Əsas » Məqalə » Azərbaycan ədəbiyyatı

Əliyev Ələkbər (Əli Əkbər) yaradıcılığı-Artuş və Zaur-2

<< 1 / 2 / 3 / 4 / 5 / 6 / 7 / 8 / 9 / 10 / 11 >>

     Qonaqlar bir daha alqışları ilə Ernstin sözünü kəsdilər. Sadəcə olaraq bu dəfə, separatçı rejimlərin nümayəndələri alqışlara qoşulmadılar - onların Avropa Şurasına dəxli yox idi. Ernst alqışlardan ruhlanaraq, qətiyyətlə bildirdi:
     – Avropa Birliyi son illərdə, xüsusilə Azərbaycan, Ermənistan və Gürcüstanın AB-nin Yeni Qonşuluq Siyasətinə qoşulmasından sonra Cənubi Qafqazda daha aktiv fəaliyyət göstərməyə başlayıb! Gələn 2007-ci ildə AB Cənubi Qafqaz ölkələri ilə birlikdə Avropa Qonşuluq və Əməkdaşlıq Aləti adlanan proqramın maliyyə yardımın- dan yararlanmaq üçün layihələr hazırlamağa başlayacaq. Bundan əlavə, bu ildən başlayaraq AB-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi, səfir Piter Semnebi də münaqişəylə bağlı məsələlərin həllində xüsusi fəallıq göstərir. AB həmçinin son illərdə regiondakı münaqişə ocaqlarına dair daha çox siyasi bəyanatlar verməyə başlayıb. Ehtimal olunur ki, AB bölgədəki münaqişələrlə bağlı müxtəlif layihələr üçün Avropa Qonşuluq və Əməkdaşlıq Alətinin fondu tərəfindən maliyyə vəsaiti ayrılması üçün təşəbbüs göstərsin. Bu baxımdan, Cənubi Osetiya və Abxaziya münaqişələrinin həllinə yardım məqsədilə Avropa Birliyinin güclü siyasi dəstək verməsi üçün Gürcüstan müvəffəqiyyətli lobbiçilik fəaliyyəti nümayiş etdirmişdir.
     Ernstın bu sözlərindən sonra, yanaşı oturan Alanla Şota öz aralarında pıçıldaşmağa başladılar. Ernst isə onlara fikir verməyib, çıxışına davam etdi.
     -Ümumiyyətlə, AB-nin Cənubi Qafqazdakı münaqişələrin həlli üçün imkanları get-gedə daha da artır. Amma bu, heç də o demək deyil ki, AB siyasi bəyanatlar və layihələrin icrası yoluyla yardım göstərməkdənsə, hərbi gücdən istifadə edəcək. Mən hesab edirəm ki, AB-nin Dağlıq Qarabağ münaqişəsinə ən yaxşı köməyi onun ATƏT- in Minsk Qrupuna üzvlüyü olardı. Düzdür mən bu məsələləri həll etmək səlahiyyətində deyiləm, sadəcə öz arzularımı dilə gətirirəm.
     Cənubi Qafqazda münaqişələrin həlli üçün bütün tərəflər danışıqlar masası arxasında oturmalı və çətin kompromislərə hazır olmalıdırlar. Baxın biz bu gün, burada iki saata yaxın bir-birimizlə söhbət edəcək, bir-birimizi yaxından tanıyacağıq. Sabahdan etibarən isə iki gün ərzində konfransımızı keçirəcəyik. Erməni, gürcü, abxaz, osetin, azərbaycanlı - bu gün hamımız bir yerə toplaşmışıq, amma fikir verin, bu xalqlar arasında heç bir problem yaşanmır, onlar bir-birlərinə qarşı necə də mehriban və alicənabdırlar. Deməli, şərait yaradılsa, onlar sülh içində bir-birləri ilə yaşamağa da hazırdırlar. İki gün boyunca biz sivil insanlar kimi, öz problemlərimizi dilə gətirəcək, ürəyimizdə nə varsa açıq müzakirə edəcəyik.
     Münaqişə tərəfləri üçün inam yaratmaq və insanlar arasında qarşılıqlı əlaqəyə böyük ehtiyac var. Bütün Cənubi Qafqazda qaçqın və məcburi köçkünlərin könüllü şəkildə müharibədən əvvəlki evlərinə qayıtması üçün imkanlar yaradılmalıdır. Hər iki tərəf inanmalıdır ki, müharibə etməkdənsə, münaqişənin həll olunmasından daha çox yararlanacaqlar, xüsusilə iqtisadi inkişaf və ticarət sahəsində. Əgər Cənubi Qafqaz regionu iqtisadi zona kimi fəaliyyət göstərərsə, o zaman daha çox xarici investor bu regionda işləməyə maraq göstərəcək. Əsas da odur ki, üç respublikanın və tanınmamış respublikaların hökumətləri öz vətəndaşlarına münaqişələri tez bir zamanda hərbi yolla həll edəcəklərinə dair vədlər verməsinlər!
     Azərbaycanlı xanım jurnalistlər istehza ilə gülərək, başlarını buladılar. Ernst onlara tərəf baxdı.
     -Sizin deməyə sözünüz var deyəsən? Varsa buyurun.
     “Möhtəşəm Azərbaycan” qəzetindən Dilarə Manaflı, bərbad rus dilində danışmağa başladı:
     - Biz əlbəttə münaqişənin sülh yolu ilə həllinin tərəfdarıyıq. Lakin bu da mümkün olmazsa, hərb yolu ilə torpaqlarımızı azad etməyə qadirik. Yəni, lazım gələrsə vuruşmağa hazırıq. Ermənistan öz işğalçı ordusunu Dağlıq Qarabağdan çəkməyincə, torpaqları azad etməyincə, heç bir iqtisadi əməkdaşlıqdan söhbət gedə bilməz.
     David istehza ilə qızlar tərəfə baxıb, yarı ucadan:
     -Çox lazım idi sizin iqtisadi əməkdaşlığınız bizə...
     Ernst nəzarətin əldən çıxa biləcəyini başa düşüb müdaxilə etdi.
     - Xahiş edirəm, yerlərdən replikalar atılmasın. Mən bu tədbirin moderatoru kimi, münaqişələrin həllində KİV və QHT-lərin rolunun müzakirə edilməsini və çərçivədən kənara çıxılmamasını tələb edirəm. İndi isə, istərdim hər biriniz öz münaqişənizin tarixindən, səbəb-nəticə əlaqələrindən danışasınız. Müharibənin ilk günündən bu günə qədər yaşanan prosesləri, ötən zamanı müzakirə edək. Nələr itirib, nələr qazandığınızı bölüşün bizimlə. İstərdim, Qafqaz Sülhməramlı Təşəbbüslər Mərkəzinin nümayəndəsi Zaur Cəlilov birinci başlasın. - Ernst güldü və əlavə etdi, - sadəcə olaraq ona görə ki, Dağlıq Qarabağ münaqişəsi nəinki bölgədə, hətta bütün SSRİ-də itkilərinə və miqyasına görə etnik zəmində başlayan birinci münaqişə idi. Buyurun cənab Cəlilov.
     Zaur bir qurtum su içib Ernst Kopfa təşəkkür etdi, qonaqları salamladı və sözlərinə başladı:
     - Cənab Kopfun da qeyd etdiyi kimi, SSRİ dağıldıqdan dərhal sonra, müstəqillik qazanmış Ermənistan Respublikası dövlət səviyyəsində terroru dəstəkləyərək, terrorçuluğu təcavüzkar siyasətin əsas vasitələrindən birinə çevirdi. Amma nəzərinizə çatdırmaq istərdim ki, Dağlıq Qarabağ münaqişəsi SSRİ-nin süqutundan sonra yox, on- dan üç il əvvəl başladı. O ki, qaldı Ermənistanın dövlət səviyyəsində terroru dəstəkləməsinə, buna dair çoxsaylı faktlar, məhkəmə materialları var. Azərbaycanın dinc əhalisinə qarşı törədilən terror aktları Ermənistan hökuməti tərəfindən maliyyələşdirilir, bu ölkənin xüsusi xidmət orqanları tərəfindən həyata keçirilirdi.
     Ermənistan, faktiki olaraq, Azərbaycana qarşı açıq və ədalətsiz müharibəyə başladı. Ermənistanın hərbi birləşmələri Azərbaycanın sərhədlərini pozdu, Qarabağa daxil oldu və Dağlıq Qarabağın erməni separatçıları ilə birləşərək Azərbaycan torpaqlarının işğalına başladı. SSRİ silahlı qüvvələrinin Ermənistan və Dağlıq Qarabağ Muxtar Vilayətində yerləşən hissələri də onlara qoşuldular.
     Bayaqdan dodağında xəfif təbəssümlə Zaura qulaq asan Artuş, qəflətən onun sözünü kəsdi:
     -Dağlıq Qarabağ erməniləri sadəcə olaraq müstəqil, azad olmaq istədilər. Bu onların haqqı idi, indi də haqlarıdır. Bu gün hətta öz vətəndaşlarının, türklərin hüquqlarını tapdalayan Azərbaycandan bir erməni nə gözləyə bilər? Siz erməniləri onsuz da məhv edəcəkdiniz. Siz Dağlıq Qarabağ ermənilərinə silah qaldırdınız. Deməli siz öz vətəndaşlarınızı qırırdınız.
     Ernst əsəbi halda onun sözünü kəsdi:
     -Cənab Saroyan, mən replikaların qadağan olduğunu demişdim. Sizi intizama dəvət edirəm.
     Zaur söz aldı:
     -Cənab Kopf, mən etiraz etmirəm. Artuş danışa bilər. Mənim üçün də maraqlıdır.
     Ernst istəmədən də olsa razılıq verdi:
     - Amma iştirakçılardan xahiş edirəm, bunu ənənəyə çevirməsinlər. Buyurun cənab Saroyan.
     Artuş gülümsəyib dedi:
     -Təşəkkür edirəm. Hələlik bu qədər. Zaur davam etsin.
     Zaur “sağ olun” deyərək, çıxışına qaldığı yerdən davam etdi:
     -Ermənilərin Azərbaycan torpaqlarına, o cümlədən Dağlıq Qarabağa qarşı iddiaları onların "Böyük Ermənistan" yaratmağa yönəlmiş strateji planlarının tərkib hissəsi idi. Qərbi Ermənistan adını verdikləri Türkiyənin şərqinə də iddialıdırlar. Bu, artıq patologiyadır. Tarix boyu ermənilər, "ənənələrinə" sadiq qalaraq, həmişə əlverişli şərait yaranan kimi bu planın reallaşdınlması uğrunda mübarizəyə girişiblər. SSRİ-də 1985-ci ildə ermənipərəst Qorbaçovun hakimiyyətə gəlməsi ilə, erməni separatçıları növbəti dəfə fəallaşdılar. Buna görə də, bu münaqişə bizimlə Dağlıq Qarabağ arasında gedən münaqişə deyil. Çünki biz, belə bir subyekt tanımınq. Bu müharibə Azərbaycanla Ermənistan arasında aparılır.
     Dilarə ilə Sevdanın gözlərində Zaura minnətdarlıq oxunurdu. Onlar, Akif Tağınm adamından belə sərt çıxış gözləmirdilər. Ernst əlini qaldıraraq dedi:
     -Cənab Cəlilov, bu problemin, münaqişənin miqyasını görmək üçün, sizin sözlərinizə qulaq asmaq kifayət edir. Hələ siz, sülhməramlı fəaliyyəti ilə tanınan bir təşkilatın nümayəndəsisiniz. Bu cür sərt sözləri istənilən adam deyə bilərdi. Bəs sülhməramlının sıravi vətəndaşdan fərqi, maarifçilik missiyası olmalı deyilmi?
     Zaldakı separatçılar xısın-xısın gülüşdülər. Şotanın və digər gürcülərin üzlərində Zaura dəstək ifadəsi oxunurdu. Artuş isə soyuqqanlılığını və laqeydliyini itirmirdi.
     - Cənab Kopf, sizi başa düşürəm, - dedi Zaur. Amma siz özünüz münaqişələrimizin tarixindən, səbəb-nəticə əlaqəsindən danışmağımızı istədiniz. Mən də tarixə ekskurs edirəm. Ermənistanlı və Qarabağlı qonaqlar lazım bilsələr, sözlərimə düzəliş edərlər. Razılaşdıq?
     Ernst gözlərini yumub başını tavana qaldırdı:
     -Yaxşı, buyurun.
     -Sizin diqqətinizi 1992-ci il fevralın 25-dən 26-na keçən gecə baş vermiş Xocalı faciəsinə yönəltmək istərdim.
     O gecə müasir tarixin ən faciəli hadisəsi baş verdi. Erməni hərbi birləşmələri Xocalıda Rusiyanın 366-cı motoatıcı alayının əsgərləri ilə birlikdə azərbaycanlılara qarşı dəhşətli soyqırımı törətdilər.
     Siz burada Avropa dəyərlərindən, qanunlardan danışırsınız. Azərbaycana qarşı ədalətsiz müharibə aparıldığını, onun ərazi bütövlüyünün pozulduğunu və torpaqlarının ermənilər tərəfindən işğal olunduğunu Birləşmiş Millətlər Təşkilatı da təsdiq edib. BMT Təhlükəsizlik Şurası erməni silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərini tərk etməsi haqqında 4 qətnamə qəbul edib. Lakin erməni işğalçıları bu qətnamələri yerinə yetirmirlər bu günə kimi.
     Amma biz, sülh potensiyalının hələ də tükənmədiyini, sülh uğrunda var gücümüzlə işləməli olduğumuzu qəbul edirik. Bilirsinizmi, Azərbaycan Qafqazda xırda, etnik çərçivələrdən xeyli kənara çıxan, əslində vətəndaşlıq anlamını önə sürən unikal milli birlik - azərbaycançılıq - anlayışını yaratmışdır. Azərbaycan heç bir vaxt öz və- təndaşlarının üzərinə silahla getməz. Bizlər hesab edirik ki, Azərbaycan xalqı Dağlıq Qarabağ münaqişəsini sülh yolu ilə həll etməlidir. Bizim buna imkanımız da var. Azərbaycan xalqı etnik millətçilərin yaratdığı xalq deyil. Azərbaycan xalqı böyük azərbaycanlıların yaratdığı milli birlik əsasında formalaşmış xalqdır. Orada hər bir etnik qrupa yer var - rusa, yəhudiyə, talışa, erməniyə, ləzgiyə...
     David qəhqəhə ataraq onun sözünü kəsdi:
     -Amma Qarabağ erməniləri, özlərini bu siyahıda görmək istəmir, Azərbaycan vətəndaşı olmaq istəmirlər. Bunu birdəfəlik başa düşməlisiniz! Qarabağ əhalisinin öz müqəddəratlarını təyin etmə haqqı var...
     -İstəmirlərsə, onda istədikləri dövlətə gedə bilərlər. Məsələn Ermənistana. Qarabağ isə Azərbaycanın tərkib hissəsidir. Əlbəttə, hər bir xalqın öz müqəddəratını təyin etmə haqqı var, amma unutmayın ki, ermənilər bu haqdan istifadə ediblər və Ermənistan Respublikası adlı dövlət yaradıblar. Deməli, Azərbaycan vətəndaşlığını bəyənməyən istənilən erməni öz xalqının qurduğu ölkəyə köçə bilər.
     Sonuncu cümlələrini dediyi zaman çatılmağa başlayan gürcü qaşlarını görən Zaur, onlara heç də sərf etməyən fikir bildirdiyini anladı - bunu razılıq əlaməti anlamında astaca aşağı-yuxarı gedən abxaz və osetin başları da sübut edirdi. Amma bu konfransların nə qədər mənasız olduğu barədə çoxdan gəldiyi qənaət, onu yürütdüyü bu fikrə görə narahat olmamağa inandırdı.
     Ernst suyundan bir qurtum içərək, dedi:
     - Hesab edirəm, sizin ölkələrinizin futbol komandaları Azərbaycan və Ermənistanda oyunlar keçirsələr, bu, xalqlarınızın yaxınlaşması üçün bir zəmin yaradar.
     Artuş dodaq büzdü:
     - Siz əsl Avropalı kimi düşünürsünüz. Sizi anlamaq çətin deyil. Amma nəzərə alın ki, bizim ölkələrdə idman heç vaxt sülhün rəmzi kimi qəbul olunmayıb. Oluna da bilməz.
     Zaur da söz aldı:
     - Bizim bir milyondan çox qaçqın və köçkünümüz var. Qaçqınlardan kiminsə valideyni, qardaşı, ana-bacısı ermənilər tərəfindən öldürülüb. Onların gözləri qarşısında belə kütləvi tədbir keçirərkən heç bir təminat verə bilmərik ki, kimsə meydançaya girib, erməni futbolçularını vurmayacaq, döyüb-öldürməyəcək. Torpaqlanmızın 20 faizini işğal edən bir ölkənin bayrağını qaldırıb, himnini səsləndirə bilmərik. Bu, bizim qəti fikrimizdir. Yığmalarımız arasında oyunun nə Bakıda, nə də İrəvanda keçirilməsinə razı deyilik. Azərbaycan UEFA-ya mövqeyini bildirib. Oyunlar yalnız və yalnız neytral meydançada keçirilə bilər.
     Artuş onun sözünü kəsdi. Təmkinlə danışdı:
     - Siz QHT nümayəndəsisiniz cənab Cəlilov. Leksikonunuz siyasətçilərin, sıravi vətəndaşların leksikonundan fərqlənməlidir. Tamamilə razıyam cənab Kopfla. Biz vətəndaş cəmiyyətindən danışırıq, sülhməramlılıqdan danışırıq, sonra da qarşılıqlı ittihamlarla bir-birimizə hücum edirik. Bura cəngavərlik meydanı deyil. Həmkarım Zaurun ittihamedici çıxışlarının arxasında nəyin dayandığını bilirəm - Bakıda başına gələ biləcək hadisələrdən qorxur. Mən də onun problem yaşamasını istəməzdim. Ona görə də, hər kəsdən onu anlamasını rica edirəm.
     “Möhtəşəm” Dilarə, Artuşa cavab ötürdü:
     - Azərbaycan Ermənistan deyil ki, əks fikirdə olanları orada döyüb-öldürsünlər. Hər halda güllələnən sizin parlamentiniz olub, bizim yox.
     -Elmar Hüseynovu da biz, ermənilər öldürmüşük?
     Bu an, “Asaval-Dasavali” qəzetinin müxbiri Nino Dumbadze, yerindən qışqırdı:
     - Deyəsən bu gün ancaq Ermənistanla Azərbaycanın problemlərini dinləyəcəyik. Nəzərə alın ki, burada müzakirə olunası başqa məsələlər də var.
     Qurgen Ağacanyan Ninonun sözünü kəsərək, etirazını bildirdi:
     - Zaur və Dilarə təcavüzdən, işğaldan danışırlar. Hansı işğal? Qarabağ xalqı Azərbaycanın tərkibində qalmaq istəmirdi və ayrılmaq qərarına gəldi. Azərbaycan isə buna imkan vermək istəmədi. Onlar məcbur olub silaha silahla cavab verdilər. Bundan daha təbii nə ola bilər? İndi burada birlikdə yaşamaq mədəniyyətindən danışılır. Biz bu xalqla necə birlikdə yaşaya bilərik axı? Onların Qarabağ ermənilərinə münasibətinin necə olacağını başa düşmək üçün, Qazax rayonunda, Naxçıvanda dağıdılan xaçkarlara, qədim kilsələrimizə baxmaq kifayət edər. Azərbaycanda sistematik qaydada ermənilərə aid tarixi memarlıq abidələri dağıdılır. Erməni izini hər yerdən silib atmaq istəyirlər və buna nail olurlar. Mən Qazaxdakı müqəddəs Sarkis kilsəsinin dağıdılmasından danışıram. Ora sərhəddə yaxın bölgədə yerləşir. Nəzərə alsaq ki, vandallar texnikadan istifadə edərək bunu edirlər, onda belə çıxır ki, bu dövlət əli ilə aparılan məqsədli vandalizmdir. Qazax rayonu icra hakimiyyəti guya bundan xəbərsiz olduğunu deyir. Müqəddəs Sarkis kilsəsi çox böyük tarixi, memari əhəmiyyətə malikdir. Bu qədim Ermənistanın Tauş bölgə- sinin ən qədim abidələrindəndir. 1163-cü ildə inşa edilmişdir.
      “Müasir Müsavatdan” Sevda, yerindən dik atıldı:
     - Ağzınızın danışığını bilin! Tauş yox Tovuz! Bu şəhər qədim türk yurdudur və mən özüm də Tovuzdanam. Ora heç vaxt ermənilərə aid olmayıb!
     Bu məsələdən xəbərsiz olan Zauri isə, ağlına gələn ilk arqumenti səsləndirdi:
     -Mən bu haqda heç nə bilmirəm. Amma o bölgədə kilsə olubsa da, bu çox güman Alban kilsəsidir. Azərbaycan ərazisində erməni abidələri yoxdur.
     Artuş gülərək:
     -Altmışıncı illərdən başlayaraq, Müqəddəs Sarkis kilsəsini alban abidəsi kimi qələmə verməyə çalışırsınız, - dedi. Məntiqlə danışaq; Ərəb Xilafətinin Qafqaza ayaq açdığı VII-VIII əsrlərdən sonra Albaniya adlı dövlətin, alban adlanan xalqın mövcudiyyətinə son qoyulub. Kütləvi şəkildə islamı qəbul edən bir xalq beş əsr sonra birdən- birə niyə kilsə inşa etmək fikrinə düşsün? Belə fikirlərlə bu torpaqlarda ermənilərin yaşaması faktını guya gizlədə biləcəksiniz? Onda əgər o erməni yox alban kilsəsidirsə, azərbaycanlılar onu nə üçün sökürlər? Naxçıvanda, Cuqada da xaçkarları məhv etdilər. Bunu təsdiq edən foto və video materiallar var. Azərbaycan hakimiyyəti isə beynəlxalq ekspertlərin ora girməsinə icazə vermir.
     Stepan düzəliş elədi:
     -Azərbaycan hakimiyyəti yox, Azərbaycan nefti. Orda neft olmasaydı, ekspertlər istədikləri dərmə-deşiyə girə bilərdilər.
     Dilarə söhbətə qarışdı:
     -Əvvəla, varvarlığa qalsa Şuşada və Qarabağın müxtəlif yerlərində, hətta indi Ermənistan dediyiniz qədim Türk-Oğuz yurdu Qərbi Azərbaycanda bizə aid abidələri də siz məhv etmisiniz. Əgər kim birinci başladı, kim daha çox məhv etdi mübahisəsinə girişsək, siz yəqin ki, bundan uduzarsınız.
     Qurgen gülümsədi:
     - Xanım, “biz”, “siz” deyəndə siz kimləri nəzərdə tutursunuz? Ermənistanda hansı Azərbaycan abidəsi ola bilər? Axı, Azərbaycan adlanan dövlət 1918-ci ildə, azərbaycanlı adlanan xalq isə 20-ci əsrin 30-cu illərində yaranıb...
     Zaur isə problemə başqa aspektdən yanaşdı:
     - O ki, qaldı Naxçıvana girə bilməyən beynəlxalq ekspertlərə, demək istərdim ki, biz heç özümüz də Naxçıvana girə bilmirik. Siz Vasif Talıbovun kim olduğunu bilirsiniz? O istəsə bizim hamımızı, bax elə burdaca, Tiflisin mərkəzində, otellə birlikdə yerlə yeksan edər.
     Salonda böyük bir qəhqəhə qopdu. Gülən, dizlərinə vuraraq qəşş edən insanların fonunda, bir-birinə diqqətlə baxan iki cüt göz, iki ciddi üz heç gülmür, olduqca əsrarəngiz, heyrətamiz görünürdü. Zaurla Artuşun üzlərində ən xırda bir ifadə belə oxunmurdu. Nə fikirləşdikləri də bilinmirdi. Elə hey baxışırdılar... Sanki bir-birlərini daha yaxından tanımağa çalışırdılar...
     Zaurla Artuşun bir-birlərinə yaxınlaşmadığı, kəlmə kəsmədiyi 15 dəqiqəlik qəhvə fasiləsindən sonra, söz osetinlərə və abxazlara verildi. Onlar da azadlıqdan, öz müqəddəratlarını təyin etmək hüquqlarının olduğundan bolluca danışıb, Gürcüstanı topa tutdular. Aqresiv Şota onların sözlərini kəsmək istəsə də, bayaqkı qırğından sonra ağıllanan Ernst ona imkan vermədi. Bir ara Qarabağlı ermənilər osetin və abxaz “qardaşlarına” dəstək vermək istədilər. Ernst onlara da mane oldu. Əməlli başlı qızarmış, tərləmişdi. Allah bilir ürəyində, onu “bu meymunlarla işləməyə məcbur edənlərə” lənətlər yağdırırdı.
     Aləm qarışmış, məzhəb itmişdi. Bircə Artuşla Zaur qoruyurdular soyuqqanlılıqlarını. Onları heç nə maraqlandırmırdı. Onlar heç nəyi və heç kəsi eşitmirdilər. Ofsunlanmışdılar, donub qalmışdılar sanki. Yaxşıdı onlara fikir verən yox idi. Bircə... Şotadan başqa.
     Şota azərbaycanlı dostunun erməni həmkarı ilə baxışmasını bayaqdan maraqla izləyirdi. Nələrin baş verdiyini anlamırdı, amma bu sirr pərdəsini aralamağı çox istərdi.
     Tədbir axşam saat 20.10-da bitdi. Ernst qonaqları Mariott otelinin restoranına dəvət edərək, özü tualetə qaçdı. Restoranın kandarından içirə addım atan Zaur, vəhşi kimi acdığını yalnız indi hiss elədi. Səhər yediyi hamburgerin üstündəydi və mədəsində qurdlar ulayırdı. Ev atmosferinin hakim olduğu restoran, Bakıdakı şadlıq saraylannın çoxunda olan kiçik zallara oxşayırdı - xudmani və intim. Burada 4 masanı birləşdirib böyük bir İsveç masası açmışdılar. Sağda və solda, pəncərələrin yanında isə dairəvi masaların üstünə müxtəlif spirtli və spirtsiz içkilər düzülmüşdü.
     Zaur çöplərə keçirilmiş ət, toyuq və pendir tikələrindən boşqabına bolluca dolduraraq, pəncərəyə yaxınlaşdı. Burada da arağa portağal şirəsi qatıb, Azadlıq meydanına tamaşa edə-edə yeməyə başladı. Şota bu arada, tualetdən qayıdan Ernstlə söhbət edirdi. Sonra David qoşuldu onlara. Dilarə və Sevda da nəhayət bir erməni ilə dil tap- mışdılar. Luiza ilə söhbət edir, hətta arada gülümsəyirdilər. Çıxışlar zamanı əvvəldən axıra qədər susan, mübahisələrə qarışmayan Luiza, ola bilsin qızların simpatiyasını qazanmışdı. Alanla söhbət edən Artuş isə, arada bir Zaura ötəri nəzər salırdı. Tez-tez göz-gözə gəlirdilər. Zaur yeməyini və içkisini bitirib, yenidən İsveç masasına yaxınlaşdı. Bu dəfə qabını yarıyacan doldurdu və özünə portağal-araq qarışığından kokteyl düzəldib pəncərə qırağındakı yerinə qayıtdı. Çöpə ilişdirilmiş ət qovurmasını tələsmədən çeynəyən yerdə, arxadan doğma dilində “Salam” sözünü eşidib diksindi. Şimşək sürəti ilə dönüb arxaya baxdı.
     Artuşun gözləri gülürdü. Dodaqları bir-birinə sıxılmışdı. İki əli ilə tutduğu pivə bokalını ovuşduraraq bir daha:
     –Salam, - dedi
     -Salam, - Zaur qərarsızlıqla dilləndi. Qədəhi pəncərənin kənarına qoydu, əlini Artuşa uzatdı. O da onun əlini sıxdı. Ovucunun içi yumuşaq, ilıq idi. Artuş, üzünə etinasız ifadə qatıb rusca soruşdu:
     -Bakıdansan?
     Bu sualın mənasızlığını ikisi də başa düşürdü. Zaur gülümsəyib:
     -Yox, Naxçıvandanam, - dedi.
     Artuş ürəkdən güldü.
     -Əla... Onda məni tanımadın deyəsən...
     Zaur başını aşağı saldı. Əlbəttə tanımışdı. Kaş Artuş qədər cəsarətli, özündən əmin olaydı. Şübhəyə yer qalmamışdı. Bu o idi. Həmin Artuş. Həmin insan. Markalar, albomlar, ilk siqaret, ilk...
     Başını qaldırıb düz gözlərinin içinə baxdı. Uzun müddət susaraq baxışdılar. Bu baxışlar Artuşa verilən cavab idi. Ernst və Daviddən uzaqlaşan Şota, əlində şərab qədəhi, onlara baxırdı. Nə danışdıqları haqda təsəvvürü yox idi. Doğrusu, onlar heç danışmırdılar da. Ancaq baxışırdılar. Şota mat qalmışdı. İki əzəli düşmənin arasında nə səmi- miyyət ola bilərdi axı? Yoxsa bu heç səmimiyyət də deyildi? Daha artıq idi?..
     Onlara dikilən bir cüt gözdən xəbərsiz, Zarula Artuş sükutu ilk kimin pozacağını düşünürdülər. Nəhayət Artuş dilləndi.
     -Hər halda danışılası xeyli mövzu var.
     -Var.
     -Elə isə?
     -Burada?
     Artuş ətrafa göz gəzdirdi. Şota onun arxaya döndüyünü görüb, gözlərini qaçırtdı. Yenidən Zaura döndü:
     -ATA otelində qalırsan?
     -Aha.
     -Elə mən də...
     -Bilirəm.
     -Yanına gəlsəm etiraz etməzsən ki?
     -Əgər istəmirsənsə...
     -Yox, yox... Əlbəttə gələ bilərsən... Nə vaxt?
     -Mən indi çıxıram. Sən də yarım sat sonra otelə gəl. Olar?
     -Olar... Biraz Şota ilə söhbət eləməliyəm... Sonra, bizim qızlarla da... Tez getməyimi onlara necə izah edim?
     -Başım ağrıyır, yorğunam deyərsən. Problem olmaz məncə. Neçənci otaqdasan?
     -304.
     -Görüşənədək.
     -Yaxşı... Artuş.
     Zaur siqaret çəkə-çəkə, otağını arşınlayırdı. Əsəbi və gərgindi.
     Saatlar doqquz tamamı göstərəndə “bu saat qapı döyüləcək” dedi özü-özünə. “Qapını açacağam, onu astanada görəcəyəm. Hamar qırxılmış üzünü, iri gözlərini, mirvari dişlərini. Gülümsəyəcək, çiçəklər açacaq çöhrəsində. Boynunu bükəcək bir az, əlini mənə uzadacaq. Qucaqlaşacağıq... Qapıda yox. Qapını möhkəm bağladıqdan son- ra... ”
     Zaur, beyninə vuran şəhvətdən huşunu itirmək qorxusu ilə divardan tutdu. “Harda qaldın sən... Harda...”
     Budur, qapı döyülür. Yavaş vursa da qapını, tələbkardı qonaq. Çox tələbkardı.
     Qamətini düzəldərək, siqareti tələm-tələsik külqabına basdı. Masanın üstündən “Ultraviolet” ətrini götürüb üstünə səpdi, qapıya qaçdı.
     Açdı.
     Köks ötürdü.
     Əynində vücud xətlərini ən xırda detallarına qədər qabardan Wrangler markalı cins şalvar, “Heavy Metal” yazılmış tünd yaşıl mayka, arxaya daranmış pinti saçlar... Allah, bu nə qorxunc, təhlükəli enerjidir! Bu nə gücdür belə?! Nə görkəm, nə ədadır?!
     Artuş astaca içəri keçib, qapını bağladı. Əlindəki butulkanı Zaura uzatdı.
     -Beş ulduzlu Ararat. Görüşməyimizin şərəfinə.
     -Artuş... Mən...
     Zaurun yanağını oxşadı.
     -Həyəcanım səninkindən az deyil. Özümü zorla saxlayıram.

 

***


     Nədir məhəbbət? Bu hadisə əllə tutulmur, gözlə görülmürsə, bəs nədir bu gözəllik? Yoxsa həyatın bizə hazırladığı ən gözəl sürprizdir? Qəlbimizin fatehidir? Qəfildən üstümüzə hücum çəkib, bizi hökmranlığı altına alan qüvvədir? Məhəbbəti anlatmaq üçün uzun-uzadı cümlələr qurmağa nə hacət? Onu hamı anlayır. Dili birdir onun - nə sərhəd tanıyır, nə millət, nə irq, nə də düşmən. Nə zaman gələcəyi, nə zaman yaxamızı buraxıb gedəcəyi bilinmir.
     Həyat qocaman bir yalansa, bu qədər saxtalığın içində yeganə gerçək, doğru olan odur - məhəbbət. Zahirən nə qədər zərif və gözəldirsə, həqiqətdə o qədər sərt və amansızdır. Parlayan günəşdir, ulduzların yer üzünə ən yaxınıdır. Zəhər kimi acı, bal kimi şirindir. Acılığından da, şirinliyindən də qorxmaq lazımdır. Kordur məhəbbət. Yanıqlı "ah"lardan səmaya yüksələn dumandır.
     Elə bu anda ATA otelindən göylərə yüksələn ahlar, axan göz yaşlarıdır məhəbbət. Mənasız müharibənin ayırdığı iki aşiqin lənətidir, üsyanıdır məhəbbət. Bütün maneələrdən, oddan-közdən keçərək “Mən səni sevirdim, mən səni sevirəm, mən səni sevəcəyəm” deyə bilən aşiqlərin dilindən süzülən nəğmədir məhəbbət. Homoseksual məhəbbətə gəldikdə isə, hələ anqlo-amerikalı yazıçı Kristofer İşervud, seksual təmayülün təməlində seksual hisslərin yox, romantik hisslərin yatdığını demişdi. Əgər bir insan həqiqətən də mavidirsə, bir kişini dərindən sevməyə qadirdir. Və bu sevgi, o kişi ilə sevişməkdən daha ülvi və daha uca bir hissdir.
     Ötən illərin, ayların, günlərin üstlərinə hopdurduğu çirkabdan, məruz qaldıqları təbliğatdan, bəd nəzərlərdən, ellərin qınağından qurtulmaq üçün paklanmalıydılar. Sədəf bəyazlığında vannanın içində, ilıq suyun altında sarılmışdılar bir-birlərinə. Artuşun kirpiklərində damcılar titrəyirdi. Qara gözlərinin ofsunundan qopa bilməyən Zaur, möhkəmcə sıxmışdı sevgilisini özünə. Sanki bir daha ayrılmaqdan qorxurdu. Artuş ona soyunmaqda kömək etdi. Zaurun köynəyini çıxararaq yerə atdı, əyilib dili ilə məmələrinin gilələrinə xəfifdən toxundu. Elektrik dalğaları Zaurun vücudunu gizildədirdi. Zalım erməni, Zaurun vücudunu sığallaya-sığallaya, asta-asta diz çöküb, tumanın altında yüksələn qalanı öpməyə başladı. Zaur da onun başından tutub kömək edir, stimullaşdınrdı.
     Qala partlamağa hazır idi. Zaur onu qollarından tutaraq ayağa qaldırdı, dodaqlarına yapışdı. Erməninin atletik vücudunda, damlalar yaqut kimi görünürdü. Zaur onu suya da qısqanırdı. Dodaqlarından qoparaq, Artuşun bədəninə ətirli duş geli yaydı. Bir ara qıdığı gəldi Artuşun, cingiliti ilə güldü. Birdən ciddiləşdi. Boynunu büküb Zaura baxdı. Bu gözlərdə “al məni” təklifi oxunurdu. Sonra əlləri ilə ağ kafelə söykənib, illərdir Zaurun yuxularını bəzəyən, qəlbini çulğayan sehirli qapını araladı. Titrəyə-titrəyə daxil oldu bu qapıdan Zaur.
     -Ahh.
     Bu ah nalələr, indiyə qədər hər ikisinin eşitdiyi ən gözəl layla, ən möhtəşəm himn, iki sevgilinin qovuşması şərəfinə spontan bəstələnmiş simfoniya idi.
     Bu simfoniya indi ATA otelində səslənirdi.
     Məhrəbalara bürünərək, bir-birlərinə sarılmış vəziyyətdə, öpüşə-öpüşə vanna otağından çıxan iki gənc, mumiyalara bənzəyirdilər. Yatağa uzanıb nəfəslərini dərdilər. Bir müddət susdular. Qəfildən Artuş gülməyə başladı. Əvvəl sakit gülürdü, sonra ildırım kimi çaxdı.
     Zauru da gülmək tutdu. Heyrətlə:
     –Nə olub sənə? - soruşdu.
     -Ağlıma bilirsən nə gəldi?
     –Nə?
     -Fikirləşdim ki, Zaur mənə salanda yəqin Qarabağın intiqamını alırmış.
     Zaur gülməyi kəsdi. Diqqətlə baxdı sevgilisinin üzünə. Artuşun iri gözlərində, uzun kirpiklərində, dolğun dodaqlarında onu narahat edən suala cavab axtarırdı sanki.
     -Sən doğrudan belə düşünürsən? - incikli idi.
     -Artuş bir daha güldü, başını buladı.
     - Əsla! Sən nə danışırsan? Zarafat edirəm. Azərbaycanda belə bir mahnı vardı, bəlkə yadında olar?
Sevgilini sınama,
Sınadınsa qınama.
Dolanaram başına,
Gəlin olsan anama.
     Uşaq yaşlarında Bakını tərk edən bir erməninin bu bayatını indiyə qədər yadda saxlaması, Zauru təsirləndirdi. Gözləri doldu. Fəqət indi sentimentallığın yeri deyildi. Söhbəti zarafata gətirmək üçün dedi:
     -Narahat olma Artuş. Sən heç vaxt mənim anama gəlin ola bilməyəcəksən. Ümumiyyətlə analanmızın biz sarıdan bəxti gətirməyib. Biz tərəfdən onlara gəlin qismət olmayacaq. Heç olmasa qardaşlarımız olsaydı, analarımızı nakam qoymazdılar. - Bir az fikirləşib əlavə elədi, - amma onu da bilmək olmaz. Bəlkə qardaşlarımız olsaydı, onlar da bizim kimi götverən olardılar.
     Artuş dirsəyi üstə qalxaraq sərt tərzdə etiraz etdi:
     –O sözdən nifrət edirəm! Azərbaycanlı uşaqlar məhəllədə həmişə mənə götvərən deyib təhqir edərdilər.
     Zaur gözlərini yumub bezgin əda ilə:
     –Nifrət etsən də, etməsən də bizim adımız götverəndir, - dedi. - Bunu təhqir kimi başa düşmə.
     Artuş bu arqumentin qarşısında acizliyini etiraf edirmiş kimi, başını Zaurun sinəsinə qoydu. Göbəyinin ətrafında bitən nadir, incə tükləri sığallamağa başladı.
     -Yaxşı, sən deyən olsun...
     Zaur gözləri yumulu, sağ əli ilə Artuşun saçlarını sığallayırdı.
     -Zaur...
     -Bəli əzizim.
     -Qarabağda olmusan?
     - Olmuşam. Yadında deyil, 88-də Şuşaya getmişdim? Sinifdə Səməd Faiqoviç məndən Qarabağın bizim üçün əhəmiyyətini soruşanda da, Şuşaya getməyim haqda ona danışmışdım.
     - Mən isə birinci dəfə üç il əvvəl getdim ora atamla. Stepanakertli dostu oğluna toy edirdi. Stepanakertdə iki gün qaldıq, sonra Şuşaya getdik. Şuşada hələ də müharibənin izləri var... Gecələr adamı vahimə basır... Zaur.
     -Eşidirəm.
     -Sizin üçün bu şəhər çoxmu əzizdir?
     -Əlbəttə... Şuşa Azərbaycanın mədəniyyət beşiyi sayılır. Muğam sənəti orada zirvəyə çatıb. Bülbül, Cabbar Qaryağdı oğlu, Seyid Şuşinski kimi dahilər; Qacarın öldürülməsi kimi faktlar da bunu təsdiq edir. Əgər Şuşa şəhəri ermənilərin olsaydı, onların arasından da heç olmasa bir nəfər muğam oxuyan çıxardı.
     Artuş başını qaldırıb, nazla Zaura etiraz etdi:
     - Bizim bütün kilsələrimizi alban kilsəsi adlandıran, Ziya Bünyatov kimi konyuktura tarixçilərindən fərqin nədir? Sənin sözlərindən belə çıxır ki, az qalsın dünya yaranan gündən, indiki Azərbaycan ərazisində azərbaycanlılar, daha dəqiq desək türklər, tatarlar yaşayıb. Bu ağ yalandır. Azərbaycanlılar avtaxton deyil axı! Sizə azərbaycanlı adını Stalin verib. Ona təşəkkür etməlisiniz.
     Zaur gülə-gülə onu boynundan tutub özünə sarı çəkdi:
     - Əsəbiləşəndə çox gözəl olursan. Ermənisən ki, erməni. Dediyini deyirsən. Sənin avtaxtonuna soxsunlar, - dedi və möhkəmcə Artuşun dodaqlarından öpdü.
     - Azərbaycanın böyük dostu, mərhum Tur Xeyerdal demişdi ki, “Bəşəriyyət meymundan əmələ gəlib. Norveçlilər isə azərbaycanlılardan”. Sən isə mənə avtaxtonluqdan danışırsan.
     Artuş cəld hərəkətlə Zauru qucaqladı, özü arxası üstə uzanaraq sevgilisini də dartıb üstünə uzandırdı.
     -Əsl erməni olsaydım, burda nə itim azmışdı? Sənin kimi bir düşmənin qoynunda nə gəzirdim? Elə sən də əsl azərbaycanlı deyilsən. Əslində bayaq düz deyirdin... Bizim millətimiz yoxdur... Yox, səhv deyirəm. Bizim bir millətimiz var, o da götverəndir.

***


     Sübh günəşi otel otağının pəncərəsinə boylananda, iki gəncin yorğun, çılpaq vücudu ilə qarşılaşıb utandı. Əzilmiş yataq örtüyü tərdən nəmlənmişdi. Səhəri sevmirdi Artuş, çünki laqeyd idi səhər. Zaurun yanağından öpdü. Zaur uşaq kimi kirpiklərini döydü. Sanki harada olduğunu başa düşmək istəyirmiş kimi, qəribə nəzərlərlə Artuşu süzdü. Alnını elə şirin, elə gülməli qırışdırmışdı ki, Artuşun içindən dünyanın ən məsum körpəsinə bənzəyən bu gözəl varlığı bir daha öpmək keçdi. Yenidən ona sarı əyilərək, Zauru dodaqlarından öpdü. Bu öpüş onu özünə gətirməyə kifayət etdi. Artuş isə dayanmırdı. Zaurun qulaq məməsini dişlədi, gözlərini, alnını, döş gilələrini öpdü, dilini boğazına toxunduraraq, göbəyinə qədər sürüşdü. Zaur yüngülcə zarıyıb dizlərini qatladı.
     -Bu nədir?!
     Artuşun gözləri, ağ örtüyün üstündəki xırda qan damcılarına sataşdı. Zaur, onun özünü itirdiyini görüb başını buladı və soyuqdəyməsi olan adamlar kimi, kəsilən səsi ilə:
     -Dünən gecə çox ağrıtdın məni, - dedi. - Hələ ömrümdə belə ağrı hiss etməmişdim.
     Artuş “Nə danışırsan?!” deyərək onun bədəninə əyildi. Vücudunun hər qarışını tez-tez öpməyə başladı. Öpür, bir yandan da üzr istəyirdi: “Bağışla əzizim. Məni bağışla”... İndi dünyada özündən daha zalım, daha günahkar, daha insafsız adam yox idi. Gecə Zaurun aralanmış şaftalısını görən kimi, özünü saxlaya bilməyib ağlamışdı. Göz yaşları döyüşə hazır xəncərinin ucuna damlamışdı. O da, gözünün yaşı ilə islatdığı xəncərini, Zaurun qınına salmışdı. İndi peşman olmuşdu. “Nə üçün vazelindən, kremdən istifadə etmədim axı? Bu kobudluq nəyə lazım? Göz yaşı ülvidir, qəlbin şirəsidir, amma kremin yerini verə bilməz. Verə bilməz!” Hayqırmaq, özünü yolmaq istə- yirdi. “İlahi, bütün mənliyimi əhatə edən bu sevgi haradan yaranıb görəsən!? Bu sonsuz-bucaqsız sevgi, necə sığışır mənim dar kainatımın çərçivələrinə?”
     Yenə ağlamağa başladı. Zaur onu sakitləşdirmirdi. Ağlayırsa, deməli ehtiyacı var, ona mane olmaq olmaz. Bircə başını, boynunu sığallayır, dinmirdi. Bilirdi ki, ağlamaq tək qadınları yox, geyləri də rahatladır.
     İlk dəfə, bu qadağan işi görəndə neçə yaşları vardı görəsən?.. Bu gün uzaq keçmiş kimi görünür o illər. Halbuki üstündən heç iyirmi il də keçməyib. Qızmar Bakı günlərinin birində, Artuşun evində, valideynləri işdə olanda, iki uşaq yasaq eşqi dadmışdılar. Açarları da körpə idi, qıfıllarının dəlikləri də. Oyun oynadıqlarına inanırdılar. Hər şey də elə bu qeyri-ənənəvi oyunla başladı. İki düşmən xalqın iki balaca mənsubu, körpə vücudlarını birləşdirib meydan oxumuşdular “Gəlirəm!” deyən nifaqa, nifrətə, düşmənçiliyə, müharibəyə...
     Düşmən olmaq istəməyənlərə, düşmənçiliyin nə olduğunu bilməyənlərə də seçim haqqı verilmədi. Hökm ağır oldu - ayrılıq!
     Halbuki bu nifaqa onların nə dəxli ola bilərdi? Torpaq iddiaları, silahlar, axan qanlar - çox uzaqdı onlardan. Çox uzaq.

RETROSPEKTİV

Nə pəri, nə adəmi bu şəkl ilə mən görmədim,
Cənnəti-hurimisən, yoxsa ki, rizvan erməni?

1


     Bakı.
     Asiya şəhəri olsa da, qəlbini Avropaya açmış Azərbaycanın paytaxtı. Xəzər dənizinin sahilində yerləşən qədim və gözəl şəhər. Asiya ilə Avropanın dəyərlərini özündə cəmləşdirən insanların odlar yurdu. Bakının sehrli abı- havası, bircə dəfə bu şəhəri görənlərin xatirəsində əbədi yaşayar. Bu torpaqda doğulub böyüyənlər isə, bu şəhərsiz ümumiyyətlə yaşaya bilməzlər... Odur ki, millətindən asılı olmayaraq, Bakı hamının - rusun, erməninin, yəhudinin, azərbaycanlının, gürcünün, Afrikadan gələn zənci tələbələrin, əlqərəz bütün millətlərin - şəhəri idi.
     Hələ əsrin əvvəlində, Bakı öz nefti ilə ayrı-ayrı millətləri özünə cəlb etmiş, dünya xəritəsində xüsusi yeri olan şəhərdir. 1847-ci ildə Bakının Bibiheybət sahəsində ilk neft quyusunun qazılmasına mexaniki üsulla təşəbbüs göstərildiyini dünyada çox adam heç bilmir. Məhz bundan sonra Bakı neft sənayesinə xarici kapitalın axını baş- landı. 1879-cu ildə Bakıda 9 qazıma buruğu vardısa, 1900-cu ildə onların sayı 1710-a çatdı. Bakı nefti dünya miqyasına çıxdı. Neft sənayesi ilə yanaşı, Bakıda başqa sənaye sahələri də inkişafa başladı; mexaniki zavodlar, emalatxanalar, tütün fabrikləri, buxar mühərrikləri ilə işləyən dəyirmanlar yarandı. Yeni banklar, ticarət və sənaye firmaları açıldı.
     Bakıda həm Şirvanşahlar sarayı kimi möhtəşəm tarixi abidələr, İçəri Şəhərdə divarları şərq naxışları ilə bəzədilmiş evlər, tanınmış memarların qotika, barokko və rokoko üslubunda yaratdıqları tikililər; həm flamand, həm də mavritaniya üslublarında inşa edilən binalar var. Bakı, İçəri Şəhərin dar küçələri və eyvanları ilə bir-birinə dirənmiş evləri, həmçinin gecələr gəmilərin və Dənizkənarı bulvarın işıqlandırdığı Bakı buxtasını amfiteatr kimi dairəyə almış geniş prospektlərdən yaranan şəhərdir.
     Azərbaycanda “Qırmızı kitaba” salınmış mənəvi bir kateqoriya var - Bakılılar! Bu gün onların bir çoxu dünyanın dörd bir yanına səpələnsələr də, bakılı olaraq qalmaqda davam edirlər. Bakılılar, Şərq və Qərb kimi iki nəhəng və bir-birindən tamamən fərqli coğrafiyaların qarışmasından yaranan unikal mədəniyyətə malik millətdir. Bəli, yanlış oxumadınız - məhz millətdir! Hətta bakılıların belə bir mahnısı da var: «Ecrb Ta^aa Ha^ua öaKHH^bi roBopam Bakılıların dilindən düşməyən bir başqa cümlə isə: “Bakılı, elə Afrikada da bakılıdır” deyimidir.
     Əlqərəz bakılılıq - milliyyətindən, dinindən, saçının, gözlərinin və dərisinin rəngindən, həmçinin hal-hazırkı yaşayış yerindən asılı olmayaraq, doğma şəhərini ürəkdən sevən bütün insanların birliyidir.
     Vaxt vardı, bu şəhərin sakinləri qüssə-kədərsiz, şən və mehriban yaşayar, hər gün bayram etmək üçün min bir bəhanə uydurardılar. Bakılılar milli mətbəxlərini çox sevir, ləzzətli xəmir xörəklər, şirniyyatlar hazırlayır, milli zarafatlar edir və qarışıq ailələr qurardılar. Toylarda şərabla dolu qədəhləri qaldırarkən qürurla “Yaşasın Bakı və bakılılar!..” deyərdilər.
     Bu yaxınlarda Bakıda rus dilində çıxan “Exo” qəzetində, Cənubi Afrika Respublikasında yaşayan yəhudi əsilli bir bakılının məktubu dərc olunmuşdu. Ürək ağrısı ilə yazırdı: “Afrikaya necə gəlib düşdüyümü soruşanda, çiyinlərimi çəkirəm. Əgər öz doğma vətənində, Bakıda yaşamırsansa, harada yaşayırsan yaşa - nə fərqi var?! Əslində Afrikada özüm üçün rahat həyat qurmuşam. Gözəl ailəm, uğurlu biznesim, komfortlu məişət şəraitim var. Ahıl çağında qəmsiz yaşamaq üçün insana daha nə lazımdır? Di gəl ki, tez-tez gecələr yanağıma axan göz yaşının hərarətindən oyanıram: Bakı günəşi, Bakı dənizi üçün darıxan tənha ürəyim ağlayır... Biz, bakılılar burada tez-tez görüşürük. Evdə arvadlarımızın üstünə çəmkirəndə də, azərbaycan dilində: “Ay arvad, az danış da!” deyirik. Bakılı millətinin sağlığına içirik. Lakin, ölü yerindəki kimi, qədəhlərimizi toqquşdurmuruq. Çünki bilirik... Bilirik ki, bakılı milləti bir daha yaranmayacaq. O, artıq çoxdan ölüb!”
     Bu sözləri, Bakıdan köçüb gedən istənilən irqə mənsub sabiq bakılıdan eşidə bilərsiniz. Həqiqətən də bu adamlar, Bakı ənənələrinin qısqanc mühafizəçiləri, unikal Bakı folklorunun sadiq daşıyıcılarıdır...
     Bakılılar, qonaqlarını şəhərdə gəzdirərkən onlara “Amfibiya-adam” və “Brilyant əl” filmlərinin çəkildiyi yerləri fəxrlə göstərir, bu filmlərdən sitatlar gətirirlər. Bakıya gələn qonaqlar isə öz növbələrində bakılıların olduqca qonaqpərvər və duz-çörəkli insanlar olduğunu qeyd edirlər. “Bircə dəfə bakılıların əlinə düşsən, səni elə yedirdib kökəldəcəklər ki, doğma anan da səni tanımayacaq” - bakıdan qayıdan qonaqların bu sözləri öz doğmalarına, dostlarına deməsi adət halını alıb. Həqiqətən bakılı ailəyə qonaq getmisinizsə, bilin ki, burada yeyəcəyiniz yeməklərdən sonra bir neçə gün ac qala bilərsiniz. Bakılıların unikallığının sirri sadədir - onlar dəniz dalğalarının, neftin və ətirli meyvələrin qoxusunu, şəhərin məftunedici rayihəsini ciyərlərinə çəkərək boya-başa çatırlar.
     Bakının “Nərgiz” kafesi də ki, ayrı söhbətin mövzusudur. Burada “Amfibiya-adam” filmindən bir səhnə də çəkilmişdi. “Jalüz” tipli damı olan bu kafe, hələ 1961-ci ildə naxışlı metal və ağac konstruksiyalardan tikilmişdi. Kafenin mərkəzində mətbəx, bufet və müştərilər üçün masaların qoyulduğu şüşə pavilyonlu kiçik zal vardı, solda isə - kokteyl, dondurma və müxtəlif meyvə şirələrinin, qazlı suların satıldığı açıq pavilyon. Məhz bu pavilyonun müdiri erməni kişisi, əvəzolunmaz Raçik dayı idi. Şəhərin heç bir restoranı servis baxımından “Nərgiz”lə müqayisə oluna bilməzdi. İstismara verildiyi gündən qısa zaman ərzində “Nərgiz” kafesi bakılıların ən sevimli məkanlarından birinə çevrildi. Bu kafedə yeyib-içməklər səhərə qədər davam edərdi. Adətən səhərə qədər oturan müştərilər, artıq evə getmək istəyən ofisiantları özləri yola salar, ciblərinə də pul basardılar. Səhərə yaxın saatlarda çıxıb getdiklərində isə, masaları qarovulçu Mişa dayı yığışdırardı.
     Nərgiz kafesində tez-tez davalar düşürdü. Günlərin bir günü axşam kafedə böyük bir dava baş verdi. Qablar qırıldı, masalar aşdı. Dava eləyənlər uzaqdan yaxınlaşan milisləri görüb, hərəsi bir tərəfə qaçışdılar. Milislər gəldi sorğu-sual başladı, şahidlər dindirildi. O əsnada, Mişa dayı bir kənarda sakitcə oturub siqaret çəkirdi. Narazı milislər, əsəbi halda onun üstünə düşdülər: “Axı siz niyə xuliqanları qapıdan içəri buraxırsınız?” Mişa dayı isə onları bir qədər süzdükdən sonra, istehza ilə cavab verdi: “Ara, burda qapı var ki?!”
     Bir bakılı ermənin yazdığı aşağıdakı şeir isə, əməlli-başlı Bakı himninə çevrilib:
Улица, ТОРГОВАЯ, - милая родная.
Помню, как гуляли там, мы забот не зная.
На углу Карганова встретишься с друзьями,
Медленной походкой проплывёшь к Госбанку.
Тысяча улыбок, сотни здрасьте...
К третьему проходу смотришь, - решены проблемы
И исчезли разные напастья.
В ресторан в подвале, что напротив Маслопрома,
Заглянёшь с друзьями - будто ты как дома.
С девушкой любимой с рук купив билеты,
Ты спешишь в пассаж Вэтэна
Музыку послушать, угостить мороженным,
И, побыв немного в роли джентльмена,
В полутемном зале...
И так далее…
     Bəli, Bakı hər kəs üçün əsrarəngiz bir dünya, arzuların reallaşdığı, xəyalların gerçəkləşdiyi müqəddəs ünvan olub. Günəşi Xəzərdən doğulan şəhərin mavi qoynundan çıxarılan "qara qızıl"ı Bakıdan Ceyhana, oradan da cahana nur saçır. Bakı təkcə respublikanın paytaxtı kimi sevilmir. O, həm də ürəklərin, duyğuların can atdığı çox əziz şəhərdir. Şəninə qoşulan nəğmələrdə bu məhəbbət çiçək kimi ətirlənib, quş kimi qanadlanaraq dünyaya yayılıb:
Bakı, əziz şəhər, mehriban diyar,
Qoynunda boy atıb oldum bəxtiyar.
     Bu səadətin təsirindən qəlblər həmişə riqqətə gəlib. Əlbəttə, bakılıların taleyinə yazılmış bu şəhər onlara doğmadan-doğmadır. Çünki ən təzə arzular da, sevgili övladları da, fərəhləndikləri toy-büsatları da, zirvəyə ucalan yolları da həyatın özü kimi Bakı ilə bağlıdır. Onun isti qoynundan pərvazlanaraq yad məmləkətlər dolaşıb bakılılar. Üç-beş günün ayrılığından sonra onları geriyə gətirən təyyarənin təkərləri yerə toxunan kimi, sevinclərindən nə edəcəklərini bilməyiblər. Bəlkə də buna görə müxtəlif dillərdə Bakının şəninə xeyli mahnılar yazılıb, şeirlər qoşulub.
     İndi Bakı ötən əsrdəki şəhərlə müqayisədə çox dəyişib. Bu dəyişmənin də görünən, görünməyən üzləri, yaxşı və pis tərəfləri var. Ötən əsrin sonlarında şəhər özü boyda təlatüm dənizinə çevrildi. Xəzərin göy sularında qopan qasırğalar Bakının küçə və meydanlarında baş verən fırtınaların yanında yalan oldu.

2


     Məhz bu beynəlmiləl şəhərin mərkəzində yerləşən 2 saylı riyaziyyat təmayüllü rusdilli məktəbin 9-cu B sinfində oxuyan iyirmi iki şagirddən on səkkizi azərbaycanlı, biri erməni, ikisi rus, biri isə yəhudi idi. Azərbaycanlıların on ikisi oğlan, altısı qız, digər xalqlara mənsub şagirdlərin isə hamısı oğlanlardı.
     Təqvimlər 1989-cu ilin soyuq noyabr ayını göstərən günün ikinci yarısında, sinifdə Azərbaycan dili dərsi keçirilirdi. O günədək ermənilərlə başqa xalqlar arasında fərq qoyan olmamışdı. Lakin indi Səməd Faiqoviç zəif səsiylə şagirdlərə Ermənistan-Azərbaycan münaqişəsindən danışır, divardan asılmış SSRİ xəritəsində Ermənistan SSR-in ərazisini əlindəki taxtayla Dağlıq Qarabağ Muxtar Vilayəti torpaqlarına qədər genişləndirir, ədalətsiz tələblərdən, beynəlmimiləlçiliyin, kommunizmin iflasa uğramasından, vətənin təhlükədə olmasından danışırdı. Şagirdlər isə, sakitcə oturub onun dediklərinə diqqətlə qulaq asırdılar.
     -Dünənin dostları, qardaşları bu gün düşmənə çevrilə bilər uşaqlar. Ermənilər Stepanakert və Yerevanda qəribə şüarlar səsləndirir, Azərbaycan SSR-inin torpaqlarına iddia edirlər. Xəritəyə fikir verin! Dağlıq Qarabağın ümumiyyətlə Ermənistan Respublikasına dəxli varmı? Yox! Bu torpaqlar Azərbaycanındı! Nə olsun ki, Dağlıq Qa- rabağda ermənilər də yaşayır? İndi buna görə, gərək bizim torpaqlar Ermənistana birləşdirilsin? İndi sizə bir sualım var. Əgər belə bir şey baş versə, yəni torpaqlanmızı əlimizdən alsalar, sizin ermənilərə münasibətiniz necə olar uşaqlar?
     Müəllimin özündən razı halda gülümsəməsi, heç kimin diqqətindən yayınmadı.
     Şagirdlər, kürəklərinə birdən-birə ağır sual yükünün qoyulmasından çaşbaş qalmışdılar. Bu suala cavab vermək o qədər də asan deyildi. Demək olar ki, bütün sinif Artuşun oturduğu üçüncü sıradakı partaya baxırdı. Kimisi kinayə ilə, kimisi də ona yazığı gələrək. Bircə Zaur əlini partanın altından uzadaraq, Artuşun soyuq barmaqlarını ovucunun içinə aldı. Bu ona təsəlli vermək istəyən dostun jesti idi.
     Ən arxa sırada oturan Kamran əlini qaldırıb dedi:
     - Səməd Faiqoviç, Qarabağ bizimdir. Onu ermənilərə vermərik! Biz ümumiyyətlə ermənilər kimi deyilik. Onlar heç sünnət də olmayıblar.
     Sinifdə bərk qəhqəhə qopdu. Qızların bəziləri utanıb qızardılar. Kamran iki il dalbadal yeddinci sinifdə oxumuş, Ermənilər Qarabağa iddia etməyə başlayınca, vətənpərvərlik duyğuları coşan azərbaycanlı müəllimlər və müdir tərəfindən layiq olmadığı halda doqquzuncu sinfə keçirilmişdi. Qara iki bortlu kostyumun altından ağ xallı göy qalstuk taxmış Azərbaycan dili müəllimi Səməd Faiqoviç alnını qırışdınb gülümsündü:
     - Deməli Kamran, sən Qarabağ bizimdir deyirsən? Bir çıx qabağa. De görüm fikrini əsaslandıra bilərsənmi? Əslində düz deyirsən, Qarabağ həqiqətən də bizimdir. Amma bunu biz yox, ermənilər başa düşməlidir.
     Səməd Faiqoviç gözucu Artuşa nəzər yetirdi. Artuş yanaqları pörtmüş halda, başını aşağı salıb oturmuşdu. Zaur onun barmaqlarını daha möhkəm sıxdı, nifrətlə boşboğaz Kamrana baxdı.
     Kamranın ağzı açıq, alnı qırışmış, baxışları isə mənasız idi. Bir az da gücəndikdən sonra bir nəfəsə dedi:
     -Bizim Bülbülümüz, Natəvanımız, muğamımız, tarımız, kamançamız var. Bunların hamısı da Qarabağdan çıxıb. Ermənilərin amma heç nəyi yoxdu Qarabağda. Onlar orada qonaqdırlar, qonaq kimi də yaşamalıdırlar. Yaşamaq istəmirlərsə, hara ürəkləri istəyir rədd olub gedə bilərlər.
     Səməd Faiqoviçin gözləri parıldadı. Ağarmış saçlarına tumar çəkib arxaya darayaraq fəxrlə dilləndi:
     -Afərin sənə Kamran! Bunları haradan öyrənmisən belə?
     -Evdə atam danışır. Artıq bir ildir ki, ermənilərin hiyləgərliyindən, idbarlığından danışır bizə. Atam Ağdamlıdır. Bunları yaxşı tanıyır, - deyərək, Kamran Artuşu göstərdi.
     Kamranın sözləri Səməd müəllim daxil olmaqla, bütün azərbaycanlı tələbələrə ləzzət elədiyi halda, Zaur əlini qaldırıb dedi:
     -Səməd Faiqoviç, mən Kamranla razı deyiləm.
     -Zaur!? Sən razı deyiləsən? Yaxşı çıx qabağa görək - Səməd Faiqoviç dodağını qabağa uzadıb, ürəyində Zaura, zaurkimi sintetik rusdillilərə lənətlər yağdırdı. Sonra öskürüb, qürurla dedi: - Heç olmasa sən öz fikrini əsaslandıra bilərsənmi? Kamranın sözlərində səni razı salmayan nədir?
     -Bəli, əsaslandıra bilərəm! Biz hamımız qardaşıq. Erməni, rus, azərbaycanlı - nə fərqi var axı? Ermənistanda, Qarabağda bir-iki səfehin etdiyi hərəkətlərə görə buradakı ermənilər, sinfimizin əlaçı tələbələrindən biri olan Artuş cavabdehlik daşımır axı!
     - Deməli belə... Sən Qarabağın nə demək olduğunu, Azərbaycanımız üçün nə ifadə etdiyini bilirsənmi? Misal üçün Şuşada olmusanmı?
     -Bəli, olmuşam! Keçən yaz oradaydım.
     -Yaxşı, elə isə orada özünü əsl Azərbaycan şəhərində hiss etmədinmi, Azərbaycan ruhunu duymadınmı?
     -Mən Sovet vətəndaşıyam və bununla fəxr edirəm! Azərbaycan, erməni, rus, yəhudi ruhuna inanmıram. Mən Sovet ruhuna inanıram.
     - Görünür sən kommunist ailəndən fərli tərbiyə almamısan. Buna “xəyanət” deyərlər. Otur yerinə, Zaur!
     Sinifdəki azərbaycanlı tələbələrin çoxunun Zaura yönəlmiş baxışlarından, haqqında nə düşündükləri bəlliydi. Səməd Faiqoviç əsəbiləşmədi. Müntəzəm olaraq Bozqurdların məxfi yığıncaqlarına gedib gələn bu adam, Zaur kimi manqurtları adam eləmək üçün hələ çox işləməli olduğunu başa düşürdü.
     Səməd Faiqoviç birdən soruşdu:
     -Yaxşı, bəs sizlərdən Yerevana gedən olubmu? Zaurun haqqında danışdığı “Sovet ruhunu” orada duyan olubmu? Nə üçün yalnız biz, azərbaycanlılar Sovet ruhunu daşımalıyıq, ermənilər isə millətçi olmalı, bizə həqarətlə baxmalıdırlar? Nə üçün bizim millətçi təşkilatlarımız olmamalı, ermənilərin isə Daşnakları olmalıdı?
     Rus Vyaçeslav Sapunov əlini qaldırdı və üç il əvvəl Ermənistanda olduğunu bildirdi. Orada Sevan gölü sahilindəki istirahət mərkəzlərindən birində yediyi donuz kababından danışdı. Onun sözləri azərbaycanlı tələbələri yaman qəzəbləndirdi. Donuz adının çəkilməsi, seyid nəslindən olan Mirsaleh adlı şagirdin ürəyini bulandırdı, hətta Səməd müəllim onun tualetə gedib qusması üçün sinifdən çıxmasına icazə verdi. Bununla da erməni-azərbaycanlı qarşıdurması sona yetdi, çünki zəng çalındı.
     Səməd müəllim köks ötürdü və tələsmədən sinfidən çıxdı. Bütün şagirdlər də onun arxasınca sinfi tərk etdilər. Bu böyük tənəffüs idi. Böyük tənəffüsdə hər kəs bir işin dalınca qaçırdı. Oğlanların bir qismi məktəbin dalında, əmək dərslərinin keçirildiyi binanın arxasında siqaret çəkirdi. Bəzi oğlanlar isə qızların dalınca sülənir, onları ye- məkxanada kakaoya və kolbasa buterbroduna qonaq edir, əlaçı şagirdlər qızlara həsr etdikləri şeirləri oxuyurdular. Zaur isə Artuşu biologiya sinfinə itələyərək, ardından qapını cəftələdi.
     Zaur üçün dünyanın ən gözəl insanı, indi qəzəbindən, xəcalətindən qıpqırmızı kəsilmişdi. Ağlamağa hazır idi, dodaqlan titrəyirdi.
     - Sən güclü olmalısan Artuş, - Zaur dedi. - Onlara fikir vermə. Görərsən, hər şey düzələcək, əvvəlkindən də yaxşı olacaq. - Zaur mənə təsəlli vermək lazım deyil. Heç nə yaxşı olmayacaq. Atam dünən ətraflıca hər şeyi başa saldı bizə. Ermənilər əməlli başlı hücuma keçiblər. Qarabağda, Ermənistanda artıq qan axıb. Buradakılardan hər şeyi gizlədirlər. Moskva bütün hadisələri ört-basdır eləyir.
     Zaur məğlub olduğunu başa düşürdü. Doğru sözə nə demək olar? Gerçəkdən Ermənilərin başlatdığı bu mənasız münaqişə, Zauru dünyanın ən gözəl insanından ayıra, ən gözəl gözlərindən məhrum edə bilərdi. Artuş artıq göz yaşlarını saxlaya bilmədiyindən, hönkür-hönkür ağlamağa başladı. Zaur əyildi, Artuşun duzlu yanaqlarından, iri gözlərindən həsrətlə öpdü. Qucaqlaşdılar. Ehtirasla öpüşməyə başladılar.

<< 1 / 2 / 3 / 4 / 5 / 6 / 7 / 8 / 9 / 10 / 11 >>

Bölmə: Azərbaycan ədəbiyyatı | Əlavə edildi: azerhero (11.09.2014) | Müəllif: R.C E W
Baxış: 632 | Reytinq: 5.0/1
Bütün rəylər: 0
omForm">
avatar

Kitablar — zamanın dalğaları ilə səyahət edən və nəsildən-nəslə öz qiymətli yükünü ehtiyatla aparan fikir gəmiləridir.

- Frensis Bekon

Son 90 gün ərzində kitab oxumamaqdan daha pisi kitab oxumadığına görə narahat olmamaqdır.

- Cim Ron

Kitabları yandırmaqdan daha pis şey onları oxumamaqdır.

- Rey Bredberi

Yaxşı kitab aysberqə oxşayır, onun yeddi-səkkiz hissəsi suyun altında gizlənib.

- Ernest Heminquey

Kitablarım mənə çatacaq qədər böyük bir krallıqdır.

- Shakespeare

Mən, kitablarımı yaratmadan əvvəl, kitablarım məni yaratdılar.

- Montaigne

Kitabsız yaşamaq; kor, kar, dilsiz yaşamaqdır.

- Seneca

Bu günün gərçək universiteti, bir kitabxanadır.

- Carlyle

Kitab, tək ölümsüzlükdür.

- Rufus Choate

Exlaqa uyğun ya da zidd kitab deyə bir şey yoxdur. Kitablar ya yaxşı yazılmışdır, ya da pis. Hamısı bu qədər!

- Oscar Wilde

Ümidlə açılıb qazancla bağlanan bir kitab, yaxşı bir kitabdır.

- Alcott

Kitablar, itmiş başların abidələridir.

- Sir William Dave

Kitablar, heç solmayacaq bitkilərdir.

- Herrick

Kitab heç aldatmayan bir yoldaşdır.

- Guilbert De Pixrecourt

Axmaqlarla oturub-durmaqdansa , kitabla tənha oturmaq yaxşıdır.

- Qasım bəy Zakir

İnsan güc ilə yox, mütaliə etməklə ağıllanır.

- C.Bruno

Az bildiyini başa düşmək üçün çoxlu oxumaq lazımdır.

- Mişel Monten

Kitablar özünüzə və başqalarına hörmət etməyi öyrədəcək, ürəyi və ağlı, dünya və insanlıq sevgisiylə dolduracaq.

- Maksim Gorki

Kitab həyatın ən uzaq və qaranlıq yollarında insana işıq bəxş edən əfsanəvi çıraqdır

- A.M.Upit

BAKI QIZLAR UNİVERSİTETİ
1992-ci ildə təsis edilən və həmin vaxtdan da fəaliyyətə başlayan Bakı Qızlar Universitetinin (əvəllər Bakı Ali Pedaqoji Qızlar Seminariyası adlanırdı) yaradılmasında məqsəd respublikada qadın pedaqoji kadrlar yetişdirmək, onların intellektual səviyyəsini yüksəltmək və gənc qızları ailə həyatına hazırlamaqdan ibarətdir. Hazırda universitetdə "Sosial pedaqoji” və "Filologiya-tarix” fakültələri fəaliyyət göstərir. "Sosial pedaqoji” fakültədə "Təhsildə sosial-psixoloji xidmət”, "Psixologiya”, "Coğrafiya müəllimliyi”, "ibtidai sinif müəllimliyi”, "Məktəbəqədər təlim və tərbiyə”, "Riyaziyyat və informatika müəllimliyi”, "Filologiya-tarix” fakültəsində isə "Xarici dil (ingilis) müəllimliyi”, "Azərbaycan dili və ədəbiyyat müəllimliyi”, "Tarix müəllimliyi”, "Jurnalistika” üzrə bakalavr, "İbtidai sinifdə tədrisin metodika və metodologiyası”, "Pedaqogika nəzəriyyəsi və tarixi”, "Azərbaycan ədəbiyyatı”, "Azərbaycan dili”, "Azərbaycanın yeni və ən yeni tarixi” sahəsində magistratura səviyyəsində kadr hazırlığı aparılır.
Bakı Qızlar Universiteti Nazirlər Kabinetinin 1996-cı il fevralın 21-də 21 saylı sərəncamı ilə dövlət qeydiyyata alınmışdır. 2013-cü ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin lisenziya komissiyası BQU-nun çoxilli fəaliyyətinin, onun yüksək maddi-texniki bazasının, infrostrukturunun, təlim-tərbiyə sisteminin Azərbaycan Respublikası təhsil Qanununa Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Ali təhsil Müəssisələrinin fəaliyyətinə xüsusi razılıq (lisenziya verilməsi haqqında qərarına, Azərbaycan Respublikası Təhsil Nazirliyinin sənədlərinə uyğn qurulduğunu, pedaqoji kadrların hazırlanmasında əldə olunmuş nailiyyətlərini nəzərə alaraq universitetin fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsini məqsədəuyğun hesab etmişdir. Eyni zamanda 2013-cü ildə universitet akreditasiyadan keçmişdir. Universitetdə müxtəlif fənnlər üzrə kabinetlər, dörd kopüter otağı, kitabxana, badii yaradıcılıq studiyası, tələbə elmi cəmiyyəti, Tələbə Gənclər təşkilatı, dörd dərnəklər, nəşriyyat, idman zalı, yeməkxana, kadrlar şöbəsi və mühasibatlıq fəaliyyət göstərir.
Learn more