Əsas » Məqalə » Azərbaycan ədəbiyyatı

Əfəndiyev Elçin yaradıcılığı- "Ədəbi düşüncələr" necə yarandı-3

<< 1 / 2 / 3 / 4 / 5 / 6 / 7 / 8 / 9 / 10 >>

KİTAB VƏ OXUCU


     Elə Bəzən kitab oxucunu zorlayır. Bəzən də əksinə olur.

XARİCİ PORTRET


     Haçansa İvo Andriçin bir hekayəsini oxumuşam və bu qədər illər keçməyinə baxmayaraq, o hekayənin qəhrəmanı Hafiz Çələbi gözlərimin qabağındadır: bədən və baş, vəssalam.
     Hafiz Çələbi bir türk qəhrəmanı idi, sərt və qəddar idi, bütün Suriya onun qəzəbindən tir-tir əsirdi və nəhayət, sevimli hərəmi (bir suriyalı qız) onu tora salır, ayaqlarını da, qollarını da dibindən kəsirlər, məşəl basıb gözləri qarışıq bütün sifətini yandırırlar: təkcə bədən və baş, amma məğrurluq qalıb, Hafiz Çələbi bəzən yavaş-yavaş başını yuxarı qaldırıb dik tutur, eləcə də məğrurcasına başını yavaş-yavaş sağa, yavaş-yavaş sola çevirir...
     Belə bir dəhşəti yadda saxlamaq asandır və böyük yazıçı istedadmı da əlavə etsək, bu o saat yaddaşa hopur.
     Ancaq Pyer Bezuxovda heç bir xarici şikəstlik yoxdur.
     Pyerin ilk təsviri: «Pyer bıl neuklyuy. Tolstıy, vışe obıknovennoqo rosta, şirokiy, s oqromnımi krasnımi rukami, on, kak qovoritsya, ne umel voyti v salon i yeşşo meneye umel iz neqo vıyti, to yest pered vıxodom skazat çto-nibud osobenno priyatnoe.»
     Vəssalam.
     Pyer gözlərimizin qabağındadır.
     Sənətkarlıq budur.

HERADOT VƏ BUGÜN


     Heradotu oxuduqca fikirləşirəm ki, təkcə müasir dünyanı yox, ümumiyyətlə, xisləti hiss və dərk etmək üçün tarixi bilmək lazımdır.

BÜTÜN DÖVRLƏRİN DRAMATURQU


     Məndə elə bir təəssürat var ki, Aristofanm komediyalarmdan, Sofoklm faciələrindən dərhal sonra Şekspir komediya və faciələrini yazmağa başlayıb.
     Yəni aradan bu qədər əsrlər keçməyib və Şekspir də elə antik dövrün dramaturqudur.
     Məndə Eynilə necə ki, Şekspir gələcəyin kompüterlər epoxasının da dramaturqudur.

TARTAREN DƏQİQLİYİ


     Dode yaxşı yazıçıdır. Ancaq XIX əsr fransız ədəbiyyatında bu cür yaxşı yazıçılar çox olub.
     Dodeni o biri yaxşı yazıçılardan fərqləndirən və onu həmişə yaşadacaq cəhət isə orasındadır ki, Dode dünya ədəbiyyatında yeni bir xarakter kəşf etdi və bədii-estetik cəhətdən onun öhdəsindən gələ bildi: Tartaren.

POVEST


     Məlum məsələdir ki, «povest» rus sözüdür: «povestvavaniye» sözündən.
     Xarici ədəbiyyatda «povest» yoxdur. Həcminə görə türklər buna «böyük hekayə» deyirlər. Avropalılar roman deyir. Elə XX əsr ədəbiyyatmda bir çox maraqlı (hətta sanballı!) kiçik romanlar var ki, formal həcmi «povest» göstəricisidir. Misal üçün, Natali Sarrotun «Siz onları eşidirsiz?» klassik romanı, yaxud Mixail Sadovyanunun məşhur «Çekan» romanı, yaxud axır vaxtlar oxuduğum bəzi romanlar («Qaranlıq köşklər küçəsi», «Şam üçün isə tənhalıq», «Kölgənin şüası»...) həcm etibarilə bizim alışdığımız povestlərdir.
     Ancaq mənimçün qəribəsi budur ki, «povest» daha həcm göstəricisi deyil, o, rus ədəbiyyatmda, eləcə də rus ədəbiyyatmm təsiri ilə başqa sovet respublikalarmda, o cümlədən, bizim ədəbiyyatda janrlaşıb. Söhbət artıq yalnız həcmdən getmir, bu janrlaşma mətnin daxili stukturunda özünü göstərir və xarici ədəbiyyatda povestin estetik sərhədləri, arxitektonikası bizdə olduğu qədər müəyyənləşmir.
     Yeganə Merimeni oxuyanda mən «Karmen»də, «Mateo Falkone»də, «Tamanqo»da, «Kolomba»da povestin janr xüsusiyyətlərini görürəm.
     Merime özü bunları novella adlandırırdı və onlar bu gün də dünya ədəbiyyatında novella kimi tanınırlar.

CEYMS COYS


     Coysın 100 illiyidir və Moskva mətbuatı cürbəcür məqalələr dərc edir, çoxu qərəzli, qalanı da tendensiyalı.
     Ancaq məsələ bunda deyil.
     Mən heç cürə 100 rəqəmini Coysa şamil edə bilmirəm.
     Ona görə yox ki, Coys 59 yaşında ölüb.
     Ona görə ki, Coysun qəribə bir xüsusiyyəti var: elə bil ki, həmişə canlı (!) müasirdir, özü də «Uliss»dən daha artıq «Dublinlilər»də və xüsusən də, oradakı «Bacılar»da, «Pansion»da, «Torpaq»da.
     Yəni o mənada yox ki, Coysun əsərləri müasir səslənir. Ona qalsa, «Don Kixot» da müasir səslənir və bu cür müasir səslənən yüzlərlə əsər adı çəkmək olar.
     Coys məhz canlı müasirdir səninlə bir yerdə yaşayan, nəfəs alan, səninlə bir yerdə hər gün gözlərini açıb dünyanm bütün əbləh işlərini görən canlı müasir.

KNYAZ ANDREY BALKONSKININ YARALANMASI SƏHNƏSİNDƏ NAPOLEON


     Napoleon haqqında yüzlərlə kitab yazılıb, amma təkcə knyaz Andreyin yaralandığı səhnənin əvvəlini (cəmi bircə səhifə!) oxumaq kifayətdir ki, hiss edəsən, duyasan, tanıyasan ki, Napoleon kimdir.
     Knyaz Andrey ağır yaralanıb bayrağın dəstəyini əlindən buraxmayaraq üzüqoylu düşüb qalmışdı (Tolstoy mötərizə açıb elə oradaca yazır: «znamuje, kak trofei, bılo vzyato fran-suzami») və Napoleon vuruşdan sonra bir neçə atlı ilə döyüş meydanını gəzərkən bu mənzərəni görüb fransız dilində bircə cümlə deyir və Tolstoy mətnin altında o kiçik cümlənin tərcüməsini verir: «Vot prekrasnaya smert.»
     Və bununla da Napoleon haqqında hər şey deyildi!

KİTAB VƏ NƏHƏNG MEYİTLƏR CƏMİYYƏTİ


     Konan Doyl «Sirli qapı arxasında» adlı essesini belə başlayır: «Qoy sizin kitab rəfiniz kasıb olsun, kasıbvari otağınızı bəzəsin, eybi yox. Otağınızın qapısını içəridən kilidləyin, qoy aləm öz qayğılarıyla o tərəfdə qalsın. Nəhəng Meyitlər Cəmiyyətinin nigarançılıqlarından özünüzü təcrid edin və görəcəksiniz ki, gözəl bir ölkədəsiniz və heç bir narahatlıq o ölkəyə ayaq basa bilməyəcək, sizi heç nə qıcıqlandırmayacaq. Misgin nə varsa, ürək bulandıran nə varsa hamısı arxada qalıb. Burada isə, alicənab, səssiz-küysüz dostlannız yan-yana düzülüb sizi gözləyir. Onların o cərgəsini nəzərdən keçirin. Bu dəm ürəyinizə yaxını hansıdısa, onu da seçin. İndi isə, ancaq o qalır ki, əlinizi uzadıb onu götürəsiniz və onunla birlikdə arzular, xəyallar dünyasma yola düşəsiniz.»
     Burada mənimçün maraqlısı kitaba məhəbbət (bir az da sadəlövh məhəbbət!) deyil bu məlum bir məsələdir, orasıdır ki, Konan Doyl kitabın təsvir obyektini həyatı Nəhəng Meyitlər Cəmiyyəti adlandırır və onu kitaba qarşı qoyur.

ŞEKSPİR HAQQINDA


     Şekspir olmasaydı, ingilis ədəbiyyatı buz bağlayardı.

TƏSNİFAT


     Mənim üçün üç tipdə yazıçı var:
     a) daima sənin içində olub səninlə birlikdə yaşayan yazıçılar;
     b)yada düşən yazıçılar;
     c)unudulan yazıçılar.
     Hər üç halda söhbət böyük yazıçılardan, dünya ədəbiyyatının məşhur simalarından gedir.
     Misal üçün, Tolstoy, yaxud Şekspir, yaxud Çexovun dramaturgiyası, «Don Kixot» həmişə mənimlə bir yerdədir, yəni onlar təhtəlşüur mənimlə birgə yuxuya gedir, səhər mənimlə birgə yuxudan oyanırlar, mənimlə birlikdə (daha doğrusu, mən onlarla birlikdə!) həyat barədə, ölüm barədə fikirləşirlər, yaşayışın mənasını axtarırlar, mənimlə bir yerdə Allaha sığınırlar...
     Böyük yazıçılar var ki, təyyarədə uçuram, ya restoranda bir dostumla oturmuşam, ya tək-tənha dəniz kənarında gəzirəm, birdən yadıma düşür, ya qahmar çıxır, ya gülür, ya yazığı gəlir, ya etiraz edir, ya bir ruh verir, yüngülləşdirir və s. Hüqo kimi, Mirzə Cəlil kimi, Sabir kimi... Çoxdur bu yazıçılar (nədənsə, ürəyimdən keçdi ki, Cek Londonu xüsusi qeyd edim).
     Böyük yazıçılar da var ki, onları mən oxuyuram, böyük yazıçı kimi qəbul edirəm, amma unuduram və onlar yalnız haradasa adlarını oxuyanda, ya haqqında söhbət gedəndə mənim yadıma düşür. Belələri daha çoxdur və onların adlarmı çəkməyə də yəqin ehtiyac yoxdur.

OXUCULUQ


     İxtisaslaşmış həkimlər var: terapevt, praktoloq, ürək cərrahı, endokrinoloq və s.
     Ancaq həmin terapevt də, praktoloq da, ürək cərrahı da, endekrinoloq da, o birisi də ümumi tibbi yaxşı bilməlidir ki, öz sahəsində effektli iş görə bilsin.
     Necə ki, antik dövrü, yaxud XX əsrin tarixini tədqiq edən tarixçi də ümumi tarixi yaxşı bilməlidir, yaxud molekulyar fizika ilə məşğul olan alim, ümumiyyətlə, fizikanı yaxşı bilməlidir və s.
     Bu mənada mən yaxşı oxucu deyiləm (professional oxucu?!), elə yazıçılar var ki, onu dəfələrlə təkrar oxumuşam (Tolstoy, Şekspir... ixtisaslaşmışam!), elə böyük yazıçılar var ki, mən onları az oxumuşam (Dikkens... amma ümumi təsəvvürüm var), elə böyük yazıçı (hamının dediyinə görə) da yadıma düşür ki, mən ondan heç bir səhifə də oxumamışam, kitabı açmışam, oxumağa başlamışam, oxuya bilməmişəm və kitabı bağlayıb təzədən rəfdə öz yerinə qoymuşam (Valter Skott kimi...).

ŞAİRLƏRİN SAYI ARTIR


     Xalq kasıbladıqca qrafoman şairlərin sayı artır. « L ü t ü n operası^nda Lüt səhnəyə ilk gəlişində sözə belə başlayır: «Əgər kasıbçılıq poeziyaya bir patentdirsə, heç kim şəkk-şübhə edə bilməz ki, mən şairəm.»
     Hər dəfə mətbuatı nəzərdən keçirəndə dəhşətə gəlirəm ki, kasıbçılığın qrafoman özünüifadəsi Azərbaycan poeziyasmı başına götürüb.

İKİNCİ İSMAYIL VƏ KÖPRÜLÜ MEHMET PAŞA HAQQINDA YAZILMAMIŞ ROMANLAR


     Neçə illərdir ki, mən iki tarixi şəxsiyyət haqqında roman yazmaq istəyirəm, xeyli material toplamışam, qeydlər etmişəm: İkinci İsmayıl və Köprülü Mehmet Paşa.
     İsmayıl haqqındakı romandan, hətta bir neçə fəsil yazmışam, xeyli də qaralamam, qeydlərim var.
     Ancaq hər iki romanla bağlı bu istək elə istək olaraq da qalır.
     İsmayıl, Qəhqəhə qalasındakı dörd divar arasında olmazın sarsıntılar, əzab-əziyyətlər içində keçirdiyi 20 illik zindan həyatından sonra, birdən-birə taxta gətirildi və qırmadığı, işgəncə vermədiyi bacı-qardaşı, qohum-əqrabası qalmadı, gənc yaşlarından ona qarşı yırtıcı, heyvani münasibətlərin yaratdığı komplekslərin içində özü də məhv oldu, amma onun o çox qısamüddətli şahlığı (22 avqust 1576 24 noyabr 1577) Səfəvi tarixinin bu bir il üç aylıq zaman vahidinin çərçivələrinə sığışması heyrətamiz bir hadisə olan zəngin səhifəsinə çevrildi.
     Mehmet Paşa hakimiyyəti ələ aldığı zaman Osmanlı imperatorluğu parlaq qələbələrdən sonrakı bir harınlıq dövrünü yaşayırdı, dünənin böyük qəhrəmanları eyş-işrətə, korrupsiyaya qurşanmışdı və Osmanlı imperiyasını Dünya xəritəsinə gətirən mənəvi dəyərlər ayaqlar altına düşməkdə idi.
     Yaşı səksəni haqlamış Köprülü Mehmet Paşa harınlığa qarşı heç nəyə baxmayan, heç nədən çəkinməyən, heç bir insani hissə qapılmayan bir cəllada çevrildi, amma bu cəllad səbəbkarı olduğu böyük qan gölünün hesabına İmperatorluğun təmizlənməsinə nail oldu.
     Ancaq mən bütün bunları başqa bir səbəbə görə yazıram.
     Hərdən mənə elə gəlir ki, bu romanlarm ikisini də... çoxdan yazmışam.
     Bu olduqca qəribə bir hissiyyatdır.
     Uzun illər boyu ağıllı-dəli İsmayılm da, qoca Paşanın da mürəkkəb, ziddiyyətli, bir tərəfdən işıqlı, o biri tərəfdən şeytani xislətləri mənimçün o qədər özümünküləşib ki, elə bil, onlar mənim qələmimdən çıxıblar.
     Deməli, bu romanlar heç vaxt yazılmayacaq...

MOLYERİN KƏPƏNƏK ZƏRİFLİYİ


     «Skapenin kələkləri»ni və «Jorj Danden, yaxud aldadılmış ər»i Azərbaycan dilinə tərcümə etdim.
     Tərcümə zamanı hərdən mənə elə gəlirdi ki, Molyerin dialoqları uçub budaqdan-budağa, çiçəkdən-çiçəyə qonan kəpənəklərdir.

AFİNA XALQI


     Aristofan «Atlılar» komediyasında Afına Xalqı adlı rəmzi bir surət yaradıb və səhnəyə ilk gəlişində remarkada onu belə təqdim edir: «Hayhayı gedib, vayvayı qalmış (ruscası: «drı xlıy») ağsaç qoca Xalq pəncərədən görünür».
     Qrafoman isə, onu, şübhəsiz ki, gənc bir igid, yaxud ağsaqqal bir müdrik kimi təsvir edərdi.

ARAZIN FİKRİ


     Araz deyir ki, istedadlı yazıçı və istedadsız yazıçı olduğu kimi, istedadlı oxucu və istedadsız oxucu da var.
     Düz deyir!

GOREŞƏN


     Bizim sevimli müstəqil Azərbaycanımızda bəzi qəzetləri oxuyanda cəsəd yeyən goreşənlər mənim yadıma düşür.

YAZIÇI FƏHMİ


     Tolstoy heç vaxt, xüsusən də döyüşdə ağır yaralanmayıb, ölümlə üz-üzə dayanmayıb.
     Ancaq knyaz Andrey yaralanarkən Tolstoy onun hisslərini elə təsvir edib ki, bu hissləri ancaq özü yaşamış adam ifadə edə bilər.
     Yazıçı fəhmi budur.

TETÇER KƏLAMI


     Marqaret Tetçer deyir ki, siyasətdə həmişə gözlənilməyən hadisələri gözləmək lazımdır. Ədəbiyyatda da belədir.

YENİ TƏYİNATLAR


     Sovet rejimi rəsmi olaraq Qorkini, Şoloxovu, Mayakovskini zəmanəmizin böyük yazıçıları vəzifəsinə təyin etmişdi.
     Sovet İttifaqı dağıldı və bu gün rus demokratik fikri Qorkini, Şoloxovu, Mayakovskini həmin vəzifədən çıxarıb Bulqakovu, Platonovu, Zoşşenkonu, Pastemakı, Axmatovanı, Svetayevanı onların yerinə təyin etmək üçün dəridən-qabıqdan çıxır.
     Ancaq nə Bulqakovun, nə də Platonovun, Zoşşenkonun, Pastemakın, Axmatovanın, Svetayevanın belə bir təyinata ehtiyacı var.
     Necə ki, Qorkinin, Şoloxovun və güman edirəm ki, Mayakovskinin həmin sovet rəsmi təyinatlarına ehtiyacı yox idi.

VAXTIN SÖZƏ GÜCÜ ÇATMIR


     Yadımda deyil, kimsə deyib ki, vaxt hər şeyi keçmişə çevirir.
     Hər şeyi, ancaq hərdən mənə elə gəlir ki, ədəbiyyatdan başqa hər şeyi.
     Vaxt, hətta heykəli, rəsmi, musiqini də keçmişə çevirə bilir, təkcə Sözdən başqa.
     Vaxt kitabın qarşısında acizdir.
     Bu gün ən müasir kitab «Don Kixot»dur, «Anna Karenina»dır, Şekspirdir, Molyerdir...

TÜRK DİLİNİN FACİƏSİ


     Türkiyədə neçə onilliklərdir ki, cəmiyyət kəskin şəkildə ikiyə bölünüb: sağlara sollara və ən acısı budur ki, türk dili də ikiyə bölünüb: sağların dili solların dili.
     Güman edirəm ki, dünyada analoqu olmayan faciəli bir hadisədir.

YAZIÇILIQ YÜKÜ


     Napoleon deyirdi: «Siyasətçinin ürəyi yoxdur, onun ancaq başı var.»
     Yazıçmın ürəyi olmayanda və o ancaq başla yazanda taxta kimi qupquru bir şey alınır.
     Yazıçmm başı olmayanda və o yalnız ürəyi ilə yazanda zövqsüz ənlik-kirşana qarışmış gözyaşları damcılayıb aləmi bulaşdırır.
     Yazıçmm yükü daha artıqdır: onun həm ürəyi, həm də başı olmalıdır.

HEKAYƏ MÖVZUSU


     Bir kitab həyatı öyrənmək üçün səyahətə çıxır, özü öz davamını yazmaq istəyir, baxır, müşahidə edir və nəhayətdə özünü ocağa atıb yandırır intihar edir.

«MƏNFİ QƏHRƏMAN» MÜSBƏT İŞLƏR GÖRÜR


     Hacı Qara da, Məşədi İbad da, Qurbanəli bəy də «mənfi qəhrəman»lardır.
     Amma bir anlıq təsəvvür edək ki, Azərbaycan ədəbiyyatmda nə Hacı Qara var, nə Məşədi İbad var, nə də Qurbanəli bəy.
     Gör o zaman Azərbaycan mənəviyyatı nə qədər kasıblayır.

KONYUNKTURA QURBANLARI


     A.Tolstoy («Üç bacı»), K.Fedin («İlk sevinclər»), A.Fadeyev («Tarmar»)... istedadlı rus yazıçıları idi (və onlarm sayı az deyildi!) və şübhəsiz ki, XX əsr rus ədəbiyyatının böyük nümunələrini yarada bilərdilər, ancaq konyunktura onları (hansınısa tamam, hansınısa nisbətən) məhv etdi.

FOLKNER VƏ HEMİNQUEY


     Folkner böyük bir dağdır, onun bütün cizgiləri dəqiq görünür, o tərpənməz və əbədidir.
     Heminquey də dağdır, amma o nə boydadır, görünən cizgiləri bu gün belədir, bəs, sabah necə olacaq məlum deyil, çünki o dinamikdir, dəyişir, bütün bu romanlar, hekayələr, oçerklər bir yerdə dayana bilmir, onlar üçün dəqiq bir müstəvi yoxdur, onlar nəfəs alır, tərpənir...

NOBEL İDDİAÇILARININ MÜŞKÜLLÜYÜ


     Nobel mükafatı iddiasında olan, amma bu mükafatı ala bilməyən yazıçılar üçün Tolstoyun timsalı yaxşı bir təskinlik ola bilər.
     Amma, görünür, belə deyil, çünki onların heç biri Tolstoy deyil.

YARIMÇIQLIQ İZTİRABLARI


     İki kitab var ki, uzun illərdən bəri mən onları erkən oxumağımııı peşmançılığını çəkmişəm, yəni mən həmişə hiss etmişəm ki, o kitabların o zamankı təəssüratı yaşıma görə çox yarımçıq, bəsit bir təəssüratdır və bütün bu illər ərzində nə qədər istəmişəm ki, onları yenidən oxuyum, amma bundan bir şey çıxmayıb və yəqin haçansa da bir şey çıxmayacaq.
     Heyf!..
     İkisini də IX sinifdə, 16 yaşımda oxumuşam:
     Dante, «İlahi komediya».
     Höte, «Faust».

BODRUMDA


     Heradot Bodrumda dünyaya gəlib. Bodrum qətiyyən bunun fərqində deyil...

FÜZULİDƏN SABİRƏ QƏDƏR


     Azərbaycan klassik poeziyasmda Füzulidən Vaqifə qədərki boşluq inanılmaz bir şeydir.
     Məntiqə görə, Füzuli nəhəngliyi özündən sonra böyük ədəbi simalar yetişdirməliydi, amma belə olmadı.
     Mən həmişə fikirləşirəm ki, nə üçün?
     Və bu suala bir az da mistik bir cavab verirəm: Azərbaycan klassik poeziyasmda Füzuli son hədd idi (necə ki, Həzrət Məhəmməd peyğəmbərlərin sonuncusu idi!) və onu inkişaf etdirmək üçün, onu ötmək, onu keçmək mümkün deyildi.
     Füzulidən əsrimizin əvvəllərinə qədərki dövr klassik poeziyamız əslində epiqonçu poeziyadır (və bu poeziyanm da öz böyük nümayəndələri var, misal üçün, S.Ə.Şirvani).
     Vaqifdən və Sabirdən başqa.
     Onlar Füzulidən sonrakı dövr poeziyasma keyfiyyət dəyişikliyi gətirdilər və özləri məktəb yaratdılar.
     Vaqif istedadı folklorla müttəfiq oldu və Füzuli sehrindən çıxa bildi, seçildi.
     Sabir istedadı zəmanənin, dəyişən dünyanm nəbzini tutdu, böyük vətəndaş poeziyası yaratdı.
     Sonra da XX əsrin urbanizasiyası gəldi.

FEYXTVANGER, YOXSA RUSSO?


     «Qəribə adamın müdrikliyi»ni oxuduqca, daima mənə elə gəlirdi ki, Feyxtvanger Russodan yox, hansısa üçüncü bir müəllif Feyxtvangerin özündən yazır.

KİTAB KÜSKÜNLÜYÜ


     Son zamanlar deyirlər ki, bizdə kitaba maraq azalıb, həvəs itib. Mənə elə gəlir ki, əksinədir.
     Kitab özü bizdən küsüb.

TOLSTOY VƏ DOSTOYEVSKİ


     Dostoyevski «Bəyaz gecələr»dən, «Netoçka Nezvanova»dan daha üstün bir ədəbi sferaya keçəndə («Karamazov qardaşları»), onun, hətta o ali sferaya belə, sığışmayan fikir dünyası hissiyyatı (deməli, bədiiliyi!) zorlayır.
     Tolstoy «Sevastopol hekayələri»ndən daha üstün bir sferaya keçəndə («Anna Karenina», «Hərb və sülh», «Sergiy ata»...) həmin ali sferanın hissiyyatı ilə fikir aləmi tamam harmonik bir vəhdət, tamlıq, bütövlük yaradır.

SƏNƏT HAQQINDA


     Əlbəttə, hər şey Allah vergisindən asılıdır. Sovet sisteminin, hakim partiya ideolojisinin təhriki, hökmü və ürküsü ilə, misal üçün, kinematoqraf ekrana insan əvəzinə, traktor, neft buruğu, MTS, kolxoz, sovxoz, sement, pambıq çıxartdı, fikirlər şüarlarla, hissiyyat iclaslardakı çıxış və məruzələrlə əvəz edildi, insanın daxili aləmini Sov.İKP-nin qərarları, partiya qurultaylarının qətnamələri müəyyənləşdirdi.
     Ancaq, əlbəttə, sosializm realizmi qəliblərindən qopub çıxan istisnalar var idi.
     Sovet rejimi çökdü.
     Bu dəfə ekranı Hollivudun (və hollivudçuluğun) trillerləri, hərbə-zorba («boyevik») filmləri bürüdü, hərfi mənada su kimi axan qan, bombaların partlayışı, avtomatların atəş cərgəsi bütün insani hissiyyatı ayaqlayıb keçdi, qandonlar məhəbbəti əvəz etdi.
     Ancaq, əlbəttə, bu bazar isterikasının fövqündə istisnalar var.
     Sənət bütün dövrlərdə həmin istisnalardır.

REKLAM BARƏDƏ


     Yazıçı var ki, özünüreklam onun həyat və yaradıcılıq tərzidir. Buna klassik nümunə Heminquey.
     Yazıçı da var ki, bütün dünyanın gözü qarşısında özünüreklamın üzərindən qara xətt çəkib.
     Misal üçün Sellincer.
     Sellincer 1965-ci ildən üzü bu tərəfə az qala 20 ildir ki, nə intervyü verir, nə görüş keçirir, nə əsərlərinin təkrar nəşrinə icazə verir, nə də ekranlaşdırmağa qoyur.
     Amma, əslində, elə bu da bir özünüreklamdır.

NAZİM HİKMƏT VƏ AZƏRBAYJAN


     Türkiyənin sağları bunu heç cürə başa düşmürlər ki, Azərbaycanın Nazim Hikmətə böyük məhəbbəti, eyni zamanda, Türkiyəyə, türkə böyük məhəbbətin ifadəsi idi.
     Dərd burasındadır ki, sollar da bunu başa düşmür.

TOLSTOY XOFU


     Neçə illərdir ki, «Mən nə üçün Tolstoyu sevirəm?» adlı bir kitab yazmaq istəyirəm, amma onu heç cürə başlaya bilmirəm. Xeyli qeydlərim var, o kitabın quruluşu, fəsilləri bir sözlə, mənim üçün hər şey aydındır, amma o kitab yazılmır.
     Və çox güman da ki, heç vaxt yazılmayacaq.
     Mən bunu sövq-təbii hiss edirəm.
     Mən o kitabı başlamağa qorxuram.
     Hər dəfə buna cəhd edəndə Tolstoyun ağırlığı (Tolstoy çəkisi!) məni sıxır (çiynimdən basır!).

HEKAYƏ QƏHRƏMANI


     Belə bir qadın: gənclik illərində türk, hind, ərəb filmləri ııdəki qəhrəmanlara aşiq olurdu, gizlin və atəşin bir məhəbbətlə onları sevirdi.
     Birinin eşqi ilə yanırdı, təzə film görəndən sonra, onu unudub yeni qəhrəmanı öz sevgi aləminə çəkib gətirirdi, o qəhrəmanla yatıb, onunla da dururdu.
     İllər keçdi, o qadın ərə getdi, uşaqları oldu, kino onun qayğılarından kənarda qaldı, Rac Kapurun, Ömər Şərifın, Yılmaz Durunun şəkilləri, xatirə kimi saxlanmış kinoteatr biletləri unuduldu, haradasa gündəliklərin, köhnə kağız-kuğuzların arasında qaldı, gündəliklərlə, o kağızlarla bərabər saralıb soldu...
     Və o qadm yavaş-yavaş bütün mehr-məhəbbətini kitablara saldı nakam məhəbbətdən bəhs edən, sonu faciə ilə bitən (misal üçün, qəhrəman gözlənilmədən dənizdə boğulur və onun sevgilisi dəli olur, yaxud toya bir gün qalmış gəlin maşın altına düşüb ölür və s.) kitablara.
     ... Axşamlar hamı yatandan sonra, o kitab müəlliflərinə uzun-uzun etiraf məktubları yazırdı.
     Beləcə qocaldı və həyat da ötüb getdi.

«CANLI MEYİT»


     Mən «Canlı meyit»in müəllifınin kim olduğunu bilməsəydim, bu pyesi Tolstoyun yazdığını heç cürə ağlıma gətirə bilməzdim.
     «Canlı meyit» Tolstoyun yeganə əsəridir ki, mən onu qəbul edə bilmirəm.
     «Canlı meyit» elə bil ki, haçansa yazılacaq bir əsər üçün ilkin və adda-budda qeydlərdir.
     Tolstoyun dahiliyi onun əsaslandırma bacarığındadır.
     Tolstoyda əsaslandırılmamış hərəkət, situasiya, düşüncə, hissiyyat yoxdur.
     Təkcə «Canlı meyit»dən başqa.
     Protasov nə üçün belə edir? nə istəyir? nə üçün sıxılır? nə axtarır? niyə əzab çəkir? «Canlı meyit»də bu suallara Tolstoy qələmiııə layiq cavab yoxdur.

MOHTƏRƏM ŞVEYK HAQQINDA


     «Nedelya»da Qaşekin bir lətifəsini oxudum, xoşuma gəldi və onu tərcümə etdim.
     Bundan sonra düz iyirmi gün Qaşeki əvvəldən axıracan (o cümlədən, Şveyki təzədən) oxudum.
     Şübhəsiz ki, dünya ədəbiyyatında Qaşek səviyyəli minlərlə yazıçı olub və indi onların adı ancaq hansısa ensiklopediyalarda, hansısa milli ədəbiyyat tarixlərində qalıb.
     Amma Qaşek Şveyki kəşf etdi və Şveyk onu ədəbiyyatda saxladı.

TƏƏSSÜF


     Konstantin Simonov ilə məni 1971-ci ilin payızında Moskvada indiki kimi yadımdadır, Yazıçılar İttifaqının Vorovski küçəsindəki binasının həyətindəki alma ağaclarmın dibi sapsarı xəzəllə dolu idi, elə həmin Yazıçılar İttifaqında, sədr Georgi Markovun qəbul otağında Yuri Surovtsev tanış etmişdi.
     O zaman mənim «Beş qəpiklik motosikl» adlı hekayəm tənqidçi Iqor Zolotuskinin tərcüməsində «Drujba narodov» jumalında dərc edilmişdi və bu mənim Moskva mətbuatında çıxmış ilk yazım idi.
     Yuri Surovtsev məni K.Simonova təqdim etdi və dedi ki, həmin hekayə Konstantin Mixayloviçin xoşuna gəlib.
     K.Simonov:
     -Hə, dedi. Cavan oğlan, hekayəniz alınıb («Da, molodoy çelovek, rasskaz u vas poluçilsa»).
     Bundan sonra K.Simonovla aramızda səmimi bir münasibət yarandı, deyə bilmərəm ki, bu xüsusi bir yaxmlıq idi, yox, sadəcə, söhbət cavan bir yazıçı ilə çox təcrübəli və çox da məşhur bir qələm sahibinin qarşılıqlı simpatiyasından gedirdi.
     Ara-sıra Moskvadakı ədəbi məclislərdə onunla görüşürdüm, hərdən telefonla zəng edib hal-əhval tuturdum. Bir dəfə də Vladimir Amlinski ilə birlikdə məni evinə dəvət etmişdi və mənim «Yunost» jumalında çap olunmuş «Bir görüşün tarixçəsi» povestimi oxuyub bəyəndiyini demişdi.
     Bu adam 30-40-50-ci illər sovet ədəbi mühitinin və rəsmi ədəbi həyatının ən fəal üzvlərindən biri idi, onun həmin illərdəki (xüsusən, müharibə vaxtı yazdığı «Jdi menya» şerindən sonra) populyarlığı sovet ədəbiyyatı tarixində analoqu olmayan bir hadisə idi.
     Yadıma gəlir, 50-ci illərin əvvəllərində bir dəfə atamla Mehdi Hüseyngilə getmişdik və Mehdi Hüseynin həyat yoldaşı Fatma xanım (mən ona «Fatma xala» deyirdim) xudmani bir süfrə açmışdı və atamla Mehdi əmi (onu da belə çağırırdım) kiçik qədəhlərdə konyak içə-içə söhbət edirdilər. Mən də bir kənarda oturub Mehdi əminin təzə çıxmış kitabını o kitabı da xatırlayıram: «Komissar» povesti idi (bir müddətdən sonra mənim 11 yaşım tamam olanda həmin kitabı avtoqrafla mənə bağışlamışdı və bu, həyatımda mənim üçün yazılan ilk avtoqraf idi, indi də kitabxanamdadır), vərəqləyirdim, amma böyüklərin, xüsusən də yazıçıların söhbətinə azarım olduğu üçün, bir qulağım onların yanında idi və o söhbət əsnasında mən eşitdim ki, marşal Rakosovski Konstantin Simonovun arvadı, kinoaktrisa, o zamanın gözəllər gözəli Serovanı onun əlindən alıb.
     Doğrusu, eşitdiyim bu hadisə mənə çox təsir etmişdi, səkkizdoqquz il əvvəl qurtarmış müharibənin qəhrəmanı marşal Rakasovskinin qəzet və jumallarda gördüyüm şəkilləri gözümün qabağma gəlirdi və o anlarda Rakasovski (bu yaraşıqlı, mərdanə görkəmli adam!) mənim üçün kinli-küdurətli, xəyanətkar kapitan Kassi Koldauna çevrilirdi. Çünki filmlərdə gördüyüm o gözəl Serovanm əri Konstantin Simonov mənim (on yaşlı bir çoxbilmişin) xəyallar aləmimdə Moris-Mustanger kimi bir qəhrəman idi.
     Çox sonralar, səhv etmirəmsə keçən il, yəni 1980-ci ildə, indi yadımdan çıxıb, kiminsə xatirələrində belə bir epizod oxudum:
      «Mexlis adəti üzrə Stalinin yanına növbəti məruzəyə gəlir və marşal Rakasovskinin Serova ilə görüşməkdən ötrü tez-tez cəbhədən xüsusi təyyarə ilə Moskvaya uçduğunu rəhbərə çatdırır. Araya sükut çökür. Mexlis:
     -Nə edəcəyik, yoldaş Stalin? («Çto budem delat, tovariş Stalin?) soruşur.
     Stalin qəlyanmdan bir-iki qüllab vurub:
     -Həsəd aparacağıq! («Zavidovat budem!») deyir».
     Ancaq yenə o sevimli uşaqlıq çağlarma qayıdaq.
     O vaxtlar Simonov əfsanə idi.
     Hətta 60-70-ci illərdə Yevtuşenkonun, Voznesenskinin, Axmadulinanm populyarlığmı belə, Simonovun 40-50-ci illərdəki populyarlığı ilə müqayisə etmək olmazdı.
     Stalinin vəfatmdan sonra, Simonova hücumlar başladı və mənim yaxşı yadımdadır, 1954-cü ildə Moskvada SSRİ Yazıçılar İttifaqmm iyirmi ildən sonra, II Qurultayı keçirilirdi, atam Qurultaym nümayəndəsi idi və məni də özü ilə Moskva-ya aparmışdı və o zaman o Qurultayda Şoloxov çıxışmda Simonovu Stalinin və SİSTEMİN ərköyün sevimlisi kimi biabır etmişdi; orası da yaxşı yadımdadır ki, onda mənim on bir yaşım vardı Mehdi Hüseyn, Əyyub Abbasov, Süleyman Rüstəm, İmran Qasımov bizim «Moskva» mehmanxanasmdakı otağımıza yığışıb Şoloxovun o çıxışmı müzakirə edirdilər...
     70-ci illərdə əfsanə qocalmışdı Simonov yaşmdan xeyli qoca görünürdü.
     Mən bilirdim ki, Simonovun 40-50-ci illərdə Azərbaycanla bağlı maraqlı xatirələri olmalıdır, çünki dəfələrlə Azərbaycana gəlmişdi, S.Vurğunla yaxın münasibəti var idi, Yazıçılar İttifaqına, «Literatumaya qazeta»ya rəhbərlik etmişdi və o dövrün mürəkkəb, qorxulu-ürkülü ədəbi-ictimai hadisələri ilə bağlı M.C.Bağırovla təmasda olmuşdu.
     Doğrudan da, hərdən ayaqüstü söhbət əsnasında Mir Cəfər Bağırovdan və Səməd Vurğundan tələsik nəsə danışırdı:
     -Mirzə Əjdəroviç necədir? («Kak tam Mirza Ajdaroviç? ))soruşurdu və hər dəfə də mən ondan xahiş edirdim ki, Azərbaycanla bağlı xatirələrini yazsm, heç olmasa, bir gün bunları mənə danışsın və mən qeydlər edim.
     -Mütləq («Obyazatelno!») deyirdi.
     1978-ci ilin sonu, səhv etmirəmsə, dekabrın axırları idi, Moskvaya getmişdim və günlərin birində ona zəng etdim.
     Elə adamlar var ki, onların səsi o saat o səs sahibinin ovqatından xəbər verir və Simonov da həmin adamlardan biri idi.
     O gün səsindən hiss etdim ki, nəsə pəjmürdədir, bəlkə də pəjmürdə o söz deyil, qayğılıdı, pərişandı, kiməsə, nəsə demək, ürəyini boşaltmaq istəyir.
     -Sabah axşam mənə dəyin, dedi. İstəyirəm sizə bəzi şeylər danışım. («Zavtra veçerom zaydite ko mne. Xoçetsya koye-çto rasskazıvat vam.»)
     Mən çox təəssüf etdim, sabah günorta Bakıya qayıdacağımı dedim.
     -Neynək, qalsın gələn dəfəyə. («Çtoj, ostavim na sledyuşiy raz.»)
     Amma o «sledyuşiy raz» olmadı.
     Təxminən üç-dörd aydan sonra K.Simonov vəfat etdi.
     Heç cür özümə bağışlaya bilmirəm ki, o zaman biletimi dəyişib bir gün də artıq Moskvada qalmadım, onunla görüşmədim və mənə nələr danışacağını bilmədim.
     O gecə mənə demək istədiklərini özü ilə apardı.
     Heyf!

İNTİHARA APARAN YOLLAR


     Cek London və Stefan Sveyq, Akutaqava və Heminquey, Marina Svetayeva və Virciniya Vulf...
     Onları yalnız XX əsr və qələm birləşdirmir.
     Onları bəlkə də, daha artıq dərəcədə intihara aparan yollar birləşdirir.

BAŞQALARININ QANI


     O’Henri deyirdi ki, yazıçı özünün yox, başqasının qanıyla yazır.
     Bu maraqlı fikri cürbəcür yozmaq olar.
     Bu fikri mən belə qəbul edirəm ki, yazıçı özü yaratdığı başqasının (başqalannın!) yəni Anna Kareninanın və xanım Bovarinin, Otello və Dezdemonanm, Leyli və Məcnunun qanı ilə yazır.

ƏDƏBİYYAT COĞRAFİYANI ÜSTƏLƏYİR


     Bəzən coğrafi məkan öz yerini konkret bir şəxsə verir. Mənim üçün İrlandiya Coys deməkdir.
     Necə ki, İslandiya Laksnesdir.

ƏLBƏTTƏ, HƏR ŞEYİ İSTEDAD HƏLL EDİR


     Bəzən Edmon Lepelletyenin Napoleon haqqında «Kapitan Napoleon»dan başlamış, «Böyük Fransanm vəliəhdi»nə qədər silsilə romanlarını (on roman!) oxudum.
     Bəzən Bir tərəfdə Napoleon xislətinin mürəkkəbliyi, şəxsiyyətinin böyüklüyü, mühitinin zənginliyi.
     Bəzən O biri tərəfdə Lepelletye istedadının məhdudluğu.
     Bəzən Tez-tez rastlaşdığımız qəribə bir ədəbi paradoksdır: yazıçı iddiası ilə yazıçı imkanının uyğunsuzluğu.
     Bəzən Əgər söhbət yalnız tarixi faktların sadalanmasmdan gedirsə, mən tarixçinin (yazıçınm yox!) misal üçün, Tarlenin Napoleon haqqmdakı kitabmı qat-qat artıq bir maraqla oxuyurdum.

SÜJET


     Hekayə triptix. Eyni oxucu, eyni kitab, eyni yazıçı. Eyni hadisə üç dəfə təsvir olunur.

I


     Oxucu kitabdan o qədər təsirlənir ki, yazıçmı öldürmək qərarma gəlir.
     Yazıçmı öldürmək üçün gecə onun evinə gedir. Gözlənilmədən söhbətə başlayırlar.
     Və bu söhbətdən sonra oxucu özünü öldürür.

II


     Oxucu kitabdan o qədər təsirlənir ki, yazıçmı öldürmək qərarma gəlir.
     Yazıçmı öldürmək üçün gecə onun evinə gedir. Gözlənilmədən söhbətə başlayırlar.
     Və bu söhbətdən sonra oxucu yazıçmı öldürür.

III


     Oxucu kitabdan o qədər təsirlənir ki, yazıçmı öldürmək qərarma gəlir.
     Yazıçmı öldürmək üçün, gecə onun evinə gedir. Gözlənilmədən söhbətə başlayırlar.
     Və bu söhbətdən sonra yazıçı özünü öldürür.

YÜZ BÖYÜK SƏRKƏRDƏ VƏ BİR SUAL


     Amerika hərbşünası Maykl Li Leninq «Yüz böyük sərkərdə» kitabmda türk mənşəli cəmi beş nəfər haqqmda yazır: Atilla, Teymur, Birinci Süleyman, Atatürk və Birinci Səlim.
     Əgər belədirsə, yəni qoca tarixdə 95 böyük sərkərdənin müqabilində cəmi 5 türk varsa, o zaman uzun əsrlər boyu dünyanın az qala yarısmı idarə etmiş türk xalqları bu böyük hərbi qələbələri necə əldə etmişlər?

HEMİNQUEY VƏ PUŞKİN


     İlk dəfə «Əlvida, silah!»ı oxuyanda birdən-birə məndə tamam gözlənilməz bir hissiyyat yarandı: nəyə görəsə (bu günə qədər bunun səbəbini dəqiq izah edə bilmirəm) Puşkinin «Kapitan qızı» yadıma düşdü və romanı oxuduqca «Kapitan qızı» fikrimdə dolaşırdı.
     Eyni hissiyyatı «Qoca və dəniz»i oxuyanda da keçirmişdim: birdən-birə «Kapitan qızı»ndakı Puqaçov yadıma düşmüşdü.
     Qoca o balıqla ölüm-dirim mübarizəsi apardıqca, Puqaçovun baxışı, edam səhnəsindəki təbəssümü fikrimdə canlanırdı, gözümün qabağma gəlirdi.
     Sonralar hərdənbir yadıma düşəndə özüm-özümə təəccüb edirdim ki, «Əlvida, silah» hara, «Qoca və dəniz» hara, «Kapitan qızı» hara?
     Bu günlərdə, Heminqueyin 100 illiyi ilə bağlı, oğlu Patrikin müsahibəsini oxudum və oradakı bir fakt, doğrusu, məni mat qoydu: sən demə, Heminquey Puşkini çox sevirmiş, hətta Puşkinin balaca bir büstü də onun Kubadakı evində, yazı masasmm üstündəymiş...
     Həmin müsahibəni oxuyana qədər, mən Heminqueyin, nəinki Puşkini beləcə sevməyindən, ümumiyyətlə, Puşkini tanımağmdan belə, xəbərim yox idi.
     O hissiyyat məndə tamam sövq-təbii, təhtəlşüur yaranmışdı.

HAKIMIYYƏT HƏRISLIYI


     Sergey Xruşşov atası haqqındakı kitabında yazır ki, 1962-ci ilin payızında Kubada sovet raketlərinin yerləşdirilməsi ilə bağlı ABŞ ilə SSRİ arasında münasibət saatbasaat gözlənilən müharibə həddinə gəlib çıxmışdı.
     Nikita Xruşşov geri çəkildi və raketləri Kubadan götürdüb yenidən SSRİ-yə qaytardı.
     Bu dəfə də belə bir geriçəkilmədən narazı qalmış Fidel Kastro ilə münasibətlər kəskinləşir.
     Xruşşov Kastro ilə danışıqlar aparmaq üçün, Anastas Mikoyanı Kubaya göndərməyi təklif edir.
     Sergey Xruşşov yazır: «Ən başlıcası, atam belə hesab edirdi ki, «bu cür danışıqlar aparmaq üçün, bizdə Mikoyandan yaxşı diplomat yoxdur.»
     Ancaq Mikoyanın 40 ildən artıq bir yerdə yaşadıqları, 5 oğul böyütdükləri arvadı Aşxen Lazarevna Tumanyan ölüm ayağında idi.
     Şəxsi həyatının belə bir məqamında Mikoyan can verən arvadmı Moskvada qoyub Kubaya getməyə razı olur.
     Sergey Xruşşov belə bir qeyri-insani hərəkətin səbəbini Mikoyanm partiyaya sədaqətlə xidmət etmək əzmi ilə izah edir.
     Serqo Mikoyan da atasınm xatirələr kitabına yazdığı ön sözdə bu hadisəni Anastas Mikoyanın böyük fədakarlığı kimi qələmə verir. S.Mikoyan həmin səfərdə atasını müşayiət edib və yazır ki, Aşxen Lazarevnanın ölüm xəbəri Havanada onlara çatanda Anastas Mikoyan deyib: «Anan vəfat edib, sən gərək dəfndə iştirak etmək üçün Moskvaya uçasan.» «Bəs, sən necə, olacaqsan?» deyə mən soruşdum. «Mən bu cür mühüm işi yarımçıq qoya bilmərəm.»
     Ancaq mənə elə gəlir ki, məsələ beləcə qələmə verildiyi kimi deyil.
     Heç bir siyasi-ideoloji səbəb, mənim fikrimcə, belə bir tamam əxlaqsız hərəkətə heç olmasa, bircə günlüyə də olsa, gəlib bütün ömrünü birgə yaşadığın arvadı son mənzilə yola salmayasan! sövq edə bilməz.
     Bu xislət məsələsidir.
     Və bu bədii ədəbiyyatın predmetidir.
     Mikoyanı belə bir mənəviyyatsız hərəkətə sövq edən onun hakimiyyətdə qalmaq ehtirası, vəzifə hərisliyi idi.
     Bir neçə gündən sonra, Aşxen ölür. Mikoyan onun dəfnində iştirak etmir və bir ay Havanada qalıb Kastronu dilə tutmaqla məşğul olur.
     Anastas Mikoyanı Kubaya göndərən Nikita Xruşşov da Aşxen Lazarevnanın dəfnində iştirak etmir və maraqlısı budur ki, Serqonun yazdığına görə, Mikoyan bunun üçün dövlət başçısından inciyir...

<< 1 / 2 / 3 / 4 / 5 / 6 / 7 / 8 / 9 / 10 >>

Bölmə: Azərbaycan ədəbiyyatı | Əlavə edildi: azerhero (03.09.2014) | Müəllif: R.C E W
Baxış: 719 | Reytinq: 0.0/0
Bütün rəylər: 0
omForm">
avatar

Kitablar — zamanın dalğaları ilə səyahət edən və nəsildən-nəslə öz qiymətli yükünü ehtiyatla aparan fikir gəmiləridir.

- Frensis Bekon

Son 90 gün ərzində kitab oxumamaqdan daha pisi kitab oxumadığına görə narahat olmamaqdır.

- Cim Ron

Kitabları yandırmaqdan daha pis şey onları oxumamaqdır.

- Rey Bredberi

Yaxşı kitab aysberqə oxşayır, onun yeddi-səkkiz hissəsi suyun altında gizlənib.

- Ernest Heminquey

Kitablarım mənə çatacaq qədər böyük bir krallıqdır.

- Shakespeare

Mən, kitablarımı yaratmadan əvvəl, kitablarım məni yaratdılar.

- Montaigne

Kitabsız yaşamaq; kor, kar, dilsiz yaşamaqdır.

- Seneca

Bu günün gərçək universiteti, bir kitabxanadır.

- Carlyle

Kitab, tək ölümsüzlükdür.

- Rufus Choate

Exlaqa uyğun ya da zidd kitab deyə bir şey yoxdur. Kitablar ya yaxşı yazılmışdır, ya da pis. Hamısı bu qədər!

- Oscar Wilde

Ümidlə açılıb qazancla bağlanan bir kitab, yaxşı bir kitabdır.

- Alcott

Kitablar, itmiş başların abidələridir.

- Sir William Dave

Kitablar, heç solmayacaq bitkilərdir.

- Herrick

Kitab heç aldatmayan bir yoldaşdır.

- Guilbert De Pixrecourt

Axmaqlarla oturub-durmaqdansa , kitabla tənha oturmaq yaxşıdır.

- Qasım bəy Zakir

İnsan güc ilə yox, mütaliə etməklə ağıllanır.

- C.Bruno

Az bildiyini başa düşmək üçün çoxlu oxumaq lazımdır.

- Mişel Monten

Kitablar özünüzə və başqalarına hörmət etməyi öyrədəcək, ürəyi və ağlı, dünya və insanlıq sevgisiylə dolduracaq.

- Maksim Gorki

Kitab həyatın ən uzaq və qaranlıq yollarında insana işıq bəxş edən əfsanəvi çıraqdır

- A.M.Upit

BAKI QIZLAR UNİVERSİTETİ
1992-ci ildə təsis edilən və həmin vaxtdan da fəaliyyətə başlayan Bakı Qızlar Universitetinin (əvəllər Bakı Ali Pedaqoji Qızlar Seminariyası adlanırdı) yaradılmasında məqsəd respublikada qadın pedaqoji kadrlar yetişdirmək, onların intellektual səviyyəsini yüksəltmək və gənc qızları ailə həyatına hazırlamaqdan ibarətdir. Hazırda universitetdə "Sosial pedaqoji” və "Filologiya-tarix” fakültələri fəaliyyət göstərir. "Sosial pedaqoji” fakültədə "Təhsildə sosial-psixoloji xidmət”, "Psixologiya”, "Coğrafiya müəllimliyi”, "ibtidai sinif müəllimliyi”, "Məktəbəqədər təlim və tərbiyə”, "Riyaziyyat və informatika müəllimliyi”, "Filologiya-tarix” fakültəsində isə "Xarici dil (ingilis) müəllimliyi”, "Azərbaycan dili və ədəbiyyat müəllimliyi”, "Tarix müəllimliyi”, "Jurnalistika” üzrə bakalavr, "İbtidai sinifdə tədrisin metodika və metodologiyası”, "Pedaqogika nəzəriyyəsi və tarixi”, "Azərbaycan ədəbiyyatı”, "Azərbaycan dili”, "Azərbaycanın yeni və ən yeni tarixi” sahəsində magistratura səviyyəsində kadr hazırlığı aparılır.
Bakı Qızlar Universiteti Nazirlər Kabinetinin 1996-cı il fevralın 21-də 21 saylı sərəncamı ilə dövlət qeydiyyata alınmışdır. 2013-cü ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin lisenziya komissiyası BQU-nun çoxilli fəaliyyətinin, onun yüksək maddi-texniki bazasının, infrostrukturunun, təlim-tərbiyə sisteminin Azərbaycan Respublikası təhsil Qanununa Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Ali təhsil Müəssisələrinin fəaliyyətinə xüsusi razılıq (lisenziya verilməsi haqqında qərarına, Azərbaycan Respublikası Təhsil Nazirliyinin sənədlərinə uyğn qurulduğunu, pedaqoji kadrların hazırlanmasında əldə olunmuş nailiyyətlərini nəzərə alaraq universitetin fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsini məqsədəuyğun hesab etmişdir. Eyni zamanda 2013-cü ildə universitet akreditasiyadan keçmişdir. Universitetdə müxtəlif fənnlər üzrə kabinetlər, dörd kopüter otağı, kitabxana, badii yaradıcılıq studiyası, tələbə elmi cəmiyyəti, Tələbə Gənclər təşkilatı, dörd dərnəklər, nəşriyyat, idman zalı, yeməkxana, kadrlar şöbəsi və mühasibatlıq fəaliyyət göstərir.
Learn more