Əsas » Məqalə » Azərbaycan ədəbiyyatı

Əfəndiyev Elçin yaradıcılığı- "Ədəbi düşüncələr" necə yarandı-5

<< 1 / 2 / 3 / 4 / 5 / 6 / 7 / 8 / 9 / 10 >>

METOMARFOZA


     XIX əsrin birinci yarısında Lermontov «zəmanənin qəhrəmanı»nı Peçorini kəşf etdi, ancaq XIX əsr XX əsrə yaxınlaşmağa başladıqca «zəmanənin qəhrəmanı» Mopassanın «əziz dost»una Jorj Dyuruaya çevrildi.

KONRAD SİRRİ


     C.Konrad mənim üçün XIX əsr ədəbiyyatmın və ümumiyyətlə, ədəbiyyatm qəribə, anlaşılmaz bir hadisəsidir (möcüzəsidir?!).
     Yəhudi Heyne böyük alman şairidir, Almaniyada doğulub, alman dilində yazıb və onun yaradıcılığı Almaniyanı ifadə edir.
     Ukraynalı Qoqol böyük rus yazıçısıdır, Rusiyada doğulub, rus dilində yazıb və «Ölü canlar» da, «Müfəttiş» də başdan-başa sırf rus tipajlarmdan ibarətdir.
     Rus Nabokov Rusiyada anadan oldu, mühacirətə getdi, ing- ilis dilində yazmağa başladı, amma rus yazıçısı olaraq qaldı, onun yazıları məhz rus təfəkkür tərzinin məhsuludur.
     Əlbəttə, bü cür nümunələrin sayını çox artırmaq olar, mən ilk ağlıma gələnləri yazdım.
     Polşalı C. Konrad ancaq 23 yaşında İngiltərəyə gedir, orada dənizçiliyə başlayır və... ingilis yazıçısı olur!
     Möcüzədir, amma fakt budur: ingilis ədəbiyyatının gələcək stilisti və klassiki bu ədəbiyyatı ilk dəfə Polşa dilindəki tərcümələrdə oxumuşdu.
      «Lord Cim», «Nestromo», «Məxfi casus» bunlar hamısı ilk cümləsindən son cümləsinə kimi, ingilis yazıçısmm özünüifadəsidir.
     Həqiqətən, bir sirri-xudadır!

PARLAQ GEMOFRİDİT İSTEDAD


     Mən ədəbiyyatı kişi yazıçılara və qadm yazıçılara bölməyi düzgün hesab etmirəm. Ədəbiyyatm yeganə meyarı istedaddır.
     Ancaq bəzən istedad da xasiyyət, hissiyyat kimi, öz sahibinin cinsini biruzə verir.
     Bu mənada F.Saqan, təbii ki, kişi yazıçı deyil.
     Amma «Salam, qüssə», «Qəmgin baxış», «Soyuq suda bir az günəş» kimi əsərlərində, xüsusən, «Siz Bramsı sevirsinizmi?» povestində qadm yazıçı da deyil.
     Ən yaxşı əsərlərində elə həmin «Siz Bramsı sevirsinizmi?»də Saqan parlaq istedada malik gemofriditdir.

XX ƏSRİN NƏSRİ


     XIX əsrin hegemon (!) dünya nəsrinin istiqamətini müəyyən edən nəsri ilk növbədə rus (Tolstoy, Dostoyevski, Turgenev, Qoqol, Çexov...) və fransız (Balzak, Stendal, Hüqo, Zolya, Flober, Mopassan...) nəsridir.
     XIXəsrin isə, bu mənada nəsri ilk növbədə alman nəsridir (T.Mann, F.Kafka, L.Feyxtvanger, S.Sveyk, H.Mann, A.Sveyk, E.M.Remark, H.Böll...).
     Belə bir bölgü, təbii ki, mənim içimdəki hiss-həyəcanın, mənim düşüncələrimin ifadəsidir.
     Misal üçün, atam başqa fikirdədir. İlyas Əfəndiyev üçün XX əsrin nəsri, ilk növbədə, ABŞ nəsridir: Folkner, Heminquey, Dos Passos, Steynbek, Kolduell, Sellincer, Apdayk...

CEK LONDON SAFLIĞI


     Məndə həmişə belə bir təəssürat (bəlkə də bu yerdə «belə bir hissiyyat» demək yerinə düşər) olub ki, Cek London antik tragediya qəhrəmanlarından biridir və iki minillik zamanın üzərindən adlayaraq birdən-birə XX əsrə gəlib çıxıb.
     Əsrlər bir-birini əvəz etdi, riyanın miqyası artdı, atom bombaları İsgəndərin, Hannibalın, Spartakın qəhrəmanlığını əlçatmaz, ünyetməz bir mənəvi uzaqlığa atdı, partiya qurultayları antik senatları gülünc və gücsüz şeyə çevirdi və s., və i.a., amma Cek London elə bil ki, bütün bunlardan xəbərsiz XX əsrə gəldi və tab gətirmədi.

«QIZIL İNSAN» HAQQINDA


     Siyasi taleləri gətirməyən xalqların belə bir tarixi «bəxtsizlikləri» çox zaman onların ədəbiyyatmın da tanınma miqyasına, şöhrətinə, nümunələrinin dünya ədəbiyyatı kontekstində layiqli yer tuta bilməsinə təsir edir.
     Mən «Qızıl insan^ı XIX əsr dünya ədəbiyyatının çox əhəmiyyətli romanlarından biri hesab edirəm və o Fransada yaransaydı, müəllifinin adı heç şübhəsiz ki, Zolya ilə, Flober ilə, Mopassan ilə birgə çəkilərdi, dərsliklərə salınardı.
      «Qızıl insan» ədəbiyyatda çox dərin psixoloji təsvir bacarığı (iqtidarı!) tələb edən «Sergiy Ata» xəttinin bir nümunəsidir və yazıçı qəhrəmanı Mixay Timarın xislətindəki o qatları açıb ki, bunu yalnız Allah vergisi dediyimiz o istedad edə bilər.
     Bu gün «Qızıl insan»la Macarıstandan kənarda ancaq macar ədəbiyyatı mütəxəssisləri tanışdır.
     «Qızıl insan»dan sonrakı bu təəssüratı yazıram, amma birdən fikrimdə suallar yaranır:
     Bəs, necə oldu balaca Norveçdən İbsen və Hamsun dünya ədəbiyyatında bu dərəcədə yüksək bir yer tutdu?
     Bəs, kiçicik İslandiyadan Laksnes?
     Amma hər halda...

RAMSESLƏR ROMAN YAZMAĞA SÖVQ EDİR


     Pyer Montenin faraonlar dövründə misirlilərin gündəlik güzəranını təsvir edən «Ramseslər Misiri» monoqrafiyasını mən elə bir həvəslə oxudum ki (gecə 12-də başladım ki, bir-iki səhifədən sonra yatım və... səhər saat 5-də bitirdim), son vaxtlar belə bir maraqla oxumağım yadıma gəlmir.
     Çox böyük zəhmətin, tədqiqatın, yaradıcı ehtirasın nəticəsidir.
     Ancaq beynimdə bu kitaba qarşı nankor bir fikir dolaşmaqdadır: Floberin kiçicik «Solombo»su, yaxud Feyxtvangerin «Yalançı Neron»u qədim dünyanı mənə daha artıq tanıtmışdı...
     Yəqin ona görə ki, bu monoqrafiyada bütün ritual və mərasimlərin, məişətin, dini, ictimai-siyasi institutların, qurumların, səyahətlərin, mədəniyyətin, qanunların dəqiq təsviri var, amma... canlı insan yoxdur (elmi monoqrafiyada elə belə də olmalıdır!).
     Və yəqin elə ona görə də bu monoqrafıyanı oxuyandan sonra, adam qədim Misir haqqında roman yazmaq istəyir...

XƏSİSLƏR MÜXTƏLİFDİR


     Dünya ədəbiyyatında bir silsilə xəsis surəti var. K l a s s i k nümunə: Hobsek .
     Azərbaycan klassik ədəbiyyatında da yüksək bədii-estetik səviyyəli surətlər xətti xəsislər var: Hacı Qara, Hacı Qənbər, Məşədi İbad...
     Ancaq Azərbaycan ədəbiyyatındakı bu surətlər qalereyası dünya ədəbiyyatındakı klassik xəsisdən xeyli fərqlənir.
     Hobsek qızılın quludur. Yalnız qızıl başqa bir şey onu maraqlandırmır və bu mənada Hobsekin bütün insani hissləri, əgər belə demək olarsa, qullaşmışdır.
     Hacı Qara, Hacı Qənbər, xüsusən, Məşədi İbad isə, qul deyil, onlar canlı insanlardır, igidlik nümayiş etdirmək istəyirlər, cavan və gözəl qızlarla eşqbazlıq əzmindədirlər, bir sözlə, bu adamların mənəvi dünyasında mal-dövlətin çox böyük hörməti var, hətta onlarda tipik xəsis xüsusiyyətləri açıq-aşkardır (əlli yaşlı Məşədi İbad gənc bir qızla eşqbazlıq sövdasına düşüb minmin, yüz-yüz pul xərcləyir, amma Hambalın iyirmi qəpiyini verməyə ürək eləmir!), amma bu, Hacıların da, Məşədinin də koloritini nəinki azaldır, əksinə, daha da artırır.
     Hobsek primitiv və misgin olduğu qədər də qorxuncdur, ondan qorxursan.
     Bizim Hacılar, Məşədimiz isə qorxunc deyil, gülüncdürlər və şəxsən mən böyük məmmuniyyətlə onlarla bir məclisdə iştirak edərdim, yola çıxardım, hətta onlarla dostluq da edərdim.

ÇABA AMİREDJİBİNİN «DATA TUTAŞXİA»SI VƏ «İNCƏ MEMET»


     «İncə Memetodən sonra «Data tutaşxia» ilkin fəsillərdə mənə, deyilmişlərin təkrarı kimi göründü, ancaq Data Memetə nisbətən intellektualdır və bu romanın «Data»nın ən maraqlı cəhəti orasındadır ki, Data surətində ibtidai igidliklə (at belindəki igidlik! Koroğlu, Qaçaq Nəbi, Qaçaq Süleyman igidliyi!) intellektuallığın (fəlsəfi dünyagörüşünün demirəm, məhz intellektuallığın) çox üzvi, təbii bir vəhdəti var.
     Şəxsən mənə bu böyük (həcm etibarilə) romanı oxudan, həm də maraqla oxudan da həmin o vəhdətin bədii ifadəsidir.

ƏDƏBIYYATA ORTODOKS MÜNASIBƏT


     Sovet ədəbiyyatşünaslığı yalançı və çox zaman da məntiqsiz, hətta gülünc bir model düzəldir və nəyin bahasına olursa-olsun, tədqiq obyektini həmin modelin içinə pərçim etməklə məşğul olur.
     Neçə müddətdi ki, Balzakı oxuyuram.
     Dünən Axundova getmişdim (köhnə adətlə!), A.Puzikovun vaxtılə Moskvada nəşr olunmuş «Onore Balzak» kitabını kortotekada gördüm və götürüb oxudum.
     Yazır: «Burjua cəmiyyəti insanları bir-birindən ayırdı, insanı insanla bağlayan bütün telləri dağıtdı» , guya ki, bizim bu gözəl sosializm cəmiyyətində, yaxud qədim quldarlıq cəmiyyətində insanlar yalnız bir-birinin üzündən öpməklə məşğul imiş...
     1937-də bizdə belə olub, yoxsa qədim Romadakı qladiator döyüşlərində, yaxud Kolumb Amerikanı kəşf edəndə? Nə zaman?
     Və Puzikov beləcə müəyyənləşdirdiyi «burjua cəmiyyətinin» irticası kontekstində «İnsanlıq komediyası»nı təhlil etməyə başlayır, əslində isə Balzakı bəhanə edib «buıjua cəmiyyəti»nin ifşasıyla məşğul olur.
     Buna görə də onun kitabı ədəbiyyatşünaslıq əsərindən çox, «Kommunizmin əsasları»nı öyrənmək üçün yardımçı (yalançı!) ədəbiyyata oxşayır
     Bu kitabın nəşrindən düz on dörd il1 keçib, amma heç nə dəyişməyib, sovet ədəbiyyatşünaslığı elə hey «Kommunizmin əsasları»nı öyrətməklə məşğuldur və bu məktəbi bitirmək isə, heç cürə mümkün deyil.

XX ƏSRIN NAĞILI


     Folklorun konkret tarixi yoxdur, bu, aydın məsələdir, amma «Mavi Quş» mənim üçün tam dəqiqliyi ilə XX əsrin nağılıdır.
     Ona görə yox ki, bu nağılın müəllifi var və Meterlink bunu XX əsrdə yazıb.
     Ona görə ki, XX əsrin heç bir elmi-texniki atributu olmayan bu əsər bu məlakələr və ruhlar nağılı məhz XX əsrin bədii özünüifadəsidir.

GECİKMİŞ KƏŞFLƏR


     Bu gün biz Markesi, Kortasarı, Amadunu, Asturiası oxuyaoxuya Latm Amerikası ədəbiyyatını kəşf edirik, bu yazıçılar elə bil ki, bir qəfil (və naməlum!) əsimlə birdən-birə, tamam gözlənilmədən bizim həyatımıza daxil oldu.
     Amma, sən demə, bu, gecikmiş kəşf imiş.
     Dünən gecə «Don Ramironun şöhrəti» romanmı oxudum, əsrin əvvəllərində yazılıb və mən bütün günü onun təəssüratı altmdayam və bu təəssürat tamam yeni, təzə bir aləmdən xəbər verir: bu rus, fransız, yaxud ingilis, hətta ispan (Latm Amerikasına ən yaxmı və Braziliyadan savayı eyni dillisi) yox, mənim üçün məhz yeni bir dünyanm Latm Amerikasmm prozasıdır.
     Əsrin birinci onilliyində yazılmış «Don Ramironun şöhrəti»ndə mən, «Yüz ilin tənhalığı»nın da, «Donna Flor və onun iki əri»nin də, «Qısa ömür»ün də, «Fırtma»nm da, «Artemio Krusun ölümü»nün də XX əsrin bu böyük romanlarmm başlanğıcını nəinki hiss etdim, az qala əyani şəkildə gördüm və yəqin ki, Latm Amerikasmm «Don Ramironun şöhrəti» kimi başqa romanları da var, sadəcə olaraq, mənim onlardan xəbərim yoxdur.

PSİXOLOJİ «QADIN» NƏSRİ, YOXSAQADIN PSİXOLOJİSİ?


     Tədqiqatçılar, o cümlədən, N.Siqal, yazırlar ki, fransız ədəbiyyatmda «psixoloji «qadm» romanı» hesab olunan romanlar bünövrələrini «Şahzadə qız Klevskaya»dan götürür.
     Ancaq mənim üçün «Şahzadə qız Klevskaya»da Fransuaza Saqandan qat-qat artıq dərəcədə, «Madam Bovari»nin başlanğıcı var, yəni fransız ədəbiyyatmdakı «Madam Bovari» xətti, elə bil ki, oradan başlayır.
      «Madam Bovari» xətti ilə rus ədəbiyyatındakı «Anna Karenina» xətti bir-birinə bənzəyir, amma bu, tamam zahiri bənzəyişdir, çünki onların mayası başqadır.
      «Anna Karenina» xətti daha artıq sərtdir, buradakı hisslər daha artıq gizlindədir, qapalıdır, «Madam Bovari» xəttinin hisslər aləmi isə çılpaqdır, daha çılğın və görümlüdür.

BALZAKIN... FRANSIZ DİLİNƏ YENİ TƏRCÜMƏSİ


     Filipp Erianın «Tərbiyəsiz uşaqlar» romanı heç şübhəsiz ki, istedadlı bir qələmin bəhrəsidir və orijinal əsərdir.
     Ancaq bu romanı oxuduqca bir hiss həmişə mənimlə idi: elə bil ki, Eria Balzakı qabağına qoyub zamanı, adları, hadisələri dəyişdirə-dəyişdirə üzünü köçürüb.

TAMAM MÜXTƏLİF BUCAQLARDAN DÜNYAYA BAXIŞ


     Son vaxtlar qədim (VIII IX əsrlər) Çin yazıçıları Xan Yuy və Lyu Tszun-yuanın (klassik Çin ədəbiyyatınm böyük nümayəndələri hesab olunurlar) hekayələrini (bəlkə də «hadisə təsvirləri»ni demək daha düz olar), pritçalarmı, başqa (janrsız! hər halda mən onlarm «nə» olduğunu müəyyən edə bilmədim!) yazılarını oxudum, sonra Çin xalq nağıllarmı oxudum, nəhayət, bu gün səhər ikicildli «Qızıl güldanda gavalı çiçəkləri, yaxud Tszin, Pin, Mey» adlı XVI əsr müəllifsiz Çin romanmı oxuyub qurtardım.
     Hamısı, xüsusən, nağıllar çox maraqlıdır, bəzən detallar, ştrixlər, hətta heyrətamizdir, amma... tamam yaddır!
     Mən İslam, Şərq aləmini demirəm, almanlarm, yaxud ingilislərin, fransızlarm, yaxud slavyan xalqlarmm, hətta ən ucqar Afrika xalqlannın folklorunu oxuyanda Azərbaycan folkloru ilə səsləşən məqamlarla, motivlərlə, bəzən üst-üstə düşən hadisələrin təsviri ilə daima rastlaşmışam, ancaq Çin folklorunda, qədim Çin ədəbiyyatında mən bircə dəfə də olsun, belə bir şeylə rastlaşmadım.
     Hətta hadisə, situasiya oxşarlıqları olanda da, onlarm bədiipsixoloji təqdimatı elədir ki, əgər belə demək mümkünsə, «yad oxşarlıq»dır, bu oxşarlıqda təbii bir yaxmlıq yox, elə bil ki, süni imitasiya var; tanışdır (daha doğrusu, tanış kimidir), amma yaddır, elə bil ki, aranı qalm və buz kimi soyuq bir şüşə qatı kəsib, o tərəfdə nəsə, tanış bir şey görürsən, amma ona toxunmaq, götürüb o tərəfınə, bu tərəfınə baxmaq, doğmalığmı hiss etmək mümkün deyil.
     Bunun səbəbi bədii təfəkkür tərzinin, dünyagörümünün (görüşünün yox, görümünün!) müxtəlifliyində, bədii keyfiyyət, bədii meyar, bədii müqayisə fərqindədir.
     İkinci bir səbəb də var (və əslində bu elə birinci səbəbdən doğur): B.Riftin nağıllara ön sözdə yazır ki, «Feodal Çin əsrlər boyu çinovniklər imperiyası kimi tanmıb)).
     Mən bu kitabları oxuduqca, onlarda bilavasitə xalqm bədii özünüifadəsini (bizim folklorda olduğu kimi) yox, məhz çinovniklər dünyasmm, çinovniklər hissiyyatmm (əlbəttə, onlar da insandır!) özünüifadəsini gördüm.

BRANNER DEMƏK İSTƏDİKLƏRİNİN HAMISINI BİR KİTABDA DEDİ


     Elə yazıçılar var ki, onun bircə yazısmı oxumaq kifayətdir ki, maqnit kimi səni özünə çəksin, hətta səndə nəsə manikal bir həvəs yaratsm və sən bir müddət gecə-gündüz onu oxuyasan.
     Yadıma gəlir, doqquzuncu sinifdə idim. Napoleon haqqmda rus dilində nə çıxmışdısa tapıb oxuyurdum və o zaman Stefan Sveykin «Bir də qayıtmayacaq an» adlı on-on birsəhifəlik bir yazısmı oxudum: 18 iyun 1815-ci ildə Vaterloo döyüşü zamanı general Qruşi Napoleona köməyə gedə bilmir və bu sənədli novella da dahiyanə psixoloji təfərrüatla həmin hadisəni təsvir edirdi.
     O vaxta qədər mən Stefan Sveyqi oxumamışdım və o kiçik yazıdan sonra Napoleon yalan oldu və mən Sveykin nəyi vardısa, hamısını oxumağa başladım.
     Bütün bunları indi ona görə xatırladım ki, dünən Hans Kristian Brannerin hekayələrini oxudum («İnostrannaya literatura»nın kitabxanası» seriyasından nəşr olunub və ümumiyyətlə, axır vaxtlar həmin seriyadan gözəl kitablar nəşr olunur), çox xoşuma gəldi, hətta onlardan birini «Yazıçı və qız»ı, əgər mən XX əsrin hekayə antologiyasını hazırlasaydım, ora daxil edərdim.
     Bu yazıçının məşhur romanları var, amma... Branner elə bil ki, demək istədiklərinin hamısını hekayələrində mənə dedi və məndə bu gözəl yazıçının romanlarını tapıb oxumaq həvəsi qalmadı.

FƏXRƏDDİN SƏMİMİLİYİ


     Bu Bu günlərdə Ömər Faiq Nemanzadə haqqında bir esse yazdım və XIX əsrin sonu, XX əsrin ilk onilliyində yazıb-yaratmış, fəaliyyət göstərmiş Azərbaycan maarifçilərinin adını çəkmək istəyəndə o maarifçilərin sırasında sövq-təbii olaraq az qala Fəxrəddinin də adını yazacaqdım.
     Bu Fəxrəddin olsun ki, bir o qədər də sanballı, daha artıq bir səriştə ilə bədii nöqtəsi, estetik möhürü vurulmuş (!) bir əsərin qəhrəmanı deyil, dramaturji baxımdan iradlar doğurur, amma, o, son dərəcə səmimidir və onu canlı edən, yada salan, az qala, canlı bir varlıq kimi mənim qələmimin ucuna gətirən də bu səmimilikdir.

YANIN TRİLOGİYASI

YANIN TRİLOGİYASI
     V.Yan gənclik çağlarında o vaxtlar ki, jumalistliklə məşğul idi və səyyahlıq edirdi at belində Qaraqum çöllərini, Hivədən tutmuş Buxarayacan məşhur Orta Asiya diyarlarını, İran ərazisini gəzmişdi və bu səyahətləri barədə maraqlı yol qeydləri yazmışdı.
     Sonra tarixi romanlar (uşaq vaxtı onun «Spartak»ını, «Finikiya gəmisi»ni oxumuşdum) nəşr etdirib və yalnız uzun ömrünün axırlarında birdən-birə fakturanı tamam dəyişərək «Çingiz xan»ı, «Batı»nı, «Sonuncu dənizə doğru»nu yazıb.
     Mənim üçün tamam aydındır: bu trilogiya onun o gənclik çağlarında at belindəki o səyahətlərinin ifadəsidir.
     Bu üç romandakı kolorit də, tarixi yaxşı öyrənməkdən qatqat artıq dərəcədə o səyahətlərin təəssüratından gəlir, çünki detallar o qədər canlıdır ki, onlar şəxsən görülüb, hiss edilib və o görüm də, o hisslər də onun yazıçı yaddaşına hopub.
     Bu trilogiyanın səhifələrində dünyanın mənasını, həqiqəti, ədaləti axtaran Hacı Rəhman da o gənc səyyahın özünüifadəsidir.
     Əlbəttə, Yanın istedadla yazılmış bu trilogiyası Stalin dövrünə təsadüf etməsəydi, Hacı Rəhmanın da o məna, həqiqət və ədalət axtarışları daha dərin olardı, çünki tamam aydın hiss olunur ki, müəllif sovet ideologiyası çərçivələrindən kənara çıxmaqda çox ehtiyatlıdır, o həndəvərdən uzaqlaşmağa ürək eləmir, qorxur.

ŞOU ÇEXOVU TƏRCÜMƏ EDİR


     Sou «Ürəkləri sındıran ev» (yaxud «Ürəklər smdırılan ev») pyesinin janrmı belə müəyyənləşdirib: «İngilis mövzularmda rus üslublu fantaziya».
     Bu «fantaziya»nı oxuyandan sonra, məndə elə bir təəssürat yarandı ki, Şou «Vanya dayı»nı, «Qağayı»nı və «Gilənar bağı»nı‘ birləşdirib və bu kompilyasiyanı ingilis dilinə tərcümə edib, nəticədə də bu pyes yaranıb.
     Olsun ki, mən bir az hissə qapılıram, amma fakt budur ki, bu pyes başdan-başa Çexovdur.
     Adətən, mən Şouda İbseni görürdüm.
     Ümumiyyətlə, Şou böyük (hətta dahi!) improvizatordur. Əgər belə demək olarsa, orijinal improvizator!

İNGİLİS YAZIÇISI DA İSTİQANLI OLA BİLƏRMİŞ!


     Mənim üçün XIX əsr ingilis ədəbiyyatının ən istiqanlı yazıçısı Corc Eliotdur.
     Xüsusən, «Flossdakı dəyirman»da.
     Bu romandakı qədər ingilis əyalət koloritinin hərarətini mən nə Dikkensdə, nə Tekkereydə hiss etmişəm.
     Bəlkə ona görə ki, Corc Eliot qadındır?

KAMİL YAŞEN VƏ AUQUST YAKOBSONLA BİR YERDƏ QATARLA BAKIYA GEDİRİK


     Gecə düşüb, doğma 5-ci qatarla Moskvadan Bakıya qayıdıram, həmişəki kimi, kupedə təkəm və irəlidə də hələ sutkayarımlıq yol var.
     Kamil Yaşenin «İnqilab şəfəqləri» adlı bir pyesini oxudum (dünən Azərin stolunun üstündən götürmüşdüm).
     Lenin haqqmdaymış...
     Mən indiyə qədər Yaşenin heç bir yazısını oxumamışdım (elə ona görə də qatarda oxumaqçın bir də nə vaxt Y aşeni oxuyacağam? bu pyesin rusca makina yazısını Azərdən götürdüm), özünü isə tanıyıram, Özbəkistan Yazıçılar İttifaqının sədridir, Bakıda, Daşkənddə onunla görüşmüşəm, xüsusən, Moskvada cürbəcür ədəbi məclislərdə onunla rastlaşıram (hər dəfə də İmranla Mirzə İbrahimova salam göndərir) və həmin ədəbi məclislərdə, toplantılarda ağzını açıb bircə kəlmə də danışmır, eləcə susur rəhmətlik Cəfər müəllim demişkən, rəhbər dekorasiya! amma sadə, təvazökar bir adamdır, hiss olunur ki, xeyirxahdır.
     Bu yazı isə...
     Allah Kamil Yaşenə kömək eləsin!..
     Ümumiyyətlə, sovet Leninianası yalançı və ideal bir Lenin obrazı yaradıb və Lenin haqqında nə yazılırsa eyni qəlibdən çıxır, hətta Şatrov kimi nisbətən maraqlı bir dramaturq da («Pəri xala və Lenin»lərdən isə, heç danışmıram!) bu qəlibi smdıra bilmir və şablon onun da istedadmı üstələyir. Bu da təbii bir haldır, çünki hansı bir tarixi şəxsiyyət haqqmda yazırsansa, aydm məsələdir, qəhrəman o özü olmalıdır (həyatda kimiydisə, həmin adam!), daha yalançı bədiiyyatın yaratdığı qəlib yox.
     İndi də vaqon təkərlərinin sevimli çaqqa-çuku altında Avqust Yakobsonun «Oktyabr küləyi» adlı böyük (həcmə görə) bir romanını oxumağa başlamışam.
     Bu eston yazıçısının adını eşitmişdim, amma indiyə qədər onun da heç bir yazısını oxumamışdım və bu kitabı yenə də dünən «Drujba»da Lenadan götürdüm ki, qatarda oxuyum.
     Lena dünən bu kitabı çox həvəslə mənə verdi.
     Yaxşı kitabı həvəslə vermirlər.
     Oxuyaq, görək... KEÇMİŞİN XATlRƏLƏRİ MÜASİR TÜRKİYƏNİ ÖYRƏDİR
     Bu il Yaqub Qədri Qaraosmanoğlunun rus dilində «Zorən diplomat» kitabını nəşr ediblər və yenə də sağ olsun Nemət kişi, onun sayəsində nəhayət ki, bu kitabı ala bildim.
     Qaraosmanoğlu XX əsrin tanmmış türk nasirlərindən biridir, amma təəssüf ki, mən onun heç bir əsərini oxumamışam rusca yoxdur, türkcə də əldə etmək mümkün deyil və bu xatirələr həm də bir yazıçı qələminin məhsulu kimi mənim üçün maraqlı idi.
     Həqiqətən də maraqla oxunur və tənzimatdan üzü bəri yeni Türkiyə tarixindən bəhs edən bu kitabm gözəl bir cəhəti ondadır ki, müasir Türkiyəni sənə daha yaxmdan tanıdır, dövləti hiss edirsən.

TOLSTOY DÜNYA ƏDƏBİYYATININ «MATRYOŞKA»SIDIR


     Aleksey K. Tolstoy Lev Tolstoyun uzaq qohumu, gözəl rus yazıçısı (mən onun «Knyaz Serebryanı» romanını ən yaxşı rus tarixi romanlarından biri hesab edirəm).
     Aleksey N. Tolstoy Lev Tolstoya qohumluğu çatan istedadlı rus yazıçısı, «I Pyotr», «Əzablı yollarla» kimi romanların, «Mühəndis Qarinin hiperboloidi» kimi maraqlı povestin, «Buratinonun macəraları» kimi ölməz nağılın müəllifi.
     Nikolay Tolstoy Lev Tolstoyun böyük qardaşı və Tolstoy kimi bir tənqidçinin qəbul etdiyi rus yazıçısı (vaxtılə onun ovçuluqla bağlı oçerklərini çox maraqla oxumuşdum). Tolstoy onun yumorunu xüsusi qiymətləndirirdi.
     Sergey Tolstoy Lev Tolstoyun oğlu, gözəl bir qələm əhli və mən onun memuarlarmı rus memuar ədəbiyyatının çox layiqli bir nümunəsi hesab edirəm.
     İlya Tolstoy Lev Tolstoyun oğlu, istedadlı yazıçı, «Meyit» və xüsusən, «Bir əclaf az olsun» kimi bu günə qədər layiqli qiymətini almamış rus povestlərinin müəllifi.
     Lev Tolstoy Lev Tolstoyun oğlu, yazıçı və bu adamın mənim üçün maraqlı cəhəti (çox güman ki, bu, «maraqlı cəhət»dən artıq dərəcədə xislət kompleksidir) odur ki, atasının (qoca Tolstoyun!) bədii əsərlərinin əksinə (əleyhinə!) bədii əsərlər yazırdı. Misal üçün, «Kreyser sonatası»ndakı fikirlərin, bu əsərdəki ab-havanın əksinə olaraq hekayələr yazmışdı, onları «Şopenin prelyudiyası» adı ilə nəşr etdirmişdi və yadıma gəlir, mən aspirant olanda o kitabı Lenin kitabxanasında tapıb oxudum.
     Tatyana Suxotina-Tolstaya Lev Tolstoyun qızı, gözəl bir təhkiyyə və təsirli hissiyyatla yazılmış xatirələrin və gündəliyin müəllifi.
     Nəhayət, Sofya Andreyevna Tolstaya Lev Tolstoyun başı bəlalı (və başa bəla!) arvadı, ikicildlik «Gündəliklər»in Tolstoyşünaslıq və ümumiyyətlə, rus ədəbiyyatşünaslığı üçün bu əvəzsiz əsərin müəllifi.
     Bu adamların hamısı biri az, biri çox dərəcədə Lev Tolstoyla bağlıdır və elə bil ki, Lev Tolstoy nəhəng bir «matryoşka»dır, açırsan içindən başqa Tolstoy çıxır, onu da açırsan başqası çıxır...
     Ancaq bu mənada Lev Tolstoy, əslində, bütün rus ədəbiyyatının «matryoşka»sıdır.
     Və lap əslinə qalsa, Tolstoy (hər halda, mənim üçün belədir!) özündən sonrakı dövr, bütün dünya ədəbiyyatının «matryoşkası»dır.

ÖZÜMLƏ SÖHBƏT


     -Uzun-uzadı əsrlərdən bəri Azərbaycan ədəbiyyatında sənin üçün ən faciəvi qəhrəman kimdir?
     -Sabirin lirik qəhrəmanı.

SVETAYEVA FACİƏSİ


     Svetayevanın həyatdakı sevgi romanlarını, məşuqəliyini, hətta lesbiyan məhəbbətini belə, başa düşmək olar: zəngin hissiyyatlı şair, emosional, impulsiv qadındır.
     Ancaq Svetayeva 1919-cu ildə ac və qorxunc Moskvada iki körpə qızını könüllü olaraq yetiraxanaya verir (sonra böyüyünü geri götürür, kiçiyi isə eləcə yetimxanada vəfat edir) bax, bunu başa düşmək mənim üçün çox müşkül bir məsələdir.
     Düzdür, aclıq, mühitin Lenin Trotski Dzerjinski müdhişliyi (bir az sonra Stalin bu müdhişliyi inkişaf etdirib şeytani bir mərtəbəyə qaldırdı) və bu kontekstdə məişət məsələlərində tamam aciz olan tənha ananın (əri Sergey Efron vətəndaş müharibəsi cəbhələrində qırmızılara qarşı vuruşurdu) çətinlikləri, onun həyatın mənasını yalnız şerdə görməsi, şerlə, sənətlə yaşaması...
     Bəli, bütün bunlar belə idi.
     Bəli, söz yox, başdan-başa məşəqqətli bir həyatdır!
     Ancaq körpə qızları öz əlinlə aparıb yetiraxanaya vermək...
     Yox, bütün o məşəqqətlərə baxmayaraq, bunu qəbul etmək ımimkün deyil.
     Bu mənim aləmimdə, insan Svetayevanm faciəsidir (bəlkə «günahıdır» yazmaq doğru olar? hətta, bəlkə «cinayətidir»?).
     Ancaq şair Svetayevanm faciəsi, olsun ki, daha artıq dərəcədə onun iztirab və mənəvi sarsmtılarla dolu qırx doqquz illik həyatının başqa bir epizodundadır: onun poeziyasmm qəhrəmanlarmdan biri əri Sergey Efrondur.
     Svetayeva bir çox şerlərində ən hərarətli sətirləri Efrona həsr edib, həmin şerlərdə Efron Svetayevanm kişi cinsində olan lirası, ilham pərisi idi.
     Və Sergey Efron Svetayevanı iztirablar məngənəsində sıxan s i s t e m i n bünövrəsini insan qanı, göz yaşları və iztirablarla möhkəmlədən KQB-nin casusu oldu...
     Əlbəttə, mənim bu fikirlərim gecikmiş (və kənar bir insanm!) mülahizələridir.
     Bütün bu faciələrin son nöqtəsini isə, Svetayeva özü qoydu: özünü asdı.

LEV TOLSTOY VƏ YENİYETMƏ YƏHUDİ QIZ


     Hər dəfə qoca Tolstoyun gündəliklərini götürüb vərəqləyəndə ondan çox sonralar və tamam başqa bir epoxada yaşamış balaca yəhudi qızm gündəliyi mənim yadıma düşür.
     Niyə?
     Bilmirəm...

KİTAB VƏ İLLÜZİYALAR ALƏMİ


     Anatol Frans yazırdı ki, «xoşbəxtliyin resepti illüziyasız yaşamaqdır».
     Kitab da gərək illüziyalar yaratmasın.
     İllüziyalar yaradan kitab bədbəxtlik carçısıdır.

STALİNİZM FƏRQ QOYMUR


     Gənc və istedadlı Əli Nazim də, təcrübəli professor Bəkir Çobanzadə də Əhməd Cavada buıjua cəmiyyətinin «saray şairi» damğasını vururdular və onu zəmanənin vulqar-sosioloji cəbhəsindən beləcə «saray şairi» kimi «ifşa» edirdilər.
     Ancaq stalinizm o «saray şairi» ilə birlikdə «ifşaçılar»a da aman vermədi, onları «ayrı-seçkilik» salmadan bir yerdə məhv etdi.
     Bu gün Əhməd Cavadı da, Əli Nazimi də, Bəkir Çobanzadəni də stalinizm qurbanları lövhəsinin üzərindəki qara siyahı birləşdirir.
     Deyirlər ki, 37-də bolşeviklər öz bolşevik həmkarları Ruhulla Axundovu güllələməyə apararkən onun son sözləri bu olub:
     -Kaş doktor sağ olaydı, diz çöküb, ondan üzr istəyəydim!
     İyirminci illərin əvvəllərində «bolşevik cəbhəsindən» doktoru «millətçi», «anti-bolşevik» kimi «ifşa» edən və onu çərlədənlərdən biri də Ruhulla Axundov idi...

MARTTİ LARNİYƏ HƏSƏD


     Martti Laminin «Dördüncü fəqərə sümüyü, yaxud zorən fırıldaqçı» roman-pamfletini oxudum və bu fin yazıçısına dəhşətli dərəcədə paxıllıq etdim: nə istəyir və necə istəyir onu da yazır.
     Yazır və nəşr etdirir.
     Xoşbəxt insan kimdir? mən bunu deyə bilmərəm.
     Amma xoşbəxt yazıçı kimdir? bunu deyə bilərəm: «Qlavlit»siz yazıçı.
     Mən bu «xoşbəxt yazıçı» ilə keçən il tanış olmuşdum: Bakıya gəlmişdi, Ensiklopediyada onunla xudmani bir görüş keçirilirdi və Rəsul Rza məni də o görüşə dəvət etmişdi.

ƏDƏBİ YADDAŞ HAQQINDA


     Ədəbi yaddaş çox etibarsız bir şeydir. Rinq Lardner mənim üçün XX əsr Amerika ədəbiyyatında Kolduelldən sonra, ən böyük novellaçıdır.
     Ancaq bu gün Lardneri ancaq «ədəbiyyat xəstələri» xatırlayır.
     Lardnerin novellaları sərbəst, azad, başdan-başa gözəl bir iddiasızlıq nümunəsidir.
     Ancaq iddiasız olmaq o demək deyil ki, unudulasan...

MOLYERİN DÖRDÜNCÜ CİLDİ


     Mənim kitabxanamda Molyerin komediyalarının üç cildliyi
     Dünən bazar idi bütün günü Marvionun komediyalarını oxudum və bütün günü də məndə belə bir təəssürat vardı ki, elə bil, Molyerin dördüncü cildini oxuyuram.
     «Məhəbbət və təsadüf oyunu», «İkiqat vəfasızlıq», «Məhəbbətin sürprizi», «Qullar adası»... elə bil ki, nəşriyyat səhvən bu komediyaların üzərində Molyer əvəzinə Marvio imzasını qoyub. Gözəl bir... epiqonçuluq!

KİTABIN DÜŞMƏNİ KİTABI GÖYƏ QALDIRIR


     Qəzetlər, televiziya, radio Soljenitsını ifşa etməklə məşğuldur.
     «Puç olmuş illüziyalarda xanım Barjetonun əyalətdən yenicə Parisə gəlmiş Lyüseni Kanalisə təqdim edərkən dediyi sözlər yadıma düşdü və gecənin bu çağında həmin yeri tapıb bir də oxudum:
     «İcazə verin, deyə o Kanalisə müraciət etdi. Cənab de Ryubampreni sizə təqdim edim... Onun hələ ki, adını göylərə qaldıracaq düşmənləri yoxdur.» (Ruscası: «U neqo yeşşo net vraqov, kotorıye sozdali bı yemu imya.»)
     Soljenitsının kütbeyin düşmənləri isə həmin işi görürlər: onun adını göylərə qaldırırlar.

DON KİXOT KEÇMİŞDƏDİR VƏ O GƏLƏCƏKDƏN BİZƏ BAXIR


     Mən İspaniyada olanda və maşınla Madriddən üzü Toledaya doğru Lamança çölləri ilə gedəndə gözlərim özümdən asılı olmayaraq yeldəyirmanları axtarırdı...
     Yeldəyirmanları yox idi.
     Don Kixot əbədi bir keçmişdə qalıb.
     Ancaq, eyni zamanda, mənə elə gəlirdi ki, Don Kixot həm də gələcəkdə dayanıb getdiyimiz bu yolun axırında və oradan mənə baxır (məni gözləyir?!).

MEHDİ HÜSEYN HAQQINDA


     Mehdi Hüseynin istedadı onun 26 yaşındaykən yazdığı «Kin» povestində və o dövrdəki bir sıra hekayələrində «sovet ədəbiyyatı»na yox, ümumiyyətlə, ədəbiyyata həqiqi ədəbiyyata doğru istiqamət götürmüşdü.
     Ancaq sovet ideologiyası və Mehdi Hüseynin bu ideologiyaya fanatikcəsinə inamı onun istedadının ədəbiyyata tuşlanmış istiqamətini dəyişdi, əsərlərində istehsalat, neft, plan canlı insanları sıxışdırmağa başladı və «Abşeron»u, «Neft daşları»nı meydana çıxardı, yalançı inqilabi keçmişin dekorasiyaları «Komissar»ı, «Səhər»i ortaya qoydu.
     Mehdi Hüseyn də o faciəvi yazıçılardan biri oldu ki, sovet ideologiyası sistemi onların istedadını boğdu.
     Ancaq illərin təcrübəsi, mütaliəsi (o, yüksək mütaliəli və yüksək də mədəniyyətə malik bir adam idi) və düşüncələri onun son hekayələrində («Rəqiblər»), sonuncu romanında («Yeraltı çaylar dənizə axır») yenə də istiqaməti həqiqi ədəbiyyat dediyimiz mənəvi məkana doğru yönəltdi.
     Bu dəfə də əcəl imkan vermədi.

KEÇƏL HƏMZƏYƏ HÖRMƏTLƏ VƏ YAXUD SÖZÜN SEHRİ


     Bədii Sözün gücü, sehri bu, axır həddi olmayan, sonsuz bir şeydir.
     Koroğlu böyük bir qəhrəmanlıq eposunun baş personajı, bədii qəhrəmanıdır, xalq sevib, əzizləyib, onu vəsf edib və əsrlər boyu davam edən yaradıcılıq prosesində Koroğlunun yüksək bədii-estetik səviyyədə surətini yaradıb.
     Keçəl Həmzə formal meyarlarla yanaşsaq, epizodik bir surətdir, amma bədii Sözün həmin gücü, sehri nəticəsində o (Keçəl Həmzə), mənim üçün bir bədii surət kimi, Koroğludan aşağı deyil, hətta bəlkə də yuxarıdır.

O BİRİ DÜNYA VƏ HAMLET


     Hamlet o biri dünyadan gəlmiş Kölgə ilə görüşəndən sonra, bu dünyanı (xisləti!) dərk etməyə başlayır və xislətin riyası onun üçün bütün hissləri üstələyir, Hamlet nəinki əmisi Klavdiyə və anası Hertrudaya düşmən kəsilir, hətta Ofelya kimi günahsız bir məxluqu belə, faktiki olaraq dəli edir və onun intiharınm səbəbkarı olur, gənclik dostları Gildenstemi və Rozenkransı da düşmən bilir, axırda özü də məhv olur.
     O biri dünyadan gəlmiş o Kölgə kimdir?
     Ədalət carçısı, yoxsa günahkar?

ALIN YAZISI BƏZƏN ÇAŞIR?


     Əgər, həqiqətən, alın yazısı deyilən bir şey varsa, ədəbi talelə bağlı bəzən onu başa düşmək çətin olur.
     Əliqulu Qəmküsarın əsərlərini xronoloji ardıcıllıqla oxuduqca görürsən ki, bu adam get-gedə daha artıq dolur, daha dərinlərə getmək üçün fərdi zəmin yaranır, yəni onun istedadı elə köklənib və bu proses elə gedir ki, indilərdə böyük (hələ deyə bilmədiyi!) bədii Söz deyəcək, amma birdən-birə 39 yaşında Tiflisdə qətlə yetirildi və o Söz də eləcə deyilmədi.
     Qəmküsarla bağlı bu fikri dünən yazmışam, bu gün isə bir az dəqiqləşdirmək istəyirəm.
     Çox böyük sənətkarlar olub ki, cavan yaşlarında həyatdan gediblər və onların istedadı da bu qısa müddətdə öz Sözünü deyib. Əlbəttə, tale (həmin alın yazısı!) imkan versəydi Bayron, yaxud Lermontov, yaxud bizim müasirimiz Əli Kərim daha artıq yazacaqdılar və onların vaxtsız ölümü bizi neçə-neçə yazılmamış (və heç zaman da yazılmayacaq!) əsərlərdən məhrum etdi.
     Bir də var ki, deyilənlər hələ yarımçıqdır, amma istedad dolur, o böyük Sözü deməyə hazırlaşır (onu o alın yazısı hazırlayır!), tamam ərəfədədir və birdən-birə həyat qırılır.
     Nə üçün?
     Nə üçün hazırlayırdın və nə üçün qırdın?

YAZILI ƏDƏBİYYATLA ŞİFAHİ ƏDƏBİYYATIN ÜZVİ VƏHDƏTİ


     Belə təsəvvür edək ki, ipin biri yazılı ədəbiyyatdan gəlir, o biri folklordan və bunların ən təbii hörüyü, toxunması mənim üçün Ulenşpigeldir.

POLONSKİNİN NƏSRİ HAQQINDA


     Yakov Polonski bizim Mirzə Fətəli ilə birlikdə Qafqaz namestnikinin idarəsində işləyən bu şair hekayə və povest yazanda, elə bil ki, istedadını (istedadı isə şəksizdir!) zorlayır, amma sənədli nəsrdə (xüsusən, «Gürcüstan oçerkləri»ndə) və xatirələrində (xüsusən, İvan Turgenyev haqqmda) həmin istedad açılır, təravətli olur, cavanlaşır.
     Alma ağacı əkəsən və hər gün onu sulayasan, gübrə verəsən ki, bəhrəsi armud olsun mənasız və əbəs bir işdir.
     İstedadm da öz yönü var və onu dəyişdirmək lazım deyil (çünki mümkün deyil!).
     Bədbəxt o yazıçıdır ki, bunu intuitiv hiss edə bilmir.

ZİDDİYYƏTLƏR MƏNGƏNƏSİNDƏ


     «Ammalat bəy»‘ başdan-başa bir-birinə zidd hisslərin, birbirini inkar eləyən fıkirlərin toplusudur: müəllif Qafqazı sevir və Qafqaza nifrət edir, Qafqazdan qorxur və Qafqazı qorxudur, Qafqazı oxşayır və Qafqazı lənətləyir...

POLKOVNİK ŞABER VƏ BİZİM ÖLÜLƏR


     Mərdəkanda oturub səhərdən axşama kimi, gecədən də səhərə kimi «Ölüm hökmü»nü yazıram və mən heç vaxt hansısa yazımı bitirməyə bu cür tələsməmişəm.
     Bu gün səhər birdən-birə Şaber2 yadıma düşdü. Nüşabəyə zəng etdim, axşam Balzakm həmin cildini göndərdi.
     Şaberin arvadı ilə söhbətində belə bir yer var:
      «Rozana!
     -Eşidirəm sizi, cənab.
     -Ölülər gərək qəbirdən çıxmayaydı, hə?»
     Bir az sonra qoca polkovnik yenə bu fikrə qayıdır və qrafınyaya deyir:
      «Bəli, mən gərək qəbirə qayıdım, mən bu barədə artıq fikirləşmişəm.»
     Eyni ovqat, eyni fikir, həyata və cəmiyyətə eyni münasibət bizdə də dahiyanə ^Ölüləm meydana çıxardı.
     Və mən birdən-birə romanı bir kənara qoydum (!), bu dəfə də «Ölülər»i Bakıdan gətirdib yenidən (neçənci dəfə? yadımda deyil) ləzzətlə (və hərdən o oxucu ləzzətini deşib göynədən bir ağrı ilə!) oxudum.

ERNET TEODOR AMADEY QOFMANIN MƏSLƏHƏTÇİSİ BİZİM MOLLA NƏSRƏDDİN OLUB?


     Vofmanın pişik Murr haqqındakı romanını oxuyanda (bu gün səhər bitirdim) hərdən mənə elə gəlirdi ki, Şərqdən bir Molla Nəsrəddin, yaxud bir Bəhlul Danəndə gəlib, alman pedantlığını özündən uzaqlaşdırmaq istəyən bu yazıçının yanında dayanıb və çalışıb ki, yeri düşdükcə onun satirasına, yumoruna bir hərarət gətirsin.
     Və xeyli də gətirib.

BÖYÜK BƏŞƏRİ KİTABLARIN MİSSİYASI


     Vofmanın «Manon Lesko»nu nəhayət ki, oxudum (neçə iliydi ki, günü günə satırdım).
     Vofmanın Elə bil ki, çiynimdən bir yük götürüldü.
     Vofmanın Və... səhər saat 5-ə işləyib, amma yuxuya gedə bilmirəm. Orta əsrlərin sonuna doğru Avropada dalbadal böyük bəşəri kitablar meydana çıxdı: «Dekameron», «Don Kixot», «Robinzon Kruzo», «Qarqantua və Pantaqruel», «Şelmufski», «Qulliver», «Myunhauzen»... və o kitablar, elə bil ki, ayrı-ayrı gövdələrdir, dünya miqyaslı müasir nəsrə qədər gələn (və gələcəyə gedən!) ədəbi xətlər xarakterlərin, hissiyyatın, həyata münasibətin bədii-estetik təsnifatı üzrə inkişaf edən zoğlar həmin gövdədən, həmin rişədən ayrılır.
     Vofmanın Bu səviyyəli bəşəri kitablardan biri də şübhəsiz ki, «Manon Lesko»dur və Dünya ədəbiyyatındakı «kurtizanka»lar xətti inkişafdan mənbəyə getsək bizi aparıb «Manon Lesko»ya çıxaracaq.
     Vofmanın Bunun ən bariz nümunəsi Mopassanın hekayələri.
     Vofmanın Hətta xanım Bovari də, Anna da, xüsusi bir diqqət, qayğı və səliqə-sahmanla axtarsan, gedib «Manon Lesko»ya çıxır.

ŞOU DRAMATURGİYADAN QAÇA BİLMİR


     Əslində, Şounun novellaları kiçik «Surrey təpəcikləri arasmda bazar günü»ndən tutmuş böyük «Allahı axtarmağa getmiş qara dərili qız»a kimi bir pərdəli pyeslərdir.
     Mən nəinki bu novellalardakı hadisələri, insanları səhnədəymiş kimi gördüm, hətta burada ifadə olunan hissləri də elə bil ki, səhnədən mənə aktyorlarm ifası aşılayır.
     Yəqin burası da təsadüfi deyil ki, Şou özünü saxlaya bilməyir və ən yaxşı hekayələrindən birində «Frenklin Bamabasın ailə həyatmdan bir şəkil»də birbaşa dialoqlara keçir.

AY İŞIĞINDA


     İki gündür ki, tamam bir sarsmtı içindəyəm, mənimçün bu iki gün iztirab və sıxmtı ilə, yanğıyla, təəssüflə doludur.
     Bu gün gözəl şairi, atamın da, mənim də dostumuzu, mənim blok qonşum Əliağa Kürçaylmı son mənzilə yola salırıq; bu gün mənim gözlərimin qabağmda böyümüş əziz, istedadlı, ağıllı, mehriban, sədaqətli, atasmm ayrılığma dözməyən Ülkərdən də əbədi ayrılırıq.
     Bu vida çağları çox ağırdır.
     Vaxtılə Əliağa yazmışdı:
Dağa bənzətsək də, dağ deyil insan,
Hər dərdin önündə dura dağ kimi.
     Bu gün bizim payımıza ikiqat artıq bir dərd, ələm düşüb.
     Bu misralar da Əliağanmdır:
     Gecələr ay olmaq istəyirəm mən, Pərdəli-pərdəsiz pəncərələrdən Dolmaq istəyirəm neçə otağa.
     Mən neçə süfrəyə, neçə çırağa Baxmaq istəyirəm, hamıya pünhan Səma tağlarmm ucalığmdan.
     Haçansa pəncərəmizdən düşəcək o ay işığmda Kürçaylı hərarətini, Ülkər məhəbbətini mən indidən hiss edirəm.
     Ancaq o kədərli bir hərarət, kədərli bir məhəbbətdir.

<< 1 / 2 / 3 / 4 / 5 / 6 / 7 / 8 / 9 / 10 >>

Bölmə: Azərbaycan ədəbiyyatı | Əlavə edildi: azerhero (03.09.2014) | Müəllif: R.C E W
Baxış: 543 | Reytinq: 0.0/0
Bütün rəylər: 0
omForm">
avatar

Kitablar — zamanın dalğaları ilə səyahət edən və nəsildən-nəslə öz qiymətli yükünü ehtiyatla aparan fikir gəmiləridir.

- Frensis Bekon

Son 90 gün ərzində kitab oxumamaqdan daha pisi kitab oxumadığına görə narahat olmamaqdır.

- Cim Ron

Kitabları yandırmaqdan daha pis şey onları oxumamaqdır.

- Rey Bredberi

Yaxşı kitab aysberqə oxşayır, onun yeddi-səkkiz hissəsi suyun altında gizlənib.

- Ernest Heminquey

Kitablarım mənə çatacaq qədər böyük bir krallıqdır.

- Shakespeare

Mən, kitablarımı yaratmadan əvvəl, kitablarım məni yaratdılar.

- Montaigne

Kitabsız yaşamaq; kor, kar, dilsiz yaşamaqdır.

- Seneca

Bu günün gərçək universiteti, bir kitabxanadır.

- Carlyle

Kitab, tək ölümsüzlükdür.

- Rufus Choate

Exlaqa uyğun ya da zidd kitab deyə bir şey yoxdur. Kitablar ya yaxşı yazılmışdır, ya da pis. Hamısı bu qədər!

- Oscar Wilde

Ümidlə açılıb qazancla bağlanan bir kitab, yaxşı bir kitabdır.

- Alcott

Kitablar, itmiş başların abidələridir.

- Sir William Dave

Kitablar, heç solmayacaq bitkilərdir.

- Herrick

Kitab heç aldatmayan bir yoldaşdır.

- Guilbert De Pixrecourt

Axmaqlarla oturub-durmaqdansa , kitabla tənha oturmaq yaxşıdır.

- Qasım bəy Zakir

İnsan güc ilə yox, mütaliə etməklə ağıllanır.

- C.Bruno

Az bildiyini başa düşmək üçün çoxlu oxumaq lazımdır.

- Mişel Monten

Kitablar özünüzə və başqalarına hörmət etməyi öyrədəcək, ürəyi və ağlı, dünya və insanlıq sevgisiylə dolduracaq.

- Maksim Gorki

Kitab həyatın ən uzaq və qaranlıq yollarında insana işıq bəxş edən əfsanəvi çıraqdır

- A.M.Upit

BAKI QIZLAR UNİVERSİTETİ
1992-ci ildə təsis edilən və həmin vaxtdan da fəaliyyətə başlayan Bakı Qızlar Universitetinin (əvəllər Bakı Ali Pedaqoji Qızlar Seminariyası adlanırdı) yaradılmasında məqsəd respublikada qadın pedaqoji kadrlar yetişdirmək, onların intellektual səviyyəsini yüksəltmək və gənc qızları ailə həyatına hazırlamaqdan ibarətdir. Hazırda universitetdə "Sosial pedaqoji” və "Filologiya-tarix” fakültələri fəaliyyət göstərir. "Sosial pedaqoji” fakültədə "Təhsildə sosial-psixoloji xidmət”, "Psixologiya”, "Coğrafiya müəllimliyi”, "ibtidai sinif müəllimliyi”, "Məktəbəqədər təlim və tərbiyə”, "Riyaziyyat və informatika müəllimliyi”, "Filologiya-tarix” fakültəsində isə "Xarici dil (ingilis) müəllimliyi”, "Azərbaycan dili və ədəbiyyat müəllimliyi”, "Tarix müəllimliyi”, "Jurnalistika” üzrə bakalavr, "İbtidai sinifdə tədrisin metodika və metodologiyası”, "Pedaqogika nəzəriyyəsi və tarixi”, "Azərbaycan ədəbiyyatı”, "Azərbaycan dili”, "Azərbaycanın yeni və ən yeni tarixi” sahəsində magistratura səviyyəsində kadr hazırlığı aparılır.
Bakı Qızlar Universiteti Nazirlər Kabinetinin 1996-cı il fevralın 21-də 21 saylı sərəncamı ilə dövlət qeydiyyata alınmışdır. 2013-cü ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin lisenziya komissiyası BQU-nun çoxilli fəaliyyətinin, onun yüksək maddi-texniki bazasının, infrostrukturunun, təlim-tərbiyə sisteminin Azərbaycan Respublikası təhsil Qanununa Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Ali təhsil Müəssisələrinin fəaliyyətinə xüsusi razılıq (lisenziya verilməsi haqqında qərarına, Azərbaycan Respublikası Təhsil Nazirliyinin sənədlərinə uyğn qurulduğunu, pedaqoji kadrların hazırlanmasında əldə olunmuş nailiyyətlərini nəzərə alaraq universitetin fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsini məqsədəuyğun hesab etmişdir. Eyni zamanda 2013-cü ildə universitet akreditasiyadan keçmişdir. Universitetdə müxtəlif fənnlər üzrə kabinetlər, dörd kopüter otağı, kitabxana, badii yaradıcılıq studiyası, tələbə elmi cəmiyyəti, Tələbə Gənclər təşkilatı, dörd dərnəklər, nəşriyyat, idman zalı, yeməkxana, kadrlar şöbəsi və mühasibatlıq fəaliyyət göstərir.
Learn more