Əsas » Məqalə » Azərbaycan ədəbiyyatı

Əfəndiyev Elçin yaradıcılığı- "Ədəbi düşüncələr" necə yarandı
«ƏDƏBİ DÜŞÜNCƏLƏR» NECƏ YARANDI


     Uzun illərdən bəri, ağlıma gələn cürbəcür fıkirləri, düşüncələri, rastlaşdığım hadisələri, mənə təsir edən epizodları, xüsusən də oxuduğum kitablar haqqında təəssüratları harda oldu və hara gəldi, qeyd etmişəm: siqaret qutusunda, salfetkada, qəzet kənarında, iclas sənədində, cürbəcür proqram və dəvətnamələrdə, hətta trolleybus biletində (!) və bu yaxınlarda arxivimi saf-çürük edəndə, bu cür tələsik qeydlərdən ibarət on-on beş yekə qovluq dolu kağızkuğuz yığıldı.
     Mən çox təəssüf edirəm ki, bu yazıların xeyli hissəsini bu gün artıq yenidən oxuya bilmədim: iyirmi il, otuz il, daha çox bir müddət bundan əvvəllərin yarımçıq sözlərdən ibarət tələsik yazısını bərpa etmək, sən demə, hətta mənim üçün, yəni müəllif üçün də çətin bir işmiş çox şey unudulub, yaddan çıxıb və o hissləri yenidən yaşamaq ki, görüm o vaxt nəyi nəzərdə tutub bu yarımçıq sözləri yazmışam, nəyə işarə edib bu üç nöqtəni qoymuşam? buna müyəssər olmadım və açması mümkünsüz o qeydlər eləcə (həmişəlik!) qovluqlarda qaldı.
     Ədəbiyyatla bağlı bərpa edə bildiyim yazıları, eləcə də gündəlik tipli ədəbi qeydləri bir yerə topladım. Bu yazıların (mən, əgər ?belə demək mümkünsə, bu kiçik essecikləri «Ədəbi düşüncələr» adlandırdım) əksəriyyətinin tarixi yoxdur, bəzi tarixləri yalnız faktlara görə müəyyənləşdirə bildim və buna görə də onların sıralanmasında heç bir xronoloji ardıcıllıq yoxdur: biri, olsun ki, üç il bundan əvvəl yazılıb, onun ardınca gələn isə iyirmi beş il bundan əvvəl.
      «Ədəbi düşüncələr»də oxucu ziddiyyətli, bəlkə də bir-biri ilə uyuşmayan fıkirlərə, eləcə də hansısa təkrarlara rast gələ bilər və elə bilirəm ki, burada təəccüblü bir şey yoxdur: bir tərəfdən, bu yazılar eyni adamın düşüncələridir, o, bir əsər, ya bir yazıçı haqqında dediklərini on beş ildən sonra da təkrar edə bilər, o biri tərəfdən isə, bu otuz-otuz beş ildə, təbii ki, mənim də ədəbiyyata, ümumiyyətlə, sənətə, həyata münasibətimdə dəyişikliklər baş verib və bu, «Ədəbi düşüncələr»də də əksini tapıb.
     Ən maraqlısı isə odur ki, «Ədəbi düşüncələr» kitabı mənim özüm üçün də gözlənilməz bir hadisədir

ELÇİN 13 may 2002
BƏZƏN İSTEDAD GÖZƏGÖRÜNMƏZ OLUR


     İstedad bəzən Uelsin qəhrəmanı kimi, gözəgörünməz olur. Tuluz-Lotrek öləndən sonra da onun atası sidq-ürəkdən heyfslənirdi: «— Təəssüf ki, mənim oğlumun istedadı yox idi...»

PİRANDELLONUN PORTRETİ VƏ YAXUD DÜNYANIN QƏRİBƏ İŞLƏRİ VAR


     Pirandello mənim üçün XX əsrin çox maraqlı yazıçılarından xüsusən dramaturqlarmdan biridir və mən, hətta onun bir komediyasını da «Axmaq» Azərbaycan dilinə çevirmişəm, amma o daima mənim hafizəmdə olan yazıçılardan deyil.
     Mən Pirandellonun sifətini də xatırlamıram, yəni ola bilsin ki, onun fotolarını hansı bir kitabda, jumaldasa görmüşəm, amma göstərsələr, onun fotosunu min fotonun içindən seçə bilmərəm.
     Bu gün axşam Moskva jumallarını vərəqləyirdim, birdən gözüm rəngli boya ilə çəkilmiş bir portretin reproduksiyasına sataşdı: boynuna bant bağlamış bir qoca qaşının üstünü tutmuş şlyapasının enli kənarları altından zəndlə mənə baxırdı və mən ürəyimdə onunla zarafat etdim: «Lap Pirandelloya oxşayır...» Və özüm də bu qocaya beləcə sataşmağıma təəccüb etdim ki, bu axşam vaxtı Pirandello haradan belə yadıma düşdü?
     Sonra mən eynəyimi taxıb o reproduksiyanın altmda xırda hərflərlə yazılmış sözləri oxudum və doğrusu, mat qaldım: «Luici Pirandellonun portreti. Oğlu Fausto çəkib. Roma, 1933.»

PARADOKS


     «Əsli və Kərəm»in motivlərindən istifadə edərək «Mahmud və Məryəm» adlı tarixi-fəlsəfi bir roman yazmaq istəyirəm, səhərdən axşama kimi fikrimdəki elə budur və dünya tarixinin ayrı-ayrı faktları, müxtəlif tarixi romanlar tez-tez xatirimə gəlir.
     Fransa tarixindən (zəngin milli tarixdən!) bəhs edən ən sanballı və koloritli romanları fransız yox, qəribədir, alman yazıb.

BEŞ BÖYÜK RUS ROMANI


     Mənim üçün rus ədəbiyyatının ən böyük romanı «Hərb və sülh»dür.
     Mən bu cümləni yazdım və fikrimdə beş böyük rus romanı canlandı: «Hərb və sülh», «Oblomov», «Sakit Don», «Ustad və Marqarita», «Peterburq».
     Qəribədir (bəlkə burada qəribə bir şey yoxdur?), mənim bu siyahımda Dostoyevski yoxdur.

ƏN BÖYÜK KİTAB


     İlahi kitablardan sonra, bəşərin yaratdığı ən böyük kitab «Don Kixot»dur.
     Yer kürəsində kimlər yaşayır? necə yaşayır? insan nə olan şeydir? xislət nələrə qadirdir? həyatın mənası nədir? sevinc nədir, kədər nə? məhəbbət nə olan şeydir? bəs riya? fariseylik? sədaqət? qəhrəmanlıq? alicənablıq? və s., və i.a. başqa bir sivilizasiyanın bu və minlərlə (!) bu kimi suallanna ən dəqiq cavabı «Don Kixot» verə bilər.
     Dostoyevski yazırdı ki, «Don Kixot» Axirət məhkəməsində bəşəriyyətə bəraət qazandıra bilər.
     Bu «Don Kixot»a (və bəşəriyyətə!) Dostoyevski baxışıdır və bu baxışda «Don Kixot» dərinliyi ilə Dostoyevski dərinliyi üst-üstə düşür.
     «Bəşəriyyət nə olan bir şeydir?» sualına bəşəriyyətin təqdim etdiyi cavab «Don Kixot»dur.

DOSTOYEVSKİNİ OXUYARKƏN


     Dostoyevskidə psixoloji təhlil bədiilikdən yuxarıda dayanır.
     Onu oxuyanda bəzən mənə elə gəlir ki, elmi əsər oxuyuram: çox dərindir, çox düşündürür, həyəcanlandırır, amma... həmin məqamlarda bütün bu düşündürmələr, həyəcanlanmalar bədii yox, elmi-fəlsəfi bir ab-havaya bürünməyə başlayır...
     Dostoyevski əvvəlcə böyük filosofdur, psixoloqdur, sonra yazıçıdır.
     Tolstoy isə, əvvəlcə böyük yazıçıdır və bundan sonra filosofdur, psixoloqdur.

STENDAL HAQQINDA


     Atam üçün XIX əsr fransız ədəbiyyatında iki böyük fiqur var: Stendal və Balzak.
     Qəribədir, mən Stendalı bu dərəcədə qəbul edə bilmirəm, mənim üçün o Düma tipli bir yazıçıdır, amma Dümanı daha maraqla oxuyuram, çünki Düma macəraçıdır və onda ciddi ədəbiyyat iddiası yoxdur.
     Stendal isə iddialıdır.
     Atam deyir:
     –Yaxşı, mən səhv edirəm, bəs Qoca?
     «Qoca» yəni Lev Tolstoy.
     Tolstoy «Qırmızı və qara»nı yüksək qiymətləndirirdi.
     Ancaq o biri tərəfdən «Qoca» Şekspiri bəyənmirdi (aktiv şəkildə bəyənmirdi!).
     Bilmirəm... Hər halda mən Stendalın sənədli əsərlərini (xüsusən «Rim, Neapol və Florensiya», «Romanı gəzərkən» və Fransa haqqında ən gözəl kitablardan biri olan «Turistin qeydləri»ni) daha artıq bir həvəslə oxuyuram.

ƏLƏSGƏRİN GÖZƏLİ


     Ələsgər Gözəli, Sevdiyimi, Tərlan tamaşalını, Maral baxışlını, Bimürvəti, Xurşidi, Tellini, Sarıköynəyi, Leylini, Güllünü, Müşgünazı, Gülpərini, Salatını... qoşmadan qoşmaya, gəraylıdan gəraylıya elə təsvir edib və biz də o varlığı elə tanımışıq, elə görmüşük, elə sevmişik ki:
     Haçan doymaq olar belə bir yardan?
     -deyəndə, o dəqiqə cani-dildən: «Heç vaxt!» deyirik. Ələsgərin sirri-sehri də burasmdadır.

GEYİ OXUYARKƏN


     Geyin komediyaları, xüsusən də «Lütün operası» və «Polli» dilogiyası şübhəsiz ki, parlaq istedadın ifadəsidir və klassik ingilis kamedioqrafıyasında mənim üçün ən hərarətli, isti nəfəsli dramaturq Geydir.
     Ancaq qəribədir, onu oxuyanda sırf janr baxımından hiss eləmirsən ki, ondan yüz əlli il əvvəl elə həmin İngiltərədə Şekspir adlı bir qələm sahibi olub.
     Daha dəqiq desəm, Şekspirin janra gətirdiyi genişlik, qüdrət, əgər belə demək mümkünsə, «jannn şekspirləşdirilməsi» Geyin dramaturgiyasında yoxdur.
     Bu Şekspir ilə Geyin müqayisəsi deyil, söhbət istedadın miqyasından gedir.
     Elə bil ki, Gey ingilis dramaturgiyasmda Şekspir mərhələsini yandan keçib, onun pyeslərində həmin o mərhələnin janra gətirdiyi sanbal hiss olunmur.
     Geyi oxuyanda elə bil ki, Şekspir artıq keçmişdə yox, hələ irəlidədir.
     Hərçənd, Geyin özünün dediyinə görə «Bu necə adlanır?» farsını Şekspirin təsiri ilə yazıb...

«ROBİNZON KRUZO»


     Dünən radio, televiziya, mətbuat Azərbaycanda sovet hakimiyyəti qurulmasının 57-ci ilini bayram edirdi, biz də atamla eyvanda oturub çay içə-içə ədəbiyyatdan danışırdıq.
     Söhbət gəlib «Robinzon Kruzo»nun üstünə çıxdı və atam belə bir fikir söylədi ki, «Robinzon Kruzo» ona görə dahiyanə bir əsərdir və ona görə insan yaşadıqca yaşayacaq ki, buradakı ideya həmişəyaşardır: «İnsan təbiətə qalib gələ bilər».
     Və bu ideya dahiyanə bir bədii vergi ilə qələmə alınıb.
     Fikirləşirəm ki, çox dəqiq bir fikirdir, ancaq, əlbəttə, «İnsan təbiətə qalib gələ bilər» o demək deyil ki, urbanizasiya təbiəti məhv etsin.
     Bu ideya XX əsr ədəbiyyatında da özünün çox yüksək dərəcəli bədii təcəssümünü tapıb, misal üçün, Cek Londonun hekayələri, Heminqueyin «Qoca və dəniz»i...
     Hətta XX əsrdə bu baxımdan maraqlı bir hadisənin də şahidi oluruq: elm və texnika görünməyən bir sürətlə inkişaf edir, dünənki yazıçının fantaziyası bugünkü həyatımızın adi gerçəkliklərinə çevrilir, insan uçur, suyun altında üzür və s., və həmin ideya da elə bil ki, elm və texnika ilə birlikdə inkişaf edir. Bu zaman texnika yararsız hala düşəndə, ya hansı bir səbəbə görəsə fəlakətli bir vəziyyət yarananda, insan situasiyaya qalib gəlir, misal üçün, Oldriçin «Axırıncı dyüm»ündə olduğu kimi.

İSTEDAD QƏRƏZİ SEVMİR


     Hətta Albert Malsm hekayə və pyeslərini oxudum, hətta «Sıravi Hiks» adlı bir pyesini Azərbaycan dilinə tərcümə etdim.
     Hətta Bu adam istedadlı yazıçıdır, amma onda doğulduğu ölkəyə Amerika Birləşmiş Ştatlarına elə bir kin-küdurət var ki və o elə bir cidd-cəhdlə nəyin bahasma olursa-olsun, ABŞ-ı ifşa etmək istəyir ki, bu canfəşanlıq bir çox məqamlarda onun istedadmı boğur.

PlSAREV HAQQINDA


     Hətta Belinski tənqidçidir.
     Hətta Dobrolyubov tənqidçi-fılosofdur.
     Hətta Pisarev isə mənim üçün tənqiddə yazıçıdır və yəqin elə buna görə də o mənə daha maraqlı, daha yaxmdır.
     Hətta O, sənədli yazılarmda da yazıçıdır.
     Hətta Yadıma gəlir, təxminən on il bundan əvvəl o zaman mən tələbə idim onun qarışqalar haqqmda bir yazısmı gözəl bir hekayə kimi oxumuşdum və indiyə qədər də bədii bir yazı kimi hafizəmdə qalıb.

TÜRKİYƏ ZİYALISI


     Türkiyənin Danimarkadakı səfiri Faruq Loğoğlu Kopenhagendə bir söhbət əsnasmda məndən soruşdu:
     -Elçin bəy, bəs, siz çağdaş türk Aydmmı necə görmək istərdiz?
     -Sağm da yaxşı cəhətlərini, solun da yaxşı cəhətlərini özündə birləşdirmiş bir Aydm kimi, dedim.

BƏDİİYYATTN HARMONİYASI


     Taqoru mən rus dilində oxuyuram və daima mənə elə gəlir ki, onun təsvir etdiyi o hind həyatmı kimsə Taqora danışıb və
     Taqor da o kimsənin danışdığını qələmə alıb, yəni bilavasitə özünün gördükləri, özünün hiss etdikləri deyil.
     Bunun səbəbi onda deyil ki, Taqoru ingilis dilindən rus dilinə tərcümə ediblər və mən də bunu ikinci bir dildə oxuyuram.
     Bunun səbəbi ondadır ki, Taqor özü ikinci bir dildə ingilis dilində, yad bir dildə yazıb.
     Dil ilə, məxsus olduğun xalqın arasında genetik bağlılıq var və bu pozulanda (necə istedadlı olursansa, ol! hətta Taqor dərəcəsində!) bədiiyyatın harmoniyası pozulur.

QADIN YAZIÇI... KİŞİ YAZIÇI...


     Ədəbiyyatı qadın ədəbiyyatına, kişi ədəbiyyatına bölmək mənim üçün çox mənasız bir şeydir.
     Şarlotta Bronte qadın olduğunu ört-basdır etmək üçün ciddcəhd göstərmir və buna görə də «Cen Eyr» komplekssiz bir romandır, onu ya bəyənmək, ya da bəyənməmək olar.
     Jorj Sand isə yazılarında (şəxsi həyatından fərqli olaraq! bədbəxt Şopen!) hər vasitə ilə qadın olduğunu «gizlətmək» istəyir (qadınlığından utanır!) və buna görə də «Konsuella» da, «Qrafinya Rudolştad» da, başqa romanları da başdan-başa müəllif (qadın!) kompleksi ilə doludur.

SABİRİN DAHİLİYİ


     Sabirin dahiliyi yalnız onda deyil ki, köhnə formaya yeni mövzu və məzmun gətirdi, (bu, öz yerində!) əsas ondadır ki, mollaxana təhsili görmüş və müəllimliklə bərabər, primitiv şəkildə sabun bişirib satan bu adam üçün:
Əcnəbilər seyrə balonlarla çıxır,
Biz hələ avtomobil minməyiriz.
     -psixologiyası son dərəcə doğma idi, içindən qopub gələn mənəvi ehtiyacın ifadəsi idi, onun istedadınm tərkib hissəsini təşkil edirdi.

REMARK VƏ BÖLL


     Böll Nobel mükafatı aldı (Hyünter Qrass da namizəd idi, ancaq onun mükafatı yəqin sonraya qaldı)1 və burada təəccüblü bir şey yoxdur, çünki Böll sənətkarlığı, müharibədən sonrakı Almaniya və ümumiyyətlə, Avropa üçün Böll yaradıcılığının əhəmiyyəti bir çox Nobel mükafatçılarından daha artıqdır.
     Amma Remark bu mükafatı almadı.
     Dəb bəzən bataqlıq kimi, sənətkarı çəkib özündə saxlayır və o bataqlıqdan çıxmaq mümkün olmur.
     Remark birinci kitabı ilə dəbə düşdü, həmişə dəbdə oldu və onun şöhrətinin miqyası həmin dəbdən sonrakı ciddi mərhələni adlaya bilmədi.
     Bu Remarkla bağlı, şübhəsiz ki, ədəbi ədalətsizlikdir.
     Böll də müharibədən sonrakı dövrdə dərhal dəbə düşdü və həmin dəb Böllü qəribə bir yüngüllüklə Nobel mükafatına aparıb çıxartdı.
     Amma burada ədəbi ədalətsizlik yoxdur.

DAHİYANƏ SADƏLİK


     Böyük məhəbbət şairləri var, məhəbbət haqqında bu qədər yazılıb, amma naməlum bir müəllifin (xalqın!) dediyini:
Küçələrə su səpmişəm,
Yar gələndə toz olmasın.
     –kim deyib?
     Hər halda mən belə bir dahiyanə sadəliyə, səmimiliyə yazılı ədəbiyyatda rast gəlməmişəm.

«AĞ GƏMİ»Nİ OXUYANDAN SONRA


     Çingiz Aytmatovun «Ağ gəmi» povestini oxudum. Çingiz Cəmiləni yazanda Azərbaycanda onun ədəbi nəslindən olan və ondan daha yüksək bir bədiiliklə, ondan daha artıq bir dərinliklə yazan yazıçılar var idi.
     Ancaq Çingiz əsərdən əsərə dərinlərə getdi, bizimkilər isə, əsərdən əsərə üzə qalxmağa başladılar.
     Mən bunun səbəbini tapa bilmirəm.

LEV NİKOLAYEVİÇ TOLSTOY BİZİM BU FANİ DÜNYAMIZDA NEÇƏ DƏFƏ ÖMÜR SÜRÜB?


     Mustafa «Hacı Murad»ı tərcümə edib qurtarıb. Dünən axşam mənə deyirdi ki, Tolstoy Hacı Muradın başınm kəsilməyini elə təsvir edib ki, elə bil, haçansa bir dəfə onun özünün başını kəsiblər.
     Gecə özümdən asılı olmayaraq «Hacı Murad»ı götürüb səhərə kimi təzədən oxudum (üçüncü dəfə!) və səhər açılanda mənə elə gəlirdi ki, Tolstoyun həyatı bu adamın Lev Nikolayeviçin ikinci həyatıdır, birinci həyatda isə o, Hacı Murad olub.
     Yadıma gəlir, «Sergiy ata»nı oxuyanda da mən eyni hissi keçirmişdim, elə bil ki, Tolstoy əvvəlki həyatında Sergiy ata olub.

FOLKNER HEMtNQUEY HAQQINDA


     Folkner yazır ki, Heminquey öz həyatının rejissorudur. Əslində, ümumiyyətlə, bütün sənətkarlar, o cümlədən, Folknerin özü də belədir.
     Biri az, o biri çox dərəcədə.

ƏDƏBİ TELEPATİYA


     Görünür, telepatiya yalnız insanlar arasmda, yalnız canlılar arasında olan bir hissiyyat, əlaqə deyil.
     Kitabla, yazıyla da insan arasında telepatik əlaqə var.
     Mən buna «ədəbi telepatiya» deyirəm.
     Keçən yay Kislovodskda Anri Truayyanın «Süni mərmər» adlı bir hekayəsini oxumuşdum, aradan bu qədər keçib (az qala bir il), amma birdən-birə özünü mərmər heykələ çevirən o hekayə qəhrəmanı, Moris Oqe-Dyüpen, elə bil ki, mənə telepatik siqnallar göndərməyə başladı və məni məcbur etdi ki, axtarıb o hekayəni tapım və dünən bütün gecəni oturub onu Azərbaycan dilinə tərcümə edim...

YAROSLAV QAŞEK HAQQINDA


     Qaşek, əlbəttə, çox istedadlıdır, amma bəzən özü də Şveyk kimi, hərdən bic, hərdən də axmaq olur.

SUAL CAVAB


     Gecə, nəhayət ki, povesti bitirmək istəyirdim (üç-dörd səhifə qalıb), amma bircə cümlə də yaza bilmədim və povesti bitirmək əvəzinə, ağ kağızın üzərində özüm özümə suallar verib, cavablar yazırdım:
     -XX əsrin ən böyük beş yazıçısı?
     -XX əsrin beş böyük romanı?
     Çox (iki saat!) adlar və sərlövhələr yazıb-pozandan (və birbir xatırlayandan!) sonra belə bir siyahı alındı:
     T.Mann.
     M.Prust.
     A.Çexov. (Tolstoy XIX əsrdir.)
     K.Hamsun.
     E. Heminquey.
     «Buddenbroklar» (T.Mann).
     «Forsaytlar haqqında dastan» (C.Qolsuorsi).
     «Sakit Don» (M.Şoloxov).
     «Yüz ilin tənhalığı» (Q.Markes).
     «Tibo ailəsi» (Dyu Qar).
     Bəs, «Ustad və Marqarita»?
     Əlbəttə, tamam şərti siyahıdır.
     Yəqin beş il bundan əvvəl bu suallara başqa cür cavab verərdim.
     Beş il bundan sonra da başqa cür.

KİTAB HAQQINDA


     Elə kitablar var ki, onu yalnız bir dəfə oxuyursan və illər keçir, o kitabı yenə oxumaq istəyirsən, amma cürət etmirsən, çünki ömürlük olaraq səndə elə bir şəffaf, incə, məhrəm hiss-həyəcan yaradıb ki, elə bil, ikinci dəfə oxuyandan sonra o hiss-həyəcanın axşamın yüngül şaxtasından sonra, suyun üzündə güclə sezilən buz layı kimi, sınacağından, dağılacağından qorxursan.
     Misal üçün, Mayn Ridin «Başsız atlı»sı kimi.
     Mən bu romanı yeniyetməlik çağlarında oxumuşam, amma nəinki bütün hadisələr təfərrüatı ilə xatirimdədi, o ilkin hiss-həyəcanlar da eləcə işıqlı yeniyetməlik təəssüratı ilə içimdədir.
     Yaxud, Mark Tvenin «Şahzadə və dilənçi»si.
     Ancaq elə kitablar da var ki, maqnit kimi, daima səni özünə çəkir, oxuyursan, bir müddət keçir, təzədən oxuyursan.
     «Don Kixot» kimi.
     Şekspir də eləcə. Az qala əzbər bilirsən, amma yenə də təzədən oxuyursan. 

UZAQGÖRƏN RUS AYISI, YAXUD «ANNA KARENİNA»YA GÖRƏ BİZ AYIYA BORCLUYUQ?


     Hərdən yadıma düşür ki, Tolstoy cavan çağlarındaykən bir dəfə qış yuxusundan kal qalxmış ayıya tuş gəlib, amma Tolstoy o ayı ilə gözlənilməz (və qorxulu!) görüşdən salamat çıxıb.
     Belə çıxır ki, «Anna Karenina»nı, «Hərb və sülh»ü, «Dirilmə»ni, «Sergey ata»nı, «İvan İliçin ölümü»nü, «Hacı Murad»ı... bizə o uzaqgörən rus ayısı bəxş edib...

MƏNİM HEKAYƏ ANTALOGİYAM


     Bu gün günorta Yazıçılar İttifaqında partiya iclası gedirdi və mən də - tamam başqa bir aləmdə idim. Fikrimdə hər yazı- çıdan bir hekayə götürmək şərtilə «Azərbaycan hekayə antalog- iyası» tərtib edirdim:
     Füzuli, Mirzə Fətəli Axundov, Cəlil Məmmədquluzadə, Əbdürrəhim bəy Haqverdiyev, Süleyman Sani Axundov, Abdulla Şaiq, Süleyman Rəhimov, Mehdi Hüseyn, İlyas Əfəndiyev, İsa Hüseynov, Salam Qədirzadə, Əkrəm Əylisli, Anar, Yusif Səmədoğlu, «Şikayətnamə».
     Və nəhayət: Elçin. «Parisdə avtomobil qəzası». (Dünən gecə, yəni avqustun 17-də gözəl Şüvəlanda bu hekayənin nöqtəsini qoydum.)
     Əlbəttə, bu hekayələrdən biri nisbətən yüksək bədii səviyyədədir, o birisi nisbətən az, amma elə bilirəm ki, bunlar bir yerdə Azərbaycan hekayəsi barədə təsəvvür yaradır.

OTELLO VƏ YAQO


     Axşam bulvarda gəzirdim və birdən-birə ağlıma belə bir sual gəldi: Otellonun faciəsi nə üçün bu qədər təsirlidir?
     Və özüm özümə gözlənilməz bir cavab verdim: Ona görə ki, Y aqo güclü bədii obrazdır.

FANTASMOQORİYA • •


     İyirminci illərdən başlamış bu günə kimi Sovet Ittifaqında tarixdə misli görünməmiş ədəbi təyinat prosesi gedir:
     Sən, Süleyman Stalski, XX əsrin Homeri vəzifəsinə təyin olunursan!
     Sən, Semyon Babayevski, canlı klassik vəzifəsinə təyin olunursan!
     Sən, Berdı Kerbabayev, sovet ədəbiyyatının görkəmli nümayəndəsi vəzifəsinə təyin olunursan!
     Sən, Rəsul Həmzətov... Rəsul Həmzətov vəzifəsinə təyin olunursan!
     Sən, Nikolay Tixonov, sovet ədəbiyyatının ağsaqqalı vəzifəsinə təyin olunursan!
     Sən, Anatoli Safronov, istedadlı dramaturq vəzifəsinə təyin olunursan!
     Sən istedadlı nasir, sən istedadlı şair, sən də istedadlı və görkəmli ədəbiyyat nəzəriyyəçisi vəzifəsinə təyin olunursan! Və s.

ÇEXOVUN DRAMATURGİYASI


     Heminquey sözaltı məna ilə bağlı məlum fıkrini söyləyir ki, bədii söz aysberq kimi olmalıdır: suyun altında qalan, görünməyən hissə suyun üzündə görünəndən qat-qat artıqdır.
     Mənim üçün dünya ədəbiyyatında görünənin altında dayanan görünməyənin (nəhəng görünməyənin!) ən təsirli bədii nümunələrindən biri Çexovun dramaturgiyasıdır.

LUVR


     Mən birinci dəfə Luvrı görəndə içimdə elə bir təəssürat yaranmışdı ki, elə bil, canlı bir varlıqla görüşürəm, çünki Luvr yəqin dünyada yeganə saraydır ki, fransız ədəbiyyatı sayəsində, qoca Dümadan tutmuş bu günün Moris Dryuonunacan nəsil-nəsil yazıçıların qələmiylə bir bədii surət, obraz səviyyəsinə qaldırılıb.
     Luvr intriqaları, Luvr məkri və məhəbbəti, Luvr riyakarlığı və romantikası tarixdən daha artıq dərəcədə, bədii ədəbiyyatm faktıdır.

ORDUBADİ KİMDİR?


     Tərcüməçi İqor Peçenyev «Dağlar arxasında üç dost» romanını orijinaldan rus dilinə tərcümə edib və yenicə nəşr olunmuş kitabın1 ilk nüsxələrini Bakıya gətirib.
     Atam, İqor və mən Masallıya gəzməyə getmişdik. Axşamüstü Qızılağacda dənizkənarında oturub ədəbiyyatdan söhbət edirdik.
     Azərbaycan ədəbiyyatını pis bilməyən (hər halda, bizim bəzi ədəbiyyatşünas və tənqidçilərimizdən yaxşı bilir!) İqor məndən soruşdu:
     -Sənin üçün Məmməd Səid Ordubadi kimdir? (İ.Peçenyev M.S.Ordubadinin də tərcüməçisidir.)
     -Mənim üçün Mommod Səid Ordubadi, dedim, ən yaxşı əsərlərində, ilk növbədə də «Qılınc və qələm»ində Azərbaycanın Dümasıdır.
     Dünən gecə Masallıdan qayıdırdıq və maşında gələ-gələ bu cavabım ara-sıra yadıma düşürdü və elə bil ki, nədənsə, narahat olurdum, elə bil, içimdə kimsə deyirdi ki, düzgün cavab deyil, özü də Ordubadi, yaxud Düma ilə bağlı yox, ümumiyyətlə, prinsipcə düzgün cavab deyil.
     Məsələ burasındadır ki, Azərbaycanın Düması olmaq mümkün deyil, necə ki, Fransanın da Ordubadisi olmaq mümkün deyil.
     Sənətkar xalqın hiss-həyəcanının bəhrəsidir və xalqı ifadə edir.
     Bizim təsəvvürümüzdəki «Düma» ona görə həmin Dümadır ki, onu Fransa yetişdirib.
     Ordubadini isə Azərbaycan mühiti yetişdirib.
     Elə bilirəm ki, bu fikir yer üzündəki bütün sənətkarlara aiddir və mənim İqor Peçenyevə verdiyim cavab düzgün deyil.

«BAYATI-ŞİRAZ»


     Yusif «Bayatı-Şiraz» adlı bir hekayə yazıb, dünən axşam oxumaq üçün mənə vermişdi.
     Gecə oxudum, yaxşı hekayədir.
     Keçən il yazıb və düz bir ildir ki, çap elətdirə bilmir.
     Qəribədir, Yusifı tanıdığım və tənbəlliyindən hali olduğum üçün, bilirəm ki, romana «girişən» deyil, amma o biri tərəfdən də görürəm ki, Yusif, olsun ki, ərinə-ərinə yazdığı bu hekayənin janr çərçivələrinə sığışmır, elə bil ki, qələmi romanla dolub (romana hamilədir?!) və haçansa Yusifin romanını oxumaq mənim üçün maraqlı bir iş olardı.
     Bu gün axşam bulvarda gəzməyə çıxmışdıq və bunu özünə də dedim.
     -Mü-ü-ütləq, dedi, ya-a-azacağam!

ƏDƏBİYYATDAN XƏBƏRSİZLİK ƏDƏBİYYATIN KÖMƏYİNƏ YETİR


     Savadsızlıq ədəbiyyatın köməyinə gələ bilər?
     Bəzən gəlir.
     Kşiştof Xoinskinin «Bir gecə əhvalatı» pyesini oxudum, xoşuma gəldi və onu Azərbaycan dilinə tərcümə etdim.
     KXoinski dissidentdir, Polşa azadlıq hərəkatının fəal iştirakçılarından biridir və Sovet İttifaqına da nifrət edir.
     Mən o pyesi Qlavlitdən keçirtdim və nəşr etdirdim.
     Bu mənim xüsusi bir qəhrəmanlığım deyil, sadəcə olaraq, Qlavlitdə oturanların ədəbiyyatdan (və dünyadan!) xəbərləri yoxdur və heç kimi də tanımırlar.

MİLLİ XARAKTER


     Milli xarakter, hətta detektiv kimi «əyləncəli» bir janrın da bədii səviyyəsi üçün müəyyənedici rol oynayır.
     Şerlok Holms təpədən dımağa qədər ingilisdir.
     Miss Marpl da eləcə bir ingilis qarısıdır.
     Komissar Meqre isə yalnız ədəbi pasportuna görə yox, təbiəti etibarilə tamam fransızdır.
     Və Holmsın da, Miss Marplın da, Meqrenin də açdığı düyünlər mənim yadımdan çıxır, amma onlarm özləriylə, elə bil, şəxsən tanışam. 

BALACA MOTL


     Yeniyetmə yaşlarımda Şolom Aleyximi oxuyanda mənə elə gəlirdi ki, yəhudi balası, balaca Motl Bakınm köhnə «Mirzə Fətəli» küçəsində, Sarı Hamamın qabağında, Dar Dalanda bizimlə bir yerdə şimaqədər oynayan, aşıq atan, atmirno tullanan, yelpənək uçuran, sanka sürən məhəllə uşaqlarından biridir.
     Bu yaxınlarda Şolom Aleyximi təzədən vərəqləyirdim və yenə də Motla rast gələndə o uzaq uşaqlıq illəri, məhəlləmiz bütün təfərrüatı ilə xatirimə gəldi və elə bil ki, tamam başqa bir dünyanın nümayəndəsi olan, tamam başqa mühitdə, başqa qayğılar içində yaşayan, başqa havalara qulaq asmış, başqa nağıllar, xatirələr eşitmiş Motl, əslində, mənim o uşaqlıq xatirələrimdən gələn birisidir (doğma birisi!).
     Vaxtilə Qavroş mənə çox təsir edib, onun həlak olması məni sarsıdıb, «Ailəsiz»in balaca qəhrəmanı da, «Şahzadə və dilənçi» də eləcə, Sent-Ekzüperinin Balaca şahzadəsi mənim çox xoşuma gəlirdi, amma bunlarm heç biri Motl qədər «özümüzünkü» olmayıb.
     Bunun səbəbini, təbii ki, istedadda, bədii-estetik səviyyə yüksəkliyində axtarmaq düzgün deyil (söhbət Hüqodan, Mark Tvendən, Sent-Ekzüperidən gedəndə «istedadlı istedadsız» bölgüsü kənarda qalır), səbəb başqadır, səbəb... iqlimdədir!
     Səbəb havanın (münasibətlərin! hiss-həyəcanlarm!) istisində, isti sularda, isti torpaqlardadır!
     Səbəb Şərq genindədir!

RABLE YER KÜRƏSİNƏ SIĞIŞMIR


     Rableni oxuyanda, hərdənbir götürüb təzədən vərəqləyəndə əmişə mənə elə gəlir ki, bu yazıçı harasa, başqa bir planetə gedib, tamamilə, başqa bir sivilizasiya ilə təmasda olub və Qarqantuanı da, Pontaqrueli də həmin o başqa sivilizasiyadan yer kürəsinə, konkret olaraq Fransaya gətirib.
     Nə üçün belədir?
     Əlbəttə, bu yerdə mənim fərdi oxucu hiss-həyəcanım az rol oynamır, amma əsas bu deyil.
     Əsas odur ki, Rable bu romanda ifadə etdiyi fikirləri, dünyagörüşü ilə nəinki öz dövrünə, zəmanəsinə sığmır, o, ümumiyyətlə, bəşəriyyətə, yer kürəsinə sığışmır.

<< 1 / 2 / 3 / 4 / 5 / 6 / 7 / 8 / 9 / 10 >>

Bölmə: Azərbaycan ədəbiyyatı | Əlavə edildi: azerhero (02.09.2014) | Müəllif: R.C E W
Baxış: 763 | Reytinq: 0.0/0
Bütün rəylər: 0
omForm">
avatar

Kitablar — zamanın dalğaları ilə səyahət edən və nəsildən-nəslə öz qiymətli yükünü ehtiyatla aparan fikir gəmiləridir.

- Frensis Bekon

Son 90 gün ərzində kitab oxumamaqdan daha pisi kitab oxumadığına görə narahat olmamaqdır.

- Cim Ron

Kitabları yandırmaqdan daha pis şey onları oxumamaqdır.

- Rey Bredberi

Yaxşı kitab aysberqə oxşayır, onun yeddi-səkkiz hissəsi suyun altında gizlənib.

- Ernest Heminquey

Kitablarım mənə çatacaq qədər böyük bir krallıqdır.

- Shakespeare

Mən, kitablarımı yaratmadan əvvəl, kitablarım məni yaratdılar.

- Montaigne

Kitabsız yaşamaq; kor, kar, dilsiz yaşamaqdır.

- Seneca

Bu günün gərçək universiteti, bir kitabxanadır.

- Carlyle

Kitab, tək ölümsüzlükdür.

- Rufus Choate

Exlaqa uyğun ya da zidd kitab deyə bir şey yoxdur. Kitablar ya yaxşı yazılmışdır, ya da pis. Hamısı bu qədər!

- Oscar Wilde

Ümidlə açılıb qazancla bağlanan bir kitab, yaxşı bir kitabdır.

- Alcott

Kitablar, itmiş başların abidələridir.

- Sir William Dave

Kitablar, heç solmayacaq bitkilərdir.

- Herrick

Kitab heç aldatmayan bir yoldaşdır.

- Guilbert De Pixrecourt

Axmaqlarla oturub-durmaqdansa , kitabla tənha oturmaq yaxşıdır.

- Qasım bəy Zakir

İnsan güc ilə yox, mütaliə etməklə ağıllanır.

- C.Bruno

Az bildiyini başa düşmək üçün çoxlu oxumaq lazımdır.

- Mişel Monten

Kitablar özünüzə və başqalarına hörmət etməyi öyrədəcək, ürəyi və ağlı, dünya və insanlıq sevgisiylə dolduracaq.

- Maksim Gorki

Kitab həyatın ən uzaq və qaranlıq yollarında insana işıq bəxş edən əfsanəvi çıraqdır

- A.M.Upit

BAKI QIZLAR UNİVERSİTETİ
1992-ci ildə təsis edilən və həmin vaxtdan da fəaliyyətə başlayan Bakı Qızlar Universitetinin (əvəllər Bakı Ali Pedaqoji Qızlar Seminariyası adlanırdı) yaradılmasında məqsəd respublikada qadın pedaqoji kadrlar yetişdirmək, onların intellektual səviyyəsini yüksəltmək və gənc qızları ailə həyatına hazırlamaqdan ibarətdir. Hazırda universitetdə "Sosial pedaqoji” və "Filologiya-tarix” fakültələri fəaliyyət göstərir. "Sosial pedaqoji” fakültədə "Təhsildə sosial-psixoloji xidmət”, "Psixologiya”, "Coğrafiya müəllimliyi”, "ibtidai sinif müəllimliyi”, "Məktəbəqədər təlim və tərbiyə”, "Riyaziyyat və informatika müəllimliyi”, "Filologiya-tarix” fakültəsində isə "Xarici dil (ingilis) müəllimliyi”, "Azərbaycan dili və ədəbiyyat müəllimliyi”, "Tarix müəllimliyi”, "Jurnalistika” üzrə bakalavr, "İbtidai sinifdə tədrisin metodika və metodologiyası”, "Pedaqogika nəzəriyyəsi və tarixi”, "Azərbaycan ədəbiyyatı”, "Azərbaycan dili”, "Azərbaycanın yeni və ən yeni tarixi” sahəsində magistratura səviyyəsində kadr hazırlığı aparılır.
Bakı Qızlar Universiteti Nazirlər Kabinetinin 1996-cı il fevralın 21-də 21 saylı sərəncamı ilə dövlət qeydiyyata alınmışdır. 2013-cü ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin lisenziya komissiyası BQU-nun çoxilli fəaliyyətinin, onun yüksək maddi-texniki bazasının, infrostrukturunun, təlim-tərbiyə sisteminin Azərbaycan Respublikası təhsil Qanununa Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Ali təhsil Müəssisələrinin fəaliyyətinə xüsusi razılıq (lisenziya verilməsi haqqında qərarına, Azərbaycan Respublikası Təhsil Nazirliyinin sənədlərinə uyğn qurulduğunu, pedaqoji kadrların hazırlanmasında əldə olunmuş nailiyyətlərini nəzərə alaraq universitetin fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsini məqsədəuyğun hesab etmişdir. Eyni zamanda 2013-cü ildə universitet akreditasiyadan keçmişdir. Universitetdə müxtəlif fənnlər üzrə kabinetlər, dörd kopüter otağı, kitabxana, badii yaradıcılıq studiyası, tələbə elmi cəmiyyəti, Tələbə Gənclər təşkilatı, dörd dərnəklər, nəşriyyat, idman zalı, yeməkxana, kadrlar şöbəsi və mühasibatlıq fəaliyyət göstərir.
Learn more