Əsas » Məqalə » Azərbaycan ədəbiyyatı

Əfəndiyev Elçin yaradıcılığı- "Ədəbi düşüncələr" necə yarandı-10

<< 1 / 2 / 3 / 4 / 5 / 6 / 7 / 8 / 9 / 10 >>

PUŞKİN BƏDİİ TƏFƏKKÜRÜ


     Puşkinin süjetli əsərlərində həm görünən, həm də dərində gizlənmiş Şərq motivləri çoxdur və məsələ yalnız onda deyil ki, o, Ərzurumacan gedib çıxmışdı.
     Məsələ təfəkkür tipajındadır.
     Maşa Dubrovskini (müsyö Deforju) sevir və bu məhəbbət onun bütün varlığma hakimdir, amma onu öz istəyinə zidd olaraq nişanlayırlar və Dubrovski knyaz Vereyskinin faytonunu saxlayıb Maşanı azad etmək (məqam yetişib, bundan sonra artıq bir yerdə olacaqlar!) istəyəndə Maşa öz xoşbəxtliyindən imtina edir: «Gecdir, mən nişanlanmışam, mən knyaz Vereyskinin arvadıyam!»
     Bu Şimaldan daha artıq dərəcədə Cənub psixologiyasıdır.
     Puşkin təfəkkür tərzini müəyyənləşdirən genlər arasında Cənubdan gələnlər də az deyil.

NEXLYUDOV HAQQINDA


     Tolstoyşünaslar deyirlər ki, Nexlyudov avtobioqrafik surətdir, hətta, guya, bir xarakter kimi, Nikolenkanın davamıdır.
     Ancaq mənim aləmimdə Nexlyudov bəlkə də «Canlı meyit»i yaza bilərdi, amma heç vəchlə «Anna Karenina»nı, ya da ki, «Hərb və sülh»ü yaza bilməzdi və o Tolstoy deyil.
     Tolstoyşünaslar nəzəriyyəyə, tədqiqata əsaslanıb deyirlər, mən isə intuisiyaya.

OTELLO VƏ LEONT


     Otello da qısqancdır, Leont da . Otellonun qısqanclığı onu da, Dezdemonanı da məhv edir.
     Leontun qısqanclığı isə, onu da, Hermionanı da iztirablara düçar edir, ancaq onlar məhv olmurlar və o iztirablardan sonra nəticə etibarilə xoşbəxtlik gəlir.
     Nə üçün belədir?
     Mənim üçün bu sualın cavabı gün işığı kimi aydındır: ona görə ki, Otello Cənub adamıdır.

MARSEL PRUSTUN DÜNYASI BAŞQA BİR SİVİLİZASİYADIR?


     Dünən axşam çay içə-içə (şırhaşır da bir yağış yağırdı) atamla iki saatdan çox telefonla danışmışıq.
     Prustu («İtirilmiş vaxtın sorağında») təzə oxuyub və belə bir fikir söylədi:
     -Odetta deyir ki, «mən ancaq o kişiləri sevirəm ki, məni dəlicəsinə qısqanırlar». Amma mən bu sözlərə inanmıram, çünki bu sözləri deyən və belə olan adam canlı olmalıdır. Odetta isə, canlı obraz deyil. Onu, misalçün, Emma Bovari ilə heç müqayisə etmək olmaz.
     Və dünən axşamdan bəri də bu fikir beynimdə dolaşır.
     Əgər Odetta canlı bir surət deyilsə, deməli, Hekayətçi zəifdir (Hekayətçi isə, bütün bu hadisələri bizə danışır, bütün bu insanları bizə göstərir!) və hərgah Hekayətçi zəifdirsə, deməli, bu böyük silsilə epopeya zəif bir şeydir.
     Ancaq belə deyil axı.
     O biri tərəfdən də mən deyə bilmirəm ki, yox, Odetta canlı bədii surətdir.
     Atam düz deyir, ayrı-ayrı xarakterlər olsa da, canlılığı, bədii çəkisi, əti-qanı etibarilə Odetta (eləcə də, misal üçün, Albertina) Emma Bovari deyil və ümumiyyətlə, Flober canlılığı, yaxud Tolstoy, Balzak canlılığı Prustda yoxdur.
     «İtirilmiş vaxtın sorağında»da mənim ən çox qəbul etdliyim surət Brişodur, ancaq həmin ənənəvi «canlılıq» meyarları ilə yanaşsaq, bu Sorbon professorunun da nəfəsini hiss etmək çətin bir işdi.
     Elə bil ki, Tolstoy da, Flober də, Balzak da bu dünyadan yazır, Prust isə, hansısa başqa bir dünyadan.
     Və o dünyada canlılıq vacib deyil.

«SERTORİ» HAQQINDA VƏ YAXUD ANTİK ƏDƏBİYYAT NÜMUNƏSİ


     Əgər bir mistifikasiya nəticəsində «Sertori» antik ədəbiyyat nümunəsi kimi təqdim olunsaydı, mən şəxsən, buna qətiyyən şübhə etməzdim və güman edirəm ki, antikşünaslar da bunu qəbul edərdilər.
     P.Komel bədii materialı antik müəlliflər dərəcəsində mənimsəyib və təqdim edib.

KARENİNLƏRİN İZTİRABI


     «Anna Karenina»nın mənim üçün ən dahiyanə cəhəti odur ki, bu romanda Aleksey Aleksandroviç Kareninin bu quru, mənən pedant, həyat tərzini cəmiyyətin rəyi əsasında müəyyənləşdirən və həmin rəydən doğan meyarlarla oturub-duran bir adamın iztirabları, əslində, Annanın iztirablarından az deyildi.

TOBOSLU DULSİNEYA HAQQINDA


     Dünya ədəbiyyatında ikinci belə bir surət yoxdur ki, özünü əsərin səhifələrində demək olar ki, görməyək, yəni onun bədii-estetik xüsusiyyətləri barədə heç bir məlumatımız olmasın, ancaq bu dərəcədə canlı və bu dərəcədə populyar olsun: Dulsineya.
     Bu mənada Dulsineya ilə bərabər, bəlkə Kölgəni xatırlamaq olar, amma Kölgəni biz görürük, o, həyatda yoxdur, ancaq personajdır, səhnədə var.
     Əslində, Dulsineya ədəbiyyatın nəzəriyyəsinə zidd bir hadisədir və mən fikirləşirəm ki, bu hadisənin nəzəri əsasları işlənə bilsəydi və ən başlıcası isə, bu hadisə ədəbiyyatda özünün istedadlı inkişafını tapsaydı, bəlkə də ədəbiyyatın mahiyyəti tamam başqalaşardı.
     Yaxşı olardı, ya pis olardı? deyə bilmərəm, amma başqa şey olardı.

İBSEN QƏLƏMİNİN MİQYASI


     İbsen o dramaturqdur ki, genetik faciəni («Kabus») bədii-estetik miqyaslarına görə sosial kataklizm səviyyəsində verə bilir. Osvald atasından gələn irsiyyətin təcəssümü deyil, o, mənim üçün Missiyadır.

BƏXTİYAR VAHABZADƏNİN İKİ MİSRASI, YAXUD GÖRÜNMƏYƏNİ GÖRMƏK BACARIĞI


     Bəxtiyar Vahabzadənin indicə oxuduğum bu iki misrası mənim üçün poetik olduğu qədər də prinsipial əhəmiyyətlidir:
İnsan göydə ay kimidir,
Görünməyən tərəfı var.
     Xislətlə bağlı bu dəqiq fikir estetik baxımdan gözəl bir bənzətmə ilə ifadə edilmişdir bu öz yerində, amma eyni zamanda bu iki misra Böyük ədəbiyyat dediyimiz anlayışın, məfhumun predmetidir: bu mənada ki, Böyük ədəbiyyat daima həmin «görünməyən» tərəfin axtarışında olduğu üçün, «görünməyəni» görməyi bacardığı, onu hiss etdiyi üçün Böyük ədəbiyyat olur (Şekspir və Tolstoy, Çexovlar və Heminqueylər yaranır!).

TOLSTOY DÜNYASININ SEHRİ


     Anna ilə Vronski dəhşətli bir ehtirasla bir-birinin qucağına atılanda kimin ağlına gələrdi ki, bu ehtirasın həyata gətirdiyi məxluq bu iki nəfərin nifrət etdiyi, genetik bir kin-küdurət bəslədiyi Aleksey Aleksandroviç Kareninin tərbiyə verib cəmiyyətə çıxaracağı bir qız olacaq.

ŞEKSPİRİN KOMEDİYALARI


     Sekspirin tragediyaları, aydın məsələdir, fitri tragikin tragediyalarıdır.
     Ancaq məsələ burasındadır ki, Şekspirin komediyaları da tragikin komediyalarıdır, onlar komedioqrafın komediyaları deyil.
     Elə buna görə də onun komediyaları çox maraqlıdır, çox yüksək bədii-estetik səviyyədədir, başdan-başa gözəl və unudulmaz xarakterlərdən, son dərəcə mahiranə yaradılmış situasiyalardan ibarətdir, amma... ağırdır, çevik, yüngül deyil.
     Hətta mənim ən çox bəyəndiyim komediyasında da Miranda kimi zərif, pak bir məxluq da akvarellə yox, yağlı boya ilə işlənib.
     Bəlkə də, misal üçün, Petruçionu elə yağlı boya ilə də işləmək lazımdır, ancaq Miranda zərifliyi akvarel istəyirdi...

«ƏZİZ DOST»UN ADI NƏ İDİ?


     Heç kim Jorj Dyuruanı xatırlamır. Hamı «Əziz dost»u xatırlayır.
     Bu romanın böyüklüyünün ən birinci göstəricisi elə budur.

HACI QƏNBƏR VƏ PLYUŞKİN KƏDƏRİ


     Bizim ədəbiyyatşünaslıq adətən Hacı Qəmbəri Horpaqenlə5 müqayisə edir, tipaj kimi onları bir-birinə çox yaxın sayır.
     Ümumiyyətlə, mən bu tipli müqayisələri o qədər də doğru hesab etmirəm, çünki millilik bədii ifadənin əsas tərkib hissələrindən biridirsə, deməli, söhbət tamam müxtəlif milli xüsusiyyətlərə malik xarakterlərdən gedir və bu yerdə müqayisə dəqiqliyi yəqin ki, çətin bir məsələdir.
     Misal üçün, mənə görə Molyerin bu Xəsisi daha artıq dərəcədə Məşədi İbaddır.
     Hacı Qəmbər isə Plyuşkindir.
     Plyuşkin nə qədər gülməli olsa da, mahiyyətində bir kədər var.
     Və o kədəri mən Hacı Qəmbərdə də hiss edirəm.

KVAZİMODA VƏ BEZUXOV


     İlyas Əfəndiyev deyir ki, əgər «Hərb və sülh»ü şərti olaraq qəhrəmanlarına görə xatırlasaq, mənim üçün (yəni atam üçün) o Nataşa Rastovanın romanıdır.
     Hərdən onun bu fikri yadıma düşür.
     Əgər bu şərtiliyi qəbul etsək «Hərb və sülh» mənim üçün Pyer Bezuxovun romanıdır.
     Mən rus ədəbiyyatında Pyerə doğma olan ikinci bir surət tanımıram.
     Dünya ədəbiyyatmda Pyerlə bağlı bu doğmalığı mən ancaq Kvazimodada görürəm.

MİRZƏ MÜƏLLİM ƏSƏBİLƏŞİB


     İşə gələndə gördüm ki, Mirzə müəllim3 məndən də tez gəlib və əməlli-başlı əsəbiləşib. Məlum oldu ki, «Metamorfoza»nı oxuyub.
     Hiddətlə:
     -Taxtabitidən də əsər yazmaq olar? dedi.
     -Niyə olmur? dedim.
     Mirzə müəllim zəndlə mənə baxdı.
     Mən:
     -Bəs, Mayakovski necə yazıb? dedim.
     Mirzə müəllim əvvəlcə bir az sükut etdi, sonra:
     -Elçin, Kafka buıjua yazıçısıdır, Mayakovski isə proletar şairidir!dedi.

KATYUŞA RASİONALİZMİ


     Katyuşa Maslova zəngin hissiyyat aləmi və bu hissiyatdan doğan düşüncələr içindədir, amma əslində o, hiss adamı deyil, daha artıq dərəcədə şüurun dediyi ilə hərəkət edir.
     Katyuşa Nexlyudovu sevir, ancaq o, gələcək ailə həyatı üçün Simonsonu seçir, çünki Simonson onu sevir, Nexlyudov isə onunla bağlı vicdan əzabı çəkir.
     Katyuşanın, onu fahişəlik girdabından çəkib çıxaran şüuru dəqiq işləyir: Simonsonla keçmişi unutmaq və xoşbəxt olmaq mümkündür. Nexlyudovla isə keçmişi unutmaq mümkün deyil və həmin keçmiş Katyuşa xoşbəxtliyi üzərində daimi bir Domokl qılıncı olacaq.
     Katyuşa hissini şuüruna qurban verir.

OTELLONUN SON MƏQAMI


     Otello son məqamda Hələbdə bir venesialını döyən və senatı söyən hansısa türkü öldürdüyünü xatırlayır və özünü də o türkü öldürdüyü kimi öldürür.
     Otello o türkü təhqiramiz xatırlayır və o son məqamda özünü alçaltmaq istəyir.
     Şekspir Avropası üçün türkdən dəhşətlisi və türkdən pisi yox idi.
     Əslində isə, Otello özünü türkə bənzədərək xəncəri köksünə sancırdısa, o türkü böyüdürdü.

TURGENEV TOLSTOYA TƏSİR EDİB?


     Srağagün axşam Plavnik bizə gəlmişdi, atamla, Timurçinlə birlikdə kiçik bir məclis düzəltmişdik və gecənin yarısına kimi söhbət etdik.
     Atam deyir ki, rus ədəbiyyatında Nataşa Rastova Turgenevin Nataşasından başlayır.
     Doğrusu, bu fikir mənim üçün çox gözlənilməz oldu.
     Plavnik Turgenev ilə Tolstoy münasibətlərindən, duel əhvalatından danışmağa başladı, mənim isə beynimdə o iki Nataşa idi.
     İndi də elə onu fikirləşirəm.
     Düzdü, Turgenevin Nataşası rus ədəbiyyatında Nataşa Rostovadan on il əvvəlki dövrün hadisəsidir, amma mən güman etmirəm ki, Tolstoy Turgenevin təsiri ilə yazıb.
     Yəqin həqiqət bundadır ki, Nataşa Lasunskaya da, Nataşa Rastova da rus bədii təfəkkürü üçün doğma olan hiss-həyəcanların ifadəsidir.
     Ancaq rus ədəbiyyatında bu iki Nataşa arasında onların hər ikisindən də tamamilə fərqli bir Nataşa da Nataşa İxmeneva5 peyda oldu və o da rus bədii təfəkkürü üçün doğma hiss-həyəcanı ifadə etdi, amma onun hisslər aləmi Nataşa Rostova və Nataşa Lasunskayanın hisslər aləminə tamam yad idi.
     Bu yadlıq rus bədii təfəkkürünün zənginlik nümünəsidir.
     Beləliklə, rus ədəbiyyatında, əgər belə demək mümkünsə, iki bir-birindən fərqli (hətta bir-birinə yad!), amma rus bədii təfəkkürü üçün eyni dərəcədə doğma Nataşa xətti var: Tolstoy və Turgenevin Nataşaları bu bir qol və bir də ikinci qol: Dostoyevskinin Nataşası.

CANLI İNSAN MEDEYA


     «Medeya» haqqında yazmaq istəyirəm . İndiyə qədər Anuyan başqa, Evripidin «Medeya»yasını oxumuşdum, bu iki gündə Senekanm və Komelin də «Medeya»larını tapıb oxudum.
     Bu Medeyaların içində ən canlısı Anuyunkudur.
     Evripiddən bu tərəfə az qala 2500 il bir vaxt keçir və bu müddətdə ədəbiyyat inkişaf edib, ona görə belədir?
     Əlbəttə, yox, səbəb bunda deyil.
     Əgər belə olsaydı, onda gərək hər yüz il, özündən əvvəlki yüzilin ədəbiyyatını kölgədə qoyaydı.
     Sadəcə olaraq, bu 2500 ildə ədəbiyyata yazıçı münasibəti dəyişib.
     Ancaq Medeya ilə bağlı mənim içimdə bir təəssüf var: Bu əsl Şekspir mövzusudur və çox heyf ki, Dünya ədəbiyyatında Şekspir «Medeya»sı yoxdur.

YENİ «ANNA KARENİNA»


     Ancaq Fikrimdə çox qəribə bir roman təəssüratı (ab-havası?) var. Daha doğrusu, elə bil ki, çox maraqlı (və məhz qəribə!) təzə bir roman oxumuşam: «Anna Kaçenina».
     Ancaq Amma bu romanda knyaz Oblonski ilə Anna xasiyyətlərini, xarakterlərini dəyişiblər: Anna bacı olaraq qalıb, ancaq o, Oblonskinin qadın variantıdır, Oblonski də qardaş olaraq qalıb, ancaq o da Annanın kişi variantıdır, bütün başqa obrazlar isə, eynilə özləridir.
     Ancaq Bu mənim fikrimdə tamam heyrətamiz bir hadisədir, elə bil ki, misal üçün, Ay ilə Günəş yerlərini dəyişiblər: gecə əslində gündüzdür, gündüz isə gecə.

TOLSTOY KİMDİR?


     Tolstoyşünaslar gah İrtenyevin gah Oleninin, gah Levinin, gah Nexlyudovun avtobioqrafik surətlər olduğunu sübut eləməyə çalışırlar.
     Bütün bu tipli mühakimələr Tolstoyun müqabilində mənim üçün çox xırda, cılız görünür.
     Tolstoyun bütün surətləri avtobioqrafikdir.
     Flober deyirdi ki, Madam Bovari mən özüməm.
     Tolstoy bəli, Nexlyudovdur, bəli, Olenin, İrtenyev, Levindir, amma Tolstoy eyni zamanda Annadır, Pyerdir, knyaz Andreydir, Kittidir, Nataşa Rastovadır, hətta «Hərb və sülh»dəki Napoleondur!

SKAPEN VƏ PASPARTU


     Gecə «Skapen»i tərcümə edirdim və birdən-birə Paspartu yadıma düşdü.
     Bilmirəm, fransız ədəbiyyatşünasları buna diqqət yetiriblər, ya yox: Paspartu Skapenin davamıdır!
     «80 gün»ü mən Nuh əyyamında oxumuşam, amma gecə Paspartu ilə bağlı epizodlar bir-bir gözümün qabağına gəldi.

ƏLİ MOLYERİ DƏ ALDADIR


     «Siciliyalı, yaxud rəssam Amur»dakı Adrastın nökəri Əli quldu və Molyer onu türk kimi təqdim edir.
     Amma Əli o qədər kələkbazdır və təpədən dımağa qədər fransızdır ki, elə bil, «mən türkəm» deyə Molyerin özünü də aldadıb.

MİLLİ KOLORİT İLKİN ŞƏRTDİR


     «Bəyazit»də (J.Rasin) hər şey var: güclü intriqa, coşğun hisslər aləmi, hakimiyyət ehtirası, xislətin məkri... amma əsas bir cəhət türk koloriti yoxdur.

TOLSTOY GÖRÜŞDÜRMƏLƏRİ


     Tolstoy görüşdürmələri (surətləri bir-biri ilə görüşdürmək) Tolstoy yaradıcılığının qlobal bədii-estetik xüsusiyyətlərindən biridir.
     Söhbət yalnız Anna Vronski görüşü kimi Böyük Görüşlərdən getmir, hətta misal üçün, Bezuxov Karatayev oxuya bildim və bu ssenarilər indi mənə, vaxtılə baxdığı kimi «kiçik» görüşlər də taleyüklü olur.
     Platon Karatayevlə məhz o «kiçik» görüşdən sonra Pyer üçün daha yeni bir dünya açıldı.

KLASSİK AZƏRBAYCAN KOMEDİYASI HAQQINDA


     M.F.Axundov altı komediyası ilə bizim milli ədəbiyyatın tanımadığı bir janrın əsasını qoydu.
     M.F.Axundovdan sonra nə qədər komediyalar yazıldı.
     Ancaq onlarm heç biri «Hacı Qara», yaxud «Müsyö Jordan» səviyyəsinə qalxa bilmədi; yalnız Üzeyir bəyin komediyaları «O olmasm, bu olsun» və «Arşm mal alan»dan başqa.
     «Ölülər» isə Axundovdan sonrakı yeni mərhələni yaratdı və Azərbaycan komediyasma kəskin vətəndaşlıq motivləri gətirdi.

KORDELİYA VƏ HERTRUDA


     Şekspir Kordeliya ilə, elə bil ki, Hertrudadan intiqam alır. Daha doğrusu, elə bil ki, Kordeliyanı Hertrudaya göz dağı kimi yaradır.
     Ledi Makbet, əlbəttə, qat-qat artıq dərəcədə məkrli və riyakardır, qəddardır, ancaq Kordeliyanın vəfası məhz Hertruda vəfasızlığmın o biri üzüdür.

İLYAS ƏFƏNDİYEV BAŞQA DİLDƏ YAZA BİLMƏZDİ


     Dünən Taqankada Faykla rastlaşdım (səksəni keçib, amma qocalığı yaxına buraxmır) və onu bu gün Mərkəzi Ədəbiyyatçılar Evinin restoranına nahara dəvət etdim.
     Nahar vaxtı belə bir fikir dedi:
     -Əgər İlyas Əfəndiyev rusca yazsaydı, indi Artur Miller kimi, bütün dünyada məşhur dramaturq idi.
     Mən:
     -Yəqin elə olardı, dedim. Amma rusca yazanda da o İlyas Əfəndiyev olmayacaqdı.

«İSTEHSALAT ROMANI»


     «İstehsalat romanı» yalnız sovet ideologiyasının yetirməsi deyil.
     Dünən Mitçel Uilsonun «Qardaşım mənim, düşmənim mənim» romanını oxudum və əslində elə bu da «istehsalat romanıdır», sadəcə olaraq, burada kolxozu, traktoru, neft buruğunu, baramaçılığı, pambığı və s.-ni elm əvəz edib, amma əsas məsələ burasmdadır ki, bu məcburi mövzu deyil, yəni bu mövzunu ideologiya təyin etməyib, yazıçı özü seçib.
     Nail olub, olmayıb, bu, başqa söhbətdir.
     Hər halda burada ideologiya təyinatmm doğurduğu bədii eybəcərlik yoxdur.

MƏNƏVİ SIXINTILAR KOMEDİYA YARADIR?


     Hər Mənim üçün ən yaxşı, saf rus komediyalarından biri «Kreçinskinin toyu»dur və ən maraqlısı odur ki, Suxovo-Kobılin (rus ədəbiyyatında hələ də layiqli qiymətini almamış bu dramaturq) bu komediyanı o vaxt yazıb ki, onu məşuqəsinin qatili kimi həbs etmək istəyirdilər, istintaq gedirdi, məhkəmələrə çəkilirdi və ən başlıcası isə, özü ən yüksək hissəsinə mənsub olduğu cəmiyyət bir məngənəymiş kimi, onu mənən sıxırdı.

SİYASƏT VƏ BƏDİİLlK


     Beş-altı gün bundan qabaq Polad dedi ki, əlimə əla bir komediya keçib, sənin xoşuna gələcək və o komediyanı (indiyəcən eşitmədiyim İvan Stodola adlı bir slovak yazıçısının əsəridir: «Pan senatorun çay qonaqlığı») oxumaq üçün mənə verdi.
     Elə həmin gecə də onu oxudum.
     Siyasi bir komediyadır və bu əsərin üstün cəhəti ondadır ki, burada siyasət bədiiliyi üstələmir, əksinə, bədiilik siyasətə gülür.
     Atama da verdim oxusun. Oxudu, amma xoşuna gəlmədi:
     -Əsərdə ki, lap azacıq da siyasət oldu, heç nə!

CƏLİL MƏMMƏDQULUZADƏ HAQQINDA


     P.Çaadayevi vərəqləyirdim və onun bir fikrini oxuyanda, qəribədir, Mirzə Cəlil gəldi durdu gözlərimin qabağında: «Mən vətəni gözübağlı sevə bilmirəm.» (Orijinalı: «Ya ne umeyu lyubit rodinu s zakrıtımi qlazami».)

ŞEKSPİR VƏ ŞİLLER, YAXUD HİSS VƏ ZƏKA


     Sekspir hisslər, ehtiraslar dramaturqudur. Şillerdə də, şübhəsiz, zəngin hisslər aləmi var, ancaq Şekspirdəki hissləri bir qəlibə yığsaq (əlbəttə, bu mümkün olan bir şey deyil, söhbət tamam şərti bir fərziyyədən gedir), Şillerdəki hisslərlə o qəlibi doldurmaq mümkün deyil və Şiller o qəlibi bəlkə də hisslər + fikirlər (zəka ilə, təfəkkür ilə) doldura bilər.
     Cülyettanın da, Teklanın da taleyi üst-üstə düşür, onların sevgisi də eyni dərəcədə dərunidir, amma Cülyetta başdan-başa hisslərdir, Tekla isə hisslərlə bərabər, təfəkkürdür. Romeo ilə Maks Pikkolomini də götürsək tənasüb eynidir.

DİKKENS MƏNİM YAZIÇIM DEYİL


     Dikkens həyatın dibində olanları oğruları, dələduzları o qədər qara boyalarla verir və onların da insan olduğunu o qədər yadmdan çıxarır ki, bu Oliver Tvistin2 təmizliyinin, məsumluğunun bədii effektini artırmaq əvəzinə, əksinə, onu daha da azaldır.

ANNANIN FACİƏSİ


     Annanın («Anna Karenina») faciəsi ondadır ki, onun bəraəti günahmdan zəifdir.

MƏRDLİK (CƏFƏR CƏFƏROVLA SON GÖRÜŞ)


     1972-ci ildə xəstələnib yorğan-döşəyə düşdüyü vaxtdan etibarən, 1973-cü ilin sentyabrında vəfat edənə qədər hamı deyirdi ki, Cəfər Cəfərov özünün ağır xəstəliyindlən, dəhşətli xəstəliyindən xəbərsizdir.
     Bakıda yatdı, Moskvaya getdi, cərrahiyyə əməliyyatlarını bu dünyada çox fəlakətlər görmüş cərrahları heyrətə gətirən bir cəsarətlə, kişiliklə keçirdi və biz hər dəfə onu yoluxmağa gedəndən sonra dərin kədər içində bir-birimizə deyirdik: nə yaxşı ki, Cəfər müəllimin özünün öz xəstəliyindən xəbəri yoxdur, ümidlə yaşayır, belə bir günündə də sabaha inamı hələ özüylədir. Hər dəfə yanma gedəndə sənətlə bağlı gələcək planlarmdan danışırdı, işlədiyi İncəsənət İnstitutunun işçilərinə (Veta Nadirovaya) teatr barədə fikirlərini diktə edirdi, bir sözlə, amansız ölüm yatağmdakı zəif cüssəsi ilə yaradıcı bir həyat yaşayırdı.
     Axırıncı dəfə Cəfər müəllimi 1973-cü ilin avqustunda gördüm və həmin görüş həmişəlik olaraq mənim hafizəmə, hisslərimə hopub. Atamla və qaymatam şair Teymur Elçinlə birlikdə ona yoluxmağa getmişdik. Görkəmi, əhvalı əvvəlkilərdən də yaxşı idi, yenə də teatrdan danışırdı, özü də ona məxsus bir şövqlə danışırdı, sonra altmışmcı illərin ortalarmda atamla və mənimlə Sabirabada, doktor Əli Ağabəyligilə getməyimizi, Kürlə Arazm qovuşağmı gəzməyimizi, bərə ilə Kür boyu üzməyimizi və elə bərədəcə qurduğumuz məclisi xatırladı, doktorun zəngin kitabxanasmı soruşdu, zarafat etdi və birdən-birə, tamamilə gözlənilmədən... ağladı.
     Onun qəflətən beləcə ağlamağı bizi sarsıtdı, biz nə deyəcəyimizi, nə edəcəyimizi bilmədik və mənə elə gəldi ki, Cəfər müəllimin özü də beləcə qəfil zəifliyindən sarsılmışdı.
     Sonra mən elə həmin anlardaca dərk etdim ki, bu yerdə zəiflikdən söz ola bilməz. Mən başa düşdüm ki, Cəfər müəllim özü bu aylar ərzində öz ağır xəstəliyindən xəbərdar imiş və bunu, yəni hər şeyi yaxşı bildiyini hamıdan ailə üzvlərindən də, dostlardan da, tanışlardan da gizlədirmiş.
     Bəlkə də mən hissə qapılırdım, bəlkə də belə deyilmiş, bilmirəm, amma o acı xatirədə bu gün mənim üçün bir həqiqət var: Cəfər müəllimin o ağlayışı zəiflikdən yox, qəhrəmanlıqdan xəbər verirdi, kişilikdən xəbər verirdi, mərdlikdən deyirdi.
     Belə bir mərdlik onun yaradıcılığında da var ıdı.
     Əlbəttə, Cəfər Cəfərovun yaradıcılığı yüksək elmi-estetik səviyyəli yaradıcılıq idi...
     Əlbəttə, Cəfər Cəfərov heç kimin təhkiyəsinə bənzəməyən sadə və eyni zamanda, şövqlü, ehtiraslı bir dil ilə bədii əsərin, tamaşanın, ədəbi hadisənin dəqiq və sərrast qiymətini verirdi...
     Əlbəttə, Cəfər Cəfərov yaradıcılığmın ehtiva dairəsi çox geniş olduğu kimi, bədii-estetik zövqünün, bir insan kimi düşüncə və hisslərinin ehtivası da vüsətli idi.
     Bütün bunlar belə idi, amma bütün bunlarla bərabər, mənim üçün Cəfər Cəfərov yaradıcılığmda bəlkə də ən əsas cəhət oradakı qəribə bir mərdlikdir.
     O doğrusunda da, səhvində də ilk növbədə mərd idi və hətta bunu mən onun yaradıcılığmda etik-estetik bir kateqoriya kimi görürəm.
     Bu cümlələri yazıram və burası da mənim yadıma düşür ki, qırxmcı əllinci illər Azərbaycan ictimai fikrində baş verən hadisələr kontekstində Cəfər Cəfərovun ən kəskin opponenti Mehdi Hüseyn idi və Mehdi Hüseyn də doğrusunda da, səhvində də mərd bir qələm sahibi idi.
     Cəfər Cəfərov da, Mehdi Hüseyn də bir-birinə layiq ədəbi rəqiblər idi.
     Əllinci illərin əvvəllərində dövrün siyasi-ictimai və ədəbi burulğanları Cəfər müəllimi divara söykədi, xalqını sevən, xalqınm təəssüb hissi ilə yaşayan bu adam həmin xalqa nihilist kimi təqdim olundu, hətta onu Yazıçılar İttifaqmdan xaric də etdilər.
     Uşaq vaxtlarımm bir görümü indiyəcən gözlərimin qabağmdan getmir: əyninə nimdaş şalvar, köhnə köynək geymiş Cəfər Cəfərov indiki «Nərgiz» kafesinin yerində küçə ilə gedir, əlində tor zənbil var, içində də çörək, kefir şüşəsi, başqa bir-iki «kasıb bazarlığı», amma addımları məğrur, başı ucadır, həyatm üzünə gülümsəyir və beləcə addımlayır...
     Əlbəttə, onun yanmdan ötənlər ağıllarma da gətirmirdilər ki, evə kefir aparan bu adam böyük qələm sahibidir. Adiliyin qeyriadiliyi, sadəliyin böyüklüyü yəqin elə budur.
     Sonralar Cəfər müəllim o burulğanm içindən çıxdı, yüksək vəzifələrdə oldu, amma o qeyri-adiliklə adiliyin, sadəliklə böyüklüyün tənasübü, eləcə bir məhrəmliyi pozulmadı.
     İndi Cəfər Cəfərovun vəfatından on il keçib.On il yaşlaşmışıq. Mürəkkəb dünyamız on il daha artıq mürəkkəbləşib. Elm, nəzəriyyə daha on il inkişaf edib. Amma bu on ildə Cəfər müəllimin nüfuzu, onun yaradıcılığının qiyməti azalmayıb, əksinə, daha da artıb.

TOLSTOY BÖYÜKDÜR, YOXSA SOFYA ANDREYEVNA?


     Sofya Andreyevna Tolstoydan düz on altı yaş kiçikdir, amma hər dəfə Sofya Andreyevnanın gündəliklərini vərəqləyəndə məndə belə bir təəssürat yaranır ki, əksinədir, Sofya Andreyevna Tolstoydan azı on altı yaş böyükdür.

XX ƏSR HADİSƏSİ LATIN AMERİKASI ƏDƏBİYYATI


     Jorj Amadu «Tülkü və üzümə yazdığı müqəddimədə bu «gülməli faciə»ni çox yüksək qiymətləndirir və həqiqətən, də, əgər mən XX əsr dramaturgiya antalogiyası hazırlasaydım, bu pyesi də ora daxil edərdim, çünki onun bədii-estetik və fəlsəfi sanbalı əsrin nümunəsi dərəcəsində miqyaslıdır.
     Bunun əsas səbəblərindən biri və bəlkə də birincisi ondadır ki, burada bəşəri mövzu milli estetik koloritlə yoğrulmuşdur, o koloritlə ki, Amadunun özünün əsərlərini, mənim fikrimcə, əsrin ədəbi hadisəsi səviyyəsinə qaldırdı və ümumiyyətlə, XX əsr Latın Amerikası ədəbiyyatını çox güclü bir məktəb kimi ortaya çıxardı.

YADDAŞIN QƏRİBƏ İŞLƏRİ VƏ YAXUD MƏNİM YURİ NAGİBİNİN, YURİNAGİBİNİN İSƏ İLYAS ƏFƏNDİYEVİN HEKAYƏLƏRİ HAQQINDA FİKİRLƏRİMİZ


     Neçə gün idi ki, Moskvadaydım, «Kitab köşkü»ndən xeyli kitab almışdım, o cümlədən, Yuri Nagibinin hekayələr kitabını və elə «Moskva»daca^ o kitabdan üç hekayə oxudum (qalanlarını da Bakıya gələndə qatarda oxudum).
     Bakıya qayıtmazdan əvvəl Yazıçılar İttifaqında işlərimi bitirib sağollaşmaqdan ötrü Kosorukova2 da dəydim və onun otağında Nagibinlə rastlaşdım. Təzə kitabını təbrik etdim.
     -Necədir? («Nu kak?») soruşdu.
     Mən oxuduğum o üç hekayə haqqında təəssüratımı söylədim və belə bir fikir də dedim:
     -Onları oxumağa başlayanda, mənə elə gəlirdi ki, o hekayələri əvvəllər kimsə mənə danışıb, amma oxuyub qurtarandan sonra görürsən ki, səndə tamam təzə bir hissiyyat yaranıb.
     Nagibin:
     -Bu mənim üçün çox ciddi tərifdir! dedi.
     Yazıçılar İttifaqından çıxanda, «Moskva»ya gəlib çantamı qablayanda, Kursk vağzalına gedəndə Nagibinə dediyim o fikir elə hey fikrimdə dolaşırdı, hiss edirdim ki, bu fikri əslində mən haradasa oxumuşam.
     Yol boyu da qatarda hərdən yadıma düşürdü və bunu harada oxuduğumu yadıma salmaq istəyirdim.
     Və nəhayət, qəflətən xatırladım: bu elə Nagibinin özünün fikridir! İlyas Əfəndiyevin hekayələri haqqmda nəsə bənzər bir fikir söyləmişdi.
     Dünən Bakıya gəldim və gecənin yarısma kimi köhnə qəzetjumalları vərəqlədim və axır ki, tapdım. «Ədəbiyyat və incəsənət» qəzetində, 1959-cu ildə Moskvada keçirilən Azərbaycan mədəniyyəti ongünlüyünə həsr olunmuş səhifəni tapdım. Yadıma gəlir, bu mətbəə səhifəsini o zamanlar qəzetin redaktoru işləmiş Qasım Qasımzadə öz arxivindən götürüb mənə vermişdi. Səhifədə Yuri Nagibinin mülahizələri dərc edilib və orada deyilir: «İlyas Əfəndiyev ehtirasların kəskin şəkildə meydana çıxmasından, insan xarakterindəki qeyri-adi və həddindən çox qabarıq cəhətlərin göstərilməsindən çəkinmir. Bəzən o, çox sadə süjet götürür. Sənə elə gəlir ki, gözəl bir qızın oğlana vurulması, məhəbbət və s. haqqındakı bu hadisələri nə vaxtsa eşitmisən. Lakin əslində bunların hamısı yenidir, inandrıcıdır, həm də olduqca həyəcanlandırıcıdır.»
     Belə-belə işlər!..

ANTON ÇEXOV AKVARELİ


     Mənim üçün «Çexovdan sonra ən böyük rus dramaturqu kimdir?»sualınm cavabmda heç bir şəkk-şübhə yoxdur: Aleksandr Vampilov.
     Cəmi otuz beş il yaşamış (Çexovdan da doqquz il az!) Vampilov o dramaturqdur ki, onun personajmm dediyi bir sözün arxasmda deyilməyənlərin çox zəngin əhval-ruhiyyəsi, ab-havası dayanır və bu mənada Vampilov Çexov məktəbinin yalnız Rusiyanm deyil, ümumiyyətlə, XX əsr dramaturgiyasmm Çexova ən yaxm olan nümayəndələrindən biri və olsun ki, birincisidir.
      «Ördək ovu», «Ötən yay Çulimskda», «Əyalət anekdotları» və «Qağayı», «Üç bacı», «Vanya dayı», «Gilənar bağı» tamamilə müxtəlif epoxaları və ən başlıcası isə, daban-dabana zidd mühiti ifadə edən əsərlərdir, amma bunlarm arasmda hissləri, ovqatı bizə göstərən akvarel doğma, bəlkə də eynidir.
     Misal üçün, həmin akvareli (Çexov akvarelini!) mən Leonid Zorində hiss etmirəm. Zorində mənim hiss etdiyim rus dramaturgiyasmda Ostrovskidən gələn yağlı boyadır və o yağlı boya özü ilə bir ağırlıq, artıq çəki gətirir. Zorinin, hətta «Varşava melodiyası» kimi lirik pyesində, özünün «əfsanə» adlandırdığı «Serafim, yaxud Kramolnikovun həyatından üç fəsil»də belə, həmin lirikaya, «əfsanəliyə» baxmayaraq, o ağırlıq özünü tamam aşkar göstərir.
     Aleksandr Valodin də eləcə. «Beş gecə» şübhəsiz istedadlı bir pyesdir, amma burada da hər şey müstəqim, birbaşadır, burada da Ostrovski var, Çexov yoxdur.
     Və bu pisdir.

BAŞQA SOLOQUB


     «Ağır yuxular» mənim üçün rus nəsrində, tamamilə gözlənilməz bir hadisə oldu.
     İndiyə qədər mən bu yazıçıdan yalnız bir roman «Yaradılan əfsanə» oxumuşdum və yadıma gəlir, o zaman o romanın təəssüratı tamam bir biganəlik içində əriyib getmişdi.
     Amma «Ağır yuxular»ı oxuyanda əməlli-başlı bir heyrət hissi məndən əl çəkmirdi: sən demə mən, Soloqubu (və ümumiyyətlə, rus nəsrini!) tanımırmışam.
     Məsələ onda deyil ki, bu roman yüksək bədii səviyyəli əsərdir, yaxud da ki, əksinə, zəifdir.
     Məsələ orasındadır ki, bu roman rus prozası kontekstində, tamamilə, yeni bir şeydir.
     Buradakı qəhrəmanlar, söz yox, rusdur, amma onlar nə Tolstoyun, nə Qoqolun, nə Dostoyevskinin, nə Qonçarovun ruslarıdır, nə də sonrakı dövrdə Şoloxovun, Platonovun, Rasputinin, Şukşinin rusları.
     Buna da söz yox ki, Fyodor Soloqub da rus yazıçısıdır, amma o, «başqa» rus yazıçısıdır.

DOSTOYEVSKİ VƏ «DOSTOYEVŞİNA»


     Bu gün səhər Liya Rozenblyumun kitabını («Dostoyevskinin yaradıcılıq gündəlikləri») oxuyub qurtardım və bu monoqrafiya mənim indiyə qədər sovet ədəbiyyatşünaslığında Dostoyevski ilə bağlı oxuduğum (yadımdadır, vaxtılə mənim xoşuma gəlmiş Çirkovun da kitabı1 daxil olmaqla) ən yaxşı əsərdir.
     Mənim üçün rus nəsri ilk növbədə və tamam şəksiz-şübhəsiz - Lev Nikolayeviç Tolstoydur və bu yerdə mənim fikirim də, hissiyyatım da müttəfiqdir.
     Dostoyevski ilə bağlı isə, məndə belə bir müttəfiqlik bir az problemlidir. Fikir Dostoyevskinin böyüklüyünü görür, hissiyyat isə, bəzən biganə qalır. Və fikir orasını da deyir ki, əzizim Elçin, bu, sənin problemindir, Dostoyevskinin yox.
     Rozenblumun kitabı ona görə başqa sovet müəlliflərinin yazılarından seçilir ki, o «dostoyevşina»nın ifşasına həsr olunmayıb, həqiqətən, Dostoyevskiyə həsr olunub.
     Burada Dostoyevskini açmaq, onu təhlil etmək üçün istinad nöqtəsi elə Dostoyevskinin özünün gündəlikləri, qeyd dəftərləridir və amma elə bu kitabda da, elə bil ki, Dostoyevski deyir: «Liya xanım sağ olsun, ancaq mənim kim və nə olduğumu bilməkdən ötrü, elə mənim özümü təzədən oxuyun!»
     Düz deyir.
     P.S. «Dostoyevşina»nın ən «görkəmli» ifşaçılarından biri Vladimir Y ermilovdur və bu qısa qeydləri yazanda onun kitabı yadıma düşdü, kitabların arasından tapıb təzədən vərəqləməyə başladım.
     Bircə abzası tərcümə edirəm, elə bu bir abzas nəyə desən, dəyər: «Dostoyevskinin yaradıcılığında həqiqəti yalandan təmizləmək üçün, biz gərək Dostoyevskidəki «Dostoyevşinanı», yəni ondakı çarəsizliyin və ümidsizlik psixologiyasını və ideologiyasını, şərdən zövq almağa xəstə meylini yazıçını öz epoxasının mütərəqqi qüvvələrindən ayıran bütün bu cəhətləri ayıq şəkildə görək və amansızcasma kənarlaşdıraq.»
     Bu abzasm arxasmda gün işığı kimi aydm bir həqiqət dayanıb:
     Dostoyevskini Allah yaradıb.
      «Dostoyevşina»nı isə, sovet ideologiyası.

ŞEKSPİR İLYAS ƏFƏNDİYEV ÜÇÜN ŞİLLERİ MÜƏLLİFLİKDƏN UZAQLAŞDIRIR


     Servantes, Şekspir, Tolstoy bu səviyyəli yazıçılar, əslində, elə bil ki, estetik bir kateqoriyaya çevrilirlər.
     Dünən atamla söhbət edirdik, İrandan, Turandan, axırda yenə gəlib çıxdıq ədəbiyyatın üstünə və atam belə bir söz dedi:
     -Əgər «Mariya Styuart»ın üstündə Şillerin adı olmasaydı, mən elə bilərdim ki, bu, Şekspirin yazdığı bir faciədir.
     Söhbət yalnız Şekspir səviyyəli hiss-həyəcandan (bu öz yerində!) yox, eyni zamanda, həmin hiss-həyəcanın Şekspirsayağı ifadəsindən gedir.

<< 1 / 2 / 3 / 4 / 5 / 6 / 7 / 8 / 9 / 10 >>

Bölmə: Azərbaycan ədəbiyyatı | Əlavə edildi: azerhero (11.09.2014) | Müəllif: R.C E W
Baxış: 647 | Reytinq: 0.0/0
Bütün rəylər: 0
omForm">
avatar

Kitablar — zamanın dalğaları ilə səyahət edən və nəsildən-nəslə öz qiymətli yükünü ehtiyatla aparan fikir gəmiləridir.

- Frensis Bekon

Son 90 gün ərzində kitab oxumamaqdan daha pisi kitab oxumadığına görə narahat olmamaqdır.

- Cim Ron

Kitabları yandırmaqdan daha pis şey onları oxumamaqdır.

- Rey Bredberi

Yaxşı kitab aysberqə oxşayır, onun yeddi-səkkiz hissəsi suyun altında gizlənib.

- Ernest Heminquey

Kitablarım mənə çatacaq qədər böyük bir krallıqdır.

- Shakespeare

Mən, kitablarımı yaratmadan əvvəl, kitablarım məni yaratdılar.

- Montaigne

Kitabsız yaşamaq; kor, kar, dilsiz yaşamaqdır.

- Seneca

Bu günün gərçək universiteti, bir kitabxanadır.

- Carlyle

Kitab, tək ölümsüzlükdür.

- Rufus Choate

Exlaqa uyğun ya da zidd kitab deyə bir şey yoxdur. Kitablar ya yaxşı yazılmışdır, ya da pis. Hamısı bu qədər!

- Oscar Wilde

Ümidlə açılıb qazancla bağlanan bir kitab, yaxşı bir kitabdır.

- Alcott

Kitablar, itmiş başların abidələridir.

- Sir William Dave

Kitablar, heç solmayacaq bitkilərdir.

- Herrick

Kitab heç aldatmayan bir yoldaşdır.

- Guilbert De Pixrecourt

Axmaqlarla oturub-durmaqdansa , kitabla tənha oturmaq yaxşıdır.

- Qasım bəy Zakir

İnsan güc ilə yox, mütaliə etməklə ağıllanır.

- C.Bruno

Az bildiyini başa düşmək üçün çoxlu oxumaq lazımdır.

- Mişel Monten

Kitablar özünüzə və başqalarına hörmət etməyi öyrədəcək, ürəyi və ağlı, dünya və insanlıq sevgisiylə dolduracaq.

- Maksim Gorki

Kitab həyatın ən uzaq və qaranlıq yollarında insana işıq bəxş edən əfsanəvi çıraqdır

- A.M.Upit

BAKI QIZLAR UNİVERSİTETİ
1992-ci ildə təsis edilən və həmin vaxtdan da fəaliyyətə başlayan Bakı Qızlar Universitetinin (əvəllər Bakı Ali Pedaqoji Qızlar Seminariyası adlanırdı) yaradılmasında məqsəd respublikada qadın pedaqoji kadrlar yetişdirmək, onların intellektual səviyyəsini yüksəltmək və gənc qızları ailə həyatına hazırlamaqdan ibarətdir. Hazırda universitetdə "Sosial pedaqoji” və "Filologiya-tarix” fakültələri fəaliyyət göstərir. "Sosial pedaqoji” fakültədə "Təhsildə sosial-psixoloji xidmət”, "Psixologiya”, "Coğrafiya müəllimliyi”, "ibtidai sinif müəllimliyi”, "Məktəbəqədər təlim və tərbiyə”, "Riyaziyyat və informatika müəllimliyi”, "Filologiya-tarix” fakültəsində isə "Xarici dil (ingilis) müəllimliyi”, "Azərbaycan dili və ədəbiyyat müəllimliyi”, "Tarix müəllimliyi”, "Jurnalistika” üzrə bakalavr, "İbtidai sinifdə tədrisin metodika və metodologiyası”, "Pedaqogika nəzəriyyəsi və tarixi”, "Azərbaycan ədəbiyyatı”, "Azərbaycan dili”, "Azərbaycanın yeni və ən yeni tarixi” sahəsində magistratura səviyyəsində kadr hazırlığı aparılır.
Bakı Qızlar Universiteti Nazirlər Kabinetinin 1996-cı il fevralın 21-də 21 saylı sərəncamı ilə dövlət qeydiyyata alınmışdır. 2013-cü ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin lisenziya komissiyası BQU-nun çoxilli fəaliyyətinin, onun yüksək maddi-texniki bazasının, infrostrukturunun, təlim-tərbiyə sisteminin Azərbaycan Respublikası təhsil Qanununa Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Ali təhsil Müəssisələrinin fəaliyyətinə xüsusi razılıq (lisenziya verilməsi haqqında qərarına, Azərbaycan Respublikası Təhsil Nazirliyinin sənədlərinə uyğn qurulduğunu, pedaqoji kadrların hazırlanmasında əldə olunmuş nailiyyətlərini nəzərə alaraq universitetin fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsini məqsədəuyğun hesab etmişdir. Eyni zamanda 2013-cü ildə universitet akreditasiyadan keçmişdir. Universitetdə müxtəlif fənnlər üzrə kabinetlər, dörd kopüter otağı, kitabxana, badii yaradıcılıq studiyası, tələbə elmi cəmiyyəti, Tələbə Gənclər təşkilatı, dörd dərnəklər, nəşriyyat, idman zalı, yeməkxana, kadrlar şöbəsi və mühasibatlıq fəaliyyət göstərir.
Learn more