Əsas » Məqalə » Dini biliklər

Qurani-Kərimin tərcüməsi-21
<< 1 / 2 / 3 / 4 / 5 / 6 / 7 / 8 / 9 / 10 / 11 / 12 / 13 / 14 / 15 / 16 / 17 / 18 / 19 / 20 / 21 / 22 / 23 / 24 / 25 / 26 >>
Fussilət ‏ surəsi


    Bağışlayan və mehriban Allahın adı ilə.
    1. Ha Mim. (Bunlar Allah tərəfindən Muhəmmədə (s) təlqin edilmiş sirlərdir. Bu kitab həmin bu hərflərdən təşkil olunmuşdur. Lakin heç kəsin onunla mübarizə aparmaq qüdrəti yoxdur. Bu kitabın «möhkəm», həmçinin bu cür «mütəşabih» ayələri vardır. And olsun Bizim hədsiz həlimliyimizə və mütləq hökmranlığımıza ki, talelərdə baş verənlər əzəli qəzavü-qədərin hökmündən keçmişdir.)
    2. (Bu surə və bu kitab boynunda şəri vəzifə olan bütün bəndələrə) ümumi rəhmət və (bütün iman gətirənlərə) xüsusi mərhəmət sahibi olan Allah tərəfindən nazil edilmişdir.
    3. (Bu,) elm əhli olan bir dəstə üçün ərəbcə bir Quran halında ayələri ayrılaraq müfəssəl açıqlanmış (kəlmələri surə və ayələrə bölünmüş və məzmunu dinin hökmləri, axirət təlimləri və dünyəvi elmləri əhatə edən) bir kitabdır.
    4. (İman gətirmiş hər bir şəxsə) müjdə verən və (hər bir itaətsizi) qorxudan (bir Qurandır). Lakin onların çoxu üz döndərdilər. Bu səbəbdən (qəlb qulağı ilə) eşitmirlər.
    5. Və dedilər: «Qəlblərimiz sənin bizi çağırdığın şey üçün örtülüdür, qulaqlarımızda ağırlıq var və bizimlə sizin aranızda (ədavət, inad, həmçinin əqidə və üslüb fərqi) pərdə(si) mövcuddur. Buna görə də sən öz işini gör, biz də mütləq (sənə qarşı) fəaliyyətdəyik.»
    6. De: «Mən (də) sizin kimi yalnız bir bəşərəm (nə mələyəm, nə cin, lakin) mənə vəhy olunur ki, sizin yeganə məbudunuz bir olan məbuddur. Buna görə də (əqidə və əməllərinizdə) Ona tərəf üz tutun və Ondan bağışlanma diləyin. Vay olsun müşriklərə!»
    7. O kəslərə ki, zəkat vermirlər (yoxsullara maddi yardım etmirlər) və axirət gününə inanmırlar.
    8. Əlbəttə, iman gətirib yaxşı işlər görmüş kəslər üçün minnətsiz və tükənməz bir mükafat vardır.
    9. De: «Siz doğrudan yer (kürəsin)i iki gündə (iki gündüzə və ya iki gecə-gündüzə bərabər zamanda, yaxud iki mərhələdə, məsələn maye və donmuş mərhələlərində) yaradana kafir olur və Ona şərik qoşursunuz? (Halbuki) aləmdəkilərin Rəbbi Odur!»
    10. O, yer üzərində sabit və möhkəm dağlar qoydu və ona xeyir-bərəkət verdi və onun (insan, heyvan, bitki və sairədən ibarət varlıqlarının) azuqələrini (yaradılış təbiətləri ilə) istəyənlər üçün (azuqənin verilməsi baxımından) bərabər olan dörd gündə (dörd fəsildə) təyin etdi.
    11. (Yerin yaradılışından) sonra (Allahın qəti iradəsi, əsas maddəsi) tüstü olan göyə yönəldi. Beləliklə ona və yerə buyurdu: «İstər-istəməz (vücuda) gəlin!» (Allah qəti iradə ilə həmin tüstünün göylər olmasını, yerin isə bərəkətli olmasını və həmin qidaları hazırlamasını istədi.) O ikisi (özlərinin halları və zatı məğlubiyyətlə) dedilər: «İstəyərək gəldik.»
    12. Beləliklə onları iki gündə (yaxud iki mərhələdə) yeddi göy etdi və hər bir göydə onun işlərini (oranın mələklərinə) vəhy etdi. Və sizə yaxın olan (birinci) göyü (ulduzlardan ibarət) çıraqlarla bəzədik və onu (cin və şeytanlardan) qoruduq. Bunlar qüdrətli (və hər şeyi) bilən Allahın müəyyənləşdirdikləri və təyin etdikləridir.
    13. Beləliklə əgər üz döndərsələr, de: «Sizi Ad və Səmudun (bu qövmlərin) ildırımı kimi bir ildırımla (göydən gələn qorxunc nərə, od və külək kimi ölümə səbəb olan bəla ilə) qorxutdum.»
    14. Özlərindən qabaqkı və sonrakı peyğəmbərlər onların yanına gələndə «Allahdan başqasına ibadət etməyin!» (dedilər). (Ayədən belə məlum olur ki, bütün peyğəmbərlər hamının peyğəmbərləridir və sanki onlara bu sözü peyğəmbərlərin hamısı deyiblər.) Onlar dedilər: «Əgər bizim Rəbbimiz (bizim iman gətirməyimizi) istəsəydi, mütləq, mələklər göndərərdi. Buna görə də biz sizin göndərildiyiniz (gətirdiyiniz) şeyi inkar edirik.»
    15. (Hud peyğəmbərin qövmü) Ada gəldikdə isə, onlar yer üzündə nahaq yerə təkəbbür göstərdilər və dedilər: «Kim bizdən daha güclüdür?» Məgər onlar (qəlb gözü ilə) özlərini yaradan Allahın onlardan güclü olmasını görmədilər? (Əslində) onlar (batini yəqinlikləri ola-ola) Bizim nişanələrimizi inkar edirdilər.
    16. Beləliklə onlara dünya həyatında alçaldıcı əzabı daddırmaq üçün nəhs günlərdə çox soyuq və uğultulu bir külək göndərdik. Əlbəttə, axirət əzabı daha alçaldıcıdır və (həmin gün) onlara əsla kömək edilməyəcəkdir.
    17. (Saleh peyğəmbərin qövmü) Səmuda yolu göstərdik. Lakin onlar qəlbikorluğu doğru yoldan üstün tutdular. Beləliklə qazandıqları günahların cəzası olaraq onları alçaldıcı əzab ildırımı vurdu.
    18. İman gətirib həmişə pərhizkarlıqla (Allahın əmrlərinə tabe olub qadağalarından çəkinməklə) məşğul olanlara nicat verdik.
    19. Və (yada sal) o gün(ü) ki, Allahın düşmənlərini (qəbirlərdən və müxtəlif yerlərdən) oda tərəf toplayacaqlar. Beləliklə onların birincisindən sonuncusunadək (hamısı bir yerə) toplanılacaqlar.
    20. Nəhayət onların hamısı oda çatanda ətləri, gözləri və bədənlərinin dəriləri onlara qarşı, (dünyada) etdiklərinə (dünyada görüb şahid olduqlarına) şəhadət verərlər.
    21. Onlar öz (bədənlərinin günahda birbaşa iştirak etmiş) dərilərinə deyərlər: «Nə üçün bizim əleyhimizə şəhadət verdiniz?» (Dəriləri) deyərlər: «Bizi hər şeyi (bütün danışanları) dilə gətirən Allah danışdırdı. Sizin hamınızı ilk dəfə O yaradıb və indi (də) Ona tərəf qaytarılırsınız.»
    22. Siz (dünyada günah edən zaman) qulaq, göz və dərilərinizin sizə qarşı şəhadət vermələrindən (qorxub) gizlənmir, (yalnız insanlardan gizlənirdiniz və) Allahın sizin (camaatdan gizlin) etdiklərinizin çoxunu bilməməsini güman edirdiniz.
    23. Rəbbiniz barəsində olan bu gümanınız (küfr və itaətsizliyin davam etdirilməsi ilə) sizi həlak etdi və beləliklə, ziyana uğrayanlardan oldunuz.
    24. Əgər səbr etsələr, onların yeri oddur və əgər (Bizim) razılıq(ımızı) istəsələr, onlar (zatları küfr və itaətsizlik çirkinliyinə qarışdığı üçün) əsla razılığa layiq deyildirlər (Allahın o dünyada onlardan razı qalması mümkün deyil).
    25. Biz (küfr və inadkarlıqlarına görə dünyada) onlar üçün (şeytan və cinlərdən) dost və yoldaşlar təyin etdik. Onlar (həmin şeytan və cinlər) bunlara indiki və gələcək nəfsi istəklərini və keflərini gözəl göstərdilər və onlardan qabaq keçmiş cin və insan tayfalarının zümrəsində (Allahın əzəli) söz(ü və kafirlərə verdiyi Cəhənnəm vədi) onlar barəsində gerçəkləşdi. Onlar doğrudan da ziyana uğradılar.
    26. Küfr edənlər dedilər: «Bu Qurana qulaq asmayın və (oxunan zaman) ona bihudə və puç sözlər atın ki, bəlkə qalib gəldiniz.»
    27. Buna görə Biz də küfr etmiş kəslərə şiddətli əzab daddıracaq və mütləq onları etdikləri çox pis işlərə görə cəzalandıracağıq (və ya onların pis işlərinin həqiqi təzahürünü onların axirət cəzaları edəcəyik).
    28. Allahın düşmənlərinin cəzası həmin o oddur. Onda (onun içində) onlar üçün Bizim nişanələrimizi inkar etmələrinin cəzası olaraq əbədi ev vardır.
    29. Kafirlər (həmin gün) deyərlər: «Ey Rəbbimiz! Cin və insanlardan bizi azdırmış o iki dəstəni bizə göstər, xar olub alçalmaları üçün onları ayaqlarımızın altına sal(ıb tapday)aq.»
    30. Şübhəsiz, (səmimi qəlbdən) «bizim Rəbbimiz Allahdır!» deyən, sonra (əməldə) möhkəm duran kəslərə (dünyada qeyb köməyi şəklində, yaxud ölüm zamanı, ya da qəbrdən qaldırılan zaman) mələklər nazil olarlar (və deyərlər): «Əsla qorxmayın və qəmgin olmayın; (dünyada) sizə vəd olunmuş Cənnətlə müjdə olsun sizə!»
    31. Biz dünya və axirətdə sizin başçı, dost və yoldaşlarınızıq. Orada nəfsiniz (maddi nemətlərdən) nə çəksə və (mənəvi ləzzətlərdən qəlb və dil ilə) hər nə istəsəniz hazırdır.
    32. Bağışlayan və mehriban (Allah) tərəfindən ilk ruzi (ziyafət)dir.
    33. Kim Allaha tərəf dəvət edən, yaxşı işlər görən və (səmimi qəlbdən) «mən təslim olanlardanam» deyən kəsdən gözəl danışandır?!
    34. Yaxşı iş (gözəl əqidə, əməl və söz) ilə pis iş əsla bir deyil. (Buna görə də sənə yetişən pislikləri) ən gözəl üsulla dəf et. Onda səninlə arasında düşmənçilik olan şəxs birdən (elə dəyişər ki,) sanki yaxın dost və qohumdur.
    35. Bu (pisliyə yaxşılıqla cavab vermək xisləti), yalnız səbr edənlərə təlqin və əta edilər və ancaq (insanlıq kamalında) böyük payı olana verilər.
    36. Əgər şeytan tərəfindən bir vəsvəsə səni (vəzifənə əməl etməməyə) təhrik etsə, onda Allaha pənah apar. Çünki (hər şeyi) eşidən və bilən Odur.
    37. Gecə, gündüz, günəş və ay Onun (tovhid, qüdrət və rübubiyyət) nişanələrindəndir. Əgər siz (yalnız) Ona ibadət edirsinizsə günəşə və aya səcdə etməyin, onları yaradan Allaha səcdə edin.
    38. Buna görə də əgər təkəbbür göstərsələr, (bilsinlər ki,) sənin Rəbbinin hüzurunda olan (mələklər və yaxın)lar gecə-gündüz Onu pak sifətlərlə mədh edir və əsla yorulmurlar.
    39. Onun (tovhid və qüdrət) nişanələrindən(biri də) budur ki: Sən yeri quru və ölmüş görürsən. Onun üzərinə (yağış, qar və dolu şəklində) su endirdiyimiz zaman o, canlanar və (həm özü, həm də yetirdiyi bitkilər) qalxar. Həqiqətən onu (yeri və qurumuş bitkiləri) dirildən şübhəsiz, (Qiyamətdə) ölüləri (də) dirildəcəkdir. Çünki O hər şeyə qadirdir.
    40. Həqiqətən Bizim ayə və nişanələrimiz barəsində yolunu azanlar (Bizim günəş və ay kimi yaradılış nişanələrimizə ibadət edənlər və şəriət ayələrini rədd edən və səhv yozanlar) Bizə gizlin deyildirlər. Belə isə oda atılan şəxs yaxşıdır, yoxsa Qiyamət günü (Allahın hüzüruna) xatircəm gələn kəs?! İstədiynizi edin. Şübhəsiz, O etdiklərinizi görür.
    41. Həqiqətən öyüd verən bu Quran onlara gələn zaman onu inkar edənlər (odda olacaqlar). Doğrudan da bu (Quran) möhkəm, qalib və məğlubedilməz bir kitabdır. 42. Ona nə qarşısından, nə də arxasından batil yol tapa bilməz (onun hökm və təlimlərində, həmçinin keçmiş və gələcək barəsindəki xəbərlərində heç bir yanlışlıq ola bilməz). O, yaradılış və şəriəti möhkəm, Özü isə bütün cəhətlərdən təriflənmiş (Allah) tərəfindən nazil edilmişdir. 43. Sənə səndən əvvəlki peyğəmbərlərə deyilənlərdən (sehrbaz, dəli, məqampərəst və bu kimi iftiralardan) başqa bir şey deyilmir. Şübhəsiz sənin Rəbbin (iman gətirənlər üçün) bağışlanma və (itaətsizlər üçün) ağrılı əzab sahibidir.
    44. Əgər bunu (bu kitabı) ərəbcədən qeyri bir (dildə) Quran etsəydik mütləq deyərdilər: «Onun ayələri nə üçün aydın və aşkar bəyan olunmayıb?! Ərəb milləti və (onunla heç uyğunluğu olmayan) əcəm sözü?!». De: «(Bu kitabın nazil olmasında hədəf dil deyil.) Bu kitab iman gətirmiş kəslər üçün başdan-ayağa hidayət və (fərdi və ictimai xəstəliklər üçün) şəfadır. İman gətirməyənlərin qulaqlarında bir növ ağırlıq var (ki, onu eşitmirlər). Bu kitab onlara qaranlıq və anlaşılmazdır, (sanki) onlar uzaq bir yerdən çağırılırlar.»
    45. Həqiqətən Biz Musaya (səma) kitab(ı) verdik. Beləliklə onun (qövmünün arasında kitabın qəbul edilməsi) barəsində ixtilaf düşdü. Əgər Rəbbin (tərəfin)dən keçmiş (hər bir ümmət üçün bir möhlətin olması barəsində əzəli elmdən keçərək Lövhi-Məhfuzda yazılmış) o söz olmasaydı, onların arasında (inkar edən kimi) mütləq (kütləvi əzab) hökm(ü) çıxarılardı. Doğrudan da onlar (həmin gün) Tövrat barəsində şübhə və tərəddüd doğuran şəkk içərisində idilər. Bunlar da (bu gün) Quran barəsində şübhə və tərəddüd doğuran şəkk içərisindədirlər.
    46. Kim yaxşı iş görsə öz xeyrinədir və kim pis iş görsə öz ziyanınadır. Sənin Rəbbin bəndələrinə əsla zülm edən deyildir.
    47. Qiyamətin (baş verəcəyi zamanın) elmi yalnız Ona qayıdır. O bilmədən meyvələr qabıqlarından çıxmır, heç bir dişi hamilə qalmır və (hamiləlik) yükünü yerə qoymur. (Allah) müşrikləri «haradadır Mənim şəriklərim?» deyə çağıracağı gün onlar deyəcəklər: «Biz (ölüm və Bərzəx aləmini görməklə və həqiqətlərin aydın olması ilə) Sənə elan etdik ki, bizdən (Sənin şərikinin olmasına) əsla bir şahid yoxdur.
    48. Onların ondan öncə çağırdıqları (dünyada tanrı, Allah dərgahına yaxın və şəfaətçi kimi qəbul etdikləri) nəzərlərindən itəcək və onlar özləri üçün heç bir qaçış yolunun olmadığına yəqin edəcəklər.
    49. İnsan heç vaxt xeyir (mal və dünya rifahı) tələb etməkdən yorulmaz və doymaz. Ona şər və zərər yetişdikdə isə məyus olar.
    50. Əgər düçar olduğu zərər-ziyandan sonra ona Öz tərəfimizdən bir rəhmət dadızdırsaq, mütləq deyəcək: «Bu mənə məxsusdur (mənim öz ləyaqətimə görədir və onun hasil olmasında və istifadəsində heç kəsin əli yoxdur) və güman etmirəm Qiyamət də qopa. Əgər (birdən) Rəbbimə tərəf qaytarılsam, Onun yanında mənim üçün mütləq gözəl bir həyat olacaqdır.» Buna görə də Biz şübhəsiz, küfr etmiş kəsləri əməllərindən xəbərdar edəcək və onlara mütləq ağır və ağrılı bir əzab daddıracağıq.
    51. İnsana bir nemət əta etdiyimiz zaman (Bizdən) üz döndərir və özünü kənara çəkir. Ona bir şər və zərər yetişəndə isə israrlı və geniş dua etməklə məşğul olur.
    52. De: «Mənə xəbər verin (görüm), əgər (bu Quran) Allah tərəfindən olsa, sonra siz ona küfr etsəniz kim onunla bərk müxalif olandan daha azğındır?!»
    53. Tezliklə varlıq aləmində (Məkkənin və yer üzünün digər üfüqlərində) və onların öz vücudlarında Özümüzün (tovhid və qüdrət) nişanələrimizi (müsəlmanların həmin əsrdəki zəfərlərini, İslamın gələcəkdə dünyada yayılmasını və insanların Allahın onların vücudlarında olan hikmətlərini başa düşmələrini) onlara (Məkkə müşriklərinə və tarix boyu olacaq bütün insanlara) göstərəcəyik ki, Onun (Allahın və Quranın) haqq olması onlara aydın olsun. Məgər Rəbbinin hər şeyə şahid olması (və Onun bütün varlıqlara məlum və aşkar olması) kifayət deyil?!
    54. Bil ki, onlar Rəbbləri ilə görüşəcəkləri barəsində şübhə və tərəddüd içərisindədirlər (ölümdən sonrakı həyata inanmırlar). Bil ki, Allah (elm, qüdrət və rəhmət baxımından) hər şeyi əhatə etmişdir.

Əş-Şura surəsi


    Bağışlayan və mehriban Allahın adı ilə.
    1. Ha, Mim, Eyn, Sin, Qaf. (Bunlar Allah tərəfindən Muhəmmədə (s) təlqin edilmiş sirlərdir. Bu kitab həmin bu hərflərdən təşkil olunmuşdur. Lakin heç kəsin onunla mübarizə aparmaq qüdrəti yoxdur. Bu kitabın «möhkəm», həmçinin bu cür «mütəşabih» ayələri vardır. And olsun Bizim hədsiz həlimliyimizə və mütləq hökmranlığımıza ki, talelərdə baş verənlər əzəli qəzavü-qədərin hökmündən keçmişdir.).
    3. Qüdrətli, hikmət sahibi olan Allah sənə və səndən öncə olmuşlara (peyğəmbərlərə) bu cür (bu kəlmələr və bu surə kimi) vəhy edir.
    4. (Göylərlə yerin özlərindən əlavə) göylərdə və yerdə nə varsa Allahın həqiqi mülküdür. (Çünki onların yaradılışları, qorunmaları, idarə edilmələri və yox edilmələri Onun qüdrətli əlindədir.) (Zatı, sifətlərinin kamilliyi və işləri baxımından) uca və böyük Odur.
    5. (Mümkün varlıqların fövqündə duran vacib varlıq tərəfindən vəhy nazil olan zaman) göylər az qalır yuxarılarından (vəhy nazil olan tərəfdən) yarılsın. Və mələklər Rəbblərinə şükr etməklə birlikdə həmişə Onu (hər bir nöqsan və eybdən) pak və müqəddəs bilir və yer üzündə olan kəslər üçün bağışlanma diləyirlər. Bil ki, həqiqətən bağışlayan və mehriban məhz Allahdır.
    6. Allah (uluhiyyət və rübubiyyətdəki şərikləri adı ilə başqalarını) Onun yerinə başçı və dost götürənlərin üzərində nəzarətçidir (onların əməllərini qeyd edir və cəzalarını verəcəkdir). Sən əsla onların işlərinə vəkil deyilsən.
    7. Və beləcə biz sənə ərəbcə bir Quran vəhy etdik ki, Ummul-qura (Məkkə) və onun ətrafındakılara (həm vəhyin mərkəzinin, həm də dünyanın digər cəmiyyətlərin insanlarına) xəbərdarlıq edəsən və barəsində şübhə olmayan toplantı günündən (Bərzəx ruhlarının bədənlərlə, ilk insanların son insanlarla, insanların cin və şeytanlarla, boynunda vəzifə olanların öz əməlləri ilə, əməl sahiblərinin əməllərinin cəzası ilə bir yerə toplanacağı gün ilə) qorxudasan. Bir dəstə Cənnətdədir, bir dəstə alovlu odda.
    8. Əgər Allah (qəti iradə ilə) istəsəydi onların hamısını (məcburi şəkildə əqidə və əməl baxımından) tək bir ümmət edərdi. Lakin (Allahın ənənəvi qanunları dinin təbii ki, təfriqə doğuran ixtiyari şəkildə təqdim edilməsi üzərində qurulub və O,) istədiyi (və hidayətin kökünü qəbul etmiş) kəsləri Öz rəhmətinə daxil edir. Zalımların nə başçı və yoldaşları var, nə də yardımçıları.
    9. Yoxsa Allahın yerinə özlərinə başçı və yardımçılar götürüblər? Halbuki yeganə başçı və yardımçı Allahdır və ölüləri dirildən və hər şeyə qadir olan Odur.
    10. Barəsində ixtilafda olduğunuz (dini və dünyəvi) mövzuların hökmü Allaha qayıdır. Mənim Rəbbim belə Allahdır. Ona təvəkkül etdim və Ona tərəf qayıdacağam.
    11. (O,) göyləri və yeri (ilk olaraq və misli görünməmiş şəkildə) yaradandır. Sizin üçün (mələk və cinlərdən deyil) öz cinsinizdən zövcələr yaratdı və (həmçinin) dördayaqlılardan (da erkək-dişi) cütlər (yaratdı). Sizi bununla (bu evlənmək tədbiri ilə) artırır və yayır. Heç nə Onun kimi deyil və eşidən və görən Odur!
    12. Göylərin və yerin xəzinələri (ruzinin xammal və mənbələri və onların Allahın istəyindən ibarət açarları) Ona məxsusdur. Ruzini istədiyi kəs üçün genişləndirir (artırır) və ya daraldır (azaldır). Çünki O, hər şeyi biləndir.
    13. (Allah) sizin üçün (siz bəşər cəmiyyəti üçün səma) din(in)dən (ilk şəriət sahibi olan peyğəmbər) Nuha tövsiyə etdiyini, (son şəriət sahibi olan) sənə vəhy etdiyimizi və (aradakı şəriət sahibləri) İbrahim, Musa və İsaya tövsiyə etdiyimizi qanun etdi. (Bu qanundan məqsəd odur ki,) bu dini (hamılıqla və birliklə) bərqərar edəsiniz və onda parçalanmayasınız. Sənin müşrikləri tərəfinə dəvət etdiyin şey (Allah, Rəbb və dinin bir olması) onlara çətin və ağır gəlir. Allah istədiyi (və layiq bildiyi) kəsi Özünə (və bu dinə) tərəf cəlb edir və (tovhid dinini qəbul etməklə) Ona tərəf qayıdan kəsi Özünə doğru yönəldir.


    14. (Bütün şəriət sahibləri müxtəlif əqidə və yollara) yalnız onlara kamil elm gəldikdən sonra aralarındakı zülm, həsəd və məğrurluq üzündən parçalandılar. Əgər Rəbbindən (Onun əzəli elmindən Lövhi-Məhfuzda) keçmiş (və orada qeyd edilmiş: «hər bir şəxs və qövm üçün) müəyyən müddətədək (möhlət vardır») sözü olmasaydı, onların arasında (batil əhlinin məhvi barəsində) mütləq qəti hökm olunardı. Əlbəttə, onlardan sonra kitabın varisi olan kəslər(in də çoxu) tərəddüd doğuran şübhə içərisindədirlər.
    15. Buna görə də (insanları) ona (həmin şəriətə) tərəf dəvət et, sənə əmr olunduğu kimi səbatlı ol, onların (kafir və müşriklərin) nəfsi istəklərinə tabe olma və de: «Allahın nazil etdiyi bütün kitablara iman gətirdim və mənə sizin aranızda ədalətli davranmaq əmr olunmuşdur. Allah bizim və sizin Rəbbinizdir. Bizim əməllərimiz(in nəticəsi) bizə, sizin əməlləriniz özünüzə məxsusdur. Artıq (həqiqətlər aydınlaşdıqdan və sizin inadkarlığınız aşkar olduqdan sonra) bizimlə sizin aranızda mübahisə (etməyə) və dəlil (gətirməy)ə (ehtiyac) yoxdur. Allah (Qiyamət günü) bizim hamımızı bir yerə toplayacaqdır və hamının qayıdışı Ona tərəfdir.»
    16. Allahın dəvəti (fitrət, sağlam ağıl və kitab əhlinin insaflı alimləri tərəfindən) qəbul olunduqdan sonra Onun (tovhid və rübubiyyəti) barəsində höcətləşərək mübahisə edənlərin dəlilləri Rəbblərinin yanında puç və batildir. Onlar üçün (Allahdan) bir qəzəb və şiddətli bir əzab olacaqdır.
    17. Allah haqq olaraq (və yüksək və ağılın qəbul etdiyi bir hədəf üçün) kitabı (bütün əsrlərin səma kitablarını) və ölçünü (maddi və mənəviliyindən asılı olmayaraq həm ölçülən şeyləri, həm də onların ölçü meyarlarını) nazil edəndir. Sən nə bilirsən, bəlkə (sorğu-sual edilmək və əməllərin ölçülməsi üçün) Qiyamət yaxındır?
    18. Ona imanı olmayanlar onun gəlməsinə tələsir, ona imanı olanlar isə ondan qorxur və onun həqiqət olduğunu bilirlər. Bil! Qiyamət barəsində şübhə edənlər şübhəsiz, uzun-uzadı azğınlıq içərisindədirlər.
    19. Allah (Öz) bəndələrinə qarşı mülayim rəftarlı, onları çətinliyə salmayan və diqqətlidir. İstədiyinə (mənəvi və maddi) ruzi verir və O, qüvvətli və yenilməz qüdrət sahibidir.
    20. Kim axirət əkini istəsə (axirət məhsulu üçün əməl toxumu əksə) onun əkinini artırarıq (lütfkarlıqla ona ədalətli dəyərin ən azı on bərabərini verərik) və kim dünya əkini istəsə (əməli dünya məqsədi ilə etsə, Biz Öz yazımıza əsasən) ondan ona verərik və həmin şəxsin daha axirətdə bir payı olmayacaqdır.
    21. Yoxsa (Allahdan qeyrisinin şəriət hökmü çıxarmaq haqqı olmadığı halda) onların dinin hökmlərindən Allahın icazə vermədiyi şeyi onlar üçün qanun etmiş şərikləri var? Əgər o qəti söz (hər bir şəxs və qövmə möhlət vermək barəsində Allahın Lövhi-Məhfuzda yazılmış əzəli hökmü) olmasaydı onların arasında mütləq (məhv edilmələri haqqında) qəti hökm çıxarılardı. Həqiqətən zalımlar üçün ağrılı bir əzab vardır.
    22. (Cəza günü) zalımları kəsb etdiklərindən qorxan görəcəksən, halbuki özlərinin qazandıqlarının təzahürü eyni ilə onların başlarına gələcəkdir (və ondan qaça bilməyəcəklər). İman gətirərək yaxşı işlər görmüş kəslər isə Cənnətin təravətli bağlarında olacaqlar. Rəbblərinin dərgahında onlar üçün istədikləri şey hazırdır. Bu, həmin böyük lütfdür.
    23. Bu, Allahın, iman gətirərək yaxşı işlər görmüş bəndələrini müjdələdiyi həmin şeydir. De: «Sizdən bunun (ilahi tapşırıqların çatdırılmasının) müqabilində qohumlarım barəsində (qəlb və əməldə olan) məhəbbətdən başqa bir muzd istəmirəm.» Kim bir yaxşı iş görsə (daha artıq məhəbbət göstərsə), Biz onun üçün həmin işdə yaxşılıq (savab) artırarıq(onun təbii mükafatına ən azı on dəfə artıq əlavə edərik). Həqiqətən Allah bağışlayan və qədirbiləndir.
    24. Yoxsa onlar «(Muhəmməd peyğəmbərlik və Quranın Allah tərəfindən olması barəsində) Allaha iftira yaxmışdır» deyirlər? (Belə deyil! Çünki iş Allahın əlindədir.) Buna görə də əgər istəsəydi sənin qəlbini möhürləyərdi (və səndən ayələri bəyan etmək qüdrətini alardı). Allah (həmişə Öz ənənəvi qanunlarına əsasən) özünün (peyğəmbərlərə vəhy etdiyi) kəlmələri vasitəsi ilə batili məhv edir və haqqı gerçəkləşdirir. Həqiqətən O, ürəklərdə olanları bilir.
    25. Bəndələrindən tövbələri qəbul edən, günahlardan keçən və etdiklərinizi bilən Odur.
    26. İman gətirib yaxşı işlər görmüş kəsləri(n istəklərini) qəbul edir və Öz lütfündən onları (onların mükafatını) artırır. (Qiyamət günü) kafirlər üçün şiddətli bir əzab vardır.
    27. Əgər Allah bəndələrinin ruzisini bol etsəydi şübhəsiz, yer üzündə zülm və tüğyan edərdilər. Lakin O, istədiyini qədər və ölçü ilə nazil edir. Çünki O, bəndələrin(in vəziyyətin)dən xəbərdar və (onların halını) görəndir.
    28. (İnsanlar) naümid olduqdan sonra faydalı yağışı nazil edən və Öz rəhmətini yayan Odur və Odur başçı, dost, yardımçı və (bütün sifət və işləri) təriflənmiş!
    29. Göylərin, yerin və onlarda yaydığı canlıların yaradılışı Onun (qüdrət, əzəmət və hikmət) nişanələrindəndir. O, istəyəndə (Qiyamətdə) onları bir yerə toplamağa qadirdir.
    30. Sizə yetişən müsibətlər özünüzün qazandığınız günahlara görədir və O, (hələ) onların çoxundan keçir.
    31. Siz yer üzündə (Allahı) aciz qoya (bilə)n deyilsiniz (ki, müsibətdən qaçasınız və ya onu dəf edəsiniz). Sizin Allahdan başqa əsla başçı və yardımçınız yoxdur.
    32. Dənizdə üzən dağ gövdəli gəmilər (də) Onun (tovhid, qüdrət və hikmət) nişanələrindəndir.
    33. Əgər istəsə (onların hərəkət etmələri üçün vasitə olan) küləyi saxlayar, beləliklə gəmilər suyun üzündə hərəkətsiz qalarlar. Həqiqətən bunda (dənizin dərin suyunda, gəmi ləvazımatının yaradılması və insanın onu düzəltməyə istiqamətləndirilməsində) çox səbr və şükr edən (yaradılışın sirlərini tapmaq yolunda səbirli olan və nemətlərin müqabilində şükr edən) hər bir kəs üçün nişanələr vardır.
    34. Yaxud onları (gəmidəkiləri) qazandıqlarının (günahlarının) müqabilində məhv edər. O, (günahların) çoxundan da keçir.
    35. (Belə edirik ki, qorxsunlar) və Bizim ayə və nişanələrimiz barəsində höcətləşərək mübahisə edənlər bilsinlər ki, onların (Bizim qüdrətimizdən) qaçmaq yerləri yoxdur.
    36. Buna görə də (müvəqqəti həyatın müxtəlif vasitələrindən) sizə verilənlər dünya həyatının pay və malıdır. Allahın yanında olanlar (axirət mükafatları) iman gətirib öz Rəbblərinə təvəkkül edənlər üçün daha yaxşı və sürəklidir.
    37. (Həmçinin) böyük günahlardan və çirkin əməllərdən çəkinən və (şəxsi məsələlərdə birinə) qəzəblənəndə (intiqam almaq əvəzinə onu) bağışlayan kəslər (üçün).
    38. Və o kəslər (üçün) ki, Rəbblərini(n iman və əmələ dəvətini) qəbul ediblər, namaz qılıblar, işləri aralarında məşvərət ilə aparılır və özlərinə verdiyimiz ruzidən (Allah yolunda) xərcləyirlər.
    39. Və onlara (cəmiyyətlərinə və ya dini hədəflərinə) zülm olunduqda bir-birlərindən kömək istəyən və bir-birlərinə kömək edən (və düşməndən intiqam alan) kəslər (üçün).
    40. Hər bir pisliyin cəzası onun kimi bir pislikdir (öldürmək, kəsmək və yaralamağın cəzası eyni ilə özü kimidir və malın tələf edilməsi müqabilində onun əvəzi və ya maddi dəyəridir). Bununla belə əgər kimsə əfv etsə və (Allahla öz arasını və özü ilə tərəf müqabilinin arasını) düzəltsə onun mükafatı Allahın öhdəsinədir. Həqiqətən O, zalımları (pislikdə başlayan tərəf olanları və cəzalandırmaqda həddi aşanları) sevmir.
    41. Həqiqətən, zülmə məruz qaldıqdan sonra intiqam alan kəslərə qarşı (həddi aşmaq və təcavüz etməyə ağıl və şəriət baxımından) əsla bir yol yoxdur.
    42. (Cəza və tənbeh) yol(u) yalnız insanlara zülm edən və yer üzündə haqsız yerə hökmranlıq və fəsad axtaran kəslərə qarşıdır (belələrinə qarşı açıqdır). Onlar üçün ağırılı bir əzab vardır.
    43. Əlbəttə kim (intiqam almaq qüdrəti ola-ola) səbr etsə və bağışlasa, bu, doğrudan da mühüm işlərdəndir.
    44. Allahın boşladığı (və üzərindən lütf nəzərini götürdüyü) kəsə Allahdan başqa əsla bir başçı və yardımçı olmayacaqdır. Zalımların (Cəhənnəm) əzabı(nı) görən zaman «(dünyaya və ya iman və tövbəyə) qayıtmaq üçün bir yol varmı?» deyən görəcəksən.
    45. Onları zillət və xarlıqdan (doğan) itaətkarlıqla (qorxudan) gözaltı baxa-baxa oda göstərilən görəcəksən. Və iman gətirənlər (onların barəsində) deyəcəklər: «Doğrudan da, ziyana düşənlər özlərini və öz (dünya və ya Cənnət) adamlarını verməklə Qiyamət günü ziyana uğrayan kəslərdir.» Bil ki, zalımlar mütləq daimi əzab içərisində olacaqlar.
    46. Onların Allahın müqabilində onlara kömək edəcək bir başçı və dostları olmayacaq. Allahın (rəhmətini kəsməklə) azğınlıqda boşladığı kəsin əsla bir (nicat) yolu yoxdur.
    47. Allah tərəfindən bir qayıdışı olmayan gün (Qiyamət) gəlib çatmamışdan qabaq Rəbbinizi(n iman və əmələ dəvətini) qəbul edin. Həmin gün sizin üçün nə bir sığınacaq olar və nə də (əməllərinizi) bir inkar etmək (qüdrətiniz).
    48. Beləliklə əgər (sənin dəvətindən) üz döndərsələr (bunun üçün sən məzəmmət edilməzsən. Çünki Biz) səni onlara gözətçi göndərməmişik. Sənin öhdəndə (dinin tapşırıqlarını) çatdırmaqdan başqa bir şey yoxdur (onların ürəkdən etiqad bəsləmələri, əməli bağlılıqları, dünya və axirətdə cəzalandırılmaları sənin vəzifən deyil). Biz insana Öz tərəfimizdən bir mərhəmət daddıran zaman ona sevinər. Əldə etdikləri müqabilində onlara bir pislik və müsibət yetişəndə isə, şübhəsiz, insan çox nankordur (həmin müsibətə görə bütün nemətləri yaddan çıxarır).
    49. Göylərin və yerin həqiqi mülkiyyət və hakimiyyəti Allaha məxsusdur. (Çünki onların yaradılması, qorunması, idarə və məhv edilməsi Ona məxsusdur.) O, istədiyini yaradır. İstədiyinə qızlar bağışlayır, istədiyinə oğlanlar əta edir.
    50. Yaxud da (başqa biri üçün) oğlan və qızları birlikdə, bir yerə toplayır. İstədiyini də sonsuz edir. Çünki O, doğrudan da (hər şeyi) bilən və qüdrətlidir (yaradılışın ən kamil quruluşunun xeyirini bilir və həyata keçirir).
    51. Heç bir insana Allahla danışmaq yaraşmaz və mümkün olmaz (mətləbin duyğuların rolu olmadan, ya yuxuda ya da oyaq vaxtı, birbaşa və ya mələk vasitəsi ilə gizli şəkildə sürətlə təlqin edilməsindən ibarət) vəhy, yaxud (qeyb) pərdə(si) arxasından (danışmaq) və ya (mələklərdən) bir elçi göndərərək Öz izni (və nəzarəti) ilə istədiyini (şəxsin görməsi və səsini eşitməsi ilə) vəhy etməsi istisnadır. Həqiqətən Allah uca məqamlı və hikmət sahibidir.
    52. Və beləcə (bu üç yolla) sənə Öz əmrimizdən bir ruh (Öz fərmanımızdan qaynaqlanan Quran və dini təlimlər) vəhy etdik. Sən (bundan öncə) kitabın nə, imanın (dinin hökmlərinin əsas və şaxələrinin) hansı(lar) olmasını bilmirdin. Lakin Biz bu Quranı, vasitəsi ilə bəndələrimizdən istədiyimizi (dinin əsasını qəbul etdikdən sonra, sonrakı kamillik mərtəbələrinə) istiqamətləndirdiyimiz bir nur etmişik. Şübhəsiz, sən (insanları) doğru yola yönəldirsən.
    53. O Allahın yoluna ki, göylərdə və yerdə olanlar(ın hamısı onların özləri də daxil olmaqla) Onun həqiqi mülküdür. (Çünki yaratmaq, qorumaq, idarə etmək və vəd edilmiş vaxtda yox etmək Onun istəyindən asılıdır.) Bil! (Dünyanın və bəndələrin) bütün işlər(i Məhşər günü) Ona tərəf qayıdacaqdır.
Əz-Zuxruf ‏ surəsi


    Bağışlayan və mehriban Allahın adı ilə.
    1. Ha Mim. (Bunlar Allah tərəfindən Muhəmmədə (s) təlqin edilmiş sirlərdir. Bu kitab həmin bu hərflərdən təşkil olunmuşdur. Lakin heç kəsin onunla mübarizə aparmaq qüdrəti yoxdur. Bu kitabın «möhkəm», həmçinin bu cür «mütəşabih» ayələri vardır. And olsun Bizim hədsiz həlimliyimizə və mütləq hökmranlığımıza ki, talelərdə baş verənlər əzəli qəzavü-qədərin hökmündən keçmişdir.)
    2. And olsun bu aydın və (haqq ilə batilə, dinin əsasları ilə qollarına və halal ilə harama) aydınlıq gətirən kitaba ki,
    3. Biz bu kitabı bəlkə (bu kitabın təqdim edildiyi ilk ümmət olan) siz (onun həqiqətləri barəsində) düşünəsiz deyə ərəbcə olan bir Quran etdik.
    4. Həqiqətən bu (Quran) Bizim yanımızda ana kitabda (Lövhi-Məhfuzda) uca məqam və möhkəm quruluş, dəqiq məzmun və mətin bəyan sahibidir.
    5. Siz həddini aşan bir dəstə olduğunuz üçün başdan ayağa öyüd-nəsihət olan bu kitabı nifrət üzündən sizdən geriyəmi qaytaraq?
    6. Keçmiş insanlara çoxlu peyğəmbərlər göndərdik.
    7. Onlar özlərinə gələn hər bir peyğəmbərə məsxərə edirdilər.
    8. Beləliklə Biz onlardan (ərəblərdən) daha güclüləri həlak etdik və keçmişlərin məsəl və vəsfi (bu Quranda nəql edilib) keçdi.
    9. Əlbəttə, əgər onlardan (Məkkə müşriklərindən) «göyləri və yeri kim yaradıb» (deyə) soruşsan, mütləq «onları həmin qüdrətli və bilən (Allah) yaratmışdır» deyəcəklər. (Çünki onlar aləmin yaradılmasında deyil, onun idarə olunması və rübubiyyətdə şirkə düçar olmuşdular.)
    10. Həmin O (Allah) ki, yer üzünü sizin üçün (beşik kimi) rahatlanmaq yeri etdi və bəlkə (öz dünyəvi hədəflərinizə, tovhid və onun kamilliyinə) hidayət olunasınız deyə sizin üçün onda yollar yaratdı.
    11. Həmin O (Allah) ki, göydən müəyyən miqdarda (kamil hikmətinin tələbinə əsasən yağış, qar və dolu şəklində) su nazil etdi və onun vasitəsi ilə (bitki və ağaclar bitirməklə) ölü bir ölkəni diriltdik. (Qiyamət günü siz də torpaqdan) beləcə çıxarılacaqsınız.
    12. Həmin O (Allah) ki, (varlıqların) bütün növləri(ni və bütün cüt məxluqatı) yaratdı və sizin üçün mindiyiniz gəmi və heyvanları vücuda gətirdi.
    13. (Yaratdı) ki, onların üstünə minəsiniz, sonra onların üstündə qərar tutan zaman Rəbbinizin nemətini xatırlayıb deyəsiniz: «Bunu bizə tabe və ram edən (hər bir eyb və nöqsandan) pakdır; (yoxsa) bizim buna gücümüz çatmazdı».
    14. «Və şübhəsiz, biz Rəbbimizə tərəf qayıdacağıq.»
    15. Və (müşriklər) bəndələrindən Allaha hissə (atadan ayrılmış bir hissə olan övlad) nisbət verdilər (mələkləri Onun qızları adlandırdılar). Doğrudan da insan çox küfr edən və aşkar nankordur.
    16. Yoxsa O, yaratdıqlarından Özünə qızları (övlad) götürüb və sizi oğlanlarla (oğul olmaqla olmağa) seçib?!
    17. Halbuki onlardan birinə Rəhman olan Allaha nisbət verdiyi şey ilə (Allahın övladı hesab etdiyi qızın dünyaya gəlməsi ilə) müjdə verilən zaman içi qüssə və hüzn ilə dolu halda (kədərinin çoxluğundan) üzü qaralar.
    18. Bər-bəzək içində bəslənən, mübahisə və dava-dalaş zamanı bəyanı aydın olmayan kəsi (Allahın övladı adlandırırsınız)?!
    19. Rəhman Allahın bəndələri olan mələkləri qızlar sandılar. Məgər onların yaradılışında iştirak edib (onların qız olmalarını) görüblər? Tezliklə onların (mələklər barəsindəki) şahidlikləri yazılacaq və sorğu-sual ediləcəklər.
    20. Onlar (bütlər barəsində) dedilər: «Əgər Rəhman Allah (bizim bütlərə ibadət etməməyimizi) istəsəydi (əsla) onlara ibadət etməzdik!» Onların bu iddialarına (dair) bilikləri yoxdur, əksinə, yalnız güman edir və yalan deyirlər. (Çünki Allahın, şərik qoşmamağı məcburi etmək istəməməsi Onun həmin əmələ razı olmasına və bu işdən ixtiyari şəkildə çəkindirməməsinə dəlalət etmir. Əksinə, Allahın ayələri ixtiyari qadağanın olmasını sübut edir.)
    21. Yoxsa onlara bundan (Qurandan) əvvəl bir kitab vermişik ki, (onlar bu iddialarında) ona istinad edirlər?!
    22. Əksinə, onlar dedilər: «Həqiqətən biz atalarımızı bir dində görmüşük və biz də onlara tabe olmaq nəticəsində mütləq doğru yoldayıq.»
    23. Və beləcə Biz səndən əvvəl hansı cəmiyyətə bir qorxudan (peyğəmbər) göndərdiksə, onların naz-nemət içində olanları dedilər: «Biz atalarımızı bir dində görmüşük və biz onların arxasınca gedirik.»
    24. (Onların peyğəmbərləri) dedi: «Hətta əgər sizin üçün öz atalarınızı üzərində gördüyünüz dindən daha artıq hidayət edən bir din gətirmiş olsam belə (yenə onların arxasınca gedəcəksiniz)?» Dedilər: «Şübhəsiz, biz sizin göndərildiyiniz (gətirdiyiniz) şeyi inkar edirik.»
    25. Beləliklə Biz onlardan (məhv etmək və köklərini kəsməklə) intiqam aldıq. Bax gör təkzib edənlərin aqibəti necə oldu!
    26. Və (yada sal) o zaman(ı) ki, İbrahim atasına (qayınatasına və yaxud əmisinə) və öz qövmünə dedi: «Şübhəsiz, mən sizin ibadət etdiklərinizdən tamamilə bezaram,
    27. məni yaratmış (yoxluqdan varlığa gətirmiş) kəs istisna olmaqla ki, əlbəttə O, tezliklə məni (dünyada müxtəlif insani kamilliklərə və axirətdə Cənnətə) hidayət edəcəkdir.»
    28. Və (Allah) onu (bütlərdən bezarlığı və yaradılışın başlanğıcına üz tutulmasını) onun nəslinin arasında əbədi (qalan) kəlmə etdi ki, bəlkə (nəsli və qövmü ona tərəf) qayıtdılar.
    29. Əksinə, haqq, eləcə də aşkar və aydınlıq gətirən elçi (Quran və Muhəmməd (s) ) yanlarına gələnə kimi bunları (Məkkə kafirlərini) və (İbrahimin tovhidini qəbul etməyən) atalarını (dünya nemətlərindən) bəhrələndirdik.
    30. Və elə ki, haqq onlara tərəf gəldi, «bu cadudur və biz onu tamamilə inkar edirik» dedilər.
    31. Həmçinin dedilər: «Nə üçün bu Quran bu iki şəhərin birindən (mal-dövlət və məqam sahibi olan) böyük bir kişiyə (Məkkədən Vəlid ibn Muğeyrəyə və Taifdən Urvə ibn Məsuda) nazil edilməyib?!»
    32. Məgər sənin Rəbbinin (peyğəmbərlik, hidayət və cəmiyyətin tərbiyəsi kimi) mərhəmətini onlar bölüşdürürlər (ki, istədiklərinə versinlər)?! Dünya həyatında onların məişət vasitələrini aralarında Biz bölüşdürmüşük və (maddi və mənəvi kamilliklər baxımından) onların bəzilərini bəzilərindən bir neçə dərəcə üstün etmişik ki, bəziləri digər bəzilərini xidmətə götürsünlər (və nəticədə bəşər cəmiyyətinin daha kamil və layiqli idarə sistemi formalaşsın). Sənin Rəbbinin mərhəməti (peyğəmbərlik, ümumi vilayət və din) onların topladıqlarından daha yaxşıdır.
    33. Əgər insanların hamısının bir ümmət olmaları (hamısının küfr və şirk ətrafında birləşmələri) ehtimalı olmasaydı, həqiqətən Rəhman Allaha kafir olan kəslərin evləri üçün gümüşdən tavanlar və yuxarı çıxmaları üçün (gümüşdən) nərdivanlar düzəldərdik.
    34. Və evləri üçün (gümüş) qapılar və taxtlar (düzəldərdik) ki, onlara söykənsinlər.
    35. Həmçinin (evləri üçün) qızıl zinət və bəzəklər (verərdik). Lakin bunların hamısı (fani) dünya həyatından (azacıq) bəhrələnməkdən başqa bir şey deyildir. Və Rəbbinin yanında olan axirət təqvalılara məxsusdur.
    36. Kim (nəfsi istəklərlə məşğul olaraq) Rəhman Allahı yada salmağa göz yumsa (və nəticədə qəlbi korlaşsa) ona, həmişə (vəsvəsə etmək və azdırmaq üçün) yoldaş və yaxın dost olan bir şeytan qoşarıq.
    37. Şübhəsiz, həmin şeytanlar onları (hər bir xeyir) yoldan saxlayarlar və onlar doğru yolu tapmış olduqlarını güman edərlər.
    38. Nəhayət (qəlbi kor olmuş həmin şəxs Qiyamətdə) bizim yanımıza gələn zaman (şeytanına) deyər: «Ey kaş mənimlə sənin aranda şərqlə qərb arasındakı fasilə qədər uzaqlıq olaydı, sən pis yoldaş və dostsan!»
    39. (Dünyada özünüzə) zülm etdiyiniz üçün (bu nifrət və uzaqlıq arzunuz) bu gün sizə əsla bir xeyir verməyəcəkdir. Çünki şübhəsiz, siz (Cəhənnəm) əzab(ın)da ortaqsınız (və sizin aranıza ayrılıq düşməyəcəkdir).
    40. Buna görə də məgər sən karlara (söz) eşitdirə, yaxud korları və aşkar azğınlıqda olanları hidayət edə bilərsən?!
    41. Odur ki, əgər Biz səni (bu dünyadan) aparsaq şübhəsiz, onlardan intiqam alacağıq!
    42. Yaxud onlara vəd etdiyimizi (onların vəd etdiyimiz əzaba düçar olmalarını) sənə göstərəcəyik. Biz mütləq onlara (əzab verməyə) qadir və qalibik (və onlarda hər halda – istər sənin həyatın zamanı olsun, istərsə də sənin ölmündən sonra – intiqam alacağıq).
    43. Odur ki, sənə edilən vəhydən yapış. Çünki sən doğru yoldasan.
    44. Əlbəttə, bu (Quran) sənin özün və qövmün üçün bir öyüddür və tezliklə (onun barəsində) sorğu-sual ediləcəksiniz.
    45. Səndən qabaq göndərdiyimiz peyğəmbərlərdən (ümmətin alimlərindən və təhrif edilməmiş kitablardan və yaxud meracda onların ruhlarından) soruş (gör) heç Biz (tarixin əvvəlindən indiyə kimi) Rəhman Allahdan başqa ibadət edilən bir məbudlar təyin etmişik?!
    46. Həqiqətən Biz Musanı Öz ayə və nişanələrimizlə birlikdə Fironun və onun qövmünün başçı və böyüklərinin yanına göndərdik. O dedi: «Mən aləmlərin Rəbbinin elçisiyəm.»
    47. Elə ki, onlara Bizim ayələrimizi gətirdi, onlar birdən onlara (ayələrimizə məsxərə edib) güldülər.
    48. Biz onlara nə ayə və möcüzə göstərirdiksə o, (möcüzəlik və iddiaya dəlalət baxımından) bənzərindən daha böyük idi. Və onları (qıtlıq, tufan, milçək və sairə) əzab(lar)a düçar etdik ki, bəlkə (haqq yola) qayıdalar.
    49. Və (elə ki, bəlaya düçar oldular) dedilər: «Ey sehrbaz! (İman gətirəcəyimiz təqdirdə əzabı bizdən götürmək barəsində) səninlə bağladığı əhdə əsasən bizim üçün Rəbbini çağır, ki, biz mütləq doğru yolda olacağıq.»
    50. Beləliklə elə ki, əzabı onlardan qaldırdıq, dərhal əhd-peymanı pozdular.
    51. Firon öz qövmünün arasında səsini ucaldaraq dedi: «Ey mənim qövmüm! Məgər Misirin hökmranlığı mənə məxsus deyil və bu çaylar mənim altımdan (saraylarımın altından və mənim istəyimə tabe olaraq) axmırlar? Məgər görmürsünüz?!»
    52. «Hətta mən xar və həqir olan və aydın danışa bilməyən bu şəxsdən daha yaxşıyam.» (Firon bu sözləri ilə Musanın dilinin pəltək olmasına işarə edir.)
    53. «Bəs nə üçün onun üzərindən qızıl bilərziklər asılmayıb, yaxud onunla birlikdə çiyin-çiyinə mələklər gəlməyiblər?»
    54. Beləliklə o, öz qövmünü yelbeyin saydı və onlar da ona itaət etdilər. Həqiqətən onlar günahkar və itaətsiz bir dəstə idilər.
    55. Beləliklə elə ki, Bizi qəzəbləndirdilər, onlardan intiqam aldıq və onların hamısını suda qərq etdik.
    56. Nəticədə onları (tarixin batil və azğın qüvvələrinin) öncüllər(i) və gələcək (nəsil)lər üçün ibrətamiz məsəl etdik.
    57. Elə ki, Məryəm oğlu (İsa) məsəl çəkildi (Məryəm surəsində tərifləndi) sənin qövmün dərhal ona görə (sənin onun tanrılığı əqidəsini qəbul etməyini güman edib mübahisə və dava-dalaş salaraq) ona görə səslərini ucaltdılar.
    58. Və (öz tanrılarını üstün tutmaq məqsədi ilə) dedilər: «Bizim tanrılarımız yaxşıdır, yoxsa o? (Əgər o, tanrı və məbud olmuş olsa, allahlığa bizim tanrılarımız daha layiqdir.)» Bu məsəli sənin üçün yalnız (batil) mübahisə məqsədi ilə çəkdilər. (Çünki sən onun tanrılığını qəbul etməmisən.) Əslində onlar inadkar və davakar bir dəstədirlər.
    59. O, (İsa) yalnız nemət verdiyimiz və (qeyri-adi bir məxluq kimi dillərdə əzbər və əməldə örnək olması üçün) İsrail övladları üçün bir məsəl etdiyimiz bir bəndə idi.
    60. Və (İsanın məsələsi Bizim qüdrətimiz baxımından elə də təəccüblü bir şey deyil. Çünki) əgər Biz istəsək siz insanlardan yer üzündə mələklər törədər və ya sizin yerinizə yer üzünə sizin canişinləriniz olan mələklər gətirərik.
    61. Həqiqətən o (dünyaya gəlməsinin necəliyi, möcüzələri və ömrünün sonunda göydən yerə enməsi baxımından) Qiyamət elmi üçün bir nişanədir. Buna görə də ona (həmin günə) şübhə etməyin və Mənə (Mənim din və kitabıma) tabe olun ki, doğru yol budur.
    62. Məbada Şeytan sizi (tovhid və din yolundan) saxlasın. Doğrudan da o, sizin aşkar düşməninizdir.
    63. İsa (özünün peyğəmbərlik möcüzələrindən) aydın dəlillər gətirən zaman dedi: «Mən sizin üçün hikmət (şəriət hökmləri və əqli elmlər) gətirdim (və gəldim) ki, sizə barəsində ixtilafda olduğunuz şeyin bəzisini açıqlayım. Odur ki, Allah dan qorxun və mənə itaət edin.
    64. Şübhəsiz, sizin və mənim Rəbim tək olan Allahdır. Buna görə də Ona ibadət edin. Budur doğru yol.»
    65. Beləliklə onun ümmətinin içərisindən (bəzi) dəstələr ixtilaf etdilər (bəziləri yəhudilikdə qaldı, bəzisi iman gətirərək ifrata varıb həddi aşdı və bəzisi orta yol ilə getdilər). Buna görə də ağrılı günün əzabından vay olsun (bu böyüklükdə) zülm edənlərə (onların halına)!
    66. Yoxsa onlar, (barəsində) qəflətdə ikən Qiyamətdən qeyrisinin gözlənilmədən onlara gəlməsini gözləyirlər?!
    67. Həmin gün (dostluq amilləri güclənəcək) təqvalılardan başqa (dünya) dostlar(ı) bir-birlərinə düşmən olacaqlar. (Çünki onların dostluq amilləri həmin gün düşmənçilik amilinə çevriləcəkdir.)
    68. (Və onlara belə xitab olunacaq:) «Ey Mənim bəndələrim! Bu gün sizə nə bir qorxu var və nə də qəmgin olacaqsınız!»
    69. (Ey) Bizim ayə və nişanələrimizə iman gətirərək həmişə (Bizə) təslim olan kəslər!
    70. Siz və (dünyadakı) zövcələriniz tam sevinc, kamil zinət və son dərəcə hörmətlə Cənnətə daxil olun!
    71. Və onların ətrafında (yeməklə dolu) qızıl kasalar və (pak içki ilə dolu) kuzələr dolandırılacaqdır. Orada ürəklərin istədiyi və gözlərin ləzzət aldığı (hər) şey hazırdır. Siz orada əbədisiniz.
    72. Bu sizin (dünyada) yerinə yetirdiklərinizin müqabilində (və ya yaxşı əməllərinizə görə kafirlərin də payına) varis olduğunuz Cənnətdir.
    73. Orada sizin üçün çoxlu meyvələr var ki, onlardan yeyəcəksiniz.
    74. Həqiqətən günahkarlar cəhənnəm əzabında əbədidirlər.
    75. Onların (əzabı) yüngülləşdirilməyəcək və onlar orada (nicat tapacaqlarına) ümidsizdirlər.
    76. Biz onlara zülm etmədik, lakin onlar özləri (özlərinə qarşı) zülmkar idilər.
    77. Onlar (Cəhənnəmin məmurunu) çağırarlar (ki): «Ey (Cəhənnəmin) maliki! Rəbbin(ə de) bizi öldürsün və məhv etsin.» O deyər: «Şübhəsiz, siz (burada) qalacaqsınız.»
    78. Biz sizə (siz insanlara dünyada) haqqı (din, kitab və ilahi maarifi) gətirdik, lakin sizin çoxunuzun haqqdan xoşu gəlmirdi.
    79. Hətta (haqqa qarşı hiylə işlətməyi və ona qarşı çıxmağı) daha da artırdılar, Biz də (onlara qarşı hiylə və qəzəbi) artırdıq.
    80. Yoxsa onlar Bizim onların ürəklərinin sirlərini və pıçıltılarını eşitmədiyimizi güman edirlər? Xeyir (eşidirik)! Bizim onların yanında olan elçilərimiz yazırlar.
    81. De: «Əgər Rəhman Allahın övladı olsaydı, (onun övladlıq haqqını yerinə yetirmək və ibadətin vacibliyində atası ilə şərik olduğu üçün) mən özüm (ona) ilk ibadət edən olardım.»
    82. Göylərin və yerin Rəbbi, ərşin Rəbbi onların vəsf etdiklərindən (övladı olmaq, mələklərin Onun qızı olması, cism olması, üç hissəyə bölünmək və bu kimi sifətlərdən) pakdır!
    83. Buna görə də onları boşla ki, onlara vəd edilən günlərini görənə kimi (küfr və itaətsizliklərində) batsınlar və başları (öz dünyaları ilə) oyuna qarışsın.
    84. Göylərdə də, yerdə də məbud Odur. Odur möhkəm yaradılış və idarə sahibi və (hər şeyi) bilən.
    85. Göylərin, yerin və onların arasında olan (hər) şeyin həqiqi sahibi və hakimi olan Allah xeyir-bərəkətli və sabitdir. Qiyamətin baş vermə zamanını O bilir və Ona tərəf qaytarılacaqsınız.
    86. Bunların Allahın yerinə çağırdıqları (bütlər, mələklər və bəzi insanlar Qiyamət günü) – (şəfaət etdiklərinin imanını və şəfaətə layiq olmasını) bilərək haqqa (Allahın birliyinə) şəhadət verən kəslər istisna olmaqla – heç bir şəfaətə (şəfaət hüququna) malik olmayacaqlar.
    87. Əgər onlardan (elə) onları(n özlərini) kimin yaratdığını soruşsan «Allah» deyə (cavab verə)cəklər. (Çünki onlar yaradılışda deyil, rübubiyyətdə şirkə düçar olmuşlar.) Belə isə (haqdan) necə və hara döndərilirlər (və uluhiyyət və xaliqiyyəti rübubiyyətdən ayırırlar)?
    88. (Allah Peyğəmbərin şikayətlənərək məyuscasına dediyi) «ey mənim Rəbbim! Həqiqətən bunlar iman gətirməyəcək bir dəstədirlər» sözü(nü bilir və ondan xəbərdardır).
    89. (Ey Peyğəmbər!) Buna görə də onlardan üz döndər və de: «(Sağ-)salam(at)!» (Bu, onların dəvəti qəbul etmələrindən ümidi üzmək və buna görə də dəvəti tərk edərək döyüş üçün fürsət gözləmək mənasındadır.) Tezliklə (Mədinədə hökümət qurulduqdan sonra) biləcəklər.»

Əd-Duxan ‏ surəsi


    Bağışlayan və mehriban Allahın adı ilə.
    1. Ha Mim. (Bunlar Allah tərəfindən Muhəmmədə (s) təlqin edilmiş sirlərdir. Bu kitab həmin bu hərflərdən təşkil olunmuşdur. Lakin heç kəsin onunla mübarizə aparmaq qüdrəti yoxdur. Bu kitabın «möhkəm», həmçinin bu cür «mütəşabih» ayələri vardır. And olsun Bizim hədsiz həlimlik və mütləq hökmranlığımıza ki, talelərdə baş verənlər əzəli qəzavü-qədərin hökmündən keçmişdir.)
    2. And olsun bu aydın və aydınlaşdırıcı kitaba ki,
    3. Biz onu (bir yerdə) çox bərəkətli bir gecədə (Qədr gecəsində) nazil etdik. Çünki Biz (Öz ənənəvi qanunlarımıza əsasən) həmişə (aləmdəkiləri) qorxudan olmuşuq.
    4. Həmin gecə bütün möhkəm işlər (ilin hadisələri, o cümlədən gələn Qədr gecəsinə kimi Quranın nazil olması) bir-birindən ayrılır (və icraçı məmurlara çatdırılır).
    5. Bizim tərəfimizdən qaynaqlanan bir iş! Çünki Biz həmişə (mələkləri yaradılış işlərini idarə etmək və peyğəmbərləri şəriət işlərini çatdırmaq üçün) göndərən olmuşuq.
    6. Rəbbinin mərhəmətin(in tələblərin)ə xatir. Çünki (ehtiyacı olanların söz və əməl istəklərini) eşidən və (onların ehtiyaclarını) bilən Odur.
    7. (O,) göylərin, yerin və o ikisinin arasında olanların Rəbbidir, əgər inanansınızsa!
    8. Ondan başqa bir məbud yoxdur. (Yalnız O,) dirildir və öldürür. O, həm sizin Rəbbiniz, həm də ata-babalarınızın Rəbbidir.
    9. Lakin onlar (iman gətirmək əvəzinə tovhid və məad barəsində) şəkk-şübhə içərisində və (öz dünyaları ilə) oyuna məşğuldurlar.
    10. Buna görə də (Qiyamətin müqəddiməsi olaraq) göyün aşkar tüstü gətirəcəyi günü gözlə.
    11. O bütün insanları bürüyəcək. (Və deyiləcək:) «Bu ağrılı bir əzabdır.»
    12. (Hamı belə deyəcək:) «Ey Rəbbimiz! Bu əzabı bizdən dəf et ki, biz iman əhliyik.»
    13. Onlar üçün haradan və necə öyüd-nəsihət ola bilər, halbuki onlara (peyğəmbərliyi) aydın və (həqiqətlərə) aydınlıq gətirən elçi gəlmişdi?!
    14. Sonra onlar üz döndərərək dedilər: «O, (dediyi sözlərdə başqaları tərəfindən) öyrədilmiş və (onları Allaha nisbət verən) dəlidir.»
    15. Biz indi həmin əzabı (dünyadakılardan) bir az dəf edirik (və xatırladırıq) ki, siz mütləq (bir müddətdən sonra axirət əzabına) qayıdacaqsınız.
    16. (Həmin əzab kafirləri) ən böyük və ən ağır bir tərzdə əhatə edəcəyimiz gün (olacaqdır). Çünki Biz intiqam alanıq.
    17. Həqiqətən Biz onlardan qabaq Fironun qövmünü sınadıq və onlara möhtərəm bir peyğəmbər gəldi.
    18. (Və onlara dedi) ki: «Allahın bəndələrini (zülmə məruz qalmış İsrail övladlarını) mənə qaytarın. Həqiqətən mən sizin üçün etibarlı bir peyğəmbərəm.
    19. Və (digər bir tapşırıq) budur ki, Allaha qarşı təkəbbür göstərməyin. Çünki mən sizə aşkar bir dəlil-sübut gətirmişəm.
    20. Və əlbəttə, mən sizin məni qovmağınızdan, yaxud nalayiq sözlər deməyinizdən, yaxud daşlamağınızdan və ya öldürməyinizdən özümün və sizin Rəbbinizə pənah apardım.
    21. Əgər mənə iman gətirmirsinizsə, onda məndən uzaqlaşın və məni tək qoyun.»
    22. (Lakin onun dəvətinin onlara xeyiri olmadı.) Buna görə də öz Rəbbini çağırdı ki: «Bunlar (o qədər) günahkar bir tayfadırlar (ki, hamılıqla ölümə layiqdirlər).»
    23. (Dedik:) «Belə isə Mənim bəndələrimi gecə yola çıxart. Çünki siz təqib edilirsiniz.
    24. Və (elə ki, dənizi sənin üçün yardıq və ondan keçdin) qoy dənizdəki geniş yol qalsın (və fironçular da həmin yola daxil olsunlar). Çünki şübhəsiz onlar qərq olunmağa məhkum bir ordudurlar.»
    25. Onlar (özlərindən sonra) nə qədər bağlar və bulaqlar qoyub getdilər.
    26. Və necə əkinlər və gözəl, nemət dolu mənzil və yerlər!
    27. Və necə də sevinib şad olduqları eyş-işrətlər.
    28. (Bəli,) belə idi. Biz başqa bir tayfanı onların hamısının varisi etdik.
    29. Beləliklə onlara nə göy və yer ağladı və nə də (əzab nazil olan zaman) möhlət tapdılar.
    30. Həqiqətən Biz İsrail övladlarına o alçaldıcı əzabdan (oğlanlarının başının kəsilməsi, qızlarının isə nökər kimi saxlanılmasından) nicat verdik.
    31. Firondan (onun əlindən)! Həqiqətən o, həddini aşanların itaətsiz təkəbbürlülərindən idi.
    32. Həqiqətən Biz onları (ləyaqətlərini) bilərək aləmdəkilərdən (zəmanələrinin insanlarından) üstün etdik.
    33. Və onlara ayə və möcüzələrin (əsa, ağ əl, dənizin yarılması, düşmənlərin məhvi, Tövratın nazil olunması, bildirçin və qüdrət halvası, kölgə salan bulud kimi) aşkar imtahan (yaxud aşkar nemət) olanını verdik.
    34. Əlbəttə bunlar (Qüreyş kafirləri) deyirlər:
    35. «Həyatın (və insan varlığının) sonu yalnız ilk ölümdür (dünyadakı ölümdür) və biz heç vaxt dirildilməyəcəyik.
    36. Buna görə də əgər (Qiyamət iddiasında) doğruçusunuzsa, bizim atalarımızı (dirildib) gətirin.»

<< 1 / 2 / 3 / 4 / 5 / 6 / 7 / 8 / 9 / 10 / 11 / 12 / 13 / 14 / 15 / 16 / 17 / 18 / 19 / 20 / 21 / 22 / 23 / 24 / 25 / 26 >>
Bölmə: Dini biliklər | Əlavə edildi: azerhero (29.12.2013) | Müəllif: R.C E W
Baxış: 624 | Reytinq: 0.0/0
Bütün rəylər: 0
omForm">
avatar

Kitablar — zamanın dalğaları ilə səyahət edən və nəsildən-nəslə öz qiymətli yükünü ehtiyatla aparan fikir gəmiləridir.

- Frensis Bekon

Son 90 gün ərzində kitab oxumamaqdan daha pisi kitab oxumadığına görə narahat olmamaqdır.

- Cim Ron

Kitabları yandırmaqdan daha pis şey onları oxumamaqdır.

- Rey Bredberi

Yaxşı kitab aysberqə oxşayır, onun yeddi-səkkiz hissəsi suyun altında gizlənib.

- Ernest Heminquey

Kitablarım mənə çatacaq qədər böyük bir krallıqdır.

- Shakespeare

Mən, kitablarımı yaratmadan əvvəl, kitablarım məni yaratdılar.

- Montaigne

Kitabsız yaşamaq; kor, kar, dilsiz yaşamaqdır.

- Seneca

Bu günün gərçək universiteti, bir kitabxanadır.

- Carlyle

Kitab, tək ölümsüzlükdür.

- Rufus Choate

Exlaqa uyğun ya da zidd kitab deyə bir şey yoxdur. Kitablar ya yaxşı yazılmışdır, ya da pis. Hamısı bu qədər!

- Oscar Wilde

Ümidlə açılıb qazancla bağlanan bir kitab, yaxşı bir kitabdır.

- Alcott

Kitablar, itmiş başların abidələridir.

- Sir William Dave

Kitablar, heç solmayacaq bitkilərdir.

- Herrick

Kitab heç aldatmayan bir yoldaşdır.

- Guilbert De Pixrecourt

Axmaqlarla oturub-durmaqdansa , kitabla tənha oturmaq yaxşıdır.

- Qasım bəy Zakir

İnsan güc ilə yox, mütaliə etməklə ağıllanır.

- C.Bruno

Az bildiyini başa düşmək üçün çoxlu oxumaq lazımdır.

- Mişel Monten

Kitablar özünüzə və başqalarına hörmət etməyi öyrədəcək, ürəyi və ağlı, dünya və insanlıq sevgisiylə dolduracaq.

- Maksim Gorki

Kitab həyatın ən uzaq və qaranlıq yollarında insana işıq bəxş edən əfsanəvi çıraqdır

- A.M.Upit

BAKI QIZLAR UNİVERSİTETİ
1992-ci ildə təsis edilən və həmin vaxtdan da fəaliyyətə başlayan Bakı Qızlar Universitetinin (əvəllər Bakı Ali Pedaqoji Qızlar Seminariyası adlanırdı) yaradılmasında məqsəd respublikada qadın pedaqoji kadrlar yetişdirmək, onların intellektual səviyyəsini yüksəltmək və gənc qızları ailə həyatına hazırlamaqdan ibarətdir. Hazırda universitetdə "Sosial pedaqoji” və "Filologiya-tarix” fakültələri fəaliyyət göstərir. "Sosial pedaqoji” fakültədə "Təhsildə sosial-psixoloji xidmət”, "Psixologiya”, "Coğrafiya müəllimliyi”, "ibtidai sinif müəllimliyi”, "Məktəbəqədər təlim və tərbiyə”, "Riyaziyyat və informatika müəllimliyi”, "Filologiya-tarix” fakültəsində isə "Xarici dil (ingilis) müəllimliyi”, "Azərbaycan dili və ədəbiyyat müəllimliyi”, "Tarix müəllimliyi”, "Jurnalistika” üzrə bakalavr, "İbtidai sinifdə tədrisin metodika və metodologiyası”, "Pedaqogika nəzəriyyəsi və tarixi”, "Azərbaycan ədəbiyyatı”, "Azərbaycan dili”, "Azərbaycanın yeni və ən yeni tarixi” sahəsində magistratura səviyyəsində kadr hazırlığı aparılır.
Bakı Qızlar Universiteti Nazirlər Kabinetinin 1996-cı il fevralın 21-də 21 saylı sərəncamı ilə dövlət qeydiyyata alınmışdır. 2013-cü ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin lisenziya komissiyası BQU-nun çoxilli fəaliyyətinin, onun yüksək maddi-texniki bazasının, infrostrukturunun, təlim-tərbiyə sisteminin Azərbaycan Respublikası təhsil Qanununa Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Ali təhsil Müəssisələrinin fəaliyyətinə xüsusi razılıq (lisenziya verilməsi haqqında qərarına, Azərbaycan Respublikası Təhsil Nazirliyinin sənədlərinə uyğn qurulduğunu, pedaqoji kadrların hazırlanmasında əldə olunmuş nailiyyətlərini nəzərə alaraq universitetin fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsini məqsədəuyğun hesab etmişdir. Eyni zamanda 2013-cü ildə universitet akreditasiyadan keçmişdir. Universitetdə müxtəlif fənnlər üzrə kabinetlər, dörd kopüter otağı, kitabxana, badii yaradıcılıq studiyası, tələbə elmi cəmiyyəti, Tələbə Gənclər təşkilatı, dörd dərnəklər, nəşriyyat, idman zalı, yeməkxana, kadrlar şöbəsi və mühasibatlıq fəaliyyət göstərir.
Learn more