Əsas » Məqalə » Azərbaycan ədəbiyyatı

Əfəndiyev Elçin yaradıcılığı-Bayraqdar-3
<< 1 / 2 / 3 >>


    Plovun düyüsünü gətirdilər, sonra qarasını gətirib mizə düzdülər və Kamança Tanrıverdiylə Cümünün qabağına qoyulan qara boşqabında şabalıdın, albuxaranın, yağlı ət tikələrinin arasında sümüyü qırılmamış bütöv bir maça da var idi və o bütöv maça ətinə baxanda, qəribədir, birdən-birə, bir-birindən xəbərsiz, ikisinin də – Cümünün də, Kamança Tanrıverdinin də – yadına Şuşa düşdü. Niyə belə oldu? Bunun səbəbini yəqin nə Kamança Tanrıverdi bilirdi, nə də Cümü, amma olanı bu idi ki, birdən-birə, həyatlarının indi əlçatmaz, ünyetməz bir uzaqlığında qalmış məqamlarında Şuşa bulaqlarının başında – Isa bulağında, Turşsuda, Səkili bulaqda, Daşaltında qurduqları, yeyib-içdikləri məclislərin ab-havası onların ikisinin də içindən ötüb keçdi.
    Kamança Tanrıverdi başı ilə qara boşqabına işarə edib və açıq-aşkar o bütöv maçanı nəzərdə tutaraq Cümüyə:
    – Qaradan götür... – dedi.
    Cümü də elə o bütöv maçanı nəzərdə tutaraq:
    – Yox, əvvəl sən götür, sonra... – dedi.
    Kamança Tanrıverdi:
    – Ə, mən sənnən böyüyəm, götür... – dedi.
    Və bu vaxt onlarla üzbəüz, amma bir az kənarda – mizin küncündə oturmuş rusa oxşayan bir nəfər (Vasili Kuzmiç) qaşığı uzadıb o bütöv maçanı götürdü və ədəbərkan ilə öz qabağındakı plovla dolu boşqaba qoydu.
    Kamança Tanrıverdi bir az pörtüb yavaşdan:
    – Ə, bu kimdi belə?– soruşdu.
    Cümü:
    – Hər kimdi... – dedi. – Halalı olsun...
    Vasili Kuzmiç isə o maçanın əti ilə plovun düyüsünü ləzzətlə yeyə-yeyə bir daha əmin olurdu ki, dünyada azərbaycanlılardan dadlı xörək bişirən millət yoxdu və həmin anlarda Vasili Kuzmiç fəxr eləyirdi ki, o da bu gözəl azərbaycanlılar kimi müsəlmandı...
    Və elə bu vaxt heç kimin gözləmədiyi bir hadisə baş verdi.
    Bayraqdar Surxay birdən-birə yerindən qalxdı və iti addımlarla camaatın arasından keçib uzaqlaşdı.
    Məclisdəkilərin bir qismi təəccüblə onun ardınca baxdı, çünki Bayraqdar həyətin aşağı başındakı tualetə, ya Yataqxana blokunun qapısına tərəf yox, qazanxanaya tərəf getdi və çox çəkmədi ki, əlində tutduğu bayraqla geri qayıtdı və bayrağı məclisin qənşərindəki iydə ağacının budaqlarının arasından uzatdı. Sonra Surxay keçib Molla Fərzəlinin (Fərzəli müəllimin) yanında bayaqkı yerində oturdu və o dəm Surxay, elə bil, başqa bir dünyadan zühur etmiş səssizsəmirsiz bir məxluq, çəkisiz kölgə kimi bir şey idi.
    Dağ yeli qoca iydənin budaqları arasında yüngülcə səs sala-sala bayrağı yellədirdi.
    Məclis əhlinin boğazından tikə keçmirdi.
    Bu an, gah Molla Fərzəlinin (Fərzəli müəllimin) yanında oturmuş Surxaya, gah da dağ yelinin eləcə səslə-küylə yellətdiyi o bayrağa baxan Kamança Tanrıverdinin ürəyinə, elə bil, iynə sancdılar və Kamança Tanrıverdiyə elə gəldi ki, indicə Ustad Məşədi Müzəffər Ağanın kamançasının simləri – dörd simin dördü də birdən qırıldı və o kamançanın xərəyi bir də heç vaxt sim saxlaya bilməyəcək. Cümü, elə bil, öz-özünə pıçıldadı:
    – O zubulu damda mən tapıb verdim, o bədbəxt də vurdu...
    Kamança Tanrıverdi:
    – O vurmayıb, əcəl vurub, – dedi.
    Təkcə Vasili Kuzmiç öz taleyindən razı halda həmin qoyun maçasının ətini ləzzətlə yeyib qurtarmaq üzrə idi və onun dünyanın hər üzünü görmüş göy gözləri indi də qara boşqabında təzə bir ət tikəsi axtarırdı...
    12 – 17 iyun 2004.
    Moskva – Bakı.

<< 1 / 2 / 3 >>
Bölmə: Azərbaycan ədəbiyyatı | Əlavə edildi: azerhero (08.01.2014) | Müəllif: R.C E W
Baxış: 730 | Reytinq: 0.0/0
Bütün rəylər: 0
omForm">
avatar

Kitablar — zamanın dalğaları ilə səyahət edən və nəsildən-nəslə öz qiymətli yükünü ehtiyatla aparan fikir gəmiləridir.

- Frensis Bekon

Son 90 gün ərzində kitab oxumamaqdan daha pisi kitab oxumadığına görə narahat olmamaqdır.

- Cim Ron

Kitabları yandırmaqdan daha pis şey onları oxumamaqdır.

- Rey Bredberi

Yaxşı kitab aysberqə oxşayır, onun yeddi-səkkiz hissəsi suyun altında gizlənib.

- Ernest Heminquey

Kitablarım mənə çatacaq qədər böyük bir krallıqdır.

- Shakespeare

Mən, kitablarımı yaratmadan əvvəl, kitablarım məni yaratdılar.

- Montaigne

Kitabsız yaşamaq; kor, kar, dilsiz yaşamaqdır.

- Seneca

Bu günün gərçək universiteti, bir kitabxanadır.

- Carlyle

Kitab, tək ölümsüzlükdür.

- Rufus Choate

Exlaqa uyğun ya da zidd kitab deyə bir şey yoxdur. Kitablar ya yaxşı yazılmışdır, ya da pis. Hamısı bu qədər!

- Oscar Wilde

Ümidlə açılıb qazancla bağlanan bir kitab, yaxşı bir kitabdır.

- Alcott

Kitablar, itmiş başların abidələridir.

- Sir William Dave

Kitablar, heç solmayacaq bitkilərdir.

- Herrick

Kitab heç aldatmayan bir yoldaşdır.

- Guilbert De Pixrecourt

Axmaqlarla oturub-durmaqdansa , kitabla tənha oturmaq yaxşıdır.

- Qasım bəy Zakir

İnsan güc ilə yox, mütaliə etməklə ağıllanır.

- C.Bruno

Az bildiyini başa düşmək üçün çoxlu oxumaq lazımdır.

- Mişel Monten

Kitablar özünüzə və başqalarına hörmət etməyi öyrədəcək, ürəyi və ağlı, dünya və insanlıq sevgisiylə dolduracaq.

- Maksim Gorki

Kitab həyatın ən uzaq və qaranlıq yollarında insana işıq bəxş edən əfsanəvi çıraqdır

- A.M.Upit

BAKI QIZLAR UNİVERSİTETİ
1992-ci ildə təsis edilən və həmin vaxtdan da fəaliyyətə başlayan Bakı Qızlar Universitetinin (əvəllər Bakı Ali Pedaqoji Qızlar Seminariyası adlanırdı) yaradılmasında məqsəd respublikada qadın pedaqoji kadrlar yetişdirmək, onların intellektual səviyyəsini yüksəltmək və gənc qızları ailə həyatına hazırlamaqdan ibarətdir. Hazırda universitetdə "Sosial pedaqoji” və "Filologiya-tarix” fakültələri fəaliyyət göstərir. "Sosial pedaqoji” fakültədə "Təhsildə sosial-psixoloji xidmət”, "Psixologiya”, "Coğrafiya müəllimliyi”, "ibtidai sinif müəllimliyi”, "Məktəbəqədər təlim və tərbiyə”, "Riyaziyyat və informatika müəllimliyi”, "Filologiya-tarix” fakültəsində isə "Xarici dil (ingilis) müəllimliyi”, "Azərbaycan dili və ədəbiyyat müəllimliyi”, "Tarix müəllimliyi”, "Jurnalistika” üzrə bakalavr, "İbtidai sinifdə tədrisin metodika və metodologiyası”, "Pedaqogika nəzəriyyəsi və tarixi”, "Azərbaycan ədəbiyyatı”, "Azərbaycan dili”, "Azərbaycanın yeni və ən yeni tarixi” sahəsində magistratura səviyyəsində kadr hazırlığı aparılır.
Bakı Qızlar Universiteti Nazirlər Kabinetinin 1996-cı il fevralın 21-də 21 saylı sərəncamı ilə dövlət qeydiyyata alınmışdır. 2013-cü ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin lisenziya komissiyası BQU-nun çoxilli fəaliyyətinin, onun yüksək maddi-texniki bazasının, infrostrukturunun, təlim-tərbiyə sisteminin Azərbaycan Respublikası təhsil Qanununa Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Ali təhsil Müəssisələrinin fəaliyyətinə xüsusi razılıq (lisenziya verilməsi haqqında qərarına, Azərbaycan Respublikası Təhsil Nazirliyinin sənədlərinə uyğn qurulduğunu, pedaqoji kadrların hazırlanmasında əldə olunmuş nailiyyətlərini nəzərə alaraq universitetin fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsini məqsədəuyğun hesab etmişdir. Eyni zamanda 2013-cü ildə universitet akreditasiyadan keçmişdir. Universitetdə müxtəlif fənnlər üzrə kabinetlər, dörd kopüter otağı, kitabxana, badii yaradıcılıq studiyası, tələbə elmi cəmiyyəti, Tələbə Gənclər təşkilatı, dörd dərnəklər, nəşriyyat, idman zalı, yeməkxana, kadrlar şöbəsi və mühasibatlıq fəaliyyət göstərir.
Learn more