Əsas » Məqalə » İqtisadiyyat

Maliyyə bazarları terminlərinin izahlı lüğəti-5
İ
İcmal maliyyə hesabatları
Consolidated (summarized) financial statements
Yalnız iqtisadi subyektin fəaliyyətinin nəticələrinə və maliyyə vəziyyətinə dair əsas göstəricilərlə maraqlı istifadəçi qruplarını məlumatlandırmaq məqsədini daşıyan və yoxlanılmış illik maliyyə hesabatlarının ümumiləşdirilmiş forması kimi tərtib olunan maliyyə hesabatı.
İcmal mühasibat balansı
Consolidated balance sheet
Şirkətin və onun törəmə müəssisələrinin maliyyə vəziyyətini (aktivlərinin və öhdəliklərinin vəziyyətini) ümumiləşdirilmiş şəkildə əks etdirən mühasibat balansı.
İcra edilən kredit
Performing loan
Faiz və əsas məbləğin qaytarılması üzrə ödənişləri, əvvəlcədən nəzərdə tutulmuş qrafikə uyğun olaraq, vaxtında (və ya cüzi gecikmələrlə) ödənilən kredit.
İdarə Heyətinin Sədri (Baş icraçı direktor)
Chief executive officer (CEO)
Şirkətdə əsas korporativ qərarların verilməsi, yüksək səviyyəli strategiyalarmın müəyyən olunması və icrası, ümumi əməliyyatların idarə olunmasına cavabdeh olan şəxs. İdarə heyətinin sədri şirkətdə ən yüksək vəzifə hesab olunur.
İflas
Crash
1) böhran hadisəsini, xüsusilə müəssisənin, firmanın müflis olmasını, yoxsullaşmasını ifadə edən termin;
2) tam uğursuzluq, müvəffəqiyyətsizlik.
Birja iflası və əməliyyat iflası fərqləndirilir. Birja iflası - bazar iştirakçılannın və investorların xeyli itkilərinə gətirib çıxaran birja konyukturasının kəskin azalmasıdır. Əməliyyat iflası - fond birjasının elə halıdır ki, bu zaman onun iştirakçılan əməliyyatların artan həcmini həyata keçirə bilmirlər, bəzi broker firmaları ilə alqının, satqının baş verməsinin və ölçüsünün seçimi zamanı, eləcə də bağlanmış sövdələr üzrə nağd hesab- laşmalarla qiymətli kağızların daşınması zamanı səhvlər edirlər.
İkiqat təminatlı istiqraz
Double-barreled bond
Bələdiyyə tərəfindən buraxılan və iki müxtəlif maliyyə mənbəyi ilə təmin edilən istiqraz (misal üçün, belə istiqrazlar üzrə ödənişlər maliy yələşdirilən investisiya layihəsinin gəlirləri hesabına və yuxarı hakimiyyət orqanının zəmanəti əsa sında həyata keçirilə bilər).
İkili (ikiyaruslu) valyuta bazarı
Double currency market
Ikili məzənnə mövcud olan valyuta bazarı. Bu zaman valyuta məzənnələri bir yarusda sərbəst bazar qanunları ilə, digər yarusda isə dövlətin valyuta tənzimlənməsi vasitəsilə formalaşır.
İkili məzənnə
Double rate
Dövlət tərəfindən valyuta əməliyyatlarının tənzimlənməsi məqsə- dilə milli valyuta üzrə iki müxtəlif məzənnənin müəyyən edilməsi. Adətən, maliyyə əməliyyatları üçün bir, kommersiya əməliyyatları üçün isə başqa məz ənnə müəyyənləşdirilir.
İkinci dərəcəli borc
Subordinated debt
Üstün hüquqa malik olmayan borc. Bu cür borc aləti ya təminatsız olur və ya digər borcverənlərə nisbətən şirkətin aktivlərinə ikinci dərəcəli iddiaçı hüququ verir. Müflisləşmə halında ikinci dərəcəli borc öhdəlikləri daha üstün borc öhdəliklərindən sonra ödənilir.
İkitərəfli agent (çarpaz agent, dual agent)
Agency cross (dual agency, put through)
Hərrac zamanı eyni brokerin həm alıcı, həm də satıcı üçün agent fəaliyyəti göstərməsi. Belə hallar broker şirkətinin eyni zamanda iki müxtəlif müştəridən eyni səhmlərin müvafiq miqdarda alqı və satqı sifarişini qəbul etdikdə baş verir.
İkitərəfli bazar
Two-way market
Dilerlərin fəal surətdə həm alış, həm də satış məzənnələrini təyin etdiyi bazar.
İkivalyutalı istiqraz
Dual currency bond
Bir valyuta ilə kupon ödənilən, lakin müəyyən onlunmuş məbləğdə digər valyuta, çox vaxt, dollar ilə əvəzi ödənilən istiqraz. Adətən, investorlar yuxarı-bazar kuponu alırlar, lakin, bu zaman, hazırkı misal çərçivəsində dolların məzənnəsi məbləğin müəyyən edildiyi dövrdə olan göstəricidən aşağı düşdükdə onlar risk ilə üzləşirlər. Bu istiqrazlar alış valyutası ilə əməliyyat aparan borcgötürənlər üçün sərfəlidir. Çünki, onlar uzunmüddətli məzənnə riski ilə qarşılaşmayacaqlar. Digər borcgötürənlər üçün isə alternativ variant kimi təminatlı məzənnədən istifadə oluna bilər (məsələn, emissiya valyutasında öhdəliklərə malik korporasiyalar ilə).
İqtisadi “barometr”
Economic barometer
İqtisadi konyunkturanı xarak- terizə edən göstəricilər və ya göstəricilər sistemi. Məsələn, qiymət səviyyəsi, işsizlik səviyyəsi, müxtəlif makroiqtisadi göstəricilərin artım dinamikası və s.
İqtisadi göstəricilər (indiqatorlar)
Economic indicators
Ölkədə iqtisadi vəziyyəti əks etdirən və maliyyə və iqtisadi meyilləri təhlil etmək, qiymətləndirmək və proqnozlaşdırmaq üçün istifadə olunan statistik göstəricilər. Məsələn ÜDM-in artım sürəti, İstehlak qiymətləri indeksi, Tədiyyə balansının saldosu, İşsizlik səviyyəsi və s.
İqtisadi risk
Economic risk
İqtisadi subyektlərin gözləntiləri ilə müqyisədə gəlirlərinin xeyli az və ya xərclərinin daha çox ola bilməsi riski. Əsas səbəbləri xammalın qiymətlərinin yüksəlməsi, rəqabətin güclənməsi, valyuta məzənnəsinin dəyişməsi və siyasi rejimin dəyişməsi ola bilər.
İlkin kütləvi təklif
Initial public offering (IPO)
Şirkət tərəfindən səhmlərinin ilk dəfə olaraq kütləvi təklif olunması, başqa sözlə, yeni açıq səhmdar cəmiyyəti və ya qapalı səhmdar cəmiyyəti formasından açıq səhmdar cəmiyyəti formasına keçən şirkətin öz səhmlərini ilkin bazarda açıq satışa buraxması. Bu zaman istənilən investor şirkətin səhmlərini əldə edə bilər.
İlkin qiymətli kağızlar bazarı
Primary security market
Yeni buraxılmış qiymətli kağızların alqı-satqısı həyata keçirilən bazar. İlkin bazarda qiymətli kağızlar birbaşa olaraq emitentdən alınır. Bu, ikin bazarı təkrar bazardan fərqləndirir.
İlkin marja
Initial margin
Ticarət əməliyyatının açılması üçün tələb edilən ilkin məbləğdir. Öhdəliklərin icrası üçün təminat rolunda çıxış edir.
İlkin prospekt
Preliminary prospectus
İnvestorlar üçün, anderrayter tərəfindən çap olunan, səhmlərin buraxılması haqqında ilkin sənəddir.
İlkin təqdimat
Road show
İnvestorlarla emitentin və anderrayterin ilkin yerləşdirmədən öncə keçirdikləri görüşlər.
İlkin yerləşdirmə qiyməti
Public offering price
Qiymətli kağızın yeni buraxılışı üzrə anderrayter tərəfindən qoyulan qiymət. Anderrayter ilkin yerləşdirmə qiymətini müəyyən edərkən şirkətin maliyyə vəziyyəti, artım templəri, sektordakı vəziyyət kimi faktorlara baxır.
İlkin yerləşdirmə
Primary distribution
Müəssisə tərəfindən buraxılan qiymətli kağızın yeni buraxılışının ilkin satışı.
İllik göstərici (səviyyə, dərəcə)
Annual rate
Hər hansı bir göstəricinin qiymətinin bir il ərzində çatdığı səviy yəni ifadə edir. Məsələn, satış həcminin illik səviyyəsi, investisiya qoyuluşunun illik səviyyəsi və s. Bəzi göstəricilərin qiymətlərinin illər üzrə müqayisəsi onların orta illik səviyyələrinin müqayisəsi əsasında aparılır. Hər hansı bir göstəricinin orta illik səviyyəsi ilin müəyyən dövrləri (aylar, rüblər) üzrə toplanan yekun illik səviyyənin həmin dövrlər üzrə orta kəmiyyəti əsasında müəyyən olunur. Orta illik səviyyə və ya dərəcə üzrə müqayisənin üstün cəhəti ondan ibarətdir ki, bu halda ilin müxtəlif dövrlərindəki mövsümi xarakterli dəyişmələrin təsirindən yaranan kənarlaşmalar istisna olunur ki, bu da ümumi meyili daha dəqiq müəyyənləşdirməyə kömək edir. Məsələn: əvvəlki ilin orta inflyasiya dərəcəsi ilə cari ilin orta inflyasiya dərəcəsi müqayisə olunduqda, artıq mövsümi xarakterli dəyişikliklərin təsiri kənarlaşdırılmış olur.
İllik hesabat
Annual report
Şirkətin hər təqvim ili və ya maliyyə ilinin sonunda müəyyən olunmuş formada hazırladığı və həmin dövrdəki fəaliyyətinin nəticələrini və cari vəziyyətini əks etdirən hesabat. İllik ümumi yığıncaqdan əvvəl səhmdarların nəzərdən keçirmələri üçün onlar arasında yayılır. Bununla yanaşı, bu hesabat müvafiq dövlət qurumlarına, kreditorlara və digər bu kimi maraqlı tərəflərə də təqdim olunur.
İllik hesablı faiz dərəcəsi
Annualized interest rate
Faiz dərəcəsinin ilin müəyyən dövrünə aid qiyməti əsasında hesablanan illik səviyyəsi.
İllik hesablı səviyyə (dərəcə)
Annualized rate
Hər hansı bir göstəricinin ilin müəyyən dövrünə aid qiyməti əsasında hesablanan illik səviyyəsi. Məsələn, aylıq (rüblük) gəlir səviyyəsi və ya faiz dərəcəsi əsasında illik gəlir səviyyəsi və ya faiz dərəcəsinin hesablanması. Əgər həmin göstəricilərin ilin digər aylarında da (rüblərində də) eyni olması gözlənilirsə, onda illik hesablı gəlir səviyyəsini və ya faiz dərəcəsini müəyyənləşdirmək üçün bir aylıq (rüblük) göstərici 12-yə (4-ə) vurulur. Əgər göstəricinin ilin dövrləri üzrə səviyyəsi dəyişkəndirsə, onda illik hesablı səviyyənin hesablanması üçün onun müvafiq dövrlər üzrə orta səviyyəsindən (dərəcəsindən) və ya müvafiq riyazi hesablamalardan, əsasən də, ekstrapolyasiya üsulundan istifadə olunur.
İmtina
Give up (give-up)
1) Müqavilə bağlamaqdan imtina etmək və ya başqasına güzəştə getmək;
2) Fyuçers bazarında birjanın bir üzvü ilə bağlanmış müqaviləni birjanın digər üzvünə vermək (bütün komissiya haqllarını güzəştə getməklə);
3) Fond birjasının bir üzvünün sifarişi ilə müqavilə bağlayan digər üzvünün onun adını açıqlaması (bu halda alıcı və satıcı arasında müqavilə birbaşa, vasitəçisiz rəsmiləşdirilir);
4) Bir birja brokeri vasitəsi ilə si- farişi yerləşdirmək, lakin hesablaşmanın digər birja brokeri vasitəsi ilə aparılmasını tələb etmək;
5) Yüksək gəlirlilikli qiymətli kağızların satılması və həmin məbləğdə daha aşağı gəlirliliyə malik qiymətli kağızların alınması nəticəsində gəlirdə itirmək.
“İmtinaya qədər” sifarişi (sərəncamı, əmri)
Good til canceled (GTC)
Müştəri tərəfindən dayandırılana qədər və ya icra olunana qədər olan alqı-satqı sifarişləri.
İmtiyazlı iştirak
Participating preferred
Müəyyən edilmiş dividentə və ya ümumi səhm üzrə dividentlərin ödənilməsindən sonra müəyyən edilmiş şərtlər əsasında əlavə dividentlərə malik imtiyazlı səhm.
İmtiyazlı səhm
Preferred (chartered, privileged) share
Emitentin təsərrüfat fəaliyyətinin nəticəsindən asılı olmayaraq, sahibinə, bir qayda olaraq, səhmin nominal dəyərinin sabit faizi şəklində divident almasına təminat verən, emitentin ləğvindən sonra onun qalan əmlakının bir hissəsini almaqda digər səhmdarlara nisbətən üstünlük hüququ, habelə, səhmlərin buraxılış şərtlərində və emitentin nizamnaməsində nəzərdə tutulan digər hüquqlar verən səhm növüdür. İmtiyazlı səhmlər üzrə müəyyən olunmuş divident adi səhmdarlara hər hansı bir ödəmə edilməmişdən əvvəl ödənilir.
Yuxarıda sadalanan üstünlüklərinə baxmayaraq, bu cür səhmlər səsvermə hüququna malik olmurlar və mənfəət artanda, adi səhmdarlardan fərqli olaraq, imliyazlı səhmdarların divident gəlirləri artmır.
İmtiyazlı yazılış hüququ
Subscription right (subscription privelege)
Kənar investorlara təklifdən qabaq, şirkətin qiymətli kağızların yeni buraxılışı zamanı öz səhmdarlarına verdiyi üstünlükdür. Adətən, yazılış qiyməti bazar qiymətindən aşağı olur.
İndeks fondları
Index funds
Portfelinin strukturu müəyyən fond indeksinin (Məsələn, Standard & Poor's 500 İndeksi kimi) strukturuna uyğunlaşdırılan (bağlanan) qarşılıqlı investisiya fondu.
İndeks qarşılıqlı fondu daha yüksək gəlir əldə etməkdən çox, gəlirliliyi seçilmiş indeksə uyğun təmin etməyi qarşısına məqsəd qoyur.
İndeks
Index
İqtisadiyyatda və ya bazarda baş verən dəyişiklikləri ölçmək üçün istifadə edilən kəmiyyət göstəricisi. Adətən, indekslər müəyyən bir sahəni və ya onun altsahələrini təmsil edən müəyyən sayda qiymətli kağızların dəyərini və ya iqtisadi indiqatorların qiymətlərini ifadə edir.
İndekslə əlaqələndirilmiş istiqrazlar
Index-linked bonds
Kuponları pərakəndə satış və ya istehlakçı qiymət indeksləri ilə əlaqələndirilmiş istiqrazlar.
İndeksləşdirmə
Indexing
1) İnvestisiya portfelinin müəyyən fond indeksinin (məs., S&P 500 kimi) təmsil etdiyi qiymətli kağızlar və bu indeksin qiymətində onların çəkilərinə uyğun şəkildə formalaşdırıldığı passiv investisiya strategisı. Başqa sözlə, investisiya portfelinin müəyyən fond indeksinə bağlanması (investisiyanın bu indeksin hesablanmasında nəzərə alınan qiymətli kağızlara qoyulması);
2) Əmək haqqı, pensiya, sosial yardımlar, kredit məbləğləri, faiz dərəcələri və s. bu kimi gəlirlərin (və ya xərclərin) inflyasiyadan müdafiə olunması üçün onların qiymət indeksləri ilə əlaqələndirilməsi.
İndiqator (göstərici)
Indicator
Hər hansı prosesin müəyyən dövr ərzində gedişatını xarakterizə edən mütləq və ya nisbi göstərici.
Fond birjasının indiqatoru isə qiymətli kağızlar bazarında müəyyən dövr ərzində aparılan əməliyyatların həcminin, maliyyə alətlərinin gəlirliliyinin, o cümlədən faiz dərəcələrinin dinamikasının, alqı-satqı əməliyyatlarının həcminin öncədən qiymətləndirilməsi məqsədi ilə istifadə edilən göstəriddir. Fond birjasının indiqatoru birja mütəxəssisləri tərəfindən istifadə olunur.
İndossament
Endorsement
1) Vekselin, çekin, konosamen- tin və digər qiymətli kağızın əks tərəfində ötürücü yazıdır ki, buna uyğun olaraq qiymətli kağıza dair bütün hüquqlar bir şəxsdən digərinə keçir. İndossamenti həyata keçirən şəxs indossant adlanır;
2) Sığorta polisində hər hansı bir düzəlişdir və ya sığorta şərtlərinin dəyişməsi ilə əlaqədar sığorta haqqında müvəqqəti şəhadətnamədir. Qiymətli kağızı saxlayan hər hansı bir qanuni şəxs kağızın özünün mətnində onun ötürülməsinə qadağanı düzəliş etmək hüququna malikdir, bununla əlaqədar indossament qüvvəsini itirir.
Ötürücü hüquqlar veksel və ya çek üzrə tədiyyənin, konosament üzrə tədiyyənin alınması ilə bitmir, vekselin köçürülməsi hüququna, akseptin ödənilməsi tələbini, vekselin və digər qiymətli kağızların etiraz edilməsini ehtiva edir. İndossament hər hansı bir şəxsin (indossantın) və ya vekselə münasibətdə təqdim edənin xeyrinə - eləcə də, vekselə və vekselverənə görə tədiyyəçinin özünün xeyrinə indossant tərəfindən edilə bilər. Əgər ötürücü yazıda indossamenti edənin xeyrinə, onun adı yoxdursa, onda o, blank indossamenti (təqdim edənə) adlanır. Sonradan qiymətli kağızın sahibi beləliklə ötürücü yazını adlı edərək, adı bu ötürücü yazıda yaza bilər. Ötürücü yazı qiymətli kağız üzrə bütün borc məbləği qədər sənədin özündə, yer olmadığı halda - sənədə birləşdirilən kağızda edilir.
Ötürücü funksiyadan savayı indossament vekseldə və ya çekdə həmçinin zəmanət funksiyasını yerinə yetirir: veksel üzrə hər bir indossant akseptə görə tədiyyəyə görə, çek üzrə indossant isə - tədiyyəyə görə cavabdehdir. İndossant vek- sel verənlə (çek saxlayanla), avalçı ilə, ödəyici ilə birgə həmrəylik məsuliyyəti daşıyır (baxmayaraq ki, "dövriyyəsiz" düzəlişi ilə indossament vasitəsi ilə öz üzərindən bu məsuliyyəti götürə bilər).
İndossant
Endorser
Orderli qiymətli kağız üzrə hüququ verən şəxsdir. İndossantın qiymətli kağızda icra edilmiş indossamenti qiymətli kağızla təsdiqlənmiş bütün hüquqların keçməsi üçün əsasdır.
İndossat
Endorsee
Xeyrinə indossament təqdim olunmuş, yəni maliyyə, yaxud pul sənədləri ilə bağlı hüquq almış (təqdim edənin hüququ əsasında) hüquqi və ya fiziki şəxs.
İnflyasiya
Inflation
Müəyyən müddət ərzində əmtəə və xidmətlərin keyfiyyəti yüksəlmədən qiymətlərinin artması nəticəsində pulun dəyərdən düşməsi, dəyərsizləşməsi. Başqa sözlə, inflyasiya pul tədavülü kanallannın əlavə (artıq) pul kütləsi ilə dolması, yaxud pul tədavülü kanallarının tələbatından artıq həcmdə pul kütləsinin dövriyyəyə buraxılması nəticəsində pulun dəyərsizləşməsi prosesidir. İnflyasiya iqtisadi tarazlığı pozduğundan və iqtisadi böhrana səbəb olduğundan dövlət bu və ya digər iqtisadi-maliyyə alətləri (tədbirləri) vasitəsilə bu prosesin qarşısını almağa çalışır ki, bu da anti-inflyasiya siyasəti adlanır. İqtisadiyyatda inflyasiyanın səviyyəsini qiymət indeksi müəyyən edir. Yaranma səbəbinə görə inflyasiya iki qrupa bölünür: tələb inflyasiyası və təklif inflyasiyası. İqtisadiyyatda tələbin artması cəmiyyətin istehsal imkanlarını xeyli geridə qoyaraq qiymətlərin yüksəlməsinə, yəni inflyasiyaya gətirib çıxarır. Təklif inflyasiyası (xərc inflyasiyası) zamanı isə qiymətləri tələb deyil istehsal xərcləri artırır. Belə ki, məhsul vahidinin istehsal xərclərini artıran amillər həm də inflyasiyanı törədən amillər kimi çıxış edir. Eyni zamanda, ölkə iqtisadiyyatında əmək haqqı səviy- yəsinin yüksəldilməsi ilə bağlı olan inflyasiya istehsal məsrəflərinin artması ilə yaranan inflyasiyanın tərkib hissəsidir. Tempinə görə inflyasiya, əsasən, 4 cür fərqləndirilir: normal (illik 4%-ə qədər), sürünən (4-20%), yüksək (20-200%) və hiperinflyasiya (200%-dən yük- sək). Yaranma səbəblərindən irəli gələrək inflyasiya gözlənilən və gözlənilməz olur. Birincisi, adətən, hökumətin həyata keçirdiyi iqtisadi tədbirlərin nəticəsi kimi, ikincisi isə makro-iqtisadi səviyyədə baş verən gözlənilməz dəyişmələrin nəticəsi kimi meydana çıxır.
İnformasiya manipulyasiyası
Spinning
Anderrayterlər tərəfindən yüksək tələbə malik olan səhmlərin ilkin yerləşdirilməsini seçilmiş şirkətlərə təklif olunması.
Bu kimi təklif gələcəkdə bu seçilmiş şirkətlər üçün investisiya bankı xidmətlərini göstərmək imkanını əldə etmək məqsədilə həyata keçirilir.
İnformasiya resursları
Information resources
Müxtəlif sənədlər, sənədlər massivi, informasiya sistemlərində sənədlər və sənədlər massividir. Kitabxanalar, arxivlər, fondlar, bank məlumatları və digər informasiya sistemləri). İnformasiya resursları mülkiyyət obyekti olurlar. Onlar dövlət və qeyri-dövlət formasında ola bilərlər.
İnformasiya sistemi
Information system
Informasiya proseslərini reallaşdıran informasiya massivləri və informasiya texnologiyaları toplusudur.
İnformasiya texnologiyaları (İT)
Information technology (IT)
İnformasiya yığılması, saxlanması, emalı və yayılması məqsədilə proseslər, proseduralar, reqlamentlər texniki- aparat, riyazi və linqvistik vasitələr toplusudur.
İnformasiya təhlükəsizliyi
Information security
Təşkilati-texniki tədbirlər kompleksi nəticəsində informasiyanın tamlığı v ə konfidensiallığının təmin edilməsi, informasiya sisteminin təhlükəsizliyinin göstəricisidir. Ayrı-ayrı fəaliyyət sferaları (dövlət idarəetmə sistemləri, banklar, informasiya şəbəkələri və s.) Xüsusi informasiya təhlükəsizliyi tədbirlərinin tətbiqini tələb edir.
İnformasiya toplusu (massivi)
Information collection
Saxlanma və istifadə üçün yığılan, qeydə alınan və müvafiq qaydada sistemləşdirilən informasiya toplusu (nəşrlər, elmi və digər hesabatlar, elektron qeydlər).
İnfrastruktur
Infrastructure
Hər hansı istehsal və xidmət prosesi üçün yardımçı xarakter daşıyan istehsal və qeyri-istehsal sahələrinin kompleksi. Başlıca istehsal infrastrukturları nəqliyyat, enerji təchizatı, rabitə, təhsil, səhiyyə və iaşə sahələri hesab olunur. Bazar iqtisadiyyatı şəraitində bazar mexanizmlərinin normal fəaliyyətinə yardımçı olan bütün növ təsisatlar da infrasrukturun tərkib hissəsi sayılır və bazar infrastrukturu adlanır. Əmtəə bazarının infrastrukturu dedikdə əmtəə birjaları, topdan və pərakəndə ticarət şirkətləri, auksionlar və s. başa düşülür. Banklar, maliyyə-kredit institutları, fond birjaları, valyuta birjaları, sığorta şirkətləri, broker və diler müəssisələri, auditor şirkətləri və s. maliyyə bazarının infrastrukturu hesab olunur. Eyni qayda ilə, əmək birjaları, əmək bazarında vasitəçi şirkətlər və digərlər bu kimi təsisatlar əmək bazarının infrastrukturunu təşkil edirlər. Bununla yanaşı, bazar münasibətləri şəraitində dövlətin tən zimləyici siyasətini həyata keçirən vasitəçi idarələr, firmalar və digər dövlət təsisatları da bazar infrastrukturunun tərkib hissələri kimi fəaliyyət göstərirlər. Məsələn, antiinhisar və qiymət tənzimlənməsi üzrə dövlət qurumları və s.
İnkişaf istiqrazı
Development bond
Yerli bələdiyyə orqanları tərəfindən buraxılan və müəyyən regionun inkişafı üçün nəzərdə tutulmuş istiqrazlar. Adətən belə istiqrazlar vergidən azad olurlar.
İnkoterms (Beynəlxalq Kommersiya Şərtləri)
Incoterms (International Commercial Terms)
Beynəlxalq ticarət praktikasında müqavilə şərtlərinin və qaydalarının toplusudur. Daşıma üsuluna görə inkotermlər aşağıdakı hissələrə bölünür:
1) EXW, FCA, CPT, CİP, DAF, DDU, DDP. Bütün nəqliyyat növləri (yəni kombinələşmiş nəqliyyat).
2) FAS, FOB, CFR, CİF, DES, DEQ. Yalnız limandan limana dənizlə daşıma.
İnnovasiya
Innovation
1) Elmi-texniki tərəqqi nəti cəsində yeni texnika və texnologiyanın kəşfi;
2) Biznes fəaliyyətinə yeni texnika və texnologiyanın tətbiqi əsasında iqtisadiyyata kapital qoyuluşu.
Mənfəətin artırılması, xərclərin azaldılması, riskin aşağı salınması məq sədi ilə yeni maliyyə alətlərinin yaradılması, yeni maliyyə əməliyyatlarının aparılması, yeni hesablaşma formalarının tətbiqi və s. ilə əlaqədar innovasiya maliyyə innovasiyası adlanır.
İnsayder əməliyyatları (insayder ticarəti)
Insider dealings (insider tradings)
Geniş ictimaiyyətə çatdırılmayan emitent şirkətin fəaliyyəti haqqında informasiyadan istifadə edilməklə qiymətli kağızlarla qanunsuz əməliyyatlar. Bu informasiyaya malik olan şəxs insayder adlanır.
İnsayder informasiyası
Insider information
Geniş ictimaiyyətə çatdırılmayan müəssisə və ya sahibkarın fəaliyyəti haqqında məxfi məlumat. İnsayder informasiyasına malik olan şəxslər afilə olunmuş şəxslər adlanır.
İnsayder krediti
Insider loan
Bankın əlaqəli (afilə olunmuş) şəxsinə verilmiş kreditdir.
İnsayder
Insider
Vəzifəsi və ya qohumluq əlaqələrinə görə şirkətin məxfi məlumatlarına daxil olmaq imkanı olan əməkdaşıdır, xidməti məlumat ümumi qaydada əldə edilə bilməyən, qiymətli kağızlar bazarının iştirakçısı olan təşkilatlarda, yaxud müvafiq dövlət orqanlarında tutduğu vəzifə ilə əlaqədar olaraq əldə edilən və ya emitentlə bağlanmış müqaviləyə əsasən, qiymətli kağızlar bazarının subyektləri, qiymətli kağızlar, onlarla əməliyyatlar, qiymətlər və digər xüsusiyyətlər üzrə açıqlanmamalı olan və istifadə edildikdə məlumat sahibinə qiymətli kağızlarla əməliyyatların aparılmasında digər iştirakçılardan daha üstün mövqe təmin edən məlumata malik şəxsdir. Məsələn, şirkətin idarə heyəti və yüksək vəzifəli əməkdaşları insayder sayılır. Şirkət barəsində investorlara məlum olmayan, ictimaiyyətə açıqlanmamış dəyərli məlumata malik və ya bu məlumatlara çıxışı olan şirkət işçisi olmayan vəzifəli və ya digər şəxslər də insayder sayılır.
İnstitusional investor
Institutional investor
Müştərilərinin adından maliyyə bazarı alətlərinə böyük həcmdə investisiya edən maliyyə institutları. Məsələn, pensiya fondları, investisiya fondları.
İnteqrasiya
Integration
Bu və ya digər səviyyədə birləşmə, yaxud ayrı-ayrılıqda elementlərin tam şəkildə birləşməsi.
Dövlətin üzərinə düşən daxili və xarici iqtisadi siyasətin bu və ya digər formada istiqamətləndirilməsi məqsədilə maliyyə münasibətləri və maliyyə alətlərinin qarşılıqlı əlaqələndirilməsi prosesi maliyyə inteqrasiyası adlanır. Məsələn, ölkənin mərkəzi bankı tərəfindən yerli kredit institutlarının fəaliy yətinin tənzimlənməsi, büdcə sisteminin təşkili və s. Maliyyə inteqrasiyası milli iqtisadiyyatın vahid mexanizm kimi formalaşmasının ən ümdə şərtlərindən biridir.
İnterpolyasiya
Interpolation
Sıranın qiyməti məlum olan elementləri əsasında digər elementlərinin qiymətinin hesablanması üsulu. Xətti və eksponensial interpolyasiyadan daha geniş istifadə olunur.
İntersessiya
Intercession
Bu və ya digər maliyyə-borc münasibətlərində hər hansı tərəfin borc öhdəliklərini qismən, yaxud tam öz üzərinə götürməsi.
İnvestisiya "barometri"
Investment barometer
Qiymətli kağızlar bazarında səhmlərin, istiqrazların və digər maliyyə alətlərinin məzənnə dəyişməl ərini əks etdirən göstəricilər və ya göstəricilər sistemi.
İnvestisiya bankı
Investment bank
Uzunmüddətli borc kapitalını səfərbərliyə alan və onu qiymətli kağızlara qoyuluş formasında borc alanlara (dövlətə və şirkətlərə) verən, onların emissiyasını və yerləşməsini, eləcə də, birjada və birjadan kənarda qiymətli kağızların alqı- satqısını təşkil edən bank. Başqa sözlə, investisiya bankı, əsasən, yeni əsas fondların yaradılması sferasında uzunmüddətli kapital qoyuluşları ilə əməliyyatlarda ixti- saslaşan maliyyə idarəsidir.
İnvestisiya bankiri
Investment banker
İnvestisiya bank işi ilə məşğul olan şəxs.
İnvestisiya dərəcəsi
Investment grade
Müflisləşmə riskinin aşağı olmasını əks etdirən reytinq dərəcəsi.
İnvestisiya etmək
Investing
Gələcəkdə mənfəət əldə etmək üçün qiymətli kağızlara və digər aktivlərə vəsait qoyuluşu.
İnvestisiya fəaliyyəti
Investing activities (investment operations, investment activity)
Maddi qiymətlilərin, o cümlədən pul vəsaitinin, əmlakın, qiymətli kağızların və s.-nin mənfəət əldə etmək məqsədi ilə biznes fəaliyyəti obyektinə yönəldilməsi, yatırılması ilə bağlı iqtisadi fəaliyyət. Bilavasitə investisiya fəaliyyətini həyata keçirən şəxs investor adlanır.
İnvestisiya fondu
Investment fund
Qiymətli kağızlarını investorlar arasında yerləşdirərək cəlb etdiyi sərbəst vəsaitləri dövlət və korporativ qiymətli kağızlara investisiya edən, banklara depozit kimi yatıran, eləcə də digər investisiya istiqamətlərinə yönəldən investisiya institutu. Hüquqi təşkilati formasına görə investisiya fondu səhmdar cəmiyyət kimi fəaliyyət göstərir ki, bunlar da açıq tipli investisiya fondu və qapalı tipli investisiya fondlarına bölünür. Birincisi özünün qiymətli kağızlarını yeni investorlar arasında yerləşdirdiyi halda, ikincisi qiymətli kağız buraxılışını (emissiyasını) bir dəfə və təsbit olunmuş həcmdə həyata keçirir. Səhmin yeni alıcısı, yəni investorlar bu qiymətli kağızları yalnız bazar qiymətləri ilə ilkin sahibindən əldə edə bilər.
İnvestisiya formulası
Formula investing
İnvestorun müəyyən bazar göstəricilərinin dəyişməsindən asılı olaraq vəsaitlərini müxtəlif investisiya maliyyə alətləri arasında yenidən bölüşdürməsinə əsaslanan investisiya strategiyası.
İnvestisiya institutu
Investment institute
İnvestisiya münasibətləri, xüsusilə qiymətli kağızlarla bağlı vasitəçilik xidməti göstərən konsaltinq fəaliyyəti üzrə ixtisaslaşan maliyyə qurumu. Göstərdiyi xidmət növlərindən asılı olaraq investisiya şirkətləri, investisiya fondları, investisiya vasitəçiləri, investisiya məsləhətçiləri kimi investisiya institutları mövcuddur.
İnvestisiya qiymətli kağızları
Investment securities
Buraxılışlarla yerləşdirilən və qiymətli kağızların əldə edilməsi vaxtından asılı olmayaraq, bir buraxılış daxilində hüquqların həyata keçirilməsinin həcmi və müddəti eyni olan qiymətli kağızlar.
İnvestisiya meneceri
Fund manager
Öz hesabı üçün və ya başqalarının adından investisiya fondlarına cəlb olunmuş şəxs və ya təşkilat.
İnvestisiya məsləhətçisi (konsultantı)
Investment counsel
İnvestisiya fəaliyyəti ilə bağlı, xüsusilə qiymətli kağızlar bazarında məsləhət (konsultasiya) xidmətləri üzrə ixtisaslaşan investisiya institutu. İnvestisiya bazarı, o cümlədən qiymətli kağızlar bazarının tədqiqi ilə bağlı məhsulların satılması investisiya məsləhətçisinin fəaliyyətinin əsasını təşkil edir.
İnvestisiya mövqeyinin saxlanması xərcləri
Cost of carry
İnvestisiya mövqeyinin alınması və saxlanmasına görə ortaya çıxan xərclər.
Bu xərclərə, istiqrazların alınmasında istifadə olunan borca görə ödənilən faiz xərcləri kim maliyyə xərcləri ilə yanaşı, bu vəsaitin risksiz aktivə qoyulması nəticəsində əldə oluna biləcək imkan xərcləri də daxildir.
İnvestisiya portfeli (qiymətli kağızlar portfeli)
Investment portfolio (securities portfolio, holding of securities)
Şəxs və ya müəssisənin sahib olduğu müxtəlif qiymətli kağızlar.
İnvestisiya sertifikatı
Investment certificate
1) Bir səhmdən az olmayan gəliri təmin edən, lakin səhmdar cəmiyyətinin ümumi yığıncağında səs hüquqi verməyən qiymətli kağız. Səhmlərin bölgüsü, ona verilən hüquqların xırdalanması, yalnız dividentlərə, bölünməyən mənfəətə və ləğv edilən qalığa şamil olunan əmlak hüququnun qiymətli kağızların sahibində qalması nəticəsidir. Sertifikat səhmdən fərqli olaraq müəyyən minimum gəlirə zəmanət verir;
2) təsbit olunmuş məbləğin investisiyası kimi sığorta haqqının eyni vaxtda ödənilməsi ilə həyat sığortası polisi. Faizin ödənilməsi razılaşdırılmış dərəcə üzrə aparılır və investisiyalaşma dövrünün sonunda artımla geri qayıdır.
İnvestisiya səviyyəli istiqraz
Investment grade bond
Kredit reytinqi "Moody"s" agentliyinin Baa və "Standard & Poor's" şirkətinin BBB reytinqindən aşağı olmayan nisbətən daha etibarlı olan istiqrazlar.
İnvestisiya şirkəti
Investment company
Ölkə daxilində, yaxud beynəlxalq səviyyədə investisiya fəaliyyətinin həyata keçirilməsi üzrə ixtisaslaşan maliyyə-kredit institutu. Bu şirkət özünəməxsus qiymətli kağızları investorların arasında yer ləşdirərək fərdi investorların sər bəst pul vəsaitlərini cəlb edir və həmin vəsaitlərlə həm birbaşa investisiya şəklində, həm də müxtəlif müəssisələrin səhmlərinin əldə edilməsi yolu ilə kapital qoyuluşunu həyata keçirir. Bunlar açıq və qapalı tipli olurlar.
İnvestisiya trast fondu
Investment trust fund
Qiymətli kağızların saxlayıcısı və əmanətçisi olan maliyyə-kredit müəssisəsidir. Bir qayda olaraq, xırda investorların qiymətli kağızlarının etimad əsasında birləşdirilməsi yolu ilə onların pul vəsaitlərini səfərbər etmək məqsədilə yaradılır.
İnvestisiya trastondu institusional investordur, yəni trastın təsisis çilərinin çoxsaylı qiymətli kağızlarını idarə edir. O, konyunk- tura bələd olduğuna görə qiymətli kağızlar müxtəlif şirkətlərin investisiya planlarına sərmayə qoyur. Bu cür sərmayə qoyuluşlarından yaranan gəlirlər və zərərlər tam həcmdə səhmdarların hesabına aid edilir və trast-fondun səhmlərinin bazar qiymətlərində öz əksini tapır. İnvestisiya trast-fondu ona etibar edilmiş kapitalın məhdud hissəsini (5%-dən 20%-ə qədər) səhmlər alınmasına sərf etmək hüququna malikdir.
Göstərilən əməliyyat növləri in- vestisiya trast-fondun müstəsna fəaliyyət növləridir, onun başqa fəaliyyət növləri ilə məşğul olması qadağan edilmişdir.
Bir qayda olaraq investisiya trast- fondu kreditoru olduğu şirkətin uzunmüddətli inkişaf perspektivlərinə təsir göstərmək və onun idarə olunmasına müdaxilə etmək imkanına malik olmur. Bu cür məhdudiyyətlər antitrest (antiinhisar) qanunvericilik tədbirləri qisminə aiddir.
Müasir dövrdə investisiya trast- fondu dividentlərin təkrar inves- tisiya proqramlarında fəal iştirak edirlər. Bu halda trast fondun təsisçiləri ilə əvvəlcədən əldə edilmiş razılaşmaya əsasən onun idarə heyəti kreditoru həmin trast fond olan şirkət tərəfindən ödənilən dividentlərin müqabilində əlavə səhmlər alır. Beləliklə, fondun etibar edilmiş kapitalı, yəni təsisçilərin mülkiyyəti artır. Xırda səhm saxlayıcılarının səhmlərinin idarə edilməsi ilə məşğul olan investisiya trast-fondu, xüsusən, ABŞ-da geniş yayılmışdır. ABŞ-ın maliyyə fondları arasında investisiya və pensiya trastları mühüm yer tutur. Bu fondlar Nyu-York fond birjasının iştirakçısı olan şirkətlərin səhmlərinin təqribən 50%-ə malikdirlər.
İnvestisiya
Investment
Mənfəət, və ya başqa bir formada sosial-iqtisadi səmərə əldə etmək məqsədi, pul vəsaitlərinin, qiymətli kağızların, əmlakın, intellektual mülkiyyətin, eləcə də digər maddi qiy mətlilərin biznes fəaliyyətinə cəlb edilməsi, yatırılması, qoyulması. Dəyərinin həcmindən asılı ol- mayaraq istənilən məbləğdə pul vəsaitinin, maliyyə alətinin, yaxud digər qiymətlilərin istehsala və ya müxtəlif biznes sahəsinə yönəldilməsi i. hesab olunur. İnvestisiya fəaliyyətinə başlamamışdan öncə investisiya layihəsinin qiymətləndirilməsi aparılır. İnvestisiya layihəsinin qiymətləndirilməsi maliyyə imkanlarının təhlili, investisiyanın sosial-iqtisadi effektivliyinin hesablanması, investisiya riskinin qiymətləndirilməsi, eləcə də investisiya layihəsinin digər üstünlük və çatışmazlıqlarının araşdırılmasını tələb edir. İnvestisiya prosesinin idarə edilməsi biznes fəaliyyətinə yönəldilən maliyyə vəsaitləri, eləcə də digər maddi qiymətlilərin hərəkətini tənzimləmək, onların iqtisadi-sosial səmərəyə çevrilən amilləri düzgün inkişaf etdirməkdən ibarətdir. İnvestisiya istər makro, istərsə də mikro səviyyədə iqtisadi artımın ilkin şərtidir.
İnvestor
Investor
Mənfəət əldə etmək məqsədi ilə şəxsi və ya cəlb etdiyi maddi qiymətliləri - pul vəsaitlərini, qiymətli kağızları, əmlakı, mülkiyyəti və s.-ni investisiya layihələrinə yönəldən hüquqi və ya fiziki şəxsdir. İnvestorlar investisiya qoyuluşundan mənfəət əldə etməklə yanaşı, bu və ya digər sahələrin investisiya ehtiyacını da qarşılayırlar və bununla da iqtisadi inkişafın təmin edilməsində mühüm rol oynayırlar. İnvestor investisiya qo- yuluşu riskini minimuma endirmək və yüksək gəlirliliyi təmin etmək maraqlarını rəhbər tutaraq qiymətli kağızlar alırlar. İnvestisiya layihələrini reallaşmasını büdcədən maliyyələşdirən dövlət, dövlətin subyektləri, peşəkar və institusional investorlar adlanan maliyyə-kredit idarələri də investor ola bilərlər. İnvestorlar, bir qayda olaraq vergi və digər güzəştlərdən istifadə edir.
Nisbətən yüksək risk dərəcəsi zamanı qiymətli kağızların yüksək gəlirliliyinə üstünlük verən investorlar aqressiv investorlar adlanır.
Öz ölkəsinin hüdudlarından kənarda investisiya yatmmı həyata ke çirən investorlar xarici investorlar adlanır. Xarici dövlət, xarici şirkət, xarici fiziki şəxs, beynəlxalq maliyyə-kredit institutu xarici investor kimi çıxış edə bilər. Xarici investorun investisiya fəaliyyəti kapital yatırımı həyata keçirdiyi ölkənin müvafiq qanunvericiliyi ilə tənzimlənir. Xarici investor xarici kapitalı ölkə iqtisadiyyatına gətirməklə yerli iqtisadi potensialı artırır ki, buna görə də dövlət adətən xarici investorların investisiya fəaliyyətinə müxtəlif səviyyələrdə stimullaşdırıcı siyasət, o cümlədən səmərəli vergi güzəştləri tətbiq edir.
Rəsmi olaraq qiymətli kağızın sahibi sayılan (qeydiyyata alınan), lakin faktiki olaraq ondan istifadə hüququna malik olmayan, yəni həmin maliyyə alətindən bilavasitə əldə etməyən investor nominal investor adlanır. Məsələn, bank öz adından qiymətli kağız cəlb edir, lakin onun istifadəçisi kimi müştəri çıxış edir. Burada bank nominal investora çevrilir.
İnzibatçı (administrator)
Administrator
1) Məhkəmənin qərarı və ya şəxsi razılaşma əsasında digər şəxsin əmlakını idarə etmək üçün təyin olunmuş şəxs.
2) Qanunvericiliyə görə müəyyən təşkilatlarda müəyyən vəzifələri tutan şəxslər. Məsələn, rəs mi qanunvericiliyə əsasən, bankın müşahidə şurasının, audit komitəsinin və idarə heyətinin üzvləri, habelə bankın baş mühasibi (mühasibat xidmətinin rəhbəri), daxili audit bölməsinin əməkdaşları, bank filialının, şöbəsinin və nümayəndəliyinin rəhbərləri və baş mühasibləri inzibatçı hesab olunurlar.
İpoteka (girov) təminatlı qiymətli kağızlar
Mortgage-backed security (MBS)
Təminatı ipotekaya (girova) əsas lanan qiymətli kağızlar.
Aktivlərlə təmin edilmiş istiqrazların bir növü olub daşınmaz əmlakın maliyyələşməsində istifadə olunur.
İpoteka (girov)
Hypothecation
Borca zəmanət kimi müəyyən aktivlərin, o cümlədən qiymətli kağızların girov qoyulması.
İpoteka bankı
Mortgage bank
Daşınmaz əmlakın girovu kimi uzunmüddətli ssudalar verən ixtisaslaşmış bank. Əsas xüsusiyyətləri aşağıdakılardan ibarətdir: ssudalara görə dərəcələr borc alınan maliyyə vəziyyətindən asılıdır; borcun vaxtında qaytarılmaması əmlakınitirilməsinə s əbəb olur; ipoteka krediti, ipotekaların yenidən satışı, müxtəlif texniki xidmətlərə ixtisaslaşan qeyri-depozit institutudur; investor tərəfindən yenidən satış üçün ipoteka mənbəyidir; daşınmaz əmlakın girovu ilə təmin olunan girov kağızı buraxır.
İpoteka bazarı
Mortgage market
Daşınmaz əmlakın girov qoyulması nəticəsində verilən ssuda kapitalı bazarının bir hissəsidir. Onlara dövlət və özəl maliyyə-kredit təşkilatları, sığorta şirkətləri, ssuda əmanət assosiasiyaları, ipoteka, kommersiya və əmanət bankları aiddir. Burada alət kimi ticarət- sənaye şirkətləri tərəfindən buraxılan ipoteka istiqrazları istifadə olunur. Bu istiqrazlar isə maliyyə- kredit institutları tərəfindən alınır.
İpoteka hüququ
Mortgage interests
Borclu əsas öhdəliyi icra etmədikdə, ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququdur.
İpoteka ilə təmin olunmuş istiqrazlar
Collateralized mortgage obligations (CMO)
Dəyəri və ödənişləri ipoteka borclarının girov qoyulması hesabına təmin olunan istiqraz. CMO-lar, adətən, onları formalaşdıran institutun balansında deyil, ayrıca fəaliyyət göstərir.
Bu istiqrazlar şirkətin, emitentin, müəyyən əmlakın zərərdən müdafiə üstünlüyünə malikdirlər. Şirkətin ləğvi zamanı bu cür istiqraz sahibləri başqa kreditorlar kimi girov aktivlərinə iddialı olurlar.
İpoteka istiqrazı
Mortgage bond
İpoteka girovu qoyulmuş istiqrazlar. İpoteka örtüyü ilə (ipoteka hovuzunun girov qoyulması ilə) təmin olunan istiqraz. Defolt halında istiqraz sahibləri örtüyə sahiblik hüququna malikdir və örtükdəki əmlakın satılması yolu ilə kompensasiya edilə bilərlər.
İpoteka kağızı
Mortgage deed
İpoteka hüququnu təsbit edən adlı qiymətli kağız.
İpoteka krediti
Mortgage credit
Əmlakın girov qoyulması əsasında verilən kreditdir. Kredit verənlərin mənafeyini təmin etmək məqsədilə girov qoyulmuş əmlakın, alınmış borc ödənilənə qədər, satılmasına qadağan qoyulur və bu haqda ipoteka kitabında qeydiyyat aparılır. Alınmış borc və onun faizi vaxtında ödənilməzsə, girov qoyulmuş əmlak üzərində mülkiyyət hüququ kreditora keçir.
İpoteka qoyan
Mortgagor
Ipoteka predmeti olan əşyanı girov qoyan şəxsdir. İpoteka qoyan həm borclu, həm də üçüncü şəxs ola bilər.
İpoteka müqaviləsi
Mortgage contract
Əsas öhdəliyin icrasının təmin edilməsi üçün ipoteka saxlayan və ipoteka qoyan arasında bağlanılan əqddir.
İpoteka portfeli (hovuzu)
Mortgage pool
Fərdi ipotekaların bir yerə toplanılması yolu ilə formalaşan hovuz. Adətən, ipoteka təminatlı qiymətli kağızların buraxılışı zamanı girov kimi istifadə olunur.
İpoteka saxlayan
Mortgagee
Ipoteka hüququ olan və ipoteka qoyanın digər kreditorlarına nisbətən üstün qaydada ipoteka predmeti hesabına əsas öhdəliyin icrasını tələb etmək hüququ olan şəxs, o cümlədən, ipoteka kağızının qanuni sahibidir.
İpoteka şəhadətnaməsi
Mortgage certificate
İpoteka şəhadətnaməsi qanuni sahibinə ipoteka müqaviləsində göstərilən, əmlakın ipotekası ilə təmin edilən başqa sübut və dəlillər təqdim etmədən pul və başqa öhdəliklərin mövcudluğunu və bu öhdəliklər üzrə icranın tələb edilməsi hüququnu və əmlakın ipotekası haqqında müqavilədə göstərilən girov hüququnu təsdiq edən adlı qiymətli kağız.
İrad məktubu
Deficiency letter
Qiymətli kağızlar üzrə tənzimləyici orqanın yeni buraxılış etməyə hazırlaşan emitentə təqdim etdiyi və qeydiyyata verilmiş emissiya prospektində müəyyən boşluq, yanlışlıq və çatışmamazlıqların olduğunu bildirən yazılı xəbərdarlıq məktubu.
ISE NATIONAL-100 indeksi
ISE NATIONAL-100
İstanbul Fond Birjası tərəfindən hesablanan indeksdir. Yalnız yerli şirkətləri əhatə edir (investisiya şirkətləri istisna olmaqla) və Türkiyə iqtisadiyyatının əsas göstəricilərindən biridir.
İstehlakçı (istehlak) qiymət indeksi (İQİ)
Consumer price index (CPI)
İstehlak mal və xidmətlərinin qiymət səviyyəsinin göstəricisi.
Müəyyən məhsul və xidmətlərdən yaradılmış sabit bazar səbətinin qiymətinin dəyişməsini göstərir. İndeksin faiz dəyişməsi inflyasiyanın göstəricisi kimi istifadə olunur.
İstehsalçı qiymət indeksi
Producerprice index (PPI)
İstehsalçıların satdıqları mal və xidmətləri üzrə qiymətlərin dəyişməsini göstərən indeks.
İstifadə (icra) etmək
Exercise
Opsion alıcısının opsion hü- ququndan istifadə etməsi. Opsion istifadə edildikdə opsion satıcısı alıcıya qarşı olan öhdəliyini yerinə yetirmək məcburiyyətindədir.
İstifadə (icra) qiyməti
Exercise price Exercise prise/ Strike price
Opsion istifadə olunduqda opsion alıcısının baza aktivini ala ("Koll" opsion olduqda) və ya sata ("Put" opsion olduqda) biləcəyi qiymət.
İstifadə (icra) qiyməti opsion kontraktının hazırlanması zamanı müəyyən olunur.
İstiqraz emissiyası müqaviləsi
Bond indenture
İstiqraz buraxılışı zamanı emitentin və investorların (alıcıların) hüquq və öhdəliklərini, o cümlədən buraxılan istiqrazın ödəniş tarixini, vaxtından əvvəl ödənilə bilmə imkanını, faiz dərəcəsini, faiz ödənişlərinin dövrülüyünü və digər bu kimi şərtləri əks etdirən yazılı razılaşma. Başqa sözlə, istiqraz buraxılışının bütün şərtlərini özündə əks etdirən müqavilə.
İstiqraz
Obligation (bond, loan securities)
Borc qiymətli kağızlarının bir növü olmaqla, sahibinin müəyyən olunmuş müddətdə emitentdən həmin kağızın nominal dəyərini (əmlak ekvivalentini) və nominaldan faiz və ya diskont şəklində təsbit olunmuş gəlir əldə etmək hüququna təminat verən sənəddir (müqavilədir). Faiz ödənişlərini nəzərdə tutmayan istiqraz faizsiz istiqraz hesab olunur.
Dövlət orqanları tərəfindən büdcə kəsirini örtmək üçün və səhmdar cəmiyyətlər tərəfindən kapital toplamaq məqsədilə buraxılır. Səhmlərdən fərqli olaraq istiqrazlarda onun ödənilməsi vaxtı göstərilir. Nəzəri baxımdan istiqrazlar adi səhmlərdən daha təhlükəsizdir. Çünki onlar təsbit olunmuş ödəniş müddətinə malikdir və səhmdara hər hansı ödəniş edilməzdən əvvəl qaytarılır (ödənilir). Lakin şirkət müflis olduqda, onun istiqraz sahibləri səhmdarları qədər itkiyə məruz qala bilərlər.
İstiqraz-barometr
Bellwether bond
Davranışı vasitəsilə istiqraz bazarını bütövlükdə istiqamətləndirmək və eyni zamanda, qiymətinə başqa istiqrazların qiymətlərinin istinad etməsi üçün nəzərdə tutulmuş dövlət istiqrazı.
İstiqrazların yuyulması
Bond washing
Faiz gəlirini kapital artımına çevirmək üçün kupon ödənişindən sonra istiqrazın lazımi faizlə satışı və yenidən satın alınması. Bəzi investorlar üçün bu vergidən yayınmağın bir yoludur.
İstismar xərcləri (cari xərclər)
Operating expenses
Şirkətin öz biznesini normal davam etdirməsi üçün zəruri olan işgüzar əməliyyatların yerinə yetirməsi nəticəsində məruz qaldığı xərclər. Şirkətin öz rəqibləri ilə rəqabət aparma qabiliyyətinə əhəmiyyətli dərəcədə təsir göstərmədən cari əməliyyat xərclərini mümkün qədər azaldılması menecment qarşısında duran əsas vəzifələrdən biridir.
İstisna etməklə
Ex
İstisna edilmiş, çıxılmış, deməkdir. Bunlara eks-kapitalaşma, eks-divident, eks-hüquqlar daxildir.
Eks, payların alıcısının cari kapitallaşma buraxılışını, cari dividentləri və ya cari səhmlərin emissiyalarını almamasını göstərir. Bu cum dividentin əksidir.
İzləyici səhm
Tracking stock (share)
Dividenti şirkətin müəyyən bölməsinin (və ya törəmə müəssisəsinin) fəaliyyətinin nəticəl ərinə bağlanmış adi və ya imtiyazlı səhm.
K
Kağız bareli
Paper barrel
Neft və ya neft məhsulları üzrə fyuçers, forvard və ya opsion müqaviləsidir.
Kambio
Cambio
Borc öhdəlikli maliyyə sənədi, veksel, istiqraz və s.
Kambist
Cambist
Veksellərlə əməliyyat aparan hüquqi və ya fiziki şəxs. Bəzi hallarda xarici valyutalarla əməliyyat aparan şəxslərə də bu ifadə şamil edilir.
Kapital (investisiya) qoyuluşlarının diversifikasiyası
Diversification of investments
İnvestisiyaların mümkün istiqamətlər üzrə şaxələndirilməsi. Bu zaman müəyyən bazar göstəriciləri nə əsaslanaraq müxtəlif maliyyə alətləri arasında investisiyanın yenidən bölgüsü də nəzərdə tutulur.
Kapital bazarı
Capital market
Uzunmüddətli maliyyə alətlərinin ticarətinin aparıldığı bazar sistemidir.
Kapital xərcləri
Capital expenditure
Uzun müddətli aktivin əldə edilməsi üçün çəkilən xərclər.
Kapital qoyuluşu üzərində nəzarət barədə qanunvericilik
Blue sky laws
İnvestorları dələduz və ya prinsipsiz sövdələşmələrə cəlb olunmaqdan qorumaq məqsədi ilə qiymətli kağızların satışını v ə qarşılıqlı fondların fəaliyyətini tənzimləyən qanunvericilik aktları və qaydalar toplusu.
Kapital zərəri
Capital loss
Qiymətli kağızların və ya ümumilikdə aktivlərin ilkin xərcindən aşağı qiymətə satılması və ya ötürülməsi nəticəsində yaranan zərər. Kapital artımından yaranan zərərlər aktivlər satılmayana qədər tanınmır.
Kapital
Capital
1) gəlir gətirmək qabiliyyəti olan hər şey və ya əmtəə xidmətlərin istehsalı üçün insanların yaratdığı resurslar; 2) istehsal vasitələri formasında hər hansı bir işə qoyulan f əaliyyətdə olan mənbə; 3) izafi dəyər, gətirən dəyər öz- özünə artan dəyərdir; 4) investorun, yaxud digər payçıların, şirkətin, müəssisənin aktivin də öhdəliklər çıxılmaqla, pul ifadəsində payı; 5) fiziki və hüquqi şəxsin xalis aktivlərinin məcmusu, yəni öhdəlikləri çıxılmaqla ümumi aktivlərin məcmusu; 6) əsas istehsal amilindən biri (əmək, torpaq, sahibkarlıq qabiliyyəti və kapital). Burada kapital anlayışı özündə maşın və avadanlıqları, istehsal binasını, eləcə də, pul və maliyyə aktivləri şəklində olan, istehsala qoyulmaqla onun bir amilinə çevrilən vəsaitlər nəzərdə tutur.
Kapitalın adekvatlıq əmsalları
Capital adequacy ratios
Birinci dərəcəli kapitalın və məcmu kapitalın ayrılıqda risk dərəcəsi üzrə ölçülmüş aktivlərə olan nisbəti.
Kapitalın adekvatlığı (kapitalın kafilik norması)
Capital adequacy
Maliyyə təşkilatları üçün müvafiq Nəzarət orqanı tərəfindən təsdiq edilən normativ. Maliyyə təşkilatının xüsusi vəsaitlərinin (kapitalının) kontragentlərin riski nəzərə alınmaqla təshih edilmiş aktivlərin ümumi məbləğinə nisbətinin yolverilən həddi kimi müəyyən edilir.
Kapitalın artımından gəlirlər
Capital gain
Qiymətli kağızların və ya ümumilikdə aktivlərin ilkin xərcindən yuxarı qiymətə satılması və ya ötürülməsi nəticəsində yaranan mənfəət. Kapital artımından yaranan gəlirlər aktivlər satılmayana qədər tanınmır.
Kapitalın hibrid elementləri
Hybrid elements of capital
Səhmlərin və borc öhdəliklərinin xüsusiyyətlərini özündə birləşdirən maliyyə alətləri, o cümlədən qeyri-umulyativ müddətsiz imtiyazlı səhmlər, kumulyativ müddətsiz imtiyazlı səhmlər, subordinasiya borc öhdəlikləri və ya oxşar digər qiymətli kağızlar.
Kapitalın orta çəkili dəyəri
Weighted average cost of capital (WACC)
Şirkətin kapital cəlb etməsi üçün buraxacağı qiymətli kağızların sahiblərinə ödəməli olduğu orta çəkili faiz dərəcəsi.
Kapitallaşma
Capitalization
1) izafi dəyərin, mənfəətin, gəlirin kapitala çevrilməsi, onun genişlənməsi üçün istifadə edilməsidir; 2) orta borc faizi kimi sahibkarlıq fəaliyyətindən gələn gəlir nəzərə alınmaqla müəssisənin dəyərinin qiymətləndirilməsi metodudur; 3) xalis cari dəyərə gələcək xalis mənfəətin əlavə edilməsi yolu ilə iqtisadi dəyərin qiymətləndirilməsi dir. 4) Şirkətin ümumi səhm kapitalının bazar dəyəridir. Səhmin bazar qiymətinin səhmlərin ümumi sayına hasili formasında hesablanır.
Kastodian
Custodian
Qiymətli kağızların cavabdehlik əsasında saxlanması və qorunması xidmətini göstərən hüquqi şəxs. Adətən, kastodian funksiyasını banklar, bəzi hallarda isə broker şirkətləri daşıyır.
Kerb
Kerb
Birja bağlandıqdan, alqı-satqı sessiyaları qurtardıqdan sonra aparılan ticarət əməliyyatları.
Kəmiyyət təhlili
Quantitative analysis
Maliyyə bazarlarında dəyişikliklərin mürəkkəb riyazi və statistik modellərdən istifadə edərək araşdırılması üçün maliyyə təhlili metodologiyası.
Kənar satış
Selling away
Broker şirkətinin işçisi tərəfindən müştərilərə öz şirkətlərində olmayan fond bazarı məhsullarının alınması üzrə məsləhətin verilməsidir. Bu cür praktika ağılsız və etik normalarına uyğun gəlməyən hərəkət kimi qiymətləndirilir.
Kənarlaşma
Deviation
Statistik ölçü aləti olmaqla hər hansı bir təsadüfi kəmiyyətin müəyyən bir qiymətinin həmin kəmiyyətin orta qiyməti kimi təsbit olunmuş qiymətdən nəqədər kənarlaşmasını göstərir. Maliyyə bazarlarının təhlillərində daha çox standart kənarlaşmadan istifadə olunur. Standart kənarlaşma təsadüfi kəmiyy ətin orta qiymətindən ortalama kənarlaşmasını səciyyələndirir və dispersiyadan kvadrat kök almaqla hesablanır. Dispersiyadan fərqli olaraq, təsadüfi kəmiyyətlə eyni tərtibli ölçüyə malik olur. Standart kənarlaşmadan təsadüfi gəlir gətirən investisiyaların riskliliyinin (standart kənarlaşmanın qiyməti nə qədər böyük olarsa, investisiyaların riskliliyinin də bir o qədər böyük olduğunu söyləmək olar) və maliyyə alətlərinin məzənnələrinin volatilliliyinin qiymətləndirilməsində geniş istifadə olunur.
“Kəpənək” spredi
Butterfly spread
İstifadə müddəti və istifadə qiyməti eyni olan "Koll" və "Put" opsionlarının satışı ("At The Money Straddle" şərti) və istifadə müddəti eyni, lakin istifadə qiyməti müxtəlif olan ("Koll" opsionunun istifadə qiymətinin "Put" opsionun istifadə qiymətindən yüksək olması nəzərdə tutulmaqla) "Koll" və "Put" opsionlarının alışı ("Out Of The Money Strangle" şərtilə) proseslərinin eyni vaxtda apaılmasını əhatə edən opsion strategiyasının tətbiqi zamanı yaranan spred. Opsionun əsaslandığı aktivlərin bazar dəyəri sabit qaldıqda potensial gəlir əldə etmək mümkündür və aktivlərin dəyərində ciddi dəyişiklik olduqda isə risklər minimum səviyyədə olur.
Kəsmə
Haircut
Qiymətli kağızlar üzrə REPO sazişində brokerin öz xidmət haqqını almaq üçün saxladığı əlavə vəsait.
Kiçik kapitallaşma
Small cap
Müəyyən bazarda kapitallaşma səviyyəsi nisbətən kiçik olan şirkət və ya belə şirkətin səhmləri.
Kiçik metallar
Minor metals
Kobalt, tantal, volfram, antimoni, civə və molibden kimi metallar.
“Kiu” planı
Keogh plan
Özlərinin gələcək pensiya təminatı üçün kiçik firmalar və fərdi əmək fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən yaradılan pensiya planı.
Klassik fond birjası
Classical stock exchange
Treyderlər arasında şifahi təlimatların mübadiləsi vasitəsilə ticarət aparılan birja. Ən iri klassik fond birjası - Nyu-York Fond birjasıdır. Bu cür birjalar dünyanın 60-dan çox ölkəsində fəaliyyət göstərir.
Klassik qiymətli kağızlar
Classic equity securities
Səhmdar cəmiyyətlər və dövlət tərəfindən buraxılan istiqrazlar və səhmlər.
Klauzula
Clausula
Hər hansı müqavilədə (xüsusilə, beynəlxalq müqavilələrdə və mövcud şəraitin dəyişməsi ehtimalı böyük olan hallarla bağlı müqavilələrdə, məsələn, sığorta müqaviləsində) edilən müəyyən qeyd-şərtlər və düzəlişlər. Bu qeyd-şərtlərə, əsasən, müqavilənin bağlandığı andakı vəziyyətin dəyişməməsi halında müqavilənin qüvvədə olması şərti, müəyyən hallar baş verdikdə müqavilə öhdəliklərindən azad olma şərtləri və bu kimi digər şərtlər aiddir.
Klirinq
Clearing
Öhdəliklərin qarşılıqlı əvəz edilməsi, ləğv edilməsi əsasında aparılan nağdsız hesablaşma sistemi. Bu zaman əmtəə və xidmətləri, qiymətli kağızları və s. aktivləri alan tərəf həmin məbləğ müqabilində satıcı tər əfin ona qarşı olan öhdəliyini ləğv edir. Beynəlxalq ticarət və ya maliyyə- kredit münasibətlərində dəyərin öhdəliklərin ləğvi ilə əvəz edilməsi, yaxud öhdəliklərin qarşılıqlı əvəz edilməsi əsasında hökumətlərarası razılaşmaya valyuta klirinqi deyilir.

  

Bölmə: İqtisadiyyat | Əlavə edildi: azerhero (21.01.2015) | Müəllif: R.C E W
Baxış: 823 | Reytinq: 5.0/1
Bütün rəylər: 0
omForm">
avatar

Kitablar — zamanın dalğaları ilə səyahət edən və nəsildən-nəslə öz qiymətli yükünü ehtiyatla aparan fikir gəmiləridir.

- Frensis Bekon

Son 90 gün ərzində kitab oxumamaqdan daha pisi kitab oxumadığına görə narahat olmamaqdır.

- Cim Ron

Kitabları yandırmaqdan daha pis şey onları oxumamaqdır.

- Rey Bredberi

Yaxşı kitab aysberqə oxşayır, onun yeddi-səkkiz hissəsi suyun altında gizlənib.

- Ernest Heminquey

Kitablarım mənə çatacaq qədər böyük bir krallıqdır.

- Shakespeare

Mən, kitablarımı yaratmadan əvvəl, kitablarım məni yaratdılar.

- Montaigne

Kitabsız yaşamaq; kor, kar, dilsiz yaşamaqdır.

- Seneca

Bu günün gərçək universiteti, bir kitabxanadır.

- Carlyle

Kitab, tək ölümsüzlükdür.

- Rufus Choate

Exlaqa uyğun ya da zidd kitab deyə bir şey yoxdur. Kitablar ya yaxşı yazılmışdır, ya da pis. Hamısı bu qədər!

- Oscar Wilde

Ümidlə açılıb qazancla bağlanan bir kitab, yaxşı bir kitabdır.

- Alcott

Kitablar, itmiş başların abidələridir.

- Sir William Dave

Kitablar, heç solmayacaq bitkilərdir.

- Herrick

Kitab heç aldatmayan bir yoldaşdır.

- Guilbert De Pixrecourt

Axmaqlarla oturub-durmaqdansa , kitabla tənha oturmaq yaxşıdır.

- Qasım bəy Zakir

İnsan güc ilə yox, mütaliə etməklə ağıllanır.

- C.Bruno

Az bildiyini başa düşmək üçün çoxlu oxumaq lazımdır.

- Mişel Monten

Kitablar özünüzə və başqalarına hörmət etməyi öyrədəcək, ürəyi və ağlı, dünya və insanlıq sevgisiylə dolduracaq.

- Maksim Gorki

Kitab həyatın ən uzaq və qaranlıq yollarında insana işıq bəxş edən əfsanəvi çıraqdır

- A.M.Upit

BAKI QIZLAR UNİVERSİTETİ
1992-ci ildə təsis edilən və həmin vaxtdan da fəaliyyətə başlayan Bakı Qızlar Universitetinin (əvəllər Bakı Ali Pedaqoji Qızlar Seminariyası adlanırdı) yaradılmasında məqsəd respublikada qadın pedaqoji kadrlar yetişdirmək, onların intellektual səviyyəsini yüksəltmək və gənc qızları ailə həyatına hazırlamaqdan ibarətdir. Hazırda universitetdə "Sosial pedaqoji” və "Filologiya-tarix” fakültələri fəaliyyət göstərir. "Sosial pedaqoji” fakültədə "Təhsildə sosial-psixoloji xidmət”, "Psixologiya”, "Coğrafiya müəllimliyi”, "ibtidai sinif müəllimliyi”, "Məktəbəqədər təlim və tərbiyə”, "Riyaziyyat və informatika müəllimliyi”, "Filologiya-tarix” fakültəsində isə "Xarici dil (ingilis) müəllimliyi”, "Azərbaycan dili və ədəbiyyat müəllimliyi”, "Tarix müəllimliyi”, "Jurnalistika” üzrə bakalavr, "İbtidai sinifdə tədrisin metodika və metodologiyası”, "Pedaqogika nəzəriyyəsi və tarixi”, "Azərbaycan ədəbiyyatı”, "Azərbaycan dili”, "Azərbaycanın yeni və ən yeni tarixi” sahəsində magistratura səviyyəsində kadr hazırlığı aparılır.
Bakı Qızlar Universiteti Nazirlər Kabinetinin 1996-cı il fevralın 21-də 21 saylı sərəncamı ilə dövlət qeydiyyata alınmışdır. 2013-cü ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin lisenziya komissiyası BQU-nun çoxilli fəaliyyətinin, onun yüksək maddi-texniki bazasının, infrostrukturunun, təlim-tərbiyə sisteminin Azərbaycan Respublikası təhsil Qanununa Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Ali təhsil Müəssisələrinin fəaliyyətinə xüsusi razılıq (lisenziya verilməsi haqqında qərarına, Azərbaycan Respublikası Təhsil Nazirliyinin sənədlərinə uyğn qurulduğunu, pedaqoji kadrların hazırlanmasında əldə olunmuş nailiyyətlərini nəzərə alaraq universitetin fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsini məqsədəuyğun hesab etmişdir. Eyni zamanda 2013-cü ildə universitet akreditasiyadan keçmişdir. Universitetdə müxtəlif fənnlər üzrə kabinetlər, dörd kopüter otağı, kitabxana, badii yaradıcılıq studiyası, tələbə elmi cəmiyyəti, Tələbə Gənclər təşkilatı, dörd dərnəklər, nəşriyyat, idman zalı, yeməkxana, kadrlar şöbəsi və mühasibatlıq fəaliyyət göstərir.
Learn more