Əsas » Məqalə » Azərbaycan ədəbiyyatı

Əfəndiyev Elçin yaradıcılığı-Tənqid və nəsr-3

<< 1 / 2 / 3 / 4 / 5 / 6 / 7 / 8 >>


     Təkrar edirik ki, bu məqalələrdəki ayrı-ayrı fikirlər, ayrı-ayrı təhlillər bəzi mübahisəli cəhətlərinə baxmayaraq müvəffəqiyyətli idi, lakin əsas məsələ burasındadır ki, bu məqalələrdə bir küll halında müasir Azərbaycan roman və povestinin vəziyyəti, məziyyəti və qüsurları, müasir dünya romanı fonunda öz spesifik xüsusiyyətləri — varmı?, yoxmu? — perspektivi və s. haqqında bugünkü Azərbaycan nəsrinə şamil ediləcək ümumi fikirlər, düşüncələr, tədqiqlər yox dərəcəsində idi. Bir sıra məqalələrdə buna cəhdhiss olunurdu. Məsələn, Q.Xəlilov «Qara daşlar»dan (M.Hüseyn), «Yoxuşlar»dan (Ə.Əbülhəsən), «Şamo»dan (S.Rəhimov), «Böyük dayaq»dan (M.İbrahimov) bəhs edərək, problematik ümumiləşdirmələrə və müasir dünya ədəbiyyatı baxımından bir söz deməyə cəhd edirdisə də, bu yaxşı təşəbbüs dolaşıq fikir və düşüncələr, məlumatfüruşluq fonunda itib-batırdı.
     Bütün bunları yazmaqda məqsədimiz «Ədəbiyyat və incəsənət» qəzetində «Azərbaycan romanının yaradıcılıq problemləri» barədəki müzakirənin açıldığı dövrə qədər həmin məsələ ilə əlaqədar Azərbaycan ədəbi tənqidinin vəziyyətini ötəri də olsa nəzərə çatdırmaq idi.
     «Ədəbiyyat və incəsənət» qəzetindəki bu mühüm məsələnin müzakirəsi ədəbi tənqiddə bir keyfiyyət yeniliyi əmələ gətirdimi?
     Avropa yazıçıları Cəmiyyəti Rəhbər Şurasının müasir roman problemlərinin müzakirəsinə həsr olunmuş Leninqrad sessiyasından sonra «Ədəbiyyat və incəsənət» qəzetində bu məsələ ilə əlaqədar çap olunmuş ilk məqalədə yazılırdı: «Elə məsələlər var ki, onların haqqında konkret danışmaq və romançılarımızın diqqətini onlara cəlb etmək lazımdır». Lakin burada da məlum həqiqətlər sadalanır və heç bir konkret məsələ barədə danışılmırdı. İki nömrə sonra isə müzakirə başlandı.


     Müzakirə yazıçı Ə.Əbülhəsənin məqaləsi ilə açıldı.
     Məqalənin adı çox şey vəd edirdi: «Azərbaycan romanı haqqında qeydlər» və çox da təəssüf ki, bu vəd elə vəd olaraq da qaldı.
     Məqalədəki yeganə fikir bundan ibarət idi ki, müəllif Azərbaycan romanının gələcək inkişafını əməyin təsvirində görür, fikrini də bu cür əsaslandırırdı. Bizim cəmiyyətdə işləməyən adam yoxdur, bir halda ki, romanlarımızın qəhrəmanları müasirlərimizdir, deməli, onlar da işləyirlər və onları iş prosesində təsvir etmək lazımdır. Məqalə müəllifı o qədər hissə qapılırdı ki, çox qəribə fikirlər irəli sürüb yazırdı: «zəhmət prosesində istər zehni olsun, istər fiziki çirkin adam da yaraşıqlı görünür, onun çirkinliyi nəzərə çarpmır.
     Çöhrə əzələlərindəki gərginlik, gözün, qaşın, dodaqların işə müvafiq olaraq rəngarəng ifadəsi, oynaqlığı, ya da əl-qolun ahəngdar hərəkəti...» Və s.
     Əlbəttə, zəhmət və zəhmətə münasibətin sovet adamının xarakterindəki həlledici amil olduğu məlumdur, lakin iş prosesini bu cür fetişləşdirmək, yəni heç nəyi yox, yalnız iş prosesinin təsvirini tələb etmək çox acınacaqlı nəticələrə gətirib çıxarır ki, Azərbaycan nəsrinin təcrübəsi bunu bütün qabarıqlığı ilə nəzərə çarpdırdı. Yuxarıda bəhs etdiyimiz üçün bir daha bu məsələnin üzərində dayanmağı lazım bilmirik.
     Təsadüfi deyildi ki, hörmətli Ə.Əbülhəsən Azərbaycan romanı içərisindən məhz «Fırtına» (M.Süleymanov), «Sabahı yaradanlar» (Ə.Sadıq) və s. kimi bədii sanbal etibarilə zəif əsərləri nümunə göstərərək, tənqidçiləri «bu romanların təcrübəsindən ətraflı danışmağa» çağırırdı. Fikirlərin dolaşıq və yarımçıq deyilməsi, cümlələrin qəlizliyi «Azərbaycan romanı haqqında qeydlər» məqaləsinin dəyərini daha da azaldırdı.
     Çap edilən sonrakı məqalələrdə Ə.Əbülhəsənin bu məqaləsi kəskin tənqidə məruz qaldı. Elə ikinci məqalədə oxuyurduq: «Azərbaycan romanının inkişaf yolunu Əbülhəsən yoldaşın dediyi kimi yalnız fiziki və zehni əmək prosesinin təsviri ilə məhdudlaşdırmaq qətiyyən düz olmazdı».‘ Müəllif göstərirdi ki, zəhməti çəkən insandır, onun həyatı isə yalnız bu zəhmətdən ibarət deyil, buna görə də əmək mövzusunu həyatdan tamam təcrid edilmiş çılpaq, mücərrəd şəkildə irəli sürmək olmaz.
     Bu məqalə məzmunla bərabər, forma məsələlərinə də xüsusi diqqət verməyə, dünya romançılıq sənətinin sağlam, qabaqcıl cəhətlərindən cəsarətlə, yaradıcı surətdə istifadə etməyə çağırırdı; «... bizdə roman bəzən qəribə bir istihalə dövrü keçirir. Əvvəl dörd-beş çap vərəqindən ibarət bir hekayə. Sonra iyirmi... sonra qırx... əlli çap vərəqi həcmində roman! Əvvəl tamamlanmış kimi görünən bir povest... Sonra onun mabədi zühr edir. Daha sonra mabədinin mabədi...» kimi xarakter məsələyə toxunurdu, lakin əsasən polemika səpkisində yazıldığından burada da Azərbaycan romanının gələcək inkişafına xidmət edəcək böyük problemlər qaldırılmırdı.
     Tənqidçi İ.İbrahimov isə Azərbaycan romanına iki zidd cəbhə baxımından realizm və modernizm nöqteyi-nəzərindən yanaşaraq, modemizmin üzərində dayanır, qısaca olaraq modernistlərin nə dediklərini, nə istədiklərini başa salmağa çalışır, realizmin mahiyyətini bir daha təkrar edir, lakin nəticə etibarilə Azərbaycan romanının həll etməli olduğu problemlər barədə sanballı fikir söyləmirdi; məqalədə məlumatfüruşluq hiss olunurdu. Məlumatfüruşluq olan yerdə isə, təbii ki, zəruri məsələlər bütün mürəkkəbliyilə qabarmaz, kölgədə qalar bu da İ.İbrahimovun məqaləsində özünü açıq göstərirdi.
     İ.İbrahimov yazırdı: «Bizim müasir romançılarımız həyatla ayaqlaşmalı, düşüncə və təfəkkür hüdudlarını genişləndirməli, əsrin bilik və mədəniyyət səviyyəsində durmaqla birlikdə, ictimai varlığı diqqətlə izləyib tədqiq etməli, sənətkarlıq və bədii forma üzərində inadla, ardıcıl işləməli, hələ də gözə çarpan məhəlçilikdən, provinsializmdən yaxalarını qurtarmalı, az sözlə böyük fikirlər deməyi, müasir insanları, müasir dünyanı düşündürən, həyəcanlandıran problemlər qoyub, sənətkarlıqla, dərin bir bədiiliklə həll etməlidirlər».
     Bu sözlər öz-özlüyündə ağıllı və zəruri idi; Azərbaycan romanının gerçəkliyindən doğmuşdu, lakin məsələ burasında idi ki, bu və ya digər şəkildə dəfələrlə və həmişə də bu cür tələsik deyilmişdi; artıq bütün bunları mücərrəd, ünvansız, göydən asılı şəkildə yox, yüksək elmi-nəzəri səviyyədə, ciddi, konkret və əməli surətdə deməyin vaxtı çoxdan yetişmişdi.
     Tənqidçi Azərbaycan romanının inkişaf yollarındakı əsas maneələrin məhəlçiliyin, uzunçuluğun, müasir həyatı tədqiq edərək vacib mövzunu seçə bilməməyin, təsvirlərdə hiss ölçüsünü itirməyin, oxucunu söz burulğanları içərisində boğmağın, nağıl danışmağın və s. cəhətlərin adını çox səlis çəkir, heyf ki, adicə sadalamadan yüksəyə qalxa bilmirdi.
     Tənqidçi lakonizm barədə, romanla povest arasındakı sərhəddin aradan qalxması haqda maraqlı fikirlər irəli sürür, «bəzi romanlarda təsvir edilən insanların kostyumu ən yeni moda əsasında tikilsə də, onların mənəvi aləmi, duyğu və düşüncələri, emosiya və münasibətləri köhnədir, 60-cı illərdə yaşayan sovet adamı üçün xarakterik deyildir, deyə zahirlə mənəvi aləm arasındakı vəhdəti, harmoniyanı bərpa etməyin zəruriliyini göstərir, romanın imkan dairəsini məhdudlaşdırmamaq, insanın mürəkkəb fəaliyyətini, ictimai münasibətləri nəzərdən qaçırmamaq, onu bütövlükdə, şəxsi və ictimai keyfiyyətlərin vəhdəti halında göstərmək naminə Ə.Əbülhəsənin iş prosesini təsvir haqqındakı birtərəfli mülahizələrini haqlı olaraq tənqid edir, lakin qaldırılan məsələlərin üzərində ətraflı, sübut-dəlilli dayanmadığına görə bu məqalə də əvvəlkilər kimi kəsərsiz idi; çox məsələdən danışılır, lakin bu məsələlərin heç biri ciddi, elmi-nəzəri surətdə sübuta yetmir, düşündürmürdü. Əlbəttə, yaxşı olardı ki, burada qaldırılan məsələlərdən yalnız birinin üzərində dayanılaydı sübut-dəlilli, konkret, düşündürən, nəticə etibarilə də xeyirli.
     Müzakirə zamanı çap olunan üç məqalədən sonra «Ədəbiyyat və incəsənət» qəzetinin redaksiyası özü çıxış etməyi lazım bildi və «Bizim replikamız» adlı redaksiya məqaləsi dərc olundu . Bu məqalə mahiyyət etibarilə Azərbaycan romanının yaradıcılıq probemlərindən deyil, müzakirədə çap olunmuş üç məqalədən bəhs edirdi. Məqalədə İ.İbrahimov Azərbaycan romanının yaranma tarixini «qocalaşdırıb» deyə ikinci dərəcəli məsələlərin üzərində dayanılır, müzakirənin yenicə başladığı zamanda gələcək məqalələrin keyfiyyəti və istiqaməti barədə heç bir əməli təklif irəli sürülmür, əksinə, üstüörtülü də olsa, bir növ, liberallığa çağırış nəzərə çarpırdı: «Tənqidçi İ.İbrahimov Ə.Əbülhəsənin romanlarımızda əməyin, zəhmət adamlarının təsviri məsələsi haqqındakı mülahizələrinə qiymət verərkən ifrata varır və deyir ki, «Dünya qopur», «Yoxuşlar», «Müharibə» əsərlərinin müəllifi əməyə münasibət məsələsində mühafizəkar mövqelərdə durur. Bu və buna bənzər fikirlər, şübhəsiz ki, hissə qapılmaqdan irəli gəlir; ədəbi müzakirələrdə belə hallar olmasa yaxşıdır.»
     Belə bir tövsiyə, əlbəttə, yanlış idi, çünki əsl elmi-nəzəri müzakirə və mübahisələrdə prinsipiallığın doğurduğu kəskinlik labüddür.
     Bu cür kəskinlik həmişə marksist-leninçi ədəbiyyatşünaslığın səciyyəvi cəhətlərindən biri olmuşdur. V.İ.Leninin «L.N.Tolstoy» adlı məqaləsində liberal qəzetlərin «professor ibarələri ilə» Tolstoya verdikləri qiymətin bürokrat mahiyyətini necə kəskin şəkildə açdığını və yaxud başqa bir məqaləsində «Vexi haqqında» əsərində V.Q.Belinskinin N.V.Qoqola məktubu ilə əlaqədar olaraq «Vexi»nin «hoqqabazlığı»nı necə kəskin tənqidə tutduğunu xatırlasaq kifayət edər.
     Aydın məsələdir ki, biz Ə.Əbülhəsənin mülahizələrini liberal qəzetlərin, «Vexi»nin fikirlərilə müqayisə etmək cəhdindən çox uzağıq. Lakin onun «əməyə münasibət məsələsində mühafizəkar mövqelərdə» durduğunu, hər şeydən əvvəl bu yazıçının bədii cəhətcə daha kamil əsəri «Tamaşa qarının nəvələri» sübut edir, çünki həmin əsərdə müasirlərimiz heç də yalnız «iş prosesində» təsvir edilmir və bu da «Tamaşa qarının nəvələri»nin başlıca məziyyətlərindəndir.
     Sağlam ədəbi mübahisə olan yerdə, kəskinlik mümkün və lazımdır.
     Müzakirə zamanı çap olunmuş beşinci məqalə akademik Məmməd Arifin idi.
     Müəllif, «Şamo (S.Rəhimov), «Müharibə» (Ə.Əbülhəsən), «Səhər» (M.Hüseyn) kimi roman-epopeyalar, «Gələcək gün» (M.İbrahimov) kimi siyasi, «Dumanlı Təbriz» (M.S.Ordubadi), «Səttarxan»» (P.Makulu), «Qan içində» (Y.V.Çəmənzəminli) kimi tarixi romanlar, «Bir gəncin manifesti» (Mir Cəlal), «Söyüdlü arx» (İ.Əfəndiyev), «Telefonçu qız» (H.Seyidbəyli), «Sərinlik» (B.Bayramov) kimi lirik povestlər, roman olmalarına baxmayaraq, belə hesab edirdi ki, «bütün bu nailiyyətləri ilə bərabər, Azərbaycan romanının indiyədək keçdiyi yolu onun ilk mərhələsi adlandırmaq səhv olmazdı.»
     Bu çox düzgün və əhəmiyyətli bir iddia idi. Əlbəttə, bəzilərinə bu fikir qeyri-patriotik görünə bilər, lakin elə bilirik ki, nizamiləri, füzuliləri, mirzəfətəliləri, mirzəcəlilləri, sabirləri olan bir ədəbiyyat belə «milli xəcalət» hissinə qapılmağa əsas vermir. Əksinə, Azərbaycan romanının ümumi keyfiyyətini yalandan şişirtmək yalançı vətənpərvərliyə gətirib çıxarar.
     Məqalə müəllifi Azərbaycan romanının gələcəkdə «daha yüksək mərhələyə» qalxması üçün «roman sənətimizin keçdiyi yola tənqidi nəzər salıb, onun gələcək inkişafını təmin edəcək amilləri müəyyən etməliyik» kimi mühüm məsələ qaldıraraq, iki əsas amili müəyyənləşdirirdi:
     1.Azərbaycan sovet romanının mövzu dairəsi, onun problematika üfüqləri hələ lazımi genişlik və vüsət əldə etməmişdir;
     2.«İndi Azərbaycan sovet romanı elə bir dövrə gəlib çatmışdır ki, onun səhifələrindən oxucularımıza ağıllı, iradəli, böyük humanist qəlbə» və s. kimi keyfiyyətlərə malik qəhrəman surətləri baxmalıdır, «bu qəhrəmanlar oxucuda dərin məhəbbət hissi oyatmalı, oxucunu irəliyə, qələbələrə doğru çağırmalıdır».
     Müəllif birinci amili doğuran səbəbi belə izah edirdi ki, fəhlə həyatı ədəbiyyatımızda zəif işıqlandırılıb və kəndə həsr olunmuş romanlarda «təsvir olunan hadisələr, konfliktlər, insan xarakterləri, fikirlər bir-birinə oxşayır».
     Bunlar, əlbəttə, həqiqətdir, eyni zamanda, bizcə bu mülahizəni Azərbaycan sovet romanının «mövzu dairəsini», «onun problematikasını» yalnız yuxarıda göstərilən cəhətlə məhdudlaşdırmaq kimi başa düşmək düzgün olmazdı.
     Fəhlə həyatı Azərbaycan ədəbiyyatında geniş işıqlandırılsa da, kəndə həsr olunmuş əsərlər bir-birinə oxşamasalar da, bu hələ Azərbaycan romanının «problematika üfüqlərinin» «lazımi genişlik və vüsət əldə etməsini» təmin etməzdi. Bizcə, bunun üçün meydana çıxacaq əsərlərdən sənətkarın həyata və həyat hadisələrinə fəlsəfi baxışının inikasını, sənətkarların özündən isə belə bir fəlsəfi baxışa malik olmasını, ümumidən əlavə öz şəxsi fəlsəfi konsepsiyasının bədii məntiqli ifadəsini, bu ifadənin dövrün və zamanın ehtiyacına müvafiq səviyyəyə qaldırmasını tələb etmək lazımdır. Mövzudan asılı olmayaraq məzmun XX əsrin ikinci yarısının şəxsi, ictimai, sosioloji problemləri yüksəkliyinə qalxmalı idi, elə bir yüksəkliyə ki, obıvatel baxanda papağı yerə düşsün, həm də bu yüksəklik müasir insanın fəlsəfi, estetik və etik görüşləri ilə həmahəng olmalı, yəni yazıçı və yüksək səviyyəli oxucu təzadı yox, yazıçı və oxucu vəhdəti yaranmalı idi. Yalnız bu zaman Azərbaycan romanının «problematika üfüqləri» lazımi genişlik və vüsət əldə edə bilər.
     İkinci amilin və onu doğuran səbəbin də izahını, bizcə, dəqiqləşdirmək lazımdır.
     Akademik M.Arif göstərirdi ki, Azərbaycan romanında hələ «ağıllı, iradəli, böyük humanist qəlbə malik», «oxucuda dərin məhəbbət hissi oyadan», onu «irəliyə, qələbələrə doğru çağıran» bir qəhrəman yoxdur, ya da çox zəifdir, hətta Şamo da «oxucunun ruhunu ələ ala biləcək, onu öz dalınca aparacaq, tərbiyə edə biləcək bədii təsir qüvvəsinə malik deyildir».
     Əlbəttə, mötəbər bir qələm sahibinin və bizim hamımızın müəlliminin bu etirafı, hissə qapılmaması, obyektivliyi çox əlamətdar və çox da ibrətamiz idi. Doğrudan da, əgər qəhrəman yuxarıda göstərilən təsir qüvvəsinə malik deyildisə, bu, müəllifin, eləcə də, ümumiyyətlə, Azərbaycan romanının qüsuru idi, çünki həmin qəhrəman yazıçı tərəfindən məhz bu cür düşünülmüş, oxuculara bu cür təqdim olunmuşdur, məhz belə bir surətin neqatividir.
     Lakin bu cür qəhrəmanı məqalədə müəyyənləşdirilmiş ikinci amili ümumiyyətlə, bütün Azərbaycan romanından tələb etmək düzgün idimi, dövrün tələblərinə cavab verirdimi?
     Başqa sözlə desək, bu düzgün idimi ki: «Axı, hər bir roman, birinci növbədə öz aparıcı qəhrəmanı ilə şöhrət qazanır, elə bir qəhrəman ki, onun dili, hərəkəti və zəkası ilə yazıçı təsvir etdiyi həyatın, dövrün, cəmiyyətin böyük mənasını təcəssüm etdirir. Belə qəhrəmanları oxucu sevir. Əgər oxucunun ixtiyarına verilsəydi, Viktor Hüqonun «Səfillər»inin adını Jan Valjan qoyardı, Lermontovun «Zəmanəmizin qəhrəmanı»na Peçorin deyərdi, Turgenevin «Atalar və oğullar»ını Bazarov, C.Cabbarlının «Od gəlini»ni lxan çağırardı?».
     Axı, oxucunun ixtiyarına buraxılsaydı, Balzakın «Qorio ata»sını Ejen Rastinyak çağıra bilərdi, Mopassanın «Əziz dost»unu Jorj Dürua adlandırardı, Məmmədquluzadənin «Ölülər»inə Şeyx Nəsrullah deyərdi, necə ki, Balzak öz əsərlərini insan zəifliklərini istismar edərək nəhəng sərvətə sahib olmuş mənfi qəhrəmanın adı ilə «Qobsek» adlandırmışdı, Ə.B.Haqverdiyevin məşhur pyesinin adı isə «Ağa Məhəmməd şah Qacar» idi. Məgər Qriqori Melexov «oxucunu irəliyə, qələbələrə doğru çağıran» bir surətdirmi? Halbuki oxucu «Sakit Don»u onun adı ilə çağıra bilər. Aydın məsələdir ki, oxucu Jorj Düruanı Jan Valjan kimi sevə bilməz, çünki Dürua Valjanın tamam əksidir, lakin bu «Əziz dost»un həm bədii, həm də ictimai dəyərini azaldırmı?
     Əlbəttə, yox! Bir bədii surət kimi Dürua da Valjantək ən yüksək bədii-estetik keyfiyyətlərə malik deyilmi? Əlbəttə, malikdir. Deməli, «ağıllı, iradəli, böyük humanist qəlbə malik», «oxucuda dərin məhəbbət hissi oyadan», onu «irəliyə, qələbələrə doğru çağıran» bir qəhrəman arzulamaq olar və bu, yaxşı arzu idi; belə bir qəhrəmanın əhəmiyyəti üzərində də dayanmaq vacib idi, ancaq bunu qəti tələb kimi qarşıya qoyub, Azərbaycan romanının gələcək inkişafını təmin edəcək yeganə amil hesab etmək, hər bir əsərdə mövzu, məqsəd və janr xüsusiyyətlərindən asılı olmayaraq məhz bu keyfiyyəti tələb etmək, bizcə, doğru deyildi.
     Biz bu barədə ayrıca danışmışıq, lakin bir daha qeyd edək ki, bəli, sosialist realizmi ədəbiyyatının nümayəndələri öz böyük sələflərinin ənənələrini novatorcasına davam etdirərək (vulqar sosioloqların iddiaları çoxdan unudulub!), böyük bir iş gördü yeni tipli müsbət qəhrəmanlar silsiləsi yaratdı: bu qəhrəman Fərhad («Bəxtsiz cavan», Ə.B. Haqverdiyev) kimi iradəsiz, Fəxrəddin («Müsibəti-Fəxrəddin», N.B. Vəzirov) kimi həddən artıq mülayim, barışdırıcı, İsgəndər («Ölülər», C.Məmmədquluzadə) kimi bədbin və gücsüz deyildi, o, iş adamı idi, geniş xalq kütləsinin nümayəndəsi idi, xalqın ən yaxşı arzularını ifadə edən, əsrin ən yeni mütərəqqi ideyalarına sahib olan və ədəbiyyatşünas M.M.Kuznetsovun yazdığı kimi, bu sahibliklə kifayətlənməyib, ədəbiyyat tarixində ilk dəfə bu ideyaları həyata tətbiq etməyin real vasitələrini görən bir insan idi.
     Sosialist realizminin qəhrəmanı sözün tam mənasında həyatı dəyişdirən, yenidən quran adam idi, o, müasir Qərb ədəbiyyatının bəzi qəhrəmanları kimi faciəli tənhalıqda deyil, həyata bir xaos kimi baxmır, hər cür hərc-mərclik qarşısında özünü itirmirdi; iradə, cəsurluq, əmək adamlannın sözün geniş mənasındakı istedadı sosialist realizminin müsbət qəhrəmanının səciyyəvi xüsusiyyəti idi.
     Bütün bunlar həqiqət idi. Bütün bunların sovet ədəbiyyatının inkişafında mühüm xidməti vardı, mütərəqqi Qərb ədəbiyyatına təsiri məlum idi (L.Araqon, P.Neruda, C.Oldric və b. yaradıcılığı misal ola bilər), lakin bütün bunlarla birlikdə yazıçının başqa bir müsbət qəhrəmanı da var yazıçının yüksək amalı.
     Yüksək yazıçı amalı olarsa, yuxarıda göstərdiyimiz birtərəfli tələbə ehtiyac olmaz; bu cür əsərlər də həyatı tarixi hərəkətdə və inqilabi inkişafda göstərməyə, bu günü bəzəməməyə, həqiqəti realistcəsinə düzgün əks etdirməyə, mənsub olduğu məktəbin yaxşı ənənələrilə cəsur novatorluğu özündə birləşdirməyə, kommunizm cəmiyyətini qurmağa və kommunist əxlaqlı insanın tərbiyəsinə kömək etməyə, «dünyanı bədii vasitələrlə dərk etməyin hüdudlarını genişləndirməyə, insana emosional estetik təsir göstərilməsi üçün yeni imkanlar açmağa» çağıran sosialist realizmi ədəbiyyatının gələcək inkişafına, o cümlədən də Azərbaycan sovet romanının gələcək irəliləyişinə xidmət edəcəkdi.
     M.Arif həmin məqalədə Azərbaycan romanının iki xarakterik qüsurunu çox doğru göstərirdi ki, bunlardan da biri uzunçuluq, digəri primitivlik idi. Müəllif Azərbaycan romanının bədii keyfiyyətlərini nəzərdən keçirərək belə bir düzgün nəticəyə gəlirdi ki, «çoxcildlik romanlar bizdə yaradıcılıq müvəffəqiyyətlərindən çox, yaradıcılıq zəifliyi nəticəsidir.» Məhz elə buna görə də, «romançılarımızm ikinci nəsli romanların kompozisiya möhkəmliyinə, yığcamlığına, bədii dilin daha möhkəm olmasına xüsusi əhəmiyyət verirlər.
     Azərbaycan ədəbiyyatının keçirtdiyi və M.Arifin nəzərə çatdırdığı bu proses bir tərəfdən Azərbaycan romanının hələ həqiqətən də ilk mərhələdə olduğunu təsdiq edir, digər tərəfdən isə artıq bu mərhələni arxada qoymasını, inkişafını göstərirdi.
     Məqalə müəllifı Azərbaycan romanında primitivliyin meydana çıxmasının səbəblərini düzgün aydınlaşdırırdı:
     «...Yazıçı öz imkanında olan maraqlı və dəyərli materiala roman şəkli vermək istədikdə, bu janrın tələb və xüsusiyyətlərini nəzərə almır, özünü janrın çərçivəsi ilə «məhdud» etmək istəmir, sərbəst hərəkət edir, buna görə də «material» emal edilməmiş, sənət süzgəcindən keçməmiş, aranıb-daranmamış bir vəziyyətdə əsərə daxil olur. Nəticədə də əhvalatçılıq meydana çıxır. Belə əsərlərdə bəzən mövzu da maraqlı olur, dil də, ümumiyyətlə, təbii və axıcı olur, lakin roman olmur, olsa da, ibtidai və bəsit olur».
     Bu sözlərə yalnız onu əlavə edə bilərik ki, bəzi hallarda vəziyyət «roman olmayan romanlardan» da pis olurdu, yəni yazıçı maraqsız və dəyərsiz bir materiala roman donu geyindirmək istəyir, bu janrın tələb və xüsusiyyətlərini nəzərə almamaqla bərabər, öz imkanlarını da nəzərdən qaçırır imkanla iddia arasında təzad yaranır, nə mövzu maraqlı, nə də dil təbii və axıcı olur, nəticədə isə heç olmasa «roman olmayan roman» meydana çıxmırdı.
     Daha sonra M.Arif İ.İbrahimovun «romanla povest arasındakı sərhəd aradan çıxmaqdadır» fikri ilə polemizə edərək yazırdı ki, «mən romanla povesti bir-birinə qarışdırmaq, «hibridləşdirmək» tərəfdarı deyiləm. Roman romandır, povest də povest». Eyni zamanda müəllif düzgün olaraq deyirdi ki, «mən povest yazanları da romancı adlandırmaqda bir qüsur görmürəm. İ.Hüseynov çox böyük həcmdə əsər yazmır, lakin onun povestlərində çox əhəmiyyətli roman ünsürləri vardır. Deməli, əgər Azərbaycan ədəbiyyatında da belə bir proses gedirsə deyək ki, İ.Hüseynovun povestlərində «çox əhəmiyyətli roman ünsürləri» varsa, onda İ.İbrahimovun «romanla povestin sintezi» haqqındakı fikri ilə razılaşmaq lazımdır.
     Göründüyü kimi, M.Arifin «Böyük məsuliyyət hissi ilə» məqaləsi yuxarıda göstərdiyimiz mübahisəli cəhətlərinə baxmayaraq, qaldırdığı problemlərə, həll etmək istədiyi məsələlərə, Azərbaycan romanının müasir vəziyyətinin obyektiv analizinə, bu romanın gələcək inkişafı haqqındakı düşüncələrinə görə müzakirə zamanı «Ədəbiyyat və incəsənət» qəzetində çap olunmuş əvvəlki məqalələrdən əsaslı surətdə seçilirdi. Gözləmək olardı ki, bu, gələcəkdə müzakirə ilə əlaqədar çap olunacaq ciddi və məsuliyyət hissli məqalələrin başlanğıcıdır, nəhayət, böyük problemlər qaldırılacaq, qızğın mübahisələr gedəcək, polemikalar elmi-nəzəri əsaslarla güclənəcək. Lakin belə olmadı.
     Müzakirədəki altıncı çıxış Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsi ilə «Ədəbiyyat və incəsənət» qəzeti redaksiyasının birgə müşavirəsinə həsr olunmuşdu. Bu materiallar məruzə və çıxışların qısa xülasəsi olduğundan, üzərində ətraflı dayanmağı məqsədəuyğun bilmirik. Lakin qeyd edək ki, qəzetdə bu müşavirə münasibətilə xüsusi bir səhifə ayrılmışdısa da, həmin səhifədəki materiallarda Azərbaycan romanının yaradıcılıq problemləri barədə demək olar ki, heç bir sanballı fikrə rast gəlmək mümkün deyil; dəfələrlə deyilmiş məlum məsələlər bir daha sadalanırdı. Məsələn, Azərbaycan romanında uzunçuluq barədə o qədər danışılırdı ki, məlum söz və ifadələr o qədər təkrar olunurdu ki, bunun özü ədəbi tənqiddə uzunçuluğa çevrilirdi. Hərçənd professor Mir Cəlal bu məsələni konkret və obrazlı şəkildə belə izah edirdi:
     «...Zənnimcə bir ovuc toxum bir qarış sahəyə səpilərsə, daha yaxşı bəhrə verər, nəinki geniş bir sahəyə».
     Müzakirə zamanı çap olunmuş yeddinci məqalə cavan, lakin artıq məqalələrinin elmi-nəzəri səviyyəsi ilə seçilən istedadlı tənqidçi Yaşar Qarayevin idi.
     Bu məqalə haqqında danışmazdan əvvəl bir mühüm məsələni qeyd edək.
     «Ədəbiyyat və incəsənət» qəzetinin açdığı müzakirə zamanı çap olunmuş məqalələrin demək olar ki, hamısında Avropada və ümumiyyətlə, Qərbdə roman haqqındakı mübahisələrdən ötəri də olsa danışılır, lakin bu mübahisələri doğuran obyektiv səbəblər şərh və izah edilmirdi. Məqalə müəllifləri Azərbaycan romanrnm yaradıcılıq problemləri barədəki müzakirədə də bu baxımdan iştirak etdiklərinə görə, bir çox hallarda iddia və qənaətləri əsaslandırılmırdı. Belə bir bünövrəsizlik Y.Qarayevin, ümumiyyətlə, maraqlı məqaləsində də özünü göstərirdi.
     Müəllif məqaləni bu cür özünəməxsus obrazlı bir şəkildə başlayırdı: «Avropada roman Hamletin məşhur sualı qarşısında qalmışdır: «Olum, ya ölüm?»
     Yuxarıda göstərdiyimiz kimi, Avropada roman Hamletin bu «məşhur sualı qarşısında» qalmamışdı, «ölüm»dən yox, «olum»dan söhbət gedirdi, daha doğrusu sual bu cür idi: «Necə olum?» Leninqrad müşavirəsinin materiallarını diqqətlə nəzərdən keçirsək, bu aşkar olar.
     «Necə olum?» sualmı doğuran əsas obyektiv səbəb isə dünyagörüşlərin müxtəlifliyi, ziddiyyəti idi. Bir-birinə zidd iki cəbhə nümayəndələrinin, deyək ki, bir tərəfdən K.Simonovun, digər tərəfdən isə A. Rob-Qriyenin çıxışlarını xatırlasaq kifayət edər.
     Həm də, Y.Qarayev Hamletin dili ilə qarşıya qoyduğu bu sualı doğuran səbəbləri izah və şərh etmirdi, məqalədə «Nə üçün?» sualına cavab yox idi. Düzdür, müəllif yazırdı ki, «bizim ədəbiyyatşünaslığımızı isə düşündürən tamamilə başqa məsələlərdir» və bu «başqa məsələlərin» bəzilərini izah etməyə çalışırdı, lakin «olum, ya ölüm?» məsələsinin meydana çıxma səbəbləri aydınlaşdırılmadığı üçün, ümumiyyətlə, ağıllı bir qələmin məhsulu olan bu məqalədə dolaşıqlığa, fikir ziddiyyətlərinə yol verilirdi, nəticədə də məlum olmurdu ki, məsələn, İ.İbrahimovun məqaləsindəki «romanla povestin sintezi» iddiası ilə mübahisə apararaq Y.Qarayev özü nə deyir?
     Məqalə müəllifi bir tərəfdən yazırdı ki, «romanın «povestin lakonizmini» qəbul etməsi, əslində, onun povestin ölçülərinə məxsus müəyyən məhdudluğu , daha dar miqyası və vüsəti qəbul etməsi demək olardı. Elə bununla da roman öz «romanlığını» itirərdi». Digər tərəfdən isə oxuyuruq: «Şairanə, lirik və psixoloji povestlər («Söyüdlü arx», «Körpüsalanlar», «Telefonçu qız», «Sərinlik», «Teleqram» və s. Y.Q.) nəsrimizin çiçəklənməsi əlamətidir və o, öz yeni roman formalarını da yaratmaqdadır (kursiv mənimdir)»
     Həm də müəllif İ.İbrahimovun məqaləsində qoyulmuş məsələnin özünü düzgün şərh etməyərək yazırdı ki, İ.İbrahimovun tezisinə görə «roman məhz «povest lakonizmini» qəbul edərək, povestə çevrilmək prosesi keçirir».
     Halbuki İ.İbrahimovun məqaləsində belə bir prosesdən povestin romanı əvəz etməsindən söhbət getmirdi. İ.İbrahimov yazırdı ki, indi romanla povest arasında mövcud olan fərqlər, hüdudlar silinib getməkdədir. Lakin niyə belədir? Çünki roman öz inkişafında artıq elə bir mərhələyə gəlib çatmışdır ki, indi «realist roman insan xarakteri və psixologiyasının dərin qatlarına enməkdə davam etməklə povestin lakonizmini qəbul edir. Son zamanlarda yaranmış və ədəbi ictimaiyyətimizin diqqətini cəlb etmiş bir çox əsər, o cümlədən, Marçello Venturinin «Bir almanın məzuniyyəti», G.Vladimovun «Böyük filiz», İ.Əfəndiyevin «Körpüsalanlar», İ.Hüseynovun «Teleqram», B.Bayramovun «Sərinlik» və s. (bu f ikrə şərik olduğumuz üçün klassik bir misalı xatırlamaq istərdik: E.Heminquey, «Qoca və dəniz») sübut edir ki, məsələ həcmdə, səhifələrin sayında deyil, əsərlərdə qoyulan və həll edilən ümdə bəşəri problemlərdə, vacib həyat məsələlərindədir».1
     Həmin məqalədə Y.Qarayev romanda fəlsəfilik kimi mühüm bir məsələ qaldırmış və bunun aydın təfsirini vermişdir.
     Məqalə müəllifi göstərirdi ki, «ya epik, ya da lirik ünsürlərin üstünlük təşkil etməsindən», qəhrəmanın «kənd, ya şəhər adamı» olmasından, növlərindən asılı olmayaraq, müasir roman fikir romanı olmalıdır. Bu nə demək idi, necə yəni «Hkir romanı?»
     Müəllifin izahı sərrast və dəqiq idi: «Romanda fəlsəfilik dedikdə biz, yeni roman növü, ayrıca «fəlsəfi roman» tələb etmirik (bu yerdə qeyd edək ki, «fəlsəfi roman» heç də yeni bir növ deyil, Balzakın «Fəlsəfi etüdlər» roman silsiləsindən tutmuş, J. P. Sartrın əsərlərinədək ədəbiyyatda belə bir növ olub ); fəlsəfiliyi bədiiliyin şərtlərindən biri kimi başa düşür (əsas məsələ də budur!) və onu hər şeydən əvvəl, yazıçının ideya-ictimai mövqeyində, hadisələrə verdiyi qiymətdə, tipikləşdirmə prosesinin, bədii idrak və inikasın özündə axtarırıq.»
     Müzakirə zamanı çap olunmuş sonuncu səkkizinci məqalə də mahiyyət etibarilə heç bir mühüm məsələ qaldırmır, «Q. Yaşar öz məqaləsində bir-birinə qarşı duran fikirlər söyləyir; gah «problem həcmini» əsas götürür, gah da «su» əleyhinə çıxmaq şərti ilə səhifə həcminə üstünlük verir; gah romanla povesti «sintezləşdirənlərə» haqlı etiraz edir, gah da romanın povestdən «lakonizm, konkretlik» almasını arzulayır» deyə, əsasən, Y. Qarayevin yuxarıda haqqında bəhs etdiyimiz məqaləsindəki ziddiyətləri göstərirdi.2
     Lakin bu məqalənin müəllifi də öz növbəsində bir-birinə zidd fikirlər söyləyirdi. Məsələn, romandan bəhs edərək bir tərəfdən yazırdı ki, «Ədəbiyyatımızın nəhəngi olan bu forma öz əzəməti ilə seçilir». Digər tərəfdən də yazırdı: «Roman probleminin müzakirəsi göstərir ki, bəzilərində bu formaya xüsusi üstünlük vermək meyli vardır, ən yaxşı sözləri, ən alovlu fikirləri yalnız romana aid etmək istəyirlər.» Və s.
     Bununla da «Ədəbiyyat və incəsənət» qəzetinin «Azərbaycan romanının yaradıcılıq problemləri» barədəki müzakirəsi sona yetmişdir. Lakin qeyd edək ki, «sona yetmək» ifadəsi burada bir o qədər də yerinə düşmür. Çünki qəzet hər hansı bir məsələ barədə müzakirə açarsa, həmin müzakirə axırda yekunlaşdırılmalıdır, lakin «Ədəbiyyat və incəsənət» qəzeti bunu etməmiş və səbəbini də göstərməmişdi, müzakirə öz-özünə yox olub aradan çıxmışdı.
     Biz, söhbətimizin əvvəlində qarşıya belə bir sual qoymuşduq ki, müzakirədə cap olunmuş məqalələrin keyfiyyəti, elmi-nəzəri səviyyəsi «müasir roman necə olmalıdır?» sualı baxımından qənaətbəxş, Azərbaycan romanının gələcək inkişafı üçün səciyyəvi idimi? Azərbaycan romanının gələcək inkişafı naminə əhəmiyyət kəsb edirdimi?
     Göründüyü kimi bu suallara müsbət cavab vermək mümkün deyil. Halbuki Azərbaycan romanının gələcək inkişafı, yəni akademik M.Arifin «birinci mərhələ» adlandırdığı etapı arxada qoyması üçün mühüm məsələlər qaldırmaq və bu məsələləri yazıçılarla qarşılıqlı praktik əlaqələr şəraitində həll etmək, XX əsrin ikinci yarısında təfəkkür və təxəyyülün ən ali inkişafı və bu inkişafın kütləviliyi dövründə qarşıya ən yüksək tələblər qoymaq, bu tələblərin gerçəkliyi uğrunda daim fəaliyyət göstərmək ədəbi tənqidin, bizcə, birinci dərəcəli vəzifəsi və borcu idi.
     Burası da çox əlamətdar idi ki, artıq Azərbaycan ədəbi tənqidi özü bu müzakirənin aşağı səviyyədə keçdiyini görür və göstərirdi.
     Əlbəttə, bu faktı Azərbaycan ədəbi tənqidinin ümumi inkişafına dəlalət edən amillərdən biri kimi qiymətləndiririk.
     Yeri gəlmişkən, Azərbaycan romanının gələcək inkişafı barədə bəzi mülahizələrimizi, qısaca da olsa, söyləmək istərdik.
     Azərbaycan romanının gələcək inkişafı öz bölgüsündən siyasiliyindən, ictimailiyindən, epikliyindən, lirikliyindən və s., həmçinin, roman müəlliflərinin fərdi üslubundan asılı olmayıb, bu romanlarda qaldırılacaq böyük problemlərdən asılı idi.
     Yalnız bu zaman Azərbaycan romanının «birinci mərhələsi» ilə «ikinci mərhələsi» arasındakı keyfiyyət məsafəsi gözə çarpırdı, yəni Azərbaycan romanının hələ keçmədiyi, lakin qabaqcıl dünya romanının çoxdan adladığı mərhələləri məzmun və forma kamilliyinin, zənginliyinin vəhdəti baxımından təkrar etməyə ehtiyac olmazdı.
     Azərbaycan romanının «ikinci mərhələsi» öz gerçəkliyini böyük problemlər romanında tapmalıdır.
     Bu böyük problemlərin əsasını müasir insan və müasir həyat təşkil edir: müasir insanın müasir həyata münasibəti və bu münasibət baxımından onun həyatdakı fəaliyyəti.
     Bu müasir insan mücərrəd bir varlıq deyil, «portretlər qalereyasına» mənsub inkoqnito deyil, yüksək intellektli azərbaycanlıdır mənfi və yaxud müsbət surətliyindən asılı olmayaraq.
     Onun fəaliyyət və maraq dairəsi genişdir, o, təkcə ixtisası ilə əlaqədar məsələləri yox, Vətən və xalq qarşısında duran problemləri də görür və bu problemlər barədə düşünür, çünki xalqın və Vətənin buna ehtiyacı var; onun fəaliyyəti də bu problemlərlə bağlıdır.
     Bu müasir həyat yalnız istehsalat və kənd təsərrüfatı, maarif və səhiyyə, cürbəcür müəssisələr çərçivəsində deyil; bu, müasir həyat çərçivəsizdir, ümumidir, bir küll halındadır, heç bir məhdudluq yoxdur; müasir insanı düşündürən problemlərin bütün obyektiv səbəblərinin hamısı buraya daxildir.
     Bizcə, Azərbaycan romanının «ikinci mərhələsinə» aparan yol belədir.
     Azərbaycan sovet ədəbiyyatının yeni nəsli hələ öz sözünü deməmişdir. 0nların yaradıcılığında hələlik forma baxımından bir yeknəsəqlik nəzərə çarpır: təxminən eyni həcmli kiçik povestlər. Anarın, İ.Məlikzadənin, Ə.Əylislinin, Ç.Ələkbərzadənin, S.Süleymanovun, F.Kərimzadənin və başqalarının son illərdə çap edilmiş əsərlərini xatırlasaq kifayət edər.
     Bununla biz qətiyyən kiçik povest əleyhinə çıxmaq fikrində deyilik. Heç kimdən tələb etmək olmaz ki, roman yazsın, necə ki, hamıdan kiçik povest yazmağı tələb etmək olmaz. Yuxarıda adını çəkdiyimiz müəlliflərin, eləcə də başqalarının həm sənətkar istedadı, həm yazı mədəniyyəti baxımından bir-birindən fərqli olan povestləri bir küll halında Azərbaycan nəsrinə yenilik gətirmişdir.
     Lakin bu, hələ «ikinci mərhələ» deyil. Onda bəlkə «ikinci mərhələyə» keçiddir?

***


     Ədəbiyyatda əsl müasirlik istedadın dərəcəsi üçün meyar ola biləcək estetik bir kateqoriyadır.
     İstər tarixi mövzulu əsərlərdə, istər müasir həyatdan bəhs edən əsərlərdə səpkisindən fəlsəfi, ictimai, epik, lirik, detektiv, fantastik, sosioloji, bioqrafik və s. asılı olmayaraq bir kateqoriya kimi müasirlik zəruridir.
     Müasirlik olmayan yerdə sənət yoxdur.
     Müasirliyi nəhəng bir ağac gövdəsinə bənzətmək olar.
     Ağac özü bədii əsərdir. İrili-xırdalı saysız budaqları var: bədii ədəbiyyatın qanunları, janrları, üslubu, forması, arxitextonikası, strukturu, sənətkarın xidmət etdiyi ideya, fəlsəfi, estetik və etik konsepsiyası, dünyagörüşü, cəbhəsi, yazı mədəniyyəti, yazıçı məharəti və s. Bu budaqların üzərində cürbəcür zərif yarpaqlar var: bədii əsəri sözün yaxşı, intelektual mənasında yaraşıqlı və yapışıqlı edən cəhətlər.
     Lakin bu budaqlar da, yarpaqlar da həmin gövdənin üzərində dayanmışdır, dayaqları, qida aldıqları həmin gövdədir. Bu gövdə isə torpağın dərin qatlarına qol-qanad atmış köklərin sayəsində möhtəşəmdir. Bu köklər istedaddır. Köklər torpaqdan qida sovurur. Torpaq həyat, qida mövzularıdır.
     Bu qida gövdədən keçib budaqlara, budaqlardan isə yarpaqlara çatır. Əgər gövdə nəhəng, əzəmətlidirsə, deməli, köklər də daha dərin, daha mətanətlidir.
     Bədii əsərin genealoji ağacı, bizcə, bu cürdür.
     Odur ki, «Ədəbi tənqid və Azərbaycan bədii nəsrində müasirlik» mövzusu çox zəhmət, bacarıq və cürət tələb edən, böyük və məsuliyyətli işdir. Bu məsələni bütünlüklə tədqiq etmək məqsədini qarşımıza qoymadığımız üçün, adicə olaraq, mühüm və səciyyəvi sandığımız ayrı-ayrı bir neçə məsələ üzərində dayandıq.

II FƏSİL
ƏDƏBİ TƏNQİD VƏ AZƏRBAYCAN BƏDİl NƏSRİNDƏ XARAKTER MƏSƏLƏSİ


     Nəsrimizdə bədii xarakter problemi baxımından müharibədən sonrakı dövr Azərbaycan ədəbi tənqidini təhlildən keçirərkən, bu mühüm məsələyə münasibətdə bir sıra prinsipial mövqe ilə, ciddi elmi-nəzəri səviyyə ilə bərabər, xeyli sapıntıların, yanlışlıqların şahidi oluruq ki, bunun da əsas səbəbi həmin problemə sxolastik münasibətdir.
     Nəsrimizdə bədii xarakter məsələsi ilə əlaqədar məxsusi yazılmış, eləcə də ayrı-ayrı nəsr əsərlərinin təhlilinə həsr olunmuş məqalələrin əksəriyyətində qəhrəmanlar süni surətdə iki yerə ayrılmış mənfi, müsbət surətlər və onların əksər hallarda sosioloji təhlili verilməklə kifayətlənilmişdir. Bu zaman çox maraqlı və xarakterik bir anlaşılmazlıq meydana çıxmışdır: şəxsiyyət, onun ictimai mövqeyi və işi ilə bədii surət, daha doğrusu, surətin bədii səviyyəsi bir-birinə qarışdırılmışdır; bədii surətin səhvləri müəllifin səhvləri kimi və yaxud təsvir olunan şəxsiyyətin bəzi müsbət cəhətləri müəllifin bədii müvəffəqiyyəti kimi başa düşülmüşdür; deyək ki, əgər yazıçının qələmə aldığı qəhrəman pambıqçı qızdırsa və o, gündəlik planı 120% yerinə yetirirsə, deməli, bu qəhrəman dolğun bədii surətdir!
     Xarakter bir məqaləyə müraciət edək: yazıçı İ.Hüseynovun «Bizim qızlar» adlı povestindən bəhs olunan eyniadlı məqalədə göstərilir ki, əsərin qəhrəmanı Minayə diqqəti cəlb edən surətdir.
     Aydın məsələdir ki, «nə üçün?» sualı meydana çıxır və tənqidçinin də borcu bu suala cavab verməkdir: hansı bədii xüsusiyyətlərinə görə Minayə diqqəti cəlb edən surətdir? Bax, elə bu yerdə yuxarıda dediyimiz anlaşılmazlıq meydana çıxır. Məqalədə Minayənin gördüyü işlər sadalanır: o, kolxozun daha varlı olması üçün çalışır, hər qutudan 100 kq barama götürür və s.
     Bəs Minayə bir bədii surət kimi necədir güclüdür, ya zəif? Axı, o, bacarıqlı, fədakar işçi, yaxşı qız ola bilər, lakin eyni zamanda «yaxşı qəhrəman» güclü bədii surət olmaya bilər. Əgər Minayə ona görə diqqəti cəlb edən surətdirsə ki, hər qutudan 100 kq barama götürür, bəs hər qutudan 100 yox, 150 kq barama götürsəydi necə olardı diqqəti daha çox cəlb edən surət olardımı? Yaxud hər qutudan 100 əvəzinə 80 kq barama götürsəydi, diqqəti cəlb etməzdimi?
     Göründüyü kimi, burada surətin məşğul olduğu texniki işin nəticəsi onun bədii sanbalını müəyyənləşdirmək üçün meyar kimi qəbul edilmişdir.
     Əlbəttə, əmək sovet ədəbiyyatının mühüm mövzusudur, lakin aydındır ki, surətin bədii kamilliyi onun gördüyü texniki işlə ölçülməzdir.
     Başqa bir misal: M.Əlizadənin «Su aydınlıqdır» adlı povestinə həsr olunmuş bir məqalədə göstərilir ki, əsərdə «rəhbər təşkilatların nümayəndələri sxematik və zəif verilmişdm).
     Məqalə müəllifi nə üçün bu qənaətə gəlmişdir, hansı bədii qüsurlardır bu surətləri «sxematik və zəif edən?»
     Bu suala cavab olaraq «rəhbər təşkilatların nümayəndələri» necə olmalıdırlar barədə trafaret mülahizələrlə tanış oluruqsa da, bircə bədii qüsurun belə göstərilməsinə təsadüf etmirik.
     Sonra yenə oxuyuruq: «Rayon icraiyyə komitəsinin sədri Hüseynov və yol inşaatı idarəsinin müdiri Dəmirov surətləri də zəif verilmişdir». Axı, niyə, nə üçün bu surətlər zəifdir, hansı bədii çatışmazlıqlara görə? Ona görə ki, «Hüseynov inşaatın qızğın vaxtında kolxoz fəallannı işdən uzaqlaşdırır, əslində, istintaq orqanlarına aid olan yoxlama materiallarını təhqiq etməklə məşğul olur». Bəs Dəmirov? «Dəmirov isə yenilik hissini itirmiş, kolxozçu kütlələrindən əlaqəsi üzülmüş bir adamdır».
     Deməli, hərgah Hüseynov «inşaatın qızğın vaxtında kolxoz fəallarını işdən uzaqlaşdırmasaydı», yoxlama materiallannı, özü də «əslində, istintaq orqanlarına aid olan yoxlama materiallarını təhqiq etməklə məşğul olmasaydı», eləcə də Dəmirov «yenilik hissini itirməsəydi», «kolxozçu kütlələrindən əlaqəsini üzmüş bir adam» olmasaydı, ikisi də həm Hüseynov, həm də Dəmirov bir surət kimi bədii zəiflikdən xilas olardı və «güclü bədii surətlərə» çevrilərdi?
     Surətləri süni şəkildə «mənfi» və «müsbət» deyə iki yerə bölüb, «müsbətləri» işlə yükləmək, «mənfiləri» karikatura şəklində, bayağı və şablon göstərmək ondan irəli gəlirdi ki, bədii nəsr əsərlərində təsvir olunan surətlərlə həyatdakı insanlar arasında xeyli fərq var idi, yəni bu insanlar çox zaman real təsvir olunmurdu. Ədəbi tənqid isə bunu göstərib, belə yarıtmaz hala qarşı öz etiraz səsini ucaltmaq əvəzinə, yuxarıda göstərdiyimiz tipli məqalələrlə, əslində, bu cür halların meydana çıxmasına şərait yaradırdı. Təsadüfi deyil ki, Azərbaycan bədii nəsri xeyli inkişaf etdikdən sonra da 1961-ci ildə akademik M.Arif haqlı olaraq yazırdı: «Həyatı və adamları düzgün və dolğun təsvir etmək problemi əsas problemlərdən biri olaraq qalmaqdadm).
     50-ci illərin əvvəllərində Azərbaycan ədəbi tənqidində teztez elə məqalələrə rast gəlmək mümkün idi ki, bu məqalələrdə, əgər konkret bədii əsərlərdən bəhs edilirsə, adicə olaraq həmin əsərdəki «müsbət surətlər»in gördükləri işlər təriflənir, «mənfi surətlər» söyülür, bədiilikdən, sənətkarlıqdan isə qətiyyən söhbət açılmırdı; bu məqalələr bir növ bəhs olunan surətlər barədə sosioloji oçerk, həm də çox zəif oçerk təsiri bağışlayırdı.
     Yenə xarakter bir misal: tənqidçi Q.Xəlilov M.Əlizadənin yuxarıda adını çəkdiyimiz «Su aydınlıqdır» adlı həqiqətən zəif povestini elmi-nəzəri əsaslarla təhlil edib, əsərin sönük çıxmasının obyektiv bədii səbəblərini göstərmək əvəzinə, böyük bir səxavətlə povestin məzmununu danışır, siyasi ədəbiyyatdan cürbəcür sitatlar gətirərək «mənfi surət» Tağını «ifşa edir», axırda da bəzi tənqidi mülahizələr irəli sürürdü, məsələn: «Tağı üstünə su tökülmüş ocaq kimi öz-özünə sönür , halbuki, müəllif onu axıra qədər amansız surətdə biabir etməli idi »
     Bədii surətlərin süni şəkildə iki qismə ayrılması həm ədəbi tənqiddə və həm də bədii ədəbiyyatda onların real təsvir olunmaması Azərbaycan bədii nəsrində şablon situasiyaların, heç bir bədii və psixoloji əsası olmayan oxşar hadisə və «dəyişmələrin» meydana çıxmasına səbəb olmuşdu.
     Qeyd etmək lazımdır ki, Azərbaycan ədəbi tənqidinin bəzi nümunələrində bu cür hallara diqqət yetirilmişdir.
     Yazıçı Əli Vəliyevin «Ürək dostları» adlı romanında şöhrətpərəst və xudpəsənd məsul işçi kimi təsvir olunmuş Əbil Qənbərov çox geridə qalmış bir kolxoza sədr göndərildikdən sonra birdən-birə dəyişir, «yaxşı adam» olur, təsərrüfatı qabaqcıllar sırasına çıxarır. Əlbəttə, insan təbiəti həmişə inkişafdadır, onun daxilində belə bir proses gedə bilər və hərgah bədii əsərdə söhbət məhz bu cür adamlardan gedirsə, onda gərək bu dəyişmə prosesi son dərəcə məharətlə təsvir olunsun, bu prosesin bədii-psixoloji əsası olsun, lakin Əbil Qənbərov ona görə «düzəlir» ki, raykom bürosu onun haqqında xüsusi qərar çıxarıb!
     Yazıçı Mehdi Hüseyn «Ürək dostları»ndan bəhs edərək, bu nöqsanı göstərir və Azərbaycan bədii nəsrindəki belə bir şablonu qeyd edirdi ki, pis — mənfi birdən-birə yaxşı — müsbət olur. Amma onların dünyagörüşlərindəki, xasiyyətlərindəki təbəddülat göstərilmir. Ədəbi tənqid bunun üstündən ötəri keçir.
     Bu cür vəziyyət Azərbaycan ədəbi tənqidində yanlış nəzəri fikirlərin meydana çıxmasına səbəb oldu və bədii nəsr əsərlərindəki surətlərin sxematikləşməsi, şablonlaşması daha qabarıq nəzərə çarpmağa başladı.
     Məsələn, xarakter, ümumiyyətlə, qəhrəman barədə bir sıra qiymətli fikirlər söyləmiş M.Hüseyn kimi güclü bir ədəbiyyatçı yazırdı: «Mənfi insan surətləri sadəcə bir yazıçı istedadı sayəsində də yaradıla bilər . Lakin müsbət surətlərin yaradılması üçün sənətkar özü mütləq yüksək mənəvi səviyyədə durmalı, zəngin və hərtərəfli bilik ehtiyatına, elmi idraka malik olmalıdır».
     Kökündən yanlış olan bu iddia tamamilə yuxarıda göstərdiyimiz paradoksal vəziyyətin — təsvir olunan şəxsiyyətin xüsusiyyətlərilə surətin bədii səviyyəsinin bir-birinə qarışdırılmasının bəhrəsidir.
     Doğrudanmı, Tenardye («Səfillər», V.Hüqo) kimi alçağın parlaq bədii surətini yaratmaq üçün «sadəcə bir yazıçı istedadı» kifayətdir? Məgər Şeyx Nəsrullahın («Ölülər», C.Məmmədquluzadə) unudulmaz surətini vermək üçün «yüksək mənəvi səviyyədə» durmamaq olarmı? Xeyr, gərək ən yüksək mənəvi səviyyədə durasan ki, Şeyx Nəsrullah kimi bir obraz yaradasan, elə bir obraz ki, ona qarşı ikrah hissi oxucunun bütün damarlarınacan işləsin!
     Mənfi və müsbət surəti «istedadın dərəcəsinə» görə ayırmaq elmi prinsip ola bilməz. Yazıçı mənfini də, müsbəti də eyni bir idealın səviyyəsində dayanaraq yaradır, bircə forma fərqi ilə: birinci halda pozitiv, ikinci halda neqativ, dolayı, vasitəli şəkildə.
     Məgər yazıçının yaratdığı surətlərə qarşı ayrı-seçkiliklə yanaşıb bu mənfi surətdir bir o qədər istedad tələb etmir, bu isə müsbət surətdir əsl istedad etalonu deyə qiymətləndirmək olarmı? Məgər dolğun mənfi bədii surət də, dolğun müsbət bədii surət kimi yüksək istedad tələb etmirmi?
     İstedadsız yazıçı heç zaman bitkin müsbət surət yarada bilməyəcəyi kimi, dolğun mənfi surət də yarada bilməz və bədii ədəbiyyat tarixində həmişə belə olub, çünki başqa cür mümkün deyil!
     Bədii əsərləri təhlil edərkən surətlər arasında bu cür ayrıseçkilik salmaq 50-ci illər Azərbaycan ədəbi tənqidində özünü qabarıq şəkildə göstərirdi, unudulurdu ki, bədii təhlil zamanı əsas meyar bədiilikdir: yazıçı öz əsərində mənfi surətin bədii vüsətini daha yüksəkliyə qaldırmaq üçün həmin surətin «mənfiliyinə» dəlalət edən epizodlar verib, situasiyalar yaradırsa və əgər bunlar yüksək bədii səviyyədədirsə, bu, yazıçının müvəffəqiyyətidir.
     Misal üçün, tənqidçi P.Xəlilov yazırdı ki, «Ayrılan yollar» (İ.Şıxlı) romanındakı Nərgiz müəllimənin də, «Böyük dayaq» (M.İbrahimov) romanındakı Pərşanın da təsvirində «müəlliflərin özlərini məhdudlaşdırdıqları hiss olunur».‘ Sonra məqalə müəllifi nə üçün bu fikrə gəldiyini, bu hissi doğuran səbəbləri göstərmək, öz iddiasını əsaslandırmaq əvəzinə, qarşıya belə bir sual qoyur: «Nə üçün oxucu Naznazın hər cür ədalarını, pozğunluğunu, Şahnazın macəralarının geniş təsvirini görüb onlardan ikrah etsin , amma Şirzadla Pərşanın, İmranla Nərgiz müəllimənin qarşılıqlı məhəbbətinin təsvirində şəlalə kimi cağlayan nəcib və ülvi duyğuların qanadında yüksələ bilməsin (! )?»
     Nəsrimizin yeni nailiyyətləri. «Azərbaycan» jumalı, 1959, N 3, səh. 209.
     Bu sual yuxarıda göstərdiyimiz ayrı-seçkiliyin meydana çıxardığı bir sualdır. Axı, hərgah oxucu «Naznazın hər cür ədalarını, pozğunluğunu, Şahnazın macəralarını» oxuyub həmin «surətlərdən ikrah edirsə», bu müəllifin müvəffəqiyyətidir, çünki həmin surətlər ədalar, pozğunluqlar və macəralar təsvir olunan səhnələrdə bədii məziyyətlər əldə edirlər.
     Hərgah tənqidçi Şirzadla Pərşanın, İmranla Nərgizin «qarşılıqlı məhəbbətinin təsvirində» çatışmamazlıq, məhdudluq görürsə, o, əlbəttə, bu, kəsri göstərməlidir, lakin bu kəsrin «mənfi» surətlərə həsr olunmuş səhifələrin azalması hesabına ödənməsini tələb etməməlidir; əks-təqdirdə elmi-nəzəri metodologiyanın naqisliyi göz qarşısındadır. Məhz bu cür iddialar Azərbaycan nəsrindəki mənfi surətlərin bir çoxunun karikatura, müqəvva, gicbəsər kimi meydana çıxmasına səbəb olmuşdur. Özü də bu «ənənə» bədii nəsrin canına hopduğundan xeyli davam etmiş, hətta o qədər davam etmişdir ki, Azərbaycan ədəbi tənqidi illər keçdikdən sonra inkişaf edərək özü bu qüsuru göstərmişdir.
     Tənqidçi B.Nəbiyevin bir məqaləsini xatırlayaq. «Roman və povestlərimizdə müasir həyatın təsviri»‘ adlanan bu məqalədə bir povestdə təsvir olunan faşist generalından bəhs edən müəllif çox yerinə düşmüş ironiya ilə yazır:
     «Əsəri oxuyub qurtardıqdan sonra, bu obraz haqqında deyilənləri bir daha təsəvvürümüzdə canlandırırıq: məlum olur ki, fon Berner yemək yeyir, üzünü qırxır, əxlaqsızlıq edir, yatır, bəzən də öz söhbətlərində faşist olduğunu tərifləyib bizi yamanlayır, vəssalam».
     Doğrudan da, çox acınacaqlı mənfi qəhrəmandır. Hərgah bu cür «mənfi qəhrəmanlar» nəzərdə tutularaq onları yaratmaq üçün çox da böyük istedad tələb olunmadığı söylənirsə, həmin iddialara haqq qazandırmaq lazımdır...
     B.Nəbiyev göstərir ki, biçarə generala müəllif «elə sifətlər vermişdir ki, bu görkəmdə adam halətinə düşmək üçün sirkdəki təlxəklər xeyli zəhmət çəkmiş olardılar». Orasını da qeyd edək ki, həmin povest ucuz satira deyil, II Dünya müharibəsi kimi mühüm bir mövzuya həsr olunmuş ciddi əsərdir.
     Bəs povestdəki digər faşistlərin bədii surəti necə verilmişdir? Onlardan birinin feldfebel Geyermanın «acınacaqlı» aqibəti ilə tənqidçi B.Nəbiyevin köməyi ilə tanış olaq: «Romanın bir yerində on altı yaşlı qız Lena feldfebel Geyermana elə bir təpik vurur ki, zərbindən feldfebel taxtapuşun qapısı ağzında yıxılır. Papiros yandırmaq üçün cibində gəzdirdiyi alışqan açılıb onu yandırır . Guya, ağrının şiddətindən qalxa bilməyən feldfebel üst-başını söndürmək istəyirsə də müvəffəq olmur. Onun belindəki tapança qızdığı üçün içindəki güllələr dalbadal açılır və ... məlum işdir ki, feldfebel ölür.»
     Görəsən, necə olmuşdur ki, bu cür gicbəsər generallardan və on altı yaşlı bir qızın təpiyi ilə qarışqa kimi məhv olan feldfebellərdən ibarət faşist ordusu altı-yeddi il bütün Avropanın başına müsibət açmışdır? Onda bu gicbəsərlərin və məzlum qorxaqların vəhşi caynaqlarında niyə milyonlarla insan məhv oldu? B.Nəbiyev haqlı qeyd edir ki, «düşmən cəbhənin adamlarını beləcə vecsiz göstərmək», «karikatura şəklinə salıb eybəcərləşdirmək» faşizmi məhv edənlərin qələbəsinin «məna və əhəmiyyətini kiçiltmək deməkdir».
     Aydın məsələdir ki, general fon Bemer də, feldfebel Geyerman da bədii surət kimi, mənfi qəhrəmanlara yanlış münasibətin qurbanıdır.
     Sadə bir həqiqət unudulmuşdur ki, çox alçaq adam çox güclü bədii surət ola bilər, necə ki, çox alçaq adam çox güclü bədii surət olar və yaxud əksinə; hər şey yazıçı istedadından, yəni əsərdə təsvir olunan surətlərin bədii sanbalından asılıdır.
     Unudulmuşdu ki, gərək «mənfı surət» güclü bədii keyfiyyətlərə malik olsun ki, «müsbət surət» də süni yolla yox, təbii yaransın, güclü bədii surət kimi meydana çıxsın.
     Azərbaycan bədii nəsrində nəinki yalnız əsas qəhrəmanlar, hətta epizodik surətlər də süni şəkildə iki yerə bolünür, bəzisi «müsbət qəhrəmanın» başına toplaşır, bəzisi «mənfi qəhrəmanın» ətrafına yığışır, heç bir fərdi keyfiyyətə, bədii çəkiyə malik olmurdular. Bəzən əsərdə bu cür surətlər həddən artıq olur, fəqət heç biri yadda qalmır, əksinə, əsərin ümumi emosiyasına, bədii dəyərinə xələl gətirirdi. Məsələn, P.Xəlilov haqlı olaraq göstərirdi ki, «Çiçəkli» (Ə.Vəliyev) romanının ağırlaşmasının və bədii təsirinin zəifləməsinin səbəblərindən biri romandakı surətlərin çoxluğudur.1
     Aydın məsələdir ki, surətin çoxluğu hələ öz-özlüyündə qüsur deyil və eyni zamanda surət çoxluğu monumentallıq da deyil; belə bir monumentallıq əldə etmək üçün onların hər birini bədii cəhətdən tamamlanmış xarakter səviyyəsinə qaldırmaq, əsərin ideyası və qaldırılmış problemlə üzvi surətdə bağlamaq lazımdır, məhz belə olmadıqda surətin çoxluğu qüsura çevrilir.
     «Çiçəkli» romanında isə vəziyyət məhz bu cür idi. Yazıçı əsas qəhrəmandan əlavə çoxlu surət qələmə alır, lakin onların qeydinə qalmır, buna görə də «Çiçəkli»dəki Xatun, Gülsabah, İmran, Kamran və b. surətlər kölgə kimi gəlib keçirdi.
     Təcrübə göstərir ki, surətlər baş qəhrəmanlığından və yaxud epizodikliyindən asılı olmayaraq, xarakter səviyyəsinə qaldırılmadıqda, yəni saysız surətlərin adları bu qulağımızdan girib o biri qulağımızdan çıxdıqda, «monumentallıq» naminə əsər həmin surətlərin bədii məntiqindən doğmayan söhbətləri, bədii lüzumu olmayan hərəkətləri ilə yükləndikdə, yazıçı bədii məğlubiyyətə uğrayır.
     Professor C. Xəndan «Ağbulaq dağlarında» (S.Rəhimov) romanından bəhs edərək, əsərdəki hadisələrlə üzvi surətdə bağlanmayan və bir tip kimi yazıçı tərəfindən işlənməyən, yalnız adı çəkilən rayon qəzetinin redaktoru Səlimzadə, şofer Bəbirbala, kolxoz sədri Heydər, məktəbin tədris hissə müdiri Yaşar, mədəniyyət sarayının müdiri Uğur, mexanik Ağaqulu, kənd soveti katibi Xankişi, rayon səhiyyə şöbəsinin müdiri Zərgərov, həkim Mürsəlov, müxbir Səfai və b. kimi surətləri misal gətirir və onların romanı «ağırlaşdırdığını» yazırdı .
     Azərbaycan sovet bədii nəsrinin naqis cəhətlərindən biri də o idi ki, əsərlərdə təsvir edilən surətlərin hər hansı mənfi hərəkətinin, eləcə də müsbət hərəkətinin fəlsəfəsini tapmağa cəhd belə yox idi. Ədəbi tənqid isə bu mühüm məsələnin üzərindən sükutla keçirdi.

<< 1 / 2 / 3 / 4 / 5 / 6 / 7 / 8 >>

Bölmə: Azərbaycan ədəbiyyatı | Əlavə edildi: azerhero (27.08.2014) | Müəllif: R.C E W
Baxış: 722 | Reytinq: 0.0/0
Bütün rəylər: 0
omForm">
avatar

Kitablar — zamanın dalğaları ilə səyahət edən və nəsildən-nəslə öz qiymətli yükünü ehtiyatla aparan fikir gəmiləridir.

- Frensis Bekon

Son 90 gün ərzində kitab oxumamaqdan daha pisi kitab oxumadığına görə narahat olmamaqdır.

- Cim Ron

Kitabları yandırmaqdan daha pis şey onları oxumamaqdır.

- Rey Bredberi

Yaxşı kitab aysberqə oxşayır, onun yeddi-səkkiz hissəsi suyun altında gizlənib.

- Ernest Heminquey

Kitablarım mənə çatacaq qədər böyük bir krallıqdır.

- Shakespeare

Mən, kitablarımı yaratmadan əvvəl, kitablarım məni yaratdılar.

- Montaigne

Kitabsız yaşamaq; kor, kar, dilsiz yaşamaqdır.

- Seneca

Bu günün gərçək universiteti, bir kitabxanadır.

- Carlyle

Kitab, tək ölümsüzlükdür.

- Rufus Choate

Exlaqa uyğun ya da zidd kitab deyə bir şey yoxdur. Kitablar ya yaxşı yazılmışdır, ya da pis. Hamısı bu qədər!

- Oscar Wilde

Ümidlə açılıb qazancla bağlanan bir kitab, yaxşı bir kitabdır.

- Alcott

Kitablar, itmiş başların abidələridir.

- Sir William Dave

Kitablar, heç solmayacaq bitkilərdir.

- Herrick

Kitab heç aldatmayan bir yoldaşdır.

- Guilbert De Pixrecourt

Axmaqlarla oturub-durmaqdansa , kitabla tənha oturmaq yaxşıdır.

- Qasım bəy Zakir

İnsan güc ilə yox, mütaliə etməklə ağıllanır.

- C.Bruno

Az bildiyini başa düşmək üçün çoxlu oxumaq lazımdır.

- Mişel Monten

Kitablar özünüzə və başqalarına hörmət etməyi öyrədəcək, ürəyi və ağlı, dünya və insanlıq sevgisiylə dolduracaq.

- Maksim Gorki

Kitab həyatın ən uzaq və qaranlıq yollarında insana işıq bəxş edən əfsanəvi çıraqdır

- A.M.Upit

BAKI QIZLAR UNİVERSİTETİ
1992-ci ildə təsis edilən və həmin vaxtdan da fəaliyyətə başlayan Bakı Qızlar Universitetinin (əvəllər Bakı Ali Pedaqoji Qızlar Seminariyası adlanırdı) yaradılmasında məqsəd respublikada qadın pedaqoji kadrlar yetişdirmək, onların intellektual səviyyəsini yüksəltmək və gənc qızları ailə həyatına hazırlamaqdan ibarətdir. Hazırda universitetdə "Sosial pedaqoji” və "Filologiya-tarix” fakültələri fəaliyyət göstərir. "Sosial pedaqoji” fakültədə "Təhsildə sosial-psixoloji xidmət”, "Psixologiya”, "Coğrafiya müəllimliyi”, "ibtidai sinif müəllimliyi”, "Məktəbəqədər təlim və tərbiyə”, "Riyaziyyat və informatika müəllimliyi”, "Filologiya-tarix” fakültəsində isə "Xarici dil (ingilis) müəllimliyi”, "Azərbaycan dili və ədəbiyyat müəllimliyi”, "Tarix müəllimliyi”, "Jurnalistika” üzrə bakalavr, "İbtidai sinifdə tədrisin metodika və metodologiyası”, "Pedaqogika nəzəriyyəsi və tarixi”, "Azərbaycan ədəbiyyatı”, "Azərbaycan dili”, "Azərbaycanın yeni və ən yeni tarixi” sahəsində magistratura səviyyəsində kadr hazırlığı aparılır.
Bakı Qızlar Universiteti Nazirlər Kabinetinin 1996-cı il fevralın 21-də 21 saylı sərəncamı ilə dövlət qeydiyyata alınmışdır. 2013-cü ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin lisenziya komissiyası BQU-nun çoxilli fəaliyyətinin, onun yüksək maddi-texniki bazasının, infrostrukturunun, təlim-tərbiyə sisteminin Azərbaycan Respublikası təhsil Qanununa Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Ali təhsil Müəssisələrinin fəaliyyətinə xüsusi razılıq (lisenziya verilməsi haqqında qərarına, Azərbaycan Respublikası Təhsil Nazirliyinin sənədlərinə uyğn qurulduğunu, pedaqoji kadrların hazırlanmasında əldə olunmuş nailiyyətlərini nəzərə alaraq universitetin fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsini məqsədəuyğun hesab etmişdir. Eyni zamanda 2013-cü ildə universitet akreditasiyadan keçmişdir. Universitetdə müxtəlif fənnlər üzrə kabinetlər, dörd kopüter otağı, kitabxana, badii yaradıcılıq studiyası, tələbə elmi cəmiyyəti, Tələbə Gənclər təşkilatı, dörd dərnəklər, nəşriyyat, idman zalı, yeməkxana, kadrlar şöbəsi və mühasibatlıq fəaliyyət göstərir.
Learn more