Əsas » Məqalə » İqtisadiyyat

Maliyyə bazarları terminlərinin izahlı lüğəti

MALİYYƏ BAZARLARI
TERMİNLƏRİNİN
İZAHLI LÜĞƏTİ

Bu nəşr Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin təşəbbüsü ilə Avropa Birliyi tərəfindən maliyyələşdirilmiş və Yerli Iqtisadi Inkişaf Mərkəzi (YİİM) tərəfindən hazırlanmışdır. Nəşrin məzmunu Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi və Avropa Birliyinin mövqeyini əks etdirmir və məsuliyyəti yalnız YİİM daşıyır.

This publication has been prepared by the Center for Local Economic Development (CLED) and funded by the European Union under initiative of the State Committee for Securities. The contents of this publication are the sole responsibility of of the CLED and can in no way be taken to reflect the views of the State Committee for Securities of the Republic of Azerbaijan and European Union

 

     Bu lüğətdə maliyyə bazarları, o cümlədən qiymətli kağızlar bazarları, fond birjaları, valyuta birjaları, ilkin səhm bazarları, bu bazarlarda həyata keçirilən əməliyyatlar, onların iştirakçıları, istifadə olunan maliyyə alətləri, investisiya fondları, depozit sistemləri, maliyyə hesabatlılığı və bu kimi digər əlaqəli məsələlər üzrə terminlər (Azərbaycan və İngilis dillərində) və onların Azərbaycan dilində izahı əks olunmuşdur.
     Lüğət geniş oxucu auditoriyası, xüsusən də maliyyə, o cümlədən beynəlxalq maliyyə və maliyyə bazarları ilə əlaqədar məsələlərlə məşğul olan mütəxəssislər, müstəqil ekspertlər, dövlət və özəl təşkilatların işçiləri, maliyyə menecerləri, brokerlər, investorlar eləcə də müvafiq ixtisaslar üzrə dərs deyən müəllimlər, təhsil alan tələbə və aspirantlar üçün nəzərdə tutulmuşdur.

MÜNDƏRİCAT

1. GİRİŞ
2. ƏSAS HİSSƏ (terminlərin izahı)
3. SÖZLÜK
4. İSTİFAD Ə OLUNMUŞ MƏNBƏLƏR

GİRİŞ


     Azərbaycan Respublikasının dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu sosial-iqtisadi inkişaf strategiyası çərçivəsində ölkədə maliyyə sisteminin inkişafına, o cümlədən maliyyə sahəsində beynəlxalq standartların və maliyyə əməliyyatlarının mütərəqqi texnologiyalarının tətbiqinə xüsusi diqqət yetirilir və bu istiqamətdə məqsədyönlü, sistemli və ardıcıl iş aparılır. Son dövrlərdə ölkənin beynəlxalq maliyyə institutları, dünyanın aparıcı şirkətləri və ayrı-ayrı ölkələri ilə əməkdaşlığının dinamik şəkildə genişlənməsi və dərinləşməsi bu prosesin əhəmiyyətini daha da artırmaqla yanaşı, onun sürətləndirilməsini də şərtləndirmişdir.
     Təbiidir ki, bu proses müvafiq sahədə qabaqcıl beynəlxalq təcrübənin öyrənilməsi və ölkədə tətbiqinin sürətləndirilməsini də nəzərdə tutur. Bunun üçün isə bilavasitə maliyyə qurumlarında və əlaqədar sahələrdə çalışan mütəxəssislərin bilik və bacarıqlarının artırılması, müasir maliyyə əməliyyatlarından baş çıxaran və qabaqcıl texnologiyalardan istifadə edə bilən kadrların hazırlanması tələb olunur. Bu isə öz növbəsində müvafiq ədəbiyyatların və əlaqədar beynəlxalq təşkilatların müvafiq sənədlərinin öyrənilməsi və onların Azərbaycan dilinə tərcümə olunaraq yayılması, qabaqcıl təcrübəyə malik xarici ölkələrə təlim turlarının təşkili, beynəlxalq səviyyədə tanınmış mütəxəssisləri dəvət etməklə ölkədə müvafiq təlimlərin təşkili kimi məsələləri daha da aktuallaşdırır.
     Aydındır ki, bütün bunlar, ilk növbədə, beynəlxalq maliyyə sistemində istifadə olunan, o cümlədən maliyyə bazarları ilə əlaqədar terminlərin Azərbaycan dilinə çevrilməsini və onların anlaşıqlı dildə dəqiq izahının verilməsini nəzərdə tutur. Belə ki, təcrübə göstərir ki, bu istiqamətdə aparılan işlərin uğuru bir çox hallarda müzakirə olunan məsələlərlə əlaqədar bu və ya digər anlayışların ehtiva etdiyi mənanın vaxtında dəqiq başa düşülməsi və çatdırılmasından asılı olur.
     Oxucuların diqqətinə təqdim olunan bu lüğət məhz yuxarıda qeyd edilən ehtiyacların ödənilməsi məqsədilə Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin təşəbbüsü əsasında Avropa İttifaqının maliyyə və texniki dəstəyi ilə həyata keçirilən "İnvestisiyaların və ixracın təşviqi mühitinin yaxşılaşdırılmasına dəstək" layihəsi çərçivəsində Yerli İqtisadi İnkişaf Mərkəzində yaradılmış işçi qrup tərəfindən hazırlanmışdır.
     Maliyyə bazarları terminlərinin izahlı lüğətinin hazırlanmasında əsas məqsəd ölkədaxili maliyyə sistemində və beynəlxalq maliyyə əlaqələrində daha çox işlənilən terminlərin ingilis dilində qarşılığı ilə birlikdə Azərbaycan dilinə tərcüməsi və onların ümumiləşdirilmiş izahlarının verilməsi yolu ilə ölkədə maliyyə sahəsində vahid terminoloji mühitin yaradılmasına yardım etməkdir.
     Lüğətdə aşağıdakı sahələr üzrə terminlərin izahına üstünlük verilmişdir: maliyyə bazarları, o cümlədən qiymətli kağızlar bazarları, fond birjaları, valyuta birjaları, ilkin səhm bazarları, bu bazarlarda həyata keçirilən əməliyyatlar, onların iştirakçıları, maliyyə alətləri, investisiya fondları, depozit sistemləri, maliyyə hesabatlılığı və maliyyə menecmenti.
     Lüğət hazırlanarkən, əsasən, beynəlxalq maliyyə təşkilatlarının sənədlərindən, müvafiq sahədə müxtəlif dillərdə mövcud olan və istinad edilən sözlük və izahlı lüğətlərdən, elmi və praktiki nəşrlərdən və elektron resurslardan istifadə olunmuşdur.
     Lüğətdə işgüzar praktikada ən çox rast gəlinən 1500-ə yaxın maliyyə terminləri və onların məzmunlu izahı verilmişdir. Terminlərin ardıcıllığı Latın əlifbası ilə, onların adı isə iki dildə - İngilis və Azərbaycan dillərində verilmişdir ki, bu da müvafiq anlayışların həmin dillərdəki qarşılığının tapılmasını və onlardan istifadəni asanlaşdırır. Terminlər ingilis dilində kursiv və Azərbaycan dilində qalın şriftlərlə verilmişdir.
     Ümumilikdə, lüğət geniş oxucu auditoriyası, xüsusən də maliyyə, o cümlədən beynəlxalq maliyyə və maliyyə bazarları ilə əlaqədar məsələlərin bu və ya digər aspektləri ilə məşğul olan mütəxəssislər, dövlət və özəl təşkilatların işçiləri, maliyyə menecerləri, brokerlər, investorlar, müstəqil ekspertlər, eləcə də, müvafiq ixtisaslar üzrə dərs deyən müəllimlər, təhsil alan tələbə və aspirantlar üçün nəzərdə tutulmuşdur.
     Lüğət hazırlanarkən terminlərin adının düzgün ifadə edilməsi və oxşar terminlərin fərqli cəhətlərinin aydınlaşdırılması və izahının dəqiqləşdirilməsi məqsədilə müvafiq sahədə fəaliyyət göstərən təşkilatların nümayəndələri ilə müzakirələr aparılmış, bu sahədə tanınmış mütəxəssislər və ekspertlərin məsləhətlərindən də istifadə olunmuşdur. Odur ki, müəlliflər bu lüğətin hazırlanması zamanı öz dəyərli məsləhətlərini onlardan əsirgəməmiş mütəxəssislərə, ümumilikdə isə bu işin yerinə yetirilməsində yardımçı olmuş və zəhmət çəkmiş bütün şəxslərə öz minnətdarlıqlarını bildirirlər.
     Ümumiyyətlə, müəlliflər lüğətin keyfiyyətli olmasına, ən başlıcası isə terminlərin tərcüməsinin dəqiqliyini və izahların əhatəliyini təmin etməyə çalışmışlar. Bununla yanaşı, müəlliflər oxuculara təqdim olunan bu lüğətin maliyyə bazarları ilə əlaqədar bütün terminləri əhatə etməsi və burada verilən izahların hamısının bütün məqamları nəzərə alması iddiasında deyillər. Bu baxımdan, müəlliflər, lüğətin gələcəkdə təkmilləşdirilməsi zamanı nəzərə alınmaq üçün, lügətlə tanış olduğu zaman meydana çıxan təklif və tövsiyələrini office@cled.az elektron poçt ünvanına göndərəcək oxuculara əvvəlcədən minnətdarlıqlarını bildirirlər.

Müəllif heyəti:
     1. Vaqif Əli oğlu Rüstəmov, qrupun rəhbəri və elmi redaktor, iqtisad elmləri namizədi;
     2. Faiq Misir oğlu Camalov;
     3. İlkin Allahverən oğlu Nəzərov;
     4. Frdovsi Vidadi oğlu Mütəllimov;
     5. ərviz Əlövsət oğlu Baxşəliyev.

A
A2/P2 spredi
A2/P2 spread
30 günlük A2/P2 (aşağı keyfiy- yətli) və AA (yüksək keyfiyyətli) qeyri-maliyyə kommersiya kağız- larının faiz dərəcələri arasındakı fərq. Bu spred A2/P2 kommersiya kağızının AA kommersiya kağı- zına nisbətdə "risk mükafatı"dır. Bu göstəricinin qiyməti fond ba- zarının ümumi vəziyyətinin qiy- mətləndirilməsi, o cümlədən defolt riskinin müəyyənləşdirilməsi üçün mühüm indiqator hesab olunur. Odur ki, bu göstəricinin qiymətinin dəyişməsi daim diqqət mərkəzində saxlanılır.
Abandon (imtina etmək)
Abandon (abandonment)
1) Fiziki və ya hüquqi şəxsin müəyyən hüquq, iddia və tələblərindən (o cümlədən sahiblik və mülkiyyət hüquqları ilə əlaqədar) imtina etməsi;
2) Müxtəlif iqtisadi münasibətlərdə tərəflərdən birinin digər tərəfdən üzərinə düşən öhdəlikləri yerinə yetirməsini tələb etməkdən birtərəfli qaydada imtina etməsi;
3) Tərəf-müqabillərdən birinin hər hansı sövdələşmədən, müəyyən olunmuş cərimə və ya mükafat məbləğini ödəyərək, çıxması;
4) Mülkiyyət hüququnu təsdiq edən hər hansı bir sənədin istifadə müddətinin başa çatması və ya qüvvədən düşməsi;
5) Sığorta olunanın sığorta olunmuş əmlak üzərində malik olduğu hüquqlarından sığortaçının xeyrinə imtina etməsi. Bu zaman sığorta olunan tam sığorta məbləğini əldə etmiş olur. Adətən, bu halda müvafiq ərizə birtərəfli qaydada imtinaya görə əsasın yaranmasından sonrakı 6 ay ərzində təqdim olunmalıdır. Bundan sonra sığortalanmış əmlakın bütün hüquqları sığortaçıya keçir;
6) Borc münasibətlərində borc verən tərəfin təqdim etdiyi borcdan borc alanın xeyrinə qismən və ya tam imtina etməsi.
ABŞ xəzinə notu
US treasury note
ABŞ-ın öhdəlik müddəti 1 ildən 10 ilədək olan ortamüddətli dövlət borc qiymətli kağızları. Bu notların vaxtından əvvəl ödənişinə icazə verilmir. Onlara görə sabit yarımillik kupon və ödəmə vaxtı nominal dəyər ödənilir.
ABŞ xəzinə vekseli
US treasury bill
ABŞ-ın öhdəlik müddəti 1(bir) ilədək (adətən: 3 ay, 6 ay və maksimum 12 ay) olan qısamüddətli dövlət borc qiymətli kağızları. Müntəzəm əsasda satılır və pul bazarında aparıcı mövqeyə malikdir.
ABŞ uzunmüddətli xəzinə stiqrazları
US treasury bond
ABŞ-ın öhdəlik müddəti 10 il və ya daha uzunmüddətli olan dövlət borc qiymətli kağızları. Xəzinə notlarında olduğu kimi, onlara yarımillik kupon ödənilir və bu səbəbdən onlar kuponlu qiymətli kağız kimi də tanınırlar.
Açıq bazar əməliyyatları
Open market operations
Tədavüldə olan pul və kredit kütləsini tənzimləmək məqsədilə daxili pul bazarında dövlət qiymətli kağızlannm alqı və satqısı vasitəsilə maliyyə bazarlarına Mərkəzi Bankın müdaxiləsi. Mərkəzi Bankın müdaxiləsi qısa müddətli dövlət istiqrazlarmm bazara buraxılması və ya bazardan çəkilməsi yolu ilə həyata keçirilir.
Açıq bazar əməliyyatlarmın əsas hədəfləri inflyasiya səviyyəsinin, pul kütləsinin, valyuta məz ənnəsinin tənzimlənməsi ola bilər.
Açıq Bazar üzrə Federal Komitə
Federal Open Market ommittee (FOMC)
ABŞ-da Federal Rezerv Sisteminin pul tədavülünə, kreditləşdirmə həcminə, faiz dərəcəsinə və valyuta bazarına təsir etmək məqsədilə açıq bazarda qiymətli kağızların alqısı və satqısı sahəsində siyasətinin işlənib hazırlanmasına məsul olan orqanı. Komitəyə Federal Rezerv Sisteminin İdarəetmə Şurasının üzvləri, Nyu- York Federal Rezerv Bankının prezidenti və digər dörd federal rezerv banklannın prezidentləri daxildir. Komitə üzvləri ayda və ya ay yarımdan bir toplaşır və yuxarıda göstərilən məsələləri müzakirə edərək müvafiq siyasətlə bağlı qərarlar qəbul edirlər.
Açıq devalvasiya
Open devaluation
Ölkənin milli valyutasının sabitliyinin təmin olunması məqsədilə müvafiq dövlət orqanları tərəfindən milli valyutanın məzənnəsinin digər ölkələrin möhkəm valyutalarına və beynəlxalq hesablaşma vasitələri vahidlərinə nisbətdə rəsmən endirilməsi, həmçinin, milli valyuta vahidinin real qızıl məzmununun azaldılması. Bu zaman milli valyutanın məzənnəsinin qaldırılması məqsədi ilə dövlət tərəfindən milvalyutanın əhəmiyyətli həcmdə dövriyyədən yığılması, yaxud dəyərdən düşmüş milli pul nişanlarının yeniləri ilə əvəz edilməsi kimi tədbirlərə əl atılır.
Açıq devalvasiya daxili bazarda əmtəə qiymətlərinin azalmasına, ixracın ucuzlaşmasına, idxalın isə bahalaşmasına səbəb olur.
Açıq faktorinq
Open factoring
Faktorinq əməliyyatının xüsu- si forması. Bu zaman kreditor tərəf faktor-banka, yaxud faktor- firmaya borc sənədləri haqqında məlumat təqdim etdikdən sonra ikinci tərəf borc məbləğinin 80%- ni ona kredit formasında ödəyir. Kreditor tərəf borcalan tərəfdən bütün borc məbləğinin ödənişini əldə etdikdən sonra (adətən 60 gün ərzində) faktor-subyektdən əldə etdiyi məbləği və ona hesablanmış faiz məbləğini qaytarır. Borclu tərəf borc məbləğini kreditora ödəmək imkanına malik olmadıqda kreditor bütün borc sənədlərini faktor- subyektə təqdim edir və bundan sonra borc öhdəliyinin tələb edilməsi hüququ sonuncuya keçir.
Açıq fond (açıq investisiya fondu, açıq qarşılıqlı fond)
Open-end fund (open-end investmentfund, open-end mutual fund)
İstənilən zaman yeni səhmlərin buraxılışına və ya buraxdığı səhmləri geri almağa məhdudiyyəti olmayan kollektiv (qarşılıqlı) investisiya fondu.
Açıq idarəetmə şirkəti
Open-end management company
Qiymətli kağızların buraxılması və alqı-satqısı yolu ilə aktivlərin idarə olunmasını həyata keçirən şirkət. Ən sadə açıq idarəetmə şirkətləri qarşılıqlı fondların aktivlərinin xalis dəyərinə uyğun sayda səhm buraxan və onların alqı-satqısını həyata keçirən şirkətlərdir.
Açıq investisiya şirkəti
Open-end investment company
Kapitalını başqa müəssisələrə inves tisiya edən şirkət. Açıq tipli investisiya şirkətləri özlərinin yeni səhmlərini investorlara satırlar, keçmiş səhmlərini yenidən almağa hazırdılar və fond birjasında listinqə düşmürlər. Tələb artdıqca daha çox səhmlər buraxırlar.
Açıq mövqe
Open position
İcra olunmamış və ya bağlanılmamış mövqe, başqa sözlə, qiymətli kağızların alqı və ya satqısına dair sifarişlərin açıq qalması. Məsələn, 500 neft fyuçersinə sahib olan investor, bu mövqeyini bağlamadıqca açıq mövqeyə malik olur.
Açıq mövqelərin sayı
Open interest
Müəyyən dövr üzrə açıq (həyata keçirilməmiş və ya başa çatmamış) bütün fyuçers və opsion müqavilələrinin sayı.
Açıq səhmdar cəmiyyəti
Public corporation
Səhmləri səhmdarları tərəfindən digər səhmdarlarının razılığı olmadan belə müstəqil surətdə özgəninkiləşdirilə bilən səhmdar cəmiyyət.
Açıq səhmdar cəmiyyətinə çevrilmə
Going Public
Qapalı səhmdar cəmiyyətinin və ya özəl şirkətin listinqdən keçərək ilk dəfə səhmlərini sərbəst bazarda kütləvi təklif etməsi./td>
Açıq sifariş (açıq sərəncam, açıq əmr)
Open order
Qiymətli kağızların alqı-satqısı üzrə həyata keçirilməmiş və ya ləğv olunmamış sifariş.
Açılışa qədər ticarət
Pre-market trading
Birjaların ticarət sessiyasının rəsmi başlanmasından öncə aparılan ticarət.
Açılışın (ticarətin) ləngiməsi
Delayed opening
Müəyyən səbəblərdən birjada ticarətin başlanmasının (hərracın açılışının) ləngiməsi. Gecikmənin səbəbləri alış və ya satış tələblərinin çox olması və ya yayılması üçün müəyyən vaxt tələb edən korporativ xəbərlərin gözlənilməsi ola bilər.
Adi (oksidləşən) metallar
Base metals
Mis, dəmir və ya qalay kimi (qızıl, gümüş və ya platin kimi nəcib metallardan fərqli olaraq) açıq havada və ya rütubətdə qaldıqda paslanan və ya korlanan, nisbətən ucuz və adi metallar.
Adi (sadə) səhm
Common stock (common share, equity share, ordinary share)
Sahibinə səhmdar cəmiyyətin idarə heyətinin üzvlərinin seçilməsində və səhmdarların ümumi yığıncağında səhmdar cəmiyyətinə aid olan digər məsələlərin həll edilməsində iştirak etmək hüququnu verən səhm. Səhmdar cəmiyyətin mənfəətindən imtiyazlı səhm sahiblərinə divident faizi ödənildikdən sonra qalan mənfəətin bir hissəsi adi səhm sahibləri arasında divident şəklində bölüşdürülür. İmtiyazlı səhmdən fərqli olaraq adi səhmlər üzrə dividentin həcmi səhmdar cəmiyyətin mənfəətinin həcmindən asılı olaraq dəyişir.
Adi birja sövdələşməsi
Cash transaction (spot)
Sövdələşmə predmeti olan qiymətli kağızların və əmtəələrin təqdimi və pul ödənişləri təxirə salmmadan sövdələşmə günü və ya sövdələşmə günündən sonrakı iki gün ərzində həyata keçirilən birja sövdələşməsi (ticarəti).
Adlı (qeydiyyatdan keçmiş) istiqraz
Registered bond
Emitent-şirkətin reyestrində sahibinin adına qeydiyyata alınmış istiqraz. Belə istiqrazlar üzrə mülkiyyət hüququ yalnız onların qeydiyyatdan keçmiş sahiblərinin razılığı ilə başqasına keçə bilər və bu proses ötürücü yazı və reyestrdə məlumatların dəqiqləşdirilməsi ilə müşayiət olunur. Əksər hallarda belə istiqrazlar üçün sertifikatlar buraxılmır, bu zaman bütün məlumatlar hesablar üzrə aparılan qeydlər şəklində mövcud olur.
Adlı qiymətli kağızlar (qeydiyyatdan keçmiş qiymətli kağızlar)
Registered securities (registered certificates)
Müəyyən şəxsin adına qeydiyyatdan keçirilmiş qiymətli kağızlar. Belə qiymətli kağızların sahibləri haqqında məlumatlar emitent tərəfindən qeydiyyata alınır və onların satışı zamanı sahiblərinin ötürücü yazısı tələb olunur.
Adlı veksel
Inscribed bill
Üzərində sahibinin adı qeyd olunmuş veksel. Bu veksel üzrə əməliyyatlar sahibinin tanınmasını tələb etdiyindən onu başqa bir şəxsə ötürmək olmur.
Admonisiya (ehtiyat tədbiri)
Admonition
Borc alan tərəfindən götürülən borc məbləğinin ödəniləcəyi barədə borc verən (kreditor) tərəfə təqdim edilən yazılı öhdəlik.
Adsız istiqraz
Bearer bond
Təqdim edənə faiz və borc məbləğinin alınması hüququnu verən istiqraz.
Adsız qiymətli kağız
Bearer security
Sahibi haqqında heç bir yerdə qeydiyyat aparılmayan qiymətli kağızlar. Bu qiymətli kağızlar üzrə sahiblik hüququ müvafiq sertifikatı təqdim edən şəxsə aiddir. Anonimliyini saxlamaq istəyən investorlar üçün maraqlıdır.
Adsız səhmlər
Bearer shares
Sahibi haqqında heç bir yerdə qeydiyyat aparılmayan səhmlər. Bu səhmlər üzrə sahiblik hüququ müvafiq sertifikata malik olan şəxsə aiddir. ABŞ və Böyük Britaniyada səhmlərin belə forması artıq sıradan çıxmışdır.
Agent müqaviləsi
(sığorta üzrə)

Contract of agency
Sığorta hadisəsi baş verdikdə qorunan əmanətçilərə kompensa- siyaların ödənilməsinin təşkil edilməsi məsələlərini tənzimləyən agent müqaviləsi.
Agent
Agent
Başqa fiziki və ya hüquqi şəxsin adından, müəyyən komissiya haqqı müqabilində, onun hesabına və riskinə alqı-satqı aparan fiziki və ya hüquqi şəxs. Bir qayda olaraq, agent alqı-satqı predmetinin sahibi olmadığından mümkün zərərə görə risklər də onun üzərinə deyil, təmsil etdiyi tərəfin üzərinə düşür.
Bəzən vasitəçi, təmsilçi, səlahiyyətli nümayəndə və etibarlı şəxs də adlandırılır.
Agent-transfer
Agent-transfer
Qiymətli kağızlar bazarında reyestr saxlayıcısı v ə qeydiyyatdan keçmiş şəxslər və ya onların səlahiyyətli nümayəndələri arasında vasitəçilik funksiyasını həyata keçirən hüquqi şəxs. Agent-transfer reyestr saxlayıcısı ilə bağlanmış müqavilə əsasında fəaliyyət göstərir və qiymətli kağızlar bazarının peşəkar iştirakçısı sayılır. Agent-transfer qeydiyyatdan keçmiş şəxslər və ya onların səlahiyyətli nümayəndələrindən reyestrdə lazımi əməliyyatlar aparmaq üçün zəruri olan məlumatların və sənədlərin qəbul edilməsi və reyestr saxlayıcısına verilməsi, həmçinin, reyestr saxlayıcısından qarşı tərəfə lazım olan məlumat və sənədlərin qəbul edilməsi və ötürülməsi funksiyalarını həyata keçirir. Agent-transfer qeydiyyatdan keçmiş şəxslər üçün reyestrdə hər hansı bir digər əməliyyat aparılması, hesabların açılması, bu hesablar üzrə əməliyyatların aparılması və s. bu kimi digər funksiyaları həyata keçirmək səlahiyyətinə malik olmur.
“Ağ cəngavər”
White knight
Rəqib ("Qara cəngavər") tərəfindən ələ keçirilmək təhlükəsindən qorunmaq üçün şirkət tərəfindən axtarılan potensial dost alıcı və ya müəyyən bir şirkətə kömək etmək niyyətində olan korporasiya, şəxsi kompaniya və ya fiziki şəxs. Göründüyü kimi, "Ağ Cəngavər"in iki növü ola bilər: (i) birinci növ "Ağ Cəngavər" rəqib şirkət tərəfindən alınma təhdidi altında olan hədəflənmiş şirkəti daha əlverişli şərtlərlə almaq haqqında yeni təkliflə çıxış edən alıcıdır; (ii) ikinci növ "Ağ Cəngavər" rəqib şirkət tərəfindən alınma təhdidi olmayan güclü şirkəti əlverişli şərtlərlə almaq təklifi ilə çıxış edən alıcıdır.
Ajio-konto
Agio-conto
Gəlirləri və zərərləri əks etdirən hesab.
Ajio
Agio
1) Qızılın bazar qiyməti ilə verilmiş qızıl miqdarını nominal olaraq təmsil edən nağd pulun kəmiyyəti arasında fərq (qızıl standartı şərti daxilində);
2) Qiymətli kağızların bazar qiyməti ilə onların nominal dəyəri arasında fərq;
3) Çatdırılma müddəti müxtəlif olan qiymətli kağızların dəyərləri arasında fərq;
4) Pulun müxtəlif formalarının dəyərləri arasında fərq (məsələn, valyutaların mübadiləsi, xırda pulların iri pullara dəyişdirilməsi, ka- ğız pulun qızıla dəyişdirilməsi (qızıl standartı şərti daxilində) zamanı bank tərəfindən götürülən komissiya haqqı);
5) Bankın götürdüyü və verdiyi kreditlər üzrə faiz dərəcələri arasında fərq;
6) Əmtəənin cari qiyməti ilə müddətli sövdələşmə qiyməti arasındakı müsbət fərq.
Ajiotaj
Agiotage
1) Hər hansı bir fəaliyyətdə, ani dəyişikliklər səbəbindən yaranmış təşviş, vahimə;
2) Əmtəənin və ya qiymətli kağızların qiymətinin, eləcə də, valyuta kursunun gözlənilmədən (ani) dəyişməsi. Adətən, bu zaman bazar subyektlərinin bir qismi yüksək mənfəət qazanır, digər qismi isə böyük ziyanla üzləşir;
3) Kəskin qiymət dəyişmələri zamanı yüksək mənfəət əldə edilməsi məqsədi ilə valyuta və qiymətli kağızların mübadiləsi ilə bağlı ehtikar əməliyyatlarla müşayiət olunan vəziyyət.
Akkreditə olunmuş investor
Accredited investor
1) Maliyyə məsələlərində səlahiyyətlərinə münasibətdə müvafiq tələblərə uyğun gələn institusional və ya fərdi investor;
2) ABŞ-da illik gəlirlərinin, xalis aktivlərinin və investisiya qoyuluşlarının həcmi ABŞ Qiymətli Kağızlar və Birjalar üzrə Komissiyasının müəyyən etdiyi müvafiq tələblərə cavab verən investor. Bu tələblərə cavab verən in vestorlar məhdud məsuliyyətli əməkdaşlıqda iştirak edən investorların sayına qoyulan məhdudiyyətin təsir dairəsinə düşmürlər. ABŞ qanunvericiliyinə görə akkreditə olunmuş investor aşağıdakı tələblərdən birinə cavab verən fiziki şəxs hesab olunur:
(i) özünün və ya həyat yoldaşı ilə birlikdə malik olduğu xüsusi kapitalın məbləği 1 mln. ABŞ dollarından çoxdur və ya (ii) son ardıcıl iki il ərzində hər il üçün özünün gəliri 200 min ABŞ dollarından və ya həyat yoldaşı ilə birlikdə gəliri 300 min ABŞ dollarından çoxdur və cari ildə gözlənilən gəlirin bu səviyyədən az olmayacağına tutarlı əsaslar vardır.
Aksept (qəbul etmə, təsdiq etmə, razılıq)
Acceptance (accept)
1) Müqavilənin bağlanması, yaxud müqavilə şərtlərinin dəyişdirilməsi barəsində təklifə razılığın verilməsi (bu zaman: (i) aksept tam və qeyd-şərtsiz olmalıdır; (ii) əgər oferent aksept üçün müddət müəyyənləşdiribsə, aksept yalnız həmin müddətdə həyata keçirilə bilər).
2) Ödəyən subyekt tərəfindən veksel, çek və hesab üzrə borc məbləğinin təsbit olunmuş müddətdə ödənilməsi barədə öhdəliyin qəbul edilməsi;
3) Bank tərəfindən köçürmə veksel üzrə ödənişin vaxtında ödənilməsi ilə bağlı zəmanətin təqdim edilməsi;
4) Pul və ya əmtəə sənədlərində (ödəniş məqsədilə təqdim olunmuş) göstərilən məbləği ödəmək barəsində ödəyən (borclu) tərəfin rəsmi razılıq təqdim etməsi;
5) Köçürmə vekselin üzərində borclu tərəfin ödəniş barəsində razılığını bildirən (təsdiq edən) imzanın qoyulması;
6) Bank tərəfindən mal göndərən, iş görən, yaxud xidmət göstərən tərəfə məxsus hesaba ödəniş edilməsi barəsində rəsmi razılığın təqdim edilməsi.
Aksept evi
Accepting house
Əsasən, yardımçı maliyyə xidmətlərinin (ticarət, xüsusi ilə d ə xarici ticarət əməliyyatları zamanı meydana gələn köçürmə veksellərinin (trattaların) akseptləşdirilməsi, qiymətli kağızların yeni buraxılışlarının yerləşdirilməsi, birləşmələr və udulmalar, xarici valyuta əməliyyatları, investisiya portfeltərinin idarə olunması kimi müəyyən maliy yə əməliyyatları ilə əlaqədar məsələlər üzrə məsləhətlər verilməsi və s.) üzrə ixtisaslaşan maliyyə qurumu. Məsələn, Böyük Britaniyada ticarət bankı kimi formalaşan və əsasən, xarici ticarətin kreditləşdirilməsi üzrə ixtisaslaşan belə bir qurum kommersiya veksellərinin akseptləşdirilməsi ilə yanaşı, kredit və depozit əməliyyatları da həyata keçirir və müştərilərinə bank-kredit sahəsində məsləhət xidmətləri də göstərir.
Aksept krediti
Acceptance credit
Bank tərəfindən müəyyən komissiya haqqı müqabilində alıcı və ya satıcının verdiyi köçürmə vekselin akseptləşdirilməsi qaydasında kredit təqdim edilməsi. Bu prosesdə bank müəyyən mənada kreditor qismində çıxış etsə də, əvvəlcədən kredit məbləğini təqdim etmir və aksept əməliyyatına öz vəsaitini qoymur, yalnız, ödəniş müddəti çatdıqda veksel üzrə ödənişi həyata keçirməyi öhdəsinə götürür. Məhz, bu cəhət aksept kreditini kommersiya kreditindən fərqləndirir. Xarici ticarət əməliyyatları üçün xarakterik olan belə sövdələşmədə rəsmi kreditor kimi satıcı çıxış edir, ak- septin olması isə onun üçün satış prosesini və ya vekselin uçotunu asanlaşdırır.
Aksept tapşırığı
Acceptance order
Alıcı (idxalçı) tərəfin ona xidmət edən banka onun hesabında olan vəsaitin qismən və ya tam həcmdə müəyyən bir hesabda depozitə qoyması və aksepti barəsində təqdim etdiyi ödəniş tapşırığı. Aksept tapşırığını alan bank satıcı (ixracatçı) tərəflə ödənişi həmin xüsusi hesabda depozitə qoyduğu və akseptləşdirdiyi məbləğ əsasında həyata keçirir. Əsasən, xarici ticarət əməliyyatları zamanı istifadə olunur.
Akseptant
Acceptor
1) Üzərinə vekselin ödənişi barəsində öhdəlik götürmüş və bunu vekselin üzərində imzası ilə təsdiq edən fiziki və ya hüquqi şəxs. Akseptant həmin sənəd üzrə əsas borclu tərəf sayılır;
2) Köçürmə vekselin üzərində göstərilən məbləğin ödənişi ilə bağlı zəmanət təqdim etmiş bank.
Aktiv bazar (fəal bazar)
Active market (tight market)
Həyata keçirilən əməliyyatların həcminin böyüklüyü, satış və alış qiymətləri arasındakı spredin kiçikliyi və rəqabətin yüksək səviyyəsi ilə səciyyələnən qiymətli kağızlar bazarı.
Aktiv əməliyyatlar
Active operations
Hər hansı iqtisadi subyektin (dövlətin, müəssisənin, yaxud hər hansı fiziki şəxsin) özünə məxsus olan maliyyə resurslarını mənfəət əldə etmək məqsədilə dövriyyəyə buraxması, yaxud idarə etməsi. Hər hansı hüquqi və ya fiziki şəxsin özünün sərbəst pul vəsaitlərini qiymətli kağızlara investisiya şəklində yatırması, yaxud dövlətin öz valyuta ehtiyatlarını mənfəət əldə etmək məqsədilə xarici aktivlərdə, eləcə də xarici valyutada saxlaması (idarə etməsi) da aktiv əməliyyatlara aiddir.
Aktivin dəyərinin artması (bahalaşması)
Appreciation
Bazar qiymətlərinin artması nəticəsində aktivin dəyərinin artması. Dəyərdən düşmənin (ucuzlaşmanın) əksi.
Aktivlər üzrə zərərin ödənilməsi üçün “adi” ehtiyatlar
“Common” store for compensation paid to assets
Bankın "standart aktivlər"i üzrə mümkün zərərin ödənilməsi üçün yaradılmış ehtiyat.
Aktivlər üzrə zərərin ödənilməsi üçün “məqsədli” ehtiyatlar
“Purposeful” (specialpurpose) store for compensation paid to assets
Bankın "qeyri-standart aktivlər"i üzrə mümkün zərərin ödənil- məsi üçün yaradılmış ehtiyat.
Aktivlər
Assets
Fiziki və ya hüquqi şəxslərin malik olduqları maşın və avadanlıqlar, binalar, pul vəsaitləri, bank depozitləri, qiymətli kağızlar, patentlər və digər bu kimi digər bütün maddi və qeyri-maddi mülkiyyət obyektləri. Aktivlər xarakterinə görə iki böyük qrupa bölünür: maddi aktivlər və qeyri- maddi aktivlər. Maddi aktivlərə daşınmaz əmlak, pul vəsaitləri, qiymətli kağızlar və s. bu kimi fiziki formaya malik olan monetar aktivlər, qeyri-maddi aktivlərə isə patentlər, müəllif hüquqları, ticarət markaları və s. bu kimi fiziki formaya malik olmayan tanına bilən qeyri-monetar aktivlər aiddir.
Aktivlərin bölünməsi (ayrılması)
Asset stripping
Əsasən, mənfəət götürmək məqsədi ilə bazar qiyməti aktivlərin dəyərindən aşağı düşdüyü halda şirkətin səhmlərinin alınması yolu ilə aktivlərin əldə edilməsi və sonradan həmin aktivlərin hamısının və ya bir qisminin satılması.
Aktivlərin idarə edilməsi
Asset management
1) Müəyyən investisiya məqsədlərinə nail olmaq üçün müştərilərin vəsaitlərinin toplanması və investisiya portfelinin yaradılması (qiymətli kağızlara və ya digər aktivlərə yatırmaq) yolu ilə peşəkar səviyyədə idarə olunması.
2)Şirkətə və ya banka məxsus maliyyə resurslarından gələn gəlirləri maksimallaşdırmaq məqsədilə onların idarə olunması.
Adətən, aktivlərin idarə edilmə sini investisiya şirkətləri (fondları) və investisiya bankları həyata keçirir.
Aktivlərin müddətlərinə görə sıralanması
Laddering
Müxtəlif müddətlərə malik aktivlərə təqribən bərabər həcmdə investisiya qoyulması yolu ilə investisiya portfelinin formalaşdırılması strategiyası.
Aktivlərin yerləşdirilməsi (paylanması)
Asset allocation
Risklərin balanslaşdırılması məqsədi ilə tətbiq olunan investisiya strategiyası. Bu strategiya mövcud vəsaitlərin müxtəlif aktivlər (səhmlər, istiqrazlar, törəmə maliyyə alətləri və s.), o cümlədən yerli və xarici aktivlər arasında paylanmasını nəzərdə tutur. Başqa sözlə, müxtəlif gəlirlilik və risk dərəcəsinə malik aktivlərdən ibarət investisiya portfelinin strukturunun formalaşdırılması.
Aktivlərlə təmin edilmiş qiymətli kağızlar
Asset-backed securities (Asset-based securities, ABS)
Dəyəri və ödənişləri müvafiq baza aktivlərindən gələn vəsaitlər hesabına formalaşan qiymətli kağızlar. Bu tip qiymətli kağızlar, adətən, avtomobil kreditləri və kredit kartı üzrə ödənişlər kimi kiçik və qeyri-likvid aktivlər hovuzunun sekuritizasiyası yolu ilə yaradılır. İnvestorlar üçün bu cür qiymətli kağızlar korporativ borc alətlərinə investisiyanın alternatividir.
Aktuar hesablamalar
Actuarial calculations
Maliyyə, xüsusilə də sığorta əməliyyatlarında ehtimal nəzəriyyəsi, statistika və riyazi üsulların tətbiqi ilə aparılan hesablamalar sistemi. Əvvəllər, həyat sığortası və pensiya məqsədləri üçün sığorta fondunun əmələ gəlməsi və xərclənməsi mexanizminin qurul- masında riyazi düsturların köməyi ilə aparılan hesablamaları əhatə edirdi (bu zaman aktuar hesablamalar sığorta olunanın yaşından asılı olaraq sığorta hadisəsi ehtima- lının müəyyən edilməsi əsasında aparılır). Sonradan aktuar hesab- lamalar əlillik zamanı sığorta, əmlak sığortası daxil olmaqla bütün sığorta növləri üzrə tariflərin hesablanmasını əhatə etdi. Aktuar hesablamanın köməyilə sığorta fon dunun yaradılmasında hər bir sığortalının iştirak payı müəyyən edilir, yəni tarif dərəcələrinin ölçüləri müəyyən edilir. Aktuar hesablamalar metodologiyasında ehtimal nəzəriyyəsindən, demoqrafik məlumatlardan, uzunmüddətli sta- tis tik məlumatlardan, maliyyə hesablamalarından istifadə edilir.
Maliyyə hesablamalarının köməyilə sığortaçının sığortalayanlar tərəfindən akkumulyasiya olunmuş ödənişlərinin kredit resursları kimi istifadə edilməsindən əldə olunan gəlirlər də nəzərə alınır. Hazırda aktuar hesablamalardan sığorta əməliyyatları ilə yanaşı, digər maliyyə əməliyyatlarında da tərəf-müqabillər arasında qarşılıqlı münasibətlərin tənzimlənməsində, o cümlədən qarşılıqlı öhdəliklərin müəyyənləşdirilməsində geniş istifadə olunur.
Aktuar mənfəət və zərər
Actuarial gains and losses
Müəyyən dövr ərzində şirkətin aktuar qiymətləndirmələrə nəzərən yaranan əlavə mənfəəti və ya zərəri. Bunlar aşağıdakılarla əlaqədar yaranır: (i) təcrübə əsasında də- qiq ləşdirmələr aparılması (gələcək hadisələr haqqında ilkin aktuar fərziyyələrlə həqiqətdə baş verənlər arasındakı fərqə əsasən);
(i) aktuar fərziyyələrdə dəyişiklər baş verməsi.
Aktuar mənfəət və zərərlər müəy yən olduqları dövrlərin mənfəət və zərərlər haqqında hesabatında əks etdirilir.
Aktuar risk
Actuarial risk
Aktuar hesablamaların xətası ilə əlaqədar yaranan risk. Aktuar risk sığorta hadisəsinin baş verməsinin riyazi gözləməsi ilə ölçülür. Bu risk müəyyən sığorta mükafatının ödənilməsi əvəzinə örtülür.
Aktuariat
Actuariat
Maliyyə, xüsusilə də sığorta əməliyyatlarında ehtimal nəzəriyyəsi, statistika və riyazi üsulların tətbiqi sahəsi. Əvvəllər aktuariatdan yalnız həyat sığortasında istifadə olunsa da, sonralar bu üsullar sığortanın digər növlərinə də tətbiq olunmağa başladı. Hazırda qiymətli kağızlar bazarında investisiya risklərinin qiymətləndirilməsi başda olmaqla, bir sıra maliyyə əməliyyatlarında da aktuariatdan istifadə olunur. Aktuariat maliyyə riyaziyyatının əsasını təşkil edir. Aktuariat istiqrazların nəzəri əsaslandırılması və praktiki tətbiqində də öz əksini tapmışdır. Bundan əlavə, ehtimalın hesablanması əsasında seçim edilən maliyyə əməliyyatlarında da aktuariat tətbiq edilməyə başlanmışdır: birja siyasətinin formalaşması, likvid vəsaitlərdən istifadə edilməsi yollarının müəyyənləşdirilməsi, gəlir lərin aktuallaşdırılmasına əsaslanan investisiyaların seçilməsi bu qəbildəndir.
Akvizisiya (əldə etmə, satın alma)
Acquisition
Birjada bir şirkətin səhmlərinin digər şirkət, şəxslər qrupu və ya şəxs tərəfindən nağd pul, səhmlər və ya ikisinin kombinasiyası formasında alınması. Akvizisiya razılıq (friendly acquisition) və ya təcavüz (hostile acquisition) yolu ilə həyata keçirilə bilər. Dostcasına akvizisiya hədəflənmiş şirkət ilə alqı-satqı haqqında razılıq əldə olunmaqla, təcavüzkar akvizisiya isə hədəflənmiş şirkətin nəzarət paketini əldə etmək məqsədilə bu şirkətin səhmlərinin aktiv şəkildə alınması əsasında həyata keçirilir. Hər iki halda hədəflənmiş şirkətin səhmdarlarını səhmlərini satmağa təşviq etmək məqsədilə bu səhmlərə görə bazar qiymətindən daha yüksək qiymət təklif olunur.
Alan tərəf
Buy-side
Əsas işi böyük həcmdə qiymətli kağızları özləri və ya investorları üçün almaq olan maliyyə institutları. Məsələn, investisiya fondları, pensiya və sığorta fondları.
Alfa (alfa əmsalı)
Alpha
Risk/gəlirlilik modellərinin (məsələn CAPM) proqnozlaşdırdığı gəlirlilik səviyyəsindən artıq olan gəlirlilik. Qiymətli kağızın və ya fondun riskə uyğunlaşdırılmış gəlirliliyini ölçür. Məsələn, CAPM təhlili əsasında portfelin gəlirliliyi 10% proqnozlaşdırılmış, lakin gəlirlik 15% təşkil etmişdir. Bu təqdirdə Alfa 5% təşkil edir.
Alıcı opsionu (“Koll” opsionu)
Call option
Saxlayana müəyyən miqdar qiymətli kağızı müəyyən müddət ərzində müəyyən olunmuş qiymətə almaq hüququ verən opsion müqaviləsi. "Koll" opsionun alıcısı opsionu istifadə etmək istədikdə opsionun satıcısı müvafiq baza qiymətli kağızı satmaq öhdəliyi daşıyır.
Alıcı və satıcı qiyməti
Bid and ask
Alıcıların və satıcıların təkliflərinin birgə kotirovkası əsasında müəyyən olunan alıcıların ödəməy ə hazır olduqları ən yüksək qiymət və satıcıların qəbul etdiyi ən aşağı qiymət (və ya bu qiymətlər arasındakı fərq).
Alıcının bazarı
Buyer's market
Təklifin tələbi xeyli üstələməsi nəticəsində alıcı üçün faydalı olan konyunkturanın yarandığı bazar. Bəzən yumşaq bazar da adlandırılır. Satıcı bazarının əksidir.
Alıcının qiyməti
Bid price
Qiymətli kağız və digər maliyyə alətləri almaq üçün alıaların ödəməyə hazır olduqları (təklif etdikləri) ən yüksək qiymət, başqa sözlə, market-meykerlərin qiyməti.
Alış üzrə təklif (sifariş)
Bid
Müvafiq bazarda qiymətli kağızlar, valyuta və depozit alınması üzrə təklif (sifariş) verilməsi.
Alqı-satqı dəhlizi (diapazonu)
Trading band
Hökumətin və ya Mərkəzi Bankın öz ölkəsinin pul vahidinin müdaxilə olmadan mübadilə əməliyyatlarına daxil olmasına icazə verdiyi formal mübadilə məzənnəsi hədləri. Müdaxilə dəhlizi (diapazonu) kimi də tanınır. Bəzən bu siyasət sabit məzənnənin tədrici artırılması və ya azaldılması sistemi ilə də əlaqələndirilir.
Alqı-satqı kotirovkası
Bid-ask quote
Alıcıların və satıcıların təklif et dikləri qiymətlərin qarşılaşdırılması əsasında qiymətlərin müəyyənləşdirilməsi. Hər hansısa qiymətli kağızın alış və satış qiymətini bir arada əks etdirir.
Alqı-satqı spredi
Bid-ask spread
Alış və satış qiymətləri arasın- da fərq. Məsələn, əgər alış qiyməti 20 ABŞ dolları, satış qiyməti isə 21 ABŞ dollarına bərabərdirsə, alqı- satqı spredi 21-20=1 ABŞ dollarına bərabər olar.
Satıcı və alıcı qiyməti arasındakı fərqin az olması, qiymətli kağızın likvid olması deməkdir.
Allonj
Allonge
Vekselə (və ya dövriyyədə olan digər qiymətli kağızlara) birləşdirilmiş əlavə vərəq. Bu vərəqdə vekselin arxa tərəfinə sığışmayan imzalar (indossamentlər) həkk olunur. Həmin imzalar elə həkk olunur ki, onların başlanğıcı vekselin, sonu isə allonjun üzərində yerləşmiş olsun. Bununla yanaşı, allonjun üzərində ötürücü qeydlər və aval da həkk oluna bilər.
Alman Birja İndeksi (DAX)
Deutsche Aktien Index (German Stock Exchange DAX)
Frankfurt fond birjası (Deutsche Boerse) tərəfindən hesablanan indeks. XETRA elektron ticarət sistemində səhmləri ticarətdə olan şirkətləri əhatə edir.
Alpari (nominal dəyər üzrə, paritet üzrə)
At par
Qiymətli kağızın (səhmin, istiqrazın, vekselin və s.-nin) və ya valyutanın bazar dəyərinin nominal dəyərilə bərabər olması. Əksər hallarda bu anlayış istiqrazlara münasibətində istifadə edilir. Alpari ilə ticarət olunan istiqrazın gəlirliliyi kuponlar üzrə ödəmələrə bərabərdir. Faiz dərəcələri davamlı şəkildə dəyişdiyindən, demək olar ki, maliyyə alətləri heç zaman bazarda nominal dəyərilə tam bərabər olan dəyər ilə ticarət olunmur. Aydındır ki, faiz dərəcəsi istiqrazın kupon dərəcəsindən yüksək və ya aşağı olduqda bu istiqraz Alpari ilə ticarət olunmayacaq.
Alternativ xərclər
Opportunity cost
1) Müəyyən fəaliyyəti davam etdirmək üçün imtina edilməli olan alternativin dəyəri. Başqa sözlə, imtina edilmiş alternativ fəaliyyətin seçilməsi halında əldə oluna biləcək əlavə gəlir;
2) Seçilmiş və imtina edilmiş investisiya qoyuluşu imkanları arasındakı gəlirlilikdəki fərq. Məsələn, səhmə investisiya qoymaqla illik bu investisiyanın 2%-i məbləğində gəlir əldə edilmişdir, lakin bu vəsait illik 6% gəlir gətirən risksiz (etibarlı) dövlət istiqrazı kimi digər aktivə də yönəldilə bilərdi. Bu halda, itiril- miş imkanın dəyəri 4% olur (yəni 6% - 2%).
Amerika Fond Birjası
American Stock Exchange (AMEX)
Əhəmiyyətinə görə ABŞ-ın Nyu-York Fond Birjasından sonra ikinci böyük fond birjası olmaqla kiçik və orta (əksəriyyəti neft və qaz sahəsinə aid olan) şirkətlərin qiymətli kağızlarının və Nyu- York birjasında dövriyyədə olan səhmlərə opsionların tədavülü üzrə ixtisaslaşmışdır. Burada bəzi birjadankənar səhmlərin dövriyyəsi də həyata keçirilir. Alıcı və satıcılara rəqabət aparmaq imkanı verən mərkəzləşdirilmiş açıq auksion bazarı kimi fəaliyyət göstərir. 1908- ci ildə Nyu-York Birjadankənar Agentliyi adı ilə yaradılsa da, "Küçə birjası" adı ilə məşhur olmuşdur. 1953-cü ildən indiki adı ilə tanınır.
Amerikan Depozitar Qəbzi (ADQ)
American Depositary Receipt (ADR)
Xarici şirkətlərin səhmləri üzrə mülkiyyət hüququnu təsbit edən sərbəst dövriyyəli maliyyə aləti. Bu qəbzlər vasitəsilə ABŞ investorları xarici əməliyyatlar aparmadan xarici şirkətlərin səhmlərini (xarici qiymətli kağızlar portfelinin bir hissəsini) ala bilirlər ki, bu da həm şirkət, həm də investorlar üçün administrativ və ticarət xərclərini azaltmağa imkan verir. Bu qəbzlərin nominalı və onlar üzrə dividentlər ABŞ dollarında ifadə olunur. ADQ- lər amerikan depozitar bankları və investisiya bankları tərəfindən buraxılır. İlk ADQ 1927-ci ildə JPMorgan tərəfindən Selfridges&Co ingilis şirkəti üçün buraxılmışdır.
Amerikan tipli opsion
American option (American-style option)
Kontrakt dövrü ərzində onu təqdim edən və ya alan tərəfin təşəbbüsü ilə istənilən anda istifadə oluna bilən opsion. Bu xüsusiyyət Amerikan opsionunu Avropa opsionundan fərqləndirir və onun yüksək likvidliliyini təmin edir.
Amortizasiya dəyəri
Amortization cost(s)
Aktivin dəyərinin müəyyən dövrün xərclərinə aid olunan hissəsi. Əsas vəsaitlərin amortizasiya dəyəri onların ilkin dəyərləri ilə ləğv olunma dəyərləri arasındakı fərq kimi hesablanır.
Amortizasiya
Amortization
1) Əsas fondların, yəni binaların, avadanlıqların, qurğuların və s. bu kimi qiymətlilərin tədricən köhnələrək öz dəyərini hissə-hissə istehsal olunan məhsulun üzərinə keçirməsi;
2) Müəssisə tərəfindən pul vəsaitinin yığılması v ə köhnəlmiş əsas fondların yeniləri ilə əvəz edilməsi. Hazırda bir sıra ölkələrdə sürətli amortizasiya tətbiq edilir ki, bu da bir tərəfdən, vergiyə cəlb olunan mənfəətin həcmini azaldır, digər tərəfdən, müəssisənin yeni texnika və avadanlıqlarla təchiz edilməsinə şərait yaradır;
3) Dövri olaraq borca görə faiz ödənişlərinin və hissə-hissə əsas borc məbləğinin ödənilməsi yolu ilə borcun ödənilməsi;
4) Borc öhdəliyini təsdiq edən sənədin itməsi və ya oğurlanması səbəbindən həmin borc öhdəliyinin qismən və ya bütünlüklə ləğv edilməsi (etibarsız sayılması).
Analitik (təhlilçi, təhlil üzrə mütəxəssis)
Analyst
Bankın, broker firmasının və ya bu kimi digər təşkilatların təhlil üzrə mütəxəssisi. Bu mütəxəssisin vəzifəsi əlaqədar iqtisadi, statistik və maliyyə, eləcə də müəyyən sahəyə aid şirkətlərin vəziyyəti üzrə məlumatları təhlil edərək müvafiq sahədə proqnozlar, məsləhətlər və tövsiyələr verməkdən ibarətdir.
Anderrayter
Underwriter
Emitentlə investorlar arasında vasitəsi kimi çıxış edən, qiymətli kağızlar buraxılışının ilkin yerləşdirilməsinə və satışına zəmanət verən və onu təşkil edən şirkət və ya digər qurum. Anderrayter emissiya edən şirkətlər üçün qiymətli kağızların buraxılış qiymətini müəyyənləşdirir, qiymətli kağızları emitentdən alaraq investorlara satışını həyata keçirir. Adətən, anderrayter rolunda investisiya bankları, birja brokerləri və ya onların sindikatları çıxış edirlər.
Anderlainq
Underlying
Alqı-satqı hüququ opsion müqaviləsinin şərtlərindən asılı olan qiymətli kağızlar.
Anderraytinq (qiymətli kağızlar üzrə)
Securities underwriting
İnvestisiya banklarının və ya digər ixtisaslaşmış maliyyə qurumunun emitentin (səhmdar cəmiyyətlər və ya dövlətlər) adından çıxış edərək investorları cəlb etməsi və emitentin buraxdığı qiymətli kağızları bazarda yerləşdirməsi prosesi. Qiymətli kağızların anderraytinqini öz üzərinə götürməklə müvafiq qurum (anderrayter) bu qiymətli kağızlarm satıl- ması öhdəliyini götürür və bu risk müqabilində "anderraytinq spredi" (investorlara satışdan əldə olunan gəlir ilə emitentə ödənilən vəsait arasındakı fərq) qazanır.
Annuitet (maliyyə rentası)
Annuity
Müəyyən dövr ərzində eyni məbləğdə ödənişlərlə əlaqədar pul axınlarını ifadə edir. Əsasən aşağıdakı formalarda təzahür edir:
1) Bərabər zaman müddətində bərabər məbləğli ödəniş. Bu cür ödənişə dövri olaraq bərabər zaman müddətində və bərabər məbləğdə həm əsas, həm də faiz ödənişləri həyata keçirilən kreditlər, amortizasiya fonduna ayırmalar, ipote- ka ödənişləri, sığorta haqları üzrə ödənişlər və s. bu kimi pul axınları aiddir;
2) Kreditora il ərzində bir dəfə həm əsas məbləğin müəyyən hissəsini, həm də faiz ödənişlərini almağa imkan verən uzunmüddətli dövlət borcu.
Antisipasiya
Anticipation
1) Borc öhdəliyinin vaxtından öncə icra edilməsi, o cümlədən borc məbləğinin vaxtından öncə qaytarılması;
2) Verginin vaxtından öncə yığılması (tutulması).
Aparıcı menecer
Lead manager/underwriter
Qiymətli kağızların buraxılışının (emissiyasının) təşkili üzrə əsas məsuliyyəti üzərinə götürmüş investisiya bankı və ya hər hansı maliyyə institutu. Məsələn, qiymətli kağızlar buraxılışının yer ləşdirilməsi zamanı anderraytinq prosesində iştirak edən anderrayterlər qrupunun (sindikatının) rəhbəri.
Aport
Apportionment
Səhmdar cəmiyyətə təsisçilər tərəfindən səhmlərin dəyərinin ödənişi əvəzində təqdim edilən (verilən) əmlak. Təsisçilər adətən aport formasında öz əmlaklarını yüksək qiymətlə təqdim edirlər və bu onlara daha çox səhm əldə etməyə imkan verir.
Aptik (qiymətin qalxması, canlanma)
Uptick (up tick, plus tick)
Eyni qiymətli kağız üçün əvvəl qeydə alınmış qiymətə nisbətən daha yüksək qiymətə əqdlərin bağlanması. Belə bir əqdin qiyməti displeydə plyus işarəsi ilə göstərilir.
Aralıq divident
Interim dividend
Bir il üçün dividentin ümumi məbləği elan edilməmişdən əvvəl maliyyə ilinin bir hissəsi üçün (məsələn: rüb və ya birinci yarımillik üçün) avansla ödənilə bilən divident
Aralıq maliyyə
Mezzanine finance
Digər borclardan daha aşağı, adi səhmdən isə daha yuxarı üstünlüyə malik borc. Adətən, kredit hesabına alış əməliyyatlarında istifadə olunur.
Aralıq maliyyələşdirmə
Mezzanine financing
Mövcud şirkətin genişlənməsi məqsədilə istifadə olunan səhm və istiqraz qarışığından ibarət olan maliyyələşmə. Adətən, istiqrazlar buraxılır və sonra borcun ödənilməsi mümkün olmasa, qiymətli kağız sahibi əlindəki istiqrazları səhmlərə çevirir.
Adətən, daha yüksək riskə malik olduğu və girovsuz olduğu üçün tələb olunan gəlirlik yüksək - 20-30% səviyyəsində olur.
Aralıq ofis
Middle office
Maliyyə qurumunun əsasən müştərilərlə birbaşa ünsiyyətdə olan ön bölməsi (ön ofis) ilə sıx əlaqədə i şləyən və ticarət əqdlərinin və ticarət mövqelərinin yoxlanılması və qeydiyyatının aparılması ilə məşğul olan idarəetmə bölməsidir.
Arbitraj Arbitrage Qiymət fərqinə əsaslanaraq mənfəət əldə olunması və ya ziyandan qaçılması əməliyyatı. Məsələn, eyni qiymətli kağızlar müxtəlif birjalarda eyni vaxtda fərqli qiymətlərə satılır. Bu zaman alış və satış qiymətləri arasında mövcud olan fərq bir birjaya nisbətdə digərində əlavə mənfəət qazanmaq və ya ziyandan yayınmaq imkanı yaradır. Arbitraj bazarda səmərəliliyin aşağı olması nəticəsində meydana çıxır və arbitraj nəticəsində müxtəlif bazarlarda qiymət uyğunsuzluğu aradan götürülür.
Arbitraj sövdələşməsi
Arbitrage transaction
Müxtəlif birjalarda, müxtəlif çatdırılma müddətlərində və müxtəlif ödəniş vaxtlarında qiymət f ərqlərinə əsaslanan birja sövdələşməsi. Arbitraj sövdələşmələrinin aşağıdakı növlərinə rast gəlinir:
1) valyuta arbitraj sövdələşmələri müəyyən məqamda valyuta məz ənnələrində yaranan fərqə əsaslanır. Sadə valyuta arbitraj sövdələşmələri eyni valyutanın məzənnələrindəki fərqə, mürəkkəb arbitraj sövdələşməsi isə bir neçə valyutanın məzənnələrindəki fərqə əsaslanır;
2) faiz arbitraj sövdələşmələri - kapital bazarlarındakı faiz dərəcələrində olan fərqə əsaslanır; - əmtəə arbitraj sövdələşmələri - əmtəə bazarlarındakı qiymətlərdə yaranan fərqə əsaslanır;
3) fond arbitraj sövdələşmələri - müxtəlif məzənnələr üzrə qiymətli kağızların eyni vaxtda alqı-satqısı, birja və birjadankənar bazarlarda, müxtəlif ölkələrin, regionların birja bazarlarında sövdələşmələrin, eləcə də zaman (coğrafi) qurşaqlarının müxtəlifliyindən birja məzənnələri arasındakı fərqləri nəzərə alan sövdələşmələrin eyni zamanda bağlanması;
4) eyni qiymətli kağızların abunəsi hüququnun alınması və ya eyni vaxtda satışı ilə onların konvertasiyası.
Arbitrajın alınma növlərinə görə arbitraj sövdələşmələri divident və diskont arbitraj sövdələşmələrinə ayrılır.
Arxa ofis (əməliyyat şöbəsi)
Back office
Maliyyə institutunda inzibati və köməkçi işləri yerinə yetirən bölmə. Bu bölmələr tənzimləmə, hesablaşma və mühasibatlıq kimi funksiyaları yerinə yetirirlər.
Artım səhmləri (artan səhmlər)
Growth stock
Gələcəkdə mənfəətinin artması üçün yaxşı potensiala malik olan şirkətlərin səhmləridir. Ya bu səhmlər üzrə gəlirlər kəskin artmış, ya da ki, belə artım gözlənilir. İnvestorlar belə səhmlərdən dividentlər hesabına deyil, onların məzənnələrinin artması hesabına daha çox gəlir əldə etməyi gözləyirlər.
Artım sürəti
Growth rate
Nisbi statistik göstərici olub müəyyən bir göstəridnin müəyyən dövr ərzində dəyişməsinin intensivliyini göstərir və həmin göstəridnin hesablama aparılan dövr (hesabat, plan, proqnoz dövrü) üçün mütləq qiymətinin müqayisə aparılan dövrdəki (baxılan dövrdən əvvəlki dövr, baza dövrü) mütləq qiymətinə nisbəti kimi hesablanır. Artım sürəti göstəricinin müqayisə olunan dövrdəki səviyyəsini "1" götürdükdə əmsalla, "100" götürdükdə isə faizlə ifadə olunur. İki dövrdən (məsələn, iki ildən) çox dövr üçün artım sürəti baza dövrünə (başlanğıc ilə) və özündən əvvəlki dövrlərə (özündən əvvəlki illərə) nəzərən hesablana bilər. Birinci halda hesablama aparılan hər bir dövr üçün müqayisə aparılan dövr kimi baza dövrü (başlanğıc il), ikinci halda isə özündən əvvəlki dövr (özündən əvvəlki il) götürülür.
Artma (“buğa) meyli azalma(“ayı”) meyli
Uptrend/Downtrend
Maliyyə bazarları üzrə texniki təhlildə həm artma, həm də azalma meyllərinin eyni zamanda təsvir edilməsi. Bunun üçün qrafikdə ən azı dörd nöqtənin birləşdirilməsi zəruridir.
Aşağı axın
Downstream
Ana şirkətdən törəmə şirkətlərə maliyyə vəsaitlərinin axını (məsələn, kredit verilməsi).
Aşağı keyfiyyətli (keyfiyyətsiz) istiqraz
Junk bond
Yüksək riskli, qeyri-investisiya səviyyəli, kredit reytinqi BB və daha aşağı olan istiqraz. Bu istiqrazların riski yüksək olduğuna görə gəlirlikləri yüksək olur.
Aşağı hədd (limit)
Limit down
Bir ticarət günü ərzində əmtəə fyuçersləri müqaviləsinin qiymətinin geriləyərək düşə biləcəyi ən aşağı hədd. Qiymət aşağı həddə çat dıqda bəzi bazarlarda ticarət dayandırılır. Bəzi bazarlarda qiymət aşağı həddən qayıtdıqda ticarət təkrar başladılır. Əmtəənin qiymətinə əhəmiyyətli dərəcədə təsir edəc ək bir xəbər olduqda, fyuçers müqaviləsinin qiymətinin bu xəb əri əks etdirməsi bir neçə gün çəkə bilər və nəticədə bazar bir neçə ticarət günü aşağı hədd səviyyəsinə çata və bu günlər ərzində ticarət baş verməyə bilər.
Aşağı qiymətləndirilmiş
Undervalued
Aktivlərin, qiymətli kağızların və ya valyutanın fundamental amillərə nəzərən malik olduğu dəyərindən ucuz qiymətləndirilməsi halı.
Aşağı salmaq (endirmək)
Downgrade
Qiymətli kağızın reytinqinin aşağı salınması. Bu hal təhlil nəticəsində müəssisənin cari və ya gələcək fəaliyyətində və ya müəs- sisənin fəaliyyət göstərdiyi sektorda zəifləmələrin müəyyən olunması zamanı baş verir.
Aşağıdan yuxarıya
Bottom up
İqtisadi və bazar gəlişmələrini nəzərə almadan fərdi səhmlərin təhlilinə əsaslanan investisiya strategiyası. Bu strategiyaya əsasən investor iqtisadiyyatın sektorlarına deyil, spesifik şirkətlərə fokuslaşır.
Auditor hesabatı
Auditor's report
Şirkətlərin mühasibat hesabatlarının qanunvericiliyə uyğunluğunu və maliyyə vəziyyətini tədqiq və təsdiq etmək məqsədi ilə auditor- lar tərəfindən hazırlanan sənəd. Bu hər il hazırlanmalı və müvafiq tənzimləyici orqana (təftiş edilmiş maliyyə hesabatları ilə birlikdə) verilməlidir.
Auditor
Auditor
Qanunvericiliklə müəyyən edilmiş qaydada ölkə ərazisində auditor xidməti göstərən fiziki və ya hüquqi şəxs.
Auksion (hərrac)
Auction
Alıcıların müsabiqəsi əsasında malların və qiymətli kağızların müəyyən vaxtda və müəyyən edilmiş yerdə satışı. Eyni keyfiyyətli əmtəələr partiyalar (lotlar) şəklində, keyfiyyətcə oxşar lotlar isə daha iri partiyalar (strinqlər) şəklində qruplaşdırılır. Hərrac vaxtı satışa çıxarılmış lotların və strinqlərin nömrələri elan edilir. Hərraca çıxarılan əmtəə və qiymətli kağızlar ona ən yüksək qiyməti təklif edən alıcıya satılır. Hərraclar, adətən, alıcı və satıcı tərəflərin tapşırığı ilə komissiya şərtləri əsasında malların və qiymətli kağızların ticarəti ilə məşğul olan ixtisaslaşmış broker firmaları tərəfindən təşkil olunur. Ənənəvi hərraclar zamanı satıcı minimum qiymət təyin edir, alıcılar isə qiyməti artırmaqla lot uğrunda mübarizə aparırlar (bu, ingilis auksionudur). Holland auksionunda hərrac çox yüksək qiymətdən başlanır və elan edilmiş qiymətə razı olan alıcı tapılana qədər qiymət azaldılır.

  

Bölmə: İqtisadiyyat | Əlavə edildi: azerhero (24.09.2014) | Müəllif: R.C E W
Baxış: 1212 | Reytinq: 5.0/1
Bütün rəylər: 0
omForm">
avatar

Kitablar — zamanın dalğaları ilə səyahət edən və nəsildən-nəslə öz qiymətli yükünü ehtiyatla aparan fikir gəmiləridir.

- Frensis Bekon

Son 90 gün ərzində kitab oxumamaqdan daha pisi kitab oxumadığına görə narahat olmamaqdır.

- Cim Ron

Kitabları yandırmaqdan daha pis şey onları oxumamaqdır.

- Rey Bredberi

Yaxşı kitab aysberqə oxşayır, onun yeddi-səkkiz hissəsi suyun altında gizlənib.

- Ernest Heminquey

Kitablarım mənə çatacaq qədər böyük bir krallıqdır.

- Shakespeare

Mən, kitablarımı yaratmadan əvvəl, kitablarım məni yaratdılar.

- Montaigne

Kitabsız yaşamaq; kor, kar, dilsiz yaşamaqdır.

- Seneca

Bu günün gərçək universiteti, bir kitabxanadır.

- Carlyle

Kitab, tək ölümsüzlükdür.

- Rufus Choate

Exlaqa uyğun ya da zidd kitab deyə bir şey yoxdur. Kitablar ya yaxşı yazılmışdır, ya da pis. Hamısı bu qədər!

- Oscar Wilde

Ümidlə açılıb qazancla bağlanan bir kitab, yaxşı bir kitabdır.

- Alcott

Kitablar, itmiş başların abidələridir.

- Sir William Dave

Kitablar, heç solmayacaq bitkilərdir.

- Herrick

Kitab heç aldatmayan bir yoldaşdır.

- Guilbert De Pixrecourt

Axmaqlarla oturub-durmaqdansa , kitabla tənha oturmaq yaxşıdır.

- Qasım bəy Zakir

İnsan güc ilə yox, mütaliə etməklə ağıllanır.

- C.Bruno

Az bildiyini başa düşmək üçün çoxlu oxumaq lazımdır.

- Mişel Monten

Kitablar özünüzə və başqalarına hörmət etməyi öyrədəcək, ürəyi və ağlı, dünya və insanlıq sevgisiylə dolduracaq.

- Maksim Gorki

Kitab həyatın ən uzaq və qaranlıq yollarında insana işıq bəxş edən əfsanəvi çıraqdır

- A.M.Upit

BAKI QIZLAR UNİVERSİTETİ
1992-ci ildə təsis edilən və həmin vaxtdan da fəaliyyətə başlayan Bakı Qızlar Universitetinin (əvəllər Bakı Ali Pedaqoji Qızlar Seminariyası adlanırdı) yaradılmasında məqsəd respublikada qadın pedaqoji kadrlar yetişdirmək, onların intellektual səviyyəsini yüksəltmək və gənc qızları ailə həyatına hazırlamaqdan ibarətdir. Hazırda universitetdə "Sosial pedaqoji” və "Filologiya-tarix” fakültələri fəaliyyət göstərir. "Sosial pedaqoji” fakültədə "Təhsildə sosial-psixoloji xidmət”, "Psixologiya”, "Coğrafiya müəllimliyi”, "ibtidai sinif müəllimliyi”, "Məktəbəqədər təlim və tərbiyə”, "Riyaziyyat və informatika müəllimliyi”, "Filologiya-tarix” fakültəsində isə "Xarici dil (ingilis) müəllimliyi”, "Azərbaycan dili və ədəbiyyat müəllimliyi”, "Tarix müəllimliyi”, "Jurnalistika” üzrə bakalavr, "İbtidai sinifdə tədrisin metodika və metodologiyası”, "Pedaqogika nəzəriyyəsi və tarixi”, "Azərbaycan ədəbiyyatı”, "Azərbaycan dili”, "Azərbaycanın yeni və ən yeni tarixi” sahəsində magistratura səviyyəsində kadr hazırlığı aparılır.
Bakı Qızlar Universiteti Nazirlər Kabinetinin 1996-cı il fevralın 21-də 21 saylı sərəncamı ilə dövlət qeydiyyata alınmışdır. 2013-cü ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin lisenziya komissiyası BQU-nun çoxilli fəaliyyətinin, onun yüksək maddi-texniki bazasının, infrostrukturunun, təlim-tərbiyə sisteminin Azərbaycan Respublikası təhsil Qanununa Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Ali təhsil Müəssisələrinin fəaliyyətinə xüsusi razılıq (lisenziya verilməsi haqqında qərarına, Azərbaycan Respublikası Təhsil Nazirliyinin sənədlərinə uyğn qurulduğunu, pedaqoji kadrların hazırlanmasında əldə olunmuş nailiyyətlərini nəzərə alaraq universitetin fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsini məqsədəuyğun hesab etmişdir. Eyni zamanda 2013-cü ildə universitet akreditasiyadan keçmişdir. Universitetdə müxtəlif fənnlər üzrə kabinetlər, dörd kopüter otağı, kitabxana, badii yaradıcılıq studiyası, tələbə elmi cəmiyyəti, Tələbə Gənclər təşkilatı, dörd dərnəklər, nəşriyyat, idman zalı, yeməkxana, kadrlar şöbəsi və mühasibatlıq fəaliyyət göstərir.
Learn more