Əsas » Məqalə » Azərbaycan ədəbiyyatı

Əfəndiyev Elçin yaradıcılığı-Yaxın, uzaq Türkiyə-3

<< 1 / 2 / 3 >>


     Hətta «Milliyyət» kimi ciddi, hörmətli və nüfuzlu bir qəzetin həftəlik əlavəsi parnoqrafiya kitablarının reklam elanlarını çap edir və öz oxucusunu bu makulaturanı almağa hər cürə şimikləndirir, sövq edir; elanlarda seks kitablannın siyahısı verilir və bu kitablardan dördünü birdən alan adama bir gözəl mahnı valı və bir fotoroman hədiyyə veriləcəyi bildirilir; digər pamokitablarm siyahısı verilir və bunlardan bu dəfə üçünü alan adama «Avropada nəşr olunmuş» (İstanbul özü Avropada yerləşmir!) seks fotoalbomu hədiyyə veriləcəyi boyun olunur və s. və i. a.; bu kitabları alanda ayıbdı deyə heç kəsin gözünə görünmək istəmirsinizsə (əsl obıvatel psixologiyası!), ünvanınızı yazın, pulu hesabımıza keçirin, istədiyinizi göndərək, ünvanınızı da bildirmək istəmirsinizsə, qapalı poçtla göndərək və s. və i a. konsperativ yollar, həm də elə düşünülmüş konsperativ yollar ki, Türkiyədəki bir çox «inqilabçılar» - terrorçular, anarxiyaçılar, hər cürə sağ və sol ekstremislər belə bir konsperasiyaya həsəd apara bilər.
      «Kütləvi mədəniyyət» məmulatının zökəm virusu kimi beləcə yayılmasında kimi milləti, kimi ictimai quruluşu, kimi zamanı, kimi də... universiteti günahlandırır. «İslami hareket» qəzeti bu axırıncıların cəbhəsi üçün səciyyəvi bir karikatura dərc etmişdir: birinci şəkildə səliqə ilə geyinmiş, əllərində kitab tutmuş yaraşıqlı oğlanlar üzərində «UNİVERSİTET» yazılmış qapıdan içəri girirlər, fonda isə məscidlərin minarələri ucalır; ikinci şəkildə isə həmin oğlanlar universitetdən çıxırlar, üz- gözlərini tük basıb, saçları uzanıb, geyimləri eybəcərləşib, damaqlarında siqaret və fikirlərindən də lüt qız, rakı (qədəhlər kitabların üstünə qoyulub!), qumar keçir .
     Belə bir cəbhə universitetlərdə təhsil üsulunu, dərsliklərin və dərslərin səviyyəsini və s. tənqid etmir, ümumiyyətlə, universitet təhsilinin, yəni elmin, maarifin əleyhinə çıxır.
     Bu karikaturaya baxarkən, söhbətlərdə, fikir mübadilələrində buna oxşar psixologiya ilə qarşılaşdıqca mən, böyük Sabirin o məşhur misralarını xatırlayıram:
Oğul mənimdir əgər, oxutmuram, əl çəkin!
Eyləməyin dəngəsər, oxutmuram, əl çəkin!
     Əlbəttə, belə bir cahil və nadan cəbhə müasir Türkiyədə hətta qatı sağlar üçün belə, səciyyəvi deyil; bu, bilavasitə, müstəqim surətdə, necə deyərlər, maskalanmamış, ört-basdır edilməmiş bir cəbhədir və buna görə də ictimai münasibətlərin, siyasi nüansların mürəkkəbliyi və sürüşkənliyi müqabilində sadəlövh və təsirsiz bir mövqedir.
     Türkiyədəki görüşlərimiz, fikir mübadilələri, söhbətlər bir daha belə bir fikri təsdiq etdi ki, «kütləvi mədəniyyət» məmulatının əsas istehlakçısı obıvateldir.
     Obıvatel sakit yaşayır (terrorçuların təsadüfi gülləsinin hədəfınə çevrilmirsə - belə təsadüflər də olur və mən indi fikirləşirəm ki, bu, doğrudan da, təsadüfdü, yoxsa zərurətdi?), guya ki, ürəkdən arvadına, uşaqlarına bağlıdır (amma gizlində parnofilmlərə baxır), guya ki, məşğul adamdı, «iş adamıdı», vaxtı yoxdur və buna görə də Balzakı, Dostoyevskini, Tolstoyu, Dikkensi oxuya bilmir, amma saysız-hesabsız rəngarəng obıvatel qəzet və jurnallarında (mən bilərəkdən «bulvar qəzet və jurnalları» yazmıram), müasir həyatın siyasi, ictimai və əxlaqi problemlərindən uzaqlaşdıran, göz yaşardan, ağlamalı sevinclər bəxş edən fotoromanlar oxuyur, XX əsrin mürəkkəbliyindən və sürətindən şikayətlənir (dəbdir!), amma nə bu mürəkkəblikdən xəbəri var, nə də bu sürət ona təsir edir, pul yığıb bahalı kazinolarda, məsələn, Istanbulun Luna-park kazinosunda gözəl kino ulduzu, gözəl, zəngin və təmtəraqlı donlu, daş-qaşlı, bir sözlə, təbiətin və cəmiyyətin heç nə əsirgəmədiyi Hülya Qoçigidin oxuduğu nəğmələri dinləyərək ekstaza gəlir və yerindən sıçrayıb bu gözəl qadının şərəfinə badə qaldırır və yəqin ki, özünü xoşbəxt hiss edir.
     ...Türkiyədə kazino institutu çox inkişaf etmişdir və kazinolar burada konsert zallannı əvəz edir: bütün məşhur müğənnilər, rəqqasələr, estrada ustaları kazinolarda çıxış edirlər. Istanbul kazinoları çox səliqəli, təmiz (ümumiyyətlə, türk xalqı çox səliqəli və təmizkar bir xalqdır) və böyükdür. «Fırt» satirik jumalmdakı gülməli bir karikatura yadıma düşür (oxucular yenə karikatura məzmunu daşımağımı bağışlasınlar, mən artıq yazmışam ki, türklər yumoru sevən və qiymətləndirən bir xalqdır): bir nəfər saysız-hesabsız mizlərdən birinin arxasında oturub xörəkpaylayanı gözləyir ki, yeyib-içdiyinin hesabını versin; qabağında bir poçtalyon dayanıb və həmin müştəri təəccüblə bu poçtalyona baxır; qonşu mizin arxasında oturmuş bir başqası bizim bu müştəriya deyir: «Burası o qədər böyük bir kazinodur ki, hesabı poçtalyon gətirir.»
     Dəmirdaş Ceyhun və məşhur türk estrada artisti, bir sıra duzlu və kəskin ictimai məzmunlu satirik hekayələrin müəllifi, eləcə də Savaş Dincərlə birlikdə Nazim Hikmətin yaradıcılığı və şəxsiyyəti haqqında da maraqlı bir kitab yazmış Müjdak Gəzən məni Istanbulun ən gözəl kazinosunda - Luna-park kazinosunda gecəyə dəvət etmişlər.
     Müjdak Gəzən artıq estradadadır və biz zalda miz arxasında əyləşib onun ustalıqla ifa etdiyi nömrələrə baxır və qulaq asırıq.
     Müjdak Gəzən Bülənd Ecevitlə Süleyman Dəmirəl haqqında lətifələr danışır və bu gülməli lətifələr, əslində, müasir Türkiyənnn mühüm və aktual siyasi-ictimai problemlərini qaldırır. Umumiyyətlə, deməliyəm ki, müasir Türkiyənin həmişə bir-birinə qarşı müxalifətdə olan bu iki əsas siyasi xadimi haqqında, onların bir-birini tənqid etməsi, günahlandırması haqqında lətifələr xalq arasında çox populyardır və çox az gündəlik qəzet, jurnal tapmaq olar ki, bu iki xadimin bir-biriylə deyişən karikaturasını çap etməsin.
     Sonra Ajda Pekkan oxumağa başlayır və bir azdan Müjdak Gəzən məni Ajdanın meneceri Egemen Bostançı ilə tanış edir; söhbət edirik və bu söhbət əsasında özümü saxlaya bilməyib bəlkə də protokola uyuşmayan sual verirəm:
     -Ajda Pekkan bir gecəki çıxışma nə qədər pul alır?
     Egemen Bostançı deyir:
     -Iki yüz min lirə. Əlbəttə, Ajda Pekkan böyük müğənnidir, yüksək səhnə mədəniyyətinə və geniş diapozonlu gözəl səsə malikdir, amma, hər halda, Lukrentsini yuxusuz gecələr hesabına türk dilinə tərcümə etmək də kiçik iş deyil. Tomris Uyarın bu tərcümələrə görə aldığı pul isə Ajda Pekkanın bir gecəlik əmək haqqı ilə müqayisə olunmayacaq dərəcədə azdır.
     Olsun ki, bəlkə də bu mülahizələr kiminçünsə vulqar sosioloji təfəkkür tərzi, demoqogiya təsiri bağışlasın, amma bununla belə, mənim üçün ağrılı bir həqiqət var: «ulduz» xəstəliyi öz yeni masştabları ilə XX əsrin xəcalət gətirən və ədalətsiz faktlarındandır, ancaq nə etmək olar. Hərgah bir prodüsser istedadsız gözəl bir müqəvvaya duzsuz bir filmdə çəkilmək üçün yüz minlərlə dollar verirsə, deməli, o, bizə - tamaşaçıya arxalanır və əslində, bu milyon dolları biz özümüz qeyri-sənətə veririk, eyni zamanda, naşirlər məhz bizə - oxuculara arxalanmadıqları üçün Lukrentsinin tərcüməsini qiymətsiz edirlər.
     Lakin biz yenə «Luna-park» kazinosuna qayıdaq.
     Sonra Hülya Qoçigid oxumağa başlayır və mən zalı gözdən keçirirəm.
     Budur, bizdən bir az aralı mizin arxasında bir dəstə özbək əyləşib, qarpız yeyə-yeyə rakı içir və hiss olunur ki, bu mühacir özbəklər zəngindirlər, amma bu dəm kədərli gözləri quzu gözləri kimi işıldayır və indi Ajda Pekkandan, Hülya Qoçigiddən onlara nə?
     Mən bu adamları daha yaxından Qapalıçarşıda görmüşəm və onları orada müşahidə etməyə çalışmışam. İstanbulun alış-veriş mərkəzi Qapalıçarşının (Kor Akopun yerinə olsaydım deyərdim ki, Qapalıçarşını görməmisənsə İstanbulu görməmisən!) saysız dükanları arasında, xüsusən, zərgər, ləl-cavahir dükanlarının sahibləri arasında müxtəlif millətlərin nümayəndələri var - mühacir gürcülər, çərkəzlər, azərbaycanlılar, özbəklər... və bu adamlar varlıdırlar, dövlətlidirlər, hər halda, milyarder V əhbi Qoç olmasalar da, özləri və uşaqları geninə-boluna yaşayır, amma - bu sözləri çox səmimi yazıram - onların hamısı adama bir yetim təsiri bağışlayır.
     Təbii ki, bu adamları bir dəfə, iki dəfə görməklə, hərəsi ilə bir-iki kəlmə kəsməklə onların (və ümumiyyətlə, hər kimsənin) daxilinə bələd olmaq mümkün deyil, nə fikirləşdiklərini, nə duyduqlarını, nədə təskinlik tapdıqlarını deyə bilmərəm, amma bir həqiqət mənim üçün mübahisəsizdir: özləri bunu bilirlərsə də, bilmirlərsə də, yetimlik onların bütün varlıqlarına hopub və həmin yetimlik bu adamların ya gülən, ya zarafat eləyən, ya razı qalan - fərqi yoxdur - gözləri ilə az-çox qanan hər bir kəsin gözünün içinə baxır.
     Bir dəfə Qapalıçarşıda əntiq dükanının sahibi, bir ləzgi mənim Qafqazdan gəldiyimi bilib dükanın dörd divarı boyu düzülmüş qədim və həqiqətən, ən səviyyəli muzeylərə layiq büllurları, gümüşləri, çini qabları həmin gözləri ilə nəzərdən keçirib dedi:
     -Pul hər şeydir, amma pul Vətən deyil.
     Əlbəttə, pulun hər şey olması barədə onunla mübahisə etmək olardı, amma o qədər də, necə deyərlər, dəruni olmayan fikrinin ikinci hissəsi mübahisəsiz idi.
     ... Ozbəklər qarpız yeyə-yeyə rakı içir, astadan bir-birləri ilə söhbət edir və doğrusunu deyim ki, «Luna-park»ın obıvatellərindən fərqlənirlər. Obıvatel ayrı-ayrı nüanslarına baxmayaraq, bütün ölkələrdə eyni bir zümrədir.
     Bizim Türkiyə səfərimiz ərəfəsində türk mətbuatının və ilk növbədə maqazin mətbuatının «ölümsüz kral» (!) adlandırdığı Ayhan İşıq vəfat etmişdi. Qəzetlər, jumallar bu kədərli hadisəyə səhifələr həsr edirdi və səhifələr boyu da mərhumun cürbəcür şəkilləri çap olunurdu, onun anası ilə, arvadı ilə müsahibələr dərc edilirdi.
     Mən bu yaraşıqlı, cavan adamı yalnız şəkillərdə görmüşəm və əlbəttə, belə bir erkən ölümə çox təəssüf, lakin mən onun çəkildiyi bir sıra fotoromanlara baxdım: Ayhan İşıq bu fotoromanlardan, qəzetlərdən, jurnallardan adama baxıb gah gülür, düşünür, gah kədərlənir. Mən «gülür», «düşünür», «kədərlənir» sözlərini yazıram, qələm isə bu sözlərin əvvəlinə bir «guya» sözünü də əlavə etmək istəyir, çünki Ayhan İşıq fotoroman qəhrəmanlarının sifəti ilə guya gülür, guya düşünür, guya kədərlənir, çünki içəridən gələn heç bir hiss-həyəcan yoxdur, bu sevinclər, bu düşüncələr, bu iztirablar yalançıdır, falşdır, çünki bütün bu fotoromanlar tipik «kütləvi mədəni məmulat» nümunəsidir.
     Ayhan İşıq bəlkə də istedadlı bir artist idi, bəlkə də, həqiqətən, sevinməyi bacaran, düşünməyi bacaran, kədərlənməyi bacaran bir insan idi, lakin bu «ölümsüz kral»ın xidmət etdiyi «sənət» yalançı və falşdır.
     Obıvatel isə Ayhan İşıq qəhrəmanlarının guya gülüşü ilə doyunca gülür, guya kədərlənməsi ilə ürəkdən kədərlənir, dərd çəkir. Ayhan İşıq qəhrəmanını öz məişətinin idealına çevirir və bu idealın qara matəm haşiyəli şəklinin üstünə toqquşan qədəhlərdən rakı axıda-axıda «Luna-park»da gözəl və zəngin Hülya Qoçigidin oxuduğu bayağı sözlərdən («Dünya, yamansan, içirəm, unuduramsa da özümü, yenə anamın başdaşına sürtmək istərəm üzümü...») sözün əsl mənasında ekstaza gəlir, ayağa qalxır, qışqıra-qışqıra alqışlarını söyləyir, özündan razı bir fəxarətlə arvadına baxır, ailə üzvlərinə, dostlarına baxır - görürsünüz, sizi hara gətirmişəm! - və qara haşiyəli Ayhan İşıq isə bu mizin üstündəki qəzetdən gülür, o mizin üstündəki qəzetdən isə kədərlənir; bu şəkillər Ayhan İşığın özünün matəm şəkilləridir, qəhrəmanlarının guya gülüşü, guya iztirabı deyil.
     «Hürriyyət» qəzetinin həftəlik əlavəsi «Bazar»ın 1 iyul 1979-cu il tarixli nömrəsinin bütöv birinci səhifəsi: cürbəcür rəngli və keyfiyyətli fotolar və böyük hərflərlə: «6 türk gənci Almaniyanı fəth etdi». Söhbət caz ansamblı düzəltmiş 6 türk yeniyetməsindən (olsun ki, həqiqətən, istedadlı gənclərdir) gedir. Əlbəttə, obıvatel ləzzətlə bu fotolara baxır, ləzzətlə də bu yeniyetmələrin Qərbi Almaniyadakı uğurları barədə yazıları oxuyur.
     Aydındır ki, 6 yeniyetmənin xarici bir ölkədə uğur qazanmasında pis bir şey yoxdur, lakin minlərlə türk fəhləsinin gecə-gündüz çalışdığı1 bir ölkənin türk yeniyetməsi tərəfindən «fəth edilməsi» yalnız obıvatelə ləzzət verə bilər...
     ...Rəqqasə səhnəyə çıxdı və göbək rəqsinə başladı. Oxucu, bu ucuz söhbət olardı ki, mən bu rəqqasənin göbəyini oynada- oynada gözlərindən oxunan kədərdən danışam, bunu çox oxumusunuz, ciddi sənət əsərlərindən tutmuş, Misir filmlərinəcən bunu çox görmüsünüz, amma əvvəlcə doğrudan da mənə elə gəldi kl, bu rəqqasə yalnız və yalnız vəzifəsini yerinə yetirir (bəlkə doğrudan da belə idi!), amma sonra ilham gəldi, sənət başladı, «Luna-park»ın səhnəsində hər hansı bir rəqqasə yox, sənətkar öz sənətini nümayiş etdirdi.
     Mən bunu ona görə yazıram ki, oxucuda belə bir səhv təəssürat yaranmasın ki, deyək ki, «Luna-park»ın səhnəsi yalnız obıvatellərə xidmət edir və yalnız onları nəzərə alır; yox, belə deyil: «Luna-park»ın səhnəsində sənət (əlbəttə, obıvatel sənətə də öz nəzərləri ilə baxır) və qeyri-sənət özünü qoşa nümayiş etdirir, sənət və qeyri-sənət qoşa addımlayır və indiki halda mən «Luna-park» səhnəsini ümumiləşdirilmiş mənada nəzərə çatdırıram.
     Sənət ilə qeyri-sənət həmişə qoşa addımlamışdır və bəzən qeyri-sənətin şöhrəti, firavanlığı sənəti üstələmişdir; qəribədir (mən həmişə bu barədə fikirləşəndə dəqiq və aydın bir cavab tapa bilmirəm), qeyri-sənət mövcud olmayan haqqını daha aktiv, daha qızğın və daha mütəşəkkil surətdə tələb edir, nəinki sənət öz mövcud haqqını.
     Necə olmalıdır? - Bu sual müasir Türkiyədə müxtəlif siyasi- ictimai cəbhələri, mütərəqqiləri də, geriçiləri də, sağları da, solları da düşündürür. Misal üçün. «Sebil» qəzeti nömrədən- nömrəyə «Qadın: təhsil - iş - eşq - ailə» başlığı ilə materiallar çap edir və dini doqmalardan bəhrələnərək Türkiyədə müasir qadının həyat yolunu müəyyənləşdirməyə çalışır.
     İndi necədir? - Bu sual da müasir Türkiyədə müxtəlif siyasi- ictimai cəbhələri düşündürür və mütərəqqi türk ədəbiyyatı bu suala ictimai-sosioloji araşdırmalarla, həm də yüksək bədiiliklə cavab verməyə çalışır.
     Bəkir Yıldızın «Səkkizinci cocuq» adlı bir hekayəsi var. Müəllif bu hekayədə urfalı kəndli qadının - lap erkən yaşlarmda ərə getmiş və həmişə hamilə olan, işləyən, işləyən və yenə də işləyən Atiyə bacının surətini yarada bilmişdir. Dalbadal uşaq doğan və iyirmi beş yaşında artıq qocalmış Atiyə söyüd ağacmdan bir çubuq qoparıb çöldə bir xəlvət yer tapır və həmin çubuq ilə qammdakı səkkizinci uşağmı məhv edir, özü də məhv olur.
     Bu hekayədə bir müstəqimlik, birbaşalıq var və olsun ki, bu, həmin hekayənin bədii qüsuru sayıla bilər, lakin oradakı həyatilik, bədii təsvir vasitələrinin təbiiliyi və ən başlıcası isə, yazıçı qələmindən ağ kağıza hopan ağrı, dərd, ələm hekayənin emosionallığını, təsirliliyini çox artırmışdır; oxucu Atiyə bacıları görür, duyur və onun ürəyi ağrıyır.
     Bəli, Atiyə bacı cinayət işləyir, hələ tam həyat vermədiyi bir məxluqu öldürür, özü də qurban gedir, çünki Atiyə bacı yorulub, əldən düşüb, əzilib, bütün bunlarm nəticəsi kimi, bir anlıq hissə qapılıb və faciə baş verib, əslində isə, Atiyə bacıların həyatı, onlarm hiss və həyacanı, arzu və xəyalları, güzəranları, əməkləri mənəvi saflıq, daxili təmizlik, paklıq təcəssümüdür və bu təmiz Atiyə bacılar yalnız Urfa kəndli qadını deyil, yalnız türk kəndlisi deyil, Atiyə bacılar şəhərlərdə də çoxdur, İstanbul universitetində təhsil alır, İzmirdə uşaq böyüdür, Ankarada siyasi fəaliyyət göstərir, Bursada fəhləlik edir, əslində, Atiyə bacılarm mənəvi saflığı və paklığı türk anasının, türk qadınının, türk qızının daxili təmizliyi, fədakarlığıdır.
     Bir dəfə biz Dəmirdaş Ceyhunla İstanbulun Abanos küçəsindən keçirdik. Vaxtilə bu küçə başdan-başa fahişəxana olmuşdur. Fahişələr əsas etibarilə aldadılmış, oğurlanmış, pulla almmış yunan, erməni və yəhudi qızları idi. Artıq rəsmi fahişəxanalar çoxdan ləğv olunub və Abanos küçəsindəki Avropa üslublu beş-altı mərtəbəli, ağır, fundamental binalar indi bom- boşdur.
     İstanbulda mənzil problemi bütün böyük və günü-gündən daha da böyüyən şəhərlərdəki kimi, çox ağır bir problemdir və belə bir şəraitdə İstanbulun mərkəzindəki bu Abanos küçəsinin binalarına heç kim köçmür, sahiblər bu binalardakı mənzilləri ən ucuz qiymətə kirayə verirlər, yenə heç bir ailə, heç bir işçi, heç bir tələbə bura köçüb yaşamır, bu böyük banaların sahibləri mülklü ikən, mülksüz qalıblar; müəssisələr də bu binalara köçməyə qorxur ki, camaat onları baykot edər və müflisləşərlər.
     Mən Abanos küçəsindəki qu desən qulaq tutulan bu bomboş binalara baxırdım və ötən günlərin çirkabı ilə dolu bu küçə indi mənim təsəvvürümdə xalqın mənəvi təmizliyindən xəbər verən əyani bir göstəriciyə çevrilmişdi.
     ... «Pera-palas»ın tətil etmiş işçiləri otelin qarşısındakı balaca bağçaya toplaşmışlar və maqnitofonu oxudur, özləri oynayır, deyib-gülür, yallı gedirlər.
     Sonra Ruhi Su Nazimin sözlərinə yazılmış «Qadınlar» adlı şərqini söyləyir və bu şərqinin sədaları maqnit lentindən ətrafa yayıldıqca, gəlib-gedənlər bağçanın yanında ayaq saxlayır, tətilçilərə baxır, gülümsəyir və bu baxışlardan bir doğmalıq, mehribanlıq yağır.
     Ruhi Suyun söylədiyi şərqi türk qadınının böyüklüyündən söhbət açır.
     Bu şərqi o balaca bağçaya bir saflıq, təmizlik gətirir.
     Kənardan keçib-gedənlərlə bu balaca bağça arasındakı ünsiyyətə o doğmalığı, o mehribanlığı verən də həmin saflıq, təmizlikdir.

5.


Səyyah oldum, bu aləmi dolandım,
Bir dost bulammadım, gün axşam oldu.
Min ürəyə, min könülə boylandım,
Bir dost bulammadım, gün axşam oldu.
...Ədalət soraqlı doğru abdalam,
Bir dost bulammadım, gün axşam oldu.
(Qul Hümmət, XVII əsr, türk aşığı)
     Türkiyədə Nəsrəddin Xoca qədər məşhur və populyar ikinci bir lətifə qəhrəmanı da Bektaşidir; Bektaşi hazırcavab, ayıq, açıqürəkli, alicənab və məzəli bir adamdır.
     Mən indi, bu hissəni yazmağa başlarkən bir Bektaşi lətifəsini xatırladım:
     «İki dost - biri subay, o biri evli - rastlaşıb dərdləşir:
     -Niyə indiyəcən evlənməmisən?
     -Uzun söhbətdi... Ozümə söz vermişdim ki, dünyanın ən yaxşı qadınını tapmayınca evlənməyəcəyəm. Bilirsən də, çətin işdi bu. Düz on il axtardım, axırda tapdım.
     -Əhsən! Bəs sonra nə oldu?
     -Sonra da məlum oldu ki, o qadın da öz növbəsində dünyanın ən yaxşı kişisini axtarır.»
     Mən bu Bektaşi lətifəsini ona görə xatırladım ki, türk adəbi- ictimaiyyəti ilə görüşlərimiz zamanı, söhbətlərimiz, qızğın mübahisələrimiz zamanı da bu lətifəni xatırlayırdım və müsahiblərimə söyləyirdim.
     Türkiyənin siyasi-ictimai həyatında mütərəqqi sol qüvvələr böyük nüfuza malikdir və bu gün Türkiyədə elə bir görkəmli yazıçıya, mədəniyyət və yaxud elm xadiminə təsadüf etmək çətindir ki, sağ qüvvələri təmsil etsin, lakin bununla birlikdə sağ qüvvələrin monolit birliyi müqabilində sollar arasında təəssüb varsa da, birlik, vahidlik çatışmır, fraksiyaçılıq sol qüvvələri pərən-pərən salmışdır.
     Maoçular, xocaçılar, trotskiçilər, qevaraçılar, qəddafiçilər... bu siyahını bir səhifə boyu davam etdirmək olar, həm də necə; mən bu gün maoçuyam, sabah trotskiçiyəm, o biri gün də marksçıyam, amma kommunist deyiləm (!?), yaxud da engelsçiyəm (?). Belə bir siyasi mövqe qarışıqlığı, xüsusən, cavanların arasında yayılmış siyasi hərdəmxəyallıq, dəmdəməkilik müasir Türkiyənin siyasi-ictimai həyatı üçün səciyyəvi cəhətdir.
     Hərdən mən soruşurdum, həm də Dəmirdaş Ceyhun və yaxud məşhur türk jurnalisti və ictimai xadimi, Türkiyə Yazarlar Sindikası yönətim qrupunun (idarə heyətinin) üzvü Emil Qalib Sandalçı kimi siyasi mübarizələrdə bərkimiş təcrübəli müsahiblərimdən soruşurdum:
     -Yaxşı, maoçuların, yaxud trotskiçilərin nə istədikləri tutalım ki, məlumdur, bəs, bu xocaçılar nə deyirlər? Y axud necə yəni engelsçiyəm?
     -Canım, onlar özləri də bilmirlər ki, nə istəyirlər.
     Mən hələ Bakıda eşitmişdim ki, bizim bir dostumuz türk şairinin qardaşı başqa bir yazıçı dostumuzun qızı ilə evlənib. Türkiyədə mən onları təbrik etmək istəyəndə, məlum oldu ki, cavanlar artıq ayrılmışlar; nə üçün?; evlənərkən hər ikisi eyni əqidədəymiş, indi biri maoçu olub, o biri xocaçı və buna görə də bir-birlərindən ayrılıblar.
     Yuxarıda yazdığım lətifəyə bənzəyir, amma həqiqətdir və təəssüf ki, səciyyəvi hadisədir; mən hər iki ailəni yaxşı tanıdığım üçün onların adını çəkmirəm.
     Türkiyədə olarkən də, qayıdandan da sonra tez-tez fikirləşirəm: nə üçün belədir? - və belə bir vəziyyətin səbəbini onda görürəm ki, gənclik bu günündən narazıdır, bu günü ilə barışa bilmir və axtarır; o lap uşaqlıqdan kəskin siyasi mübarizələrin şahidi olub və bu gün bu mübarizələrdə, olsun ki, öz yerini axtarır və olsun ki, sabah bu yeri tapacaq, lakin bu gün hələ sabah deyil və bu gün sinirlər gərgindir, çılpaq elektrik məftilinə bənzər.
     Bu barədə söhbət düşəndə Dəmirdaş Ceyhun gülümsəyib dedi:
     -Canım, uzağa getmək lazım deyil. Mənim oğlum Ozan əvvəlcə anarxist idi, silah gəzdirdiyi üçün bir ay həbs olundu, indi trotskiçidir!
     Dəmirdaş Ceyhunun dodaqlarındakı təbəssümdə bərkə-boşa düşmüş, öz həyatmı siyasi mübarizələrdən kənar təsəvvür etməyən bir türk yazıçı-vətəndaşının rişxəndi də hiss olunurdu, amma bu rişxənddə içəridən qopub gələn bir acı, bir ağrı da var idi.
     -Mən bunu yaza bilərəmmi?
     -Niyə yazmırsan, canım, bəyəm polis bilmir bunu?
     Mən Ozanla maraqlandım, onun haqqında Ceyhunu sorğu- suala tutdum, bu cür siyasi qeyri-sabitliyin səbəblərini aydınlaşdırmaq istədim. Əlbəttə, bu barədə Ozanın özü ilə söhbət etsəydim daha yaxşı olardı, amma, hər halda, Ceyhun kimi bir atanın da söylədikləri az şey demirdi və mən bir daha əmin oldum ki, gənclik arasmdakı bu siyasi qeyri-sabitlik məhz özünüaxtarışdan irəli gəlir.
     1964-cü ildən Türkiyə İşçi Partiyasının üzvü Dəmirdaş Ceyhun ilk dəfə hələ universitet tələbəsi olarkən, 1956-cı ildə siyasi məhbus kimi həbsxanada yatıb və onun oğlu gözünü açdığı gündən atasını həmişə polislə, hökumətlə konfliktdə, mübarizədə görüb. Dəmirdaş Ceyhun mənə belə bir əhvalat danışdı və bu əhvalat mənim yaddaşıma hopdu, çünki, məncə, çox şey deyir və çox şeyi aydınlaşdırırdı: 1970-ci ilin 12 mart hadisələrində Dəmirdaş Ceyhunun əqidə dostları, mübarizə yoldaşlarının çoxu həbs olunub, onun özünü isə tutmayıblar.
     «Gördüm ki, oğlum çox sıxılır. Mənə dedi:
     -Səni niyə tutmurlar? Bəyəm sən mübarizə aparmamısan?
     1970-ci ilin bir günündə hiss etdim ki, məni həbs edəcəklər. Gəlib evdə çimdim, yaxşıca yedim, yatdım. Gecə saat 3-də polis gəldi. Arvadım nə qədər yalvar-yaxar elədi ki, səs salmayın, oğlum yatıb, durar, sizi görüb qorxar, olmadı. Səs oldu, Ozan yuxudan oyandı. Polislərə baxdı, mənə baxdı, başa düşdü ki, məni həbs etməyə gəlmişlər. Qorxmaq nədi, canım, bir sevindi ki! Atasını qəhrəman bildi.»
     Gənclik belə bir şəraitdə böyüyüb. Gənclik müasir siyasi- ictimai həyatda öz yerini axtarır və ağıllı, təcrübəli məsləhətçiyə möhtacdır və təəssüf ki, bu məsləhətçilər özləri bəzən bir-biri ilə dil tapa bilmir. Bunu Çingiz Bəktaş, Dəmirdaş Ceyhun, Bəkir Yıldız, Arif Kisginər, Emil Qalib Sandalçı və bir çox digər türk yazıçı və mədəniyyət xadimləri də təsdiq edir, sol qüvvələrin birləşmiş platformasını arzulayırlar.
     Solların arasındakı bu pərakəndəlik, sağların arasındakı monolit birlik, sağ və sol ekstremistlərin fıtnəkarlığı, terrorçuluq ölkənin siyasi-ictimai həyatında, yuxarıda yazdığım kimi, son dərəcə gərgin bir əhvali-ruhiyyə yaratmışdır.
     Əsəblərin belə bir gərginliyini Türkiyə mətbuatı da görür və etiraf edir. Misal üçün, «Dünya» qəzeti yazır: «Arıqlamaq üçün pəhriz rejimi saxlamaq istəyənlər boş iş görürlər. Millətdə belə bir sinir varkən, nə iştah olar, nə də çəkisi artar.
     Məhəmməd Hadi obrazlı şəkildə yazırdı: «Xəstə bədənləri sağalda bilmək məqsədi ilə kəsən, yaran almazrəng bıçaqlar isə, övham və xürafat mərəzi ilə xəstələnən fikirləri, dimağları təşrih eləyən də inqilab bıçağıdır. Bu «inqilab bıçağı» mühərrirlərin siyahlar axıdan parlaq qələmləridir».
     Vaxtilə, Türkiyə jurnalistlərini ağızlarını açmağa qoymurdular və mütərəqqi türk ədibləri, qələm sahibləri bir mütəşəkkilliklə, birliklə söz azadlığı uğrunda mübarizəyə qalxmışdı, bu gün isə, təəssüf ki, həmin mütərəqqi qüvvələri təmsil edən jumalistlər ümumi iş — proqress və demokratiya, milli azadlıq, milli müstəqillik uğrunda mübarizə yollarında ümumi dil tapa bilmirlər və onlardan fərqli olaraq müxalifətin — mürtəce mahiyyətli cəbhənin isə arasında sıx birlik hökm sürmədədi; reaksiyanın məqsədi aydm, qəti, dəqiq və düşünülmüşdür.
     Bir çox çap orqanları qatı fanatiklərin, necə deyərlər, sözün əsl mənasmda qara qüvvələrin əlindədir. Bu qəzetlər poliqrafiya baxımmdan bulvar qəzetləri kimi rəngarəng, Xalq Cümhuriyyət Partiyası, Işçi Partiyası və digər nisbətən böyük partiyalarm təəssübünü çəkən qəzetlər kimi gündəlik və iri həcmdə olmasalar da, onlarm arasmdakı əqidə birliyinə, mövqe və istək birliynnə həsəd aparmaq olar. Lakin təbii ki, məhz bu aydm pozisiyanm qatı mürtəce, gerici mahiyyətinə, əqidənin ortodoks cahillik və nadanlığma görə həmin qəzetlərin və bu qəzetlərin arxasmda dayanmış qüvvələrin tərəfdarları, onlarm arxalana biləcəyi, onlara dayaq olacaq adamlarm sayı çox deyil.
     Türkiyənin iki böyük siyasi partiyası — S. Dəmirəlin başçılıq etdiyi Ədalət Partiyası və B.Ecevitin başçılıq etdiyi Xalq Cümhuriyyət Partiyası daima bir-biri ilə mübahisədədir, jumalistlər isə, yuxarıda yazdığım kimi, gündəlik qəzetlərdə, jurnallarda, kazinolarda, məclislərdə, söhbətlərdə buna gülmədədir, amma təəssüf ki, yalnız bu gülməklər — istedadlı gülüşlər belə! — işləri düzəltmir...
     1921-ci il yanvar ayınm 10-da Inönü kəndinin yaxmlığmda 15 minlik türk ordusu 60 minlik, dövrün ən yeni silahları ilə silahlandırılmış, arxasmda Antanta dayanmış yunan ordusunu darmadağm etdi1 və bu, türk milli-azadlıq hərəkatmm gələcək parlaq qələbələrinin başlanğıcı oldu; 15 minlik, demək olar ki, silahsız, ərzaqsız, sursatsız türk ordusu azadlıq ideallarmdan, milli qürur hissindən qüvvət alaraq bir daha sübut etdi ki, qəsbkarlıq öz mahiyyəti etibarilə ölümə məhkumdur.
     1921 -ci ilin dekabrmda Mustafa Kamal Paşa (onda hələ xalq ona Atatürk admı verməmişdi) Türkiyə Ali Milli Məclisində çıxış edərkən bütün dünyaya bəyan etdi: «Cənablar, biz azad və müstəqil yaşamaq istəyən bir millətik. Biz öz həyatımızı yalnız bu məqsədə həsr edəcəyik.
     Tarix heyrətamiz parodokslarla doludur Atatürkün Türkiyə Ali Milli Məclisində o sözləri söylədiyi vaxtdan təxminən qırx il sonra - 1960-cı ilin 21 mayında ölkənin o zamankı prezidenti Cəlal Bayar demişdir: «Əgər biz min kursantı güllələsək, Türkiyə əhalisi bundan azalmaz».
     Həyatını «azad və müstəqil yaşamaq» məqsədinə həsr etmək əzmində olan bir xalqın rəhbəri həmin xalqla belə bir dəhşətli sinizmlə danışır.
     1960-cı ilin may ayında Ankara hərbi Məktəbinin kursant və müəllimləri ilə birlikdə bütün türk xalqı ayağa qalxdı və xalq qalib gəldi.
     Lakin bu gün də Türkiyədə olmuşlara bəraət qazandırmaq istəyənlər var və mən səfərim zamanı belələrini də gördüm, onların demaqoq humanizmlərinin, necə deyərlər, əyani şahidi oldum və türk xalqına, türk tarixinə, türk mədəniyyətinə ürəkdən məhəbbət bəsləyən bir yazıçı kimi təəssüf edim ki, belə bir şəraitdə fraksiyaçılıq, qrupçuluq, təftişçilik mütərəqqi türk ictimaiyyətinin qüvvəsini xeyli zəiflədir.
     Menderes-Bayar üsul-idarəsinə hüsn-rəğbət bəsləyənlərdən bu gün belə bir fikir, mülahizə eşitmək mümkündür: «Terrorçuluq bizi məhv etmiş. Menderes zamanı terror yox idi. Olkəmizə güclü və sərt rəftarlı ötkəm, danışan yox, iş görən hökumət lazım» .
     Terrorçuluq isə, həqiqətən, müasir Türkəyəni başına almışdır.
     Umumi barədə fıkirləşmək, öz məhdud aləminə və məhdud problemlərinə qapılmamaq müasir türk ədəbiyyatı üçün və ədəbiyyat, mədəniyyət xadimlərinin düşüncə tərzi üçün səciyyəvi bir cəhətdir. Əziz Nesin yazıçıların 1979-cu il beynəlxalq Sofiya konfransındakı nitqində deyirdi: «I Dünya müharibəsində 8 milyon insan öldürüldü. II Dünya müharibəsində 50 milyon insan öldürüldü. III Dünya müharibəsi olmayıb. Olmayıb, amma II Dünya müharibəsindən bu yana, məhəlli müharibələrdə sanki yeni bir dünya müharibəsi olubmuş kimi, yenə 50 milyon insan öldürülmüşdür».'
     Türk yazıçısının söylədiyi bu sözlər indiki halda xüsusi məna kəsb edir, çünki, əslində, bugünkü Türkiyədə də «məhəlli müharibə» gedir: terrorçuluq.
     Müasir dünyada, xüsusən, əsrimizin 70-ci illərində terrorçuluq ən böyük, qəddar ictimai bəlalardan biridir və bu bəla yaponiyadan tutmuş Amerikayacan bütün Qərb aləmini sarsıtmadadır. Nəticə etibarilə Pinoçet rejimini hakimiyyətə gətirmiş Çili hadisələrini, yaxud A. Moronun oğurlanması və öldürülməsini xatırladıqda, saysız-hesabsız təyyarə qaçırılmalarını, hava limanlarındakı atışmaları, stadionlarda, teatrlarda, restoranlarda, dükanlardakı partlayışları, Yusif əs-Səbai, yaxud M.L.Kinq, R. Kennedi kimi siyasi-ictimai xadimlərin, Ispaniya generallarının, Qərbi Almaniya qulluqçularının necə qətlə yetirilməsini, terrorçuların hətta atom bombası əldə etmək cəhdlərini düşündükdə, tarixin verfolemey gecələri, elə bil ki, adama əvvəlkitək müdhiş təsir etmir və bu, əlbəttə, pis bir öyrəncəklikdir.
     Olsun ki, oxucu belə bir fakta heyrət edəcək ki, dünyada terrorçuluq üzrə birinci yeri (!!) hər hansı başqa bir ölkə, deyək ki, Qərbi Almaniya, ya Italiya yox, məhz Türkiyə tutur. «Tərcüman» qəzetinin verdiyi xəbərə görə yalnız 1978-ci ildə Türkiyədə 1000 nəfərə qədər adam terrorçuluğun qurbanı olmuşdur. 1979-un dekabrına qədər bu rəqəm 2400-ə qalxmışdır .
     Budur, bu isə 1978 ilə 1979-un yekun rəqəmləri: Türkiyədə son iki ildə 2650 adam terrorçular tərəfindən öldürülmüş, 10 mindən artıq adam yaralanmışdır .
     Türkiyədə terrorçuluq o qədər inkişaf etmişdir ki, B Ecevitin söylədiyinə görə, hətta ölkənin Yozqat, Ərzurum, Elazık, Tokat kimi əyalətlərində tamamilə terrorçuların ixtiyarında olan «azad edilmiş ərazilər» mövcuddur .
     Bu əsl «məhəlli müharibə» deyilmi?
     Olkənin bir çox ədəbiyyat, mədəniyyət, elm xadimləri terrorçuların güllələrinə hədəf olur. Mən yuxarıda Əziz Nesinin nitqindən misal gətirdim. Türkiyədən qayıtdıqdan sonra isə, keçən ilin son günlərində məlum oldu ki, İstanbulda 27 nəfərdən ibarət terrorçu təşkilat aşkar olunmuşdur və polisin əldə etdiyi sənədlərdən aydınlaşır ki, bu təşkilat yaxın gələcəkdə Türkiyənin bir sıra görkəmli vətəndaşlarını, o cümlədən, Əziz Nesini, İstanbul universitetinin rektoru X.Alpı və başqalarını qətlə yetirəcəkmiş.
     Türkiyədə ikən terrorçulara hüsn-rəğbət bəsləyən bir cavan məktəb müəllimi (!) ilə tanış oldum və söhbətimiz əsnasında həmin müəllim (mən bu sətirləri yazarkən onun dərinə düşmüş, tez-tez ora-bura qaçan narahat gözlərini, nifrət və qəzəbini istehza ilə ört-basdır etməyə çalışan təbəssümünü, baxışlarını xatırladıqca fikirləşirəm ki, yaqin elə o özü də terrorçu idi və yazıq ondan dərs alan şagirdlərə) mənə dedi ki, düzdü, terror zamanı bəzən (1) günahsız qanlar da tökülür, amma bu inqilab (!!) öz mahiyyəti etibarilə «ölkəmizin gələcək mənafeyi, yəni müsəlman qeyrəti və türk qüruru» naminə vacibdir.
     II Sultan Məhmədin məşhur fərmanı mənim yadıma düşdü; orada belə bir bənd var: «Hərgah mənim şanlı oğul və nəvələrimdən kim hökmdar olarsa, məmləkətimizin ümumi mənafeyi naminə öz qardaşlarını öldürə bilər».
     Belə çıxır ki, II Sultan Məhmədin mütqəfiqi orta əsrlər despotizmi, cəhalət və nadanlıqdır, bir də ki... XX əsrin dördüncü rübündə müasir məktəbdə türk balalarına müasir dünyanı anladan müəllim.
     Əlbəttə, bu fakta gülmək də, rişxənd etmək də olar, amma məncə, bu fakt daha artıq dərəcədə düşündürməli və narahat etməlidir.
     6 iyul 1979-cu il tarixli «Son havadis» qəzeti ölkəni bürümüş terrorçuluqla əlaqədar yazır: «Dünya xəritələrindəki «Qırmızı dəniz»in yerini Türkiyə aldı. Hər gün öldürülənlər üçün «ölkə qan gölü oldu» deyilirdi. İndi isə göl dəniz oldu».
     İstanbuldakı sovet konsulluğunun kitabxanasmda son zamanların qəzetlərinə baxıram: «Aydınlık» qəzeti: «Camidən çıxan xalqı gülləyə tutdular». İki cavan oğlanın - ekstremistin şəkli: alışıb-yanan gözlərdən kin və küdurət yağır .
      «Milliyyət» qəzeti. Böyük hərflərlə: «İstanbulda bir tələbə, Adanada bir tələbə və bir işçi, Qazantepedə bir baqqal, Vanda bir sürücü öldürüldü»; «Ankarada biri polis olan doqquz nəfərlik sağ terrorçu təşkilat yaxalandı».
     Bu axırıncı yazını oxuduqda məlum oldu ki, bir çox cinayətlər işləmiş, qan axıtmış bu sağ təmayüllü terrorçuların bütün silahları və hərbi sursatları (!) polisdə xidmət edən və təşkilatın rəhbərlərindən biri olan Esin Soydan adlı qadının evində gizlədilirmiş və buna görə də geniş (və qanlı) fəaliyyət göstərən bu terrorçu təşkilatı aşkara çıxarmaq mümkün olmurmuş.
     Qəzetlərə baxıram: qanlı şəkillər, anaların göz yaşı, bədbəxt ailələr, başsız qalmış uşaqlar.
     ...Biz İzmirdən İstanbula qayıdarkən bərk istiyə düşdük və belə bir isti çəkdiyimiz azmış kimi, Bursa yaxınlığında polis bizi əylədi; biz maşından çıxdıq, polis isə maşında bomba, partlayıcı maddə olub-olmadığını yoxlamağa başladı. Mən belə bir istidə günün altında dayanmağa məcbur olduğumuz üçün yaman hirslənmişdim və bir az aralıda dayanıb maşını axtaran polis nəfərlərinə göstərişlər verən cavan və özündən razı polis zabitinə baxa-baxa ürəyimdə deyinirdim: «Bombanı öz evinizdə axtarın, bizim maşında yox».
     Maşınımızdan, yaxşı ki, heç bir bomba və partlayıcı maddə çıxmadı. O ki, qaldı qızmar günəş altında dayanıb polisin maşını axtarıb qurtarmasını gözləməyə, heç xoşagələn şey deyil...
     Amma polisin özü də terrorçulardan az çəkmir.
     Biz İstanbuldan çıxan gün - iyulun 6-da bütün qəzetlər sensasiyalı bir xəbərə səhifələr ayırmışdı: «İkisi boynundan, ikisi köksündən və digər ikisi də qolundan olmaq üzərə 6 qurşun yarası almış və həyatı ipdən asılı olan İstanbul Emniyyət Müdirliyi (yəni polis idarəsi) ağır cinayət masası əmiri Baş komissar Əhməd Atəşli «biri qız olan 5 anarxistin» güllələrinin hədəfi olmuşdu.
     «Son havadis» qəzetinin verdiyi xəbərə görə o zaman hökumətə qarşı müxalifətdə olan Ədalət Partiyasının lideri Süleyman Dəmirəl Əhməd Atəşliyə göndərdiyi hüzn teleqramını bu sözlərlə qurtarır: «Cümhuriyyət polisinə qurşun sıxan əllər qırılmalıdır^. Dəmirəl özü altı dəfə Türkiyə hökumətinə başçılıq etmişdir, amma «qurşun sıxan əllər» qırılmamış, çoxalmış, çoxalmış və çoxalmışdır...
     Bülənd Ecevit Bi-Bi-Si televiziyası ilə müsahibəsində demişdir ki, onun hökuməti terrorçuluğa qarşı ən kəskin tədbirlər görəcəkdir.
     Terrorçuluq isə, artır, artır və artır.
     Elə həmin qəzetdə - «Son havadis»də Əhməd Atəşlinin oğlu atası yatan xəstəxananın qabağında dayanıb müxbirlərdən və əslində, müxbirlərin vasitəsilə oxuculardan, türk xalqından soruşur: «Vəzifəsindən başqa bir şey yapmayan atamdan nə istədilər?».
     ...Mərmərə dənizinin İstanbul sahili yaxınlığında bir-birinin ardınca gözəl Prins (şahzadə) adaları düzülmüşdür və gəmi ilə onlara yaxınlaşdıqca başdan-başa şamlıq olan bu adaların unudulmaz mənzərəsi də adamın yaddaşına həmişəlik həkk olunur: bu mənzərəni heç vaxt yaddan çıxarmırsan və hafizəndə həmişəlik həkk olunmuş bu mənzərə həmişə də sənə qışından, payızından asılı olmayaraq, bir yaz sevinci gətirir, keçib-getmiş bir bayramdan xəbər verir, hərçənd bu adalar Bizans dövründən bu tərəfə çox-çox insan dramlarının şahidi olub...
     Vaxtilə bu adalarda möhtəşəm imperatorlar, ərköyün şahzadələr, zəhmli imperator xanımları, nazlı şahzadə qızlar öz açınacaqlı, son, yazıq günlərini yaşamışlar. Bu adalar Bizans dövrünün sürgün yeri olub.
     Böyükada, Xınalı, Heybəli... Məktəb və universitet illərində oxuduğum tarix kitablarının, salnamələrin, romanların nə vaxtdan bəri unudulmuş səhifələri gözlərimin qarşısında canlanır: bu Xınalı ada; (qədim Proti) qüdrətli Bizans imperatorlarından Roman Lakapin, Mixail Kuropalat, Roman Dioken və artıq adlarını xatırlaya bilmədiyim bir çox başqaları taxtdan salınaraq burada kor edilmiş, burada işgəncələrə, təhqirlərə məruz qalmış, burada öldürülmüşlər...
     Bu bizim get-gedə yaxınlaşdığımız Böyükada (qədim Prinkipo); İrina öz doğma oğlu imperator VI Konstantini taxtdan saldırıb, gözlərini çıxartdırıb bura sürgün elətdirmişdi, amma necə deyərlər, ətdən olan divara etibar yoxdur, İrina özü də taxtdan salınmış və bura sürgün olunmuş, burada da əzablar içində ölmüşdü...
     Qədim Bizansın qızğın ehtirasları, hakimiyyət hərisliyi, məkrli və coşqun hisslər aləmi... və elə bil ki, birdən- yadıma düşür ki, mən qədim Bizansda yox, müasir Türkiyədəyəm; ətrafa baxıram və məni müşayiət edən istedadlı satirik yazıçı Əsən Yeldən soruşuram:
     -Bəs Y assıada haradadır?
     Əsən Yel öz təbiəti kimi yumşaq səsi ilə:
     -Buradan görünmür, - deyir və elə bil ki, mənim fikrimi oxuyub sualımın mənasını başa düşür, gülümsəyir.
     Məsələ burasındadır ki, 1960-cı il 27 may çevrilişindən sonra Bayarı Yassıadaya sürgün etmişlər (Menderes isə asılmışdı).
     Tarix davam edir.
     Gəmimiz Böyükadaya yan alır və mən hələ bilmirəm ki, Türkiyə səfərimin ən unudulmaz və ən kədərli görüşlərindən biri məni məhz bu adada gözləyir.
     Böyükada yay çağlarında istanbulluların yaylaq yeridir, kimin burada mülkü, bağı varsa, ailəsi ilə bura köçür, kimi ev kirayə edir, kimi də elə-belə gəzməyə gəlir, dənizdə çimir, qəhvəxanada istirahət edir, meşəliklərdə gəzir, bu kiçik adadakı uca dağa qalxır.
     İstanbul Bələdiyyə İdarəsi və ümumiyyətlə, özü Böyükadanın təmiz, necə deyərlər, bakirə qalmasına xüsusi fikir verir, onu urbanizasiyanın cəngindən qoruyur. Misal üçün, İstanbulda avtomobil əlindən tərpənmək mümkün olmadığı halda (hələ bizim səfərimiz zamanı Türkiyədə son illərin ən kəskin benzin böhranı dövrü idi və hamı «petrol yox, canım! - deyə-deyə avtomobilləri işlədə bilmədiklərindən şikayət edirdi!), küçələrdə bütün böyük şəhərlərdə olduğu kimi hava əvəzinə, sözün əsl mənasında qazla nəfəs aldığın halda, Böyükadada bir dənə də olsun avtomobil yoxdur, yalnız faytonlardır və bir də ki, dağa qalxmaq istəyirsənsə, buyur, bu da insanların əbədi dostu - baxtsız eşşək.
     Məni Böyükadaya yuxarıda artıq adını çəkdiyim məşhur jurnalist Emil Qalib Sandalçı dəvət etmişdi və görüşümüzdən cəmi yarım saat sonra məlum oldu ki, bu mədəni, geniş dünyagörüşünə malik adamla nəinki söhbətimiz tutur, bizim bir çox siyasi-ictimai və əxlaqi problemlərə münasibətimiz də demək olar ki, bir-birinə çox yaxındır. Türkiyədə şübhəli qüvvələr arasındakı pərakəndəlik, xüsusən, cavanlarda siyasi şüurun hələ tamam formalaşmaması və buradan da irəli gələn siyasi qeyri- sabitlik, «kütləvi mədəniyyət» məmulatının ayaq alıb yeriməsi, «türkcə sözlü xəfif musiq»in (yəni əcnəbi melodiyalar əsasında türk dilində mahnılar) və bu tipli kosmopolit təmayüllərin milli mədəniyyətə və əslində, xalqın bədii-estetik zövqünə vurduğu zərər, şəhər ilə kənd arasındakı fərq və digər mühüm problemlər Emil Qalib Sandalçını - siyasi məhbus kimi həbsxanalarda yatmış, Menderes-Bayar dövrünün mənəvi və fiziki işgəncələrinə dözmüş, lakin bu gün də milli müstəqillik, maarif və demokratiya ideyaları ilə yaşayan, öz qələmi ilə mübarizəsini davam etdirən bu adamı dərindən düşündürür və narahat edir.
     Mən Böyükadada keçirdiyimiz həmin gün haqqında çox yaza bilərdim. Emil Qalib və Əsən Yel ilə birlikdə faytonla adanı gəzməyimiz, dağa qalxıb Mərmərə dənizini, Prins adalarını, Istanbulu seyr etməyimiz, qoca faytonçuyla, meşəbəyiylə, təsadüfən rast gəldiyimiz qaçaqçı siqaret alverçisiylə, Millətçi Hərəkat Partiyasının lideri polkovnik Türkeşi belə «gizli kommunist» adlandıran barmenlə söhbətlərimiz, yaşlı bir naxçıvanlı ilə görüşümüz barədə işıqlı və qayğılı xatirələri oxucu ilə bölüşərdim, amma xəyalən yenə də Emil Qalibin evinə tələsirəm, çünki o unudulmaz, o təsirli görüş məni məhz bu evdə gözləyirdi.
     ...Emil Qalib bizi adadakı evinə çaya dəvət etdi və məndən soruşdu ki, Rəşad Nuri Güntəkin haqqında eşitmişəmmi?; biləndə ki, Güntəkin Sovet Ittifaqında, o cümlədən, Azərbaycanda çox məşhurdur, «Çalı quşu» romanı Azərbaycan dilində böyük tirajlarla nəşr olunub, Emil Qalibin çox şey görmüş gözləri gülümsədi:
     -Bizim evimiz Rəşad Nurinin evinin yanmdadı. Indi orada onun qohumları yaşayır. Biz isə onu yavaş-yavaş unuduruq...
     Emil Qalibin gözlərindən bir təəssüf dalğası ötüb keçdi və biz onun evinə yaxmlaşdıqca mənə elə gəldi ki, Emil Qalib daha artıq qayğılı oldu və bu qayğı, elə bil ki, onun gözlərində getdikcə bir ağrıya, bir dərdə çevrildi.
     Emil Qalib mənə baxdı və elə bil ki, onun ürəyinin ağrısı səsini də dəyişmişdi, həmin dəyişmiş səsiylə dedi:
     -Bizim xanımın uzaq bir qohumunu qospitaldan evimvzə gətirmişəm. Terrorçular ağır yaralayıb onu. Doqquz ay yatdı qospitalda, amma bir şey çıxmadı. Həkimlər sonuncu konsilium etdilər. Ayağa qalxmayacaq, dedilər... Ozü bilmir...
     Mən Emil Qalibin evində Əli Akyüzlə tanış oldum. Əli Akyüz İstanbul Universitetinin ticarət və iqtisadiyyat fakültəsinin son kursunda oxuyurdu və doqquz ay bundan əvvəl Əligil - demokratik dünyagörüşlü üç tələbə - universitet binasının qarşısında dayanıb bir-biri ilə söhbət edərkən ideoloji rəqib olan başqa cavanlar avtomobillə yanlarından ötərək onları avtomat gülləsinə tutmuşlar.
     Əlinin onurğa sütunu yaralanıb və Əli hərəkət edə, tərpənə bilmir, yalnız aram-aram danışır və... baxır.
     Əlinin gözlərinə baxa-baxa Yunus İmrənin iki misrası ürəyimdən süzülüb keçir:
Biz dünyadan gedər olduq,
Qalanlara salam olsun.
     Mən Emil Qalibin evində heç vaxt sağalmayacaq, ömrü boyu bu çarxlı kürsüyə bağlanıb qalacaq, heç vaxt evlənə bilməyəcək, uşağı olmayacaq bu iyirmi dörd yaşlı cavan oğlanla belə tanış oldum və birlikdə keçirdiyimiz o üç-dörd saat ərzində Yunus İmrənin o iki misrası mənim üçün (yalnız mənim üçünmü!) bu görüşümüzün gizli, səssiz, amma dərdli, ələmli müşayiətçisi oldu.
     -Polis qatilləri tapmışmı?
     Əli Akyüz cavab vermədi, sonra dedi:
     -Bizdən on beş gün sonra elə həmin yerdə Bedri Karafakiroğlunu öldürdülər.
     Emil Qalib aydınlaşdırır:
     -Universitetin məşhur professoru idi.
     ...Gecədir və mən isti, rahat otağımda oturub Türkiyədə qeydlər götürdüyüm dəftərçəyə baxa-baxa bu sətirləri yazıram və Əli Akyüzü yenə qarşımda görürəm, onun gözlərinə - iri, qara və əlacsız gözlərinə baxıram, Yunus İmrənin o iki misrası yenə ürəyimdən axıb keçir və mən az qala fiziki surətdə hiss edir, anlayıram ki, yazan bir adam üçün, kimə isə nə isə demək istəyən bir adam üçün indi mənim otağımdakı bu rahatlıq, bu hərarət aldadıcıdır, yalançıdır; hələ ki, yazıçının əli qələm tutur, hələ ki, yazıçının barmaqları makinanın dillərində gəzə bilir, «sən əlindən gələni etmisənmi?» - sualı ona rahatlıq verməməlidir və bu sualın müsbət çavabı (hərgah müsbətdirsə!) o əl, o barmaqlar həmişəlik dayanandan sonra mümkündür.
     ...Tyun ayının 28-də Muza Pavlovanın telefon zəngi səhər tezdən məni yuxudan oyatdı və Muza Pavlova həyəcanlı bir səslə:
     -Elçin, otelimizdə nəsə baş verib! - dedi. - Bir balkona çıx!..
     Muza Pavlova hələm-hələm həyəcanlanan qadınlardan deyildi və mən eyvana çıxanda, doğrudan da, bizim üçün qeyri-adi bir mənzərənin şahidi oldum.
     Biz Tstanbulun Bəyoğlu rayonunda, Tstiqlal caddəsindən bir tin aşağıda modern yox, köhnə Avropa ənənəli, rahat və xudmani «Pera-palas» otelində yaşayırdıq və bu dəm otelin küçə qapısının ağzı, əyinlərinə qırmızı çit örtüklər salmış, qollarma qırmızı bağlamış adamlarla dolu idi; hər tərəfdən plakatlar asılmışdı. Divarlara, ağaclara, pəncərələrə şüarlar vurulmuşdu.
     Sonra məlum oldu ki, «Pera-palas»ın işçiləri «qrev yapmışlar», yəni tətilə başlamışlar. Doğrusunu deyim ki, bu hadisə mənim üçün gözlənilməz oldu, çünki neçə gündən bəri yaşadığımız bu otelin işçiləri mənə çox məzlum, hətta miskin, yaltaq görünürdü və mən onlardan belə bir cəsarət və qətilik gözləmirdim.
     Sonrakı günlər bir daha sübut etdi ki, mən tamam yanılırammış.
     Biz elə həmin səhər yaxmlıqdakı «Bale» otelinə köçdük və hər dəfə təzə otelimizə gəlib-gedəndə «Pera-palas»m yanmdan ötürdük, «qrev yapmış» otel işçiləri ilə köhnə tanışlar kimi salamlaşır, hal-əhvallaşırdıq. Maaş almamaqlarma baxmayaraq, otel işçiləri «Pera-palas»m qarşısmdakı kiçik bağçada samovar qaynadır, çay dəmləyir, çalıb-oynayırdılar, yallı gedirdilər.
     Əllə çəkilmiş plakatlarda, böyük hərflərlə yazılmış şüarlarda yoldan ötənlər kimi mən də oxuyurdum: «Qurtarmaq yox təkbaşma, ya həp bərabər, ya da heç birimiz», «Biz çalışırıq, sizin qammız yoğunlayır. Niyə?»; «Yaşasm azad və müstəqil türk oğlu!»; «Tək əldən iş aşmaz, bizim əllərimiz birgədir».
     Mən hər dəfə tətilçilərin yanından ötəndə (elə indi, bu sətirləri yazarkən də) fıkirləşir və arzu edirdim ki, belə bir birlik məhəlli çərçivələri dağıtsın, müasir türk ictimaiyyəti üçün xas, səciyyəvi bir cəhətə, xüsusiyyətə çevrilsin.
     İyunun 30-da axşam İqor Kovalenko sevinə-sevinə gəldi ki, bizimkilər (yəni tətilçilər) qələbə çaldı. Səhəri gün məlum oldu ki, İqorun gətirdiyi xəbər səhvdir: tətil davam edirdi.
     Sonra biz İzmirə getdik, qayıdanda «Pera-palas» işçilərinin tətili hələ qurtarmamışdı. Tətil davam edirdi. Biz İstanbuldan çıxanda da...
     Əlində yaylıq tutub yallının sonunda gedən cavan oğlan axırıncı dəfə məni - keçmiş sakini görəndə:
     -Oldü var, döndü yox, arkadaş! - qışqırdı.
     Bir kənarda isə əsgərlər dayanıb «qrev yapanlara» baxırdı və indi onların gözlərində heç bir heyrət yox idi, əksinə, bu gözlərdə bu dəm gizli də olsa bir iftixar oxunurdu.
     Çünki bu əsgərlər də o otel işçiləri kimi, dünənin və sabahın işçiləri idi; onlar da o otel işçiləri kimi xalqını və vətənini, azadlığı və müstəqilliyi sevir və bu hisslərlə yaşayırdılar - hər halda, onların gözləri belə deyirdi.

6.


Bir avtomobilə mindim Bakıda,
Aldı məni caddə-caddə götürdü.
Para verdim almadı,
Bir təşəkkür edəmədim o dosta.
Aydm Hətiboğlu
     Maşınımız İstanbuldan çıxıb Rizə şəhərinə - Qara dəniz sahilinə yollanır və Həmid Turan radionu yandırır: Ajda Peykan oxuyur və onun gözəl səsinin müşayiəti ilə fıkirləşirəm ki, dünyanın işinə bax, indicə Mərmərə dənizinin sahilində dayanıb istirahət günü balıq tutmağa çıxmış həvəskarlarla - qocalarla, cavanlarla, uşaqlarla söhbət edirdik, zarafatlaşırdıq - təbiətlə bilavasitə təmasda olanda müxtəlif xasiyyətli, müxtəlif dünyagörüşlü, müxtəlif yaşlı insanlar arasında da elə bil ki, ünsiyyətə bir hərarət əlavə olunur, rəsmi protokol aradan götürülür; yəqin ona görə ki, təbiət azad və sərbəstdir və heç bir rəsmilik, təkəbbür bu azadlıq və sərbəstliklə uyuşa bilmir, dənizin suyu, çayın suyu daşı, qumu yuyan kimi, təbiət də bilavasitə onunla təmasda olduğu vaxt insanın qəlbini açır, yuyur, təmizləyir - sonra Bosforun sahilində gəzişdik, indi də Qara dəniz; cəmi bircə saatın içində iki dənizdə çimmək istəyirsənsə, buyur.
     Ajda Pekkan oxuyur, Həmid Turanın sürdüyü «Murad» sürətlə irəliləyir və nədənsə bu maşın sürəti və bu gözəl musiqi mənim ürəyimdə bir qəribçilik ovqatı yaradır; yox, yox, bu, nastalgiya deyil - mən bilirəm ki, cəmi doqquz gündən sonra Vətənə qayıdıram, təyyarə biletim indidən cibimdədir; bu adi bir qəribçilik hissidir, zərif və incə bir hissdir, amma yumşaq-yumşaq da göynədir.
     Və elə bu vaxt:
Pancaradan daş gəlir, ay bəri bax, bəri bax...
Xumar gözdən yaş gəlir, ay bəri bax, bəri bax...
     O tərəf-bu tərəfə baxıram və elə bil ki, ilk anda dərk eləmirəm ki, bu doğma mahnının - qədim Azərbaycan mahnısının sədaları maşınımızın radiosundan gəlir: Ajda Pekkan oxuyub qurtarmışdır, indi isə başqa bir türk müğənnisi «Pəncərədən daş gəlir»i oxuyur.
     Həmid Turan gülümsəyib razılıqla başını tərpədir, yəni ki, görürsən də, sonra deyir:
     -Bizim kəndlərdən o qədər məktub getdi Ankaraya, axırı nail olduq ki, mərkəzi Ankara radiosu ilə gündə, azı, üç-dörd Azərbaycan mahnısı verirlər.
     Həmid Turan azərbaycanlıdır, nağıllarda tez-tez adlarını eşitdiyimiz Karsda anadan olub, Ərzurumda böyüyüb, sonra təhsilini Istanbulda davam etdirib və hazırda Istanbulda da yaşayır; kiçik bir mətbəəsi var və Dəmirdaş Ceyhunla birlikdə Türk Yazarlar Sindikasının qeyri-rəsmi çap orqanı olan «Ədəbiyyat cəbhəsi» qəzetini nəşr edir, eləcə də bir az aşağıda təsvirini verəcəyim «Xəzər» jurnalının naşiridir.
     Istanbulda mən bir çox karslı, ərzurumlu azərbaycanlılarla rastlaşdım: fəhlələrlə, nəqliyyat işçiləri ilə, müəllimlərlə, tələbələrlə və onların hamısında Azərbaycana böyük bir maraq və böyük də bir məhəbbət hiss etdim; görüşdüyüm bu adamlar Türkiyədə, yəni Karsda, Ərzurumda, Iqdirdə anadan olsalar, böyüsələr, yaşasalar da, Azərbaycanı öz vətənləri hesab edirlər, bu adamlar ən spesifik və ən böyük türk şəhəri Istanbulda belə, öz azərbaycanlıqlarını qoruyub saxlamışlar. Onlar evdə uşaqları ilə, qohumları ilə yalnız Azərbaycan ləhcəsində danışırlar, söylədikləri nağıllarda, oxuduqları mahnılarda, toylarında, yaslarında öz doğma Azərbaycanlarını yaşadırlar.
     Bu azərbaycanlıların bir çoxunun ev-eşiyi, ata-anası kəndlərdədir və onlar Istanbulda işləyərək, kimi evinə pul göndərir, kimi özü pul yığıb doğma yurduna qayıdır, orda evlənib ailə qurur və orada da yaşayır.
     Türkiyədə ən böyük Beykoz ayaqqabı fabrikinin fəhləsi Süleyman Azərin mənə dediyi sözlər: — «Omrümdə Bakını görməmişəm, amma yatıram, yuxumda Bakını görürəm. Ailəm buradadı, Istanbulda, arvadım türkdür, uşaqlarım burada doğulub, burada böyüyüb, ömründə vətənlərində olmayıblar, amma bütün qanları ilə, sümüklərinin iliyinəcən azərbaycanlıdırlar — yemək vermə, Azərbaycan mahnısı oxu, su vermə, Azərbaycan şeri söylə».
     Bu sətirləri yazıram və Türkiyədə qeydlər apardığım dəftərçəmi varaqlayıram: azərbayçanlılar — orta məktəb müəllimi Oqtay Kərimli, Ərzurum Universitetinin tələbəsi Faiq Salam, taksi sürücüsü Firidun, Istanbul Bələdiyyə Xəstəxanasmm cərrahı Abdulla Alovlu, Bakırköy marqarin zavodunun fəhləsi Faiq Ağrılı, professor Səkinə Yalçmər...
     Mənə söylədiklərindən:
     « — Istanbulda çox sıxılıram. Iqdirdə olanda başqadı, hamısı özümüzünküdü. Radio da həmişə Bakınm üstündə. Amma hayıf ki, Paris dalğası ilə eyni dalğadadı, bəzən yaxşı eşidilmir. Dalğasmı dəyişmək olmaz?».
     « — Uşaqlarımız Azərbaycan yazıçılarmm əsərlərini, Sabiri, Cəlil Məmmədquluzadəni, Cəfər Cabbarlmı, Səməd Vurğunu oxumaq istəyir. Onlarm kitablarmı latm əlifbasmda çap eləyib bizə göndərmək olmaz?».
     « — Keçən yay kiçik qardaşımm toyunu elədik Ərzurumda. Oz aşıqlarımız var, gəldilər. Bir də ki, Zeynəb Xanlarovanm mahnılarmı radiodan lentə köçürmüşdük, bütün toyu oxudub oynadıq».
     « — Məşədi Ibadı Bakı radiosundan lentə köçürmüşük, hər bazar günü kəndin başma yığışıb qulaq asırıq. Kəndin uşaqlarmm hamısı zarafatla Məşədi Ibadm mahnılarmı oxuyur. Qonşu kəndlərdən də bazar günü bizə gəlirlər ki, qulaq assmlar».
     Tələsik dəftərçəmə yazdığım və olduğu kimi də qarşımdakı ağ vərəqə köçürdüyüm bu cümlələrə baxıram, onları bir daha oxuyuram və yalnız bu sözləri səyləyən tanış sifətlər deyil, elə bil ki, onların uşaqları, ataları-anaları, kəndləri də gözlərimin qarşısında canlanır, çünki bu adamlar xasiyyətləri, məişətləri, danışıqları ilə qarabağlı, yaxud naxçıvanlı, yaxud qazaxlı azərbaycanlıların eyni, mənim doğma adamlarımdır.
     Türkiyədə, əsas etibarilə, İstanbul və Ankarada azərbaycanlı mühacirlər də var və bunların bir qismi iyirminci ildə, Azərbaycanda sovet hakimiyyəti qurulanda, digər bir qismi isə II Dınya müharibəsindən sonra qaçıb Türkiyəyə gedənlərdir, lakin bu mühacirlər say etibarilə çox azdılar və məişətlərinə, danışıqlarına görə, demək olar ki, tamamilə türkləşmişlər.
     Yerli azərbaycanlılar isə müqayisəedilməz dərəcədə çoxdurlar və mühacir azərbaycanlılar ilə, onların siyasi dəməkləri ilə əlaqələri yoxdur və ümumiyyətlə, mənim görüb danışdığım yerli azərbaycanlıların mühacir azərbaycanlılar haqqında təsəvvürləri çox azdır.
     Bu adamlar, maddi imkanları zəngin olmadığı üçün, istədikləri qədər və istədikləri şəkildə qəzet, jumal çap edə bilmirlər. Karsda anadan olub böyümüş, hazırda İstanbulda yaşayan, musiqiçi, folklorçu, jurnalist, bir sözlə, İstanbuldakı azərbaycanlıların «patriot» adlandırdıqları Erol Ozaydınla tanış oldum. Erol Ozaydın «Həmşəhri» adlı 8 səhifəlik aylıq «mədəniyyət, sosyal və aktual qəzetə» nəşr edir və bu qəzetin məqsədi iqdirli, karslı, ərzurumlu azərbaycanlıları ədəbiyyatımızla, mədəniyyətimizlə tanış etmək, onların həyatı, yaşayış tərzləri ilə əlaqədar sosial problemlər qaldırmaq, İstanbulda yaşayan azərbaycanlıları bir-birinə tanıtmaq, onlarm arasında toyda, yasda, ictimai həyatda müştərəklik, birlik yaratmaqdır.

<< 1 / 2 / 3 >>

Bölmə: Azərbaycan ədəbiyyatı | Əlavə edildi: azerhero (29.08.2014) | Müəllif: R.C E W
Baxış: 868 | Reytinq: 0.0/0
Bütün rəylər: 0
omForm">
avatar

Kitablar — zamanın dalğaları ilə səyahət edən və nəsildən-nəslə öz qiymətli yükünü ehtiyatla aparan fikir gəmiləridir.

- Frensis Bekon

Son 90 gün ərzində kitab oxumamaqdan daha pisi kitab oxumadığına görə narahat olmamaqdır.

- Cim Ron

Kitabları yandırmaqdan daha pis şey onları oxumamaqdır.

- Rey Bredberi

Yaxşı kitab aysberqə oxşayır, onun yeddi-səkkiz hissəsi suyun altında gizlənib.

- Ernest Heminquey

Kitablarım mənə çatacaq qədər böyük bir krallıqdır.

- Shakespeare

Mən, kitablarımı yaratmadan əvvəl, kitablarım məni yaratdılar.

- Montaigne

Kitabsız yaşamaq; kor, kar, dilsiz yaşamaqdır.

- Seneca

Bu günün gərçək universiteti, bir kitabxanadır.

- Carlyle

Kitab, tək ölümsüzlükdür.

- Rufus Choate

Exlaqa uyğun ya da zidd kitab deyə bir şey yoxdur. Kitablar ya yaxşı yazılmışdır, ya da pis. Hamısı bu qədər!

- Oscar Wilde

Ümidlə açılıb qazancla bağlanan bir kitab, yaxşı bir kitabdır.

- Alcott

Kitablar, itmiş başların abidələridir.

- Sir William Dave

Kitablar, heç solmayacaq bitkilərdir.

- Herrick

Kitab heç aldatmayan bir yoldaşdır.

- Guilbert De Pixrecourt

Axmaqlarla oturub-durmaqdansa , kitabla tənha oturmaq yaxşıdır.

- Qasım bəy Zakir

İnsan güc ilə yox, mütaliə etməklə ağıllanır.

- C.Bruno

Az bildiyini başa düşmək üçün çoxlu oxumaq lazımdır.

- Mişel Monten

Kitablar özünüzə və başqalarına hörmət etməyi öyrədəcək, ürəyi və ağlı, dünya və insanlıq sevgisiylə dolduracaq.

- Maksim Gorki

Kitab həyatın ən uzaq və qaranlıq yollarında insana işıq bəxş edən əfsanəvi çıraqdır

- A.M.Upit

BAKI QIZLAR UNİVERSİTETİ
1992-ci ildə təsis edilən və həmin vaxtdan da fəaliyyətə başlayan Bakı Qızlar Universitetinin (əvəllər Bakı Ali Pedaqoji Qızlar Seminariyası adlanırdı) yaradılmasında məqsəd respublikada qadın pedaqoji kadrlar yetişdirmək, onların intellektual səviyyəsini yüksəltmək və gənc qızları ailə həyatına hazırlamaqdan ibarətdir. Hazırda universitetdə "Sosial pedaqoji” və "Filologiya-tarix” fakültələri fəaliyyət göstərir. "Sosial pedaqoji” fakültədə "Təhsildə sosial-psixoloji xidmət”, "Psixologiya”, "Coğrafiya müəllimliyi”, "ibtidai sinif müəllimliyi”, "Məktəbəqədər təlim və tərbiyə”, "Riyaziyyat və informatika müəllimliyi”, "Filologiya-tarix” fakültəsində isə "Xarici dil (ingilis) müəllimliyi”, "Azərbaycan dili və ədəbiyyat müəllimliyi”, "Tarix müəllimliyi”, "Jurnalistika” üzrə bakalavr, "İbtidai sinifdə tədrisin metodika və metodologiyası”, "Pedaqogika nəzəriyyəsi və tarixi”, "Azərbaycan ədəbiyyatı”, "Azərbaycan dili”, "Azərbaycanın yeni və ən yeni tarixi” sahəsində magistratura səviyyəsində kadr hazırlığı aparılır.
Bakı Qızlar Universiteti Nazirlər Kabinetinin 1996-cı il fevralın 21-də 21 saylı sərəncamı ilə dövlət qeydiyyata alınmışdır. 2013-cü ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin lisenziya komissiyası BQU-nun çoxilli fəaliyyətinin, onun yüksək maddi-texniki bazasının, infrostrukturunun, təlim-tərbiyə sisteminin Azərbaycan Respublikası təhsil Qanununa Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Ali təhsil Müəssisələrinin fəaliyyətinə xüsusi razılıq (lisenziya verilməsi haqqında qərarına, Azərbaycan Respublikası Təhsil Nazirliyinin sənədlərinə uyğn qurulduğunu, pedaqoji kadrların hazırlanmasında əldə olunmuş nailiyyətlərini nəzərə alaraq universitetin fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsini məqsədəuyğun hesab etmişdir. Eyni zamanda 2013-cü ildə universitet akreditasiyadan keçmişdir. Universitetdə müxtəlif fənnlər üzrə kabinetlər, dörd kopüter otağı, kitabxana, badii yaradıcılıq studiyası, tələbə elmi cəmiyyəti, Tələbə Gənclər təşkilatı, dörd dərnəklər, nəşriyyat, idman zalı, yeməkxana, kadrlar şöbəsi və mühasibatlıq fəaliyyət göstərir.
Learn more