Əsas » Məqalə » İqtisadiyyat

Maliyyə bazarları terminlərinin izahlı lüğəti-4
Ehtiyat fondu
Reserve fund
Kommersiya banklarının məcburi qaydada yaradılan və bir qayda olaraq müəyyən edilmiş normativlər əsasında il ərzində, yaxud illik mühasibat hesabatı bankın təsisçilərinin (payçılarının) ümumi yığıncağı tərəfindən təsdiq edildikdən sonra mənfəətdən ayırmalar hesabına yaranan fonddur. Bankın təsis sənədlərinə əsasən bankın payçılarının birdəfəlik ödənişlərinin ehtiyat fonduna köçürülməsi nəzərdə tutulmuş olarsa, bu cür köçürmələrə də yol verilir. Ehtiyat fondu üçün ayırmalar bankın nizamnaməsində nəzərdə tutulan həcmdə aparılır. Azərbaycan Respublikasının qanunvericiliyinə görə əhali arasında işləyən banklar üçün ehtiyat fondunun həcmi bankın nizamnamə fondunun 10%-dən az ola bilməz.
Ehtiyat fondunun vəsaitləri bankın planlarında nəzərdə tutulmayan əməliyyatlar üzrə xərclərin və yarana biləcək zərərlərin ödənilməsi üçün nəzərdə tutulmuşdur. Ehtiyat fondunun vəsaitləri həm də bankın ödənilmiş nizamnamə kapitalının 10%-dən artıq məbləğdə bankın nizamnamə kapitalının artırılmasına yönəldilə bilər. Xüsusi kapitalın kafilik normativləri hesablanarkən ehtiyat fondunun vəsaitləri birinci səviyyəli kapitala aid edilir.
Səhmdar cəmiyyətində ehtiyat kapital (fond) qüvvədə olan qanunvericiliyə müvafiq qaydada yaradılır və zərərlərin ödənilməsi üçün, eləcə də səhmdar cəmiyyətinin istiqrazlarının ödənilməsi və başqa vəsaitlər olmadıqda onun səhmlərinin girovdan çıxarılması üçün nəzərdə tutulmuşdur. Səhmdar cəmiyyətində ehtiyat fondunun həcmi təşkilatın nizamnaməsi ilə müəyyən edilir, lakin o, nizamnamə kapitalının 15%-dən az ola bilməz. Başqa təşkilatlarda ehtiyat kapitaldan istifadə edilməsi qaydası onların nizamnamələri ilə müəyyən edilir. Ehtiyat fondunun vəsaitləri cəmiyyətin nizamnaməsində müəyyən edilmiş məbləğə çatana qədər bu fonda illik ayırmaların həcmi xalis mənfəətin 5%-dən az ola bilməz. Qanunvericiliyə əsasən ehtiyat fondunun yaradılması nəzərdə tutulmayan təşkilatlarda bu fond xalis mənfəət hesabına yaradıla bilər.
Kommersiya bankları da qiymətli kağızların qiymətdən düşdüyü halda onların məzənnəsinin azalması nəticəsində yaranan zərərləri ödəmək məqsədilə ehtiyat fondu yaradır, bankın məsrəflərinə aid edilən və ssudalar üzrə yarana biləcək itkiləri ödəmək üçün ssudalar üzrə ehtiyatlar, eləcə də bankın inkişafı - bank üçün avadanlıq, daşınmaz əmlak alınması və başqa məqsədlər üçün nəzərdə tutulan iqtisadi inkişaf fondları yaradırlar.
Ehtiyat tələbləri
Reserve requirements
Banklara qoyulmuş depozitlərin müəyyən bir hissəsinin bu bankların Mərkəzi Bankdakı hesablarında saxlanması tələbi. Mərkəzi Bank ehtiyat tələblərini artırıb-azaltmaqla ölkədə pul təklifini tənzimləyir.
Eks-divident (“Dividentdən kənar” səhm)
Ex-dividend (Ex-dividend stock)
Divident almaq hüququ olmadan alınmış səhm. Səhm satıldıqda elan olunmuş divident üzrə hüququn səhmin satıcısında qalması.
Eksponensial sürüşən orta
Exponential moving average
Son vaxtlardakı qiymət hərək ətinə daha çox çəki verən sürüşən orta çəki.
Ekstra divident
Extra dividend
Şirkətin ödədiyi adi dividentə səhm və ya nağd pul formasında əlavə olunan divident.
Ekstrapolyasiya
Extrapolation
Faiz dərəcələri və ya digər dəyişənlərin məlum qiymətləri üzrə zaman sıralarına əsasən dəyişmə meyillərinin müəyyən edilməsi prosesi.
Ekzotik (qeyri-adi)
Exotic
Qeyri-adi və ya mürəkkəb maliyyə alətlərini təsvir etmək üçün istifadə edilən termin. 'Vanil' alətlərinin əksi. Xarici valyuta bazarlarında ekzotik terminindən yeni formalaşan bazar ölkələrinin valyutalarını təsvir etmək üçün istifadə edilir.
Ekzotik valyuta
Exotic currency
Məhdud hallarda istifadə olunan xarici valyuta. Məsələn, Azərbaycanda Küveyt dinarı və ya Kanada dolları ekzotik valyuta kimi qəbul olunur.
Elektron ticarət
Screen trading
Elektron sistemdə aparılan ticarət.
E-menecer (elektron menecer)
E-manager
Həm internetdən interaktiv alqı- satqı xidmətləri göstərən, həm də ilkin yerləşdirmə anderraytinq proseslərində iştirak edən brokerlər.
Emissiya
Issue
Bütün növ pul nişanlarının və qiymətli kağızların dövriyyəyə buraxılması. Pul nişanlarının emissiyası, bir qayda olaraq, dövlətə məxsusdur. Pulun emissiyasını ölkənin Mərkəzi Bankı həyata keçirir. Qiymətli kağızların emissiyası isə həm dövlət orqanları, həm də qeyri-dövlət qurumları tərəfindən həyata keçirilə bilər. Məhz, bu cəhətinə görə, qiymətli kağızlar 2 qrupda təsnifləşdirilir: dövlət və qeyri-dövlət qiymətli kağızları.
Emissiya edildikdə
When issued (W/I)
Emissiyasına icazə verilmiş, lakin buraxılışı faktiki olaraq həyata keçirilməmiş qiymətli kağızlar üzrə bağlanan əqdlər. Belə əqdlər sözügedən qiymətli kağızlar faktiki olaraq buraxıldıqdan sonra qanuni hesab olunur və yerinə yetirilir.
Emissiya prospekti
Prospectus
Müəyyən qiymətli kağızın yeni buraxılışı zamanı qiymətli kağızlar bazarının buraxılışının tənzimləməsi üzrə səlahiyyətli quruma təqdim edilən, emitent və buraxılan qiymətli kağız haqqında məlumatlar əks olunan sənəd.
Emitent
Issuer
Qiymətli kağızların emissiyasını qanunvericiliklə müəyyən edilmiş qaydada həyata keçirən qurum (müvafiq dövlət orqanı, bələdiyyə və ya şirkət).
Endirim (ucuzlaşdırma) Markdown 1) Tələbi stimullaşdırmaq və ya rəqibləri bazardan sıxışdırıb çıxarmaq üçün malların və qiymətli kağızların satış qiymətinin müvəqqəti olaraq aşağı salınması. Aşağı satış səviyyəsinə malik malların və ya qiymətli kağızların ehtiyatdan çıxa- rılması üçün daimi ucuzlaşmalardan istifadə olunur.
2) Bazarın vəziyyətinin dəyişməsinə cavab olaraq bazar iştirakçılarının tənzimləyici vasitə kimi tətbiq etdikləri ucuzlaşmalar.
Enib-qalxma (fluktuasiya)
Fluctuation
1) Bazarda (o cümlədən qiymətli kağızlar bazarında) qiymətlərin və tələbin dövrü olaraq dəyişməsi (dayanıqsızlıq);
2) Valyutanın mübadilə məzənnəsinin dövrü olaraq dəyişməsi (tərəddüdü).
Etibarlı istiqraz
Gilt-edged bond
Birinci dərəcəli və zəmanətli istiqrazlar (əsasən, dövlət istiqrazları və çox yüksək kredit reytinqinə malik olan və "Mavi fişka" adlanan şirkətlər tərəfindən buraxılan istiqrazlar).
Etibarnamə (etibarlı şəxs)
Proxy
1) Başqasını təmsil etmək hüququ verən sənəd -etibarnamə;
2) Başqasını təmsil etməyə səlahiyyət verilmiş şəxs. Məsələn, səhmdarların illik ümumi yığıncağında iştirak etmək istəməyən səhmdarlar, öz səsvermə hüquqlarını başqa şəxsə verə bilərlər - səhmdarı təmsil edən etibarlı şəxs.
Eyniləşdirmə
(identifikasiya) Identification
Şəxsi nömrə, imza, kod, göstərici vasitəsilə bankın, bank müştərilərinin, müəssisənin, vergi ödəyicilərinin, sığorta olunan subyektin və s.-nin fərqləndirilməsi.
Ə
Ədalətli dəyər
Fair value
Aktivin bazar qiymətinin rasional və qərəzsiz formada hesablanması.
Əks istiqamətli investor (“qəribə” investor)
Contrarian (contrain investor)
Müəyyən şəraitdə əksər investorların əksinə hərəkət edən investor.
Əks-REPO müqaviləsi
Reverse-repo contract
Müştərilər tərəfindən qiymətli kağızların emitentə satışı (REPO- nun açılması) və eyni zamanda emitent tərəfindən həmin qiymətli kağızları müştərilərə satmaq, müştərilərin isə onları emitentdən geri satın almaq öhdəliyini (REPO-nun bağlanması) rəsmiləşdirən müqavilə.
Əqd limiti
Deal limit
Hər bir əqd üzrə treyderlərin maksimal ticarət məbləği
Əlaqəli (aidiyyəti, afilə edilmiş) şəxslər
Affiliated persons (control persons)
Şirkətin fəaliyyətinə təsir imkanı olan şəxslər. Bura direktorlar, icraçı direktorlar (rəhbərlər), səhmdarlar, mühüm iştirak payına malik olan şəxslər və onlarla yaxın qohumluq münasibətlərində olan şəxslər (ər-arvad, valideyn, o cümlədən ərin-arvadın valideynləri, babası, nənəsi, övladı, o cümlədən övladlığa götürülənlər, qardaşı və bacısı) kimi şəxslər daxildir.
Əlavə olunmuş iqtisadi dəyər
Economic value added
Şirkətin mənfəətliliyini ölçmək üçün geniş istifadə edilən göstəricilərdən biri olmaqla, vergi ödənişlərindən sonra əməliyyat mənfəətindən kapitalın ümumi dəyərinin çıxılması yolu ilə hesablanır.
Əlavə vəsait tələbi
Maintenance call
Birjanın müəyyənləşdirdiyi səviyyədən aşağı düşdükdə marja hesabına əlavə vəsaitlər qoyulması haqqında tələb.
Əməliyyat gəlirləri
Operating profit
Şirkətin əsas biznes əməliyyatla- rından əldə olunan gəlir. Bu məblə- ğə firmanın investisiyalarından əldə olunan gəlirlər, faiz və vergi ödənişləri təsir etmir.
Həmçinin, "Vergi və Faiz Xərclərindən Öncəki Gəlir" kimi də ta- nınır. A şağıdakı kimi hesablanır:
Əməliyyat gəlirləri = Əməliyyatlardan gələn ümumi gəlir - Əməliyyat xərcləri.
Əməliyyat xərcləri
Transaction costs
1) Hər hansı bir əməliyyat üzrə tərəf-müqabil axtarılması, danışıqlar aparılması, müqavilə bağlanması və onun həyata keçirilməsinin təmin olunması ilə əlaqədar xərclər. Bəzən əməliyyat xərclərinə təşkilat daxilində müvafiq əməliyyat üzrə idarəetmə mexanizmlərinin qurulması xərcləri də aid edilir;
2) Qiymətli kağızların və ya digər maliyyə alətlərinin alqı-satqısı ilə əlaqədar yaranan xərclər. Bu xərclərə, ilk növbədə broker və digər bu kimi xidmətlər üzrə ödənilən komissiya haqqları, vergilər, yığımlar və bu kimi digər xərclər daxildir.
Əməliyyat mənfəəti marjası
Operating profit margin (operating margin)
Müəyyən dövr ərzində şirkətin cari əməliyyatlarından əldə olunmuş gəlirlərinin həmin dövr üzrə ümumi gəlirlərinə olan nisbəti. Bu göstərici şirkətin normal biznes fəaliyyəti ilə əlaqədar xərclərin və məsrəflərin səmərəliliyini müəyyənləşdirmək baxımında əhəmiyyətlidir.
Əməliyyata görə əlavə ödənişlər
Transaction fees
Hər hansı bir əməliyyatın aparılmasına görə edilən ödənişlər. Məsələn, əqdin bağlanmasına görə peşəkar iştirakçılara ödənilən komissiya haqqı, kredit kartı ilə əməliyyatlar zamanı müvafiq maliyyə qurumu tərəfindən alınan komissiya haqqı və s.
Əmlak
Property
Hüquqi və fiziki şəxslərin sərəncamında, mülkiyyətində olan material qiymətlilər, aktivlər.
Əmtəə Birjası
Commodity Exchange (COMEX)
Müəyyən edilmiş birja qaydaları əsasında əvvəlcədən təyin olunmuş yerdə və vaxtda aşkar kütləvi sövdələşmə şəklində həyata keçirilən topdansatış ticarət bazarını təşkil etmək məqsədi güdən hüquqi və (və ya) fiziki şəxslərin könüllü birliyi əsasında yaradılan hüquqi şəxs statuslu təşkilat. Əmtəə birjasının fərqli cəhətləri kimi ticarətin mütəmadiliyi və onun müəy yən yerdə həyata keçirilməsi, əmtəələrin keyfiyyətinə, göndərmə şərtlərinə və müddətlərinə əsas tələblərə uyğunlaşması, ticarətin alıcı və satıcının qarşılıqlı təkliflərinə uyğun aparılması, əmtəənin göndərilməsi üzrə kontraktların (müqavilələrin) həyata keçirilməsi, malların anbarlardan, eləcə də gələcəkdə göndərilməsi haqqında sövdələrin bağlanılması çıxış edir.
Əmtəə birjası bir qayda olaraq, təşkilati cəhətdən korporasiyalarda nəinki mənfəət qazanmaq, həmçinin alqı-satışı ucuzlaşdırmaq və asanlaşdırmaq məqsədi güdən korporasiyada birləşən xüsusi şəxslər birliyi şəklində təşkil olunur. Əmtəə birjası açıq və qapalı xarakterdə olur. Qapalı xarakterli birjada (onlar əksəriyyət təşkil edir) birja vasitəçiləri (brokerlər) fəaliyyət gös- tərirlər, açıq xarakterli birjada isə onlardan əlavə sövdələşmələrdə bura gələnlər də iştirak edirlər. Real mallar üzrə və müəyyən əmtəəsiz sövdələşmələr aparan birjalar bir- birindən fərqləndirilir.
Əmtəələr
Commodities
Keyfiyyət xüsusiyyətləri eyni olan və qiyməti bazarda müəyyən olunan əşya. Bura, əsasən yeyinti və ya istehsalda istifadə olunan təbii resurslar və ya onlardan düzəldilmiş müəyyən məhsullar aiddir. Məsələn. Neft, qaz, əlvan və qara metallar, çay, kofe və s. Əmtəə birjasında ticarət zamanı əmtəənin spesifik keyfiyyəti və həcmi göstərilən fyuçers müqavilələrindən istifadə olunur. Əmtəə birjasından kənarda isə forvardlardan istifadə olunur.
Əmtəəli ödəniş
Payment in-kind (PIK)
Əmtəə verməklə və ya xidmət göstərməklə edilən ödəniş.
Ən yaxşı qiymətlə
At best
Alış və satış əməliyyatlarını bazarda mövcud olan ən yaxşı cari qiymətlə icra etmək barəsində brokerə verilmiş sərəncam. Bu sərəncam bazarın vəziyyəti nəzərə alınmadan dərhal yerinə yetirilməlidir.
“Ən yaxşı səylər” prinsipi üzrə təklif
Best efforts offering
Agent olaraq çıxış edən anderrayterin təklif olunan qiymətli kağızın yerləşdirilməsinə bütün gücünü sərf edəcəyi (maksimum səy göstərəcəyi) barədə razılıq verdiyi, lakin satılmamış qiymətli kağızları alacağı barədə öhdəlik götürmədiyi anderraytinq prosesidir.
Əsas (aparıcı) göstəricilər (indiqatorlar)
Key indicators (leading indicators)
İqtisadiyyatın gələcək inkişaf meyillərini müəyyənləşdirməyə imkan yaradan statistik göstəricilər.
Əsas diler
Primary dealer
Dövlət qiymətli kağızlarının buraxılışına nəzarət edən orqan tərəfindən (məsələn, Mərkəzi Bank və ya Maliyyə Nazirliyi) dövlət qiymətli kağızlarının ilkin bazarında dilerlik hüququ verilən maliyyə vasitəçisi. Əsas dilerlər ilkin bazarda dilerlikdən əlavə, təkrar bazarda market-meykerlik vəzifəsi də daşıyırlar.
Əsas kapital (əsas vəsaitlər (fondlar), uzunmüddətli maddi aktivlər)
Capital assets
İstehsal potensialını təyin edən mühüm göstərici kimi, əmək vasitələrinin dəyərində əks olunur. Milli sərvətin çox dəyərli hissəsini təşkil edən əsas fondlar, həm də ümumi təkrar istehsal prosesinin həlledici şərti, əmək məhsuldarlığını, istehsalın səmərəliliyini, iqtisadi qüdrəti artıran mühüm amil kimi də çıxış edir. Onun spesifik əlaməti müəyyən istehsal tsikli ərzində aşınma ölçüsünə istinadən dəyərini tədricən hazır məhsulun üzərinə köçürülməsindədir. Bu çox dəyərli proses nəticəsində nizamnamə kapitalı avanslaşdırılır, əsas kapitalın pula, onun da yenidən əsas kapitala çevrilməsi reallaşır.
Azərbaycanda qanunvericiliyə uyğun olaraq istifadə müddəti bir ildən çox olan və dəyəri 100 manatdan çox olaraq amortizasiya edilməli olan maddi aktivlər.
Əsas vəsaitlər
Fixed assets (Permanent assets)
Torpaq, binalar, fabriklər, maşın və avadanlıqlar, mebellər.
F
Faiz bəndi
Percentage point
Faizlə ifadə olunmuş hər hansı bir kəmiyyətin (faiz dərəcələrinin, qiymət və gəlirlilik indekslərinin və s.) baza dövrünə görə faiz ifadəsində dəyişməsini ölçmək üçün istifadə edilən ölçü vahidi. Məsələn faiz dərəcəsi keçən il 10%, bu il isə 12% təşkil etmişdirsə deyirlər ki, faiz dərəcəsi 2 faiz bəndi artmışdır (hansı ki, faiz ifadəsində bu artım 20% təşkil edir).
Faiz dərəcəsi
Interest rate
Borc alətlərindən istifadə etmələri üçün borcalanlara, borcverən tərəfindən borcun məbləğinə faiz nisbəti kimi hesablanmış xidmət haqqı.
Faiz dərəcəsinin diferensialı (faiz dərəcəsində fərq)
Interest rate differential
Ssudalar və borcların qaytarılması mənbəyi olan cəlb olunmuş depozitlər üzrə faizlər arasındakı fərq.
Faiz xərcləri
Interest cost
Debitor tərəfindən kredit üzrə ödənmiş faiz məbləğinin kumulyativ miqdarı. Poyntlərin əslində əvvəlcədən ödənmiş faiz olması səbəbindən, ssudada faizini azaltmaq məqsədi ilə ödənilən hər bir poynt bu məbləğə daxil edilməlidir. Eyni zamanda, kreditor tərəfindən debitora ödənmiş hər hansı mənfi poyntlər və ya ödənən güzəştlər əslində debitorun ssuda üzrə gələcək faizə görə ödəyəcəyi ödənişlər olduğu üçün faiz xərcindən çıxılmalıdırlar.
Faiz riski
Interest rate risk
Faiz dərəcələrinin dəyişməsi nəticəsində investisiyaların dəyər dən düşməsi və gəlirliyin azalması riski.
Faiz
Percent (percentage, rate)
1) Ədədin yüzdə bir hissəsi;
2) Kreditorun borc alan subyektdən təqdim etdiyi borc vəsaitinə (pul vəsaiti və ya natural şəkildə) görə aldığı əlavə haqq, yaxud həmin haqqın əsas borca nisbət də faiz ifadəsi.
Faizin kapitallaşdırılması
Capitalization of interest
Müqaviləyə əsasən ödənilmə vaxtı çatmış faizlərin ödənilməmiş hissəsinin kreditin qalıq məbləğinə əlavə olunması. Kapitallaşdırılmış faizə müddəti uzadılmış, yaxud yeni kredit kimi rəsmiləşdirilmiş faizlər də aiddir.
Faizli svop
Interest rate swap
İki borc aləti emitenti arasında əvvəlcədən müəyyən olunmuş eyni məbləğdə borc üçün sabit faiz dərəcəsi ilə dəyişkən faiz dərəcələri üzrə ödəmələrin dəyişdirilməsi haqqında saziş. İki tərəf arasında gələcək faiz ödənişlərinin mübadiləsinə şərait yaradan törəmə alət. Adətən, tərəflər arasında sabit faiz ödəmələri və üzən faiz ödəmələri mübadilə edilir. Şirkətlərin faiz dərəcəsi svoplarından istifadə etməkdə başlıca məqsədləri faiz dərəcəsinin dəyişməsindən irəli gələn risklərdən özlərini qorumaqdır.
Faizli
Interest bearing
Nominal məbləğ üzrə faiz ödənişləri həyata keçirən maliyyə alətini təsvir edən anlayış.
Faktor-bank
Factor(ing)-bank
Faktorinq əməliyyatı həyata keçirən bank. Faktorinq əməliyyatında faktor-bank müştəridən onun üçüncü şəxsdən ödəniş almaq, yaxud borcu geri almaq hüququnu təsdiq edən pul sənədini əldə edərək öncə ödəniş (borc) məbləğinin 70- 90%-ni (adətən 2-3 gün ərzində), borc müddəti bitdikdən sonra, yəni ödəniş məbləğini üçüncü şəxsdən aldıqdan sonra isə (adətən 90 gün ərzində) qalan hissəsini müştəriyə ödəyir. Faktor-bank göstərdiyi faktorinq xidmətinə görə müştəridən adətən ümumi məbləğin 0,5-1,5%-i həcmində haqq alır.
Faktor-firma
Factor(ing)-company
Faktorinq fəaliyyəti ilə məşğul olan firma, müəssisə. Adətən, faktor-firma faktorinq əməliyyatlarını faktor-bank vasitəsilə həyata keçirir.
Federal Rezerv Sistemi
Federal Reserve System
Federal Rezerv Sistemi 1913- cü ildə yaranmış ABŞ dövlətinin mərkəzi bankı funksiyalarını yerinə yetirən müstəqil qurumdur. Federal Rezerv Sisteminin idarə heyəti ABŞ prezidenti tərəfindən seçilir. Federal Rezerv Sistemi İdarə Heyətindən, 12 Federal Rezerv Bankından və onların 24 filialından və Sistemə üzv olan bütün federal və ştat banklarından ibarətdir.
Federal fondlar
Fed funds
1) ABŞ-da Federal Rezerv Sisteminə üzv olan kommersiya banklarının federal rezerv banklarının birində saxladıqları sərbəsat ehtiyatlar. Bu ehtiyatlar banklararası qısamüddətli ssudalar üçün istifadə olunur;
2) Federal Rezerv Sistemi tərəfindən dövlət qiymətli kağızlarının alınmasına ödənilən vəsaitlər.
Federal fondların uçot faiz dərəcəsi (qısamüddətli kreditlər üzrə)
Federal funds rate
ABŞ kommersiya banklarının Federal Rezerv Sistemindəki ehtiyatlarından digər banklara verilən qısamüddətli (adətən, 1 gecəlik) borcların faiz dərəcəsi.
FİBOR
Frankfurt Interbank Offered Rate (FIBOR)
Almaniyanın Frankfurt şəhəri- nin banklararası depozit bazarında hər gün saat 1100-da 12 bank tərəfindən təsbit edilən təklif dərəcəsi. FİBOR - 1985-ci ildən təsbit olunur.
Fiksinq
Fixing
1) Hər hansı müqavilənin dəyərinin, qiymətinin təsbit edilməsi;
2) Banklararası valyuta kursu əsasında valyuta kotirovkasının həyata keçirilməsi.
Valyuta birjasının rəsmi bülletenində valyutaların alış və satış kursları fiksinqə əsasən göstərilir;
3) Əmtəə birjasında müəyyən zamanmüddətində qiymət kotirovkasının həyata keçirilməsi.
Fiktiv kapital
Artificial capital, Fictitious capital
Sahiblərinə müntəzəm gəlir gətirən və qiymətli kağızlar bazarında real kapitaldan fərqli olaraq müstəqil hərəkət edən qiymətli kağızlarda (səhmlərdə, istiqrazlarda və s.) təqdim edilmiş kapital. Başqa sözlə, real kapitaldan (pul və ya avadanlıq formasında olan) fərqli olaraq dəyər deyil, yalnız gəlir almaq hüququnu ifadə edən kapitaldır. Fiktiv kapital sənaye kapitalının hərəkəti prosesində heç bir funksiyanı yerinə yetirməyərək, dəyərin və izafi dəyərin yaradılması prosesində iştirak etməyərək, sahibinə izafi dəyər əldə etmək hüququ verir. Beləliklə, fiktiv kapitalın hərəkəti fond bazarının fəaliyyət göstərməsinin əsasında durur. Tarixi baxımdan fiktiv kapital istehsaldan borc kapitalının təcrid edilməsi ilə və kredit sistemini təşkil edən xüsusi təsisatların əmələ gəlməsi zəminində yaranmışdır. Fiktiv kapitalın real kapitaldan ayrılması borc kapitalı əsasında baş verir, bunun nəticəsində borc kapitalı sahibinin əlində mülkiyyət titulu qalır, real olaraq isə bu kapitala fəaliyyətdə olan sahibkar sərəncam verir.
Filyera
Filiere
Ticarət münasibətləri zamanı satıcı tərəfindən alıcı tərəfə göndərilən, əmtəənin müəyyən edilmiş müqaviləyə uyğun olaraq qəbul edilməsini təklif edən veksel, ticarət sənədi. Adi vekseldən fərqli olaraq filyera borc öhdəliyini təsdiq edən sənəd kimi deyil, müqaviləni təsdiq edən sənəd kimi təqdim edilir. Əmtəənin alınması üçüncü şəxsə ötürüldükdə filyera da üçüncü şəxsə təqdim olunur. Faiz hesablanmır.
“Financial Times 100” fond indeksi (Futsi)
FTSE 100 (FTSE, Footsie)
London Fond Birjasında lis- tinqdə olan 100 ən böyük şirkətin səhmlərini əhatə edən indeks. Bu indeks Futsi (Footsie) də adlanır.
Flipper
“Flipper”
Fond birjasında möhtəkir fəaliyyəti ilə məşğul olan hüquqi və ya fiziki şəxs. Flipperin başlıca məqsədi əldə etdiyi səhmləri qısa müddətdə reallaşdırmaqla, yəni qısamüddətli maliyyə əməliyyatları vasitəsi ilə möhtəkir mənfəəti əldə etməkdir.
Flout
Float
1) Şirkətin, təşkilatın kassasında olan banknot və monetlər.
2) Çekin banka daxil olması ilə ödənişi arasındakı müddət.
3) Şirkətin fond bazarında tədavülə buraxılan səhmlərinin sayı.
FOB
Free on board (FOB)
Satıanın əmtəənin gəmiyə yüklənməsinə qədər bütün xərclərini ödəməli olduğunu ifadə edən ticarət termini. Əmtəələrin dəniz ticarətində istifadə olunur. Gəmiyə çatdırıldıqdan sonrakı bütün risklər alıcıya aiddir.
Fond birjası
Stock exchange
Hüquqi şəxs formasında yaradılan, öz üzvləri arasında qiymətli kağızlarla ticarəti təşkil edən və bağlanmış əqdlərin icrasını təmin edən ticarət təşkilatçısı. Eyni zamanda, fond birjası üzvlərinin qiymətli kağızların alqı və satqısını həyata keçirdiyi ticarət məkanıdır.
Fond indeksi üzrə fond
Stock index fund
Səhm bazarı indekslərinə investisiya edən fond.
Fond indeksi üzrə fyuçers
Stock index futures
Səhm indeksi üzrə fyuçers kontraktı.
Fond indeksi üzrə opsion
Stock index option
Səhm indeksinin "Koll" və ya "Put" opsionu.
Fond indeksi
Stock index
Seçilmiş bir qrup səhmlərin qiymətlərindəki dəyişiklikləri əks etdirən göstərici.
Fond
Fund
1) Bu və ya digər məqsədlər üçün toplanmış (alınmış, səfərbər edilmiş) pul vəsaiti. Vəsaitlərin istifadə istiqamətlərindən asılı olaraq ehtiyat fondu, sosial fond, istehlak fondu, yığım fondu və s. kimi fondlar mövcuddur;
2) Müəyyən qrup insanların məqsədli şəkildə birləşməsindən formalaşaraq bu və ya digər fəaliyyətlə məşğul olan qurum, təşkilat, birlik və s.;
3) Kapital, ehtiyyat, yığım, istehsal vasitəsi və s.
Fondlaşdırılmış borc
Funded debt
Şirkətin bir ildən və ya bir biznes siklindən daha çox müddətə ödəniş vaxtı olan istiqrazlar, uzun müddətli veksel borcları və ya borc iltizamları kimi borcudur. Kre dit şərtləri üzrə debitor firma tərəfindən edilən faiz ödənişləri ilə təmin olunduğu üçün bu növ borc təminatlı borc sayılır.
Fondlaşdırılmış gəlir
Funded income
Əmlaka (daşınmaz əmlak, qiy- mətli kağızlar) sahiblikdən əldə edilən gəlirdir. Fondlaşdırılmış gəlirin əsas formaları - renta və faizlərdir. Ancaq fondlaşdırılmış gəlir əldə edən şəxs rantye adlanır.
Fondlaşdırma
Funding
1) Gələcək ödənişlərin reallaşdırılması məqsədi ilə ehtiyyat pul vəsaiti fondlarının yaradılması;
2) Qısamüddətli borcların uzunmüddətli borclarla əvəz edilməsi. Fondlaşdırmadan dövlət borcunun idarə edilməsində də geniş istifadə olunur. Adətən, hökumət dövlət büdcəsi gəlirlərinin aşağı düşdüyü şəraitdə borc öhdəlikli dövlət qiymətli kağızlarının ödənişini reallaşdıra bilmədikdə həmin maliyyə alətlərini daha uzunmüddətli borc alətləri ilə əvəz edir. Beləliklə, dövlət əlavə borc müddəti əldə etmiş olur.
Forfeyter
Forfeiter
Forfeytinq əməliyyatları üzrə kreditləşmə zamanı vekseli və ya veksel paketini alan hüquqi və yaxud fiziki şəxs.
Forfeytinq
Forfeiting
Bank və ya maliyyə şirkəti tərəfindən alıcının ticarət əməliyyatları üzrə borc öhdəliklərinin satıcılardan alması yolu ilə ticarət əməliyyatlarının kreditləşdirilməsi forması. Forfeytinqdən xarici ticarət əməliyyatlarının kreditləşdirilməsində geniş istifadə olunur. Belə kreditləşdirmə müvafiq maliyyə agentinin idxal edən tərəfindən akseptləşmiş veksellərin ixrac edəndən satın alınması formasında həyata keçirilir. Forfeytinqin şərtlərinə uyğun olaraq satıcı özünün alıcıya qarşı tələblərini konkret maliyyə agentinə güzəştə gedir. Bu halda satıcı faizlər çıxılmaqla veksellərin bütün məbləğini dərhal alır. Borclu (əmtəələrin alıcısı) isə özünün öhdəliklərini bir qayda olaraq yarım illik ödəniş yolu ilə ləğv edir. Forfeytinq veksellərin kommersiya bankları tərəfindən aparılan adi uçotundan onunla fərqlənir ki, bu halda borc öhdəliyi üzrə bütün risklərin həmin öhdəliyin alıcısına - forfeytora keçməsinə yol verilir. Bununla əlaqədar forfeytor alıcının fəaliyyət göstərdiyi ölkədəki elit bankın təminatlarının təqdim edilməsi barədə tələb irəli sürmək vəzifəsi yaranır. Forfeytinq satıcının debitor borcunu azaltmağa, balansın strukturunu təkmilləşdirməyə, kapital dövriyyələrinin sayını artırmağa imkan verir. Forfeytinqin üstünlükləri - kreditvermə dərə- cələrinin sabitliyi, veksellərin və digər borc tələbnamələrinin tək rar alışının rəsmiləşdirilməsinin sadəliyi. Adətən forfeytinq bank kreditindən baha başa gəlir. Ödəniş müddəti üçün uzun müddətə (1 ildən 7 ilə qədər) nəzərdə tutulan iri məbləğdə maşın və avadanlıqlar satışında çox vaxt forfeytinqdən istifadə edilir. For-feytor ödəniş müddəti çatana qədər sənədləri özündə saxlaya bilər, yaxud dövriyyə etməmək əsasında başqa forfeytinq firmasına verə bilər. Öd əniş müddəti çatdıqda bu sənədlərin son saxlayıcısı onları ödəniş üçün banka təqdim edir.
Forvard
Forwards
Aktivi gələcəkdə müəyyən tarixdə və müəyyən qiymətə almaq və ya satmaq öhdəliyini əks etdirən müqavilə. Forvard müqaviləsi bağlanıldıqda heç bir maliyyə vəsaiti tələb olunmur. Forvardlar, əsas xüsusiyyətlərinə görə fyu- çerslərə bənzəsə də, aralarında müəyyən fərqlər var. Forvardların fyuçerslərdən əsas fərqi iki tərəf arasında razılıq əsasında formalaşdırılması, birjadankənar ticarət olunması və marja(ehtiyat vəsait) tələblərinin olmamasıdır.
Forvardlar əsasən hedcinq və spekulyasiya üçün istifadə olunur.
Forvard bazarı
Forward market
Forvard kontraktlarının alqı satqısının həyata keçirildiyi birjadankənar bazar.
Forvard marjası
Forward margin
Əmtəənin nağd (hazırki) qiyməti ilə müəyyən tarixdəki gələcək qiyməti arasındakı fərq.
Fundamental (əsaslı) tədqiqatlar
Fundamental research
Konkret tətbiqi məsələlərin həlli məqsədilə deyil, ümumilikdə bəşəriyyətin biliklərinin artırılması məqsədi ilə aparılan tədqiqatlar
Fundamental (əsaslı) təhlillər
Fundamental analysis
Şirkətin durumu ilə yanaşı, təl əb və təklif, iqtisadi statistika, dövlət siyasətləri və müəssisələrin maliyyə hesabatları kimi əsas iqtisadi, siyasi, sosial və ekoloji amillər üzrə aparılan tədqiqatlar əsasında qiymətlərin proqnozlaşdırılması üsuludur. Texniki təhlillərdən fərqli olaraq, fundamental təhlillər qiymətlərə keçmişdə nə olduğunun yox, onlara gələcəkdə nə olacağının üzərində dayanır.
Fyuçers müqaviləsi
Futures contract
Aktivi gələcəkdə müəyyən tarixdə və müəyyən qiymətə almaq və ya satmaq öhdəliyini əks etdirən standartlaşdırılmış müqavilə. Fyuçerslər törəmə qiymətli kağızların bir növü olub birjada alqı-satqı olunurlar. Əsasən əmtəələrin ticarətində istifadə olunur. Ticarət riskini azaltmaq məqsədilə fyuçers ticarətində iştirak edən treyderlərdən fyuçers müqaviləsinin 5-15%-i miqdarında marja (ehtiyat vəsait) tələb olunur. Konsepsiya baxımından forvardlara bənzəsə də, aralarında müəyyən fərqlər var. Fyuçerslərin forvardlardan əsas fərqi standartlaşdırılmış olması, birjada ticarət olunması və marja tələblərinin olmasıdır. Fyuçerslər əsasən hedcinq və alqı-satqı üçün istifadə olunur.
Fyuçers
Futures
Fyuçers müəyyən edilmiş tarixdə müəyyən baza aktivinin əv- vəlcədən razılaşdırılmış qiymətlərlə alınması və ya satılması haqqında öhdəliyi təsbit edən standartlaşdırılmış birja müqaviləsini ifadə edən qiymətli kağızdır.
G
Geri almaq (bay-bek)
Buy back
1) Əvvəllər satılmış əmlakı geri satın almaq;
2) Dilerdən əvvəllər ona satılmış malları müəyyən şərtlərlə geri almaq;
3) Satılmış avadanlığın haqqının tam şəkildə və ya bir hissəsinin həmin avadanlıqda istehsal olunmuş məhsullarla ödənilməsini təmin edən qarşılıqlı ticarət əməliyyatı;
4) Qısa mövqeni bağlamaq üçün qiymətli kağızların alınması;
5) İstiqrazlarla əlaqədar borcu vaxtından əvvəl bağlamaq üçün investorlardan öz səhmlərinin və ya istiqrazlarının satın alınması.
Geri çağırıla bilən qiymətli kağız
Callable security
Emitent tərəfindən dövriyyə müddəti bitənədək geri çağırıla bilən qiymətli kağız. Adətən, istiqrazlar və ya imtiyazlı səhmlər belə qiymətli kağızlar rolunda çıxış edirlər. Bu növ qiymətli kağızların yaranmasının əsas səbəbi faiz dərəcələrinin azaltmaq istəyidir.
Emitent yüksək faizli kağızları geri çağıraraq daha aşağı faizli qiymətli kağızlar buraxır.
Geri çağırılan borc
Call loan
Girov kimi qiymətli kağızları girov qoymaqla brokerə marja hesablarını maliyyələşdirmək üçün kommersiya bankı tərəfindən verilən borc. Borc verən tələb etdiyi zaman qaytarılmalı olan borc.
Geri çağırılmayan istiqraz
Non-callable bond
Dövriyyə müddəti bitməmişdən əvvəl ödənilə bilməyən (geri çağırıla bilinməyən) istiqraz.
Geri çağırma
Call
Emitent tərəfindən qiymətli kağızların dövriyyə müddəti bitmə vaxtından əvvəl müəyyən vaxtda və müəyyən edilmiş məbləğdə ödənilməsi. İstiqrazı geri qaytarma hüququ.
Geriyə split (səhmlərin geriyə spliti)
Reverse split (reverse stock split)
Dövriyyədə olan səhmlərin sayının azaldılması və bir səhmin nominal dəyərinin artırılması. Məsələn şirkət 2-nin 1-ə geriyə split həyata keçirərkən səhmlərinin sayını 2 dəfə azaldaraq hər bir səhmin dəyərini 2 dəfə artırır. Yəni iki səhmi geri çağıraraq əvəzində onların dəyərini özündə əks etdirən 1 səhmlə əvəz edir. Adətən, geriyə "split" edərkən şirkətin məqsədi heç bir şey dəyişmədən səhmlərinin bazar qiymətini artırmaqdır.
Gələcək dəyər
Future value
Ödənişin gələcəkdə müəyyən vaxtda dəyəri.
Gələcək faiz dərəcəsi haqqında razılaşma
Forward rate agreement (FRA)
Gələcək faiz dərəcəsi haqqında müqavilə. Bu müqavilə faiz ris- kindən müdafiə aləti olmaqla, faiz dərəcələrinin dəyişməsinin qarşılıqlı kompensasiyası haqqında banklararası razılaşmanı əks etdirir.
Gəlir səhmləri
Income shares (Income stocks)
Nisbətən yüksək, adətən də, müntəzəm olaraq artan cari gəlirlər (faizlər, dividentlər) ödənilən, lakin sahibinə kapitalın artımından gəlir əldə etmək hüququ verməyən səhmlər.
Gəlir
Revenue
İnvestorlara səhm və istiqraz investisiyalarından qayıdan əlavə pul məbləği.
Gəlir istiqrazları
Income bond
Əsas məbləğini tam qaytaran, faiz gəlirini isə ancaq mənfəət olduğu halda ödəyən istiqraz. Bəzi hallarda gəlir istiqrazları üzrə ödənilməmiş faiz şirkətə qarşı iddiaya səbəb ola bilər.
Gəlirlik (qiymətli kağızların gəlirliliyi)
Yield
Müəyyən dövr ərzində qiymətli kağızlardan əldə olunan gəlirlərin məbləğinin həmin qiymətli kağızların nominal və ya bazar dəyərinə faiz nisbəti.
Gəlirlik əyrisi
Yield curve
Müxtəlif öhdəlik müddəti olan istiqrazlar ilə onların gəlirlikləri arasında əlaqəni əks edən əyri. Ən çox izlənən gəlirlik əyrisi müxtəlif öhdəlik müddəti olan dövlət istiqrazları ilə onların gəlirlikləri arasında əlaqəni əks edən dövlət istiqrazlarının gəlirlik əyrisidir. Dövlət istiqrazlarının gəlirlik əyrisi bazardakı digər borc qiymətli kağızları üçün müqayisə bazası funksiyasını yerinə yetirir.
Gəlirlik hesabatı
Earnings report
Şirkətin rüblük fəaliyyətini əks edən maliyyə hesabatları.
Gəlirlik hesabatları hər rübün sonunda buraxılaraq investorlara şirkətin fəaliyyəti və gəlirlik nəticələri haqqında məlumat verir.
Gəlirlilik səviyyəsi (dərəcəsi)
Rate of return
İnvestisiyanın gəlirliliyi. Müəssisə üçün bu, xalis mənfəətin istifadə edilən orta kapitala faiz nisbəti kimi hesablanır.
Girov kağızı
Mortgaging certificate
Girovqoyanla, o borclu deyilsə, həm də borclu ilə girovsaxlayan arasında əmlakın və hüquqların girova qoyulmasını və bundan irəli gələn hüquq və öhdəlikləri təsbit edən adlı qiymətli kağız.
Girov
Collateral
Borc və ya krediti sığortalamaq məqsədilə debitor tərəfindən girov qoyulan və borcu qaytaracağına zəmanət verən qiymətli kağızlar və ya digər əmlak şəkilində qoyulmuş girov. Defolt halında girov üzrə hüquqlar kreditora keçir.
Girovdan imtina (“mənfi girov”) şərti
Negative pledge clause
Kredit (və ya istiqraz) müqaviləsinin borcalanın (istiqrazın emitentinin) öz aktivlərini girov qoymaqla bu müqavilə əsasında cəlb olunan kreditlərdən (yerləşdirilən istiqrazlardan) daha üstün təminatla yeni kreditlər götürməsinə (istiqrazlar yerləşdirməsinə) imkan verməyən şərti.
Göndərən (adresant)
Addressant (addresser)
Hər hansı göndərişi, o cümlədən maliyyə və pul sənədini göndərən tərəf.
Göy qurşağı
Rainbow
Valyuta risklərindən müdafiəni nəzərdə tutan istiqrazlar başa düşülür.
Gün ərzində
Intraday
Bir gün ərzində ticarət sessiyasında baş verənlər.
Günbəgün
Day to day
Aparıcı anderrayterin yetərincə sifarişləri olmadığı halda ilkin yerləşdirmə təklif təqvimində günə gün olaraq göstərilir.
Günlük qiymət limiti (həddi)
Daily price limit
Bir gün ərzində xammal, fyuçers və opsion bazarlarında qiymətlərin maksimum yol verilə bilən artımı və ya enişidir. Birjalar adətən hər müqaviləyə görə gündəlik limit təyin edirlər.
Günlük limit
Intraday limit
Əməliyyat günü ərzində valyuta əməliyyatları üzrə dilerlərə qoyulmuş limit (ümumilikdə və hər valyuta üzrə ayrı-ayrılıqda).
Günlük sifariş
Day order
Bir gün müddətində yerinə yetirilməli olan alqı və ya satqı sifarişi.
Günlük treyderlər
Day traders
Gün ərzində öz hesabına qiymətli kağızların qısa müddətli alqı- satqı əməliyyatlarını həyata keçirən treyderlər. Bu treyderlər adətən ticarət günün sonunadək bütün mövqeləri bağlayırlar.
H
Hanq Senq İndeksi
Hang Seng Index (HSI)
HSİ indeksi Honkonq Fond Birjası üçün istinad edilən əsas fond indeksidir. İndeks Honkonq birjasının 70 faiz kapitallaşmasını təmsil edən 33 mavi fişka səhminə əsaslanır.
Hedc fondu
Hedge fund
Səciyyəvi olaraq, çox gəlirli mövqeləri götürməklə və qısa alış, svop, derivativlər, proqram ticarəti və arbitraj kimi aqressiv strategiyalardan istifadə etməklə qəfil və qısamüddətli bazar dəyişikliklərindən yüksək gəlir əldə etməyə can atan özəl investisiya fondudur.
Adətən maliyyə təşkilatlarına və varlı adamlara məhdudiyyət qoyulur.
Hedc qeyd-şərti
Hedge clause
İnvestisiya məsələlərinə dair hesabatlarda müəllifin bütün məlumatın dürüstlüyünə dair məsuliyyət daşımadığını nəzərdə tutan qeyd-şərt.
Hedc
Hedge
Arzu olunmaz qiymət dəyişikliyindən qorunmaq üçün edilən investisiya. Alıcı və ya satıcı tərəfindən özlərinin bizneslərini, yaxud ödəniş vasitələrini bazarda qiymət (məzənnə) dəyişməsi nəticəsində maliyyə itkisindən sığortalamaq (qorumaq) məqsədilə aparılan forvard əməliyyatı. Hedc əməliyyatı möhtəkirlik xarakteri daşımır. Məsələn, satıcı subyekt bir neçə müddət sonra dəyəri ödəniləcək əmtəəni (kommersiya krediti formasında) alıcı subyektə göndərir. Bu halda satıcı subyekt ödəniş günü alacağı xarici valyutanın mümkün mübadilə məzənnəsi riskindən qorunmaq məqsədilə həmin məbləği banka satır. Beləliklə, satıcı ilə bank arasında yaranan münasibət hedc adlanır.
Hedcer
Hedger
Hedc əməliyyatını həyata keçi- rən subyekt (şirkət, bank və s.).
Hedcinq aləti
Hedging instrument
İnvestorların malik olduqları digər investisiyalar vasitəsi ilə baş verə biləcək hər hansı kapital itkisi riskini tənzimləmək məqsədi ilə istifadə etdikləri alətdir. Məsələn: opsionlar, fyuçerslər və s.
Hedcinq
Hedging
Riskin minimallaşdırılmasına yönəldilmiş tədbir və ya ticarət strategiyası. Hedcinq bir bazarda olan ticarət mövqeyindəki qiymət dəyişməsinə qarşı sığortalanmaq məqsədilə digər bazarda əks mövqeyin açılmasıdır.
Hedcinqin effektivliyi
Hedge effectiveness
Hedcinq predmetinin dəyəri və ya pul vəsaitləri axınında hedcinq edilən riskə aid edilə bilən dəyişikliklərin hedcinq alətinin dəyəri və ya pul vəsaitləri axınındakı dəyişikliklər ilə tam qarşılandığı səviyyə.
Hesab kitabı (mühasibat kitabı)
Book
Verilmiş qiymətli kağızlar üzrə ticarət mütəxəssisi tərəfindən nəzarət edilən alış və satış sifarişlərinin qeydiyyatı. Peşəkar treyderlərin ifa dəsində bu məcazi ad bütün ticarət əməliyyatlarının müxabirləş- dirilməsini ifadə edir.
Hesablaşma qiyməti
Settlement price
Ticarət günü ərzində törəmə qiymətli kağızları üçün ödənilən son məbləğ.
Hesablaşma riski
Settlement risk
Hesablaşma zamanı tərəflərdən birinin müqavilə üzrə öhdəliyini yerinə yetirməməsi riski.
Hesablaşma tarixi
Settlement date
Əmtəə və ya qiymətli kağızın alıcı və satıcı arasında mübadilə tarixi. Səhm və istiqrazlar üzrə hesablaşma adətən ticarət günündən 3 gün sonra baş verir.
Hesablaşma
Settlement
Əmtəə və ya qiymətli kağızın satıcısı və alıcısı arasında hesablaşma.
Həcm
Volume
Müəyyən müddət ərzində bütün bazarda reallaşan (həyata keçirilən) əqdlərin və ya səhmlərin miqdarı. Həcm adətən gündəlik baza əsasında müəyyən edilir.
Qiymətli kağızlar bazarında ticarət olunan qiymətli kağızların sayı.
Həddən artıq alış/satış
Overbought & oversold
Bu və ya digər istiqamət üzrə qiymətlərin nə zaman və hansı sürətlə dəyişdiyini müəyyən etməyə çalışan texniki təhlil
alətidir. Bu, adətən, müəyyən vaxt kəsiyində artan və azalan buraxılışların (emissiyaların) sayı arasındakı fərqin sürüşən ortasına əsaslanaraq hesablanır.
Həddən çox yazılma
Oversubscribed
Sifarişin sayı mövcud səhmlərdən daha çox olduğu hal.
“Hər şey və ya heç nə” prinsipi ilə sifariş (sərəncam) (“ol or nan” sifarişi (sərəncamı))
All-or-none order
Müştərinin brokerə verdiyi icrası tam həcmdə mütləq yerinə yetirilməli olan sifariş, əks halda, belə sifariş ləğv olunur.
“Hər şey və ya heç nə” prinsipi ilə təklif (“ol or nan” təklifi)
All-or-none offering
Anderrayterin təklif olunan bütün səhmləri sata bilmədiyi halda emitentin təklifi ləğv etmə hüququ.
Həyata keçirilmə qiyməti
Strike price
Opsion sahibinin bu opsion üzrə baza aktivini (qiymətli kağızı) ala və sata bildiyi qiymət.
Hibrid qiymətli kağızlar
Hybrid securities
İki və daha çox maliyyə alətinin xüsusiyyətlərinə malik olan qiymətli kağızlar (məsələn, kupon faizi müəyyən əmtəənin qiymətindən asılı olan istiqrazlar).
Adətən, hibrid qiymətli kağızlar həm pay, həm də borc qiymətli kağızların xüsusiyyətlərinə malik olurlar (məsələn, dönərli istiqraz, varrantlı istiqraz).
Holdinq şirkəti
Holding company
Digər şirkətlərin nəzarət səhm paketlərinə sahib olmaqla onlar üzərində nəzarət hüququna malik olan şirkət. Adətən, holdinq şirkətləri ana şirkətlərdən fərqli olaraq, özləri istehsal prosesi ilə deyil, maliyyə menecmenti və marketinq kimi sahələrlə məşğul olurlar.
Holland hərracı
Dutch auction
Hərracı aparanın daha yüksək qiymətlə başladığı və qiymətin hər hansı bir iştirakçı tərəfindən qəbul olunana qədər aşağı salındığı hərrac. Holland hərracında, adətən, rezerv qiymətdən (satıcının qəbul edəcəyi ən aşağı qiymət) heç bir iştirakçı yüksək təklif irəli sürmədikdə hərrac dayandırılır.
Hüquqlar istisna olmaqla
Ex-rights
Səhmlərin onlar üzrə bütün hüquq və imtiyazların satıcıda qalması şərti ilə ticarəti.
X
Xalis aktivlər (xalis aktivlərin dəyəri)
Net assets (net asset value, NAV, net worth)
Şəxsin və ya şirkətin cəmi aktivləri çıxılsın cəmi passivləri (öhdəlikləri).
Şirkətlər üçün xüsusi kapital və ya xalis kapital kimi də adlandırılır.
Korporativ qiymətləndirmə nöqteyi-nəzərindən xalis aktivlərin dəyəri aşağıdakı kimi hesablanır: Aktivlərin dəyəri çıxılsın passivlər bərabərdi xalis aktivlərin dəyəri.
Xalis aktivlərin rentabelliliyi
Return on net assets
Şirkətin əməliyyatlardan xalis mənfəətinin dövr ərzində xalis aktivlərin orta həcminə nisbəti.
Xalis cari dəyər
Net present value (NPV)
Pul mədaxilinin cari dəyəri ilə pul məxaricinin cari dəyəri arasındakı fərq. Xalis cari dəyər uzun müddətli investisiya layihələrinin gəlirliyinin hesablaması üçün istifadə olunur.  Ct = t tarixində gözlənilən pul axını
C0 = ilkin investisiyanın məbləği
r = diskont faiz dərəcəsi
İnvestisiya layihəsinin xalis cari dəyəri müsbət olduğu təqdirdə investisiya qoyuluşu məqsəd əuyğun hesab edilir. Xalis cari dəyər mənfi olduqda isə investisiya qoyuluşu məqsədəuyğun hesab edilmir.
Xalis dəyişmə(fərq)
Netchange
Qiymətli kağızın bir gün öncəki son qiyməti ilə bu günün son qiyməti arasındakı fərq. Bu qiymət, adətən, səhmlərin dəyər cədvəlində son rəqəm kimi göstərilir.
Xalis gəlir
Net income
1) Məcmu gəlirlərin bu gəlirlərin əldə olunması üçün çəkilən bütün xərclər çıxıldıqdan sonra qalan hissəsi.
2) Fiziki şəxsin ümumi gəlirinin vergi çıxıldıqdan sonra yerdə qalan hissəsi.
Xalis qazanc
Net earnings
Məcmu şəxsi gəlirlərin vergilər, icbari ödənişlər (üzvlük haqları, sosial müdafiə fondlarına ödənişlər və s.) və bu kimi digər xərclər çıxıldıqdan sonra qalan hissəsidir.
Xalis mənfəət
Net profit
Mənfəət vergisi çıxıldıqdan sonra qalan mənfəət.
Xalis mövqe
Net position
Treyderlərin müəyyən maliyyə aləti üzrə uzun və qısa mövqeləri arasındakı fərqi. Müəyyən aktiv üzrə xalis mövqe uzun olduqda uzun xalis mövqe, əks halda isə qısa xalis mövqe adlanır.
Xalis pul axını
Net cash flow
Müəyyən dövr ərzində şirkətə daxil olan və onun ödədiyi pul vəsaitlərinin fərqi.
Xam qiymətli kağızlar
Unseasoned securities
Bazarda dövriyyədə kifayət qədər möhkəmlənməmiş yeni qiymətli kağızlar. Bu kağızlar bazarda yeni olduqlarından onların qiymətlərinin dəyişməsi meyillərini də müəyyən etmək çətindir və buna görə də onların təkrar bazarı da fəal deyildir.
Xarici istiqraz
Foreign bond
Xarici borcalan tərəfindən daxili maliyyə bazarında buraxılmış və yerli valyutaya denominasiya edilmiş istiqraz. Emissiya valyutasından asılı olaraq bu istiqrazların müxtəlif adları var, məsələn, Funt sterlinq üçün - Buldoq istiqrazı, Yen üçün - Samuray istiqrazı, ABŞ dolları üçün - Yanki istiqrazı və s.
Xarici valyuta bazarı (valyuta bazarı)
Foreign exchange market (FOREX market, FX market)
Xarici valyutalarla əməliyyatlar aparılan bazar. Valyuta ticarəti vahid bir məkanda (birjada) deyil, birjadan kənar elektron şəbəkə, telefon və s. vasitəsilə həyata keçirilir.
Xarici valyuta
Foreign currency (foreign exchange)
1) Müvafiq xarici dövlətin və ya dövlətlər qrupunun ərazisində tədavüldə olan və qanuni ödəniş vasitəsi sayılan, eləcə də tədavüldən çıxarılmış və ya çıxarılan, lakin həmin ərazidə tədavüldə olan pul nişanlarına dəyişdirilə bilən banknotlar, xəzinə biletləri və sikkələr şəklində pul nişanları. Məsələn, avro, dollar, rubl, lirə və s. Azərbaycan üçün xarici valyutadır;
2) Beynəlxalq hesablaşma əməliyyatlarında istifadə edilən ödəniş və kredit vasitələri. Məsələn, xarici valyutada olan veksellər, çeklər, eləcə də beynəlxalq səviyyədə banklararası köçürmələr və s.
Xəbərdarlığın birinci günü
First notice day
Fyuçers kontraktı satıcısına həmin fyuçers kontraktı üzrə faktiki maliyyə alətlərinin və ya fiziki əmtəələrin çatdırılması barədə niyyət xəbərdarlığını etmək üçün icazənin verildiyi ilk tarixdir.
Xəbərdarlığın son günü
Last notice day
Fyuçers müqaviləsi üzrə çatdırılma haqqında niyyət xəbərdarlığının verilməsi üçün son gün.
Xərc (məsrəf) əmsalı
Expense ratio
Qarşılıqlı fondun əməliyyat xərclərini qarşılamaq üçün sərf etdiyi orta xalis aktivlərinin faiz nisbəti.
Xərcini ödəmə (qaytarma)
Payback
1) İnvestisiya layihəsinin öz xərcini ödəməsi; 2) Kreditin və digər borcların qaytarılması, borcun ödənilməsi.
Xərcini ödəmə (qaytarma) müddəti
Payback period
1) İnvestisiya layihəsinin öz xərcini ödəməsi müddəti;
2) Kreditin və digər borcların qaytarılması müddəti, borcun ödənilməsi müddəti.
Xəzinə kağızları
Treasuries
Bütün növ dövlət borc qiymətli kağızlanm əks etdirən ümumi ifadə.
Xəzinə səhmi
Treasury stock
Emitent tərəfindən geri alınmış səhm. Şirkətin özünə məxsus olan və dövriyyədə olmayan səhmləri. Xəzinə səhmləri şirkətin dövriyyədə olan səhmlərini investorlardan geriyə alması nəticəsində və ya öncə- dən dövriyyəyə buraxılmaması nəticəsində formalaşır. Bu səhmlər divident ödəmir və səs hüququ vermir.
Xəzinə vekseli (Dövlət qısamüddətli istiqrazı, DQİ)
Treasury bill
Tədavül müddəti 1 ilədək olan dövlət borc qiymətli kağızları.
Xəzinə vekseli dövlət büdcəsindən ödənilməli olan vəsaitlərin məbləğini təsbit edən və ya qısa müddətə (1 ildən az) şəxslərdən sərbəst pul vəsaitlərinin cəlb edilməsi məqsədi ilə buraxılmış sadə vekseldir.
Xırda alverçi (skalper)
Scalper
Çox da böyük olmayan mənfəət əldə etmək məqsədilə birjada qısa müddətli möhtəkir (spekulyativ) əməliyyatlar aparan şəxs. Adətən, bu tip alverçilər öz mövqelərini gün ərzində açıb və bağlayırlar.
Xırda əməliyyat
Scalp
Qısa müddət ərzində aparılan və çox da böyük gəlirlə nəticələnməyən möhtəkir (spekulyativ) birja əməliyyatı.
Xırda nominallı (qəpik) səhmlər
Penny Stocks
Bazarda 1 ABŞ dollarından (bəzi hallarda 5 ABŞ dollarından) daha az məbləğə satılan qiymətli kağızlar.
Xüsusi (daxili) volatillik
Implied volatility
Səhmin qiymətində nəzərdə tutulmuş valetlilik. Bu bazarın verilmiş məlum səhm qiymətinin nə qədər dəyişəcəyini göstərən ölçü vahididir. Bu gözlənilən dəyişikliyin istiqamətini deyil ölçüsünü göstərir. Valetlilik illik faiz kimi ifadə olunur.
Xüsusi Borc Alma Hüququ (SDR)
Special Drawing Rights (SDR)
Beynəlxalq Valyuta Fondunun (BVF) buraxdığı və dövlətlərarası nağdsız hesablaşmalar üçün və hesablaşma vahidi kimi istifadə olunan beynəlxalq tədiyyə və ehtiyat vəsaitləridir. SDR-nin yaradılma məqsədi - dünya ticarətinin yüksək artım sürəti ilə əlaqədar kifayət qədər qiymətləndirilməyən beynəlxalq likvidlilik səviyyəsinin yüksəldilməsidir.
SDR sistemi 1970-ci ildən fəaliyyət göstərməyə başlamışdır. BVF- də xüsusi borc alma hesabı yaradılmışdır ki, bunun vasitəsi ilə SDR- dən istifadə etməklə əməliyyatlar həyata keçirilir.
Xüsusi ehtiyatlar fondu
Special reserve fund
Aktivlər üzrə z ərərin ödənilməsi üçün "adi ehtiyatlar"a və "məqsədli ehtiyatiar"a bölünür. Xüsusi ehtiyatlar konkret bir və ya bir qrup aktivlə əlaqədar mümkün zərərin ödənilməsi üçün istifadə olunur.

  

Bölmə: İqtisadiyyat | Əlavə edildi: azerhero (04.11.2014) | Müəllif: R.C E W
Baxış: 817 | Reytinq: 5.0/1
Bütün rəylər: 0
omForm">
avatar

Kitablar — zamanın dalğaları ilə səyahət edən və nəsildən-nəslə öz qiymətli yükünü ehtiyatla aparan fikir gəmiləridir.

- Frensis Bekon

Son 90 gün ərzində kitab oxumamaqdan daha pisi kitab oxumadığına görə narahat olmamaqdır.

- Cim Ron

Kitabları yandırmaqdan daha pis şey onları oxumamaqdır.

- Rey Bredberi

Yaxşı kitab aysberqə oxşayır, onun yeddi-səkkiz hissəsi suyun altında gizlənib.

- Ernest Heminquey

Kitablarım mənə çatacaq qədər böyük bir krallıqdır.

- Shakespeare

Mən, kitablarımı yaratmadan əvvəl, kitablarım məni yaratdılar.

- Montaigne

Kitabsız yaşamaq; kor, kar, dilsiz yaşamaqdır.

- Seneca

Bu günün gərçək universiteti, bir kitabxanadır.

- Carlyle

Kitab, tək ölümsüzlükdür.

- Rufus Choate

Exlaqa uyğun ya da zidd kitab deyə bir şey yoxdur. Kitablar ya yaxşı yazılmışdır, ya da pis. Hamısı bu qədər!

- Oscar Wilde

Ümidlə açılıb qazancla bağlanan bir kitab, yaxşı bir kitabdır.

- Alcott

Kitablar, itmiş başların abidələridir.

- Sir William Dave

Kitablar, heç solmayacaq bitkilərdir.

- Herrick

Kitab heç aldatmayan bir yoldaşdır.

- Guilbert De Pixrecourt

Axmaqlarla oturub-durmaqdansa , kitabla tənha oturmaq yaxşıdır.

- Qasım bəy Zakir

İnsan güc ilə yox, mütaliə etməklə ağıllanır.

- C.Bruno

Az bildiyini başa düşmək üçün çoxlu oxumaq lazımdır.

- Mişel Monten

Kitablar özünüzə və başqalarına hörmət etməyi öyrədəcək, ürəyi və ağlı, dünya və insanlıq sevgisiylə dolduracaq.

- Maksim Gorki

Kitab həyatın ən uzaq və qaranlıq yollarında insana işıq bəxş edən əfsanəvi çıraqdır

- A.M.Upit

BAKI QIZLAR UNİVERSİTETİ
1992-ci ildə təsis edilən və həmin vaxtdan da fəaliyyətə başlayan Bakı Qızlar Universitetinin (əvəllər Bakı Ali Pedaqoji Qızlar Seminariyası adlanırdı) yaradılmasında məqsəd respublikada qadın pedaqoji kadrlar yetişdirmək, onların intellektual səviyyəsini yüksəltmək və gənc qızları ailə həyatına hazırlamaqdan ibarətdir. Hazırda universitetdə "Sosial pedaqoji” və "Filologiya-tarix” fakültələri fəaliyyət göstərir. "Sosial pedaqoji” fakültədə "Təhsildə sosial-psixoloji xidmət”, "Psixologiya”, "Coğrafiya müəllimliyi”, "ibtidai sinif müəllimliyi”, "Məktəbəqədər təlim və tərbiyə”, "Riyaziyyat və informatika müəllimliyi”, "Filologiya-tarix” fakültəsində isə "Xarici dil (ingilis) müəllimliyi”, "Azərbaycan dili və ədəbiyyat müəllimliyi”, "Tarix müəllimliyi”, "Jurnalistika” üzrə bakalavr, "İbtidai sinifdə tədrisin metodika və metodologiyası”, "Pedaqogika nəzəriyyəsi və tarixi”, "Azərbaycan ədəbiyyatı”, "Azərbaycan dili”, "Azərbaycanın yeni və ən yeni tarixi” sahəsində magistratura səviyyəsində kadr hazırlığı aparılır.
Bakı Qızlar Universiteti Nazirlər Kabinetinin 1996-cı il fevralın 21-də 21 saylı sərəncamı ilə dövlət qeydiyyata alınmışdır. 2013-cü ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin lisenziya komissiyası BQU-nun çoxilli fəaliyyətinin, onun yüksək maddi-texniki bazasının, infrostrukturunun, təlim-tərbiyə sisteminin Azərbaycan Respublikası təhsil Qanununa Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Ali təhsil Müəssisələrinin fəaliyyətinə xüsusi razılıq (lisenziya verilməsi haqqında qərarına, Azərbaycan Respublikası Təhsil Nazirliyinin sənədlərinə uyğn qurulduğunu, pedaqoji kadrların hazırlanmasında əldə olunmuş nailiyyətlərini nəzərə alaraq universitetin fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsini məqsədəuyğun hesab etmişdir. Eyni zamanda 2013-cü ildə universitet akreditasiyadan keçmişdir. Universitetdə müxtəlif fənnlər üzrə kabinetlər, dörd kopüter otağı, kitabxana, badii yaradıcılıq studiyası, tələbə elmi cəmiyyəti, Tələbə Gənclər təşkilatı, dörd dərnəklər, nəşriyyat, idman zalı, yeməkxana, kadrlar şöbəsi və mühasibatlıq fəaliyyət göstərir.
Learn more