Əsas » Məqalə » Dünya ədəbiyyatı

Uilyam Şekspir-Hamlet-5
 
<< 1 / 2 / 3 / 4 / 5 / 6 >>


K r a l.
    Səbəb nədir, Laert, üsyan edirsən
    Tanrıya ağ olan nəhənglər kimi?
    -Burax, Gertruda, qorxma, qoy gəlsin.
    Kralı hifz edir ulu qüvvələr.
    Xəyanət nə qədər əl uzatsa da,
    Ona dəyə bilməz.
    - Bir söylə, Laert,
    Nə üçün sən belə qəzəblənmisən?
    -Burax, Gertruda. - Hə, danış, kişi.
L a e r t.
    Hanı mənim atam?
K r a 1.
    Atan ölübdür.
K r a 1 i ç a.
    Ancaq kral buna müqəssir deyil.
K r a 1.
    Qoy nə istəyirsə, özü soruşsun.
L a e r t.
    O necə ölübdür? Yox, yox, heç zaman
    Mənimlə zarafat eləmək olmaz.
    Qoy cəhənnəm olsun sədaqət, vəfa!
    Müqəddəs andlar da qalsın iblisə!
    Çürüsün zindanda vicdan, mərhəmət!
    Cəhənnəm əzabı qorxutmur məni.
    İnanın sözümə: həm bu, həm də o
    Dünyanın mənimçün bir fərqi yoxdur.
    Nə olacaq olsun, mən öz atamın
    Mütləq alacağam intiqamını.
K r a 1.
    Kim seni saxlayır?
L a e r t.
    Yalnız iradəm,
    Bütün dünya gəlsə, saxlamaz məni.
    Əgər vara qalsa, kifayət edər,
    Azla böyük işlər görəcəyəm mən.
K r a l.
    Niyə, nədən öldü istəkli atan?!
    Bu sirri öyrənmək istəyirsənsə,
    Onda belə qisas neyə gərəkdir.
    Sən qumar oynunda, mehriban Laert,
    Qaliblə məğlubu bilmədiyintək,
    Dostunla düşməni seçə bilmirsən.
L a e r t.
    Siz yalnız düşməni göstərin mənə.
K r a 1.
    Bilmək istəyirsən onu sən, oğlum?
L a e r t.
    Bəli, mən atamın mərd dostlarını
    Bağrıma basaram hər vaxt, hər zaman.
    Köksünü dağıdıb, balalarını
    Qanıyla bəsləyən qutan quşutək,
    Onları bəslərəm ürək qanımla.
K r a l.
    İndi danışırsan, həqiqətən də,
    Əsil övlad kimi, zadəgan kimi.
    Sevimli atanın bu ölümündə
    Mənim zərrə qədər günahım yoxdur,
    Ona daha artıq acıyıram mən,
    Bu sənə gün kimi aydın olacaq.
    Danimarkalılar (səhnə arxasından).
    Yol verin, yol verin.
L a e r t.
    Bu nə hay-küydür?
     (Ofeliya qayıdır).
    Coş, ey quduz qəzəb, qurut beynimi!
    Ax, ey göz yaşlarım, ax, yeddi dəfə
    Artırıb duzunu gözümü yandır! -
    Allaha and olsun, səni bu hala
    Kim salıb çəkəcək öz cəzasını.
    Ah, bahar çiçəyi! Əziz qızcığaz,
    Gözəl Ofeliya, mehriban bacım! -
    İlahi, sən necə qıyırsan buna:
    Gənc, qəşəng bir qızın məhv olur ağlı
    Qoca bir adamın həyatı kimi?
    Təbiət mahirdir məhəbbətində,
    Alır qucağına sevgilisini,
    Aparır sonra da nadir hədiyyə.
O f e 1 i y a (oxuyur).
    Üzü açıq apardılar məzara,
    Dəfn etdilər, qopdu şivən, ahu-vay.
    Göz yaşları axıb döndü çaylara,
    Aman, aman, aman, aman, aman ay.
    Əlvida, əzizim!
L a e r t.
    Ağlın başında olsaydı, sübut etsəydin ki, intiqam almaq lazımdır, sən mənə belə dəhşətli təsir edə bilməzdin.
O f e l i y a.
    Gəlin birgə oxuyaq: Öldü, öldü, siz də deyin öldü o...
    Ah, nəqərat mahnıya necə də yaraşır!
    Gecənin yarısı öz ağasının
    Qızını qaçırdı oğru ambardar.
L a e r t.
    Bu cəfəng sözlərdə dərin məna var.
O f e 1 i y a.
    Bu qərənfıldir, xatirə çiçəyidir.
    Xahiş edirəm, sevgilim, al, məni xatırla.
    Bu isə yasəməndir, yaddaş çiçəyidir, məni yaddan çıxarma.
L a e r t.
    Dəlilikdə müdrikliyə bax, fikirlə hafizə necə də birləşib!
O f e 1 i y a.
    Baxın, bu lalədir, bu sırğagülüdür.
    Bu isə sədəfotudur. Buyurun, alın.
    Bir neçəsi də mənə qalsın. Buna şəfaotu da demək olar.
    Ah, siz onu döşünüzə başqa cürə taxın, mənə baxmayın.
    Bu da qızçiçəyidir.
    Sizə bir neçə bənövşə də verərdim, ancaq atam öləndə hamısı solub.
    Deyirlər ki, o çox rahat ölüb (Oxuyur).
    Robin mənim öz incim, Sevincimdir, sevincim.
L a e r t.
    Dərdi də, qəmi də, cəhənnnmi də
    Bu qız gör necə də gözəlləşdirir!
O f e 1 i y a (oxuyur).
    O yenə də gələcəkmi?
    O yenə de gələcəkmi?
    Xeyr, xeyr, o ölübdür,
    Torpaqlara gömülübdür,
    Bir də heç vaxt gəlməyəcək.
    Saç-saqqalı döndü gülə,
    Ağ deyildi qar da belə.
    Heyf, öldü, biz ağladıq,
    Ağı dedik, yas saxladıq.
    Allah, ona rəhmət elə.
    Allah cəmi ölənlərin ruhuna rəhmət eləsin.
    Allah sizi saxlasın (Gedir).
L a e r t.
    Bunu görürsənmi, aman, ilahi!
K r a l.
    Laert, mən şərikəm sənin dərdinə.
    Əgər inanmırsan, onda özün get,
    Sınanmış, ağıllı dostlarmı yığ,
    Danış olduğutək bu fəlakəti.
    Qoy onlar düşünüb qərar versinlər.
    Hərgah doğrudan da bu cinayətdə
    Birbaşa və yaxud dolayı yolla
    Mənim zərrə qədər əlim olarsa,
    Tacımı, taxtımı, öz həyatımı,
    Bütün nəyim varsa hazıram verim
    Bu böyük itkiyə bir əvəz kimi.
    Yox, günahsız olsam, onda səbir elə,
    Gel birgə axtaraq, araşdıraq biz,
    Tapaq həqiqəti.
L a e r t.
    Yaxşı, razıyam.
    Atamın bu cürə sirli ölümü,
    Gizlin, təntənəsiz dəfn olunması,
    Abidə tikməmək məzarı üstə,
    Onu bəzəməmək qılıncla, gerblə,
    Adət-ənənənin unudulması
    -Bunların hamısı, ildırım kimi
    Gurlayıb gələrək göylərdən yerə,
    Amansız qisasa çağırır məni.
K r a l.
    Qisas alacaqsan, inan sən buna.
    Cani tapıldımı, kim olur-olsun,
    Gərək yerindəcə boynu vurulsun.
    Rica eyləyirəm, gedək mənimlə.
    Gedirlər.

ALTINCI SƏHNƏ


    Qəsrdə başqa bir otaq. Horatsio bir xidmətçi ilə daxil olur.
H o r a t s i o.
    Mənimlə danışmaq istəyən kimdir?
X i d m ə t ç i.
    Üç-dörd dənizçidir, deyirlər ki, ser,
    Məktub gətiriblər sizə kimdənsə. Horatsio.
    Yaxşı, de gəlsinlər.
     (Xidmətçi gedir).
    Heç bilmirəm ki,
    Məni bu dünyada indi yad edən
    Hamletdən savayı kim ola bilər?!
    Dənizçilər daxil olurlar.
B i r i n c i d ə n i z ç i.
    Xoşbəxt olun, cənab.
H o r a t s i o.
    Sizinlə birgə.
B i r i n c i d ə n i z ç i.
    Cənab, hər şey Allahın mərhəmətindən asılıdır. Sizə məktub gətirmişik, cənab. - Onu gəmiylə İngiltərəyə gedən bir müşavir göndərdi. - Mənə dedikləri kimi, əgər sizin adınız Horatsiodursa, buyurun.
H o r a t s i o (məktubu oxuyur).
    "Horatsio, məktubumu oxuyandan sonra kralm yanma getmək üçün bu yoldaşlara bir yol tap. Onlar krala məktub aparırlar. Biz dənizdə olalı heç iki gün deyildi ki, dəniz quldurları arxamıza düşüb bizi təqib etməyə başladılar. Gəmimizin həddindən artıq yavaş getdiyini görüb vuruşmağa, şücaət göstərməyə məcbur olduq. Onlar bizə yaxınlaşdılar. Əlbəyaxa döyüşərkən quldurların gəmisinə keçdim. Elə bu an gəmilər aralandı. Beləliklə, təkcə mən əsir düşdüm. Onlar soyğunçu olsalar da, mənimlə mülayimliklə davranırdılar. Onlar nə etdiklərini bilirdilər. Mən de onlara yaxşılıq etməliyəm. İmkan yarat, göndərdiyim əlavə məktub krala çatsın. Özünsə ölümün pəncəsindən qaçıb qurtarırsanmış kimi böyük bir sürətlə yanıma tələs. Sənə sözüm var. Qulaqların elə şeylər eşidəcək ki, heyrətdən dilin lal olacaq. Bu sözlər hələ deyə biləcəklərimin ən adisidir. Bu xeyirxah adamlar səni mənim qaldığım yerə gətirərlər. Rozankrantsla Qildenstern İngiltərəyə gedirlər. Onların haqqında danışmaqla qurtarmaz. Sağ ol. Həmişə sədaqətinə inandığın Hamlet".
    Gedəyin, məktubu verin krala.
    Cəld olun, tez olun, aparın məni
    Məktubu göndərən şəxsin yaınna.
    Gedirlər.

YEDDİNCİ SƏHNƏ


    Qəsrdə başqa bir otaq. Kral və Laert daxil olurlar.
K r a l.
    İndi inandınmı günahsızam mən,
    Həqiqi, səmimi dostunam sənin.
    Gördünmü, atamı öldürən qatil
    Qəsd etmək istəmiş mənim ömrümə?
L a e r t.
    Bəli, bu aydındır, ancaq bir deyin:
    Belə ehtiyatlı, tədbirli ikən
    Qoyub təhlükədə həyatınızı,
    Bu cürə dəhşətli, qorxunc canini
    Niyə vermədiniz məhkəməyə siz?
K r a l.
    Bunun əsas iki səbəbi vardır.
    Bəlkə, sənin üçün heç nəyə dəyməz,
    Fəqət mənim üçün çox gərəklidir.
    Birinci budur ki, onun anası
    -Kraliça onsuz yaşaya bilməz.
    Mənə qaldıqdasa, bəxtim, taleyim
    Yaxşıdır, ya da pis, bir fərqi yoxdur.
    Bütün həyatımla, bütün qəlbimlə
    Elə bənd olmuşam kraliçaya,
    Ona elə möhkəm bağlanmışam ki,
    Səmadan ayrılmaz bir ulduz kimi,
    Ayrıla bilmərəm mən ondan heç vaxt.
    Qatili vermədim məhkəməyə mən,
    -İkinci səbəbi budur ki, oğlum,
    Onu qəlbən sevir qara camaat,
    Sevgiyə qərq edir nöqsanlarını.
    Odun parçasını əhəngli bulaq
    Qiymətli bir daşa çevirdiyitək,
    Adi xalq da onun cinayətini
    Dəyişib döndərir ləyaqətə, bil.
    Odur ki atdığım cəza oxları
    Yüngül budaq kimi hədəfə çatmaz.
    Hirslənmiş camaat güclü yel kimi
    Oxları qaytarıb sancar köksümə.
L a e r t.
    deməli, unudum mərhum atamı,
    Dəhşətlər odunda yanan bacımı?!
    Ah, zavallı bacım, ah, bədbəxt bacım!
    Bir zaman vardı ki, bir vaxt vardı ki,
    Hüsnü, ləyaqəti, kamilliyiylə
    Bütün qadınlığın zirvəsiydi o.
    Yox, yox, qisasımı alacağam mən.
K r a l.
    Heç narahat olma, elə bilmə ki,
    Avam yaranmışıq, kütük, axmağıq.
    Qorxunc təhlükənin müdhiş elinə
    Heç zaman vermərik saqqalımızı,
    Oynada, eylənə istədiyitək.
    Çox şey biləcəksən bir azdan, oğlum.
    Yaxın dostum idi istəkli atan,
    Biz də özümüzə düşmən deyilik.
    Ümid edirəm ki, bunlar dərindən
    Sənə düşünməyi öyrədəcəkdir...
     (Çapar daxil olur).
    Nədir? Nə xəbər var?
Ç a p a r.
    Prins Hamletdən
    Məktub gətirmişlər sizə, hökmdar.
    Bu sizin, bu isə kraliçanın.
K r a 1.
    Nə, məktub? Hamletdən? Kim gətirmişdir?
Ç a p a r.
    Bir neçə dənizçi, belə deyirlər,
    Həmin adamları görməmişəm mən.
    Klavdio verdi bu məktubları,
    O alıb bunları dənizçilərdən.
K r a l.
    Laert, oxuyuram, dinlə, dinlə bir. -
    Sən gedə bilərsən.
    Çapar gedir. Kral məktubu oxuyur.
    "Böyük və əzəmətli hökmdar, məlumunuz olsun ki, mən sizin krallığın sərhədinə çılpaq bir halda gəlib çıxmışam. Sabah sizin şahanə baxışlarınızı görmək üçün icazə istəyirəm. Mərhəmətinizə nail olanda mən bu cür qəfil və çox qəribə qayıtmağımın səbəbini sizə ətraflı danışacağam. Hamlet".
    Hamısı qayıdıb? Bu nə deməkdir? Yoxsa bu yalandır, düzəlib işlər?
L a e r t.
    Siz onun xəttini tanıyırsınız?
K r a l.
    Hamletin xəttidir, o yazıb "çılpaq". Budur, aşağıda qeyd edib "təkcə". Mənə məsləhət ver indi sən, oğlum!
L a e r t.
    Bilmirəm nə deyim.
    Ancaq qoy gəlsin.
    Onun bu gəlişi ürəyimdəki
    Dərdi sağaldacaq, ölməyib o vaxt
    Onun gözlərinin içinə baxıb
    Deyecəyəm: "Canü".
K r a l.
    Bu belədirsə,
    Necə belədirsə?! Nə qalıb artıq? -
    Mən göstərən yolla gedərsən, Laert?
L a e r t.
    Hər şeyə hazıram, yalnız, hökmdar,
    Barışıq yolunu göstərməyin siz.
K r a l.
    Daha nə barışıq. O gəlib indi.
    Yayınıb, qaçıbdır səyahətindən.
    Təzədən geriyə qaytarmaq olmaz.
    Mən yeni bir kələk fikirləşmişəm,
    Bu dəfə canmı qurtara bilməz.
    Heç kəs şübhələnməz, budur əsası,
    Onun ölümünü hətta anası
    Bir təsadüf sayar.
L a e r t.
    Böyük hökmdar,
    Mütləq baxacağam siz deyənlərə.
    Əgər istəsəniz, intiqam üçün
    Mən alət olaram.
K r a l.
    Budur doğru yol.
    Səyahət edəndə başqa yerdə sən,
    Həmişə haqqında söz-söhbət düşüb.
    Hamletin yanında bir dəfə səni,
    Düzü, hər cəhətdən təriflədilər.
    Lakin bir cəhətdən tərifləyəndə
    Prins sənə yaman paxıllıq etdi.
    Əgər mənə qalsa, həmin paxıllıq
    Vacib bir şey deyil.
L a e r t.
    O nədir elə?
K r a l.
    Boş şeydir. Gənclərin sinə getdiyi
    Şlyapada olan lent kimidir o.
    Yüngül plaş geyib cavanlığında
    Laqeyd-laqeyd dolanır insan.
    Fəqət yaşa dolub ahıllaşanda
    Qara samur xəzi geyir əyninə,
    Həm gümrah görünür, həm də təmkinli.
    Qulaq as, buraya iki ay əvvəl
    Bir cənab gəlmişdi Normandiyadan. -
    Mən özüm görmüşəm fransızları,
    Bir zaman onlarla vuruşmuşam da.
    Yaxşı at minməkdə bütün dünyada
    Tayı-bərabəri yoxdur onların.
    Ancaq sehrbazdı bu gözəl cənab,
    Elə bil yəhərdə böyümüşdü o.
    Atı elə sürür, elə səyirdir,
    Elə möcüzələr göstərirdi ki,
    Kəhərdən ayrılıb seçilmirdi heç,
    Əkiz yaranmışdı sanki kəhərlə.
    Hanı belə nağıl, belə əfsanə?!
    Onun hünərini, şücaətini
    Nə demək mümkündür, nə də düşünmək.
L a e r t.
    Normandiyalıydı?
K r a 1.
    Normandiyalı.
L a e r t.
    Ömrümə and olsun, o Lamod imiş.
K r a 1.
    Lap elə özüydü.
L a e r t.
    Onu, hökmdar,
    Yaxşı tanıyıram, incidir, inci,
    Bütün bir millətin yaraşığıdır. .-
K r a l.
    Ürekdən danışdı sənin haqqında,
    Yaman təriflədi məharətini,
    Xüsusən də qılınc oynatmağını
    Göylərə qaldırdı o dönə-dönə.
    Hamı bilsin deyə, eşitsin deyə
    Ucadan dedi ki, əgər bir nəfər
    Qarşına çıxmağa cəsarət etsə,
    Önündə bir an da davam gətirməz.
    And içib inamla təsdiq etdi ki,
    Dünyada ən mahir qılınc oynadan
    Cəldlikdə, hücumda, müdafıədə
    Səninlə heç cürə bacara bilməz.
    Ondan bu sözləri eşidən kimi
    Hamletin qəlbini diddi paxıllıq.
    Təkcə təsəllisi, təkcə arzusu
    Yalnız bu oldu ki, birdən gələsən,
    Dil töküb o səni yola gətirə,
    Qılınc meydanında vuruşasınız.
    Bax, bu da bəhanə.
L a e r t.
    Necə? Bəhanə?
K r a l.
    Laert, bir de görüm, əziz atanın
    Əziz tutursanmı xatirini sən,
    Yoxsa dərd rəsmisən, kədər şəklisən,
    Ya da bir heykəlsən cansız, ürəksiz.
L a e r t.
    Nə üçün siz bunu soruşursunuz?
K r a l.
    Demirəm, sevmirsən öz atanı sən.
    Ancaq bilirəm ki, zaman dönükdür,
    Zamanla yaranır, doğulur sevgi.
    Görmüşəm, ömürdən keçdikcə illər
    Sevgi alovu da səngiyir az-az.
    Sevgi alovunun öz daxilində
    Atəş də alışır, göz də alışır,
    Sevgi alovunu söndürür bir vaxt.
    Daim yaxşı qalmır heç nə həyatda.
    Sağlam bir bədəndə qan da coşanda
    İnsan tələf olur qançoxluğundan.
    Neçə ki arzu var ürəyimizdə
    Arzunu həyata keçirmək gərək,
    Bizim borcumuzdur bu iş əzəldən.
    İnsanlar, sahillər, hadisələrtək
    Arzu da dəyişir, yox olub gedir.
    Arzusuz iş görmək, borcu ödəmək
    Bədxərcin çəkdiyi ahlara bənzər,
    Bədəni məhv edər qanazlığından.
    Laert, gəl verməyək fürsəti əldən,
    Toxunaq yaranın özəyinə biz.
    Hamlet qayıdıbdır. İndi de görüm,
    Oğulluq borcunu sözlərlə deyil,
    Nəylə, hansı işlə sübut edərsən?
L a e r t.
    Gedib boğazlaram onu kilsədə.
K r a l.
    Qatilə müqəddəs yer ola bilməz,
    İntiqam tanımır nə hədd, nə sərhəd.
    Onda yaxşı olar, mehriban Laert,
    Heç vaxt çıxmayasan evdən qırağa.
    Senin gəldiyini biləcək Hamlet.
    Bəzi adamları onun yanma
    Səni mədh etməkçün göndərərik biz,
    Həmin fransızın təriflərindən
    Səni daha artıq tərifləyərlər.
    Onlar görüşdürər sizi, nəhayət,
    Hətta sizin üçün mərc də gələrlər.
    Fırıldaqdan kənar, hiylədən uzaq,
    Sadəqəlb, səmimi bir insan kimi
    Fikir verməyəcək qılınclara o.
    Sən də asanlıqla, bir imkan tapıb,
    Dəyişə bilərsən məharət ilə
    İti bir qılıncla küt qılıncmı.
    İdman yarışında, bu görüşdə sən
    Alarsan atanın intiqammı.
L a e r t.
    Hökmən alacağam intiqamımı.
    Yalnız bu niyyətlə, bu məqsədlə də
    Bir zəhər almışam, çox dəhşətlidir.
    Kim vursa bilmədən bıçağı ona,
    Kəssə barmağını, ölər o saat.
    Gecənin yarısı ay işığında
    Yığılmış otlar da sağaltmaz onu.
    Bu lənətə gəlmiş məşum zəhərdən
    Qılıncın ağzına çəkərəm bir az.
    Hamletin toxunub bircə yerinə
    Yüngülcə sıyırsam, dərhal məhv olar.
K r a l.
    Bu haqda bir daha gəl fikirləşək.
    Götür-qoy eyləyək vaxtı, imkanı,
    Görək niyyətimiz baş tutacaqmı?
    Hərgah məruz qalsaq uğursuzluğa,
    Açılsa, faş olsa gizlin qəsdimiz,
    Bütün el içində rüsvay olarıq.
    Odur ki, ehtiyat bir tədbir gərək.
    Bunsuz iş yaramaz. Dayan, qoy görüm,
    Sizin barənizdə mərc gələrik biz...
    Hə, tapdım:
    Vuruşa-vuruşa siz qızışanda -
    Mən sizi daha çox qızışdıraram -
    O yanıb, odlanıb su istəyəndə
    Əvvəldən xəlvətcə hazırladığım
    Xüsusi qədəhi verərəm ona.
    O sənin ölümcül zərbəndən əgər
    Sağ qalsa, qədəhdən azca içəntək,
    Şübhəsiz, məhv olar.
    - Bu nə səs-küydür?
     (Kraliça daxil olur).
    Əziz kraliça, nə var, nə olub?!
K r a l i ç a.
    Fəlakət dalınca gəlir fəlakət,
    Bədbəxtlik izləyir biri-birini.
    Laert, yazıq bacın suda boğuldu.
L a e r t.
    Ah, necə boğuldu! Haçan, harada?
K r a l i ç a.
    Çayın kənarında bir salxım söyüd
    Baxır güzgü suda yarpaqlarına.
    Nakam Ofeliya gəlmiş bu yerə,
    Əlində qəribə bir çələng varmış,
    O özü hörübmüş həmin çələngi:
    Qaymaqçiçəyindən, qızçiçəyindən,
    Bir də gicitkəndən, yağıotundan,
    -Bu ota kobud ad qoyub çobanlar,
    Qızlar ona deyir ölü barmağı.
    Çıxıb Ofeliya həmin ağaca,
    İstəyib çələngi assın budaqdan.
    Bu zaman qəfildən qırılıb budaq,
    O yığvalı dönük yıxılıb çaya,
    Donu yelkən kimi açılıb bu dəm.
    Su pərisi kimi qız üzüb suda,
    Ürəkdən oxuyub qədim nəğmələr.
    Elə bil duymurmuş bədbəxtliyini,
    Ya da suda qalan bir canlı imiş.
    Axı, bu hal uzun çəkə bilməzdi.
    Nəhayət, islanıb onun paltarı,
    Çəkib zavallını qədim nəğmənin
    Gözəl ağuşundan müdhiş ölümün
    İyrənc qucağına.
L a e r t.
    Ah, o boğulub!
K r a 1 i ç a.
    Boğulub, boğulub.
L a e r t.
    Oh, bədbəxt bacım,
    Sən qərar tutmusan sular qoynunda,
    Mənim göz yaşlarım nəyinə gərək!
    Bəs necə saxlayım göz yaşlarımı?!
    Ağlamaq əzəldən qismətimizdir.
    Utanmaz təbiət öz adətiylə
    Dəhşətlə göz yaşı tökdürür bizə.
    Kişi ağlayanda qadına bənzər.
    Əlvida, hökmdar! Odlanır dilim,
    Ağzımdan alovlar püskürərdim mən,
    Fəqət danışmağa yoxdur taqətim,
    Sarsaq göz yaşlarım söndürür odu
     (Gedir).
K r a l.
    Gertruda, gedək onun dalınca.
    Çalışıb, əlləşib onun bir təhər
    Coşqun qəzəbini sakit etmişdim.
    Qorxuram, yenidən qızışa bilər.
    Gəl gedək dalınca
     (Gedirlər).

BEŞİNCİ PƏRDƏ

BİRİNCİ SƏHNƏ


    Qəbiristanlıq. İki məzarçı daxil olur. Onların əlində bel və külüng vardır.
B i r i n c i m ə z a r ç ı.
    De görüm, öz xoşu ilə o dünyaya gedən bir qızı xristian kimi dəfn etmək olarmı?
İ k i n c i m ə z a r ç ı.
    Mən sənə deyirəm, olar. Tez tərpən, ona qəbir qaz. Müstəntiq bu işə baxmış, onu xristian kimi dəfn etməyi qərara almışdır.
B i r i n c i m ə z a r ç ı.
    Axı, bu necə ola bilər? O ki suda özünü müdafıə məqsədiylə boğmamışdır.
İ k i n c i m ə z a r ç ı.
    Necə yəni?! O özünü müdafıə məqsədiylə boğmuşdur.
B i r i n c i m ə z a r ç ı.
    Bu özünə qəsd etməkdir. Başqa cür ola da bilməz. Sübut göz qabağındadır. Əgər mən özümü suda qəsdən boğuramsa, bunu işlə sübut edirəm. İşin də üç cəhəti var: birinci, işi yerinə yetirmək; ikinci, icra etmək; üçüncü də, həyata keçirmək. Deməli, o qız özünü suda qəsdən boğmuşdur.
İ k i n c i m ə z a r ç ı.
    Yox, qulaq as bir, ağa goreşən...
B i r i n c i m ə z a r ç ı.
    Sözümü kəsmə. Bax, tutalım, bu sudur. Yaxşı. Bax, tutalım, bu da adamdır. Yaxşı. Əgər adam bu suya yaxın gedirsə, özünü boğursa, məsələ aydındır, istəsən də, istəməsən də, o gedib. Bu isə tamam başqa şeydir: hərgah su adama yaxın gedirsə, onu boğursa, onda adam özünü boğmur. Deməli, kim ki öz ölümündə günahkar deyil, o öz həyatına özü qəsd eləmir.
İ k i n c i m ə z a r ç ı.
    Məgər bu qanundur?
B i r i n c i m ə z a r ç ı.
    Bəli, bu qanundur. İstintaq qanunu budur.
İ k i n c i m ə z a r ç ı.
    Əsl həqiqəti bilmək istəyirsən, hə? Əgər o qız zadəgan olmasaydı, onu heç vaxt xristian kimi basdırmazdılar.
B i r i n c i m ə z a r ç ı.
    Aha, sən düz deyirsən. Adama elə ağır gələn də budur ki, varlılar istədiyi vaxt özünü suda boğa bilər və ya kəndirdən asa bilər, ancaq onların din qardaşları kasıb xristianların buna ixtiyarı yoxdur. Di qurtar, beli işə sal. Bilirsənmi, dünyada bağ-bandan, kənkandan, bir də qəbirqazandan qədim sənət sahibi olmayıb. Onlar Adəm atanın sənətini davam etdirirlər.
İ k i n c i m ə z a r ç ı.
    Bəyəm Adəm ata zadəgan olub?
B i r i n c i m ə z a r ç ı.
    İki dəfə beldən, külüngdən istifadə edib.
İ k i n c i m ə z a r ç ı.
    Yalandır, onun heç nəyi olmayıb.
B i r i n c i m ə z a r ç ı.
    Bu nədir! Sən yoxsa bütpərəstsən? Müqəddəs kitabı - Bibliyanı necə başa düşürsən? Bibliyada yazılıb ki, Adəm yer qazıb. Bir kəllənə yerləşdir də, o heç belsiz, külüngsüz yer qaza bilərdi? Dayan, mən sənə ayrı sual verəcəyəm. Əgər düzgün cavab verməsən, vay halına,
İ k i n c i m ə z a r ç ı.
    Döşə gəlsin.
B i r i n c i m ə z a r ç ı.
    De görüm, o kimdir ki, onun düzəltdiyi şey bənnanın, dülgərin, gəmiqayıranın düzəltdiyindən daha möhkəmdir?
İ k i n c i m ə z a r ç ı.
    Dar ağacı quran. Çünki dar ağacı öz sakinlərindən çox yaşayır.
B i r i n c i m ə z a r ç ı.
    Vallah, ağıl dəryasısan. Doğrudan da, dar ağacı həmişə yaxşılıq eləyir. Ancaq kimə? Yamanlıq eləyənlərə. İndi sən də yamanlıq eləyirsən. Deyirsən ki, dar ağacı kilsədən möhkəmdir. Deməli, sənə dar ağacının yaxşılığı gərəkdir. Deməli, səni asmaq lazımdır. Suala təzədən cavab ver, di başla görək.
İ k i n c i m ə z a r ç ı.
    O kimdir ki, onun düzəltdiyi şey bənnanın, dülgərin, gəmiqayıranın düzəltdiyindən daha möhkəmdir?
B i r i n c i m ə z a r ç ı.
    Hə, cavab ver, kimdir? Ağlın cilovunu boşalt da.
İ k i n c i m ə z a r ç ı.
    Yaxşı, indi deyə bilərəm.
B i r i n c i m ə z a r ç ı.
    Tez ol.
İ k i n c i m ə z a r ç ı.
    Sübh ibadətinə and olsun, deyə bilmərəm.
    Hamletlə Horatsio daxil olub bir kənarda dayanırlar.
B i r i n c i m ə z a r ç ı.
    Başını nahaq yerə sındırma. Kötəklənməklə qanmaz eşşək yeyin yeriməz. Bir də nə vaxt bu sualı sənə versələr, deyərsən qəbirqazandır. Çünki qəbirqazanln tikdiyi evlər ta qiyamət gününə qədər qalacaq. Yaxşı, cəld ol. İogen dayının meyxanasına get, mənə bir qab çaxır gətir.
    İkinci məzarçı gedir, birinci məzarçı qəbir qazır, həm də oxuyur.
    Gəncliyimdə gülərdim,
    Qəlb açardı gözəllər.
    Ah, mən elə bilərdim,
    Həyat kefdir əzəllər.
H a m 1 e t.
    Məgər bu adam nə iş gördüyünü hiss eləmir?
    Qəbir qazmaq hara, mahnı oxumaq hara?
H o r a t s i o.
    Adət onu öz peşəsinə etinasız edib, prins.
H a m 1 e t.
    Bu, doğrudan da, belədir.
    Yalnız qabar tutmayan əllər həssas olur.
B i r i n c i m ə z a r ç ı (oxuyur).
    Birdən gəldi qocalıq,
    Məni qüssə, qəm aldı. .
    Getdi sevgi - krallıq,
    Gənclik sanki xəyaldı. Bir kəllə çıxanb atır.
H a m 1 e t.
    O kəllənin də dili varmış, nə vaxtsa o da oxuya bilirmiş.
    Gör, haramzadə onu torpağa necə tullayır.
    Elə bil ki, tulladığı dünyada ilk insan qatili
    Qabilin kəlləsidir.
    Bu uzunqulağın ələ keçirdiyi o kəllə, bəlkə, bir zamanlar
    Allahın özünü belə aldatmaq istəyən bir siyasətçinin başı imiş.
    Ola bilərmi?
Horatsio.
    Ola bilər, milord.
Hamlet.
    Bəlkə, saray əyanının başı imiş, "sabahınız xeyir, əla-həzrət! Səhhəti-vücudunuz necədir, mərhəmətli hökmdar?" sözlərini böyük məharətlə deyirmiş. Bəlkə də, filan ağanın başı imiş, filan ağanın atını tərifləyirmiş ki, ona bağışlasın. Ola bilərmi?
H o r a t s i o.
    Bəli, milord.
H a m 1 e t.
    Lap elə beləymiş ki, var.
    İndi isə xanım qurdun aşnasıdır.
    Dişləri tökülüb, çənəsi düşüb, məzarçı isə beli onun təpəsinə çırpır.
    Budur heyrətamiz dəyişiklik!
    Ah, insan bu sirdən agah olsaydı!
    Bu boyda kəlləni yalnız top-top oynamaq üçün illər boyu əzab-əziyyətlə böyütməyə dəyərmi? Mən bu haqda düşündükcə az qalır öz kəlləm çatlasın.
B i r i n c i m ə z a r ç ı (oxuyur).
    Götür beli, külüngü,
    Dünya fani, ömür az. .. :
    Bu zavallı aşiqə
    Məzar qaz ha, məzar qaz.
    Başqa bir kəlləni çıxarıb atır.
H a m 1 e t.
    Bu da bir başqası. Yəqin ki, o bir hüquqşünasın, bir vəkilin kəlləsidir. Bəs onun məharəti, onun bicliyi, onun fəndləri, onun fırıldaqları, onun kələkləri hanı, harada qalıb? İndi o nə üçün bu kobud yaramazın çirkin külüngünün ağır zərbələrinə dözür, onu məhkəməyə çəkmir? Hım!"Bəlkə də, bu kəllənin sahibi öz vaxtında torpaq alıb-satan böyük bir dəllal olub. Hər cür qəbzlər, hər cür pul vəsiqələri, hər cür zəmanətlər, hər cür cərimələr, hər cür qazanclar barədə sənədlər düzəldib. Budurmu cərimələrin cəriməsi, qazancların qazancı? Buna görəmi onun yaxşı başı palçıqla yaxşı dolub? Onun zamin durduqları torpaq sahibləri indi bu iki müqavilə sənədi boyda olan yerimi ona zamin durublar? Onun hazırladığı bütün sənədləri bir yerə toplasan bu yerə güclə yerləşə bilər. O torpaq sahiblərinin özləri bundan çox yer almayıblar, hə?
H o r a t s i o.
    Bir qarış da artıq almayıblar, milord.
H a m 1 e t.
    Perqamentlər qoyun dərisindən hazırlanır, elə deyilmi?
H o r a t s i o.
    Bəli, milord, dana gönündən də hazırlanır.
H a m l e t.
    Perqamentlərdə möhkəmlik, onların üzərindəki yazılarda etibar axtaranların özləri qoyun və danadırlar. Mən bu adamla danışmaq istəyirəm. - Ey, ağa, bu qəbir kimindir?
B i r i n c i m ə z a r ç ı.
    Mənimdir, cənab (Oxuyur). Bu zavallı aşiqə Məzar qaz ha, məzar qaz.
H a m 1 e t.
    Bilirəm, sənindir. Doğrudan da, sən qəbirdəsən, amma yalan danışırsan.
B i r i n c i m ə z a r ç ı.
    Siz qəbirdə deyilsiniz, cənab. Ona görə də qəbir sizin deyil. Amma mən qəbirdəyəm, qəbir də mənimdir. Deməli, mən yalan danışmıram.
H a m 1 e t.
    Sən qəbirdəsən, bu o demək deyil ki, qəbir sənindir. Qəbir ölülər üçündür, dirilər üçün yox. Deməli, sən yalan danışırsan.
B i r i n c i m ə z a r ç ı.
    Bu, canlı yalandır, cənab. Vaxt gələr qəbirdə həqiqət olar.
H a m 1 e t.
    De görüm, bu qəbiri hansı kişiyə qazırsan?
B i r i n c i m ə z a r ç ı.
    Heç bir kişiyə, cənab.
H a m 1 e t.
    Onda hansı qadına qazırsan?
B i r i n c i m ə z a r ç ı.
    Heç bir qadına.
H a m 1 e t.
    Qoçaq, bu qəbirdə kimi basdıracaqlar?
B i r i n c i m ə z a r ç ı.
    Bir nəfəri, cənab. O vaxtıyla qadın idi, indi isə, Ällah onun ruhunu şad eləsin, nə ondandır, nə bundan.
H a m 1 e t.
    Bu haramzadə necə də inamla danışır! Onunla dəqiq olmaq lazımdır, yoxsa bizi ikimənalı sözlər altında basdırar. Allaha and olsun, Horatsio, son üç ildə fikir vermişəm, dünyamız yaman cəsarətlənib. Qara camaat ayağının ucu ilə əyanların dabanmı tapdalayır.-Sən nə vaxtdan burada qəbirqazansan?
B i r i n c i m ə z a r ç ı.
    Mərhum kralımız Hamletin Fortinbrasa qalib gəldiyi gündən.
H a m 1 e t.
    O hadisə haçan olub?
B i r i n c i m ə z a r ç ı.
    Məgər siz bunu bilmirsiniz? Bunu axmaq da bilir ki, həmin günü prins Hamlet anadan olub. İndi onun başına hava gəlib. Onu İngiltərəyə göndəriblər.
H a m 1 e t.
    Bəli, çox pakizə, bəs onu İngiltərəyə nə üçün göndəriblər?
B i r i n c i m ə z a r ç ı.
    Nə üçün? Onun üçün ki, o dəlidir. Orada qalıb ağıllansın. Əgər ağıllanmasa, orada bir elə də eybi yoxdur.
H a m 1 e t.
    Nəyə görə eybi yoxdur?
B i r i n c i m ə z a r ç ı.
    Ona görə ki, onun dəliliyi orada gözə çarpmayacaq. İngiltərədə hamı dəlidir.
H a m 1 e t.
    Hamlet neçin dəli olub?
B i r i n c i m ə z a r ç ı.
    Deyirlər ki, bunun çox qəribə səbəbi var.
H a m 1 e t.
    Necə yəni çox qəribə?
B i r i n c i m ə z a r ç ı.
    Vallah, deyirlər ki, ağlım salıb itirib.
H a m 1 e t.
    Nəyin üstündə?
B i r i n c i m ə z a r ç ı.
    Necə bəyəm, Danimarka torpağının üstündə. Bu torpağın üstündə mən də gəncliyimdən ta bu günə qədər otuz ildir ki, qəbir qazıram.
H a m 1 e t.
    Adam torpaqda nə müddətə çürüyür?
B i r i n c i m ə z a r ç ı.
    Doğrusunu gəzsəniz, hərgah ölməmişdən qabaq içi çürüməyibsə - indiki vaxtda belə üzdəniraq meyitlər həddindən artıqdır, özlərini bir təhər, güc-bəla ilə qəbrə çatdırırlar - adam torpaqda səkkiz, ya doqquz il qala bilər. Dabbağ isə şəksiz-şübhəsiz doqquz il qalır.
H a m 1 e t.
    Nə üçün dabbağ başqalarından çox qalır?
B i r i n c i m ə z a r ç ı.
    Təəccüblənməyin, cənab. Dabbağın peşəsi onun dərisini elə aşılayır ki, su uzun müddət onu yumşalda bilmir. Ölü bədənin ən qorxulu düşməni sudur. Bir bu kəlləyə baxın. Düz iyirmi üç ildir ki, torpaqda yatır.
H a m 1 e t.
    O, kimin kəlləsidir?
B i r i n c i m ə z a r ç ı.
    Lənətə gəlmiş bir cüvəllağının. Siz bilən kimin olar?
H a m 1 e t.
    Nə deyim, bilmirəm.
B i r i n c i m ə z a r ç ı.
    Kaş bu başıboş yaramazın başına daş düşəydi. Bir dəfə o mənim başıma bir qrafın Reyn şərabı tökmüşdü. Ikı həmin kəllədir, cənab, mərhum kralın təlxəyi Yorikin kəlləsidir.
H a m l e t.
    Bu?
B i r i n c i m ə z a r ç ı.
    Lap bu özü.
H a m 1 e t.
    Ver, bir baxım (Kəlləni əlinə götürür). Yazıq, zavallı Yorik! - Mən onu tanıyırdım, Horatsio. O dedikcə zarafatcıl, olduqca gözəl qaravəllilər ustası, mehriban bir adam idi. Azı min dəfə məni çiyinlərində gəzdirib. — İndi isə gör necə də iyrənc olub, ona baxdıqca ürəyim ağzımdan gəlir. Burada dodaqları vardı. Bu dodaqlardan neçə dəfə öpdüyüm yadımda deyil. - Ah, biçarə, sənin lağlağıların, sənin məzhəkələrin, sənin nəğmələrin indi harda qalıb? Məclisdəkiləri qəh-qəhə çəkməyə məcbur edən o şaqraq gülüşlərin hanı, necə olub? İndi özün özünə gülməyə belə heç nəyin yoxdur. Necə də yazıq, acınacaqlı bir hala düşmüsən! İndi buyur, bir kübar xanımın bəzək otağına get, ona de ki, onun da koppuş al yanaqları nə vaxtsa bu kökə düşəcək. Onu bu sözlərlə güldürməyə çalış görüm. - Horatsio, xahiş edirəm, bir şeyi mənə aydınlaşdır.
H o r a t s i o.
    O nədir, milord?
H a m 1 e t.
    Sən bilən, Rum qeysəri İskəndərin də başı torpaqda bu vəziyyətdədir?
H o r a t s i o.
    Lap elə bu vəziyyətdə.
H a m 1 e t.
    Özü də belə iylənir? Puf?
    Kəlləni yerə qoyur.
H o r a t s i o.
    Lap elə belə, milord.
H a m 1 e t.
     İnsan necə də miskinləşə bilərmiş, Horatsio!Bəşər övladının aqibəti budursa, onda böyük İskəndəıin cəsədi çürüyüb kaşı şərab kuzəsinin ağzına tıxac ola bilməzmi?
H o r a t s i o.
    Bu çox qəribə və ağlasığmazdır, milord.
H a m 1 e t.
    Xeyr, qətiyyən yox. Əksinə, biitün mümkünlüyü ilə həyatın sonunu olduğu kimi düşünsək, bu qənaətə gələ bilərik: İskəndər öldü, İskəndər dəfn edildi, İskəndər çürüyüb toıpağa döndü, torpaqdan palçıq tutdular, palçıqdansa kaşı şərab kuzəsinin ağzına tıxac hazirladılar. Ulu Sezar çürüyərək torpaq oldu məzarda, Hökmü ilə gərdişin o, suvaq oldu divarda.
    Diri torpaq dəhşətlərlə sarsıdırdı dünyanı, Ölü torpaq küləklərdən hifz eləyir binanı. Sus, sus! Kral gəlir, çəkilək yana.
    Keşiş başda olmaqla, Laert və başqalarının müşayiəti ilə Ofeliyanın cənazəsini gətirirlər. Kral və kraliça öz məiyyəti ilə daxil olurlar.
    Gəlib kraliça, saray əhli də.
    Kimi dəfn eyləyir onlar, görəsən? .
    Necə də pozulub adət-ənənə!
    Görünür, intihar edib rəhmətlik.
    Yəqin ki, zadəgan nəslindəndir o.
    Gəl, burda gizlənib, kənardan baxaq.
    Horatsio ilə bir kenara çəkilir. .
L a e r t.
    Yenə görüləsi bir iş qaldımı?
H a m 1 e t.
    Bir bax, o ki nəcib cavan Laertdir
L a e r t.
    Yenə görüləsi bir iş qaldımı?
K e ş i ş.
    Biz onun dəfnini təşkil etməkçün
    Heç nəyi, heç şeyi əsirgəmədik.
    Bizə şübhəliydi onun ölümü.
    Hökumət bu işə qarışmasaydı,
    Bu qızın cəsədi qiyamətədək
    Qaranlıq bir yerdə saxlanılardı.
    Dua əvəzinə, onun üstünə
    Daşlar tökülərdi hər bir tərəfdən.
    İndisə güzəştlər edilib ona,
    Tabutuna təzə çələng qoyulub.
    Dini ayinlərlə, kilsə zəngləri
    Onu yola salır qəbir evinə.
L a e r t.
    Ta heç nə qalmayıb?
K e ş i ş
    Heç nə qalmayıb.
    Öz əcəli ilə mərhum olanlar
    Ölü duasına layiqdir yalnız.
    Onun nəşi üstdə dua oxumaq
    Müqəddəs kəlamı təhqir etməkdir.
L a e r t.
    Endirin məzara cənazəni siz.
    Onun gözəl-göyçək pak vücudundan
    Bitəcək ətirli tər bənövşələr.
    Bunu yaxşı bü ki, ey kobud keşiş,
    Bacım nurlu göydə mələk olacaq,
    Sənsə cəhənnəmdə ulayacaqsan.
H a m 1 e t.
    Necə, vəfat edən Ofeliyadır?
K r a 1 i ç a.
    Gül gülə qovuşsun, rahat yat, qızım!
     (Tabutun üstünə gül səpir).
    Dedim, Hamletimin yan olasan,
    Bəzəyim gəlinlik yatağını mən.
    Demədim, qəbrinə çiçəklər düzüm.
L a e r t.
    İyrənc əməliylə sənin ağlını
    Başından alanın şeytan başına
    Yüz dəfə, min dəfə fəlakət yağsın.
    Dayanın, tökməyin torpağı hələ,
    Bir daha köksümə sıxım bacımı.
     (Məzara atılır).
    Basdırın dirini ölüylə birgə.
    Burda, düzəngahda bir dağ ucaldın,
    Göydələn Pelion, Olimp dağları
    Baxsm aşağıdan həsədlə ona.
H a m 1 e t (irəli çıxaraq).
    Acı fəryadıyla, çılğın qəmiylə,
    Heyrətdən mat qalmış səyyahlar kimi,
    Göydə ulduzları tilsimə salan
    O kimdir? Hayına gəlmişəm budur,
    Mən - Danimarkanın kralı Hamlet.
     (Məzara atılır).
L a e r t.
     Cəhənnəm ol, iblis!
    Onunla vuruşur.
H a m 1 e t.
    Duan düz deyil.
    Burax boğazımı, xahiş edirəm.
    Qəzəbli, hiddətli olmasam da mən,
    Nəsə içərimdə bir dəhşət yatır.
    Ondan ehtiyat et. Götür əlini!
K r a 1.
    Ayırın onları!
K r a 1 i ç a.
    Ah, Hamlet, Hamlet! Hamı. Cənablar!..
H o r a t s i o.
    Əzizim, bir sakit olun.
    Xidmətçilər onları ayırırlar. Hər ikisi məzardan çıxır.
H a m l e t.
    Yox, yox, bu rəqabət azala bilməz.
    Necə ki, tərpənir göz qapaqlarım,
    Onunla hər zaman vuruşacağam.
K r a 1 i ç a.
    Rəqabət deyirsən, o nədir, oğlum?
H a m l e t.
    Sevirdim, sevirdim Ofeliyanı.
    Qırx min nər igidin qardaş sevgisi
    Bütün böyüklüyü, əzəmətiylə
    Mənim pak eşqimə tay ola bilməz.
    Nə edə bilərsən onun üçün sen?
K r a 1.
    Laert, o dəlidir, şaşırıb yenə.
K r a 1 i ç a.
     Bir Allah eşqinə, ona dəyməyin.
H a m 1 e t.
    Ah, lovğa, bir göstər, sən nə edərdin?
    Göz yaşı tökərdin? Ya vuruşardın?
    Üstünü cırardın? Acmı qalardın?
    Ya zəhər içərdin? Timsah yeyərdin?
    Mən də bacararam bunları, mən də.
    Gəlmisən ağlayıb sızıldamağa?
    Yoxsa atılaraq onun qəbrinə
    Məni ələ salıb xar eləməyə?
    Yaxud diri-diri soyuq məzarda
    Onunla birlikdə dəfn olunmağa?
    Mən də bacararam bunları, mən də.
    Dağlar barəsində sözün yalansa,
    Qoy dağlar göylərdən kinlə, qəzəblə
    Toz-torpaq yağdırsm milyon tonlarla,
    Bizim üstümüzdə bir dağ ucalsın,
     Zirvəsi günəşə toxunub yansın,
    Ziyilə göndərsin Ossa dağını.
    Bəlkə, təmtəraqlı ibarələrlə
    Sən məni susdurmaq niyyətindəsən?
    Mən də bacararam bunları, mən də. .
K r a 1 i ç a.
    Bu bir dəlilikdir, tez keçib-gedər.
    Elə ki, yenidən gəldi özünə,
    Susar, sakitləşər göyərçin kimi.
H a m l e t.
    Laert, neçin mənə düşmən olmusan?
    Sənin dostun idim mən ki əzəllər.
    Ancaq indi bunun nə faydası var.
    Ha yedirt, ha bəslə, hədərdir, hədər,
    Pişik siçan gəzər, it sümük güdər (Geäir).
K r a 1.
    Horatsio, onun arxasınca get
     (Horatsio gedir).
L a e r t ə
    Dünənki söhbəti yaxşı xatırla,
    Artıq düyünləri açmaq vaxtıdır.
    Əziz Gertruda, bir nəfər göndər,
    Qöy gedib oğlundan göz-qulaq olsun.
    Bu qəbrə canlı bir abidə ğərək.
    Hələlik səbir edək, dözsün qəlbimiz,
    Tezliklə rahatca dincələrik biz (Gedirhr):

 İKİNCİ SƏHNƏ


    Qəsrdə bir salon. Hamlet və Horatsio ilə
H a m l e t
    Bəsdir bu barədə. İndi de görüm.
    Həmin o hadisə yadındadırmı?
H o r a t s i o.
    Yadımdadır, milord.
H a m 1 e t.
    Qəlbimdə mənim
    Elə bir çarpışma başlanmışdı ki,
    Gözümdə yuxumu çəkirdi dara.
    Ayağı qandallı bir qiyamçıtək
    Sanki yatağımda zəncirlənmişdim.
    Cəld durdum yerimdən. Var olsun cəldlik!
    Bəzən bu dünyada ağılsız olmaq
    Ağıllı olmaqdan çox xeyirlidir
    Görünür, göylərdə bir Allah var ki;
    Bizim bəxtimizi istədiyitək
    Yazır, nizamlayır.
H o r a t s i o.
    Şəksiz, belədir.
H a m l e t.
    Çıxdım kayutdan əynimdə plaş,
    Qaranlıqda gəzib tapdım onları.
    Qorxu ürəyimə verdi cəsarət,
    Unutdum həyanı, utancaqlığı.
    Məktubu gizlicə keçirib ələ.
    Təzədən çəkildim öz otağıma.
    Məktubu açanda dəhşətə gəldim,
    Mat qaldım kralın alçaqlığına.
    Məktubda qəribə bir əmr vardı.
    Nələr yazılmışdı haqqımda mənim:
    Guya, Horatsio, bu yer üzündə
    Ən müdhiş, ən məşum bir təhlükəyəm
    Mən Danimarkaya, İngiltəreyə.
    Mənim həyatıma qəsd etmək üçün
    Müxtəlif səbəblər göstərilirdi.
    Qısası, mənzilə çatdığım günü,
    Tələb olunurdu qətiyyət ilə,
    Cəza baltasıyla vaxt itirmədən
    Başımı kəssinlər.
H o r a t s i o.
    Bu ola bilməz!
H a m l e t.
    Təəccüb eyləmə, əmr, bax, budur,
    Sonra oxuyarsan. İşin sonunu
    Senə danışımmı?
H o r a t s i o.
    Rica edirəm.
H a m l e t.
    Rəzalət torunda çapalayaraq
    Bir çıxış, bir çarə axtaran zaman
    Birdən düşünməyə başladı beynim.
    Özümdən yeni bir əmr uydurdum,
    Əyləşib yaxşıca köçürdüm onu.
    Əvvəllər, doğrusu, əyanlar kimi,
    Elə zənn edirdim: gözəl, qəşəng xətt
    Əskiklik, kobudluq əlamətidir.
    Çalışırdım onu yadırğayım mən.
    Ancaq o qurtardı məni bəladan.
    Deyim nə yazmışdım?
H o r a t s i o.
    Əlbəttə, milord.
H a m 1 e t.
    Kralın adından vacib, gərəkli
    Nəsihət verərək mən belə yazdım:
    Bizə İngiltərə sədaqətlidir,
    Vaxtında ödəyir baci-xəracı.
    Biri-birimizə olan məhəbbət
    Palma ağacıtək daim yaşıldır.
    Nazənin qız təkin sülh öz başına
    Buğda sünbülündən çələng qoyaraq,
    Ayrılmaz, qırılmaz dostluğumuzun
    Durur arasında hər an, həmişə.
    Sanki iki yaxın söz arasında
    Bir vergül qoyulub haqq tərəfındən.
    Bu cürə bir xeyli cümlə düzəltdim,
    Yazdım ki, fərmanı oxuyan kimi,
    Sualsız, sorğusuz, müzakirəsiz,
    Hətta tövbə üçün vaxt verilmədən
    Məktubu onlara gətirənlərin
    Bir anın içində boynu vurulsun.
H o r a t s i o.
    Yaxşı, bəs möhürü hardan tapdınız?
H a m 1 e t.
    Göylər kömək etdi mənə bu işdə,
    Atamın möhürü yanımda idi.
    Eynən onun kimi Danimarkanın
    Indiki möhürü hazırlanıbdır.
    Fərmana qol çəkdim kral sayağı,
    Sonra da üstündən möhür vurdum mən.
    Məktuba tez onu qoyub qaytardım,
    Bundan xəbər-ətər tutmadı bir kəs.
    Çocuqlar yatanda bələkdə, bu cür
    Pərilər onları dəyişə bilər.
    Sabahsa dənizdə vuruşma oldu,
    Burdan o tərəfə baş verənləri
    Yazdığım kağızdan bilirsən artıq.
H o r a t s i o.
    Demək, Qildenstern Rozenkrantsla
    Gedir açıq-aydın ölümə doğru.
H a m 1 e t.
    Özləri istəyib belə cəzam,
    Bununçün ağrımır vicdanım mənim.
    Onlar öz qətlinə bais oldular,
    Ölüm mükafatdır yaltaqlar üçün.
    İki güclü düşmən qılınclaşarkən
    Bir zəif, bir miskin girsə araya,
    Şübhəsiz, bu yaman təhlükəlidir.
H o r a t s i o.
    Ay aman, bu kral nə əclaf imiş!

 
<< 1 / 2 / 3 / 4 / 5 / 6 >>
Bölmə: Dünya ədəbiyyatı | Əlavə edildi: azerhero (25.12.2013) | Müəllif: R.C E W
Baxış: 630 | Reytinq: 5.0/1
Bütün rəylər: 0
omForm">
avatar

Kitablar — zamanın dalğaları ilə səyahət edən və nəsildən-nəslə öz qiymətli yükünü ehtiyatla aparan fikir gəmiləridir.

- Frensis Bekon

Son 90 gün ərzində kitab oxumamaqdan daha pisi kitab oxumadığına görə narahat olmamaqdır.

- Cim Ron

Kitabları yandırmaqdan daha pis şey onları oxumamaqdır.

- Rey Bredberi

Yaxşı kitab aysberqə oxşayır, onun yeddi-səkkiz hissəsi suyun altında gizlənib.

- Ernest Heminquey

Kitablarım mənə çatacaq qədər böyük bir krallıqdır.

- Shakespeare

Mən, kitablarımı yaratmadan əvvəl, kitablarım məni yaratdılar.

- Montaigne

Kitabsız yaşamaq; kor, kar, dilsiz yaşamaqdır.

- Seneca

Bu günün gərçək universiteti, bir kitabxanadır.

- Carlyle

Kitab, tək ölümsüzlükdür.

- Rufus Choate

Exlaqa uyğun ya da zidd kitab deyə bir şey yoxdur. Kitablar ya yaxşı yazılmışdır, ya da pis. Hamısı bu qədər!

- Oscar Wilde

Ümidlə açılıb qazancla bağlanan bir kitab, yaxşı bir kitabdır.

- Alcott

Kitablar, itmiş başların abidələridir.

- Sir William Dave

Kitablar, heç solmayacaq bitkilərdir.

- Herrick

Kitab heç aldatmayan bir yoldaşdır.

- Guilbert De Pixrecourt

Axmaqlarla oturub-durmaqdansa , kitabla tənha oturmaq yaxşıdır.

- Qasım bəy Zakir

İnsan güc ilə yox, mütaliə etməklə ağıllanır.

- C.Bruno

Az bildiyini başa düşmək üçün çoxlu oxumaq lazımdır.

- Mişel Monten

Kitablar özünüzə və başqalarına hörmət etməyi öyrədəcək, ürəyi və ağlı, dünya və insanlıq sevgisiylə dolduracaq.

- Maksim Gorki

Kitab həyatın ən uzaq və qaranlıq yollarında insana işıq bəxş edən əfsanəvi çıraqdır

- A.M.Upit

BAKI QIZLAR UNİVERSİTETİ
1992-ci ildə təsis edilən və həmin vaxtdan da fəaliyyətə başlayan Bakı Qızlar Universitetinin (əvəllər Bakı Ali Pedaqoji Qızlar Seminariyası adlanırdı) yaradılmasında məqsəd respublikada qadın pedaqoji kadrlar yetişdirmək, onların intellektual səviyyəsini yüksəltmək və gənc qızları ailə həyatına hazırlamaqdan ibarətdir. Hazırda universitetdə "Sosial pedaqoji” və "Filologiya-tarix” fakültələri fəaliyyət göstərir. "Sosial pedaqoji” fakültədə "Təhsildə sosial-psixoloji xidmət”, "Psixologiya”, "Coğrafiya müəllimliyi”, "ibtidai sinif müəllimliyi”, "Məktəbəqədər təlim və tərbiyə”, "Riyaziyyat və informatika müəllimliyi”, "Filologiya-tarix” fakültəsində isə "Xarici dil (ingilis) müəllimliyi”, "Azərbaycan dili və ədəbiyyat müəllimliyi”, "Tarix müəllimliyi”, "Jurnalistika” üzrə bakalavr, "İbtidai sinifdə tədrisin metodika və metodologiyası”, "Pedaqogika nəzəriyyəsi və tarixi”, "Azərbaycan ədəbiyyatı”, "Azərbaycan dili”, "Azərbaycanın yeni və ən yeni tarixi” sahəsində magistratura səviyyəsində kadr hazırlığı aparılır.
Bakı Qızlar Universiteti Nazirlər Kabinetinin 1996-cı il fevralın 21-də 21 saylı sərəncamı ilə dövlət qeydiyyata alınmışdır. 2013-cü ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin lisenziya komissiyası BQU-nun çoxilli fəaliyyətinin, onun yüksək maddi-texniki bazasının, infrostrukturunun, təlim-tərbiyə sisteminin Azərbaycan Respublikası təhsil Qanununa Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Ali təhsil Müəssisələrinin fəaliyyətinə xüsusi razılıq (lisenziya verilməsi haqqında qərarına, Azərbaycan Respublikası Təhsil Nazirliyinin sənədlərinə uyğn qurulduğunu, pedaqoji kadrların hazırlanmasında əldə olunmuş nailiyyətlərini nəzərə alaraq universitetin fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsini məqsədəuyğun hesab etmişdir. Eyni zamanda 2013-cü ildə universitet akreditasiyadan keçmişdir. Universitetdə müxtəlif fənnlər üzrə kabinetlər, dörd kopüter otağı, kitabxana, badii yaradıcılıq studiyası, tələbə elmi cəmiyyəti, Tələbə Gənclər təşkilatı, dörd dərnəklər, nəşriyyat, idman zalı, yeməkxana, kadrlar şöbəsi və mühasibatlıq fəaliyyət göstərir.
Learn more