Əsas » Məqalə » Dünya ədəbiyyatı

Uilyam Şekspir-Hamlet-4
 
<< 1 / 2 / 3 / 4 / 5 / 6 >>

R o z e n k r a n t s.
    Həyatın hökmüdür: hər adi insan
    Bütün qüvvəsiylə, bütün ağlıyla
    Özünü bəladan qorumalıdır.
    Fəqət elə böyük şəxsiyyət var ki,
    Onun sağlığından, səadətindən
    Ömrü asılıdır bir çoxlarının.
    Beləsi daha çox qorunmalıdır.
    Adi ölüm deyil kral ölümü;
    Bu ölüm ən güclü girdaba bənzər,
    Özüylə aparar yaxın kəsləri.
    Dövlət maşınına hərəkət verən
    Ən nəhəng təkərdir kral elə bil.
    O sanki dayanıb uca zirvədə,
    Tək ona bağlıdır minlərlə kiçik
    Qaya da, təpə de, daş da, ağac da.
    Ele ki, o təkər qopdu yerindən,
    Onunla birlikdə dağda nə varsa,
    Qorxulu, dəhşətli gurultularla
    Tökülür yarğana bir an içində.
    Heç vaxt tək sönməyir kralın şamı,
    Kral ah çəkdimi ah çəkir hamı.
K r a l.
    Təvəqqe edirəm, vaxt itirmədən
    Təcili səfərə hazırlaşın siz.
    İndi azad gəzən bu fəlakətin
    Gərək qandal vuraq ayaqlarına.
    Rozenkrants və Qildenstern.
    Hətta itirmərik bircə an belə.
    Rozenkrans ve Qildestern gedirler.
    Poloni gəlir.
P o 1 o n i.
    Hökmdar, o gəldi öz anasının
    Yataq otağına.
    Bu saat gedib
    Divar xalçasının arxasında mən
    Gizlənib dinlərəm söhbətlərini.
    Buna inamram, anası onu
    Danlayıb suçunu başa salacaq.
    Dediyiniz kimi, siz düz dediniz
    Ana övladına hakimlik etməz,
    Ana övladına terəfgir olur.
     Onların sözünü kənar adamın .
    Xəlvət dinləməsi ağıllı işdir.
    Hələlik, hələlik, böyük hökmdar,
    Mən geri qayıdıb siz yatmamışdan
    Sizə danışaram bildiklərimi.


K r a l.
    Təşəkkür edirəm, mehriban dostum. (Poloni gedir).
    Eyvah, üfunətdir bu cinayətim,
    Yeri də, göyü də tutub qoxusu.
    Qədim zamanlardan qalmış bu adət
    Qardaş qatilinin qara damğası
    Mənim vicdanıma basılıb indi.
    Bütün varlığımla arzulasam da,
    Dua eyləməyi bacarmıram mən.
    Qırır ağır suçum qətiyyətimi.
    Tərəddüd içində qalan adamtək
    Bilmirəm, nə edim, nədən başlayım.
    Heç nə də, heç nə də gəlmir əlimdən
    Qardaş qanı töküb məlun əllərim
    Qana daha artıq bulansa idi,
    Onları qar kimi ağartmaq üçün
    Məgər göydə yağış tapılmazdımı
    Əgər cinayəti bağışlamırsa,
    Bəs nəyə gərəkdir Allahın rəhmi?
    Dua nə üçündür? İki iş üçün:
    Ya tanrı hifz etsin bizi günahdan,
    Ya da bağışlasın günahımızı.
    Artıq törədilib bu çirkin günah.
    Üz tutum göylərə, fəqət, ah, necə,
    Mən dua eyləyim: "Pərvərdigara,
    Bu iyrənc qətli mənə bağışla!"
    Beləmi yalvarım? Yox, mümkün deyil.
    Ölkə, kraliça, taxt-tac, şan-şöhrət -
    Bu mənfur qənimət hələ məndədir.
    Varmı elə cani əfv eləsinlər,
    Qalsın cinayətin bəhrəsi onda?
    Bu satqın dünyada görürsən tez-tez:
    Qızıla tutulmuş cani əlləri
    Haqqın, ədalətin tutur ağzını.
    Oğurluq sərvəti, oğurluq varı
    Hakimlərdən satın alır qanunu.
    Lakin yuxarıda belə deyildir.
    Orda nə hiylə var, nə də bir yalan.
    Hər iş, hər hərəkət olduğu kimi,
    Tapır doğru, düzgün əksini orda.
    Cavab verməliyik biz bircə-bircə
    Bütün taqsırımız, günahımızçün.
    Onda neyləməli? Hanı bir çarə?
    Tövbəmi etməli? Bir xeyri varmı?
    Əgər biri tövbə edə bilmirsə,
    Onda necə olsun? Ah, müdhiş əzab!
    Ah, ölümtək zalım, amansız qəlbim!
    Ah, çirkin günahın bataqlığından
    Azad olmaq üçün çapaladıqca
    Daha çox qərq olan ləkəli ruhum!
    Mənə kömək edin, siz ey mələklər!
    Əyilməz dizlərim, əyilin yerə.
    Sən ey daş ürəyim, təzə doğulmuş
    Körpə ürəyitək yumşal, zərif ol!
    Hər şey yaxşı olar.
    Bir kənara çəkilib dizi üstə çökür.
    Hamlet gəlir.
H a m 1 e t.
    İndi nə fürsətdir! O, dua edir.
     (Qılıncı qınından sıyırır).
    Mən onu öldürüm, beləliklə, o
    Qovuşsun əbədi, uca göylərə,
    Beləliklə, mən də intiqam alım.
    Yox, dayan, ətraflı düşünmək gərək:
    Bir əclaf öldürsün mənim atamı,
    Bunun əvəzində mən, fərsiz oğul,
    O alçaq canini öz əllərimlə
    Göndərim cənnətə!
    Oh, bu mükafatdır, intiqam deyil.
    O mənim atamı qanı coşarkən,
    Şövqə gələn vaxtı may ayı kimi,
    Günahlar içində həlak eylədi.
    Təkcə xaliq bilir, atam nə çəkir?!
    Dini etiqada, inama görə,
    O, ağır əzaba düçardı indi.
    Bu yaramaz iblis günahlarını
    Duayla, tövbəylə təmizləyərək
    Gedər-gəlməz yola tamam hazırkən
    Onu məhv eləmək məgər qisasdır?
    Xeyr!
    Qayıt öz qınına, qayıt, qılıncım!
    Gözlə en dəhşətli, qorxunc məqamı.
    O sərxoş yatanda, ya hirslənəndə,
    Ya azğın şəhvətlə xumarlananda,
    Qumar oynayanda, söyüş söyəndə,
    Ya da pis niyyətlə alovlananda
    Elə şaqqala ki onun başını,
    O öz qəlbi kimi zülmət, qaranlıq
    Cəhənnəmə getsin kəllə-mayallaq.
     (Qılıncı qınına qoyur).
    Məni otağında gözləyir anam. -
    Hələlik sən yaşa, möhlət məlhəmdir,
    Bu məlhəm güldürər xəstə çöhrəni,
    Ancaq xilas etməz ölümdən səni (Gedir).
K r a 1 (ayağa qalxaraq).
    Sözüm göylərdədir, fikrim yerdə, ah!
    Fikirsiz sözləri eşitmir Allah.
    Gedir.
DÖRDÜNCÜ SƏHNƏ


    Kraliçanın otağı. Kraliça və Poloni daxil olurlar.
P o l o n i.
    O indi gələcək, bərk sıxışdırın.
    Son qoysun dözülməz hoqqalarına.
    Deyin ki, siz onu əlahəzrətin
    Hədsiz qəzəbindən qorumusunuz.
    Mən elə burdaca gizlənəcəyəm.
    Onunla sərt olun, xahiş edirəm
H a m 1 e t (səhnə arxasından).
    Ana, ana, ana!
K r a 1 i ç a.
    Arxayın olun.
    Bir yana çəkilin, odur, o gəlir.
    Poloni xalçanın arxasında gizlənir. Hamlet gəlir.
H a m 1 e t.
    Hə, ana, buyurun, arzunuz nədir?
K r a 1 i ç a.
    Niyə təhqir etdin atanı, Hamlet?
H a m 1 e t.
    Niyə təhqir etdiz atamı, ana?
K r a 1 i ç a.
    Sən bir nadan kimi cavab verirsən.
H a m 1 e t.
    Siz bir riyakartək soruşursunuz.
K r a 1 i ç a.
    Nə deyirsən, oğlum!
H a m 1 e t.
    Nə olub, ana?
K r a 1 i ç a.
    Sən məni unutdun?
H a m l e t.
    Yox, yox, xaç haqqı! Kraliçasınız, öz ərinizin
    Doğma qardaşının arvadısınız.
    Həm də, təəssüf ki, siz anamsınız.
K r a 1 i ç a.
    Seninlə heç cürə bacarmıram mən,
    Səninlə danışsın qoy başqaları.
H a m l e t.
    Dayanın, dayanın, əyləşin hələ,
    Heç yana, heç yerə tərpənməyiniz.
    İndi elə güzgü düzəldim ki mən,
    O sizə göstərsin iç üzünüzü.
K r a 1 i ç a.
    Fikrin nədir? Məni öldürəcəksən?
    Kömək edin, kömək!
P o 1 o n i (xalça arxasından).
    Haray, ay haray!
H a m 1 e t (qılıncı sıyıraraq).
    Bu nədir, burada siçovulmu var!
    Yoxdur, mərc gəlirəm, gəbərdi artıq!
    Qılıncı xalçaya sancır.
P o 1 o n i (xalça arxasından).
    Oh, oh, mən ölürəm! {Yıxılıb ölür).
K r a 1 i ç a.
    Ah, sən neylədin?
H a m 1 e t.
    Heç özüm bilmirəm, kraldır məgər?
K r a 1 i ç a.
    Bu necə dəhşətli, qanlı bir işdir!
H a m l e t.
    Bu qanlı bir işdir! Bu, əziz anam,
    Bir kral öldürüb, sonra da onun
    Doğma qardaşına ərə getməkdən
    Məgər daha qorxunc, daha müdhişdir?!
K r a 1 i ç a.
    Bir kral öldürüb?
H a m 1 e t.
    Hə, miledi, hə.
    Xalçanı yuxarı qaldırır və Poloninin cəsədini görür
    Bağışla, yelbeyin, zavallı axmaq!
    Mən elə bildim ki,
    vacib adamsan......
    Günah qismətində, taleyindədir.
    Gördün, təhlükəli olur yaltaqlıq.
    Siz sakit eyləsin, qəmə qərq olub,
    Əlinizi hədər ovuşdurmayın.
    Əgər qəlbinizdə zəriflik varsa,
    Əgər pis əməllər, fitnə-fəsadlar
    Bərkidərək daşa döndərməyibsə,
    Qəlbinizi özüm ovuşduraram.
K r a 1 i ç a.
    Mən nə etmişəm ki, mənimlə belə
    Kobud, nəzakətsiz rəftar edirsən?
H a m 1 e t.
    Siz elə hərəkət etmisiniz ki,
    Həya həyasından xəcalət çəkir.
    Bu bəla namusa lekədir, ləkə;
    Saflığı, paklığı riyakar edib,
    Məsum məhəbbətin gözəl alnına
    Qara damğa vurub silinməz, getməz.
    Bakir izdivacın əhd-peymanmı
    Çevirib andına qumarbazların.
    Siz elə hərəkət etmisiniz ki,
    Qəlbsiz bədən olub müqəddəs nikah,
    Boş sözə çevrilib dini ayinlər.
    Yanır abrından göylərin üzü,
    Qalıb dünya mülkü kədər içində,
    Sanki qopacaqdır qiyamət günü.
K r a 1 i ç a.
    Belə dəhşət ilə, belə ucadan,
    Axı, danışmağın mənası nədir?
H a m l e t.
    Baxın diqqət ilə bu şəkillərə,
    Bunlar surətidir iki qardaşın.
    Görün, nə qəşəngdir bunun siması,
    Sanki başındakı qıvrım saçları
    Gözəllik tanrısı Appolonundur.
    Elə bil, nur yağan şəfqətli üzü
    Allahlar atası Yupiterindir.
    Ürəyi titrədən qartal gözləri
    Ona hərb Allahı Mars bağışlayıb.
    Allahlar carçısı Merkuri kimi,
    Necə də ucadır boyu-qaməti.
    Göylərin üzündən busələr alan
    Pənbə buludların zərif qoynunda
    Yerlərə enibdir guya indicə.
    Bəşər övladına bütün dünyada
    Əsl kişiliyi sübut etməkçün
    Onun hər xəttində, hər cizgisində
    Qadir Allahların möhürü vardır.
    Əvvəllər bu sizin əriniz idi.
    İndisə əriniz, baxın, budur, bu.
    Bu qardaş qatili, sağlam sünbülü
    Məhv edən zədəli sünbüldür sanki.
    Sizin gözünüz var? Çiçəkli dağdan
    Çirkin bataqlığa yuvarlandınız?
    Sizin gözünüz var? Hə, deyin görüm?
    Mənə məhəbbətdən söhbət açmayın.
    Sizin yaşınızda insan qanında
    Alov dalğaları səngiyib sönür,
    Əqlə tabe olur coşqun duyğular.
    Bu işi tutdunuz hansı ağılla?
    Sizin hissiniz var, bu şübhəsizdir,
    Yoxsa siz tərpənə bilməzdiniz ki.
    Ancaq iflic olub hissiniz tamam.
    Dəli də bu təhər səhv eyləməzdi.
    Hətta huşsuzlar da, bayılmışlar da
    Belə itirməzdi hissiyyatım,
    Görə bilərdilər bu cüre fərqi.
    Hansı mənfür iblis gözübağlıca
    Oynunda bu sayaq aldatdı sizi?
    Gözləri görməyən, qulaqları kar,
    Bütün duyğulardan məhrum olan da
    Belə yanılmazdı.
    Ey həya, hardasan, hardadır abrın?
    Cəhənnəmtək yanan ehtiras odu
    Odlara yaxırsa yaşlı ananı,
    Ağlı şəhvətinə vasitəçisə,
    Bəs onda şövqündən yanan gənc qızlar
    Mumtək əriməzmi bu od içində?!
    Onlardan biz necə həya gözləyək?
K r a 1 i ç a.
    Ah, Hamlet, ah, oğlum, bəsdir, danışma.
    Sən mənə göstərdin bütün qəlbimi.
    Orda heç nə ilə silinməyəcək
    Qapqara, qan saçan ləkələr vardır.
H a m 1 e t.
    Murdar tər içində çirkin yataqda
    Çevirmək müqəddəs eşq dünyasını
    Donuz tövləsinə...
K r a 1 i ç a.
    Ah, yetər, sus, sus!
    Sözlerin xəncərtək dəlir köksümü.
    Mənə rəhmin gəlsin, mehriban Hamlet.
H a m l e t.
    Atamın kəsilmiş bir dırnağına
    Dəyməyən rəzil qul, miskin oyunbaz,
    Qatil, haramzada, cib kəsən alçaq,
    Ən qiymətli tacı oğurlayaraq
    Cibində gizlədən...
K r a 1 i ç a.
    Danışma, oğlum!
H a m l e t.
    Belə bir cır-cındır kralına siz -(Kölgə gəlir).
    Ey ulu göylərin pak məlekləri,
    Qanadınız altda qoruyun məni!
    -Siz əlahəzrətə nə lazımdır, nə?
K r a 1 i ç a.
    Aman, dəliliyi başladı onun!
H a m 1 e t.
    Yoxsa gəlmisiniz ləng oğlunuzu
    Vaxtı hədər yerə keçirdiyimçün
    Məzəmmət etməyə, qınamağa siz.
    Qorxunc hökmünüzə əməl eyləmək
    Vaxtıdır, eləmi?
K ö l g ə.
    Unutma. Hamlet. Korşalıb kütləşən qətiyyətini
    Gəlmişəm mən yalnız itiləməkçün.
    Sən bir anana bax, donub dəhşətdən,
    Onu işgəncədən, əzabdan qurtar.
    Zəiflər daha çox əziyyət çəkir.
    Ona xoş bir söz de.
vH a m 1 e t.
    Nə olub, ledi?
K r a 1 i ç a.
    Yox, sənə nə olub? Neçin gözlərin
    Zillənib, dikilib o boşluqlara?
    Danışırsan cansız hava ilə sən?
    Qorxunc gözlərində çırpmır qəlbin.
    Dəhşətlə oyanmış əsgərlər kimi,
    Saçların başında dayanıb dümdüz.
    Xəstəlik odunu soyuq səbirlə
    Söndürmək lazımdır, mehriban oğlum.
    Sən belə diqqətlə nəyə baxırsan?
H a m 1 e t.
    Ona, ona! Baxın, necə solğundur!
    O qəmli görkəmi, qəmin səbəbi
    Həyəcana salar daşları hətta.
    -Siz elə baxmayın, parçalayır, ah,
    Məhzun baxışınız məhzun könlümü.
    Möhkəm qətiyyətim yumşalar birdən,
    Göz yaşı tökərəm qan əvəzinə.
K r a 1 i ç a.
    Oğlum, bu sözləri kimə deyirsən?
H a m 1 e t.
    Məgər görmürsünüz?
K r a 1 i ç a.
    Əsla heç neyi,
    Orda nə vardırsa, gördüklərimdir.
H a m 1 e t.
    Doğrudan, heç bir səs eşitmirsiniz?
K r a 1 i ç a.
    Yalnız eşidirəm öz səsimizi.
H a m 1 e t.
    Nə üçün, bir baxın, oraya baxın,
    Atamdır, özüdür, diridir sanki!
    Baxın, yavaş-yavaş çıxır qapıdan!
    Kölgə gedir.
K r a 1 i ç a.
    Pozulmuş əsəbin illətidir bu,
    Səni qara basır, bu xəstəlikdə
    İnsanın gözünə görünür hər şey.
H a m 1 e t.
    Məni qara basır? Yanılırsınız,
    Mənim nəbzim vurur sizinki kimi,
    Ağlım da, huşum da öz yerindədir.
    Yoxdur dəlilikdən sözümdə əsər.
    Bir şübhəniz varsa, sınayın məni,
    Sizə təkrar edim, nə demişəmsə.
    Dəli deyə bilməz dediklərini.
    Bir Allah eşqinə düşünün, ana,
    Elə zənn etməyin qəmimə səbəb
    Sizin günahınız, suçunuz deyil,
    Yalnız, yalnız mənim dəliliyimdir.
    Bu yalançı inam - yalançı məlhəm
    Sizin qəlbinizin yaralarım
    Qərtməklə bağlayar, sağalda bilməz.
    Yaralar gizlicə irinləyərək
    İçəridən yeyib məhv edər sizi.
    Allaha yalvarın, tövbə eyləyin,
    Yuyun keçmişdəki günahınızı,
    Çəkinin gələcək qəbahətlərdən.
    Gübrə verməzlər ki alaq otuna,
    Onu köklərindən yolub atarlar.
    Bağışlayın, dedim mən həqiqəti.
    Çünki bu qudurğan, harın zamanda
    Şərə bir yaxşılıq eyləmək üçün
    Şərə xeyirxahlıq minnət eyləyir.
Kr a 1 i ç a.
    Ah, Hamlet, qəlbimi parçaladın sən.
H a m 1 e t.
    Çürük parçasını atın bir yana,
    Təmiz parçasıyla yaşayın onun.
    Hə, xanım, gecəniz xeyrə qalsın,
    Əmimin yanma getməyin ancaq.
    Əxlaqlı, ismətli olmasanız da,
    Əxlaqlı, ismətli görünün hər vaxt.
    Hər şeyə qadirdir vərdiş əzəldən:
    O, bakir hissləri yeyir iblistək,
    Gözəllik yaradır bir mələk kimi.
    Paltara, geyimə bənzəyir vərdiş,
    Həya pərdəsinə bürünsəniz siz,
    Həyalı olmağı öyrənərsiniz.
    Bu gecə dözsəniz, sonra get-gedə
    İşlər daha yüngül, asan olacaq.
    Vərdiş təbiətin, demək olar ki,
    Ən möhkəm möhrünü dəyişə bilir.
    Xeyirxah vərdişlər, gözəl adətlər
    Ya tabe eyləyir mənfur şeytanı,
    Ya da qovur onu min bir dəhşətlə.
    Bir daha gecəniz xeyrə qalsın.
    Gedib xeyir-dua istəyən zaman
    Mənə də istəyin pərvərdigardan.
     (Polonini göstərərək).
    Mənim bu cənaba yazığım gəlir.
    Görünür, beləymiş taleyin hökmü:
    O məni, mən onu cəzalandıraq.
    Mən olum taleyin cəza qırmancı.
    Onun cəsədini aparıb, özüm
    Cavab verəcəyəm bu ölüm üçün.
     - Yenə də gecəniz xeyrə qalsın.
    Qəddar olmalıyam mərhəmətimdən,
    Sizin halınıza acıyıram mən.
    Bununla fəlakət başlandı artıq,
    Hələ qarşıdadır müdhiş bədbaxtlıq.
    Bircə söz də deyim, mehriban ledi.
K r a 1 i ç a.
    Söylə, söylə görüm, neyləməliyəm?
H a m 1 e t.
    Heç nə, gedin mənə məhəl qoymadan,
    Girin yatağına lovğa kralın,
    Yenə sığallasın üz-gözünüzü,
    Sizə quzum desin, maralım desin. :
    O, lənətə gəlmiş qolları ilə
    Sizin boynunuzu qucaqlayaraq
    Bir cüt öpüş alsın yanağınızdan.
    Bunun əvəzində, təşəkkür kimi,
    Siz də sirri açıb ona deyin ki,
    Hamlet dəli deyil həqiqətən də,
    Dəliliyə vurub özünü qəsdən.
    Bu iş onun üçün əla olacaq,
    Çünki belə gözəl, belə ağıllı,
    Belə fərasətli bir kraliça
    Onuntək bir paza, bir yarasaya
    Bu cürə qiymətli bir sirr açacaq.
    Bunu kim eyləyər?
    Əlbəttə, heç kim!
    Hətta nağıldakı məşhur meymun da
    Ən uca binanın çıxıb damına,
    Xəlvətcə, gizlicə orda saxlanan
    Səbəti açaraq göyərçinləri
    Havaya buraxmaz heç vaxt, heç vədə.
    Səbətə girməz ki təcrübə üçün,
    Səbətlə birlikdə yıxılar birdən,
    Boynu yerə dəyib qırıla bilər.
K r a 1 i ç a.
    Arxayın ol, oğlum, ölərəm ancaq
    Heç zaman heç kimə satmaram səni.
H a m 1 e t.
    Məni göndərirlər İngiltərəyə,
    Bunu bilirsiniz?
K r a 1 i ç a.
    Bəli, çox əfsus,
    Mən tamam unutdum, bu qət olunub.
H a m l e t.
    Əmr möhürlənib, hazırdır artıq.
    Mənimlədir iki məktəb yoldaşım
    Bu uzaq səfərdə, inanıram mən
    Onlara gürzəyə inandığımtək.
    Məni salmalıdır onlar tələyə.
    Yaxşı, belə olsun, görək kim kimi
    Bu gizli yarışda məğlub edəcək.
    Düzü, gülməlidir quyu qazan kəs
    Yıxılıb düşəndə öz quyusuna.
    Qalanı əlinə keçirmək üçün
    Onlar lağım atıb, qurğu quracaq
    Mənsə lağım atıb daha dərindən
    Qurğu quracağam qurğuya qarşı,
    Göyə sovrulacaq bütün qurğular.
    Həngamə qopacaq eyni zamanda
    Yer altda hiylələr qarşılaşanda. -
    Aparım, gizlədim bu içalatı,
    Mənim səfərimi sürətləndirdi. :
    Anacan, gecəniz xeyrə qalsın.
    Doğrudan, nə yaman susdu müşavir!
    Çərənçi, gicbəsər bu haramzada
    Nə ciddi, təmkinli olub dünyada! -
    Gəl, cənab, səninlə çürüdək işi. —
    Gecəniz xeyrə qalsın, anacan.
    Hərəsi bir yana gedir.
    Hamlet Poloninin cəsədini sürüyərək aparır.

DÖRDÜNCÜ PƏRDƏ

BİRİNCİ SƏHNƏ


    Qəsrdə bir otaq. Kral, kraliça, Rozenkrants və Qildenstern daxil olurlar.
K r a l.
    Bu dərin ahlarda nəsə bir sirr var.
    Bunun səbəbini öyrəndinizmi?
    Oğlunuz hardadır?
K r a 1 i ç a.
    Bizi tək buraxın beş-on dəqiqə.
     (Rozenkrants, Qildenstern gedirlər).
    Ah, mehriban ərim, mən nələr gördüm!
K r a 1.
    Nə var, Gertruda? Hamlet necədir?
K r a l i ç a.
    Hiddətlə çarpışıb tufan qoparan
    Dəniztək, küləktək ağılsız idi.
    Xalça arxasından elə bu vaxtı
    Şıqqıltı eşidib şaşırdı tamam.
    "Siçovul, siçovul!" deyə qışqırdı,
    Qılmcı sıyırıb sancdı xalçaya,
    Öldürdü bilmədən yazıq qocanı.
K r a l.
    Necə də qorxulu, dəhşətlidir bu!
    Orda gizlənsəydik, biz də ölərdik.
    Onun belə sərbəst, azad gəzməsi
    Sizinçün, bizimçün, hər bir kəs üçün,
    Bütün hamı üçün təhlükəlidir.
    İndi bəs bu qana kimdir cavabdeh?
    Əfsus ki, özümüz. Çünki vaxtında
    Nəzarət etmədik bu dəli gəncə,
    Onu ayırmadıq başqalarından.
    Tükənməyən Övlad məhəbbətimiz
    Aldı başımızdan ağılımızı,
    Düşünüb seçmədik yaxşını pisdən.
    Hamıdan biz onun dəliliyini
    Gizlədik ayıblı xəstəlik kimi.
    İndi içimizdə şiddət eyləyib
    Yeyir qəlbimizi. O hara getdi?
K r a l i ç a.
    Harasa ölünü çəkib apardı.
    Mədəndə yöndəmsiz daşlar içində
    Qızıl zərrələri parıldayantək,
    Dəlilikdən coşub sayıqladıqca
    Onun da ağıllı, gözəl sözləri
    Adamın qəlbinə şəfəq saçırdı.
    Göz yaşı tökürdü öz əməliyçün.
K r a l.
    Gedək, Gertruda. Günəş nurunu
    Dağların başına hələ saçmamış,
    O yola düşəcək səhər gəmiylə.
    Bu mənfur qətlə ustalıqla biz
    Gərək səbəb tapaq. Ey! Qildenstern?
     (Rozenkrants və Qildenstern qayıdırlar).
    Köməkçi götürün, tez gedin, dostlar.
    Dəliliyi tutub çılğınlaşaraq,
    Yataq otağında kraliçanın
    Fağır Polonini öldürüb Hamlet,
    Harasa sürüyüb cənazəsini.
    Gəzin, tapın onu, ancaq prinslə
    Mehriban danışın, mülayim olun,
    Gətirin kilsəyə cəsədi dərhal.
    Rica eyləyirəm sizdən, tələsin!
     (Rozenkrants və Qildenstern gedirlər).
    Gedək, Gertrada, yığaq dostları,
    Onlara bildirək həm bu ölümü,
    Həm də ki gələcək məqsədimizi.
    Beləliklə, birbaş hedəfə uçan
    Qorxunc, zəhərli top gülləsi kimi,
    Dünyanın bağrını yaran böhtanlar,
    Bəlkə, toxunmadı, dəymədi bizə.
    Ah, gedək birlikdə, mənim mələyim,
    Təşvişlə, qorxuyla dolub ürəyim.
    Gedirlər.

İKİNCİ SƏHNƏ


    Qəsrdə başqa bir otaq. Hamlet daxil olur.
H a m 1 e t.
    Çatdı təhlükesiz mənzilinə o.
    Rozenkrants və Qildenstern (səhnə arxasından).
    Hamlet! Prins Hamlet!
H a m l e t.
    Sus, bu nə səsdir?
    Kim məni çağırır? Budur, gəlirlər.
     (Rozenkrants və Qildenstern gəlirlər).
R o z e n k r a n t s.
    Milord, neylədiniz o cənazəni?
H a m 1 e t.
    Tapşırdım torpağa - öz anasına.
R o z e n k r a n t s.
    Deyiniz, hardadır, biz gedib ordan
    Götürək, aparaq onu kilsəyə.
H a m 1 e t.
    Buna inanmayın.
R o z e n k r a n t s.
    Nəyə inanmayaq?
H a m 1 e t.
    Buna ki, mən sizin sirrinizi saxlaya bilərəm, ancaq öz sirrimi yox.
    Bir de axı gənə özü nədir ki, onun sual-sorğusu da nə olsun.
    Bir kral oğlu ona nə cavab verməlidir?
R o z e n k r a n t s.
    Siz məni gənə sayırsınız, milord?
H a m 1 e t.
    Bəli, ser, kral mərhəmətinin, səxavətinin, hakimiyyətinin bütün şirəsini soran bir gənə. Fəqət belə qarınqulular krala daha yaxşı qulluq göstərirlər. Kral onları, meymun ağzının bir küncündə dadlı tikə saxladığı kimi, saxlayır. Ağzına birinci alıb axırda udur. Şirəniz ona lazım gəldikdə o sizi sıxır. Siz, gənələr yenidən quru qalırsınız.
R o z e n k r a n t s.
    Mən sizi başa düşmürəm, milord.
H a m 1 e t.
    Mən buna sevinirəm. Ağıllı sözü axmaq qulaq eşitməz.
R o z e n k r a n t s.
    Milord, siz cənazənin yerini deməli və bizimle kralın hüzuruna getməlisiniz.
H a m 1 e t.
    Cənazə kralın yanındadır, ancaq kral cənazənin yanında deyil. Kral elə şeydir ki...
Q i l d e n s t e r n.
    "Elə şeydir ki", milord?
H a m 1 e t.
    Heç şeydir. Aparın məni onun hüzuruna. Gizlə, tülkü, cüssəni, hamı axtarır səni.
    Gedirlər.

ÜÇÜNCÜ SƏHNƏ


    Qəsrdə başqa bir otaq.
    Kral əyanların müşayiəti ilə daxil olur.
K r a l.
    Mən əmr etmişəm, gəzsinlər onu,
    Axtarıb tapsınlar cənazəni də.
    Bu adamın azad, sərbəst qalması
    Necə də dəhşətli, təhlükəlidir!
    Onunla sərt olmaq bizə yaramaz,
    Onu çox istəyir qara camaat.
    Avam xalqın ağlı gözlərindədir.
    Verilən cəzanı görürlər ancaq,
    Heç vaxt düşünmürlər cinayət haqda.
    Hər şey ehtiyatla düzəlsin gərək.
    Onun bu səfəri təcili, vacib
    Dövlət işi kimi görünməlidir.
    Qorxulu dərdləri dünyada bəşər
    Qorxulu dermanla sağalda bilər,
    Ya da əlac tapmaz.
     (Rozenkrants daxil olur).
    Nə var! Nə oldu?
R o z e n k r a n t s.
    Meyiti harada gizlətdiyini,
    Nə qədər çalışdıq, öyrənəmmədik.
K r a 1.
    Bəs özü hardadır?
R o z e n k r a n t s.
    Özü bayırda,
    Nəzarət altında durur, hökmdar.
    Sizin əmrinizi gözləyirik biz.
K r a 1.
    Prinsi gətirin!
R o z e n k r a n t s.
    Ey, Qildenstern!
    Prinsi gətirin tez içəriyə.
     (Hamlet və Qildenstern daxil olurlar).
K r a 1.
    Hə, Hamlet, bir danış, hanı Poloni?
H a m 1 e t.
     Axşam yeməyində.
K r a 1.
    Axşam yeməyində?
H a m 1 e t.
    Beli, lakin o yemir, onu yeyirlər. Siyasi qurdların ona həsr olunmuş ümumi yığıncağı yenicə başlanıb. Məzar qurdu yeməyinin əlvanlığına görə yer üzünün bütün imperatorlarından üstündür. Biz dünyada olan, əti yeyilən hər bir canlını saxlayıb kökəldirik ki, özümüz yeyib kökələk, özümüzü isə qurdlar üçün bəsləyirik. İstər piy basmış kral olsun, istərsə arıq dilənçi, qurdlar üçün fərq eləməz. İkisi də bir süfrədə eynidir, iki cürə, müxtəlif yeməkdir. Budur həyatın sonu.
K r a l.
    Əfsus, əfsus!
H a m 1 e t.
    İnsan, kralı yemiş qurdla balıq tutur, sonra da həmin qurdu yeyən balığı özü yeyir.
K r a 1.
    Bununla sən nə demək istəyirsən?
H a m 1 e t.
    Heç nə, mən sizə yalnız onu göstərmək istəyirəm ki, bir kral bir dilənçinin bağırsaqlarında necə təntənə ilə səyahətə çıxa bilər.
K r a 1.
    Poloni hardadır?
H a m 1 e t.
    Göylərdə, adam göndərin baxsın. Hərgah orada tapma-sa, onda cəhənnəmdə onu özünüz axtarın. Əgər heç yerdə tapılmasa, bir aydan sonra şüşəbəndin pillekəni ilə yuxarı qalxanda burnunuz onun yerini sizə deyər.
K r a 1 (bəzi xidmətçilərs).
    Gedin, tez oranı axtarın!
H a m 1 e t.
    Tələsməyin, siz gələnədək o heç yana getməyəcək.
    Xidmətçilər gedirlər.
K r a l.
    Hamlet, törətdiyin ağır cinayət
    Bizi həddən artıq kədərləndirir.
    Sənin sağ-salamat qalmağın üçün
    Təklif edirik ki, təcili, dərhal
    Burdan, bu ölkədən çıxıb gedəsən.
    Odur ki, ləngimə, yola hazırlaş.
    Əsir səmt küləyi, hazırdı gəmi.
    Yoldaşlar gözləyir, açın yelkəni
    Düz İngiltərəyə.
H a m 1 e t.
    İngiltərəyə?
K r a 1.
    Bəli, tələs, Hamlet.
H a m 1 e t.
     Yaxşı, çox yaxşı.
K r a l.
    Əgər sən bilsəydin məqsədimizi,
    Yəqin ki, onda da belə deyərdin.
H a m 1 e t.
    Mən sizin məqsədinizi görən mələyi görürəm.
    Qoy belə olsun, gedirəm İngiltərəyə!
    - Salamat qalın, əziz anam.
K r a 1.
    Əziz atam, Hamlet.
H a m 1 e t.
    Xeyr, anam. Ata və ana ər-arvad deməkdir.
    Ər-arvadsa bir can, bir bədəndir.
    Deməli, heç bir fərqi yoxdur.
    Deməli, anam deyirəm.
    - Gedirəm İngiltərəyə.
    Gedir.
K r a l.
    İzləyin siz onu qarabaqara,
    Tələsdirin, gedib minsin gəmiyə.
    Bu gecə o burda qalmasın gərək,
    İşi yubatmayın.
    Sizə uğurlar!
    Məktubda yazılıb hər şey birbəbir.
    Təvəqqe edirəm, tez düşün yola.
    {Rozenkrants və Qildenstern gedirlər).
    Sənsə, İngiltərə, qəlbində əgər
    Mənə qarşı bir az məhəbbət varsa,
    - Yadından çıxarma, bu məhəbbeti
    Qüdrətim qazanıb qanlı döyüşdə.
    Əgər sinən üstdə Danimarkanın
    Qılınc yaraları sağalmayıbsa,
    Xərac verirsənsə bizə qorxudan,
    -Laqeyd yanaşma mənim əmrimə.
    Məktubum bildirər gizli fikrimi,
    Sənə tapşırıram: Hamleti öldür.
    Məhv et, məhv et onu sən, İngiltərə.
    Qanımda alışır qızdırma kimi,
    Qurtar, qurtar məni bu qorxunc oddan.
    Neçə ki o sağdır, düşüb dəhşətə,
    Həsrət qalacağam mən səadətə.
    Gedir.

DÖRDÜNCÜ SƏHNƏ


    Danimarkada bir düzəngah.
    Fortinbras, bir kapitan və hərbi nizamla addımlayan qoşun daxil olurlar.
F o r t i n b r a s.
    Kapitan, siz məndən Danimarkanın
    Böyük kralına salam aparın.
    Ona ərz edin ki, vədinə görə,
    Şanlı hökmdarın torpaqlarından
    Keçir Fortinbras öz qoşunuyla. '
    Ordugahın yeri bellidir sizə,
    Əgər əlahəzrət arzulayarsa,
    O saat gələrik hüzuruna biz.
    Ona belə deyin!
K a p i t a n.
    Baş üstə, milord.
F o r t i n b r a s.
    Qoşun, yavaş-yavaş irəliyə marş!
    Fortinbras qoşunla birlikdə gedir.
    Hamlet, Rozenkrants, Qildenstern və başqaları gəlirlər.
H a m 1 e t.
    Bu ordu kimindir, mehriban cənab?
K a p i t a n.
    Norveç dövlətinin əsgərləridir.
H a m 1 e t.
    Haradır səfəri? Məramı nədir?
K a p i t a n.
    Polşanın üstünə yürüş edirlər.
H a m 1 e t.
    Cənab, komandiri kimdir onların?
K a p i t a n.
    Norveç kralının qardaşı oğlu,
    Tax-tacın varisi Fortinbrasdır.
H a m 1 e t.
    Polşanı büsbütün tutmaqdır qəsdi,
    Ya sərhəddən bir az almaq istəyir?
K a p i t a n.
    Düzünü söyləsek, kəsə danışsaq,
    Bir qarış torpağa can atırıq biz.
    Oranın xeyri yox, yalnız adı var,
    Beş quruş verməzdim heç vaxt ona mən.
    Ya Norveç, ya Polşa satsaydı əgər,
    O yerdən beş quruş qazanmazdılar. :
H a m 1 e t.
    Onda qorumaz ki onu polyaklar.
K a p i t a n.
    Böyük ordu yığıb onlar bu yerə.
H a m 1 e t.
    İyirmi min qızıl, iki min adam
    Bir saman çöpünə qurban gedəcək!
    Bəladır bol nemət, əmin-amanlıq,
    İnsanı daxilən yeyir qurd kimi, ;
    Zahirən səbəbi görünmür gözə.
    Təşəkkür edirəm qəlbən sizə, ser.
K a p i t a n.
    Yaradan hər zaman sizə yar olsun.
    Gedir.
R o z e n k r a n t s.
    Getməyəkmi, milord?
H a m l e t.
    Gedin qabaqda,
    gəlib bu saat çataram sizə.
     (Hamletdən başqa hamısı gedir).
    Hər şey, hər hadisə bir məzəmmətdir,
    Necə də səsləyir qisasa məni!
    Arzusu, istəyi həyatda yalnız
    Yemək, yatmaq olan bir insan nədir?
    Heyvandır, vəssəlam, başqa cür olmaz.
    Bizi bu aləmdə xəlq edən xaliq
    Bizə elə böyük zəka verib ki,
    Görürük keçmişi, gələcəyi də.
    Allaha bənzəyən idrakı bizə
    Töhfə verməyiblər, hədər məhv edək.
    Görəsən, idrakı nədir məhv edən?
    Heyvan huşsuzluğu, yoxşa hər işin
    Sonunu dərindən düşünən şübhə?
    Fikirlər dörd cürə olur əzəldən:
    Üç payı qorxaqlıq, bir payı ağıl.
    İşi görmək üçün öz məqamında
    Vasitə, iradə, səbəb, güc varkən
    "Bu iş olmalıdır" deyə bir sözü
    Bilmirem nə qədər təkrar eyləyim?
    Məni tənbeh edir saysız misallar.
    Bax, buna sübutdur bu böyük ordu.
    Lovğa, təkebbürlü gənc bir şahzadə
    Şan-şöhrət eşqiylə alovlanaraq
    Bu qədər insanı öz arxasınca
    Aparır qırğına, qanlı döyüşə.
    Bu zərif, bu incə qayğısız cavan
    Ağzım-burnunu əyib hər şeyə,
    Düşünmür hücumun nəticəsini.
    Bu qorxunc cəsarət, bu qorxulu iş
    Dəyməz hətta tək bir lax yumurtaya.
    Fəqət bu dünyada bir həqiqət var:
    Arada böyük bir səbəb olmadan
    Döyüşə atılmaq böyüklük deyil.
    Əgər şərəf, ismət ləkələnirsə,
    Adicə bir saman çöpündən ötrü
    Vuruşmaq insana böyüklük verir.
    Mən necə dayanın indi yerimdə?!
    Atam öldürülüb, anamın isə
    Şərəfi, isməti tapdalanıbdır.
    Ağlım şaşırmazmı, qanın coşmazmı?
    Bəlkə də, hələlik yatsın qeyrətim,
    Baxım utanmadan bu iyirmi min
    Bədbəxt adamların ölümünə mən.
    Qondarma, yalançı şöhrəte uyub,
    Onlar yatağına gedirmiş kimi,
    Gedirlər birbaşa qəbir evinə.
    Bir parça yer üçün vuruşacaqlar.
    O yerə bu ordu yerləşə bilməz,
    Ölənləri orda dəfn etmək üçün
    Məzar da tapılmaz kifayət qədər:..
    Ah, ah, mənim fıkrim, bu gündən belə
    Ya məhv ol, ya da ki qan saç, qan çilə!
    Gedir.

BEŞİNCİ SƏHNƏ


    Elsinor. Qəsrde bir otaq. Rraliça, Horatsio və bir zadəgan daxil olurlar.
Kr a 1 i ç a.
    Onunla danışmaq istəmirəm mən.
Z a d ə g a n.
    Qışqırıb can atır sizi görməyə,
    Doğrudan, ağlını itirib yazıq,
    Yaman pis haldadır.
Kr a 1 i ç a.
    Nə olub ona?
Z a d ə g a n.
    Elə hey danışır öz atasmdan,
    Deyir: yalanlarla dolub bu dünya.
    Sıxıb yumruğunu çırpır köksünə.
    Ağlayır, hirslənir hər cüzi işdən,
    Hər yerdən, hər şeydən şübhələnir o.
    Az-maz məna vardı bəzi sözündə,
    Nitqi mənasızdır, rabitəsizdir.
    Fəqət həmin nitqi kim eşidirsə,
    Ona məna verir öz bildiyitək.
    Baxışı, duruşu, hərəkətləri
    Aydın göstərir ki, onun qəlbində
    Dəhşətli, dözülməz bir kədər vardır.
H o r a t s i o.
    Yaxşı olardı ki, dinləyəydiniz,
    Çünki o, bədniyyət, bədxah kəslərdə
    Qorxulu fıkirlər yarada bilər.
K r a 1 i ç a.
    Qoy gəlsin içəri (Zadəgan gedir). (kənara)
    Hər şey günahkartək xəstə qəlbimi
    Sıxır vahiməylə məngənə kimi.
    Dolur şübhələrlə ləkəli vicdan,
    Açır taqsrını öz qorxusundan.
    Zadəgan Ofeliya ilə qayıdır.
O f e l i y a.
    Hardadır, hardadır Danimarkanın
    Gözəl, əzəmətli kraliçası?
K r a 1 i ç a.
    Nə var, Ofeliya, bu nədir, qızım?
O f e 1 i y a (oxuyur).
    Necə tapım onu mən?
    Hanı o eşq məşəli?
    Əlində var çəliyi,
    Ayağında səndəli.
K r a 1 i ç a.
    Quzum, bu nəğmənin mənası nədir?
O f e 1 i y a.
    Deyim? Yox, lütf edin, bir qulaq asın (oxuyur).
    Öldü, getdi məzara,
    Yuxudadır həmişə.
    Ayağında daş durur,
    Başı üstdə bənövşə.
    O, oy! Kraliça.
    Ofeliya, fəqət...
    Ofeliya.
    Dinləyin.
    Кral gəlir.
K r a l i ç a.
    Dəhşətdir, əzizim, bir ona baxın.
    Ofeliya (oxuyur).
    Dağ qarıtək kəfən ağ,
    Əlvan güllər naxışı.
    O gülləri yuyaraq
    Tökəmmədim göz yaşı.
K r a l.
    Əhvalın necədir, qəşəng göyərçin?
O f e l i y a.
    Yaxşıdır! Yaradan yar olsun sizə.
    Çörəkçi qızıymış, deyirlər, bayquş...
    Hökmdar, bilirik indi nəyik biz,
    Lakin bilmirik ki, nə olacağıq.
    Allah süfrənizi artıq eləsin.
K r a 1.
    Xəyalən danışır öz atasıyla.
O f e l i y a.
    Təvəqqe edirəm, bu haqda bir kəlmə də kəsməyək.
    Fəqət sizdən soruşsalar ki, bunun mənası nədir, belə deyin (oxuyur):
    Valentina günündə1
    Tezdən qanad çalaram,
    Pəncərənin önündə ,
    Valentinan olaram.
    Oğlan açdı qapım,
    İlk bəxtini atmadı.
    Qız geriyə qayıtdı,
    Ancaq qız qayıtmadı.
K r a l.
    Gözəl Ofeliya!
O f e l i y a.
    Həqiqətən də,
    Pis söz lazım deyil, qurtarıram mən.
     (Oxuyur).
    And olsun İsaya, müqəddəs dinə,
    Bu çirkin bədnamlıq artıq agahdır.
    Oğlanlar deşirlər almaz tapantək,
    And olsun Allaha bu iş günahdır.
    Qız deyir: söz verdin mənə dəyməmiş,
    Üzük taxacaqsan barmağıma sen.
    Oğlan cavab verir: sənə dəyməzdim,
    Əgər gəlməsəydin yatağıma sən.
    Bu müqəddəs gündə (14 fevralda), qədim adətə görə, oğlanın gördüyü birinci qız onun sevgilisi olur.
K r a l.
    O nə vaxtdan bəri düşüb bu hala?
O f e l i y a.
    İnanıram ki, hər şey yaxşı olacaq.
    Biz səbir etməliyik.
    Ancaq düşünəndə ki, onu soyuq torpağa basdırdılar,
    mən isti göz yaşlarımı saxlaya bilmirəm.
    Bunu qardaşıma deyəcəyəm.
    Yaxşı məsləhətinizə görə sizə təşəkkür edirəm.
    Tərpən, mənim karetam!
    Gecəniz xeyre qalsın, xanımlar; gecəniz xeyrə qalsın, əziz xanımlar.
    Gecəniz xeyirə qalsın, gecəniz xeyrə qalsın (Gedir).
K r a l.
    Gedin arxasınca, gözdən qoymayın.
     (Horatsio ilə zadəgan gedirlər).
    Atasının müdhiş ölümü onun
    Ağlını zəhərtək zəhərləmişdir.
    Aman, Gertruda, ah, Gertruda,
    Fəlakət gəlməyir cəsustək bir-bir,
    Gəlir qoşun kimi hey yığın-yığın.
    Əvvəl öldürüldü qoca Poloni,
    Sonra sürgün oldu oğlumuz Hamlet,
    Özü günahkardır bu işə yalnız.
    Bulanlıq bir çaya dönübdür bu xalq,
    Yazıq Poloninin ölümü haqda
    Qorxunc şayiələr pıçıldayırlar.
    Yaman təcrübəsiz hərəkət etdik:
    Nahaq dəfn elədik onu gizlicə.
    Sonra Ofeliya - o biçarə qız
    İtirdi ağlını - gözəlliyini.
    Ağılsız biz nəyik?
    Yalnız bir şəkil
    Və yaxud həqiqi, adicə heyvan.
    Hamısından pisi, nəhsi budur ki,
    Laert Fransadan gəlib xəlvətcə.
    Ağır dərd içində, kədər içində
    Tənha bir guşəyə çəkilib durur,
    Dinləyir qəribə şayiələri.
    Onun atasının ölümü haqda
    Onun dəng edirlər qulaqlarmı.
    Qatili bilməyib azğın əbləhlər
    Tək bizdə görürlər bütün günahı.
    Ağızdan-ağıza gəzir bu söhbət
    Əziz Gertruda, bu müdhiş sözlər
    Qırma doldurulmuş top gülləsitək
    Deşik-deşik edir mənim qəlbimi.
    Səhnə arxasından səs-küy eşidilir.
K r a 1 i ç a.
    Bu nədir?
K r a l.
    Hardadır gözətçilərim?!
    Deyin, qapıları bərk qorusunlar.
     (Başqa zadəgan daxil olur).
    Nə olub?
Z a d ə g a n.
    Qoruyun özünüzü siz.
    Hökmdar, gənc Laert keçib hücuma,
    Birləşib silahlı qiyamçılarla,
    Tərk-silah edir keşikçiləri.
    Tufanlı dənizin coşqun suları
    Belə bir sürətlə sahili aşıb,
    Geniş düzənləri zəbt edə bilməz.
    Ona arxa durur qara camaat
    Sanki unudulub qədim zamanlar,
    Ölkəmizdə həyat başlanır indi,
    Adət-ənənələr yox imiş guya,
    Təzə təsdiq olur qayda-qanunlar.
    Deyirlər: "Laerti kral seçmişik.
    Laert hökmdardır, yaşasm Laert!"
    Göyə tullayaraq papaqlarını,
    Əl Çalıb beləcə bağırır hamı.
K r a l i ç a.
    Havayı sevinib hürüyür onlar!
    Ey Danimarkanın satqın itləri,
    Qayıdın, siz izi itiribsiniz!
    Səhnə arxasında hay-küy.
K r a 1.
    Qapını qırdılar.
    Silahlı Laert, onun dalınca danimarkalılar gəlirlər.
L a e r t.
    Hanı bu kral? -
    Cənablar, hamınız durun bayırda.
D a n i m a r k a l ı l a r.
    Xeyr, girməliyik içəri biz də.
L a e r t.
    Xahiş eyləyirəm, mənə yol verin!
D a n i m a r k a l ı l a r.
    Buyurun, buyurun.
    Onlar qapıdan kənara çəkilirlər.
L a e r t.
    Minnətdaram mən.
    Bərk tutun qapını. - Ah, rəzil kral,
    Ver mənim atamı!
K r a 1 i ç a.
    Sakit ol, Laert.
L a e r t.
    Qanımda bir damcı sakitlik olsa,
    Deməli, anadan bic doğulmuşam.
    Atam qurumsaqdır, pak anamınsa
    Alnında qəhbəlik damğası vardır,
    İtibdir şərəfim, qeyrətim mənim.

 
<< 1 / 2 / 3 / 4 / 5 / 6 >>
Bölmə: Dünya ədəbiyyatı | Əlavə edildi: azerhero (25.12.2013) | Müəllif: R.C E W
Baxış: 876 | Reytinq: 5.0/1
Bütün rəylər: 0
omForm">
avatar

Kitablar — zamanın dalğaları ilə səyahət edən və nəsildən-nəslə öz qiymətli yükünü ehtiyatla aparan fikir gəmiləridir.

- Frensis Bekon

Son 90 gün ərzində kitab oxumamaqdan daha pisi kitab oxumadığına görə narahat olmamaqdır.

- Cim Ron

Kitabları yandırmaqdan daha pis şey onları oxumamaqdır.

- Rey Bredberi

Yaxşı kitab aysberqə oxşayır, onun yeddi-səkkiz hissəsi suyun altında gizlənib.

- Ernest Heminquey

Kitablarım mənə çatacaq qədər böyük bir krallıqdır.

- Shakespeare

Mən, kitablarımı yaratmadan əvvəl, kitablarım məni yaratdılar.

- Montaigne

Kitabsız yaşamaq; kor, kar, dilsiz yaşamaqdır.

- Seneca

Bu günün gərçək universiteti, bir kitabxanadır.

- Carlyle

Kitab, tək ölümsüzlükdür.

- Rufus Choate

Exlaqa uyğun ya da zidd kitab deyə bir şey yoxdur. Kitablar ya yaxşı yazılmışdır, ya da pis. Hamısı bu qədər!

- Oscar Wilde

Ümidlə açılıb qazancla bağlanan bir kitab, yaxşı bir kitabdır.

- Alcott

Kitablar, itmiş başların abidələridir.

- Sir William Dave

Kitablar, heç solmayacaq bitkilərdir.

- Herrick

Kitab heç aldatmayan bir yoldaşdır.

- Guilbert De Pixrecourt

Axmaqlarla oturub-durmaqdansa , kitabla tənha oturmaq yaxşıdır.

- Qasım bəy Zakir

İnsan güc ilə yox, mütaliə etməklə ağıllanır.

- C.Bruno

Az bildiyini başa düşmək üçün çoxlu oxumaq lazımdır.

- Mişel Monten

Kitablar özünüzə və başqalarına hörmət etməyi öyrədəcək, ürəyi və ağlı, dünya və insanlıq sevgisiylə dolduracaq.

- Maksim Gorki

Kitab həyatın ən uzaq və qaranlıq yollarında insana işıq bəxş edən əfsanəvi çıraqdır

- A.M.Upit

BAKI QIZLAR UNİVERSİTETİ
1992-ci ildə təsis edilən və həmin vaxtdan da fəaliyyətə başlayan Bakı Qızlar Universitetinin (əvəllər Bakı Ali Pedaqoji Qızlar Seminariyası adlanırdı) yaradılmasında məqsəd respublikada qadın pedaqoji kadrlar yetişdirmək, onların intellektual səviyyəsini yüksəltmək və gənc qızları ailə həyatına hazırlamaqdan ibarətdir. Hazırda universitetdə "Sosial pedaqoji” və "Filologiya-tarix” fakültələri fəaliyyət göstərir. "Sosial pedaqoji” fakültədə "Təhsildə sosial-psixoloji xidmət”, "Psixologiya”, "Coğrafiya müəllimliyi”, "ibtidai sinif müəllimliyi”, "Məktəbəqədər təlim və tərbiyə”, "Riyaziyyat və informatika müəllimliyi”, "Filologiya-tarix” fakültəsində isə "Xarici dil (ingilis) müəllimliyi”, "Azərbaycan dili və ədəbiyyat müəllimliyi”, "Tarix müəllimliyi”, "Jurnalistika” üzrə bakalavr, "İbtidai sinifdə tədrisin metodika və metodologiyası”, "Pedaqogika nəzəriyyəsi və tarixi”, "Azərbaycan ədəbiyyatı”, "Azərbaycan dili”, "Azərbaycanın yeni və ən yeni tarixi” sahəsində magistratura səviyyəsində kadr hazırlığı aparılır.
Bakı Qızlar Universiteti Nazirlər Kabinetinin 1996-cı il fevralın 21-də 21 saylı sərəncamı ilə dövlət qeydiyyata alınmışdır. 2013-cü ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin lisenziya komissiyası BQU-nun çoxilli fəaliyyətinin, onun yüksək maddi-texniki bazasının, infrostrukturunun, təlim-tərbiyə sisteminin Azərbaycan Respublikası təhsil Qanununa Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Ali təhsil Müəssisələrinin fəaliyyətinə xüsusi razılıq (lisenziya verilməsi haqqında qərarına, Azərbaycan Respublikası Təhsil Nazirliyinin sənədlərinə uyğn qurulduğunu, pedaqoji kadrların hazırlanmasında əldə olunmuş nailiyyətlərini nəzərə alaraq universitetin fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsini məqsədəuyğun hesab etmişdir. Eyni zamanda 2013-cü ildə universitet akreditasiyadan keçmişdir. Universitetdə müxtəlif fənnlər üzrə kabinetlər, dörd kopüter otağı, kitabxana, badii yaradıcılıq studiyası, tələbə elmi cəmiyyəti, Tələbə Gənclər təşkilatı, dörd dərnəklər, nəşriyyat, idman zalı, yeməkxana, kadrlar şöbəsi və mühasibatlıq fəaliyyət göstərir.
Learn more