Əsas » Məqalə » Dini biliklər

Qurani-Kərimin tərcüməsi-12
<< 1 / 2 / 3 / 4 / 5 / 6 / 7 / 8 / 9 / 10 / 11 / 12 / 13 / 14 / 15 / 16 / 17 / 18 / 19 / 20 / 21 / 22 / 23 / 24 / 25 / 26 >>

    40. (Qiyaməti bəqrərar etmək Bizim üçün asandır, çünki) Biz bir şeyi(n əmələ gəlməsini) istədikdə, ona yalnız «ol!» deyirik, beləliklə, o (dərhal) olur.
    41. Və zülmə məruz qaldıqdan sonra Allah (yolun)da hicrət etmiş kəsləri şübhəsiz, dünyada gözəl bir yerdə yerləşdirəcəyik. Və əlbəttə, əgər bilsələr, axirət mükafatı daha böyükdür.
    42. Həmin o kəslər ki, səbr etdilər və həmişə öz Rəbbinə təvəkkül edirlər.
    43. (Özümüzün insanlarla olan əlaqələrimizi möhkəmləndirmək üçün) səndən öncə də (mələklər, qadınlar və cinlər deyil) yalnız vəhy etdiyimiz kişilər göndərdik. Buna görə də əgər bilmirsinizsə, zikr əhlindən (öz əsrinizin din mütəxəssislərindən) soruşun (ki, İslam Peyğəmbərinin göndərilməsinin təəccüblü olmamasını biləsiniz).
    44. (Onları) aydın dəlillər (möcüzələrlə) və ibrətamiz səma kitabları ilə (göndərdik) və sənə də bu zikri (Quranı) nazil etdik ki, insanlara onlara nazil olanı açıqlayasan və bəlkə düşündülər.
    45. Məgər öz hiylələri ilə (İslama və Peyğəmbərə qarşı) çirkin tədbirlər tökən kəslər Allahın onları yerə batırmasından, yaxud onlara heç fikirləşmədikləri yerdən əzab gəlməsindən xatircəm və amandadırlar?!
    46. Yaxud onları gündəlik get-gəllərində (ya günah tədbirlər tökdükləri halda) yaxalamasından? Buna görə də, onlar əsla (Allahı öz cəzaları barəsində) aciz qoyan deyildirlər.
    47. Yaxud onları (qəflətən deyil) nemətləri onlardan tədricən geri alaraq, ya başqalarının əzabını görməkdən qorxduqları halda yaxalayar. Çünki Rəbbiniz çox mərhəmətli və mehribandır.
    48. Məgər Allahın yaratdığı (kölgəli) cisimlərə (günəşin qarşısında üzü və ya arxası cənuba olan zaman) baxmırlarmı ki, onların kölgələri - bütün cisimlər və kölgələri, Allaha səcdə edərək (qeyri-ixtiyari) itaət və zillət halında olduqları vəziyyətdə – sağdan və sol tərəflərdən (sağdan arxaya və soldan qabaq tərəfə) qayıdır?! (Bəs nə üçün ayılmırlar?!)
    49. Və (cansızlardan əlavə) göylərdə və yerdə olan canlılar Allaha səcdə edirlər (zati itaət, qeyri-ixtiyari və ixtiyari səcdə edirlər). Və həmçinin mələklər (iradə ilə ixtiyari səcdə edirlər) və onlar təkəbbür göstərmirlər.
    50. Onlar başlarının üstündə onlara hakim olan Rəbblərindən qorxur və əmr olunduqları şeyi yerinə yetirirlər.
    51. Və Allah buyurdu: «İki məbud tanrı (yaradılış tanrısı və idarəetmə tanrısı) götürməyin, həqiqət budur ki, O, tək olan məbuddur. Buna görə də yalnız Məndən qorxun».
    52. Və göylərdə və yerdə olanlar (onların özləri də daxil olmaqla) Allahın həqiqi mülküdür (çünki, yaratmaq, qorumaq, idarə etmək və sonda yox etmək, bunların hamısı Onun istək və iradəsinə tabedir). Və din (və itaət və cəza) həmişə Ona layiqdir. Belə isə Allahdan başqasındanmı qorxursunuz?!
    53. Və malik olduğunuz hər bir nemət Allah tərəfindəndir. Həmçinin sizə bir zərər-ziyan yetişən zaman Ona yalvarır və Ondan kömək diləyirsiniz.
    54. Amma həmin zərər və ziyanı sizdən dəf edən kimi, sizin bir dəstəniz dərhal (vücudda, rübubiyyətdə, ibadətdə və ya itaətdə) Rəbblərinə şərik qoşur!
    55. Sonda onlara verdiklərimizə küfr və nankorluq etmək üçün. Buna görə də, (dünyanın ləzzətlərindən) bəhrələnin ki, tezliklə biləcəksiniz.
    56. Və (müqəddəslikləri və vücudlarının təsirləri barəsində) elmləri olmayan şeylər (bütlər) üçün, ruzi olaraq onlara verdiklərimizdən pay qoyurlar. (Ey müşriklər) Allaha and olsun ki, (Qiyamət günü) iftira etdiyiniz şey barəsində sorğu-sual ediləcəksiniz.
    57. Və Allah üçün qızları qoyurlar (mələkləri Allahın qızları hesab edirlər) s Pakdır Allah! özləri üçün isə istədiklərini (yəni oğlanları)!
    58. Onların birinə qız(ının olması) müjdəsi verilən zaman, qəzəb onu boğduğu halda (acıq və hiddətin çoxluğundan) üzü qaralar.
    59. O, verilmiş müjdənin pisliyindən öz qəbiləsindən qaçıb gizlənər (və bilməz ki,) görəsən onu xəcalətlə saxlasın, ya (diri-diri) torpaq altında gizlətsin? Bilin, pis hökm çıxarırlar!
    60. Axirətə iman gətirməyənlər üçün (neçəallahlılıq, cansız əşyalara ibadət etmək, qız uşaqlarını öldürmək kimi) pis sifətlər vardır. Allah üçün isə (müqəddəs zatının vəhdəti, vücudunun vacibliyi, camal və cəlal sifətləri ilə vəsf olunmaq kimi) uca və üstün sifətlər vardır. Və Odur yenilməz qüdrət və hikmət sahibi.
    61. Əgər Allah insanları zülmlərinə görə cəzalandırsaydı, yer üzündə heç bir canlını sağ qoymazdı. Lakin onlara müəyyən müddətədək möhlət verir. Beləliklə, müddətləri başa çatdıqda nə bir saat gecikər, nə də bir saat qabağa keçə bilərlər.
    62. Özlərinin bəyənmədikləri şeyi (qız uşaqlarını) Allaha nisbət verirlər və dilləri yalandan gözəl aqibətin onlara (özlərinə) məxsus olmasını («əgər axirət olsa, biz Cənnət əhliyik») deyir. Şübhəsiz, onlar üçün od vardır və onlar (ora daxil olmaqda) öndə olacaqlar.
    63. Allaha and olsun ki, (yəhudilər, xaçpərəstlər və başqaları kimi) səndən qabaqkı ümmətlərə (də peyğəmbərlər) göndərmişdik. Şeytan onların (puç batil) işlərini onlar üçün zinətləndirdi və o, bu gün də onların (və digər kafirlərin və müşriklərin) yardımçı və başçısıdır. Onlar üçün ağrılı bir əzab vardır.
    64. Biz bu kitabı sənə yalnız barəsində ixtilafda olduqları şeyi (müsəlmanların kafirlərlə və kitab əhli ilə olan ixtilaflarını) onlara izah etməyin və iman gətirən dəstəyə hidayət və rəhmət olması üçün nazil etmişik.
    65. Allah göydən (yağış, qar və dolu şəklində) su endirdi və onun vasitəsi ilə yeri (otları, dənləri və onların daxilindəki rüşeymləri) ölümündən sonra diriltdi. Doğrudan da bunda (bu işdə) eşidən dəstə üçün (Allahın qüdrət və hikmətindən) bir nişanə vardır.
    66. Həqiqətən dördayaqlılar(ın yaradılışın)da sizin üçün (böyük) bir ibrət vardır. Onların qarınlarında olandan r mədədə yarı həzm olunmuş yeməklərlə (onların damarlarından axan) qanın arasından sizə içənlərə xoş gələn xalis və təmiz süd içirdirik.
    67. Xurma və üzüm ağaclarının meyvələrindən (pak olmayan) məstedici mayelər və həmçinin gözəl və pak ruzi alırsınız. Həqiqətən bunda (onların bitmələri, məhsul vermələri və mənfəətlərində) öz ağılını işlədən bir dəstə üçün (Allahın qüdrətinə və hikmətinə dair) nişanə vardır.
    68. Və Rəbbin bal arısına vəhy etdi (onun təbiətində bu əməlin şövq və qüdrətini qoydu) ki: «Dağlardan, ağaclardan və qurulan çardaqlardan (özünə münasib) evlər götür!»
    69. «Sonra bütün meyvələrdən (və ağac və bitkilərin şirəsindən) ye. Beləliklə Rəbbinin (xam maddələri bala çevirmək barəsində olan instink) yollarını ram və itaətkarlıqla get və pətəklə meyvənin olduğu yer arasındakı get-gəldə Allah tərəfindən ilham olunmuş yolları bir kəsə əziyyət etmədən qət et.» Onların qarınlarından insanlar üçün şəfalı rəngarəng içməli maddələr çıxır. Həqiqətən bunda (bu şərbət və dərmanın düzəldilmə mexanizmində və onu düzəldənin yaşayış tərzində) düşünən bir dəstə üçün bir nişanə vardır.
    70. Allah sizi yaratdı, sonra sizin ruhunuzu alacaqdır. Sizdən bəzisi (ağıl və cismin qüdrəti baxımından) ömrünün ən rəzil mərhələsinə qaytarılar ki, elmdən sonra bir şey bilməsin. Həqiqətən Allah çox bilən və qüdrətlidir.
    71. Allah sizin bəzinizi (səylərin müxtəlifliyinə və ya işlərin idarə olunmasındakı hikmətin tələbinə, yaxud zəif və acizlərin qəyyum və hamisi olmaq üçün) ruzi baxımından digər bəzilərindən üstün etdi. Üstünlük verilmiş kəslər öz ruzilərini əsla öz qullarına verməzlər ki, (ağa ilə qul) bir-birləri ilə bərabər olsunlar. Məgər onlar Allahın bu nemətini (verdiyi bu üstünlüyü) inkar edirlər?! (Nə üçün Allahın üstünlüyünü unudurlar?!)
    72. Allah sizin üçün (hurilərdən, qılmanlardan və pərilərdən deyil) özünüzdən (öz cinsinizdən) zövcələr yaratdı, zövcələrinizdən sizin üçün oğullar və nəvələr vücuda gətirdi və sizə (ağıl, din, səmavi kitab, ərzaq, geyim və zövcələr kimi) pak (maddi və mənəvi) şeylərdən ruzi verdi. Belə isə batilə (bütlərə və cahiliyyət adət-ənənələrinə) iman gətirir və Allahın nemətinə küfr edirlər?!
    73. Allahın yerinə onlar üçün göylərdən və yerdən heç bir ruziyə sahib olmayan və heç bir qüdrətləri də olmayan şeylərə ibadət edirlər.
    74. Buna görə də Allah üçün (şərik, zövcə və qızlarının olması kimi nalayiq) məsəllər çəkməyin. Həqiqətən Allah (belə məsəllərin çirkinliyini və qeyri-mümkün olmasını) bilir və siz bilmirsiniz.
    75. Allah (bir malı olmayan və nə özü və malı, nə də ağasının iş və malı barəsində) heç nəyə gücü (ixtiyarı) çatmayıb özü başqasının malı olan qul ilə gözəl (halal və çoxlu) ruzi verdiyimiz və ondan gizlində və aşkarda sərf edən azad şəxsi məsəl çəkib. Məgər bunlar bərabərdirlər? (Allah da öz şərikləri ilə bərabər deyil!) Bütün həmdlər Allaha məxsusdur (çünki, bütün kamilliklər Ona məxsusdur. Müşriklər bunları elm üzündən inkar etmirlər,) əksinə onların çoxu bilmir.
    76. Allah (başqa) bir məsəl çəkdi. İki kişinin biri anadan gəlmə laldır, (nə başa düşür, nə də başa sala bilir) heç nəyə qadir deyil və öz ağasının çiynində bir yükdür, hara göndərsə bir xeyir gətirməz. Məgər o, daim ədalətə əmr edən və özü düz yolda olan (sağlam və kamil) şəxslə birdir? (Allahın şərikləri də Onunla müqayisə edilə bilməz.)
    77. Göylərin və yerin qeybi (məxluqların zahiri hissiyyatlarından və fikir üfüqlərindən gizlin qalan şeylər) Allaha məxsusdur. Və Qiyamətin işi (onun bərpa edilməsi Allah yanında asanlıq və sürət baxımından) yalnız göz qırpımı kimi, yaxud ondan da az (bir vaxtda)dır. Həqiqətən Allah hər şeyə qadirdir.
    78. Allah sizi analarınızın bətnlərindən heç bir şey bilmədiyiniz halda çıxartdı və sizə qulaq və eşitmə qüdrəti, gözlər və görmə qabiliyyəti və (bədənin hissiyyatını idarə etmək üçün) ürəklər verdi ki, bəlkə şükr edəsiniz.
    79. Məgər göyün üzündə (Allahın qüdrətinə) ram olmuş quşları görmədilərmi ki, onları (bədənlərini uçmaq üçün lazım olan quruluşda yaratmaq və uçuş tərzini onlara ilham etməklə) Allahdan başqa heç kim saxlamır? Şübhəsiz, bunda (bu yaradılış növündə) iman gətirən dəstə üçün (Allahın elminə, qüdrətinə və hikmətinə dair) nişanələr vardır.
    80. Allah evlərinizi sizin üçün məskən və rahatlıq yeri etdi, dördayaqlıların dərisindən səfər gününüz və səhranişinlik vaxtlarınızda asanlıq və rahatlıqla daşıdığınız (daşınan) evlər qoydu və onların yun, tük və qıllarını müəyyən bir müddətədək ev əşyası və istifadə avadanlığı etdi.
    81. Və Allah (ağac, tavan və çardaq kimi) yaratdıqlarından sizin üçün kölgələr yaratdı, sizin üçün dağlardan mağaralar və sığınacaqlar düzəltdi və sizin üçün sizi istidən (və soyuqdan) qoruyan paltarlar və sizi bir-birinizin zərərindən qoruyan geyimlər (döyüş geyimləri) müəyyənləşdirdi. O, Öz nemətini sizə belə tam həddə çatdırır ki, bəlkə (Onun istək və iradəsinə) təslim olasınız.
    82. Beləliklə, əgər (sənin dəvətindən) üz döndərsələr (eybi yoxdur), həqiqətən sənin öhdənə düşən (onlara məcbur qəbul etdirmək və ya dünya və axirət cəzası vermək deyil) yalnız (tapşırığı) aşkar surətdə çatdırmaqdır.
    83. Onlar Allahın nemətini tanıyır, sonra isə onu inkar edirlər və onların çoxu həqiqətən kafir və nankordurlar.
    84. Və (yada sal) o gün(ü) ki, hər bir ümmətdən bir şahid (iman və küfr, itaət və itaətsizliklərinə şəhadət vermək üçün hər ümmətin içərisindən onların peyğəmbərlərini, yaxud hər əsrin dəstələrinin arasından onların təqvalılarını) gətirəcəyik. Sonra küfr etmiş kəslərə nə (danışmaq və üzr istəmək üçün) icazə verilər, (çünki şahidlərin və onların özlərinin bədən üzvlərinin şəhadəti kifayət edəcəkdir), nə onlardan razılıq istəniləcək və nə də onlara haqqın razılığını istəməyə rüxsət veriləcəkdir.
    85. Və zülm edənlər (Cəhənnəm) əzabı(nı) gördükdə (onlar üçün tam aydın olacaq ki,) onların nə əzabı yüngülləşdiriləcək və nə də onlara möhlət veriləcəkdir.
    86. Və müşriklər Allahın şəriki sandıqlarını gördükdə «ey Rəbbimiz, Sənin yerinə çağırdığımız şəriklərimiz bunlardır» deyərlər. Onda şəriklər onlara «həqiqətən siz yalançısınız (biz əsla Allahın şəriki olmamışıq və siz də öz nəfsi istəklərinizə ibadət edirdiniz)» (deyə) bu sözü qaytararlar.
    87. Həmin gün (həqiqətləri öz gözləri ilə görüb yəqin etdikdən sonra, naçar qalıb) itaətkarcasına Allahın hüzuruna təslim olarlar və (bütlərin şəfaəti və köməyi barəsində) yalandan uydurduqları şey onlardan yox olaraq (gözlərindən) itər.
    88. Küfr edən və (başqalarını) Allahın yolundan saxlayan kəslərin əzabları üzərinə fəsad etdiklərinə görə daha bir əzab artıracağıq.
    89. Və (yada sal) o gün(ü) ki, hər bir ümmətdə onlara öz (iç)lərindən (hər bir ümmət üçün onların peyğəmbərlərini, yaxud hər bir əsrin insanları üçün həmin əsrin məsumunu) şahid gətirəcəyik və səni (də) bu ümmətə (ya əsrlərin şahidlərinə) şahid gətirəcəyik. Və hər bir şeyin (elm və maariflərin) dolğun açıqlaması və aydınlaşdırıcısı və müsəlmanlar üçün başdan-başa hidayət, rəhmət və müjdə mənbəyi olan bu kitabı sənə nazil etdik.
    90. Şübhəsiz, Allah (fərdi, ailəvi və ictimai) ədaləti, yaxşılıq etməyi və qohumun (özününkülərin və Peyğəmbərin (s) məsum qohumlarının) haqlarını əda etməyi əmr edir və çox çirkin günahlardan, xoşagəlməz əməllərdən, zülm və həddi aşmaqdan çəkindirir. Sizə öyüd verir ki, bəlkə ibrət götürdünüz.
    91. Allahla əhd-peyman bağladığınız zaman öz peymanınıza vəfalı olun və öz andlarınızı onları möhkəmlətdikdən sonra (Allahın adını çəkməklə) Allahı özünüzə zamin götürdüyünüz halda pozmayın. Şübhəsiz, Allah etdiklərinizi bilir.
    92. Və öz ipini əyirdikdən və möhkəmləndirdikdən sonra açıb bir-birindən ayıran o (yelbeyin) qadın kimi olmayın ki, andlarınızı bir dəstənin (digər) bir dəstədən artıq və imkanlı olmasına xatir öz aranızda hiylə və fəsad vasitəsi edəsiniz (məsələn müsəlmanlara kömək etmək üçün and içəsiniz və müşriklər onlardan üstün olduqlarına görə onu pozasınız). Əslində Allah sizi bu barədə sınayır və şübhəsiz, Qiyamət günü, barəsində ixtilaf etdiyiniz şeyi sizin üçün aydınlaşdıracaqdır.
    93. Əgər Allah istəsəydi, şübhəsiz, sizin hamınızı (məcburi surətdə) bir ümmət edərdi. Və lakin (öz cari qanunu əsasında, hamını din seçməkdə azad qoyur və sonra) istədiyini (Onun dinini qəbul etməyən şəxsi) öz azğınlığında boşlayır və istədiyini (Onun dinini qəbul edəni) hidayət edir. Və siz əməlləriniz barəsində mütləq sorğu-sual ediləcəksiniz.
    94. Andlarınızı öz aranızda fəsad və hiylə alətinə çevirməyin ki, məbada (sizin İslam və əməl yolundakı) qədəm(iniz) möhkəmləndikdən sonra titrəsin və Allah yolundan qaldığınıza, ya (başqalarını) Allah yolundan saxladığınıza görə (dünya) əzabını dadasınız və (axirətdə) sizin üçün böyük bir əzab olar.
    95. Allahın əhdini ucuz qiymətə satmayın. (Onun əhdlərini pozmaqla dünya malı əldə etməyin.) Həqiqətən, əgər bilsəniz, Allah yanında olan sizin üçün daha yaxşıdır.
    96. Sizin yanınızda olan tükənir və puç olur, Allahın yanında olan isə daimi və əbədidir. Və (dini vəzifələri yerinə yetirməkdə) səbr etmiş kəslərin çox gözəl əməlləri müqabilindəki mükafatlarını verəcəyik.
    97. Hər kim H kişi yaxud qadın imanı olan halda yaxşı iş görsə, onu şübhəsiz, (dünyada) pak bir həyatla yaşadacaq və (axirətdə) mükafatlarını çox gözəl olan əməllərinin müqabilində verəcəyik.
    98. Quran oxuyan zaman, qovulmuş Şeytandan Allaha pənah apar.
    99. Çünki, onun iman gətirən və özlərinin Rəbbinə təvəkkül edən kəslər üzərində (vəsvəsə etməkdən savayı başqa) bir hökmranlığı yoxdur.
    100. Onun hökmranlığı (və əmri) ancaq onu dost və başçı tutan kəslər və Allaha şərik qoşanlar üzərində (keçərli)dir.
    101. Biz bir ayənin yerinə başqa bir ayə gətirən zaman (hansısa bir ayəni hərfən və ya məna baxımından nəsx edib başqa bir ayə gətirsək) – Allah nə nazil etdiyini daha yaxşı bilir – deyərlər: «Sən ancaq yalançı və iftiraçısan.» (Elə deyil,) əksinə, onların çoxu bilmir.
    102. De: «Bu (Quranı) Ruhul-Qudus (Cəbrail, xəta və günah çirkindən pak olan ruh) Rəbbin tərəfindən haqq olaraq (və uca və əqli bir məqsəd üçün) tədricən nazil etmişdir ki, iman gətirənləri sabitqədəm etsin və müsəlmanlar üçün hidayət və müjdə olsun.
    103. Əlbəttə, Biz onların «əslində bunu (Quranı) ona (Muhəmmədə – səllallahu əleyhi və alihi və səlləm) bir bəşər (yəhudi, xaçpərəst və farsların bəzi alimləri) öyrədir» demələrini bilirik. (Lakin belə deyildir,) səhv edib nisbət verdikləri şəxsin dili qeyri-ərəbdir, bu (Quran) isə açıq-aydın ərəb dilindədir!
    104. Şübhəsiz, Allahın ayələrinə və aydın dəlillərinə iman gətirməyənləri Allah hidayət etməyəcəkdir və onlar üçün ağrılı bir əzab vardır.
    105. (Peyğəmbər bu kitabı yalandan Allaha nisbət vermir, yaxud mənaları başqalarından götürüb kəlmələri özü quraşdırmır, çünki Peyğəmbər yox) yalnız Allahın ayələrinə iman gətirməyənlər yalan uydurarlar və yalançı onlardır!
    106. Qəlbi imanla rahatlıq tapdığı (və imana bağlı) halda (küfr deməyə) məcbur olan şəxs istisna olmaqla, kim imanından sonra Allaha küfr etsə A (hər kafirə deyil,) öz sinələrini küfrlə şad edib genişləndirənlərə Allah tərəfindən bir qəzəb və böyük bir əzab vardır (küfr sözlər danışmağa məcbur edilənlər isə Allahın qəzəbinə düçar olmayacaqdır).
    107. Bu (qəzəb) onların dünya həyatını axirətdən üstün tutmalarına görədir. Həmçinin ona görə ki, Allah kafirlərin dəstəsini (bütün dəlil-sübutlar təqdim edildikdən sonra) hidayət etmir.
    108. Onlar Allahın qəlb, qulaq və gözlərinə (bədbəxtlik və anlamazlıq) möhürü vurduğu kəslərdir və onlar həmin qafillərdir.
    109. Və şübhəsiz, axirətdə ziyana uğrayanlar onlardır.
    110. Bununla belə şübhəsiz, sənin Rəbbin (kafirlərdən) işkəncə gördükdən sonra hicrət edən, sonra cihad edən və səbirli olan kəsləri, sənin Rəbbin həqiqətən bunlardan (həmin müsibətlərdən) sonra (onları) çox bağışlayan və mehribandır.
    111. (Yada sal) o gün(ü) ki, hər bir şəxs mübahisə və özünü müdafiə edən halda gələr, hər bir kəsə etdiyi(nə uyğun mükafat və ya əməlinin gerçək təzahürü) kamil surətdə verilər və onlara zülm olunmaz (haqları kəsilməz).
    112. Allah (itaətsizlik və nemətə nankorluğun aqibəti barəsində düşməndən və pis hadisələrdən) amanda və xatircəm olan, ruziləri hər tərəfdən bol-bol gələn cəmiyyəti məsəl çəkib. Belə olan halda onlar Allahın nemətlərinə nankorluq etdilər, Allah da etdiklərinin cəzası olaraq onlara aclıq və qorxu libası geyindirdi və onlara onun tamını dadızdırdı.
    113. Və həqiqətən onlara (Məkkə əhlinə) özlərindən (öz şəhər, mühit və qəbilələrindən) bir peyğəmbər gəldi, amma onu təkzib etdilər. Beləliklə (Allahın) əzab(ı) onları zalım olduqları halda yaxaladı.
    114. Buna görə də Allahın şəriət baxımından halal və zatən pak olaraq sizin ruziniz etdiyi şeylərdən yeyin, istifadə edin və əgər yalnız Ona ibadət edirsinizsə, Allahın nemətinə şükr edin.
    115. Allah sizə ancaq ölü heyvanı, qanı, donuz ətini və (kəsən zaman başı üzərində) Allahdan qeyrisinin adı çəkiləni haram etmişdir. Beləliklə, əgər kimsə (onları yemək) məcburiyyət(in)də qalsa ləzzət qəsdi ilə və zərurətdən artıq yeməsə (yaxud itaətsizlik etməsə, bilsin ki,) həqiqətən Allah çox bağışlayan və mehribandır.
    116. Dillərinizin yalandan dediyinə (və heç bir dəlili olmadan bir şeyin halal və ya haram olması barəsində verdiyi hökmə) əsasən «bu, halaldır və bu, haramdır» deməyin ki, Allaha yalan yaxasınız (və Onun dinində bir bidətin əsasını qoyasınız). Əlbəttə, Allaha yalan yaxanlar əsla nicat tapmazlar.
    117. (Bu bidətlərin nəticəsi onlar üçün) azacıq bir mənfəət (əldə etmək)dir və onların ağrılı əzabları olacaqdır.
    118. Və yəhudilərə sənə öncə söylədiklərimizi (Ənam surəsinin 146-cı ayəsində buyurulanları) haram etdik. Biz onlara zülm etmədik, lakin onlar (özləri) özlərinə zülm edirdilər.
    119. Sonra şübhəsiz, sənin Rəbbin bir növ nadanlıq (haqqın əzəmətindən qafil olmaq və nəfsi istəklərin qalib gəlməsi) üzündən günaha mürtəkib olub, ondan sonra tövbə edərək həm özləri saleh olan və həm (keçmişlərini) islah edən kəsləri v əlbəttə, sənin Rəbbin bundan sonra çox bağışlayan və mehribandır.
    120. Həqiqətən, İbrahim (insani kamilliklərinə görə özü təklikdə sanki) bir ümmət idi. (Və ya: İbrahim öz əsrində bir müddət təkbaşına islami bir ümmətin nümunəsi idi.) O, Allah qarşısında təvazökar və itaətkar, haqqa yönələn idi və heç vaxt (nə vücudda, nə rübubiyyətdə, nə ibadətdə və nə də itaətdə) müşriklərdən olmamışdı.
    121. Allahın nemətlərinə şükr edən idi. Allah onu (nübuvvət və risalətə, sonra isə imamət və dostluq məqamına) seçdi və doğru yola hidayət etdi.
    122. Və ona dünyada gözəl həyat (bütün ümmətlər tərəfindən qəbul olunmaq xüsusiyyəti, uzun ömür, saleh övladlar və çoxlu sərvət) verdik və əlbəttə o, axirətdə salehlərdən olacaqdır.
    123. Sonra sənə vəhy etdik ki, İbrahimin ayininə (onun tovhidi qəbul etmək yoluna və şirklə mübarizə üsuluna və onun dininin əsaslarına və şəriətinin qollarının ana xəttinə) tabe ol. Çünki o, haqqa yönələn idi və müşriklərdən deyildi.
    124. Həqiqətən şənbə günü, onun barəsində ixtilafa düşmüş kəslərə qarşı qərara alındı (həmin günün cəza məqsədi ilə mütləq tətil edilməsi və ehtiramının saxlanılması hökmü, onda ov ovlamağın haramlığı barəsindəki əvvəlki hökm haqqında ixtilafa düşmüş, bəziləri qəbul etməyən və bəziləri hiylə işlədən yəhudilər üçün çıxarıldı). Rəbbin Qiyamət günü mütləq, onların arasında ixtilaf etdikləri bütün şeylər barəsində hökm çıxaracaqdır.
    125. (İnsanları) Rəbbinin yoluna hikmətli məntiq, qane edən dəlillər və gözəl, oyadıcı və ibrətamiz nəsihətlə dəvət et və onlarla (müxaliflərlə) ən gözəl tərzdə mübahisə et. (Sənin vəzifən budur. Onlara gəldikdə isə) əlbəttə, sənin Rəbbin Özü Onun yolundan azanları daha yaxşı bilir və doğru yolda olanları daha yaxşı tanıyır.
    126. Əgər (qisas və bu kimi məqsədlərlə) cəzalandırsanız (cəzalandırmaq istəsəniz) onda, məruz qaldığınız haqsızlıq miqdarında cəzalandırın. Əlbəttə əgər səbr etsəniz (tamamilə bağışlasanız, yaxud cəzanı yüngülləşdirsəniz) şübhəsiz bu, səbr edənlər üçün daha yaxşıdır.
    127. (Boynuna qoyulmuş ilahi tapşırığın çatdırılmasında) səbirli ol və sənin səbrin yalnız Allah(ın kömək və yardımı) ilədir. Onlara (onların iman gətirməmələrinə) görə, yaxud möminlərin çətinlik və sıxıntılarına görə qəm yemə və onların işlətdikləri hiyləyə görə ürəyini sıxma.
    128. Şübhəsiz, Allah təqvalı olanlarla və yaxşı işlər görən kəslərlədir.
Əl-İsra surəsi


    Bağışlayan və mehriban Allahın adı ilə.
    1. Öz bəndəsini (MuhəmmədiÖsəlləllahu əleyhi və alihi və səlləm) Özümüzün (tovhid, qüdrət və hikmətimizin) bəzi nişanələrimizi ona göstərmək üçün bir gecə Məscidül-Həramdan ətrafını (nazil olmuş mələklərin və oradan çıxmış peyğəmbərlərin mənəviyyatı, çoxlu ağacların yaşıllığı və çaylar ilə) mübarək (bərəkətli) etdiyimiz Məscidül-Əqsaya aparan Allah (hər bir eybdən) pak və nöqsansızdır. Əlbəttə (Öz bəndəsinin və yuxarı aləmin sakinlərinin danışığını) eşidən və (onların hamısının halını) görən Odur (O Allahdır).
    2. Biz Musaya kitab (Tövrat və səhifələr) verdik və onu və onun kitabını İsrail övladlarının bələdçisi etdik ki, (onlara) «Məndən başqa heç kəsi (dünya və axirət işlərinizin) vəkil və idarə edən(i) tutmayın» (desinlər).
    3. (İsrail övladları) Nuhla birlikdə (gəmiyə) mindirdiyimiz kəslərin övladlarıdır. Çünki o, şükr edən bir bəndə idi.
    4. Biz İsrail övladlarına (Tövrat) kitablarında qəti hökm verdik və elan etdik ki: Şübhəsiz, siz yer üzündə (Fələstində) iki dəfə fəsad törədəcək və böyük bir itaətsizliyə

Əl-Kəhf ‏ surəsi


    Bağışlayan və mehriban Allahın adı ilə.
    1. Həmd bu kitabı Öz bəndəsinə nazil etmiş və on(un kəlmə və mənasın)da heç bir xəta və əyrilik qoymayan Allaha məxsusdur.
    2. (Allah düzgün imana və ya saleh əmələ sahib olmayan kəsləri) Öz tərəfindən şiddətli əzabla qorxutmaq və yaxşı işlər görən möminləri onlar üçün mütləq gözəl bir mükafatın olacağı ilə müjdələmək üçün düzgün, gözətçi və (keçmiş səma kitablarına və gələcək bəşər cəmiyyətinin xeyrinə) nəzarətçi olaraq (nazil etmişdir).
    3. Orada (onlar gözəl mükafat kimi verilmiş Cənnətdə) həmişəlik qalacaqlar.
    4. Və «Allah övlad götürmüşdür» deyən kəsləri (müşrikləri, yəhudiləri və xristianları) qorxutmaq üçün!
    5. Nə onların və nə də atalarının bu (iddia) barə(sin)də bir biliyi yoxdur. (Şirk, cism olmaq, müxtəlif ünsürlərdən təşkil olunmaq, evlənmək və köməyə möhtaclıq kimi şeyləri Allaha nisbət vermək) onların ağızlarından çıxan çox böyük bir sözdür. Onlar yalnız yalan söyləyirlər.
    6. Bəlkə sən, bu sözə (bu kitaba) iman gətirməyəcəkləri təqdirdə onların (üz döndərmələrinin) ardınca qəm-qüssənin şiddətindən özünü həlak edəcəksən?!
    7. Əlbəttə, Biz əməldə onlardan hansı birinin daha gözəl olmasını sınamaq üçün yer üzündə olanları onun zinət və bəzəyi etdik.
    8. Şübhəsiz, Biz (bir gün) onun üzərində olanları (məhv edəcək və yeri) otsuz-susuz bir çölə çevirəcəyik.
    9. Yoxsa (yüz illərlə yatıb sonra ayılan) o böyük mağara yoldaşlarının və o yazılı lövhə sahiblərinin (əhvalatlarının) Bizim ayə və nişanələrimizdən (daha) heyrətləndirici olmasını güman etmisən? (Əksinə, yer üzündə olan zinətləri yaratmaq və məhv etmək heyrətləndirici, canlıları öldürüb, Qiyamətdə yenidən diriltmək isə ondan da çox heyrət doğurandır.)
    10. (Yada sal) o zaman(ı) ki, həmin cavanlar o böyük mağaraya sığınaraq dedilər: «Ey Rəbbimiz, Öz tərəfindən bizə bir rəhmət bəxş et və işimizdə bizim üçün bir hidayət və nicat hazırlığı gör».
    11. Beləliklə, Biz onlara o mağarada bir neçə il ağır bir yuxu hakim etdik.
    12. Sonra o iki (müxtəlif) dəstədən hansının (mağarada) qaldıqları müddəti daha düzgün hesablamalarını bilmək (və Bizim əzəli elmimizin gerçəkləşməsi) üçün onları (yuxudan) oyatdıq.
    13. Biz onların əhvalatını sənə haqq olaraq və doğru şəkildə söyləyirik: «Həqiqətən onlar özlərinin Rəbbinə iman gətirmiş və Bizim, hidayətlərini artırdığımız cavanlar idilər.»
    14. Onlar (dövrün diktatorunun qarşısında) qiyam edib «bizim Rəbbimiz göylərin və yerin Rəbbidir; biz Ondan savayı əsla başqa bir məbud çağırmayacağıq ki, (əgər elə etsək) onda həddi aşmış bir söz söyləmiş olarıq» deyən zaman, onların qəlblərini möhkəmləndirdik.
    15. «Bizim bu qövmümüz Allahın yerinə (başqa) məbudlar götürüblər. Nə üçün onlar(ın tanrı olmalarının sübutu) üçün aydın bir dəlil-sübut gətirmirlər? Belə isə, kim Allaha qarşı yalan uydurandan daha zalımdır?!»
    16. Və (bir-birlərinə dedilər): «İndi ki, onlardan və onların Allahın yerinə ibadət etdiklərindən uzaqlaşmısınız, onda bu böyük mağarada yerləşin ki, Rəbbiniz Öz rəhmətini sizə şamil etsin və işinizdə sizin üçün asanlıq və əmin-amanlıq hazırlığı görsün.»
    17. Və (mağaraları ekvator xəttinin şimalında, mağaranın ağızı isə cənub qütbünə tərəf olduğu üçün) günəş çıx(ıb yuxarı qalxmağa başlay)an zaman onu onların mağaralarından (onun önündən) sağ tərəfə meyl edən (və şüasını mağaraya saçan), batanda isə (şüasını) onların sol tərəfindən kəsərək əyilən görərsən və onlar həmin mağaranın geniş bir yerində idilər. Bu, Allahın nişanə və möcüzələrindəndir. Allah kimi hidayət etsə o, həqiqi yolu tapmışdır və kimi öz zəlalətində boşlasa, onda onun üçün əsla doğru yol göstərən bir köməkçi və başçı tapmazsan.
    18. Və (gözləri açıq olduğu üçün) onları oyaq sanardın, halbuki yatmışdılar. Və (geyim və bədənlərinin çürüməməsi üçün) onları (yatdıqları halda) sağ tərəfə və sol tərəfə döndərirdik. Onların iti hər iki pəncəsini mağaranın kandarına uzatmışdı. Əgər onlardan xəbərin olsaydı (və bu səhnəni yaxından görsəydin), şübhəsiz, qaçaraq onlara arxa çevirərdin və bütün vücudun onlardan qorxu ilə dolardı.
    19. Və onları bir-birlərini sorğu-suala tutmaları (işlərinin həqiqəti və Diqyanusun taxtdan düşməsinin onlara məlum olması) üçün (möcüzəvi şəkildə yatızdırdığımız kimi yenidən) elə (möcüzəvi şəkildə) də oyatdıq. Onlardan biri dedi: «(Burada, yuxuda) nə qədər qalmısınız?» Dedilər: «Bir gün, ya günün bir hissəsini qalmışıq.» (Digərləri bədənlərinin tüklərinin və dırnaqlarının qeyri-adi olmasını görüb) dedilər: «Nə qədər qaldığınızı Rəbbiniz daha yaxşı bilir. İndi aranızdan birini bu gümüş (pul) ilə (qaçdığımız) şəhərə tərəf göndərin və o, gərək onlardan (əhalidən) kimin təamının daha pak olmasına yaxşı baxsın ki, sizə ondan bir ruzi (alıb) gətirsin. Və əlbəttə gərək mülayim və mehriban davransın və heç kəsi sizin vəziyyətinizdən xəbərdar etməsin».
    20. «Şübhəsiz, əgər onlar sizin vəziyyətinizdən xəbərdar olsalar və sizi ələ keçirsələr, sizi daşqalaq edəcək, yaxud (necə olur-olsun) öz dinlərinə qaytaracaqlar və onda əsla nicat tapmayacaqsınız».
    21. Və beləcə (həmin yerin əhalisini onları uzun yuxudan oyatdığımız kimi) öz aralarında yenidən dirildilmələri barəsində mübahisə etdikləri zaman Allahın vədinin haqq olmasını və Qiyamət günün(ün gəlməsin)də heç bir şəkk-şübhənin olmamasını bilmələri üçün onlar(ın halın)dan xəbərdar etdik. Beləliklə (bu hadisədən qane olmayan müşriklər) dedilər: «Onların (cəsədləri) üzərində bir bina tikin (və boşlayın), onlardan Rəbbi daha yaxşı xəbərdardır.» (Amma möminlər, yəni) onların işi (barəsi)ndə (mübahisədə) qalib gələnlər dedilər: «Biz onların (əbədi yadigarı olmaq üçün) cəsədləri üzərində bir məscid tikəcəyik.»
    22. Tezliklə (sənin qövmünün kafirləri) deyəcəklər: «Onlar üç nəfərdirlər, dördüncüsü itləridir.» Və deyəcəklər: «Beş nəfərdirlər, altıncısı itləridir.» Dəlili olmayan söz! Və deyəcəklər: «Yeddi nəfərdirlər və səkkizincisi itləridir.» De: «Mənim Rəbbim onların sayını daha yaxşı bilir.» Onları(n sayını kitab əhlindən və sənin ümmətindən) az (bir qism) istisna olmaqla (heç kəs) bilmir. Buna görə də onların barəsində yalnız (Quranın bəyan etdiyi miqdar və çərçivədə) zahiri söhbətlə mübahisə et və onlar (mağaradakılar) barəsində onların heç birinin nəzərini soruşma!
    23. Və heç bir şey barəsində «mən sabah onu mütləq yerinə yetirəcəyəm» demə (çünki yaradılış səbəbləri, hətta insanın iradə və istəyi, Allahın iradə və istəyindən asılıdır.)
    24. Yalnız (belə de: «Əgər) Allah istəsə (filan işi edəcəyəm»). Və («inşallah» deməyi) unudanda, öz Rəbbini yada sal və de: «Ümid var ki, Rəbbim məni bundan daha yaxın (bir yol)a b təkamülə və haqqa doğru yönəltsin.»
    25. Və (Əshabi-Kəhf öz) mağaralarında (yuxuda birbaşa) üç yüz (qəməri) il(i) qaldılar və doqquz (qəməri) il(i də üstünə) artırdılar (ki, üç yüz günəş ili oldu).
    26. (Onların neçə il qalmaları barədə ixtilaf edənlərə) de: «Allah onların qaldıqları müddəti daha yaxşı bilir, göylərin və yerin qeybi (hər bir canlı varlığın hissiyatından xaric olan şey) Ona məxsusdur (elmi cəhətdən onları əhatə edən Odur). Necə də görən və eşidəndir! Və onların Allahdan başqa heç bir yardımçı və başçıları yoxdur və O Özünün (göylərə və yerə olan) hakimiyyətinə heç kəsi şərik etmir».
    27. Və Rəbbinin kitabından sənə vəhy olunanı oxu. Onun kəlmələrini (Lövhi-Məhfuzu və ya Quranı və onun kəlmə və mənalarını) dəyişdirən yoxdur və heç vaxt Ondan başqa bir sığınacaq və pənah yeri tapmayacaqsan.
    28. Öz nəfsini həmişə özlərinin Rəbbinin razılığını diləyən halda sübh vaxtı və axşamçağı Onu çağıranlara qoş. Məbada dünya həyatının zinət və bər-bəzəyini istəmək üçün gözlərini onlardan (başqa bir şəxsə və şeyə tərəf) çevirəsən. (Keçmişdəki azğınlıq və itaətsizliklərinə görə) qəlbini Öz zikrimizdən qafil etdiyimiz, nəfsi istəklərinə tabe olan və işi israf və (Allahın müəyyənləşdirdiyi həddi) aşmaq olan kəsə itaət etmə!
    29. Və de: «Haqq sizin Rəbbiniz tərəfindən olandır. Buna görə də istəyən iman gətirsin, istəyən küfr etsin. Şübhəsiz, Biz zalımlar üçün elə bir atəş hazırlamışıq ki, pərdələri onları əhatə edəcəkdir. Və əgər (susuzluğun şiddətindən) imdada çağırsalar, mis kimi əridilmiş (və) üzləri bişirən bir su ilə dadlarına çatılar. Necə də pis içkidir və necə də pis bir məkandır!»
    30. Əlbəttə, iman gətirmiş və yaxşı işlər görmüş kəslər (bilsinlər ki,) şübhəsiz, Biz gözəl iş görmüş kəsin mükafatını zay etməyəcəyik.
    31. Onlar üçün altından çaylar axan əbədi Cənnətlər vardır. Onlar orada taxtların üzərində söykənmiş halda qızıl bilərziklərlə bəzədilər və yaşıl rəngli nazik və qalın ipək paltarlar geyinərlər. (Bu,) gözəl mükafat və gözəl bir məkandır!
    32. Və onlara birinə (kafir olana) iki üzüm bağı əta etdiyimiz, hər ikisinin (hər iki bağın) ətrafını bütünlüklə xurma ağacı ilə əhatə etdiyimiz və o ikisinin arasını əkin yeri etdiyimiz iki kişini (mömin və kafiri) məsəl çək.
    33. Hər iki bağ öz meyvələrini verir və ondan bir şey əskiltmirdilər. Və o ikisinin (iki bağın) arasından bir çay axıtdıq.
    34. Və o kişinin (bunlardan əlavə də) müxtəlif malları var idi. Beləliklə (təkəbbür və haqdan qafil olması üzündən) söhbət edərkən (yoxsul) yoldaşına dedi: «Mənim malım səninkindən daha çox və adamlarım səninkilərdən daha güclüdür.»
    35. (Əqidə və əməlinin pisliyi baxımından) özünə zülm etdiyi halda, (yoldaşı ilə birgə) öz bağına daxil olaraq dedi: «Bu bağın nə zamansa məhv olmasını güman etmirəm.»
    36. «Həmçinin Qiyamətin qopmasını (da) güman etmirəm. Əgər Rəbbimin hüzuruna qaytarılsam da, şübhəsiz (o aləmdə) bundan daha yaxşı dönüş yeri tapacağam».
    37. Onunla söhbət etməkdə olan (mömin) yoldaşı (Qiyamətin inkarını rədd edərək) ona dedi: «Səni torpaqdan, sonra isə nütfədən yaradan, daha sonra kamil bir kişi surətinə salana küfr etdin?» (Özünün və zahiri səbəblərin müstəqil olması etiqadı ilə Qiyaməti inkar etmək Allah qarşısında rübubiyyətdə şirk və haqqa küfr etməkdir).
    38. Lakin mən, «mənim Rəbbim O Allahdır və mən heç kimi Rəbbimə şərik qoşmuram» (deyirəm).
    39. Nə üçün öz bağına daxil olanda «Allah hər nə istəsə (o olacaqdır); güc və qüvvət yalnız Allahın vasitəsi ilədir» demədin?! Əgər məni mal və övlad baxımından özündən aşağı görürsənsə (bu elə də mühüm bir iş deyildir)».
    40. «Ola bilsin Rəbbim (dünyada, ya axirətdə) mənə sənin bağından daha yaxşısını əta etsin və göydən sənin bağına (məhv edən) dolular göndərsin, nəticədə o, otsuz və sürüşkən hamar bir torpağa çevrilsin.»
    41. «Yaxud onun suyu (tamamilə) çəkilsin, beləliklə də onu əsla axtar(ıb tap)a bilməyəsən.»
    42. (Nəhayət o, qəzəbə düçar oldu) və meyvələri məhv oldu. Beləliklə, bağın divarları tənək çardaqlarının üstünə uçmuş halda, onun yolunda xərclədiklərinə görə (təəssüfdən) ovuclarını ovuşdurur və (elə hey) deyirdi: «Kaş heç kəsi öz Rəbbimə şərik qoşmayaydım (vay olsun mənə ki, qəflət üzündən özümü və zahiri səbəbləri Allahdan daha təsirli hesab etdim)!»
    43. Allahdan başqa ona kömək edəcək kəslər yox idi və özü də özünə kömək etmək qüdrətinə malik deyildi.
    44. Bu yerdə (və bu kimi bəla hallarında) işin sahibliyi və yardım yalnız haqq olan Allaha məxsusdur. O, mükafat baxımından daha yaxşı və aqibəti təmin etmək baxımından daha gözəldir (Ondan başqasının işlərdə nə ixtiyarı, nə mükafatı və nə də aqibəti təmin etmək qüdrəti vardır).
    45. Və onlara dünya həyatını məsəl çək ki, (o,) göydən endirdiyimiz su kimidir. Yerin bitkiləri onun (bu suyun) vasitəsilə (bitir və) bir-birlərinə qarışırlar (və gözəl bir mənzərə yaranır). Sonra (az bir zamandan sonra) quruyurlar. Beləliklə küləklər onları (hara gəldi) səpələyər. Allah həmişə hər bir şeyə qadirdir.»
    46. Mal və övladlar dünya həyatının zinət və bəzəyidir. (Haqq etiqad, mənəvi fəzilətlər və yaxşı əməllər kimi) gözəl əbədilər isə sənin Rəbbinin yanında mükafat baxımından daha yaxşı və (dünya və axirətdəki nəticələrinə) ümid bəsləmək baxımından daha gözəldir.
    47. Və (yada sal) o gün(ü) ki, dağları (öz yerindən) hərəkətə gətirər (və məhv edər)ik və (o vaxt) yeri (bütün yer üzünü) hamar və aşkar görərsən. Və (o zaman) onları (ölüb yerə batmış bütün canlıları) toplayar və onlardan birini belə yerdə qoymarıq.
    48. Onların hamısı cərgələrə düzülmüş halda sənin Rəbbinə təqdim olunarlar. (Biz onlara deyərik:) «Həqiqətən (siz bu gün) Bizim yanımıza sizi (dünyada) ilk dəfə yaratdığımız kimi (tək və əliboş) gəldiniz. Lakin (dünyada hesab və cəza üçün) sizə bir vəd yeri təyin etməyəcəyimizi güman edirdiniz!»
    49. Və o kitab (hər bir fərdin əməllərinin kitabı əlinə, hər bir ümmətin əməl kitabı gözlərinin önünə və bütün bəşəriyyətin əməllərinin böyük kitabı hamının görə biləcəyi bir yerə) qoyular. Beləliklə günahkarları onda olandan qorxan görərsən. Və onlar deyərlər: «Vay olsun bizə! Bu necə yazıdır ki, heç bir kiçik və böyüyü (bizim zehnimizdən keçirdiklərimizin, qəlbi inanclarımızın və bədənimizin hərəkətlərinin heç birini) yerdə qoymadan, istisnasız hamısını saymışdır!» Onlar (dünyada) etdiklərini (əməllərinin hesabını, əməl zamanı çəkilmiş şəklini, axirət cəzasını, həmin əməllərin öz cism və ruhlarına təsirlərini və onların həmin aləmdəki təcəssümünü) hazır görəcəklər. Sənin Rəbbin heç kəsə zülm etməyəcəkdir.
    50. Və (yada sal) o zaman(ı) ki, mələklərə «Adəmə səcdə edin» dedik. Cinlərdən (cin tayfasından) olan İblisdən başqa onlar hamılıqla səcdə etdilər (İblis də cin olduğu üçün belə etdi, yoxsa ki, mələk günah etməz). Beləliklə o, öz Rəbbinin əmrindən çıxdı. (Belə isə,) sizə düşmən olduqları halda Mənim yerimə, onu və onun övladlarını özünüzə dost, yardımçı və başçı götürürsünüz?! Allahın yerinə götürdükləri, zalımlar üçün pis əvəzdir.
    51. Mən onları (Şeytanı və övladlarını) nə göylərin yaradılmasında və nə də öz yaradılışlarında şahid tutdum (ki, yaradılışda mənə kömək etsinlər və öz hallarından xəbərdar olsunlar). Mən heç vaxt (insanları doğru yoldan) azdıranlardan kömək götürən olmamışam.
    52. Və (yada sal) o gün(ü) ki, (Allah müşriklərə) buyurar: «Mənim şəriklərim olmalarını zənn etdiyiniz kəsləri (bütləri, mələkləri, bəzi peyğəmbərləri və cinləri) çağırın (sizin dadınıza çatsınlar).» Beləliklə onlar (müşriklər) çağırarlar, amma onlar (Allahın şəriki sandıqları şeylər) cavab verməzlər və onlarla məbudları arasında qarşılıqlı inamsızlıq uçurumu, şölələnmiş od, yandıran və məhv edən səhra yaradarıq.
    53. Günahkarlar (Cəhənnəm) odu(nu) görər, beləliklə ora mütləq daxil olacaqlarını bilərlər və oradan bir qayıdış yolu tapmazlar.
    54. Həqiqətən bu Quranda insanlar üçün hər cür məsəl gətirdik, amma insan hər şeydən çox düşmənçilik və ədavət aparandır.
    55. İnsanlara hidayət (peyğəmbər, kitab və möcüzələr) gələn zaman, onların iman gətirmələrinə və özlərinin Rəbbindən bağışlanma diləmələrinə (inadkarlıqlarından, sanki göydən gələn səs və zəlzələ kimi Allahın) keçmişdəkilərin (barəsində həyata keçmiş ənənəvi) qaydasının (hamılıqla həlak olmaq üçün) onlara da çatmasını və ya (məcburi iman gətirmələri üçün) onların qarşılarına əzab çıxmasını gözləmələrindən başqa bir şey mane olmadı.
    56. Biz peyğəmbərlərimizi yalnız müjdə verən və qorxudan olaraq göndəririk (çünki, hökmlərin icrası imamın vəzifələrindən, mükafat və cəza vermək isə Allahın işlərindəndir). Küfr edən kəslər, vasitəsi ilə haqqı yox etmək üçün batil yerə mübahisə edirlər (qeyri-məntiqi tələblər irəli sürür, Qiyamətin nə vaxt olacağından, Əshabi-Kəhfin sayı və ruhun həqiqəti barəsində suallar soruşurlar ki, şəkk-şübhə yaradaraq Quranı və peyğəmbərlik möcüzələrini aradan aparsınlar). Və onlar Mənim ayə və nişanələrimi, həmçinin qorxudulduqları şeyi ələ salırlar.
    57. Kim Rəbbinin nişanələri ilə öyüd verildikdən sonra onlardan üz döndərən və özünün əvvəlcə əldə etdiklərini unudan şəxsdən daha zalımdır?! Həqiqətən Biz, anlamamaları üçün onların qəlbləri üzərinə (daşürəklilik və bədbəxtlik) örtüklər(i) çəkdik və (batini) qulaqlarında bir ağırlıq qoyduq. Əgər onları doğru yola dəvət etsən, bu hal ilə əsla hidayət olunmazlar.


    58. Sənin Rəbbin çox bağışlayan və rəhmət sahibidir. Əgər onları (şirk və küfr əhlini) kəsb etdiklərinin müqabilində cəzalandırsaydı, onlara əzab verməkdə mütləq tələsərdi. (Lakin tələsmir,) əksinə, onlar üçün (Bədr müharibəsi və ya Qiyamət günü kimi) əsla nicat yolu və sığınacaq tapmayacaqları bir vəd vaxtı vardır .
    59. O cəmiyyətləri (Nuhun, Hudun, Salehin və Lutun qövmünü) zülm etdikləri zaman həlak etdik və (tələsmədik, əksinə) onların həlak olmaları üçün bir vaxt qoyduq.
    60. Və (yada sal) o zaman(ı) ki, (İmranın oğlu və İsrail övladlarının peyğəmbəri) Musa şagirdinə (öz canişini Nunun oğlu Yuşəyə) dedi: «Mən iki dənizin qovuşduğu yerə çatana və ya uzun bir müddət yol qət edənə kimi getməkdən dayanmayacağam».
    61. Beləliklə, iki dənizin qovuşduğu yerə çatanda,(yemək üçün götürdükləri) balıqlarını unutdular. (Dənizin dalğasının toxunduğu) o balıq (Yuşənin yanında) dənizdə sualtı hərəkətlə öz yolunu tutub getdi.
    62. Elə ki, (o yerdən) keçdilər (Musa) öz şagirdinə dedi: «Səhər yeməyimizi gətir, həqiqətən bu səfərimizdə çox əziyyət(lər) gördük».
    63. Dedi: «Gördün? Biz o daşın yanında olanda, mən balığı(n məsələsini sənə deməyi) unutdum və onu (sənə) deməyi mənə yalnız Şeytan unutdurdu. O balıq təəccüblü bir tərzdə dənizdə öz yolunu tutub getdi (dirildi. Yaxud: O hansı tərəfə üzürdüsə, dənizin suyu kanal kimi açıq qalırdı).»
    64. Musa dedi: «Bu (balıq məsələsi), bizim axtardığımız həmin şey(in əlaməti)dir». Onlar axtara-axtara gəldikləri yolun izi ilə geriyə qayıtdılar.
    65. Beləliklə, Bizim, Öz tərəfimizdən bir rəhmət (vəhy və nübuvvət, uzun ömür, gözlərdən gizlin qalmaq və həyatda insanlardan ehtiyacsızlıq) verdiyimiz və Öz yanımızdan elm (yaradılış aləminin səbəb və nəticələri barəsində bilənin boynuna vəzifə qoyan elm) öyrətdiyimiz və vasitəsiz ilham verdiyimiz bəndələrimizdən birini (Xızır peyğəmbəri) tapdılar.
    66. Musa ona dedi: «(İcazə verirsən) öyrədildiyin həqiqətə istiqamətləndirmə elmlərindən mənə (də) öyrətməyin məqsədi ilə sənə tabe olum?»
    67. Dedi: «Şübhəsiz, sən mənim yanımda səbr edə bilməyəcəksən.
    68. (Axı sən batin və həqiqətini) bilmədiyin (zahiri çirkin və ağıla zidd görünən) bir şeyə necə səbr edə bilərsən?»
    69. Dedi: «Tezliklə, Allahın istəyi ilə məni(m) səbrli (olduğumu) görəcəksən və heç bir əmrində sənə itaətsizlik etməyəcəyəm.»
    70. Dedi: «Belə isə, əgər mənə tabe olursansa, özüm (öz işlərimin batin və həqiqətindən) sənə bir söz açmayınca, (əvvəlcədən) məndən heç bir şey barəsində soruşma».
    71. Beləliklə, hər ikisi yola düşdülər. Nəhayət elə ki, gəmiyə mindilər (Xızr balta ilə) onu deşdi. Musa dedi: «Gəmini deşdin ki, onun adamlarını suda qərq edəsən?! Doğrudan da böyük bir faciə törətdin!»
    72. Dedi: «Məgər sənə demədim ki, mənim yanımda əsla səbr edə bilməzsən?»
    73. Dedi: «Məni unutduğum şeyə (bir şey soruşmamaq barəsində verdiyim vədi unutduğuma) görə məzəmmət etmə və məni işimdə məşəqqət və çətinliyə vadar etmə.»
    74. Beləliklə, hər ikisi yola düşdülər. Nəhayət elə ki, yeniyetmə bir oğlanla rastlaşdılar (Xızır görən kimi dərhal) onu öldürdü. Musa dedi: «Heç bir qətl törətmədiyi halda günahsız bir insanı öldürdün?! Doğrudan da (şəriət və ağıl baxımından) bəyənilməz bir iş gördün!»
    75. (Xızır yenə də) dedi: «Məgər sənə demədim ki, mənim yanımda əsla səbr edə bilməzsən?»
    76. Dedi: «Əgər bundan sonra səndən bir şey soruşsam, daha mənimlə yoldaşlıq etmə. Çünki həqiqətən mənim yanımda (qəbul olunan) üzrün var.»
    77. Beləliklə, hər ikisi (yenə) yola düşdülər. Bir kəndin əhalisinə çatanda, oranın camaatından yemək istədilər. Onlar bu ikisini qonaq etməkdən imtina etdilər. (Xızırla Musa) orada uçmaq üzrə olan bir divar gördülər. (Xızır) onu(n təməlini təzələməklə, yaxud təmir etməklə, yaxud ona dirək vurmaqla) dikəltdi. Musa dedi: «Əgər istəsəydin, əlbəttə bu əmələ görə bir muzd alardın!»
    78. Dedi: «Bu (indi), mənimlə sənin aranda olan ayrılıq (vaxtı)dır. Tezliklə (indi) səni səbr edə bilmədiyin şeyin gələcəyindən (həmin işlərin hədəfindən və onların yerinə yetirilmələrinin daha xeyirli olmasının səbəblərindən) xəbərdar edəcəyəm.»
    79. Gəmiyə gəldikdə: O, dənizdə işləyən yoxsulların idi. Mən onu nöqsanlı etmək istədim, çünki onların yolunun üstündə bütün (salamat) gəmiləri zorla ələ keçirən bir padşah var idi.
    80. O yeniyetmə oğlana gəldikdə isə: (O, kafir və azğın,) ata-anası (isə) mömin idilər. Buna görə də, onun o ikisini (ata-anasını əməldə) azğınlığa və (etiqadda) küfrə vadar etməsindən qorxduq.
    81. Beləliklə, Rəbblərinin onlara paklıqda (ruhunun küfr və itaətsizlikdən pak olması baxımından) daha yaxşı və mərhəmət və mehribanlıqda daha yaxın (olan bir övlad) əvəz verməsini istədik.
    82. Divara gəldikdə isə: O, şəhərdə olan iki yetim yeniyetmə oğlanın idi və onun altında o ikisi üçün bir xəzinə var idi. Onların ataları da yaxşı əməl sahibi olmuş şəxs idi. Beləliklə sənin Rəbbin o ikisinə qarşı mərhəmətli olduğu üçün, o ikisinin həddi-büluğa yetişmələrini və öz xəzinələrini çıxarmalarını istədi. Və mən bunu öz istəyimlə etmədim. (Sənə danışdığım) bu (sirlər), səbr edə bilmədiyin əhvalatların yozumudur».
    83. (Ya Peyğəmbər!) Səndən Zülqərneyn barəsində soruşurlar, de: «Tezliklə sizin üçün onun barəsində (Qurandan) ayələr oxuyacağam.»
    84. Həqiqətən Biz ona yer üzündə qüdrət verdik və onun ixtiyarında (istədiyi) hər bir şeydən (elm, qüdrət və imkanat kimi) səbəb və vasitələr qoyduq.
    85. O da bir yol və səbəbin arxasınca (yer üzünün qərb istiqamətinə) getdi.
    86. Nəhayət, günəşin batdığı yerə (ehtimal ki, Afrikanın qərbinə, okean sahilinə) çatanda, günəşi (sanki) isti və palçıqlı çeşmədə batan gördü və orada (kafir) bir tayfa tapdı. Dedik: «Ey Zülqərneyn, (onların barəsində ixtiyar sahibisən) ya əzab verər və yaxud onların haqqında gözəl bir yol tutarsan.»
    87. Dedi: «(Özünə) zülm edən (və küfr və şirkdə qalan) şəxsə gəlincə, ona tezliklə (öldürməklə) əzab verəcəyik. O, sonra öz Rəbbinə tərəf qaytarılacaqdır. Beləliklə (Rəbbi də) ona misli görünməmiş bir əzab verəcəkdir.»
    88. «Və iman gətirən və yaxşı iş görən şəxsə gəldikdə isə, onun üçün çox gözəl bir mükafat vardır və tezliklə öz əmrlərimizdən ona asan bir söz deyəcəyik (ona asan işlər buyurarıq).»
    89. Sonra (yer üzünün şərq istiqamətinə) bir yol və səbəbin arxasınca getdi.
    90. Nəhayət, günəşin çıxdığı yerə (yer üzünün şərqinin ən son yaşayış məntəqəsinə) çatanda, gördü ki, günəş, müqabilində onlar üçün heç bir örtük (paltar hazırlamaq, ağac əkmək, kölgəlik qurmaq və ya onların vasitələrini düzəltmək istedadı) vermədiyimiz bir qövmün üzərinə doğur.
    91. (Bəli, Zülqərneynin, yer və millətlərin əhvalatı) belə idi. Və şübhəsiz, Biz onun qarşısına çıxacaq şeyi (əzəldən) bilirdik.
    92. Sonra o, (yer üzünün şimal istiqamətinə səfər etmək məqsədi ilə) bir səbəbin arxasınca getdi.
    93. Nəhayət, iki səddin arasına yetişəndə, onlardan aşağıda (ya qabaqda və ya onların yaxınlığında düşüncələrinin darlığı və ya dillərinin fərqliliyi səbəbindən) heç bir söz anlamayan bir tayfa gördü.
    94. Onlar (bir yolla) dedilər: «Ey Zülqərneyn, həqiqətən (Nuhun oğlu Yafəsin nəslindən olan) Yəcuc və Məcuc (adlı iki tayfa) bu yerdə fəsad törədirlər (bizi öldürür, var-yoxumuzu qarət edirlər). Bizimlə onların arasında bir sədd düzəltməyin üçün sənə bir xərclik (muzd) təyin edək?»
    95. (Zülqərneyn) dedi: «Rəbbimin, barəsində mənə imkan və qüdrət verdiyi şey (plan cızmaq, memarlıq və lazımı vasitələri tədarük görmək qüdrəti sizin maliyyə köməyinizdən) daha yaxşıdır. Buna görə də mənə (işçi) qüvvə(si) ilə kömək edin ki, sizinlə onların arasında əzəmətli bir sədd qurum.
    96. Mənə böyük dəmir parçaları gətirin.» Nəhayət, elə ki, iki dağın arasını (dəmir parçaları düzməklə) bərabərləşdirdi (dəmir divarın hündürlüyü dağların başı ilə bir oldu), dedi: «(Dəmirlərin arasına yanan maddə töküb böyük ocaqlar qalayaraq) üfürün». Nəhayət, hamısını (əridib) od (kimi) edəndə, dedi: «Onun üzərinə (aralarındakı deşiklərə) tökmək üçün mənə ərimiş mis gətirin.»
    97. Beləliklə (Yəcuc və Məcuc tayfaları) bir daha onun üstünə çıxa bilmədilər və onda bir dəlik aça bilmədilər.
    98. (Zülqərneyn) dedi: «Bu (əməl) mənim Rəbbim tərəfindən (Onun vədi yetişənə kimi) bir rəhmətdir. Beləliklə, Rəbbimin (səddin viran olması və ya Qiyamətin qopması barəsindəki) vədi yetişəndə (Allah) onu alt-üst edəcəkdir. Mənim Rəbbimin vədi həmişə haqq və sabitdir.»
    99. Və o (səddin aşacağı, dünyanın axırının yaxınlaşacağı və surun birinci dəfə çalınmasının əlamətlərinin görünəcəyi) gün onları (Yəcuc ilə Məcucu və ya dünyadakı bütün insanları özbaşına) buraxarıq ki, bir-birlərinə (qarışaraq dəniz kimi) dalğalansınlar (və bəşəriyyətə hərc-mərclik hakim olsun). Və (Qiyamət yetişəndə) sur (ikinci dəfə) çalınar. Beləliklə onların hamısını təəccüblü bir şəkildə toplayarıq (cəsədlərinin zərrəciklərini torpağın içindən yığıb canlandırar, Bərzəx ruhlarını onların bədənlərinə daxil edər və məhşər səhnəsinə gətirərik).
    100. Və o gün kafirlərə Cəhənnəmi aşkar və qorxulu bir şəkildə göstərərik.
    101. O kəslər(ə) ki, qəlb gözləri Məni anmaqdan pərdədə idi və (Mənim sözlərimi) eşidə bilmirdilər.
    102. Yoxsa kafirlər Mənim yerimə (mələklər, İsa və başqaları kimi) bəndələrimi özləri üçün yardımçı və başçı götürməyi(n onlara xeyir verəcəyini) zənn etdilər? (Əsla!) Şübhəsiz Biz Cəhənnəmi kafirləri qəbul etmək üçün hazırlamışıq.
    103. (Ya Peyğəmbər,) de: «Sizə insanların (dünya) əməllər(i) baxımından ən çox ziyana uğrayanlarından xəbər verim?»
    104. Onlar, dünya həyatındakı (hər hansı bir xeyir işdəki) səyləri (küfrlərinə görə) puç olaraq yoxa çıxmış və yaxşı iş görmələrini sanan kəslərdir.
    105. Onlar öz Rəbblərinin (tovhid) ayələrinə və (axirət günü) Onunla görüşəcəklərinə küfr etmiş kəslərdir. Beləliklə onların əməlləri (küfrlərinə görə) puç və batil oldu və nəticədə Qiyamət günü onlara heç bir dəyər verməyəcək və əməllərinin ölçülməsi üçün bir tərəzi qurmayacağıq.
    106. Belə ki, onların cəzası Cəhənnəmdir. Çünki onlar küfr etdilər və Mənim tovhid nişanələrimi və peyğəmbərlərimi məsxərəyə qoydular.
    107. Həqiqətən, iman gətirmiş və yaxşı işlər görmüş kəslərin ilk qəbul yerləri Firdovs bağlarıdır.
    108. Onlar orada əbədi olar, heç vaxt oradan (başqa yerə) dəyişilmək istəməzlər.
    109. De: «Əgər dəniz mənim Rəbbimin (bütün kainatdan və mövcudlardan ibarət) sözləri(ni yazmaq) üçün mürəkkəb olsa, hətta onun bənzərini (başqa bir dənizi) köməyə gətirsək belə, şübhəsiz o (dənizlər), Rəbbimin sözləri sona çatmamış qurtarar».
    110. De: «Mən də sizin kimi yalnız bir bəşərəm, (lakin) mənə vəhy olunur ki: Şübhəsiz sizin məbudunuz tək olan məbuddur. Buna görə də kimin öz Rəbbi ilə görüşə ümidi varsa, gərək yaxşı iş görsün və ibadətdə heç kəsi öz Rəbbinə şərik qoşmasın.»
<< 1 / 2 / 3 / 4 / 5 / 6 / 7 / 8 / 9 / 10 / 11 / 12 / 13 / 14 / 15 / 16 / 17 / 18 / 19 / 20 / 21 / 22 / 23 / 24 / 25 / 26 >>
Bölmə: Dini biliklər | Əlavə edildi: azerhero (28.12.2013) | Müəllif: R.C E W
Baxış: 415 | Reytinq: 0.0/0
Bütün rəylər: 0
avatar

Kitablar — zamanın dalğaları ilə səyahət edən və nəsildən-nəslə öz qiymətli yükünü ehtiyatla aparan fikir gəmiləridir.

- Frensis Bekon

Son 90 gün ərzində kitab oxumamaqdan daha pisi kitab oxumadığına görə narahat olmamaqdır.

- Cim Ron

Kitabları yandırmaqdan daha pis şey onları oxumamaqdır.

- Rey Bredberi

Yaxşı kitab aysberqə oxşayır, onun yeddi-səkkiz hissəsi suyun altında gizlənib.

- Ernest Heminquey

Kitablarım mənə çatacaq qədər böyük bir krallıqdır.

- Shakespeare

Mən, kitablarımı yaratmadan əvvəl, kitablarım məni yaratdılar.

- Montaigne

Kitabsız yaşamaq; kor, kar, dilsiz yaşamaqdır.

- Seneca

Bu günün gərçək universiteti, bir kitabxanadır.

- Carlyle

Kitab, tək ölümsüzlükdür.

- Rufus Choate

Exlaqa uyğun ya da zidd kitab deyə bir şey yoxdur. Kitablar ya yaxşı yazılmışdır, ya da pis. Hamısı bu qədər!

- Oscar Wilde

Ümidlə açılıb qazancla bağlanan bir kitab, yaxşı bir kitabdır.

- Alcott

Kitablar, itmiş başların abidələridir.

- Sir William Dave

Kitablar, heç solmayacaq bitkilərdir.

- Herrick

Kitab heç aldatmayan bir yoldaşdır.

- Guilbert De Pixrecourt

Axmaqlarla oturub-durmaqdansa , kitabla tənha oturmaq yaxşıdır.

- Qasım bəy Zakir

İnsan güc ilə yox, mütaliə etməklə ağıllanır.

- C.Bruno

Az bildiyini başa düşmək üçün çoxlu oxumaq lazımdır.

- Mişel Monten

Kitablar özünüzə və başqalarına hörmət etməyi öyrədəcək, ürəyi və ağlı, dünya və insanlıq sevgisiylə dolduracaq.

- Maksim Gorki

Kitab həyatın ən uzaq və qaranlıq yollarında insana işıq bəxş edən əfsanəvi çıraqdır

- A.M.Upit

BAKI QIZLAR UNİVERSİTETİ
1992-ci ildə təsis edilən və həmin vaxtdan da fəaliyyətə başlayan Bakı Qızlar Universitetinin (əvəllər Bakı Ali Pedaqoji Qızlar Seminariyası adlanırdı) yaradılmasında məqsəd respublikada qadın pedaqoji kadrlar yetişdirmək, onların intellektual səviyyəsini yüksəltmək və gənc qızları ailə həyatına hazırlamaqdan ibarətdir. Hazırda universitetdə "Sosial pedaqoji” və "Filologiya-tarix” fakültələri fəaliyyət göstərir. "Sosial pedaqoji” fakültədə "Təhsildə sosial-psixoloji xidmət”, "Psixologiya”, "Coğrafiya müəllimliyi”, "ibtidai sinif müəllimliyi”, "Məktəbəqədər təlim və tərbiyə”, "Riyaziyyat və informatika müəllimliyi”, "Filologiya-tarix” fakültəsində isə "Xarici dil (ingilis) müəllimliyi”, "Azərbaycan dili və ədəbiyyat müəllimliyi”, "Tarix müəllimliyi”, "Jurnalistika” üzrə bakalavr, "İbtidai sinifdə tədrisin metodika və metodologiyası”, "Pedaqogika nəzəriyyəsi və tarixi”, "Azərbaycan ədəbiyyatı”, "Azərbaycan dili”, "Azərbaycanın yeni və ən yeni tarixi” sahəsində magistratura səviyyəsində kadr hazırlığı aparılır.
Bakı Qızlar Universiteti Nazirlər Kabinetinin 1996-cı il fevralın 21-də 21 saylı sərəncamı ilə dövlət qeydiyyata alınmışdır. 2013-cü ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin lisenziya komissiyası BQU-nun çoxilli fəaliyyətinin, onun yüksək maddi-texniki bazasının, infrostrukturunun, təlim-tərbiyə sisteminin Azərbaycan Respublikası təhsil Qanununa Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Ali təhsil Müəssisələrinin fəaliyyətinə xüsusi razılıq (lisenziya verilməsi haqqında qərarına, Azərbaycan Respublikası Təhsil Nazirliyinin sənədlərinə uyğn qurulduğunu, pedaqoji kadrların hazırlanmasında əldə olunmuş nailiyyətlərini nəzərə alaraq universitetin fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsini məqsədəuyğun hesab etmişdir. Eyni zamanda 2013-cü ildə universitet akreditasiyadan keçmişdir. Universitetdə müxtəlif fənnlər üzrə kabinetlər, dörd kopüter otağı, kitabxana, badii yaradıcılıq studiyası, tələbə elmi cəmiyyəti, Tələbə Gənclər təşkilatı, dörd dərnəklər, nəşriyyat, idman zalı, yeməkxana, kadrlar şöbəsi və mühasibatlıq fəaliyyət göstərir.
Learn more