Əsas » Məqalə » Azərbaycan ədəbiyyatı

Əliyev Ələkbər (Əli Əkbər) yaradıcılığı-Amneziya-7

     Mən danışdıqca Şeylanın mənə diqqətlə qulaq asmasından, bu fikirləri ilk dəfə eşitdiyi və eşitdiklərinin onda maraq doğurduğu aydın hiss olunurdu. Şeyla sanki maariflənir, maarifləndikcə də etirazları və əks-arqumentləri get-gedə zəifləyirdi.
     Ürkəkcə soruşdu:
     - Sizcə bu xalqa birdən-birə demokratiya vermək olar?
     – Atanız sizə deyib ki, olmaz? Ona görə 131 nəfəri gülləbaran edən Qənirənin yanında oturub?
     –Bunun məsələyə nə dəxli? Mən sizə sual verdim. Bir də ki... - tərəddüdlə dedi. - Vaxtınızı almıram? Bəlkə xəstəniz var?
     –Yox, narahat olmayın. Bilirsinizmi Şeyla, bu rejim demokratik prinsiplər onu narahat etməyə başlayanda mentalitetə istinad etməsə, problem olmaz. Ən azından səmimi görünərdi. Amma “xalq demokratiyaya, insan haqlarına, azadlığa layiq deyil” demək çox böyük əxlaqsızlıqdır! Azərbaycan xalqına azad seçki keçirməyi etibar etmək olmaz, bu xalqa demokratiya vermək olmaz demək, Azərbaycan qadınlarına, elə sizin özünüzə da təhqirdir. Yəni siz özünüzü də təhqir etmiş olursunuz. Hakim elitada olmaq sizi bundan sığortalamır. Amma mən deyirəm ki, Azərbaycan xalqı ən proqressiv müsəlman xalqdır. İstedad baxımından da, savad baxımından da kimdən əksiyik? Bircə əxlaq problemimiz var, o da sizin günahınızdır. Ən parlaq zəkalarımız qaçıb gediblər xaricə. Ölkədə normal rejim qurulsa, biz əməlli-başlı Avropa ölkəsinə çevrilərik. Qənirə Milli rejimi isə bunda maraqlı deyil.
     - Siz doğrudan dediklərinizə inanırsınız? Yəni azərbaycanlılar Avropalı ola bilərlər?
     -Əlbəttə inanıram.
     Şeyla istehza ilə gülüb:
     -Palaza bürün elnən sürün deyən xalq Avropalı ola bilər? - dedi. - Siz nə danışırsınız?
     -Siz nə üçün bunu komformizm kimi başa düşürsünüz? Başqa cür də yoza bilərik. Məsələn, deyə bilərik ki, bu zərbi- məsəl səfərbərliyə aiddir. Səfərbərlik zamanı, hamı bir nəfər kimi ayağa qalxır, palaza bürünür, elnən sürünür. Ola bilməz? İkinci cahan müharibəsində İngiltərə kraliçası palaza bürünüb, elnən sürünüb yaralı əsgərlərin sarğısı ilə məşğul olmurdu? Bəli, razıyam, biz müsəlman şərqinə aid xalqıq. Çox təəssüf. Amma daxilən də demokratiyaya açığıq.
     -Murad, axı bu xalq çox məhəllidir, çox geridə qalmışdır. Milli-mənəvi dəyərlərə lağ edirsiniz, amma azərbaycanlı üçün bu dəyərlər hər şeydən, o cümlədən azadlıqdan, demokratiyadan da üstündür. Ölkəni kimin, necə idarə etməsi onu maraqlandırmır. Bu xalqa toy, bakirəlik, nə bilim yengə-zad maraqlıdır.
     -Bu xalqın köləliyinin qarantı olan bütün milli-mənəvi və dini dəyərlərinin bir televiziyalıq canı var. Bircə həftə bütün telekanallar Avropa dəyərlərindən, demokratiyadan, liberalizmdən danışsa, xalq da tutuquşu kimi bunları təkrarlayıb, əməl edəcək. Amma siz bunu etmirsiniz. Bunda maraqlı deyilsiniz. Çünki bu xalqın milli və dini dəyərləri sizə sərf edir. Qənirə Milli, atanız və bu rejimin bütün əsgərləri səhərdən axşama qədər mentalitetdən, dindən danışmırlarmı? Bu dəyərlərin ölkəni idarə etmədə onlara kömək etdiyini etiraf etmirlərmi?
     Başını azca yana çevirdi, çənəsini əlinə qoyub dirsəkləndi. Fikrə daldı. Sonra isə dedi:
     -Demokratiyadan, liberal dəyərlərdən danışırsınız. Amma özünüz bu iqtidara qarşı çox amansızsınız. Hanı bəs sizin obyektivliyiniz, tolerantlığınız? Bütün yaxşı şeyləri - tikilən körpüləri, təzə binaları, parkları, fəvvarələri də inkar edirsiniz, çox radikalsınız. Belə demokratiya olar?
     - Şeyla xanım tolerantlıq, obyektivlik bilirsiniz nə vaxt tələb oluna bilər? Bütün tərəflər üçün bərabər şərtlər yaradılarsa! Azərbaycan kimi maariflənməmiş monarxiyanın hakimiyyətdə olduğu, total nəzarətin tüğyan etdiyi, müxalif fikirin yayılmaması üçün bütün informasiya kanallarının blokadaya alındığı rejimlərdə, azad düşüncəli insanlardan obyektivlik, tolerantlıq tələb etmək gülməlidir. Bu bilirsiniz nəyə oxşayır? Osventsimdə Zyklon B qazı ilə boğulan yəhudilərdən, Alman faşistlərini başa düşmələrini və mümkün qədər obyektiv olmalarını istəməyə. Gülməli deyil? Obyektivlik anlayışı bu qədər təhrif edilir, ölkədə lotuluq, dərəbəylik hökm sürür, siz isə obyektivlikdən danışırsınız.
     -Nə deyirsiniz deyin, amma bəyənmədiyiniz rüşvət də, korrupsiya da, yaltaqlıq da, qorxaqlıq da, elə avtoritarizm də - hamısı bu xalqın qanındadır...
     Şeylanın sözünü kəsdim:
     -Bir dəqiqə! Mən də bir həkim kimi, bütün məsuliyyətimlə sizə deyə bilərəm ki, nə azərbaycanlıların, nə də dünyadakı heç bir xalqın, qövmün, tayfanın qanında rüşvət, yaltaqlıq, qorxaqlıq, avtoritarizm yoxdur. Qanın tərkibində zülal var, hormon var, eritrositlər var, leykositlər var, nə bilim trombositlər var. Qanda rüşvət, yaltaqlıq haqda tibb elminə heç nə məlum deyil.
     Şeyla qaşlarını çatıb, başını bulaya-bulaya ayağa qalxdı.
     -İstehzanızı kənara qoysaq maraqlı, inandırıcı danışırsınız. Sizi başa düşmək istəyirəm Murad. İnanın ki, çox səmimiyəm. Sizi başa düşmək istəyirəm.
     Doğrudanmı məni başa düşməyə çalışır? Bəlkə yaltaqlanır? Axı mənə niyə yaltaqlansın? Mən də onu başa düşmək istəyirəm doğrusu. Burada nə gəzir? Nə üçün mənimlə ağız-ağıza verib mübahisə edir? Ölkənin ən varlı adamlarından birinin qızı, adi bir diş həkimi ilə nə üçün bu söhbətləri edir? Özünü təsdiq problemi, ciddi kompleksləri, azad və müstəqil görünmək istəyi var bəlkə?
     - Bəs bu rejimi dəstəkləyən istedadlı, savadlı, səviyyəli insanlara nə deyirsiniz? Düzdür, hakimiyyətdə aqrar elementlər də çoxdur, amma müasir, rusdilli kadrlarımız da var axı.
     - Ha ha! Hakimiyyətdə ağıllı, səviyyəli insanlar var!? Nə gözəl! - istehza ilə dedim. - Özü də rusdillilərdən heç danışmayın, çünki onların bu xalqa aidiyyəti yoxdur.
     Rusdilli olmayan, əksinə Avropada təhsil almış, yeni nəsil azərbaycandillilər təbəqəsinə mənsub olan Şeyla, gözlərini döyə-döyə mənə baxırdı. Görünür, bu gün məruz qaldığı informasiya axını qarşısında sərsəmləmişdi. Mənsə fikrimi tamamladım.
     - Neft gəlirləri hesabına mövcud olan korrupsion rejimlərdə, xalqın potensialından yararlanma əmsalı çox düşük olur Şeyla xanım. Hakimiyyətdə təmsil olunan bircə nəfər intellektual göstərin mənə. Yoxdur! Ətrafınızdakıların hamısı yaltaq, oğrudur. Həqiqi ziyalı, intellektual isə yaltaqlıq etməz. Xalq sizə nifrət edir, başa düşürsünüz? Nifrət edir! - deyib, emosional çıxışımı bitirdim.
     Üzündən təəssüf və çarəsizlik oxunurdu. Stolun yanına yaxınlaşdı.
     – Nifrət edirsə üsyan etsin, meydanlara tökülsün, Millini devirsin. Polisin dəyənəyindən qorxmasın. Evdə, mətbəxdə donquldanmağa nə var?
     Sanki Şeyla yox, AzTV danışırdı. İyrəndim ondan. “Yox, o həqiqətən çox iyrənc qadındır” düşündüm. Belə həyasızlıq, belə inad heç qadınlığa da sığmaz.
     - O gün də gələcək Şeyla xanım - dedim. - Tezliklə gələcək. Yerinə oturub bir siqaret daha yandırdı. Birdən, gözlərimin içinə dimdik baxıb dedi:
     -Gəlməyəcək! Özü də bilirsiniz nə var? Tarix boyu belə olub - hakimiyyət həmişə güclülərin əlində olub. Bu gün isə güc puldadır. Pul da ki, bu rejimdədir.
     - Ola bilər. Amma sizin pulunuz sizə səs qazandırırmı? Azərbaycan xalqı sizə nə zamansa səs veribmi? Heç vaxt! Siz bu ölkəni zəbt eləmisiniz və hələ də xalqdan səmimi sevgi, hörmət tələb edirsiniz. Sizin ciddi sevgi probleminiz var Şeyla xanım. Soymaq, talamaq, qətlə yetirmək və eyni zamanda sevilmək istəyirsiniz. Bunun adı sinizmdir. Xalq da bilir bunu. Bilir və sizə nifrət edir. Doğrudur, siz də ona nifrət edirsiniz və bu nifrət qarşılıqlıdır.
     Qəfildən, masanın üzərindən əlini uzadıb, soyuq və nazik barmaqlarını əlimin üstünə qoydu.
     -İcazə verirsiniz bir-birimizə “sən” deyə müraciət edək?
     Əlimin üstündəki əlinə təəccüblə baxıb, düşünmədən:
     -Əlbəttə, - dedim. - Etirazım yoxdur.
     Növbəti sualı, əlimə toxunmağından daha gözlənilməz idi.
     -Sən mənə də nifrət edirsən Murad?
     Hələ də şokda olsam da, gülümsəməyə güc tapdım:
     -Bu sualı vermək üçün mütləq əlimi tutmalısan?
     Üzündəki gərgin ifadəni dəyişmədən, boğuq səslə dedi:
     -Sualıma cavab vermədin.
     - Sənin kim olduğunu bilməsəydim, nifrət etməzdim. Amma bildiyim üçün bəli, nifrət edirəm.
     Əlimin üstünü sığallayaraq:
     -Amma mənim səndən xoşum gəlir.
     - Siz... sən nə danışırsan? - ayağa sıçrayıb çaşqın halda ona baxdım. - Bu zarafatdı?
     -Yox, zarafat niyə olur?
     Yavaşca ayağa qalxıb qapıya yaxınlaşdı, sürtgülü cəftəni çəkib qapını bağladı. Heyrət dolu baxışlarımın müşayiəti altında keçib pəncərənin jalüzlərini də endirdi. Sonra mənə yaxınlaşdı. Siqareti söndürdü, əlini yanağıma qoydu. Tütün və dərman qoxuyan ağzını sifətimə yaxınlaşdırdı.
     -Nifrətin məni təhrik edir.
     Baş verənlər mənə somnambula kimi görünürdü. Əlini yanağımdan çəkmək üçün gücüm də qalmamışdı. Zarıyaraq:
     -Lazım deyil - dedim. Öz səsim özümə yabançı gəldi.
     O isə, məni ehtizaza gətirən pıçıltı ilə:
     -Sən arzularımın kişisisən - dedi.
     Barmaqlarını yaxasında sürüşdürə-sürüşdürə bir göz qırpımında köynəyinin düymələrini açdı. Məmə gilələri dümağ, zərif lifçiyinin altında qabarmışdı, azadlığa çıxmaq üçün səbirsizlənirdi. Sonra şalvarının düyməsini açmağa başladı. Bir anlıq özümə gəlib:
     - Neynirsən? - soruşsam da, sözlər çətinliklə boğazımdan çıxırdı. Nəinki Şeyla, heç özüm də nə dediyimi eşitmədim.
     Şüurun, ağlın, ali duyğuların təslim olduğu, qarşısında diz çökdüyü bəlkə də yeganə substansiyadır şəhvət. Özü də, bəzilərinin düşündüyü kimi bunda xəcalət çəkəsi heç nə yoxdur. Bəşəriyyətin mövcudluğunun qarantı olan şəhvəti digər hisslərdən ayırmağın - onu üstün ya da aşağı tutmağın da yeri yoxdur. Şəhvət şəhvətdir. Onu içimizdə boğası, yox edəsi də deyilik. Şəhvət təbiətin elə bir ərməğanıdır ki, onu ədəb anlayışı çərçivəsinə sığdırmağın özü ədəbsizlikdir. Seksin zamanını və məkanını kim təyin edə bilər? Sərhədlərinin harada başlayıb, harada bitdiyini kim deyə bilər? Seksdə yeganə prinsip tərəf müqabilini həzzin zirvəsinə çatdırmaqla bundan həzz almaq deyilmi? Heç sədaqət anlayışının özü indiyə qədər obyektiv tərifini tapmayıbsa, xəyanətdən danışmağın mənası varmı? Kimə və nəyə xəyanətdən söhbət gedir? Kişi qadınla yatanda nə barədə düşünür, ya da düşünməlidir? Bəs qadın nə düşünür? Əgər qadınla yatanda başqasını xəyal edirsənsə, bu xəyanətdirmi? Bəs insan öz beyninə necə müdaxilə etsin, fantaziyalarının qarşısına necə sədd çəksin? Ümumiyyətlə, bu qaydaları kim qoyur? Bu qaydalara kim riayət edir? Və nə üçün edir? Xaos olmasın deyə? O zaman bu qaydaların təmin etdiyi, yaratdığı nizamı göstərsinlər mənə. Haradadır bu nizam? Nizam olsaydı, dünyada xərci-mərclik hökm sürməzdi.
     Beynimə doluşan fikirlərə bax. Bunları düşünməklə deyəsən öz əməllərimə bəraət qazandırıram.
     “Murad, beş günlük dünyadı, gözlərini yum, həzz almağa çalış, kefini çək...”
     Ağlım mənə bunları təlqin edir.
     Ürəyimdə isə kədərin dözülməz ağırlığı var.

Gənc ixtiraçı

     Əvvəl Sənan zəng vurdu. Ondan eşitdiyim xəbərin şokundan ayılmamış, Toğrul kabinetə girib, Sənanın dediklərindən qat-qat dəhşətli şeylər danışdı. Bəd xəbəri birnəfəsə çatdırandan sonra da, qaçıb getdi Azərin otağına. Ardınca baxdım. Dəhlizin sonundakı direktor kabinetində altı-yeddi ağ xələtli televizorun başına toplaşmışdı.
     Rəna zəng eləyəndə isə:
     -Xəbərim var - dedim.
     -Kimdən eşitdin?!
     -Sənan zəng eləmişdi. Sonra da Toğrul dedi.
     -Özümə yer tapa bilmirəm, inanırsan?! Bədənim əsir.
     - Elə mənim də - deyib, özümü kresloya buraxdım. - Dəli olmuşam.
     -İşin çoxdu hələ?
     - Yox. İstəsəm indi də çıxa bilərəm.
     Dəstəyin obaşında səssizlik. Ardından da gözlədiyim sual:
     -Səyavuşun qızı gəlmişdi?
     Tərəddüd etmədən cavab verməliyəm.
     -Hə. Hələ üçdə gəlmişdi. Əşi sən mənə qırğından danış.
     -Mən də işdə, internetdən oxudum. Sonra zənglər gəldi. Nə isə. Bəlkə görüşüb bir yerdə ora gedək?
     Ayağa qalxıb stolun yanına yaxınlaşdım, nə üçünsə siyirtməni açıb bağladım.
     -Hə, gedək. Mütləq.
     - Onda Cəfər Cabbarlı heykəlinin yanında görüşək. Neçə dəqiqəyə gələrsən?
     -On beş dəqiqəyə ola bilərəm.
     Rəna kədər dolu, yorğun səslə:
     - Oldu. On beş dəqiqəyə ordayam. Görüşərik - deyib telefonu söndürdü.
     Dəhlizə çıxıb qapını bağladım. Direktor otağının qapısı aralıydı. Televizordan qulağıma qırıq-qırıq cümlələr çatırdı:
     “İlkin məlumatlara görə 13 nəfər ölüb... Əməliyyat sona yetib Qatilin şəxsiyyəti müəyyənləşdirilir...”
     Gün ərzində ikinci şok.
     “Şeyladan sonra Rənanın gözlərinin içinə baxa biləcəm? Niyə də baxmayım? Pis bir iş tutmuşam bəyəm? Şeyla özü məni təhrik edib. Bir gündə baş verənlərə bax. Əvvəl Şeyla, indi də bu...”
     Mən nə səfeh adamam! Gör nələri müqayisə edirəm. Ayıbdır.
     Həyəcanla televizora baxan, hər sözü, hər cümləni acgözlüklə udan həkimlərin arasında Toğrulu görüb, göz-qaş elədim. Dəhlizə çıxdı.
     -Boşsansa gedək də - dedim. - Rəna Cabbarlının qabağında gözləyir.
     - Gedək, gedək. Beş dəqiqə gözlə, gəlirəm. Kabineti bağlayım.
     Küçəyə çıxıb siqaret yandırdım. Küçə öz normal axarındaydı - meyvə satan talış qadın, taksi şoferləri, iki tin qabaqdakı litseyin şit şagirdləri. Deməli heç kimin, heç nədən xəbəri yoxdur. Olsa da küçənin mənzərəsi dəyişən deyildi.
     Toğrul qaça-qaça bayıra çıxdı. CR-V-yə minib 28 aprel metrosuna tərəf sürətlə götürüldük.
     -Sənin bu maşının olmasaydı neynəyərdik? - deyib siqareti şüşədən bayıra atdım.
     -Eeee. Bəsdi də. Taksiylə gedəcəkdik. Sən mənə de görüm, bu nə məsələdir? Biz öyrəşmişik ki, belə şeylər Amerikada, nə bilim, Almaniyada olur.
     - Düz deyirsən. Hələ də inana bilmirəm ki, bizdə belə bir hadisə olub...
     Toğrul Füzuli küçəsinə burulub sürəti artırdı.
     -Sənan nəsə dedi sənə?
     - Yox. Zəng vurdu ki, bəs belə belə, gedirəm ora.
     28 aprel metrosuna çatmışdıq. Toğrul maşını saxlamaq üçün, sağa-sola boylanmağa başladı.
     Rəna ilə sövdələşdiyim vaxtda heykəlin qabağınadaydım. Toğrul ADNA -nın qarşısına toplaşan izdihama baxır, mənim gözlərim isə Rənanı gəzirdi. Uzaqdan onu görüb əl elədim. Addımlarını sürətləndirdi. Yanımıza çatanda təngnəfəs olmuşdu.
     -Salam. Yaxına gedək? - soruşdu.
     -Gedək də. Amma çətin olacaq - dedim. - Görmürsən neçə cərgə polis var? Ora heç kəsi buraxmırlar deyəsən.
     Ambulanslar bir-birinin ardınca hadisə yerinə gəlirdi. Bütün telekanalların maşınları da binanın cənub divarı boyunca yığışıb, canlı efirə qoşulmuşdular.
     Düz qabağımızda dayanmış əlli yaşlarında şlyapalı kişi qısa saçlı, bəstəboy qadına ucadan dedi:
     -Deyirlər manyakın biridi. Girib içəri, qabağına kim çıxıb güllələyib.
     Qadın irəlidə nələrin baş verdiyini görə bilmək üçün barmaq uclarına qalxmağa çalışır, boynunu qabağa uzadır, amma heç nə görə bilmirdi deyə əsəbiləşirdi. Üzünü şlyapalı kişiyə çevirib:
     -Həə - dedi. - Özü də deyirlər kimdisə, məşhur adamdı.
     Kişi başını buladı:
     - Düzdür, mən də eşitmişəm. Aktyordu, müğənnidi nədi...
     Rəna ilə baxışdıq. İkimizin də ağlından eyni sual keçdi: “Bu məşhur adam kim ola bilər?”
     Toğrul siqaret yandırıb tüstünü göyə üflədi.
     -Sizi bilmirəm, mən bir az qabağa gedəcəm. Ürəyim partlayır.
     -Bəlkə yaxınlaşıb polislərdən soruşaq?
     Rənanın bu ürkək təklifini bəyənmədim. Halbuki, özüm də ADNA-da nə baş verdiyini, qatilin ya da qatillərin kim olduğunu öyrənməkdən ötrü, prinsiplərimi unudub polislərdən söz soruşa bilərdim.
     Toğrul isə dediyini etdi və bizə “görüşərik” deyib, izdihamın içində əridi.
     İçimizi gəmirən sualların cavabı bir saat sonra gəldi.
     Sənan da gəlib çıxandan sonra Toğrula zəng vurduq. Universitet binasından iki yüz metr aralıda, 28 aprel küçəsi ilə Suverenlik prospektinin kəsişməsində olduğunu dedi.
     -Beş dəqiqəyə heykəlin yanındayam. Gözləyin.
     Gözlədik.
     Gələn kimi soruşdu:
     -Hara gedək?
     Bu dəfə, ənənəvi sualı bizdə gülüş doğurmadı. Rəna, üzünə həkk olunmuş düşüncəli, qəmgin ifadəni dəyişmədən, Kubinkadakı Karamel kafesinə getməyi təklif etdi. Razılaşıb maşına doluşduq.
     Yol boyu, hamı susurdu. Eşitdiklərimizdən, gördüklərimizdən sonra ağzımız sözün əsl mənasında açıq qalmışdı.
     Qatil nə müğənniydi, nə də aktyor. Əslinə qalsa, onun haqqında “məşhur” ifadəsini işlətmək də doğru olmazdı (əlbəttə ki, cinayətdən sonra nəinki ölkə, hətta dünya miqyasında məşhurlaşmışdı). Lakin müğənnilər, ya da meyxana deyənlər qədər geniş xalq kütlələrinə adı tanış olmayan Rövşən Zabitoğlunun qorxunc terror aktını törətməsi onu tanıyanlar, xüsusilə də rusdillilər üçün dəhşətlidən dəhşətli xəbər olmuşdu.
     “ЧTO? ГДe? Koгдa?” intellektual oyunları üzrə respublika klubunun rəhbəri Rövşən Zabitoğlunun adını eşidəndə, boğazımdan nərilti qopmuşdu - “Nəə!!!” Bu xəbər, ADNA-nın çevrəsinə toplaşan izdihama dalğa-dalğa yayılaraq bizim qulaqlarımıza çatanda, artıq bir saat olardı ki, universitetə 100 metr məsafədə dayanmış, heç olmasa kiçicik bir məlumat əldə edə bilmək üçün səyyar TV ötürücülərinə, polislərə tərəf acgözlüklə baxırdıq.
     Belə bir cinayətə adının qarışması ağlasığmaz idi. Düzdür, istənilən tanınmış şəxs haqqında “ondan heç gözləməzdim” demək mümkündür. Amma belə çıxır ki, gözləmək lazımdır. Kim olursa olsun, gözləmək lazımdır. Deməli hər kəsin daxilində cinayət potensialı və bu potensialı üzə çıxarmağa qadir bir qırılma nöqtəsi var. Həmçinin, Rövşən Zabitoğlunun. Cəmiyyətdə ləyaqətli, şərəfli və vicdanlı bir insan kimi tanınmasa da, Rövşənin özü haqqında formalaşdırdığı intellektual imici danılmazdır. Mən də onun konformizmini, yaltaqlığını ağlına, savadına bağışlayanlardan biri olmuşam. Hələ uzun illər əvvəl, ilk dəfə onu ekranda görəndə, zəkasına və sərhəd tanımayan həyasızlığına mat qalmışdım.
     AzTV-də efirə gedən məşhur, yüksək reytinqli “Gənc ixtiraçı” adlı verilişdə 14-dən 30 yaşa qədər istənilən şəxs öz ixtirasını nümayiş etdirə və münsiflər heyətinin seçəcəyi birinciliyə iddia edə bilərdi. 19 yaşlı Rövşən bu müsabiqədə ikinci yeri qazananda, mən universitetə təzə qəbul olunmuşdum. Onu da deyim ki, Rövşənin provokativ ixtirası tamaşaçılarda istehzaya, bəzilərində isə hətta hiddətə səbəb olmasaydı, münsiflərdən bəlkə də birinci yeri alardı.
     Söhbət, bağırsaq qazının səsini boğan, cəmiyyətdə “osturaq aparatı” adını alan cihazdan gedir. Rusdilli Rövşənin “Permol” adını verdiyi plastik aypara formasındakı cihaz, suya davamlı səs dinamikləri olan və içəri tərəfdən unitazın çevrəsinə bərkidilən, Rövşənin öz dili ilə desək “analoqu olmayan” bir qurğuydu. Rövşən, öz ixtirasının çox effektli olduğunu və cihaza 5 il zəmanət verdiyini fəxrlə deyirdi.
     Canlı efir vaxtı, Rövşən cihazın işə yaradığını sübut etməkdən ötrü, studiyadan bir nəfər könüllünün səhnədə quraşdırılan səyyar unitaza oturaraq qaz buraxmasını xahiş etsə də, ictimai yerdə osturmağa razı olan könüllü tapılmamışdı. Heç kəsin unitaza yaxın durmadığını görən və münsiflər tərəfindən layiqli qiymət almamaqdan ehtiyat edən Rövşən, sonda məcbur qalıb “səsin eşidilməyəcəyinə amma qoxunun yayılacağına” dair xəbərdarlıq edərək, özü unitaza oturmuşdu. Gücənməyə başlayan Rövşənin alnında puçurlanan tər damcılarını, qızaran sifətini kameralar xüsusi canfəşanlıqla çəkir, iri planda tamaşaçılara göstərirdi. Otuz-qırx saniyə sonra, səhnəyə yaxın oturan tamaşaçılar yüngül qoxu hiss etməyə başladılar. Amma buraxılan qazın səsini eşidən olmamışdı. Bəzi skeptiklər, Rövşənin unitaza oturub qazını səssiz buraxdığını desə də, gənc ixtiraçının növbəti dəfə “onda buyurun siz oturun və bərkdən qaz buraxın” təklifi ilə razılaşan olmamış, hətta iki-üç nəfər Rövşəni söyə-söyə studiyanı tərk etmişdi.
     O gün, ekranları qarşısında oturan tamaşaçılar arasında ona inananlar, ixtirasını bəyənənlər də oldu, söyüb lənətləyənlər də. Məsələn atam başını bulayıb:
     -Gör nə günlərə qalmışıq - demişdi. - Abrımız, həyamız gedib. Sənin kişi boyuvu yerə soxum!
     Mən isə atam qədər hiddətlənməmişdim. Nəinki hiddətlənmək, gənc ixtiraçının çılğınlığına gülmüşdüm də. Nə üçünsə Rövşənin bu hərəkəti məndə rəğbət oyatmış, ona qarşı simpatiyam yaranmışdı. Xalqı ələ saldığını, doladığını düşünürdüm, çünki mənim nəzərimdə Permol, adi bir susturucudan ziyadə, xalqın sifətinə vurulan şapalaq idi. Yeri gəlmişkən onu da deyim ki, o illərdə xalqa nifrətim sərhəd tanımırdı.
     Sonrakı günlərdə, “Gənc ixtiraçı” müsabiqəsinin ikinci yer laureatı Rövşən Zabitoğlunun, cihazın patentini kiməsə satdığı xəbərləri yayıldı. Hətta deyilirdi ki, İqtisadi İnkişaf nazirliyi “Hamı yerli mal alsın, xeyir vətənə qalsın” kampaniyası çərçivəsində, Permolun kütləvi istehsalını maliyyələşdirəcək. Lakin yarım ilə yaxın vaxt ötsə də, Rövşən Permolu istehsal etməyə razılıq verən bir şirkət, qurum tapa bilmədi. Belə bir şayiə də gəzirdi ki, bəzi oliqarxlar fərdi qaydada özləri üçün bu qurğulardan düzəltdirib evlərində, bağlarında işlədirmişlər. O cümlədən bürokratlar arasından da Permola rəğbət göstərənlər olubmuş. Doğrudan da, qısa müddət sonra Rövşənin bəzi yüksək vəzifəli məmurlarla yaxınlaşması, bu iddiaya inanmağa əsas vermişdi.
     Di gəl ki, Rövşənin sevinci uzun sürmədi.
     Günlərin bir günü Permolun susduruculuq funksiyasını yerinə yetirmədiyi, Rövşənin fırıldaqçı olduğu söhbətləri yayıldı. Dedi-qodulara görə, nazirlərdən biri bu cihazı evində quraşdırmış və evdə qonaqlar olan vaxt, arxayınca tualetə girib doyunca qaz buraxıbmış. Otağa qayıdanda isə övladları və həyat yoldaşı ilə yanaşı, bütün qonaqların qıpqırmızı olduğunu, gözlərini ondan qaçırtdıqlarını görəndə, hər şeyi başa düşüb pərt olubmuş. Onu biabır edən Permola, ən çox da qurğunun ixtiraçısı Rövşənə nazirin qəzəbi tutub və deyilənlərə görə nazir onu cəzalandırıbmış.
     Nazirin onu necə cəzalandırdığı haqda dəqiq heç nə bilinməsə də, bu hadisədən sonra Rövşən düz iki ilə yaxın gözə görünmədi, adam arasına çıxmadı. Onun öldüyünü, xaricə sürgün edildiyini, DTN-nin zirzəmisində yatdığını, hətta nazirin şəxsən özü tərəfindən zorlandığını deyənlər olsa da, mənim bu versiyalardan birinə, ya da bir neçəsinə inanmaq üçün heç bir əsasım olmadığından, Rövşənin bir gün özünün ictimaiyyət qarşısına çıxıb hər şeyi açıqlayacağı anı gözləyirdim.
     Elə də oldu.
     Qeybə çəkilməsi kimi, zühuru da qəfil oldu. Özü də “Nə? Harada? Nə vaxt?” oyunlarının Respublika klubunun başçısı qismində ortaya çıxıb, qısa müddətdə rusdilli gəncliyin parlaq simalarından birinə çevrildi. Yenə də, şəhər əfsanələrinə inanası olsaq, onu bu vəzifəyə “Bakılı qaqaşlar” KVN komandasının kapitanı Anar Abıyev gətirmişdi. Dəmdəməki adam olan, Qənirə Milliyə yaxınlığı ilə lovğalanan, intellektualizmə, fərqliliyə iddia edən və iqtidardakı azərbaycandillilərdən üstün olduğuna inanan Anar Abıyev həm də Milli Məclisin üzvüydü. Zaman bəzən amansız, qəddar olur. Rövşənlə yaxınlıq Anara düşmədi, işləri dolaşığa düşdü, illər boyu pillə-pillə yüksəldiyi karyera zirvəsindən şappıltı ilə üzü aşağı, yerə çırpıldı.
     Gənc ixtiraçını öz himayəsinə götürdükdən üç il sonra keçirilən növbəti parlament seçkilərində, Anar iqtidara yaxın molla biznesmen, dörd yanacaq doldurma məntəqəsinin sahibi Hacı Əflatuna uduzmuşdu. Bu isə o demək idi ki, Anar gözləmədiyi yerdən, “dostum” dediyi prezident administrasiyasının rəhbəri Həsən Abdullazadədən zərbə almışdı. Özü də bu zərbə, ondan aldığı birinci zərbə deyildi.
     Hələ beş il əvvəl KVN, mətbuat və məhəllə uşaqları arasından özünə yaxın saydığı 15 rusdilliyə deputatlıq vəd edən Anar, onların parlamentə seçilməsinin prezident administrasiyasında razılaşdırıldığını demiş, 15 rusdilli gənci ümidləndirmişdi. Amma rusdillilərin bütün ümidləri və borc-xərclə tapdıqları seçki pulları puç olmuş, heç biri parlamentə seçilməmişdi. Bu biabırçı məğlubiyyətdən sonra onların yanında gözü kölgəli olan Anar, yenə siyafurluğuna salıb “Qənirə xanım rusdillidir, bizim arxamızdadır! Siz mütləq parlamentə düşəcəksiniz, arxayın olun!” deyərək, rusdilli gəncləri beş il sonrası üçün həvəsləndirmişdi. Hər kəsin həsrətlə gözlədiyi növbəti deputat seçkilərində isə hakimiyyət Anara da, onun 15 rusdilli dostuna da ən qəddar sürprizi təqdim etdi. Bakının Nizami rayonunun seçki nəticələri açıqlananda, özünün yox, Hacı Əflatunun qalib gəldiyini eşidən Anar, əsəbindən iki gün sərasər on iki butulka viskini boşaltmış, ağır vəziyyətdə xəstəxanaya çatdırılmışdı. Üç gün komada qalan Anarı həyata qaytarmaq üçün dəridən-qabıqdan çıxan həkimlər, nəhayət böyük çətinliklə onu dirildə bilmişdilər. İki həftə sonra xəstəxanadan artıq başqa bir Anar çıxmışdı - qara ciyəri iflas etmiş, içkiyə dilinin ucu ilə belə toxunması qəti qadağan edilmiş, yarı ölü, yarı canlı Anar.
     Bu hadisədən sonra, hakimiyyətin öz yaltaqlarına, nökərlərinə qarşı daha amansız olduğunu, müxalif fikirlilərə duyduğu nifrətdən daha artıq nifrət etdiyini hər kəs başa düşdü. Ölkədə elə bir avtoritar rejim hökm sürürdü ki, öz adamlarını, yaltaq qulbeçələrini daha ağır cəzalandırırdı. Öldürülən, təhqir olunan, sındırılan hər iqtidar yaltağının ibrətamiz aqibəti müxalifəti sevindirsə də, Qənirə Millinin bu davranışlarının arxasında hansı səbəblərin dayandığını, Qənirənin hansı dəyərlərin daşıyıcısı olduğunu başa düşmədiyinə görə, müxalifət həm də narahatçılıq keçirirdi.
     Anardan sonra, administrasiyanın qəzəbinə Rövşən tuş gəldi. Hələ bir neçə il əvvəl gənc intellektual kimi ona bulvarda tikilən binada üç otaqlı mənzil vəd olunsa da, evin təhvil verilməsi müxtəlif bəhanələrlə gecikdirilirdi. Binanın tikintisi çoxdan tamamlanmış, sakinlərin çoxu mənzillərinə köçmüşdü. Amma Rövşənlə maraqlanan, onu saya salan olmamışdı.
     Bir dəfə Qənirə Milli ÇQK-nın Bakıda keçirilən MDB finalına qonaq olmuşdu. O gün ona yaxınlaşıb mənzili ilə maraqlanmaq fürsəti tapmayan Rövşən, prezidenti bir daha görmək üçün bir il yarım gözlədi. Sonda Prezident aparatına yolunu salıb, rus dilində danışa bilməyən, bununla da öz məramını rusdilli Rövşənə çatdırmaqda çətinlik çəkən prezident administrasiyasının humanitar şöbəsinin müdiri Novella Sadətdinovadan kobud cavab alan Rövşənin beyni çöndü. Əvvəl müxalifət qəzetlərinə, Azadlıq radiosuna üz tutdu. Amma nə qəzetlər, nə də Azadlıq radiosu, bir va^tlar hakimiyyətə yaltaqlanmaq üzrə çempionluq dərəcəsi əldə etmiş bu adamı qapıdan içəri buraxmadılar. Axırıncı dəfə, bir həftə əvvəl ATV kanalında canlı efirə gedən “Milli şou biznes” verilişinə zəng vurub ürəyini boşaltmaq istəyən Rövşənin bu cəhdi da səmərəsiz olmuş, sözünü yarımçıq kəsib, telefonu üzünə söndürmüşdülər.
     Deməli illər uzunu sındırılan, alçaldılan bir adam axırda bezib əlinə silah ala bilərmiş. 13 məsum insanı qətlə yetirə, 12 tələbəni də yaralaya bilərmiş. Bəli, qan gölünə çevrilən ADNA-nın dəhlizləri, tamarzı bir gəncin rusdilli ürəyinin üsyanından başqa bir şey deyildi. Belə olan halda, ona manyak, qatil demək nə qədər doğrudur? Bəlkə umduğu evini ala bilməyən Rövşənə, avtoritar rejimin qurbanı demək daha ədalətli olar?
     Hadisənin detallarını Karamel kafesindəki yekə televizordan izlədik. Azərbaycan Dövlət Neft Akademiyasının “Qaz Neft Mədən” və “Neft Mexanikası” fakültələrinin yerləşdiyi ikinci korpusuna daxil olan Rövşən, inzibati binanın birinci mərtəbəsindən üçüncü mərtəbəsinədək qarşısına çıxan hər bir kəsə “Makarov” tipli tapançadan atəş açıbmış. Birinci mərtəbədə iki nəfəri, ikinci mərtəbədə altı nəfəri, üçüncü mərtəbədə isə beş nəfəri qətlə yetiribmiş. On beş dəqiqə sonra isə, polis tərəfindən zərərsizləşdiriləcəyini görüb, özünü öldürübmüş.
     AzTV-nin diktoru, həyəcanla deyirdi:
     -...Xalqın dövlətə, dövlətçiliyə, əmin-amanlığın dönməzliyinə olan inamını zəiflətmək üçün keçmişdə də çoxsaylı insan ölümü ilə nəticələnən cinayətlər törədilib, amma heç bir nəticə verməyib. Niyazi Salayev başda olmaqla, yaramaz müxalifət yenə fürsətdən istifadə etməkdə, hakimiyyətimizə, prezidentimizə dil uzatmaqdadır. Faciəli hadisələrdən istifadə etməyi özlərinə ar bilməyənlər bu gün də cəmiyyətin daim matəm içində yaşamasına, vətəndaşların gələcəyə ümidini itirməsinə çalışırlar...
     Sənan kanalı dəyişdirdi. İctimai Televiziyanın müxbiri, sol əlində mikrofon, sağ əli ilə sinfin qapısını göstərərək, nəfəsi kəsilə-kəsilə danışırdı.
     - ... Daha sonra Rövşən Zabitoğlu, bax... bu gördüyünüz “Faydalı qazıntı yataqlarının işlənməsi fakültəsi”nin 3-cü kursunun dərs keçdiyi auditoriyaya daxil olub. Gəlin birlikdə içəri keçək...
     Hadisənin baş verdiyi auditoriyada olan tələbələrdən biri, yaxınlaşan müxbiri görüb həyəcanla, kəkələyə-kəkələyə hadisəni danışdı:
     -Dərsdə otur...muşduq, kimsə qapını təpik...ləməyə başladı. Qəfildən bir nəfər içəri girdi, əlindəki si...lahla birinci sırada oturanlara atəş açdı. Uşaqlar auditoriyadan qa...çmağa başladılar. Sonra mən dəhlizə çıxanda yerdə çoxlu sayda ya...ralı gördüm. Atəş açanı deyəsən tanımışdım... Amma də...qiq bilmədim kimdi...
     ANS kanalı isə, Rövşənin üçüncü mərtəbədə divara püskürtməli boya ilə yazdığı yazını nümayiş etdirdi:
      «Ублюдки! Грязные коррупционеры! Суки! Я же многого не хочу! Всего лишь квартиру! Подавитесь своей нефтью, своим богатством! Будьте вы прокляты! Some blood for oil! Fuck! Fuck! Fuck!»
     Karameldə yumşaq divanlarda, çoxsaylı mütəkkələr arasında oturmuşduq. Rəna mənə qısılıb qorxu dolu gözlərlə ekrana baxırdı. Necə yorğun, stressli olduğumu indi-indi hiss etməyə başlayırdım. Ayaqqabılarımı çıxartdım, boynumu şaqqıldatdım. Əlimi Rənanın belinə dolayıb onu özümə sarı çəkdim. İkimiz də mütəkkələrə yaslandıq.
     Diqqətlə xəbərlərə baxan Toğrula zəng gəldi. Displeyə baxıb cəld ayağa qalxdı, bayıra qaçdı. Kimin zəng etdiyini təxmin etmək çətin deyil. Rəna üzümə baxdı, başını buladı, sonra təzədən ekrana döndü. Bu anda Şeyla düşdü yadıma.
     Qorxdum ki, zəng vurar, ADNA-da baş verənlərdən danışar, nəsə soruşar. Ondan zəng gəlsə, bunu Rənaya necə izah edəcəm?
     Toğrul içəri qayıdıb, pərişan səslə:
     -Təsəvvür edirsiniz, ölən tələbələrdən biri Zümrüdün qonşusuymuş - dedi.
     Hamımız başımızı qaldırıb ayaq üstə dayanan Toğrula baxdıq. Qarşımızda sanki heykəl durmuşdu - ağzı aralı, saçları dağınıq, gözləri kədər dolu bürünc heykəl.
     -Otur görək - dedim. - Otur.
     Oturub telefonu stolun üstünə atdı. Çaydan bir udum içdi.
     -Ölən kimdi? Qızdı, oğlandı? - soruşdum.
     - Oğlandır. Adı Ceyhun. Orta məktəbdə Zümrüdlə bir sinifdə oxuyublar. Rəhmətlik aspiranturanı bu il bitirməliymiş.
     Sənan dizlərinə dirsəklənib, əlləri ilə başını tutdu:
     -Böyük dərddi.
     Rəna siqaret yandırdı. Əvvəl mənə baxdı, sonra ekrana gözünü dikən Toğrula:
     -Gedəcəksən ora?
     Toğrul diksinən kimi oldu. Gözlərini televizordan ayırıb:
     -Hara? - soruşdu.
     -Zümrüdgilin məhləsinə. Yası orda verməyəcəklər?
     Alt dodağını çeynəyə-çeynəyə fikrə daldı.
     - Yəqin verərlər - dedi. - Hə, mən də gedərəm. Amma molla səsi eşitmək istəmirəm də. Ürəyim bulanacaq yenə.
     Sənan başını qaldırdı:
     - Mollasız nə yas? Gərək dözəsən. Biz də Muradla gələrik, tək qoymarıq səni - deyib üzümə baxdı.
     -Əlbəttə - çiyinlərimi dartıb dedim. - Gedərik. Mütləq.

Hacı Mövsüm

     Bayaqdan qonşu masada tək oturub çay içə-içə televizora baxan saqqallı, köklüyə meylli, barmağında gümüş üzük olan oğlan bizə tərəf çönüb:
     -Bağışlayın qardaş - dedi. - Deyəsən ölən uşaqlardan biri yaxınınızdı. Allah rəhmət eləsin.
     Hamımız başımızla “sağ ol” deməklə kifayətləndik. Bircə Rəna “amin” dedi. Mən də tərs-tərs baxdım ona. Baxışlarımı yaxalayıb güldü.
     -Bəlkə yeri deyil, amma bayaq mollalar haqqında qardaşın dediyi söz mənə çox pis təsir elədi. Bir müsəlman kimi, səhv görürəmsə, onu mütləq düzəltməliyəm. Allah haqq və təala bizə bunu fərz qılıb. İslam haqqında yanlış təsəvvürləriniz var qardaşlar.
     Onun dolğun, gur, aydın, ahəngdar səsi vardı. Qəribədir ki, bu ahəngdarlıq onun danışığına xüsusi bir məlahət verirdi. Elə bil bizi hipnoz etməyə çalışırdı.
     Toğrul gözlərini süzüb “bu hardan çıxdı?” mənasında mənə baxdı. Stəkanlara çay süzən Sənan isə, çaydanı masaya qoyub üzünü oğlana çevirdi.
     -Demək istəyirsiniz ki, bu qədər adamın sizin düzəlişlərinizə ehtiyacı var? Yəni biz bilmirik nə danışırıq?
     Oğlan gülümsündü. Mehribanlığı imitasiya etmək istəyirdi, amma daxilən çox qəzəbli idi. İmkanı olsaydı, bəlkə də hamımızı rəcm edərdi.
     - Yox qardaş, məni düz başa düşmədiniz. Sizin xətrinizə dəymək istəmirdim, əstağfirullah!
     Həqiqətən çayxanalar maraqlı məkanlardır. Azərbaycanlılar çayxanalara hansısa daxili bir çağırışla gəlirlər. Burada sakitlik tapır, çiyinlərindəki ağır yükdən azad olub evlərinə qayıdırlar. Çayxanada demək olar ki, darıxmırlar, yorulmurlar; əksinə, qayğı və problemlərindən qurtulurlar, xudbinlik enerjisi ilə dolurlar.
     Saqqallı oğlanın bizim söhbətimizə müdaxilə etməsi məni təəccübləndirmədi. Çayxananın iqlimi tarix boyu intensiv dialoqa, ünsiyyətə köklənib: bura danışmaq, həmdəm olmaq, yeni münasibətlər, təmas modusları yaratmaq üçün gəlir insanlar.
     Amma Sənana da Sənan deyərlər.
     -Üzr istəməli bir şey yoxdur qardaş. Sadəcə olaraq biz inanırıq ki, ölkəmizin, xalqımızın geri qalmışlığının səbəblərindən biri də islamdır. Ona görə “biri də” deyirəm ki, başlıca səbəb kimi indiki hakimiyyəti görürəm. Amma islamın da rolu böyükdür.
     Oğlan bir daha gülümsədi. Ağzı qulaqlarına qaçdı, ağ dişləri parıldadı. Yəqin misvaq ağacı ilə sürtür dişlərini.
     -Bilirsinizmi qardaş, islam dininin mollalara, mollaların da islama dəxli yoxdur. Hətta razıyam ki, onlar dinimizin adını batırırlar. Amma onların cahilliyinə görə gözəl dinimiz nə üçün məsuliyyət daşımalıdır?
     Sənan doxsan dərəcə çevrilib oğlanın düz gözlərinin içinə baxdı.
     -Bağışlayın, adınız necə oldu?
     -Adım Mövsümdür. Hacı Mövsüm.
     -Çox şad oldum Hacı. Mənim da adım Sənandır. Mollalara gəlincə...
     -Sizi tanıyıram Sənan qardaş. Liberal qəzetində yazırsınız.
     Sənan bu sözlərə təmkinli reaksiya göstərdi.
     -Tanıyırsınızsa, lap yaxşı. Bilirsiniz necədir? Müsəlmanların köhnə adətidir - mollanın islama dəxli yoxdur, terrorun islama dəxli yoxdur, baş kəsməyin islama dəxli yoxdur, cəhalətin islama dəxli yoxdur, balaca qız uşaqlarını arvad eləməyin islama dəxli yoxdur. Axı bizə bu söhbətlər maraqlı deyil! Əgər islamın daxilində, müsəlmanlar arasında bu qədər ziddiyyət varsa, bu sizin probleminizdir, bizim yox. Bütün islam dünyası it günündədir. Bu faktdır. Siz isə deyirsiniz ki, problem islamda deyil, müsəlmanlardadır. Guya onlar haqqın yolunda olsalar, bu gündə olmazlar. Mən isə deyirəm ki, problem müsəlmanlarda deyil, məhz elə islamın özündədir. Fikrim sizə aydın oldu?
     Hacı Mövsüm başını əyib-qaldırır, diqqətlə qulaq asırdı. Sənan cümləsini bitirən kimi dedi:
     -Başa düşürəm. Amma biz neynəyək ki, Avropa, Qərb dünyası müsəlmanları belə zəlil günə qoyub? Müsəlmanlar dinlərindən uzaqlaşıblar. Bəli! Həqiqi islamda terror yoxdur, cəhalət yoxdur, molla yoxdur. Quranı oxusanız özünüz də bunu görərsiniz.
     Dözməyib söhbətə qoşuldum:
     -Siz hardan bilirsiniz ki, oxumamışıq Quranı?
     Hacı Mövsüm gözlərini bərəltdi:

Bölmə: Azərbaycan ədəbiyyatı | Əlavə edildi: azerhero (22.09.2014) | Müəllif: R.C E W
Baxış: 337 | Reytinq: 0.0/0
Bütün rəylər: 0
avatar

Kitablar — zamanın dalğaları ilə səyahət edən və nəsildən-nəslə öz qiymətli yükünü ehtiyatla aparan fikir gəmiləridir.

- Frensis Bekon

Son 90 gün ərzində kitab oxumamaqdan daha pisi kitab oxumadığına görə narahat olmamaqdır.

- Cim Ron

Kitabları yandırmaqdan daha pis şey onları oxumamaqdır.

- Rey Bredberi

Yaxşı kitab aysberqə oxşayır, onun yeddi-səkkiz hissəsi suyun altında gizlənib.

- Ernest Heminquey

Kitablarım mənə çatacaq qədər böyük bir krallıqdır.

- Shakespeare

Mən, kitablarımı yaratmadan əvvəl, kitablarım məni yaratdılar.

- Montaigne

Kitabsız yaşamaq; kor, kar, dilsiz yaşamaqdır.

- Seneca

Bu günün gərçək universiteti, bir kitabxanadır.

- Carlyle

Kitab, tək ölümsüzlükdür.

- Rufus Choate

Exlaqa uyğun ya da zidd kitab deyə bir şey yoxdur. Kitablar ya yaxşı yazılmışdır, ya da pis. Hamısı bu qədər!

- Oscar Wilde

Ümidlə açılıb qazancla bağlanan bir kitab, yaxşı bir kitabdır.

- Alcott

Kitablar, itmiş başların abidələridir.

- Sir William Dave

Kitablar, heç solmayacaq bitkilərdir.

- Herrick

Kitab heç aldatmayan bir yoldaşdır.

- Guilbert De Pixrecourt

Axmaqlarla oturub-durmaqdansa , kitabla tənha oturmaq yaxşıdır.

- Qasım bəy Zakir

İnsan güc ilə yox, mütaliə etməklə ağıllanır.

- C.Bruno

Az bildiyini başa düşmək üçün çoxlu oxumaq lazımdır.

- Mişel Monten

Kitablar özünüzə və başqalarına hörmət etməyi öyrədəcək, ürəyi və ağlı, dünya və insanlıq sevgisiylə dolduracaq.

- Maksim Gorki

Kitab həyatın ən uzaq və qaranlıq yollarında insana işıq bəxş edən əfsanəvi çıraqdır

- A.M.Upit

BAKI QIZLAR UNİVERSİTETİ
1992-ci ildə təsis edilən və həmin vaxtdan da fəaliyyətə başlayan Bakı Qızlar Universitetinin (əvəllər Bakı Ali Pedaqoji Qızlar Seminariyası adlanırdı) yaradılmasında məqsəd respublikada qadın pedaqoji kadrlar yetişdirmək, onların intellektual səviyyəsini yüksəltmək və gənc qızları ailə həyatına hazırlamaqdan ibarətdir. Hazırda universitetdə "Sosial pedaqoji” və "Filologiya-tarix” fakültələri fəaliyyət göstərir. "Sosial pedaqoji” fakültədə "Təhsildə sosial-psixoloji xidmət”, "Psixologiya”, "Coğrafiya müəllimliyi”, "ibtidai sinif müəllimliyi”, "Məktəbəqədər təlim və tərbiyə”, "Riyaziyyat və informatika müəllimliyi”, "Filologiya-tarix” fakültəsində isə "Xarici dil (ingilis) müəllimliyi”, "Azərbaycan dili və ədəbiyyat müəllimliyi”, "Tarix müəllimliyi”, "Jurnalistika” üzrə bakalavr, "İbtidai sinifdə tədrisin metodika və metodologiyası”, "Pedaqogika nəzəriyyəsi və tarixi”, "Azərbaycan ədəbiyyatı”, "Azərbaycan dili”, "Azərbaycanın yeni və ən yeni tarixi” sahəsində magistratura səviyyəsində kadr hazırlığı aparılır.
Bakı Qızlar Universiteti Nazirlər Kabinetinin 1996-cı il fevralın 21-də 21 saylı sərəncamı ilə dövlət qeydiyyata alınmışdır. 2013-cü ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin lisenziya komissiyası BQU-nun çoxilli fəaliyyətinin, onun yüksək maddi-texniki bazasının, infrostrukturunun, təlim-tərbiyə sisteminin Azərbaycan Respublikası təhsil Qanununa Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Ali təhsil Müəssisələrinin fəaliyyətinə xüsusi razılıq (lisenziya verilməsi haqqında qərarına, Azərbaycan Respublikası Təhsil Nazirliyinin sənədlərinə uyğn qurulduğunu, pedaqoji kadrların hazırlanmasında əldə olunmuş nailiyyətlərini nəzərə alaraq universitetin fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsini məqsədəuyğun hesab etmişdir. Eyni zamanda 2013-cü ildə universitet akreditasiyadan keçmişdir. Universitetdə müxtəlif fənnlər üzrə kabinetlər, dörd kopüter otağı, kitabxana, badii yaradıcılıq studiyası, tələbə elmi cəmiyyəti, Tələbə Gənclər təşkilatı, dörd dərnəklər, nəşriyyat, idman zalı, yeməkxana, kadrlar şöbəsi və mühasibatlıq fəaliyyət göstərir.
Learn more