Əsas » Məqalə » Dünya ədəbiyyatı

Uilyam Şekspir-Hamlet-2
 
<< 1 / 2 / 3 / 4 / 5 / 6 >>


H a m 1 e t.
    Ey göylər! Ey yerlər! Daha mən nəyi
    Köməyə çağırım? Cəhənnəmimi?
    Çırpınma ürəyim, əsmə dizlərim,
    Bədənim, qocalma bir an içində,
    Mətanətlə dözün bu işgəncəyə.
    Səni unutmayım, zavallı kölgə?
    Bu sarsaq dünyada saf yaddaş varsa,
    Axı, səni necə unutmaq olar?
    Səni unutmayım? Mən yaddaşımdan
    Bütün hisslərimin həkk elədiyi
    Arzunu, duyğunu, düşüncələri;
    Bütün kitabların kəlamlarmı,
    Bütün surətləri, bütün sözləri;
    Uşaqlıq vaxtından bu günə qədər
    Eşidib, bildiyim xatirələri
    -Hər şeyi, hər şeyi silib ataram.
    Beyin kitabımın hər bir sətrinə
    Zinalıq, əclaflıq qatışdırmadan
    Tək sənin hökmünü yazaram, ata,
    Tək sənin hökmünü, əmin ol buna.
    Oh, fəsad cövhəri, oh, rəzil qadın!
    Oh, zərif təbəssüm, məlun rəzalət!
    Qələmim-dəftərçəm hardadır mənim?!
    Bu mənfur dəhşəti qeyd edim gərək:
    Təbəssüm, rəzalət birgə olarmış!
    Heç yanda, heç yerdə bu olmasa da,
    İnanıram, vardır Danimarkada.
     (Yazır).
    Hə, əmi, möhkəm dur indi yerində.
    İndi şüarımdır mənim bu sözlər:
    "Əlvida, əlvida, məni unutma!"
    And içirəm, səni unutmaram mən.
H o r a t s i o (səhnə arxasından).
    Prins, əziz prins!
M a r s e 1 (səhnə arxasından).
    Prins Hamlet!
H o r a t s i o (səhnə arxasından).
     Allah pənahında saxlasın onu!
H a m 1 e t.
    Amin, ulu göylər!
H o r a t s i o (səhnə arxasından).
    Hey, ey-ey, milord!
H a m 1 e t.
     Ehey, ey-ey, dostlar, gəlin, burdayam!
    Horatsio və Marsel daxil olurlar.
M a r s e 1.
    Hə, nə oldu, prins?
H o r a t s i o.
    Nə xəbər, milord?
H a m 1 e t.
    Əcaib möcüzə!
H o r a t s i o.
    Danışın, milord.
H a m 1 e t.
    Yox, yox, deyərsiniz bunu hamıya.
H o r a t s i o.
    Vallah, mən demərəm.
M a r s e 1.
    Mən də, inanın.
H a m 1 e t.
    Yaxşı, heç ağıla gələrdimi ki...
    Ancaq siz bu sirri açmayınız ha!
H o r a t s i o v ə M a r s e l.
    Göylərə and olsun, açmarıq, milord.
H a m 1 e t.
    Yoxdur belə cani Danimarkada,
    O həm də ən qəddar bir yaramazdır.
H o r a t s i o.
    Bir bunu deməkçün məzardan çıxıb
    Ruhun gəlməsinə axı nə hacət!
H a m 1 e t.
    Doğrudur, doğrudur. Gəlin əl verib,
    Artıq danışmadan ayrılağın biz.
    Siz öz işinizə, mən öz işimə,
    Hər kəsin dünyada bir arzusu var.
    Taleyim ümüdsiz, zavallı, miskin,
    Gedim məşğul olum ibadətimlə.
H o r a t s i o.
    Bu sözlər bulanlıq girdabdır ancaq.
H a m 1 e t.
    Qəlbinizə dəydi, bağışlayınız.
H o r a t s i o.
    Burda qəlbə dəyən bir təhqir yoxdur.
H a m 1 e t.
    Müqəddəs Patrikə and olsun, vardır,
    Özü də ən böyük, ən dəhşətlisi.
    Kölgə barəsində, Horatsio, mən
    Deyə bilərəm ki, o namusludur.
    Bizim aramızda olan söhbəti
    Bilmək arzunuzu boğun bir təhər.
    İndisə mehriban, əziz dostlarım,
    Sizdən məktəb, qılınc dostlarım kimi,
    Mənim acizanə bir xahişim var.
H o r a t s i o.
    Buyurunuz, milord!
H a m 1 e t.
    Bu əhvalatı
    Heç zaman heç kimə danışmayınız.
H o r a t s i o, M a r s e l.
    Danışmarıq, milord.
H a m 1 e t.
    Yox, yox, and için.
H o r a t s i o.
    Milord, danışmaram, vicdanım haqqı!
M a r s e 1.
    Mən də and içirəm öz vicdanına.
H a m 1 e t.
    Mənim qılıncıma and için, dostlar.
M a r s e 1.
    Biz artıq and içdik, mehriban milord.
H a m 1 e t.
    Yalnız qılıncıma and için mənim.
K ö 1 g ə (yer altından).
    And için!
H a m 1 e t.
    Ordasan, sədaqətli dost?
    Sen də şəriksənmi dediklərimə?
    Onu yer altından eşitdinizmi?
    Di gəlin, and için!
H o r a t s i o.
    Necə and içək?
H a m 1 e t.
    Mənim qılıncıma and için ki, siz
    Bu gecə burada gördüyünüzü
    Heç yanda heç kimə söyləməzsiniz.
    And için.
K ö 1 g ə (yer altından).
    And için!
H a m 1 e t.
    Hic et ubique? -
    Hər yerdə dolanır, hər yerdə gəzir.
    Gəlin dəyişdirək yerlərimizi.
    Keçin bu tərəfə, keçin, cənablar,
    Basıb qılıncıma əllərinizi
    And için: burada eşitdiyiniz
    Hamıdan hər zaman gizli qalacaq.
K ö 1 g ə (yer altından).
    And için!
H a m 1 e t.
    Ah, səni, qoca köstəbək,
    Nə bərk işləyirsən torpağın altda?
    Gözəl lağım atan istehkamçısan!
    Yenə yerimizi dəyişək, dostlar.
H o r a t s i o.
    İlahi, ilahi, bu möcüzədir!
H a m 1 e t.
    Elə sız də onu möcüzə sayın.
    Horatsio, bir çox sirr var dünyada
    Hələ aydın deyil fəlsəfənizə.
    Gəlin işə keçək.
    Bugünden sonra
    Özümü mən necə, nə cür aparsam,
    Qəribə, əcaib hallara düşsem,
    Arabir dəlilik, təlxəklik etsəm,
    Siz məni görəndə heç vaxt, heç vədə
    Əlinizi belə çarpazlayaraq,
    Başmızı belə yırğalayaraq
    "Hə, hə, biz bilirik", ya "arzu etsək",
    Ya "deyə bilərik", ya "bacararıq"
    Kimi ikibaşlı sözlər deməyin.
    And için ki, bunu bildiyinizə
    Bir eyham-işarə olmayacaqdır.
    Mənim dediyimə əməl etsəniz,
    Çətində yaradan sizə yar olar.
    And için!
K ö 1 g ə (yer atından).
    And için!
H a m 1 e t.
    Ey üsyankar ruh,
    Sakit ol, sakit ol!
     (And içirlər).
    Artıq, cənablar,
    Özümü mən bütün məhəbbətimlə
    Sizə tapşırıram.
    Biçarə Hamlet
    Nə qədər miskin bir insan olsa da,
    Haqqın köməyiylə öz sevgisini,
    Dostluğunu sizə sübut eyləyər.
    Gəlin birgə gedək. Xahişim budur,
    Barmaqlar dayansın dodaqlar üstdə.
    Zaman ayrı düşüb öz mehvərindən,
    Onu düzəltməkçün doğulmuşam mən.
    Gəlin birgə gedək.
    Gedirlər.

İKİNCİ PƏRDƏ

BİRİNCİ SƏHNƏ


    Poloninin evində bir otaq.
    Poloni və Reynaldo daxil olurlar.
P o l o n i.
    Bu pulu, məktubu, əziz Reynaldo,
    Ona verərsiniz.
R e y n a 1 d o.
    Can-başla, milord.
P o l o n i.
    Çox əla olardı, gözəl olardı,
    Onu görməmişdən öyrənsəydiniz,
    Orada özünü necə aparır.
R e y n a 1 d o.
    Mən bu niyyətdəydim.
P o l o n i.
    Əhsən, min əhsən!
    Əvvəlcə soruşun, mehriban dostum,
    Parisdə nə qədər daniyalı var.
    Onlar nəçidirlər, harda qalırlar?
    Əsil-nəcabəti, dostları kimdır?
    Nə məqsəd güdürlər, nə xərcləyirlər?
    Elə ki, oğlumu tanıyan oldu,
    Dolayı, dolanbac bu suallardan
    Siz keçin birbaşa mətləbin üstə.
    Yaxın tanışlıqdan söhbət salaraq
    Təbəssümlə deyin: "Tanıyıram mən
    Onun atasını, qohumlaını,
    Bir az da özünü".
    Bunlar, Reynaldo,
    Sizə aydmdırmı?
R e y n a 1 d o.
    Əlbəttə, milord.
P o l o n i.
    "Bir az da özünü, - tez davam edin,
    -Özünü olduqca az tanıyıram.
    Əgər mən bildiyim o dəcəldirsə,
    Yaman özbaşınadır", sair və sair.
    Bu yerə çatanda onun haqqında
    Siz nə istəsəniz, uydurarsınız.
    Lakin ağılsız söz quraşdırmayın,
    Bu, ləkə gətirər onun adına.
    Ehtiyatlı olun, elə ümumi
    Qüsurdan, nöqsandan, söhbət açın ki,
    Qayğısız gəncliyin, asudəliyin
    Yol yoldaşı olsun.
R e y n a 1 d o.
    Məsələn, qumar.
P o l o n i.
    Bəli, içki, söyüş, dava-qalmaqal,
    Qadınlar barədə söz salarsınız.
R e y n a 1 d o.
    Bunlar bir ləkədir insana, milord.
P o 1 o n i.
    İnanın, düz deyil; sözün təsiri
    Asılıdır sözü necə deməkdən.
    Onu həddən artıq rüsvay etməyin,
    Doğrudan sırtılıb korlana bilər.
    Bu cür istəmirəm, mənim əzizim.
    Onun səhvlərini elə deyin ki,
    Guya sərbəstlikdən törəyib onlar;
    Qanın coşqunluğu, qəlbin atəşi
    Gəncliyin cilovsuz şıltaqlığıdır.
    Bağışlana bilər hər vaxt hamıya.
R e y n a 1 d o.
    Lakin, əziz milord...
P o 1 o n i.
    Deyəcəksiniz
    Bunlar nəyə gərək?
R e y n a l d o.
    Elədir, milord, Bilmək istəyərdim.
P o l o n i.
    Planım budur:
    Yaxşı bir tələdir belə sorğular.
    İş vaxtı bilmədən öz paltarına
    Azca ləkə salan bir fəhlə kimi,
    Oğluma siz azca ləkə vursanız,
    İnanın, görübsə müsahibiniz
    Oğlumun bu cürə günahlarmı,
    Sizinlə söhbətə qoşulacaqdır.
    "İltifatlı ağa", ya "dost", ya "cənab"
    Deyə öz elinə, tərbiyəsinə
    Görə başlayacaq.
R e y n a l d o.
    Çox düzdür, milord.
P o l o n i.
    Onda belə etdi, bax, etdi belə...
    Mən nə deyəcəkdim? Din haqqı, nəsə
    Demək istəyirdim. Mən harda qaldım?
R e y n a l d o.
    "Sizinlə söhbətə qoşulacaqdır"
P o l o n i.
    "Sizinlə söhbətə qoşulacaqdır".
    Hə, hə, hə, bu sayaq qoşulacaqdır:
    "Həmin o cənabı tanıyıram mən.
    Onu ya ötən gün, ya srağagün
    Axşam fılan yerdə fılanla gördüm.
    Qumar oynayırdı, lül-qəmbər idi,
    Yaman dava saldı axırda, yaman''.
    Yaxud söyləyəcək: "Özüm şahidəm,
    O gedir arabir şübhəli evə",
    Lap elə deyəcək: "qəhbəxanaya".
    Və sair və sair. Beləliklə, siz
    Yalanın sehrli qarmağı ilə
    Həqiqət balığı tutacaqsınız.
    Biz ağıllı, uzaqgörən adamlar
    Dolayı, dolanbac, əyri yollarla
    Çıxırıq həqiqi, əsl yollara.
    Siz də bu üsulla oğlum barədə
    Bir xəbər öyrənin, xəbər gətirin.
    Fikrim aydındırmı?
R e y n a 1 d o.
    Aydındır, milord.
P o 1 o n i.
    Allah amanında, gedin, yaxşı yol.
R e y n a 1 d o.
    Sağ-salamat qalın, mehriban milord.
P o 1 o n i.
    Onu elə güdün, özü bilməsin.
R e y n a 1 d o.
    Mütləq, mütləq milord.
P o l o n i.
    Öz havasını
    Qoy çalsın yenə də.
R e y n a 1 d o.
    Baş üstə, milord.
P o 1 o n i.
    Gedin, uğur olsun!
     (Reynaldo gedir, Ofeliya gəlir).
    Hə, Ofeliya,
    Nə var belə, qızım!
O f e 1 i y a.
    Aman, ilahi,
    Hələ də qorxudan əsir bədənim!
P o 1 o n i.
    Nə üçün? Tez söylə Allah eşqinə!
O f e 1 i y a.
    Mən tikiş tikirdim öz otağımda,
    Birdən prins Hamlet girdi içəri.
    Az qalırdı düşsün köynək əynindən,
    Başı açıq idi, saçı pərişan.
    Palçığa bulaşmış bağsız corablar
    Qandaltək keçmişdi topuqlarına.
    Rəngi köynəyitək avazımışdı,
    Dizləri dəyirdi biri-birinə.
    Elə qorxuluydu onun görkəmi,
    Çəkdiyi dəhşəti danışmaq üçün
    Sanki cəhənnəmdən qaçıb gəlmişdi.
P o 1 o n i.
    Yoxsa dəli olub sənin eşqindən?
O f e l i y a.
    Bilmirəm, doğrusu, qorxuram, ata,
    Birdən elə olsun.
P o 1 o n i.
    Yaxşı, nə dedi?
O f e l i y a.
    Biləyimdən tutub sıxdı möhkəmcə,
    Əlini açmadan çəkildi geri.
    O biri əlini qoyub qaşına,
    Beləcə diqqətlə üzümə baxdı,
    Guya çəkəcəkdi mənim şəklimi.
    Bu halda dayandı bir xeyli müddət.
    Sonra silkələyib əlimi bir az,
    Üç dəfə qarşımda təzim eylədi.
    Dərindən yanıqlı bir ah çəkdi ki,
    Sanki parçalanıb bütün varlığı,
    Həyatı ordaca məhv olacaqdır.
    Nəhayət, əlimi buraxdı, getdi.
    Başını çevirib çiyni üstündən,
    Geriyə boylandı heyrət içində,
    Önünə baxmadan axıra kimi,
    Gözünü qırpmadan yeridi o cür,
    Bir an da gözünü çəkmədi məndən.
P o l o n i.
    Gəl gedək, axtaraq, tapaq kralı.
    Bu əsl məhəbbət tutmasıdır ki,
    Çox zaman məhv edir özü özünü,
    Ağlı, iradəni sarsıdır tamam.
    Başqa dərdlər kimi, göylərin altda
    Eşq do bizə tez-tez işgəncə verir.
    Təəssüf, təəssüf! Son vaxtlar, qızım,
    Sən ona sort bir söz deməmisən ki?
O f e 1 i y a.
    Xeyr, lakin əmr etdiyiniztək,
    Qaytarmışam onun məktublarını,
    Onunla bir daha görüşməmişəm.
Po l o n i,
    Fikirdən başına hava gəlibdir.
    Heyf, bu ağlımla, bu dərrakəmlə
    Ona düzgün qiymət verməmişəm mən.
    Elə zənn etmişəm, yüngül adamdır
    Sənin həyatım korlaya bilər.
    Boş yerə, havayı şübhələnmişəm.
    Görüm, şübhələri lənətə gəlsin!
    Göylər şahiddir ki, bu cavanlara
    Qayğısızlıq bəla olduğu kimi,
    Yersiz qayğılar da biz qocalara
    Artıq əzab verir, əziyyət verir.
    Kralın yanma gəl gedək indi,
    Bu işi biz ona bildirməliyik.
    Bədbəxtliyi demək pissə de, ancaq
    Onu daha pisdir gizli saxlamaq.
    Gedək.
    Gedirlər.

İKİNCİ SƏHNƏ


    Qəsrdə bir otaq.
    Təntənəli musiqi. Kral, kraliça, Rozenkrans, Qildenstern və məiyyət daxil olurlar.
K r a l.
    Əziz Rozenkrans, Qildenstern, siz
    Bizim bu saraya xoş gəlmisiniz.
    Yaman istəyirdik sizi görməyi,
    Təcili gətirdib sizi ehtiyac.
    Hamletin son vaxtlar, yəqin ki, bu cür
    Dəyişməsi haqda eşitmisiniz.
    Dəyişməsi dedim, çünki dünyada
    Zahirən, daxilən hələ heç bir kəs
    Onuntək bu sayaq başqalaşmayıb.
    Mən başa düşmürəm, hansı qəm-qüssə
    Onun atasınmın ölümündən çox
    Onda belə dönüş yarada bilər.
    Siz ki onun gənclik dostları kimi
    Yaxşı bələdsiniz xasiyyətinə.
    Rica eyləyirəm hər ikinizdən,
    Bir azcana qalın sarayımızda,
    Hamleti bir qədər əyləndirin siz.
    Arayın, axtarın imkan düşüncə,
    Ona əzab verən bu möhnət nədir?
    Dərdin səbəbini öyrənə bilsək,
    Öyrənə bilərik çarəsini də.
K r a l i ç a.
    Möhtərəm cənablar, Hamlet çox vaxtı
    Sizdən danışırdı, sizdən deyirdi.
    İnanıram, yoxdur elə bir kəs ki,
    Ona o bu qədər vəfalı olsun.
    Əgər lütf eləyib razılaşsanız,
    Doğrultsanız bizim ümidimizi, -
    Bir azca müddətə sarayda qalıb,
    Dərdimizə şərik olsanız, sizə
    Mükafat verərik krala layiq.
R o z e n k r a n s.
    Siz əlahəzrətlər, hər ikiniz də
    Üstümüzdə sahib-ixtiyarsınız,
    Bizdən xahiş deyil, bizə əmr edin.
Q i l d e n s t e r n.
    Sizə tabe olmaq bir səadətdir,
    Sizin qədəmlərə baş qoyuruq biz.
    Bütün gücümüzlə, qüvvətimizlə
    Hazırıq durmağa xidmətinizdə.
K r a 1.
    Əhsən, Rozenkrans, mərd Qildenstem.
K r a 1 i ç a.
    Əhsən, Qildenstern, mərd Rozenkrans,
    Xahiş eyləyirəm, zəhmət olmasa,
    Mənim dəyişilib tanınmaz olan
    Oğlumun yanına gedin bu saat.
    Sizdən bir neçəniz bu cənabları
    Hamletin yanına aparın indi.
Q i 1 d e n s t e r n.
    Allah eləsin ki, ünsiyyətimiz
    Ona kömək olsun!
K r a 1 i ç a.
    Kaş, amin, amin!
    Rozenkrans, Qildenstern və bir neçə məiyyət gedirlər.
    Poloni gəlir.
P o 1 on i.
    Gözəl müjdələrlə, böyük hökmdar,
    Norveçdən qayıdıb elçilərimiz.
K r a 1.
    Hər vaxt atasısan xoş xəbərlərin.
P o 1 o n i.
    Doğrudan beləyəm, böyük hökmdar?
    İnanın, Allahın yanında mənim
    Qəlbim necədirsə, borcumu o cür
    Əziz kralıma ödəyəcəyəm.
    İndi düşünürdüm: ya mənim beynim
    İtirib iybilmə bacarığını,
    Ya da ki Hamletin dəliliyinin
    Əsl səbəbini öyrənmişəm mən.
K r a 1.
    Ah, necə! Tez söylə, o nədir, axı?
Po 1 on i.
    Əvvəl elçiləri qəbul eyləyin,
    Sonra mənim kəşfım - bu təzə xəbər
    Böyük qonaqlıqda bir çərəz olsun.
K r a l.
    Lütf elə, içəri gətir onları.
     (Poloni gedir).
    Əziz Gertruda, bax, o deyir ki,
    Oğlunuzun bütün şaşqınlığının
    Əsas səbəbini axtarıb, tapıb.
K r a 1 i ç a.
    Əminəm ki, bunun bir səbəbi var:
    Əziz atasının qəfil ölümü,
    Bizim tez-tələsik evlənməyimiz.
K r a l.
    Yaxşı, öyrənərik.
     (Poloni Voltimand və Korneliya ilə birlikdə qayıdır).
    Xoş gördük, dostlar!
    Bir danış, Voltimand, o qardaşımız -
    Norveç kralından nə gətirmisən?
V o l t i m a n d.
    Səmimi arzular, çoxlu salamlar.
    Səadət dilədi sizə ürəkdən.
    Biz ağız açantək ölkədə dərhal
    Dayandırdı əsgər toplanışmı.
    O elə bilib ki, qardaşı oğlu
    Hazırlıq aparır Polşaya qarşı.
    Diqqət yetirdikdə gördü, doğradan
    Siz əlahəzrətə qarşıdır bunlar.
    Yaşı, xəstəliyi, zəifliyindən
    Belə istifadə eyləyib, onu
    Aldatdığı üçün gənc Fortinbras
    Yaman kədərləndi qocaman kral.
    Tezcə çağırtdırdı Fortinbrası,
    O gəldi, yamanca tənbeh olundu,
    Aldı əmisindən şiddətli töhmət
    Kralın önündə baş endirərək,
    And içib söz verdi, bir də heç zaman
    Sizə qarşı silah qaldırmayacaq.
    Bundan çox sevindi qoca hökmdar.
    Bir illik gəlirin düz üç minini,
    Yığılmış qoşunu ona verdi ki,
    Polşanın üstünə hücuma keçsin.
    Sonu göstərilib xahişnamədə.
     (Bir kağız verir).
    Rica eyləyir ki, hərbi qoşuna
    Keçib getmək üçün torpağınızdan
    İzn verəsiniz. Həmin yerlərin
    Toxunmazlığına zamin durur o.
    Məktubda yazılıb lazımi şərtlər.
K r a l.
    Olduqca razıyıq bu xoş xəbərdən,
    Boş vaxtı məktubu oxuyarıq biz,
    Ətraflı düşünüb cavab yazarıq.
    Zəhmətiniz üçün sizə səmimi
    Təşəkkür edirik. Gedin, dincəlin.
    Axşam qonaqlığa buyurun mütləq,
    İndidən deyirəm, xoş gəlmisiniz!
     (Voltimandla Korneli gedirlər).
P o l o n i.
    Çox yaxşı qurtardı bu işin sonu
    -Ey möhtərəm kral, hörmətli xanım!
    Hakimin bir hakim, nökərin nökər,
    Gündüzün bir gündüz, gecənin gecə,
    Vaxtın vaxt olduğun isbat etməkçün
    Mübahisə etmək, bəhsə girişmək
    Gecəni, gündüzü, vaxtı boş yerə
    İtirmək deməkdir ömürdən ancaq.
    Müxtəsər danışmaq ağlın ürəyi,
    Uzunçuluq etmək ağlın bədəni,
    Onun libasıdır, bər-bəzəyidir.
    Kəsə deyəcəyəm. Sizin o nəcib
    Oğlunuz dəlidir. Dəlidir dedim,
    Çünki dəliliyi müəyyən etmək...
    Dəli dəli olur, başqa nədir ki?
    Qoy bu iş hələlik bir yana dursun.
K r a 1 i ç a.
    Sözün məğzini aç, boyasız danış.
P o l o n i.
    Xanım, and içirəm, yoxdur bir boyam.
    Onun dəliliyi bir həqiqətdir.
    Bu bir həqiqətdir, əfsuslar olsun,
    Əfsuslar olsun ki, bu həqiqətdir.
    Axmaq ifadədir, yetər bu sözlər,
    Heç vaxt işlətmərəm bir rəng, bir boya.
    Belə fərz edək ki, o dəli olub,
    İndi səbəbini gərək tapaq biz,
    Bunun bir səbəbi vardı, şübhəsiz.
    Dünyada hər işin bir səbəbi var.
    Budur indi qalan, qalan tək budur.
    Ətraflı düşünün.
    Mənim bir qızım var, mənim qızımdır.
    O qızlıq borcuna itaət edib,
    Bunu mənə verdi. Diqqət yetirin,
    Nəticə çıxarın indi özünüz.
    Oxuyur.
    "Ruhumun məlikəsi, qəlbimin ilahəsi, gözəl Ofeliyaya..."
    Bu pis ifadədir, köhnəlmiş ifadədir.
    "Gözəl" sözü köhnəlmiş ifadədir.
    Nə isə gerisinə qulaq asın (Oxuyur).
     "Sənin füsunkar ağ sinəndə..." və sair, və sair.
K r a 1 i ç a.
    Ona bu sözləri Hamlet yazıbdır?
P o l o n i.
    Bir az səbir eləyin, mehriban xanım,
    Hamısını sizə oxuyum bir-bir (Oxuyur).
    "İnanma ki, gün dolanır səmada,
    İnanma ki, ulduz saçır şəfəq, nur.
    İnanma ki, həqiqət var dünyada,
    Ancaq inan, mənim eşqim doğrudur.
    Ah, əziz Ofeliya, mən şer yazmağı bacarmıram.
    Könlümün fəryad-larını qafıyələrlə qəşəng deyə bilmirəm.
    Fəqət səni çox sevirəm, lap çox sevirəm, buna inan.
    Əlvida, sevimli dilbər!
    Ürəyi köksündə çırpındıqca əbədi sənin olan
H a m l e t.
    Övladlıq borcuna əməl eyləyib,
    Qızım bu kağızı mənə gətirdi.,
    O hətta dedi ki, nə zaman, harda,
    Necə açıb ona eşqini Hamlet.
K r a 1.
    Qız onun eşqinə nə cavab verib?
P o 1 o n i.
    Necədir fikriniz mənim haqqımda?
K r a l.
    Siz namus, sədaqət timsalısınız.
P o l o n i.
    Canla-başla sübut edərəm bunu.
    Nə düşünərdiniz, bu odlu eşqin
    İlk qığılcımını gördüyüm halda -
    Mən hiss eləyirdim, deməliyəm ki,
    Hələ qızım bunu mənə açmamış -
    Nə düşünərdiniz, sevimli kral,
    Əziz kraliça! Lal-dinməz qalıb
    Yazı masasıtək, qələm-kağıztək,
    Qəlbimin gözünü qapasaydım mən,
    Bu eşqə baxsaydım barmaqarası,
    Nə düşünərdiniz? Yox, qətiyyətlə
    Cavan süsənimə belə dedim ki:
    "Lord Hamlet prinsdir, sənə tay deyil,
    Bu iş ola bilməz". Tapşırdım ona,
    Hamletin gözünə görünməsin heç,
    Nə məktub, nə bəxşiş almasın ondan.
    Qızım əməl etdi məsləhətimə.
    Eşqi rədd edilən, qısa deyirəm,
    Hamlet qərq olundu qəm dəryasına.
    Sonra ac dayandı, sonra yatmadı,
    Sonra zəiflədi, sonra şaşırdı,
    Nəhayət, ağlını itirdi tamam.
    İndi dəliliyi şiddət eyləyib,
    Bizim hamımızı kədərləndirir.
K r a 1.
    Bunlar doğrudumu?
K r a 1 i ç a.
    Ağlabatandır.
P o l o n i.
    Elə vaxt olubmu, lütfən, söyləyin,
    Mən inamla deyim: bu iş "belədir",
    O başqa cür olsun.
K r a 1.
    Yadıma gəlmir.
P o l o n i.
     (Başını və bədənini göstərərək)
    Kəsin bunu bundan, səhv deyirəmsə.
    Bir işin izinə düşdümsə əgər,
    Lap yerin dibində olsa da belə
    Əsl həqiqəti tapmalıyam mən.
K r a 1.
    Bəs bunun əslini necə öyrənək?
P o l o n i.
    Bəzən saatlarla bu aynabənddə
    Hamlet tək gəzişir.
K r a 1 i ç a.
    Elədir, düzdür.
P o 1 o n i.
    Elə həmin o vaxt onun yanına
    Qızı göndərərəm. Gəlib xəlvətcə
    Xalçanın dalında dayanarıq biz.
    Görərsiniz necə görüşür onlar.
    Əgər o sevmirsə mənim qızımı,
    Əgər onun dərdi sevgi deyilsə,
    Onda sarayda mən müşavir deyil,
    Karvansaraçıyam, karvansaraçı.
K r a 1.
    Mütləq biz bu işi yoxlamalıyıq.
K r a 1 i ç a.
    Odur o zavallı əlində kitab
    Gəlir dərd içində, kədər içində.
P o l o n i.
    Gedin, hər ikiniz kənara gedin,
    İzn verin onu yoxlayım indi.
    Kral, kraliça və məiyyət gedirlər.
    Hamlet kitab oxuya-oxuya gəlir.
    Əzizim Hamletin kefi necədir?
H a m 1 e t.
    Yaxşıdır, şükür Allaha.
P o 1 o n i.
    Məni tanıyırsınız, milord?
H a m 1 e t.
    Çox əla, siz balıqçısınız.
P o 1 o n i.
    Mən yox, milord.
H a m 1 e t.
    Kaş ki, siz onun kimi elə namuslu olaydınız.
P o 1 o n i.
    Namuslumu, milord?
H a m 1 e t.
    Bəli, ser. Bu dünyada namuslu olmaq on min nəfərdən seçilmək deməkdir.
P o 1 o n i.
    Bu əsl həqiqətdir, milord.
H a m 1 e t.
    Zira gözəllik tanrısı günəş öz şəfəqləri ilə gəbərmiş itin leşini öpərək onda iyrənc qurdlar törədirsə... sizin qızınız varmı?
P o 1 o n i.
    Var, milord.
H a m l e t.
    Onu günəşin altında qalmağa qoymayın.
    Bar vermək səadətdir, ancaq sizin qızınız kimi yox.
    Dostum, onu qoruyun.
P o 1 o n i (kənara).
    Buna nə deyəsən?
    Sözü elə hey qızımın üstünə gətirib çıxardır.
    Əvvəlcə məni tanımadı.
    Dedi ki, balıqçısan.
    Çox uzaq getdi, çox uzaq.
    Həqiqətən, gəncliyimdə mən de məhəbbət elindən çox bəlalar,
    həddindən artıq əzab-əziyyət çəkmişəm.
    Mən də lap elə bunun kimi sərsəmləmişdim.
    Onu yenə danışdıracağam (Ucadan).
    Nə oxuyursunuz, milord?
H a m 1 e t.
    Sözlər, sözlər, sözlər...
P o 1 o n i.
    Nə olub ki, milord?
H a m 1 e t.
    Kiminlə kimin arasında?
P o 1 o n i.
    Mən demək istəyirəm ki, kitabda nə yazılıb, milord?
H a m 1 e t.
    Böhtanlar, ser. Bir ədəbsiz ədib burada deyir ki, qocaların saqqalı ağ, üzü qırış-qırış olur. Onların gözlərindən qatı qatran və albalı yapışqanı axır. Bu zavallıların başında ağıl qalmadığı kimi, zəif qıçlarında da güc qalmır. Bütün bunlara, ser, mən tamamilə inanıram, lakin bunları bu cür yazmağı vicdansızlıq hesab edirəm. Çünki siz özünüz də, ser, xərçəng kimi daldalı geriyə gedə bilsəniz, bir vaxt mənim təkin bir ixtiyar olarsınız.
P o 1 o n i (kənara).
    Bu sözlər dəlilik əlaməti olsa da, deyilişində bır qayda, bir ardıcıllıq vardır (Ucadan). Siz bu açıq havadan bir kənara gedəcəksinizmi, milord?
H a m 1 e t.
    Haraya? Məzaramı?
P o 1 o n i.
    Doğrudan ha, məzar açıq havadan kənardır (öz-özünə).
    Onun cavablan hərdənbir necə də mənalı olur!
    Dəlilər tez-tez elə hazırcavablıq göstərirlər ki, ağıllılar bunu çox vaxt bacarmırlar.
    Artıq bəsdir. İndi mən tez fikirləşməliyəm ki, onu qızımla necə görüşdürüm (Ucadan).
    Hörmətli prins, lütf edin, getmək üçün sizdən icazə alım.
H a m l e t.
    Mən çox məmnuniyyətlə ayrılmaq istədiyim elə bir varmı yoxdur ki, ser, siz onu məndən ala biləsiniz, yalnız bir şeydən baş-qa, o mənim həyatımdır, həyatımdır, həyatım.
P o 1 o n i.
    Sağ olun, milord.
H a m 1 e t.
    Ah, çərənçi qoca sarsaqlar!
    Rozenkrans və Qildenstern daxil olurlar.
P o l o n i.
    Siz prins Hamleti axtarırsınız? Baxın, oradadır.
K o z e n k r a n s (Poloniyə).
    Allah sizi saxlasın, ser!
    Poloni gedir.
Q i l d e n s t e r n.
    Möhtərəm prins!
R o z e n k r a n s.
    Sevimli prins!
H a m 1 e t.
    Mənim əziz dostlarım! Qildenstern!
    Ah, Rozenkrans! Alicənab gənclər, necəsiniz?
R o z e n k r a n s.
    Yer üzünün adi övladları necədirsə, biz də elə.
Q i l d e n s t e r n.
    Xoşbəxtik ki, həddindən artıq xoşbəxt deyilik.
    Biz bəxt ilahəsinin tacının lələyi deyilik.
H a m 1 e t.
    Başmaqlarımın dabanı da deyilsiniz?
R o z e n k r a n s.
    Nə ondanıq, nə bundan, milord.
H a m 1 e t.
    Onda siz onun qurşağının ətrafında dolanırsınız, yaxud səadət mərkəzindəsiniz?
Q i l d e n s t e r n.
    And içirəm ki, biz onun istəklisiyik.
H a m 1 e t.
    Gizli yerinin? Oh, çox doğrudur.
    Bəxt ilahəsi qəhbədir. Yaxşı, nə yenilik var?
R o z e n k r a n s.
    Heç nə, milord yalnız bir xəbər var ki, dünya vicdanlı olmağa başlayır.
H a m 1 e t.
    Deməli, dünyanın sonu yaxınlaşır.
    Yox, sizin məlumatınız düz deyil.
    Mən sualımı daha müfəssəl verim.
    Deyin görüm, siz bəxt ilahəsinin başına nə iş açmısınız ki, o sizi buraya, dustaqxanaya göndərib?
Q i l d e n s t e r n.
    Dustaqxanaya, milord?
H a m 1 e t.
    Bəli, Danimarka dustaqxanadır.
R o z e n k r a n s.
    Onda bütün dünya dustaqxanadır.
H a m 1 e t.
    Bəli, dünya ən böyük dustaqxanadır.
    Onun çoxlu məhbusları, zindanlan, qaranlıq zirzəmiləri vardır.
    Ən pis, qorxunc yeri Danimarkadır.
R o z e n k r a n s.
    Biz belə fıkirləşmirik, milord.
H a m 1 e t.
    Deməli, sizin üçün Danimarka dustaqxana deyil.
    Çünki əşyaların özü yaxşı, yaman olmur, biz onları yalnız öz fıkirlərimizə uyğun olaraq bəzən yaxşı, bəzən də yaman təsəvvür edirik.
    Danimar- ka mənim üçün dustaqxanadır.
R o z e n k r a n s.
    Deməli, şöhrətpərəstliyiniz
    Danimarkanı sizə dustaqxana kimi göstərir.
    O sizin istəklərinizə görə çox dardır.
H a m 1 e t.
    Aman Allah, mən qoz qabığına yerləşə bilsəydim, özümü sonsuz fəzaların kralı sanardım.
    Kaş, bu sərsəm yuxularım olma-yaydı.
Q i l d e n s t e r n.
    Bu yuxular şöhrətpərəstlikdən əmələ gəlir.
    Şöhrətpərəstlər əsli olmayan xəyallarla yaşayırlar.
    Onlar sadəcə olaraq öz yuxularının kölgəsidirlər.
H a m 1 e t.
    Yuxunun özü kölgədən başqa bir şey deyil.
R o z e n k r a n s.
    Doğrudan da, belədir.
    Görünür ki, şöhrətpərəstlik əsassız, mənasız, boş bir şeydir.
    O, əşyanın kölgəsi ola bilməz, yalnız kölgənin kölgəsidir.
H a m 1 e t.
    Onda dilənçilər həqiqi varlıq, hökmdarlar və şişirdilmiş qəhrəmanlarsa dilənçilərin kölgəsidirlər. Saraya gedəkmi?
    Vicdan haqqı, düşünə bilmirəm.
    Bu gün ağlım hədərən-pədərən çalır.
R o z e n k r a n s v ə Q i l d e n s t e r n.
    Biz sizi müşayiət etməyə hazırıq. H a m 1 e t.
    Yox, bu nəyə lazımdır.
    Onsuz da xidmətçilərim məni çox yaxşı müşayiyət edirlər.
    Bura baxm, mən sizinlə namuslu bir adam kimi danışıram.
    Bir dost kimi, açıq deyin, Elsinorda nə gəzirsiniz?
R o z e n k r a n s.
    Sizi görməyə gəlmişik, milord.
    Başqa işimiz yoxdur.
H a m l e t.
    Mənim özüm kimi təşəkkürlərim də kasıbdır.
    Buna baxmayaraq sizə təşəkkür edirəm.
    İnanıram ki, əziz dostlar, təşəkkürlərim yarıma quruşdan çox-çox qiymətlidir.
    Yaxşı, sizi göndərməyiblər?
    Öz arzunla gəlmisiniz?
    Ürəyiniz belə istəyib?
    Gəlin, mənə düzünü söyləyin.
    Hə, hə, danışın.
Q i l d e n s t e r n.
     Biz nə deyə bilərik, milord?
H a m l e t.
    Həqiqətdən başqa hər şey.
    Ancaq mətləb üstə gəlin
    Sizi buraya göndəriblər.
    Sizin gözlərinizdə elə bir etiraf var ki, təmkininiz onun üstünə pərdə çəkə bilməz.
    Bilirəm ki, sizi mərhəmətlı kralla kraliça göndərib.
R o z e n k r a n s.
    Nə məqsədlə, milord?
H a m l e t.
    Bunu siz mənə deməlisiniz.
    Sizi and verirəm səmimı dostluğumuza, saf gəncliyimizə, doğru və əbədi məhəbbətimizə, dünyada sizə ən əziz və müqəddəs olan hər şeyə mənimlə açıq və düz danışın.
    Sizi buraya göndəriblər, ya yox?
R o z e n k r a n s (Qildensternə).
    Nə deyəcəksən?
H a m 1 e t (kənara).
     Deyəsən, quşu gözündən vurmuşam (Ucadan).
    Əgər məni sevirsinizsə, həqiqəti gizlətməyin.
Q i l d e n s t e r n.
    Milord, bizi sizin yanınıza göndəriblər.
H a m 1 e t.
    Mən deyərəm nə üçün? Bununla da sizi xəbərçi olmaq təhlükəsindən qurtararam. Kral və kraliçaya bu sirri açmamaq barədə sizin içdiyiniz and öz qorxusundan bir tük belə salmaz. Son vaxtları bilmirəm nədənsə bütün şadlığımı itirmişəm. Bütün əyləncələrə olan həvəsim qeyb olub. Ürəyim həqiqətən elə darıxır ki, bu gözəl dünya mülkü, yer üzü mənə çılpaq qayalıq kimi görünür. Bu əsrarəngiz təxti-rəvan, bax, bu möhtəşəm göy qübbəsi, qızıl məşəllərlə bəzənmiş əzəmətli səma mənim üçün üfunətli, zəhərli buxar yığınından başqa bir şey deyil. Varlığı möcüzə olan təbiətin şah əsəri insan! Ah, onun ağlı necə də xeyirxahdır! Qabiliyyəti necə də hədsiz-hüdudsuzdur! Bədən quruluşu, hərəkəti necə də mütənasibdir, valehedicidir! Rəftarı ilə mələklərə, kamalı ilə Allaha bənzəyən insan! Kainatm yaraşığı! Bütün canlıların tacı! Bununla belə o mənim üçün bir ovuc məzar tozundan başqa nədir, axı? İnsanlar mənim ürəyimi açmır, kişilər də, qadınlar da könlümü oxşamırlar. Təbəssümünüz göstərir ki, siz mənə inanmırsı-nız, ancaq inanın.
R o z e n k r a n s.
    Milord, mənim fıkrimə heç belə şey gəlməyib.
H a m 1 e t.
    Bəs mən deyəndə ki, "insanlar mənim ürəyimi açmır" siz niyə gülümsədiniz?
R o z e n k r a n s.
    Siz elə deyəndə, milord, mən düşündüm ki, bu əhval-ruhiyyəylə aktyorları necə qəbul edəcəksiniz? Biz onları yolda gördük. Buraya gəlirdilər, sizə tamaşa göstərmək istəyirdilər.
H a m 1 e t.
    Kral rolunu oynayan xoş gəlir. O əlahəzrətə xərac verməyə hazıram. Səyahətə çıxmış cəngavər burada öz qılınc və qalxanına bir iş tapa bilər. Aşiq boş yerə ah-nalə çəkməz. Qaraqabaq - narazı adamlar dincəlib rahatlanar, taxtası yüngüllər təlxəyin məzhəkələrinə qarmları yırtılınca gülərlər. Məşuqə öz qəlbini sərbəstcə boşaldar, yaxud uzun-uzadı şeirləri hıqqana-hıqqana söyləyər. Yaxşı, gələnlər hansı aktyorlardı?
R o z e n k r a n s.
    Bir vaxtlar sizin xoşunuza gələn həmin aktyorlardı, paytaxtımızın faciə ustaları.
H a m 1 e t.
    Bəs necə olub ki, belə gəzirlər. Öz yerlərində qalsaydılar, daha yaxşı şöhrət tapar, daha yaxşı mənfəət əldə edərdilər.
R o z e n k r a n s.
    Məncə, onları səyyahlığa məcbur edən son zamanlar yaranmış yenilikdir.
H a m 1 e t.
    Mən şəhərdə olanda onlar böyük hörmət qazanmışdılar. O hörməti yenə saxlayırlarmı?
R o z e n k r a n s.
    Yox, həqiqətən, işləri pisdir.
H a m 1 e t.
    Nəyə görə? Məgər onlar pas atıblar?
R o z e n k r a n s.
    Xeyr, yenə də əvvəlki kimi öz sənətlərində parlayırlar. Fəqət öz yuvalarından təzəcə uçmuş qartal balalarına bənzəyən uşaqlar elə ucadan qışqırırlar ki, başqalarmı ağız açmağa belə qoymur, ağlagəlməz dərəcədə təmtəraqlı alqışlar qazanırlar. İndi bu dəbdir. Beləliklə də, xalq teatrlarını hörmətdən salırlar. Hətta qılınc qurşamış hərbçilər də xalq teatrlarına getməyə cəsarət etmir, uşaq teatrları üçün yazanlar qaz lələyindən qorxur, rüsvay olunmaqdan ehtiyat edirlər.
H a m 1 e t.
    Doğrudan, onlar uşaqdır? Onları kim saxlayır? Onlar nə qədər əmək haqqı alırlar? O balacalar səsləri tutulmaymca bu sənəti davam etdirə biləcəklərmi? Bəs onlar böyüyəndə nə olacaq? Əgər ayrı peşə seçməyə bir imkan tapılmasa, xalq teatrlarının aktyoru olanda de-məyəcəklərmi ki, onları öz gələcəklərinə qarşı qaldırmaqla böyüklər səhv ediblər?
R o z e n k r a n s.
    Düzünü desək, hər iki tərəfdə çoxlu səs-küy olur. Camaat onları bir-biri ilə salışdırmağı günah saymır. Bir müddət bu teatr münaqişələri yumruq davasına gəlib çıxmasaydı, heç kəs pyeslərin tamaşasına pul vermirdi.
H a m 1 e t.
    Məgər belə şey mümkündür?
Q i l d e n s t e r n.
    Oh, bu cür mübahisələrdə nə qədər baş sındırıblar.
H a m 1 e t.
    Uşaqlar üstün gəlir, eləmi?
R o z e n k r a n s.
    Bəli, milord, peşəkar aktyorlara da, yer kürəsini çiyinlərində saxlamış Herkulisə də.
H a m 1 e t.
    Düzünə qalsa, bu çox da təəccüblü deyil. Daha qəribə işlər var. Məsələn, əmim Danimarkanın kralıdır... Atamın sağlığında ona ağız büzənlər indi onun kiçik bir şəklinə belə iyirmi, qırx, əlli, yüz qızıl verirlər. Lənət sənə kor şeytan, əgər fəlsəfə bunu aça bilsə, bu-rada çox gizli sirlər var.
    Səhnə arxasından şeypur səsi eşidilir.
Q i l d e n s t e r n.
    Odur, aktyorlar gəlirlər.
H a m 1 e t.
    Cənablar, siz Elsinora xoş gəlmisiniz. Yaxın gəlin, əlinizi verin. Lütfkarlıq və incə nəvaziş mehribanlıq əlamətidir. Qoy mən sizi bu tərzdə qarşılayım ki, sonra deməyəsiniz: mən aktyorları sizdən yaxşı qəbul elədim. Xoş gəlmisiniz, dostlar. Fəqət mənim əmim atam, əmidostum - anam yanılırlar.
Q i l d e n s t e r n.
    Nədə, milord?
H a m l e t.
    Mən yalnız şimal, şimal-qərb küləkləri əsəndə dəli oluram. Cənub küləyi əsəndə isə qırğını göyərçindən seçə bilirəm.
    Poloni qayıdır.
P o 1 o n i.
    Xoş gördük, cənablar!
H a m 1 e t.
    Dinlə, Qildenstern, sən də, Rozenkrans, diqqətlə qulaq asın. Bu gördüyünüz nəhəng körpə hələ öz bələyindən çıxmayıb.
R o z e n k r a n s.
    Bəlkə, təzədən bələyə girib. Deyirlər ki, adam qocalanda yenidən uşaqlaşır.
H a m 1 e t.
    Qabaqcadan deyə bilərəm ki, o mənə aktyorların gəl-məsini xəbər verməyə tələsir. Baxarsımz. - Düz buyurursunuz, ser. Bazar ertəsi, səhər həqiqətən belə olmuşdur.
P o 1 o n i.
    Milord, sizə təzə xəbər gətirmişəm.
H a m 1 e t.
    Milord, sizə təzə xəbər gətirmişəm.
    Rossi Romada aktyor olanda...
P o 1 o n i.
    Aktyorlar buraya gəlib, milord.
H a m 1 e t.
    Yox, a! Uydurmaya bax!
P o 1 o n i.
    And olsun mənim vicdanıma ki...
H a m 1 e t.
    Hərəsi minibdir bir uzunqulaq...
P o 1 o n i.
    Dünyanm ən yaxşı aktyorlarıdır. Həm faciə, komediya, tarixi əsərləri, həm də çobannamələri, çoban məzhəkələri, tarixi çobannamələri, faciəvi-tarixi, faciəvi-məzəli-tarixi çobannamələri gözəl oynayırlar. İstər bu tamaşalar fasiləli olsun, istər fasiləsiz, onlar üçün eynidir. Faciə ustası Seneka belə kədərli, komediya ustası Plavt belə gülməli ola bilməz. Əzbər söyləməkdə, bədahətən deməkdə onların tayı-bərabəri yoxdur.
H a m 1 e t.
    Oho, İeffay, İsrail hakimi, sənin nə böyük xəzinən vardı!
P o 1 o n i.
    Onun hansı xəzinəsi vardı, milord?
H a m 1 e t.
    Bəs necə! Çox sevirdi qızıriı, Nurlu, tək ulduzunu.
P o 1 o n i (kənara).
    Yenə qızrnı haqqında danışır.
H a m 1 e t.
    Məgər düz demirəm, qoca İeffay?
P o 1 o n i.
    Əgər dediyiniz o İeffay mənəmsə, milord, doğru buyurursunuz. Bir qızım var, mən onu çox sevirəm.
H a m 1 e t.
    Xeyr, uyğun gəlmir.
P o 1 o n i.
    Bəs nə uyğun gəlir, milord?
H a m l e t.
    Baxın, belə: "Bəxt nə olacaq,
    Haqq bilir ancaq".
    Sonra da özünüz bilirsiniz.
    "Tale yaydan çıxan oxdur,
    Olacağa çarə yoxdur".
    Bağışlayın, qalanını, özünüz oxuyarsınız.
    Bu dini nəğmənin birinci bəndi sizə çox şey öyrədə bilər. Baxın.
    Artıq mənim əyləncəm başlanır.
    Dörd, ya beş aktyor daxil olur.
    Xoş gəlmisiniz, ağalar, hamınız xoş gəlmisiniz! Sizi sağ-salamat gördüyümə ürəkdən şadam. Xoş gəlmisiniz, əziz dostlar! - Ba, köhnə dost! Bu nədir belə, son görüşümüzdən bəri sənin saqqalın əməlli-başlı uzanıb ki! Yoxsa saqqalına bürünüb Danimarkada məni ələ salmağa gəlmisən? Kimi görürəm, mənim gənc xanımım, mənim gözəlim! Mələklərə and olsun ki, axırıncı dəfə görəndən indiyədək sən göyə bir daban da ucalmısan. Allah eləsin, səsin də, sürtülüb işə yara-mayan qızıl pul kimi, öz gözəlliyini itirməsin. -Ağalar, buyurun! Vaxtı hədər keçirməyək. Fransız şahinbazları kimi, ilk gördüyümüz şikarın üstünə şığıyaq. Tez bir monoloq deyin. Bizə öz məharət və istedadınızdan bir nümunə göstərin. Cəld olun, coşqun bir monoloq başlayın.
B i r i n c i a k t y o r.
    Hansı monoloqu, mehriban prins?
H a m 1 e t.
    Yadımdadır, sən mənə bir dəfə bir pyesdən monoloq oxudun. Əsər səhnəyə heç qoyulmamışdı, yox, deyəsən, bir kərə oynanılmışdı. Yaxşı xatirimdədir ki, tamaşa çoxunun xoşuna gəlmədi. O, camaat üçün bir müəmma idi. Amma mənim və bu işi məndən daha yaxşı bilənlərin mülahizəsinə görə, o, əla əsərdi. Səhnələrə yaxşı bö-lünmüşdü. Çox sadə və çox məharətlə qələmə alınmışdı. Yadımdadır, bəziləri deyirdilər ki, məzmuna rövnəq vermək üçün şerlərdə incəlik çatışmır. Müəllifın üslubunda təmtəraq, ifadələrində həyəcan yoxdur. Lakin təsdiq edirdilər ki, qarşıya qoyulan fıkirlər doğrudur, sağlamdır. Əsər gözəl yazılıb, süni boyalardan uzaqdır. Bu əsərdə bir monoloq mənim daha artıq xoşuma gəlirdi. Burada Eney özü barədə Didonaya olduqca maraqlı bir hekayət damşırdı. Xüsusən do Priamın ölümünü dediyi yer çox təsirli idi. Əgər yadındadırsa, bu misradan başla: -dayan görüm, dayan görüm: -
    "Quduz Pirr yırtıcı bir pələng kimi", -
    Yox, belə deyil, ancaq Pirlə başlayır: -
    "Quduz Pirr gizlənmiş atın qarnında,
    Qara silahları qara qəlbitək
    Qaranlıq gecədən seçilməyirmiş.
    Heybətli, qapqara döyüş paltarı
    Elə ki boyanıb qırmızı rəngə,
    Daha da heybətli, qorxunc görünmüş,
    O, başdan-ayağa batıb al qana.
    Atalar, analar, qızlar, oğullar
    Qanına qəltanmış onun zərbindən,
    Atəş yandırırmış cəsədlərini.
    Küçələr dəhşətlə alovlanaraq
    Qatilin yoluna işıq saçırmış.
    Kin-qəzəb, od-alov, al qan içində
    Odlana-odlana sürünürmüş Pirr,
    Cəhənnəm içində bir ilan kimi,
    Gözü bərəlirmiş bir çiban kimi.
    Gəzirmiş Priamı".
    Hə, beləcə davam eləyin.
P o 1 o n i.
    Vallah, milord, yaxşı dediniz! Aydın dillə, gözəl ifadəylə söylədiniz.
B i r i n c i a k t y o r.
    "Pirr tapır onu.
    Qılıncmı göyə qaldırır Priam,
    Qılınc tabe olmur onun əmrinə,
    Taqətsiz əlindən sürüşüb düşür.
    Prianın üstünə cumur azğın Pirr,
    Qılıncı qəzəblə elə çəkir ki,
    Onun bir yelindən, bir küləyindən
    Torpağa sərilir üzülmüş qoca.
    Bu vaxt İlionun daş sarayları,
    Sanki bu ağrını hiss eyləyərək,
    Əyib ayağına odlu başını,
    Qorxunc, vahiməli gurultularla
    Pirrin kar eləyir qulaqlarını.
    Pirr baxır dəhşətlə əlində qılınc,
    Ağsaçlı Priamın başının üstdə
    Sancılıb havaya sanki qılıncı.
    Unudub özünü, bəd niyyətini,
    Şəkildə dayanmış bir cani kimi,
    Durur hərəkətsiz.
    Tez-tez görürsən ki, tufandan qabaq
    Göylər sakit olur, getmir buludlar.
    Dəlisov küləklər at oynatmayır,
    Yer üzü ölütək durur lal, dinməz.
    Bir azdan qəfıldən od tökür şimşək,
    Dəhşətlə torpağın yarır köksünü.
    Beləcə bir müddət sükutdan sonra
    Qəzəblə ayılıb qanlar içən Pirr,
    Qanlı qılıncmı ildırım kimi,
    Endirir Priamın köksünün üstə.
    Təpəgöz nəhənglər heç vaxt, heç vədə
    Marsın - o amansız hərb Allahının
    Polad libasmı düzəldən zaman
    Belə ağır gürzü belə zərb ilə
    Endirməmişlər.
    Utan, utan, qəhbə, bəxt ilahəsi!
    Ey bütün Allahlar, birgə hökm edin,
    Alın təkərini bu əxlaqsızın,
    Qırın millərini, çənbərini siz,
    Boş təkər topunu uca göylərdən
    Atın cəhənnəmə".

 
<< 1 / 2 / 3 / 4 / 5 / 6 >>
Bölmə: Dünya ədəbiyyatı | Əlavə edildi: azerhero (25.12.2013) | Müəllif: R.C E W
Baxış: 849 | Reytinq: 5.0/1
Bütün rəylər: 0
omForm">
avatar

Kitablar — zamanın dalğaları ilə səyahət edən və nəsildən-nəslə öz qiymətli yükünü ehtiyatla aparan fikir gəmiləridir.

- Frensis Bekon

Son 90 gün ərzində kitab oxumamaqdan daha pisi kitab oxumadığına görə narahat olmamaqdır.

- Cim Ron

Kitabları yandırmaqdan daha pis şey onları oxumamaqdır.

- Rey Bredberi

Yaxşı kitab aysberqə oxşayır, onun yeddi-səkkiz hissəsi suyun altında gizlənib.

- Ernest Heminquey

Kitablarım mənə çatacaq qədər böyük bir krallıqdır.

- Shakespeare

Mən, kitablarımı yaratmadan əvvəl, kitablarım məni yaratdılar.

- Montaigne

Kitabsız yaşamaq; kor, kar, dilsiz yaşamaqdır.

- Seneca

Bu günün gərçək universiteti, bir kitabxanadır.

- Carlyle

Kitab, tək ölümsüzlükdür.

- Rufus Choate

Exlaqa uyğun ya da zidd kitab deyə bir şey yoxdur. Kitablar ya yaxşı yazılmışdır, ya da pis. Hamısı bu qədər!

- Oscar Wilde

Ümidlə açılıb qazancla bağlanan bir kitab, yaxşı bir kitabdır.

- Alcott

Kitablar, itmiş başların abidələridir.

- Sir William Dave

Kitablar, heç solmayacaq bitkilərdir.

- Herrick

Kitab heç aldatmayan bir yoldaşdır.

- Guilbert De Pixrecourt

Axmaqlarla oturub-durmaqdansa , kitabla tənha oturmaq yaxşıdır.

- Qasım bəy Zakir

İnsan güc ilə yox, mütaliə etməklə ağıllanır.

- C.Bruno

Az bildiyini başa düşmək üçün çoxlu oxumaq lazımdır.

- Mişel Monten

Kitablar özünüzə və başqalarına hörmət etməyi öyrədəcək, ürəyi və ağlı, dünya və insanlıq sevgisiylə dolduracaq.

- Maksim Gorki

Kitab həyatın ən uzaq və qaranlıq yollarında insana işıq bəxş edən əfsanəvi çıraqdır

- A.M.Upit

BAKI QIZLAR UNİVERSİTETİ
1992-ci ildə təsis edilən və həmin vaxtdan da fəaliyyətə başlayan Bakı Qızlar Universitetinin (əvəllər Bakı Ali Pedaqoji Qızlar Seminariyası adlanırdı) yaradılmasında məqsəd respublikada qadın pedaqoji kadrlar yetişdirmək, onların intellektual səviyyəsini yüksəltmək və gənc qızları ailə həyatına hazırlamaqdan ibarətdir. Hazırda universitetdə "Sosial pedaqoji” və "Filologiya-tarix” fakültələri fəaliyyət göstərir. "Sosial pedaqoji” fakültədə "Təhsildə sosial-psixoloji xidmət”, "Psixologiya”, "Coğrafiya müəllimliyi”, "ibtidai sinif müəllimliyi”, "Məktəbəqədər təlim və tərbiyə”, "Riyaziyyat və informatika müəllimliyi”, "Filologiya-tarix” fakültəsində isə "Xarici dil (ingilis) müəllimliyi”, "Azərbaycan dili və ədəbiyyat müəllimliyi”, "Tarix müəllimliyi”, "Jurnalistika” üzrə bakalavr, "İbtidai sinifdə tədrisin metodika və metodologiyası”, "Pedaqogika nəzəriyyəsi və tarixi”, "Azərbaycan ədəbiyyatı”, "Azərbaycan dili”, "Azərbaycanın yeni və ən yeni tarixi” sahəsində magistratura səviyyəsində kadr hazırlığı aparılır.
Bakı Qızlar Universiteti Nazirlər Kabinetinin 1996-cı il fevralın 21-də 21 saylı sərəncamı ilə dövlət qeydiyyata alınmışdır. 2013-cü ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin lisenziya komissiyası BQU-nun çoxilli fəaliyyətinin, onun yüksək maddi-texniki bazasının, infrostrukturunun, təlim-tərbiyə sisteminin Azərbaycan Respublikası təhsil Qanununa Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Ali təhsil Müəssisələrinin fəaliyyətinə xüsusi razılıq (lisenziya verilməsi haqqında qərarına, Azərbaycan Respublikası Təhsil Nazirliyinin sənədlərinə uyğn qurulduğunu, pedaqoji kadrların hazırlanmasında əldə olunmuş nailiyyətlərini nəzərə alaraq universitetin fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsini məqsədəuyğun hesab etmişdir. Eyni zamanda 2013-cü ildə universitet akreditasiyadan keçmişdir. Universitetdə müxtəlif fənnlər üzrə kabinetlər, dörd kopüter otağı, kitabxana, badii yaradıcılıq studiyası, tələbə elmi cəmiyyəti, Tələbə Gənclər təşkilatı, dörd dərnəklər, nəşriyyat, idman zalı, yeməkxana, kadrlar şöbəsi və mühasibatlıq fəaliyyət göstərir.
Learn more