Əsas » Məqalə » Azərbaycan ədəbiyyatı

Əfəndiyev Elçin yaradıcılığı- "Ədəbi düşüncələr" necə yarandı-7

<< 1 / 2 / 3 / 4 / 5 / 6 / 7 / 8 / 9 / 10 >>

«CƏNNƏTİN ALMA AĞACI» ROMANTİKA İLƏ NATURALİZMİ BİR ARAYA GƏTİRİR


     Afinogenov Qoyaviçinskayanın «Cənnətin alma ağacı» romanını oxudum və bu istedadlı romanda xalis qadm romantikası ilə ayrı-ayrı təsvirlərdəki qəzəbli (!) kişi naturalizminin çox maraqlı bir vəhdəti var.
     Afinogenov Polşanm qadm romançıları bu özü də ədəbiyyatda maraqlı bir hadisədir.
     Afinogenov Misal üçün, mən, Eliza Ojeşkonu XIX əsr Dünya ədəbiyyatının əhəmiyyətli romançılarmdan biri hesab edirəm.
     Afinogenov Ümumiyyətlə, Polşa romanı müasir Polşa kinematoqrafı kimi, məxsusidir, yəni bu fransız, yaxud ingilis, hətta özünə ən yaxm rus romanı yox, məhz Polşa romanıdır.
     Afinogenov Polşada roman milli-bədii özünüifadə baxımmdan bir janr kimi fərqlənə bilib, məxsusilik mərtəbəsinə adlayıb və Polşa ədəbiyyatmm milli faktma çevrilib.

LERMONTOVUN GÜLLƏYƏ HƏRİS TALEYİ


     Afinogenov Ede Barantla dueldə atışdığına görə Lermontovu cəzalandıraraq Peterburqdan Qafqaza sürgün etdilər.
     Afinogenov Əslində isə, de Barantın gülləsindən qurtulmuş tale Lermontovu Martınovun gülləsinə doğru apardı.

«MATERA İLƏ AYRILIQ» BÖYÜK RUS ROMANIDIR


     Rasputin «Yaşa və yadda saxla»nı yazandan sonra istedadlı rus nasiri idi.
     İndicə oxuyub qurtardığım (biməfəsə!) «Matera ilə ayrılıq»dan sonra isə, o, mənim üçün böyük rus yazıçısıdır.
     Şoloxovdan sonra, mən, sovet dövrü rus ədəbiyyatında rus Sözü ilə bu dərəcədə bədii dəqiqliklə işləyən, rus xarakterini bu dərəcədə psixoloji dərinliyi ilə ifadə etməyi bacaran ikinci rus yazıçısı tanımıram.
     Buradakı rus qarısmın yaşadığı son günlərin təsviri və bu təsvirdəki ağrı-acı elə bir bədii dolğunluq içində, estetik miqyas dairəsindədir ki, elə bil, söhbət, ümumiyyətlə, rus xalqının son günlərindən gedir.

QULAM MƏMMƏDLİ VƏ KARFAGEN XARABALIQLARINDAKI QƏDİM ZEYTUN AĞACI


     Mənim əziz dostum Qulam müəllim bu gün-sabah 90-ı haqlayacaq (Süleyman Rüstəm deyir ki, «Qulamm qulağmdan uzaq, əslində 90-ı çoxdan keçib»!), amma bir gənclik həvəsiylə, ehtirasıyla, şövqüylə səhərdən-axşamacan kitabxanalarda, arxivlərdə salnamələri yazmaqla, gizli imzaları, təxəllüsləri açmaqla məşğuldu və hərdən nəsə maraqlı bir fakt tapanda elə bir sevincəklik içində mənə zəng edir ki, elə bil? uşaqdır.
     Keçən il Nəriman Nərimanov haqqındakı salnaməsini mənə vermişdi ki, redaktə edim və ön söz yazım. Nə demişdisə, mən də elədim və o kitab indi nəşriyyatdadır.
     Payızın axırlarıdır, eşikdə yağışlı külək tüğyan eləyir və bilmirəm niyə bu gecəyarısı Qulam müəllim birdən-birə mənim yadıma düşdü?..
     Qulam müəllim yadıma düşdü və birdən-birə də vaxtılə Karfagen xarabalıqlarını gəzərkən gördüyüm və heç vaxt da unutmayacağım bir təbiət möcüzəsini xatırladım.
     Qədim Karfagen xarabalığmdan bir az kənarda, sapsarı səhralıqda nəhəng bir zeytun ağacı bitib. Ağacm gövdəsində Tunis hökumətinin surquc üzərinə basılmış möhürü var: bu zeytun ağacı dövlət tərəfındən mühafizə olunan milli abidədir, onun... iki min ildən artıq yaşı var.
     «Kolombo» dövrünün yadigarı...
     Əlbəttə, iki mm ildən artıq yaşayan bir ağac özlüyündə də möcüzədir, amma o zaman məni sarsıtmış ən böyük möcüzə o idi ki, həmin iki minillik zeytun ağacı bu gün də təzətər bəhrə verir...

MƏN ANATOL FRANSIN QƏHRƏMANINA ÇEVRİLİRƏM


     Anatol Frans çox az fransız klassiklərindən biridir ki, mən ona qarşı tamam biganəyəm.
     Ancaq hərdən dünyanm işləri barədə fıkirləşəndə içimə elə bir tərəddüd burulğanı, elə bir bədbinlik ovqatı dolur ki, sabahkı günə münasibətdə özümü Brotto kimi hiss edirəm.

LEONİD LENÇİN KEPKASI İTDİ... ÇARLİ ÇAPLİNİN OĞLUNUN İSƏ KEPKASI PEYDA OLDU... VƏ YAXUD SEVİMLİ SOVET POÇTU LEONİD LENÇİ XƏRCƏ SALDI


     Gecənin yarısıdır və mən də makinanın arxasında oturub Leonid Lençə təşəkkür məktubu yazmaq istəyirəm.
     Amma qələm nəsə başqa sözlər yazır...
     Mən uşaqlıq çağlarından həmişə özümdən böyüklərlə oturub-durmuşam.
     Və bugünün özündə də mənim çox yaxm (və əziz!) ağsaqqal dostlarım var: Məmməd Cəfər Cəfərov (Allah qoysa, bu gün-sabah 80-ni haqlayacaq), Qulam Məmmədli (90-a lap yaxınlaşır), Abbas Zamanov (80-ə gedir), Əli Səbri (90-ı çoxdan keçib), Əbülqasım Hüseynzadə (100-ə az qalıb!)...
     Moskvada da Əziz Şərif (90-a bir şey qalmayıb) və Leonid Lenç (78 bunu özu deyir, şaiyəyə görə 80-i keçib!).
     Leonid Lenç müasir rus satirasınm klassiki hesab olunur, mənim üçün isə, o, daha artıq dərəcədə, sovet ədəbiyyatmm canlı tarixi kimi çox maraqlı bir insandır, yəni mənim kitablardan, mətbuatdan, xatirələrdən öyrəndiklərimi, eşitdiklərimi bu adam gözləri ilə görüb və onun narahat təbiəti elədir ki, çoxunun da iştirakçısı olub.
     1920 30 40 50 -ci illər sovet ədəbi mühitinin məşəqqətlərini yaşamış bu adamı beləcə nikbin, şövqlü-həvəsli, eleqant saxlamış cəhət, şübhəsiz ki, onun şəxsiyyətindəki yumor hissi, zarafatcıllıqdır.
     Və Leonid Lenç hardadırsa orada mütləq, xırdaca da olsa, bir macəra var.
     O, təxminən iki ay bundan əvvəl Moskvadan mənə zəng etdi, ikicildliyinin nəşr olunduğunu və ilk nüsxələrdən birini də poçtla mənə göndərdiyini dedi.
     Ancaq o ikicildlik gəlib çıxmadı və mən də, təbii ki, təşəkkür məktubu yazmadım.
     Belə məsələlərdə diqqətli, səliqəli və narahat olan (o qocaman dostlarımın hamısı belədir!) Leonid Lenç bir müddətdən sonra yenidən mənə zəng etdi ki, kitablar çatdı, ya yox?
     Bundan sonra yenə bir neçə dəfə zəng çaldı, Moskva poçtuna müraciət etdi, mən burada Bakı poçtu ilə zəngləşdim, uzun sözün qısası, bizim sevimli sovet poçtumuz kitabları gətirib çıxarmadı.
     Bu axşam işdən evə qayıdanda gördüm ki, kitablar gəlib çıxıb, amma... Leonid Lenç bu ikicildliyi yenidən göndərib və hər cilddə də bir avtoqraf yazıb.
     Birinci cilddəki avtoqraf Nüşabəyə, Günaya və Humaya yazılıb, ikinci cilddəki avtoqraf isə belədir:
     «Əziz Elçin! İkicildliyimin ikinci nüsxəsini Sizə göndərirəm, birinci nüsxə, məlum olduğu kimi, poçtda itdi. Ümid etmək istəyirəm ki, oğru əldə etdiyi qənimətdən rəncidəhal olmayacaq. Leonid Lenç. 19 sentyabr 1983.»
     Nə isə, ilk dəfə göndərilən kitablar beləcə tapılmadı və o qədər də bədxərc olmayan mənim ağsaqqal dostum ikinci dəfə xərcə düşdü.
     ... Bir-neçə ay bundan əvvəl onun məşhur kepkası da itmişdi.
     Və əhvalat belə vaqe olmuşdu:
     Bu ilin may ayında Leonid Lenç, Ukrayna yazıçısı Yevgeni Dudar və mən Qabrovada VI Beynəlxalq Satira və Yumor Festivalına getmişdik onlar satirik yazıçılar kimi, mən isə Vitali Ozerovun təklifi və Leonid Lençin təkidi ilə «Müasir ədəbiyyatda satiranm yeri» mövzusunda məruzəçi kimi.
     Moskvadan Sofiyaya uçduq və oradan da maşınla Sopot Korlovo Kalofer Şipka marşrutu ilə Qabrovaya yola düşdük.
     Dərələrin, təpələrin yaz yaşılı içində hərdən yolda əylənirdik, çay, qəhvə, pivə, araq kimin imkanı nəyə çatırdı və həvəsi nə deyirdi içirdik və hər dəfə də təzədən maşınlara qayıtmaq istəyəndə məlum olurdu ki, Leonid Lençin tezliklə dünyanın ən məşhur bir əşyasına çevrilmiş ağ parusin kepkası itib, hamı o kepkanı axtarmağa başlayırdı (görəsən, hara qoyub? Ağacdan asıb, ya hansısa kürsünün üstündə qalıb?) amma bir azdan o itən kepka tapılırdı və biz də o məşhur kepkadan arxaym olub yola düşürdük.
     Bu minval ilə gecənin yarısı gedib Qabrovaya çatdıq və o gözəl yolçuluğun bir məşhur dialoqu da var idi:
     -Leonid Sergeyeviç, kepka tapıldı?
     -Hə, Elçin, tapıldı!
     Doğrusu, o ağ parusin kepka Ələddinin çırağı kimi sehrli bir şeyə çevrilmişdi və Qabrovada olduğumuz müddətdə də azı gündə iki dəfə itirdi, sahibi mənəvi sərvətləri maddi sərvətlərdən üstün tutduğu üçün, tez-tez kepkanı ya simpoziumda, ya ədəbi görüşlərdə, mərasimlərdə yadından çıxarıb haradasa qoyurdu, hərdən də maddi sərvətlər mənəvi sərvətlərlə tən gələndə kepka restoranda, barda, kafedə qalırdı, amma tez də tapılırdı: tərcüməçilər, dostlar-tanışlar həmin məşhur kepkanı tapıb gətirirdi, növbəti dəfə möhtərəm sahibinə qaytarırdı.
     -Leonid Sergeyeviç, kepka tapıldı?
     -Hə, Elçin, tapıldı!
     Bu kepka itməkliyi azmış kimi, bir dəfə də belə bir əhvalat baş verdi:
     Qabrovada Çarli Çaplinin heykəlinin açılışı idi və Leonid Lenç də (bir az əvvəl ona Amerika yazıçısı Kurt Vonnequtla birlikdə festivalın «Kələkbaz Petr» mükafatını vermişdilər; keçən festivalda bu mükafatı Əziz Nesin almışdı) ən hörmətli qonaqları ilə bir cərgədə dayanmışdı, bütün ətrafda isə festivalın başqa iştirakçıları, qabrovalılar, başqa ölkələrdən, xüsusən, Yaponiyadan gəlmiş turistlər idi.
     Heykəl açılışının uzun mərasimi axır ki, qurtardı və səhərdən bəri ayaq üstə günün altında dayanıb əldən düşdüyümüz üçün otelə qayıtdıq ki, bir az dincələk və bu vaxt bir böyük dəstə xarici turistin bizim bu «Yantra» otelinin foyesinə toplaşdığını gördük. Biz içəri girən kimi, turistlər (xüsusən, yapon turistlər) səs-küylə Leonid Lençi dövrəyə aldı, hərə Leonid Sergeyeviçi bir tərəfə dartdı, ağız deyəni qulaq eşitmirdi, turistlər xüsusən də yorulmaq bilməyən o balaca yaponlar ondan avtoqraf almaq, onunla birlikdə şəkil çəkdirmək istəyirdi.
     Leonid Lenç, əlbəttə, məşhur satirikdir, bu festivalın populyar iştirakçılarından biridir, ancaq doğrusu, mən bu boyda həngamə gözləmirdim və deyəsən onun özü də belə bir ajiotaj gözləmirdi.
     Turistlər az qalmışdı mənim əziz dostumu məhv etsin, ancaq onun bic-bic baxan gözlərindən orasını da görürdüm ki, Leonid Lenç üçün bu gözəl, şərəfli və fəxarətli bir «məhv olma» məqamıdır.
     Və birdən məlum oldu ki, bayaq Çarli Çaplinin heykəlinin açılışı zamanı turistlər, nədənsə, elə fikirləşiblər ki, bu uzun, arıq kişi, yəni əziz dostumuz Leonid Lenç... Çarli Çaplinin oğludur.
     Nə isə...
     ... Qabrova səfərimiz başa çatır.
     -Leonid Sergeyeviç, kepka tapıldı?
     -Yox, Elçin, tapılmadı!
     Bu nədir belə? Bəlkə, doğrudan da, dünyada möcüzələr olur və Leonid Lençin o ağ parusin kepkası daha tapılmayacaq?
     Tapılmadı.
     Yadından çıxıb haradasa qoyub...
     Kepkanı tapmaq üçün bütün cidd-cəhdimiz boşa çıxdı...
     Maşınlara minib Sofiyaya yola düşdük. Hamımız o ağ parusin kepkaya elə öyrəşmişdik və onun hər dəfə itəndən sonra tapılmasına elə adət etmişdik ki, elə bil kepkanı yox, Leonid Lençdən başqa da hansısa bir əziz dostumuzu itirmişdik...
     Meksikalı heykəltəraş İzabella Fuentes də bizimlə birlikdə Sofiyaya qayıdırdı və siqaret çəkməkdən, tekila içməkdən daha da kişiləşmiş ehtiraslı səsiylə və əl-qolunu da tərpədə-tərpədə hərdənbir Leonid Lençə nəsə deyirdi, sonra da bərkdən gülürdü, amma biz bu ekspansiv qadının nə dediyini başa düşmürdük, çünki onun tərcüməçisi Qabrovada qalmışdı, bizim aramızda isə ispan dilini bilən yox idi.
     Qazanlıq şəhərində dayanıb nahar etmək üçün restorana getdik. Təzəcə oturub kepkanın o əlacsız dərdini yadımızdan çıxarmaq üçün Leonid Lençlə adama 100 qram araq içməyə hazırlaşırdıq ki, bir də gördüm İzabella Fuentes haradansa bir nəfər ispan dilini bilən tapıb bizim yanımıza gəldi, Leonid Lençin qabağında dayanıb bayaqkı ehtirasla, şövqlə nəsə dedi və bərkdən güldü.
     Qolundan tutub gətirdiyi adam onun sözlərini tərcümə etdi:
     -Siz səhər tezdən Qabrovadakı otelin foyesində kepkanızı yadmızdan çıxarıb jumal mizinin üstündə qoydunuz. Yaponiyadan gəlmiş turistlər sizi pusurdular, tez həmin kepkanı götürüb qaçdılar. Onlar elə bilirdi ki, siz Çarli Çaplinin oğlusunuz, kepkanı da özləri ilə suvenir apardılar...
     Mən qədəhimi qaldırıb o unudulmaz kepkanm şərəfinə sağlıq dedim:
     -Əziz Leonid Sergeyeviç, yaşasm o ağ parusin kepka! Daha heç vaxt itməsin! Heç vaxt köhnəlməsin, cırılmasm! Biz isə təskinliyi onda tapaq ki, bizim əziz dostumuz böyük Leonid Lençin kepkası itibsə də, uzaq Yaponiyada Çarli Çaplinin oğlunun kepkası peyda olub!
     ... Zəhmət çəkib mənə ikicildliyini göndərdiyinə görə (özü də iki dəfə!) Leonid Lençə yazacağım o təşəkkür məktubu isə, deyəsən, sabaha qaldı.

«BABƏK» HAQQINDA


     «Babək» gözəl bir nəzmlə yazılıb və olsun ki, dramaturji baxımdan da məqbuldur, ancaq bu faciənin ən böyük qüsuru odur ki, buradakı Şərq ekzotikadır.

PRUSTU YENİDƏN VƏRƏQLƏYƏRKƏN


     Yeniyetməlik çağlarmda «Başsız atlı»nı oxuyandan sonra, uzun müddət onun təsiri altmdaydım (ümumiyyətlə, yeniyetməlik vaxtı mənə ən çox təsir edən kitablardan biri, bəlkə də birincisi «Başsız atlı» olub) və mənə elə gəlirdi ki, bütün bu hadisələri Mayn Rid yazmayıb, onları mənə Luiza Poyndekster danışıb.
     Uzun illərdən bu tərəfə məndə ikinci belə bir hissiyyat olmamışdı.
     Yanlız son zamanlarda «Sodom və Hommora»dan sonra mənim daxilimdə yenə belə bir doğma, çox məhrəmanə hiss yarandı: elə bil, bu romanı mənə saatlarla üzbəsurət oturduğumuz baron de Şarlyu danışıb.
     Hətta vaxt keçdikcə və Prust barədə düşündükcə, elə bil ki, təkcə bu romanı yox, bütün «İtirilmş vaxtın sorağında»nı (nə olsun ki, bir çox hadisələrdən onun xəbəri yox idi və bir çox surətləri o heç tanımırdı da?) haçansa mənə baron de Şarlyu danışıb...

MƏNİM İDİLLİYAM


     Mənim bir xəyal dünyam var. Gecələr yerimə girib yuxum qaçanda, yaxud gündüzlər hansısa mənasız bir iclasda olanda (!) mən «Haydı!» deyib o dünyama yollanıram.
     O dünyada tərtəmiz bir dağ çayı şırhaşır axır.
     O dünyada payız təzəcə gəlib, sarısı hələ adda-buddadı, hələ xəzəl də seyrəkdi və üzü qışa gedən o ağaclar istisini də hələ itirməmiş günün altında qəribə (XX əsrdən çox uzaq və mənim gündəlik həyatımın telefon, maşın, televizor, diktafon, iclas, çıxış... kimi atributlarına tamam tərs mütənasib) bir hiss-həyəcanla dolu kölgəlik salıb.
     Və mən o kölgəlikdə oturub qələmlə (makinada, ya diktafonda yox!) «Anna Karenina»nı Azərbaycan dilinə tərcümə edirəm...

SALMAN MÜMTAZ HAQQINDA


     Salman Mümtaz Nəsimidən, Xətaidən, Füzulidən, Vaqifdən, Sabirdən tutmuş, Ağa Məsihə, İ.Qutqaşınlıya, Abbas Səhhətəcən bu qələm sahiblərindən elə bir həvəslə, ehtirasla, şövqlə yazırdı, əlyazmalarını axtarırdı, tapırdı, nəşr edirdi, məxsusi bir ovqat yaradırdı ki, elə bil, yavaş-yavaş o özü də bu siyahıya daxil olurdu...

YURİ SMOLİÇIN ROMANININ MÜŞTƏRƏK ADI


     Mən Tutyunnikdən bu gözəl hekayəçidən başqa, müasir Ukrayna nəsrindən demək olar ki, heç nə oxumamışdım. Yuri Smoliçin «Komalara sülh, saraylara hərb» romanını oxudum.
     İki günüm bu yazıya həsr olundu...
     Nə deyim?
     Təkcə romanm adına bir əlavəm var: «Komalara sülh, saraylara hərb, yazıçılara istedad və insaf!»

KÖK VƏ GÖDƏK DON KIXOT, UZUN VƏ ARIQ SANÇO PANSA


     Don Kixot Sanço Pansa kimi kök və gödəkdir (törədir), Sanço isə əksinə, lamançalı rıtsar kimi arıq və uzundur! Servantes onları bu cür təsvir etsəydi qəbul edəcəkdik? Şübhəsiz.
     III Riçard da qozbeldir, Kvazimoda da, amma biri İblisə xidmət edir, o biri isə Allah adamıdır.
     Və biz Sözün gücü ilə hər iki qozbeli eləcə qəbul etmişik.

IKI STENKEVIÇ


     «Ehkamdan kənar» romanını oxudum. Mənim üçün iki Stenkeviç var.
     Biri tarixi romanlar müəllifi Stenkeviç: hissə qapılır, obyektivliyi itirir, yalnız istilalara qarşı yox, bəzən xalqlara, misal üçün, türklərə, yaxud isveçlilərə qarşı bəlkə heç özü də bunun fərqinə varmadan gizli bir nifrətlə yazır.
     O biri Stenkeviç isə öz dövrünün və xalqının obyektiv bədiipsixoloji salnaməçisidir və «Ehkamdan kənar» bunun yaxşı göstəricisidir.
     Ümumiyyətlə, Polşa romanı ilk növbədə, Stenkeviç, Prus, Ojeşko və Reymont milli məktəb nümunəsidir.

UNUDULMAZ UZUNBURUN


     Yayda Kislovodskda Rostanın «Sirano de Berjerak»ını oxudum və mənə çox təsir etdi; bu uzunburun şairin, romantikin və davakarın məhəbbəti mənim oxuduğum ən kədərli məhəbbət əhvalatlarından biridir.
     O vaxtdan Siranonun özünün hansısa bir əsərini oxumaq istəyirdim, amma əlimə keçmirdi.
     Moskvaya gələndə doktordan (o da hansı bukinistdənsə almışdı) «Başqa həyat, yaxud Dövlət və ay imperiyası»nı götürüb qatarda oxumağa başladım və bu gün səhər mehmanxanada onu bitirdim.
     Ancaq, doğrusu budur ki, Rostanın uzunburunu mənim üçün, aya səyahət edən Siranodan daha maraqlı idi...

SƏHNƏ ÜÇÜN YAZILMIŞ ROMAN


     «Kommivoyajerin ölümü» əslində səhnə üçün yazılmış romandır.
     Burada pyes-dialoq yüngüllüyündən qat-qat artıq dərəcədə roman ağırlığı, təhkiyə çəkisi var.

RENYAR AÇIQ QAPINI DÖYÜR


     Atam elə hey deyirdi ki, Renyarın komediyalarını oxu. İki gündü Qubanın 12-ci sovxozunda Məhbubgildəyəm və iki gecəmi dostumuz Renyarın komediyalarma həsr etmişəm.
     Çox gülməlidi, zərifdi, gözəl, təmiz bir ovqat yaradır, elə bil, sinədolusu dağ havasıyla nəfəs alırsan, ancaq... ancaq hamısı qəhrəmanlar, intriqalar, situasiyalar hamısı tanışdır.
     Bütün bunları Renyardan on-on beş il əvvəl daha böyük dostumuz Molyer deyib.

ÇEXOVDAN QALXAN ZOĞLAR


     «Duel»in az əhəmiyyətli bəzi xarici göstəricilərini götürsəydilər, mən heç vəchlə deyə bilməzdim ki, bu qırğız pyesidir.
     Çexov rişədir.
     Bu rişədən cürbəcür zoğlar baş qaldırıb və o zoğlardan biri də uzanıb və illər boyu inkişaf edərək, təzələnərək dramaturgiyada tamam başqa bir aləm kosmopolit bir dünya yaradıb.
     «Duel» həmin rişədən (Çexovdan) xeyli uzaqdakı (amma qohum!) o kosmopolit dünyanın bəhrəsi və ifadəsidir.
     Bu yaxşıdır? pisdir?deyə bilmərəm.

HAMLET İNTİQAMI


     Hamlet Kölgəyə söz verib ki, intiqam alacaq. Ancaq Hamlet o intiqam məqamını elə bil ki, qəsdən uzadır.
     «Hamlet»in əvvəlindən axırına kimi nə qədər imkan vardı ki, Hamlet Kölgəyə verdiyi sözü yerinə yetirsin, Ofelyanı məhv etməsin və özünün mənəvi sarsıntılarma da son qoysun.
     Bu intiqam alınacaq (və alınır!), ancaq Hamlet bunu nə üçün bu qədər uzadır?
     Çünki əslində Hamlet həyatdan və o cümlədən də özündən, özünün nə üçün həyata gəlməsindən intiqam alır!
     Hamlet iztirablarla özünə dağ çəkir.
     Hamlet intiqamı yalnız konkret Klavdidən, yaxud konkret Hertrudadan alınacaq intiqam deyil, yəni bu intiqamda belə bir məhdudluq yoxdur, bu intiqamın daxili tutumu çoxmiqyaslıdır.
     Hamlet intiqamı bütün bəşəriyyəti ehtiva edir.

TOLSTOY ÖZ PORTRETİNİ ÇƏKİR


     1871-ci ildə Tolstoy Tyutçevlə bir vaqonda yol yoldaşı olur və sonradan onun Fetə yazdığı məktubda belə bir yer var:
     «Çemıda Tyutçevlə rastlaşdım və dörd stansiya danışdım, qulaq asdım və indi də dəqiqədəbir bu əzəmətli, sadə və həqiqi dərin ağıla malik qocanı xatırlayıram.»
     Və məktubdakı bu yeri oxuyanda mənə elə gəldi ki, əslində o zaman Tolstoy otuz-otuz beş il sonranın heybətli və zərif (!), sadə və dəruni bir qocasını özünü təsvir edib.

HAMLETƏ İXTİYAR VERƏN KİMDİR?


     Hamlet hakimdir. Hamlet yaşadığı cəmiyyəti mühakimə edir.
     Ancaq Hamletə bu hakimlik səlahiyyətini kim verib?

TOLSTOY VƏ «SİRLİ RUS QƏLBİ»


     İllər boyudur ki, rus ictimai fikrində belə bir ifadə işlədilir: «Sirli rus qəlbi (ruhu)» (ruscası: «Zaqadoçna russkaya duşa»).
     Bu uydurma bir fikirdir.
     Anna, Vronski, Karenin, Pyer Bezuxov, Nataşa Rastova, Sergiy ata, Andrey Bolkonski, Levin, İvan İlyiç, Katyuşa Maslova, Nexlyudov, Fedor Kuzmiç...bütün bu surətlərlə bağlı, xisləti nə dərəcədə dərk etmək mümkündürsə, hər şey o dərəcədə də aydındır.
     Bundan o tərəfə yoxdur.
     Və bu surətlərin rusluğu da şəkk-şübhəsizdir.
     Onda, bəs, «sirli rus ruhu» nə deməkdir?

XX ƏSRİN BÖYÜK ROMANI


     Üç gündür ki, «Kristina, Lavransın qızı»nı oxuyub qurtarmışam və üç gündür ki də, bu böyük (həm həcmcə, həm də sambalca) roman elə hey fikrimdə dolaşır.
     Mənim üçün bu roman elə bil ki, bir kəşf oldu.
     Mən indiyə kimi Unsetin hekayələrini oxumuşdum, bilirdim ki, çox məşhurdur, qırx altı yaşında Nobel mükafatı alıb, ancaq, doğrusu, belə bir şey gözləmirdim.
     «Kristina» ilə mən XX əsrin böyük romanlarından birini kəşf etdim.
     XIV əsrin əvvəllərində Danimarka ilə müharibə fonunda kəndli Lavransın güzəranı, Kristinanın hissləri, həyəcanı, inamı elə bədii-fəlsəfi sanbal və estetik incəliklə işlənib ki, adamın içində qəribə bir nikbinlik yaradır.
     Hətta bu gecə ağlıma belə bir fikir gəldi ki, Anna Karenina Kristinanı tanısaydı, bəlkə də özünü qatarın altına atmazdı.
     Siyasətdə ərazisinə və əhalisinin sayına görə yox, iqtisadi qüdrətinə və müasir inkişafına görə «böyük dövlətlər» anlayışı var və hərgah ədəbiyyatla bağlı da bu anlayışdan istifadlə etsək - kiçik Norveç «böyük ədəbiyyat dövlətidir»: İbsen, Byomson, Knut Hamsun, Siqrid Unset...
     Söhbət çox böyük yazıçılardan gedir.
     Daha bir cəhət: Siqrid Unset «qadm yazıçı kişi yazıçı» təsnifatmm tamam fovqündədir.
     O, sadəcə olaraq (!) böyük yazıçıdır.

QƏDİM ƏRƏBLƏR TOLSTOYA TƏSİR EDİB?


     Klassik rus nəsrinin mənim üçün çox mühüm bir cəhəti var: istilik, hərarət.
     Bu özü qəribə bir bədii-estetik hadisədir.
     Ruslar soyuqda yaşayıblar, amma həmişə içəridə isti həsrətlisi olublar.
     «İsti dənizlərə doğru!» siyasəti də elə buradan gəlir. Siyasətdə bu müstəmləkəçiliyə gətirib çıxarıb, nəsrdə isə, əksinə, insaniliyə, hissiyyatın ifadəsinə.
     Və mənim üçün ən «isti» rus nasiri, şəksiz ki, Tolstoydur. Ancaq bu «Tolstoy istisi»nin mənbəyi haradan gəlir? Tolstoy yazır ki, uşaqlıqda rus nağılları ilə bərabər, ərəb nağılları da ona çox təsir edib.
     Və mən tamam əminəm ki, o ərəb nağıllarının istisi ta uşaqlıqdan həmişə Tolstoyun içində olub və bütün yazılarında təhtəlşüur ifadəsini tapıb. ƏLVİDA, İSA İSMAYILZADƏ
     İsa İsmayılzadənin qələmi onu Sözün sahibi etmişdi. Şerin, Sözün sahibi, yiyəsi İsa İsmayılzadə...
     Bəzən uşaq kimi sadəlövh, bəzən əzabkeş, zövqlü, zəhmətkeş İsa İsmayılzadə...
     Dostların (və mən də!) sənin ölüm xəbərini qəzetlərdən aldıq.
     Yaxşı dost olmadıq.
     Şair ölümü həmişə qəfil ölümdü.
     Hərdən sənə dediyim bu sözlər yadıma düşür və sənin bərkdən gülməyin gözlərimin qabağına gəlir:
     -Birinə paltar yaraşır, birinə ev, o birinə maşın. Sənə də qələm yaraşır.
     Sən Sözlə işləməyi, Sözü əkib-becərməyi bacaran çox az şairlərimizdən, çox az redaktorlarımızdan biri idin.
     İnsanlar döyüş meydanlarında, sınaq məqamlarında qəhrəman olur və Sən altmışıncı illərin o unudulmaz ədəbi ab-havasının, ədəbi ovqatmın qəhrəmanı idin.
     Biz də gedəcəyik (ölüm haqdı!), yaddaşımıza hopmuş o xatirələr, qanımıza hopmuş o hisslər, həyəcanlar da bizimlə birgə gedəcək, amma bizim o altmışıncı illərimiz, innən belə əlçatmaz, ünyetməz bir uzaqlıqda (əbədi uzaqlıqda!) qalmış o altmışıncı illər və o altmışıncı illərimizin qəhrəmanı İsa İsmayılzadə XX əsr ədəbiyyatımızm tarixində qalacaq.
     Sən Bakıda çox evsizlik çəkdin, sonra böyük bir binanın birinci mərtəbəsində balaca bir mənzilə pərçim oldun, sonra başqa bir vecsiz evə köçdün, sonra da... səni Gürcüstanda doğma torpağa tapşırdılar.
     Bu misra az qala iki yüz il bundan əvvəl deyilib:
Oxuma, gözəl, Gürcüstanın qəmli nəğmələrini...
     Hər dəfə sən yada düşəndə, sənin qırxillik Bakı həyatında heç cürə bakılaşmamış, şəhərləşməmiş sifətin göz önünə gələndə, «Qağa!» deyən səsin yaddaşlarda eşidiləndə, həmişə də özü ilə o qəmli nəğmələrin həzin sorağını gətirəcək:
Oxuma, gözəl, Gürcüstanın qəmli nəğmələrini...
     Azərbaycan ədəbiyyatı İsa İsmayılzadənin simasmda indiyə qədər yazdıqları yaşayacaq, bundan sonra isə bir də heç vaxt heç nə yazmayacaq böyük şairlərindən birini itirdi.
     Bu dünyada (yalan dünyada! qoca Yunus demişkən, «yeri, yeri, yalan dünya, yalan dünya deyilmisən?») əlvida, İsa İsmayılzadə.

MUSİQİŞÜNAS ROMEN ROLLAN YAZIÇI ROMEN ROLLANA MANE OLUR


     «Jan-Kristof» miqyaslı, düşündürən, ağıllı bir romandır, ancaq bədii əsər kimi bu romanın ən böyük çatışmazlığı ondadır ki, onu yazıçı Romen Rollan yox, musiqişünas, alim Romen Rollan yazıb.
     Jan-Kristof musiqiçidir və hərdən elə təəssürat yaranır ki, elə bil, onun bədii obrazını açıb göstərən romandan daha çox, bu surətin yaradıcılığını tədqiq edən elmi əsər oxuyursan.
     Romen Rollanm «Tolstoyun həyatı» kitabı mənim üçün «Jan-Kristof»dan daha maraqlıdır və ona görə yox ki, Tolstoydan bəhs edir (bu öz yerində!), ona görə ki, bu əsərin janrı sənədli bioqrafiya Romen Rollan istedadma (tədqiqatçı və publisisit istedadma) ən uyğunudur.

REYMONT KONTRASLARI


     «Mujiklər» romanı suçlu, günahkar məhəbbətin mənim indiyə qədər oxuduğum ən təmiz, pak bədii ifadələrindən biri və bəlkə də birincisidir.
     Günahkar məhəbbət və təmiz hisslər bu kontras elə incə, həssas bir qələmlə işlənib ki, o biri tərəfdən də, fonda kəndli güzəranm müstəqimliyi, təbii kobudluğu ilə həmin incəlik və həssaslıq arasmda elə bir kontras var ki, romanı oxuduqca, elə bil, cürbəcür rənglərlə işıldayan hisslər burulğanı içindəsən.
     Mənim heç bir şəkk-şübhəm yoxdur ki, XX əsrdən yadigar qalacaq kitablardan biri də əsrin əvvəllərində yazılmış bu böyük Polşa romanıdır.

ŞATOBRİANIN POVESTİ


     «Sonuncu Abenseradceylinin tarixçəsi» mənim üçün ədəbiyyatdakı «Romeo və Cülyetta» mövzusunun yeni bir variasiyasıdır, bundan artıq deyil.
     Düzdür, burada tərəflərin kin-küdurətinə din ayrılığı, ənənələrin yadlığı da əlavə olunub, amma ərəblə ispan qızınm bu məhəbbət əhvalatmı mən, elə bil ki, əvvəllər (Şatobriana qədərki dövrdə!) oxumuşdum və indi onu yenidən oxudum.
     Bədii məsafəni əvvəldən axıra qədər başqalannın açdığı cığırla qət etmək Böyük Ədəbiyyata aparan yol deyil.

SİMENON TOLSTOYUN ADINI ÇƏKMƏKDƏN EHTİYAT EDİR?


     Mənim üçün Meqre təbiəti etibarilə Tolstoyçudur və mən hiss etdiyim dərəcədə Meqre Tolstoyun oxucusudur.
     Simenon klassik rus ədəbiyyatını yüksək qiymətləndirdiyini deyir və yazır ki, Qoqol, Dostoyevski və Çexov ona çox təsir ediblər.
     Meqre elə bil Simenonun pencəyinin yaxasından yapışıb silkələyir ki, bəs Tolstoy?

FRANSIZ ROMANI GÖZƏL SSRİ VƏTƏNİMİZDƏN GƏLƏCƏK NƏSİLLƏR ÜÇÜN YADİGAR QALACAQ BİR ABİDƏ KİMİ


     Pyataçokdakı bukinist köşkündən Moriakın «Gecənin sonu» kitabını aldım, içində iki romandır: «Tereza Dekeyru» və «Gecənin sonu», amma əslində bir romanın iki hissəsidir, 1936cı ildə Moskvada nəşr olunub.
     Bu gün səhər oxuyub qurtardım.
     Biz necə və hansı mənəvi dünyada yaşamışıq? Bu kitab gələcək nəsillərə SSRİ gerçəkliklərini göstərən bir abidədir.
     Əlbəttə, bu abidədən Moriakm özünün xəbəri yoxdur.
     Məndə elə bir təəssürat var ki, bu kitab fiziki mənada başdan-başa KQB xofuna, Stalin qorxusuna bürünüb.
     Kitabdakı geniş giriş sözü (İv. Anisimov) bu cümlə ilə başlayır: «Fransua Moriak müasir fransız burjaziyasının ən maraqlı yazıçılarından biridir.»
     Biz elə bilirdik ki, yazıçı yalnız xalqın yazıçısı ola bilər...
     Amma təsnifat başqa cürmüş: burjaziyanın yazıçısı... Deməli, ingilis yazıçısı Şekspir yox, feodalizm yazıçısı Şekspir, yaxud Amerika yazıçısı yox, kapitalizm yazıçısı Folkner və s.
     Anisimov dostumuz daha sonra yazır (daha doğrusu, onun əli ilə Sistem yazır): bu roman «eybəcərlik nümunəsidir» və bu eybəcərlik «can verən kapitalizm üçün səciyyəvidir» (özü də «zəruri olaraq səciyyəvidir»!).
     «Son həddə çatan bu eybəcərlik» nədən ibarətdir? Romanın özündən! Onu isə «pozğun və rüsvayçı sənət törədib».
     Və s. və i.a.
     Elə bil ki, Moriakın romanı bu nəşrin cildləri çərçivəsində həbsxanaya salınıb.
     İlk dəfədir ki, kitabla bağlı məndə belə bir müdhiş hissiyyat yaranıb.
     Sovet ideologiyası sovet ədəbiyyatından insanın yox, traktorun təsvirini tələb edirdi (əslində indiyə qədər də bu istəyindən əl çəkməyib!).
     Sovet tənqidi isə surətlərin təhlili əvəzinə «ölməkdə olan» kapitalizmi ifşa edirdi (o ifşa eləcə də davam edir, kapitalizm isə ölüb qurtarmır!).
     Və elə bil ki, həmin «kapitalizm aləminin nümayəndəsi» Teraza bu hissiyyatlı qadın öz faciəsini xislətin məkrini, dünyaya sığışmamasını, insan riyasını yadından çıxarıb və dəhşətlə bizə baxır: ay bacılar, ay qardaşlar, siz kimsiz? harada yaşayırsız? sizə nə olub?

İNQİLAB PÜŞK ATIR: EVLADLARINDAN KİMİSİNİ QƏHRƏMAN EDİR, KİMİSİNİ DƏ GÜLLƏLƏYİR


     V.Kinin «O biri tərəfdə» romanı təsadüfən əlimə keçdi (dünən Yəhya müəllim yadından çıxarıb bizim otaqda qoymuşdu) və gecə onu oxudum.
     «Polad necə bərkidi» ilə ekiz bir şeydir.
     Viktor Kin və Nikolay Ostrovski bu adamlar (və onların qəhrəmanları!) dünyanı inqilabsız, sinfı mübarizəsiz, həyatı partiyasız təsəvvür etmirlər.
     Onların ikisi də istedadlı idi, amma o təsəvvür, o küt fanatizim ki, onlarda vardı, həmin istedadı yandırdı və qəhrəmanlannı da o cür küt fanatik etdi.
     İnqilab onlardan birini (Ostrovskini) cəmi 32 il yaşamış bədbəxt bir cavanı əlil edib, sonra da sovet ədəbiyyatının klassiki vəzifəsinə təyin etdi.
     Və elə həmin inqilab da o birisini Kini 34 yaşında «xalq düşməni» elan edib güllələdi.

PRİTÇA SÜJETİ


     Tale bir nəfərə qismət edib ki, bir şüşə tapsın. Həmin adam bilir ki, şüşənin içində cin var.
     Gecə-gündüz şüşəni sürtür ki, cin çıxsın.
     Ancaq bilmir ki, əvvəlcə tıxacı çıxarmaq lazımdır.
     Cinin iztirabları.

QAFQAZ VƏ RUS ƏDƏBİYYATI


     Qafqaz həmişə rus siyasətinin mərkəzində olduğu kimi, rus ədəbiyyatının da mərkəzində olub.
     Qafqaz mənzərəsi (A.Puşkin), Qafqaz romantikası (M.Lermontov), Qafqaz igidliyi (A.Bestujev-Marlinski) rus ədəbiyyatında çox maraqlı əsərlər, hətta şedevrlər meydana çıxarıb, amma bütün bu əsərlərin mahiyyətində təhtəlşüur bir ekzotika var və o ekzotika, təbii ki, Qafqaz gerçəkliyini bütöv şəkildə, olduğu kimi ifadə edə bilməz.
     Buna görə də rus ədəbiyyatındakı Qafqaz mövzusunda ən yaxşı əsərlərdə belə, gizli, bəzən ustalıqla (istedadla!) masqalanmış falş var.
     İstisna «Hacı Murad»dır.
     Qafqaz romantikası və Qafqaz reallığı, Qafqaz lirikası və Qafqaz sərtliyi, Qafqaz imkanı və Qafqaz iddiası bütün bunlar, yəni: «Qafqaz nədir? Qafqazlılar kimdir?»sualının cavabı bu povestdə öz bədii ifadəsini tapıb.
     Bunun üçün Qafqazı gəzmək, öyrənmək, tanımaq azdır, Qafqazı gərək yazıçı fəhmi ilə hiss edəsən.
     Tolstoy Qafqazı hiss edirdi.
     Tolstoydan əvvəl belə bir hissiyyatı Lermontovda tapmaq mümkündü.
     Tolstoydan sonra isə, heç bir rus yazıçısı Qafqazı beləcə hiss edə bilmədi.
     Rus siyasəti isə, Qafqazı heç zaman hiss etməyib.

QUMlLYOVUN BlR MİSRASI


     Bəzən tamam iddiasız, tamam sadə bir misra da həmişə sənin içində olan bir təəssürat, daha doğrusu, ovqat yaradır (əbədi ovqat!) və aylar, hətta illər keçir, elə bil ki, o bir misra yaddan çıxıb, xatırlamırsan, amma elə ki, həmin o ovqat üçün münbit şərait yaranır o saat yenidən yada düşür.
     Nikolay Qumilyovun haçansa, hansı şerindəsə oxuduğum belə bir misra var (sətri tərcüməsi):
     Mən tanımadığım (tanış olmadığım, naməlum, özgə) küçə ilə gedirdim...
     Orijinalı belədir:
     Şyol ya po ulitse neznakomoy...
     Mən nə zaman ki, xarici bir ölkədə, yad bir yerdə oluram, o misra o saat gəlib yaddaşıma qonur və təkrar-təkrar elə hey fikrimdə səslənir:
     Şyol ya po ulitse neznakomoy...
     Özü də vacib deyil ki, hansısa bir küçə ilə gedim; oteldə, barda, kafedə, muzeydə, konfransda (!), görüşdə...

TƏNQİDİMİZ VƏ OBLOMOV İLƏ ŞTOLSIN QONAQPƏRVƏRLİK YARIŞI


     Bəzən bizim tənqid bəsit bir əsəri elə bir yekdilliklə tərif etməyə başlayır ki, bu Oblomov ilə Ştolsın qonaqpərvərlik bəhsə-bəhsinə girişməsinə oxşayır.

İLYAS ƏFƏNDİYEVDƏN SONRA


     Oktyabrın 3-də İlyas Əfəndiyev vəfat etdikdən sonra, düz altı ay mən bircə dənə də olsun, kitab oxumadım (oxuya bilmədim) və yalnız dünən aprelin 3-də gecə «Anna Karenina»nm ikinci cildini (beşinci səkkizinci hissələri; niyə məhz onları? deyə bilmərəm) götürüb səhərə kimi təzədən oxudum.

ALİ ÜÇLÜK


     Yazıçı, məlum məsələdir ki, özünü ifadə edir. Əgər söhbət istedadlı yazıçıdan gedirsə, o, özü ilə bərabər, xalqını da ifadə edir.
     Böyük yazıçılar bəşəri ifadə edir.
     Bu mənada mənim üçün ən böyük bəşəri yazıçılar:
     Qoca Tolstoy.
     Şekspir.
     Servantes.

BULQAKOV HƏYATDAN QAÇIR VƏ... HƏYATA QAYIDIR


     Həyat Bulqakovu sıxırdı, ona işgəncə verirdi, o, həyatdan qaçıb teatra sığmmaq istədi və «teatral roman» meydana çıxdı.
     Həyat Ancaq həyat yenə də Bulqakovu təqib etdi və onun istedadı səhnə arxasındakı insanları (aktyorçuluğu yox, xisləti!) elə öldürücü bir sarkazmla romanın səhifələrinə çıxartdı ki, Bulqakov yenə də həyata qayıdası oldu və real (amansız!) həyatı heç cürə ört-basdır edə bilmədi.

TANEŞLIQ


     Məndə elə bir hissiyyat var ki, kitabxanamdakı bəzi kitablar məni tanıyır.

MONTEKKİ VƏ KAPULETTİ PƏRİŞANLIĞI


     Dünən axşam aprelin 10-da özünə baxan, həmişə səliqəlisahmanlı olan, zövqlə geyinən, ölümdən qorxan və xəstələnən başqa adamların həmişə də dadma çatan, onlara dərman tapan, onları həkimə tapşıran, xəstəxanaya düzəldən, xeyirxah və unudulmaz İmran Qasımov çox əzablar çəkəndən sonra, haqq dünyasına köçdü və mən Arazla birlikdə onlara getdim, bu kədərli gecənin yarısınacan onlarda olduq.
     Mənim lap kiçik uşaq vaxtlarımdan tanıdığım və son altı ildə bir yerdə işlədiyimiz bu insan da xatirəyə çevrildi...
     Bu gün fılarmoniyada matəm mərasimi idi, çoxlu adam gəlmişdi, çıxışlar oldu və sonra İmran Qasımovu on gün bundan əvvəl aprelin 1-də Allahın rəhmətinə getmiş Rəsul Rzanın yanında dəfn etdik.
     Və qəbristanlıqda Fəxri Xiyabanda birdən-birə Şekspir yadıma düşdü və fikrimdə qəribə bir səhnə yarandı.
     Montekkilərlə Kapulettilərin ədavəti Romeo və Cülyettanı məhv edir və bu müsibət çağında Montekki düşməninin qızı Cülyettaya «qızıl heykəl» qoyduracağı, Kapuletti isə, o heykəlin yanmda qiymətli oğlu Romeoya heykəl ucaldacağı ilə təskinlik tapmaq və vicdanlarmı təmizləmək istəyirlər.
     Və mənə elə gəldi ki, indi elə həmin məqamdır, o cavan uşaqlar da (Romeo və Cülyetta) bu dəm bir işıq şüası kimi, onların (Montekki ilə Kapulettinin) başı üstündədir və qətiyyən bu adamlarm dediklərinin, bu adamlarm təskinlik axtarışlarmm, vicdan əzablarmm, evlad dağı çəkmələrinin və s.-nin fərqində deyillər, sadəcə olaraq, onları şüaya çevirmiş həmin hisslər aləmi, bu dəfə tərtəmiz bir işıq olub bütün dünyaya aydmlıq gətirməklə məşğuldur.
     Və indiyə qədər (gecə saat 4-ə işləyib) bu fikir, bu görüm mənim beynimdədir.
     Niyə? bilmirəm.
     Niyə məhz bu yeniyetmə uşaqlar Romeo və Cülyetta? Niyə məhz Montekki ilə Kapuletti ədavəti? bunu da bilmirəm...

İSTEDAD ŞİMALDAN HƏRARƏT GƏTİRİR


     Andersen Neksenin hekayələri başdan-başa hərarətlə doludur. Onlar kiminsə xoşuna gələ bilər (misal üçün, mən XX əsr hekayə antalogiyası düzəltsəydim, əsrin lap əvvəllərində yazılmış «Tale»ni ora salardım), kiminsə xoşuna gəlməz, ancaq bir cəhət mənim üçün şəksizdir (və qəribədir!): onlarm hamısmda isti nəfəs var.
     Mən «Ditte bəşərin övladı» romanmı oxuyanda yeniyetmə idim və o roman mənə çox təsir etmişdi və indi fıkirləşirəm ki, yəqin həmin təəssüratm əsas səbəblərindən biri bu sərt Şimal yazıçısmm qələmindəki istilik olub.

SUAL CAVAB


     -İndiyə qədər sənin oxuduğun ən kədərli hekayə? Kafkanın «Çevrilmə»si.

ÇEXOV VƏ OSTROVSKİ


     Ostrovski dramaturgiyası, elə bil ki, ağır bir daşdır, səni dənizin dibinə çəkir, batırır.
     Çexov dramaturgiyası isə, elə bil ki, xilasedici kəmərdir, səni suyun üzündə saxlayır, batmağa qoymur.
     Baxmayaraq ki, Çexov dramaturgiyası başdan-başa kədərin, yeknəsəq həyatın, boğucu ömrün, darıxdıran ürəyin ifadəsidir. Çexov sirri bu, açılmamış bədii-estetik bir sirrdir.

<< 1 / 2 / 3 / 4 / 5 / 6 / 7 / 8 / 9 / 10 >>

Bölmə: Azərbaycan ədəbiyyatı | Əlavə edildi: azerhero (11.09.2014) | Müəllif: R.C E W
Baxış: 686 | Reytinq: 0.0/0
Bütün rəylər: 0
omForm">
avatar

Kitablar — zamanın dalğaları ilə səyahət edən və nəsildən-nəslə öz qiymətli yükünü ehtiyatla aparan fikir gəmiləridir.

- Frensis Bekon

Son 90 gün ərzində kitab oxumamaqdan daha pisi kitab oxumadığına görə narahat olmamaqdır.

- Cim Ron

Kitabları yandırmaqdan daha pis şey onları oxumamaqdır.

- Rey Bredberi

Yaxşı kitab aysberqə oxşayır, onun yeddi-səkkiz hissəsi suyun altında gizlənib.

- Ernest Heminquey

Kitablarım mənə çatacaq qədər böyük bir krallıqdır.

- Shakespeare

Mən, kitablarımı yaratmadan əvvəl, kitablarım məni yaratdılar.

- Montaigne

Kitabsız yaşamaq; kor, kar, dilsiz yaşamaqdır.

- Seneca

Bu günün gərçək universiteti, bir kitabxanadır.

- Carlyle

Kitab, tək ölümsüzlükdür.

- Rufus Choate

Exlaqa uyğun ya da zidd kitab deyə bir şey yoxdur. Kitablar ya yaxşı yazılmışdır, ya da pis. Hamısı bu qədər!

- Oscar Wilde

Ümidlə açılıb qazancla bağlanan bir kitab, yaxşı bir kitabdır.

- Alcott

Kitablar, itmiş başların abidələridir.

- Sir William Dave

Kitablar, heç solmayacaq bitkilərdir.

- Herrick

Kitab heç aldatmayan bir yoldaşdır.

- Guilbert De Pixrecourt

Axmaqlarla oturub-durmaqdansa , kitabla tənha oturmaq yaxşıdır.

- Qasım bəy Zakir

İnsan güc ilə yox, mütaliə etməklə ağıllanır.

- C.Bruno

Az bildiyini başa düşmək üçün çoxlu oxumaq lazımdır.

- Mişel Monten

Kitablar özünüzə və başqalarına hörmət etməyi öyrədəcək, ürəyi və ağlı, dünya və insanlıq sevgisiylə dolduracaq.

- Maksim Gorki

Kitab həyatın ən uzaq və qaranlıq yollarında insana işıq bəxş edən əfsanəvi çıraqdır

- A.M.Upit

BAKI QIZLAR UNİVERSİTETİ
1992-ci ildə təsis edilən və həmin vaxtdan da fəaliyyətə başlayan Bakı Qızlar Universitetinin (əvəllər Bakı Ali Pedaqoji Qızlar Seminariyası adlanırdı) yaradılmasında məqsəd respublikada qadın pedaqoji kadrlar yetişdirmək, onların intellektual səviyyəsini yüksəltmək və gənc qızları ailə həyatına hazırlamaqdan ibarətdir. Hazırda universitetdə "Sosial pedaqoji” və "Filologiya-tarix” fakültələri fəaliyyət göstərir. "Sosial pedaqoji” fakültədə "Təhsildə sosial-psixoloji xidmət”, "Psixologiya”, "Coğrafiya müəllimliyi”, "ibtidai sinif müəllimliyi”, "Məktəbəqədər təlim və tərbiyə”, "Riyaziyyat və informatika müəllimliyi”, "Filologiya-tarix” fakültəsində isə "Xarici dil (ingilis) müəllimliyi”, "Azərbaycan dili və ədəbiyyat müəllimliyi”, "Tarix müəllimliyi”, "Jurnalistika” üzrə bakalavr, "İbtidai sinifdə tədrisin metodika və metodologiyası”, "Pedaqogika nəzəriyyəsi və tarixi”, "Azərbaycan ədəbiyyatı”, "Azərbaycan dili”, "Azərbaycanın yeni və ən yeni tarixi” sahəsində magistratura səviyyəsində kadr hazırlığı aparılır.
Bakı Qızlar Universiteti Nazirlər Kabinetinin 1996-cı il fevralın 21-də 21 saylı sərəncamı ilə dövlət qeydiyyata alınmışdır. 2013-cü ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin lisenziya komissiyası BQU-nun çoxilli fəaliyyətinin, onun yüksək maddi-texniki bazasının, infrostrukturunun, təlim-tərbiyə sisteminin Azərbaycan Respublikası təhsil Qanununa Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Ali təhsil Müəssisələrinin fəaliyyətinə xüsusi razılıq (lisenziya verilməsi haqqında qərarına, Azərbaycan Respublikası Təhsil Nazirliyinin sənədlərinə uyğn qurulduğunu, pedaqoji kadrların hazırlanmasında əldə olunmuş nailiyyətlərini nəzərə alaraq universitetin fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsini məqsədəuyğun hesab etmişdir. Eyni zamanda 2013-cü ildə universitet akreditasiyadan keçmişdir. Universitetdə müxtəlif fənnlər üzrə kabinetlər, dörd kopüter otağı, kitabxana, badii yaradıcılıq studiyası, tələbə elmi cəmiyyəti, Tələbə Gənclər təşkilatı, dörd dərnəklər, nəşriyyat, idman zalı, yeməkxana, kadrlar şöbəsi və mühasibatlıq fəaliyyət göstərir.
Learn more