Əsas » Məqalə » Azərbaycan ədəbiyyatı

Əfəndiyev Elçin yaradıcılığı-Tənqid və nəsr-6

<< 1 / 2 / 3 / 4 / 5 / 6 / 7 / 8 >>


     Dilşünas R. Məhərrəmova «Azərbaycan sovet nəsrində bədii dil və stil məsələləri» adlı məqaləsində yazırdı ki, ədəbi dildə qarşılığı ola-ola bəzi yazıçılar ərəb-fars sözlərini bədii əsərlərin dilinə gətirirlər, məsələn: tərhhüm, mühəqqəq, mütəssil, mürasilət, dəfəatla, məmaniət, ərzbəndçilik və s. (Əbülhəsənin «Müharibə» romanında); müşabihət, müztərib, müvərrix, baqi, zərədidə və s. (Ə.Məmmədxanlmın «And» kitabında); müddəris, dəruni, nagəhani zühr (İ.Əfəndiyevin «Aydınlıq gecələr» povestində); təğyiri-libas, inkisari-xəyal, müxatəb, mücənnib və s. (Mehdi Hüseynin «Abşeron» romanında); bəndərgah, səmigun, bidət və s. (S.Rəhimovun «Şamo» romanında).
     Əlbəttə, bu cür arxaik sözlərin, xüsusən, müasir mövzulu əsərlərdə işlənilməsi bədii dilə və ümumiyyətlə, əsərin bədii dəyərinə zərər gətirirdi, çünki onlar sadəlik və hamı üçün anlamlı olmaq prinsipi ilə təzad təşkil edirdi. Bu səpkili sözləri bəlkə də zamanın, dövrün koloritini vermək xətrinə tarixi əsərlərdə işlətmək mümkün idi.
     Yenə də həmin məqalədə «Müharibə» (Əbülhəsən) romanından belə bir misal gətirilirdi: «Təzə komandirin əmri ilə elə bil, yarıyuxulu, tutqun havalı isti kayuta ürəksağlandırıcı, başayıldıcı, nəhayət, ruhdirildici (kursiv mənimdir) sərin bir cərəyan açılmışdı; bu da, deyəsən, əsgərlərin çoxunun könlündəndi».
     Məqalə müəllifi yuxarıda kursivlə göstərdiyimiz ifadələrin müvəfəqiyyətsiz olduğunu yazırdı. Əlbəttə, o, haqlı idi. Yeni ifadələr axtarıb tapmaq bədii dilin inkişafına xidmət edən amillərdəndir, lakin bir şərtlə ki, həmin ifadələr təbii olsun, əsərin ümumi orijinal ruhundan, təsvir olunan hiss-həyəcanların yeniliyindən və s. kimi stimulların sayəsində, daha doğrusu, bunların tələbatından doğsun. Dilşünas Ə.Bağırov «Mehman» (S.Rəhimov) povestinin dilindən bəhs edən məqaləsində (1955) əsərin dilində, əsasən, iki nöqsan olduğunu yazırdı:
     1-ci nöqsan özünü əsərin leksionunda göstərir;
     2-ci nöqsan isə cümlə və ifadə xətalarından ibarətdir, yəni bəzən cümlədə sözlər arasındakı uzlaşma, yanaşma, idarə kimi məna əlaqələri pozulur.
     Lakin bu məqalədə də, əsasən, birinci nöqsan üzərində dayanılır, göstərilirdi ki, müəllif öz təsvir dilində bir sıra dialektizmlər işlədir: «kəfə», «xıjm», «sıvılmaq», «lappır» və s., eləcə də arxaizmlər: «ehsaiyyə», «rəncidə hal», «hüsni-təvəccöh» və b.
     Yaxud başqa bir məqaləyə nəzər salaq: dilşünas A.Axundovun «Bədii dildə xəlqilik» adlanan məqaləsi də (1955) demək olar ki, sırf leksika məsələlərindən bəhs edirdi.
     A.Axundov yazırdı ki, S.Rəhimov, Ə.Vəliyev, Ə.Əbülhəsən kimi Azərbaycan yazıçıları tərəfindən şivələrimizdən ədəbi dilə gətirilən «biyanlıq», «qarağanlıq», «coğanlıq», «qış aratı», «əlcə», «sıtqımaq», «dikdir», «hənirti», «cılız» kimi sözlər Azərbaycan bədii dilinin lüğətini zənginləşdirir.
     Əlbəttə, bu sadalanan sözlərin bəzisi barədə mübahisə etmək olar, lakin bir həqiqətdir ki, ədəbi-bədii dilin inkişafında dialektdən gələn, özü də ədəbi-bədii dilin ehtiyacına uyğun olaraq gələn söz və ifadələr böyük rol oynayır. Düzdür, A.Axundovun da yazdığı kimi, unutmaq olmaz ki, şivələrimizdə işlənən hər cür sözü bədii dilə gətirmək doğru deyil. Məqalə müəllifi yazıçı Əbülhəsənin işlətdiyi «duruş vermək», «bilmir deyil», «gözaydınlaşmaq», «ardı qaralmaq», «elcim» kimi söz və ifadələrin xəlqiliklə əlaqəsi olmadığını göstərirdi.
     Göründüyü kimi, yuxarıda bəhs etdiyimiz bu məqalələr birtərəfli səciyyə daşıyırdı, mühüm məsələlərdən sərf-nəzər edilir, yalnız leksik xüsusiyyətlər araşdırılırdı. Məsələn, bədii surətlərin danışığındakı fərdi xüsusiyyətləri və bu xüsusiyyətlərin surətin xarakterinin açılmasındakı rolu kimi sadə və sadə olduğu qədər də vacib bir məsələ, demək olar ki, tamamilə unudulmuşdu; məhz buna görə də müharibədən sonrakı dövr Azərbaycan bədii nəsrində bəzən elə cümlə və ifadələrə, elə dialoqlara rast gəlmək mümkün idi ki, bunlardakı sünilik dərhal nəzərə çarpırdı. Məsələn, Mirzə Müştaqın «Aydın yollarla» romanının qəhrəmanı Çimnaz söhbət edəndə belə bir dillə danışırdı: «Əgər siz yerin quruluşunu, keyfiyyətini, xassələrini, torpağın hansı bitkiyə yararlı olubolmadığını, gücünü, nəmliyini öyrənmişsinizsə, o zaman verdiyiniz göstərişlər də səmərəli olacaqdır». Tənqidçi Y.Seyidov yaxşı yazırdı ki, bu cür danışıq müvafiq təlimatlardan götürülmüş sitatları xatırladır.
     İsmayıl Şıxlı «Janrın tələbləri» adlı məqaləsində Ə. Abbasquliyevin «Bahar axşamları» romanının bədii təhlilini verir, həm də əsərin dilindən bəhs edirdi.
     Burada Salman adlı surət sevdiyi qızla belə bir dillə danışır: «Sizin yolunuzda mən hər cür fədakarlığa hazıram. Ah, bircə sizin iltifatınızı qazanmağa müvəffəq olsaydım, necə də xoşbəxt olardım! Özü də əbədi xoşbəxtlik!» Və yaxud «Sizin kimi zərif bir qadın ancaq nəvaziş üçün doğulmuşdur. O sizi nəvaziş çiçəkləri ilə bəzəməyi bacarmır».
     Əlbəttə, müasir dövrdə bir nəfərin öz sevgilisi ilə bu dildə danışması, hər şeydən əvvəl, həmin «nəfəri» danışdıran yazıçının məhdud dünyagörüşünə, bədii yaradıcılığa hələ də «aşiq-məşuq» əhvali-ruhiyyəsi ilə yanaşmasına dəlalət edirdi.
     İ.Şıxlı «Bahar axşamı» romanından belə bir cümlə misal gətirirdi: «Əhməd idarənin məhəccərli eyvanında dayanaraq buradan aydınca görünən su-elektrik stansiyasına, kəndin köhnə hissəsinə, eninə və uzununa, böyüdükcə daha da gözəlləşən, möhtəşəm kəndə doluşmaqda olan mal-qaranın gəlməsinə qulaq asır, ürəyi fərəhlə dolurdu».
     İ.Şıxlı çox təbii olaraq təəccüblənirdi və biz də onun təəccübünü başa düşürdük ki, «kəndin köhnə hissəsinə» necə qulaq asmaq olar? Hələ biz «mal-qaranın gəlməsinin» «ürəyi fərəhlə doldurmasını» demirik...
     Başqa bir məqalədə də həmin romandan belə bir cümlə misal gətirilirdi: «Peronun çoxlu mürəkkəb götürüb-götürmədiyini yoxladı, çünki pero çoxlu mürəkkəb götürsə, birdən qusardı».
     Əlbəttə, yazıçının özünün belə şit danışmasını şərh etməyə ehtiyac yox idi.
     T.Həsənov «Təzə sədr» (Ş.Abbasov) povestindən bəhs edərək misal gətirirdi ki, Müzəffərin anası öz doğma oğlu ilə belə bir dillə danışır: «Yoldaş oğul! (!!! ?) O doğrudur ki, bizim briqadamız pis işləyir... Bizim briqadada tənbəl də var, qənimətçi də. Onları hamımız tanıyırıq, amma bu cüvəllağılarla lazımınca mübarizə aparmırıq, yoldaş oğul (!!!)».
     Ananın öz oğluna müraciətinin son dərəcə qeyri-təbii olduğunu qeyd etməyə ehtiyac varmı? Azərbaycan bədii nəsrinin bir sıra nümunələrində bədii dil baxımından belə acınacaqlı vəziyyətin əmələ gəlməsinə şərait yaratmış amillərdən biri və bəlkə də başlıcası Azərbaycan ədəbi tənqidi tərəfindən bədii dilin mühüm problemlərinin başlı-başına buraxılması idi. Burasını da qeyd etmək lazımdır ki, bədii nəsr əsərlərində surətlərin bu cür danışması, yazıçının belə bir təhkiyəsi bizim digər fəsillərdə bəhs etdiyimiz məsələlərlə də üzvi surətdə bağlı idi. Belə ki, ədəbi tənqidin ümumi zəifliyi, bədii tələbatın qadirsizliyi ədəbiyyatda istedadsızlığın xəstə rişələr atmasına münbit zəmin yaradırdı.
     Doğrudur, hərdən elə məqalələrə rast gəlmək mümkün idi ki, həmin yazılarda bədii dil və üslub məsələləri bir-birindən təcrid olunmadan vəhdətdə götürülürdü. Məsələn, M.İbrahimov hələ 1955-ci ildə «Bədii dil və süjet haqqında» adlı məqaləsində çox əhəmiyyətli və mühüm bir məsələyə toxunurdu.
     Məqalə müəllifi yazırdı ki, C.Cabbarlının «Aydın»ındakı «Allaha and olsun, elə çırparam ki, hər parçan keçilməz altun dənizlərinə bir körpü ola bilər» cümləsini cavanlıqda əzbər bilərdik, belə cümlələr işlətmək istəyirdik. «Lakin həyati təcrübə və ədəbi təhsilimizi artırdıqdan sonra baxıb gördük ki, bu cür dil Cabbarlının güclü cəhəti deyil, onun güclü cəhəti məhz dilinin realizmində və xəlqiliyindədir». C.Cabbarlının tipləri təbii və eyni zamanda mənalı danışır, «müəllif tiplərin ictimai vəziyyətinə və sənətinə görə söz seçir».
     M.İbrahimov yazırdı ki, dilin xəlqiliyi onun gözəl və sadə, təbii və mənalı olması deməkdir, bayağı sözlər zövqləri korlayır.
     O, S.Abbasovun «Həkim Məsi» adlı hekayəsindən belə bir cümlə misal gətirir: «Şüalar pomidor üzərinə qonmuş milçəklər kimi, Məsinin yanaqlarını qıdıqlayır» və burada həm obrazın məşrut olduğunu, həm də bayalığını yazırdı.
     Bir şeyi qeyd etmək lazımdır ki, bəzən bədii əsərdə və xüsusən, satirik əsərdə obrazın məşrut olması heç də qəbahət deyil, uğurlu işləndikdə məziyyətdir, lakin, aydın məsələdir ki, əsərin bədii tələbatından doğduqda və bayağılıqdan uzaq olduqda!
     İ.Əfəndiyev «Müasirlik uğrunda» adlı məqaləsində yazırdı ki, bəziləri bədii dil dedikdə, bunu bir cümlədə filan sözün bir dəfədən artıq işlənib-işlənməməsi kimi başa düşürlər.
     «Əlbəttə, təmizlik lazımdır. Lakin əsl məsələ bu deyil. Tolstoyun cümlələrində bir sözün iki-üç dəfə də işlənmiş olduğu hallar vardır. Ancaq dil o qədər aydın, o qədər canlıdır ki, sən danışan adamı bütün varlığı ilə duyub, dərk etməyə başlayırsan. Sən cökə ağacının ətrini, o təzə şumun xoş qoxusunu hiss edirsən. Həqiqi bədii dilin ecazkar qüdrəti də bundadır».
     Əlbəttə, bu fikir heç vəhclə o demək deyildi ki, məsələn, A.Axundovun göstərdiyi kimi, yazıçı S.Rəhimovun «Şamo» romanının «Dağüstü şəhər» hissəsində Müqim bəyin arvadı Zərrintacın adı cəmi üç səhifədə 43 (qırx üç) dəfə çəkilsin!
     Akademik M.Şirəliyev «Azərbaycan ədəbi dilinin inkişafı» adlı məqaləsində göstərirdi ki, 1951-ci ildə yazıçılarla dilçilərin üç gün davam edən birgə müşavirəsindən sonra, bədii əsərlərin dilində nailiyyət hiss olunursa da, bədii dil hələ də tələb olunan səviyyədən aşağıdır. Azərbaycan ümumxalq dilinə xas olan bir sıra cəhətlər, xüsusən, sintaktik cəhətlər bədii əsərlərin dilində lazımi yeri tuta bilməmişdir.
     Məqalə müəllifi «ki» bağlayıcısını misal gətirərək göstərirdi ki, nədənsə, yazıçılar şifahi nitqdə çox işlədilən «ki» bağlayıcılı cümlələri əsərlərində işlətməkdən çəkinir və bunları ümumxalq dilinə xas olmayan «dığca», «dikcə», «ınca», «incə», «araq», «ərək» feli-bağlama, ya da feli-sifət tərkibli cümlələrlə əvəz etməyə çalışırlar.
     Əlbəttə, bu fikirlərdə bir sıra mübahisəli cəhətlər vardı.
     Məsələn, «ınca», «incə» feli-bağlamalannın ümumxalq dilinə xas olmamasını iddia etmək, bizcə, düzgün deyildi və s. Lakin bədii dilə geniş nəzər salmaq, onu yalnız leksik problemlərlə məhdudlaşdırmamaq baxımından bu məqalə diqqəti cəlb edirdi.
     M.Şirəliyev haqlı olaraq yazırdı ki, Azərbaycan ümumxalq dilinə xas olan analitik-sintaktik tipli budaq cümlələrə də bədii əsərlərin dilində çox az təsadüf edilir, halbuki bunları tərkiblərlə əvəz etmək xeyli süniliyə gətirib çıxara bilər.
     Azərbaycan ədəbi tənqidində bəzən bədii dil ətrafında mübahisələrə də rast gəlmək mümkün idi, lakin çox təəssüf ki, bədii dilin və ümumiyyətlə, ədəbi dilin inkişafına xidmət edəcək belə mübahisələr təsadüfi xarakter daşıyırdı, halbuki məhz bu cü mübahisələr bədii dil problemləri ilə əlaqədar yaranmış sükunəti dağıda bilərdi.
     Məsələn, A.Axundov «Bədii dil və xəlqilik» adlı məqaləsində M.İbrahimovun «Gələcək gün» romanından belə bir parçanı «xalq dili ahəngi əsasında bəstələnmiş xoş musiqi» adlandırırdı: «...Ayaz və şaxta getdikcə artır, çiskin və duman kəndi bürüyürdü. Odunu və kömürü olmayanlar ilk axşamdan yorğana bürünüb yatırdılar. Çillə yaxınlaşırdı. Yavaş-yavaş payız qışa çevrilir... İlk axşamdan sonra qatı qaranlıqda ağır bir sükut onun (Musa kişinin A.A.) evinə hakim kəsilirdi.
     Gecələr tövləyə dolmuş sahibsiz kənd itlərinin mırıltısından başqa bir səs bu sükutu xələldar etmirdi».
     H.Əliheydər isə, «Ədəbiyyat və incəsənət» qəzetində çap etdirdiyi məqaləsində A.Axundovun misal gətirdiyi bu parçaya öz münasibətini belə bildirirdi:
     «A.Axundovun «xalq dili ahəngi əsasında bəstələnmiş xoş bir musiqi» adlandırdığı həmin parçada ayrı-ayrı cümlələri istisna etməklə yanaşı, demək lazımdır ki, xalq dili və təfəkkürü tərzilə, «xalq dili ahəngi» ilə o qədər də bağlı olmayan aşağıdakı ifadə və fikirlər vardır: Əvvəla, çiskin və duman olan vaxtı ayaz və şaxta olmaz; ikincisi, canlı xalq dilində «ilk axşamdan» ifadəsi yoxdur, onun əvəzinə, «axşam olacaq», «qaş qaralacaq», «ikindi çağı», «toran qovuşacaq» kimi ifadələr işlənir; sonra, kənd evlərində sahibsiz it olmaz, gəzəyən it olar, belə itlər də tövləyə dolmazlar, taya dibində və ya samanlıqda yatarlar. Bir-birinin arxasınca verilmiş «çillə yaxınlaşırdı. Yavaş-yavaş payız qışa çevrilir» cümlələrində «yaxınlaşırdı» və «çevrilir» felləri zaman etibarilə uzlaşmadığından əlaqə pozulmuşdur.
     «Sükutu xələldar etmirdi» cümləsi isə «xalq dili ahəngi» üçün o qədər də müvəffəqiyyətli nümunə deyildir».
     Lakin, yuxarıda qeyd etdiyimiz kimi, bədii dil ətrafında bu cür mübahisələr müharibədən sonrakı dövr Azərbaycan ədəbi tənqidində yox dərəcəsində idi.
     Azərbaycan bədii nəsrinin dili barədə yazılmış sayca az məqalələrin əksəriyyəti elmi-nəzəri səviyyəsi etibarilə qənaətbəxş deyildi; bu məqalələrdə dolaşıqlıq, ziddiyyətli fikirlər tez-tez özünü göstərirdi; bəzən mühüm məsələlər bir kənara qoyulur və lazımsız bir məsələ mübahisə obyektinə çevrilirdi.
     Məsələn, Mehdi Hüseyn tənqidçi Qulu Xəlilova irad tuturdu ki, nə üçün o, Azərbaycan dilinin qədim və səlahiyyətli dil olduğunu sübut etmək üçün Şah İsmayıl Xətainin bu dildə Macarıstana göndərdiyi notanı xatırladır.
     Əlbəttə, Q.Xəlilovun böyük Azərbaycan şairi və dövlət xadimi Şah İsmayıl Xətainin Macarıstana göndərdiyi notanı xatırlamasında heç bir qəbahət yox idi və belə bir irad da yerinə düşmürdü.
     Bədii dildən bəhs edən məqalələrdə də ümumiləşdirmələr, bütün Azərbaycan bədii nəsrinə şamil ediləcək fiki r və mülahizələr yox dərəcəsində idi; yalnız ayrı-ayrı cümlələrin səhvi, ayrı-ayrı sözlərin uğurlu olub-olmaması dialektdənmi gəlib, neologizmdirmi, ya arxaizmdirmi və s. göstərilirdi.
     Məsələn, dilşünas Ə.Bağırovun «Romanlarımızm dili haqqında bəzi qeydlər» adlı məqaləsi məhz bu səpkili idi2. Yaxud Ə.Hüseynovun yazıçı Mir Cəlalın dil və üslubuna həsr olunmuş «Dil və üslub» adlı məqaləsi də öz elmi-nəzəri səviyyəsi etibarilə qənaətbəxş deyildi.
     Professor A.Axundov «Bədii dilə dair mülahizələr» adlı məqaləsində yazırdı: «Bizdə bədii əsərlərdəki surətlər yüksək və gözəl bədii dillə danışarkən, bu hal bəzən realizmin pozulması faktı kimi izah olunur. İddia edilir ki, surətlər nöqtəsinə kimi həyatda danışdıqları kimi danışmalıdılar.
     Şübhəsiz, bu, birtərəfli izahdır. Belə ki, surətlərin dilini sırf həyatda olduğu kimi vermək bədii dilin və bununla əlaqədar olaraq ədəbi dilin inkişafına mane olmaq demək olardı. Əsl yüksək bədii dil heç də adi danışıq dilinin səviyyəsində qapanıb qalan bir dil deyil, əksinə, onun ən yaxşı nemətlərindən istifadə edib, onu daha yüksək səviyyəyə qaldıran, inkişaf etdirən bir dildir. Əgər biz M.İbrahimovun «Böyük dayaq» romanında Mayanın və Pərşanın, H.Mehdinin «Abşeron» romanında Tahirin və Cəmilin danışığında ümumxalq dilinin ən yaxşı xüsusiyyətlərindən istifadə ilə yaranmış bitkin ədəbi dil (kursiv A.A) görürüksə, bunu tərifəlayiq bir cəhət kimi izah etməliyıb).
     Bədii dildən, onun gözəlliyindən yazan müəllifin öz dilində «mane olmaq demək olardı» kimi süni ifadələrə göz yumsaq belə, bu parçadakı fikir və mülahizələrlə mübahisə etmək mümkündür. Orası doğrudur ki, «Əsl yüksək bədii dil heç də adi danışıq dilinin səviyyəsində qapanıb qalan bir dil deyil, əksinə, onun ən yaxşı nemətlərindən istifadə edib, onu daha yüksək səviyyəyə qaldıran, inkişaf etdirən bir dildir», lakin belə bir dili əsərdəki personajların «sırf həyatda» olmadığı kimi danışdırmaqla əldə etmək iddiasını birtərəfli hesab edirik; məqalə müəllifi bu yerdə surətin dili ilə yazıçının dilini bədii dili bir-birinə qarışdırmışdı, əkstəqdirdə o, surətin həyatdakı kimi danışmasının bədii dilin inkişafına mane olduğunu iddia etməzdi.
     Orası doğru idi ki, Maya, Pərşan, Tahir, Cəmil kimi surətlər bəzən canlı danışıq dilində yox, ədəbi dildə danışırdı. Bunu da müəlliflərin nailiyyəti kimi qiymətləndirmək, fikrimizcə, düz deyildi.
     T.Həsənov «Kənd həyatını düzgün təsvir etməli» adlı məqaləsinin lap əvvəlində yazırdı: «Romanın (söhbət N.Nağıyevin «Həsrət» romanından gedir) dili sadə və təbiidir».
     Lakin məqalə müəllifinin əsəri təhlil edərkən cürbəcür münasibətlərlə romandan gətirdiyi misalları oxuduqda heyrət etməmək mümkün deyildi.
     Əsərin qəhrəmanı Cəmil ürəyində öz-özüylə bu cür danışır:
     «Deyəsən, vəziyyətdən çıxa biləcəyəm! Bu, kolxozun tədarük təəhhüdlərindən azad olması haqda qərarın və heyətin gördüyü tədbirlərin camaata necə təsir bağışladığına bir sübutdur».
     Cəmilin atası isə bu cür sevinir: «Xüsusilə, kolxozu tədarük verməkdən azad etmək üçün məsələ qaldırmaq haqqında oğlunun dedikləri kişiyə qol-qanad verirdi».
     Cəmil camaata belə baxır: «Cəmil nəzərlərini onluq lampanın işığında daha tutqun, kölgəli görünən üzlərdə gəzdirirdi».
     « Əlbəttə, bu cür «monoloqlarda», «sevinmələrdə» və «baxışlarda» «sadə və təbii bir dil» axtarmaq əbəs idi.
     «Obrazlı, aydın və rəvan» adlı başqa bir məqalənin müəllifi T.Hacıyev «lirik bir tablo cızarkən onun (yəni yazıçı Ə.Vəliyevin) dili melodik ahəng kəsb edir; mənsur şer kimi səslənir»-iddiasını əyani şəkildə sübuta yetirməkdən ötrü «Turaclıya gedən yol» romanından belə bir misal gətirirdi:
     «... Durna gözündən gözəl, bulaq suyundan duru olan bu gözlər (söhbət Müşgünazın gözlərindən gedir) bir qədər bulanmışdı...))
     Biz məqalədə misal gətirilən parcanı bütövlüklə bura köçürməyi lazım bilmədik, lakin elə bilirik ki, köçürdüyümüz bu hissə də arxaik bənzətmələr, primitiv təsvir vasitələri haqqında təsəvvür yaradır.
     Bədii dildən danışarkən irəli sürülən iddialar, gətirilən misallar arasındakı bu cür təzadlar, şübhəsiz ki, bütün məqalələrə aid deyildi.
     Tənqidçi Əhəd Hüseynov Ə.Vəliyevin «Taran» hekayəsinin dilindən bəhs edərkən, belə bir bənzətməni misal gətirirdi:
     «Qacaq Nəbi boz atını minib aynalı ilə naçalnikləri, pristavları nətəhər pərən-pərən saldısa, Qoç Koroğlu Qıratını minəndə misri qılıncı nətəhər oynadırdısa, Müdhət də zağlı pulemyotunun qəhqəhəsi ilə düşməni qovurdu».
     Əlbəttə, bu cür nağılvarı bənzətmələr Müdhətin, həqiqətən, «zağlı pulemyotunun qəhqəhəsi ilə düşməni qova» bilməsinə inanmağımız üçün heç nə demirdi. Müdhət öz qəhrəmanlığı, mərdliyi və cəsurluğu ilə Koroğluya, yaxud Qacaq Nəbiyə oxşaya bilər, lakin təbii ki, zaman və şəraitdən asılı olaraq onları səciyyələndirən cəhət və keyfiyyətlər tamamilə başqadır.
     Yaxud Qılman Musayevin «Qalada üsyan» əsərindən belə bir bənzətmə misal gətirilirdi: «Dan yeri sökülüb üfüq çil toyuq qanadları kimi (kursiv mənimdir) oradan-buradan bozarmağa başlayanda...»
     Həqiqətən əcaib bənzətmədir.
     Biz yuxarıda qeyd etdik ki, bəzən bədii əsərlərin dilində, xüsusən, satirik əsərlərdə qeyri-adi, ilk baxışda çox gözlənilməz görünən obrazlar, bənzətmələr mümkündür, lakin o qədər ki, bunu əsərin ümumi əhvali-ruhiyyəsi tələb edir; o qədər ki, bu bənzətmə, dil bayağılığa, şitliyə enməsin. Ciddi bir əsərdə isə üfüqün çil toyuğun qanadlarına bənzədilməsi, əlbəttə, əcaibdir.
     Müharibədən sonrakı illər Azərbaycan bədii nəsrində nəinki əcaib bənzətmələrə, süni dialoqlara, hətta adi cümlə qəbahətlərinə belə istənilən qədər rast gəlmək mümkün idi.
     Nəhayət, tənqidçi Qulu Xəlilovun «Açıq məktub»undan sonra «Ədəbiyyat və incəsənət» qəzetində bədii dil məsələlərinə dair müzakirə barədə bir necə söz demək istəyirik.
     Bədii dil məsələləri digər tənqidçilərə nisbətən Q.Xəlilovu tez-tez düşündürmüşdür, onun Azərbaycan bədii nəsrinə həsr olunmuş bir çox məqalələrində, əlbəttə, öz imkanları daxilində və bacarığı çərçivəsində, dil məsələlərinə toxunmaq cəhdi diqqəti cəlb edirdi. «Açıq məktub»da bədii dil məsələləri ətrafında müharibədən sonrakı dövr Azərbaycan ədəbi tənqidindəki sükunəti pozmaq cəhdi kimi qiymətli idi.
     Tənqidçi çoxdan vaxtı çatmış bir məsələ barədə dilçilərə açıq məktub yazmışdı: nə üçün klassik və müasir sənətkarlarımızın dil və üslubuna, söz sənətinə fikir verilmir?
     «Açıq məktub»da dəlillərlə göstərildiyi kimi, hətta iş o yerə çatmışdı ki, az-çox dilin sadəliyindən, canlılığından, şeriyyətindən bəhs edən məqalələrin öz dili belə bərbad vəziyyətdə olurdu.
     «Ədəbiyyat və incəsənət» qəzeti Q.Xəlilovun bu məktubu ilə əlaqədar bədii dil məsələlərinin müzakirəsini təşkil etdi.
     Müzakirə zamanı çap edilən ilk məqalə dilşünas E.Əlibəyzadənin «Filologiya elmimizin yeni bir sahəsini yaratmalı» adlı məqaləsi oldu.
     Bu məqalədə bir sıra mühüm məsələlərə toxunulurdu ki, bunlar Azərbaycan ədəbi tənqidi üçün yeni idi.
     Məsələn, məqalə müəllifi yazırdı ki, hazırda sovet filologiya elminin inkişafında olduqca əhəmiyyətli və zəruri bir proses müşahidə edilir, həm ədəbiyyatşünaslıq, həm də dilçilik elminin bir-biri ilə sıx əlaqəsi əsasında yeni, orijinal bir elm sahəsi yaranır, bu, dilin poetikası, bədii dil və onun həyatla əlaqəsi, yazıçının dili, onun fərdi üslubu və s. məsələləri öyrənən bir elm sahəsidir.
     E.Əlibəyzadə bu yeni sahənin yaradıcılarından akademik
     V.Vinoqradovun belə bir fikrini misal gərirdi: «Mən qəti şəkildə belə bir əqidədəyəm ki, bədii əsərlərin «dilinin» (və ya daha dürüstü, üslublarının V.V.V.) tənqidi filologiya elminin həm dilşünaslığa, həm də ədəbiyyatşünaslığa yaxın olan, lakin, bununla belə, birincidən də, ikincidən də fərqlənən xüsusi bir predmetini təşkil etməlidin).
     E.Əlibəyzadə haqlı olaraq yazırdı ki, indi dilçiliyimizin əsas vəzifəsi bu elm sahəsini inkişaf etdirməkdən, milli zəmin üzərində həmin yeni elm sahəsini yaratmaqla, klassik sənətkarlarımızın və müasir yazıçılarımızın dilini tədqiq etməkdən, öyrənməkdən ibarət olmalıdır.
     Professor H.Mirzəzadə də «Mənim qeydlərim» adlı məqaləsində bədii dil və üslub məsələlərinə diqqəti artırmağa çağırırdı, hərçənd, əsasən, tənqidçi Q.Xəlilovla polemizə edirdi.
     Dilşünas Ə.Bağırov öz məqaləsində yazırdı ki, bədii əsərin dili və üslubu aktual məsələlər cərgəsinə qaldırılmalıdır. O, son zamanlarda yazıçıların dili və üslubu kimi mühüm bir sahənin tamamilə unudulduğunu söyləyir, bədii əsərlərin dili və üslubuna həsr olunmuş tənqidi məqalə və monoqrafıyaların cüziliyindən şikayətlənirdi.
     T.Əkbərov «Dilin poetikasını öyrənmək lazımdır» adlı məqaləsində Azərbaycan dilinin «poetik məziyyətlərini» öyrənməyə çağırırdı.
     Göründüyü kimi, müzakirə zamanı çap olunmuş bütün bu məqalələrin müəllifləri bəzi mübahisələrə və deyiliş tərzlərinin müxtəlifliyinə baxmayaraq eyni fikirdə idilər ki, Azərbaycan ədəbi tənqidi Azərbaycan ədəbiyyatının, o cümlədən, Azərbaycan bədii nəsrinin dili və üslubu ilə ciddi məşğul olmalıdır. Bu məqalələrin özlərinin elmi-nəzəri səviyyəsinə gəldikdə isə, yüksək deyildi, onlar özləri də həmin yüksəkliyə qalxmaq ehtiyacını əks etdirirdilər.
     Müzakirə zamanı çap olunmuş axırıncı məqalə Ə.Cavadovun idi və «Bədii dilin tədqiqi məsələlərinə dair» adlanırdı. Bu məqalədə də bir daha qeyd edilirdi ki, bədii dil məsələlərinin tədqiqi zəruri olduğu qədər də çətindir.
     Beləliklə, tənqidçi Q.Xəlilovun «Açıq məktub»undan sonra «Ədəbiyyat və incəsənət» qəzetinin açdığı müzakirə sona yetdi, lakin həmin qəzetin «Azərbaycan romanının yaradıcılıq problemləri» barəsindəki müzakirəsindən bəhs edərkən yazdığımız kimi, bu yerdə də «sona yetmək» ifadəsi yerinə düşmürdü, çünki bu dəfə də qəzet müzakirəni yekunlaşdırmadı, bu müzakirə də öz-özünə yox oldu, silinib getdi. Halbuki belə bir yekunlaşdırmaya və nəticə olaraq sanballı bir söz deməyə əlahiddə ehtiyac var idi.
     Bəzi sənətkarlıq məsələləri barədə. Biz digər fəsillərdə də yeri düşdükcə qeyd etmişik ki, müharibədən sonra Azərbaycan ədəbi tənqidi, xüsusən, XX partiya qurultayına qədərki dövrdə Azərbaycan bədii nəsrinin sənətkarlıq məsələlərinə az diqqət verir, əsasən, ictimai-sosioloji təhlil aparırdı.
     Hələ 1950-ci ildə professor Cəfər Cəfərovun yazdığı kimi, əsərlərin təhlili zamanı bədiilik qalırdı bir tərəfdə, ictimai təhlil başlayırdı: «İctimai təhlilin özü də çox zaman mücərrəd şəkil alır, çünki sənətin xüsusiyyətlərini təşkil edən obrazlılıq lazımınca nəzərə alınmır, surətlər ətraflı təhlil edilmirdi».
     İllər keçirdisə də, bu sözlər Azərbaycan ədəbi tənqidində öz aktuallığını saxlayırdı, çünki bilavasitə sənətkarlıq məsələlərinə, nəsrin poetikasına həsr olunmuş yüksək elmi-nəzəri səviyyəli analitik məqalələrə yalnız təsadüfdən-təsadüfə rast gəlmək mümkün idi.
     Arxitektonika və kompozisiya, forma və üslub, lokonizm və s. məsələlər baxımından Azərbaycan bədii nəsrini təhlildən keçirmək, əlbəttə, çox vacib idi, çünki Azərbaycan bədii nəsrinin gələcək inkişafı belə bir təhlilə ehtiyac hiss edirdi, lakin ədəbi tənqid bu mühüm məsələlərə demək olar ki, toxunmurdu.
     Aşağıdakı məqalələrin sərlövhələrinə diqqət edək:
     «Gələcək gün» romanında İran fəhləsinin həyatı»‘, «Azərbaycan sovet nəsrində fəhlə sinfi», «Azərbaycan ədəbiyyatında fəhlə sinfi mövzusu», «Nəsrimizdə kollektivləşmə hərəkatının təsviri», «Azərbaycan sovet yazıçıları məhkəmə və qanunvericilik haqqında», «Romanlarımızda ailə və tərbiyə məsələləri haqqında», «Bədii nəsrimizdə partiya rəhbərliyinin təsviri», «Bəzi povestlərimizdə kənd ziyalıları» və s. Bu səpkili məqalələrin adını səhifə-səhifə sadalamaq olardı.
     Əlbəttə, bu mövzuda məqalələr də lazım idi, hətta bəziləri vacib idi də, ayrı-ayrı romanlardakı ayrı-ayrı ictimai-siyasi, etik və s. məsələlərdən yazmaq olar. Lakin mövzu ilə əlaqədar bu cür bölgülər ədəbi tənqiddə əksəriyyət təşkil etməməli, elmi-nəzəri problemlər, sənətkarlıq məsələləri baxımından mövzuların yerini tutmamalı idi; Azərbaycan ədəbi tənqidində isə vəziyyət məhz bu cür idi. Bəzən başqa cür də olurdu, tənqidçi Kamal Talıbzadənin yazdığı kimi, «sənətkarlıq adı altında ayrı-ayrı əsərlərin təhlili verilir, sənətkarların özündən isə ötəri bəhs edilir»di.
     Tənqidçi M. Əlioğlunun «Doğma və yad adamlar»ın taleyi nə ilə qurtardı?» adlı məqaləsinə nəzər salaq.
     Biz bu məqalə barədə artıq danışmışıq, lakin yenə də qeyd edək ki, hansı yollarla olursa-olsun, yazıçı İ.Hüseynovun romanını darmadağın etmək məqsədini güdən məqalə müəllifi öz iradlarını əsaslandırmaq üçün quru sosioloji və ictimai təhlil yolu ilə getmiş, sənətkarlıq məsələsindən demək olar ki, qətiyyən bəhs etməmişdi. Yazıçı Ə.Əbülhəsən bu məqaləni tənqid edərkən, haqlı göstərirdi ki, tənqidçi yazıçının sənətkarlıq xüsusiyyətlərini açmayıb, onlara göz yumub, üzdən gedib.
     Bu səpkili məqalələrin sayını xeyli artırmaq olar və məhz belə bir vəziyyətin davam etdiyinə görədir ki, 1961-ci ildə yazıçı İ.Əfəndiyev yazırdı: «Biz yüksək ideya ilə bərabər, yüksək bədiiliyə malik cazibədar əsərlər uğrunda mübarizə aparmalıyıq. Lakin ədəbi tənqid bu mübarizədə zəif iştirak edir. Bəzi tənqidi məqalələrdə hələ də yalnız ictimai təhlillə kifayətlənirlər. Yalnız əsərdə nə kimi məsələlər qoyulduğunu, surətlərin zahiri hərəkətlərini izah edirlər. Müəllif qələmə aldığı məsələni nə kimi bədii yollarla həll edir? Nə kimi bədii vasitələrdən istifadə edir? Psixoloji momentləri necə verir? Xarakteri necə yaradır? İnsan təbiətinin incəliklərini verə bilirmi? Verə bilirsə, nə cür verir? Ədəbiyyatımıza nə kimi yeniliklər gətirir? Əsərin dili nə dərəcədə bədiidir? Tənqidçi çox zaman bu sualların üzərindən sükutla keçir. Heç zaman yaddan çıxartmamalıyıq ki, tənqidi fikirdə ictimai təhlillə bədii təhlili bir-birindən ayırmaq olmaz. Bu iki cəhətdən biri olmadıqda, təhlil də naqis çıxacaq, bəqiqi, marksist tənqidin tələblərinə cavab verə bilməyəcək. Biz tənqidçidən yaradıcılığın bütün bağlarını, bütün incəliklərini acıb göstərməyi istəyirik».
     Daha iki ildən sonra M.Hüseyn özünəməxsus bir kəskinliklə yazırdı: «Ədəbi tənqidimiz, M.Qorkinin vaxtı ilə dediyi kimi, ictimai-pedaqoji dərs verməklə məşğul olub, sənətkarlıq və bədii keyfiyyət məsələlərinə fikir vermir. Bizim oxucuların səviyyəsi artıq yüksəlmişdir. Onları yarımfabrikat səciyyəsi daşıyan əsərlərlə doydurmaq çətindir».
     Azərbaycan ədəbi tənqidində belə bir vəziyyətin səbəbi idi ki, Azərbaycan bədii nəsri ilə əlaqədar bir sıra mühüm elmi-nəzəri məsələlər açıq qalmış, həll olunmamışdı; Azərbaycan bədii nəsrinin bir çox mühüm struktura komponentləri tədqiq və təhlil edilməmişdi.
     Misal üçün, şəxsiyyət yaradıcılıq sənət problemini götürək. Məlumdur ki, bu problem müasir dövrdə mühüm əhəmiyyət kəsb edir və o, yalnız bədii-praktiki deyil, həm də nəzəri problemdir. Fəqət müharibədən sonrakı dövr Azərbaycan ədəbi tənqidini son dərəcə diqqətlə nəzərdən keçirsək belə, bu məsələ ilə əlaqədar yüksək səviyyəli məqalələrə, demək olar ki, rast gəlmərik.
     Yaxud başqa bir məsələni bədii yaradıcılıqda arxitektonika və kompozisiya məsələsini götürək. Bu məsələnin də XX əsrdə yüksək əhəmiyyət kəsb etdiyini təkrarlamaq artıqdır gümanındayıq. Çünki XX əsrin bədii nəsri struktura səliqəsinə, təmizliyinə daha artıq möhtacdır və bu çox təbiidir: həmin möhtaclıq müasir insanın yüksək intellektual səviyyəsi, şüuri dəqiqliyi ilə izah olunur.
     Bu məsələ barədə Azərbaycan ədəbi tənqidində heç bir məxsusi məqaləyə təsadüf etmədik, ayrı-ayrı yazılarda isə çox zaman arxitektonika ilə kompozisiya qarışdırılır, unudulurdu ki, bunlar tamam başqa-başqa anlayışlardır: kompozisiya bədii əsərin daxili formasıdır və onun vəzifəsi detalları, situasiyaları hissə-hissə inkişaf etdirmək, yerləşdirməkdir; əsərin hissələrində arxitektonikası daxilində bu detallar öz gələcək inkişafına görə düzgün tənasübdə yerləşdirilməli və həmin detallar qarşılıqlı nisbətdə olmalıdır; arxitektonika bədii əsərin zahiri formasıdır, kompozisiya isə mətnin bu forma daxilində yerləşdirilməsidir, yəni xarakterlərin və situasiyaların inkişafı naminə mətnin bədii əsaslı və qarşılıqlı nisbətdə olan bölgüsüdür.
     Qeyd etmək lazımdır ki, həm arxitektonika və həm də kompozisiya məsələləri, ümumiyyətlə, ədəbiyyatşünaslıq elmində hələ bu günə kimi də dəqiq işlənməmiş, əhatə dairələri hələ tam müəyyənləşdirilməmişdir. Bu məsələ barədə bir-birindən fərqli fikirlər söylənilir.
     Fəqət bu o demək deyildi ki, Azərbaycan ədəbi tənqidi bu məsələ ilə əlaqədar tam sükuta qərq olsun; vəziyyət isə yuxarıda yazdığımız kimi, məhz belə idi.
     Yenə də başqa bir mühüm məsələni forma və üslub məsələsini götürək. Hələ 1955-ci ildə Məmməd Cəfər yazırdı:
     «Əlbəttə, «forma və üslub müxtəlifliyi» dedikdə, buraya bədii formanın bütün ən yaxşı ənənəvi növləri daxil edilir. Lakin bunların içərisində sovet yazıçısının yaradıcılıq təşəbbüsünün məhsulu olan, novatorcasına kəşf edilmiş yeni bədii formalar da xüsusi yer tutmalıdır».
     Bu münasibətlə Məmməd Cəfər Azərbaycan ədəbi tənqidi qarşısındakı vəzifələri müəyyənləşdirirdi: «Ədəbi tənqid və ədəbiyyatşünaslıq elmi üzərinə daha mühüm vəzifələr düşür: marksizm-leninizm estetikası prinsipləri əsasında, ümumiyyətlə, bədii forma məsələlərini dərindən işləmək, klassik ədəbiyyatda və folklorda olan bədii formaların poetikasını aydmlaşdırmaq, bunlardan istifadə yollannı müəyyənləşdirmək və bədii formaların sovet ədəbiyyatında necə inkişaf etdirildiyini tədqiq edib bu sahədə olan ən yaxşı təcrübələri ümumiləşdirmək tənqid və ədəbiyyatşünaslıq elminin təxirəsalmmaz vəzifələridir».
     Təəssüf ki, Azərbaycan ədəbi tənqidində bu «təxirəsalınmaz vəzifələr» xeyli təxirə salınırdı. Çünki əsərlərin sırf ictimai, quru sosioloji təhlili imkan vermirdi ki, bədii ədəbiyyatın mühüm sənətkarlıq məsələləri qaldırılsın və tədqiq olunsun; bu cür «ictimai təhlillər» zamanı, professor Cəfər Cəfərovun yazdığı kimi, «hər bir yazıçmm özünəməxsus üslubi keyfiyyətləri haqqmda» təsəvvür belə yaranmırdı.
     Əlbəttə, üslub məsələsi çox geniş əhatə dairəsinə malikdir, geniş mənalı məfhumdur və elə buna görə də Azərbaycan ədəbi tənqidi bu məsələ ilə xüsusi və ciddi məşğul olmalı idi: Azərbaycan bədii nəsrindən çıxış edərək üslubun poetika və estetika ilə əlaqədar şəkildə şərhini verməli idi, onu elmi-nəzəri analizdən keçirməli, Azərbaycan ədəbiyyatmdakı mövqeyini müəyyənləşdirməli, bu ədəbiyyatın üslubi özünəməxsusluğunu açıqlamalıydı. Lakin bütün bunlar bir arzu olaraq qalırdı.
     M.Hüseyn «Sənətkar həyatdan güc alır» adlı məqaləsində yazırdı ki, bugünkü «nəsrin bədii təfəkkür səviyyəsinin tələbləri ilə yanaşdıqda» S.Rəhimovun «Bəhram və Zərəfşan» povestində «köhnəlik bir üslub xüsusiyyəti kimi» özünü təqdim edir».
     Bu, doğrudan da, acı həqiqət idi, həm də ona görə ki, M.Hüseyn hələ 1945-ci ildə yazdığı «Ədəbi məktublar»da yazıçıları «Yeni üslub və dil xüsusiyyətlərinə» fikir verməyə çağırırdı.
     M.Hüseyn bir sıra yazıçıların sənətkarlıq bacarığının, sənətkarlıq dərəcəsinin artıq qane etmədiyini yazırdı.
     Əlbəttə, «köhnəlik bir üslub xasiyyəti kimi özünü göstərən» yerdə sənətkarlıq bacarığından söz ola bilməzdi. Üslub kamilliyi, yüksək sənətkarlıq bacarığının nəticəsidir və yüksək sənətkarlıq dərəcəsi üçün bu bir meyardır.
     Elə həmin məqaləsində M.Hüseyn yazırdı: «...indiki dövrdə (kursiv mənimdir) bədii əsərlərin yalnız tematikasına, məzmununa və ideya saflığma diqqət yetirmək kafı deyil... əsərlərin bədii keyfiyyəti bizi hər zaman düşündürməli və həyəcanlandırmalıdır».
     Öz-özlüyündə məlum məsələlər olsa da, bu fikirlər məhz Azərbaycan bədii nəsrindən çıxış edərək söyləndiyi üçün qiymətli idi. Lakin burada «indiki dövrdə» sözləri diqqəti cəlb edir.
     Bu məqalədə belə bir incə mətləb var: demək, Azərbaycan sovet ədəbiyyatının yükünü çiynində daşıyanlardan biri M.Hüseyn də istər-istəməz etiraf edirdi ki, «indiki dövrdə» yox, başqa dövrdə, yəni bir neçə il bundan əvvəl Azərbaycan bədii nəsrində «əsərlərin yalnız tematikasına, mövzusuna və ideya saflığma diqqət yetirmək» kifayət idi; deməli, yalnız «indiki dövrdə» əsərlərin bədii keyfiyyəti «bizi hər zaman düşündürməli və həyəcanlandırmalıdır».
     Üslub məsələlərinə qayıdaq.
     Biz gördük ki, bəzən Azərbaycan bədii nəsrində «köhnəlik bir üslub xasiyyəti kimi özünü göstərirdi». Eləcə də Azərbaycan ədəbi tənqidində bu məsələyə bəzən birtərəfli mövqedən münasibət bəslənirdi. Məsələn, yazılırdı: «Ədibin cəbhəsindən söhbət getdikdə onun məqsədinin, siyasi görüşünün aydınlığı və qətiliyi, ifadə etmək istədiyi fikrin mütərəqqiliyi və ardıcıllığı nəzərdə tutulur. O nəzərdə tutulur ki, yazıçı təsvir etdiyi hadisə və insanların arxasında gizlənməsin (burada və aşağıda kursiv mənimdir) kimə rəğbət və kimə nifrət bəslədiyini oxucuya hiss etdirsin, oxucunu tam cəsarət və səmimiyyətlə aydın məqsədə doğru səsləsin».
     Bizə elə gəlir ki, müasir ədəbiyyatda məsələyə yalnız belə bir prinsiplə yanaşmaq düzgün olmazdı, çünki bu zaman bir üslubi yeknəsəqlik meydana çıxar. Nə üçün? Müasir oxucu artıq elə bir səviyyəyə çatmışdır ki, ona etibar etmək lazımdır ki, yəni hərgah bir surətin riyakarlığı, alçaq hisslərlə yaşaması, şöhrətpərəstliyi, bu cür xüsusiyyətlərinə bəraət qazandırmaq istəyi, onun faciəsi və s. yüksək bədiiliklə təsvir olunubsa, psixoloji dərinliklərə əl gəzdirilibsə, üstəlik bir surətin yazıçı tərəfindən təkrar söyülməsinə nə ehtiyac var, yazıçının bu surətə «nifrət bəslədiyini» oxucu məgər başa düşməyəcəkmi?
     Oxucu bunu başa düşəcək və «aydın məqsədə doğru» səslənəcək. Odur ki, yazıçının «cəhdlərinə», «müdaxiləsinə» heç ehtiyac qalmır və bu, «təsvir edilən hadisə və insanların arxasında gizlənmək» deyil, oxucuya etibar etməkdir; müasir oxucu fikirləşmək qabiliyyətinə, həyat hadisələrinə və insanlara münasibətdə öz şəxsi fəlsəfi konsepsiyasına malikdir, yaxşını pisdən ayıra bilir.
     Bəs bu zaman əsər nə qazanır? Artıq və yorucu mühakimələrdən, lazımsız xarakteristikalardan azad olmuş üslub şəffaflığı!
     Biz yuxarıda yazdıq ki, Məmməd Cəfərin «təxirəsalınmaz vəzifələr» kimi Azərbaycan ədəbi tənqidi qarşısına qoyduğu vəzifələrin icrası xeyli təxirə salınıb, lakin bununla bərabər, ayrı-ayrı məqalələrdə üslub məsələləri barədə bəzi fikirlər söylənmişdir. Tənqidçi İslam İbrahimovun «Şərqşünasların XXV Beynəlxalq konfransından notlar...» adlı birinci məqaləsi bu baxımdan maraqlıdır.
     İ.İbrahimov yazırdı: «Nəzəriyyəçilərimiz üslubun yaradıcılıq məzmunundan və ictimai varlıqdan asılılığı məsələsini hələ lazımınca tədqiq etməmişlər. Buna görə də ədəbiyyat və sənətdə üslub rəngarəngliyi, fərdi üslubun vahid bədii metodla əlaqəsini öyrənmək sahəsində çox ciddi çalışmalıdırlar».
     Əlbəttə, bu, haqlı irad idi, lakin Azərbaycan ədəbi tənqidinə şamil edildikdə, bizcə, bir qədər yumşaq səslənirdi, çünki Azərbaycan ədəbi tənqidində nəinki «üslubun yaradıcılıq məzmunundan və ictimai varlıqdan asılılığı məsələsi», ümumiyyətlə, üslubun özünün mahiyyəti lazımınca tədqiq edilməmiş, dəqiqləşdirilməmişdi. Bu, İ.İbrahimovun da elə həmin məqaləsində üslub haqqında bəzi mülahizələrində özünü göstərirdi.
     Tənqidçi yazırdı: «Sözün geniş mənasında üslub yalnız sənətkarın yazı tərzi və ya təhkiyə üsulu deyildir. Üslub yazıçı və sənətkar yaradıcılığının əsas ideya-bədii xüsusiyyətlərinin vəhdətidir. Əsərdə yalnız böyük, mürəkkəb obrazlar deyil, ilk baxışda əhəmiyyətsiz görünən təfərrüat, hər söz yazıçının vahid üslubunun ünsürlərini təşkil edir. Üslubu əsərin məzmun və formasından təcrid etmək mümkün deyildir».
     Bizcə, bu mülahizələrdə birtərəflik hiss edilir. Çünki üslub «sənətkar yaradıcılığının əsas ideya-bədii xüsusiyyətlərinin vəhdəti» olmaqla bərabər, həm də bu vəhdətin yaradıcılıqda son dərəcə fərdi təzahürüdür ki, bu da yaradıcı fərdin təfəkkür və təxəyyülünün, hisslərinin məzmunluğundan, ümumi dünyagörüşünün, savadının zənginliyindən, estetik prinsipindən, həyatın və həyat hadisələrinin idraki prosesində öz fəlsəfi konsepsiyasından və s. kimi mühüm stimullardan asılıdır. Əgər belə olmasaydı, onda, deyək ki, Ə.Əbülhəsənlə İ.Hüseynovun, S.Rəhimovla Mir Cəlalın, M.İbrahimovla İ.Şıxlının yaradıcılığında «müxtəlif üslublar yarışının» şahidi olmazdıq.
     Ümumiyyətlə, götürüldükdə isə İ.İbrahimov üslub məsələləri haqqında bir mütəxəssis kimi danışırdı. Məsələn, tənqidçi üslubun təsvir edilmiş həyatla sənətkarın orijinal yaradıcılığının daxili vəhdətdən doğduğunu, üslubla yaradıcılıq metodunu eyniləşdirməyin yanlışlığını düzgün göstərirdi.
     Lakin «Şərqşünasların XXV Beynəlxalq konfransından notlar...» kimi məqalələr Azərbaycan ədəbi tənqidində azlıq təşkil edirdi.
     Süjet barədə bir neçə söz. Bədii əsərin mühüm yaradıcı komponentlərindən biri kimi süjet barədə də Azərbaycan ədəbi tənqidində məxsusi məqalələrə az təsadüf etdik və onların özləri də analitik yox, təsviri xarakter daşıyırdı. Odur ki, başqa məsələlər olan ayrı-ayrı məqalələrdə süjet məsələsinə həsr olunmuş mülahizələrin bir küll halında sanbalı daha artıq idi.
     Misal üçün, rus tənqidçisi Z.Kedrinanın «Epopeya yaratmaq yolunda» adlı məqaləsinə nəzər salaq.
     «Şamo» romanına (S.Rəhimov) həsr olunmuş bu məqalə süjet məsələləri ilə əlaqədar Azərbaycan bədii nəsri üçün bir sıra xarakter iradlar, eləcə də mübahisəli və yanlış iddialar baxımından diqqəti cəlb edirdi.
     Z.Kedrina yazırdı: «Obrazların real surətdə açılıb göstərilməsi süjet xəttinin də real qurulmasını tələb edir. Çünki xarakterin inkişafı məntiqinə tabe olan süjet obrazların açılıb göstərilməsinin düzgünlüyünü və dərinliyini tələb edir.
     Həyatda müşahidə edilmiş hadisələr əsasında deyil, hazır ədəbi süjetlər əsasında qurularaq əsərə daxil edilən süni «əyləndirici» əhvalatlar, nəinki realizmin səciyyəsini aşağı salır və beləliklə də, əsərin inandırıcılıq qüvvəsini zəiflədir, hətta bu əhvalatların yaratmalı olduqları əyləndiriciliyin özünü də azaldır».
     Tənqidçi haqlı idi, əlbəttə, həyat hadisələri əsasında deyil, «hazır ədəbi süjetlər əsasında qurularaq əsərə daxil edilən süni «əyləndirici» əhvalatlar» əsl sənətə yabancı idi.
     Burada bir məsələni qeyd etmək istəyirik: ciddi simfonik musiqi ilə Hacıbəyov, Qarayev, Bax, Bethoven, Vaqner, Şostokoviç musiqisi ilə yanaşı, yüngül estrada musiqisi də mövcuddur və kütləvidir, eləcə də ciddi bədii ədəbiyyatla Balzak, Dostoyevski, Dikkens, Axundov, Tolstoy, Məmmədquluzadə ədəbiyyatı ilə yanaşı, əgər belə demək mümkünsə, yüngül ədəbiyyat da, yəni geniş mənada əyləndirici (bu yerdə dımaqsız) ədəbiyyat da - Düma, Mayn Rid, Konan Doyl, Aqata Kristi, J.Simenon ədəbiyyatı da mövcuddur və hərgah birincisi idraki ədəbiyyatdırsa, ikincisi məhz əyləndirici ədəbiyyatdır hərəsinin öz yeri var, hərçənd, məlum məsələdir, idraki ədəbiyyat öz sanbalı və əhəmiyyəti etibarilə müqayisə olunmaz qüdrətə malikdir, lakin əyləndirici ədəbiyyatın da yaxşı nümunələri fiziki istirahət, əsəb gərginliklərindən azad olunmaq, uşaqların, yeniyetmələrin arzu və xəyallarını, hiss və həyəcanlarını qanadlandırmaq baxımından, xarakterlərinin formalaşmasında oynadığı rol baxımından qiymətlidir. Gələcəkdə bu barədə daha ətraflı danışacağıq.
     Deməli, dediklərimizdən belə bir nəticə çıxır ki, əyləndirici əsər o zaman «əyləndirici» olur ki, yəni bu söz o zaman dırnağa alınır ki, həmin əyləndirici əsər ciddi sənət iddiasındadır; bu zaman vəziyyət həqiqətən acınacaqlı olur və biz imkanla iddia arasındakı komik təzadla rastlaşırıq.
     Orası mübahisəsizdir ki, «süjet xəttinin real qurulması» «obrazların real surətdə açılıb göstərilməsi» ilə üzvi surətdə bağlıdır, süjetin «obrazların açılıb göstərilməsinin düzgünlüyünü və dərinliyini tələb etməsi» də mübahisəsizdir; mübahisəli görünən, süjetin «xarakterin inkişafı məntiqinə» tabe olması iddiasıdır.
     Bizcə, süjeti «xarakterin inkişafı məntiqinə» tabe etmək, süjetin bədii ədəbiyyatda oynadığı rolu kiçiltməkdir, daha doğrusu, məhdudlaşdırmaqdır.
     Doğrudan da, ola bilməzmi ki, süjet «xarakterin inkişafı məntiqinə» münasibətdə tamamilə müstəqil mövqe tutsun? Biz deyirik: ola bilər və müasir dünya ədəbiyyatının bir çox yaxşı nümunələri bunu sübut edir. Hətta bizə elə gəlir ki, süjetin «xarakterin inkişafı məntiqinə» münasibətdə müstəqil mövqe tutması, həmin xarakterin inkişafını daha əlamətdar edir, onun emosional qüdrətini daha da gücləndirir, daha da kəskinləşdirir, çünki bu zaman əsərin kompozisiyasında bir bədii təzad əmələ gəlir ki, o da həm xarakteri qabarıqlaşdırır və həm də sırf sənətkarlıq mənasında süjetin bədii vüsətini artırır.
     Daha sonra Z.Kedrina yazırdı: «Azərbaycan nəsrində əsərə macəraçılıq xasiyyəti verən... «əyləncəli» süjet elementlərinə ən yaxşı əsərlərdə belə, az da olsa, rast gəlmək olar. O yerdə ki, biz obrazların məntiqinə zidd olan (kursiv mənimdir) süni süjet əlamətlərinə rast gəlirik, orada obrazların realizmi zəifləyir, nəticədə də oxucunun marağı azalır, o, təsvir edilən hadisələrin həqiqiliyinə inanmağa başlayır».
     Doğrudan da, müharibədən sonrakı illər Azərbaycan bədii nəsrində ciddi səpkidə yazılmış əsərlərə belə macəraçılıq xasiyyəti vermək cəhdi göz qabağında idi və bu zaman, həqiqətən, əsərdəki surətlərin realizmi zəifləyirdi. Rus tənqidçisinin Azərbaycan bədii nəsrinin bu spesifik kəsirini müşahidə etməsi təqdirəlayiq idi, fəqət onun yuxarıdakı mülahizəsində «obrazların məntiqinə zidd olan süjet» barədəki fikri yenə də qaranlıqdır.
     Z.Kedrinanın bir mülahizəsi üzərində dayanmaqla bu maraqlı məqalə ilə əlaqədar söhbətimizi qurtarmaq istəyirik. Tənqidçi yazırdı: «Romanın (söhbət «Şamo»dan gedir ) kompozisiyası da bizə ağır görünür. Romanda ailələrin keçmişinə aid bir çox əhvalatlar təsvir edilir ki, bunların bəziləri (Heybətin, Qaragilənin, gözəl Alagözün və başqalarınm ailə tarixi Z.K.) hətta iki nəslin tarixini əhatə edir».
      o yerdə ki, Z.Kedrina «Şamo»nun kompozisiyasının ağır olduğunu yazırdı haqlı idi, lakin o yerdə ki, bu ağırlığın nədən törədiyini izah etməyə çalışırdı məqsədinə nail olmur, yanlış yolla gedirdi.
     Bir romanda «ailələrin keçmişinə aid bir çox əhvalatlar» təsvir edilirsə, «hətta iki nəslin tarixi» belə əhatə olunursa, bu, hələ öz-özlüyündə həmin romanın kompozisiya ağırlığına dəlalət edərmi? Əgər belə olsaydı, onda gərək «Buddenbroklar» (T.Mann), «Forsaytlar haqqında saqa» (C.Qolsuorsi), «Tibo ailəsi» (R.M.Dü Qar) və s. kimi həm həcm və həm də bədii dəyər etibarilə XX əsrin nəhəng romanları kompozisiya baxımından xeyli şikəst olardı, amma heç kim, o cümlədən, yəqin Z.Kedrina özü də belə düşünmür.
     «Şamo»da kompozisiya ağırlığı ondan irəli gəlirdi ki, bu romanda təsadüf olunan «ailələrin keçmişinə aid bir çox əhvalatlar», eləcə də «ailələrin keçmişinə» aid olmayan bir çox əhvalatlar bədii tələbatdan doğmurdu, bunlar xammal kimi «Şamo» üçün gərəksiz idi.
     Hələ 40-cı illərdə Məmməd Cəfər S.Rəhimovun digər bir romanından «Saçlı»dan bəhs edərək yazırdı: «Saçlı»da olan darıxdırıcı səhnələr əsərə materialdan gəlir, həm də elə material ki, həyat üçün səciyyəvi deyildir. «Saçlı» müəllifi gələcək əsərlərində bu cəhətə diqqət versə, lüzumsuz həyat materiallarının təzyiqindən özünü xilas etsə, çox irəli gedəcəkdir. Təkrar edirik ki, bu lüzumsuz material S.Rəhimovun «Saçlı»sında onun gözəl sənətinə çox ağır təzyiq göstərmişdir. Bu sənətin çox yerdə qanadlanmasına, konkretləşdirilməsinə və əsl hədəfə doğru çevrilməsinə açıqdan-açığa mane olmuşdur».‘
     Qəribə idi, səviyyəsiz tənqidin təsiri güclü olduğu halda, yəni zəif, qeyri-bədii əsərlər hansı səbəblərə görəsə tərifləndiyi zaman, bu cür «əsərlər» ildırım sürətilə çoxaldığı vaxt haqlı tənqidin, elmi-nəzəri əsaslardan, prinsipial xeyrixahlıqdan çıxış edən tənqidin təsiri xeyli sönük olurdu. Görünür ki, burada qəribəlikdən daha artıq bir qanunauyğunluq var idi. Səviyyəli tənqid istedad və zəhmət tələb edirdisə, səviyyəsiz tənqid də öz bədii müqabilini tələb edirdi.
     Müharibədən sonrakı dövrdə, xüsusən 50-ci illər Azərbaycan bədii nəsrində süjet həyatiliyi, təbiiliyi bir problemə çevrilmişdi. Elə o vaxt Mirzə İbrahimov yazırdı: «Elə yazıçılar var ki, süjeti qurmaq və inkişaf etdirmək məsələsinə ancaq oxucuda maraq oyatmaq fikri ilə yanaşaraq həyatiliyi, realist ədəbiyyat üçün birinci şərt olan həqiqətə uyğunluğu unudur və xəyali əhvalatlar uydururlan).
     Məhz bu cür uydurmaların nəticəsiydi ki, M.İbrahimov «Keçmişin canlı səhifələri» adlı başqa bir məqaləsində Ə.Vəliyevin «Turaclıya gedən yol» romanını, ümumiyyətlə, təqdir edirdisə də, haqlı olaraq yazırdı: «...zavod müdiri Mirzə Cəmilin Hurini faytona oturdub qaçırtdığı, yolda satqın Kəngərlini vurduğu, Huriyə əl atdığı və hər ikisinin yıxılıb çöldə qaldığı səhnə «təsirli hadisələr» yığımına oxşayır, inandırıcılıq qüvvəsindən məhrumdur».
     Biz digər fəsillərdə yeri düşdükcə bu cür «təsirli hadisələrdən» və ədəbi tənqidin «təsirli hadisələrə» münasibətindən bəhs etmişik, hekayə janrı ilə əlaqədar da danışacağıq, odur ki, bu barədə bir neçə kəlmə deməklə kifayətlənirik.
     Tənqidçi K.Məmmədov «Şamo» romanının ikinci cildi» adlı məqaləsində bu əsəri yüksək qiymətləndirirdi.
     Bizə görə də bu əsər Azərbaycan bədii nəsrinin qiymətli, dərin elmi-nəzəri araşdırmalar üçün obyekt ola biləcək nümunələrindəndir.
     Lakin bir sıra başqa məsələlərlə əlaqədar olduğu kimi, süjet təbiiliyi ilə də bağlı «Şamo»nun bədii kəsirləri vardı ki, K.Məmmədov da buna toxunurdu: «Əsərdə Şamo ilə Göyərçinin iştirak etdikləri səhifələri müqayisə etsək, Göyərçinə daha çox yer verildiyini görərik. Əsərdə nisbətin bu cür pozulması əsas qəhrəmanların fəaliyyətini müəyyən dərəcədə azaldır, Şamo ilə əlaqədar olan hadisələrin ətraflı və geniş təsvirində yazıçının imkanlarını məhdudlaşdırır».
     Bu, doğru irad idi və Azərbaycan nəsrində macəraçılıqdan gələn bir bəlanı, «təsirli hadisələr»ə meyli göstərirdi. Bu, əsərin ümumi bədii dəyərinə hiss ediləcək zərbə endirir, süjet təbiiliyini pozurdu. Lakin burda bir məsələni qeyd etməyi lazım bilirik.
     Bizcə, bədii əsərdə «surətlər arasındakı nisbət» məfhumunun özü nisbi anlayışdır, yəni ola bilsin ki, yazıçı təsvir etdiyi dövrün, cəmiyyətin ümumi mənzərəsini canlandırmaq üçün, müəyyən bir baş qəhrəman yox, bir sıra surətlər qalereyası yaradır, özü də bu surətlər inkoqnito «kütlə nümayəndələri» deyil, real insanlardır. Bu halda həmin əsərdə «surətlər arasında nisbət» gözləmək və bu nisbəti axtarmaq artıqdır. Bir də var ki, yazıçı öz qarşısına əsərində baş qəhrəman yaratmaq məqsədi qoyub, hətta əsərin adını da bu qəhrəmanın adı ilə adlandırıb bax, bu yerdə «surətlər arasındakı nisbət» vacibdir, yoxsa ki, baş qəhrəman qalan surətlər və hadisələr içərisində itib-batar; deməli, yazıçı bədii məğlubiyyətə uğrayar, məqsədinə nail olmaz.
     Maraqlı idi ki, bəzən məhz Azərbaycan ədəbi tənqidi bədii nəsri «təsirli hadisələr» yaratmağa bu və ya digər dərəcədə sövq edirdi, bir sıra «təsirli hadisələrlə» mübarizə etmək əvəzinə, məhz bu «təsirli hadisələri» orijinal epizodlar», «maraqla oxunan səhifələr» kimi qiymətləndirirdi.
     Tənqidçi H.Orucəli «Kənd həkimi» (H. Seyidbəyli) povestindən bəhs edərək yazırdı ki, «povest oxucunu daima intizarda saxlayan bir kompozisiyaya malikdir».
     Əlbəttə, əsərin kompozisiyasının «oxucunu daima intizarda saxlamasından» vəcdə gəlmək artıq idi və özü də nəinki vəcdə gəlmək, bəlkə də bu barədə ciddi düşünmək lazım idi. Çünki Azərbaycan bədii nəsrində məhz belə bir «intizar» xətrinə macəraçılıq, əyləndiricilik, «təsirli hadisələr» özünü göstərir, mənəvi araşdırmalar, psixoloji təsvirlər arxa plana keçirdi. Bu xüsusiyyətlər «Kənd həkimi» povestində də nəzərə çarpırdı.
     Q.Qasımzadə «Səadət mübarizləri» (B.Əbülfəz) adlı çox zəif bir romandan bəhs edərək yazırdı: «Alqış Diyarlının (surətin adının və familinin süniliyinə fikir verin; bu cür sünilik bütün romana hakim idi) üç nəfər partizanla faşistlər olan evə girib keflə məşğul olan kiçik zabit Henri və Ottonu tərksilah etməsi, Moroşkinin jandarm zabiti libasındakı çıxışı, «Suvorov» dəstəsi partizanlarının yəhudiləri xilas etmək üçün düzəltdikləri «nikah mərasimi», Gülayın dərman üçün şəhərə getməsi romanın orijinal epizodlarından və maraqla oxunan səhifələrindəndin).
     Lakin elə bu səhifələr sadəcə «maraq» xatirinə əsərə salınmış süni səhifələri təşkil edirdi; Alqış Diyarlının da, Moroşkinin də «igidlikləri» son dərəcə qondarma təsvir olunmuşdu. Azərbaycan bədii nəsrində süjet problemi və bu problemə münasibətlə əlaqədar bir necə məsələnin də üzərində qısaca dayanmaq istəyirik.
     Hələ 1950-ci ildə tənqidçi Q.Marqvelaşvili «Novı mir» jurnalında çap etdirdiyi «Tarixin dönməz iradəsi» adlı məqaləsində «Gələcək gün» (M.İbrahimov) romanının qüsurlarından birini bəzən süjet xəttinin qırılmasında görürdü.
     Tənqidçi belə bir misal gətirirdi: «Musa kişinin qızı Gülnaz zorla Tehranın fahişəxanalarından birinə aparıldıqdan sonra, oxucu bu qızın gələcək taleyindən xəbərsiz qalır».

<< 1 / 2 / 3 / 4 / 5 / 6 / 7 / 8 >>

Bölmə: Azərbaycan ədəbiyyatı | Əlavə edildi: azerhero (28.08.2014) | Müəllif: R.C E W
Baxış: 663 | Reytinq: 0.0/0
Bütün rəylər: 0
omForm">
avatar

Kitablar — zamanın dalğaları ilə səyahət edən və nəsildən-nəslə öz qiymətli yükünü ehtiyatla aparan fikir gəmiləridir.

- Frensis Bekon

Son 90 gün ərzində kitab oxumamaqdan daha pisi kitab oxumadığına görə narahat olmamaqdır.

- Cim Ron

Kitabları yandırmaqdan daha pis şey onları oxumamaqdır.

- Rey Bredberi

Yaxşı kitab aysberqə oxşayır, onun yeddi-səkkiz hissəsi suyun altında gizlənib.

- Ernest Heminquey

Kitablarım mənə çatacaq qədər böyük bir krallıqdır.

- Shakespeare

Mən, kitablarımı yaratmadan əvvəl, kitablarım məni yaratdılar.

- Montaigne

Kitabsız yaşamaq; kor, kar, dilsiz yaşamaqdır.

- Seneca

Bu günün gərçək universiteti, bir kitabxanadır.

- Carlyle

Kitab, tək ölümsüzlükdür.

- Rufus Choate

Exlaqa uyğun ya da zidd kitab deyə bir şey yoxdur. Kitablar ya yaxşı yazılmışdır, ya da pis. Hamısı bu qədər!

- Oscar Wilde

Ümidlə açılıb qazancla bağlanan bir kitab, yaxşı bir kitabdır.

- Alcott

Kitablar, itmiş başların abidələridir.

- Sir William Dave

Kitablar, heç solmayacaq bitkilərdir.

- Herrick

Kitab heç aldatmayan bir yoldaşdır.

- Guilbert De Pixrecourt

Axmaqlarla oturub-durmaqdansa , kitabla tənha oturmaq yaxşıdır.

- Qasım bəy Zakir

İnsan güc ilə yox, mütaliə etməklə ağıllanır.

- C.Bruno

Az bildiyini başa düşmək üçün çoxlu oxumaq lazımdır.

- Mişel Monten

Kitablar özünüzə və başqalarına hörmət etməyi öyrədəcək, ürəyi və ağlı, dünya və insanlıq sevgisiylə dolduracaq.

- Maksim Gorki

Kitab həyatın ən uzaq və qaranlıq yollarında insana işıq bəxş edən əfsanəvi çıraqdır

- A.M.Upit

BAKI QIZLAR UNİVERSİTETİ
1992-ci ildə təsis edilən və həmin vaxtdan da fəaliyyətə başlayan Bakı Qızlar Universitetinin (əvəllər Bakı Ali Pedaqoji Qızlar Seminariyası adlanırdı) yaradılmasında məqsəd respublikada qadın pedaqoji kadrlar yetişdirmək, onların intellektual səviyyəsini yüksəltmək və gənc qızları ailə həyatına hazırlamaqdan ibarətdir. Hazırda universitetdə "Sosial pedaqoji” və "Filologiya-tarix” fakültələri fəaliyyət göstərir. "Sosial pedaqoji” fakültədə "Təhsildə sosial-psixoloji xidmət”, "Psixologiya”, "Coğrafiya müəllimliyi”, "ibtidai sinif müəllimliyi”, "Məktəbəqədər təlim və tərbiyə”, "Riyaziyyat və informatika müəllimliyi”, "Filologiya-tarix” fakültəsində isə "Xarici dil (ingilis) müəllimliyi”, "Azərbaycan dili və ədəbiyyat müəllimliyi”, "Tarix müəllimliyi”, "Jurnalistika” üzrə bakalavr, "İbtidai sinifdə tədrisin metodika və metodologiyası”, "Pedaqogika nəzəriyyəsi və tarixi”, "Azərbaycan ədəbiyyatı”, "Azərbaycan dili”, "Azərbaycanın yeni və ən yeni tarixi” sahəsində magistratura səviyyəsində kadr hazırlığı aparılır.
Bakı Qızlar Universiteti Nazirlər Kabinetinin 1996-cı il fevralın 21-də 21 saylı sərəncamı ilə dövlət qeydiyyata alınmışdır. 2013-cü ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin lisenziya komissiyası BQU-nun çoxilli fəaliyyətinin, onun yüksək maddi-texniki bazasının, infrostrukturunun, təlim-tərbiyə sisteminin Azərbaycan Respublikası təhsil Qanununa Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Ali təhsil Müəssisələrinin fəaliyyətinə xüsusi razılıq (lisenziya verilməsi haqqında qərarına, Azərbaycan Respublikası Təhsil Nazirliyinin sənədlərinə uyğn qurulduğunu, pedaqoji kadrların hazırlanmasında əldə olunmuş nailiyyətlərini nəzərə alaraq universitetin fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsini məqsədəuyğun hesab etmişdir. Eyni zamanda 2013-cü ildə universitet akreditasiyadan keçmişdir. Universitetdə müxtəlif fənnlər üzrə kabinetlər, dörd kopüter otağı, kitabxana, badii yaradıcılıq studiyası, tələbə elmi cəmiyyəti, Tələbə Gənclər təşkilatı, dörd dərnəklər, nəşriyyat, idman zalı, yeməkxana, kadrlar şöbəsi və mühasibatlıq fəaliyyət göstərir.
Learn more