Əsas » Məqalə » Azərbaycan ədəbiyyatı

Əfəndiyev Elçin yaradıcılığı- "Ədəbi düşüncələr" necə yarandı-8

<< 1 / 2 / 3 / 4 / 5 / 6 / 7 / 8 / 9 / 10 >>

İKİ DÜNYA


     Fikirləşirəm ki, bizim bu dünyamızda əslində iki dünya var: Ölü Dünya və Canlı Dünya.
     Və iki tip də yazıçı var: Ölü Dünyadan yazan yazıçılar və Canlı Dünyadan yazan yazıçılar.

«KALİQULA» XX ƏSRDƏN BƏHS EDİR


     «Tarixi roman»... «İstehsalat dramaturgiyası»... «Kənd nəsri»... «Şəhər ədəbiyyatı»...
     Və s. və i.a.
     Ədəbiyyatın belə bir bölgüsü şərti və mənim üçün tamam mənasızdır.
     Ədəbiyyatın predmeti insandır, xislətdir.
     Kamyu «müasir roman və povestlərində», yəni müasir dünyada XX əsrdə yaşayan insanlardan yazdığı «Taun» romanında, «Yad adam», yaxud «Düşmə» povestlərində xisləti təhlil edir, böyük istedadının imkanları, miqyası Kamyunu xislətin çox dərinlərinə aparır, bəzən xislət onu azdırmaq istəyir, amma bu «azma» özü də xislətin dibsizliyindən, ziddiyyətindən, açılmazlığından xəbər verir.
     Bu yerdə mənim üçün qəti əhəmiyyəti yoxdur ki, Merso, yaxud Ramber, ya Panlyu Kamyunun «müasir qəhrəmanları» mənimlə bir dövrdə yaşayırlar, yoxsa məndən əvvəl yaşayıblar, yoxsa da kı, məndən sonra yaşayacaqlar.
     Bu mənada «Kaliqula» pyesindəki Kaliqula mənim üçün bəlkə də daha «müasir qəhrəman»dır.
     Ümumiyyətlə, «Kaliqula» XX əsr dramaturgiyasının (və ədəbiyyatınm!) şedevrlərindən biridir.
     Pyesin sonunda Kaliqula həlak olmazdan əvvəl, taxta kətili xislətin ən dərinlərindən gələn bir nalə ilə güzgüdəki əksinə çırpır və:
     «Tarixə çevril, Kaliqula, tarixə!»deyə bağırır.
     Tarixə yəni bizim müasir dövrə, XX əsrə!

KOBO ABENİN QƏHRƏMANLARI


     V. Qrivnin yazır: «Kobo Abe insan ilə ona qənim kəsilmiş burjuaziya dünyası arasındakı konflikti açıb göstərmək vəzifəsini öz qarşısına qoymuşdur və onun əksər əsərlərinin mövzusu məhz belədir.»'
     Nə qədər primitiv bir mülahizə!
     Kobo Abenin nəsrinin qəhrəmanları (xüsusən, «Qumsallıqda qadm» romanmda və «Qul ovu» pyesində) həyatda özlərini axtarırlar və onlar qəti surətdə bunun fərqində deyillər ki, əhatə olunduqları cəmiyyət «buıjua cəmiyyəti»dir, ya «sosialist cəmiyyəti», monarxiyada yaşayırlar, yoxsa hansısa demokratik seçkili bir respublikada.
     Abe qəhrəmanlarmm mənəvi axtarışları və mənəvi ağrıları bu cür siyasi-ictimai təsnifatlarm fovqündədir və onlarm hisslərini, həyatda özlərinə yer tapa bilməməsini, onlarm mənəvi vurnuxmalarmı siyasi-ictimai müstəviyə endirmək, onlara siyasi formasiya intriqaları bucağmdan baxmaq onlarm mənəvi dünyasmı cılızlaşdırmaq, primitivləşdirməkdir.
     Abenin qəhrəmanları, bəli, qəfəsdədir, onlar bu qəfəsin içində çırpmırlar, amma həmin qəfəsin dəmir barmaqlığmı burjua və yaxud qeyri-buıjua cəmiyyəti yaratmayıb.
     Bu dəmir barmaqlıqlar həyat, yaşayış mənasızlığının çox sərt bədii ifadəsidir.

DANTE QVATEMALA YAZIÇISI OLA BİLƏRMİ?


     Çel Yoxanssonun Migel Asturias haqqında məqaləsini oxudum.
     Yazır ki, «hansısa fransız yazıçısı Asturiası Qvatemala Dantesi adlandırıb.» Sonra da bu fikrə münasibətini bildirir: «Ola bilsin ki, o (yəni həmin inkoqnito fransız yazıçısı E.), düz deyir.»
     Yanlış bir müqayisədir.
     Ona görə yox ki, Asturias buna layiq deyil.
     O mənada ki, Dante yaradıcılığının miqyası, onun bəşəriyyətin ictimai fikrində və bədii-estetik özünüifadəsində tutduğu mövqe elədir ki, Danteni, əgər belə demək mümkünsə, «regionallaşdırmaq», «məhəlliləşdirmək» mümkün deyil.
     O, heç vaxt qvatemalalı Dante, yaxud da yaponiyalı Dante ola bilməz.
     Necə ki, hətta italiyalı Dante də deyil.
     Dante bəşəriyyətindir.
     Eləcə də Şekspir, Servantes, Tolstoy...

EYNİ İNSAN O, HƏM MOSARTDIR, HƏM DƏ SALYERİ


     Ədəbiyyat üçün maraqlı olmayan insan yoxdur. Mosart əlbəttə, çox maraqlı xislətdir.
     Salyeri bəlkə ondan da maraqlıdır.
     Ancaq mənim üçün ən maraqlı xislət həm Mosart, həm də Salyeri birlikdədir.
     Bir xislət, eyni adam o, həm Mosartdır, həm də Salyeri bax, bunu yazmağı bacarasan!

«İNSANLIQ KOMEDIYASI» «MIN BIR GECƏ»DIRMI?


     Balzak yazırdı ki, «Mənim romanlarım Qərbin «Min bir gecə»sidir».
     Güman edirəm ki, Balzak yanılırdı.
     «Min bir gecə»nin bünövrəsində bir sevinc, həyatdan ləzzət almaq şövqü gizlənib.
     Balzak yaradıcılığının bünövrəsində isə mənim üçün aşkar bir kədər var.

IXTIOLOQLARIN MÜBAHISƏSI VƏ VKTOR HÜQONUN SPRUTU


     İxtioloqlar indiyə qədər mübahisə aparırlar: «Dəniz zəhmətkeşləri»ndə balıqçı Jilyatın üç fəsil boyu çarpışdığı, ölüm-dirim mübarizəsi apardığı və nəhayət qalib gəldiyi sprut təbiətdə mövcuddurmu? Sprutlar insana hücum edirlərmi? Sprutun zooloji xüsusiyyətləri Hüqonun təsvir etdiyi kimidirmi? Və s.
     Bu mübahisə bəsit bir şeydir.
     Hüqonun sprutu ixtiologiyanın predmeti deyil, çünki onun zologiyaya dəxli yoxdur.
     Bu sprut xislət qarasının (qaranlığınm) təcəssümüdür və həmişə yalnız Hüqo yaradıcılığında yox, ümumiyyətlə, bədiiyatın ən ilkin dövrlərindən üzü bəri xislətin işığı (aydınlığı) ilə, «j anvalj ançılıqla» mübarizədədir.
     Bu sprut «Səfillər»də, misal üçün, tenardiyedir, «Paris Notrdam kilsəsi»ndə Klod Frollodur.
     Bir az əvvəllərə getsək və məkanı dəyişsək, o, misal üçün, Yaqodur, yaxud qozbel Riçarddır.

XARICI GÖZƏLLIK MAHIYYƏTI ALDADIR


     Folklorda hər söz hissiyyatla bağlıdır və hər sözün də bütün çalarları ilə birlikdə öz estetik qəlibi var və bədii söz mətndəki o qəlibə elə pərçim olur ki, onun yerinə ora başqa heç bir söz yerləşə bilməz.
     Bu yerdə söz ən incə, həssas, gözlə görünməyəcək dərəcədə məxsusi olan qıfıl açarı kimi bir şeydir: o açarın açacağı qıfılı minlərlə başqa bənzər açar aça bilməz.
     Ona görə də folklorda bədii-estetik baxımdan qeyri-dəqiqlik və sünilik, yabançı element, yad hissiyyat yoxdur.
     Ancaq bəzən çox məharətlə (bədii-estetik məharətlə!) maskalanmış istisnalara rast gəlmək mümkündür.
     Misal üçün, bizim folklorda tərtəmiz ağlığına görə qar bənzətməsi var: yarın sinəsi, əndamı qara bənzədilir.
Qarpız kəsdim bal kimi,
Dilimlədim nar kimi.
Gördüm yarın əllərin Gecə yağmış qar kimi.
     Son dərəcə görümlü bir bənzətmədir, təsviri baxımdan misilsiz bir zərifliyi var.
     Ancaq mahiyyətcə yad bənzətmədir.
     Qar soyuqdur. «Qar» sözünün özü bir üşütmə gətirir.
     Yarın əli (eləcə də sinəsi, əndamı) isə hərarətdən, istidən xəbər verir.
     Bu yerdə bənzətmənin xarici gözəlliyi və zərifliyi onun mahiyyətini aldadıb.

PROSPER MERİME XVI ƏSRDƏ DƏ YAŞAYIB?


     Tarixi mövzulu əsərlərin iki tip müəllifi var:
      I.Tarixi müasir dövrə gətirən, müasir dövrün gözü ilə ona baxan müəllif.
     II. Özü tarixə gedən müəllif.
     «IX Karlm şahlıq çağları»nda Merime özü XVI əsrin ikinci yarısma gedir, o özü Fransa tarixinin o dəhşətli günlərini yaşayır, o özü Varfolomey gecəsinin şahididir, o özü IX Karlm təəbəsidir, həm quqenotdur, həm də katolikdir.
     Romanı oxuyandan sonra bu təəssürat o qədər güclüdür ki, Merimenin öz əsərinə yazdığı ön söz (XIX əsr baxımından «müasir ön söz»!) də əhəmiyyətli görünmür.

«ÇAPAYEV»DƏN «İNSANIN TALEYİ»NƏCƏN


     «Pravda» yenə «Çapayev» romanını tərifləyib, göyə qaldırıb...
     Bəli, iyirminci illərin əvvəllərində «Çapayev» adlı bəsit, ancaq «partiyalı» (niyə «ancaq»? bəlkə elə «partiyalı» olduğu üçün bəsit?!) bir roman meydana çıxdı və Vətəndaş müharibəsindəki qalibiyyətdən sonra özünü möhkəmlətməyə başlamış Sistem Dmitri Furmanovu bu cavan siyasi işçini və ədəbiyyat həvəskarını canlı klassik elan etdi.
     Furmanov kimi «yarımistedadlı» yazıçılar Rusiyada həmişə minlərlə olub və iyirminci illərin əvvəllərində də yəqin ki, belə idi. İş burasındadır ki, Furmanovun tələm-tələsik və çiy halda təqdim etdiyi qəhrəman (sovet ədəbiyyatının ilk müsbət qəhrəmanı!) Sistemin strateji ədəbi maraqları ilə üst-üstə düşdü və kanyunkturada xüsusi xətt-hərəkat müəyyən etdi.
     Təxminən eyni vaxtda «Dəmir axın» (A.Serafimoviç), sonra «Təmiz vicdanlı insanlar» (P.Verşiqora), «Polad necə bərkidi» (N.Ostrovski), «O biri tərəfdə» (V.Kin), «Pedoqoji poema» (A.Makarenko) və s. həmin xətt-hərəkat nümunələri kanyunkturanın estetik (antiestetik?) strukturunu yaratdı.
     Həmin «estetik struktur» Böyük ədəbiyyatdan (istedaddan!) kənarda olan bir şey idi.
     Demək olmaz ki, o «estetik struktur» başdan-başa istedadsızlıq ifadəsidir, yox, belə deyil, sadəcə, orada istedad müəyyənedici faktor deyil.
     Bəzən isə, hörümçək öz toruna düşmüş şikarınm qolunu-qanadını səridiyi kimi, o «estetik struktur» da ona əsaslanan istedadı bürmələyib boğurdu: «Gənc qvardiya»da şəksiz A.Fadeyev istedadı, yaxud «Əsl insan haqqında povest»də B.Polevoy istedadı beləcə boğuldu.
     Yaxud, «İnsanın taleyi» də, mənim fikrimcə, həmin «estetik struktur»un bəhrəsidir və o, orden və medallardan başqa, Şoloxova heç nə vermədi. Ancaq «Sakit Don» həmin «estetik struktur»dan tamam kənar bir məkanda yarandı və orden-medallarla bərabər, Şoloxova həqiqi böyük yazıçı şöhrəti gətirdi.

EDQAR PO HAQQINDA


     Məndə elə bir təəssürat var ki, Edqar Po yazdığı hadisələrin hamısının həqiqiliyinə inanırdı.

ÖLÜMÜNDƏN QIRX İL SONRA STEFAN SVEYQİN YENİROMANI


     «Kristina Xoflener»i keçən il1 «İnostrannaya literatura»da gördüm, vərəqlədim, amma oxumağa vaxtım olmadı. İndi kitab kimi nəşr olunub və bu gün səhər onu oxuyub qurtardım.
     İlk gənclik çağlarımda Stefan Sveyq çoxları kimi, mənim də «sevdiyim» deyə bilmərəm, amma hər halda heç vəchlə biganə olmadığım bir yazıçı idi və onun «Amok»unu, «Qadınm həyatmdan iyirmi dörd saat»mı, «Naməlum qadının məktubu»nu, «Şahmat novellası»nı, «Bir ürəyin qürübu»nu, «Qorxu»sunu çox həvəslə və daxili bir həyəcanla oxuyurdum.
     Sonralar oxuduğum «Mariya Styuart», «Cozef Fuşe», Magellan və rotterdamlı Erazm haqqmdakı bioqrafiyalar gözəl mütaliə xatirələri kimi mənim fikrimə hopub və orası da yəqin maraqlıdır ki, Sveyqin Dikkens və Stendal haqqmdakı oçerklərini mən Dikkensin və Stendalm özlərinin əsərlərindən daha artıq bir həvəslə oxumuşam.
     İndi bu sətirləri yazanda onu da xatırlayıram ki, vaxtiylə Sveyqin «Qaytarılmayacaq an» adlı kiçik bir yazısı mənə çox təsir etmişdi.
     O zaman mən Napoleon haqqında nə yazılmışdısa, tapıb oxuyurdum və güman edirəm ki, rus dilində bu mövzuda daha kitab qalmamışdı. Amma Sveyqin 18 iyun 1815-ci ildə general Qruşinin Voterloo döyüşünə gecikməsindən bəhs edən o kiçik oçerk mənə cild-cild kitablardan artıq təsir etmişdi.
     Stefan Sveyq «vətənin məhv olmasma» (çox zaman biz bu sözləri «gurultulu» hesab edirik və onlara yuxarıdan aşağı baxırıq, Sveyq isə, bunları özünü öldürməzdən əvvəl qələmə aldığı Deklarasiyada yazmışdı!) dözmədi, 1942-ci ildə intihar etdi və məşhur novellalar, bioqrafik əsərlər, oçerk və esselər və «Ürəyin dözümsüzlüyü» adlı yeganə roman müəllifi kimi XX əsr ədəbiyyat tarixində qaldı.
     Mən bütün bunları nə üçün yazıram?
     Məlum oldu ki, Sveyqin bir yox, iki romanı var və ikinci roman «Kristina Xoflener» onun ölümündən qırx il sonra işıq üzü gördü.
     Indi bu roman haqqmda mübahisələr düşüb, onu Sveyq qələmiııə layiq bilənlər və bilməyənlər var. Mən özüm bu romanı sırf bədii-estetik baxımdan Sveyq yaradıcılığmda elə də böyük bir hadisə hesab etmirəm.
     Amma indiki halda məsələ bunda deyil.
     Məsələ ondadır ki, on beş il bundan qabaq 1970-ci ildə mən, təbii ki, «Kristina Xoflener»i oxumamışdım və indi birdənbirə bu romanın qəhrəmanı Kristina ilə həmin uzaq 70-ci ildə mənim yazdığım «Poçt şöbəsində xəyal» pyesinin qəhrəmanı Ədilə arasmda qəribə bir mənəvi yaxmlıq gördüm.
     Kristina Avstriyanm Klyayn-Rayflinq adlı bir əyalət stansiyasmdakı poçt şöbəsində işləyir, Ədilə isə Bakıda poçt şöbəsində işləyirdi və bu qızlarm hissiyyat dünyasmdakı oxşarlıq, oradakı mənəvi sıxmtı çalarlarmm, rənglərinin, nyuanslarmm bəzən üst-üstə düşməsi mənə qəribə gəldi və hətta məni mütəəssir etdi.
     «Kristina Xoflener» elə bil, Sveyqin şəxsiyyətini mənim üçün doğmalaşdırdı...
     Ancaq Ədilə qarətçiliyi bacarmazdı.
     Amma hələ məlum deyil, Kristina da bunu bacaracaq, ya yox?

TOLSTOY MÖVZUSU


     Lev Tolstoyun həyatı ilə bağlı çox təsirli (və kədərli!) bir fotoşəkil var: 1910-cu ilin noyabrıdır. Astapovo stansiyasında məşhur birmərtəbəli taxta bina. Şimal qışının gəlhagəlində eşikdə dayanmış Sofya Andreyevna əlcəkli əli ilə o taxta binanın pən^ərə şüşəsini silərək içəri baxır.
     İçəridə isə Tolstoy ölürdü.
     Tolstoy Yasnaya Polyanadan (Sofya Andreyevnadan!) baş götürüb qaçmışdı.
     Əcəl onu burada yaxalamışdı.
     Uşaqları, yaxınları, həkimlər Sofya Andreyevnanı içəri buraxmırdılar.
     Sofya Andreyevna 1910-cu ilin 3 noyabrında təcili qatarla Astapovoya gəlmişdi və elə həmin gün gündəliyində yazırdı: «Məni onun yanma buraxmırlar.»
     «O» Lev Nikolayeviç Tolstoy.
     Bu sətirləri isə 7 noyabrda yazıb: « Səhər saat 6-da Lev Nik. vəfat etdi. Məni yalnız onun son nəfəsində içəri buraxdılar, ərimlə vidalaşmağa qoymadılar, qəddar insanlar.»
     Mən hər dəfə o fotoşəkilə baxanda, elə bil ki, gördüyüm o mənzərə canlanır, nəfəs alır və canlı bir varlıq kimi, Tolstoyun qələmini çağırır, çünki Astapovodakı o dəqiqələrin dramatizmini, həyəcanmı, soyuğun sivirdiyi xisləti içəridən qaynadan o hissiyyatı yalnız Tolstoy qələmi həmin dramatizmə, həyəcana və hissiyyata layiq səviyyədə ifadə edə bilər.
     Bu fotoşəkil Tolstoy mövzusudur.
     Hətta hərdən, o fotoya baxanda mənə elə gəlir ki, Tolstoyun haçansa oxuduğum bir romanmı xatırlayıram.
     O roman «Dirilmə» deyil, «Hərb və sülh», «Anna Karenina» deyil.
     O roman «Sofya Andreyevna»dır.

MENANDR QƏDİM YUNANISTANIN MOLYERİDİR


     Ədəbi analogiyalar adətən xronologiyaya uyğun aparılır: sələflər xələflər üçün nümunə olur: fılankəs XIX əsr fransız ədəbiyyatınm Bokkaççosudur, fılankəs XX əsr rus ədəbiyyatının Balzakıdır və s.
     Maksim Qorki sovet yazıçılarının I qurultayında açıq-aşkar bir «bolşevizm hissiyyatına» qapılıb Dağıstan aşığı Süleyman Stalskini «XX əsrin Homeri» adlandırırdı.
     Mən bu gün səhər Menandrın komediyalarını oxuyub qurtardım və fikrimdə əks-xronoloji bir analogiya yarandı: Menandr qədim Yunanıstanın Molyeridir.
     İki min il əvvəlin Antik dövrün Molyer zərifliyi, Molyer təbəssümü, situasiyaların Molyer təbiiliyi və yüngüllüyü...

İVAN BUNİNİN DİNİ VƏ ALLAH


     İvan Bunin deyirdi ki, onun üçün rus ədəbiyyatında üç Allah var: Puşkin, Tolstoy, Çexov.
     Bu etirafda Allah sözü çox əlamətdardır.
     Çünki ədəbiyyat özü Bunin üçün sənət yox, etiqaddır.
     Onun ədəbiyyata münasibəti Papanm xristianlığa, yaxud müctəhidin İslama münasibəti kimi bir şeydir.
     Bu mənada Bunində Tolstoy azadlığı yoxdur.
     Tolstoy «Sergiy ata»dan, «Hacı Murad»dan tutmuş, «Hərb və sülh»əcən, «Anna Karenina» və «Dirilmə»yəcən əsərlərində özünü axtarır.
     Buninin isə hekayə və povestlərindən (mənim çox bəyəndiyim «İqnat», «Gecə söhbəti», «San-Fransiskolu cənab», «Qardaşlar»...) tutmuş, «Arsenyevlərin həyatı»nacan əsərləri dəruni bir etiqad nümunəsidir.

SUYUN BUZ ÖRTÜYÜ


     Bukinistdə Sudrabu Edjuenin kitabmı gördüm, düz iyirmi altı il bundan əvvəl 1955-ci ildə Riqada nəşr olunub.
     Mən bilirdim ki, bu adam əsrin əvvəllərində uzun müddət Bakıda müəllimlik edib, amma ondan heç nə oxumamışdım.
     Kitabı aldım (cəmi 36 qəpiyə idi) və gecə hekayələrini oxudum.
     İstedadlı adamdır, yaxşı texnikası var, amma on-on beşillik Bakı həyatının istisi (müstəqim mənada!) onun qələmini qətiyyən qızdırmayıb və bu hekayələri oxuyanda içimdə belə bir təəssürat vardı ki, elə bil, kürkə bürünüb hansısa bir gölməçənin kənarında oturmuşam və o gölməçənin üzü nazik bir buz qatı bağlayıb, mən o kitabı oxuyuram, nəfəsimdən də buğ çıxır...

YUJİN-SUMBATOV GÜMAN Kİ, YAXŞI PROFESSİONAL AKTYOR OLUB, AMMA DRAMATURQ KİMİ HƏVƏSKARDIR


     Keçən həftə Moskvada Surovtsevin kabinetində Yujin-Sumbatovun pyeslər kitabını gördüm və bu mənim üçün bir az gözlənilməz oldu, çünki onun pyes yazdığını bilmirdim.
     Surovtsev:
     -Maraqlı pyeslərdir, dedi və kitabı mənə bağışladı.
     Bu axşam o pyesləri oxudum.
     O saat hiss edirsən ki, bu adam səhnəyə bələddir, səhnəni duyur, səhnə onun üçün doğmadır, xüsusən, «Rafael» və «Xəyanət» sırf janr baxımından çox peşəkar yazılıb və yəqin ki, YujinSumbatov, həqiqətən, böyük teatr xadimi, istedadlı aktyor olub, amma o, heç vəchlə dramaturq (yazıçı) doğulmayıb...

JORJ SİMENON HARA, ŞEKSPİR HARA VƏ MOLYER HARA?


     Gecə yarını keçib, eşikdə əməlli-başlı qar yağır və mən də yerimə girib Simenonu oxuyuram (onun bu təzə kitabını Anardan götürmüşəm, o Yusifdən, Yusif Emin Sabitoğlundan; mən də qurtarandan sonra Araza verəcəyəm).
     Daha doğrusu, oxuyurdum.
     Birdən-birə «Maqbet» (!) yadıma düşdü. Durub «Maqbet»i götürdüm və vərəqləməyə başladım.
     Sonra Molyer yadıma düşdü.
     Niyə? Nə üçün? Bunların bir-biri ilə hansı əlaqəsi var?
     Bu sualların cavabı mənim üçün də çox maraqlıdır, amma o cavab yoxdur.
     Hər halda, mən o cavabı tapa bilmirəm.
     Gecənin bu vədəsində mənə elə gəlir ki, Molyer özü öz yazılarından ləzzət alır.
     Şekspir isə, daima tərəddüd içindədir: görəsən bu yazının içində bir şey var, ya yox?
     Söhbət «Hamlet»dən, «Otello»dan, «Maqbet»dən, «Kral Lir»dən, «III Riçard»dan gedir...

CİRALDİ VƏ CAVİD. QANPOLADIN ANASI SƏLMA VƏ ŞİPİONENİN ANASI LİVİYA


     Avropa İntibahı novellaları özündən sonrakı böyük qələm sahiblərinə xeyli mövzu verib və bu, məlum məsələdir, elə təkcə «Otello»nu, «Hamlet»i, «Romeo və Cülyetta»nı xatırlamaq bəs edər.
     Düzdür, Tolstoy bunu Şekspirə qüsur tuturdu.
     Bax, bu yerdə deyilmiş sözdür: böyüklərin səhvi də böyük olur.
     Ancaq o İntibah novellalarının klassik Azərbaycan ədəbiyyatına mövzu verməsi bu, əlbəttə, çox maraqlı bir hadisədir.
     Gecə Ciraldinin «Ekatommiti»sini oxuyurdum və gəlib altıncı dekadanın VI novellasına çatanda heyrət məni bürüdü: Cavidin «Ana»sı ilə eyni süjet!
     Əlbəttə, Cavid bu süjetə yaradıcı yanaşıb, onu romantikləşdirib, özününkü edib, amma, ümumilikdə, o novella ilə «Ana» tamam üst-üstə düşür.
     Bu ədəbi hadisəni çox ciddi tədqiq etmək lazımdır.

TURGENEVİN İLK POVESTİ


     Turgenevdən danışanda «Andrey Kolosov» yada düşmür. Halbuki bu kiçik povest «Turgenev kimdir? sualının yaxşıca bir cavabıdır.
     Andrey Kolosov kasıb bir cavandır, Varyanı sevir və başdan-başa həmin hissiyyat aləmindədir.
     Sonra həmin məhəbbət tükənir və tələbə dostumuz Andrey Kolosov Varyadan ayrılır.
     Tənqidçilər, ədəbiyyatşünaslar bu surəti ittiham edir: nə üçün o, Varyanı atdı? bu nə yüngüllükdür? belə sevgi olmaz və s.
     Ancaq əslində Turgenev qələminin daha dərin bir həqiqəti var.
     Məsələ burasındadır ki, Andrey Kolosov özünü sevir!
     Onun hissləri ilk növbədə özü üçün əzizdir. O, Varyanın timsalmda özünü sevir. Onun üçün əsas insani meyar öz hisslər aləminin komfortudur. Bu komfort kiçicik rahatsız olursa, Andrey dostumuz bunu qəbul edə bilmir.
     Bu Turgenev qələmi üçün səciyyəvi bir cəhətdir və ədəbiyyatşünasların gözündən qaçır.
     Mənə elə gəlir ki, bu Turgenev şəxsiyyəti üçün də səciyyəvi bir cəhətdir.
     Turgenev öz əsərlərində özünü sevir bu, mənim üçün gün işığı kimi aşkar bir şeydir.

ƏDƏBİ MƏMULAT HAQQINDA


     Bəzi kitablar əxlaqsız qadınlar kimidir, əldən ələ keçir.

LENİN VƏ TOLSTOY


     Vladimir İliç Lenin Tolstoyda («Tolstoyçuluqda») ən yaxşı, ən unudulmaz, ən təsirli nə varsa «vicdan»dan tutmuş asketizmə qədər, «ruh»dan, «məhəbbət»dən, «dözüm»dən tutmuş kviyetizmə qədər hamısmı rədd edir və ağ kağızda qapqara yazır ki, bunlar «ən dərin ziyan» (rusca orijinalmda: «samıy qlubokiy vred») gətirir.
     Sovet ədəbiyyatşünaslığmm ən böyük fariseyliyi isə ondadır ki, Tolstoya belə bir qrafoman münasibətindən sonra da, Lenini Tolstoya yüksək qiymət verən dahi kimi təqdim edir.
     Hərgah Tolstoy ruhu, Tolstoy vicdanı, sevgisi, dözümü, bir sözlə, «Tolstoyçuluq» «ən dərin ziyan» verən bir şeydirsə, onda, bəs, nəyə qiymət verilir?

ROMAN HAQQINDA


     Elə romanlar var ki, elə bil, anadan ölü doğulur.

VOZNESENSKİNINIKI MISRASI


     Mənim indiyə qədər oxuduqlarımm arasmda Şairə ən yüksək və ən dəqiq qiymətlərdən biri Andrey Voznesenskinin bu iki misrasma pərçim edilib:
Tiranlar şairləri başa düşmürlər,
Başa düşdükdə isə, onları qətlə yetirirlər.
(Sətri tərcümə.)
     Orijinalı belədir:
Tiranı poyetov ne ponimayut,
A koqda ponimayut, to ubivayut.

ŞEKSPİRDƏN SONRAKI AVROPA DRAMATURGİYASI


     Şekspir istedadmm, Şekspir Sözünün gücü və təsiri elə oldu ki, o, mənim aləmimdə, Avropada bütün sonrakı dövrlərin dramaturgiyasmı «işğal etdi» və İbsenə qədər Avropa dramaturgiyası «Şekspir libasmı» heç cürə dəyişə bilmədi.
     Yalnız Molyer istedadı və Molyer Sözü «müstəqillik» əldə etdi və bu da yəqin ona görə ki, Şekspir, hər halda, komedioqraf deyildi və Molyer istedadı Şekspirin komediyada demədikləri ııi demək imkanı əldə etdi.
     İkinci istisna Şillerdir.
     Hamleti intiqama haqq dünyasındakı Kölgə sövq edir.
     Karl Moor isə intiqam yolunu özü seçir.
     Şekspir qəhrəmanları tamam bəşəridir.
     Şiller qəhrəmanları, hərgah belə demək mümkünsə, həyatibəşəridir və bu cəhət Şilleri Şekspirdən sonrakı dövr Avropa dramaturgiyasındakı məcburi epiqonçuluqdan çəkib çıxardı.
     Zaman keçdi, həyatm hər bir sahəsində maddi və mənəvi keyfiyyət dəyişikliyi baş verdi və İbsen (bir az sonra isə Çexov!) dramaturgiyada artıq Şekspirin əli çatmadığı məhz həmin dəyişikliyin bədii ifadəsini verə bildiyi üçün, Şekspir maqnitinin cazibə gücündən kənarda qaldı.
     Bu fikri bir az da dəqiq ifadə etmək istəyirəm: maqnit yalnız dəmiri özünə çəkir, dəmirin tərkibi dəyişsə, təbii ki, o, öz maqnitinin üstünə atılmayacaq.
     Həyatdakı (yaşayışda, məişətdə, psixologiyada) kardinal dəyişikliklər İbsen istedadı (və dahiyanə fəhmi!) sayəsində onun dramaturgiyasmm tərkibini də eləcə dəyişdi. Buna görə də o, Şekspir aurasmdan çıxa bildi.

UNUDULMAZ İKİ MİSRA


     Dünən «Literatumaya qazeta»ya getmişdim və həmişəki kimi, Georgi Dmitriyeviçin otağma qalxıb onunla görüşdüm. Xeyli söhbət etdik (iki aydan çoxdu ki, Moskvada olmamışam) və söhbət əsnasında da soruşdu ki, mən Kazimir Maleviçin şerlərini oxumuşam?
     -Yox, dedim. Ümumiyyətlə, heç onun şer yazmasından xəbərim yoxdur.
     Bir dəstə əlyazmasını mənə verdi:
     -Onda, al, oxu. Amma sabah qaytarmalısan!
     Gecənin yarısına kimi gözəlim «Moskva» mehmanxanasında Maleviçin şerlərini oxudum. Mənə çox təsir etdi. Heyf ki, üzünü köçürtməyə vaxt olmadı (belə məsələlərdə gərək dəqiq olasan!), günorta aparıb Quliaya qaytardım (o da yəqin kimdən alıbsa, ona qaytarmalıdır).
     Maleviçin iki misrası xarab olmuş val kimi, bütün günü beynimdə fırlanıb. Orijinalı belədir:
Vprirode suşestvuyet obyom i svet, zvuk je rojdayetsya ot soprikosnoveniya dvux...
     Sətri tərcüməsi: təbiətdə həcm (əşya, cism, forma) və rəng mövcuddur, səs isə onların (bu ikiliyin) təmasından yaranır.

TOLSTOY VƏ ÇEXOV


     Mənə elə gəlir ki, XIX əsr böyük rus nəsrində İvan İliç olmasaydı, sonralar Çexovun hekayələri də yaranmayacaqdı.
     O hekayələri ki, orada rus çinovniki var.
     İlk baxışda Çexov çinovnikləri rus ədəbiyyatındakı Qoqol çinovniklərinin sonrakı nəslidi.
     Ancaq bu, ilk baxışda belədi.
     Hətta Xlestakovla da Çexov çinovnikləri arasındakı oxşarlıq, onlarla İvan İliç arasındakı mənəvi yaxınlığın dərinliyi müqabilində, zahiridir.

SABİRDƏN SONRA


     Sabirdən sonra Azərbaycan satirik poeziyası yalnız suroqat istehsal edir.
     Bəzən bu suroqat yüksək keyfiyyətli olur (Qəmküsar, Nəzmi, Möcüz...).
     Və keyfiyyətli suroqata yuxarıdan aşağı baxmaq lazım deyil, onun da öz yeri, güman ki, öz əhəmiyyəti var.

HEMİNQUEY VƏ FOLKNER


     Bu gün hələ səhərin gözü açılmamış saat 5-ə 10 dəqiqə qalırdı təkbaşına və pay-piyada gözəl Talıstandan çıxıb özümü verdim meşəyə, Cavanşir qalasını tuş tutdum və indi saat 9-a 5 dəqiqə işləyib, mən də yorğun-arğın gəlib çıxmışam Cavanşir qalasının altındakı yarğana, suyun-tərin içində Talıstan çayınm kənarmda oturub bir az dincimi alıram və altdan yuxarı dağm başmdakı o qalanm adda-budda dağılıb-tökülmüş daş divarlarma baxıram.
     Qabaqlar 60-cı illərdə hər yay maşmla Qafqaz dağlarmı gəzib-dolaşanda və uca dağlarm başmda belə qalaları görəndə atam dodaqaltı öz-özünə eyni iki misranı təkrar edirdi:
Dağlar başı qalalardı,
Babalardan yadigardı...
     Heç bilmirəm bu iki misra kimindir?
     Amma onu lap yaxşı bilirəm ki, piyada o qalaya qalxmağa daha taqətim yoxdur.
     Meşədə arabir eşşək arabasında zümzümə eləyərək keflə gedən odunçulara rast gəlirdim, indicə də bir cavan odunçuyla rastlaşdım, danışdıq ki, üç manata eşşək arabasında məni Cavanşir qalasına qaldırsın. Getdi, bu yaxınlarda haradasa odunu boşaldıb gəlsin.
     İndi mən də o sevimli eşşək arabasını gözləyə-gözləyə bütün ətrafı bürümüş vəhşi gül-çiçəyə, kol-kosa, hələ qaralmamış qıpqırmızı böyürtkən salxımlarma baxıram və birdən-birə (dünyanın qəribə işləri var!) Heminqueylə Folkner yadıma düşür.
     Mirzə müəllim bütün çıxışlarında ədəbiyyatı gülüstana bənzədir, indi onun sözü olmasın, Heminquey gözəl bir bağçadır və oradakı güllər, çiçəklər, səliqə ilə, cərgələrlə əkilib, kollar səliqə ilə qayçılanıb, ağaclar səliqə ilə budanıb.
     Folkner də həmin bağçadır, amma burada heç nə qayçılanmayıb, heç bir ağac budanmayıb, o gözəl güllər, çiçəklər, harada gəldi, orda bitib...
     Mən qəti deyə bilmərəm ki, bunun hansı daha yaraşıqlıdır.
     Bu fərdi zövqdən asılıdır.

TOLSTOY QAÇIŞI


     «Yasnaya Polyana»da Tolstoyun dünyanın müxtəlif ölkələrində yaşayan nəvə-nəticələrinin görüşü keçirilib.
     Tolstoy özü 12 nömrəli qatara minib Sofya Andreyevnadan və ümumiyyətlə, «Yasnaya Polyana»dan qaçmışdı.
     İndi qəzetdə «Yasnaya Polyana»ya yığışmış Tolstoy törəmələrinin adlarını oxuyuram: Mariya Sarandinaki (ABŞ), Sofiya Lopuxina (Kanada), Fillipo Albertini (İtaliya), Nikolay Tolstoy (İsveç), Tatyana Penkrat (ABŞ), Petr Tolstoy (Rusiya) və s. və i.a., onların şəkillərinə baxıram və mənə elə gəlir ki, qoca Tolstoy təzədən 12 nömrəli qatara minib indi də bu adamlann əlindən qaçır...

OXUMAQ XOŞBƏXTLİYİ


     Sovet İttifaqının tar-mar olması mənim üçün bir də ona görə əlamətdardır ki, istədiyim kitabı açıq şəkildə axtarıb tapa və oxuya bilirəm.

ŞUKŞİN HAQQINDA


     Heç bir ay deyil ki, Şukşin vəfat edib və mən onun «Naş sovremnnik»in 9-cu nömrəsindəki hekayələrini daxili bir qüssə, kədərlə, bir pərişanlıq hissi ilə oxudum.
     Mən müasir rus ədəbiyyatında Şukşin qədər rus olan ikinci bir yazıçı tanımıram.
     O, Belovdan da, Rasputindən də, Solouxindən də artıq dərəcədə rusdur və o qədər rusdur ki, bu hərdən onu kiçildir, məhəlli edir.

CORC ELİOT İTALİYALIDIR?


     «Romola»nı bəyənmək də olar, bəyənməmək də. O, şübhəsiz ki, şedevr deyil, amma, eyni zamanda, istedadsız bir yazı da deyil.
     Mənim üçün isə, bu böyük romanda bir heyrətamiz cəhət var: əgər müəllifini tanımasaydım, mən heç vəchlə deyə bilməzdim (və inanmazdım!) ki, o, italiyalı yox, ingilisdir.
     Məsələ yalnız onda deyil ki, bu tarixi roman Florensiyadan bəhs edir, məsələ ondadır ki, təhkiyyə hərarətlidir, təsvir olunan hiss-həyəcanlarda cənub istisi var.
     Bəlkə Corc Eliot qadındır, ona görə belədir?

PSİXOLOJİ TƏSİR, YOXSA ROMAN QOXUSU?


     «Effi Brist»i başlamazdan əvvəl oxudum ki, Teodor Fontanenin atası əczaçı olub.
     Sonra iki gün ərzində bu romanı oxuduqca, bumuma dərman qoxusu gəlirdi.
     Bilmirəm, bu psixoloji bir şey idi, yoxsa roman (kitab yox, roman!), həqiqətən, dərman iyi verirdi?

İKİ FORŞ


     İki Forş var:
     1.Yaxşı tarixi romanlar (xüsusən, «Radişşev» trilogiyası) müəllifi olan rus yazıçısı Olqa Forş.
     2.İnqilabi və müasir mövzuda yazan sovet yazıçısı, sosializm-realizmi ədəbiyyatının nümayəndəsi Olqa Forş.
     Birinci Forş istedadlıdır, maraqlıdır.
     İkinci Forş isə, gərək özünə başqa sənət tapaydı, yazıçı olmayaydı.

TOMAS HARDİ İNTİM USTADI


     Elə yazıçılar var ki, onların qələmi insanların (və o cümlədən, öz qəhrəmanlarının!) intim aləminə yaddır və buna görə də intimdən nə qədər yazırlarsa da, yazdıqlarmın heç bir bədii-estetik təsiri olmur.
     Elə yazıçılar da var ki, qəhrəmanlarmm intim aləmi onların stixiyyasıdır.
     «D’Erbervillər nəslindən tess»də Tomas Hardi qəhrəmanlarınm intim aləminə bəlkə onlarm özlərindən daha artıq məhrəmdir! O, bu aləmi hər bir oxucuya fərdi olaraq təqdim etməyi bacarır.
     Bu ona bənzəyir ki, tamaşaçı gözəl bir rəsm əsərinə portretə tamaşa edir və zalın harasında durursa-dursun, o portretin gözləri düz onun gözlərinin içinə baxır.

ÇARENSİN SOVET LENİNİANASINA TÖHFƏSİ


     Çarensin Lenin haqqındakı yazıları (xüsusən, «Lenin və Əli») sovet Leninianasının ən eybəcər illüstrasiyasıdır.

YAZIÇI MÜHACİR


     Yazıçı İvan Şmelyov, mənim üçün, rus ədəbiyyatında adı çəkiləndə yadıma düşən bir simadır, hərçənd onun «Restorandan olan adam» povestini mən, yaxşı yadımdadır, Lenin kitabxanasında1 biməfəsə oxumuşdum, «İvan Kuzmiç» hekayəsi isə, mənə əməlli-başlı təsir etmişdi.
     Ancaq mühacir İvan Şmelyov mənim üçün maraqlı bir şəxsiyyətdir.
     Bu gün Aleksandr Soljenitsına da mənim münasibətim eynilə belədir.
     Yazıçı Soljenitsın mənim üçün, əslində, bir povestin «İvan Denisoviçin bir günü» və bir-neçə hekayənin müəllifidir. Qalanları isə publisistika, stalinizmi və bizim bu gözəl məmləkətimiz Sovet İttifaqını ifşa edən (və öz-özlüyündə təsirli olan!) faktologiya...
     Ancaq mühacir Soljenitsın maraqlı (güclü! prinsipial! cəsur!) bir şəxsiyyətdir.
     Mühacir şöhrəti yazıçılığı üstələyir.
     Amma həmişə yox. Hər şey o yazıçının istedad dərəcəsindən asılıdır.
     Mühacir şöhrəti, misal üçün, Nazim Hikmətin sənətini üstələyə bilmədi.

TOLSTOY MÖCÜZƏSİ


     Flober deyir ki, Madam Bovari mənəm və mən bunu qəbul edirəm.
     Bu mənada, heç şübhəsiz ki, Anna Karenina da Tolstoydur.
     Və Katyuşa Maslova da Tolstoydur.
     Ancaq Anna ilə Katya o dərəcədə müxtəlif, hətta bir-birini rədd edən xislətlərdir ki, onları bir nəfərin içində sığışdırmaq möcüzədir.
     Həmin möcüzə Tolstoydur.

COVANNİ VERQANIN NOVELLALARI


     Verqanın novellalırını (bu köhnə kitabı Tahir Moskvada bukunistdən alıb mənə göndərib) oxuyandan sonra məndə qəribə bir təəssürat yaranıb: elə bil ki, XIX əsr bu novellalardan yapışıb onları özündə saxlamaq istəyir, XX əsr isə, o novellaları özünə tərəf dartır.
     Bir tərəfdən təmkinli ədəbi tradisiyalar, ağsaqqallıq əhvaliruhiyyəsi, o biri tərəfdən isə, yeni əsrin sürəti, dinamizmi, gənclik həvəsi...

ARİSTOFAN HAQQINDA


     Aristofana «komediyanın babası» deyirlər. Ancaq onda (xüsusən, «Qurbağa» və «Lisistrata»da) elə bir gənclik şövqü, ehtirası, həvəsi qorunub saxlanıb ki, bu «baba» sözüylə heç cür uyuşmur.

BABEL İSTEDADIİLƏ OYNAYIR


     Oyerdə ki, Babel sadə yəhudilərin güzəranını, məişətini, psixologiyasını qələmə alır, Benyanm soyğunçuluğundan yazır («Odessa hekayələri»), onun istedadı münbit zəminə düşür, o saat cücərir, qol-budaq atır, təzətər yarpaqlannın ətrini hiss edirsən və o ətir gözəl bir yaz çağmdan xəbər verir.
     Ancaq o yerdə ki, Babel qırmızılarm süvari ordusundan yazmağa başlayır, ideoloji təəssübkeşliklə məşğul olur, - onun istedadı tamam yad bir mühitə düşür, xəstə cücərtilər meydana çıxır...

İLYAS ƏFƏNDİYEV VƏ «GƏNC VERTERİN İZTİRABLARI»


     Hər dəfə Böyük ədəbiyyatdan, Böyük ədəbiyyat nümunələrindən söz düşəndə atam, «Gənc Verterin iztirabları»nı da yada salır, onu da Böyük kitablar sırasma əlavə edir.
     Atam bu kitabı lap gənc yaşlarmda oxuyub.
     Və mənə elə gəlir ki, İlyas Əfəndiyevin bu kitaba belə bir münasibətində Verterin iztirabları ilə bərabər, öz gəncliyi ilə bağlı bəlkə də təhtəlşüur bir nostalgiya hissiyyatı da az rol oynamır.

ASKAKOV MƏHDUDLUĞU


     Mənim ən çətin oxuduğum rus yazıçılarmdan biri və olsun ki, birincisi Sergey Aksakovdur.
     Mən ondan nə oxumuşamsa, özümü məcbur edib oxumuşam (yalnız Qoqol haqqmdakı maraqlı xatirələrindən başqa).
     O məni darıxdırır.
     Askakov rus təbiətini hiss edir, rus psixologiyasmı bilir, rus məişətinə bələddir, ancaq onun qəhrəmanlarmm hiss-həyəcanmda bəşərilik çatışmır.
     XIX əsr böyük rus ədəbiyyatmm Tolstoy, Qoqol, Dostoyevski, Turgenev, Qonçarov ədəbiyyatının ən əsas xüsusiyyəti isə, məhz həmin milliliklə (Askakov milliliyi!) bəşəriliyin üzvi vəhdətinin bədii ifadəsidir.

BEKKER AÇIQ QAPINI DOYÜR


     Andersen Neksyödən sonra «Dünya gözləyir»i oxumaq bir dəfə yolçusu olduğun cığırla təzədən getmək məcburiyyəti kimi bir şeydir.

«QAFQAZ ƏFSANƏLƏRİ»


     Venuolis çox az şimal yazıçılarından biridir ki, «Qafqaz əfsanələri»ndə Qafqazı, həqiqətən, duyub, hiss edib və onun üçün Qafqaz hansısa uzaq bir ekzotika məkanı yox, məxsusi hisslər-həyəcanlar diyarıdır və Qafqazla zarafat etmək olmaz.

YEDDİNCİ QİTƏ


     Tolstoy yeddinci qitədir. Bu qitənin öz sakinləri var və o qitədəki insanların hiss-həyəcanı, onların daxili aləmi, düşüncəsi, mənim üçün, bəlkə də qalan altı qitənin insanlarınkından daha zəngindir.
     Ən başlıcası isə (və bu hissiyyat həmişə mənim fikrimdə dolaşır!), o insanlar mənə daha doğma, daha mərhəmdirlər.
     Və mən də onlar üçün beləcə doğma və mərhəməm.

<< 1 / 2 / 3 / 4 / 5 / 6 / 7 / 8 / 9 / 10 >>

Bölmə: Azərbaycan ədəbiyyatı | Əlavə edildi: azerhero (11.09.2014) | Müəllif: R.C E W
Baxış: 651 | Reytinq: 0.0/0
Bütün rəylər: 0
omForm">
avatar

Kitablar — zamanın dalğaları ilə səyahət edən və nəsildən-nəslə öz qiymətli yükünü ehtiyatla aparan fikir gəmiləridir.

- Frensis Bekon

Son 90 gün ərzində kitab oxumamaqdan daha pisi kitab oxumadığına görə narahat olmamaqdır.

- Cim Ron

Kitabları yandırmaqdan daha pis şey onları oxumamaqdır.

- Rey Bredberi

Yaxşı kitab aysberqə oxşayır, onun yeddi-səkkiz hissəsi suyun altında gizlənib.

- Ernest Heminquey

Kitablarım mənə çatacaq qədər böyük bir krallıqdır.

- Shakespeare

Mən, kitablarımı yaratmadan əvvəl, kitablarım məni yaratdılar.

- Montaigne

Kitabsız yaşamaq; kor, kar, dilsiz yaşamaqdır.

- Seneca

Bu günün gərçək universiteti, bir kitabxanadır.

- Carlyle

Kitab, tək ölümsüzlükdür.

- Rufus Choate

Exlaqa uyğun ya da zidd kitab deyə bir şey yoxdur. Kitablar ya yaxşı yazılmışdır, ya da pis. Hamısı bu qədər!

- Oscar Wilde

Ümidlə açılıb qazancla bağlanan bir kitab, yaxşı bir kitabdır.

- Alcott

Kitablar, itmiş başların abidələridir.

- Sir William Dave

Kitablar, heç solmayacaq bitkilərdir.

- Herrick

Kitab heç aldatmayan bir yoldaşdır.

- Guilbert De Pixrecourt

Axmaqlarla oturub-durmaqdansa , kitabla tənha oturmaq yaxşıdır.

- Qasım bəy Zakir

İnsan güc ilə yox, mütaliə etməklə ağıllanır.

- C.Bruno

Az bildiyini başa düşmək üçün çoxlu oxumaq lazımdır.

- Mişel Monten

Kitablar özünüzə və başqalarına hörmət etməyi öyrədəcək, ürəyi və ağlı, dünya və insanlıq sevgisiylə dolduracaq.

- Maksim Gorki

Kitab həyatın ən uzaq və qaranlıq yollarında insana işıq bəxş edən əfsanəvi çıraqdır

- A.M.Upit

BAKI QIZLAR UNİVERSİTETİ
1992-ci ildə təsis edilən və həmin vaxtdan da fəaliyyətə başlayan Bakı Qızlar Universitetinin (əvəllər Bakı Ali Pedaqoji Qızlar Seminariyası adlanırdı) yaradılmasında məqsəd respublikada qadın pedaqoji kadrlar yetişdirmək, onların intellektual səviyyəsini yüksəltmək və gənc qızları ailə həyatına hazırlamaqdan ibarətdir. Hazırda universitetdə "Sosial pedaqoji” və "Filologiya-tarix” fakültələri fəaliyyət göstərir. "Sosial pedaqoji” fakültədə "Təhsildə sosial-psixoloji xidmət”, "Psixologiya”, "Coğrafiya müəllimliyi”, "ibtidai sinif müəllimliyi”, "Məktəbəqədər təlim və tərbiyə”, "Riyaziyyat və informatika müəllimliyi”, "Filologiya-tarix” fakültəsində isə "Xarici dil (ingilis) müəllimliyi”, "Azərbaycan dili və ədəbiyyat müəllimliyi”, "Tarix müəllimliyi”, "Jurnalistika” üzrə bakalavr, "İbtidai sinifdə tədrisin metodika və metodologiyası”, "Pedaqogika nəzəriyyəsi və tarixi”, "Azərbaycan ədəbiyyatı”, "Azərbaycan dili”, "Azərbaycanın yeni və ən yeni tarixi” sahəsində magistratura səviyyəsində kadr hazırlığı aparılır.
Bakı Qızlar Universiteti Nazirlər Kabinetinin 1996-cı il fevralın 21-də 21 saylı sərəncamı ilə dövlət qeydiyyata alınmışdır. 2013-cü ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin lisenziya komissiyası BQU-nun çoxilli fəaliyyətinin, onun yüksək maddi-texniki bazasının, infrostrukturunun, təlim-tərbiyə sisteminin Azərbaycan Respublikası təhsil Qanununa Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Ali təhsil Müəssisələrinin fəaliyyətinə xüsusi razılıq (lisenziya verilməsi haqqında qərarına, Azərbaycan Respublikası Təhsil Nazirliyinin sənədlərinə uyğn qurulduğunu, pedaqoji kadrların hazırlanmasında əldə olunmuş nailiyyətlərini nəzərə alaraq universitetin fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsini məqsədəuyğun hesab etmişdir. Eyni zamanda 2013-cü ildə universitet akreditasiyadan keçmişdir. Universitetdə müxtəlif fənnlər üzrə kabinetlər, dörd kopüter otağı, kitabxana, badii yaradıcılıq studiyası, tələbə elmi cəmiyyəti, Tələbə Gənclər təşkilatı, dörd dərnəklər, nəşriyyat, idman zalı, yeməkxana, kadrlar şöbəsi və mühasibatlıq fəaliyyət göstərir.
Learn more