Əsas » Məqalə » Azərbaycan ədəbiyyatı

Əfəndiyev Elçin yaradıcılığı- "Ədəbi düşüncələr" necə yarandı-2

<< 1 / 2 / 3 / 4 / 5 / 6 / 7 / 8 / 9 / 10 >>

AĞABƏYİM AĞANIN BEYTİ


     Bu gün 44 yaşım tamam olur və səhər yuxudan oyandığım dəqiqədən Ağabəyim Ağanın məşhur beyti fikrimdə dolaşır:
Əfsus ki, yarım gecə gəldi gecə getdi,
Heç bilmədim ömrüm necə gəldi, necə getdi?...
     Atam deyir ki, Cəlil dayı da tez-tez bu beyti yadına salırmış...
     Bu iki misrada cəmi doqquz sözdən istifadə olunub (qalanı təkrardır) və ədəbiyyat dediyimiz sirri-xuda da elə burasındadır: bu doqquz söz səni əfsus və heyhatlarla dolu elə bir qəmli-qüssəli hisslər aləminə çəkib aparır ki, doqquz yüz, hətta doqquz miıı söz də bunu ifadə etməkdə acizdir.
     Və bu yerdə ədəbiyyatla zaman qəribə bağlarla (estetik bağlarla!) bir-birinə bağlıdır: on il bundan əvvəl mənim 34 yaşım tamam olanda yəqin ki, bu hisslər aləmi mənim üçün bu qədər dərin deyildi, on il bundan sonra da Allah bu ömrü mənə qismət eləsə olsun ki, bu iki misranın gözəlliyi mənim üçün daha artıq olacaq (bədiiliyi artacaq!?) və o hisslər aləmi də dəyişəcək (dərinləşəcək!?).

ƏZİZ NESİNİN YADDAŞI


     Yaradıcılıq psixologiyası bu da bir siri-xudadır! 1978-in, səhv eləmirəmsə, əvvəlləri idi, Moskvada Sofıyadan uçub gəlmiş Əziz Nesini, eləcə də Muzayla Veranı Mərkəzi Ədəbiyyatçılar Evinin restoranma dəvət etmişdim və söhbət əsnasında belə bir fikir söylədim ki, mənim üçün Əziz Nesin adında bir-birindən fərqlənən iki yazıçı var: ciddi dramaturq Əziz Nesin və yumorlu hekayələr müəllifi Əziz Nesin.
     Xatirimdədi (yəni indi yadıma düşür), o zaman Əziz Nesin balaca və həmişə də bic-bic baxan gözlərini mənə zilləyib soruşmuşdu:
     «Sənə görə hansı irəlidədir?»
     Mən də cavab vermişdim:
     «Dramaturq Əziz Nesin.»
     Olsun ki, bu, mübahisəli bir fikirdir, amma indiki halda məsələ bunda deyil.
     O vaxtdan il yarım keçib indi 1979-un 22 iyunudur və mən bu gün səhər Muza və İqor ilə birlikdə Moskvadan İstanbula uçub gəlmişəm (əslində, bu, Muzanın və İqorun marşrutudur, mənimki isə: Bakı Moskva İstanbul).
     Bizi Əziz Nesin qarşıladı və elə bu gün də mən Dəmirtaş Ceyhun və Arif Kəsginərlə birlikdə Əziz Nesini bizi gətirən təyyarə ilə Moskvaya yola saldım (oradan Anqolaya, Asiya Afrika ölkələri yazıçılarının VI Konfransına gedəcək).
     Və Əziz Nesin aeroportda mənimlə xudahafızləşərkən birdən-birə soruşdu:
     -Elçin bəy, sən indi Moskvaya hansı Əziz Nesini yola salırsan?
     Mən əvvəlcə bu sualı başa düşmədim və sonradan-sonraya il yarım bundan əvvəlki (!) o ötəri söhbət yadıma gəldi və zarafata saldım ki, hər halda, ikisinə də yaxşı yol arzulayıram.
     Bu əhvalatda mənimçün maraqlı olan cəhət yalnız Əziz Nesinin yaddaşı deyil, bu öz yerində! əsas məsələ ondadır ki, bizim o söhbəti Əziz Nesinin yaddaşına hopduran yaradıcılıq nigarançılığı, yaradıcılıq narahatlığı, yaradıcılıq axtarışları və yaradıcılıq qısqanclığıdır.

PLUTARX KİMDİR?


     Plutarx kimdir? Əlbəttə, o saat cavab verirsən:
     -Tarixçi.
     Amma Plutarxın tarixi başdan-başa roman və hekayələrlə doludur və Teseydən və Romuldan tutmuş, Dion və Brutacan «Müqayisəli ömürlər»i (yaxud? belə tərcümə etmək olar: «Müqayisəli ömür yolları», ya «Müqayisəli həyat təsvirləri», ruscası belədir: «Sravnitelnıye jizneopisaniye «) oxuduqca mənə elə gəlir ki, pritça, hekayə və romanlardan ibarət silsilə, bədii bir yazı oxuyuram və hər dəfə də fıkirləşirəm ki, tarix yalnız faktlar və dəqiq zaman göstəricilərindən ibarət bir elm deyil, mütəmadi xisləti təhlil edən, xislətin dərinlərinə varan, onu açıb göstərən bədii əsərlər silsiləsidir.

«ZƏMANƏMİZİN QƏHRƏMANI»


     Hərdən mənə elə gəlir ki, «Zəmanəmizin qəhrəmanı»’ XIX əsrin birinci yarısında rus ədəbiyyatmda gələcəyin XX əsrin əllinci-altmışıncı illərinin təzahürüdür.
     Bu əsər klassik rus nəsrində (nəhəng bir sərvətdə!) həqiqi qiymətini almamış bir şedevrdir.
     Şair Puşkin «Kapitan qızı»ndan (öz-özlüyündə istedadlı bir povestdən) nə qədər üstündürsə, şair Lermontov «Zəmanəmizin qəhrəmanı»ndan o qədər üstün deyil, bəlkə də, əksinədir və ona görə yox ki, şair Lermontov zəifdir, ona görə ki, «Zəmanəmizin qəhrəmanı» onun böyük istedadının çox zəngin bir ifadəsidir.

KOMFORT


     Srağagün gecə, qatarla Buxarestdən Moskvaya gəldim. İndi də qatarla Moskvadan Bakıya qayıdıram və bu sətirləri də qatarda yazıram.
     Dünən axşam Lev Anninski ilə Ədəbiyyatçılar Evinin restoranında oturmuşduq və Lyova tez-tez «komfort» sözünü işlədirdi.
     Gecə restorandan çıxıb Anninskidən ayrılandan sonra piyada «Moskva» mehmanxanasına (orada qalıram) gedirdim və Lyovanın tez-tez işlətdiyi o «komfort» sözü yadıma düşdü və Moskvanın o soyuq qış gecəsi tək-tənha «Gertsen» küçəsində qarın içi ilə addımlaya-addımlaya birdən-birə bir müxəmməsdən (gərək ki, Aşıq Məmmədindir) bir bənd fikrimdə təkrar-təkrar dolaşmağa başladı:
Ay cavan, sərvi-rəvan, qönçə dəhan, ağrın alım,
Ay qabax, bir bəri bax, qaşın kaman, ağrın alım,
Al yanax, büllur buxaq, tuti-zəban, ağrın alım,
Ay bivəfa, etmə cəfa, gətir dərman, ağrın alım,
Gəl insafa, sürrük səfa, hər bir zaman, ağrın alım...
     Bu müxəmməs bəndinin daxili qafiyəsi, sədası, onun ritmi, rəvanlığı, axarı həmin dəm mənim üçün «komfort» anlayışınrn məzmunca yox (o dəm məzmununun heç fərqinə varmırdım), estetik cəhətdən ifadəsi idi (estetik komfort!).

OSMAN SARIVƏLLININ IKI MISRASI


     On-on beş il bundan qabaq onda universitetin tələbəsi idim, qarışqaların həyatı barədə nə elmi, elmi-kütləvi ədəbiyyat var idisə, tapıb oxuyurdum və bu qarışqa həyatı mənim üçün dünyanm qəribə möcüzələrindən biri idi, amma bu da bir qəribə əhvalatdı! Mən hər dəfə qarışqa görəndə, yadıma o elmi ədəbiyyat yox, Osman Sarıvəllinin iki misrası düşür:
Döydü yağış məni, döydü qar məni,
Bir qarışqa minsəm, aparar məni...
     Özü də bu iki misra, əslində, qarışqaya həsr olunmayıb, dünyanm minbir üzünü görən, şaxtasma-boranma düşən insana həsr olunub, amma burada mənim üçün qarışqanm (hambal qarışqanm! zəhmətkeşin!) gözəl bir obrazı var.

ÇEXOV MƏNİM ÜÇÜN KİMDİR?


     Çexov mənim üçün ilk növbədə dahi dramaturqdur və yalnız bundan sonra böyük hekayəçi.

SOFOKL FACİƏSİ


     Sofokl təkcə tragediyalar müəllifi deyil. Əslində, o böyük bəşəri bir tragediyanm qəhrəmanıdır: yazdığı yüz iyirmi üç (!) tragediyadan (bunu antik mənbələr deyir) yalnız yeddisi gəlib bizə çatıb.
     Dəhşətli bir itgidir.
     Biz nə qədər «Elektra»lardan, «Antiqona»lardan, «Şah Edip»lərdən məhrum olmuşuq.
     Bu, o deyən şeydir ki, bu gün «Hamlet»i oxuyuruq, amma heç xəbərimiz yoxdur ki, «Otello» da olub, «Kral Lir» də var imiş...
     Gör onda dünya ədəbiyyatmm mənzərəsi, nə kökə düşür?

DÜNYANIN ƏN BÖYÜK KƏŞFİ


     Bu ilin axırına bir şey qalmayıb və beləliklə, XX əsrin üçüncü rübü də sona yetir.
     Və... Bakıda video yayılmağa başlayır.
     Dünən Günayı Toğrul Nərimanbəyovun emalatxanasına aparmışdım (Günayın portretini çəkir) və Toğrul cani-dildən öz işi ilə məşğul idi, mən də Anarla (bir yerdə getmişdik) Toğrulun videosunda Fransadan gətirdiyi Amerika istehsalı bir film-dəhşətə («film ujas»a) baxırdıq.
     İndi gecədir, mizin arxasındayam və Şoloxovun kitabına ön söz yazmağa hazırlaşıram o fılm-dəhşət yadıma düşür və fikirləşirəm ki, qəribədir, bu film ən yeni texnika ilə çəkilib, özü də çox peşəkar çəkilib, şübhəsiz ki, buna külli miqdarda xərc qoyulub, amma mənim üçün Meri Şellinin 150 il bundan əvvəl lələyi mürəkkəbə batırıb yazdığı «Frankşteyn» o fılmdən (və bu tipli filmlərdən!) qat-qat təsirli və yaddaqalandır.
     Dünyada nə qədər kəşflər olacaq (kinosayaq), amma, görünür, kitabın kəşfınə çatan bir kəşf olmayacaq.
     Və mənim o təəssüratımla bağlı da məsələ yəqin elə bundadır.

İLK GEDİŞ


     Şahmat tədqiqatçıları yazır ki, oyun zamanı qrossmeysterlərin ilk ağlına gələn gediş faiz etibarilə 80 faiz düzgün gediş olur. Sadəcə olaraq ilk ağla gələn gedişi etmək lazımdır. Gərək qorxmayasan.
     Ancaq ilk ağla gələn gedişdən başqa digər gedişlər də götürqoy edilir və bəzən bir saat fıkirləşdikdən sonra, başqa gediş səhv gediş edilir.
     Mənə elə gəlir ki, ədəbiyyatda da bunun analogiyası var və «biməfəsə yazmaq» söhbəti də elə bu ilk gediş məsələsidir.
     «İlk gediş»dən qorxmursan və biməfəsə yazırsan.
     Və görünür bu da biməfəsə yazmaq istedadın bir yönü, bir təzahür formasıdır.
     Mehdi Hüseyn həmişə İlyas Əfəndiyevə deyirdi: «Səndəki biməfəsə yazmaq bacarığı məndə olsaydı, indi aləmi yazıb doldurmuşdum!»
     Əzabla yazmaq, əlbəttə, ağır bir işdir.
     Və əzabla yazmağın özü də bəzən istedadın başqa bir yönü, başqa bir təzahür formasıdır.
     Flober əzab-əziyyətlə yazırdı, gündə bir səhifəni güc-bəla ilə bitirirdi («Bir kitab yazmaq üçün, min beş yüz başqa kitab oxumaq lazımdır.» bu da Floberin fikridir), amma bu məşəqqətlərdən sonra, «Madam Bovari» meydana çıxdı.
     Bilmirəm, belə olub, yoxsa yox, amma, misal üçün, musiqi ilə bağlı mənə elə gəlir ki, Motsart, Vivaldi biməfəsə yazıb, Bax isə əzab-əziyyət çəkib.
     Mənim bu təəssüratım onların musiqisindən doğur.
     Ancaq Bax ədəbiyyatdakı Flober deyil.
     Bax qat-qat artıq dərəcədə ədəbiyyatda Tolstoydur.

KARR SÖZLƏRİN MƏNASINI BİLİR


     Alfons Karrın bir fıkrini oxudum: «Bir çox adamlar mənasını bilmədikləri sözlərin köməyi ilə həmin sözlərin mənasını anlamayan başqa adamlarda böyük təəssürat yaradırlar.»
     Özü də bu fikir təkcə şifahi sözə, danışığa yox, bəlkə daha artıq dərəcədə yazılı ədəbiyyata, xüsusən, tənqid məmulatına aiddir.

MƏN NƏ ÜÇÜN TOLSTOYU SEVİRƏM?


     Mənim ən istəkli arzularımdan biri haçansa bu kitabı yazmaqdır: «Mən nə üçün Tolstoyu sevirəm?»
     Tolstoy haqqında çox yazılıb və mən də o yazılanların çoxunu oxumuşam, amma mənə elə gəlir ki, mənim yazacaqlarımı heç kim yazmayıb və yazmayacaq, çünki mənim Tolstoyda gördüklərimi, duyduqlarımı başqası bu cür görməyəcək.
     Və Tolstoyun dahiliyi ondadır ki, az-çox ağlı kəsən hər bir oxucusu onun haqqında belə fıkirləşir.
     Və düz fıkirləşir!

BOMARŞE


     Tarixdə məşhur cəsuslar barədə bir yazı oxudum və sən demə, Bomarşe də casus imiş, amma qəribədi, bu məlumatı mən çox təbii qəbul etdim, elə bil, lap əvvəldən bilirmişəm ki, Bomarşe casusdur.
     Mənim belə bir hissiyyatımın səbəbi yəqin ondadır ki, «Fiqaronun evlənməsi» mənim tez-tez götürüb vərəqlədiyim və sevdiyim bu komediya başdan-başa bir avantyura, macəra eşqi, həvəsi, şövqü ilə alışıb-yanır və elə bil ki, Bomarşenin casus olması da «Fiqaro»dakı bu eşqin, həvəsin, şövqün, macəraçılığın davamıdır.

FİLDİNQ VƏ MOLYER


     Fildinqin farsları, xüsusən, «Arvadı evdə saxlamağm yeni üsulu», «Ataya dərs», «Aravuran qulluqçu qız» şübhəsiz ki, çox işıqlı bir istedadm ifadəsidir və çox da gülməlidir, amma özündən bir əsr əvvəl yaşamış Molyerin komediyaları ilə müqayisədə bu farslar... soyuqdur!
     Molyer isə başdan-başa hərarətdir.
     Ümumiyyətlə, fransız ədəbiyyatı ilə ingilis ədəbiyyatmm müqayisəsində bu «isti-soyuqluq» mənim üçün çox görümlü (hətta, az qala, cismani dərəcədə!) bir göstəricidir.
     Xüsusən, komediyada və ümumiyyətlə, yumorda.
     Elə buna görə də mən vaxtıyla Tekkereyin «Təkəbbürlər yarmarkası»nı canımı dişimə tutub, güclə oxuyub başa vurdum (beyin deyirdi ki, böyük əsərdir, ürək isə darıxırdı!). Cerom Ceromun yazılarını isə axıra qədər oxuya bilmədim.
     Hətta Şekspirin özündə də komediyalar tragediyalara nisbətdə soyuqdur, misal üçün, «Otello»dakı qan qaynaması «On ikinci gecə»də yoxdur.

MİRZƏ FƏTƏLİ, MİRZƏ CƏLİL VƏ ÜZEYİR BƏY


     İndicə M.F.Axundov haqqında essenin son nöqtəsini qoydum .
     XIX XX əsr Azərbaycan mədəniyyəti tarixində mühüm (və bədii-estetik baxımdan, çox maraqlı) bir cəhət üç böyük sənətkar M.F.Axundov, C.Məmmədquluzadə və Ü.Hacıbəyov üçün səciyyəvidir (deməli, mədəniyyət tariximiz, ədəbiyyatımız üçün səciyyəvi bir hadisədir!).
     Mirzə Fətəli altı komediyası ilə keçən əsrin ortalarına qədər Azərbaycan xalqının (qədim və zəngin ədəbiyyata malik bir xalqın) tanımadığı bir janrı dramaturgiyanı, həmin xalqın ədəbiyyatının milli faktoruna çevirdi.
     Mirzə Cəlilə qədər Azərbaycan hekayəsi mövcud idi (Füzulinin «Şikayətnamə»si, Mirzə Fətəlinin «Aldanmış kəvakib»i hərçənd tənqidimiz bəzən bu əsərlərin janrını başqa cürə müəyyənləşdirir və s.), amma bir janr kimi formalaşmamışdı və Mirzə Cəlil «Poçt qutusu»yla, «Qurbanəli bəy»lə, «Pirverdinin xoruzu»yla, «Saqqallı uşaq»la nəinki bu janrı formalaşdırdı, onu Azərbaycan ədəbiyyatının, hərgah belə demək mümkünsə, milli janrına çevirdi.
     Üzeyir bəy əsrin əvvəlindəki üç operettası ilə bu janrı Azərbaycan xalqının bədii özünüifadəsi üçün ən doğma bir janra çevirdi.
     Və bu sənətkarlarm istedadı sayəsində xalq bu yad (!) janrları dərhal qəbul etdi və nəinki qəbul etdi, Hacı Qara, yaxud Qurbanəli bəy, yaxud Məşədi İbad Molla Nəsrəddin və ya Bəhlul Danəndə kimi, xalqm bədii qəhrəmanlarma çevrildi.

SOLJENİTSIN MƏNİM ÜÇÜN KİMDİR?


     Mənim üçün böyük yazıçı Soljenitsmm cəmi iki əsəri var: «İvan Denisoviçin bir günü» və «Matryonanm həyəti». Qalanlar isə yalnız vətəndaş (həm də böyük hərfli Vətəndaş!) Soljenitsmm əsərləridir.

DOSTOYEVSKİ VƏ DİKKENS


     Ta gənclik çağlarımdan etibarən iki yazıçı var ki, şüur, təfəkkür onları tam qəbul edir, ürək isə darıxır: Dostoyevski və Dikkens.
     Dostoyevski ona görə ki, onda fikir bədiiliyi üstələyir. Dikkens ona görə ki, soyuqdur və onun zəngin personajlar aləmində Tolstoyun, Balzakm hərarəti çatışmır.

ƏDƏBİ BƏXT


     Ədəbiyyatda da «ədəbi bəxt» («naxışı gətirmək»!) amili çox güclüdür.
     Müasir ədəbiyyatda Amadu, yaxud Kronin, de Sensuneqi kimi böyük yazıçılar yazıb-yaradır ki, böyük şöhrət daima onlardan kənardadır.
     Ancaq həmin böyük şöhrət o saat Markesi tapdı (və haqlı, layiqli olaraq tapdı!).
     Bəzən də böyük şöhrət kimisə layiqsiz olaraq tapır!

MİSS MARPL VƏ PUARO


     Miss Marpl nə qədər tipik ingilis xanımıdırsa, Puaro, bir o qədər kosmopolitdir.
     Yəqin elə ona görə də Puaro bir bədii obraz kimi daima özünü təkrar edir və mahiranə qurulmuş intriqaya baxmayaraq, adamı bıkdırır.
     Miss Marpl isə mənim üçün həmişə təzədir.

TROYA MÜHARİBƏSİ VƏ «İLLİADA»


     Əsas o deyil ki, tarixdə həqiqətən Troya müharibəsi olub, ya olmayıb, əsas odur ki, «İlliada» var.

SİSTEM QƏLPİ TƏQDİR VƏ TƏBLİĞ EDİR


     Tomas Karleyl yazır ki, «yazıçılar iki cür olur: həqiqi yazıçı və yalançı yazıçı; burada da başqa sahələrdə olduğu kimi, qəlp mövcuddur.»
     Əlbəttə, Karleyl elə də orijinal bir fikir söyləmir, amma məsələ burasındadır ki, onun 120-130 il bundan əvvəlin İngiltərəsində dediyi bu sözlər həmin qəlp XX əsrdə Sovet İttifaqında rəsmi status aldı: qəlp orijinalı daha böyük bir canfəşanlıqla əvəz etdi.
     Sistem yalançı «xalq düşməni» məfhumunu yaratdı və real həyatda onu güllələdi.
     Və ədəbiyyatı da bu işi görməyə təhrik etdi, ədəbiyyat «xalq düşməni» surətini yaratdı: dramaturgiya həmin «xalq düşmənləri»ni səhnədə güllələdi, nəsr romanlarda, nəzm poemalarda.
     Nəticədə qəlp təqdir, təbliğ və təltif edildi.

SUAL CAVAB


     Uzun illərdir ki, mənim özümün özümlə bir oyunum var: tək olanda, yaxud bir cansıxıcı iclasda fikrimdə ya antologiyalar düzəldirəm, ya cürbəcür suallar verib, o suallara da cavab tapıram və o cavablar da tamam dinamik olur, yəni bugünün cavabı bir il bundan sonranın, ya bir il bundan əvvəlin eyni suala cavabından fərqlənir.
     Bu gün də belə bir sual-cavab içindəydim və sövq-təbii bunları bir kağız parçasına yazıram.
     -De görüm, dünya ədəbiyyatı tarixində sənin üçün ən böyük kitab hansıdır?
     -Dini kitabları çıxmaq şərtilə?
     -Əlbəttə.
      -«Don Kixot».
     -İllər dəyişir, amma «Don Kixot» sənin üçün dəyişməzdirdə?
     -Hə.
     -Yaxşı, dünya ədəbiyyatında ən böyük üç kitab?
     -1. «Don Kixot». 2. «Anna Karenina». 3. «Min bir gecə» nağılları.
     -XX əsrin ən böyük beş kitabı?
     -Mənim üçün şübhəsizdir ki, bunun ikisi rus ədəbiyyatındandır: «Sakit Don», «Ustad və Marqarita». Sonra, «Forsaytlar haqqında dastan», «Buddenborqlar», «Yüz ilin tənhalığı», «Məhkəmə». Prustun «İtirilmiş vaxtın sorağında» silsiləsi...
     Paho!..
     Yeddi oldu ki! Dayanmasam, siyahı hələ çox uzanacaq!..
     -Onda, ən yaxşı Azərbaycan romanı?
     -İlyas Əfəndiyevin «Geriyə baxma, qoca» romanı!
     -Rus ədəbiyyatında?
     -Bir roman adı çəkməliyəm?
     -Bəli.
      -«Anna Karenina».
     -Fransız ədəbiyyatında?
     -Emil Zolyanın «Ruqon-Makkarlar» silsiləsi.
     -İngilis ədəbiyyatında?
     -Defonun «Robinzon Kruzo»su.
     -Sənin üçün dünyanm ən böyük on yazıçısı?
     -Servantes, Şekspir, Füzuli, Rable, Defo, Molyer, Lope de Veqa, Tolstoy, Hüqo, Hamsun... Amma bu çox natamam bir siyahıdır. Yenidən cavab versəm, olsun ki, kimlərsə bu siyahıda kimlərisə əvəz edə...
     -Dünya ədəbiyyatında sənin üçün ən təsirli epizod?
     -Anna Kareninanın özünü qatarm altma atması.
     –Ən kədərli epizod?
     -Don Kixotun dəyirmanlarla vuruşması.
     -Ən faciəli epizod?
     -Otellonun Dezdemonanı boğması.
     -Ən gülməli epizod?
     -Skapenin Jerontu torbaya salıb kötəkləməsi...
     Bütün bunlar mənim bu gün, yəni 6 fevral 1984-cü ildə verdiyim cavablardır, sabah, bəlkə başqa cavablar verəcəm.
     Çox güman ki, elə də olacaq...
     Amma, hər halda, bu cavablar da yəqin həmişə mənimlədir.

TOLSTOY HAQQINDA


     Bütün dünya Tolstoyun 150 illiyini qeyd edir.
     Moskva mətbuatı bu yubiley barədə çox yazır, amma hələ ki, orijinal, yeni bir sözə rast gəlməmişəm.
     Yəni Tolstoy haqqmda daha hər şey deyilib?
     «Za rubejom»da Anri Truayyanm Tolstoy barədə məqaləsini oxudum. Bir fikri hafizəmdə qaldı: «O bütün bəşəriyyəti öz içinə sığışdırmışdı.»

NAPOLEON VƏ HÖTE


     Tarlenin Napoleon haqqmdakı monoqrafiyasmı oxuyanda mənə ən təsir edən yer nə Voterloo oldu, nə də Müqəddəs Yelena.
     Mənə ən çox təsir edən o oldu ki, Napoleon kabinetində onunla görüşməyə gəlmiş Höteyə oturmaq təklif eləməyib, özü oturub, qoca Höte də onun qarşısmda ayaq üstə dayanıb.
     Beləcə tanış olublar, söhbət ediblər.
     Ancaq leytenant Bonapart «Gənc Verterin iztirabları»nı oxuyanda o qədər təsirlənmişdi ki, Verter kimi, özünü öldürmək istəyirdi.
     İntihar etmədi.
     Höteni beləcə ayaq üstə saxlamaq üçün?

KİTAB VƏ MÜƏLLİF


     Yazıçı kitabı yazır və bundan sonra əslində o kitabın o yazıçıya (şəxsə) heç bir dəxliyyatı olmur, kitab özü müstəqil bir həyat başlayır: ya o saat ölür, ya merkantil mülahizələrə görə süni şəkildə yaşadılır (bizdə olduğu kimi, hakim ideologiya o layiqsiz kitabı təbliğ və təltif edir! düzdür, bu zaman yazıçışəxs də faydalanır), ya da insan ömrü müqabilində çox uzun, hətta əbədi bir ömür yaşayır («İlliada» və «Odisseya» kimi, Don Kixotun, yaxud Robinzonun kitabları kimi!).
     Yazıçmın həyatı öyrənilir, onun muzeyi yaradılır, adma küçələr, özünə heykəllər qoyulur, amma bu, tamam şərti bir şeydir.
     Bu günlərdə mən İlya Qililovun «Uilyam Şekspir oyunu və dahi Feniksin sirri» kitabmı oxudum.
     Yaxşı şekspirşünasdır və bu təzə kitabmda da «Şekspir sirri»ni açmaq istəyir, «Şekspir kim olub?» versiyalarmdan təzə birini irəli sürür.
     Qililova görə Şekspir Şekspir dövrünün Leyli və Məcnunu (Romeo və Cülyettası!) olan sevgililərdir: Rocer və Yelizavet Retlendlər.
     Yəni o əsərlər ki, artist Uilyam Şekspirin adma çıxılır (bu şəxsin həyatı öyrənilir! şəkilləri muzeyləri, teatrları, məktəblərdə ədəbiyyat kabinələrini bəzəyir, həyatı haqqmda filmlər çəkilir, əsərlər yazılır!..), həmin əsərləri əslində bu sevgililər yazıblar.
     Bəlkə də həqiqətən belə olub, bəlkə yox, bu da dinozavrların birdən-birə məhv olması, yaxud Misir piramidalarmın yaranması, yaxud da Atlandidanm suya qərq olması kimi bəşəri sirlərin min cürə versiyalarma bənzəyən versiyalardan biridir, bilmirəm, amma onu bilirəm ki, bunun bu gün həmin «Romeo və Cülyetta»ya, yaxud qısqanc Mavra, ya da Danimarka şahzadəsinə heç bir dəxliyyatı yoxdur.
     Onlar üçün qəti surətdə fərqi yoxdur ki, onları kim yazıb (həyata gətirib!), necə yazıb, hansı şəraitdə yazıb, hansı əzabları çəkib, yaxud hansı xoşbəxtlik məqamlarmda olub...
     Özü də bu həyatdakı naşükürlüyün, vəfasızlığm təzahürü deyil, sadəcə olaraq, ədəbiyyatm (və ümumiyyətlə, sənətin!) səciyyəsidir, sərt qanunauyğunluqlarmdan biridir.

«TİMUR VƏ ONUN KOMANDASI»


     Özü «Timur və onun komandası^ elə bil ki, Sov.İKP MK-nın və SSRİ Nazirlər Sovetinin birgə qərarıdır.

VAN KLİBERNİN KONSERTİ


     Mənim yeniyetməliyim rok-n-rol dövrünə təsadüf edir, amma günlərin bir günü klassik musiqi, qəfildən əsən bir külək kimi, mənim içimə daxil oldu.
     1958-ci ildə onda mən 16 yaşım içində idim heç kimin tanımadığı cavan və çox uzun bir amerikalı oğlan pianoçu Van Klibem P.Çaykovski adma Beynəlxalq Moskva Müsabiqəsində birinci yer tutdu və soyuq müharibənin şıdırğı bir vaxtmda amerikalı gəncin Sovet İttifaqında bu parlaq qələbəsi onu bircə günün içində bütün dünyada məşhur etdi. Müsabiqədən sonra Klibem birinci yerin qalibi kimi, SSRİnin bir-neçə şəhərində, o cümlədən, Bakıda konsert verdi və mən - rok-n-rol həvəskarı, klassik musiqiyə məhəbbətimə görə yox, Klibemi görmək istəyinə görə (ABŞ-dan gəlib!) o konsertə getdim və orada səslənən musiqi birdən-birə Klibemi, mənim aləmimi də... Tamam görünməz etdi.
     Ancaq musiqi idi, vəssalam, başqa heç nə və heç kim.
     Bu gün, eşitdiyimə görə, haradasa, Texasda Klibemin özünün adına Beynəlxalq Musiqi Müsabiqəsi keçirilir və bu müsabiqə də Çaykovskinin, Şopenin, Marqarita Lonqun, belçikalı Yelizavettanm adını daşıyan müsabiqələr qədər nufuzlu və mötəbərdir, amma otuz beş il bundan qabaq Bakı filarmoniyasının yay salonunda o amerikalı cavan oğlanın o konserti məni həyatda özünü axtaran yeniyetmə bir oğlanı, bəlkə də kobud çıxır, amma elə belə də demək istəyirəm, qamarlayıb sənətin o vaxta qədər, mənim üçün naməlum bir aləminə saldı.
     O zaman mən, əgər nəzərə alsaq ki, 10 yaşından hekayələr yazırdım, artıq «qocaman» hekayəçi idim, hətta roman da yazırdım və Andersen-Niksenin «Bəşər övladı Ditte» əsərinin adının təsiri ilə o romanın da adını «Bəşər övladı Həsən» qoymuşdum.
     Və mən indi (o konsertdən düz 23 il keçib), yəqin haradasa arxivimdə qalmış o hekayələri o zaman dahiyanə əsərlər hesab edirdim və 16 yaşın qətiliyi, maksimalizmi ilə tamam əmin idim ki, insanlar kütbeyin olduqları üçün, bu dahiliyi başa düşmürlər (və başa düşməyəcəklər!)...
     Ancaq o konsertdən sonra mən bütün gecəni həyət eyvanımızda oturdum, hafizəmdə fortepianonun dillərindən qopan o musiqi sədalarının təkrarına heç cür nail ola bilməsəm də, o musiqinin yaratdığı və mənim üçün tamam yeni olan bir ovqatla özüm üçün dünyanın ən böyük kəşflərindən birini etdim: sənətdə (və həyatda!) ilkin şərt o deyil ki, səni başa düşsünlər, odur ki, sən başa düşəsən! Sən başa düşəsən ki, həyat nədir! Sən biləsən ki, insan kimdir! Sən anlayasan ki, xislət nəyə qadirdir!

SİSTEM İSTEDADI MƏHV EDİR


     Sovet Ittifaqı bir çox istedadları məhv etdi: bir qismini müstəqim mənada qətlə yetirdi, başqa bir qismini qorxutdu, yaxud şimikdirdi və istedadı Leninin, Stalinin, Qızıl Meydanın, kolxozun, su-elektrik stansiyasının mədhinə yönəltdi, bir qismini isə daxilən sındıraraq könüllü-məcburi (!) surətdə böyük ədəbiyyatdan uzaqlaşdırdı.
     Rus sovet ədəbiyyatında sonuncular üçün, mənim aləmimdə, faciəli nümunələrdən biri Pavel Bajovdur.
     Bu yazıçının nağıllarını, xüsusən, «Daş-açar»ı, «Malaxit mücrü»nü, «Mis dağın sahibəsi»ni, «Ural nağılları»nı oxuyanda mən az qala cismən hiss edirəm ki, bu adam hakim ideologiyadan canını qurtarmaq, zəmanənin ədəbi-siyasi qalmaqallarından, qayğı-qorxularından kənarda olmaq üçün nağıllar aləmində qapanıb qalıb, yəni bu nağılların özündən mənim üçün aydın olur ki, onun böyük romanlara tuşlanmış epik istedadı özü tərəfindən zorla nağıllar çərçivəsinə pərçim edilib.
     Yadımdadır, başqa maraqlı bir rus yazıçısının Viktor Draqunskinin uşaq hekayələrini, xüsusən, «Denisin hekayələri»ni oxuyanda da məndə belə bir təəssürat yaranmışdı.

SUAL CAVAB


     -Ən maraqlı beş macəra kitabı? «Robinzon Kruzo, «Qulliverin səyahəti», «Myünhauzen», «Ovod», «Kapitan Qrantın uşaqları».

ALEKSANDR BLOKUN PYESLƏRİ


     Blok poeziyada nə qədər istedadlıdırsa, dramaturgiyada bir o qədər diletantdır.
      «Naməlum qadm», «Məzəxana», «Şah meydandadır» rus dramaturgiyasının Çexov dövründə yazılmış bu pyeslər Bloka yaraşmayan bir təbəssüm doğurur.
     Hətta «Qızılgül və Xaç» da tamam epiqonçuluqdur və oradakı XIII əsr Fransası operetta butaforiyasına oxşayır.

YAZIÇI TƏSKİNLlYİ


     Balzak yazırdı ki, «öz dövrünün, zəmanəsinin əxlaqını yüksəltmək əgər, hər hansı bir yazıçı yalnız publikanı əyləndirmək istəmirsə, o, bax, bu məqsədə can atmalıdır.»
     Düzdür, mən «yazıçı nə etməlidir?»lə bağlı bu cür mütləq tələbləri (əmr formasını!) qəbul etmirəm, amma indiki halda məsələ bunda deyil.
     Məsələ orasındadır ki, yazıçılar bu məqsədi qarşılarına qoysalar da, qoymasalar da, sövq-təbii həmişə ona can atıblar.
     Əxlaq isə... düzəlmir və bütün dövrlərin, zəmanələrin əxlaqında əxlaqsızlıqla əxlaq qoşa addımlayıb.
     Ədəbiyyat düzəldən (yaradan! qərar verən! əmr edən! nail olan!..) deyil, onun belə bir rolu çox şişirdilib (o cümlədən, Balzak tərəfindən), ədəbiyyat, sadəcə olaraq, şikayətçidir (yəni gücü yalnız buna çatır!).

MƏNİM TOLSTOYUM


     Svetayevanın öz Puşkini «Mənim Puşkinim»i var idi. O
      «Mənim Puşkinim»i oxuyurdu, «Mənim Puşkinim»dən yazırdı.
      «Anna Karenina»nı təzədən oxuyuram və fıkirləşirəm ki, hər bir oxucunun öz Tolstoyu «mənim Tolstoyum»u var.
     Hətta Aysunun da (hərdən axşamlar ona Tolstoyun uşaq hekayələrini oxuyuram) artıq öz Tolstoyu «mənim Tolstoyum»u var.
     Və heç şübhəsiz ki, mənim Elçinin Tolstoyu ilə başqa birinin Əhmədin, Məmmədin, İvanın, Conun Tolstoyu arasında da xeyli fərq var.
     Bir Tolstoy min Tolstoydur, yüz min Tolstoydur...

ALLERGİYA


     Məndə ədəbiyyatda soyuqluğa qarşı allergiya var və o soyuqluğu mən cismən hiss edirəm.

SİSTEM VƏ MAKSİM QORKİ


     İdeologiya yalnız canlı yazıçını («canlı istedadı») məhv etmir, bəzən dünyasını dəyişib getmiş yazıçıları da çox pis vəziyyətə qoyur.
     Sovet hökuməti qurulana qədər Maksim Qorki XX əsr rus ədəbiyyatınm böyük nümayəndəsi idi və əsrin əvvəllərində dünyada onun qədər populyar müasir yazıçı yox idi.
     Sovet hökuməti quruldu və Qorki fetişləşdirildi, romanları içində ən zəifi olan «Ana», hekayələri arasında ən sadəlövhü olan «Fırtına quşu haqqmda nəğmə» süni şəkildə ədəbiyyatm rəsmi etalonu səviyyəsinə qaldırıldı, gözəl «basyak» hekayələri, maraqlı «Foma Qordeyev»i, Artamonovlar və Samginlər haqqmda (yaxşı, pis) yazdıqları, hamısı kölgədə qaldı.
     Sovet İttifaqı dağıldı və bu dəfə də «yeni ədəbi ictimaiyyət» Sistemin, bu Sistemin ədəbi-ideoloji siyasətinin hayıfmı Maksim Qorkidən çıxmağa başladı: o nəinki fetişlik mərtəbəsindən aşağı endirildi, (bu labüd bir iş idi və haçansa baş verməli idi) ümumiyyətlə, bir yazıçı kimi onun üzərindən xətt çəkilməyə başlandı.
     Amma elə bilirəm ki, bu müvəqqəti bir haldır.
     Almaniyanm məğlubiyyətindən sonra Hamsunun da ədəbi aqibəti belə idi, amma bu gün Hamsun yenə öz yerini XX əsrin ən böyük yazıçılarından birinin (bəlkə də birincisinin?) yerini tutdu.
     Düzdür, Qorki Hamsun deyil, amma o da şübhəsiz ki, dünya ədəbiyyatı tarixində öz obyektiv yerini tutacaq.

TOLSTOY VƏ DAL


     Rus nəsrində və ümumiyyətlə, bədii ədəbiyyatında yaradıcılığın, zəhmətin miqyası etibarilə Tolstoy kimdirsə, rus filologiyasında da Dal o adamdır (az qalmışdı «o zəhmətkeşdir» yazım!).

ÇƏTİN RƏQİB


     Şahmatçılar arasında «çətin rəqib» ifadəsi var: şahmatçı başqa bir eyni şahmatçını heç cürə uda bilmir, ondan güclüləri ı ır, ondan zəifləri udur, onu isə uda bilmir.
     Uzun illərdən bəri mənim üçün belə bir «çətin rəqib» Dikkensdir.
     Dikkensi başlayıram və nə qədər edirəmsə də axıra çatdıra bilmirəm.
     Bütün bu illər ərzində onun cəmi üç romanını oxuya bilmişəm: «Balaca Dorrit», «Devid Kopperfild» və «Dombi və oğlu».
     Oliveri neçə dəfə başlasam da, qurtara bilməmişəm. «Soyuq ev»i də həmçinin.
     Mənim üçün çətinlik burasındadır ki, Dikkensin özü də «Soyuq ev» kimi soyuqdur.

GÖZLƏNİLMƏZ CAVAB


     Səhər gəzə-gəzə işə gedirdim və birdən-birə fikrimdən belə bir sual keçdi ki, dünya ədəbiyyatında ən dərdli (dözülməz dərdli!) surət kimdir?
     Məcnun?
     Don Kixot?
     Kral Lir?
     Yox...
     Və birdən bu suala özüm üçün də tamam gözlənilməz bir cavab verdim: Yaqo!

DÜNYANIN ƏN GÖZƏL ƏDƏBİ FALSİFİKASİYASI


     Dünyanın ən gözəl ədəbi falsifıkasiyalarından biri Qrimm qardaşlannın nağıllarıdır.
     «Bermen musiqiçiləri»ni də, «Canavar və yeddi çəpiş»i də, «Canavar və tülkü»nü də, «Qar qız»ı da, «Qızıl qaz»ı da xalq yaradıb.
     Bu bədii möcüzələrin nağılların müəllifi alman xalqıdır.
     Berlin Universitetinin professorları, məşhur folklorşünaslar
     -Qrimm qardaşları bu nağılları yazıya salıb özlərini də müəllif elan ediblər.
     Bu ona bənzəyir ki, mən «Məlikməmməd»i yazıya köçürüb müəllifınin də adını qoymuşam: Elçin.
     Ancaq bir əsas məsələ var: «Zoluşka»nı oxuyan balaca (yaxud böyük!) oxucu üçün başlıcası oradakı gözəl hisslər aləmidir, oradakı sehrdir və bunu professor yazıb, yoxsa xalqın dilindən köçürüb o balaca üçün bu, xeyli dərəcədə sonrakı bir şeydir.

F.DOSTOYEVSKİ QARŞISINDA GÜNAH


     Mən Dostoyevskini əvvəldən axıra kimi iki dəfə oxumuşam, «Karamazov qardaşları» ilə «Oyunçu»nu isə üç dəfə.
     Və uzun illərdən bəri məndə Dostoyevski ilə bağlı qəribə bir hissiyyat var: elə bil ki, onun qarşısında günahkaram, onun qarşısında bir suçum var.
     Şüur deyir ki, böyük yazıçıdır, ürək isə sevmir.
     O suç hissiyyatı da buradan gəlir.

SƏNƏTKAR ÖLMÜR


     Adətən, deyirlər: sənətkar ölmür. Təbii ki, bu məcazi mənada deyilən bir sözdür.
     Ancaq kitabla bağlı bu sözdə çox böyük əyanilik var: əgər mən, bu gecə olduğu kimi, yenə kitabı götürüb Molla Nəsrəddinin felyetonlarını oxuyuramsa, əslində bu, o deməkdir ki, Mirzə Cəlil bu gecə mənim evimə gəlib və mən onunla söhbət edirəm.

DÜMANIN HƏRBİ QƏLƏBƏLƏRİ


     Dümanın ədəbi uğurları, xüsusən, d’Artanyan haqqında romanları, elə bil ki, onun ədəbiyyatdakı hərbi qələbələridir. Əlbəttə, məndəki bu hissiyatın səbəbi o deyil ki, Dümanın atası Napoleonun generalı olub, səbəb Dümanın şpaqa (və şpaqaçılıq!) romantikasma məhəbbəti və sədaqətidir.

QOQOL SİRRİ


     Mən hərdən fıkirləşirəm ki, XIX əsr rus ədəbiyyatının ən sirli fiquru Qoqoldur: tam öyrənilməmiş, tam qavranılmamış; bir tərəfdə «Taras Bulba», o biri tərəfdə «Müfəttiş»; özün ukraynalı (düzdür, Qumilyova görə bu familiyanın mənşəyi gedib Ordaya çıxır), amma «Ölü canlar»da bu dərəcədə dərinliyinə varılmış rus xisləti; şəxsi həyat qapalı...
     Moskvadakı heykəllər arasında mənim xoşuma gələnlərdən biri (hərçənd mən heykəl azarkeşi deyiləm; heykəl daşdan düzəlir, daş isə soyuq bir şeydir, mərmər ondan da betər)
     Andreyevin Suvorov bulvarmda qoyulmuş Qoqol heykəlidir.
     Hər dəfə o heykəli görəndə mənə elə gəlir ki, Qoqol özü öz sirri barədə fıkirləşir: mən kiməm? mən nə yazıram? niyə yazıram? və bu dünya nə olan bir şeydir?

«ANNA KARENİNA»


     Əvvəllər «Anna Karenina»nı oxuyanda, onu vərəqlədikdə, onun barəsində fıkirləşəndə mənə elə gəlirdi ki, daha doğrusu, mən buna tamam əmin idim ki, Tolstoy Annanı dəruni bir məhəbbətlə (kişi məhəbbəti ilə!) sevir.
     Bu dəfə, elə bil, kimsə məni təhrik etdi, bu romanı təzədən oxudum və birdən-birə sözün əsl mənasmda sarsıldım: yox, belə deyil.
     Əksinədir!
     Bəlkə, özünün də bundan xəbəri olmayıb, amma o məhəbbətdən daha dərin qatda Tolstoy Annaya kin-küdurət bəsləyir, burada gizli, qapalı bir ədavət var!
     «Anna Karenina» dahinin bəlkə də, heç özünə məlum olmayan insani komplekslərinin yaratdığı bir əsərdir.
     «Don Kixot» nə qədər komplekssiz, azad, sərbəst, dahiyanə improvizasiyalar üzərində qurulmuş bir romandırsa, «Anna Karenina» bir o qədər komplekslərin bədii ifadəsidir (dahiyanə ifadəsi!).

YAŞASIN GÖZƏL «PERESTROYKA» VƏ YAXUD SİSTEM ABSURD YARADIR


     Bu sistem absurd ədəbiyyatmı yaxm buraxmır, amma özü sənətdə minlərlə absurd yaradıb və yaradır.
     İndi də Mixail Qorbaçov spirtli içgilərin əleyhinə kompaniya başlayıb və... sənətdə spirtli içki qadağan olunub!
     Yəni ədəbiyyatda içkinin admı çəkmək olmaz, hər hansı bir natürmortda içki şüşəsi, qədəh-fılan görünməməlidir və s.
     Üç gün bundan qabaq gecə Tofıq1 başıalovlu mənə zəng elədi: «Filmi2 saxlayıblar! Sən Allah, təcili bir şey fikirləş!»
     Filmdə belə bir surət var: əsas qəhrəmanın Ağababanın və onun ailəsinin qonşuluğunda içkini xoşlayan əhli-kef bir kişi yaşayır, gecənin yarısına kimi, orada-burada vurur və evə gələndə də arvadı onu içəri buraxmır, darvazanın qabağında oturub Ağababa ilə söhbət edirlər.
     Ənənəvi bir surətdir, amma Abşeron koloritini, fılmin ümumi psixoloji ovqatını vermək üçün, xüsusi bədii yükü var.
     İndi məlum olub ki, ekranda içmək və ümumiyyətlə, içən adamı göstərmək olmaz!
     Tofiq təcili, yardım istəyirdi!
     Mən ha fikirləşdim ki, bir çıxış yolu tapım, amma bir şey alınmadı.
     Bu gecə yarım saat bundan qabaq Tofiq yenə də (bu dəfə sevincək!) zəng etdi: «Tapmışam! Şahmatisdi!»
     Deməli, bizim həmin əhli-kef dostumuz, üç gün inzibati qaydada çəkilişi dayandırılmış Tofiqin yaradıcılıq aləmində əzabəziyyətlə fıkirləşib tapdığma görə, şahmatçıya çevrilir və şahmatı çox sevdiyinə görə də, haralardasa gecə yarısına qədər şahmat oynayır və geri qayıdanda arvadı onu evə buraxmır.
     Yazıq Tofiq çox xahiş etdi ki, qoy belə olsun, mən də bu absurddan bıkıb: «Nə istəyirsən, onu da et!»dedim.
     Bu da doğma partiyamızın sənətə qayğısı!
     Elə indi «Literatumaya qazeta»nın son nömrəsi mizimin üstündədi: baş məqalə partiyanın sənətə «qayğısı»ndan danışır. Yəqin Çakovski yazıb... Ürəyində, partiyanı da, onun qayğısını da ələ sala-sala...

<< 1 / 2 / 3 / 4 / 5 / 6 / 7 / 8 / 9 / 10 >>

Bölmə: Azərbaycan ədəbiyyatı | Əlavə edildi: azerhero (03.09.2014) | Müəllif: R.C E W
Baxış: 732 | Reytinq: 0.0/0
Bütün rəylər: 0
omForm">
avatar

Kitablar — zamanın dalğaları ilə səyahət edən və nəsildən-nəslə öz qiymətli yükünü ehtiyatla aparan fikir gəmiləridir.

- Frensis Bekon

Son 90 gün ərzində kitab oxumamaqdan daha pisi kitab oxumadığına görə narahat olmamaqdır.

- Cim Ron

Kitabları yandırmaqdan daha pis şey onları oxumamaqdır.

- Rey Bredberi

Yaxşı kitab aysberqə oxşayır, onun yeddi-səkkiz hissəsi suyun altında gizlənib.

- Ernest Heminquey

Kitablarım mənə çatacaq qədər böyük bir krallıqdır.

- Shakespeare

Mən, kitablarımı yaratmadan əvvəl, kitablarım məni yaratdılar.

- Montaigne

Kitabsız yaşamaq; kor, kar, dilsiz yaşamaqdır.

- Seneca

Bu günün gərçək universiteti, bir kitabxanadır.

- Carlyle

Kitab, tək ölümsüzlükdür.

- Rufus Choate

Exlaqa uyğun ya da zidd kitab deyə bir şey yoxdur. Kitablar ya yaxşı yazılmışdır, ya da pis. Hamısı bu qədər!

- Oscar Wilde

Ümidlə açılıb qazancla bağlanan bir kitab, yaxşı bir kitabdır.

- Alcott

Kitablar, itmiş başların abidələridir.

- Sir William Dave

Kitablar, heç solmayacaq bitkilərdir.

- Herrick

Kitab heç aldatmayan bir yoldaşdır.

- Guilbert De Pixrecourt

Axmaqlarla oturub-durmaqdansa , kitabla tənha oturmaq yaxşıdır.

- Qasım bəy Zakir

İnsan güc ilə yox, mütaliə etməklə ağıllanır.

- C.Bruno

Az bildiyini başa düşmək üçün çoxlu oxumaq lazımdır.

- Mişel Monten

Kitablar özünüzə və başqalarına hörmət etməyi öyrədəcək, ürəyi və ağlı, dünya və insanlıq sevgisiylə dolduracaq.

- Maksim Gorki

Kitab həyatın ən uzaq və qaranlıq yollarında insana işıq bəxş edən əfsanəvi çıraqdır

- A.M.Upit

BAKI QIZLAR UNİVERSİTETİ
1992-ci ildə təsis edilən və həmin vaxtdan da fəaliyyətə başlayan Bakı Qızlar Universitetinin (əvəllər Bakı Ali Pedaqoji Qızlar Seminariyası adlanırdı) yaradılmasında məqsəd respublikada qadın pedaqoji kadrlar yetişdirmək, onların intellektual səviyyəsini yüksəltmək və gənc qızları ailə həyatına hazırlamaqdan ibarətdir. Hazırda universitetdə "Sosial pedaqoji” və "Filologiya-tarix” fakültələri fəaliyyət göstərir. "Sosial pedaqoji” fakültədə "Təhsildə sosial-psixoloji xidmət”, "Psixologiya”, "Coğrafiya müəllimliyi”, "ibtidai sinif müəllimliyi”, "Məktəbəqədər təlim və tərbiyə”, "Riyaziyyat və informatika müəllimliyi”, "Filologiya-tarix” fakültəsində isə "Xarici dil (ingilis) müəllimliyi”, "Azərbaycan dili və ədəbiyyat müəllimliyi”, "Tarix müəllimliyi”, "Jurnalistika” üzrə bakalavr, "İbtidai sinifdə tədrisin metodika və metodologiyası”, "Pedaqogika nəzəriyyəsi və tarixi”, "Azərbaycan ədəbiyyatı”, "Azərbaycan dili”, "Azərbaycanın yeni və ən yeni tarixi” sahəsində magistratura səviyyəsində kadr hazırlığı aparılır.
Bakı Qızlar Universiteti Nazirlər Kabinetinin 1996-cı il fevralın 21-də 21 saylı sərəncamı ilə dövlət qeydiyyata alınmışdır. 2013-cü ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin lisenziya komissiyası BQU-nun çoxilli fəaliyyətinin, onun yüksək maddi-texniki bazasının, infrostrukturunun, təlim-tərbiyə sisteminin Azərbaycan Respublikası təhsil Qanununa Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Ali təhsil Müəssisələrinin fəaliyyətinə xüsusi razılıq (lisenziya verilməsi haqqında qərarına, Azərbaycan Respublikası Təhsil Nazirliyinin sənədlərinə uyğn qurulduğunu, pedaqoji kadrların hazırlanmasında əldə olunmuş nailiyyətlərini nəzərə alaraq universitetin fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsini məqsədəuyğun hesab etmişdir. Eyni zamanda 2013-cü ildə universitet akreditasiyadan keçmişdir. Universitetdə müxtəlif fənnlər üzrə kabinetlər, dörd kopüter otağı, kitabxana, badii yaradıcılıq studiyası, tələbə elmi cəmiyyəti, Tələbə Gənclər təşkilatı, dörd dərnəklər, nəşriyyat, idman zalı, yeməkxana, kadrlar şöbəsi və mühasibatlıq fəaliyyət göstərir.
Learn more