oxumamaqdır.

- Rey Bredberi

Yaxşı kitab aysberqə oxşayır, onun yeddi-səkkiz hissəsi suyun altında gizlənib.

- Ernest Heminquey

Kitablarım mənə çatacaq qədər böyük bir krallıqdır.

- Shakespeare

Mən, kitablarımı yaratmadan əvvəl, kitablarım məni yaratdılar.

- Montaigne

Kitabsız yaşamaq; kor, kar, dilsiz yaşamaqdır.

- Seneca

Bu günün gərçək universiteti, bir kitabxanadır.

- Carlyle

Kitab, tək ölümsüzlükdür.

- Rufus Choate

Exlaqa uyğun ya da zidd kitab deyə bir şey yoxdur. Kitablar ya yaxşı yazılmışdır, ya da pis. Hamısı bu qədər!

- Oscar Wilde

Ümidlə açılıb qazancla bağlanan bir kitab, yaxşı bir kitabdır.

- Alcott

Kitablar, itmiş başların abidələridir.

- Sir William Dave

Kitablar, heç solmayacaq bitkilərdir.

- Herrick

Kitab heç aldatmayan bir yoldaşdır.

- Guilbert De Pixrecourt

Axmaqlarla oturub-durmaqdansa , kitabla tənha oturmaq yaxşıdır.

- Qasım bəy Zakir

İnsan güc ilə yox, mütaliə etməklə ağıllanır.

- C.Bruno

Az bildiyini başa düşmək üçün çoxlu oxumaq lazımdır.

- Mişel Monten

Kitablar özünüzə və başqalarına hörmət etməyi öyrədəcək, ürəyi və ağlı, dünya və insanlıq sevgisiylə dolduracaq.

- Maksim Gorki

Kitab həyatın ən uzaq və qaranlıq yollarında insana işıq bəxş edən əfsanəvi çıraqdır

- A.M.Upit

BAKI QIZLAR UNİVERSİTETİ
1992-ci ildə təsis edilən və həmin vaxtdan da fəaliyyətə başlayan Bakı Qızlar Universitetinin (əvəllər Bakı Ali Pedaqoji Qızlar Seminariyası adlanırdı) yaradılmasında məqsəd respublikada qadın pedaqoji kadrlar yetişdirmək, onların intellektual səviyyəsini yüksəltmək və gənc qızları ailə həyatına hazırlamaqdan ibarətdir. Hazırda universitetdə "Sosial pedaqoji” və "Filologiya-tarix” fakültələri fəaliyyət göstərir. "Sosial pedaqoji” fakültədə "Təhsildə sosial-psixoloji xidmət”, "Psixologiya”, "Coğrafiya müəllimliyi”, "ibtidai sinif müəllimliyi”, "Məktəbəqədər təlim və tərbiyə”, "Riyaziyyat və informatika müəllimliyi”, "Filologiya-tarix” fakültəsində isə "Xarici dil (ingilis) müəllimliyi”, "Azərbaycan dili və ədəbiyyat müəllimliyi”, "Tarix müəllimliyi”, "Jurnalistika” üzrə bakalavr, "İbtidai sinifdə tədrisin metodika və metodologiyası”, "Pedaqogika nəzəriyyəsi və tarixi”, "Azərbaycan ədəbiyyatı”, "Azərbaycan dili”, "Azərbaycanın yeni və ən yeni tarixi” sahəsində magistratura səviyyəsində kadr hazırlığı aparılır.
Bakı Qızlar Universiteti Nazirlər Kabinetinin 1996-cı il fevralın 21-də 21 saylı sərəncamı ilə dövlət qeydiyyata alınmışdır. 2013-cü ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin lisenziya komissiyası BQU-nun çoxilli fəaliyyətinin, onun yüksək maddi-texniki bazasının, infrostrukturunun, təlim-tərbiyə sisteminin Azərbaycan Respublikası təhsil Qanununa Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Ali təhsil Müəssisələrinin fəaliyyətinə xüsusi razılıq (lisenziya verilməsi haqqında qərarına, Azərbaycan Respublikası Təhsil Nazirliyinin sənədlərinə uyğn qurulduğunu, pedaqoji kadrların hazırlanmasında əldə olunmuş nailiyyətlərini nəzərə alaraq universitetin fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsini məqsədəuyğun hesab etmişdir. Eyni zamanda 2013-cü ildə universitet akreditasiyadan keçmişdir. Universitetdə müxtəlif fənnlər üzrə kabinetlər, dörd kopüter otağı, kitabxana, badii yaradıcılıq studiyası, tələbə elmi cəmiyyəti, Tələbə Gənclər təşkilatı, dörd dərnəklər, nəşriyyat, idman zalı, yeməkxana, kadrlar şöbəsi və mühasibatlıq fəaliyyət göstərir.
Learn more