Əsas » Məqalə » İqtisadiyyat

Maliyyə bazarları terminlərinin izahlı lüğəti-6
Klirinq bankı
Clearing bank
Fəaliyyəti öhdəliklərin qarşılıqlı əvəz edilməsi üzrə aparılan hesablaşma sistemi əsasında formalaşan kommersiya bankı. Klirinq bankı alıcı ilə satıcı arasında klirinq münasibətləri üzrə hesablaşma xidməti həyata keçirir.
Klirinq evi
Clearing house
Fyuçers və ya fond bazarlarında bağlanmış müqavilələrə əsasın da maliyyə əməliyyatları üzrə qarşılıqlı əvəzləmə və hesablaşma xidmətlərini göstərən və bu mü qavilələrin icrasına nəzarət edən maliyyə institutu. Klirinq evi birjanın bir qurumu kimi və ya müstəqil təşkilat kimi fəaliyyət göstərə bilər. Klirinq evi inzibati mərkəz kimi çıxış etməklə alıcı v ə satıcılar arasında müqavilə üzrə öhdəliklərin vaxtında və tam həcmdə yerinə yetirilməsinə kömək etməklə onların işini asanlaşdırır və risklərini azaltmış olur.
Klirinq fəaliyyəti
Clearing activity
Klirinq fəaliyyəti qiymətli kağızlarla əqdlər üzrə qarşılıqlı öhdəliklərin müəyyən edilməsi (məlumatların toplanması, yoxlanması, üzləşdirilməsi, mühasibat sənədlərinin hazırlanması), hesablaşmaların aparılması və öhdəliklərin qarşılıqlı icrasının təmin edilməsi üzrə peşəkar fəaliyyətdir.
Klirinq sistemi
Clearing system
Qiymətli kağızların alqı-satqısı üzrə hesablaşmalar aparılması, onlara sahiblik hüququnun ötürülməsi, onların saxlanması, çeklər üzrə hesablaşmalar kimi əməliyyatların həyata keçirilməsi məqsədilə bir qrup maliyyə təşkilatları tərəfindən yaradılan sistem.
Kollektiv iddia
Class action suit
Eyni tələb ilə çıxış edən bir qrupun adından bir və ya daha çox şəxs tərəfindən qaldırılan iddia. Məsələn, müəyyən məsələ ilə əlaqədar olaraq səhmdarların adından şirkətə qarşı irəli sürülən iddia.
Komissiya brokeri
Commission broker
Qiymətli kağızların və ya əmtəələrin satışı üçün əhalinin sifarişlərini yerinə yetirən agent.
Komissiya müqaviləsi
Contract of commission
Komissiya müqaviləsinə görə bir tərəf (komisyonçu) digər tərəfin (komitentin) tapşırığı ilə müəyyən haqq müqabilində öz adından, lakin komitentin hesabına bir və ya bir neçə əqd bağlamağı öhdəsinə götürür.Komisyonçunun üçüncü şəxs lə bağladığı əqd üzrə hüquqları, əqddə komitent adlandırılmış olduqda və ya əqdin icrası üzrə üçüncü şəxslə bilavasitə münasibətlərə girdikdə belə, komisyonçu əldə edir və komisyonçu mükəlləfiyyətli olur.
Komissiya
Commission
Komissiya - vasitəçiliyə, agent əməliyyatlarına və s. xidmətlərə görə razılaşma məbləği ilə birgə alınan ödənişdir Brokerlərin göstərdikləri xidmət mü qabilində aldıqları məbləğ.
Komissiyasız fond
No-load (no-load fund)
Səhmlərin komissiyasız və əlavə satış xərci olmadan satıldığı qarşılıqlı fond. Bunun səbəbi səhmlərin ikinci tərəfə keçmədən birbaşa olaraq investisiya şirkəti tərəfindən satılmasıdır. Bu səhmin alışı zamanı, onun satışı zamanı və ya "level load” kimi investorun səhmi saxladığı müddətdən asılı olaraq komissiyaların tutulduğu "load fund”un tərsidir.
Kommersiya sənədi (vərəqəsi)
Commercial paper
Korporasiya tərəfindən debitor borcların, mal-materialların və qısa müddətli öhdəliklərin maliyyələşdirilməsi məqsədi ilə buraxılan təminatsız qısa müddətli borc aləti.
Konqlomerat
Conglomerate
Konqlomerat (biznesin bir biri ilə əlaqəsi olmayan müxtəlif sahələrində fəaliyyət göstərən müx təlif şirkətlərə nəzarət edir (tənzimləyir)).
Konsali
Consaly
Böyük Britaniyada dövlət uzun- müddətli istiqrazların növlərindən birinin qısaldılmış adı.
Konsorsium
Consortium
Bu və ya digər sahədə ortaq maraqların birgə təmin edilməsi məqsədilə iqtisadi subyektlərin müvəqqəti rəsmi ittifaqı. Konsorsium ittifaq üzvlərinin arasında qarşılıqlı razılaşmalarla rəsmiləşdirilir və hər bir üzv qəbul olunan fəaliyyət prinsiplərinə tabe olmalıdır. Bank konsorsiumu - iri miqyaslı kredit, investisiya, zəmanət, yaxud digər bank əməliyyatlarının (adətən beynəlxalq maliyyə bazarlarında) həyata keçirilməsi məqsədilə bankların müvəqqəti birləşməsi, birgə fəaliyyəti. Çox zaman bank konsorsiumlarına konsorsiumun lideri kimi çıxış edən bir bank başçılıq edir. Maliyyə konsorsiumu - iri miqyaslı maliyyə əməliyyatlarının aparılması məqsədilə maliyyə institutlarının (banklar, investisiya institutları və s.) müvəqqəti birgə fəaliy yəti.
Kontanqo
Contango
1) Qiymətli kağızlar bazarında satın alınmış səhmlərin dəyərinin ödənişinin növbəti hesablaşma dövrünə qədər təxirə salınması imkanı; 2) Qiymətli kağızlar bazarında iştirakçı subyektlərin mükafatlandırılması. Bank hesabı.
Kontragent (tərəf-müqabil)
Counterpart (counteragent, cosignatory)
Müqavilə şərtlərinə görə üzərinə bila vasitə müəyyən öhdəliklər götürən hüquqi və ya fiziki şəxs.
Kontrakt ayı
Contract month
Fyuçers müqaviləsinin müddətinin sona yetmə və ya fyuçers müqaviləsi üzrə aktivin çatdırılma ayı.
Konvergensiya
Convergence
Baza aktivi üzrə fyuçers qiymətinin nağd qiymətə yaxınlaşması. Fyuçers kontraktının son günündə baza aktivinin fyuçers qiyməti ilə nağd qiyməti təqribən bərabərləşir.
Konversiya
Conversion
İqtisadi münasibətlərdə hər hansı razılaşma üzrə şərtlərin də- yişdirilməsi. Bu üsuldan maliyyə sahəsində də istifadə olunur: 1) Dövlət borcu münasibətləri zamanı kredit şərtlərinin, o cümlədən borc faizinin və ya borc müddətinin dəyişdirilməsi. Borc faizlərinin dəyişdirilməsi möhkəmləndirmə, faizlərin dəyişdirilməsi isə əvəzetmə adlanır; 2) Səhmdar cəmiyyət tərəfindən tədavülə buraxılan istiqraz vərəqələrinin müəyyən olunmuş dəyər nisbəti əsasında həmin müəssisənin səhmləri ilə dəyişdirilməsi, əvəzləşdirilməsi; 3) İmtiyazlı səhmlərin adi səhmlərlə əvəzləşdirilməsi; 4) Eyni bazar dəyərinə malik iki müxtəlif müəssisələrin səhmlərinin dəyi şdirilməsi; 5) Satıcı opsionunun alıcı opsionuna çevrilməsi; 6) Cari valyuta məzənnəsi ilə bir valyutanın digəri ilə mübadilə edilməsi.
Konvertasiya (konversiya) əmsalı
Conversion ratio (conversion rate)
Bir imtiyazlı səhmə və ya istiqraza konvertə olunan adi səhmlərin sayı.
Korner
Korner
Bazar iştirakçısı tərəfindən bazarda mövcud vəziyyətə nəzarət etmək, lazımi şəraitdə qiymət səviyyəsini öz maraqlarına uyğun səviyyədə qaldırmaq, bununla da mənfəət əldə etmək məqsədilə təklif olunan bütün müvafiq malları, aktivlərin alınması cəhdi. Bu ifadə daha çox qiymətli kağızlar bazarına aid olunur. Bu halda qiymətli kağızlar bazarında maliyyə aktivi almaq istəyən şəxslər, adətən forvard kontraktları bağlamış və onları yerinə yetirmək üçün müəyyən sayda qiymətli kağız almalı olan fond iştirakçıları daha yüksək qiymət ödəməyə məcbur olurlar. Bu vəziyyət adətən fond bazarında inhi sarçılıq kimi də adlanır.
Korporasiya
Corporation
Payçılıq prinsipi əsasında fəaliyyət göstərən hüquqi şəxs statusuna malik sahibkarlıq fəaliyyəti üzrə təşkilat forması.Korporasiya həm dövlət, həm də özəl mülkiyyətə malik ola bilər. Maliyyə bazarında vasitəçilik fəaliyyəti ilə məşğul olan, yaxud başlıca fəaliyyəti maliyyə münasibətlərindən ibarət olan müəssisə, təşkilat maliyyə korporasiya adlanır. Beynəlxalq səviyyədə korporasiyaya misal kimi Beynəlxalq Maliyyə Korporasiyasını (BMK) göstərmək olar. BMK üzv ölkələrin sənaye sahələrinə investisiya qoyuluşunu stimullaşdırmaq, eləcə də həmin ölkələrdə özəl sektoru möhkəmləndirmək və genişləndirmək məqsədilə 1956-cı ildə Dünya Bankı Qrupuna daxil olan Beynəlxalq Yenidənqurma və İnkişaf Bankının filialı kimi yaradılan beynəlxalq maliyyə-kredit institutudur. BYİB-in əsas fəaliyyətindən fərqli olaraq, BMK üzv ölkələrə yönəltdiyi kreditlər üçün hökumət zəmanəti tələb etmir, beləcə bütün kredit riskini öz üzərinə götürür. BMK-nın BYİB-dən daha bir fərqi ondadır ki, bu maliyyə qurumunun kreditləşdirdiyi sahələr içərisində sənaye əsas yer tutur. Bu maliyyə institutu tərəfindən təqdim olunan kreditlərin orta müddəti 7-8 il, maksimal müddəti isə 15 ildir. Hazırda 170-dən çox ölkə bu qurumun üzvlüyünə daxildir. BMK BYİB ilə vahid rəhbərlik altında birləşməmişdir.
Korporativ səhmlər
Corporate stocks
1) Şirkətlər tərəfindən buraxılan səhmlər. 2) Kommunal xidmətlərdən istifadə hüququna dair şəhadətnamə (istiqrazlar). Kommunal xidmətlərə görə gələcək ödənişlərin əvvəlcədən yığılması məqsədilə müvafiq təşkilatlar tərəfindən buraxılır.
Kotirovka olunan valyuta
Quoted currency
Foreksdə valyuta cütlüyündə kotirovka olunan ikinci valyuta. Birbaşa kotirovkada kotirovka olunan valyuta xarici valyutadır. Dolayı kotirovkada isə kotirovka olunan valyuta daxili valyutadır. Həmçinin "ikinci dərəcəli valyuta" və ya "əks valyuta" kimi də tanınır.
Kotirovka
Quotation (quota)
Birjada faktiki vəziyyətdən asılı olaraq, qanunvericilik normaları daxilində məhsul, xidmət, qiymətli kağızlar və valyutaların qiymətlərinin/məzənnələrinin müəyyən edilməsi. Məsələn, səhmin bazar qiymətinin müəyyən edilməsi üçün fond birjasında satıcı və alıaların qiymət təkliflərinin qarşılaşdırılması səhmin kotirovkası adlanır.
Kotirovkada olan səhm
Listed stock
Fond birjalarında listinqindən keçərək birjada ticarət edilən səhm. Şirkətlər adətən səhmlərinin yüksək likvidliyini təmin etmək üçün əsas birjalarda listinqdən keçməy ə çalışırlar. Listinq qaydalarına əməl etməyən şirkətlərin səhmləri listinqdən çıxarılır.
Kotirovkaya əsaslanan
Quote driven
Alış və satış həcmlərinin və onlara uyğun maksimum qiymət hədlərinin təklif olunması əsasında qeydiyyatdan keçmiş market meykerlər və iri dilerlər tərəfindən qiymətlərin müəyyən olunduğu bazar. Başqa sözlə, belə bazarda qiymətlər qeydiyyatdan keçmiş market meykerlər və iri dilerlərin təşkil etdiyi kotirovka əsasında müəyyən olunur.
Köçürmə (transfer) agenti
Transfer agent
1) Emitentin tapşırığı ilə onun qiymətli kağızlarının qeydiyyatının aparılması, qiymətli kağızların sertifikatlarının buraxılması və ödənilməsi, itmiş və məhv olmuş sertifikatlarla əlaqədar problemlərin tənzimlənməsi və qiymətli kağızlara mülkiyyət hüququnun keçməsi ilə əlaqədar digər işləri yerinə yetirən bank və ya digər şəxs; 2) Şirkət və ya qarşılıqlı-ümumi fond tərəfindən onun qiymətli kağız larının və onların sahiblərinin qeydiyyatının aparılması məqsəd ilə işə götürülmüş şəxs.
Köhnə buraxılış
Off-the-run issue
Periodik emissiya olunan qiymətli kağızın (əsasən, istiqraz) keçmiş (ən son buraxılış olmayan) seriyası. Adətən, likvidliyi daha aşağı olduğu üçün son buraxılmış seriyaya nəzərən diskontla satılır.
Köhnəlmə (qiymətdən düşmə, dəyər itirmə)
Depreciation
1) Zaman keçdikcə və istifadə olunduqca aktivlərin fiziki və ya mənəvi köhnəlməsi və bunun nəticəsində dəyərini itirməsi (bax: amortizasiya); 2) Açıq bazarda tələb və təklif ar asında yaranan nisbətin təsiri nəticəsində valyutanın, əmtəənin, maliyyə alətlərinin və digər qiymətlilərin dəyərini itirməsi.
Köməkçi menecer
Co-manager
Qiymətli kağızların bazara təklif olunması zamanı anderraytinqdə iştirak edən anderrayter şirkətlərdən biri aparıcı, digərləri isə köməkçi me necer olur.
Köpürdülmüş (fırıldaqçı) müəssisə (“sabun köpüyü”, qondarma müəssisə)
Bubble
1) Uğursuz, baş tutmamış maliyyə əməliyyatı; 2) Müflis olmuş müəssisə; 3) Maliyyə fırıldaqları aparmaq məqsədi ilə yaradılan qondarma müəssisə.
Kredit (borc) marjası
Lending margin
Banka cəlb olunmuş vəsaitlərin dəyəri və verilmiş kreditlərdən daxil olan gəlirlər arasındakı fərq.
Kredit dayağı
Leverage
İnvestisiyanın gəlirliyini artırmaq məqsədilə borcdan istifadə olunması. Leverec adi maliyyə borcundan başqa törəmə qiymətli kağızlar, qiymətli kağızların marja ilə ticarəti və başqa formalarda ola bilər. Leverec gəlirliyi artırmaqla yanaşı, investisiyanın riskini də artırır.
Kredit derivativləri
Credit derivatives
Bir və ya bir neçə kredit müqaviləsi üzrə kreditlərin riskdən müdafiəsi məqsədilə istifadə olunan törəmə maliyyə aləti. Bu alət debitorun kredit riskini ümumi bazar riskindən ayırmaq üçün yaradılmışdır. İstiqrazın alıcısı istiqrazın debitor defoltu riskini qarşılamaq üçün kredit derivativini alır. Kredit derivativinin satıcısı defolta qarşı effektiv sığorta siyasətini həyata keçirir. Kredit derivativləri xəzinə istiqrazının gəlirlilik fərqinin qəfil genişlənməsinə, qiymət diskontunun dərinləşməsinə, iflasa, müflisləşməyə və defolta qarşı mühafizəni təmin edə bilir.
Kredit dəyəri
Loan value
Borc verənin borc alana vermək istədiyi maksimum kredit məbləği.
Kredit ittifaqı
Credit union
Kredit ittifaqı mənafe ümumiliyi əsasında könüllü birləşən fiziki şəxslərin və (və ya) kiçik sahibkarlıq subyekti olan hüquqi şəxslərin sərbəst pul vəsaitlərini cəmləşdirmək yolu ilə özlərinin qarşılıqlı kreditləşdirilməsi üçün yaratdıqları bank olmayan kredit təşkilatı. Kredit ittifaqında top lanan pul vəsaitləri üzvlərinin təsərrüfat və sosial ehtiyaclarının ödənilməsi üçün qısa və uzun müddətli kreditlər verilməsinə sərf olunur. Kredit ittifaqı öz əmlakına malikdir, öz adından əmlak və qeyri-əmlak hüquqları əldə edə bilər, məhkəmədə iddiaçı və cavabdeh ola bilər.
Kredit qıtlığı (sıxıntısı)
Credit squeeze (crunch)
Pul təchizatının tələblə ayaqlaşmaması faizlərin qalxmasına və borclanmanın kəskinləşməsinə gətirib çıxarır ki, bu da kreditin məhdudlaşdırılmasının baş verməsinə səbəb olur.
Kredit nəzarəti
Credit watch
Kredit reytinqi agentliyi tərəfindən elanlarda istifadə olunan bu termin onu göstərir ki, agentlik adı çəkilən borc götürənin müəyyən məsələlərlə əlaqədar olaraq (məsələn, həmin borc götürən üçün arzuolunmaz hadisənin baş verməsi) kredit reytinqini artırmaq və ya azaltmaq istiqamətində yenidən nəzərdən keçirməyə başlamışdır.
Kredit reytinqi
Credit rating
Borclunun (fərd, şirkət və ya dövlət) borcunu geri ödəmə qabiliyyətini ölçən mexanizm. Daha yüksək reytinqə malik şirkətlər daha ucuz borcalma qabiliyyətinə malikdirlər. Şirkət və dövlətlərə kredit reytinqi verən əsas şirkətlər Moody's, Standart&Poors və Fitch Ratings şirkətləridir.
Kredit riski
Credit risk
Borclunun borc müqabilində ödəniş edə bilməməsi və ya likvidasiya riski. Kredit riski borc alan şəx sin ümumi ödəmə qabiliyyəti əsasında hesablanır. Kredit riski artdıqca investorların borc müqabilində tələb etdikləri gəlir faizi də artır.
Kredit zərəri ehtiyatı
Loan loss provisions
Borc götürənlər tərəfindən kreditin ödənə bilinməməsi nəticəsində yarana biləcək zərərin qarşısını almaq məqsədi ilə xüsusi ehtiyat hesabında saxlanan vəsait. Vəsaitin ölçüsü verilmiş kreditlərin həcmindən asılıdır və özündə kredit portfelindən müəyyən faiz saxlayır. Ehtiyat vəsaiti kredit zərərini bağlamaq üzrə faktiki bank təcrübəsi, potensial kredit zərəri üzrə rəhbərliyin gözləntiləri və həmçinin gözlənilən iqtisadi şərtlər kimi faktorlar əsasında cari gəlirlərdən tutulmalar he sabına formalaşır.
Kredit
Credit
Pul və ya natural formada verilən borc. Pulun meydana gəlməsindən sonra kredit münasibətlərinin ya- ranması iqtisadi münasibətlər sisteminin daha da inkişafına səbəb olmuşdur. Bəşəriyyətin bütün dövrlərində maliyyə resursları iqtisadi subyektlər arasında qeyri-bərabər bölünmüşdür. Belə ki, bir qisim insanların, müəssisələrin və ya dövlətin sərəncamında sərbəst vəsait toplanır, digər subyektlər isə bu vəsaitlərin qıtlığı ilə qarşılaşır. Kredit münasibətləri bu iki qütb arasında körpü rolunu oynayaraq, sərbəst pul vəsaitlərinin, eləcə mal və xidmətlərin bölgüsünü həyata keçirir. Kredit münasibətlərində yaranan bu bölgü kreditin əsas prinsiplərinə uyğun olaraq müvəqqəti xarakter daşıyır. Kredit adət ən qaytarmaqlıq, müddətlilik, təminatlılıq və ödəniclilik şərti ilə verilir. Lakin, həmin şərtlərin hər hansı biri təmin edilmədiyi halda da kredit münasibətləri yarana bilər. Məs, faizsiz kreditdə ödənclilik, girovsuz kreditdə təminatlılıq, davamlı (əbədi) kreditdə müddətlilik şərti mövcud olmur. Sərbəst resurslara malik kreditorlar onların borc alanlara müvəqqəti verilməsi vasitəsilə əlavə pul vəsaitini əldə etməyə nail olurlar. Kreditdən ən iri müəssisə və birliklər ilə yanaşı, xırda istehsalçılar və tacirlər; dövlət və hökumət ilə yanaşı, müxtəlif vətəndaşlar da geniş istifadə edirlər. Müddətinə görə kreditlər 3 qrupa bölünür: qısamüddətli (1 ilə qəd ər); ortamüddətli (1 ildən 5 ilə qədər); uzunmüddətli (5 ildən yuxarı). Kredit münasibətləri müxtəlif əlamətlərinə görə təsnifləşdirilir və bu nun əsasında kredit aşağıdakı növləri fərqləndirilir: dövlət krediti, bank krediti, vətəndaş krediti, bey nəlxalq kredit, portfel krediti, kommersiya krediti, vergi krediti, ipoteka krediti və s. Bundan əlavə, mühasibat uçotu hesabının sağ tərəfi də kredit termini ilə ifadə olunur.
Kreditin ümumi dəyəri
Total amount of credit
Kreditin "qeyd olunmuş dəyər"i ilə bu kredit üzrə bütün hesablanıb alınmamış faizlər, komissiyon haqları və digər ödənişlər daxil olmaqla ödənilməmiş məbləğlərin cəmidir.
Krek-spred (“neft-neft məhsulları” spredi)
Crack spread
Əmtəə bazarında xam neft fyuçersləri ilə, neft məhsulları fyuçerslərinin (benzin və s.) qiymətləri arasında fərq. Neft məhsulları emal edən şirkətlər hedcinq üçün istifadə edirlər.
Kross-listinq (ikitərəfli listinq)
Cross-listing (dual listing)
Şirkətin qiymətli kağızlarının iki və ya daha çox birjada listinqdə olması. Bu kimi hal müvafiq qiymətli kağızların likvidliyini artırmaqla yanaşı, investorlara qiymətli kağızlarla ticarəti bir neçə məkanda, o cümlədən xarici ölkələrdə də həyata keçirmək üçün əlavə imkanlar yaradır. Nəzərə alınmalıdır ki, digər ölkələrin birjalarında listinqində olmaq üçün şirkət həmin ölkələrin qanunvericiliyində nəzərdə tutulmuş və müvafiq birjalar tərəfindən qoyulmuş tələblərə cavab verməlidir.
Kumulyativ (toplanan) illik artım tempi
Compound annual growth rate (CAGR)
Müəyyən vaxt ərzində investisiyanın dəyərinin və ya gəlirin həcminin orta illik artım sürətini xarakterizə edən göstərici.
Kumulyativ imtiyazlı səhmlər
Cumulative preference shares (Cumulative preferred stocks)
Emissiya şərtlərinə görə, vəsait çatışmazlığı halında dividentləri toplanan və sonrakı dövrlərdə qeyri-kumulyativ müddətsiz imtiyazlı və adi səhmlərin di vi dentləri ödənilməzdən əvvəl ödənilən, habelə emitentə dividentlərin ödənilməsi vaxtının müəyyən müddətə təxirə salma hüququ verən imtiyazlı səhmlər.
Kumulyativ səsvermə
Cumulative voting
Şirkətin direktorlarının seçilməsində istifadə olunan səsvermə metodlardan biri olub hər bir səhmdarın hər səhmə görə seçiləcək direktorların sayı qədər səsi olduğunu göstərir. Məsələn, 3 direktorun seçiləcəyi halda, 100 səhmi olan səhmdar 300 səsə malik olur. Bu səhmdarlara imkan verir ki, bütün səslərini bir şəx sə versinlər.
Kumulyativ
Cumulative
İmtiyazlı səhmlərə və istiqrazlara görə keçmiş dövrlər üzrə hesablanmış, lakin ödənilməmiş divident və faiz məbləğlərinin toplanması.
Kupon
Coupon
İstiqraz üzrə ödənilən faiz. İstiqra zın nominalının faizi formasında ifadə olunur. Məsələn, nominal dəyəri 1000 manat, illik kupon faizi 5% olan istiqraz ildə 50 manat gəlir gətirir.
Kupon gəliri
Coupon yield
İstiqrazlarda və digər borc alətlərində illik faiz məbləğinin qiymətli kağızın nominal dəyərinə nisbətidir.
Kuponların ayrılması
Coupon stripping
İstiqrazlarınəsas məbləğlərindən kuponlarının ayrılması yolu ilə onların kuponsuz istiqraza çevrilməsi və həmin istiqrazların və onların kuponlarının müstəqil qiymətli kağızlar kimi ayrılıqda satılması.
Kuponlu istiqraz
Coupon bond
Kupon ödəyən borc qiymətli kağızları (istiqraz). Kuponlar adətən il də bir və ya iki dəfə ödənilir. İstiqrazın kupon ödəmələri onun nominal dəyərindən hesablanır. Məsələn, nominal dəyəri 1000 manat, illik kupon faizi 5% olan istiqrazın illik kupon ödəməsi 50 manat dır.
Küçə adı Street name Bu termin investorun sahibi olduğu qiymətli kağızlarının onun öz adına deyil, broker firması, bank və ya bu kimi digər nominal saxlayıcının (sahibin) adına qeydiyyata alındığı halı göstərir.
Küçə ticarəti (qara bazar, qeyri-rəsmi birja)
Kerb market
Rəsmi birjalardan kənarda ticarət əməliyyatlarının aparıldığı yer.
Kvantos
Quanto
Forvard valyuta müqaviləsi üzrə opsionun bir növü. Bu zaman müqavilənin məbləği məzənnənin dəyişməsindən asılı olaraq dəyişir və opsion mükafatı isə forvard məzənnəsinə daxil olur.
Kvazi pul
Quasi-money (near money)
Qanuni ödəniş vasitəsi kimi is- tifadə oluna bilinməyən, yalnız maliyyə öhdəliklərinin icrası üçün is tifadə oluna bilən yüksək likvidli maliyyə aktivləri. Kvazi pulun təyin edilməsi üzrə müxtəlif metodologiyalar mövcuddur. Əksər beynəlxalq maliyyə institutlarının metodologiyalarına görə bankın müddətli və yığım hesabları, eləcə də daha likvid xarakterə malik maliyyə alətləri kvazi pul hesab olunur. Kvazi pul ölkədə tədavüldə olan pul kütləsinin əsas hissəsini təşkil edir.
Konosament
Bill of lading (letter of consignment)
Sahibinə yüklənmiş mallar üzərində mülkiyyət hüququ verən qiymətli kağız. Dəniz nəqliyyatı üzrə yükdaşımalarda konosament gəmi kapitanı, onun köməkçisi və ya gəmi yükdaşımaları üzrə şirkət tərəfindən imzalanır və malların nəql olunmaq məqsədilə qəbul edildiyini, təyinat yerinə çatdırılacağını, eləcə də yükdaşıma üzrə digər şərtləri təsdiq edir.
Q
Qabaqlayıcı sövdələşmə
Front running
Bazar sui-istifadələrinin bir növüdür. Mənfəət əldə etmək məqsədi ilə müvafiq əmtəələr üzrə potensial böyük sövdələşməyə dair elan olunmamış məlumat əsasında opsion müqavilələrinin bağlanması. Qabaqlayıcı opsion sövdələşməsi opsion bazarında potensial sövdələşm ənin yerinə yetirilməsi qiyməti müəyyənləşdikdə bağlanır.
Qabarıqlıq (konveksiya)
Convexity
Kuponlu istiqrazın qiymətinin faiz dərəcələrinin dəyişməsinə olan həssaslığının göstəricisi.
Qabarıqlıq yüksək olduqda, istiqrazın qiyməti faiz dərəcələrinin dəyişməsinə daha az həssas olur. Riskin idarəolunması aləti kimi istifadə olunur və istiqrazlar portfelinin bazar riskinin dəyərləndirilmə- sinə kömək edir.
Qabarma
Bulge
Bazarda qiymətlərin qəfil qalxmasını izah etmək üçün istifadə edilən jarqon termindir.
Qamma
Gamma
Baza aktivinin bir vahid dəyişməsi nəticəsində bu aktiv üzrə opsionun deltasının nə qədər dəyişəcəyini göstərən əmsal.
Qanuni siyahı
Legal list
Əmanət bankları və trast fondları üçün qanuni investisiya qoyuluşlarının siyahısı.
Qapalı fond (qapalı tipli fond)
Closed end fund (closed-end fund)
Müəyyən olunmuş sayda səhm buraxan, başqa sözlə, xüsusi kapitalını təsbit edən investisiya fondu. Belə fondların səhmləri fond birjasında dövriyyəyə buraxıla bilər. Səhmlərin qiyməti tələb və təklif əsasında müəyyən edilir.
Qapalı səhmdar cəmiyyəti
Close corporation
Səhmləri yalnız onun təsisçiləri arasında və ya qabaqcadan müəyyənləşdirilmiş digər şəxslər dairəsin də yayılan səhmdar cəmiyyət.
Qapalı yerləşdirmə
Closed distribution (private placement)
Qiymətli kağızların əvvəlcədən müəyyənləşdirilmiş məhdud investorlar dairəsinə birbaşa təklifi(satışı). Başqa sözlə, qiymətli kağızların hər kəsə açıq şəkildə deyil, az sayda investora satılması.
Adətən, qapalı yerləşdirmə institusional investorlar (bank, qarşılıqlı- ümumi fond, sığorta şirkəti, pensiya fondu və s.) arasında apanlır.
Qapanış məzənnəsi (son məzənnə)
Closing rate
Balans hesabatı tarixinə spot mübadilə məzənnəsidir.
“Qara cəngavər”
Black knight
Müəyyən şirkətin udulması haqqında həmin şirkətin özü üçün arzuolunmaz təkliflə çıxış edən hüquqi və ya fiziki şəxs.
Qarşılıqlı /müştərək/ümumi fond
Mutual fund/Unit trust
İnvestorlardan vəsait cəlb edib səhm, istiqraz və digər qiymətli kağızlara investisiya edən kollektiv investisiya fondu. Fond menecer tərəfindən idarə olunur və gəlir və ya xərclər adətən ilin sonunda investorlar arasında paylanılır. Qarşılıqlı fond qapalı və açıq tipli ola bilər. Digər səhmlər kimi, qapalı tipli fondların səhmləri açıq bazarda alınıb və ya satıla bilərlər. Bu cür fondlar investorlar tər əfindən yeni yerləşdirilən kapitalı qəbul etmirlər və ancaq əldə edilən gəliri portfelə yenidən investisiya edirlər. Açıq tipli fondlar yeni şəxsi səhmlərini investorlara satırlar, keçmiş səhmlərini yenidən almağa hazırdırlar və fond birjasında listinqə düşmürlər. Tələb artdıqca daha çox səhmlər buraxılır.
Qarşılıqlı əvəzlənə bilən
Fungible
Bu termin bir alətin digəri ilə eyni xüsusiyyətlərə malik olduğunu və digəri ilə əvəz oluna bilindiyini təsvir etmək üçün istifadə olunur. Məsələn, yeni buraxılan istiqrazın əvvəl buraxılan mövcud istiqrazla qarşılıqlı əvəzlənə bilən olması üçün onun qiymətindən başqa digər bütün xüsusiyyətləri möv cud istiqrazın xüsusiyyətləri ilə eyni olmalıdır. Əgər istiqraz qarşılıqlı əvəzlənə biləndirsə, bu eyni xüsusiyyətlərə malik mövcud istiqraza mübadilə edilə bilər.
Qarşılıqlı kredit fondu
Mutual loan fund
Bax: Qarşılıqlı fond.
Qarşılıqlı-ümumi fond əlavəsi
Load
Qarşılıqlı-ümumi fondların səhmlərinin alınmasına və ya satılmasına görə alınan ticarət əlavəsidir.
Qarşı-veksel (əks-iddia, rekambio)
Cross-bill (recambio)
1) Veksel üzrə ödəniş etmiş şəxs tərəfindən veksel üzrə öhdəlik daşıyan digər subyektlərə protest elan etməklə ona faizlər, cərimələr və çəkdiyi digər xərclərlə birlikdə ödədiyi məbləğin qaytarılması ilə bağlı irəli sürülən rəsmi tələb (əks- iddia), yaxud bu tələbə görə təqdim olunan qarşı-veksel adlanan rəsmi sənəd;
2) Veksel üzrə öhdəliyin vaxtında yerinə yetirilməməsinə görə tətbiq edilən cərimə;
3) Bank tərəfindən inkasso yolu ilə qəbul etdiyi veksele protest edilməsi ilə əlaqədar çəkdiyi xərclərin ödənilməsi üzrə müştəriy ə təqdim olunan hesab.
Qeydiyyat kitabı (jurnalı)
Blotter
Birjada baş verən hadisələr və həyata keçirilən əməliyyatlar üzrə ilkin məlumatların qeyd olunduğu kitab (jurnal). Sonradan bu məlumatlar sistemləşdirilir və təhlil olunur.
Qeydiyyat aparan (qeydçi)
Book runner
Yeni buraxılmış qiymətli kağızların yerləşdirilməsi ilə əlaqədar bütün əməliyyatların qeydiyyatına cavabdeh olan anderrayter. Qeydiyyat aparan şirkət başqalarını yazılışa abunə olmağa dəvət etmək və qiymətli kağızları abunəçilərə paylamaq kimi vəzifələri də həyata keçirir.
Qeydiyyat ərizəsi
Registration statement
Yeni buraxılışa hazırlıq zamanı şirkət tərəfindən Qiymətli kağızlar üzrə tənzimləyici quruma göndərilən sənəd. Bu sənəddə emitent şirkət, borclanmanın məqsədi və şərtləri haqqında məlumatlar əks olunur.
Qeydiyyat tarixi
Record date
1) Emitentin növbəti dividentləri almaq hüququ olan səhm saxlayıcılarının və qeydiyyatda olan səhm sahiblərinin siyahısını tərtib etmək üçün təyin etdiyi gün;
2) Səhmdarların ümumi iclasında səs vermə və yeni buraxılışa yazılış məqsədilə səhm saxlayıcılarının qeydiyyatdan keçməsi üçün təyin edilmiş son tarix.
Qeydiyyata alınmış market- meyker (bazar iştirakçısı)
Registered competitive market maker
Mövcud qaydalara uyğun olaraq, birjada rəsmi qeydiyyatdan keçmiş market-meyker (bazar iştirakçısı).
Qeydiyyata alınmış nümayəndə
Registered representative
İnvestisiya şirkətinin müştərilərə investisiya barədə məsləhətlər vermək səlahiyyəti olan əməkdaşı.
Qeyri-diskresion hesab
Nondiscretionary account
Brokerin müştərisinin tam ixtiyarında olan hesab; bu halda, müştəri apardığı əməliyyatlara görə bir- başa özü məsuliyyət daşıyır.
Qeyri-işlək kredit
Non-performing loan
Faizinin hesablanması dayandırılmış, yaxud əsas məbləğinin və ya faizinin ödənişi müqavilədə nəzərdə tutulmuş müddətlərdən 90 gün və ya daha çox gecikdirilmiş, faizi kapitallaşdırılmış və ya yeni kredit kimi rəsmiləşdirilmiş, yaxud faizinin ödəniş müddəti uzadılmış kreditlər, habelə faizinin ödəniş müddəti 90 gün və ya daha çox gecikdirilmiş overdraftlar.
Qeyri-işlək kreditin məbləği
Non-performing loan amount
Ödənilməmiş faiz məbləği istisna olmaqla kreditin əsas məbləğinin ödənilməmiş qalığı.
Qeyri-kumulyativ imtiyazlı səhmlər
Noncumulative preference share
Emissiya şərtlərində geri alınma tarixi olmayan, sahibinin tələbi ilə ödənilməyən, ona gələcəkdə bu hüquqları verməy ən, emitentə s əhm sahiblərinə dividentlərin verilməməsi barədə qərar qəbul etmək hüququ verən, habelə səhm sahiblərinə əvvəlki ödənilməmiş dividentlər üzrə ödənişlərin alınmasını tələb etmək hüququnu verməyən imtiyazlı səhmlər. Emissiya şərtlərində dividentlərinin məbləği bazar şəraitindən və emitentin maliyyə vəziyyətindən asılı olaraq dəyişilməsi nəzərdə tutulursa, bu səhmlər qeyri—kumulyativ müddətsiz imtiyazlı səhmlərə aid edilmir.
Qeyri-kumulyativ
Noncumulative
Sahibinə ödənilməmiş və ya ötürülmüş (buraxılmış) dividentə görə heç bir haqq ödəməyən imtiyazlı səhmin bir növüdür. Əgər şirkət dividentləri verilən ildə ödəməmək qərarına gələrsə, gələcəkdə investorun həmin imtina olunmuş dividentlərin heç birini tələb etmək hüququ yoxdur.
Qeyri-likvid
Illiquid
Aktivin nəğd pula asanlıqla dəyişdirilə və ya satıla bilməməsi.
Qeyri-maddi aktivlər
Intangible assets
Maddi ifadəsi olmayan, lakin sahibinə gəlir gətirə bilən aktivlər. Məsələn: qudvil (firmanın işgüzar reputasiyası), rəqabət üstünlükləri, ticarət nişanı, icarə müqavilələri, françayzları, patent və müəlliflik hüququ kimi aktivlər.
Qeyri-məhdud məsuliyyət
Unlimited liability
Müəssisədə sahibin itkilərinin üzərinə heç bir məhdudiyyət qoyulmaması halı. Qanunvericilikdə sahiblər və ya səhmdarların itkilərinin sərmayə olaraq qoyduqları kapitalla məhdudlaşdırıldığı məhdud məsuliyyət anlayışının mənaca əksidir.
Qeyri-normal əqd Odd lot 100 səhmdən az sayda qiymətli kağız üzrə əqdlərin bağlanması.
Fond birjasında hər hansı qiymətli kağız üzrə qəbul olunmuş standard əqdlərin sayından az sayda əqdlərin bağlanması.
Qeyri-rezident bank
Non-resident bank
Bir ölkənin ərazisindən kənarında yerləşməklə xarici dövlətlərin qanunvericiliyinə uyğun olaraq bank və ya digər kredit təşkilatı olan qeyri-rezident - hüquqi şəxsdir.
Qeyri-rezidentlər
Non-residents
1) Müəyyən ölkəyə münasibətdə onun hüdudlarından kənarda daimi yaşayış yeri olan, o cümlədən bu ölkədə müvəqqəti qalan fiziki şəxslər;
2) Müəyyən ölkəyə münasibətdə xarici dövlətlərin qanunvericiliyinə müvafiq surətdə yaradılmış və bu öl kənin hüdudlarından kənarda yerləşən hüquqi şəxslər və hüquqi şəxs olmayan müəssisə və təşkilatlar;
3) Ölkədə yerləşən xarici diplomatik və digər rəsmi nümayəndəliklər, habelə beynəl xalq təşkilatlar, onların nümayəndəlikləri və filialları;
4) Müəyyən ölkəyə münasibətdə qeyri-rezidentlərin bu ölkəd ə yerləşən filialları və nümayəndəlikləri (büro və agentlikləri).
Qeyri-rəqabətli sifariş
Noncompetitive bid
İlkin yerləşdirmənin orta çəkili qiyməti ilə sifarişdə göstərilən pul vəsaiti məbləğində qiymətli kağızların alqı-satqısı müqaviləsinin bağlanması barədə investorun emitentə etdiyi təklifdir.
Qeyri-subordinasiya borc öhdəlikləri
Non-subordinated debenture
Qanunla müəyyən olunmuş qay dada və növbəliliklə subordinasi ya borc öhdəliklərindən əvvəl ödənilən cəlb edilmiş borclar (məsələn, banklararası kreditlər).
Qəbul edən (adresat)
Addressat (addressee)
Hər hansı göndərişi, o c ümlədən maliyyə və pul sənədini qəbul edən (alan) tərəf.
Qəbz
Quittance (receipt)
Pulun, sənədin, habelə digər qiy mət lilərin qəbul edilməsini, təhvil alınmasını təsdiq edən sənəd.
Qərəzli təklif
Hostile bid
Şirkətə başqa bir şirkət və ya şəxs tərəfindən edilən və idarə heyəti tərəfindən dəstəklənməyən qərəzli alış təklifi.
Qəti alış
Outright purchase
Tam alış qiymətinin nəğd ödənməsi.
Qısa hedc
Short hedge
Gələcəkdə satılacaq əmtəə və ya qiymətli kağızın qiymətinin düşməsinə qarşı sığortalanmaq məqsədilə bu əmtəə və ya qiymətli kağızlar üzrə törəmə alətlərin satışı.
Qısa marja hesabı
Short margin account
"Qısa" satışlara cəlb olunan investorların onlardan tələb olunan marj a depozitlərini qoyduqları hesab.
Qısa mövqe
Short position
1) Qiymətli kağızların qiymətinin düşəc əyini guman edərək bu qiymətli kağızların borca götürülərək satılması.
2) Opsion və fyuçers kontekstində baza aktivinin gələcəkdə müəyyən qiymətə satılması.
Qısa ödəmə (bağlama)
Short covering (short cover)
Öncədən borca götürülərək satılmış qiymətli kağızların geri qaytarılması üçün bazardan alınması.
Qısa ticarət pozisiyasını bağlamaq üçün əvvəllər satılmış istiqrazın və ya aktivin geriyə alınması. "Ayı" bağlaması adı ilə də məşhurdur.
Qısa satış
Short sale
İnvestorun sahib olmadığı və ya borca aldığı qiymətli kağızın satışı. Bu proses müəyyən qiymətli kağızların qiymətinin düşəcəyini güman edərək bu qiymətli kağızları borca götürülərək satılması və qiymət düşdükdən sonra isə satış qiymətindən daha ucuz alaraq sahibinə qaytarılması. Borca alınmış qiymətli kağızı yüksək qiymətə sataraq sonradan onu ucuz qiymətə geri almaqla gəlir əldə olunur.
Qısamüddətli borclanma
Short-term borrowing
Borc alanın 12 ay ərzində geri ödəməli olduğu borc (kredit).
Qısamüddətli istiqraz
Short term bonds
Dövriyyə müddəti 1 ilədək olan istiqrazlar.
Qismən ödəmə
Paydown
Ödənilməmiş kredit balansına görə edilmiş qismən ödəniş.
Qismən təminatlı kredit
Partly secured credit
Bazar dəyəri kreditin ödənilməmiş məbləğindən aşağı olan girovla və ya digər təminatla təmin edilmiş kreditdir.
Qiymət göstəriciləri (indiqatorları)
Price indicators
Texniki analizdə istifadə olunan qiymət göstəriciləri. Bunlara satış həcmləri, təklifin və tələbin dəyişməsi və s. bu kimi göstəricilər aid- dir.
Qiymət uçurumu
Gap
Birja qiymətlərinin kəskin şəkildə artımı və azalması. Bu halda gün ərzində qiymət səviyyəsi o qədər artmış olur ki, minimum qiymət səviyyəsi ötən birja gününün qeydə alınmış maksimum qiymət səviyyəsini geridə qoyur və əksinə, gün ərzində maksimum qiymət səviyyəsi ötən gün qeydə alınmış minimum qiymət səviyyəsindən daha çox azalmaya məruz qalır.
Qiymətin minimal dəyişikliyi
Tick
Maliyyə alətinin qiymətində baş verməsi mümkün olan minimal dəyişiklik. Qiymətin minimal dəyişikliyi müvafiq alətin gəlirliliyinin və faiz dərəcələrinin faiz bəndinin 1/100-ni təşkil edir.
Qiymətləndirmə (qiymətqoyma)
Evaluation
Qiymətləndirmə, qiymətqoyma. Əmlakın, məhsulun və digər qiymətlilərin dəyərinin müəyyən edilməsi.
Qiymətlərlə manipulyasiyav
Price manipulation
Qiymətli kağızlar bazarında qiymətlərlə manipulyasiya qiymətli kağızlar bazarının stabilliyinin pozulmasına səbəb ola bilən, qiymətli kağızlar bazarının iştirakçılarının qiymətli kağızlarla əqdlər üzrə qiymətli kağızların bazar qiymətinin hər hansı bir üsulla əvvəlcədən razılaşdırılmış, qəsdən edilmiş əməllər ilə süni olaraq dəyişdirilməsidir.
Qiymətli kağızın dövlət qeydiyyat nömrəsi
State registration number of security
Müvafiq dövlət orqanı tərəfindən emissiya qiymətli kağızlarının konkret buraxılışının eyniləşdirilməsi məqsədilə verilən kod. Bu kod müvafiq qanunvericiliyə uyğun olaraq tərtib olunur və dövlət reyestrinə daxil edilir.
Qiymətli kağızın həqiqi sahibi
Beneficial owner
1) Qiymətli kağızın verdiyi hüquqlardan faydalanan şəxs;
2) Qiymətli kağızlara dair müəyyən əməliyyat qərarlarının təsdiqinə birbaşa və ya dolayısı ilə səs vermək və ya təsir göstərmək gücünə malik olan hər hansı bir şəxs və ya şəxslərdən ibarət qrup.
Qiymətli kağızın sertifikatı
Scrip
Müvafiq qanunvericiliyə uyğun olaraq, bilavasitə emitent tərəfindən, yaxud emitentin sifarişi əsasında müvafiq depozitar tərəfindən buraxılan və qiymətli kağızların sertifikatda göstərilən sayına bütün hüquqları təsdiqləyən maliyyə sənədi. Bu sertifikat əsasında qiymətli kağızın sahibi, o cümlədən investor emitentin öhdəliklərini yerinə yetirməsini tələb etmək hüququna malikdir.
Qiymətli kağızlar bazarı (fond bazarı)
Securities market (stock market)
Qiymətli kağızlar bazarı qiymətli kağızların emissiyası, buraxılması, tədavülü, ödənilməsi, sahibliyi, saxlanılması, onlarla əqdlərin bağlanması, digər əməliyyatların aparılması üzrə subyektlər arasında olan hü quqi və iqtisadi münasibətlərin məcmusudur.
Qiymətli kağızlar bazarının peşəkar iştirakçıları
Professional market participants
Qiymətli kağızlar bazarında xüsusi razılıq (lisenziya) əsasında sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və ya fiziki şəxslər.
Qiymətli Kağızlar üzrə İnvestorların Müdafiəsi Şirkəti
Securities Investor Protection Corporation
Brokerin müflisləşməsi vaxtı müştərilərin pul və qiymətli kağızlarının itirilməsinin qabağını almaq üçün dövlətin təminatına əsaslanan şirkətdir. İnvestorlara ödənil ən kompensasiyanın məbləği məhduddur. Kompensasiya fondu birja üzvlərinin və digər fond bazarı iştirakçılarının ödədikləri üzvlük haqqından formalaşır.
Qiymətli Kağızlar üzrə Komissiyaların Beynəlxalq Təşkilatı
International Organization of Securities Commissions (IOSCO)
Qiymətli kağızlar bazarının tənzimləyicilərinin beynəlxalq təşkilatı. Təşkilatın əsas məqsədi qiymətli kağızlar bazarlarının ədalətli, səmərəli və şəffaf fəaliyyətini təmin edən beynəlxalq standartların müəyyənləşdirilməsi və onlara riayət edilməsinə nəzarət edilməsi sistemlərinin qurulmasıdır.
Qiymətli Kağızlar üzrə Milli Klirinq Şirkəti
National Clearing Corporation
ABŞ-ın Qiymətli kağızlar üzrə dilerlərin milli assosiasiyası tərəfindən yaradılmış klirinq şirkəti. Bu şirkət öz üzvləri arasında qiymətli kağızlar üzrə bütün klirinq əməliyyatlarını aparır.
Qiymətli kağızların buraxılışı
Issue of securities
Qiymətli kağızların buraxılışı emitentin qiymətli kağızların bir növünə aid olan və eyni dövlət qeydiyyat nömrəsi olan qiymətli kağızlarının toplusudur.
Qiymətli kağızların emissiyası
Paper issue
Emitentin qiymətli kağızların emissiyası haqqında qərarının qəbu- lundan başlayaraq, qanunvericiliyə uyğun olaraq, emissiya prospektinin tərtibi, qiymətli kağızların buraxılışı, yertəşdirilməsi və digər tədbirlərin məcmusu.
Qiymətli kağızların gözləniləndən daha az satınalınması
Undersubscribed
Yeni qiymətli kağızın investorlar tərəfindən tam alınmaması.
Qiymətli kağızların listinqi
Listing of securities
Fond birjasının şərtlərinə və tələblərinə uyğun gələn qiymətli kağız ların kotirovka vərəqəsinə daxil olma prosedurası.
Qiymətli kağızların tədavülü
Circulation of securities
Qiymətli kağızların yerləşdirilməsindən sonra onlarla mülki-hüquqi əqdlərinbağlanması nəticəsində mülkiyyət hüquqlarının keçməsi və qeydiyyatı prosesidir.
Qiymətli kağızların yerləşdirilməsi
Distribution of securities
Qiymətli kağızların yerləşdirilməsi emitentin qiymətli kağızlarının ilk sahiblərinə özgəninkiləşdiril məsidir.
Qiymətli metallar
Precious metals
İstənilən şəkildə, vəziyyətdə, o cümlədən külçə və affinaj olunmuş (saflaşdırılmış, təmizlənmiş halda), habelə xammalda, xəlitəl ərdə, yarım- fabrikatlarda, sənaye məhsullarında, kimyəvi birləşmələrdə, zərgərlik və digər məişət məmulatlarında, sikkələrdə, qırıntılarda, istehsal və məişət tullantılarında olan qızıl, gümüş, platin və platin qrupu metalları (palladium, iridium, osmium, rodium və rutenium).
Qiymət-mənfəət nisbəti
Price-to-earnings ratio (P/E ratio, PE ratio, PER)
Şirkətin səhminin cari qiymətinin hər səhmə düşən xalis mənfəətə nisb əti.
Məsələn, əgər 10 min səhmə malik şirkətin səhmi hazırda 10 manata tədavül olunursa və son ildə xalis mənfəət 5 min manata bərabərdisə, P/E nisbətini aşağıdakı qaydada tapmaq olar:
Hər səhmə düşən xalis mənfəət = 10 000/5 000 = 2
P/E = 10 / 2 = 5.
Qızılın qiymətinin müəyyənləşdirilməsi
Gold fix
Qızıl külçəsinin, qızıl məmulatlarının və qızıl tərkibli məhsulların dəyərini formalaşdırmaq üçün dilerlər tərəfindən qızılın qiymətinin təyin edilməsidir. Qızılın qiyməti dün yanın bütün qızıl mərkəzlərində gündə iki dəfə təyin edilir.
Qlobal depozitar qəbzləri (QDQ)
Global depositary receipts (GDR)
Xarici şirkətlərin bir neçə s əhmini təmsil edən və müxtəlif ölkələrdəki banklar tərəfindən buraxılan sertifikat. QDQ yerli səhmlər kimi ticarət olunur, lakin müxtəlif bank nümayəndəlikləri vasitəsilə qlobal satış üçün təklif olunur. QDQ-lərlə ticarət həm şirkət, həm də investorlar üçün administrativ və ticarət xərclərini azaltmağa kömək edir.
Qlobal səhm təklifi
Global share offering
Səhmlərin eyni zamanda bir neçə ölkənin bazarında yerləşdirilməsi.
Qonorant Payer for honor (payer for honour) Vekselin üzərində imzası ilə təsdiq etməklə veksel məbləğinin ödənişinə zəmanət verən şəxs.
Qonorat
Referee in case of need
Vekseli təqdim etməklə qonorantın zəmanəti əsasında borc əldə edən şəxs.
“Qoruyucu”
Circuit breaker
Birjada səhmlərin qiymətlərinin gözlənilməz və kəskin dəyişməsinin qarşısının alınması üçün tətbiq edilən nəzarət mexanizmidir. Belə hal larda nəzarətdən çıxmış bazarın çökməsinin qarşısını almaq üçün ticarətin müvəqqəti dayandırılması, gün ərzində qiymətlərin dəyişməsinin müəyyən limitlər (aşağı və yuxarı hədlər) qoyulmaqla məhdudlaşdırılması və s. bu kimi tədbirlərdən istifadə olunur.
Qudvil
Goodwillcc
Firmanın işgüzar reputasiyası və ya onun bazar qiyməti ilə balans dəyərinin fərqi.
Qüvvəyə minmə günü
Effective date
Səhmlərin qiymətli kağızlar üzrə tənzimləyici orqanın icazə si ilə alqı-satqısına başlanıldığı gün.
L
Ləğv etmə mükafatı
Liquidation premium
Ləğv olunmuş müəssisənin borc ları, səhmdar kapitalı üzrə ödənişləri və digər ödəmələri həyata keçirildikdən sonra sərəncamında qalan vəsaitlərin məcmusu. Bu halda müvafiq qanunvericilik əsasında, adətən, həmin qalıq vəsaiti müəssisənin sahibləri arasında bölüşdürülür.
Ləğv etmə
Liquidation
1) Ləğv etmə, fəaliyyətini dayandırma və s.;
2) Müqavilə müddətinin sona çatması, müqavilə üzrə münasibətlərin başa çatdırılması;
3) Əsas istehsal fondların reallaşdırılması;
4) Məhkəmə qərarları əsasında, yaxud idarə heyətinin və ya təsisçilərin razılığı (öncədən və ya sonradan) ilə müəssisənin, təşkilatın fəaliyyətinin tam şəkildə dayandırılması, ləğv edilməsi. Dövlət mülkiyyətində olan müəssisənin likvidasiyası üzrə qərar əsas etibarilə yüksək müvafiq dövlət orqanı tərəfindən verilir.
Ləğv olunma dəyəri
Liquidating value (liquidation value, residual value, salvage value)
Ləğv etmədən sonra əsas vəsaitlərin və digər aktivlərin satışından əldə olunan dəyər.
Likvid aktiv
Liquid asset (available asset, quick asset)
Ehtiyac yarandığı zaman sərbəst və rahat şəkildə nağd pul vəsaitinə çevrilən, reallaşdırıla bilən vəsait, aktiv. Pul özlüyündə likvid aktiv hesab olunur.
Likvidant
Liquidante
Hər hansı borc alan subyektə qarşı özünün borc tələbini ləğv edən kreditor.
Likvidat
Liquidate
Xeyrinə hər hansı borc tələbi ləğv olunan, qüvvədən düşmüş hesab olunan borc alan, yaxud borclu subyekt. L. likvidantın qarşı subektidir.
Likvidator
Liquidator (receiver)
1) Sığorta münasibətləri zamanı sığorta halları üzrə dəymiş zərərin səbəblərini həcmini ölçən şəxs, sığorta şirkətinin ixtisaslaşmış işçisi;
2) Bu və ya digər iqtisadi münasibət zamanı hər hansı ləğvetmə prosesini həyata keçirməklə, rəsmiləşdirməklə bağlı müəyyənləşdirilmiş (adətən məhkəmə tərəfindən təyin olunmuş) hüquqi və ya fiziki şəxs.
Likvid qiymətli kağızlar
Liquidity securities
1) İnvestor tərəfindən sahibi olduğu qiymətli kağızları (səhmləri, istiqrazları və s.) əldə etdiyindən daha yüksək dəyərə, yəni mənfəət əldə etməklə reallaşdıra bilməsi im kanları, qabiliyyəti. Başqa sözlə, qiymətli kağızların likvidliyi onlara bazar tələbinin yüksək olmasını ifadə edir;
2) istənilən növ qiymətli kağızın nağd pul vəsaitinə çevrilə bilinməsi imkanları, qabiliyyəti. Bu zaman gəlirliyin təmin olunması şərti tələb olunmur.
Likvidlik riski
Liquidity risk
1) Hər hansı şirkətin və ya maliyyə qurumunun öhdəliklərini vaxtında qarşılaması üçün lazımi miqdarda likvid vəsaitlərə sahib olmaması ehtimalı ilə şərtlənən risk. Məsələn, bankın depozit sahibləri və ya kreditorların tələblərini vaxtında və lazımi dərəcədə qarşılaya biləcək maliyyə vəsaitinə (adətən, nağd pul) sahib olmaması riski;
2) İnvestisiyanın müddəti bitənədək investisiya olunmuş vəsaitlərin ciddi itkiyə yol verməd ən qaytarılmasının mümkün olmaması ehtimalı;
3) qiymətli kağızların təkrar bazarda müvafiq qiymətə satılmasının mümkün olmaması ehtimalı.
Likvidlik tələsi
Liquidity trap
Dövriyyədəki likvid formada pul kütləsinin həcminin artması, uç ot faiz dərəcələrinin isə adekvat dəyişməməsi ilə müşayiət olunan vəziyyət. Belə olan halda insanlar pullarını banklarda saxlamaqda maraqlı olmurlar və yığımlar investisiyaya çevrilmir.
Likvidlik
Liquidity
1) Şirkətin, bankın və ya ölkənin öhdəliklərini vaxtında yerinə yetirə bilməsi qabiliyyəti;
2) Bazarın ticarətin yüksək fəallığı, müxtəlif maliyyə alətlərinin, alıcı və satıcıların çoxluğu ilə xarakterizə olunan vəziyyəti.
LİMEAN
London Interbank Median Average Rate (LIMEAN)
London banklararası kredit bazarında şərti faiz hesablaşma dərəcəsi. LİMEAN bu bazar üzrə hesablanan digər faiz dərəcələri olan LİBİD və LİBOR göstəricilərinin orta kəmiyyəti kimi müəyyən olunur.
Limit (sərhəd, hədd)
Limit
Hədd, sərhəd, məhdudiyyət, norma vəbukimibir sırasinonimləri olan bu termin maliyyə bazarlarında, əsasən, hər hansı bir kəmiyyətə müəyyən məhdudiyyətlər qoyulmasını ifadə edir. Bu baxımdan, aşağıdakıları misal gətirmək olar: Broker limiti - fond bazarında investorun, müştərinin öz brokerinə bazarda əməliyyat aparmaqla bağlı müəyyənləşdirdiyi ən yüksək və ən aşağı qiymət səviyyəsi. Bu limit brokerə investorun sahib olduğu maliyyə alətləri ilə, bir qayda olaraq, həmin qiymət aralığında alqı- satqı əməliyyatları aparmağa imkan verir.
Valyuta əməliyyatları limiti banka hər hansı xarici valyutada əməliyyat aparmaqla bağlı müəyyənləşdirilmiş hədd. Bu hədd xaricində əməliyyat qeydə alındıqda bank müvafiq institutlar tərəfindən sanksiya və cərimələrə məruz qala bilər.
Dövlət borcunun limiti - (i) Bir maliyyə ili ərzində dövlətin daxili və xarici iqtisadi subyektlərdən cəlb etdiyi borc vəsaitlərinin həcminin müvafiq hökumət orqanı tərəfindən müəyyənləşdirilən yuxarı həddi. Beləliklə, həm daxili, həm də xarici dövlət borcunun limiti ayrı-ayrılıqda müəyyənləşdirilir. Hökumətin müvafiq maliyyə orqanı tərəfindən bilavasitə özünün istifadəsi, yaxud öz adından cəlb edərək istifadəçiyə ötürmək məqsədilə və ya dövlət zəmanəti əsasında alınan kreditlərin həcmi həmin limiti aşa bilməz. (ii) Dövlətin faktiki borc öhdəliklərinin əsas makro-iqtisadi göstəricilərə nis bətinin limitləşdirilməsi. Bu halda dövlət borcu limiti bilavasitə dövlətin iqtisadi təhlükəsizliyinin təmin olunmasına xidmət edir. Müxtəlif iqtisadi nəzəriyyələrdə dövlət borcu limiti ilə bağlı fərqli yanaşmalar mövcuddur. Hal-hazırda aparıcı beynəlxalq maliyyə institutları (BVF, DB və s.) tərəfindən tövsiyə olunan normalara əsasən xarici dövlət borcunun limiti hesabat ilində ÜDM-nin 40%-i, əmtəə v ə xidmətlər ixraanın 250%-i, xarici dövlət borcunun ödənişləri üzrə xərclərin məbləği ixracın 25%-i həcminə qədər qənaətbəxş hesab olunur.
Kredit limiti - bir qrup ölkələrdə bankın yerləşdirdiyi kredit vəsaitləri ilə bağlı hədd, limit. Bu limitə görə adətən hər hansı müştəri bankın şəxsi vəsaitlərinin 10%-dən çox həcmdə kredit vəsaiti əldə edə bilməz.
Listinq
Listing
1) Fond birjasına təklif edilən qiymətli kağızların birja ekspertləri tərəfindən keyfiyyət göstəricilərinə və etibarlılıq səviyyəsinə görə qiymətləndirilməsi;
2) Səhmdar cəmiyyətin səhmlərinin birjada kotirovka olunan səhmlərin siyahısına daxil edilməsi.
Listinq tələbləri
Listing requirements
Fond birjalarında səhmlərin yerləşdirilməsi üçün listinqindən keçmə standartları və tələbləri. Hər bir fond birjasının öz listinq tələbləri var. Məsələn, bu tələblər siyahısında səhmdarların sayını, dövriyyədə olan səhmlərin sayını göstərmək olar.
Listinq üçün məlumatlar
Listing particulars
Fond birjasında listinqdən keçmək üçün iddiaçı şirkətin özü haqqında hazırlamalı və yaymalı olduğu ətraflı məlumatlar. Buraya şirkətin fəaliyyətinin əsas məqamları, malik olduğu aktivlərin dəyəri, səhmlərinin və səhmdarlarının sayı, gəlirləri və s. bu kimi məlumatlar aiddir. Adətən, bu məlumatlar emissiya prospektində əks olunur.
Listinqdən keçməmiş səhm
Unlisted stock
Listinq tələblərinə cavab vermədi yinə görə fond birjasında ticarət olunmayan səhm.
Lodinq
Loading
Bank tərəfindən banka təqdim olu nan borc öhdəlikli qiymətli kağızların (əsasən, köçürmə veksellərin) riskrilik səviyyəsi nəz ər ə alınmaqla, faiz və aksept ödənişlərindən əlavə haqq alınması.
London Banklararası Depozit Bazarında Alış Faiz Dərəcəsi (LİBİD)
London Interbank Bid Rate (LIBID)
London banklararası depozit bazarında bankların bir-birindən depozi tə (kreditə) götürdüyü vəsaitlərə tətbiq olunan faiz dərəcəsidir. Bu faiz dərəcəsi LİBOR- la sıx əlaqəli olsa da (LİBİD = Lİ- BOR - 0,25%), adət ən, ondan baza faiz dərəcəsi kimi istifadə olunmur.
London Banklararası Təklif üzrə Faiz Dərəcəsi (LIBOR)
London Interbank Offered Rate (LIBOR)
London banklararası bazarında bankların borclanma faizi. LİBOR qısamüddətli kreditlər üzrə faiz dərəcəsinin müəyyənləşdirilməsi üçün dünyada ən çox istifadə olunan faiz dərəcəsidir.
Lot
Lot
Ticarət sövdələşməsi həcmini xarakterizə edən minimum ölçü vahididir. Ticarət həcmi hər zaman tam lot ölçüsü ilə xarakterizə edilir.
LÜKSİBOR
Luxembourg Interbank Offered Rate (LUXIBOR)
Lüksemburq pul bazarında banklararası depozit təklifinin orta dərəcəsi.

  

Bölmə: İqtisadiyyat | Əlavə edildi: azerhero (21.01.2015) | Müəllif: R.C E W
Baxış: 452 | Reytinq: 5.0/1
Bütün rəylər: 0
avatar

Kitablar — zamanın dalğaları ilə səyahət edən və nəsildən-nəslə öz qiymətli yükünü ehtiyatla aparan fikir gəmiləridir.

- Frensis Bekon

Son 90 gün ərzində kitab oxumamaqdan daha pisi kitab oxumadığına görə narahat olmamaqdır.

- Cim Ron

Kitabları yandırmaqdan daha pis şey onları oxumamaqdır.

- Rey Bredberi

Yaxşı kitab aysberqə oxşayır, onun yeddi-səkkiz hissəsi suyun altında gizlənib.

- Ernest Heminquey

Kitablarım mənə çatacaq qədər böyük bir krallıqdır.

- Shakespeare

Mən, kitablarımı yaratmadan əvvəl, kitablarım məni yaratdılar.

- Montaigne

Kitabsız yaşamaq; kor, kar, dilsiz yaşamaqdır.

- Seneca

Bu günün gərçək universiteti, bir kitabxanadır.

- Carlyle

Kitab, tək ölümsüzlükdür.

- Rufus Choate

Exlaqa uyğun ya da zidd kitab deyə bir şey yoxdur. Kitablar ya yaxşı yazılmışdır, ya da pis. Hamısı bu qədər!

- Oscar Wilde

Ümidlə açılıb qazancla bağlanan bir kitab, yaxşı bir kitabdır.

- Alcott

Kitablar, itmiş başların abidələridir.

- Sir William Dave

Kitablar, heç solmayacaq bitkilərdir.

- Herrick

Kitab heç aldatmayan bir yoldaşdır.

- Guilbert De Pixrecourt

Axmaqlarla oturub-durmaqdansa , kitabla tənha oturmaq yaxşıdır.

- Qasım bəy Zakir

İnsan güc ilə yox, mütaliə etməklə ağıllanır.

- C.Bruno

Az bildiyini başa düşmək üçün çoxlu oxumaq lazımdır.

- Mişel Monten

Kitablar özünüzə və başqalarına hörmət etməyi öyrədəcək, ürəyi və ağlı, dünya və insanlıq sevgisiylə dolduracaq.

- Maksim Gorki

Kitab həyatın ən uzaq və qaranlıq yollarında insana işıq bəxş edən əfsanəvi çıraqdır

- A.M.Upit

BAKI QIZLAR UNİVERSİTETİ
1992-ci ildə təsis edilən və həmin vaxtdan da fəaliyyətə başlayan Bakı Qızlar Universitetinin (əvəllər Bakı Ali Pedaqoji Qızlar Seminariyası adlanırdı) yaradılmasında məqsəd respublikada qadın pedaqoji kadrlar yetişdirmək, onların intellektual səviyyəsini yüksəltmək və gənc qızları ailə həyatına hazırlamaqdan ibarətdir. Hazırda universitetdə "Sosial pedaqoji” və "Filologiya-tarix” fakültələri fəaliyyət göstərir. "Sosial pedaqoji” fakültədə "Təhsildə sosial-psixoloji xidmət”, "Psixologiya”, "Coğrafiya müəllimliyi”, "ibtidai sinif müəllimliyi”, "Məktəbəqədər təlim və tərbiyə”, "Riyaziyyat və informatika müəllimliyi”, "Filologiya-tarix” fakültəsində isə "Xarici dil (ingilis) müəllimliyi”, "Azərbaycan dili və ədəbiyyat müəllimliyi”, "Tarix müəllimliyi”, "Jurnalistika” üzrə bakalavr, "İbtidai sinifdə tədrisin metodika və metodologiyası”, "Pedaqogika nəzəriyyəsi və tarixi”, "Azərbaycan ədəbiyyatı”, "Azərbaycan dili”, "Azərbaycanın yeni və ən yeni tarixi” sahəsində magistratura səviyyəsində kadr hazırlığı aparılır.
Bakı Qızlar Universiteti Nazirlər Kabinetinin 1996-cı il fevralın 21-də 21 saylı sərəncamı ilə dövlət qeydiyyata alınmışdır. 2013-cü ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin lisenziya komissiyası BQU-nun çoxilli fəaliyyətinin, onun yüksək maddi-texniki bazasının, infrostrukturunun, təlim-tərbiyə sisteminin Azərbaycan Respublikası təhsil Qanununa Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Ali təhsil Müəssisələrinin fəaliyyətinə xüsusi razılıq (lisenziya verilməsi haqqında qərarına, Azərbaycan Respublikası Təhsil Nazirliyinin sənədlərinə uyğn qurulduğunu, pedaqoji kadrların hazırlanmasında əldə olunmuş nailiyyətlərini nəzərə alaraq universitetin fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsini məqsədəuyğun hesab etmişdir. Eyni zamanda 2013-cü ildə universitet akreditasiyadan keçmişdir. Universitetdə müxtəlif fənnlər üzrə kabinetlər, dörd kopüter otağı, kitabxana, badii yaradıcılıq studiyası, tələbə elmi cəmiyyəti, Tələbə Gənclər təşkilatı, dörd dərnəklər, nəşriyyat, idman zalı, yeməkxana, kadrlar şöbəsi və mühasibatlıq fəaliyyət göstərir.
Learn more