Əsas » Məqalə » Dünya ədəbiyyatı

Uilyam Şekspir-Maqbet
Maqbet

İngilis dilindən tərcümə edəni Sabir Mustafa


İştirak edənlər:
Dünkan – Şotlandiya kralı
Малколм
Donalbayn kralın oğulları
Maqbet
Banko - qoşun sərkərdələri
Makduf Şotlandiya əyan-əşrəfləri
Lenoks
Ross
Mentes
Anqus
Kentes
Flins –Bankonun oğlu
Sivard – Nortamberlend kralı
Eyan Sivard- onun oğlu
Seyton -Maqbetin zabitlərindən
Makdufun oğlu
İngilis həkimi
Şotland həkimi
Əsgər
Qapıçı
Bir qoca
Ledi Maqbet
Ledi Makduf
Ledi Maqbetin yanında saray qəyyumu
Hekata
Üç cadugər

Lordlar, əyanlar, zabitlər, əsgərlər, qatillər, xidmətçilər və qasidlər
Bankonun ruhu və başqa zəyallar
Hadisələr Şotlandiyada və İngiltərədə vaqe olur

BİRİNCİ PƏRDƏ

BİRİNCİ SƏHNƏ


    Açıq bir yer. Şimşək çaxır, ildırım düşür.
    Üç cadugər peyda olur.
Birinci cadugər.
    Bir də haçan gələk? Yağış yağanda,
    Ya tufan qopanda, şimşək çaxanda?
    İkinci cadugər. Bu qanlı çarpışma bitdiyi zaman.
    Üçüncü cadugər. Bu, yəqin qurtarar gün batanacan.
    Birinci cadugər. Harda görüşəyin?
    İkinci cadugər. Uzaq səhrada.
    Üçüncü cadugər. Maqbet də olacaq mütləq orada.
    Birinci cadugər. Pişikin ovuldayır, vaxtdır, gedəyin.
    İkinci cadugər. Qurbağa çağırır, pərvaz edəyin.
    Hamısı.
    Xeyir şər deməkdir, şər isə xeyir.
    Süzək buludlarda, alovlansın yer.
    Qeyb olurlar.

İKİNCİ SƏHNƏ


    Forres yaxınlığında düşərgə. Səhnə arxasından döyüş hayqırtıları gəlir.
    Kral Dunkan, Malkolm, Donalbayn, Lenoks məiyyətlə daxil olurlar. Onlar yaralı bir əsgər görürlər.
D u n k a n.
    Qanına bələnmiş bu adam kimdir?
    Mənə elə gəlir, qiyam barədə
    O təzə bir xəbər söyləyə bilər.
M a 1 k o 1 m.
    O həmin əsgərdir, qanlı vuruşda
    Cəsur, alicənab bir döyüşçü tək
    Məni əsirlikdən xilas eylədi.
     (Döyüşçüyə)
    Salam, igid dostum! Danış krala,
    Döyüş nə yerdəydi sən gələn vaxtı?
Ə s g ə r.
    Hələ qalib, məğlub bilinməyirdi.
    Dənizdə sarmaşıb biri-birinə
    Heç yana, heç yerə üzə bilməyən
    İki əldən düşmüş üzgüçü kimi,
    Qoşunlar sarılıb biri-birinə
    Qalmışdı meydanda dəhşət içində.
    Qiyamçıya layiq hər rəzaləti
    Özündə bir yerdə təcəssüm edən
    Amansız Makdonald İrlandiyadan,
    Qərbi adalardan kömək alırdı.
    Yaman çoxalmışdı onun dəstəsi.
    Təsadüf köləsi satqın tale də
    Alçaq qiyamçının aşnası təkin
    O mənfur qiyama baxıb gülürdü.
    Fəqət faydasızdı bütün qüvvələr.
    Bu vaxt igid Maqbet
     (bu igid sözü necə də yaraşır onun adına)
    Taleyin gözünə nifrətlə baxdı.
    İrəli şığıyıb açdı yolunu.
    Göydə oynatdıqca polad qılıncı
    Almaz tiyəsindən qan buğlanırdı.
    Gedib azğın qulla durdu üz-üzə.
    Ona əl vermədən, bir söz demədən
    Onu iki böldü tən ortasından.
    Başmı bədəndən üzüb bir anda
    Qalanın bürcünə keçirdi dərhal.
D u n k a n.
     Ah, igid qardaşım; ah, cəsur insan!
Ə s g ə r.
    Günəş açıq göydə şəfəq saçarkən
    Qara bulud qalxıb, ildırım çaxıb
    Dəhşətli fırtına qopduğu kimi,
    Bizim də səadət çeşməmiz birdən
    Çevrildi fəlakət burulğanına.
    Şotlandiya kralı, yaxşı dinləyin: ,
    Ədalət yenicə çıxmışdı taxta,
    Şöhrət qılıncıyla hücuma keçib,
    Qorxaq kernləri dabanlarına
    Tüpürüb qaçmağa məcbur eylədik.
    Bu zaman fürsəti keçirib ələ,
    Yeni qüvvə ilə Norveç kralı
    Aldı üstümüzü bir an içində.
D u n k a n.
    Bu bizim yenilməz sərdarlarımız
    Maqbeti, Bankonu qorxutmadımı?
Ə s g ə r.
    Bəli, dovşan şiri, sərçə qartalı
    Qorxudub dəhşətə saldığı kimi.
    Mən haqqı danışsam, deməliyəm ki,
    Onlar alov saçan toplar sayağı
    Düşmənin başına od yağdırırdı.
    Bilmirəm onların məqsədi nəydi?
    Buğlanan, qaynayan qan dənizində
    Çimməkmi keçirdi ürəklərindən,
    Yoxsa ki yaratmaq istəyirdilər İkinci
    Qolqofa müsibətini?!
    Taqətim kəsilir, sustalıram, ah,
    Məni yaralarım yaman incidir.
D u n k a n.
    Bədənində olan yaralarıntək
    Sözlərin də sənə gözəl yaraşır.
    Onlarda duyulur şərəf, ləyaqət. –
    Həkimin yanına aparın onu. (Əsgəri apanrlar). (Ross
    və Anqus daxil olurlar). -. Kimdir bura gələn?
M a 1 k o 1 m.
    Hörmətli tan Ross.
L e n o k s.
    Necə də od saçır onun gözləri!
    Möcüzə deyəcək adamın yalnız
    Gözləri beləcə alışa bilər.
R o s s.
    Yaşasın hökmdar!
D u n k a n.
    Bir söylə görək,
    Sən hardan gəlirsən, ey möhtərəm tan?
R o s s.
    Fayfdan gəlirəm, ulu hökmdar.
    Norveç bayraqları tutdu göyləri,
    Dəhşətdən titrədi bizim adamlar.
    Böyük ordusuyla Norveç kralı
    Birləşdi satılmış Kavdor tanıyla,
    Bizimlə başladı qanlı döyüşə.
    Özünü köməyə yetirdi bu vaxt
    Bellonanın - o hərb ilahəsinin
    Nişanlısı polad zirehli Maqbet.
    Namərd kral ilə durdu üz-üzə,
    Dayandı qol-qola, qılınc-qılınca.
    Gücdə, ləyaqətdə eyniydi onlar.
    Qırıldı vüqarı məğrur kralın.
    Sözün müxtəsəri, biz qalib gəldik.
D u n k a n.
    Nə böyük səadət!
R o s s .
    Norveç kralı
    Sven xahiş edir, sülh bağlayaq biz.
    Çünki biz icazə vermədik ona,
    Öltnüş əsgərləri dəfn elətdirsin.
    Bununçün Sent-Kolm adasında o
    Bizə on min dollar ödəməlidir.
D u n k a n.
    Daha Kavdor tam xəyanət etməz.
    Haydı get, əmr ver, yağıdan öc al,
    Qoy edam etsinlər satqını dərhal
    . Onun rütbəsini alacaq Maqbet,
    Bizim adımızdan onu təbrik et.
R o s s.
    İcra olunacaq əmr, hökmdar.
D u n k a n.
    O nə itiribsə, Maqbet qazanar.
    Gedirlər.

ÜÇÜNCÜ SƏHNƏ


    Səhra. Göy gurultusu. Üç cadugər daxil olur.
Birinci cadugər.
    Söylə, sən hardaydın, mehriban bacım?
İkinci cadugər.
    Donuz öldürürdüm.
Üçüncü cadugər.
    Bəs sən hardaydın?
B i r i n c i c a d u g ə r.
    Of, bir dənizçinin şişman arvadı
    Şabalıd doldurub öz ətəyinə,
    Ağzını marçamarç marçıldadırdı.
    "Birini mənə ver" - deyə yalvardım.
    O sağırsı kötük çımxırdı mənə,
    "Cəhənnəm ol, - dedi, - cadugər qarı".
    Onun əri çıxıb uzaq səfərə,
    İndi "Pələng" adlı bir gəmidədir.
    Üz tutub Aleppo şəhərinə o.
    Köstəbəyə dönüb elə bu saat
    Xəlbirdə üzərəm oraya rahat.
    Gözümdə qoymaram arzu-kamımı,
    Alaram, alaram intiqamımı.
İkinci cadugər.
    Sənə bağışlaram küləyimi mən.
Birinci cadugər.
    Təşəkkür edirəm candan-ürəkdən.
Üçüncü cadugər.
    Mən də küləyimi verərəm sənə.
Birinci cadugər.
    Başqa qüvvələrsə tabedir mənə.
    Mənim hökmümdədir bütün ümmanlar,
    Yellərin əsdiyi yerlər, limanlar.
    Onu qurudaram quru ot kimi,
    Gecə-gündüz yatmaz, yanar od kimi.
    İncələr, üzülər, artar qubar.
    Onun qan sağılmış göz qapaqlan
    Qapının üstündə çardaq sayağı
    Bir daha, bir daha enməz aşağı.
    O inlər dustaq tək möhnət içində,
    Düz qırx gün, qırx gecə zillət içində.
    Gəmisi tufanda qərq olmasa da,
    Atılar-düşər hey qorxunc dəryada.
    Bir görün, nəyim var!
İkinci cadugər.
    O nədir, axı?
Birinci cadugər.
    Bədbəxt dənizçinin bir baş barmağı.
    O yığvalı dönmüş evə gələndə
    Dənizdə batıbdır dumanda, çəndə.
    Səhnə arxasından təbil səsi eşidilir.
Ü ç ü n c ü c a d u g ə r.
    Təbil, təbil səsi, qulaq asın bir.
    Qəhrəman Maqbetdir, döyüşdən gəlir.
    Haffusı.
    Biz üç sirli bacıyıq,
    Tilsimlərin tacıyıq. ,
    Möhkəm tutub əl-ələ,
    Dəniz ilə, yer ilə
    Dolanırıq hər yam,
    Dolanırıq dünyanı.
    Sənə doğru üç dəfə,
    Mənə doğru üç dəfə,
    Üç dəfə də əlavə,
    Doqquz yol vurub dövrə .
    Rəqs edirik birgə biz.
    Budur bizim sehrimiz.
    Maqbetlə Banko gəlirlər.
Maqbet.
    Mən belə bir müdhiş, belə bir gözəl,
    Qəribə, təzadlı gün görməmişəm.
Banko.
    Buradan Forresə nə qədər yol var.
     (Cadugərləri görür).
    Görən, bunlar kimdir? Ah, o vəhşilər
    Necə də arıqdır, necə də zəif!
    Onlar yer üzündə yaşasalar da,
    Bənzəmirlər yerin sakinlərinə.
     (Cadugərlərə müraciət edir).
    Yəni doğrudan da yaşayırsınız?
    Sizə sual versə insan övladı,
    Ona cavab tapa bilirsinizmi?
    Belə görünür ki, hamınız məni
    Başa düşürsünüz, anlayırsınız.
    Çubuq tək qurumuş barmağınızı
    Qoymusunuz quru dodağınıza.
    Yəqin, qadınsınız, ancaq nədənsə
    Saqqalınız məni şübhəyə salır.
M a q b e t.
    Diliniz yoxdurmu, deyin, kimsiniz?
Birinci cadugər.
    Eşq olsun Maqbetə, Qlamis tanına!
İkinci cadugər.
    Eşq olsun Maqbetə, Kavdor tanma!
Üçüncü cadugər.
    Eşq olsun Maqbetə, gələcək krala!
B a n k o (Maqbetə sarı dönərəK). Əzizim, nə üçün sən titrəyirsən? Niyə gözəl sözlər səbrini alır,
    Qəlbini, ruhunu qorxuya salır?
     (Cadugərlərə)
    Doğruluq naminə, düzlük naminə
    Deyin, xəyalsınız, yoxsa həqiqət?
    Mənim alicənab yoldaşımı siz

    Böyük hərarətlə salamladınız.
    Sanlı rütbələrə çatacağım,
    Taxta, taca sahib olacağım
    Həvəslə, sevinclə bəyan etdiniz.
    O indi sərməstdir həyəcanından.
    Mənəsə bir kəlmə söz demədiniz.
    Sizin gözləriniz vaxtın, zamanın
    Əgər ürəyini görə bilirsə,
    Sabah nə olacaq, nə olmayacaq
    Sizə agahdırsa, aşikardırsa,
    Mənim də bəxtimi açıq söyləyin.
    Mənə lazım deyil mərhəmətiniz,
    Qorxmuram mən sizin nifrətinizdən.
Birinci cadugər.
    Eşq olsun!
İkinci c a d u g ə r.
    Eşq olsun!
Üçüncü cadugər.
    Eşq olsun!
Birinci cadugər.
    Maqbetdən kiçiksən, belədir belə,
    Amma həqiqətən ondan böyüksən.
İkinci cadugər.
    Bəxtəvər deyilsən sən onun kimi,
    Ancaq düzü ondan çox bəxtəvərsən.
Üçüncü cadugər.
    Heç zaman sən kral olmayacaqsan,
    Fəqət övladların kral olacaq.
    Eşq olsun Maqbetə, Bankoya bir də!
Birinci cadugər. Maqbetə, Bankoya bir də eşq olsun!
M a q b e t.
    Dayanın, getməyin, xəsis falçılar,
    Mənə izah edin müjdənizi siz.
    Aydındır, dünyadan köçübdür atam,
    Mənəm ondan sonra Qlamis tanı.
    Yaxşı, necə ollam mən Kavdor tanı?
    Axı, Kavdor tanı yaşayır hələ.
    O ki məsud, xoşbəxt bir zadəgandır.
    Kral olmağımsa xəyala gəlməz,
    Bu daha çətindir, daha müşküldür.
    Deyin, bu qəribə məlumatlan
    Hardan alırsınız, açıq söyləyin,
    Bu qorxunc səhrada peyğəmbər kimi
    Bizi təbrik edib xoş xəbərlərlə
    Neçin yolumuzdan saxlayırsınız?
    Rica eyləyirəm, danışın bunu.
    Cadugərlər qeyb olurlar.
B a n k o.
    Torpaq buxarlanır su kimi, dostum,
    Onlar buxar olub çıxdı torpaqdan,
    Haraya uçdular?
Maqbet.
    Uca göylərə.
    Görünür, əridi havada onlar, -
    Külək nəfəs kimi çəkdi köksünə.
    Kaş ki getməyəydi onlar heç yana.
B a n k o.
    Doğrudan, gerçəkdən burda idilər?!
    Yoxsa ki bəngotu yemişik bu gün,
    İtibdir ağlımız-huşumuz bizim?!
M a q b e t.
    Sənin övladların kral olacaq.
B a n k o.
    Kral olacaqsan sən özün, dostum.
M a q b e t.
    Həm də Kavdor tanı. Belə demədi?
B a n k o.
    Lap beləcə dedi. Bu gələn kimdir?
    Ross və Anqus daxil olurlar.
Ross.
    Maqbet, kral senin uğurlarından
    Yer qədər, göy qədər razı qalmışdır.
    Səni mədh edirdi candan, ürəkdən.
    Elə ki o bildi, azğın düşmənlə
    Sənin gedib şəxsən vuruşduğunu
    Sonsuz bir heyrətdən kəsildi nitqi.
    Bütün qalan günü qanlı döyüşdə
    Düşmən səflərini yara-yara sən,
    Özün düzəltdiyin saysız-hesabsız
    Vahiməli ölüm səhnələrindən
    Qorxmadan, cürətlə addımladıqca
    O qaldı beləcə dinməz-söyləməz.
    Şıdırğı dolu tək qorxunc cəbhədən
    Hey xəbər gəlirdi xəbər dalınca.
    Sənin yeni-yeni zəfərlərini
    Böyük hökmdarın qədəmlərinə
    Hər qasid səpirdi inci-dürr kimi.
A n q u s.
    Əlahəzrət kral göndərib bizi,
    Çatdıraq tükənməz təşəkkürünü,
    Səni hüzuruna dəvət eyləyək.
    Biz sənə mükafat gətirməmişik.
R o s s.
    Ən böyük şərəfdən nişanə kimi,
    Əmr etdi: Maqbetə onun adından
    Verim Kavdor tanı rütbəsini mən.
    Eşq olsun hörmətli Kavdor tanına!
    Bu şöhrət, bu ad-san öz xidmətindir;
B a n k o.
    Qəribədir, şeytan düz deyə bilir?
M a q b e t.
    İndi Kavdor tanı sağ-salamatdır.
    Mənə başqasının paltarını siz
    Nə üçün gətirib geydirirsiniz?
A n q u s.
    O artıq itirib tan rütbəsini.
    Düzdür, sağ-salamat yaşayır hələ,
    Fəqət ölümünə hökm verilmiş.
    Ağır cinayətdə müqəssirdir o:
    Ya əlbir olubdur norveçlilərlə,
    Ya da əlaltından havadar çıxıb,
    Köməklik göstərib üsyançılara.
    Bilmirəm tam-dürüst təqsırımı mən.
    Hər-halda dövlətə xəyanət edib.
    Alıbdır boynuna öz günahmı.
    Yəqin ki, tezliklə asılacaqdır.
M a q b e t (kənara).
    Qlamis, Kavdor tanı, sonralar isə
    Ən böyük, ən yüksək, ən gözəl rütbə.
     (Ross və Anqusd)
    Təşəkkür edirəm, zəhmət çəkdiniz.
     (Banhoyd)
    Hə, sən gələcəkdə övladlarının
    Kral olmasına inanmayırsan?
    Məni Kavdor tanı edənlər, axı,
    Onlara az şöhrət vəd etmədilər.
B a n k o.
    İşlər belə getsə axıra kimi,
    Səni çatdıracaq taxt-taca onlar.
    Bu çox qəribədir: zülmət ruhları
    Bizi fəlakətdə məhv etmək üçün
    Doğru danışırlar bizə çox vədə.
    Kiçik işartıyla aldadıb bizi,
    Aparırlar sonsuz uçurumlara.
     (Ross və Anqusä)
    Dostlar, iki kəlmə sizə sözüm var.
    Kənara çəkilirlər.
M a q b e t (kənara).
    İki söz düz çıxdı, nə deyək buna,
    Hakimiyyət haqda bir tamaşanın
    Bitdi iki gözəl müqəddiməsi.
     (Ross və Anqusa)
    Təşəkkür edirəm sizə, cənablar.
     (Kənara)
    Bu ağlasığışmaz sirli müjdələr
    Heç zaman şer olmaz, heç zaman xeyir,
    Əgər onlar şərsə, nə üçün, nədən
    Bütün uğurların əsası olan
    Ali həqiqəti bəxş etdi mənə.
    Doğrudan, mən artıq Kavdor tanıyam.
    Əgər xeyirdirsə, bəs onda niyə
    O niyyət özünə cəlb edir məni?!
    Onun dəhşətindən, vahiməsindən
    Saçım biz-biz olur başımda mənim.
    Ürəyim köksümdə çırpmır, əsir.
    İnsan xəyalında yaranan qorxu
    Həqiqi qorxudan daha qorxuncdur.
    Qətl bir xəyaldır, fikirdir hələ,
    Fəqət gör necə də lərzəyə salıb,
    Şübhələr içində qovurur məni!
    Arada, ortada yoxdur heç bir şey.
B a n k o (Ross və Anqusa).
    Baxınız, necə də fikrə qərq olub.
M a q b e t (kənara).
    Taleyin məqsədi budursa əgər,
    İstəyir ki, mənə krallıq versin,
    Qoy versin, mən ona kömək etmərəm.
B a n k o.
    Onu darıxdırır təzə rütbəsi.
    Təzə rütbəyə də təzə paltar tək
    Tədricən öyrəşib alışmaq gərək.
M a q b e t (kənara).
    Qoy nə olur-olsun, dolanır ruzigar,
    Hər tufanlı günün bir günəşi var.
B a n k o.
    Seni gözləyirik, möhtərəm Maqbet.
M a q b e t (Ross və Anqusa).
    Məni bağışlayın. Xatırlayırdım
    Çoxdan unutduğum bezi şeyləri.
    Mehriban cənablar, bu zəhmətiniz
    Əbədi yazılıb qəlbimə mənim,
    Heç vədə bir an da çıxmaz yadımdan.
    - Gedəyin kralın hüzuruna biz.
     (Bankoya)
    Düşün yaxşı-yaxşı o sərgüzəşti.
    Boş vaxt tapan kimi açıq ürəklə
    Bütün olanları götür-qoy edib
    Söhbət eyləyərik.
B a n k o.
    Məmnuniyyətlə.
M a q b e t.
    Sus o vaxta qədər. (Hamıya) Gedəyin, dostlar!
    Gedirlər.

DÖRDÜNCÜ SƏHNƏ


    Forres. Kralın sarayında bir otaq. Musiqi sədalan. Dunkan, Malkolm, Donalbayn, Lenoks və əyanlar daxil olurlar.
D u n k a n.
    Edam etdilermi Kavdor tanrını?
    Gedənlər geriyə qayıtdılarmı?
M a l k o l m.
    Hökmdar, hələ ki qayıtmayıblar. VFəqət bir adamla söhbət etdim mən,
    Onun ölümünü görüb gözüylə.
    Dediyinə görə, xəyanətkar tan
    Açıqca boynuna almış suçunu.
    Siz əlahəzrətdən xahiş etmiş ki,
    Onun günahlarını əfv edəsiniz.
    Yaman peşiman olmuş tutduğu işə.
    Onun həyatında heç nə, heç bir şey
    Ona ölümü tək yaraşmayıbdır.
    Qorxmaz ər kimi köçüb dünyadan.
    Şərəflə ölməyi öyrənibdir o.
    Dünyada ən əziz olan neməti
    Tullayıb dəyərsiz oyuncaq kimi.
D u n k a n.
    İnsanın üzünə baxmaqla heç vaxt
    İnsanın qəlbini oxumaq olmur.
    Ona inanırdım mən həddən artıq.
     (Maqbet, Batfko, Ross və Anqus daxil olurlar).
    Oh əziz qardaşım, mehriban Maqbet!
    Sənin qiymətini öz layiqincə
    Verə bilməməkdə taqsırkaram mən.
    Nankorluq ən ağır bir günah kimi
    Sıxır varlığımı məngənəsində.
    Bu gün sen qartal qanadlarınla
    Elə ucalmısan, yüksəlmisən ki,
    Arxanca nə qədər can atsa belə
    Sənə çata bilməz minnətdarlığım.
    Kaş ki, az olaydı sənin xidmətin,
    O vaxt dönə- dönə təşəkkür edib,
    Mən sənə mükafat verə bilərdim.
    İndisə yeganə bircə çarəm var,
    Məcburam deyim ki, sənin xidmətin
    Çoxdur mərdlik bütün mükafatımdan.
M a q b e t.
    Krala borcumdur xidmət eyləmək,
    Yalnız öz borcumu ödəmişəm mən.
    Siz bizim atamız hökmdarımız,
    Biz sizin oğlunuz, nökərinizik.
    Odur ki, hər zаman hər işimizlə
    Sizin tərəfinizi
    Ülvi məhəbbətlə qorumalıyıq.
D u n k a n.
    Səni mən əkmişəm, hörmətli qonaq,
    Böyüyüb gül-çiçək açmağın üçün
    Mən də çəkəcəyəm qayğılarını. (Bankoya)
    Alicənab Banko, lütfkar dostum,
    Sənin xidmətlərin heç də az deyil.
    Yaxın gəl, mən səni sıxım köksümə
    Qoy ürəyim olsun sənin məskənin.
B a n k o.
    Əgər mən böyüsəm ürəyinizdə,
    Bütün meyvələrim sizin olacaq.
D u n k a n.
    Yoxdur sevincimin həddi-hüdudu,
    Az qalır ağlayım səadətimdən.
    Mənim övladlarım, dostlar, əyanlar,
    Mənə ən yaxından yaxın olanlar,
    Biliniz, taxt-tacı, vəliəhd kimi,
    Mənim böyük oğlum
    Malkolma biz Təhvil verməliyik.
    Artıq bu gündən
    Komberlənd taxtının prinsidir o.
    Bu şərəf, bu şöhrət təkcə ona yox,
    Həm də bütün comerd, ər igidlərin
    Üstünə, göydəki ulduzlar kimi,
    Daima, əbədi nur saçacaqdır.
    Maqbet, biz gələcək dostluğumuzun
    Möhkəm binasının ucaltmaq üçün
    Sizə, İnvernesə berabər gedək.
M a q b e t.
    Sizə sərf olmayan bir istirahət
    Ən ağır əzabdır, ən ağır zəhmət.
    Özüm olacağam indi müjdəçi,
    Sizin bizə qonaq gəlməyinizi
    Gedib arvadıma deyəcəyəm mən. .
    Qəlbən sevinəcək ömür yoldaşım.
    Hökmdar, gedirəm icazənizlə.
D u n k a n.
    Mənim Kavdor , ah, nəcib insan!
M a q b e t (kənara).
    Komberlənd prinsi! Bax, budur qənim,
    Qaya tək durubdur yolumda mənim.
    Ya ondan addayıb ucalmalıyam,
    Ya da ki ilişib heç olmalıyam.
    Ey nurlu ulduzlar, sönünüz artıq,
    Qara niyyətimi açmasın işıq.
    Zülmət, zülmət istər qorxunc əməlim,
    Qoy gözüm qorxmasın, əsməsin əlim. Gedir.
D u n k a n.
    Sən doğru deyirsən, hörmətli Banko,
    Maqbet, həqiqətən, cəsur insandır.
    Onu mədh etməkdən doya bilmirəm,
    Onu mədh eləmək zövq verir mənə.
    Gedək arxasınca. Əvvəl getdi ki,
    Yaxşı qarşılasın bizi evində. VTayı-bərabəri yoxdur dünyada.
    Musiqi. Gedirlər.

BEŞİNCİ SƏHNƏ


    İnvernes. Maqbetin qəsrində bir otaq.
    Ledi Maqbet məktub oxuya-oxuya daxil olur.
    Ledi Maqbet. "Düşmənə qələbə çaldığımız gün onlara rast gəldim. Danışıqlarından yəqin etdim ki, onlar bəşər övladlarından qeyri-adi dərəcədə çox bilirlər. Mən sual verib ətraflı məlumat almaq həvəsiylə odlanarkən onlar havaya dönüb yoxa çıxdılar. Heyrətdən özümü itirmişdim. Bu vaxt kralın elçiləri gəlib qarşımda dayandılar. Hamısı birlikdə məni Kavdor tanı rütbəsiylə təbrik etdilər. Bir az əvvəl bu rütbəylə məni həmin sirli-sehrli bacılar təbrik etmiş, mənim gələcəyimdən xəbər verərək "Eşq olsun kral Maqbetə!" deyə alqışlamışdılar. Ey mənim əzəmətimin əziz rəfiqəsi! Gör səni hansı bir xoşbəxtlik gözləyir. Payına düşən bu sevincdən məhrum olmayasan deyə bu xəbəri sənə vaxtında çatdırmağı özümə borc bildim. Onu ürəyinin ən dərin guşəsində gizlə. Sağ ol!"
    Sən indi Qlamis, Kavdor tanısan.
    Qismətdə nə varsa, nə vəd olubsa,
    Ona da çatarsan bir gün, əzizim.
    Fəqət mən qorxuram təbiətindən.
    O qədər insaflı, rəhmlisən ki,
    Sən öz məqsədinə yetişmək üçün
    Kəsə, qısa yolu seçməyəcəksən.
    Ucalmaq, böyümək arzusundasan,
    Qəlbinə hakimdir şöhrətpərəstlik,
    Yoxdur ürəyində əclaflıq ancaq.
    Xəyanət etmədən, pislik etmədən ,
    Dünyada taxt-taca çatmaq olarmı?!
    Hiyləsiz oyunla bu cür yarışda
    Şərəfsiz qələbə çalmaqdır qəsdin.
    Yox, yox, belə olmaz, Qlamis tam,
    Sənin can atdığın o arzu, niyyət
    Qışqırır, hayqırır bütün səsiylə:
    "Ya öldür, ya əl çək hakimiyyətdən!"
    Qalmısan tərəddüd məngənəsində,
    Qəlbən istədiyin bu cinayəti
    Qorxursan etməyə öz əllərinlə.
    Onda vaxt itirmə, yanıma tələs.
    Qoy canlı sözlərlə qulaqlarından
    Qəlbimin, ruhumun cəsarətini
    Qəlbinə, ruhuna axıda bilim.
    Səninlə qızıl tac arasındakı
    Bütün əngəlləri yox eyləyim mən.
    Artıq sən kralsan, bəxt ilahəsi
    O tacı başına qoyubdur sənin. (Xidmətçi gəlir).
    Yenə nə xəbər var?
Xidmətçi.
    Bu axşam kral
    Bizə qonaq gəlir əyan-əşrəflə.
Ledi Maqbet.
    Sən nə danışırsan, dəlisən, nədir?
    Onunla bir yerdə deyilmi ağan?
    İş belə olsaydı, hazırlıq üçün
    Ağan evə xəbər göndərməzdimi?

Xidmətçi.
    Bağışlayın, xanım, bu həqiqətdir.
    O özü yoldadır, bir azdan gələr.
    Qan-tər içindədir onun qasidi,
    Nəfəsi kəsildi, səsi tutuldu,
    Mənə bu sözləri dedi bir təhər.
LediMaqbet.
    Yaxşı qəbul elə, qoy rahatlansın.
    O bizə çox gözəl xəbər gətirmiş.
     (Xidmstçi gedir. Qarğa qarıltısı eşidilir).
    Bir bax, qarğanın da səsi tutulub.
    Öz boğuq, öz batıq qarıltısıyla
    Bildirir Dunkanın bu səfərini.
    O bədxah qonubdur qəsrin bürcünə,
    Qəsrdə cinayət baş verəcəkdir.
     Gəlin, ey qan saçan ölüm ruhlan,
     Dolun varlığıma başdan ayağa.
    Yırtıcı, amansız vəhşi qəlbiylə
    Dəyişin bu zərif qadın qəlbimi.
    Qanımı dəhşətlə qatılaşdırın,
    İnsaf yollarmı, keçidlərini
    Bağlayın, bağlayın mənim köksümdə.
    Nə vicdan əzabı, nə də mərhəmət
    Qorxunc niyyətimi kəməndə salıb,
    Heç vaxt sındırmasın qətiyyətimi.
    Ey gözəgörünməz, nəzərə çarpmaz
    Qətl mələkləri, siz təbiətdə
    Haradasa fəlakət axtarırsınız.
    Tez uçun yanıma, döşlərimdəki
    Südümü çevirin ödə-zəhərə.
    Ey dumanlı gecə, sən kömək elə,
    Cəhənnəmin qara tüstülərindən
    Bu dünya üzünə qara pərdə çək.
    Qoyma qanlar tökən iti bıçağım
    Görsün öz açdığı yaralarmı.
    Göylər aralayıb qara pərdəni
    Dəhşətlər içində boylanıb mənə,
    "Dayan, dayan!" deyə haray salmasın. (Maqbet gəlir).
    Böyük Qlamis tanı! Ər Kavdor tanı!
    Gələcək günlərin ulu kralı!
    Məktubun bu günün əzablarından
    Xoşbəxt gələcəyə apardı məni.
    İndi yaşayıram mən gələcəklə.
Maqb et.
    Mənim məhəbbətim, sevgili yarım,
    Dunkan qonaq gəlir bu axşama bizə.
Ledi Maqbet.
    Bəs haçan gedəcək?
M a q b e t.
    Sabah.
L e d i M a q b e t.
    Oh, heç vaxt...
    Kral o sabahı görməyəcəkdir.
    Əzizim, kitaba bənzəyir üzün,
    Üzündə qəribə şeylər oxunur.
    Gəl, gel, insanları aldatmaq üçün
    Üzünə insanlıq maskası keçir.
    Baxışın səmimi, dilin bal kimi,
    Əlin hərarətli olsun həmişə.
    Zərif gülə oxşa, fəqət o gülün
    Dibində sən qıvrıl əfi ilan tək.
    Tədarük gərəkdir qonaqlıq üçün,
    Bu işi sən burax mənim öhdəmə.
    Bu gecə əzəmət bəxş edəcəkdir
    Bütün gecəmizə, gündüzümüzə,
    Yeganə şan-şöhrət verəcək bizə,
    Əbədi güləcək gələcəyimiz.
M a q b e t.
    Sonra danışarıq bu barədə biz.
Ledi Maqbet.
    Rəng alıb rəng verir, bil ki, qorxaqlar.
    Sən yalnız şad görün, ol qəmdən kənar,
    Qalan bütün işlər mənim boynuma.
    Gedirlər.

ALTINCI SƏHNƏ


    Hemen yer. Maqbetin qəsri önü. Musiqi sədaları ucalır, məşələr yanır.
    Dunkan, Malkolm, Donalbayn, Banko, Lenoks, Makduf,
    Ross, Anqus və saray adamlarə gəlirler.
D u n k a n.
    Necə də gözəldir bu qəsrin yeri.
    Qəlb açan saf-təmiz, mülayim hava
    Adamın ruhunu oxşayır burda.
B a n k o.
    Baharın qonağı bu qaranquşlar
    Qəsrdə hördüyü yuvalarıyla
    Təsdiq eyləyir ki, bu yerdə külək
    Məhəbbətlə əsir, sevgiylə əsir.
    Baxın, elə guşə, elə künc-bucaq,
    Elə sütun yoxdur, bu qəşəng quşlar
    Orda ev tikməsin, beşik asmasın.
    Mən fikir vermişəm, bu yaz quşları
    Harda yuva qurur, bala çıxarır,
    Orda hava gözəl, saf-təmiz olur.
    Ledi Maqbet gəlir.
D u n k a n.
    Bu da bax, möhtərəm ev sahibəsi.
     (Ledi Maqbetə).
    Bəzən əzab verir sevgi insana,
    Təşəkkür edirik yenə də ona.
    Siz bəsləyirsiniz bizə məhəbbət,
    Əzab gətirmişik biz sizə fəqət.
    Nə qədər çoxalsa əziyyətiniz,
    O qədər çoxalar məhəbbətiniz.
L e d i M a q b e t.
    Bizim zəhmətimiz artsa da yüz qat,
    Sizin bizə lütfən göstərdiyiniz
    Səxavət önündə heç nədir, heç nə.
    Siz öz rəhminizlə, böyük hökmdar,
    Bizim nəslimizi hər vaxt, hər zaman
    Şərəfə çatdırıb ucaltmısınız.
    Sizə duaçıyıq biz buna görə.
D u n k a n.
    Hanı Kavdor tanı? Onun dalınca
    Səyirtdik atları, istədik onu
    Ötüb evinizə gələk birinci.
    Sən deme, o yaxşı at sürən imiş.
    Həm də onun böyük, saf məhəbbəti
    Onun kəhərini məhmizləyərək
    Onu bizdən qabaq çatdırdı sizə.
    Gözəl, alicənab ev sahibəsi
    Bu gecə biz sizə qonağıq, qonaq.
L e d i M a q b e t.
    Hökmdar, bu sadiq nökərləriniz
    Özünü, mülkünü, var-dövlətini
    Sizin əmlakınız sanırlar ancaq.
    Sizin evinizdə qonaq bizik, biz.
D u n k a n.
    Əlinizi verin, mehriban xanım,
    Aparın siz məni tanın yanına.
    Bizim ona böyük hörmətimiz var,
    Bu hörmət daima çoxalacaqdır.
    Buyurun, gedəyin.
    Gedirlər.

YEDDİNCİ SƏHNƏ


    Maqbetin qəsrində bir otaq.
    Şeypurlar səslənir, meşələr yanır.
    Baş xidmətçi və başqa qulluqçular qablarda yemək daşıyırlar.
    Sonra Maqbet gəlir.
M a qb e t (kənara).
    Yalnız bir zərbəylə, bircə zərbəylə
    Bu iş qurtarsaydı, yaxşı olardı.
    Bu ölüm, bu qətl bir iz qoymadan
    Uğurla, zəfərlə başa çatsaydı, .
    Bu işi görərdim bir an içində.
    Fəqət bu zərbənin iki başı var:
    O mənə hər şeyi gətirə bilər,
    Və yaxud hər şeyi itirə bilər.
    Bu gecə burada qısa bir vaxtda
    Gələcək, axirət dünyasındakı
    Əbədi ömrümü, həyatını mən
    Təhlükə altına qoya bilərəm.
    Ancaq mən bununla bu dünyadakı
    Cəzadan qurtara bilmərəm heç vaxt.
    Kim ki özgəsinə qanlı dərs verir,
    Ona qanlı cavab verirlər yalnız.
    Bəzən başqasının badəsini biz
    Xəlvətcə, gizlicə zəhərləyirik,
    Fəqət ədalətin pak ilahəsi
    Bizim özümüzə içirir onu.
    Kral ikiqat qorumalıyam:
    Əvvəla, səbəbi-əsas budur ki,
    Ona həm qohumam, həm də tabeyəm.
    Bunlardı işləri çətinləşdirən.
    Sonrasa, evimdə qonağımdır o.
    Onun qatilinin üzünə indi
    Bütün qapıları bağlayım gərək.
    Özüm qatil kimi onun üstünə
    Heç vaxt əldə bıçaq getməməliyəm.
    Bunlardan savayı, o bir kral tək
    Elə təmizdir ki, mehribandır ki,
    Onun ləyaqəti, bir mələk kimi,
    Bu gizli, bu müdhiş ölüm barədə
    Hamıya, hər yerdə car çəkəcəkdir.
    Onun mərhəməti, onun şəfqəti
    Tufanda inləyən körpə uşaq tək,
    Boranda çırpman məleykə kimi,
    Güclü qasırğanın qanadlarında
    Gəzəcək dünyanı qarışbaqarış.
    Bu qorxunc xəbərdən, bu rəzalətdən
    Dünya qərq olacaq göz yaşlarına.
    Bu işə cəlb edən məni nədir, nə?!
    Buna bir həvəsim, bir inamım yox,
    Yalnız mənsəb hissi, şöhrətpərəstlik
    Könlümdə kəhər tək şahə qalxaraq
    Göylərlə əlləşir, tezcə də birdən
    Büdrəyib yıxılır... (Ledi Maqbet dax.il olur).
    Hə, nə xəbər var? L e d i M a q b e t.
    O, süfrə başından qalxmayıb hələ,
    Nə üçün sən durub çıxdın otaqdan?
M a q b e t.
    O məni soruşdu?
L e d i Maqbet.
    Bə nə, soruşdu.
M a q b e t.
    Mütləq biz bu işdən əl çəkməliyik.
    O mənə rütbələr verdi yenicə.
    Bütün bu elatın, bütün bu xalqın
    Qazanmışam hüsn-rəğbətini mən.
    Bu böyük şərəfi parlaq inci tək
    Gərək biz qoruyaq, gərək hifz edək,
    Çirkaba atmayaq belə tezliklə.

L e d i M a q b e t.
    Deməli, qəlbinin dərinliyində
    Sənin bəslədiyin o gözəl arzu
    Sərxoşmuş, yatırmış bu günə qədər,
    İndicə oyanıb, indicə durub?
    Əvvəl cəsarətlə baxdığı halda,
    İndi rəngi qaçıb, qaralır gözü?
    Mən zənn edəcəyəm bu gündən belə:
    Arzun tək qorxaqdır məhəbbətin də.
    Sən arzu etməkdə olduqca cəsur,
    Lakin iş görməkdə acizsən yaman.
    Həyatın şərəfi, ömrün zinəti,
    Möcüzəli taca qovuşmaq üçün
    Daima od tutub yanır varlığın,
    Ancaq yaşayırsan qorxa-qorxa sən.
    Necə qovuşarsan öz arzuna bəs?
    Diləyin, niyyətin çox qəribədir:
    "İstəyirəm, amma çatmır cürətim".
    Miskin pişiklər də küncdə, bucaqda
    Bu cür təsəlliylə təskinlik tapar:
    "Təzə balıq keçir könlümdən, amma
    İstəmirəm salım pəncəmi suya".
M a q b e t.
    Rica eyləyirəm, bir az sakit ol!
    İnsan bacardığı bütün nə varsa,
    Yalnız o şeylərə çatar cürətim.
    Bundan artığına cəsarət edən,
    Bil ki, insan deyil.
L e d i M a q b e t.
    Yaxşı, de görüm, Səni hansı heyvan vadar etdi ki,
    0 vaxt açdın mənə bu niyyətini?
    Onda cəsarətin çatırdı buna,
    Onda ləyaqətli bir insan idin.
    Bu arzun həyata keçsəydi əgər,
    Sənin ləyaqətin artardı qat-qat.
    0 zaman bu işə başlamaq üçün
    Yoxdu əlverişli nə vaxt, nə də yer.
    Sənsə axtarırdın hər ikisini.
    Budur, bu fürsəti yetirib tale,
    İndi bu imkanı əldən verirsən.
    Anayam, mən uşaq əmizdirmişəm.
    Bilirəm, qucaqda süd əmən körpə
    Nə qədər əzizdir öz anasına.
    Bu işi görməyə mən də sənin tək
    Əgər and içsəydim, əhd eləsəydim,
    Üzə gülümsəyən məsum körpəmin
    O zərif, o incə, dişsiz ağzından
    Dartıb çıxardardım döşümü, inan,
    Əzərdim başını bir an içində.
M a q b e t.
    Uğur qazanmasaq, bəs onda necə?
Ledi Maqbet.
    Uğur qazanmasaq! Burda nə var ki?!
    Özünü ələ al, mətanətli ol.
    Uğur qazanarıq. Bilirsən, Dunkan
    Bu gün bütün günü yol gəlib bizə..

 

İKİNCİ PƏRDƏ

BİRİNCİ SƏHNƏ


    İnvernes. Maqbetin qəsrinin həyəti.
    Gecədir. Banko və Flins daxil olurlar.
    Flins qabaqda gəlir, onun elində məşəl vardır.
B a n k o.
    Saat neçə olar?
F l i n s.
    Ay batıb artıq.
    Saatın zəngini eşitməmişəm.
B a n k o.
    Aydındır, ay batır gecə yarısı.
F 1 i n s.
    Mən bilən, gec batır.
B a n k o.
    Al qılıncımı.
    Göylər də yaşayır qənaət ilə,
    Söndürübdür bütün çıraqlarım...
    Sən bunu da bil ki, ağır bir yuxu
    Ağır qurğuşun tək sıxır üstümdən.
    Yatmaq istəmirəm nədənsə ancaq.
    Ey ulu qüvvələr! Bu gecə vaxtı
    Qorxunc fikirlərdən qoruyun məni...
    Qaytar qılıncımı.
     (Maqbet və xidmətçi əlində məşəl gəlirlər).
    Kimdir orada?
M a q b e t.
    Bir nəfər öz dostun.
B a n k o.
    Bu nədir, cənab?
    Hələ yatmamısan! Böyük hökmdar
    Olduqca şad-xürrəm getdi yatmağa.
    Bütün nökərlərə, xidmətçilərə
    Şahanə xələtlər bəxşiş eylədi.
    Sənin xanımım külli-aləmin
    Ən gözəl, mehriban ev sahibəsi
    Adıyla ürəkdən şərəfləndirib,
    Ona bu almazı töhfə göndərdi.
    Kral qonaqlıqdan çox məmnun idi.
M a q b e t.
    Əvvəldən hazırlıq olmadığından
    Biz yaxşı ziyafət verə bilmədik.
    Qonaqlıq keçmədi ürəyimizcən.
B a n k o.
    Hər şey gözəl idi. Keçən gecəki
    Üç cadugər bacı düşdü yadıma.
    Tufanlı səhrada o sehrbazlar
    Tamam düz dedilər sənin haqqında.
M a q b e t.
    Onları büsbütün unutmuşam mən.
    Ancaq vaxt tapanda, imkan düşəndə
    Söhbət eyləyərik bu barədə biz.
B a n k o.
    Nə zaman istəsən, hazıram, dostum.
M a q b e t.
    O vədə sən baxsan məsləhətimə,
    Şərəf bir tac kimi qonar başına.
B a n k o.
    Yalnız bir şərtim var. Əgər bu şərəf
    Ləkə gətirməsə öz şərəfinə,
    Vicdanım saf qalsa, ürəyim təmiz,
    Can-başla dinlərəm məsləhətini.
M a q b e t.
    Gecən xeyrə qalsın!
B a n k o.
    Sənin də, sağ ol.
    Banko və Flins gedirlər.
M a q b e t (xidmətçiyə).
    Xanımına de ki, məndən ötəri
    Düzəltdiyi içki hazır olanda
    Tezcə zəngi çalsın. Di get, sən de yat.
     (Xidmətçi gedir).
    Qarşımda gördüyüm bu xəncərmi, ah?
    Özü də qəbzəsi mənə tərəfdir.
     (Xəncəra müraciət edir).
    Gəl, gəl, səni tutum, tuta bilmirəm.
    Ancaq mən yenə də görürəm səni.
    De, sən əl vurmaqla, toxunulmaqla
    Duyulmaz, bilinməz məşum xəyalsan,
    Yoxsa qızdırmalı, alovlu beynin
    Yaratdığı yalan, saxta varlıqsan?
    Xeyr, göz önündə bir həqiqətsən.
    Əlimdə tutduğum bir xəncər kimi,
    Elə bil çəkirəm səni qınından.
    Bu getdiyim yolda sənsən bələdçim.
    Səni sancmalıyam mənzil başında.
    Bəlkə, korşalıbdır hiss üzvlərim,
    Bəlkə, yanlış görür mənim gözlərim.
    Yox, yox, mən görürəm səni yenə də,
    Tiyən də, qəbzən də qan içindədir.
    Bu qan damlaları yoxdu əvvəllər.
    Bu qan damlaları gələcəkdəki
    Qanlı cinayətdən bir nişan verir.
    Bütün bu dünyanın yarısı indi
    Yatır ölü kimi səssiz, səmirsiz.
    Heybətli yuxular, müdhiş röyalar
    Yatan insanları salır qorxuya.
    Cinlər-əcinnələr bənizi solmuş
    Hekatam - zülmət ilahəsini
    Yeni qurbanlarla sevindirirlər.
    Gecələr dəhşətlə qurdlar ulayıb
    Bir keşikçi kimi oyadır qətli.
    Rəngi qaçmış halda durub bu rəzil,
    Bakir məleykəni təhqir eyləyən
    Roma hökmdarı Tarkvin sayağı,
    Xəlvətcə, gizlicə addımlayaraq
    Şikarına doğru gedir kölgə tək.
    Sən ey dəyanətli, vəfalı torpaq,
    Men hara üz tutsam, mən hara getsəm,
    Ayaq səslərimi eşitmə heç vaxt.
    Birdən qorxuram ki, sənin daşların
    Danışa, faş edə getdiyim yeri.
    Çıxa əllərimdən bu gözəl imkan,
    Bu qətl bu vaxtla uyğundur yaman.
    Mən hədə gəlirəm, yaşayır o kəs,
    Danışıq qızdıqca soyuyar həvəs.
     (Zəng çalınır).
    Artıq mən gedirəm, hazırdır hər şey.
    Zəng məni çağırır, eşitmə Dunkan.
    O səni səsləyir iki aləmə:
    Ya uca göylərə, ya cəhənnəmə.
    Gedir.

İKİNCİ SƏHNƏ

    Həmin yer. Ledi Maqbet gəlir.
L e d i M a q b e t.
    Onların huşunu başından alan
    Mənim ürəyimə cəsarət verib.
    O şərab onlarda söndürüb odu,
    Mənim varlığımda atəş yandırıb.
    Bir dayan, səs gəlir! Yox, sakitlikdir!
    Bayquşdur, ulayır. Bu məşum carçı
    Dünyada son dəfə rəhmətliklərə
    Bir rahat, uğurlu gecə diləyir.
    Bu saat qurtarar Maqbet işini.
    Qapılar açıqdır. Məst keşikçilər
    Ucadan avazla xoruldayaraq
    Yuxuda gülürlər rütbələrinə.
    Bihuşdarı qatdım şəraba bir az,
    Onların dirimi, yoxsa ölümü
    Olduğunu ayırd eyləmək üçün
    Onların üstündə ölümlə həyat
    Vuruşur, çarpışır bayaqdan bəri.
M a q b e t (səhnə arxasından).
    Kimdir, kimdir, ehey?
L e d i M a q b e t.
    Ah, oyandılar!
    O hələ sağdır ki! Onun ölümü
    Elə bir şey deyil, sui-qəsdiniz
    Açılsa, dəhşətdir, məhv olarıq biz.
    Sakit! Xəncərini xidmətçilərin
    Onun böyründəcə hazır qoymuşam.
    Maqbet xəncərləri tapmaya bilməz.
    Dunkan yatan zaman mənim atama
    Bu qədər, bu cürə oxşamasaydı,
    Özüm bitirərdim onun işini.
     (Maqbet gəlir).
    Nə oldu?
M a q b e t.
    Qurtardım... Səs eşitmədin?
Ledi Maqbet.
    Eşitdim bayquşun ulamasını,
    Hərdən cırcırama cırıldayırdı.
    Məgər danışırdın?
M a q b e t.
    Nə zaman?
Ledi Maqbet.
    İndi.
M a q b e t.
    Aşağı enəndə?
Ledi Maqbet.
    Bəli.
Maqbet.
    Bir yavaş!
    De görüm, kim yatır qonşu otaqda?
Ledi Maqbet.
    Donalbayn.
M a q b e t (əllərinə baxaraq).
    Nə qəmli mənzərədir bu!
Ledi Maqbet.
    Boş sözdür. Qəmli şey görmürəm burda.
Maqbet.
    Onlardan birisi güldü yuxuda.
    O birisi "Qətl!" deyə qışqırdı.
    Birdən hər ikisi durdu yuxudan.
    Dayanıb dinlədim onlar bu vaxt.
    Dua oxudular, yatdılar yenə.
Le d i M a q b e t.
    Orda bir otaqdayatır ikisi,
M a q b e t.
    Birisi bağırdı: "Allah, rəhm elə!"
    O birisi tezcə çığırdı: "Amin!"
    Sanki qaranlıqda mənim bu qanlı,
    Cəllad əllərimi görürdü onlar.
    Eşitdim üzücü vahimələri.
    Onlar deyendə ki, Allah, rəhm elə!"
    Dəhşətdən mən "Amin!" deyə bilmədim.
L e d i M a q b e t.
    Sən belə şeylərə çox fikir vermə.
Maqbet.
    Nə üçün mən "Amin" deyə bilmədim?
    Allahın rəhminə mənim özümün
    Ehtiyacım vardı dünyalar qədər.

<< 1 / 2 / 3 / 4 >>
Bölmə: Dünya ədəbiyyatı | Əlavə edildi: azerhero (10.12.2013) | Müəllif: R.C E W
Baxış: 659 | Reytinq: 5.0/1
Bütün rəylər: 0
omForm">
avatar

Kitablar — zamanın dalğaları ilə səyahət edən və nəsildən-nəslə öz qiymətli yükünü ehtiyatla aparan fikir gəmiləridir.

- Frensis Bekon

Son 90 gün ərzində kitab oxumamaqdan daha pisi kitab oxumadığına görə narahat olmamaqdır.

- Cim Ron

Kitabları yandırmaqdan daha pis şey onları oxumamaqdır.

- Rey Bredberi

Yaxşı kitab aysberqə oxşayır, onun yeddi-səkkiz hissəsi suyun altında gizlənib.

- Ernest Heminquey

Kitablarım mənə çatacaq qədər böyük bir krallıqdır.

- Shakespeare

Mən, kitablarımı yaratmadan əvvəl, kitablarım məni yaratdılar.

- Montaigne

Kitabsız yaşamaq; kor, kar, dilsiz yaşamaqdır.

- Seneca

Bu günün gərçək universiteti, bir kitabxanadır.

- Carlyle

Kitab, tək ölümsüzlükdür.

- Rufus Choate

Exlaqa uyğun ya da zidd kitab deyə bir şey yoxdur. Kitablar ya yaxşı yazılmışdır, ya da pis. Hamısı bu qədər!

- Oscar Wilde

Ümidlə açılıb qazancla bağlanan bir kitab, yaxşı bir kitabdır.

- Alcott

Kitablar, itmiş başların abidələridir.

- Sir William Dave

Kitablar, heç solmayacaq bitkilərdir.

- Herrick

Kitab heç aldatmayan bir yoldaşdır.

- Guilbert De Pixrecourt

Axmaqlarla oturub-durmaqdansa , kitabla tənha oturmaq yaxşıdır.

- Qasım bəy Zakir

İnsan güc ilə yox, mütaliə etməklə ağıllanır.

- C.Bruno

Az bildiyini başa düşmək üçün çoxlu oxumaq lazımdır.

- Mişel Monten

Kitablar özünüzə və başqalarına hörmət etməyi öyrədəcək, ürəyi və ağlı, dünya və insanlıq sevgisiylə dolduracaq.

- Maksim Gorki

Kitab həyatın ən uzaq və qaranlıq yollarında insana işıq bəxş edən əfsanəvi çıraqdır

- A.M.Upit

BAKI QIZLAR UNİVERSİTETİ
1992-ci ildə təsis edilən və həmin vaxtdan da fəaliyyətə başlayan Bakı Qızlar Universitetinin (əvəllər Bakı Ali Pedaqoji Qızlar Seminariyası adlanırdı) yaradılmasında məqsəd respublikada qadın pedaqoji kadrlar yetişdirmək, onların intellektual səviyyəsini yüksəltmək və gənc qızları ailə həyatına hazırlamaqdan ibarətdir. Hazırda universitetdə "Sosial pedaqoji” və "Filologiya-tarix” fakültələri fəaliyyət göstərir. "Sosial pedaqoji” fakültədə "Təhsildə sosial-psixoloji xidmət”, "Psixologiya”, "Coğrafiya müəllimliyi”, "ibtidai sinif müəllimliyi”, "Məktəbəqədər təlim və tərbiyə”, "Riyaziyyat və informatika müəllimliyi”, "Filologiya-tarix” fakültəsində isə "Xarici dil (ingilis) müəllimliyi”, "Azərbaycan dili və ədəbiyyat müəllimliyi”, "Tarix müəllimliyi”, "Jurnalistika” üzrə bakalavr, "İbtidai sinifdə tədrisin metodika və metodologiyası”, "Pedaqogika nəzəriyyəsi və tarixi”, "Azərbaycan ədəbiyyatı”, "Azərbaycan dili”, "Azərbaycanın yeni və ən yeni tarixi” sahəsində magistratura səviyyəsində kadr hazırlığı aparılır.
Bakı Qızlar Universiteti Nazirlər Kabinetinin 1996-cı il fevralın 21-də 21 saylı sərəncamı ilə dövlət qeydiyyata alınmışdır. 2013-cü ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin lisenziya komissiyası BQU-nun çoxilli fəaliyyətinin, onun yüksək maddi-texniki bazasının, infrostrukturunun, təlim-tərbiyə sisteminin Azərbaycan Respublikası təhsil Qanununa Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Ali təhsil Müəssisələrinin fəaliyyətinə xüsusi razılıq (lisenziya verilməsi haqqında qərarına, Azərbaycan Respublikası Təhsil Nazirliyinin sənədlərinə uyğn qurulduğunu, pedaqoji kadrların hazırlanmasında əldə olunmuş nailiyyətlərini nəzərə alaraq universitetin fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsini məqsədəuyğun hesab etmişdir. Eyni zamanda 2013-cü ildə universitet akreditasiyadan keçmişdir. Universitetdə müxtəlif fənnlər üzrə kabinetlər, dörd kopüter otağı, kitabxana, badii yaradıcılıq studiyası, tələbə elmi cəmiyyəti, Tələbə Gənclər təşkilatı, dörd dərnəklər, nəşriyyat, idman zalı, yeməkxana, kadrlar şöbəsi və mühasibatlıq fəaliyyət göstərir.
Learn more