Əsas » Məqalə » Azərbaycan ədəbiyyatı

Əfəndiyev Elçin yaradıcılığı-Yaxın, uzaq Türkiyə
YAXIN, UZAQ TÜRKİYƏ
1.


     Türkiyə səfərimin beşinci-altıncı günü bu səfər haqqında mütləq yazacağımı hiss etdikdən sonra, necə deyərlər, özüm özümdən daxili razılıq aldıqdan sonra, özüm özümlə də belə bir şərt kəsdim - həmin yazımı təyyarə ilə başlamayacağam və indi, makina arxasında oturub bu sətirləri yazarkən, istər-istəməz, o şərti pozuram: Moskvanm «Şeremetyevo» hava limanmdan Moskva - Ankara - Istanbul marşrutu ilə havaya qalxan «Tu-155» gözlərimin qarşısma gəlir.
     Deməli, yenə təyyarə...
     Təskinliyi onda tapıram ki, belə bir şərti ilkin pozan, yəqin, mən deyiləm və güman ki, sonuncu da mən olmayacağam.
     Təyyarəmiz havaya qalxır və bizimlə birlikdə Türkiyəyə uçan haylı-küylü Kolumbiya turistləri arasında bir qadın xaç çevirir, dodaqları tərpənir və mən onun nə dediyini eşitməsəm də, sağ-salamat uçmağımıza dua oxuduğunu başa düşürəm, amma bir azdan təyyarəmiz buludların üstü ilə rahatca uçduqca, o duanı oxudan qorxudan daha əsər-əlamət qalmamışdı, bir azdan sonra stüardessa, hərgah təyyarəmiz xarab olub Qara dənizə düşsə, xilasedici kəmərlərdən necə istifadə edəcəyimizi əyani şəkildə, yəni gözümüzün qabağında həmin xilasedici kəməri öz əyninə geyə-geyə bizə göstərdikdə, mən bu tragikomik tamaşadan gözümü çəkib kolumbiyalı qadına baxdım: dünyanm belə-belə qorxulu işlərindən xəbəri yox idi, baxışları ilə bir-iki kürsü qabaqda oturmuş cavan oğlanı göstərə-göstərə yanmdakı xanıma nəsə deyib bərkdən gülürdü.
     Kürsüdə yerimi rahatlayıb sübh tezdən hava limanında aldığım qəzetləri gözdən keçirirəm və ilk növbədə, kolumbiyalı qadının ürəkdən gələn o gülüşü ilə tamam əks ovqatlı bir xəbəri (bu xəbərin doğurduğu düşüncələrlə stüardessanın səhərdən bəri cidd-cəhdlə əyninə geydiyi xilasedici kəmər arasında bir yaxınlıq var idi) oxuyuram: Türkiyə Parlamenti (Məclisi) ölkənin 19 vilayətindəki fovqəladə vəziyyətin müddətinin daha iki ay uzadılması barədə hökumətin qərarını təsdiq edir və bu qərar 1979-cu ildə bizim Türkiyəyə uçduğumuz gündən etibarən qüvvəyə minirdi.
     Türkiyə ordusu NATO ölkələri arasında ABŞ-ın ordusundan sonra ən böyük ordudur və B.Ecevit hökuməti ölkəni başdan-başa bürümüş terrorçuluqla mübarizədə aciz olduğu üçün (hərçənd türk polisi də zəif polis deyil!) məmləkətin 67 vilayətindən 19-da hərbi vəziyyət elan etmişdi və Məclis də yekdilliklə bu qərarı təsdiq etmişdi. Türkiyə Məclisində yekdillik əldə etmək, türk jurnalistlərinin dediyi kimi, «xəyalvari» bir şeydir və səfərim zamanı qəzetlər, radio, televiziya vasitəsilə, eləcə də müxtəlif səviyyəli və müxtəlif də təmayüllü söhbətlərimiz, danışıqlarımız zamanı bunun, bir növ, «əyani» şahidi oldum, amma keçən ilin dekabr ayında Qəhrəmanmaraş şəhərində sağ və sol ekstremistlərin müharibəsindən sonra (mən başqa söz tapıb yaza bilmirəm, çünki türk qəzetlərinin verdiyi xəbərə görə bu savaşda 120-yə qədər adam öldürülmüş, 1000-ə qədər adam yaralanmış, 210 yaşayış binası yandırılmış, 70-dən artıq idarə və məişət xidməti müəssisəsi dağıdılmışdır - bu, ölkələr arasındakı müharibə barədə məlumata bənzəmirmi?!), görünür, hətta türk Məclisinin belə, yekdil olmaqdan başqa çarəsi qalmamışdı.
     Səfərimizdən bir az əvvəl Adanada Türkiyə ədliyyə tarixində ən böyük məhkəmə proseslərindən biri başlamışdı. Qəhrəmanmaraş qırğınında təqsirləndirilən 803 sağ və sol ekstremistin mühakiməsi gedirdi.
     Bu gün terrorçuluq Türkiyə kimi gözəl təbiətli, qonaqcıl, mülayim və mehriban əhalisi olan, zəngin ədəbi-mədəni irsə malik dünya tarixini yaradan ölkələrdən birini tamam sarsıtmışdır - bəli, bu, belədir və beynəlxalq vəziyyəti az-çox izləyən hər hansı bir adam bunu bilir, amma bunu bütün faciəsi ilə dərk etmək üçün müxtəlif məlumat agentliklərinin bir neçə cümləlik quru xəbərlərini oxumaq azdır; müasir Türkiyədə terrorçuluğun törətdiyi faciəni dərk etmək, duymaq üçün bu ölkədə olmalı, hər şeyi öz gözünlə görməlisən.
     Irəlidə müasir Türkiyədəki terrorçuluq, siyasi qarışıqlıq, sol qüvvələr arasında fraksiyaçılıq barədə yazmağa çalışacağam, lakin indi, bu sətirləri yazarkən «Milliyyət» qəzetində şəkli verilmiş bir türk anasının siması elə bil ki, qarşımdakı ağ kağızın üzərinə qonur: «Gözüyaşlı ana, oğlu torpağa verilərkən: «—Yetər artıq! Kenanım son olsun! — deyə haykırdı»
     Müəllimlər məktəbinin tələbəsi Kenan Aydəmir sağçı terrorun qurbanı olmuşdu və bu yeniyetmənin anası oğlu ilə son vida anında tükürpərdən bir çığırtı ilə bu sözləri demişdi. Mən onun çığırtısını Istanbul radiosu ilə eşitdim və bu səs indiyə qədər qulaqlarımdan çəkilmir.
     Lakin yenə də təyyarəyə qayıdaq və biz hələ ki, havadayıq, İstanbula çatmamışıq. Biz — yəni Türkiyə Yazarlar Sindikasının dəvəti ilə Türkiyəyə gedən SSRİ Yazıçılar Ittifaqının nümayəndə heyəti: Nazim Hikməti rus və ümumiyyətlə, sovet oxucusunun tanıması və sevməsi üçün bir tərcüməçi kimi çox iş görmüş Muza Pavlova, mövzusu Bizans dövründən, Konstantinopol həyatmdan almmış maraqlı tarixi roman müəllifi, yazıçı Iqor Kovalenko və bu sətirlərin müəllifi. Məqsəd: SSRI Yazıçılar Ittifaqı ilə Türkiyə Yazarlar Sindikası arasmda qarşılıqlı əlaqəni daha da möhkəmləndirmək, qarşılıqlı surətdə iş təcrübəsi ilə tanışlıq, müasir türk yazıçıları, mədəniyyət xadimləri ilə bizi qarşılıqlı surətdə düşündürən ədəbi, siyasi, ictimai problemlər ətrafmda fikir mübadiləsi, görüşlər və əlbəttə ki, hər birimizin bir yazıçı kimi fərdi marağımız.
     Yenə qəzetlərə baxıram (hələ ki, sovet qəzetlərinə) və bu günlərdə bütün dünya ictimaiyyətinin diqqət mərkəzində olan SSM-2 müqaviləsi ilə əlaqədar müxtəlif bəyanatlar, müzakirələr haqqmdakı məlumatları oxuyuram və bu bəyanatlarm bəziləri — SSM-2-nin təhlükəli olması barədəki iddialar cidd-cəhdlə xilasedici kəməri əyninə geyən stüardessanı təzədən yadıma salır, lakin stüardessa artıq daha xoşagələn bir işlə məşğul olur: səmişinlərə konfet, su, konyak təklif edir və biz göyün yeddinci qatmda rahatca uçuruq.
     Səfərimizdən bir neçə gün əvvəl Türkiyənin o zamankı Baş naziri, Xalq Cümhuriyyət Partiyasmm sədri Bülənd Ecevit çıxış edərək SSM—2 müqaviləsini yüksək qiymətləndirmiş və onun «bütün bəşəriyyətin taleyi üçün çox əhəmiyyətli» olduğunu söyləmişdi. Türkiyə Yazarlar Sindikasının birinci sədri Əziz Nesin də bu barədə öz fıkrini bildirmişdi: «SSM-2 müqaviləsi sülh uğrunda, dünya tarixində ən effektli tədbirlərdən biridir».
     Bir neçə gündən sonra Istanbulda ikən türk yazıçı dostlarımızla söhbət əsnasında mən dedim:
     -Bəzən Baş nazirinizlə birinci sədrinizin fikri eyni olur.
     Təəccüblə mənə baxdılar və mən SSM-2 müqaviləsi ilə əlaqədar B. Ecevitin və Ə. Nesinin çıxışlarını nəzərdə tutduğumu dedikdə, elə bil ki, tamam yüngülləşib:
     -SSM-2-nin əleyhinə yalnız faşistlər çıxar, canım! - dedilər.
     Doğrudan da, həm forma, şəkillər, rənglər etibarilə
     İstanbulun özü kimi rəngarəng, həm də siyasi-əxlaqi cəbhələr baxımından müxtəlif olan türk qəzetləri SSM-2 müqaviləsi barədə ayrı-ayrı zümrələrə mənsub türk siyasi və ictimai xadimlərinin, mədəniyyət və din xadimlərinin fikirlərini mütəmadi çap edirdi və söylənilən bu fikirlərin, demək olar ki, hamısında SSM-2 müqaviləsi yüksək qiymətləndirilir, razılıq və rahatlıqla qarşılanırdı.
     Yeri gəlmişkən, demək istəyirəm ki, Türkiyədə qəzet institutu çox geniş yayılmışdır və qəzetin nüfuzu böyükdür. Saysız-hesabsız bulvar, maqazin qəzetlərindən tutmuş, müxtəlif siyasi amallı «Cümhuriyyət», «Milliyyət», «Hürriyyət», «Tərcüman», «Politika» və s. kimi ciddi (bizdə qəzetə şamil edilərkən bu söz qəribə səslənir) qəzetlər əhalinin məişətinə daxil olmuşdur. Mən Istanbulun mərkəzi olan Istiqlal caddəsində çəkməsilən uşaqların müştəri gözləyə-gözləyə «Cümhuriyyət» oxuduğunun və yaxud Izmirdə restoran xörəkpaylayanının sifarişlərarası tələsik «Politika» oxuduğunun - dəfələrlə şahidi oldum, məşhur Qalata körpüsünün birinci mərtəbəsində müxtəlif qəhvəxanalar, dükanlar, kababxanalarla bərabər, nargilə (sulu qəlyan) kafesində, nargilə dəsgahının özü ilə birlikdə, nargilə çəkənlərin demək olar ki, hamısının qəzet oxumaları da məni heyrətə gətirdi.
     Müasir Türkiyədə nə qədər və hansı ümumi tirajla qəzet və jurnal çap olunduğunu öyrənə bilmədim, kimdən, hətta qəzet və jurnal redaktorlarından belə, bunu soruşdumsa da, hamı bir-biri ilə sözləşibmiş kimi çiynini çəkdi.
     Istanbul Universitetinin kitabxanasında əlimə keçən məxəzlərdən 1962-ci ildə Türkiyədə 1658 adda qəzet və jurnal çıxdığının (bunların 638-i İstanbulda nəşr olunurdu) və 1967-ci ildə qəzetlərin ümumi tirajının iki milyon nüsxə olduğunu oxudum. Yazıçı və jurnalist dostlarımızın söylədiyinə görə, son illərdə bu rəqəmlər beş-altı qat artmışdır. Biz bu barədə söhbət edərkən qocaman türk yazıçısı Yusif Ahuşkalı zarafatla mənə dedi:
     -Qabaqlar kimin əlinə qələm keçirdi, şer yazırdı, indi kimin əlinə qələm keçir, qəzet, ya dərgi buraxır.
     Əlbəttə, hər zarafatda bir həqiqət var və burası da yəqindir ki, qəzet və jurnal dərc edənlərin hamısı qələm sahibi deyil...
     Lakin biz yenə də saatda, az qala, min kilometrlə uçan təyyarəmizi arxada qoyduq; əlimizdə tutduğumuz qəzetin səhifələrinə qayıdaq: İran hadisələri.
     Şərq aləminin digər böyük bir məmləkəti olan İran Türkiyə ilə yalnız həmsərhəd yox, həm də SENTO vasitəsilə müttəfiq idi, lakin Türkiyə Pakistanın və İranın bu hərbi blokdan çıxmasını həssaslıqla və hətta daxili bir razılıqla qarşıladı və SENTO ləğv olundu. İstanbulda rast gəldiyim bir azərbaycanlı tələbə (o, İrandan gəlib İstanbul Universitetində təhsil alırdı) demişkən, əvvəllər Türkiyə ilə İran həmsərhəd və hərbi müttəfiq idi, indi isə həmsərhəd və dostdurlar.
     Bu məsələ ilə əlaqədar B.Ecevit hökuməti xarici və daxili qüvvələrin kəskin tənqidinə məruz qaldı və ümumiyyətlə, Türkiyə dövri mətbuatını izlədikcə, dünyada B. Ecevit hökuməti qədər hər hansı bir hökumətin tənqid oluna biləcəyini təsəvvür etmək çox çətindir. Lakin burası da əlamətdardır ki, nəinki yalnız digər partiyalar - əsas müxalifət partiyası olan Ədalət Partiyası, Milli Hərəkat Partiyası və s. və i. a. partiyalar tərəfindən amansızcasına tənqid olunmasına, hətta çox zaman həmpartiyalılarının da tənqidinə məruz qalmasına baxmayaraq (bəlkə də elə bu tənqidlərə görə!), Bülənd Ecevit bizim Türkiyə səfərimizdən bir az əvvəl Xalq Cümhuriyyət Partiyasının XIV qurultayında nümayəndələrin böyük əksəriyyəti tərəfindən partiyanın Baş sədri seçilmişdi.
     ...Stüardessa İstanbula yaxmlaşdığımızı söyləyir və mən bu şəhərin admı eşitdikdə bu qədər real surətdə belə bir sürətlə, haylı-küylü kolumbiyalılarla birlikdə məhz İstanbula getdiyimə və bir neçə dəqiqədən sonra məhz İstanbulun təyyarə limanına enəcəyimə baxmayaraq, «İstanbul» sözü elə bil ki, məni yenə də nağıllar aləminə apardı və mən özüm öz sadəlövhlüyümə istehza ilə gülümsədim, amma, qəribədir, elə özüm də bu istehzada bir ilıqlıq, bir hərarət hiss etdim.
     Əlbəttə, biz lap uşaqlıqdan Şərq nağılları ilə böyümüşük və Istanbul həmişə bu nağıllar aləminnn ən sehrli, ən cəlbedici, ən qüdrətli atributlarından biri olub. Lakin təbii ki, bugünkü Istanbul nağıllardakı Istanbul deyil, nağıllardakı Istanbul Osmanlı imperiyasının 25 sultanının yaşadığı və indi muzeyə çevrilmiş Topqapının eksponat şüşələri altında qalmışdır və bu şüşələrin altındakı Məhəmməd peyğəmbərin dişi və tükü, həzrət Əlinin qılıncı, 86 karatlıq məşhur «Supun meyker» brilyantı, saysız- hesabsız ləl-cavahirlə bəzədilmiş qızıl taxt-taclar, doğrudan da, elə bil ki, real bir tarixdən, həqiqətdən çox, sehrli nağıllar aləmindən xəbər verir; Istanbulda ekzotika da görmək olar, çünki, doğrudan da, Istanbulda ekzotika var - təkcə elə təbiətini götürək: bir hissəsi Avropada, bir hissəsi də Asiyada olan çoxmu şəhər var dünyada? Mərmərə dənizi, Bosfor boğazı, Halec, bir neçə kilometrlikdə isə Qara dəniz - dünyanın çoxmu şəhərinin iki müxtəlif sahili iki müxtəlif də dənizə açılır? Mən hələ adətlərdəki, mərasimlərdəki, məişətdəki, davranışlardakı maraqlı cəhətləri demirəm... - bəli, bütün bunlar belədi, lakin bugünkü Istanbul, hər şeydən əvvəl, həyatını çox mürəkkəb siyasi-ictimai bir şərait səciyyələndirən, zəngin ədəbi irsə malik müasir bir mədəniyyətin, nəhayət, çox maraqlı və məzmunlu sosioloji, ədəbi, siyasi, əxlaqi araşdırmalara obyekt olacaq ədəbi prosesin mərkəzidir.
     Lakin Istanbulda ikən burası da mənə məlum oldu ki, Istanbulda nağıl yaratmaq da (bəli, əsl Şərq nağılı - rəqqasələri, xacəsi, padşahı, vəziri, vəkili, hərəmxanası, sehrbazları ilə birlikdə!) mümkündür və yaradılır da.
     Iyulun 1-də Səudiyyə Ərəbistanından gəlmiş şahzadə Reşad Faraon başda olmaqla milyarderlər Istanbulun gözəl Sait Halim Paşa sahilində «1001 gecə nağılları» əyləncəsi, eyş-işrət məclisi düzəltmişdilər. Əlbəttə, mən və mənlə birgə türk yazıçıları bu əyləncədə iştirak edə bilməmişdik, lakin «Milliyyət» qəzeti bu əyləncəyə bir səhifə həsr etmişdi və buradakı sultan libasmda ağsaqqal milyonçular rəqqasələrin əhatəsində yəqin ki, özlərini orta əsr türk sultanlarmdan pis hiss etmirdilər.
     ...Və təyyarəmiz Tstanbul təyyarə limanında yerə enir.
     Təəssüf ki, bu dəfə mən tanışımız kolumbiyalı qadını müşahidə edə bilmədim - sadəcə yadımdan çıxdı; görəsən, bu qadın sağ-salamat gəlib mənzilbaşına çatdığımıza görə dodaqaltı da olsa razılıq duası oxudumu?
     Hər halda, mən indi, bu sətirləri yazarkən o uzaq kolumbiyalı qadına - bir kəlmə də kəsmədiyimiz, yüngülcə tanış belə olmadığımız o qadına həmişə uğurlu yollar arzulayıram, çünki yolçuluq hissi - bu sözün gurultusundan çəkinməyək - müqəddəs hissdir, yolçu uzun-uzun yollar boyu həmişə qərib olur, qəriblik hissi isə doğma ocağın, doğma adamların, doğma duyğuların çox yaxınlığı, amma eyni zamanda əlçatmazlığı, ünyetməzliyidir; yolçuluq yalnız yeni-yeni insanların, yaşayışların, arzuların, şəhərlərin, ölkələrin, çayların, dənizlərin, okeanların, dağların, səhraların, meşələrin kəşfı deyil, yolçuluq sənin özünün də özünüdərkindir, uzaqda qoyub gəldiyin yaxınlarının xasiyyətlərindəki, hərəkətlərindəki, münasibətlərindəki hərarətin, saflığın, yaxşılığın yeni kəşfıdir. Bu sözləri yazıram və Çek Londonun «Tçək yolda olanların sağlığına» adlı gözəl hekayəsi yadıma düşür və mən də bu dəm makina arxasında daxilən həmin sağlığa qoşuluram.
     Deməli, təyyarəmiz Tstanbul təyyarə meydanında yerə enir və bizi Türkiyə Yazarlar Sindikasının ikinci sədri Dəmirdaş Ceyhun qarşılayır və bizi Sindikanın birinci sədri Əziz Nesinlə görüşdürməyə tələsir; məsələ burasındadır ki, bir saatdan sonra bizi Tstanbula gətirən təyyarə ilə Əziz Nesin Moskvaya uçur, oradan da Anqolaya gedəcək: iyunun 27-də Luandada Asiya və Afrika ölkələri yazıçılarının VI konfransı işə başlayır.
     Əziz Nesin qeydiyyat növbəsindədir və onunla tələsik görüşümüz, söhbətimiz yalnız vağzallara, hava limanlarına xas bir səmimiliklə keçir və nəhayət, xudahafizləşərkən Əziz Nesin onu ötürməyə gəlmiş türk kino xadimi, prodyusser Arif Kəsginərə və Dəmirdaş Ceyhuna bizi nişan verib:
     -Qonaqları sizə tapşırıram! - deyir.
     Mən Arif Kəsginərlə Dəmirdaş Ceyhuna işarə edib:
     -Onları isə Allaha! - deyirəm.
     Və mən elə təyyarə limanındaca bugünkü qəzetləri almağa gedirəm - bu dəfə türk qəzetlərini.
     Diqqətlə oxu, İnsan, sənə malik olan yeni dünya kəşf et və Türkiyəni - müdriklər, humanistlər, şairlər ölkəsini tanı.

Oljas Süleymenov


     Mən Türkiyə haqqındakı bu yazımda bu ölkənin zəngin muzeyləri, İstanbulun və yaxud İzmirin görməli yerləri barədə, Aya - Sofiya, yaxud Süleymaniyyə kimi dünya şöhrətli tarixi abidələrdən, türk xalqının milli qəhrəmanlarının, o cümlədən, Mustafa Kamal Atatürkün adı ilə bağlı tarixi yerlərdən xüsusi danışmayacağam, çünki mənə elə gəlir ki, xüsusən, müasir dövrdə bütün bunları (eləcə də digər ölkələrdəki zəngin muzey və abidələri) yalnız bilavasitə görmək lazımdır, onların təsviri isə elmi məxəzlərdən tutmuş, kütləvi albomlaracan, məlumat kitablarınacan hər yerdə var və inanmıram ki, mən bütün bunlar barədə oxucuya yeni bir söz demiş olum. Umumiyyətlə, görünür, XX əsrin yaşadığımız günlərinin məzmunu bu baxımdan da çox dəyişmişdir və olsun ki, bu gün Marko Polo, Afanasi Nikitin, yaxud Zeynalabdin Şirvani kimi yazmaq, daha doğrusu, bu üslubla, yəni gördüklərinin təsvirini verməklə oxucunun tələbatını ödəmək çətin işdir. Əlbəttə, Marko Polo da, Afanasi Nikitin də, Zeynalabdin Şirvani də, onlarla, yüzlərlə, minlərlə digər məşhur və qeyri-məşhur səyyahlar da öz böyük işlərini görmüş, yaşadıqları dünyanı insanlara tanıtmışlar, lakin bu cəsur və müdrik sələflərimizin əzab-əziyyətlərə sinə gərib beş ilə, on ilə yer üzündə Şimaldan Cənuba, Şərqdən Qərbə, necə deyərlər, çarıq yırtıb, dərə-təpə aşıb gördüklərini, qələmlə təsvir etdiklərini bugünün texnikası - foto, kino, televiziya və s. bir anda edir, görür və göstərir.
     Dünən gördüklərinin təsvirini verirdinsə və bu vacib idisə, bu gün, olsun ki, görüb anladıqlarının təsviri daha məqsədəuyğundur və dünənki emosional təsvirin yerini, yəqin ki, bugünkü analitik təqdim və şərhlər tutur.
     Bu gün hətta Aya-Sofiyanın belə, təsvirini oxumaq, elə bilirəm ki, bir o qədər də maraqlı iş deyil, çünki ən gözəl fotolarını görmüşük, haqqında filmə baxmışıq, dəfələrlə bu və ya digər münasibətlə televiziyada ona tamaşa etmişik. Əlbəttə, bu fikirlərdən sonra mən Türkiyə haqqındakı bu yazımla yeni bir Amerika kəşf edəcəyimi öhdəliyə götürmək fıkrindən də çox uzağam, adicə, səfərim zamanı şahidi olduğum siyasi-ictimai problemlər barədə, müasir türk həyat tərzi, ədəbi prosesi barədə müşahidə və düşüncələrimi oxucuyla bölüşmək istəyirəm.
     Türkiyə Yazarlar Sindikası dörd yüz nəfərdən artıq sol təmayüllü ədibi öz ətrafında birləşdirir və əslində, bu o deyən sözdür ki, müasir Türkiyənin, demək olar ki, bütün yazıçıları Sindikanın üzvüdür, çünki ölkədə sağ təmayüllü az-çox tanınmış yazıçı azdır.
     Əziz Nesin iki il bundan əvvəl «İnostrannaya literatura» jurnalının müxbirinə verdiyi müsahibəsində deyirdi: «Mən yazıçı olmazdan əvvəl türk ordusunun zabiti idim. Amma yazmağa başlarkən Türkiyə ictimaiyyəti dərhal məni «sol» yazıçı adlandırdı, belə çıxdı ki, mən hələ «sol»luğun, sosializm ideyalarının, kommunizm ideyalarının nə olduğunu bilmədiyim halda, məni sol yazıçı elan etdilər... Sonralar mən bu barədə çox fikirləşdim ki, niyə belə oldu!» Yazıçı bu suala belə cavab verir: «Mən xalqın oğlu idim. Mənən həmişə xalqın tərəfində idim»\
     Bu gün Türkiyədə hamı özünü «xalqın oğlu» adlandırır - sağ da, sol da - amma bir həqiqət var ki, türk yazıçılarının - Əziz Nesinin özündən, Yaşar Kamal, İzzətdin Həsən Dinamo, Məlik Cövdət Anday, Fazil Hüsnü Dağlarca, Rıfat İlqız, Səmim Qocagöz, Haldun Taner, Orxan Xəncərlioğlu, Fəqir Bayqurt, Nevzət Üstün, Oqtay Akbal, Nicati Cumalı, Bəkir Yıldız, Atilla İlhan, Dursun Ağcam, Tarık Dursun, Ziyad Səlimoğlu, Adnan Ozyalçınər, Dəmirdaş Ceyhun, Çingiz Bektaş, Tuqrut Uyar, Kamal Ozər, Cahid Güləbi və başqaları kimi məşhur yazıçılardan tutmuş, cavan nəslin Aydın Xətiboğlu, Ataol Bəhramoğlu, Erdal Oz, Tomris Uyar, Selnur Sezər, Aysel Ozakın və başqaları kimi istedadlı nümayəndələrinə qədər - yaradıcılığı yuxarıda söylənən sözləri təsdiq edir. Bu nasir və şairlərin əsərləri türk xalqının, xüsusən, türk kəndlisinin həyatı ilə ən sıx əlaqədədir və bu yaradıcılığı mən bir küll halında, türk xalqının ən qızğın təəssübkeşi hesab edirəm.
     Bu mənada Yaşar Kamalın yazıçıların 1977-ci il Beynəlxalq Sofiya görüşündəki çıxışında «bir sıra böyük şairlərin yaradıcılığını istisna edərək» «poeziyanın, ümumilikdə, xalqdan ayrıldığını» söyləməsi, məndə təəccüb doğurdu.
     Yaşar Kamal belə bir halın səbəbini onda görür ki, şer kitablarının tirajı on mindən artıq olmur. Əlbəttə, Türkiyədə şer kitablarının tirajı on mindən artıq olsaydı, daha yaxşı olardı, lakin məncə, on minin özü də az deyil, hər halda, bu belə bir aşkar pessimizmə əsas vermir; tiraj azsa da, müxtəlif adda çap olunan şer kitabları çoxdur və əsas məsələ xalqla dil tapmaqdır. Düzdür, bəzi şairləri dilinə görə (həddən artıq yeni sözlər düzəldirlər və mahiyyət etibarilə xeyirli olan bu yolda ifrata varırlar), bəzilərini təhkiyəsinə görə, bəzilərini isə əsərlərinin dekadent ruhuna görə xalq başa düşmür, amma bunu görmək və hiss etmək çətin deyil ki, ümumilikdə poeziya - müasir türk poeziyası xalqın yaxın sirdaşıdır, çünki bu poeziya xalqın sevincini bölüşməyi, dərdinə şərik çıxmağı bacarır.
     Deməliyəm ki, bu məsələ - sənətkarın xalqla bir-birini başa düşə bilməsi məsələsi bilavasitə müasir türk ədəbiyyatını da düşündürür. Məsələn, Oqtay Akbal «Y adlar küçəsi» hekayəsində xalqla dil tapmaq istəyən, amma bunu necə etməyin real yollarını tapa bilməyən və nəticə etibarilə belə bir ünsiyyətə qabil olmayan Salih adlı bir ziyalının tipik surətini yaratmışdır.
     Bu hekayə və bu tipli bir çox digər əsərlər mənim üçün ona görə əlamətdardır ki, belə bir fikri açıq-aşkar sübut edir: müasir türk ədəbiyyatı salihlərin yaratdığı ədəbiyyat deyil, ətrafdakı salihləri görən və Salih olmamağa çağıran ədəbiyyatdır.
     Yaşar Kamal həmin çıxışında, ümumiyyətlə, müasir ədəbiyyat baradə bədbin fikirdədir: «XIX əsrin romanı insanlara daha yaxın idi, nəinki bugünkü romanlar».
     Əlbəttə, XIX əsrin romanı dahi roman idi, lakin nə üçün XIX əsr romanı ilə XX əsr romanı qarşı-qarşıya qoyulmalı və bir birindən çox seçilən siyasi-ictimai-əxlaqi fikrin, estetik imkanların, dünyagörüşünün bəhrəsi olan bu romanlardan biri o birinin hesabına qiymətləndirilməlidir?
     Adlarını və əsərlərini hamımızın yaxşı tanıdığı XX əsr yazıçılarının, o cümlədən, Y aşar Kamalın özünün yaradıcılığı, məncə, onun pessimizmini təkzib edir.
     Yaşar Kamalın ilk irihəcmli əsərlərindən olan «İncə Memed» (bu roman 1956-cı ildə YUNESKO tərəfındən ilin ən yaxşı romanı hesab edilib) bu gün - yazıldığından 30 ilə yaxın bir vaxt keçdikdən sonra belə, türk xalqının sevdiyi və oxuduğu bir kitabdır. Mən özüm bunun əyani şahidi oldum: təsadüfən tanış olduğum məişət soyuducuları istehsal edən «Arçelik» zavodunun fəhləsi Tahir Qaraköylü mənim:
     -Ən çox sevdiyiniz türk romanı hansıdır? - sualıma cavab olaraq «İncə Memed»in adını çəkdi.
     Bir taksi sürücüsü və İzmirin yuxarı - şimal-şərq hissəsindəki Balçova şəhər bələdiyyə idarəsinin sıravi işçisi də mənim eyni sualıma eyni cavabı verdi.
     Burasını da qeyd edim ki, türk qəzetlərinin verdiyi xəbərə görə Yaşar Kamal 1978-ci ildə Fransada ən populyar əcnəbi müəlliflərdən biri elan olunmuşdu. Əlbəttə, Fransada ən populyar əcnəbi müəllifi olmaq az iş deyil, lakin hər şey də deyil. Əsas məsələ burasındadır ki, Yaşar Kamalın «İncə Memed», «Yer dəmir, göy mis», «Tənəkə» və digər romanlarında, bir çox hekayə və povestlərində, eləcə də oçerk və reportajlarında, xüsusən, «Çukurova yana-yana» kitabında xalqın həyatına yaxından bələd olan, onun ağır sosial problemlərini içi yana-yana göstərən, xalqı böyük bir məhəbbətlə sevən bir yazıçının ürəyi döyünür, həm də hərarətlə, yeri gəldikdə qürurla, yeri gəldikdə isə kədərlə döyünür.
     Yuxarıda haqqında danışdığım çıxışda Yaşar Kamal optimizmi bundan ibarətdir: «Gün gələcək ki, insanlar yenə də poeziyanı, epopeyanı, romanı qızıl taxta qaldıracaqlar». Söz yox ki, bu, pessimizmdən doğan bir optimizmdnr, çünki insanlar heç zaman həqiqi poeziyanı, həqiqi epopeyanı, həqiqi romanı «qızıl taxt»dan salmamışlar - nə XIX əsrdə, nə də XX əsrdə və ümid edək ki, XXI əsrdə də belə olacaq, poeziyanın, epopeyanın, romanın aqibəti bir çox türk sultanlarının, şahzadələrinin (yalnız türk sultan və şahzadələrininmi?!) aqibəti kimi olmayacaq.
     Bugünkü türk ədəbiyyatı, bir tam halında və sözün yüksək mənasında, özünü ifadə və təsdiq edə bilən bir ədəbiyyatdır; müxtəlif bədii-estetik rəng və çalarlara malik çoxşaxəli bir ədəbiyyatdır və bu müxtəlifliyi, bu çoxşaxəliliyi bir nöqtədə birləşdirən mühüm cəhət də vardır: siyasi-ictimai fəallıq; mən
     Türkiyədə cavanından tutmuş yaşlısınacan, məşhurundan tutmuş tanınmazına qədər, istedadlısından tutmuş istedadsızına kimi elə bir yazıçıya rast gəlmədim ki (belə görüşlərin isə sayı 50-dən yuxarı idi!), fəal surətdə siyasətlə məşğul olmasın.
     Ümumiyyətlə, böyük türk yazıçıları həmişə xalqın qeyrətini çəkmişlər (başqa cür mümkündürmü?!) və xüsusən, Tənzimat dövründən, yəni keçən əsrin otuzuncu illərindən etibarən türk ədəbiyyatı maarifçi ideyalara meyl göstərdi, realist bir ədəbiyyat kimi təşəkkül tapmağa başladı və XIX əsrin sonu, XX əsrin əvvəllərində artıq türk ədəbiyyatı bir küll halında ölkənin siyasi- ictimai həyatında fəal iştirak edən vətəndaş bir ədəbiyyat idi. Bu ədəbiyyatı yaradanlar nəinki yalnız xalqın taleyini düşünür, onun həyat tərzini yüksək bədiiliklə açıb göstərməyə çalışırdı, eyni zamanda fərdi bir vətəndaş kimi öz imkanı daxilində olanı edir, bir azadlıq mübarizi kimi zamanla, sultan II Əbdül Həmid despotizmi ilə əlbəyaxa çarpışırdı.
     O dövrkü türk ədəbiyyatını - hətta bədii cəhətdən zəif əsərlərdən tutmuş Namiq Kamal, Əbdülhəq Hamid, Əhməd Midhəd, Xalid Ziya, Əhməd Haşim, Yəhya Kamal (Bəyatlı), Omər Seyfəddin, Mehmed Reuf, Nəbizadə Nazim, Hüseyn Rəhmi Gürpinar, Əhməd Rasim, Sami Paşazadə Sezai, Xalidə Ədib, Yaqub Qədri kimi görkəmli yazıçılarının yaradıcılığınacan - bir sözlə, səciyyələndirmək olsaydı, mən deyərdim: vicdanlı ədəbiyyat, Atatürk o dövrkü türk ədəbiyyatının ən istedadlı ədiblərindən biri Tofiq Fikrəti «bütün həyatı boyu yalnız öz vicdanmın sözünə baxan bir şair» adlandırmışdı və bu xasiyyətnamə bir çox türk yazıçı və şairlərini səciyyələndirirdi.
     Mən həmişə belə bir faktı fərəhlə xatırlayıram ki, hələ əsrin əvvəllərində «Xəndan», «Son əsəri», «Atəşdən köynək» kimi romanlarında qadın emansipasiyası ideyalarını türk ədəbiyyatına gətirmiş görkəmli yazıçı Xalidə Ədib - deyilənə görə zərif bir qadın! - Atatürkün rəhbərlik etdiyi Türkiyə milli-azadlıq hərəkatında yaxından iştirak etmiş, cahil və nadan qüvvələr tərəfindən ev-eşiyi dağıdıldıqdan sonra əri Adnan Adıvarla birlikdə Anadoluya qaçmış və serjant rütbəsində bilavasitə cəbhədə vuruşmuşdur.
     Onuncu illərin sonu, iyirminci illərin əvvəllərində türk milli- azadlıq hərəkatı və bu hərəkatın rəhbəri Atatürk həmişə qabaqcıl türk ədəbiyyatının böyük mənəvi dayağını hiss etmişdir və xarici qəsbkarlar, sultan despotizmi və cəhaləti üzərində parlaq qələbələrdən, Türkiyə Respublikası elan edildikdən sonra, iyirminci illərin ikinci yarısında Atatürk reformaları ilə dini nadanlığa, qadın hüquqsuzluğuna, savadsızlığa, cahilliyə qarşı barışmaz mübarizə aparıldığı zamanda da mütərəqqi türk ədəbiyyatı bu reformaların qızğın müdafiəçisi kimi çıxış etdi, çünki əslində Atatürk reformaları tənzimatdan sonrakı dövr türk ədəbiyyatının irəli sürdüyü ideyaların həyata keçirilməsi demək idi.
     Otuzuncu illər türk ədəbiyyatının Səbahəddin Ali, Bəkir Sıtki Künt, Rəşad Ənis Ayken, Sədri Ertəm və başqaları kimi nümayəndələri bu ideyalardan ruhlanır və bu ideyaları yüksək bədiiliklə xalqa çatdırmaq istəyirdilər.
     Lakin Atatürkdən sonrakı dövr, xüsusən, əllinci illər - yeni türk ədəbiyyatının fəaliyyəti üçün o qədər də asan illər olmadı...
     ...Mən Nazim Hikməti bir neçə dəfə görmüşəm. Bir dəfə, hələ lap yeniyetmə ikən Azərbaycan Yazıçılar Ittifaqının qarşısından keçərkən küçədə Nazim Hikmətin Mehdi Hüseyn, Mikayıl Rəfili və Mir Mehdi Seyidzadə ilə dayanıb söhbət etdiyini gördüm və Yazıçılar Ittifaqı ilə üzbəüz «26-lar bağı»nda bir ağacın arxasına keçib təxminən qırx dəqiqə ona tamaşa etdim və bu hündürboylu, sarışın, göy gözlərindən işıq və hərarət saçan yaraşıqlı insan o vaxtdan bəri bir saat bundan əvvəl görübmüşəm kimi həmişə mənim yadımdadır. Bundan sonra bir neçə dəfə Nazim Hikmətlə keçirilən görüşlərdə yeniyetmə bir oxucu kimi iştirak etmişəm: Azərbaycan Yazıçılar Ittifaqında, M. Əzizbəyov adına Azərbaycan Dövlət Akademik Dram Teatrında, M.Ə.Sabir adına kitabxanada və bu görüşlərin içində ən unudulmazı Azərbaycan Dövlət Universitetindəki görüş idi.
     Biz Nazim Hikmətin bir çox şerlərini əzbər bilirdik və çox təsirli, hərarətli həmin görüşlə Nazim Hikmət özü bu şerləri kürsüdən söyləyərkən elə bil ki, tamamilə yeni və indiyə kimi böyük mənasını, gözəlliyini tam dərk etmədiyimiz və yalnız indi bunu axıra qədər başa düşdüyümüz, anladığımız şerlərə qulaq asırdıq. Onun, adamın bütün içinə yayılan, bir ilıqlıq, hərarət gətirən, bir məhrəmlikdən, doğmalıqdan xəbər verən səsi indi də qulaqlarımda səslənməkdədir:
Başım köpük-köpük bulud, içim-çölüm deniz —
Ben bir ceviz ağacıyam Gülhane parkında.
Budak-budak, kabar-kabar kocaman bir ceviz,
Nə sen bunun farkmdasan, nə polis farkmda.
     Tələbələrin, müəllimlərin, xüsusən, cavan qızların, qadmların ona necə tamaşa etməsini, necə qulaq asmasını mən indi də, bu qədər illər keçdikdən sonra, makinanm arxasmda oturub bu cümlələri yazdığım gecənin yarısı belə, sözlə ifadə etməkdə çətinlik çəkirəm.
     Şairə Selnur Sezər və onun əri — Türk Dil Qurumunun ən yaxşı hekayə mükafatmı almış yazıçı Adnan Ozyalçmərlə birlikdə Gülxanə parkını gəzirik və hündür çinar ağacları günün bu qızmar çağmda bütün parka kölgə salıb, sərinlik gətirib; mən isə Gülxanə parkmda ceviz ağacı axtarıram və bu dəm, elə bil ki, bu hündür çinar ağaclarmm yarpaqları da Nazimin səsi ilə pıçıldayır:
Mən bir ceviz ağacıyam Gülxanə parkmda-
Yarpaqiarım suda balığ kimi qızıl-qızıl,
Yarpaqiarım ipək dəsmal kimi tırıl-tırıl,
Qopararaq, gülüm, gözlərinin yaşmı sil.
Yarpaqiarım əllərimdir, düz yüz min əlim var,
Yüz min əllə toxunuram sənə, Istanbula.
     Bu çinar pıçıltısmı, görəsən, təkcə mən eşidirəm?
     Selnur Sezərə, Adnan Ozyalçmərə baxıram. Güman ki, yanılıram, ola bilər, amma, hər halda, mənə elə gəldi ki, Selnur Sezərin iri qara gözləri də bu dəm o çinar pıçıltısmdan xəbər verir.
     Ceviz ağacını isə tapa bilmirəm.
     Gülxanə parkmda ceviz ağacı yoxdur.
     Sonralar, nisbətən yaşlı nəslə mənsub məşhur şair Turqut Uyar mənə dedi ki, Gülxanə parkı daha o park deyil, əvvəl Boğazacan uzanıb gedirdi, ceviz də o tərəflərdə idi, amma indi aşağı tərəfdən təzə salmmış London şosesi keçir.
     Əlbəttə, London şosesi gözəl və müasir bir yoldur və yəqin Istanbullularm da işinə çox yarıyır, amma Gülxanə parkmda qoz ağacmm olmaması o gözəl gündə, o gözəl Gülxanə parkmda, o vüqarlı və pıçıltılı çinar sərinliyində mənə bir kədər gətirdi və Nazim Hikmətin səsindəki o həsrət, Nazim Hikmət şerindəki o qürbət, o qubar, elə bil ki, məni yenidən sarsıtdı...
     Bu elə bir hissə bənzəyirdi ki, elə bil, bütün uşaqlıq çağlarını keçirdiyin, sevdiyin və bütün təfərrüatı ilə dəfələrlə xatirində canlandırdığın bir küçəyə illər keçdikdən sonra təzədən gəlirsən və bu küçənin tamam sökülüb təzədən qurulduğunu, sənə tamam yad və yabançı olduğunu görürsən.
     Əlbəttə, Gülxanə parkında mənim heç bir uşaqlığım keçməyib və ümumiyyətlə, bu parkı ilk dəfə görürdüm; yəqin bütün bunlar Nazim Hikmət poeziyasının doğmalığından, onun ürəklərdə yaratdığı hərarətdən idi.
     Türkiyədə nisbətən cavan yazıçılar - onu şəxsən görməyənlər mənim Nazim Hikməti gördüyümü, şəxsən özünə suallar verdiyimi və şəxsən özündən cavablar aldığımı eşidəndə heyrətqarışıq bir hərarətlə mənə baxırdılar, elə bil ki, mənim haçansa Nazim Hikməti görməyim o saat bizim aramızda bir yaxınlıq, doğmalıq əmələ gətirirdi.
     Bugünkü Türkiyədə Nazim Hikməti çox çap edirlər, çox oxuyur və çox sevirlər; İstanbulun mərkəzi Bəyoğlu rayonundakı saysız-hesabsız kitab dükanlarında, köşklərində, satılmaq üçün elə-eləcə küçələrin səkisinə düzülmüş kitablar arasında, yaxud məşhur Qapalıçarşının kitab satılan hissələrində ən çox gözə dəyən və ən çox satılan, Nazim Hikmətin kitablarıdır.
     Bir dəfə gecə otelə qayıdarkən küçədə elektrik lampasının dirəyinə söykənib Nazim Hikmətin şer kitabını oxuyan bir polis nəfərinə (!) rast gəldim və özümü saxlaya bilməyib:
     -Nazim iyi bir şairmi? - soruşdum.
     Polis nəfəri mənə baxıb:
     -Əvət, - dedi.
     Qapalıçarşının zərgər dükanları bütün dünyada məşhurdur və bir türk jurnalistinin zarafatla dediyi kimi, buradakı qızıla, daş- qaşa bütün Avropanı (niyə məhz Avropanı?) satın almaq olar. Mən Qapalıçarşıda böyük türk müğənnisi Ruhi Suyun Nazim Hikmətin sözləriylə söylədiyi şərqi valları çalınarkən həddən artıq nəzakətli, müştəriyə yaltaqlanan qızıl, daş-qaş dükanları sahiblərinin müştərini başlı-başına buraxıb gözləri yaşara-yaşara Ruhi Suyun söylədiyi sözlərə qulaq asdıqlarının şahidi oldum.
     Bəli, bütün bunlar həqiqətdir, lakin Nazim Hikmətin bütün bunlardan xəbəri olmadı...
     Nazim Hikmət dedikdə, istər-istəməz, bizim təsəvvürümüzdə Bursa həbsxanası, polis idarəsi, məhkəmələr və yerdə qalan ömrün - qısa ömrün mühacirəti canlanır.
     Mən Türkiyədə dövlət məmurlarının, polisin belə, Nazim Hikməti qiymətləndirməsini gördükcə, istər-istəməz, sənətkar və zaman, sənətkar və insanlar barədə düşünürdüm.
     Vaxtilə Vyanada olarkən taksidən taksiyə minib (sürücülər oranı tanımırdılar) Bethovenin yaşadığı evi gedib tapdım və bu evin həyətində... pivəxana açıldığmı gördüm. Bethovenin evini axtaran mənim kimilər gəlib buranı tapırdı və ev yiyəsinin burada açdığı pivəxanada, heç olmasa, bir parç pivə içirdi (mən bütün pullarımı taksiyə verdiyim üçün ev yiyəsinin istehzalı nəzərlərinə dözə-dözə pivə içə bilmədim), bu da, ev yiyəsinin öz qabiliyyəti daxilində Bethovenin şöhrətindən istifadəsi idi.
     Niyə belə olur? Sağlığmda ikən əhatə olunduğu insanlarm - tanışlarm, qonşularm, nəhayət, dinləyicilərin biganəliyi ilə ağır bir həyat keçirmiş Bethovenə sonrakı bu pərəstiş nədir? Rumıniyada olarkən Yassı şəhərindəki Konou parkında «Eminesku cökəsi» adlı bir ağacın qarşısmda dayanıb qarşımdakı əcaib mənzərəyə tamaşa etmişəm. Vaxtilə böyük rumın şairi Eminesku bu ağacm altında oturub xəyala dalıb və indi insanlar həmin qoca ağac iki yerə parçalanmasın deyə, gövdəsinə dəmir zəncirlə kəmər çəkiblər, qollarmı kipsə salıblar, aşağısmı, yuxarısmı sementləyiblər, orasını-burasını yamayıb ağac rəngi sürtüblər və bir sözlə, bu ağaca baxdıqca sirkdə doğulmuş, həkimlərin nəzarəti altında gündə üç dəfə - səhər yeməyi, nahar və axşam yeməyi - yemək yeyə-yeyə sirkdə böyüyən və sirk tamaşaçıları qarşısmda dal ayaqları üstə yeriyən şirlər mənim yadıma düşürdü.
     Əlbəttə, öz böyük sənətkarlarının xatirəsini əziz tutmaq, onların abidəsini ucaltmaq gözəl və ləyaqətli bir işdir, lakin məni düşündürən başqa şeydir: axı, bu qədər diqqət, qayğı, nəvaziş göstərilən bu ağacın altmda haçansa xəyala dalmış Eminesku elə bu insanlarm - bilavasitə özlərinin yox, atalarmm, babalarımn biganəliyi, etinasızlığı sayəsində səfil bir həyat keçirmiş, ac-susuz bir səfil həyatı ilə də ölmüşdü. O zaman da onun ətrafmdakılar, ona yuxarıdan aşağı baxanlar insan idi, indi də həmin qoca cökə ağacınm başma min bir oyun açıb Emineskunun xatirəsini əziz tutanlar insanlardı...
     Dünya mədəniyyəti tarixində elə bir böyük sənətkar xatırlamaq mümkündürmü ki, şəxsi həyatında xoşbəxt olsun; bu xoşbəxtlik ötəri yox, daimi olsun? Firdovsi, Nəsimi, Puşkin, Bayron, Dostoyevski, Rembrant, Motsart, Van Qoq, Çaykovski, Sabir... bu siyahını nə qədər uzatmaq olar?! Ən miskin bir dövlət məmuru, böyük Füzulinin salamını «rüşvət deyil deyə» almır, Napoleon isə qoca Höteyə oturmaq üçün kürsü təklif etmir, onu ayaq üstə saxlayır.
     Nə üçün?
     Nə üçün dahilərin, böyük sənətkarlarm qədri əsas etibarilə sonradan bilinməlidir?..
     1938-ci ildə Türkiyədə tamamilə əsassız ittihamlarla əldəqayırma bir məhkəmə düzəldib Nazim Hikməti 28 il 4 ay azadlıqdan məhrum ediblər. Bu 28 ilin yanındakı 4 ay həmişə mənə bir fars oyununu xatırladıb, əsl fariseylikdən xəbər verib. 28 ilin yanmdakı bu 4 ay restoranda xörəkpaylayanm adamı aldadıb 20 manat əvəzinə 44 manat 27 qəpik hesab almasmdakı 27 qəpiyə bənzəmirmi?
     Nazim Hikmət istedadı müasir türk poeziyasına dünya şöhrəti gətirdi, Nazim Hikmət özü isə son gününə kimi, Türkiyənin həsrəti ilə yandı, çünki hər bir böyük sənətkar kimi, o da bütün varlığı ilə xalqma, vətəninə bağlı idi...
     ...Azərbaycan Nazim Hikmət üçün ikinci vətən idi.
     Türkiyədə çox adam bilmirdi ki, Nazim Hikmətin «Günəşi içənlərin türküsü» adlı ilk kitabı 1928-ci ildə Bakıda nəşr olunub, amma bunu yaxşı bilirdilər ki, Nazim Hikmətin Azərbaycanla və azərbaycanlılarla bağlı şerləri onun böyük yaradıcılığmm ən gözəl səhifələrindəndir.
     Bugünkü Azərbayçanda Nazim Hikmət elə bil ki, Cəfər Cabbarlı ilə, ya Mikayıl Müşfiqlə birlikdə Azərbaycan sənətkarıdır.
     Bugünkü Azərbaycanda elə bir poeziya həvəskarı tapmaq olmaz ki, Nazim Hikmətin kitabı onun kitabxanasının ən istəkli kitablarmdan olmasm. Görkəmli türkoloq, Nazim Hikmətin yaxm dostu və yaradıcılığının tanmmış tədqiqatçısı Əkbər Babayev 1966 - 1972-ci illər arasında Bolqarıstanm «Narodna prosveta» nəşriyyatmda türk dilində Nazimin səkkiz cildliyini nəşr etmişdir. Bu səkkizcildlik hər hansı bir azərbaycanlı poeziya həvəskarı üçün, o cümlədən, mənim özüm üçün ən qiymətli kitablardandır.
     Bugünkü Azərbaycanda elə bir azərbaycanlı şair tapmaq mümkün deyil ki, Nazim Hikmətə şer həsr etməsin, onun haqqında ürəyindən axıb gələn hissləri oxucuyla bölüşməsin. Hələ 1927-ci ildə Əli Nazim o cavan, yaraşıqlı və istedadlı oğlana - cavan türk şairinə «Qara dənizi keçərkən» adlı bir şer ithaf etmişdi, bu gün isə mən Tsa Tsmayılzadənin kitabını vərəqləyir, onun Nazim Hikmətə həsr etdiyi şeri axtarıram:
Sevincindən, fərəhindən,
Fit çalırdı uzun-uzun,
Qışqırırdı uzun-uzun,
Yorğun, arğın ürəyinə,
Ürəyində daldalanan
Qaraqabaq ölümünə
Meydan oxuya-oxuya
O gedirdi yuxuya...
     O, «qaraqabaq ölümünə» beləcə meydan oxuyurdu, çünki o öz vətəninin, öz xalqının oğlu olduğuna görə bütün dünyanın Nazimi idi.
     Tstedadlı türk şairlərinin yeni nəslinə mənsub Aydın Hətiboğlu kəsib saxladığı türk qəzetlərini göstərərək mənə belə bir hadisə danışdı: Ankaranın keçmiş bələdiyyə rəisi SSRT-yə səfəri zamanı Türkiyədən bir ovuc torpaq götürüb Moskvanın Novodeviçye qəbiristanlığında Nazim Hikmətin qəbrinin üstünə töküb və bundan xəbər tutan qatı sağ təmayüllü qəzetlər yazıq keçmiş bələdiyyə rəisinin başına min bir oyun açıblar. Əməlli- başlı siyasi qalmaqal düşüb və iş gəlib Məclisə çıxıb. Nüfuzlu senatorlardan Hüsaməddin Çələbi XX əsrin böyük şairləri kimi, Nazim Hikmətlə birlikdə Səməd Vurğunun da adını çəkir və deyir ki, düzdür, onlar «kommunistdir, amma şair kimi biz onları qəbul edirik».
     Yaxşı ki, hörmətli senator, Nazim Hikməti şair kimi qəbul edirmiş, yoxsa Ankaranın keçmiş bələdiyyə rəisinin başı hələ çox qovğalar çəkərmiş...
     Türkiyədə Nazim Hikməti sevən əksəriyyətlə bərabər, bir ovuc vətən torpağını onun məzarına çox görənlər də var. Sağ fanatiklərin «Fazilet» adlı qəzeti Nazim Hikmətin vəfatının 16-cı ildönümü münasibətilə məqalə çap edərək onu «kommunist şarlatanı»' adlandırır.
     Əlbəttə, bunların üzərində dayanmamaq da olardı: «Fazilet» qəzeti kiçik həcmli, bəsit məzmunlu, solğun, məhdud tirajlı bir qəzetdir; lakin bunları qeyd etməmək də düz olmazdı. Həqiqət həqiqətdir və həqiqətin gözünə dik baxmaq lazımdır.
     Nazim Hikmət bu gün də cismən mübarizə aparır və ən əsası isə budur ki, Türkiyədə Nazim Hikmətə elə bir məhəbbət, mən deyərdim ki, səcdə var ki, «fazilet»lər özləri özlərini alçaldır, özləri özlərini Türkiyənin gələcək perspektivindən kənara atır.
     1978-ci ilin yazında türk şairlərinin yaşlı nəslinə mənsub A.Qədir Sovet Ittifaqına səfəri zamanı Bakıya gəlmişdi və biz Bakıda onunla müasir türk ədəbiyyatından, ədəbi prosesindən, xüsusən də A.Qədirlə birgə mühakimə olunmuş Nazim Hikmət barədə xeyli söhbətlər etdik. A. Qədir Nazim Hikmət haqqında 1966-cı ildə kitab yazmış və bu kitab bir günün içində satılıb qurtarmışdır.
     A. Qədir mənə belə bir hadisə danışdı: Qocaman türk jurnalisti Əhməd Emin Yalman Bursa həbsxanasında dustaq yatan Nazim Hikmətin görüşünə gəlmiş və ona belə bir sual vermişdir: «Deyirlər ki, siz patriot deyilsiniz. Bu barədə özünüz nə deyə bilərsiz?» Nazim Hikmət: «- Adamlar var ki, onları vətənə hansı hisslərsə bağlayır, ya da Türkiyədə ailələri, evləri, malikanələri, əmlakları var. Məni isə Türkiyəyə bağlayan daha dərin bir şeydi - mən öz ana dilimlə Türkiyəyə bağlıyam. Məncə bundan dəruni bir şey təsəvvür etmək mümkün deyil».
     Vətənə bu dərəcədə bağlı sənətkarın vətəndən ayrı yaşamaq məcburiyyəti sənətkarla bərabər, vətənin də faciəsidir və türk yazıçıları bu gün də ürək ağrısı ilə bunu qeyd edirlər - mən belə bir kədəri Türkiyədə dəfələrlə müşahidə etdim, lakin mən bu ürək ağrısı ilə bərabər, onu da gördüm ki, müasir Türkiyədə yazıçı yenə də yalnız yazıçı deyil, eyni zamanda çox fəal siyasi-ictimai xadimdir.
     Məşhur türk kinorejissoru, ssenariçisi, nasir və şairi, 8 il həbsdə yatmış Vedat Türkeli «Literaturnaya qazeta»nın müxbiri ilə müsahibəsində deyir: «Nə vaxt yazıçı belə bir xəyala qapılır ki, gerçəkliyin problemlərindən və siyasətdən kənar ola biləcək, öz fərdiyyətində qapılıb qalacaq, o zaman onun yaradıcılığı tamamilə təsirsiz olacaq^ .
     Bu, necə deyərlər, başı qoqvğalar çəkmiş, ömrünü mübarizələrdə keçirmiş bir mədəniyyət xadiminin fikridir. Bəs yeni nəsil?
      «Alnında mavi quşlar» romanına görə 1978-ci il Madaralı roman mükafatı almış gənc yazıçı qadın Aysel Ozkan «Ədəbiyyat cəbhəsi» qəzetində mədəniyyət aləmini siyasətsiz təsəvvür etmədiyini yazır və bu əqidə yalnız Aysel Ozkanı deyil, müasir türk ədəbiyyatındakı yeni nəsli - müxtəlif bədii-estetik zövq sahiblərini, müxtəlif ədəbi üslub tərəfdarlarını, nəhayət, tamamilə müxtəlif dünyagörüşlü insanları səciyyələndirən əsas cəhətlərdəndir; yaşlı və orta nəslin - Nazim Hikmətin, Səbahəddin Alinin, Fəxri Erdinçin (bu yazıçı hələ də 30 ildir ki, mühacirətdədir) və bir sıra başqalarının taleyi onları nəinki siyasətdən sapındırmış, ürkütmüş, əksinə, daha artıq eneıji verən, mən deyərdim ki, katalizator rolu oynayan bir stimula çevrilmişdir.
     Yaşlı və orta nəsil hər cür məhrumiyyətə dözmüşdür ...
     ... Türkiyə səfərimin ən gözəl cəhətlərindən biri də bu oldu ki, imzalarını eşitdiyim, əsərlərini oxuduğum bir çox müəlliflərlə bilavasitə təmasda oldum, qiyabi bir tanış kimi görüşdük, bir dost kimi ayrıldıq.
     Belə dostlardan birinin - məşhur memar, şair və sənətşünas Çingiz Bəktaşın maşınında Bosfor üzərindəki yeni körpüdən keçib İstanbulun Asiya hissəsinə, Bəkir Yıldızın evinə tərəf yollanırıq.
     Yeri gəlmişkən deyim ki, İstanbulda, Ankarada, İzmirdə bir çox gözəl yaşayış binalarının, dövlət idarələrinin, ictimai müəssisələrin arxitektoru, gözəl, saf bir lirikanın, eləcə də ictimai-siyasi şerlərin müəllifi - Çingiz Bəktaş həm də orta əsrlərin böyük türk memarı Sinan haqqında monumental bir monoqrafiyanın müəllifi kimi şöhrət tapmışdır.
     Sinanın qoyub getdiyi zəngin ədəbi irs öz dövrü üçün həqiqətən heyrətamizdir: 81 böyük (o cümlədən, Süleymaniyyə və Şahzadə camisi kimi memarlıq sənət inciləri) və 50 nisbətən kiçik məscid, 55 mədrəsə, 19 türbə, 17 minarə, 3 xəstəxana, 8 körpü, 17 karvansara, 33 hamam, 7 akveduk və Türkiyənin yaraşığı olan bir çox digər binalar qüdrətli Sinan istedadının bəhrəsidir və Çingiz Bəktaşın kitabında bu böyük ədəbi irs abidə- abidə tədqiq və təhlil olunur, sənətşünaslıq elminin müasir səviyyəsi baxımından orta əsrlər türk memarlığının təhlili verilir.
     Çingiz Bəktaşın emalatxanası ilə Bəkir Yıldızın evi qapı- qapıyadır və biz bu mehriban və səmimi evdə oturub çay içə-içə həyatdan, insanlardan, sənətdən danışırıq.
     Bəkir Yıldız əllinci illərin sonu, altmışıncı illərin əvvəlində ədəbiyyata gəlmiş və türk kəndlisinin həyatından bəhs edən realist ruhlu, emosional və doğruçu hekayələri ilə dərhal oxucuların və ədəbi ictimaiyyətin diqqətini cəlb etmişdir və hazırda Türkiyənin istedadlı yaradıcılarından biri kimi fəaliyyət göstərir.
     Bütün bunları yazmaqda əsas məqsədim Bəkir Yıldızın söylədiyi bir əhvalatı öz razılığı ilə oxucuların diqqətinə çatdırmaqdır: Asiya və Afrika ölkələri yazıçılarının 3-cü Atma- Ata konfransına Türkiyədən dörd nəfər - Yaşar Kamal, Əziz Nesin, Bəkir Yıldız və Türk Dil Qurumundan bir nəfər getməli imiş, amma Türk Dil Qurumundan gedəcək adam xəstələnir, qalırlar üç nəfər. Əlaqədar orqanlar Əziz Nesinə pasport vermirlər, qalır iki nəfər. Bu iki nəfərin pasportunu yoxlamaq üçün aldıqdan sonra, məlum olur ki... polis pasportları itirib. İki gündən sonra Bəkir Yıldızm pasportu tapılır, Yaşar Kamalmkı isə yox. Alma-Ata konfransı isə artıq öz işinə başlayıb.
      «Yaşar Kamal mənə dedi:
     -Heç olmasa, sən get!
     -Yox, canım, nə danışırsan? - dedim. - Biri xəstələndi, Əziz Nesinə pasport vermədilər, sənin pasportunu itirdilər, bəs deməzlər ki, Bəkir Yıldız, sənə necə olub pasport veriblər?
     Axırda Yaşar Kamalın pasportu tapıldı. Başqa əlac yox idi, gərək tapılaydı, çünki gəlib oturmuşduq hava limanmda və gecə də evə getmirdik. Mindik uçağa, Alma-Ataya gəldik, konfransm işinə qoşulduq, hər şeyi unutduq».
     Türk ədiblərinin belə bir işgüzarlığı, ictimai fəallığı qarşısında, əlbəttə, çətinliklərin, məhrumiyyətlərin, Bəkir Yıldızın özü demişkən, məğlub olmaqdan başqa çarəsi qalmır.
     Əlbəttə, çətinliklər həmişə mövcuddur, o yerdə ki, həqiqət söylənir, orda çətinlik qarşıya çıxacaq, lakin bu gün türk yazıçıları, jurnalistləri artıq həqiqəti söyləmək və çap etdirmək qüdrətinə malikdir. Vaxt var idi ki, Türkiyədə söz azadlığı məsələsi ciddi çıxışların, protestlərin, qızğın mübarizənin və bu mübarizənin nəticəsi kimi həbslərin, işgəncələrin səbəbi olmuşdu, hətta satiranın da əsas obyektlərindən birinə çevrilmişdi.
     Məşhur türk karikatura ustası Səmih Balçıoğlunun bir karikaturası yadıma düşür: Adamyeyən vəhşilər bir nəfəri qazanda qaynadırlar və vəhşilərdən biri o birinə deyir: « - Buna nə qədər işgəncə veririk, ağzını açmır. Görünür, türk jurnalistidir».
     Əziz Nesinin «Cərrahların konqresi» hekayəsi isə, məncə, onun ən yaxşı hekayələrindən biridir: Lybliks şəhərində keçirilən dünya cərrahlarının konqresində möhtərəm amerikan, ingilis, fransız, alman, yapon cərrahları misilsiz cərrahlıq əməliyyatları nümayiş etdirsələr də (məs: fransız cərrahı altmış beş yaşlı qayınanasını plastik əməliyyat yolu ilə gənc bir seks-bomba etmişdir!), birinciliyi sadə bir türk cərrahı qazanır: o, bir nəfərin boğazının badamçıqlarını kəsmişdir; əlbəttə, bu çox adi və gündəlik bir işdir; düzdür, lakin bu bir nəfər türk jurnalisti imiş!; nə olsun?; o olsun ki, türk jurnalisti ağzını aça bilmir və cərrah bu jurnalistin boğazının ətini onun anal yolu vasitəsilə kəsmişdir!
     Ümumiyyətlə, deməliyəm ki, türklərdə yumor hissi çox güclüdür və mən 1967-ci ildə Asiya və Afrika yazıçılarının Bakı görüşündə Əziz Nesinin söylədiyi sözləri xatırlayıram: «O xalq xoşbəxtdir ki, özünə gülə bilir». Türklər öz təbiətləri etibarilə son dərəcə nəzakətli və mədəni bir xalqdır və onların zarafatlarında, gülüşlərində bir incəlik, necə deyərlər, akvarellə işlənmiş bir yumor var.
     Bir axşam biz Çingiz Bəktaşın evində idik və o bütün günü işlədiyinə, maşm sürdüyünə görə (Istanbulda 10 minə yaxm küçə var və bu küçələrin ümumi uzunluğu taxminən 4 min kilometrdir) çox yorğun görünürdü; zarafatla öz balalarına - 11-12 yaşlı oğluna və gənc qızma «əfəndilərim» deyə müraciət etdikcə gözgörəti yüngülləşir, elə bil ki, yorğunluğu canmdan çıxırdı.
     Türkiyədə çap olunan «Fırt», «Çarşaf», «Karakedi» və s. kimi satirik jurnallar yüksək bədii-estetik səviyyəsi, ictimai-siyasi məzmunun dolğunluğu ilə seçilir və bu jumallarda incə məişət yumoru ilə bərabər, kəskin siyasi, ictimai satira da öz əksini tapmışdır.
     Türkiyə karikaturası müasir dövrdə dünyanın ən yüksək bədii-estetik səviyyəli karikaturalarından biridir. Mən İstanbul Karikatura Muzeyində «İnsan hüququ» mövzusunda açılmış karikatura sərgisinə baxdım və uzun müddət bu sərginin təsiri altında qaldım. Bu sərgidəki, demək olar ki, bütün əsərlər üç-dörd cizgi ilə xarakter yaradır, kəskin şəkildə böyük siyasi-ictimai problemlərə toxunurdu (məsələn, sərginin «Böyük mükafat»ını almış məşhur türk karikaturçusu Orxan Yıldırımın çəkdiyi şəkildə bir nəfərin əllərini zəncirlə sarıyıb qıfılla bağlayıblar və qıfılın açarını da veriblər... onun öz əlinə!; yaxud Vedat Bodurun çəkdiyi şəkildə minlərlə əl göyə uzanıb nəsə - yəqin ki, hüquq! - istəyir və göydən gonbul bir əl onlara... alma atır!).
     ... Lakin əsas söhbətimizdən uzaqlaşmayaq.
     Bəli, vaxt var idi, türk yazıçısı, türk jurnalisti söz azadlığından məhrum olmuş zavallı bir məxluq kimi, satiranın belə obyektinə çevrilmişdi, amma türk ədiblərinin mübarizəsi daha artıq bir kəskinliklə davam edirdi və 1960-cı ilin 27 mayında Mlenderes - Bayar hökuməti hərbi çevriliş nəticəsində devrildikdən sonra bu mübarizə daha da kəskinləşdi, türk ədəbiyyatı azad söz demək səlahiyyətini bərpa etdi.
     Qəribədir ki, məhz əldə edilmiş bu səlahiyyət nəticəsində bu gün türk ədəbi aləmində, ədəbi prosesdə sol qüvvələr arasındakı fraksiyaçılıq, siyasi fikir qarışıqlıqı, mövqelərin aydın olmaması daha çılpaq şəkildə görünür və mən bu barədə irəlidə ayrıca yazmağa çalışacağam, indi isə qısaca olaraq belə bir, necə deyərlər, mövqe vahidsizliyinin türk ədəbiyyatındakı inikası üzərində dayanmaq istəyirəm.
     İstedadlı və tanınmış türk yazıçısı, əsası Atatürk tərəfindən qoyulmuş nüfuzlu Türk Dil Qurumunun ən yaxşı roman mükafatını almış Dəmirdaş Ceyhun Adanalıdır. Zarafatla ondan soruşuram:
     -Atalar üçdən demiş, Adana da üçüncü böyük yazıçısını vermiş?
     Dəmirdaş Ceyhun gülümsəyir:
     -Üçüncüsünü deyə bilmərəm, amma ikisi çox böyük yazıçıdır.
     Məsələ burasındadır ki, müasir Türkiyənin Orxan Kamal (1970-ci ildə vəfat etmişdir) və Yaşar Kamal kimi iki görkəmli yazıçısı Adanalıdır.
     Zarafat zarafat yerində, amma Dəmirdaş Ceyhun doğrudan da istedadlı və ciddi bir yazıçıdır. Elə Türkiyədə ikən onun mənə bağışladığı «Yağış istisi» romanını oxudum və deməliyəm ki, maraqlı bir siyasi-psixoloji əsərdir.
     Lakin bu romanda siyasi düşüncə vüsəti, genişliyi, ən başlıcası isə siyasi mövqe aydınlığı çatışmadığı üçün, məsələn, əsərin qəhrəmanlarından biri - sosialist, inqilabçı tələbə Zəkəriyyə bir inqilabçı kimi yox, bir bədii surət kimi məni təmin etmədi.
     Mən yazıçının öz qəhrəmanını bilavasitə, müstəqim şəkildə tənqid və yaxud iqrar etməsinin tərəfdarı deyiləm və hətta bunu bədii-estetnk naqislik hesab edirəm, lakin məqsəd siyasi roman yazmaqdırsa, ölkəni bürümüş siyasi qarmaqarışıqlıqdan baş çıxarmaq, oxucuya yol göstərməkdirsə, bu zaman, təbii ki, ilk növbədə müəllifin öz mövqeyi özünə aydın olmalıdır.
     Bugünkü türk ədəbi prosesi, yuxarıda yazdığım kimi, son dərəcə mürəkkəb və qarışıq siyasi ictimai fonda inkişaf edir və buna görə də həmin ədəbi prosesdə fəal iştirak edən aparıcı ədəbi qüvvələrin özlərinin siyasi-ictimai mövqe aydınlığına və dəqiqliyinə ehtiyac hiss olunur.
     Müasir mütərəqqi türk ədəbiyyatı bir küll halında optimist ədəbiyyatdır və bu ədəbiyyatın müxtəlif nəslinə mənsub Kamal Tahir (1973-cü ildə vəfat edib), Orxan Kamal, Orxan Vəli (1950- ci ildə vəfat edib), Yaşar Kamal, Məlik Cövdət Anday, Ilhan Tarus, Fazil Hüsnü Dağlarca, Oqtay Rifat, Samim Qocagöz, Əziz Nesin, Orxan Murad Arıburnu, Fəhmi Başkut (1971-ci ildə vəfat edib), Xaldun Tener, Rəcəb Bilginər, Oqtay Akbal, Fakir Baykurt, Kərim Kərcan, Adnan Ozyalçıner, Erdal Oz, Sermet Çaqan (1970- ci ildə 31 yaşında vəfat edib), Tomris Uyar, Aydın Xətiboğlu və başqaları kimi yazıçı və şairlərin əsərləri bütün tənqidi pafosuna baxmayaraq, insana inamla nəfəs alır.
     Əlbəttə, bu o demək deyil ki, müasir türk ədəbiyyatı tərəddüdlərdən, şübhələrdən xalidir; belə deyil, hətta mən son illərdə məşhur türk yazıçılarının çıxışlarını, intervülərini, bəyanatlarını nəzərdən keçirdikdə pessimizm notlarına belə rast gəldim. Bu mənada yaşlı nəslə mənsub yazıçı Bürhan Arpadın yazıçıların 1977-ci il Sofiya Beynəlxalq görüşündəki çıxışı səciyyəvidir.
     Bürhan Arpad I Dünya müharibəsi zamanı Romen Rollanın, Stefan Sveyqin, Anri Barbüsün, Frans Mazereylin və başqa yazıçıların sülh bayrağını qaldırmalarını, sonrakı dövrdə hərb dəhşətlərinin Erix Mariya Remark, Lüdviq Reni, Anri Barbüs tərəfındən bədii əsərlərdə yüksək səviyyədə göstərilməsini qeyd edərək deyir: «Lakin bütün bunlar milyon-milyon insan həyatına bais olan II Dünya müharibəsinin qarşısını ala bilmədi».
     Bu fikir belə bir əhvali-ruhiyyəni əks etdirmirmi ki, biz və üçün yazırıq?
     Ədəbiyyat yarandığı gündən etibarən - ilk layladan, ilk mahnıdan bu tərəfə həmişə xeyrə xidmət edib, aktiv şəkildə, passiv şəkildə, hər halda, biz həmişə xeyrə çağrılmış və çağırmışıq, lakin bu gün məgər insan insanı öldürmürmü, soymurmu, zorlamırmı, təhqir və istismar etmirmi?
     Belə olan təqdirdə nə üçün dünya ədəbiyyatı min illər boyu pessimizmə qapılıb: «Biz niyə yazırıq? Mənasızdır!» - deyib qələmi sındırmır? Və belə olan təqdirdə nə yazıçılar, o cümlədən, üçün türk yazıçıları da bu qədər əzab-əziyyətə - mühacirətə, sürgünə, həbsə, dözmüşlər və bütün bu mənəvi və fiziki sıxıntılar, yuxarıda yazdığım kimi, daha artıq, daha kəskin və daha fəal bir mübarizəyə ruhlandırmışdır?
     ...Gecədir və biz, yəni mən və tanınmış romançı, rejissor, İstanbul Şəhər Teatrının aparıcı artistlərindən biri - Kamal Bəkir Halec sahilini gəzə-gəzə Qalata körpüsünə tərəf gəlirik.
     Günortalar burada adam əlindən tərpənmək olmur, burada hər addımbaşı bir balıq kafesi var, yaxud balıqçılar indicə sudan çıxardıqları balıqları küçədəcə kabab edir, qızardır, müştəri çağırır.

<< 1 / 2 / 3 >>

Bölmə: Azərbaycan ədəbiyyatı | Əlavə edildi: azerhero (29.08.2014) | Müəllif: R.C E W
Baxış: 701 | Reytinq: 0.0/0
Bütün rəylər: 0
omForm">
avatar

Kitablar — zamanın dalğaları ilə səyahət edən və nəsildən-nəslə öz qiymətli yükünü ehtiyatla aparan fikir gəmiləridir.

- Frensis Bekon

Son 90 gün ərzində kitab oxumamaqdan daha pisi kitab oxumadığına görə narahat olmamaqdır.

- Cim Ron

Kitabları yandırmaqdan daha pis şey onları oxumamaqdır.

- Rey Bredberi

Yaxşı kitab aysberqə oxşayır, onun yeddi-səkkiz hissəsi suyun altında gizlənib.

- Ernest Heminquey

Kitablarım mənə çatacaq qədər böyük bir krallıqdır.

- Shakespeare

Mən, kitablarımı yaratmadan əvvəl, kitablarım məni yaratdılar.

- Montaigne

Kitabsız yaşamaq; kor, kar, dilsiz yaşamaqdır.

- Seneca

Bu günün gərçək universiteti, bir kitabxanadır.

- Carlyle

Kitab, tək ölümsüzlükdür.

- Rufus Choate

Exlaqa uyğun ya da zidd kitab deyə bir şey yoxdur. Kitablar ya yaxşı yazılmışdır, ya da pis. Hamısı bu qədər!

- Oscar Wilde

Ümidlə açılıb qazancla bağlanan bir kitab, yaxşı bir kitabdır.

- Alcott

Kitablar, itmiş başların abidələridir.

- Sir William Dave

Kitablar, heç solmayacaq bitkilərdir.

- Herrick

Kitab heç aldatmayan bir yoldaşdır.

- Guilbert De Pixrecourt

Axmaqlarla oturub-durmaqdansa , kitabla tənha oturmaq yaxşıdır.

- Qasım bəy Zakir

İnsan güc ilə yox, mütaliə etməklə ağıllanır.

- C.Bruno

Az bildiyini başa düşmək üçün çoxlu oxumaq lazımdır.

- Mişel Monten

Kitablar özünüzə və başqalarına hörmət etməyi öyrədəcək, ürəyi və ağlı, dünya və insanlıq sevgisiylə dolduracaq.

- Maksim Gorki

Kitab həyatın ən uzaq və qaranlıq yollarında insana işıq bəxş edən əfsanəvi çıraqdır

- A.M.Upit

BAKI QIZLAR UNİVERSİTETİ
1992-ci ildə təsis edilən və həmin vaxtdan da fəaliyyətə başlayan Bakı Qızlar Universitetinin (əvəllər Bakı Ali Pedaqoji Qızlar Seminariyası adlanırdı) yaradılmasında məqsəd respublikada qadın pedaqoji kadrlar yetişdirmək, onların intellektual səviyyəsini yüksəltmək və gənc qızları ailə həyatına hazırlamaqdan ibarətdir. Hazırda universitetdə "Sosial pedaqoji” və "Filologiya-tarix” fakültələri fəaliyyət göstərir. "Sosial pedaqoji” fakültədə "Təhsildə sosial-psixoloji xidmət”, "Psixologiya”, "Coğrafiya müəllimliyi”, "ibtidai sinif müəllimliyi”, "Məktəbəqədər təlim və tərbiyə”, "Riyaziyyat və informatika müəllimliyi”, "Filologiya-tarix” fakültəsində isə "Xarici dil (ingilis) müəllimliyi”, "Azərbaycan dili və ədəbiyyat müəllimliyi”, "Tarix müəllimliyi”, "Jurnalistika” üzrə bakalavr, "İbtidai sinifdə tədrisin metodika və metodologiyası”, "Pedaqogika nəzəriyyəsi və tarixi”, "Azərbaycan ədəbiyyatı”, "Azərbaycan dili”, "Azərbaycanın yeni və ən yeni tarixi” sahəsində magistratura səviyyəsində kadr hazırlığı aparılır.
Bakı Qızlar Universiteti Nazirlər Kabinetinin 1996-cı il fevralın 21-də 21 saylı sərəncamı ilə dövlət qeydiyyata alınmışdır. 2013-cü ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin lisenziya komissiyası BQU-nun çoxilli fəaliyyətinin, onun yüksək maddi-texniki bazasının, infrostrukturunun, təlim-tərbiyə sisteminin Azərbaycan Respublikası təhsil Qanununa Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Ali təhsil Müəssisələrinin fəaliyyətinə xüsusi razılıq (lisenziya verilməsi haqqında qərarına, Azərbaycan Respublikası Təhsil Nazirliyinin sənədlərinə uyğn qurulduğunu, pedaqoji kadrların hazırlanmasında əldə olunmuş nailiyyətlərini nəzərə alaraq universitetin fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsini məqsədəuyğun hesab etmişdir. Eyni zamanda 2013-cü ildə universitet akreditasiyadan keçmişdir. Universitetdə müxtəlif fənnlər üzrə kabinetlər, dörd kopüter otağı, kitabxana, badii yaradıcılıq studiyası, tələbə elmi cəmiyyəti, Tələbə Gənclər təşkilatı, dörd dərnəklər, nəşriyyat, idman zalı, yeməkxana, kadrlar şöbəsi və mühasibatlıq fəaliyyət göstərir.
Learn more