Əsas » Məqalə » Azərbaycan ədəbiyyatı

Əfəndiyev Elçin yaradıcılığı- "Ədəbi düşüncələr" necə yarandı-6

<< 1 / 2 / 3 / 4 / 5 / 6 / 7 / 8 / 9 / 10 >>

QƏHRƏMANIN ÖLÜMÜ ŞERLƏ SONA YETİR


     Riçard Oldinqtonun içində müharibəyə qarşı o qədər kinküdurət, o qədər nifrət var ki, artıq bu hisslər romanm sonlarma doğru nəsrlə öz ifadəsini tapmaqda acizdir, onlar nəsrə sığışmır və buna görə də müəllif epiloqu... şerlə yazır.

NUŞİÇ SERBLƏRİ SEVİR VƏ SEVDİRİR


     Yəqin hansısa bir serb deyə bilər ki, Nuşiçin yumorlu hekayələri serbləri biabır edir (necə ki, bizdə bəziləri Mirzə Cəlil haqqmda belə fikirləşir və ondan küsürlər).
     Halbuki tamam əksinədir.
     Nuşiç serbləri sevdirməklə məşğuldur.

MORUANIN NOVELLALARI ONUN BÜTÜN YARADICILIĞINI ƏTƏ, QANA DOLDURUR


     Morua mənim üçün Bayron, «Üç Düma», Şelli, Fleminq haqqında bioqrafik romanlar yazmış gözəl bir yazıçı idi və mən maraqla o romanları oxuduqca içimdə bir «arxiv yazıçısı» obrazı yaranırdı (elə bil ki, misal üçün, tərtəmiz, bahalı, yaraşıqlı bir kostyumdur, amma yüngülcə naftalin iyi verir, nə qədər şıx görünsə də, keçmişlərin yadigarıdır).
     Bu günlərdə qəribə bir hadisə baş verdi.
     Moruanın hekayələrini oxudum və mənə tamam gözlənilməz bir təsir bağışladı, mənim təsəvvürümdəki o «arxiv yazıçısı»nı birdən-birə canlandırdı (arxivdən qoparıb, küçəyə çıxartdı!), bu hekayələr, xüsusən, «Anadia, bacı...», «Qızıl dananın qarğışı», «Otel tanatos», məndə illərdən bəri yaranmış o təəssürata yeni bir nəfəs, təravət, hərarət gətirdi və Morua ilə bağlı o naftalin iyi tamam itib getdi, duyulmaz oldu...

«OLÜM»Ə APARAN YOLLAR «HƏYAT»DAN KEÇİR


     Neçə vaxtdan bəri cavan şairlərin mətbuatda çıxan şerlərini bir kənara yığırdım ki, vaxt tapanda onları rahat oxuyum. Nəhayət, bu bazar günü Zuğulbada onları oxudum.
     Bu cavanlar müxtəlif istedad sahibləridir, müxtəlif dünyagörümləri, müxtəlif estetik meyarları var, amma bir mövzuya can atmaqda onlar eyniləşirlər: ölüm mövzusu.
     «Ölməyim gəlir», «haradasan, ay ölüm?», «soyuq qəbir həsrəti», «yaxşı ki, ölüm var bu dünyada», «ölümün üşütməsi gəldi», «bir ölüm həsrəti bürüyüb məni» və s.
     Həyat başdan-başa bir mürəkkəblikdir və onun bədii ifadəsi dünyanm çox çətin işlərindən biridir. Həyatı dərk etmədən (əlbəttə, imkan daxilində! Çünki həyatı tam dərk etmək, mənim dərin inamıma görə əbəs və mümkünsüz bir cəhddir!), onu öz içində əxz etmədən həyatdan yaza bilməzsən. Daha doğrusu, yaza bilərsən (necə ki, müxtəlif zamanlarda və müxtəlif epoxalarda yüzlərlə, minlərlə ədəbiyyat xəstələri, həvəskarlar yazıblar və bundan sonra da yazacaqlar), amma o yazdıqlarm makulatura olar (və olur!).
     Ölüm isə daha mürəkkəbdir.
     Sən o zaman ölümün bədii ifadəsini verə bilərsən ki, həyatm o məqamma aparan uzun-uzadı (hiss-həyəcanlar, düşüncələr mənasmda) bir yolu dərk etməyi, mənalandırmağı, ona qiymət verməyi (hətta qiymətləndirməyi!) və o həyat yolunu keçməyi bacarasan.
     Bu gün məndə elə bir təəssürat yarandı ki, cavan şairlərimizin bir hissəsi «həyat»dan yaza bilmədikləri üçün, «ölüm»dən yazırlar...

«ANNA KARENİNA» QISQANCLIĞI


     «Anna Karenina»nı oxuyanda, hərdənbir rəfdən götürüb vərəqləyəndə, bəzən mən bu romanı qısqanmağa başlayıram.
     İstəyirəm ki, onu məndən başqa heç kim oxumasm...
     Elə bil ki, sevdiyin çılpaq qadmdır, onu səndən başqa heç kim görməməlidir...

ƏDƏBİYYATTN DAHA BİR MİSSİYASI


     Ədəbiyyatm missiyalarmdan biri də genetik yaddaşı qoruyub saxlamaqdır.
     Mənim şəcərəm 8-ci nəsildə Ərzurum ellərindən Qarabağa gəlmiş və indiki Füzuli rayonunun Saracıq deyilən yerində yurd salmış Xoca Əhməd Əfəndidən əvvəllərdə itir.
     Bir başqası öz şəcərəsinin 10-cu, 15-ci, 20-ci nəsil qədimliyinə gedib çıxa bilir sonra, itir.
     Bu, təxminən 250, 300, 350 il edir və çox zaman şəcərə qədimliyi bundan əvvəllərə gedib çıxmır.
     Həsənoğlu «Apardı könlümü bir xoş qəmər yüz, canfəza dilbər...» misrası ilə başlayan məşhur qəzəlini 700 il bundan əvvəl yazıb və Həsənoğlunun o qəzəli əslində mənim birbaşa əcdadımın (bu gün adını bilmədiyim o insanın, o qəzəlin müasirinin, o hissləri o zaman yaşamış, onları başa düşmüş adamın) oxuduğu (yaxud eşitdiyi, şahidi olduğu) bəlkə də yeganə yaddaş mühafizəsidir.
     Eləcə də ərəb üçün «1001 gecə nağılları», fars üçün «Şahnamə», ispan üçün «Don Kixot», fransız üçün «Pantaqruel», ingilis üçün «Kral Lir» və s.
     «Bəlkə də yeganə» ona görə ki, əcdadın gördüyü təbiət də daima hərəkətdədir: çaylar məcrasmı dəyişir, dağlar yerlə yeksan olur və yeniləri yaranır, dənizlər quruyur və s.
     Qlobal mənada götürsək, ədəbiyyat bəşərin genetik yaddaş mühafizəsidir.
     Məsələn, antik ədəbiyyat, yaxud ilkin orta əsrlər Şərq ədəbiyyatı, yaxud Avropa İntibahı və ümumiyyətlə, bütün böyük bəşəri kitablar (o cümlədən, yuxarıda adını çəkdiyim əsərlər) irqi, milli və dini sərhədlər tanımayan genetik insan («Homo sariens») yaddaşını qoruyub saxlayır.
     Bu mənada ədəbiyyat ay kimi, gün kimi, su, torpaq, hava kimi bir şeydir.

QUMBERT HAQQINDA


     Aydm məsələdir ki, Qumbert intektualdır.
     Amma Qumbert nə qədər intektualdırsa, bir o qədər də köməksizdir.
     Bəzən gülüncdür.
     Və Qumbert bədii ədəbiyyatda mənim indiyə qədər oxuduğum ən misgin qatildir.

HƏYAT VƏ KİTAB


     Sovet ədəbi tənqidinin məşhur şüarı var: həyatı öyrənmək lazımdır. Bu şüardakı «həyat» ən yaxşı halda istehsalat, kolxoz, sovxoz, sosialist öhdəçilikləri, planın doldurulması, partiya iclaslarınm keçirilməsi, texnikanın tətbiq olunması və s. deməkdir.
     «Ən yaxşı halda» ona görə ki, müəyyən dövrlərdə «yazıçı həyatı öyrənməlidir» şüarındakı «həyat» «sinfı mübarizə», «xalq düşmənlərinin ifşası» (və onların roman səhifələrində, teatr səhnələrində, poema fəsillərində güllələnməsi!) deməkdir.
     Ancaq belə olmasaydı da, yəni həmin şüardakı «həyat» həqiqi mənada həyatı insani hiss-həyəcanları, güzəranı, məişəti ehtiva etsəydi belə, yenə də gülünc (və tamam süni!) bir şey alınardı.
     Təsəvvür edin ki, qraf Tolstoy, yaxud lord Bayron çiynindən bir torba sallayıb həyatı öyrənməyə gedir...
     Hətta həyatın dibindən çıxmış Qorki, yaxud Cek London da aydm məsələdir ki, həyatı öyrənmək məqsədiylə uşaqlıq və gənclik çağlarmda lüt-səfil həyatı keçirməyiblər. Bu da onlarm bir tale payı olub və tale də onları yazıçı edib (necə ki, həmin tale aristokrat Puşkini, yaxud bütün ömrü boyu zadəgan olmağa çalışmış Balzakı qələm sahibi etdi).
     Bizim tənqidimiz həmin yalançı şüarm yalançı da anti-şüarını yaradıb və bunu, az qala, ədəbiyyat nəzəriyyəsinin əlifbasma çevirib: kitab oxumaqla həyatı öyrənmək olmaz.
     Nə üçün?
     Bəyəm Tolstoyun əsərləri həyatı öyrətmir?
     «Don Kixot»dan böyük həyat dərsliyi var?
     Ya Şekspir nədir? Həyata dəxli olmayan bir şeydir?
     Həyatla kitabı qarşı-qarşıya qoymaq cəhalət və nadanlıq göstəricisidir.

ÖZÜMLƏ SUAL-CAVAB


     -Sənin üçün dünya ədəbiyyatının yaratdığı ən ləyaqətli rəqib surəti kimdir?
     -Javer!

KOSMOPOLİTLİK VƏ MİLLİLİK


     Kosmopolitliklə millinin vəhdəti ola bilərmi? Nəzəriyyədə bunu sübut etmək, güman ki, çox çətin bir işdir.
     Halbuki əyanidə bu var.
     Misal üçün, Turgenevin povestləri.

MƏNİM YUXULAR ALƏMİM


     Mən çox yuxu görürəm və ən çox yuxuma girən adamlar ədəbi surətlərdir: Anna, Otello, Don Kixot, Yaqo, Məcnun, Kral Lir, Nataşa Rastova, Pyer, Jan Valjan, Taraskom, Luiza Poyndekster, Tenardye, Aksinya, Javer, III Riçard...
     Qəribədir, Robinzon və Xolms həmişə xüsusən, cavanlıq çağlarımda fikrimdə olub, amma heç vaxt yuxuma girməyib.
     Amma o vaxtlar (cavanlıq çağlarında) Hacı Muradın kəsilmiş başı tez-tez yuxuma girirdi, xəncər sivirmiş boğazından qan axırdı və qanı eləcə axa-axa o baş mənimlə danışırdı və o qan da, mən hövlnak yuxudan duranacan, aləmi bürüyürdü...

YAZIÇININ SEVMƏK HAQQI VARMI?


     Sevgi geniş, əhatəli bir məfhumdur və mən hərdən özümə sual verirəm: yazıçının sevmək hüququ varmı?
     Əlbəttə, bu sual ilk baxışda çox iddialı, bəlkə də süni görünə bilər, çünki yazıçı da insandır və dünyada sevgi hissiyyatı olmayan insan yoxdur.
     Ancaq mənə görə, yazıçının sevgisi yalnız təbiətlə bağlı bir sevgi ola bilər, yəni o qadını sevə bilər, hansısa rəngi, yaxud fəsili sevə bilər, dənizi, yaxud meşəni sevə bilər və s.
     Belə bir yazıçı (insan) məhəbbəti əsərin obyektivliyinə ziyan gətirmir (əsər isə obyektiv mövqedən yazılmalıdır!), ancaq yazıçı məhəbbəti hansısa siyasi-ictimai bir hadisə ilə bağlıdırsa, bu zaman o obyektivlik itir və bunun zərbəsi ilk növbədə bədiiliyə dəyir.
     Misal üçün, yazıçı bir könüldən min könülə kommunizmə aşiq olubsa, o, anti-kommunisti obyektiv təsvir edə bilməyəcək, yox, əgər yazıçı anti-kommunistdirsə, o zaman əsərinin səhifələrinə gətirdiyi kommunistə münasibəti obyektiv olmayacaq.
     Eynilə də yazıçı nifrəti.
     Yazıçı xəsisliyə, yaxud dost xəyanətinə, yaxud da it boğuşdurmasma və s. nifrət edə bilər, ancaq onun nifrət hissi heç vəchlə siyasi-ictimai ideyalar vurğunluğu (anti-vurğunluğu) ilə yoğrula bilməz.
     Mən çox yaxşı başa düşürəm ki, bu fikirlərlə razılaşmayan, mübahisə etməyə hazır olan adamlar çoxdur, ancaq bu fikirləri söyləmək, yəni belə düşünmək, ədəbiyyatın missiyasını bu cür dərk etmək də mənim haqqımdır, necə ki, bunları qəbul etməmək bir başqasının haqqıdır.
     Mənim üçün bu baxımdan klassik nümunə: Şekspir məhəbbəti və nifrəti, yaxud Tolstoy məəbbəti və nifrətidir.
     Şekspir bu qədər monarx surəti yaradıb, ancaq o, necə deyərlər, ürəyini anti-monarxizmə verməyib, sadəcə olaraq, monarxın (xislətin!) deyək ki, Klavdinin daxilindəki riya burulğanının dərinliklərinə varıb, yaxud III Riçardm iblisanəlikdən doğan faciəsini göstərib.
     Tolstoyun daxilindəki gizli nifrətin ünvanı konkret olaraq Aleksey Aleksandroviç Karenindir (hərçənd romanda ilk dəfə onun adı çəkiləndə Vronski Oblonski ilə söhbətində bu adamı «ağıllı, elmli, Allaha inanan-zaddır...» («umnıy, uçenıy, bojestvennıy çto-to...») deyə xarakterizə edir və həqiqətən də belədir, ancaq heç vəchlə zadəgan zümrəsi deyil, Kareninlə bərabər, Anna da, Nataşa Rastova da, Pyer də, Andrey Bolkonki də həmin zümrənin nümayəndələridir.
     Vətəni sevmək, xalqm təəssübünü çəkmək isə, elə bilirəm ki, genetik xüsusiyyətdir və buna görə də təbiidir. Bu məhəbbət yazıçının yazdığı dil kimi, özündən asılı deyil, bunu genlərin vasitəsilə təbiət özü müəyyənləşdirib.
     Tahir hərdən Moskvada «İnostrannaya literatura»nın kitabxanası seriyasından təzə nəşr olunmuş kitablardan alıb mənə göndərir və dünən də Valeh Tahirin göndərdiyi kiçik bir kitab bağlamasını mənə çatdırdı. Gecə o bağlamadan götürüb oxuduğum bir kitab mənim içimdəki bu fikirləri elə bil ki, təzədən oyatdı.
     Nisbətən cavan bir Fələstin yazıçısının bu kiçik romanı və hekayələri bütün varlığı ilə inqilabi ideyalara bağlı olan, inqlabı vəsf edən bir yazıçının qələmindən çıxıb, bu adamın şübhəsiz ki, istedadı var, ancaq onun o inqilab məftunluğu (məhəbbəti!) həmin istedadı elə sıxışdırıb, cılızlaşdırıb ki, ortaya oxunub tez də yaddan çıxacaq bir ədəbi məmulat çıxıb.

KITAB SAHİBLİYİ


     Srağagün səhər Moskvaya gəldim, elə srağagün axşam da, sözü Sov. İKP MK-nın qərarlarından da kəsərli olan Tonyanın bircə zəngi ilə Kuznetski mostdan (piştaxta altmdan!) bir yekə bağlama kitab aldım və bu gün günorta qatarla Buxarestə yola düşdüyüm üçün, oxumağa bir kitab götürüb, qalanını Bakıya qayıdana qədər Tofiqgildə qoydum.
     İndi gecədir və axşamdan bəri kupedə yerimdə uzanmışam, başımın üstündəki işığı yandırıb (kupe yoldaşım indi yuxusunun yeddinci qatındadı) qatar təkərlərinin tukkatuku altında və Tonyanm da atasma rəhmət diləyə-diləyə bu gözəl kitabı oxuyuram.
     Mixail Basmanov «Tsı janrmda klassik Çin poeziyası» nümunələrini rus dilinə tərcümə edib, geniş ön söz və ətraflı da şərhlər yazıb «Meyxua çiçəkləyir» adı ilə nəşr etdirib.
     Tərcüməçi, tərtibçi, şərhçi əlbəttə, müəllif deyil, ancaq onlarm arasmda elələri var ki, oxucuya təqdim etdikləri kitabm sahibidirlər.
     Bu kitabm da müəllifləri VII əsrdən üzü bəri yazıb-yaratmış qədim Çin şairləridir.
     Ancaq mənim üçün bu kitabm sahibi də var və o Mixail Basmanovdur.
     Kağızı elə kitabmca üstünə qoyub bu tələsik qeydləri yazdım və indi təzədən ona «girişirəm»: Yallah, Lyu Yuy-Si!
     Qatarm təkərləri də eləcə gecə tukkatukundadır...

YOXLUĞU BİLİNMƏZDİ... VARLIĞI OLMASAYDI


     Qleb Uspenskisiz XIX əsr rus ədəbiyyatmı təsəvvür etmək mümkündü, yəni onun yoxluğu rus ədəbiyyatmı şikəst etmir.
     Ancaq onun varlığı rus ədəbiyyatmda, xüsusən, rus hekayəsində («Rasteryayev küçəsinin əxlaqı» silsiləsi) gözəl bir hadisədir.

FEODOR ABRAMOV ZARAFAT EDİRDİ?


     Dünən Qurultayda çıxış etməliydim və mənə günün ikinci yarısı söz verdilər.
     Mən çıxış edəndən sonra (iyirmi dəqiqəlik çıxışımı əsasən «Tənqid və milli ədəbiyyatlar» mövzusuna həsr etdim və doğrusu, bu yüksək tribunadan Mirzə Fətəlinin, Mirzə Cəlilin adlarının səslənməsi mənim özümə də ləzzət etdi) Yusif1 və Həsən Həsənovla birlikdə Qurultaydan çıxıb impressionistlərə baxmaq üçün Puşkin adına muzeyə getdik.
     Feodor Abramov da arvadı Lyudmila Vladimirovna ilə muzeydə idi.
     Mən onunla da, xanımıyla da çoxdan tanış idim, görüşdüm, Yusiflə Həsən Həsənovu da onunla tanış etdim.
     Azərbaycanın təbliği ilə bağlı həmişə fürsət axtaran və ümumiyyətlə, ünsiyyətli, qılıqlı bir adam olan Həsən Həsənov onu Azərbaycana dəvət etdi.
     Bu gün, günorta «Drujba»ya2 getmişdim və təsadüf elə gətirdi ki, bu dəfə də Baruzdinin kabinetində Feodor Abramovla rastlaşıb görüşdüm.
     -Elçin, sizi təbrik edirəm! dedi. Artıq muzeylərə katiblərlə3 gedirsiz! («Pozdravlyayu vas, Elçin! Vı uje muzei poseşayete vmeste s sekretaryami!..)
     Əlbəttə, mən bunu zarafat kimi qəbul etdim.
     Ancaq indi mənə elə gəlir ki, o, bu böyük rus yazıçısı, zarafat etmirdi və bu sözləri mənimlə bağlı həqiqətən də fəxarətli bir hadisə kimi deyirdi.
     Əgər belə idisə, yəni ideologiya bu vicdanlı yazıçını beləcə kiçildib, partiya vəzifəsini isə onun daxili aləmində bu dərəcədə böyüdübsə, bu, faciədir.
     Hər halda, mənim içimdə bir ümid var ki, Feodor Abramov o sözləri zarafatla (bəlkə rişxəndlə?) deyirdi...

ROMAN VƏ SÜJET


     Mən tamam əminəm ki, süjet romanı yaratmır, əksinə, roman süjeti yaradır.
     Roman yəni insanlar, hiss-həyəcan, tədqiq olunan xislət qatları.
     Əslində süjeti də insan xarakterləri, həmin hiss-həyəcanlar, xislət qatları romana gətirir.
     Ərli qadın başqasını sevir, sarsıntılar keçirir, sevgilisindən biganəlik görür, bununla barışa bilmir və özünü qatarın altına atır bu, «Anna Karenina»nın süjetidir.
     Ancaq biz Annanı romanda ilk dəfə az qala 100 səhifədən sonra görürük.
     Tolstoyun bu 100 səhifəsi süjetə yox, romana hazırlıq səhifələridir.

MOPASSAN VƏ TURGENYEV


     Mopassan özünü Turgenyevin şagirdi hesab edirdi. Ancaq mənə elə gəlir ki, Mopassan fransız olduğu dərəcədə Turgenyev rus deyil.
     Gerasim rus mujikidir, buna söz yox, ancaq mən, misal üçün, Rudini Gerasim qədər rus görmürəm.
     Halbuki Joıj Dyurua, yaxud Janna koloritli fransız özünüifadəsinin yaratdığı personajlardır.

MÜASİR YAPON NOVELLASI


     Bədii fantastikada sevimli bir mövzu var: hansı sirlə-sehrləsə keçmişin adamları birdən-birə əsrləri adlayıb gələcəyə bizim zəmanəmizə gəlirlər.
     Müasir yapon novellalarmı oxuyanda (xüsusən, Vatanabenin və Kendzi Maruyamanm novellalarmı) mənə elə gəlir ki, bu müəlliflər əslində orta əsrlərdə feodal Yaponiyasmda əxlaq, vicdan və namus ritualları ölkəsində yaşayıblar, ömürlərinin çox hissəsi orada keçib və birdən-birə bizim bu daimi tələsmələr, telefonlar, televizor, təyyarə və avtomobillər, atom bombaları və kompüterlər dünyasına düşüblər, bu yad dünyada özlərini itiriblər və özlərini itirdiklərinə görə də bu novellaları yazıblar...

DARYANIN HƏYATLA VİDALAŞMASI


     Müasir Darya bütün roman boyu o qədər ətli-canlı təsvir edilib, o qədər optimistdir, müsbət enerji saçır, həyatı sevir və sövq-təbii ətrafındakılara da sevdirir ki, bu qadının intiharı (romandakı həmin abzas budur: «Darya geriyə yönəldi, üç sajen qədər üzdü, sonra bədənini bir an sudan yarıya qədər çıxartdı, qollannı başı üzərində cütləyərək qışqırdı: «Əlvida, qızlar!» o dəqiqə də daş kimi suyun dibinə getdi.» Tərcüməçi Cahanbaxşdır.), özünü Donda boğması mənim üçün ədəbiyyatda ən təsirli həyatla vidalaşma təsvirlərindən və ümumiyyətlə, ədəbiyyatda ən təsirli səhnələrdən biridir.

PARİSDƏKİ «DƏDƏ QORQUD 1300» KOLLOKVİUMUNDA FİRİDUN BƏYİN SÖZLƏRİ YADA DÜŞÜR


     Firidun bəy 1913-cü ildə «Ana dili» məqaləsində Azərbaycan dilinin «osmanlılaşdırılmasının» əleyhinə yazırdı: «Allah Əli bəy Hüseynzadəyə insaf versin. Kaş o alicənab, İstanbulda rahat əyləşib bizim şumbəxt Qafqaza təşrif gətirməyə idi. O cənabın elm və kamalına sözümüz yoxdur. Sözümüz ondadır ki, elm və kamalından bizə bir bəhrə vermədi, ancaq dilimizə pozğunluq saldı, təzə dil gətirdi.»
     Olsun ki, Firidun bəy hissə qapılır və maksimalist bir mövqedən çıxış edirdi. Təsadüfi deyil ki, Məhəmməd Əmin Rəsulzadə elə həmin il «Bahadır və Sona» romanı haqqındakı geniş resenziyasında dil problemləri üzərində dayanır və Firidun bəyin bu sərt sözlərinə münasibətini bildirirdi: «Bu əsasi məsələni (söhbət milli dilin öz imkanlarmdan istifadə məsələsindən gedir.) güdməkdən ziyadə osmanlı təsirindən dəhşətlənərək onunla mübarizə edən mühərrirlərimizin bayraqdarlarmdan möhtərəm Firidun bəy Köçərlinski cənabları, hətta o qədər irəli getdi ki, istilahlar xüsusunda yazımıza dəyərli xidmətlər ifa etmiş olan möhtərəm ədibimiz Əli bəy Hüseynzadənin Qafqaziyaya gəlməsini belə təəssüflərlə yad etdi. Mən bu təəssüfümü Əli bəyin dilinə və onun şəxsinə deyil, dilimizin giriftar olduğu əcnəbi qanunlara qarşı bəyan edərəm.»
     Mən bütün bunları ona görə yazmıram ki, bu mübahisəyə münasibətimi bildirim, yox, məsələ başqadır.
     Parisdə «Dədə Qorqud»un 1300 illiyi ilə bağlı YUNESKOnun keçirdiyi kollokviumu mən aparırdım və müxtəlif ölkələrdən gəlmiş alimlərin məruzə və çıxışları sanballı bir elmi məclis abhavası yaratmışdı.
     «Dədə Qorqud»un məşhur tədqiqatçılarmdan biri, bu abidəni fransız dilinə çevirib nəşr etdirmiş fransız orientoloqu Lui Bazen kollokviuma gecikmişdi.
     Əlbəttə, mən istəyirdim ki, o da çıxış etsin, bu tarixi elmi məclisdə «Dədə Qorqud» haqqmda söz desin və onu xüsusi salamladım, elmi fəaliyyəti barədə xoş sözlər dedim, «Dədə Qorqud»u fransız dilinə tərcüməsi və nəşrinə görə kollokviumun işində iştirak edən Azərbaycan nümayəndəliyi və ümumiyyətlə, Azərbaycan ictimaiyyəti admdan ona təşəkkür etdim.
     Yəqin ki, bu sözlərdən ruhlanan Lui Bazen çıxış etmək istədi və təbii ki, söz də alıb, «Dədə Qorqud» haqqmda danışmağa başladı.
     O danışırdı, dəqiqələr keçirdi, bu möhtərəm alim isə, görünür, çıxışa hazırlaşmadığı üçün elə hey açıq qapını döyürdü, yəni yeni bir söz demirdi, kollokvium iştirakçılarmm hamısma məlum olan faktları yenidən sadalayır, qorqudşünaslıqda çoxdan deyilmiş fikir və mülahizələri təkrar söyləyirdi.
     Bu zaman birdən-birə... Firidun bəyin Əli bəy haqqmda dediyi o sözlər mənim yadıma düşdü və möhtərəm Bazen danışdıqca beynimdə bir fikir dolaşırdı: «Allah Lui Bazenə insaf versin! Kaş o alicənab, yerində rahat əyləşib bizim bu kollokviumda çıxış etməyəydi və elmi hörmət-izzətinə də xələl toxundurmayaydı...»
     Kollokviumdan sonra da Parisdə bu sözlər yarızarafat, yarıciddi elə hey beynimdə fırlanırdı və Bakıya gələn kimi, Firidun bəy Köçərlinin hələ 1963-cü ildə nəşr olunmuş «Seçilmiş əsərləri»ndə həmin «Ana dili» məqaləsini tapdım və o sözləri olduğu kimi kağıza köçürtdüm.

QARŞİNİN HEKAYƏLƏRİ


     Qarşin mənim üçün rus hekayəsinin (həm də yalnız XIX əsr yox, ümumiyyətlə, rus hekayəsinin) Hamletidir və onun birbinndən tamam fərqli ən yaxşı hekayələrini «Qorxağ»ı da, «Nadejda Nikolayevna»nı da, «Qırmızı gül»ü də, «Gecə»ni də, «Sıravi İvanovun xatirələri»ni də Hamletin məşhur sualı birləşdirir: «Olum, ya ölüm?»
     Qarşinin şəxsi taleyi isə, bu sualın ikinci hissəsini «ölüm»ün üstündə kökləndi və «ölüm»ü üstün tutdu.

RAZİPURAM NARAYAN HAQQINDA


     Taqordan sonra hind ədəbiyyatında mənim üçün (yəni mənim oxuduqlarımın arasında) ən ciddi yazıçı Narayandır.
     Onun əsərlərində «Gimgə azarkeşi» povestində, «Müqəddəs Racu» romanında, hekayələrində melodramanın axıtdığı göz yaşları var, ancaq o melodramatik hissiyyat da, o göz yaşları da Narayanın qəhrəmanlarının milli xüsusiyyətləridir və buna görə də təbiidir, burada bayağılıq, həmin gözyaşlarından sui-istifadə yoxdur.
     Narayanın, hətta qədim hind inam, əsatir və əfsanələrinə söykənən hekayə və pritçaları da başdan-başa məişət, adət-ənənə, milli-mənəvi ifadə detallarından ibarətdir, amma burada ekzotika yoxdur, ona görə də falş yoxdur.
     Onun əsərlərində melodrama ilə bayağılıq, çox məxsusi milli məişət təsviri ilə ekzotika arasında incə, zərif bir sərhəd var və Narayan o sərhəddə dayana bilir, onu keçmir.
     Bir yazıçı kimi onun hind ədəbiyyatı üçün əhəmiyyəti də bundadır.
     Və yazıçı Narayanm ən böyük çatışmazlığı onun özündən asılı olmayan səbəblə bağlıdır: o, doğma tamil dilində yox, ingilis dilində yazır.

ŞEKSPİR SEHRİ


     Benedikt Beatriçeyə deyir: «Mən sənin ürəyində yaşamaq, sənin sinən üstdə ölmək və sənin gözlərinin dərinliyində basdırılmaq istəyirəm.»
     Dünyanın hansı başqa bir yazıçısının qəhrəmanı belə bir dillə danışsa, oxucu (tamaşaçı) bunu qəbul etməz, bu danışıq şit görünər, bədii-estetik ölçü hissi itirilmiş olar, amma yalnız Şekspirdə biz bunu qəbul edirik, buna təbii baxırıq, bunu hiss edirik, buradakı duzu, şuxluğu, şövqü duyuruq.

«İNCƏ MEMET»İN UĞURU VƏ YAXUD XARAKTER BƏDİİ-ESTETİK ÇATIŞMAZLIĞI DƏF EDİR


     Axşam atamla müasir türk ədəbiyyatı haqqında söhbət edirdik. Atam Orxan Kamalı ən sanballı türk nasiri hesab edir və «Suçlu» romanı barədə yüksək fikirdədir.
     Əlbəttə, «Suçlu» dəyərli bir romandır və Orxan Kamal da, şübhəsiz ki, ustaddır, amma mənim üçün Y aşar Kamalın romanlarında, povest və hekayələrində daha artıq bir akvarel var, onun xislət «incələmələri» daha səlist və zərifdir.
     Bu da qəribədir ki, «İncə Memet» Yaşar Kamalın birinci və mənə görə, sonrakı romanlarına, hətta «Əgər ilanı öldürsən», yaxud «Quldurlar» kimi kiçik povestlərinə nisbətən bədiilik baxımından, sırf estetik göstəricilərinə görə bəsit əsəridir.
     Ancaq Yaşar Kamaldan söhbət düşəndə ilk olaraq «İncə Memet» yada düşür və ümumiyyətlə, ədəbiyyatşünaslıqda da çox zaman Yaşar Kamal haqqında ilk növbədə «İncə Memet»in müəllifi kimi bəhs olunur.
     Atam deyir:
     -Oxucular üçün, xüsusən, avropalılar və ruslar üçün yeni xarakter tapılıb, ona görə.
     Doğru fikirdir.
     Və bu xarakter bədii çatışmazlıqları üstələyir, onları əzib dağıdıb, sıxışdırıb romandan aldığın ümumi təəssüratın içində əridir.

TOLSTOY SON HƏDDİR


     Tolstoy nə yazırsa, onun yazdığı son həddir, ona nəsə əlavə etmək, onu yeniləşdirmək, inkişaf etdirmək mümkün deyil.
     Tolstoy mövzusunda bu qədər filmlər çəkilib (o cümlədən, Zarxinin «Anna Karenina»sı və Samoylovanın Annası, Bondarçukun Pyeri, yaxud Odri Heppemin Nataşası və Henri Fordun Pyeri!), musiqi əsərləri yaranıb (S.Prokofyevin «Hərb və sülh» operası!), ancaq Tolstoyun ilkin nəsri səmadır, bütün o filmlər, musiqi və rəsm əsərləri, səhnələşdirmələr isə, həmin səmanın altındadır.
     Fikrimi aydınlaşdırmaq üçün, belə bir misal: Düma oğul «Kameliyalı qadm» romanmı yazdı və ata Dümanm kölgəsi altmdan çıxdı, bütün Avropada istedadlı bir yazıçı kimi tanındı.
     Sonra həmin romanm əsasmda eyniadlı pyes yazdı, sonra Verdi o pyesin əsasmda «Traviata»nı bəstələdi və dahiyanə musiqisi ilə Düma oğulun qələmlə deyə bilmədiklərini dedi, «Kameliyalı qadm»m bədiiliyini daha yüksək bir mərhələyə qaldırdı və onu ölməz etdi.
     Yaxud Merime «Karmen» povestini yazdı, sonra Bize «Karmen»i yazdı və onu daha yüksək bir mərtəbəyə qaldırdı, sonra
     Şedrin Plisetskaya cütlüyü müasir dövrdə «Karmen»i ondan da artıq bir estetik mərtəbəyə qaldırdı.
     Tolstoyda isə bu mümkün deyil.
     Dünən Aliklə birlikdə Bolşoy Teatrda Şedrinin «Anna Karenina»sına baxdıq.
     Anna Plisetskaya idi.
     Həqiqətən, bir möcüzə aləmində idim.
     Ancaq bütün bu möcüzə və əslində o dəm bütün Bolşoy Teatr (mənimlə birlikdə!) həmin Tolstoy səmasının altında idi.

KAFKA KİN-KÜDURƏTİ


     «Amerika»nı yazmağa başlayanda Kafka 28 yaşında idi, ancaq bu natamam romanın səhifələrində, elə bil ki, 100 yaşlı bir qocanın yaşadığı həyata, bitməkdə olan ömürə dəruni (və örtbasdır eləməyə çalışdığı) nifrəti, gizli ədavəti, kin-küdurəti var və bu qoca həyata gəlməsinə görə sidq-ürəkdən peşmandır.
     Ancaq... ancaq o bu həyatı tərk etmək də istəmir...

ŞOLOXOV VƏ BULQAKOV


     XX əsr rus ədəbiyyatının ən sanballı, miqyaslı, əhəmiyyətli iki romanı: «Sakit Don» və «Ustad və Marqarita».
     Şoloxov yağlı boya ilə işləyir, bəzən o boyalar kətanın üstündə topa-topadır, bəzən bir-birinə qarışır, bəzən hamar olur, bəzən kələ-kötür və bu «bəzən»lərin hamısı böyük zəhmət bahasına, yorulmadan, zəngin bir hissiyyatla xislətin dərin qatlannı qazmaqla məşğuldur.
     Bulqakov qrafikdir, cizgilərlə işləyir və o cizgilər bəzən kağız üzərində güclə sezilir, bəzən qabarıqdır, bəzən tramvay xətti kimi düz, bəzən də spiral kimi dolamadır və bütün bu «bəzən»lər də səbrlə, ağayanalıqla, daha artıq bir intellektlə son məqsədə aparıb çıxarır xislətin həmin dərinliyinə.

EJEN İONESKO YOX, EJEN İONESKO+LAR DÜNYASI


     Paralel dünyalar fərziyyəsi var: bizimlə paralel olaraq bizim yaşadığımız məkanda, amma digər zaman ölçülərində başqa sivilizasiyalar da mövcuddur.
     İoneskonun «absurd teatr»ı bizim yaşadığımız dünyayla paralel olan həmin dünyalardan biridir.
     Qəribədir, mənim üçün «İonesko absurd teatrı» bir nəfərin yox, müxtəlif müəlliflərin teatrıdır. «Kürsülər», «Keçəl müğənni qadm», «Təmənnasız qatil», «Kərgədanlar», «Borcun qurbanı» bir-birindən o qədər seçilir ki, elə bil, onların hər birini ayrı bir müəllif yazıb və o müəlliflər də həmin paralel dünyanın sakinləridir.

FRANSUAZA SAQAN VƏ OUTS, SİZ KİMSİZ?


     Səs-küylə gələnlər çox zaman səssiz gedir, itir, yox olur... XX əsrin ortalarında iki qadın yazıçı səs-küylə ədəbiyyata daxil oldu: fransız ədəbiyyatında Fransuaza Saqan, Amerika ədəbiyyatında Coys Kerol Outs, ancaq həmin səs-küyü də uzun illər boyu özləri ilə saxladılar.
     «Səs-küy» yəni hamının eyni dərəcədə qəbul etmədiyi yeni söz, yeni nəfəs, əgər belə demək mümkündürsə, mübahisəli yeni söz, mübahisəli yeni nəfəs.
     Özü də vacib deyil ki, bu mübahisəni ayrı-ayrı adamlar etsin, o mübahisə bir nəfərin içində də baş verir (bu, artıq deyəsən, «mübahisə» yox «tərəddüd» olur).
     Outsun «Mənimlə nə istəyirsən elə» romanını, hekayələrini (ən çox xoşuma gələni: «Qan ləkəsi» və «Rouzvuda səyahət») oxudum və hərdən mənə elə gəlirdi ki, nəsə bayağı bir şey oxuyuram, yarım saatdan sonra təəssürat dəyişib başqa cürə olurdu: yox, əzizim, söhbət ciddi, hətta böyük ədəbiyyatdan gedir.
     Saqanı da beləcə oxumuşam.
     Bəyənmirsən, amma yadından çıxmır, haçansa təzədən yadına düşür və bu dəfə... bəyənirsən.

UNUDLMUŞ BİR NASİR HAQQINDA


     Elə yazıçılar var ki, haqsız unudulur, yəni onların istedadı, ədəbiyyatda gördükləri iş, ədəbiyyatın inkişafında oynadıqları rol belə bir unutqanlığa layiq deyil, ondan artıqdır.
     Bu mənada mənim üçün, haqsız olaraq kölgədə qalmış, hətta unudulmuş istedadlı rus nasirlərindən biri Vasili Narejnıdır.
     Bu adam, düzdür, Qafqaza rus şovinizmi yüksəkliyindən rişxəndlə baxırdı, ancaq rus çinovnikinin xarakterini açmaq baxımından, elə bilirəm ki, onun rus ədəbiyyatmdakı rolu hələ lazımınca öyrənilməyib.
     Mən bu fikirdəyəm ki, rus ədəbiyyatmda parlaq Qoqol qəhrəmanları qalereyasmm yaranmasmda, ümumiyyətlə, Qoqol hadisəsində «Rus Jilbrazı» romanı az rol oynamayıb və bu roman rus ədəbiyyatmda aparıcı xətlərdən birinin rus çinovnikçiliyinin, rus «samodurluğunun» ədəbiyyata gətirilməsinin başlanğıcını qoyub.
     Ancaq Narejnıdan sonra gələn Qoqol istedadı o qədər güclü və miqyaslı oldu ki, özündən əvvəlki həmmətləbini Narejnmı sıxışdırıb kölgəyə saldı.
     «Rus Jilbrazı»nı oxumaq üçün atama verdim, bir-iki gündən sonra, geri qaytardı:
     –Qoqoldan sonra bunu oxumaq olmur...

O’HENRİNİN NOVELLALARI


     Ancaq Neçə gündü uşaqlarla Göygöldəyik, dünən gecə nə vaxtdan bəri fikrimdə gəzdirdiyim «Sübh şəfəqi»nin işığı (Hüseyn Cavid yaradıcılığı və Avropa intibahı) adlı böyük bir esseni nəhayət ki, bitirdim və indi də ikinci gündür ki, O’Henrinin hekayələrini oxuyuram1.
     Ancaq Bu hekayələrin bir xeyli qismini əvvəllər adda-budda oxumuşdum, ancaq indi ilk dəfədir ki, O’Henrinin Bakıdan gətirdiyim ikicildliyini qabağıma qoyub əvvəldən axıra oxuyuram.
     Ancaq Oxuyuram və fıkirləşirəm ki, İntibah novellalarından (xüsusən, Franko Sakkettinin novellaları və Bokkaççonun «Dekameron»u) sonra Dünya ədəbiyyatında novellanı, hərgah belə demək mümkünsə, «janrlaşdıran», yəni onun bədii-estetik parametrlərini dəqiq müəyyənləşdirib tam hüquqlu bir janr kimi ədəbiyyatda təsdiqinin XX əsrdəki son nöqtəsini qoyan yazıçı O’Henridir.
     Ancaq Aydın məsələdir ki, O’Henridən əvvəlki dövrdə O’Henridən çox böyük yazıçılar bu janrda yazıblar, təkcə, elə Tolstoyun «Sevastopol hekayələri»ni, yaxud Balzakın hekayələrini xatırlamaq kifayətdir.
     Ancaq Ancaq Tolstoy da, Balzak da böyük romançılardır, «böyük novellaçılar» ixtisaslaşdırmasmı isə XIX əsrin ikinci yarısmda Mopassan başladı və XX əsrin əvvəllərində O’Henri bunun nöqtəsini qoydu.
     Ancaq Ola bilsin ki, bu fikir mübahisəlidir, ya mən bir az hissə qapılıram. Misal üçün, həmin dövrün rus hekayəçiliyində Çexov hadisəsi var və s.
     Ancaq Hər halda O’Henrini qəbul etmək, ya etməmək olar, hətta mənə elə gəlir ki, o, bəzi hekayələrində yazıçıdan daha artıq, oyunçu, sehrbazdır, ancaq novellanm XX əsrdə dünya miqyasmda janr nüfuzu və ixtisaslaşması əldə etməsində O’Henrinin rolu böyük, bəlkə də müəyyənedicidir.

PANAYEVANIN «XATİRƏLƏRİ»


     Axır vaxtlar elə bil ki, bədii ədəbiyyat mənim üçün ikinci plana keçib, heç nə də yazmıram və səhər saat 10 radələrində Əlinin maşmmda Zuğulbadan çıxıb Bakıya, cəmi məxluqatm əşrəfi olan insanlarm gül məsgəni Yazıçılar İttifaqma gedirəm, axşamüstü saat 5 radələrində isə, təzədən Zuğulbaya qayıdıram və bizim bu gözəl dənizimizə baxan eyvandakı «raskladuşka»da uzanıb ağcaqanadlarla ölüm-dirim mübarizəsi apara-apara elə hey memuarlar, xatirələr, məktublar, gündəliklər oxuyuram (son bir ayın «təsərrüfatı»: Tomas Mannm məktubları, Trankvillin «On iki sezarm həyatı», Əliağa Şıxlinskinin xatirələri, Taleyranm «Memuarlar»ı və Tarlenin onun haqqmda yazdığı kitabı, Bayronun məktubları, Haribaldinin memuarları, Plutarxm üçcildliyi, Həmidə xanımm Mirzə Cəlil haqqmdakı xatirələri, Jül Renarm «Gündəliklər»i...).
     Sübh tezdən də həmçinin, ancaq sübh tezdənin bir gözəlliyi var ki, nisbətən sərin olur, dəhşətli dərəcədə mühümü isə gözəl həyatımız ağcaqanadsız olur.
     İndicə səhər saat 9-a işləyib Avdotya Panayevanm «Xatirələri»ni bitirdim.
     XIX əsr rus ədəbi mühitinin ab-havasmı duymaq, hiss etmək üçün bu kitab çox koloritli («intellektual koloritli» demək olarmı?) və etibarlı (!) bir mənbədir.

AĞIR, MÜSTƏQİM «ƏŞYALAR DEKORASİYASI» VƏ YÜNGÜL, ŞƏRTİ «DETALLAR, ŞTRİXLƏR DEKORASİYASI»


     Teatrda iki cür dekorasiya olur və mən bunu özüm üçün sırf estetik baxımdan belə adlandırıram: çox zaman toz basmış mebellə basırıq olan, ağır, tərpənməz, müstəqim «əşyalar dekorasiyası» və yüngül, dinamik, şərti «detallar, ştrixlər dekorasiyası».
     Mənim üçün rus ədəbiyyatmda Aleksandr Ostrovskinin dramaturgiyası (eləcə də, Qorkinin və Suxovo-Kobılinin dramaturgiyası) həmişə o ağır «əşyalar dekorasiyası»nı xatırladır.
     Çexov dramaturgiyası isə başdan-başa şərti və dinamik «detallar, ştrixlər dekorasiyası»nm sorağmdadır...

«ŞELMUFSKİ»


     Mən indiyəcən Reyterin «Şelmufski»sini oxumamışdım və nəhayət, dünən gecə onu həcmcə kiçik olan bu romanı oxudum və bu gün1 səhərdən bəri fikrimdəki elə odur.
     Mənə çox təsir edib.
     Ancaq böyük bəşəri kitablar arasmda «Şelmufski» ən az tanmanıdır.
     Nə üçün?
     Yəqin ona görə ki, ruhu etibarilə «Şelmufski»yə yaxm böyük kitablardan biri «Don Kixot» ondan əvvəl yazılmışdır, ondan bir az sonra «Qulliverin səyahəti» yarandı, azacıq sonra isə, ruhən ona ən yaxm «Myünhauzen» meydana çıxdı və bu əsərlərin şöhrəti, elə bil ki, «Şelmufski»ni ikinci plana keçirdi, amma əslində belə deyil, o, böyük bəşəri kitab olaraq qaldı, qalır və qalacaq.

YARADICILIQ VƏ ŞƏXSİYYƏT


     Mopassanın şəxsi aqibəti onun yaradıcılığı müqabilində necə də amansızdır!

GÖRƏSƏN ÇAKOVSKİ MƏNİ NİYƏ YAŞLIBİLİRMİŞ?


     Neçə gündür Dubultıdayıq və hələ ki, heç nə yaza bilmirəm, qəzet və jumaldan başqa heç nə də oxumuram.
     Bu gün günorta Günayla Humaya Perronun nağıllarını oxumağa başladım və onların necə bir həvəs və həyəcanla qulaq asdıqlarını görüncə, Qırmızıpapağın hisslər aləmindəki şəffaf şüşə təmizliyi və kövrəkliyi mənim özümə də sirayət etdikcə, içimi bir qüssə bürüyürdü: nəfəslərini dərmədən Perroya qulaq asan bu gözəl insanların (insancıqlarm! Qırmızıpapaq da daxil olmaqla!) yanmda mən özümü dinozavrlar dövründən qalma nadir bir eksponat kimi hiss edirdim.
     Hər halda 36 yaş kiçik ömür deyil.
     Qəribədir, axşam Aleksandr Çakovski ilə barda adama 100 qram araqdan sonra «Jiqulyovski» pivəsi içirdik (axır vaxtlar «Literatumaya qazeta»da tez-tez çap edilsəm də, onunla ancaq burada tanış olmuşuq ) və söhbət əsnasında Aleksandr Barisoviç mənə belə bir söz dedi:
     -Elçin, mən sizi daha yaşlı təsəvvür edirdim... («Ya predstavlyal vas bolyeye starşim...»)

TALEYlN TRAGİKOMİK OYUNU


     Sovet sistemi, ideologiyası bir çox istedadları məhv etdi. Vaxtılə, Zakir müəllim məndən xahiş etmişdi ki, Aleksandr Afinogenovun bir pyesini Azərbaycan dilinə tərcümə edim və mən, yadımdadır, heç nə tərcümə etməsəm də, o vaxt onun «Salyut, İspaniya» pyesini, «Maşenka» komediyasını oxumuşdum.
     Sovet sisteminin istedadı necə sıxışdırması, hətta onu məhv etməsi ilə bağlı təəssürat əldə etmək üçün, bu pyeslər gözəl əyani vəsaitdir.
     Aleksandr Afinogenov fitrətən istedadlı adam olub, amma dövrün bir çox yazıçıları kimi, o, ədəbiyyat cəfakeşi deyildi, özünü hər şeydən əvvəl və sidqi-ürəkdən «partiyanın əsgəri» hesab edirdi.
     Dövr, zaman elə idi ki, Afinogenov (və afmogenovlar!) ədəbiyyatın yox, partiyanın təəssübünü çəkirdi (bəlkə də «Stalin təəssübkeşi idi» demək daha düzgün olardı).
     Müharibə başlayan kimi o, cəbhəyə getmişdi və mən indiyəcən elə bilirdim ki, bu dramaturq cəbhədə də həlak olub.
     Ancaq bu yaxınlarda Anastas Mikoyanın xatirələrində oxudum ki, Afınogenov 1941-ci ilin oktyabr günlərindən birində axşam cəbhədən Moskvaya gəlir və birbaşa Kommunist Partiyası Mərkəzi Komitəsinin binasına gedir.
     O zaman alman hərbi təyyarələri nadir hallarda Moskvanın hava müdafiəsini yararaq şəhərə bomba salırdı və məhz həmin axşam da o nadir faşist bombalarından biri Mərkəzi Komitənin yerləşdiyi həmin binaya düşür.
     Afinogenov 37 yaşmda Kommunist Partiyası Mərkəzi Komitəsinin binasında həlak olur...

<< 1 / 2 / 3 / 4 / 5 / 6 / 7 / 8 / 9 / 10 >>

Bölmə: Azərbaycan ədəbiyyatı | Əlavə edildi: azerhero (11.09.2014) | Müəllif: R.C E W
Baxış: 643 | Reytinq: 0.0/0
Bütün rəylər: 0
omForm">
avatar

Kitablar — zamanın dalğaları ilə səyahət edən və nəsildən-nəslə öz qiymətli yükünü ehtiyatla aparan fikir gəmiləridir.

- Frensis Bekon

Son 90 gün ərzində kitab oxumamaqdan daha pisi kitab oxumadığına görə narahat olmamaqdır.

- Cim Ron

Kitabları yandırmaqdan daha pis şey onları oxumamaqdır.

- Rey Bredberi

Yaxşı kitab aysberqə oxşayır, onun yeddi-səkkiz hissəsi suyun altında gizlənib.

- Ernest Heminquey

Kitablarım mənə çatacaq qədər böyük bir krallıqdır.

- Shakespeare

Mən, kitablarımı yaratmadan əvvəl, kitablarım məni yaratdılar.

- Montaigne

Kitabsız yaşamaq; kor, kar, dilsiz yaşamaqdır.

- Seneca

Bu günün gərçək universiteti, bir kitabxanadır.

- Carlyle

Kitab, tək ölümsüzlükdür.

- Rufus Choate

Exlaqa uyğun ya da zidd kitab deyə bir şey yoxdur. Kitablar ya yaxşı yazılmışdır, ya da pis. Hamısı bu qədər!

- Oscar Wilde

Ümidlə açılıb qazancla bağlanan bir kitab, yaxşı bir kitabdır.

- Alcott

Kitablar, itmiş başların abidələridir.

- Sir William Dave

Kitablar, heç solmayacaq bitkilərdir.

- Herrick

Kitab heç aldatmayan bir yoldaşdır.

- Guilbert De Pixrecourt

Axmaqlarla oturub-durmaqdansa , kitabla tənha oturmaq yaxşıdır.

- Qasım bəy Zakir

İnsan güc ilə yox, mütaliə etməklə ağıllanır.

- C.Bruno

Az bildiyini başa düşmək üçün çoxlu oxumaq lazımdır.

- Mişel Monten

Kitablar özünüzə və başqalarına hörmət etməyi öyrədəcək, ürəyi və ağlı, dünya və insanlıq sevgisiylə dolduracaq.

- Maksim Gorki

Kitab həyatın ən uzaq və qaranlıq yollarında insana işıq bəxş edən əfsanəvi çıraqdır

- A.M.Upit

BAKI QIZLAR UNİVERSİTETİ
1992-ci ildə təsis edilən və həmin vaxtdan da fəaliyyətə başlayan Bakı Qızlar Universitetinin (əvəllər Bakı Ali Pedaqoji Qızlar Seminariyası adlanırdı) yaradılmasında məqsəd respublikada qadın pedaqoji kadrlar yetişdirmək, onların intellektual səviyyəsini yüksəltmək və gənc qızları ailə həyatına hazırlamaqdan ibarətdir. Hazırda universitetdə "Sosial pedaqoji” və "Filologiya-tarix” fakültələri fəaliyyət göstərir. "Sosial pedaqoji” fakültədə "Təhsildə sosial-psixoloji xidmət”, "Psixologiya”, "Coğrafiya müəllimliyi”, "ibtidai sinif müəllimliyi”, "Məktəbəqədər təlim və tərbiyə”, "Riyaziyyat və informatika müəllimliyi”, "Filologiya-tarix” fakültəsində isə "Xarici dil (ingilis) müəllimliyi”, "Azərbaycan dili və ədəbiyyat müəllimliyi”, "Tarix müəllimliyi”, "Jurnalistika” üzrə bakalavr, "İbtidai sinifdə tədrisin metodika və metodologiyası”, "Pedaqogika nəzəriyyəsi və tarixi”, "Azərbaycan ədəbiyyatı”, "Azərbaycan dili”, "Azərbaycanın yeni və ən yeni tarixi” sahəsində magistratura səviyyəsində kadr hazırlığı aparılır.
Bakı Qızlar Universiteti Nazirlər Kabinetinin 1996-cı il fevralın 21-də 21 saylı sərəncamı ilə dövlət qeydiyyata alınmışdır. 2013-cü ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin lisenziya komissiyası BQU-nun çoxilli fəaliyyətinin, onun yüksək maddi-texniki bazasının, infrostrukturunun, təlim-tərbiyə sisteminin Azərbaycan Respublikası təhsil Qanununa Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Ali təhsil Müəssisələrinin fəaliyyətinə xüsusi razılıq (lisenziya verilməsi haqqında qərarına, Azərbaycan Respublikası Təhsil Nazirliyinin sənədlərinə uyğn qurulduğunu, pedaqoji kadrların hazırlanmasında əldə olunmuş nailiyyətlərini nəzərə alaraq universitetin fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsini məqsədəuyğun hesab etmişdir. Eyni zamanda 2013-cü ildə universitet akreditasiyadan keçmişdir. Universitetdə müxtəlif fənnlər üzrə kabinetlər, dörd kopüter otağı, kitabxana, badii yaradıcılıq studiyası, tələbə elmi cəmiyyəti, Tələbə Gənclər təşkilatı, dörd dərnəklər, nəşriyyat, idman zalı, yeməkxana, kadrlar şöbəsi və mühasibatlıq fəaliyyət göstərir.
Learn more