Əsas » Məqalə » Azərbaycan ədəbiyyatı

Əfəndiyev Elçin yaradıcılığı-Taun yaşayır (pyes)-3

<< 1 / 2 / 3 >>

ON SƏKKİZİNCİ ŞƏKİL


     Ə b d ü l Q a f a r z a d ə, Ə f l a t u n, B u r u n, P r o f e s s o r. Bakı. 1978-ci il. Əbdül Qafarzadənin kabineti. Əbdül Qafarzadə öz mizinin arxasında oturub. Əflatun və Burun ayaq üstə dayanıblar.
     Ə f l a t u n (yekə və köhnə portfeldən çıxardığı pul dəstlərini bir-bir mizin üstünə qoyur). Buyurun. Bu, qumarxanadan... Bu, araqdan... Araq bu həftə, o adı nədir, şey, yaxşı getdi... Bu, morqdan... Bu da, o adı nədir, şey, nəşədən...
     Ə b d ü l Q a f a r z a d ə (mizin siyirtməsini açıb pulları onun içinə tökür). Bu gündən morqdakı alveri saxlayırsız. Bu qədər.
     Pauza.
     B u r u n. Qədeş, morqu bağlıyırsan?
     Ə b d ü l Q a f a r z a d ə. Hə.
     B u r u n. Bəs mən?
     Ə b d ü l Q a f a r z a d ə. Nə mən? Sən kimsən bəyəm?
     B u r u n (get-gedə əsəbiləşərək). Məni atırsan bayıra, bağlıyırsan morqu, hə ?! Bilmirsən də, mən kiməm?! (Qızışır.) Alə, 15 il yatıb çıxmış Soltan Muradam da mən! 15 il yatdım, bir yerdə sənün aduvu çəkmədim! Burunam da mən! Həmin Burun! İndi məni çölə atırsan?
     Ə f l a t u n onun ətəyini dartır.
     Alə, dartma e, pencəyimi! Partdıyıram e, mən!
     Pauza.
     Ə b d ü l Q a f a r z a d ə (sakit). Soltan Murad, «Domal» bilirsən nədir?
     B u r u n (hirslə). Yox!
     Ə b d ü l Q a f a r z a d ə. Haradan biləsən?! Evdə bişməyib, qonşudan gəlməyib. Özü də çətin tapılır. QDR buraxır. İtə-qurda gərək, ağız açasan ki, bir yeşik göndərsin evə! Paraşokdur. Zaxodu yuyurlar onuynan.
     Kiçik pauza.
     Səni eləyərəm, bax, o cür poroşok! O burnun var ha, sən öləsən, onu da ət maşınkasından keçirtdirib yedirdərəm arvaduva, uşaqlaruva!
     B u r u n. Baxarıq! (Otaqdan çıxır.)
     Ə b d ü l Q a f a r z a d ə (siyirtmədən pul çıxarır). Bunları götür.
     Ə f l a t u n (həyəcanlı). O adı nədir, şey, Allah səni bizim başımızın üstündən, o adı nədir, şey, əskik eləməsin. Allah sənin cibivə min bərəkət versin. Biz də, sənin kölgəndə dolanaq... Sənün qardaşun Xıdır da, Allah ona, o adı nədir, şey, qəni-qəni rəhmət eləsin, kişi adam idi! Əclaf Stalin onun, o adı nədir, şey, qədrini bilmədi! Xıdır müəllim Azərbaycan idmanının, o adı nədir, şey, tacı idi! Allah sənün canuvu sağ eləsin, Bakıda onun adına küçə qoydurdun! Əntiqə küçədi! Mənim dostum idi, rep... rep... o adı nədir, şey, represiya qurbanı oldu... Stalinə qarşı mübarizə aparırdı, o adı nədir, şey, özü də təkbaşına!
     Ə b d ü l Q a f a r z a d ə. Yaxşı. (Qapıya tərəf işarə edərək) Uşaqlara tapşır, dörd nəfər otursun bu axmağın maşınına, bir yerdə yaxşı çırpsınlar onu, sonra da, şalvarını çıxardıb, bayraq kimi, aparıb evinin qapısında assınlar.
     Ə f l a t u n. Baş üstə.
     Ə b d ü l Q a f a r z a d ə. Moskvaynan danış. Gecə ora gedirəm. İki bilet götür təyyarəyə.
     Ə f l a t u n. Baş üstə. Başqa bir şey lazım deyil, o adı nədir, şey, Əbdül Orduxanoviç?!
     Ə b d ü l Q a f a r z a d ə. Yox, doroqoy. Ancaq sənin sağlığın lazımdır.
     Ə f l a t u n. Çox sağ olun. Gedə bilərəm, o adı nədir, şey?
     Ə b d ü l Q a f a r z a d ə. Get, məşğul ol, doroqoy. Axşam evdə olacağam. Zəng elə, xəbər ver, görək neynədin.
     Ə fl atun çıxır və o saat da geri qayıdır.
     Ə f l a t u n. O adı nədir, şey, Professor gəlib, girsin içəri?
     Ə b d ü l Q a f a r z a d ə. Çağır gəlsin.
     Ə flatun çıxır. Professor daxil olur.
     Ə b d ü l Q a f a r z a d ə (ayağa qalxır). Xoş gördük, Professor! (Görüşürlər.) Hə, nə oldu mənim diaqnozum?
     P r o f e s s o r. Hər şey yaxşıdır.
     Ə b d ü l Q a f a r z a d ə. Deyirsən, yəni heç nə yoxdu məndə?
     P r o f e s s o r. Sənin kimi kişidə nə ola bilər?!
     Ə b d ü l Q a f a r z a d ə. Bəs, ağrılarım?
     P r o f e s s o r. Yəni deyirsən ki, bu fani dünyada bir yerin də ağrımasın?
     Ə b d ü l Q a f a r z a d ə. Bir dərman-zad lazım deyil?
     P r o f e s s o r. Heç bir dərman lazım deyil.
     Ə b d ü l Q a f a r z a d ə. Bəs, yeməyim, içməyim necə?
     P r o f e s s o r. Ürəyin nə istəyir, ye, nə istəyir iç!
     Ə b d ü l Q a f a r z a d ə (mizin arxasına keçir və siyirtmədən pul çıxarıb ona uzadır). Buyurun, Professor, çox sağ olun!
     P r o f e s s o r. Bay, bay... Bu nəyə lazımdı?! (Pulu götürür.)
     Ə b d ü l Q a f a r z a d ə. Sənin üçün halaldır, Professor!
     P r o f e s s o r. Çox sağ olun, çox sağ olun, icazənizlə mən gedim.
     Ə b d ü l Q a f a r z a d ə. Siz sağ olun, çox sağ olun!
     İşıq sönür.

ON DOQQUZUNCU ŞƏKİL


     P r o f e s s o r, Ə f l a t u n. Əbdül Qafarzadənin qəbul otağı. Əflatun mizin arxasında oturub.
     P r o f e s s o r Əbdül Qafarzadənin kabinetindən çı- xır.
     P r o f e s s o r. Sənin adın necə oldu, kişi?
     Ə f l a t u n (ayağa qalxır). Əflatun.
     P r o f e s s o r. Belə başa düşürəm ki, sən bu Əbdül Qafarzadəyə yaxın adamsan.
     Ə f l a t u n. Əlbəttə, o adı nədir, şey.
     P r o f e s s o r. Onun işləri xarabdır.
     Ə f l a t u n. Nə?
     P r o f e s s o r. Hə, xarabdı. Müdirin xərçəngdir.
     Ə f l a t u n. Bəs indicə özün dedin ki, heç nə yoxdur?!
     P r o f e s s o r. Sən nə bildin? Qapıdan qulaq asırdın? (Gülümsəyib başını bulayır.)
     Ə f l a t u n (pərt). Yox, o adı nədir...
     P r o f e s s o r (onun sözünü kəsir). Bəs nə deyəydim? Deyəydim ki, Əbdül Qafarzadə, xərçəngsən, cəmi də, bir-iki ay ömrün qalıb?!
     Ə f l a t u n (sarsılmış). Bəlkə, o adı nədir, şey, səhv edirsiz?
     P r o f e s s o r. Nə səhv, a kişi?! Yaponların aparatına söz yoxdur. Ağ ciyərini xərçəng basıb. Hər tərəfə metastaz verib. Xərçəngin ən pisindəndir.
     Ə f l a t u n. Axı, belə, bir şey bilinmir... Düzdü, arıqlayıb, amma, o adı nədir, şey, özü pəhriz tutur...
     P r o f e s s o r. Bir azdan, ağrısı bərkiyəcək. Heç bir əlacı yoxdur. Cərrahiyyə-zad kömək etməz, yazıq əzabla öləcək.
     Ə f l a t u n. Vay!..
     P r o f e s s o r. Sən onun qohumlarına çatdır. Qoy mənimlə danışsınlar. (Gedir.)
     Ə f l a t u n (öz-özünə). Əcəb işə düşdük!.. Bu Əbdül Qafarzadə, əclaf oğlu əclaf, ölsə, bəs mən, o adı nədir, şey, nə olacağam?
     İşıq sönür.

İYİRMİNCİ ŞƏKİL


     X o s r o v, M o l l a Ə s ə d u l l a, A ğ a b a l a, B a l a n i y a z,
     Birinci k i ş i, İkinci k i ş i, Üçüncü k i ş i, m ə h ə l l ə a d a m l a r ı.
     Bakı. Köhnə dağlıq məhəllələrindən birində həyət. Yas məclisidir.
     Xosrov, Molla Əsədulla, Ağabala və daha dörd-beş kişi üstünə ağ süfrə sərilmiş mizin arxasında əyləşib. Arxadan tək-tək qadınlar evə girib-çıxırlar. Hərdən evdən qadınların ağlaşma səsi gəlir.
     M o l l a Ə s ə d u l l a. Əgər, Allah sizə yardım edərsə, heç kim sizə qalib gələ bilməz! Yox əgər, zəlil edərsə, ondan sonra kim sizə köməklik edə bilər?! Quran deyir ki, səbəbsiz cəza yoxdur. Peyğəmbər əleyhissalam hər gün, səhər-səhər bir gölün yanından keçirdi, həmin göldə, atılıb düşə-düşə, çığır-bağır sala-sala bir dəstə oğlan uşağı çimirdi. Ayaqları şikəst olan bir oğlan uşağı isə, göldə çimə bilmirdi. Həsrət dolu qəmli gözlərini göldə çimən oğlanlara zilləyirdi. Baxırdı, baxırdı... Peyğəmbər daha, həsrət dolu o gözlərin kədərinə dözə bilmədi. «Ey Allah! - dedi.- O uşağı şikəstlikdən qurtar!» Səhəri gün Peyğəmbər gördü ki, o oğlan şikəstlikdən xilas olub, uşaqlarla birlikdə atılıb-düşür, uşaqlarla birlikdə göldə çimir. Gözləri gülür və o həsrət yox olub... Bir gün belə keçdi, iki gün belə keçdi, üçüncü gün Peyğəmbər əleyhissalam gördü ki, həmin oğlan səhər tezdən gölə gəldi, qamışları kəsib, bir-bir ucunu iti yondu. Və gölə baş vurub o qamışları suyun dibinə basdırmağa başladı ki, iti ucları, bir azdan gəlib gölə atılan uşaqların başına, qarnına batsın... Peyğəmbər dedi: «Ey Qadir Allah, bağışla məni! Mən sənin ədalətini indi başa düşdüm!».
     A ğ a b a l a . Ət dalıyca adam göndərmişəm. Xədicə arvadın ehsanında əti mən verəciyəm. Düyünü, göyərtini, ədviyyatı təşkil eliyəciyik. Xədicə arvadın ehsanı məhəlləyə layiq olmalıdı!
     M o l l a Ə s ə d u l l a. Allah cəmi ölənlərərinizə rəhmət eləsin! Köhnə qəbiristanlıqda yer məsələsi də düzəlsəydi, arvadın ruhu şad olardı!..
     B i r i n c i k i ş i. Həri, amma köhnə qəbiristanlıqda yer almaq müsibət bir işdi. Gərək, orda mütləq ata-babovun qəbri olsun ki, aparıb birtəhər yanında basdırasan...
     İ k i n c i k i ş i. Kim bilir ki, yazıq Xədicə arvadın ata-babası harda dəfn olunub? Bircə oğlu Balaniyazdı, o da siçan tutmaqdan başqa bir şey bilmir...
     B i r i n c i k i ş i. Ya da gərək pulun olsun ki, aparıb rüşvət verəsən, ölüvə yer ayırsınlar... Hökumət deyir ki, yer müftədi! Ay müftə verdilər a!.. Bizdə müftə şey var?
     Ü ç ü n c ü k i ş i. Siçan Balaniyaz da, əfəlin biri, birdən heç xəbəri olmaz ki a, anası rəhmətə gedib...
     İ k i n c i k i ş i. Xəbər göndərmişəm. Vecsiz oğlu, ayda bir dəfə heç olmasa gəlib arvada baş çəkmirdi...
     A ğ a b a l a. Xədicə arvad - Allah rəhmət eləsin - oruc tutan, namaz qılan bir adam idi. Onu aparıb, təzə salınmış, müsəlmanı, xristianı, yəhudisi bir-birinə qarışmış o qəbiristanlıqda torpağa tapşırmaq olmaz.
     İ k i n c i k i ş i. Məhəlləyə də yaraşmaz də!..
     M o l l a Ə s ə d u l l a. Arvadı gərək, köhnə qəbiristanlıqda dəfn eliyək!
     Məclis iştirakçıları yerbəyerdən təsdiq edir:
     -Mütləq!
     -Yoxsa, vallah, günaha batarıq!
     -Arvadın ruhu bağışlamaz bizi!
     A ğ a b a l a . Həri! Molla Əsədulla da sağ olsun ki, Xədicə arvadın məclisini pulsuz, təmənnasız yola verir.
     M o l l a Ə s ə d u l l a. Siz sağ olun, mənim borcumdu!
     Məclis iştirakçıları Molla Əsədulladan razılıq edir.
     -Ömrü uzun olsun!
     -Allah ölənlərinə rəhmət eləsin!
     -Allah ürəyincə versin!
     M o l l a Ə s ə d u l l a. Sağ olsun məhəllənin camaatı! Siz sağ olun! Hamı öz börcunu verməlidir. Zəmanə arsız zəmanədir, ancaq biz gərək Xədicə arvadı «əl-rəhmanla», hörmət-izzətlə qaldıraq.
     Ü ç ü n c ü k i ş i. Bu Siçan nöş gəlib çıxmadı belə?..
     İ k i n c i k i ş i. Gələr indilərdə...
     Ü ç ü n c ü k i ş i (rişxəndlə). Başı qarışıqdır kişinin. Bakının birinci siçantutan sanitandı!..
     B i r i n c i k i ş i (eyni rişxəndlə). Neynəsin, siçan basıb da şəhəri...
     A ğ a b a l a (əlini qapıya tərəf uzadır). Ode, gəldi...
     Balaniyaz gəlir.
     B a l a n i y a z. Allah rəhmət eləsin! Allah səbr versin! Əl-əlbət son qəmivüz olsun! İş adamıyam da mən, gecikdim. Obyektə getmişdik. Allah rəhmət eləsin! Əl-əlbət, işimiz çoxdur yaman. Allah rəhmət eləsin!
     Ü ç ü n c ü k i ş i. Balaniyaz, sizin idarəvüz siçanlarla mübarizə aparır, bunu bilirik, bəs siçovullar?
     B a l a n i y a z (onun istehzasını hiss etmir). Əl-əlbət, siçovullarnan da!
     İ k i n c i k i ş i. Hansıynan mübarizə asandı, siçanla, ya siçovulla?
     B a l a n i y a z. Siçan asandı! Siçovul, əl-əlbət, svoloçdu!
     İki nəfər həyətə girir.
     Gələnlərdən biri. Köhnə qəbiristanlıqda deyirlər yer yoxdu...
     B i r i n c i k i ş i. Mən sizə dedim də!.. Onlardan yer almaq olar?!
     A ğ a b a l a . Alə, belə də iş olar?! Ölümüzü basdırmağa yer tapmırıq!
     İ k i n c i k i ş i. Neyniyək?! Aparıb qoca arvadı çöllü-biyabanda basdıraq?!
     Ü ç ü n c ü k i ş i. Alə, onu təzə qəbiristanlığa aparsaq a, o çölün düzünə... Bilirsən, ruhu necə qarğış edəcək bizə?!
     A ğ a b a l a . Alə, belə də hökumət olar?!
     B i r i n c i k i ş i. Stalinin vaxtı olaydı, sən də belə sözlər deyəydün!..
     A ğ a b a l a . Stalində işün olmasın, alə, Stalin kişi adamıydı! Stalinin vaxtında rüşvət varıydı?
     İ k i n c i k i ş i. Bir ağsaqqal getsin köhnə qəbiristanlığın böyüyünün yanına.
     Hamı Molla Əsədullaya baxır.
     M o l l a Ə s ə d u l l a. Mən bu saat avtobusa minib gedərəm. Ancaq indi mollanın ağzına baxan var? Sovet hökuməti mollanı soxub (Gözü Balaniyaza sataşır.) siçan deşiyinə.
     Hamı X o s r o v a baxır.
     O arvad, Allah ona rəhmət eləsin, süzün xətrivüzü çox istəyirdi, müəllim.
     B a l a n i y a z. Bəli, əl-əlbət belə idi. Mənə də deyirdi.
     İ k i n c i k i ş i. Nə deyirdi?
     B a l a n i y a z. Deyirdi ki, kirayənişinim, əl-əlbət, çox abırlı insandu!
     A ğ a b a l a (Xosrova). O arvad, Allah ona rəhmət eləsün, sənün xətrivü (Balaniyazı göstərir.) bundan az istəmirdi...
     B a l a n i y a z. Əl-əlbət, əl-əlbət!
     X o s r o v ayağa qalxır.
     M o l l a Ə s ə d u l l a. Allah sənnən razı olsun! Get, minnət elə, Allah kərimdi! (Ağabalaya) Uşaqlardan birini də qoş ona.
     İşıq sönür.

İYİRMİ BİRİNCİ ŞƏKİL


     Ə f l a t u n, N a s t y a, X o s r o v.
     Bakı. Qəbiristanlıq.
     Ə f l a t u n qarovulçu köşkünün yanında dayanıb kimi isə gözləyir. Əks tərəfdən bir kök qadın - süpürgəçi Nastya görünür.
     Ə f l a t u n. Nastya, damoy idyoş?
     N a s t y a . A kuda je yeşo?
     Ə f l a t u n. Çto doma?! Odna da doma!
     Nastya. A çto delat, takova sudba!
     Ə f l a t u n. İdyom tuda... (Köşkü göstərir.) idyom da... O adı nədir, şey, Vodka toje yest... İdyom! Ladno da... o adı nədir, şey, nikto ni vidit... Xoroşo budet.
     Nastya.Tı yeşo na çto-to sposoben?
     Ə f l a t u n. İdyom da, idyom... Uvidiş da!.. O adı nədir, şey, podarka toje dam da tebe!.. (Köşkə keçirlər.) Snimay da palto... (Köhnə çarpayını göstərir.) Sadimsya da suda!.. (Paltonu çıxarmağa kömək etmək istəyir və qaäını qucaqlayır.) Xaroşiy e, tı!.. O adı nədir, şey, umirayu da, ot tebya!.. (Qaäını çarpayıya yıxmaq istəyir.)
     Bu vaxt çarpayının üstündə balaca bir it hürür.
     Nastya (səksənir). Oy!..
     Ə f l a t u n (itə). Kəs səsüvi! Kəs!
     İt atılıb döşəməyə düşür və daha da bərkdən hürür.
     Ə f l a t u n. Kəs demədim sənə?! (İti təpiklə vurmaq istəyir.) Çıx burdan! (Köşkün qapısını açır.) Çıx!..
     İt hürə-hürə çarpayının altına girir.
      (Çarpayının altına tərəf əyilərək) Çıx ordan, əclaf!
     İt hürür.
     Nastya. Oy, kakaya xoroşaya sobaçka!..
     Ə f l a t u n. Plaxoy sabaka! (Çarpayının altına) Çıx ordan!
     İt hürür.
      (Altäan yuxarı başını qaläırır.) Tı sadis, o adı nədir, şey, kravat. Seyças!
     Nastya. Da kuda uj tam! Toje mne, kravat! Tı je ne mojeş spravlyatsya daje s malenkoy sobaçkoy! (Əynində paltosunu äüzəldib köşkdən çıxır.)
     Ə f l a t u n. Kuda tı? O adı nədir, şey, pastoy!
     Ə f l a t u n döşəmədən qalxıb onun ardınca çıxır və X o s r o v l a üzbəüz gəlir.
     X o s r o v. Bağışlayın, qəbiristanlıq müdirini haradan tapmaq olar?
     Ə f l a t u n (qadının ardınca). Pastoy!
     N a s t y a iti addımlarla səhnədən çıxır.
      (Xosrova) Nə?
     X o s r o v. Qəbiristanlığın müdirini axtarırıq...
     Ə f l a t u n (əli ilə göstərir). Ode, orda oturur. (Diqqətlə Xosrova baxır.) Mən, o adı nədir, şey, səni harda görmüşəm?
     X o s r o v çiyinlərini çəkir.
     Şey... Yadıma gəlmir...
     X o s r o v. Siz də... tanış gəlirsiz...
     Pauza.
     Ə f l a t u n. Nə istəyirsən?
     X o s r o v. Bilirsiz, bizə yer lazımdır. Qoca arvad vəfat edib.
     Ə f l a t u n. Bizdə, o adı nədir, şey, yer yoxdur! Bəlkə... nə bilim... aşağı başda... zeytunluğun yanında, o adı nədir, şey, bir yer tapdım sənə. İstəyirsən, gedib baxaq... Qiyməti iki yüz olacey...
     Pauza.
     Hə?
     X o s r o v. Kasıb arvaddı...
     Ə f l a t u n. Yoxdu! Zeytunluqda da, o adı nədir, şey, yer yoxdur. Gedin, təzə qəbiristanlıqda basdırun. Davay!.. (Səhnədən çıxır.)
     İşıq sönür.

İYİRMİ İKİNCİ ŞƏKİL


     X o s r o v, Ə b d ü 1 Q a f a r z a d ə, K a p i t a n,
     K a t i b ə. Qəbiristan1ıq. So1 tərəfdə Əbdü1 Qafarzadənin kabineti və kabinetin qarşısmdakı qəbu1 otağı.
     Katibə qəbu1 otağmda mizin arxasında əy1əşib. Onun1a üzbəüz mi1is kapitanı əy1əşib. X o s r o v daxi1 o1ur. K a t i b ə. Yoxdur, hə1ə gə1məyib, Əbdü1 Orduxanoviç yoxdur. Bu vaxt Əbdü1 Qafarzadə daxi1 o1ur. Katibə dik ayağa qa1- xır.
     Ə b d ü 1 Q a f a r z a d ə (əli ilə katibəyə işarə edir). Əy1əş... Əy1əş... (Kabinetə keçmək istəyərək, kapitana) Gə1misən?
     Kapitan. Dedi1ər siz çağırmısız.
     Ə b d ü 1 Q a f a r z a d ə. Hə, işim var sən1ə. Gə1! (Kabinetə keçmək istəyir.)
     X o s r o v (ona yaxınlaşır). Müdir sizsiz?
     K a t i b ə (Xosrova). O1maz! Bu gün qəbu1 günü deyi1! (Mizin arxasından Xosrovun üstünə cummaq istəyir.)
     Ə b d ü 1 Q a f a r z a d ə (əlinin işarəsi ilə katibəni saxlayır). Eybi yoxdu... (Xosrova) Sən də gə1, görüm, nə istəyirsən?
     İkisi də kabinetə keçir.
     X o s r o v. Sa1am...
     Ə b d ü 1 Q a f a r z a d ə. Ə1eykümə!
     X o s r o v. Bizim... Bizim... Sizdən xahiş edirik... Qoca arvad vəfat edib. Onu burda basdırmaq istəyirik... 1azımdır ki, onu basdıraq burda.
     Ə b d ü 1 Q a f a r z a d ə. Onu basdırmaq 1azımdır?!
     X o s r o v. Bə1i.
     Ə b d ü 1 Q a f a r z a d ə. Basdır da! Bəs mənnən nə istəyirsən?!
     X o s r o v. Yer istəyirik də, yer.
     Ə b d ü 1 Q a f a r z a d ə. Mən yer bö1ənəm?! Ö1üb, A11ah rəhmət e1əsin. Kim yapışıb qa1acaq bu dünyada?! Hamımız ö1əcəyik də... Bəs, mənnən nə istəyirsən?
     X o s r o v. Yer istəyirik də... Arvadı basdırmaq üçün yer.
     Ə b d ü 1 Q a f a r z a d ə. Mən yer bö1ən deyi1əm, başıva dönüm sənün. Burda yer yoxdur. Hökumət gü1 kimi təzə qəbiristan1ıq sa1ıb... Aparun o rəhmət1iyi orda basdurun da.
     X o s r o v (kapitana, sonra yenə Əbdül Qafarzadəyə baxır). Yer var! Yer üçün bizdən pu1 istiyir1ər!
     Ə b d ü 1 Q a f a r z a d ə. Bəs, pu1suz şey o1ar?!
     X o s r o v. Yox e! Siz... Siz başa düşmədiz...
     Ə b d ü 1 Q a f a r z a d ə. Nəyi başa düşmədim?
     X o s r o v. Bizdən rüşvət istiyir1ər!
     Ə b d ü 1 Q a f a r z a d ə. Rüşvət?! O1a bi1məz!
     X o s r o v. Dörd yüz istədi1ər! Dörd yüz...
     Ə b d ü 1 Q a f a r z a d ə (Kapitana). Görürsən? Ay-ay-ay!.. (Xosrova) Sən rüşvətə qarşı mübarizə aparırsan?!
     Pauza.
     Get, get ö1ün1ə məşğu1 o1! Vaxtımı a1ma!..
     X o s r o v. Qanunsuz1uqdur bu! Qanunsuz1uqdur! Axı, be1ə qanunsuz1uq e1əmək o1maz!..
     Ə b d ü 1 Q a f a r z a d ə. Istəyirsən sənə qanun göstərim? (Kapitana) Qanunu göstər buna!
     Kapitan himə bəndmiş kimi, Xosrovun yaxasından itə1əyir.
     Kapitan (itələyə-itələyə). Bas bayıra!
     Işıq sönür.

İYİRMİ ÜÇÜNCÜ ŞƏKİL


     Ə b d ü 1 Q a f a r z a d ə, K a z ı m 1 ı.
     Bakı. Rayon Icraiyyə Komitəsinin sədri Kazım1ının kabineti.
     K a z ı m 11 mizin arxasında əy1əşib.
     Ə b d ü 1 Q a f a r z a d ə (daxil olur). Sa1am, yo1daş Kazım1ı! K a z ı m 1 ı. Bayaq ic1asda sa1am1aşmadıq?!
     Ə b d ü 1 Q a f a r z a d ə. Sa1am A11ahın kə1amıdır...
     K a z ı m l ı. Allaha çox inanırsan?
     Ə b d ü l Q a f a r z a d ə. Mənim inanıb-inanmamağımdan nə asılıdır, yoldaş Kazımlı? Varsa var, yoxsa da, yoxdu də...
     K a z ı m l ı. Filosofluq eləyirsən?.. Özün də buldozer istəyirsən, hə?! Texnika istəyirsən? Mən indi bir buldozer verdirsəm sənə, necə olar?!
     Ə b d ü l Q a f a r z a d ə. Verdirməzsən...
     K a z ı m l ı. Niyə?
     Ə b d ü l Q a f a r z a d ə. Çünki dünyagörmüş adamsan!
     K a z ı m l ı. Bəs, onda nə demoqoqluq edirsən?! Yəni ki, yoldaşlar, bax, deməyin ki, Qafarzadə belədir, elədir. Heç bir şəxsi, maddi marağım yoxdur mənim. Qəbirqazanları texnika ilə əvəz etmək istəyirəm, hə?.. Sabah da biri soruşanda, deyəcəksən ki, gedin Rayon İcraiyyə Komitəsinin iclas protokollarına baxın. Mən həmişə texnika istəmişəm. Bürokratlar, laqeydlər verməyiblər... Hə, indi necədir, əmr edim, bir buldozer versinlər sənə, hə?.. Qəbirqazanların da ştatını minimuma qədər ixtisar elətdirim, hə?..
     Ə b d ü l Q a f a r z a d ə. Elətdirməzsən.
     K a z ı m l ı. Mən elətdirmərəm, Qəribli elətdirər. Tapşırar, buldozer də yollayarlar sizə, kompressor da. Onun bir sözünü kim iki edəcək?!
     Ə b d ü l Q a f a r z a d ə. Katib tapşırandır, bu on ildə tapşıraydı da... Burada deyirsən, orada yadından çıxır. Görmürdün, iclasda qarnı elə quruldayırdı ki, elə bil, zavod işləyir.
     K a z ı m l ı. Sən onu yaxşı tanımırsan. Bayaq gördün mənə necə baxdı?! Köhnə qurddu!..
     Ə b d ü l Q a f a r z a d ə . Qurddu, qurd olsun da... Bəs biz nəyik? Dovşan-zadıq?!
     Pauza.
     K a z ı m l ı. Kişiyə qızıl lazımdır.
     Ə b d ü l Q a f a r z a d ə. Hansı kişiyə?
     K a z ı m l ı. Qəribliyə də. Dünən çağırmışdı məni. Ordan-burdan söhbət etdi, sonra başladı ki, pensiyaya çıxmaq istəyirəm. İşdən getmək üçün ərizə verəcəyəm. Qocalmışam, yorulmuşam. Sözdür, deyir də... Ərizə verəndir o?! Sonra da yavaş-yavaş fırlatdı, gətirib onun üstünə çıxartdı ki, bir az pulum var, istəyirəm onu qızıla çevirəm. Düzü əvvəlcə, bu söhbətdən şübhələndim... Aramız elə açıq deyil onunla... Özün bilirsən, ildə üç-dörd dəfə hörmət edirəm ona, vəssalam, nə mən onun adamıyam, nə də o mənim adamımdı. Nə isə, fikirləşdim, niyə məni seçib?! Elə indi də fikirləşirəm... Min dənə qızıl onluq almaq istəyir. Bilir də ki, sovet puluna etibar yoxdu... Yığdıqlarını istəyir qızıla çevirsin.
     Pauza.
     Birinci katibdi, deyib, gərək eləyim. Bəlkə sınayır məni? Bilmirəm... Mənim də, səndən başqa, gümanım gələn adam yoxdu... Bu işi başqa adama etibar edə bilmərəm!
     Ə b d ü l Q a f a r z a d ə. Ona görə səni seçib ki, yaxşı tanıyır səni... Etibar edir sənə...
     K a z ı m l ı. Bilmirəm, hər nə isə, gərək kömək edəsən mənə!
     Ə b d ü l Q a f a r z a d ə. Birini neçədən istəyir?
     K a z ı m l ı. Qiymətini mən deyəcəm ona... Bilmirsən, xəsisin biridir! Beş-altı dəfə təkrar etdi ki, pulum azdır, ucuz olsun. Bütün varım-yoxum budur! Yalançının atasına lənət! Soyanda, elə soyur ki, adamın cibində qara qəpik də qalmır! Min qızıl onluq istəyir, amma pulu yoxdu!
     Ə b d ü l Q a f a r z a d ə. Biri min manata düzələr.
     K a z ı m l ı. Çox bahadır! Bir milyon eləyir e! Qorxuram, razı olmasın!
     Ə b d ü l Q a f a r z a d ə. Bunun elə üç yüzü, qarantiyadır ki, heç kim, heç nə bilməyəcək. Söz-söhbət olmayacaq da! Bunun day nəyi bahadır?!
     K a z ı m l ı. Yaxşı... (Ayağa qalxır.) Özün də aya-ilə dönmüsən.
     Ə b d ü l Q a f a r z a d ə (pencəyinin iç cibindən çıxartdığı zərfi ona uzadır). Bağışla, bu dəfə bir-iki gün gecikdirdim, amma, vallah, işim yaman çoxdu, heç başımı qaşımağa vaxt tapmıram... (Öskürür.)
     K a z ı m l ı. Nə olub, soyuqlamısan?
     Ə b d ü l Q a f a r z a d ə. Boş şeydi, keçib gedəcək. Al.
     Kazımlı tez zərfi götürüb pencəyinin iç cibinə qoyur.
     Sən elə et ki, yol çəkmək üçün asfalt sexi açım... Nə imkanın varsa, et... Qoy açım o sexi... Hələ ki, başqa adama demirəm, sənə deyirəm... Başqasına xeyir verincə, elə sənə verərəm də!.. Kömək et, həm qəbiristanlıq abad olsun, həm planı yaxşı verək, həm də ki, özümüzçün çox yaxşı olar. Uzağa getmirəm heç, bax, Bakının o köhnə məhəllələrində binalar ki var a, hamısının damı qırdandır... Sayı-hesabı yoxdu o cür binaların... Payızda da, qışda da damları su buraxır. Təmir elətdirə bilmirlər. Kimə elətdirsinlər? İndi qırçı var? Şəhərdə, demək olar ki, qırçı qalmayıb. Mən onların təmirinə başlasam, özü də lap güzəştlə, bilirsən, nə olar?! Bu pulu sayıb qurtarmaq olmaz. Sənin də işlərin yaxşı olar.
     K a z ı m l ı. Baxarıq...
     İşıq sönür.

İYİRMİ DÖRDÜNCÜ ŞƏKİL


     Ə b d ü l Q a f a r z a d ə, N ə c ə f A ğ a y e v i ç.
     Bakı. Bağça.
     Əbdül Qafarzadə ilə Nəcəf Ağayeviç ayaq üstə dayanıb söhbət edirlər.
     N ə c ə f A ğ a y e v i ç. Xeyirdi, belə təcili çağırtdırmısan məni?
     Ə b d ü l Q a f a r z a d ə. Nəcəf Ağayeviç, sən ömründə məndən ziyan görmüsən? Mənə min dənə qızıl onluq lazımdı.
     N ə c ə f A ğ a y e v i ç. Min dənə qızıl onluq?!
     Ə b d ü l Q a f a r z a d ə. Hə, min dənə qızıl onluq.
     N ə c ə f A ğ a y e v i ç. Deyirsən, gərək tapaq də... Neçədən olacaq?
     Ə b d ü l Q a f a r z a d ə. Dayan hələ. O min qızıl onluğun gərək hamısı da falşivi olsun.
     Pauza.
     N ə c ə f Ağayevic. Çətin işdi...
     Ə b d ü l Q a f a r z a d ə. Çətin olmasaydı, səni niyə çağırırdım?
     Pauza.
     N ə c ə f A ğ a y e v i ç. Əbdül, sənə dərin hörmətim olduğu üçün, taparam!
     Ə b d ü l Q a f a r z a d ə. Çox sağ ol, Nəcəf! Özün bilirsən, mən belə şeyləri yaddan çıxardan adam deyiləm! Hamısına əlli min manat verəcəyəm.
     N ə c ə f A ğ a y e v i ç. Əlli min... Mənim özümə heç nə lazım deyil.
     Ə b d ü l Q a f a r z a d ə. Sənin özün mənim boynuma!
     N ə c ə f A ğ a y e v i ç. Sabah axşam sənə zəng eləyərəm.
     Ə b d ü l Q a f a r z a d ə. Yox, mən bu axşam Moskvaya uçuram, işim var. Bazar ertəsi zəng elə!
     N ə c ə f A ğ a y e v i ç. Yaxşı!..
     İşıq sönür.

İYİRMİ BEŞİNCİ ŞƏKİL


     Ə b d ü l Q a f a r z a d ə, R o z a.
     Moskva. Mehmanxanada otaq.
     Telefon zəng çalır. Əbdül Qafarzadə pijamada o biri otaqdan çıxıb dəstəyi qaldırır. Əyninə penuar geymiş R o z a onun ardınca gəlir.
     T e l e f o n d a s ə s (rusca). Moskva, 2321678?
     Ə b d ü l Q a f a r z a d ə. Da
     T e l e f o n d a s ə s. Qovorite s Baku.
     Ə b d ü l Q a f a r z a d ə. Jdu...
     T e l e f o n d a s ə s. Zdravstvuyte, dyadya Abdul! Eto Omar qovorit. Telefonuvuzu güclə tapmışam. Necəsiz?
     Ə b d ü l Q a f a r z a d ə (sakit). Nə olub?
     T e l e f o n d a s ə s. Çto?
     Ə b d ü l Q a f a r z a d ə (səbrlə). Nə olub, soruşuram?
     T e l e f o n d a s ə s. Mama xəstələnib, dyadya Abdul.
     Ə b d ü l Q a f a r z a d ə. Ciddidir vəziyyəti?
     T e l e f o n d a s ə s. Çto?
     Ə b d ü l Q a f a r z a d ə. Soruşuram, ciddidir vəziyyəti. Ağırdır?
     T e l e f o n d a s ə s. Hə, ağırdır.
     Ə b d ü l Q a f a r z a d ə. Balam, sənin anan yazıq sağlam adam idi...
     T e l e f o n d a s ə s. Mənim anam yox e, dyadya Abdul, sənin arvadın... tvoya jena... Qaratel mama xəstələnib. Biz də gəlmişik bura. Sizin kvartiradan danışıram. Sevil, doç vaşa skazala, çtob ya pozvonil vam, a to ya, ne bespokoil bı vas. 0na oçen boitsya. Vot, sama podaşla. Qovorite...
     Pauza.
     S e v i l. Papa, tez gəl!.. (Ağlayır.) Bıstro priyezjay!..
     Ə b d ü l Q a f a r z a d ə. Qorxma! Heç nə olmaz! Bu saat çıxıram! (Dəstəyi asıb, tələsik geyinməyə başlayır.)
     R o z a. Çto sluçilos?
     Ə b d ü l Q a f a r z a d ə (fikirli). Mən gedəsi oldum, Roza...
     R o z a (təəccüblə). Hara?
     Ə b d ü l Q a f a r z a d ə. Bakıya.
     R o z a. Bakıdan dünən gecə gəlmişik ki?
     Ə b d ü l Q a f a r z a d ə (təmkinlə). Vacib iş çıxdı...
     R o z a. Nə vacib iş? (Onu yamsılayır.) «Vacib iş... vacib iş...» Bəs mən? Üç aydı deyirsən mənə ki, aparacam səni Moskvaya, bir həftə qalacam sənnən Moskvada! Bəs nə oldu?
     Ə b d ü l Q a f a r z a d ə (səbrlə). Sən nə qədər istəyirsən, gəzdolan burda. (Cibindən bir konvert çıxarıb mizin üstünə qoyur.) Al.
     R o z a. Bu nədir?
     Ə b d ü l Q a f a r z a d ə. Pul.
     R o z a (qışqırır). Özün çıxıb gedirsən, mənə də pul verirsən? Za usluqi? (Daha da bərkdən qışqırır.) Yox!.. Mən kiməm bəyəm səninçün?
     Ə b d ü l Q a f a r z a d ə (birdən-birə əsəbiləşərək, Rozanın yaxasından yapışır). Sən bilmirsən kimsən? Hə? (Qızın yaxasını ovcunda bürmələyib sıxır.) Bilmirsən?!
     R o z a (boğularaq qorxu içində). Burax... Bağışla...
     Ə b d ü l Q a f a r z a d ə (eyni qəzəblə qızı itələyir). Qəhbə!.. (Öskürür.)
     Roza yerə yıxılır. Əbdül Qafarzadə öskürə-öskürə sürətlə səhnədən çıxır.
     İşıq sönür.

İYİRMİ ALTINCI ŞƏKİL


     Ə b d ü l Q a f a r z a d ə, X o s r o v, K a t i b ə.
     Bakı. Qəbiristanlıq. Əbdül Qafarzadənin kabineti və qəbul otağı. Əbdül Qafarzadə kabinetdə oturub siqaret çəkir. Katibə qəbul otağında mizin arxasında əyləşib. Xosrov qəbul otağına girir.
     K a t i b ə. Olmaz! Olmaz! Ağır xəstəsi var! Olmaz!
     X o s r o v məhəl qoymadan kabinetə girir.
     Ə b d ü l Q a f a r z a d ə. Hə, kişi, yenə sənsən? Hələ basdurmamusuz ölüvüzü indiyə qədər? Nə oldu, sovet qanunları kömək eləmədi sənə?! Day, bir də qanunbazlıq etmiyəcəksən ki?! Hə?.. Qanundan dəm vurmağın axırı sırağagünki kimi olur! Gördün ki! Qanun, bax, o qəzetlərdə yazılan döyül e, başuva dönüm, burda mənəm qanun! Mən!
     X o s r o v birdən heyvani bir ehtirasla Əbdül Qafarzadənin üstünə atılır. İki əli ilə onun boğazından yapışıb boğmağa başlayır.
     X o s r o v. Bilirəm! Sənsən! Bütün müsibətləri başımıza açan sənsən! Məni sən Sibirə göndərmişdin! Məni öldürən də sənsən! O tonqalı sən qalamışdın! Sən taunsan! Taun!.. Taun!.. Taun!..
     Səs-küyə K a t i b ə içəri qaçır, yumruğu ilə X o s r o v u döyəcləməyə baş- layır.
     K a t i b ə (onu döyəcləyə-döyəcləyə). Burax onu! Burax! Burax, neqodyay!
     X o s r o v. Sən taunsan! Taun!.. Taun!.. Taunsan sən! Taun!.. Taun!..
     Əbdül Qafarzadə güclə yaxasını ondan qurtarır. Yumruğu ilə Xosrovu vurur. Xosrov səndələyir.
     X o s r o v. Taun!.. Taun!.. (Qışqıra-qışqıra qaçıb səhnədən çıxır.) Taun!.. Taun!.. Taun!..
     Əbdül Qafarzadə öskürməyə başlayır və öskürəyi get-gedə bərkiyir. Sonra qusmağa başlayır.
     K a t i b ə (qorxu içində). Vaxsey!.. Kişi qan qusur!..
     İşıq sönür.

EPİLOQ


     Birinci q a d ı n, İkinci q a d ı n, Ü çüncü q a d ı n, Dördüncü q a d ı n, Beşinci q a d ı n, M o l l a Ə s ə d u l l a, B a l a n i y a z, X o s r o v, M ü ə l l i f və b a ş q a l a r ı. Bakı. Qəbiristanlıq. Xədicə arvadın dəfni. Xosrov, Molla Əsədulla, Balaniyaz və digər məhəllə camaatı mərhumu son mənzilə yola salır.
     Birinci qa d ı n. Vay, vay, vay, bura lap mikrorayon dur ki...
     İkinci qa d ı n. Yazıq Xədicə arvad...
     Üçünc qa d ı n. Nə olub ki, bura...
     Dördüncü q a d ı n. Qəbiristanlıqdır da...
     Beşinci qa d ı n. Bura ki, bu qədər məxluq basdırıblar... Adam deyillər bunlar?! İnkubator kimi daşları düzüblər...
     M o l l a Ə s ə d u l l a (bərkdən). Əslində, müsəlmançılıqda, qəbrin üstü gərək torpaqla bərabər olsun. Qəbir, gərək torpağa qarışsın. Müsəlman qəbri, gərək torpaqdan seçilməsin...
     İkinci qa d ı n.. «Tülkü Gəldi Qəbiristanlığında» qəbirlərin üstündə mərmərdən imarətlər tikirlər!..
     M o l l a Ə s ə d u l l a (bərkdən). O təmtəraq ki, indi edirlər, o sonraların işidir. Əvvəllər belə şeylər olmayıb! Müqəddəs bir şəxs ölərdi, ya bir alimi-üləma köçərdi dünyadan, ona məqbərə tikərdilər, vəssalam! İndi müqəddəslik yoxdur day! Kimin pulu var, məqbərə də onundur. (Qurandan oxuyur.)
     B a l a n i y a z (Xosrova). Kişi, sən də get, əl-əlbət, özüvə başqa bir yer tap. Sabahdan çıx anamın evindən! Satacayam evi, əl- əlbət, uje müştəri tapmışam.
     Molla Əsədullanın avazı eşidilir.
     M ü ə l l i f. Nə vaxtsa, Xosrov müəllim də öləcək və yəqin ki, o da burada dəfn olunacaq. Əlbəttə, əgər morqda sahibsiz qalıb anatomların əlinə keçməsə, sümükləri çıxarılıb, təbabəti öyrənən gələcək həkimlər üçün dərs vəsaitinə çevrilməsə, yəqin ki, elə belə də olacaq. Amma kim bilir? Yer üzündə Xosrov müəllimin ki, heç kimi yoxdur... Xosrov müəllim öləcəkdi... Mənalımı, mənasızmı... çox güman ki, mənasız, uzun bir ömür sona yetəcəkdi... Amma, o biri dünyada Xosrov müəllimin ruhu altı yaşlı Cəfərlə, dörd yaşlı Aslanla, iki yaşlı Azərlə görüşəcəkdi... Başqa cür ola bilməzdi... Əgər o görüş olmayacaqsa, O dünyada cənnət və cəhənnəm yoxdursa, heç kim cəhənnəm odunda yanıb öz cəzasını almayacaqsa, onda Bu dünyada yaşamağın mənası nədir?!. Allah belə mənasız bir şeyi yaratmazdı!.. «Ey iman gətirənlər! Səbr və ibadət etməklə Allahdan kömək diləyin! Çünki, Allah səbr edənlərindir, onların dostudur.» Elçin. «Taun yaşayır». Bir həyatın xronikası.
     İşıq sönür.

Fevral 2000

<< 1 / 2 / 3 >>

Bölmə: Azərbaycan ədəbiyyatı | Əlavə edildi: azerhero (30.07.2014) | Müəllif: R.C E W
Baxış: 685 | Reytinq: 5.0/1
Bütün rəylər: 0
omForm">
avatar

Kitablar — zamanın dalğaları ilə səyahət edən və nəsildən-nəslə öz qiymətli yükünü ehtiyatla aparan fikir gəmiləridir.

- Frensis Bekon

Son 90 gün ərzində kitab oxumamaqdan daha pisi kitab oxumadığına görə narahat olmamaqdır.

- Cim Ron

Kitabları yandırmaqdan daha pis şey onları oxumamaqdır.

- Rey Bredberi

Yaxşı kitab aysberqə oxşayır, onun yeddi-səkkiz hissəsi suyun altında gizlənib.

- Ernest Heminquey

Kitablarım mənə çatacaq qədər böyük bir krallıqdır.

- Shakespeare

Mən, kitablarımı yaratmadan əvvəl, kitablarım məni yaratdılar.

- Montaigne

Kitabsız yaşamaq; kor, kar, dilsiz yaşamaqdır.

- Seneca

Bu günün gərçək universiteti, bir kitabxanadır.

- Carlyle

Kitab, tək ölümsüzlükdür.

- Rufus Choate

Exlaqa uyğun ya da zidd kitab deyə bir şey yoxdur. Kitablar ya yaxşı yazılmışdır, ya da pis. Hamısı bu qədər!

- Oscar Wilde

Ümidlə açılıb qazancla bağlanan bir kitab, yaxşı bir kitabdır.

- Alcott

Kitablar, itmiş başların abidələridir.

- Sir William Dave

Kitablar, heç solmayacaq bitkilərdir.

- Herrick

Kitab heç aldatmayan bir yoldaşdır.

- Guilbert De Pixrecourt

Axmaqlarla oturub-durmaqdansa , kitabla tənha oturmaq yaxşıdır.

- Qasım bəy Zakir

İnsan güc ilə yox, mütaliə etməklə ağıllanır.

- C.Bruno

Az bildiyini başa düşmək üçün çoxlu oxumaq lazımdır.

- Mişel Monten

Kitablar özünüzə və başqalarına hörmət etməyi öyrədəcək, ürəyi və ağlı, dünya və insanlıq sevgisiylə dolduracaq.

- Maksim Gorki

Kitab həyatın ən uzaq və qaranlıq yollarında insana işıq bəxş edən əfsanəvi çıraqdır

- A.M.Upit

BAKI QIZLAR UNİVERSİTETİ
1992-ci ildə təsis edilən və həmin vaxtdan da fəaliyyətə başlayan Bakı Qızlar Universitetinin (əvəllər Bakı Ali Pedaqoji Qızlar Seminariyası adlanırdı) yaradılmasında məqsəd respublikada qadın pedaqoji kadrlar yetişdirmək, onların intellektual səviyyəsini yüksəltmək və gənc qızları ailə həyatına hazırlamaqdan ibarətdir. Hazırda universitetdə "Sosial pedaqoji” və "Filologiya-tarix” fakültələri fəaliyyət göstərir. "Sosial pedaqoji” fakültədə "Təhsildə sosial-psixoloji xidmət”, "Psixologiya”, "Coğrafiya müəllimliyi”, "ibtidai sinif müəllimliyi”, "Məktəbəqədər təlim və tərbiyə”, "Riyaziyyat və informatika müəllimliyi”, "Filologiya-tarix” fakültəsində isə "Xarici dil (ingilis) müəllimliyi”, "Azərbaycan dili və ədəbiyyat müəllimliyi”, "Tarix müəllimliyi”, "Jurnalistika” üzrə bakalavr, "İbtidai sinifdə tədrisin metodika və metodologiyası”, "Pedaqogika nəzəriyyəsi və tarixi”, "Azərbaycan ədəbiyyatı”, "Azərbaycan dili”, "Azərbaycanın yeni və ən yeni tarixi” sahəsində magistratura səviyyəsində kadr hazırlığı aparılır.
Bakı Qızlar Universiteti Nazirlər Kabinetinin 1996-cı il fevralın 21-də 21 saylı sərəncamı ilə dövlət qeydiyyata alınmışdır. 2013-cü ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin lisenziya komissiyası BQU-nun çoxilli fəaliyyətinin, onun yüksək maddi-texniki bazasının, infrostrukturunun, təlim-tərbiyə sisteminin Azərbaycan Respublikası təhsil Qanununa Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Ali təhsil Müəssisələrinin fəaliyyətinə xüsusi razılıq (lisenziya verilməsi haqqında qərarına, Azərbaycan Respublikası Təhsil Nazirliyinin sənədlərinə uyğn qurulduğunu, pedaqoji kadrların hazırlanmasında əldə olunmuş nailiyyətlərini nəzərə alaraq universitetin fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsini məqsədəuyğun hesab etmişdir. Eyni zamanda 2013-cü ildə universitet akreditasiyadan keçmişdir. Universitetdə müxtəlif fənnlər üzrə kabinetlər, dörd kopüter otağı, kitabxana, badii yaradıcılıq studiyası, tələbə elmi cəmiyyəti, Tələbə Gənclər təşkilatı, dörd dərnəklər, nəşriyyat, idman zalı, yeməkxana, kadrlar şöbəsi və mühasibatlıq fəaliyyət göstərir.
Learn more