Əsas » Məqalə » Dünya ədəbiyyatı |
Uilyam Şekspir (ing. William Shakespeare, 26 aprel 1564 – 23 aprel 1616) — ingilis dramaturq, şair və aktyor, dünya ədəbiyyatının ən məşhur dramaturqlarından biri, ən azı 17 komediyanın, onlarla tarixi pyesin, 11 faciənin və sonetlər silsiləsinin müəllifi. Həyatı-Şekspir 1564-cü ildə İngiltərənin Stratford şəhərində anadan olmuşdur. 1585-1592-ci illərdə Londonda yaşamışdır. Londonda aktyor, yazıçı və teatr şirkətinin təsisçilərindən biri kimi fəaliyyət göstərmişdir. Şekspir 1613-cü ildə doğma şəhəri Stratforda qayıtmış və üç il sonra vəfat etmişdir. Yaradıcılığı-Şekspir əsərlərinin əksəriyyətini 1590-1612-ci illərdə yazmışdır. O, həm komediya, həm də faciə janrlarında eyni dərəcədə uğur əldə edə bilən nadir dramaturqlardan sayılır. "Hamlet", "Otello", "Romeo və Cülyetta", "Maqbet", "Kral Lir" kimi əsərləri dünya ədəbiyyatının nadir inciləri sırasıdadır. Şekspirin süjet, dil və janr müxtəlifliyi ilə biri-birindən seçilən əsərləri Avropa teatr sənətinin və ədəbiyyatının inkişafına misilsiz dərəcədə təsir göstərmişdir. Qələmə aldığı dramlarda yaratdığı inanılmaz dərəcədə çoxsaylı və rəngarəng insan obrazları o dövr Avropa ədəbiyatında geniş yayılmış cansız və yeknəsək obraz və daha dəqiq desək, prototiplərlə zəngin əsərləri kölgədə qoyur. Yaratdığı Makbiz və Şilok kimi obrazlar bəzən xoşagəlməz hərəkətlərə yol versələr də tamaşaçıların rəğbətini qazana bilirlər. Çünki onlar sadəcə qüsurları olan insan obrazlarıdır. Şekspirin əsərlər dünyanın bir çox dillərinə tərcümə olunmuş, dram əsərləri dünyanın əksər teatrlarında tamaşaya qoyulmuşdur. Şekspir və Azərbaycan-Azərbaycan teatrının inkişafında Şekspir əsərlərinin tamaşaya qoyulması müstəsna rol oynamışdır. Görkəmli Azərbaycan yazıçı və dramaturqları onun faciə və komediyalarıni (bəzilərini dəfələrlə) Azərbaycan türkcəsinə çevirmişlər. Bunların böyük qismi ruscadan, az hissəsi ingiliscədən tərcümə olunmuşdur. Azərbaycan şairləri Şekspirin sonetlərini bir neçə dəfə tərcümə etmişlər.
| |
Baxış: 2777 | |
Bütün rəylər: 0 | |