Əsas » Məqalə » Azərbaycan ədəbiyyatı

Əfəndiyev Elçin yaradıcılığı-Bəstəkarın vətəndaş sözü
BƏSTƏKARIN VƏTƏNDAŞ SÖZÜ
Üzeyir Hacıbəyovun publisistikasına bir nəzər
1-Cİ FƏSİL
«SİZ HƏMİŞƏ DİRİ QALACAQSINIZ!..»


     Düz on yeddi il bundan əvvəl zəmanəmizin böyük bəstəkan Dmitri Şostakoviç yazırdı: «Mən arzu edərdim ki, Azərbaycan bəstəkarlan Üzeyir Hacıbəyovun böyük ənənələrini qoruyub saxlasınlar və daha da inkişaf etdirsinlər»‘.
     Biz Üzeyir Hacıbəyov şəxsiyyətinin və sənətinin saçdığı işığın mənəvi-estetik qadirliyinə, ucalığına, böyüklüyünə o qədər öyrəşmişik ki, bu, artıq adi bir hala çevrilib, hətta D.Şostakoviç kimi dühaların belə, misal gətirdiyimiz sözləri, sanki adi sözlərdir, elə belə də olmalıdır...
     Bəli, əlbəttə, belə də olmalıdır (başqa cür necə ola bilər?!), lakin biz bir anlıq o adilik hissindən uzaqlaşıb Üzeyir bəyin Azərbaycan mədəniyyətində oynadığı rolu, tarixilik baxımından bu zəngin mədəniyyətdə qazandığı mövqeyi və həmin mədəniyyətin Üzeyir bəy sənəti və vətəndaşlığı sayəsində əldə etdiyi bədii-estetik səviyyəni bir daha gözlərimiz qarşısında canlandırsaq, bunun məna və məzmununa varsaq, o zaman yuxarıdakı sözlərin doğurduğu məsuliyyəti, elə bilirəm, daha dərindən hiss edərik.
     D.Şostakoviç Üzeyir bəy yaradıcılığının və fəaliyyətinin hələ yalnız bir hissəsini, düzdür, böyük və parlaq hissəsinibəstəkarlığını nəzərdə tuturdu və yalnız Azərbaycan bəstəkarlıq məktəbini həmin «böyük ənənələrə» sadiq qalmağa, məhz bu ənənələri inkişaf etdirməyə çağırırdı. Əslində isə, onun söylədiyi fikri eyni dərəcədə Azərbaycan yazıçılarına, jurnalistlərinə, bir sözlə, bütün Azərbaycan mədəniyyət xadimlərinə aid etmək olar.
     Zəmanəmizin digər böyük bir bəstəkanQara Qarayev Üzeyir bəyə həsr olunmuş yazılarından birini «Musiqi mədəniyyətimizin atası»‘ adlandırıb və biz deməliyik ki, Üzeyir bəyin bütün şüurlu ömrü boyu yaradıb və fəaliyyət göstərib qazandığı bu «ata»lıq səlahiyyətinin daxili məzmunu o qədər tutumludur ki, o yalnız musiqi mədəniyyətimizin deyil, ümumiyyətlə, müasir Azərbaycan mədəniyyətinin ağsaqqallarından biridir.
     Üzeyir bəy həmin «ata»lıq səlahiyyətini lap cavan yaşlarından etibarən publisist qələmi ilə, maarifçiVətəndaşlıq fəaliyyəti ilə qazanmağa başlayıb və onun xalqın siyasi-ictimai, mədəni-mənəvi inkişafı naminə bu fəaliyyəti, əslində, gələcək musiqi yaradıcılığının da təməlini qoyurdu, çünki Üzeyir bəyin ilk operaları da«Leyli və Məcnun», «Şeyx Sənan», «Rüstəm və Zöhrab», «Şah Abbas və Xurşidbanu», «Əsli və Kərəm», «Harun və Leyla» mahiyyət etibarilə maarifçi bir iş görürdü.
     Üzeyir bəy ədəbi-ictimai fəaliyyətə müəllimliklə başlamışdır, lakin onun xalqa xidmət ehtirası, başa salmaq, anlatmaq ehtiyacı yalnız Hadrut məktəbinin, yaxud Bibiheybət məktəbinin darısqal otaqlarına sığışmırdı və o da C.Məmmədquluzadə, M.Ə.Sabir, A.Səhhət, S.S.Axundov, A.Şaiq və bir çox digər böyük ədiblərimiz, maarif xadimlərimiz kimi, maarifçilik fəaliyyətinin vüsətini yalnız bir məktəbin fonunda yox, bütün xalqla əlaqədar görürdü.
     Üzeyir bəy böyük pedaqoq olmuşdur. Qori seminariyasını bitirdikdən sonra əvvəlcə Cəbrayıl qəzasının Hadrut kənd məktəbində, sonra Bakının Bibiheybət qəsəbə məktəbində dərs demişdir, onun hələ 1907-ci ildə yazdığı 105 səhifəlik «Hesab məsələləri» kitabı dəqiq elmlər sahəsində ən sanballı dərsliklərdən biri idi, elə həmin ildə Bakıda keçirilən müəllimlər qurultayında seçilmiş katibliyin üç üzvündən biri də məhz Üzeyir bəy idi, yenə də elə həmin ildə Üzeyir bəyin tərtib etdiyi «Türk-rus və rus-türk» lüğəti nəşr olundu və bu lüğətin nəşri Azərbaycan maarifçiliyində görümlü hadisələrdən biri idi; Üzeyir bəy «Ər və arvad», «O olmasın, bu olsun», «Arşın mal alan» kimi ölməz operettalarının dramaturji mətnini, «Koroğlu»dan başqa bütün operalarının liberettosunu, eləcə də bir çox yüksək bədii-estetik səviyyəli satirik hekayələr yazmış böyük yazıçı-dramaturq idi; Üzeyir bəy «Azərbaycan xalq musiqisinin əsasları» monoqrafiyasının, «Opera və dramın tərbiyəvi əhəmiyyəti haqqında», «Azərbaycan musiqi həyatına bir nəzər», «Şərq musiqisi və Qərb musiqi aləti», «Azərbaycanda musiqi tərəqqisi», «Aşıq sənəti», «Azərbaycan türk xalq musiqisi haqqında» və s. kimi Azərbaycan musiqişünaslığının inkişafında prinsipial rol oynamış məqalələrin müəllifi olan musiqi nəzəriyyəçisi və təbliğatçısı, Azərbaycan Dövlət Konservatoriyasının yaradıcısı, rektoru və professoru idi; Üzeyir bəy dünya musiqisində operetta janrının incilərini, Azərbaycan xalqının «Koroğlu» kimi monumental opera-dastanını, xalqımızın ən həzin hisslərini ifadə edən «Sevgili canan», «Sənsiz» kimi romansları, «Aşıqsayağı», «Cəngi» kimi, xalqın mərdliyindən, mübarizə əzmindən, incə və eyni zamanda, çılğın hisslərindən, zəngin mənəvi aləmindən xəbər verən pyesləri, xalq çalğı alətləri üçün fantaziyaları, bir çox mahnıları, başqa musiqi əsərlərini, Azərbaycan Respublikasının Dövlət Himnini bəstələmiş dahi bəstəkar idi və bu işıqlı şəxsiyyətin bütün bu sahələrdəki coşğun fəaliyyəti böyük bir mənəvi ehtiyacın nəticəsi idi.
     Üzeyir bəy öz xalqının bir parçası idi və xalqın mənəvi ehtiyacı, əlbəttə, bilavasitə onun özünün mənəvi ehtiyacı idi və həmin mənəvi ehtiyac bütün keşməkeşli ömür yolu boyu həmişə maarif xadimi Üzeyir bəylə, yazıçı-jurnalist Üzeyir bəylə, bəstəkar Üzeyir bəylə birgə olmuşdur.
     Üzeyir Hacıbəyov ədəbi yaradıcılığının zəhmətkeş tədqiqatçısı M.Aslanov Üzeyir bəyin publisistikasından bəhs edərək yazır ki, o, «bəzən də ehtiyac məqamında yazırdı»‘. Doğrudur, bütün böyük qələm sahibləri kimi, bütün böyük sənətkarlar kimi, Üzeyir bəy də yaradıcılığa başladığı zaman maddi ehtiyac içində idi, lakin müqayisə edilməyəcək dərəcədə daha artıq bir mənəvi ehtiyac həmişə Üzeyir bəy yaradıcılığınınpublisistikasının da, dramaturgiyasının da, musiqisinin də əsasını, mənasını təşkil edib. Bu mənəvi ehtiyacı yaradıb ortaya çıxaran isə xalqa xidmət ehtirası idi.
     Üzeyir bəy əsrin əvvəllərindən etibarən, yaradıcılığa publisistika ilə başlamışdı. «Leyli və Məcnun»un Azərbaycan opera səhnəsində səksən illik, demək olar ki, fasiləsiz anşlaqı hələ irəlidə idi, «Arşın mal alan»ın Amerika Birləşmiş Ştatlarından (NyuYorkda, Bostonda, Çikaqoda, Los-Ancelesdə, San-Fransiskoda, Detroytda və başqa şəhərlərdə!) tutmuş Çinə qədər, Yəməndən tutmuş Bolqarıstanacan dünya operetta səhnələrini fəth etməsi, heç bir milli və coğrafi sərhəd tanımayıb əllidən artıq dilə tərcümə edilməsi, dəfələrlə ekranlaşdırılması (o cümlədən, Hollivudda ekranlaşdırılması), dahiyanə «Koroğlu»nun yaranması hələ irəlidə idi.
     Bu elə bir dövr idi ki, iki yerə parçalanmış Azərbaycan torpağı və Azərbaycan xalqı bir tərəfdən çarizmin müstəmləkəçilik siyasətinin yaratdığı mənəvi həbsxanada, digər tərəfdən isə İran şahlıq istibdadının yaratdığı zülmət içində ağır güzəran keçirirdi. Cəhalət, nadanlıq, yalançı millətçilik, əlbəttə, bu güzəranın ağırlığını hiss etmirdi, çünki özləri həmin ağırlığın, həmin zülmətin daxili kütləsini təşkil edirdilər. Belə bir şəraitdə xalqın içindən çıxıb xalqın düşdüyü vəziyyəti görmək, bu vəziyyətə acımaq, yanmaq, əlbəttə, çox az idi, çünki yalnız görməklə, yalnız acımaqla, yanmaqla nə etmək olardı? Həmin ağırlığın, həmin zülmətin aradan götürülməsi uğrunda, o həbsxananın dağıdılması naminə mübarizəyə qalxmaq lazım idi və bu zaman bu mübarizənin effekti, qadirliyi ondakı vətəndaşlığın dərəcəsi ilə müəyyənləşirdi.
     Üzeyir bəy Vətəndaşlığı əsrin əvvəllərində Azərbaycan ictimai fikrində müstəmləkəçiliyə, cəhalət və nadanlığa qarşı mübarizə baxımından Azərbaycan tarixində «Molla Nəsrəddin» ədəbi məktəbini yetişdirən Vətəndaşlıq idi, xalqın gələcəyi naminə zəmanənin qoluzorlularından, cibidolularından, başıəmmaməlilərindən, Sabir demişkən, «boynuqraxmallılarından» çəkinməyərək şəxsi firavanlığın, şəxsi rahatlığın, hətta sağlamlığın hesabına yorulmaq bilməyən mübariz bir fəaliyyətə sövq edən Vətəndaşlıq idi.
     Üzeyir bəyin «Azərbaycan xalq musiqisinin əsasları» adlı məşhur monoqrafiyasmın azərbaycanca ilk nəşrini çapa hazırlamış M.S.İsmayılov birinci nəşrə yazdığı müqəddimədə belə bir diqqətəlayiq paralel aparır: «Üzeyir Hacıbəyovun Azərbaycan musiqi tarixindəki mövqeyi bir çox cəhətdən böyük maarifçi-demokrat Mirzə Fətəli Axundovun Azərbaycan ədəbiyyatı tarixindəki mövqeyini xatırladır.
     Bizə elə gəlir ki, bu yerdə «Azərbaycan musiqi tarixi» və «Azərbaycan ədəbiyyat tarixi» anlayışları üzvi bir vəhdət təşkil edir, söhbət ümumi şəkildə, bir küll halında Azərbaycan mədəniyyətindən, ictimai fikrindən gedir və bu vəhdəti ifadə və təsdiq edən əsas qüvvə isə həmin Vətəndaşlıq idi.
     Bu hadisənin təbiəti çox zəngin idi: xalqı sevmək, onun dilinə, tarixinə, mədəniyyətinə böyük ehtiram hissi duymaq, xalqın mənəvi azadlığı, onun milli hüquqlarının bərqərar olması naminə heç nəyi əsirgəməmək, mübarizə aparmaq əzmi və ehtirası... Və bütün bunlar qəti surətdə milli məhdudiyyətə gətirib çıxarmırdı, tamam əksinə, bu məhəbbətin və mübarizənin bəşəri vüsətini artırırdı.
     Üzeyir bəy Azərbaycan xalqının, Azərbaycan mədəniyyətinin inkişafı üçün ən münbit bir zəmin kimi, millilik ilə bəşəriliyin vəhdətindən doğmuş bir dünyagörüşünün fəaliyyətini əsas götürürdü və həmin cəhət elə bilirik ki, bu gün də öz aktuallığını saxlamaqdadır.
     Xalqı tanımadan, onun dilini incəliklərinə qədər duymadan, bilmədən və sevmədən, xalqın tarixinə, mədəniyyətinə yaxından bələd olmadan, onun mənəvi sərvətini dərk etmədən, qiymətləndirməyi bacarmadan həmin xalqın mədəni-mənəvi inkişafında effektli bir rol oynamaq mümkün deyil. Digər tərəfdən isə yalnız öz xalqının mənəvi sərvətinə yiyələnməklə kifayətlənmək, yalnız öz mədəniyyətinin, öz ənənələrinin çərçivəsindən kənara çıxa bilməmək də, öz növbəsində, məhəlli məhdudluğa gətirib çıxarır.
     Mədəniyyətin və ümumiyyətlə, xalqın inkişafında böyük sürətə və vüsətə nail olmaq üçün, məhz millilik ilə bəşəriliyin vəhdətindən doğan bir fəaliyyət vacibdir və elə buna görə də Üzeyir bəy, misal üçün, 1912-ci ildə yazdığı «Evlənmək məsələsi» adlı felyetonunda bir ürək ağrısı ilə göstərirdi ki, «bu əyyamda bizdə hər bir şey «aziyatski» və «yevropeyski»dir‘ və elə həmin felyetonda bir tərəfdən «elmi və kəmalı bir qraxmal taxıb düşbərə papaq geyməkdən ibarət bilən» yalançı ziyalıları, yəni həmin «yevropeyski»ləri, digər tərəfdən isə bumunun ucundan uzağı görməyi bacarmayan «millət qəhrəmanları»nı kəskin tənqid edirdi, onların əqidəsini, həyat tərzlərini parlaq satirik istedadmm gülüş hədəfinə çevirirdi.
     Üzeyir bəyin özünün fəaliyyəti ilk felyetonlarından, məqalələrindən tutmuş «Azərbaycan xalq musiqisinin əsasları» monoqrafiyasınacan, «Leyli və Məcnun»dan tutmuş «Koroğlu»yacan, kiçik birpərdəli məzhəkələrdən tutmuş «O olmasm, bu olsun»acan, «Arşm mal alan»acan bütün yaradıcılığı, artıq qeyd etdiyimiz kimi, məhz millilik ilə bəşəriliyin vəhdətindən doğan bir dünyagörüşünün bəhrəsi idi və buna görə də xalqın mədənimənəvi inkişafında ən görümlü, effektli bir rol oynayırdı (və bu gün də oynayır!).
     Bu mənada, Azərbaycan mədəniyyətinin yeni tarixi, doğrudan da, zəngin nümunələrə malikdir və biz yalnız bir səpkili analoji hadisəni nəzərə çatdırmaq istəyirik.
     M.F.Axundov bütün Şərq xalqları kimi, Azərbaycan xalqının da müraciət etmədiyi bir ədəbi janrıdramaturgiyanı, konkret olaraq, komediyanı çox qısa bir müddətdə həmin xalqm mədəniyyətinin milli faktına çevirdi, hərgah belə demək mümkünsə, komediya janrı Azərbaycan ədəbiyyatının milli janrına çevrildi. Düzdür, Azərbaycan folklorunda teatrlaşdırılmış, dramaturji oyunlar, əsərlər çox idi, xalq tamaşaları geniş yayılmışdı, lakin M.F.Axundova qədər zəngin Azərbaycan yazılı ədəbiyyatında dramaturgiya nümunəsi yox idi, lakin M.F.Axundovdan sonraXIX əsrin ortalarından etibarən bizdə çox az yazıçı tapmaq olar ki, dram əsəri yazmasın və ən başlıcası isə, dramaturgiya janrı bir çox yüzilliklərin, əsasən, poetik ənənələrinə malik olan bir xalqın ürəyinə yol tapmağı bacardı.
     Cəlil Məmmədquluzadəyə qədər orta əsrlərdən bu tərəfə nəsrlə yazılmış Azərbaycan novellasmm bir sıra gözəl nümunələri yaranmışdı (M.Füzulinin «Şikayətnamə»si, İsmayıl bəy Qutqaşınlının «Rəşid bəy və Səadət xanım», M.F.Axundovun «Aldanmış kəvakib» əsərləri və s.), lakin novella bir janr kimi məhz Mirzə Cəlilin yaradıcılığı sayəsində milli ədəbiyyatımızın faktına çevrildi, özünü təsdiq etdi. Novellanm Avropada ilkin İntibah dövründən tutmuş XX əsrə qədər keçdiyi təkamül, formalaşma prosesi Azərbaycan ədəbiyyatında yalnız bir Mirzə Cəlilin yaradıcılığında çox qısa bir zamanda öz inkişafını tapdı.
     Bu baxımdan, Üzeyir Hacıbəyovun yaradıcılığında ilk Azərbaycan və ümumiyyətlə, ilk Şərq operalarından biri«Leyli və Məcnun»dan dünya musiqi mədəniyyətinin şedevrlərindən biri olan «Koroğlu» operasına qədərki inkişaf Avropa operasında əsrlər tələb etmişdi.
     Nə üçün belə idi?
     Ona görə ki, bu böyük sənətkarlar, bir tərəfdən, sənətin başqa janrlarında qədim və zəngin milli ədəbi irsə malik idi, öz mənəvi sərvətlərini dərindən mənimsəmişdilər, mənsub olduqları xalqın ruhuna bələd idilər, həmin xalqın hiss və həyəcanları onlar üçün son dərəcə doğma idi, digər tərəfdən isə, zəngin rus və Avropa mədəniyyətinə yaxından bələd idilər (misal üçün, hələ inqilabdan xeyli əvvəl Üzeyir bəy N.V.Qoqolun «Şinel» povestini Azərbaycan dilinə tərcümə etmişdi), həmin mədəniyyətin ən yaxşı nümunələrindən yaradıcı surətdə bəhrələnə bilirdilər (misal üçün, Üzeyir bəy xalq çalğı alətləri orkestri üçün yazdığı fantaziyada Motsartın 15 nömrəli domajor sonatasından istifadə edərək tamamilə orijinal və milli bir sənət nümunəsi yaratmışdı, lakin burasını da qeyd edək ki, belə müstəqim yaradıcı bəhrələnmədən qat-qat artıq mənəvi bir bəhrələnmə səciyyəvi idi).
     Üzeyir Hacıbəyovun publisistikası da, musiqisi də, nəzəristetik görüşləri də, bir tərəfdən, sənət əsərlərində, jumalistikada, ədəbi-ictimai fəaliyyətdə millilik ilə bəşəriliyin məhz belə bir dialektik birliyini, vəhdətini tələb edirdi, o biri tərəfdən isə, özü, yəni Üzeyir bəy sənəti və fəaliyyəti məhz həmin birliyin, vəhdətin parlaq, əyani ədəbi-bədii və vətəndaşlıq nümunəsi idi.
     Akademik Firidun Köçərli Üzeyir bəyin ictimai-siyasi görüşlərinə həsr etdiyi monoqrafiyada yazır: «Ü.Hacıbəyov Avropaya münasibət məsələsində öz müasirləri olan bir sıra maarifçi demokratlardan əsaslı surətdə fərqlənir. 0, Avropaya nəinki aludə olmur, əksinə, Avropanı yırtıcı imperialist siyasətinə görə kəskin ittiham edir və nifrətlə damğalayırdı».
     Əlbəttə, yaradıcılığını xalqının azadlığı işinə həsr etmiş Üzeyir bəy «Avropanın yırtıcı imperialist siyasətini» hər şeydən əvvəl, əsasını müstəmləkəçilik təşkil edən bir siyasəti ittiham etməyə, «damğalamaya» bilməzdi və bu mənada, F.Köçərlinin mülahizələri haqlı və əsaslandırılmış mülahizələrdir. Lakin, eyni zamanda, belə bir cəhəti də xüsusi qeyd etmək lazımdır ki, mütərəqqi Avropa ictimai fikri, Avropa sənəti, Avropa xalqları azadlıq hərəkatının təcrübəsi, elmin, maarifin Avropada əldə etdiyi nailiyyətlər həmişə Üzeyir bəyin milli qələm sahibi, milli sənətkar, milli xadim kimi özünüifadəsində mühüm stimul rolunu oynamışdır.
     «Leyli və Məcnun» operasını tədqiq edən Elmira Abbasova: «Üzeyir Hacıbəyov öz yaradıcılığında Azərbaycan xalq musiqisinin səciyyəvi üslub və janr xüsusiyyətlərini ümumiləşdirərək bunları dünya və ilk növbədə, rus klassik,musiqisinin canlı ənənələri ilə üzvi surətdə uzlaşdıra bilmişdir» yazır və bu cəhət daha geniş mənada, daha vüsətli şəkildə, yuxarıda yazdığımız kimi, bütün Üzeyir bəy yaradıcılığına və fəaliyyətinə şamil edilməlidir.
     Üzeyir bəyin sənətində və publisistikasında xəlqilik ilə yenilik, ədəbi ənənələrdən bəhrələnməklə müasirlik, xalqın milli təəssübünü çəkməklə bəşərilik həmişə qoşa addımlamışdır.
     Üzeyir bəy o sənətkarlardandır ki, illər keçdikcə, dövrlər bir-birini əvəz etdikcə, öz xalqı tərəfindən daha artıq sevilir, daha artıq öyrənilir, yaradıcılığı, qoyub getdiyi irs yeni-yeni nəsillərin milli özünüdərki və özünüifadəsi prosesində mühüm və zəngin bir mənəvi sərvət kimi, yaxından, aktiv surətdə iştirak edir; o, bütün böyük sənətkarlar kimi, yalnız öz dövrünün deyil, bəlkə də daha artıq dərəcədə gələcəyin böyük sənətkarı idi.
     Bu gün sənətşünaslar da, ədəbiyyatşünaslar da, ictimai fikrin başqa sahələrinin nümayəndələri də Üzeyir bəy yaradıcılığından və fəaliyyətindən otuz il, iyirmi il, hətta beş il bundan əvvəlkinə nisbətən, daha tez-tez və daha ciddi, məsuliyyətli yazırlar və bizim üçün əlamətdar, hətta rəmzi bir cəhətdir ki, Üzeyir bəy yaradıcılığı ilə bağlı tədqiqatla məşğul olan qələm sahibləri arasında, deyək ki, Qubad Qasımov kimi qocaman bir tarixçi-sənətşünas ilə bərabər, ən cavan nəslin nümayəndələri də görümlü rol oynayırlar.
     Biz bu yaxınlarda cavan tədqiqatçıların Üzeyir bəy yaradıcılığı ilə bağlı məqalələrini, tədqiqatlarını nəzərdən keçirərkən belə bir fikrə rast gəldik: «Ən səciyyəvi faktlardan biri də budur ki, Ü.Hacıbəyov publisistik yaradıcılığında da Şərqə məxsus olan sənətkar idi»‘.
     Bir sıra başqa məqalələrdə də buna bənzər fikirlərə, həm də guya ki, xeyirxah məqsədlə söylənən fikirlərə rast gəldik, amma, doğrusu, bizə elə gəlir ki, bu, çox incə bir məsələdir, elmi ehtiyat tələb edir və tələsik hökmlər verməyə ehtiyac yoxdur.
     Üzeyir bəyin publisist yaradıcılığının mövzusunu yalnız və yalnız coğrafi ərazi baxımından Şərq fakturası təşkil edirdi, lakin buradakı məzmun, heç şübhəsiz ki, milli-bəşəri səciyyə daşıyırdı. Həmin publisistikanın əsas problematikası, təbii ki, Azərbaycanla bağlı idi, yeri düşdükcə, Türkiyə, İran kimi Şərq ölkələrinin taleyi və güzəranı da diqqət mərkəzinə çevrilirdi, lakin bütün bunlarla bərabər, Üzeyir bəyi yalnız Şərqə məxsus bir qələm sahibi hesab etmək, onun siyasi və ictimai publisistikasının mənasını azaltmağa gətirib çıxarar: dünyanın heç bir böyük sənətkarı yalnız Şərqə və yaxud Qərbə məxsus deyil, çünki əsl istedad coğrafi sərhədlər tanımır.
     Bu baxımdan, Zemfira Qafarovanın bir fikri bizim üçün maraqlı göründü. «Koroğlu» operasının tədqiq və təhlilinə həsr olunmuş monoqrafiyada belə bir fikirlə rastlaşırıq ki, «dünya musiqi yaradıcılığının çoxəsrlik tarixi miqyasında» Üzeyir Hacıbəyov ilk dəfə idi ki, milli musiqi mədəniyyətinə əsaslanaraq, Avropa və Şərq musiqisinin sintezini əldə etdi. Z.Qafarova bu nadir hadisəni «dünya əhəmiyyətli» hesab edir və bizə də elə gəlir ki, müəllif məsələni qlobal şəkildə ehtiva etdiyi, düzgün metodoloji prinsiplər baxımından mülahizələr yürütdüyü üçün dəqiq elmi nəticəyə gəlmişdir.
     Eyni mülahizələri Üzeyir bəyin publisist yaradıcılığı barədə də söyləməliyik, çünki artıq dediyimiz kimi, bu yaradıcılığı da səciyyələndirən əsas cəhətlərdən biri budur ki, Üzeyir bəy milli bədii-estetik ənənələrdən bəhrələnərək, milli problematikanı publisistikasının ana xəttinə çevirərək, «Molla Nəsrəddin» ədəbi məktəbinin ən istedadlı nümayəndələrindən biri kimi, həmin problematikanın bədii ifadəsində (milli ifadəsində!) rus və Avropa jurnalistikasının əsrlərdən bəri əldə etdiyi təcrübədən yaradıcı istifadə etmişdir, yəni təkrar deyirik, Üzeyir bəyin publisistikası məzmun baxımından sırf milli olub (məhz buna görə də bəşəri səciyyə daşıyıb!), formabaxımındanbujanrın dünyajurnalistikasındakı yüksək inkişafı səviyyəsində dayanırdı.
     Biz yenə də Z.Qafarovanın başqa bir məqalədə söylədiyi bir fikri xatırlayırıq və bu dəfə müəlliflə heç cürə razılaşa bilmirik. Həmin ümumiləşdirilmiş fikir bundan ibarətdir: «Hərgah yaradıcılığının ilk dövründə Üzeyir Hacıbəyov etnoqrafik dəqiqliyə çalışırdısa (?.), yaradıcılığının yetkin dövründə xalq xarakterlərinin təkrarolunmaz xüsusiyyətlərini əks etdirmək onun üçün vacib ido)
     Doğrusu, biz təəccüb etdik: «etnoqrafik dəqiqliyə» nail olmaq nə üçün «xalq xarakterlərinin təkrarolunmaz xüsusiyyətlərini» əks etdirməyə qarşı qoyulmalıdır? Məgər bu cəhətlər bir-birini inkar edir? Əlbəttə, yox. Müəllif Üzeyir bəyin yaradıcılığında (hərçənd o, əsasən, musiqi yaradıcılığını nəzərdə tutur, lakin Üzeyir bəyin publisistik-bədii və musiqi yaradıcılığı arasında sədd yoxdur, bunlar bir-birini davam və inkişaf etdirir, buna görə də biz həmin yaradıcılığı bir küll halında götürürük) «etnoqrafik dəqiqlik» xüsusiyyətini düzgün müşahidə etmişdir (lakin bu, çalışmağın yox, xalqa bağlılığın təbii nəticəsi idi!), amma məsələ burasındadır ki, həmin «etnoqrafik dəqiqlik həm jumalistikada, həm dramaturgiyada, həm də musiqidə Üzeyir bəy üçün məhz «xalq xarakterlərinin təkrarolunmaz xüsusiyyətlərini» yüksək inandırıcı bir dəqiqliklə açıb göstərmək məqsədinə xidmət edir, yəni «etnoqrafik dəqiqlik» «xalq xarakterlərinin təkrarolunmaz xüsusiyyətlərini» ifadə etmək üçün vacib atributlardan biridir.
     Akademik Heydər Hüseynov yazırdı ki, «Üzeyir Hacıbəyovun əsərlərinin sadəliyi dahiyanə bir sadəlikdir»‘ və əlbəttə, bu böyük məziyyəti də («dahiyanə sadəliyi»!) yetişdirən Üzeyir bəy sənətinin, publisistikasının, necə deyərlər, mayasını təşkil edən xəlqilik idi.
     Üzeyir bəy öz doğma xalqının psixologiyasına da, güzəranına da, məişətinə də dərindən bələd idi, bu xalqı ən dəruni bir məhəbbətlə sevirdi və bu xalqın naminə əlindən gələni əsirgəmirdi, ehtirasla, şövqlə, inamla mübarizə aparırdı, çar çinovniklərindən də, cəhalət və nadanlıqdan da çəkinmirdi, çünki onun şəxsiyyətində böyük bir mədəniyyətlə, yumşaqlıqla, mülayimliklə bərabər, cəsurluq, qorxmazlıq, əzm var idi.
     1906-cı ildə M.S.Ordubadiyə yazdığı bir məktubda Üzeyir bəy yazıçını Ordubaddan Bakıya gəlməyə dəvət edirdi, «Bakıda öz yazılarına çox geniş səhifələr tapa bilərsən» deyirdi, sonra yazırdı: «Əzimzadənin (söhbət xalq rəssamı Əzim Əzimzadədən gedir.) dediyinə görə qoçulardan qorxduğun üçün Bakıya gəlmək istəmirsən. Bu barədə heç də qorxmağa dəyməz!»
     Üzeyir bəy xalqın gələcəyi naminə belə bir qorxmazlıqla mübarizə aparırdı, bellərində naqan gəzdirib öz hədə-qorxuları ilə nadanlıq və cəhaləti əyani şəkildə təcəssüm etdirən qorxaq və qeyrətsiz qoçuların özlərini də amansız satirasının və dramaturgiyasının öldürücü gülüş hədəfinə çevirirdi. Bu mənada, «O olmasın, bu olsun» operettasındakı qoçu Əsgər Azərbaycan dramaturgiyasının və ümumiyyətlə, Azərbaycan sənətinin klassik surətlər qalereyasına daxildir.
     Elə həmin 1906-cı ildə Üzeyir bəy mətbuat vasitəsilə ona hədə-qorxu gələn qaragüruha (yalançı «millət qəhrəmanlarına») belə cavab verirdi: «O ki, qaldı sizin qolçomaqlıq edib, məni şirlərlə, pələnglərlə qorxutmağınız, inandırıram sizi ki, bu mənada atdığınız daşın heç bir təsiri ola bilməz».
     Həmin daşlar bəzən məcazi yox, həqiqi mənada da atılırdı, bəzən özlərini «millət qəhrəmanı» kimi qələmə verən «boynu qraxmallılar» cəhalətlə eyni cəbhədə dayanırdı, zamanın «hörmətliləri», ixtiyar sahibləri də nadanlıqla birgə hücum edirdilər, lakin bütün bunlar da təsirsiz idi və böyük aktyorumuz Mirzağa Əliyevin kiçik bir xatirəsi bu mənada, elə bilirik ki, çox şey deyir: «1912-ci il aprelin 3-də Üzeyir Hacıbəyov mənimlə bərabər artistlərimizdən bir neçəsini evinə dəvət edib İtaliyanın Milan Konservatoriyasında təhsil alan azərbaycanlı qızı Şövkət xanım Məmmədovanın Bakıya gəldiyini bildirdi və Şövkət xanımın İtaliyaya qayıdıb təhsilini davam etdirməsi üçün ona kömək etməyimizi xahiş elədi. Üzeyir Hacıbəyovun təklifini hamılıqla qəbul edib, Şövkət xanım Məmmədovanın nəfinə «Ər və arvad» musiqili komediyasını oynamağı qət etdik. Aprelin 13-də axşam Tağıyev teatrında «Ər və arvad» musiqili komediyasının tamaşası qurtardıqdan sonra «konsert» şöbəsi başladı. Şövkət xanım Məmmədova səhnəyə çıxıb bir neçə hava oxudu. Bu, bir çoxlarının xoşuna gəlmədi. Xüsusilə, «millət-millət» deyib bar-bar bağıran ağalar ayağa qalxıb teatrı tərk etməyə başladılar. Mən bu halı gördükdə tez səhnə arxasından Üzeyirin yanına gəlib xəbər verdim və nə etməli olduğumuzu ondan soruşdum. Üzeyir Hacıbəyov inadlı bir tərzdə: «Qoy gedən getsin, bizə qalanlar lazımdır» — dedi.».
     Bu bir cümləyə: «Qoy gedən getsin, bizə qalanlar lazımdır» — öz-özlüyündə yox, qırxillik bir dövrü əhatə edən Üzeyir bəy yaradıcılığı və fəaliyyəti kontekstində nəzər saldıqda, burada, bir tərəfdən, nə qədər dərd, kədər, o biri tərəfdən isə yenə də, nə qədər dönməzlik, inam, nikbinlik hiss edirik!..
     Bir qüvvə var idi ki, Üzeyir bəy kimi xalq xadimlərindən, onların əməllərindən, əqidələrindən cəhalətdən də, nadanlıqdan da, avamlıqdan da qat-qat artıq qorxurdu, qat-qat artıq təşviş hissi keçirirdi — çarizmin müstəmləkəçilik siyasəti.
     Üzeyir bəy, bir tərəfdən, publisistikası ilə bu siyasətin əleyhinə mübarizə aparırdı, yəni söhbət birbaşa, müstəqim bir mübarizədən gedirdi, o biri tərəfdən isə öz maarifçiliyi ilə, öz musiqisi, sənəti ilə çarizm müstəbidliyi içində işıq saçırdı. Jurnalist, ictimai xadim Üzeyir Hacıbəyov böyük bir xalqın hüququnu əlindən alanları ifşa edirdi, sənətkar Üzeyir Hacıbəyov isə həmin xalqın mənəvi böyüklüyünü, bədii-estetik qadirliyini sənəti ilə təsdiq edirdi.
     1911-ci ilin may ayında «Səda» qəzetində belə bir məlumat var: «Sabiq «Həqiqət» (söhbət o zaman nəşr olunan «Həqiqət» qəzetindən gedir) müdiri, müsəlman kompozitoru Üzeyir Hacıbəyovun evləri oxrannı polis tərəfindən təftiş edilmişdi». Bir neçə gündən sonra qəzet yenə də belə bir xəbər verir: «Üzeyir Hacıbəyovun evi dəxi axtarılmış isə də bir şey tapılmamışdm)1.
     Doğrusu, Qulam müəllimin qiymətli «Salnamə»sində oxuduğumuz bu xəbər «oxrannı polis»i bizə daha artıq küt və gülünc göstərdi. «Oxrannı polis» Üzeyir Hacıbəyovun evindən nə tapa bilərdi? Üzeyir Hacıbəyov xalqın o dühalarından idi ki, nəyisə sandıqda, yaxud dolab gözündə gizlətməyə ehtiyacı yox idi, çünki hər şey onun qələmində idi, hər şey onun ürəyində, əqidəsində, əməlində idi, hər şey böyük Üzeyir Vətəndaşlığında idi.
     Üzeyir bəy 1913-cü ildə 28 yaşında ikən Azərbaycan dramaturgiyasının klassiki Nəcəf bəy Vəzirovun ədəbi fəaliyyətinin 40 illik yubileyi ilə bağlı təbrik məktubunda yazırdı: «Nəcəf bəy Vəzirov cənabları, siz həmişə diri qalacaqsınız!».
     Biz bu gün eyni sözləri yüz yaşlı Üzeyir bəyə müraciətlə təkrar edirik:
     Üzeyir Hacıbəyov! Siz həmişə diri qalacaqsınız!

FƏSİL «BU, «VERGİ» İDİ...»


     Yeni XX əsr başlamışdı və bu yeni əsr Azərbaycan ictimai fikrinə də yeni bir coşğunluq gətirmişdi, əzmkarlıq gətirmişdi və bu yeni şövq, yaratmaq, ayıltmaq, mübarizə aparmaq ehtirası, mənəvi ehtiyac əvvəlki dövrlərdən fərqli olaraq Azərbaycan mətbuatında öz parlaq siyasi-ictimai və ədəbi-estetik əksini tapırdı, Azərbaycan mətbuatı böyük bir sürətlə inkişaf edirdi, xüsusən, «Molla Nəsrəddin» nəşrə başladıqdan sonra, zamanın inqilabi demokratik ideyalarının, Şimali Azərbaycanın çarizm, Cənubun isə İran müstəmləkəçiliyi əsarətindən qurtarması, milli-mənəvi azadlığa çıxması uğrundakı mübarizənin təcəssümçüsünə çevrilirdi.
     Azərbaycanın hər tərəfindən Bakıdan, Təbrizdən, Naxçıvandan, Qarabağdan, Gəncədən, Şirvandan, Mildən, Muğandan, eləcə də Tiflisdən, İrəvandan, Aşqabaddan «Molla Nəsrəddin»lər, «Hop-hop»lar, «Xortdan»lar və «Xortdan bəy»lər, «Hərdəmxəyal»lar, «Cüvəllağı bəy»lər, «Kefsiz»lər, «Dabanıçatdaq xala»lar, «Qızdırmalı»lar, «Məhkəmə pişik»ləri, «Yetim cücə»lər, «Mirzə Qoşunəli»lər, «Süpürgəsaqqal»lar və s. mətbuat səhifələrində böyük bir xalqın nəinki gündəlik fərəhsiz güzərarnrn açıb göstərirdilər, onlar yorulmaq bilməyən, böyük hərfli Vətəndaş mübarizəsi aparırdılar.
     Bu təxəllüslərlə yazıb-yaradan, mübarizə aparan Cəlil Məmmədquluzadə, Mirzə Ələkbər Sabir, Ə.Hüseynzadə, Ə.Haqverdiyev, Ə.Ağayev, M.S.Ordubadi, Ömər Faiq, Ə.Qəmküsar, Salman Mümtaz, Əli Nəzmi, M.Hacınski, Ə.Məhzun, H.Sarıcalinski, Əli Razi, M.Axundzadə və bir çox başqaları kimi, böyük yazıçılar və adi müəllimlər böyük xalq xadimləri və adi ziyalılar eyni bir istək, eyni bir məqsəd uğrunda əllərindən gələni əsirgəmirdilər.
     Bu təxəllüslər içərisində «Ordan-burdan» sərlövhəsi ilə felyetonlar, məqalələr çap etdirən «Filankəs» də diqqəti xüsusi cəlb edirdi və yəqin ki, həmin təxəllüslə yazan şəxsi tanımayanlann ağlına gəlməzdi ki, bu müəllif iyirmi yaşına yenicə adlayıb, eşitsəydilər də bəlkə buna inanmazdılar, çünki «Filankəs»in qələminin müdrikliyi, ağrısı və eyni zamanda, inamı, mübarizə əzmi, onun xalqın həyatına son dərəcə yaxından bələd olması, xalqın böyük problemlərini dəqiq görməsi və bu problemləri yüksək bir bədiiliklə, siyasi sayıqlıqla açıb göstərməsi, izah etməsi, gələcəyin işıqlı yollarını göstərməsi xüsusi bir şövqə, ehtirasa, hətta bəzən çılğınlığa baxmayaraq, heç vəchlə gənclikdən xəbər vermirdi, əksinə, zəngin bir ömrün təcrübəsindən, istedadlı bir ağsaqqallıqdan deyirdi.
     Üzeyir bəy isə, həqiqətən, iyirmi yaşına təzəcə adlamışdı. Qori seminariyasındakı tələbəlik illəri, necə deyərlər, dünənin xatirələri idi və ümumiyyətlə, deməliyik ki, bu günün XXI əsrə yaxınlaşdığımız dövrün inkişaf səviyyəsindən, bu yüksəklikdən əsrin əvvəlinə nəzər saldıqda, o zamanın ziyalılarının hələ lap gənc yaşlarından bir ağsaqqallıq səlahiyyəti qazanması adama çox təsir edir (bəlkə də adamı heyrətə gətirir!).
     Xalqın xoşbəxtliyi onda idi ki, Mirzə Cəlil istedadı, Sabir istedadı, Üzeyir bəy istedadı yalnız tək-tək adamlarda olduğu halda (bütün dövrlərdə və bütün xalqlarda da belə olur, böyük istedad həmişə nadir hadisədir), bu böyük istedadların özünüifadəsinin əsas daxili kütləsini təşkil edən xalqa xidmət ehtirası, gələcəyi görmək və həmin gələcəyə aparan yollar uğrunda mübarizə etmək əzmi, dövrün başqa ziyalılarının, maarifçilərinin əqidəsi və fəaliyyəti üçün də səciyyəvi cəhət idi. Bu mütərəqqi ziyalı zümrəsi məhz xalqın gələcəyi naminə o böyük istedadları təbliğ və müdafiə edirdi, hətta gələcəyə aparan inkişaf yollarını özləri üçün tam müəyyənləşdirməmiş, tərəddüdlərlə dolu mürəkkəb bir ictimai həyat yaşayan bəzi nüfuzlu qələm sahibləri də bu məqamlarda istedadların müdafiəsinə qalxırdı. Misal üçün, Əhməd bəy Ağayev «Leyli və Məcnun»u təzəcə yazmış 24 yaşlı cavan bəstəkarın və artıq yaxşı tanınmış jurnalistin nadanlıq və cəhalət təqibinə məruz qaldığını, haqqında deyilən böhtanların, verilən fitvalarm mürtəce mətbuat səhifələrinə də yol tapdığını görərək 1909-cu ildə «Tərəqqi» qəzetində yazırdı: «Əzizim Üzeyir! Sən öz işinlə məşğul ol, bacardıqca millətinə xidmət et... qoy hər nə yazacaqlar, deyəcəklər, çəkəcəklər yazsınlar, desinlər, çəksinlər! Bir gün olar, bunlar da yorularlar, usanarlar, insafa gələrlər...».
     Əqidə birliyi, məslək eyniliyi istedadının dərəcəsindən asılı olmayaraq, dediyimiz kimi, dövrün qabaqcıl ziyalılarını birləşdirirdi və bizcə, ən başlıcası bu idi ki, onlar yalnız məktublaşmaqla , ədəbi görüşlər, söhbətlər keçirməklə, necə deyərlər, ictimai qeybətlə, passiv bir fəaliyyətlə kifayətlənmirdilər, həmin əqidə, məslək silahdaşlığını milli mətbuatda xalqın inkişafı naminə səfərbər edirdilər, o silahdaşlıq qarşılıqlı müdafiə, qarşılıqlı kömək, qarşılıqlı dayaq rolunu oynayırdı.
     Əsrin ilk illərindən başlayaraq H.Zərdabi, N.Vəzirov, Ə.Hüseynzadə, Ə.Ağayev, N.Nərimanov, C.Məmmədquluzadə, M.Ə.Sabir, S.M.Əfəndiyev, F.Köçərli, Ö.F.Nemanzadə və başqaları kimi böyük qələm sahibləri ilə birlikdə Üzeyir bəy də məhz yuxarıda göstərdiyimiz məqsədlə Azərbaycan dövri mətbuatının sabahı barədə düşünürdü və həmin düşüncələri həyata tətbiq etməyin əyani yollarını göstərirdi.
     Azərbaycan ədəbiyyatşünaslığı, misal üçün, professor Abbas Zamanov coşğun jumalist fəaliyyətinə başlamış M.Şahtaxtlı, C.Məmmədquluzadə, N.Nərimanov, Ö.F.Nemanzadə kimi böyük qələm sahiblərimizlə bərabər, Üzeyir bəyin də Azərbaycan mətbuatının təşəkkül tapması və inkişafı sahəsində böyük rolunu qeyd edir. A.Zamanov yazır: «Filankəs «Molla Nəsrəddin»in silahdaşı və məslək dostu idi. Onların o zamankı publisistik əsərlərini izlədikdə aydın olur ki, «Molla Nəsrəddin» ilə Filankəs bir cəbhənin əsgərləri, bir yolun yolçuları olmuşlar».
     Təsadüfi deyil ki, «Molla Nəsrəddin» nəşrə başladığı dövrdən etibarən Üzeyir bəy bu jurnalı «haqq söz danışan» bir mətbuat orqanı hesab edirdi və bütün yaradıcılığı boyu məhz haqqın keşiyində dayanmış bir qələm sahibinin bu sözləri, əlbəttə, yüksək qiymət idi, böyük ehtiramın nəticəsi idi.
     Üzeyir bəy, bir tərəfdən, Cəlil Məmmədquluzadəni şəxsən tanıyırdı, onun şəxsiyyətinə dərin hörmət bəsləyirdi. Həmidə xanım Məmmədquluzadə 1911-ci ilin yayında Üzeyir Hacıbəyovgillə birlikdə ailəliklə Bakurianidə istirahətlərini təsvir edərək yazır: «Mirzə Cəlil Üzeyiri çox sevirdi. Onlar baməzə söhbətlər edirdi».
     Digər tərəfdən isə, Üzeyir bəy Mirzə Cəlilin siyasi-ictimai cəbhəsini tamamilə qəbul edirdi, Mirzə Cəlilin istedad və amalının, fəaliyyətinin bəhrəsi olan «Molla Nəsrəddin» ədəbi məktəbi Üzeyir bəyi xalqın mənafeyi naminə yaratmağa və fəaliyyət göstərməyə səsləyən, sövq edən mənəvi mənbəyə çevrilmişdi.
     Tədqiqatçılarımız Üzeyir bəyin «Molla Nəsrəddin» ədəbi məktəbinə, Mirzə Cəlilə bağlılığı barədə az yazmamışlar. Professor Əziz Mirəhmədov Üzeyir bəy haqqında «Məmmədquluzadənin yaxşı tanıdığı, dərin rəğbət bəslədiyi inqilabçı və demokrat» bir ziyalı kimi bəhs edir və onu «görkəmli mollanəsrəddinçi» kimi təqdim edir.
     Azərbaycan ədəbiyyatşünaslığı mollanəsrəddinçilərin sosial tərkibi barədə mülahizələr irəli sürərkən, onlara differensial bir mövqedən münasibət bəsləməyə çağırır (Ə.Nazim, Muxtar Qasımov, Mirzə İbrahimov və b.) və Əziz Mirəhmədov da bunu «çox doğru» bir cəhət hesab edir, N.Nərimanov, S.Ağamalıoğlu, Q.Musabəyov və başqa inqilabçıların, bolşeviklərin Mirzə Cəlil, Sabir, Haqverdiyev, Ü.Hacıbəyov, Əli Nəzmi, Qəmküsar, Minasazov kimi inqilabçı-demokratların bir sıra «liberalizmlə inqilabi demokratiya arasında tərəddüd edən»‘ qələm sahiblərinin A.Şaiq, F.Köçərli, Q.Şərifov, M.M.Axundov, C.Əsgərzadə, M.Hacınski, Y.V.Çəmənzəminli, M.H.Zeynalov, Məmmədəli Sidqi, R.Nəcəfov, M.Sabit, R.Məlikov və başqaları kimi demokratik dünyagörüşlü ziyalıların bu və ya digər dərəcədə «Molla Nəsrəddin»in ətrafında birləşdiyini yazır.
     Əlbəttə, belə bir, necə deyərlər, tərkib müxtəlifliyində heç bir heyrətamiz, təəccüb ediləcək cəhət yoxdur, çünki bu birləşmənin, bu cəbhə təəssübkeşliyinin əsasında, dediyimiz kimi, xalqı inkişaf etdirmək, Vətəni azad görmək istəyi dayanırdı: diferensiallıq məsələsinə gəldikdə isə, o da məhz bu istəyin nəticəsi idi və buna görə də diferensial mövqe, bəzi hallarda olduğu kimi, vulqar sosiologizm təmayüllərinə aparıb çıxarmamalıdır.
     Azərbaycan ictimai fikrinin görkəmli nümayəndələrinin, böyük qələm sahiblərinin, adi ziyalıların xalqın milli-mənəvi azadlığı uğrundakı fəaliyyətinin, qələm mübarizəsinin mərkəzində «Molla Nəsrəddin» jumalı, o jurnalın nüfuzu və təsiri dayanırdı və bu, bir tərəfdən o qələm mübarizəsinin məzmununda, mündəricatında özünü qabarıq şəkildə göstərirdisə, o biri tərəfdən də forma, üslub baxımından xüsusi bir bədii-estetik özünüifadə tərzi yaradırdı.
     Satira mollanəsrəddinçilərin əsas silahı idi və Mirzə Cəlil də, Ömər Faiq də, Haqverdiyev də, Üzeyir bəyin özü də bir çox ciddi publisist əsərlərin müəllifləri olsalar da, satira, bir küll halında, onların yaradıcılığını səciyyələndirən janr idi. Azərbaycan satirasının bünövrəsi hələ orta əsrlərdə qoyulmuşdu və Azərbaycan ictimai fikri, deyək ki, XVI əsrdə Füzulinin «Şikayətnamə»si kimi ölməz bir satira nümunəsinə malik idi, lakin, xüsusən, XIX əsrin ikinci yarısında satira Mirzə Fətəli Axundovun yaradıcılığında dövrün böyük və mürəkkəb problemlərini ehtiva edəcək qüdrətə malik bədii-estetik və siyasi-ictimai yüksəkliyə qalxmışdı. M.F.Axundovun altı komediyası öz sadə və müdrik gülüşü ilə xalqın ürəyinə yol tapmışdı, xalqın müsahibinə çevrilmişdi.
     «Molla Nəsrəddin» bu cür zəngin ənənəyə malik idi və bu jurnal Azərbaycan satirasının həmin ənənələrini inkişaf etdirərək ona daha artıq bir siyasi-ictimai vüsət verdi və eyni zamanda, bu satiranın peşəkarlıq səviyyəsini qaldırıb onun milli özünüifadəsi üçün münbit bir zəmin yaratdı.
     K.Marks satiradan bəhs edərək yazırdı ki, xalq satirik əsəri oxuyanda özü özünü tanımalıdır, özü öz acınacaqlı vəziyyətini görməlidir, yalnız bu zaman onda mübarizə əzmi, qeyrət hissi baş qaldıra bilər . Bu yerdə istər-istəməz Sabirin:
Niyə bəs böylə bərəldirsən, a qare, gözünü?
Yoxsa bu ayinədə əyri görürsən özünü?!
     misraları yada düşür.
     Burasını da qeyd etmək istərdik ki, ayrı-ayrı fərdi sənətkarlar kimi də Cəlil Məmmədquluzadə gülüşü ilə Üzeyir bəy gülüşü arasında çox üzvi bir yaxınlıq var və hər iki gülüş Xalqa və Vətənə məhəbbətin və ehtiramın ifadəsidir.
     Üzeyir bəy yaradıcılığının ilk dövründə, yəni jurnalistika ilə məşğul olduğu dövrdə Mirzə Cəlil kimi, felyetonları ilə, ürəkdən gələn acı bir sarkazmla dolu məqalələri ilə gülürdü, sonralar isə«Ər və arvad», «O olmasın, bu olsun», «Arşın mal alan» meydana çıxdıqdan sonra, Mirzə Cəlil gülüşü özünü publisistikadan əlavə bədii nəsrdə də ifadə etdiyi kimi, Üzeyir bəy gülüşü də eyni zamanda özünü dramaturgiyada və musiqidə də ifadə etməyə başladı.
     Qəribədir, satiranın Azərbaycan ictimai fikrində, Azərbaycan mətbuatında bu dərəcədə mötəbər bir mövqe qazanmasına baxmayaraq, bəzən, hətta bir sıra görkəmli Azərbaycan ədibləri də satiranın Azərbaycan ədəbi prosesində oynadığı böyük və spesifik rolu qiymətləndirməyi bacarmırdı və bədii-estetik (eyni zamanda, əlbəttə, siyasi-ictimai! Çünki Azərbaycan satirası ilə siyasi-ictimai ideallar uğrundakı mübarizə arasında ən sıx bir bağlılıq var idi!) təfəkkür tərzindəki belə bir məhdudiyyət ara-sıra özünü mətbuat səhifələrində də göstərirdi. Misal üçün, professor Kamal Talıbzadə görkəmli yazıçı və tənqidçi Seyid Hüseynin (Kazımoğlunun) tənqidi yaradıcılığını və fəaliyyətini tədqiq edərkən bu məsələni nəzərdən qaçırmır: «Onun (söhbət Seyid Hüseyndən gedir.) Üzeyir bəy Hacıbəyovun yaradıcılığındakı ideya-sənətkarlıq məziyyətlərini, tənqidi pafosu görə bilməməsi də, şübhəsiz ki, bu məhdudiyyətlər ilə bağlı idi».
     «Molla Nəsrəddin» mübarizə edirdi və onun Vətəndaş qayəsi ilə bağlı bir sıra mühüm siyasi-ictimai səbəblərə görə, əsasən, geriçi mövqeli mətbuat orqanları ilə kəskin mübahisələrində, ideya mübarizəsində Üzeyir bəy də aktiv iştirak edirdi. Misal üçün, «Təzə həyat» qəzeti və həmin qəzetin ətrafında birləşən qazi Mirməhəmmədkərim, S.İbrahimov, Axund Hacı Mirbağır Mirheydərzadə, Ə.Tağızadə və başqalarına qarşı kəskin ideya mübarizəsində C.Məmmədquluzadə, S.Ağamalıoğlu, Ö.Faiq, H.Minasazov, E.Sultanov, R.Məlikov kimi ədiblərlə bərabər, Üzeyir bəy də aktiv surətdə mollanəsrəddinçilər cəbhəsini təmsil edirdi.
     Çarizm müstəmləkəçiliyi 1907-ci ildənəşrə başlamasından bircə il sonra! «Molla Nəsrəddin» jurnalının çapını müvəqqəti olaraq dayandırdı və bu zaman etiraz səsini ucaldan xalq xadimlərindən biri də məhz Üzeyir bəy oldu. O, elə həmin ildə yazdığı «Molla Nəsrəddin» adlı yazısında «müstəbid və müstəbidlər xadimləri haqq və haqqaniyyət üstündə» jumalı sevmədiyini göstərərək yazırdı ki, «haqq və həqiqət acı olduğuna görə», onlar «hökumətə danos verib haqq və həqiqət ağzını yumdurdu... Lakin yumdura bildimi? Bu özgə məsələdir. Bunu, get camaatdan xəbər al, desin!».
     «Molla Nəsrəddin» xalqın təəssübünü çəkirdi və Üzeyir bəy də bu jurnalı müdafiə edərkən bir xalq xadimi kimi, xalqa («camaata») istinad edirdi və buna görə də onun özü Mirzə Cəlillə, digər böyük mollanəsrəddinçilərlə bir yerdə hücumlara məruz qalırdı. Misal üçün 1916-cı ildə «Molla Nəsrəddin»in böyük nüfuz qazanıb öz mübarizəsi, əzmkarlığı, dönməzliyi ilə dövrün siyasi-ictimai-ədəbi mühitində yüksək mövqeyini təsdiq etdiyi bir dövrdə, Üzeyir bəyin yalnız yazıçı-jumalist, maarif xadimi deyil, «O olmasın, bu olsun»un, «Arşın mal alan»ın müəllifi kimi böyük şöhrət tapdığı bir zamanda belə, «Piyadə zövvar» imzası altında gizlənmiş bir nəfər «Tuti» jurnalında yazırdı: «...Aç qapını, gəlib səni öldürək!» («O olmasın, bu olsun»dakı gülünc qoçuların oxuduğu məşhur xorun sözləri.). Toz-torpaq yarılıb içindən iki şəxs nümayan oldu. Hərəsinin əlində bir uzun ağac, ağacın da başında bir parça kağız. Dedim: Yəqin «Molla Nəsrəddin» jurnalının böyük müdiri ilə kiçik müdirləridir; şəhər-şəhər gəzib «şüddə» gəzdirəndən sonra qayıdıb işlərinə başlamaq istəyirlər. Baxdım, xeyr, ağacın başındakı qəzetdir. Diqqətlə baxanda gördüm ki, orada böyük xətlərlə yazılıbdır: «Bəradəran Hacıbəyovların direksiyası tərəfindən mövqe-tamaşaya qoyulacaq «Gün buralara, kölgə dağlara...».
     Bu nadan «zövvar» (zəvvar), əlbəttə, doğrudan da, piyada idi, bu yerişlə, yəni bu əqidə və qabiliyyətlə ziyarət yerinə gedib çata bilməyəcəkdi (bunu tarix göstərdi!), lakin hər halda, bu nadan «zəvvar»lar «Molla Nəsrəddin» işığının, mollanəsrəddinçilər amalının və əməlinin qarşısında sədd çəkə bilməsələr də, zəhərləyirdilər, sancırdılar... Lakin bütün dövrlərdə, bütün epoxalarda belə olmayıbmı? Mürtəcelik həmişə irəliləyişi, geriçilik yeniliyi, bir tərəfdən kosmopolitizm, bir tərəfdən də yalançı millətçilik həqiqi milliliyi, cəhalət və nadanlıq vətənpərvərliyi, şəxsi firavanlıq ehtirası Vətəndaşlığı zəhərləməyə, sancmağa çalışmayıbmı? Həmişə belə olub, lakin nəticə etibarilə böyük qələbə həmişə İstedadın, Vətəndaşlığın tərəfində olub və Azərbaycan ictimai Hkrininmədəniyyət tarixinin Üzeyir Hacıbəyov təcrübəsi də bunu neçənci dəfə əyani və parlaq şəkildə təsdiq edib.
     «Molla Nəsrəddin» mövqeyinə, «Molla Nəsrəddin» amalına və mübarizəsinə qarşı müxalifətdə dayanan qaragüruh yalnız cahil mollaların fitvası, nadan qoçuların hədəsi ilə kifayətlənmirdi, artıq qeyd etdiyimiz kimi, geriçi mətbuatdan da geniş istifadə olunurdu, ardı-arası kəsilməyən böhtan və təhqir dolu məktublar qəzet və jurnal redaksiyalarına göndərilirdi və «Həqiqət» qəzetinə göndərilən bu tipli məktublarla bağlı Üzeyir bəy yazırdı ki, həmin «məktublar idarəmizin («Həqiqət»in redaksiyası nəzərdə tutulur.) ən əziz malı olubdurlar. Biz onları həmişə saxlayacağıq ki, əvvəla, millət mühakimələrinə pişnəhad edək və saniyən gələcək övladımız o məktublar vasitəsilə bizim indiki halımızdan müxbir ola bilsinlər»‘.
     Bizim üçün çox əlamətdar bir cəhət burasıdır ki, hücumlara məruz qaldıqları bu ağır məqamlarda belə, Üzeyir bəy kimi sənətkarlar xalqın gələcəyinə böyük inamlarını itirmirdilər. Hərgah diqqət etsək, Üzeyir bəyə yuxarıdakı acı sözləri yazdıran əhvaliruhiyyənin özündə bir nikbinlik, bir inam var gələcək nəslin («gələcək övladımız»!) açıq təfəkkürünə, ayıq şüuruna inam, həqiqətə inam və həqiqətin bərqərar olacağına inam.
     Bunu da qeyd etmək lazımdır ki, dövrün qabaqcıl ziyalıları Üzeyir bəyin jurnalistik fəaliyyətini və həmin fəaliyyətin təcrübi əhəmiyyətini, təsirini yüksək qiymətləndirirdi. Misal üçün, özü də böyük bir qeyrətlə, fədakarlıqla xalqına xidmət edən jumalist Ömər Faiq Nemanzadə bəzi məqamlarda Üzeyir bəyin mülahizələri ilə mübahisə etsə də, 1916-cı ildə çap etdirdiyi «İşığımız sönməyəcəkdir» adlı məşhur məqaləsində yazırdı: «Bu son çağlarda milli ehtiyac və diləklərimizdən ötrü yazılmaqda olan məqalələr bizim mətbuatımızda öz yoluna, öz həyatının qeydinə yavaş-yavaş düşmək istədiyini göstərən birər şahi     Bu sözləri söylədiyi zaman 44 yaşlı Ömər Faiq Azərbaycan mətbuatının inkişafı yollarında, özü də məhz «milli ehtiyac və diləklərimiz» istiqamətli inkişafı yollarında saç ağartmış təcrübəli, sınaqlardan çıxmış bir ədib idi. Üzeyir bəyin isə yaşı otuzu yenicə haqlamışdı və onun «milli ehtiyac və diləklərimiz» naminə yazılmış əsərlərinə verilən bu yüksək qiymətin kontekstində həmin yaş fərqi də əlamətdar idi: yeni nəsil özündən əvvəlki nəslin fəaliyyətini davam etdirirdi, olsun ki, daha artıq nailiyyətlər qazanırdı və yaşlı nəsil bunu görür və qiymətləndirirdi, sevinirdi.
     Mirzə Cəlilin də, Sabirin də, Ömər Faiqin də, Üzeyir bəyin də, başqa böyük qələm sahiblərimizin də arasındakı belə bir əqidə və əməl birliyi bəzən, hətta konkret bir mövzunun təxminən eyni tərzli bədii ifadəsinə gətirib çıxarırdı və bu, təkrar deyildi, bir-birini yamsılama deyildi, həmin siyasi-estetik birliyin göstəricisi idi; xalqın dərdi eyni idi, o dərd xalqın xadimlərini eyni dərəcədə yandırırdı və o dərdə münasibət də eyni mövqeyin ifadəsi idi. Misal üçün, 1910-cu ildə Sabir nadan bir atanın dilindən bu gün məşhur olan misralarını yazırdı:
Oğul mənimdir əgər, oxutmuram, əl çəkin!
Eyləməyin dəngəsər, oxutmuram, əl çəkin!
     Elə həmin ildə Üzeyir bəy «Maarif işləri, yaxud şurayi-valideyn» adlı felyetonunda eyni başabəla atanın dilindən deyirdi: «Cənabi-müdiri-məktəb, sən mənim oğlumu kafir eləmək istəyirsən, amma mən razı olmayacağam... Baba, oğul mənim deyilmi? Mənim oğluma onlar lazım deyil!» .
     Mirzə Bu cür analoji misalların sayını artırmaq olar və bu yerdə Üzeyir bəyin işlətdiyi bir söz«vergi» sözü bizim yadımıza düşdü.
     Mirzə «Azərbaycan dilinin izahlı lüğəti»ndə bu söz belə izah edilir: Vergi fövqəladə istedad, qabiliyyət.
     Mirzə Üzeyir bəy yazırdı: «Mən heç başa düşə bilmirəm ki, bu «Molla Nəsrəddin»in o şəkil çəkənləri bu adamların (müstəmləkəçi çinovniklərin, nadan mollaların, «boynu qraxmallı» ziyalıların, yalançı millət qəhrəmanlarının, qolugüclü «naçalnik»lərin, cibi dolu milyonçuların və s..) şəklini necə çəkir ki, lap özlərinə oxşadır. Əqlim kəsir ki, bu, «vergi»dir.
     Mirzə Burada, əlbəttə, «Molla Nəsrəddin»in o şəkil çəkənləri rəmzi məna daşıyırdı, söhbət yalnız Əzim Əzimzadənin, yaxud
     Mirzə O.Şmerlinqin, İ.Rotterin çəkdiyi şəkillərdəndövrün tipləri qalereyasından getmirdi, söhbət bütün mollanəsrəddinçilərin, daha dəqiq desək, mollanəsrəddinçiliyin həqiqi bir ürək ağrısı ilə və xalqa xidmət ehtiyacının, istəyinin qarşıya qoyduğu məqsədlə zamanın, quruluşun, xalqın siyasi-ictimai dərdlərini açıqlamasından gedirdi və Üzeyir bəyin yazdığı o «vergi» onun özünün də yaradıcılığını parlaq şəkildə səciyyələndirirdi.
     Mirzə Üzeyir bəyin dediyi o «vergi» daha geniş mənada xalqın milli-mənəvi inkişafı naminə, xalqın və Vətənin azadlığı naminə həmin «vergi» sahiblərini də, həmin «vergi» təəssübkeşlərini də birləşdirirdi...
     Mirzə «Vergi»yni zamanda, xalqa xidmət ehtirası...

3-CÜ FƏSİL «ÜRƏKDƏ BİR ŞÖVQ VAR İDİ...»
«...savaddan başqa bir də ürəkdə bir dübr və şövq lazımdır...»
Üzeyir Hacıbəyov
1.


     1912-ci ilin yayında 27 yaşlı Üzeyir Hacıbəyov həyat yoldaşı Məleykə xanım Hacıbəyova-Terequlova ilə birlikdə Jeleznovodska getmişdi və oradan dostu və məsləkdaşı Müslüm Maqomayevə göndərdiyi məktubda yazırdı: «İyunun 21-dən Jeleznovodskdayıq. Məleykə müalicə olunur, mən isə piano çalmağı öyrənməyə başlamışam. Burada özümə müəllimə tapmışam, o, həftədə 3 dəfə mənimlə məşğul olur və hər gün onun royalından istifadə edirəm, bunun üçün ayda 15 manat verməliyəm» .
     Bu məktubdakı «piano çalmağı öyrənməyə başlamışam» sözlərini, əlbəttə, tam müstəqim mənada başa düşmək düzgün deyil, söhbət peşəkar musiqi təhsilini davam etdirməkdən, məşqdən gedir (Üzeyir bəy tar çalırdı, hələ Qori seminariyasında oxuyarkən gözəl skripka çalırdı bir il əvvəl, yəni 1911-ci ildə Moskva filarmoniyasının nəzdində şəxsi kurslarda təhsil almışdı), lakin indiki halda bizi maraqlandıran, bizim üçün əlamətdar görünən başqa cəhətdir: 27 yaşlı tanınmış ədib, bəstəkar qərib yerdə arvadının müalicəsindən belə istifadə edib öz peşəkar musiqi təhsilini artırır, bir il sonra isə 1913-cü ilin avqustunda artıq 28 yaşlı Üzeyir bəy parlaq şəkildə qəbul imtahanlarını verib Peterburq konservatoriyasına daxil olacaqdı...
     Bu işıqlı bioqrafiyanı öyrəndikcə düşünürsən: bəs «piano çalmağı» 27 yaşında yox, 7 yaşında «öyrənməyə başlasaydı», Peterburq konservatoriyasına 28 yaşında yox, 18 yaşında qəbul olunsaydı, nə olardı? Çarizm müstəmləkəçiliyi siyasətinin nəticəsi olan bu «gecikmə» nə qədər əsərlərinoperaların, baletlərin, simfoniyaların bahasınadır?
     Düzdür, Üzeyir bəy 28 yaşında Peterburq konservatoriyasına daxil oldu, lakin bu «gecikmənin» o biri üzü də var idi: 28 yaşlı bu tələbə artıq ilk Azərbaycan operalarının müəllifi olmaqdan savayı, öz xalqının nüfuzlu və görkəmli jurnalisti idi və onun parlaq publisistikası öz həmvətənlərinin yalnız incəsənət, mədəniyyət sahəsində yox, ümumiyyətlə, ictimai həyatın hər bir sahəsində milli özünüifadə və özünütəsdiqdə geri qalmaması, «gecikməməsi» naminə zəmanənin qolugüclüləri ilə barışmaz və yorulmaq bilməyən mübarizə aparırdı.
     Üzeyir bəy bir qələm sahibi kimi, həmin nüfuzu nisbətən qısa bir müddətdə, lakin son dərəcə coşğun bir fəaliyyət nəticəsində qazanmışdı və bu fəaliyyəti bir-biri ilə üzvi vəhdətdə olan, bir-birini tamamlayan iki cəhət səciyyələndirirdi: fitri istedad və xalqa bağlılıq, istedadı xalqın mənafeyi naminə sərf etmək.
     1905-ci ildə «İrşad» qəzeti nəşrə başlayanda iyirmi yaşlı Üzeyir bəy də həmin qəzetdə M.Ə.Sabir, N.Nərimanov, Ö.F.Nemanzadə, S.M.Əfəndiyev və başqaları kimi qələm sahibləri ilə birlikdə xalqın inkişafı naminə iş görürdü və bu cavan müəllif öz təcrübəli həmkarlarının yanında qətiyyən zəif, sadəlövh, necə deyərlər, dişsiz görünmürdü; əlbəttə, onun yazdığı məqalələrdə, felyetonlarda gənclik şövqü, ehtirası var idi (iyirmi yaş!), lakin bu şövq, ehtiras yalnız öz-özlüyündə deyildi, özünü çılpaq şəkildə ifadə etmirdi, şəxsi hisslərini, şəxsi mənafeyini xalqın mənafeyinə qurban verməyi bacaran, xalqı dəruni bir məhəbbətlə sevən və yalnız bu «passiv sevgi» ilə kifayətlənməyib, xalqın gələcəyi ilə bağlı işıqlı ideallar naminə qələmlə mübarizə aparan Vətəndaşlıqla vəhdət təşkil edirdi.
     Üzeyir bəyin publisist fəaliyyəti, onun satirası milli ədəbi ənənələrdən qidalanırdı və o da öz böyük qələm dostları Cəlil Məmmədquluzadə kimi, Mirzə Ələkbər Sabir kimi gülə-gülə ağlayırdı.
     Müqayisəedilməz dərəcədə mənəvi-əxlaqi yüksəklikdə durduğu üçün Üzeyir bəy çarizmin müstəmləkəçilik siyasətini həyata tətbiq edən ən kiçik çinovniklərdən tutmuş P.A.Stolıpinəcən, K.P.Pobedonostsevəcən, V.M.Purişkeviçəcən, hətta imperator II Nikolayın özünəcənbütün istibdadı öz öldürücü satirasının qəhrəmanlarına çevirirdi, onlara gülməyi bacarırdı, lakin bu gülüş xalqın iztirabları ilə yoğrulmuşdu, bu gülüşün əsasında xalqın milli hüquqsuzluğundan, ağır güzəranından, nadanlıq və cəhalətin əslində müstəmləkəçiliklə müttəfiq kimi çıxış etməsindən qopub gələn bir ağrı dayanırdı.
     Üzeyir bəy 1938-ci ildə yazırdı: «Mənim yaradıcılığıma Mirzə Fətəlinin yazdığı əsərlərin böyük təsiri olmuşdur» və uzaq uşaqlıq çağlarında Haşım bəy Vəzirov başda olmaqla Şuşa ziyalılarının M.F.Axundovun «Sərgüzəşti vəziri-xani-Lənkəran» əsəri üzrə verdikləri tamaşaya baxmağını xatırlayırdı: «Mirzə Fətəli pyesləri məndə birinci dəfə teatr əsəri yaratmaq həvəsi oyatdı».
     Mirzə Fətəli milli bədii gülüşünün doğurduğu bu həvəs Üzeyir bəy publisistikasında (daha sonralar isə dramaturgiyasında) eyni dərəcədə milli bədii ifadəsini tapmışdı, lakin bu yerdə biz bir faktı xüsusi olaraq qeyd etmək istəyirik: hələ 1917-ci ildə Üzeyir bəy özünün bir sənətkar kimi yetişməyində M.F.Axundovun «Hacı Qara», «Dərviş Məstəli şah», «Vəziri-xani-Lənkəran» kimi komediyalarının rolu ilə birlikdə Ə.Haqverdiyevin «Dağılan tifaq» faciəsinin də adını çəkir.
     Bu fakt bizim üçün ona görə əlamətdar görünür ki, Üzeyir bəy publisistikasının məhz gülə-gülə ağlamaq xüsusiyyətini bir daha açıqlayır: komediya ilə faciənin vəhdəti; xalqı sevdiyin üçün, xalqın dərdinə yandığın üçün gülə bilmək bacarığı.
     Bizim mətbuat tariximizi yaxşı bilən professor Nazim Axundov yazır: «Azərbaycan mətbuatı tarixində (söhbət inqilaba qədərki dövrdən gedir.) 100-dən çox müəllif felyeton janrında əsər yazmışdır. C.Məmmədquluzadə, Ü.Hacıbəyov, N.Nərimanov, M.S.Ordubadi, Ə.Qəmküsar, H.İ.Qasımov və b. felyetonlarını oxuyarkən onların arasındakı fərqi duymamaq mümkün deyil».
     Əlbəttə, professor haqlıdır, çünki söhbət tamam fərdi istedad sahiblərindən gedir, lakin elə buradaca biz, metodoloji cəhətdən tamamilə yanlış bir mülahizə ilə rastlaşırıq: «Felyeton vasitəsilə həyatın geniş epik təsvirini vermək imkanı yoxdun) .
     Təəccüblüdür, məgər elə həmin adı çəkilən müəlliflərin qələmindən çıxan felyetonlar bir küll halında yarandıqları, necə deyərlər, bəhrələri olduqları epoxanın «geniş epik təsvirini» vermirmi? Məgər biz bu felyetonların sayəsində dövrün siyasi-ictimai və əxlaqi problematikasını bütün genişliyi ilə görmürükmü?
     Görürük.
     Mirzə Cəlilin də, Üzeyir Hacıbəyovun da, Nəriman Nərimanovun da felyetonlarıhər bir felyeton ayrı-ayrılıqda dəqiq ölçülüb-biçilmiş və ustalıqla yerində istifadə edilmiş inşaat materialımöhkəm kərpiclər idi və onlar yorulmadan, usanmadan birbir hörülərək böyük sarayların vüsətini əldə edirdilər; hər bir felyeton küllün kiçik bir hissəsi idi və həmin küll dövrün parlaq «epik təsvirini» verirdi, mübarizə aparırdı, bu mübarizənin qətiliyi və qadirliyi gələcəyin zəfərlərindən xəbər verirdi...
     Bizim böyük qələm sahiblərimizin felyeton yaradıcılığında da mövzu dairələri çox geniş idi və zamanın «geniş epik təsvirini» verə biləcək ən aktual problemlər burada öz əksini tapırdı. Yalnız elə Üzeyir Hacıbəyov yaradıcılığı baxımından Azərbaycan felyetonununbu məxsusi məktəbin mövzu rəngarəngliyinə diqqət edək: çarizm üsuli-idarəsinin ifşası, milli hüquq tələbi, ana dilinin qorunması, cəhalət və nadanlığa qarşı mübarizə, elm, maarif, mədəniyyət təəssübü, Cənubi Azərbaycan problemi, gündəlik güzəranın ağırlığı, milli istismara qarşı etiraz... Biz hələ mövzuları xırdalamır, onların qruplar üzrə təxmini bölgüsünü veririk.

<< 1 / 2 / 3 / 4 >>

Bölmə: Azərbaycan ədəbiyyatı | Əlavə edildi: azerhero (28.08.2014) | Müəllif: R.C E W
Baxış: 661 | Reytinq: 0.0/0
Bütün rəylər: 0
omForm">
avatar

Kitablar — zamanın dalğaları ilə səyahət edən və nəsildən-nəslə öz qiymətli yükünü ehtiyatla aparan fikir gəmiləridir.

- Frensis Bekon

Son 90 gün ərzində kitab oxumamaqdan daha pisi kitab oxumadığına görə narahat olmamaqdır.

- Cim Ron

Kitabları yandırmaqdan daha pis şey onları oxumamaqdır.

- Rey Bredberi

Yaxşı kitab aysberqə oxşayır, onun yeddi-səkkiz hissəsi suyun altında gizlənib.

- Ernest Heminquey

Kitablarım mənə çatacaq qədər böyük bir krallıqdır.

- Shakespeare

Mən, kitablarımı yaratmadan əvvəl, kitablarım məni yaratdılar.

- Montaigne

Kitabsız yaşamaq; kor, kar, dilsiz yaşamaqdır.

- Seneca

Bu günün gərçək universiteti, bir kitabxanadır.

- Carlyle

Kitab, tək ölümsüzlükdür.

- Rufus Choate

Exlaqa uyğun ya da zidd kitab deyə bir şey yoxdur. Kitablar ya yaxşı yazılmışdır, ya da pis. Hamısı bu qədər!

- Oscar Wilde

Ümidlə açılıb qazancla bağlanan bir kitab, yaxşı bir kitabdır.

- Alcott

Kitablar, itmiş başların abidələridir.

- Sir William Dave

Kitablar, heç solmayacaq bitkilərdir.

- Herrick

Kitab heç aldatmayan bir yoldaşdır.

- Guilbert De Pixrecourt

Axmaqlarla oturub-durmaqdansa , kitabla tənha oturmaq yaxşıdır.

- Qasım bəy Zakir

İnsan güc ilə yox, mütaliə etməklə ağıllanır.

- C.Bruno

Az bildiyini başa düşmək üçün çoxlu oxumaq lazımdır.

- Mişel Monten

Kitablar özünüzə və başqalarına hörmət etməyi öyrədəcək, ürəyi və ağlı, dünya və insanlıq sevgisiylə dolduracaq.

- Maksim Gorki

Kitab həyatın ən uzaq və qaranlıq yollarında insana işıq bəxş edən əfsanəvi çıraqdır

- A.M.Upit

BAKI QIZLAR UNİVERSİTETİ
1992-ci ildə təsis edilən və həmin vaxtdan da fəaliyyətə başlayan Bakı Qızlar Universitetinin (əvəllər Bakı Ali Pedaqoji Qızlar Seminariyası adlanırdı) yaradılmasında məqsəd respublikada qadın pedaqoji kadrlar yetişdirmək, onların intellektual səviyyəsini yüksəltmək və gənc qızları ailə həyatına hazırlamaqdan ibarətdir. Hazırda universitetdə "Sosial pedaqoji” və "Filologiya-tarix” fakültələri fəaliyyət göstərir. "Sosial pedaqoji” fakültədə "Təhsildə sosial-psixoloji xidmət”, "Psixologiya”, "Coğrafiya müəllimliyi”, "ibtidai sinif müəllimliyi”, "Məktəbəqədər təlim və tərbiyə”, "Riyaziyyat və informatika müəllimliyi”, "Filologiya-tarix” fakültəsində isə "Xarici dil (ingilis) müəllimliyi”, "Azərbaycan dili və ədəbiyyat müəllimliyi”, "Tarix müəllimliyi”, "Jurnalistika” üzrə bakalavr, "İbtidai sinifdə tədrisin metodika və metodologiyası”, "Pedaqogika nəzəriyyəsi və tarixi”, "Azərbaycan ədəbiyyatı”, "Azərbaycan dili”, "Azərbaycanın yeni və ən yeni tarixi” sahəsində magistratura səviyyəsində kadr hazırlığı aparılır.
Bakı Qızlar Universiteti Nazirlər Kabinetinin 1996-cı il fevralın 21-də 21 saylı sərəncamı ilə dövlət qeydiyyata alınmışdır. 2013-cü ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin lisenziya komissiyası BQU-nun çoxilli fəaliyyətinin, onun yüksək maddi-texniki bazasının, infrostrukturunun, təlim-tərbiyə sisteminin Azərbaycan Respublikası təhsil Qanununa Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Ali təhsil Müəssisələrinin fəaliyyətinə xüsusi razılıq (lisenziya verilməsi haqqında qərarına, Azərbaycan Respublikası Təhsil Nazirliyinin sənədlərinə uyğn qurulduğunu, pedaqoji kadrların hazırlanmasında əldə olunmuş nailiyyətlərini nəzərə alaraq universitetin fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsini məqsədəuyğun hesab etmişdir. Eyni zamanda 2013-cü ildə universitet akreditasiyadan keçmişdir. Universitetdə müxtəlif fənnlər üzrə kabinetlər, dörd kopüter otağı, kitabxana, badii yaradıcılıq studiyası, tələbə elmi cəmiyyəti, Tələbə Gənclər təşkilatı, dörd dərnəklər, nəşriyyat, idman zalı, yeməkxana, kadrlar şöbəsi və mühasibatlıq fəaliyyət göstərir.
Learn more