Əsas » Məqalə » Azərbaycan ədəbiyyatı

Əfəndiyev Elçin yaradıcılığı-Taun yaşayır (pyes)-2

<< 1 / 2 / 3 >>

ONUNCU ŞƏKİL


     M i r C ə f ə r B a ğ ı r o v, O s t a ş k o v. Səhnənin o biri tərəfində işıq yanır. Bakı. İstintaq otağı. Azərbaycan Kommunist (bolşeviklər) Partiyasının Birinci katibi Mir Cəfər Bağırovun eynəyinin girdə və qalın şüşələri işıqda parlayır. Üz- gözü qançır içində olan Ostaşkov dizləri üstə Mir Cəfər Bağırovun qarşısındadır.
     Ostaşkov. Kak xoroşo çto vı prişli!.. Kak xoroşo çto vı prişli!.. Tovariş Baqirov, eto ya... Ostaşkov... Bıvşiy sekretar Bakinskoqo Komiteta Partii... Ostaşkov... tovariş Baqirov... Vaş soratnik!.. Vı niçeqo ne znayete o koşmarax v NKVD, tovariş Baqirov!.. Eto ujas... Vı ne mojete sebe daje predstavit, tovariş Baqirov!.. Kak xoroşo çto vı prişli... U menya vımoqayut priznaniye v kontrevolyusionnıx prestupleniyax... Vı je znayete menya... Menya znayet tovariş Stalin!.. Kakoy je ya kontrevolyusioner?! Kak xoroşo çto vı prişli!.. Tut fabrikuyut delo na rukovoditeley partii, pravitelstvo, na soratnikov tovarişa Stalina!.. Pomoqite... Pomoqite... Tovariş Baqirov!.. Ya je vmeste s tovarişem Stalinım vel podpolnuyu rabotu v tsarskoy Rossii... V Baku... Vı je znayete eto, tovariş Baqirov! Ya je bıl ryadom s vami... mı je s vami vmeste uniçtojali nastoyaşix vraqov sovetskoqo stroya!.. Pomoqite, tovariş Baqirov!..
     Mir Cəfər Bağırov əsəbi halda təpiyi ilə vurub onu yerə sərir və sürətlə səhnədən çıxır.
     İşıq sönür.

ON BİRİNCİ ŞƏKİL


     Ə l ə s g ə r, F i r u z ə, K ə l ə n t ə r, K ə l ə n t ə r i n a r v a d ı, X ı d ı r Qafarzadə, X o s r o v, X o s r o v u n i k i n c i a r v a d ı, Ə l i b a l a, A r z u.
     Yenə səhnənin o biri küncündə işıq yanır. Ələsgər müəllimin evində qonaqlıq davam edir. Kələntər müəllim yenə ayağa qalxır.
     K ə l ə n t ə r. Qədəhləri doldurun! Bax, belə!.. Əlibala müəllim, elə-belə söz deyən deyil!.. Bax (Arzuya baxır.), bizim bu gözəl qızımıza deyir ki, Sofya Kovalevskaya olacaq! Mən lap yüz faiz inanıram buna! Ona görə də, bu qədəhləri içək...
     Xıdır Qafarzadə (hövlnak ayağa qalxaraq). Əziz dostlar, tamadadan min dəfə üzr istəyirəm ki, onu afsaytda qoyuram. Ancaq ürəyimə bir gözəl sağlıq gəlib ki, onu da mən bu gözəl məclisdə deməliyəm. Bu qədəhləri qaldıraq yoldaş Stalinin yaxın silahdaşı və tələbəsi, Azərbaycan zəhmətkeşlərinin qayğıkeş atası, əziz Mir Cəfər Bağırov yoldaşın sağlığına! Yaşasın, min yaşasın yoldaş Mir Cəfər Bağırov!
     Pauza.
     Xıdır Qafarzadə əvvəlcə əlindəki qədəhi başma çəkmək istəyir, sonra dayanır və yavaş-yavaş qəzəbə keçən bir təəccüblə bir-bir məclis əhlinə baxır. Xosrov müəllim onun o baxışları altında ayağa qalxır.
     X o s r o v (əsəbi). Mir Cəfər Bağırov yoldaş bizim rəhbərimizdir. Düzdür. Amma niyə qoymursuz səhərdən bəri, bu gözəl qızın sağlığına içək?! Bu gözəl qızı təbrik edək?!
     Pauza.
     Hamı şaşırıb. Ələsgər müəllim özünə gələrək ayağa qalxır.
     Ə l ə s g ə r. Bir dəqiqə, Xosrov müəllim, bir dəqiqə! Arzu qaçmır ki, buradadır, özümüzünküdür, sağlığına da içəcəyik, sözümüzü də deyəcəyik. Ancaq bu qədəhləri qaldıraq Xıdır müəllim deyən sağlığa! Doğrusu, bizi qabaqladı Xıdır müəllim. Yaxşı da etdi! Sağ olsun! Yoldaş Mir Cəfər Bağırovun sağlığına! O böyük insan başımızın üstündən əskik olmasın! Yoldaş Stalinin sevimli şagirdi və silahdaşı kimi, həmişə bizə bu cür müdrik rəhbərlik eləsin! Həmişə bizə belə yol göstərsin!
     Hamı ayağa qalxıb qədəhləri içir.
     İndi isə Arzudan xahiş edək, bizə bir şer desin.
     A r z u səhnənin ortasına gəlir.
     A r z u (sinəsini irəli verərək əzbər söyləyir).
     Bəşər dühasının sönməz ulduzu,
     Əziz rəhbərimiz, atamız Stalin!
     Ürəyimiz, sevgimizin sonsuzu
     Bil ki, əzəl gündən sənindir, sənin!
     Ey bütün ellərin şöhrəti, şanı,
     Aparırsan bizi zəfərlərə sən!
     Əməlin qərq edib nura cahanı!
     Bir nəğmə çağlayır mənim sinəmdən:
     Eşq olsun Stalinə!
     Yaşasın Stalin!
     Həyatın mənası,
     Məzmunudur o!
     Ələsgər müəllim canfəşanlıqla əl çalır. Qonaqlar da ona baxıb əl çalırlar. Amma səhnədə açıq-aşkar bir pərtlik var. F i r u z ə patefonu işə salır.
     Heç kim dinmir.
     K ə l ə n t ə r. Yaxşı məclis keçirtdik! Hayıf ki, mən tez getməliyəm. O gün olsun ki... Arzu balanın iyirmi illiyini keçirək...
     F i r u z ə. Çox sağ olun...
     K ə l ə n t ə r. Firuzə xanımın da süfrəsinə söz ola bilməz...
     O biri qonaqlar da qalxırlar. Geyinirlər.
     Ə l i b a l a . Çox yaxşı keçdi məclis!.. (Ələsgərin qulağına) Ancaq... bu zalım oğlu zalım... Xosrov müəllimin başına Allah bir az ağıl qoysun!..
     Ə l ə s g ə r. Fikir vermə, keçdi getdi... Bu barədə nə qədər az söz-söhbət olsa, bir elə yaxşıdı... Heç nə olmayıb, üstünü vurma...
     K ə l ə n t ə r (həyəcanla pıçıldayır). Qorxuram!.. Qorxuram!.. Yeddi qız atasıyam!..
     Ə l ə s g ə r. Sakit ol, əşşi, nə olacaq sənə?! Sənə nə dəxli var?!.
     Qonaqlar görüşüb otaqdan çıxırlar. Kələntərlə Ələsgər qalır.
     Sakit ol, qazan qaynasa, o bədbəxt oğlu Xosrovun başında qaynayacaq...
     K ə l ə n t ə r (yavaşdan). Deyirsən, yəni mənə bir şey olmayacaq ki?!
     Ə l ə s g ə r. Nə olacaq?.. Heç nə...
     Kələntər. Bəs sənə?!
     Ə l ə s g ə r (təlaşla). Mənə?.. Mənə də, sənin kimi... dəxli yoxdur!
     K ə l ə n t ə r . Axı, sənin evində olub?!
     Ə l ə s g ə r (daha artıq bir təlaşla). Nə olsun?.. Deyirsən yəni, o köpəyoğlu Xıdır gedib xəbər verəcək?!
     K ə l ə n t ə r . Mən özüm köhnə bakılıyam... Bu Xıdırgil... Bunlar nəsillikcə pis adam olublar! Bunun atası hambal Orduxan bir kasa bozbaşdan ötrü hazırmış bütün Bakını sata! Allaha təvəkkül!.. Yaxşı, xudahafiz...
     Kələntər çıxır. F iruzə mizi yığışdırır. Arzu qonaqların ardınca baxır. Ə l ə s g ə r şəstlə A r z u y a.
     Ə l ə s g ə r. Hə, Arzu, necə oldu?! Gördün, sənin ad gününü necə keçirtdik?!
     A r z u (eləcə qapıya tərəf baxaraq). Divar qəzetində Xosrov müəllimi tənqid edəcəyəm!
     Ə l ə s g ə r. Niyə?
     A r z u. Bəs görmədin?!
     Ə l ə s g ə r. Nəyi?..
     A r z u. Xosrov müəllim Stalin babanın sevimli şagirdi Mir Cəfər Bağırovun sağlığına içmədi!
     Ə l ə s g ə r (özünü saxlaya bilmir). Ay qız... Siz necə adamsınız?!. Bəs o, sənin sağlığına içmək istəyirdi də!..
     A r z u. Nə olsun? Sən özün dedin ki, mənim sağlığıma həmişə içmək olar. Ancaq rəhbərin sağlığına birinci içmək lazımdır! Sən də bir şeyi düz eləmədin!
     Ə l ə s g ə r. Mən?! Nəyi?..
     A r z u. Sən dedin, Arzu özümüzünküdür, onun sağlığına sonra içərik. Belə çıxır ki, rəhbərlər özümüzünkü deyil?!
     Ə l ə s g ə r (mat qalıb.) Mənim daha sənə heç bir sözüm yoxdu...
     A r z u. Nədi, düz demirəm?!
     Ə l ə s g ə r (özünü ələ alır). Özümüzünküdü, əlbəttə... Ola bilsin ki, mən fikrimi düzgün çatdırmamışam... Amma sən də... Xosrov müəllimi düz başa düşməmisən... Xosrov müəllim o cür demək istəmirdi...
     A r z u. Bəs nə cür demək istəyirdi?!
     Ə l ə s g ə r. Demək istəyirdi ki... Bilirsən, elə şeylər var ki... sən hələ balacasan, başa düşmürsən...
     A r z u. Başa düşmürəm?!
     Ə l ə s g ə r. Başa düşmürsən... Sən ağıllı qızsan... Amma elə şeylər var ki...
     A r z u. Çox yaxşı... Onda, bizim divar qəzetində sən mənə cavab yazarsan!
     Ə l ə s g ə r. Belə şeyləri yazmaq olmaz...
     A r z u. Niyə?
     Pauza.
     Arzu otaqdan çıxır.
     Ə l ə s g ə r (özünü sakitləşdirir). Heç nə olmaz... (Firuzəyə baxır.) Sən... sən niyə ağlayırsan?
     F i r u z ə (hıçqıra-hıçqıra). Görmədin?.. Qorxuram...
     Ə l ə s g ə r. Heç nə olmaz! Nə olacaq axı?.. Lap gözəl keçdi qonaqlıq... Bir söz idi... dedi də... sonrası yaxşı oldu... Hər şeyi yuyub apardı... Stalinin də sağlığına içdik, bizimkinin də... Heç nə olmaz...
     İşıq sönür.

ON İKİNCİ ŞƏKİL


     F i r i d u n, Ə l ə s g ə r, Ə l i b a l a, X o s r o v, M ü ə l l i f, X ı d ı r Qafarzadə.
     İşıq yenə səhnənin əks tərəfındə yanır. Bakı. Məktəb.
     Firidun.O əclafı görürsən?!
     Ə l ə s g ə r. Kimi söyürsən? Nə olub axı, sizə? Kimi deyirsən?
     F i r i d u n . Necə kimi? Xıdırı! İndicə yaxınlaşıb məndən soruşur ki, dünənki hadisəni bu gün partiya bürosunun iclasına qoyacaqsan, ya yox?! Özü də elə-belə soruşmur ey, hədə ilə soruşur...
     Ə l ə s g ə r. Vay, sənin imanına tüpürüm!..
     F i r i d u n. Sən də belə adamı məclisə çağırırsan!..
     Ə l ə s g ə r. Sizə görə çağırırdım də! Deyirdim ki, o imansızın sizlərlə işi olmasın!.. Mən nə bilim ki, Allah Xosrovun ağlını başından alıb... Nə bilim, qanadıma baxmışdım?!
     Ə l i b a l a səhnəyə daxil olur. F i r i d u n gedir.
     Ə l i b a l a . Salam.
     Ə l ə s g ə r. Salam.
     Ə l i b a l a . Nə var, nə yox?
     Ə l ə s g ə r. Nə olacaq, sağlığın.
     Ə l i b a l a . Bilirsən, nə var?! Dünən içməyimə baxma, araq tutmurdu məni... Bütün gecəni fikirləşmişəm... İyirmi ilin partiyaçısıyam! Uşaq deyiləm mən! Sinəmi qabağa verib Xosrovu müdafiə edəcəyəm! Mən hələ bolşevik vicdanımı itirməmişəm! Amma çoxları itirib!... Mən...
     Ə l ə s g ə r. Əşşi, hələ bir dayan görək... Nə olub?..
     Ə l i b a l a . Necə, nə olub?! Ay kişi yatmısan?! Bütün məktəb soruşur ki, dünən Ə1əsgər müə11imgi1də nə hadisə baş verib? Xıdır yayıb hamıya. Kimi görür, deyir ki, baxarsız nə oyun açacağam o uzun biqeyrətin başına! Xosrovu deyir...
     Ə 1 ə s g ə r. Nə a1çaq imiş ə, bu?!.
     X o s r o v səhnəyə daxi1 o1ur. Ə1 i b a 1 a gedir.
     Ə 1 ə s g ə r. Əşşi, Xosrov müə11im... Sənə nə o1acaqdı... onun... o... onun sağhğına içsəydin... hə?.. İstəmirsən, ürəyində başqa sağ1ığa iç də... Sənin ürəyinə girən var?! Uşaqsan sən?! Bu qədər müddətdir, sən bu zırı1tını görmürsən?! İndi nə sarını udmusan?
     X o s r o v. Bi1mirəm... Va11ah bi1mirəm... necə o1du... O söz1ər ağzımdan çıxdı... Sizi də pis vəziyyətdə qoydum... Mən cəhənnəm, qorxuram sizə də söz gə1ər...
     Ə 1 ə s g ə r (təşvişlə). Bizə niyə?!... Biz nə etmişik ki?!.
     X o s r o v. Nə bi1im?.. Adamın ürəyinə hər şey gə1ir...
     Ə 1 ə s g ə r. O Xıdırı görmürdün orada sən, ay bədbəxt oğ1u?.. Başına söz qəhət idi sənin?! Özün də təzə-təzə bəd1iyin daşını atmısan... Təzə ai1ə qurmusan...
     Xıdır Qafarzadə daxi1 o1ur. X o s r o v gedir.
     Xıdır Qafarzadə (qəzəblə Xosrovun ardınca baxaraq). Ə1əsgər müə11im, bu cür düşməni qanad a1tına a1maq o1maz! Ancaq siz onu... E1ə bi1irsiz ki, dünən başa düşmədim, siz niyə təzədən Mir Cəfər Bağırov yo1daşın haqqında sağ1ıq dediz?! Ona görə ki, o düşmənin hərəkətini ört-basdır etmək istəyirdiz! Be1ə zaşitaya keçmək1ə, mənim vicdanımı susdura bi1məzsiz! Mən açıq adamam... Rinqdə də həmişə açıq vuruşmuşam! Məs1əhət görürəm sizə ki, o düşmənə qəyyum1uq etməyəsiz! Özünüzə pis o1ar! Mən bu işi, be1ə qoymayacağam! Lap Mir Cəfər Bağırovun özünün qəbu1una gedib çıxacağam.
     Səhnə yavaş-yavaş qaran1ıq1aşır. İşıq ya1nız X ı d ı r Qafarzadənin üzərinə düşür.
     M ü ə 1 1 i f. Hücuma keçmək 1azımdır, hücuma! Futbo1dakı kimi! Xıdır Orduxan oğ1u Qafarzadə nə vaxta qədər dayanıb göz1əyəcəkdi?! Nə vaxta qədər adi bir məktəbdə adi idman müə11imi olacaqdı?! Hücuma keçmək lazımdır! Xıdır bütün gecəni yatmamışdı, səhərə kimi fikirləşmişdi. Hücum olmasa, qələbə də olmayacaq! Bir qara qəpiyə dəyməyən adamlar, görürsən ki, sayıqlıq edir! Hücuma keçir! Xosrov müəllim kimilərini ifşa edir! Yüksək mərtəbələrə qalxır! Lap nazir müavini olur! Bəs Xıdır? Xıdırın onlardan nəyi əskikdir?! Xıdırın bir barmağı ilə qaldırdığı daşı, onlar iki əli ilə də hıqqına-hıqqına qaldıra bilməz! Özü də zəhmətkeş ailəsindən çıxıb! Bu hökumət Xıdırın hökuməti deyil?! Bu quruluş zəhmətkeş quruluşu deyil? Kim Azərbaycan idmanına Xıdırdan yaxşı rəhbərlik edə bilər?! İdmanı beş barmağı kimi bilir! İdmançıların hamısını tanıyır! Amma Xıdırı heç kim tanımır. Çünki Xıdır həyatdan geri qalır! Xıdırın qorxmazlığı, Xıdırın kişiliyi, Xıdırın gücü bütün Azərbaycan idmanına lazımdır! Bu qeyrətsiz, vicdansız Xosrovun ifşası Xıdır üçün məşq olmalıdır! Bu məşqdən sonra böyük oyunlar başlayacaq! Xıdır xalq düşmənlərini ifşa edəcək! Özü də bu ölüvay Əflatun kimi yox! «O adı nədir, şey»dən başqa heç nə bilmir, amma tramvaysürəndən gətirib məktəbin partiya təşkilatının katibi eləyiblər. Qabağa düşəcək, bir-ikisini də burada düşmən kimi ifşa edəcək, sabah da aparıb qoyacaqlar maarif müdiri! Yox, Xıdır bu fürsətdən istifadə etməlidir! Xıdır Azərbaycan idmanına rəhbərlik edəcək! Xıdır öz arzusunu güclü əzələləri ilə həyatın boğazından dartıb çıxardacaq! İstədiyinə nail olacaq! Tribunada partiya və sovet rəhbərləri ilə bir yerdə dayanıb, idmançıların paradını qəbul edəcək! Mir Cəfər Bağırov Xıdırı şəxsən tanıyacaq! Lap... Lap sovet idmanında xidmətlərinə görə Mixail İvanoviç Kalinin Xıdıra orden də verəcək! Niyə olmur?! Xıdır buna layiqdir! Bəlkə... Bəlkə elə yoldaş Stalin özü də Xıdırın adını eşidəcək. Axı, yoldaş Stalin sovet idmançılarının ən birinci dostudur! Hücuma keçmək lazımdır, hücuma!..
     İşıq yenə güclənir vəXıdır Qafarzadə bayaqkı kimi yenə Ələsgər müəllimlə üz-üzə dayanıb.
     M ü ə l l i f. Xıdır müəllim, əlbəttə, indicə gedib lazımi orqanlara xəbər verəcəkdi. Xosrov müəllimin dünənki hərəkətini şeytanlayacaqdı və Xıdırın gözlərinin içinə baxan Ələsgər müəllimin buna daha heç bir şübhəsi yox idi...
     Pauza.
     Bu alçaq Xıdır müəllim camaatı bədbəxt edəcəkdi...
     Pauza.
     Hamını bədbəxt edəcəkdi!.. Hamını!.. Firudin müəllimi də, Kələntər müəllimi də, Əlibala müəllimi də... 0, Allah ağlını almış Xosrov müəllimi də...
     Pauza.
     Ələsgərin özünü də...
     Ə l ə s g ə r (birdən diksinir). Məni niyə?! Məni niyə?!
     Səhnə qaranlıqlaşır.
     İşıq yalnız Ələsgər müəllimin üzərinə düşür.
     M ü ə l l i f (qaranlıqdan). Bu hökumət şeytan əməlidir... Bu hökumətin Allaha dəxli yoxdu... Bədbəxtin birinin bir sözündən ötrü bu qədər camaat güdaza gedəcək...
     Ə l ə s g ə r m ü ə 11 i m, elə bil ki, boğulur, havası çatışmır, həyəcanla yaxasının düymələrini açır.
     Pauza.
     Heç nə etmək mümkün deyil... 0nda... onda elə Ələsgərin özü raykoma zəng edib xəbər versin...
     Ələsgər müəllim telefona yaxınlaşır.
     Pauza.
     Ə l ə s g ə r (titrəyən əli ilə telefonun dəstəyini götürüb, nömrəni yıxır). Alo... Yoldaş Cümşüdlü, sizsiz?
     İkinci işıq telefon dəstəyini qulağına tutmuş Cümşüdlünün üzərinə düşür.
     C ü m ş ü d l ü. Eşidirəm sizi!
     İşıqlar sönür, sonra səhnə tam işıqlanır. Ələsgər müəllim, əlində portfel, bir tərəfdə dayanaraq başmı aşağı salıb. Səhnənin dərinliyində xüsusi bir həvəslə idman edən Xıdır Qafarzadə görünür.
     M ü ə l l i f. Ancaq indi Xıdırın da, Ələsgər müəllimin də ağlına gəlmirdi ki, çox az vaxt keçəcəkdi və Xıdırın özünü də on dəqiqəlik məhkəmədə xalq düşməni kimi mühakimə edəcəkdilər, qərar çıxaracaqdılar, elə həmin gecə də onu güllələyəcəkdilər.
     İşıq sönür.

ON ÜÇÜNCÜ ŞƏKİL


     M i r C ə f ə r B a ğ ı r o v, X a l q D a x i l i İ ş l ə r k o m i s s a r ı, M ü ə l l i f. Bakı. Azərbaycan Kommunist (bolşeviklər) Partiyası Mərkəzi Komitəsinin birinci katibi Mir Cəfər Bağırovun iş kabineti.
     Mir Cəfər Bağırov küçəyə baxan pəncərənin qarşısmda dayanıb. Azərbaycan Sovet Sosialist Respublikasının Xalq Daxili İşlər komissarı içəri daxil olur.
     Pauza.
     Komissar. Salam, Mir Cəfər Abbasoviç!
     B a ğ ı r o v (eləcəpəncərədən baxaraq). Keç otur...
     Komissar mizin qarşısına gələrək oturmağa cəsarət etmir. Bayırda hava soyuqdur?..
     Pauza.
     Sən də maşınla gəzirsən... (Çönüb komissara baxır. Əlləri arasındakı bir dəstə karandaşı qarışdıra-qarışdıra kabinetdə var-gəl edir.) Otur...
     Komissar eləcə ayaq üstə dayanıb.
      (Var-gəl edə-edə Stalinin divardan asılmış şəklinin qarşısında dayanır, sonra o şəklə işarə edərək) Necə şəkildir?..
     Komissar (özünü itirmiş). Bəli, Mir Cəfər Abbasoviç?.. B a ğ ı r o v. Necə şəkildir?
     Komissar (tərəddüdlə). Yaxşı şəkildir!..
     B a ğ ı r o v (altdan yuxarı diqqətlə şəkilə baxaraq). Yaxşıdır deyirsən? Təzə əsərdir. Rəssam Vazgen Ağacanyan çəkib, mənə hədiyyə göndərib. Yoldaş Stalini sevir, ona görə? Bəlkə Mir Cəfər Bağırovu çox istəyir, ona görə?
     Pauza.
      (Yenə var-gəl edə-edə) Yoxsa tutulmaqdan qorxur, ona görə? (Komissara) Hə?
     Pauza.
     Komissar özünü tamam itirib.
     Yaxşı... Otur... (Eləcə var-gəl edərək) Təzə nə var?
     Komissar. Bu gün, bir nəfər xalq düşməni həbs olunub...
     B a ğ ı r o v (ayaq saxlayıb, təəccüblə komissara baxır). Nə olsun ki, bir nəfər xalq düşməni həbs olunub?
     Komissar. O... Sizlə... Sizi...
     B a ğ ı r o v. Nədir?! Söyüb məni?
     Komissar (tələsik). Yox, yox... Sizin sağlığınıza içməkdən imtina edib...
     B a ğ ı r o v. Kim?
     Komissar. Müəllimdir... Xosrov Ələkbərli...
     B a ğ ı r o v. Haradandır?
     Komissar. Əsli Hadrutdandır, özü indi Bakıda yaşayır.
     B a ğ ı r o v. Hadrutdan?
     Komissar. Bəli!
     B a ğ ı r o v (var-gəl edərək). Bu cür düşmənlər idi Hadrutda taunu yayan! Harada olub bu əhvalat?
     Komissar. Dünən axşam, məktəb müdirinin qızının ad günündə.
     B a ğ ı r o v. Kim çatdırıb?
     Komissar. Bu gün məktəb müdirinin özü zəng edib, rayon Partiya Komitəsinə xəbər verib.
     B a ğ ı r o v. Yaxşı də, nə cəzası var, verin. Bunu nə üçün mənə xüsusi məruzə edirsiz?
     Komissar. Məktəb müdiri, Mir Cəfər Abbasoviç... deyirlər... guya, sizin tanışınızdır... Fikirləşdim ki, bəlkə nəsə tapşırığınız olacaq...
     B a ğ ı r o v (ayaq saxlayır). Familiyası?
     Komissar. Familyası Babazadədir, yoldaş Bağırov..
     B a ğ ı r o v. Babazadə?
     Komissar. Bəli, yoldaş Bağırov!
     Pauza.
     B a ğ ı r o v. Ələsgər Babazadə?
     Komissar. Bəli, yoldaş Bağırov!
     M ü ə l l i f. Bu gün qəribə bir gün idi... Mir Cəfər Bağırov səhər yerindən durandan bəri cürbəcür uşaqlıq xatirələri qəflətən gəlib onun fikrinə qonurdu və onu həmişəki kimi fikrini cəmləməyə, həmişəki kimi bütün varlığıyla işə girişməyə qoymurdu. Babazadə... Ələsgər Babazadə... Yenə birdən-birə o uzaq uşaqlıq çağları yoldaş Bağırovun gözlərinin qabağına gəldi və yoldaş Bağırov «Don Kixot» kitabının bütün bu illər ərzində unudulub getməmiş təsirini, amma həmişəlik, əbədi bir keçmişdə qalmış təsirini birdən-birə yenidən hiss etdi. Bu hissiyyatda bir nisgil var idi... Nə idi o nisgil? Nədən deyirdi? Həyətdəki almalığın bir küncünə qısılıb hərisliklə o kitabı oxuyan uşaq Mir Cəfər Bağırovun gözlərinin qabağına gəldi. Düzdür, Mir Cəfər Bağırov heç vaxt özünü tənha hiss etmirdi, çünki o sovet Azərbaycanının rifahı naminə çalışırdı, o, gecə-gündüz bilmədən işıqlı kommunizm idealları uğrunda işləyirdi, yoldaş Stalinin etimadını doğruldurdu və onun bu cür hisslərə qapılmağa heç vaxtı da yox idi. Amma hərdən uşaqlıq çağlarını xatırlayanda, bütün içinə bir həsrət yayılırdı və illər keçdikcə, bu həsrət elə bil ki, daha da artırdı: o gözəl, o qayğısız uşaqlıq çağları, bir də heç vaxt geri qayıtmayacaqdı, çünki, əbədi bir keçmişdə qalmışdı... O «Don Kixot» kitabını Ələsgərdən almışdı. Ələsgər... Ələsgər Babazadə... Yoldaş Bağırovdan üç-dörd yaş böyük idi... Qubada qonşuydular... Həmişə hamını barışdırırdı... Amma zəhmətkeş sinif vecinə deyildi... Onun üçün bəy oğlu ilə, fəhlə balasının fərqi yox idi... Təki öz başı ağrımasın...
     B a ğ ı r o v. Özü raykoma zəng edib deyib?
     Komissar. Bəli, yoldaş Bağırov! Yoldaşlar onu çox yaxşı xarakterizə edirlər...
     B a ğ ı r o v (gülümsəyir). Ələsgər Babazadə ona görə raykoma xəbər verməyib ki, yoldaş Bağırovun sağlığına içməmək onu qəzəbləndirib... Ona görə xəbər verib ki, qorxub! Qorxub ki, başqa biri onu qabaqlayar, başı ağrıyar... Deyirsən, məktəb müdiridir?
     Komissar. Bəli, yoldaş Bağırov!
     B a ğ ı r o v. O necə məktəb müdiridir ki, terrorçuları evinə yığır?!
     Pauza.
     Komissar. Düzdür, Mir Cəfər Abbasoviç...
     B a ğ ı r o v (əsəbi halda mizin arxasındakı yerində oturur). Əsl təqsir yoldaş Bağırovun sağlığına içməyəndə deyil, terroristləri başına yığandadır!
     Komissar. Aydındır, yoldaş Bağırov!
     M ü ə l l i f. Sovet İttifaqında 1 dekabr 1934-cü ildə qəbul olunmuş qanuna görə terrorçuluğun təşkilində təqsirləndirilən adamlar dərhal güllələnməlidir! Onların müdafiə olunmağa ixtiyarı yoxdur!..
     İşıq sönür.

ON DÖRDÜNCÜ ŞƏKİL


     Birinci D u s t a q, Ş a i r, Ə l ə k b ə r o v, X o s r o v, A r t i s t, F i l o s o f, M a n a f o v, K e ş i k ç i, İkinci d u s t a q, M ü ə l l i f, d u s t a q l a r.
     Bakı. Daxili İşlər Komissarlığının kamerası. Paralel olaraq səhnənin sağ küncündə müstəntiq otağı.
     Kamerada dustaqlar. Qapı açılır. İki keşikçi içəri girir.
     K e ş i k ç i (bərkdən). Manafov!
     Familiyası çağırılan dustaq qaçıb çarpayının altına girir. Keşikçilər onu güclə dartıb çıxarırlar.
     Manafov. Mənim vicdanım təmizdir! Mən casus deyiləm! Yaşasın yoldaş Stalin! (Çarpayıdan, dustaqların ayaqlarından yapışır, dırnaqları ilə sement döşəməni cırmaqlayır.). Yox!.. Döyməyin məni!..
     Keşikçilər onu güclə süpürləyib kameradan çıxarırlar. Bu vaxt üz-gözü qan içində, döyülüb əldən düşmüş başqa bir dustağı kameraya atırlar.
     Qapı bağlanır.
     Ş a i r (diqqətlə döşəməyə sərilmiş yeni dustağa baxır). Bu ki, Hamletdir!
     Səhnənin sağ güncündə stolüstü lampa yanır. Müstəntiq Ə l ə k b ə r o v üz-gözü, bədəni qançır içində olan X o s r o v u dindirir.
     Ə l ə k b ə r o v. Deməli, belə... Hadrutda rus dilində ərizələr yazmağını boynuna alırsan?! Boynuna alırsan ki, Hadrutda rus dilində ərizələr yazırdın?!
     X o s r o v. Yazırdım...
     Ə l ə k b ə r o v. Kimə yazırdın?
     X o s r o v. Camaat xahiş edirdi, mən də yazırdım...
     Ə l ə k b ə r o v. Yox, yox, bir dəqiqə dayan! Bilmirsən ki, məni aldatmaq mümkün deyil?! Mən Ələkbərovam, başa düşdün?! Müstəntiq Ələkbərov! Başa düşdün, yoxsa yox?! Mən səndən soruşuram ki, o ərizələri kimin adına yazırdın? Sualıma cavab ver!
     X o s r o v. Rəhbərlərin adına.
     Ə l ə k b ə r o v. Buxarinin adına yazırdın?
     X o s r o v. Nə bilim?
     Ə l ə k b ə r o v. Hə, yoxsa yox?
     X o s r o v. Bəlkə də...
     Ə l ə k b ə r o v. Bəlkəni əkiblər, əvəzində noxud bitib! Bəlkə olmaz! Hə, yoxsa yox? Cavab ver! (Xosrovu vurur.)
     Paralel kamerada işıq çoxalır.
     Ş a i r . Sakit olun! Bilirsiz Hamlet nə deyir?
     A r t i s t. Olum, ya ölüm... Budur məsələ! Hankı daha şərəflidir?! Düşmən qəzanın ağır tokatlarına dayanmaq və ya fəna silabinin coşğun dalğalarına qarşı qoyub onu qorutmaq, əzmək... Yer üzündən qaldırmaq... ölmək, uyumaq, bu qədər... Qəlbin iztirablarını, yaranmışların nəsibi olan minlərlə əzabları bir yuxu ilə bitirmək... Belə bir son istənilməzmi?!
     İşıq müstəntiqin otağında çoxalır.
     X o s r o v. Ola bilər...
     Ə l ə k b ə r o v. Deməli, Rıkovun da adına ərizə yazırdın?
     X o s r o v. Camaat xahiş edirdi, hərənin bir dərdi-səri var... Xahiş edirdilər... Rıkov o vaxt sovet hökumətinin sədri idi də... Mən də yazırdım...
     Ə l ə k b ə r o v. Bax belə... Gör nə açılır iç üzün sənin?! Adamı belə danışdırarlar. Müstəntiq Ələkbərovdan heç nə gizlətmək mümkün deyil! Deməli, Buxarindən, Rıkovdan kömək istəyirdin, hə? Zəhmətkeşlər arasında təbliğat aparırdın ki, Buxarin, Rıkov sizə kömək edəcək, hə? Cavab ver!
     X o s r o v. Axı, axı, yoldaş Stalinin də adına ərizələr yazırdım. Ən çox yoldaş Stalinin adına ərizələr yazırdım!
     Ə l ə k b ə r o v. Əclaf oğlu, əclaf, məni provakasiyaya çəkmək istəyirsən?! (Onu vurur.)
     Kamerada işıq çoxalır.
     A r t i s t. Ölmək... Uyumaq... Uyumaq?.. Bəlkə də röyalar görmək?! Budur iştə məsələnin çətin yeri... Həyatın, boranları keçdikdən sonra, bu ölüm yuxusunda biz nələr görəcəyik? Budur yolun keçidini kəsdirən! Budur bizi uzun həyatın sürüntülərinə məcbur edən! Buna görədir ki, fəlakət bu qədər sürəklidir.
     Müstəntiqin otağında işıq çoxalır.
     Ə l ə k b ə r o v. Deməli, belə?! Bu kitab sənindir?
     X o s r o v. Bəli...
     Ə l ə k b ə r o v. Əlbəttə, sənindir. Bunu necə danasan, hə?!
     X o s r o v. Mən danmıram ki...
     Ə l ə k b ə r o v. Dana da bilməzsən!
     X o s r o v. Bəli, mənimdir! Mənim kitabımdır! Danmıram!
     Ə l ə k b ə r o v. İstintaqa kömək etmək istəyirsən?! Ona görə danmırsan? Xeyr. Ona görə boynuna alırsan ki, başqa əlacın yoxdur. Müstəntiq Ələkbərov səni divara dirəyib! Oxumusan bu kitabı? Neçə dəfə oxumusan?
     X o s r o v. Bir dəfə.
     Ə l ə k b ə r o v. Düzünü de!
     X o s r o v. Düzünü deyirəm də!
     Ə 1 ə k b ə r o v. Sən dedin, müstəntiq Ə1əkbərov da inandı, hə?! Cəmi bir dəfə oxumusan, hə?
     X o s r o v. Bə1i... Ə 1 ə k b ə r o v. Danmaq istəyirsən, hə? Istintaqı səhv yo1a yönə1tmək istəyirsən, hə? Baxarıq! Haradandır səndə bu kitab?
     X o s r o v. Bağış1ayıb1ar.
     Ə 1 ə k b ə r o v. Kim bağış1ayıb?
     M ü ə 1 1 i f. Professor Zi1berin kiçik qardaşı Beniamin Kaverin o vaxt gənc yazıçı idi, Moskvada yeni kitabı çıxmışdı: «Xazanın sonu»...
     X o s r o v. Professor Zi1ber o kitabı özü i1ə... Hadruta gətirmişdi...
     M ü ə 1 1 i f. Və professor Zi1ber o kitabı özü i1ə Hadruta gətirmişdi. O zaman professor Zi1ber bir quş o1ub Hadruta girə bi1miş Xosrov müə11imə baxdı. Professor Zi1ber bütün ai1əsini taun aparmış bu insana nə isə bir şey e1əmək, bir yardım göstərmək istəyirdi. Professor Zi1ber bu adama baxırdı və e1ə bi1 ki, onun qarşısında vicdan əzabı çəkirdi. O, ikinci dəfə idi ki, bu adamı görürdü: bir dəfə dünən gecə, Hadruta girmək istəyəndə, bir də ki, indi, ştabda. Bu adam necə gə1ib bura çıxmışdı? Ona nə etmək o1ardı? Heç nə!..
     Professor Zi1ber öz həyatında i1k dəfə idi ki, bu dərəcədə bir dərd a1tına düşmüş adama rast gə1irdi. Zi1ber Xosrov müə11imə baxdı, sonra yazı mizinin arxasına keçdi, siyirtməni çəkib həmin kitabı götürdü, açıb ağ üz səhifəsində bircə an da fikir1əşmədən avtoqraf yazdı: «Çe1oveku, uvidevşemu i perejivşemu ad. Lev Zi1ber. 8 apre1ya 1929. Qadrut.» Və professor Zi1ber gətirib o kitabı Xosrov müə11imə bağış1adı...
     X o s r o v. O kitabı professor Zi1ber Hadrutda bağış1ayıb mənə.
     Ə 1 ə k b ə r o v. Yəhudidir?
     X o s r o v. Bi1mirəm...
     Ə 1 ə k b ə r o v. Demə1i, bi1mirsən, hə?! Yaxşı, «Çe1oveku, uvidevşemu i perejivşemu ad»... Bunu sənə yazıb?.. Bu yazını da oxumusan?!
     X o s r o v. Hansı yazını?
     Ə 1 ə k b ə r o v. «Çe1oveku, uvidevşemu i perejivşemu ad.»
     X o s r o v. Ə1bəttə, oxumuşam...
     Ə 1 ə k b ə r o v. Bax, be1ə! Demə1i, xa1q sosia1izm qurur, amma sən cəhənnəmdə yaşayırsan də?! Sovet İttifaqı, Sovet Azərbaycanı sənin üçün cəhənnəmdir, hə?! Cavab ver! (Xosrovu vurur.)
     Kamerada işıq çoxalır.
     A r t i s t. Yoxsa, dünyanın bu zülüm-fəsadına, hökmranların təkəbbürünə, güclülərin təhqirinə, qaytarılmış, tapdanmış bir eşqin acı iztirablarına, qanunların boşluğuna, hakimlərin utanmazlığına, rəzillərin xidmətlərinə qarşı coşan nifrətlərə kim dayanmaq istərdi? Halbuki, bir xəncər bizi bunların hamısından əbədilik qurtara bilər!..
     Müstəntiqin otağında işıq çoxalır.
     Ə l ə k b ə r o v. Cavab ver! Sovet Azərbaycanı, Sovet İttifaqı sənin üçün cəhənnəmdir?! Tez cavab ver! Hə, yoxsa, yox! Fikirləşmə, cavab ver!
     X o s r o v. Yox... O vaxt Hadrutda taun epidemiyası var idi...
     Ə l ə k b ə r o v. Bəlkə, elə yəhudilərə qoşulub, o epidemiyanı sən özün yaymısan Hadrutda, hə?
     X o s r o v. Professor Zilber Hadrutu taundan qurtardı...
     Ə l ə k b ə r o v. Elə bilirsən heç nədən xəbərimiz yoxdur?! Neçə dəfə oxumusan bu kitabı? Boynuna al!.. Neçə dəfə?
     X o s r o v. Bir dəfə oxumuşam...
     Ə l ə k b ə r o v. Əclaf oğlu əclaf! İstintaqı azdırmaq istəyirsən?! Svoloç! (Xosrovu vurur.)
     X o s r o v huşunu itirib oturduğu kətildən yerə sürüşür. Keşikçilər onu aparır. Kamerada işıq çoxalır.
     A r t i s t. Acı həyatın ağır cəbrini nifrət və göz yaşlarıyla kim daşımaq istərdi? Yalnız bir qorxu... Orada nə olacaqdır?.. Orada... O bilinməz vadidə ki, oradan bu vaxta qədər kimsə qayıtmamışdır... İradə sarsılır və bizi bilinməz bir aləmə atılmaqdansa, acı iztirablara dayanmağa məcbur edir. Qorxaq fik rin müdhiş etirafı, qəti bir iradənin iti boyası, təfəkküratın zülmətinə qarşı solur. Düşündükcə, tələsik həyəcanların cəsarəti sönür... Fikir işə keçməyir... Sus, Ofeliya! Gözəl pəri, öz dualarında mənim də günahlarımı xatırlat... (Gülümsəyərək sənäələyir, amma yıxılmır, sonra xəyalən tamaşaçılaräan gül alır və o gülləri sinəsinə sıxır.) Bu, mənim səhnədə aldığım sonuncu gül dəstəsidir?!.
     Qapı açılır. X o s r o v u kameraya atırlar. A r t i s t ona tərəf addımlamaq istəyəndə yıxılır. Ş a i r onu qucaqlayır.
     Əlini məndən çək, zavallı! Məgər sən mənim kim olduğumu bilmirsənmi?! Mən xalqın düşməniyəm! Mən terrorçuyam! Mən casusam! Əlini çək, Şair!.. Ah zavallı!... Yoxsa, artıq sənə də yoluxub bu mərhəmət xəstəliyi?!
     Ş a i r onu ehmallıca yerə uzadır.
     F i l o s o f (öz-özünə). Artist - məhbus! Tamaşaçılar - məhbus! Yalnız Şekspir bütün dövrlərin Şekspiridir! Şekspir əbədi bir azadlıq içindədir, onun üçün keçilməz divar, adlanmaz sərhəd yoxdur! Onun üçün bu kamera da yoxdur! Onun üçün Sovet İttifaı da yoxdur! Onun üçün yoldaş Stalin də yoxdur!
     Dustaqlar (äəhşət içinäə):
     -Sus-s-s!..
     -Sus-s-s!..
     -Sus-s-s!..
     Qapı açılır.
     K e ş i k ç i. Şərifzadə!
     A r t i s t güclə ayağa qalxır, dustaqları bir-bir gözdən keçirir və səhnədəymiş kimi, qürurla kameradan çıxır.
     Pauza.
     F i l o s o f (bir-bir kameraäakı äustaqlara yaxınlaşaraq). Şair... dramaturq... əbədiyyatşünas... folklorçu... dilçi... nəşriyyat müdiri... kitabxanaçı... redaktor... müəllim... Mən də filosof... (Bərkäən gülür.) Görəsən, Lenin sağ qalsaydı, indi onu da «xalq düşməni» kimi həbs edərdilər?! Marksı, Engelsi güllələyərdilər?! (Yenə bir-bir äustaqlara yaxınlaşaraq) İngilis casusu... terrorçu... alman casusu... pantürkist... beynəlxalq imperializmin agenti... panislamist... trotskiçi... yapon casusu... (Qışqırır.) Bəs monqol casusu hanı? (Daha da bərkdən qışqırır.) Hanı? Hanı? (Çığırtı ilə) Gərək Marksı güllələyəydilər!
     Dustaqlar (pıçıltı ilə):
     -Hə!..
     -Hə!..
     -Hə!..
     F i l o s o f. Gərək Engelsi güllələyəydilər!
     Dustaqlar (pıçıltı ilə):
     -Hə!..
     -Hə!..
     -Hə!..
     F i l o s o f. Lenini də!
     Dustaqlar (pıçıltı ilə):
     -Hə!..
     -Hə!..
     -Hə!..
     F i l o s o f. Gərək... Gərək Stalini də güllələyəydilər!
     Dustaqlar (dəhşətlə):
     -Sus-s-s!..
     -Sus-s-s!..
     -Sus-s-s!..
     F i l o s o f (gözündə qalın şüşəli eynək olan dustaqlardan birinəyaxınlaşaraq). O-o-o!.. Yoldaş Mir Cəfər Bağırov!.. İkinci dustaq. Yox, mən yoldaş Bağırov deyiləm!
     F i l o s o f. Bura sovet kamerasıdır! Burada danmaq olmaz! Sən yoldaş Bağırovsan!
     Dustaqlar:
     -Boynuna al!..
     -Boynuna al!..
     -Boynuna al!..
     Bu an X o s r o v vəhşi bir qışqırıqla Bağırovu xatırladan o bir nəfərin üstünə atılır.
     X o s r o v (onun yaxasından yapışaraq). Sən taunsan! Taunsan! Taunsan! Taunsan! Taunsan! Taun! Taun! Sən Taunsan! Taun!
     İkinci dustaq (güclə yaxasını onun əlindən çəkərək, yerə çöküb, ağlaya-ağlaya). Bəs, siz məndən nə istəyirsiniz?! Siz!.. Siz!.. Axı, siz, niyə mənə işgəncə verirsiz? Onlar öldürür məni, bəs siz?! Siz niyə?!
     Pauza.
     Qapı açılır və Keşikçi içəri girir.
     K e ş i k ç i (kağızdan oxuyur). Xosrov Ələkbərli!..
     İşıq sönür.

ON BEŞİNCİ ŞƏKİL


     Ə f l a t u n, C ü m ş ü d l ü, A r z u. Bakı. Məktəb. Mitinq gedir. Əflatun müəllim danışır, Cümşüdlü xitabət kürsüsünün yanında dayanıb.
     Ə f l a t u n. Bu gün, növbəti... o adı nədir, şey, növbəti «izhari-nifrət» mitinqində çıxış etmək üçün söz verilir məktəbimizin şagirdi, o adı nədir, şey, xalq düşməni, terrorçu, maskalanıb məktəbimizin, o adı nədir, şey, keçmiş müdiri olmuş Ələsgər Babazadənin qızı Arzuya!
     Arzu alqışlar altında, əlində kitablar, gəlir. Cümşüdlü onun qolundan tutub xitabət kürsüsünün arxasına çəkir.
     C ü m ş ü d l ü. Gəl bura! (Arzunun qolunu əlləyir.) Ay malades! (Gözü ilə az qalır qızı yesin.)
     A r z u (ruh yüksəkliyi ilə qışqıra-qışqıra). Yoldaşlar! Mən artıq yeddinci «izhari-nifrət» mitinqində çıxış edib atamı ifşa edirəm!
     Alqışlar.
     Mən bu gün də əliboş gəlməmişəm, evimizin zirzəmisində terrorçu atamın, xalq düşməni olan Əvəz bəydən alıb gizlətdiyi bu kitabları, bu qədim əlyazmalarını tapıb gətirmişəm!
     Alqışlar.
      (Kitabları yuxarı qaldıraraq.) Bu kitablar bizi keçmişə çəkir!
     Ərəb əlifbası ilə yazılmış bu kitablar bizi dinə çəkir! Ancaq Lenin baba bizə öyrədib: Allah yoxdur!
     Alqışlar.
      (Daha da bərkdən.) Yoxdur Allah!
     Alqışlar.
     Ə f l a t u n (vəcdə gələrək). O adı nədir, şey, əsl pioner belə olar!
     Alqışlar.
     A r z u. Mən xalq düşməni olan atama nifrət edirəm! Yaşasın əziz atamız, bizə xoşbəxt həyat vermiş Stalin baba!
     Alqışlar.
     C ü m ş ü d l ü (Arzunun qolundan tutaraq). Yaşasın xoşbəxt sovet pionerləri!
     Alqışlar.
     A r z u (daha da bərkdən).
     Bəşər dühasının sönməz ulduzu,
     Əziz rəhbərimiz, atamız Stalin!
     Ürəyimiz, sevgimizin sonsuzu Bil ki, əzəl gündən sənindir, sənin!
     Ey bütün ellərin şöhrəti, şanı?
     Aparırsan bizi zəfərlərə sən!
     Şerin ardı əks-səda ilə eşidilir.
     İşıq sönür.

ON ALTINCI ŞƏKİL


     Sürgündə olan d u s t a q l a r, o cümlədən, X o s r o v, Ə l ə k b ə r o v, Q ı r m ı z ı Y a q u b. Sibir. Dustaqlar kimi isə dəfn edirlər. Müsəlman dəfnidir. 4-5 dustaq çiynində meyit gətirir. 10-12 dustaq onların ardınca gəlir. Soyuqdur, külək vıyıltı ilə əsir. Və o külək vıyıltısı altında A r z u n u n söylədiyi şerin ardı eşidilir:
     Əməlin qərq edib nura cahanı!
     Bir nəğmə çağlayır mənim sinəmdə:
     Eşq olsun Stalinə!
     Yaşasm Stalin!
     Həyatın mənası,
     Məzmunudur o!
     Müstəntiq Ələkbərov mollalıq edir və soyuqdan üşüyə-üşüyə əlində tutduğu dəftərdən avaz ilə oxuyur.
     Q ı r m ı z ı Y a q u b (Xosrova yaxınlaşaraq, soyuqdan üşüyə- üşüyə). Allah rəhmət eləsin, yaxşı kişi idi... (Meyitə işarə edir.) Tatar bolşeviki idi... Çarın vaxtında, yoldaş Stalinlə bir yerdə, bax, elə burada, bu Narımda sürgündə olmuşdu... 1913-cü ildə... Düz iyirmi dörd ildən sonra, onu tutub yenə bura sürgün eləmişdilər... Bir dəri, bir sümük qalmışdı bədbəxt oğlu... Amma əqidə adamı idi! Öləndə də axırıncı sözü: «Yaşasın yoldaş Stalin!» - oldu... O molla da, azərbaycanlıdı... Deyirlər vaxtıyla müstəntiq olub... Dəftəri görürsən? Deyir, guya, Quranı əzbər bilir, dəftərə özü yazıb... Nə bilim, doğrudan Qurandı, Quran deyil?.. Burada bütün müsəlmanları o dəfn edir... Bunlar da çeçen, qazax, ləzgi, qabardin, bolqar, inquş, tacik, qırğızdı... Sonra, öz yemək payını verərsən o mollaya. Biz də verəcəyik... Həmişə belə olur... Uçitel, deyəsən, tanımırsan e, məni?! Neçə gündü, elə mən danışıram, sən susursan...
     X o s r o v yenə ona baxır, amma yenə də bir söz demir.
     Mənəm də, Qırmızı Yaqub... Siyasi dustağam... Dedilər ki, guya mən revi... (Güclə tələffüz edir.) revi... revizionistəm!.. Uçitel, ancaq zalım uşağı heç başa salmadı ki, revi... revizionist nə deməkdi?.. Nə edir bu revi... revizionist ki, belinə 15 il basıb, Sibirə göndərirlər?!. Eybi yox, uçitel!.. Biz səninlə taun görmüşük!.. Sibir nədir ki!.. Biz səninlə, uçitel, tauna qalib gəlmişik!.. Yoldaş Stalinin xəbəri yoxdu bu işlərdən. Ondan gizlədirlər bu işləri. Ancaq xəbər tutacaq yoldaş Stalin! Xəbər tutan kimi, bunların hamısının atasını yandıracaq!
     Küləyin vıyıltısı daha da çoxalır. Ələkbərov Qurandan oxuduğunu bitirir. Dustaqlara yaxınlaşıb, əl açır və bir-bir yemək payını alır. Bir an Xosrova baxır.
     Ə l ə k b ə r o v (soyuqdan üşüyə-üşüyə, Xosrova). Tanış gəlirsən mənə... Deyəsən, səninlə bir yerdə işləmişik, hə?
     Q ı r m ı z ı Y a q u b. Yox, əşşi!.. Uçiteldir... Biz onunla tauna qalib gəlmişik!
     X o s r o v (qəflətən qışqıraraq Qırmızı Yaquba). Yəni qalib gəldiniz tauna?!. Yəni qalib gəldiniz tauna?!. (Ələkbərovun yaxasından yapışır.) Bəs bu nədir?! Hə?! (Kənarda dayanıb özünü itirmiş Qırmızı Yaquba) Bəs necə qalib gəlmisiz tauna?! Bəs bu nədir? (Ələkbərovun yaxasını silkələyə-silkələyə) Nədir bu? Kimdi bu?
     Ələkbərov yaxasını güclə Xosrovun əlindən çəkməyə çalışır.
     Külək daha da şiddətlənir.
     X o s r o v (qışqırır). Taun budur!.. Bu!.. Taundur!.. Taun!.. Taun!..
     Küləyin vıyıltısı Xosrovun səsini eşidilməz edir.
     İşıq sönür.

İKİNCİ HİSSƏ
ON YEDDİNCİ ŞƏKİL


     A r z u, X o s r o v.
     Bakı. 1964-cü il. A r z u n u n evi. Həyətdən toyuqların qaqqıltısı eşidilir.
     A r z u (öz-özünə). Ay Allah, bunlar necə acgöz heyvanlardı belə?! Çinədanları yanmışlar!.. (Pəncərədən qışqırır.) İndicə dən vermədim sizə, ay əclaflar?!. Hə?!
     Qapı döyülür. A r z u deyinə-deyinə qapını açır, X o s r o v içəri daxil olur.
     Çox acgöz heyvandılar!.. (Diqqətlə Xosrova baxır.)
     Pauza.
     Dayan görüm... (Heyrətlə) Xosrov müəllim... Hə, özüdü, Xosrov müəllim!.. Sənsən?!.
     Pauza.
     Haradan xortlamısan, a kişi?.. Niçeqo sebe!..
     Pauza.
     Məni tanımadın?.. Mənəm də... Arzu... Arzuyam... Ələsgər müəllimin qızı...
     Pauza.
     Elə əvvəlki kimi danışıb eləyən deyilsən, hə?.. Mən elə bilirdim ki, indi sənin sümüklərin də çürüyüb... (Gülür.) Ancaq yaxşı qalmısan, vallah!.. Keç də, keç içəri, nə bitib qalmısan ayaq üstə?!
     Pauza.
     Bu boyda Bakıda məni necə tapdın sən, a kişi, hə?!
     X o s r o v içəri keçir.
     Çıxar paltonu.
     X o s r o v əlindəki bükülünü qapının yanındakı sandıqçanın üstünə qoyur, sonra paltosunu çıxarıb qapının yanındakı asılqandan asır.
      (Diqqətlə ona baxaraq) Səni gördüm, çox şey yadıma düşdü... Haradan gəldin çıxdın sən bura?.. Gəl otur. Əşşi, mənə nə var idi e?.. Tək canım idi! Kələntər müəllimin amma... yazığın yeddi qızı qalmışdı... İkisi öldü... Biri itdi, onu gördüm deyən olmadı... Biri özünü balkondan atdı... 0 biriləri də oldu qəhbə!.. Qonşumuzuydular də... Sən haradan gəlib çıxmısan bura?.. Sənə baxanda qorxuram e-e... Elə bil, ölü dirilib... Gəl, gəl otur.
     Həyətdəki toyuqların qaqqıltısı bərkiyir.
      (Toyuqların qarasına.) Ay öləsiz sizi! Bu saat, qoy bu supu verim o acgözlərə... O qədər yemək verirəm ki, bunlara... Astarı üzündən baha başa gəlir. Ancaq yumurtaları dadlı olur şoqəriblərin... Bunları Stavropoldan alıb gətirmişəm...
     Pauza.
     Çox yaxşı iş görüb gəlmisən... (Kətili göstərir.) Otur burada... Dayan, döşəkcə verim, altına sal...
     X o s r o v. Yox, lazım deyil. (Oturur.)
     A r z u. Necə lazım deyil?! Qup-qurusan... Zapasın-zadın da yoxdu! (Gülür.) Oturacaqsan, taxta sümüklərini kəsəcək... (Mizin üstündən boşqabı götürür.) Öz supumdu e, qoy verim onlara, yoxsa əclaflar qoymayacaqlar söhbət edək... (Qapını açıb eşiyə çıxır.)
     Pauza.
      (Həyətdən səsi gəlir.) Alın, ay acgözlər! Öz payımı da sizə verirəm!.. (İçəri girir.) Vay səni, Xosrov müəllim! Niçeqo sebe!.. Elə əvvəlki adamsan... Elə bil, heç... nə qədər? İyirmi yeddi il keçməyib... Bir danış görək də, nə var, nə yox... Atamı güllələdilər, dedilər «qlavardır»! Bəs səni necə oldu ki, güllələmədilər?.. Birdən stukaç-zad olarsan ha!.. (Gülür.) Sveji çayım var... Qoy, gətirim sənə... Yaxşı mürəbbəm də var... Saratovdan almışam... Orda xalturit eləmirlər... Bizimkilər kimi oğru deyillər... Özü də ucuz... Yaduva gəlir?.. Anam, rəhmətlik, Ordubaddan gəlmiş ləpə qoyardı stolun üstünə... Əlibala müəllim yaduva gəlir?.. Mənə deyirdi ki, Sofya Kovalevskaya olacaqsan! Ay səni... nə olsun ey... Sofya cəmi 41 il yaşadı. Amma, mənim ölmək fikrim yoxdu! (Gülür.) Pravadniyəm obşi vaqonda, üç gün yoldayam, iki gün evdə... (Həyətdən yenə toyuqların qaqqıltısı eşidilir.) Öldürsə, məni o toyuqların acgözlüyü öldürəcək... (Bu dəfə bir az isterika ilə gülür.) A kişi, sən gəlmisən bura ki, heç ağzıvı açıb, bir kəlmə söz deməyəsən?.. Yaxşı, çayını iç... Əntiqə mürəbbədir... Saratovdan almışam... Özün təksən?.. Day evlənməmisən? Təksən! Sifətində yazılıb ki, təksən... Kimsəsizin birisən... Bəs kim qulluq eliyir sənə?.. Bəlkə məni alasan, hə?.. (Yenə gülür.) Beləliyimə baxma ha, demə ki, hay-hayı gedib, vay-vayı qalıb!.. Hələ canımda su var, pis döyüləm! (Gülür.) Özü də... peşman olmazsan ha!.. (Daha äa bərkäən gülür.)
     X o s r o v köhnə güzgünün yuxarısında, divardan asılmış şəkillərə baxır.
     Şəkillərə baxırsan?.. Hə də, deyirsən ki, bunun nəyinə baxım?.. (Gülür.) Allah kişilərin ağlını alır də!.. (Şəkilləri göstərir.) Üçü də oğlanlarımdı... Bunu görürsən?.. Bunun atası Cümşüdlüdü... Yaduva gəlir?.. Raykomda işləyirdi, məktəbə gəlirdi tez- tez... Əyyaşın, pozğunun biri idi... Oğraş! Məktəbdə «izhari-nifrət» mitinqlərində gəlib əl çalıb, məni nümunə göstərirdi... Sonra, guya, bizə yazığı gəldi... Anamı dəlixanaya süpürgəçi düzəltdi... O vaxtdan, elə gözü var idi məndə... Köpəyoğlu... Hər dəfə xəlvətə salıb əlləyirdi məni... Anam ölən kimi, müharibənin ortaları idi, gəlib tapdı məni... 15-16 yaşım var idi... Amma 20 yaş verərdin mənə... Kök idim... Vaxtından əvvəl yetişmişdim də... (Gülür.) Sən danışmırsan, heç olmasa, mən danışım da... Hə, bunun atası o oğraş idi... Gorbagor oldu... Öləndə, heç üstünə gələn olmadı... Özünün arvad-uşağı var idi... Ayrıca bir ev kirələyib, məni saxlayırdı... Pozğunun biri idi... Bədənimdə sağ yer qoymamışdı... Göydən düşmüşdüm də... əlinə əclafın... Gözünə təpirdi məni... Doymaq bilmirdi, köpəyoğlu... Mən indiyəcən elə pozğun oğraş görməmişəm! Heç Rusetin çöllərində də mən belə pozğun oğraşa rast gəlməmişəm!.. (Gülür.) Amma mən də az görməmişəm a-a-a!.. (Divaräakı şəkili göstərir.) Yaxşı ki, bu, atasına oxşamır... Ancaq, arvadı çatlağın biri çıxdı... Qonşuların yanında, mənim saçımı yolurdu, qəhbə!.. Ər-arvad ikisini də qovdum yanımdan!.. Əh, güya ki, qonşular ondan fərridi? Bunu görürsən?.. Bu... Eşidirsən o toyuqların səsini?.. Vay bunların qamına şiş batsın!.. İndicə bir boşqab sup verdim bunlara... Doymaq bilmirlər ki!.. Mən burda olmayanda, həyətin uşaqları gəlib, yumurtaları oğurlayırlar... Qonşular da bir tərəfdən milisə yazırlar ki, guya, bu toyuqlar, həyəti batırır!.. Cəhənnəmə yazsınlar!.. Belə şeylər mənə kar eləməz! Çayuvu iç!..
     X o s r o v stəkanı ehtiyatla qaldırır.
     Qorxursan ki, çay əvəzinə, sənin də stəkanında sup ola? (Gülür və divardakı ikinci şəkili göstərir.) Hə, bu Bamaulda yaşayır... Yenə çay gətirim sənə?..
     X o s r o v. Yox, yox, sağ ol!
     A r z u. Onda mürəbbə ye!
     X o s r o v. İstəmirəm, sağ ol!
     A r z u. Yaxşı mürəbbədir e... Saratovda pis şey satmırlar...
     Pauza.
     İşıq bir az zəifləyir.
     S ə s . Əziz dostlar, tamadadan min dəfə üzr istəyirəm ki, onu afsaytda qoyuram... Ancaq, ürəyimə bir gözəl sağlıq gəlib ki, onu da mən bu gözəl məclisdə deməliyəm!
     İşıq yenə güclənir.
     A r z u. Evim pis döyül, hə?... Düzdü, kuxnam yoxdu... İki otaqdı... Ancaq ona da min şükür... Koridorda da, görürsən də, qaz da var, su da var... Tualet də həyətdədir... Bunu oğlumun o arvadına, o erməni qəhbəsinə verəydim, özüm yenə küçələrə düşəydim?! Bəs sənin o arvadın nə oldu?.. Təzə almışdın e... Adı da Gülzar idi... Yadımdadı... Gözləmədi, hə, səni?... Yadıma gəlir... Elə bil indiki kimi görürəm... Yanaqları od tutub yanırdı... O cür arvadlar kişisiz qala bilməz!.. (Gülür.) Neyləsin e, yazıq, kişisiz çətin olur də... (Xosrov ayağa qalxır.) Nə oldu?
     X o s r o v. Mən gedim...
     A r z u. Niyə?.. Otur də!.. Niyə belə tez gedirsən?.. Qoy bir su qızdırım... yaxşıca başuvu yuyum sənin... Hə... tək adamsan, bir yaxşıca istirahət elə!
     X o s r o v. Yox, yox, sağ ol!
     A r z u. Nə sağ ol e?.. (Gülür.) Sağam də!.. Onda... Voronejdən əntiqə göbələk qurusu gətirmişəm... Qoy sənə bir sup bişirim...
     X o s r o v. Yox, sağ ol!
     A r z u. Yüz qram da araq verərəm sənə... Vurarsan, hə?... Yoxsa, day elə qocalmısan ki, heç araq da içə bilmirsən? (Bərkdən gülür.) Hə?.. Nə deyirsən?...
     X o s r o v. Yox, yox...
     A r z u. Qorxma e, səni göndərməyəcəm mağazaya, araq dalınca... Özümdə var, gətirim?.. Vuraq bir az!
     X o s r o v. Yox...
     İşıq zəifləyir.
     S ə s . Niyə qoymursuz səhərdən bəri, bu gözəl qızın sağlığına içək?! Bu gözəl qızı təbrik edək?!
     Pauza.
     S ə s. Bir dəqiqə, Xosrov müəllim, bir dəqiqə! Arzu qaçmır ki... buradadır, özümüzünküdür... sağlığına da içəcəyik... Sözümüzü də deyəcəyik... Ancaq, bu qədəhləri qaldıraq Xıdır müəllim deyən sağlığa!.. Doğrusu, bizi qabaqladı Xıdır müəllim... Yaxşı da etdi... Sağ olsun! Yoldaş Mir Cəfər Bağırovun sağlığına! O böyük insan başımızın üstündən əskik olmasın! Yoldaş Stalinin sevimli şagirdi və silahdaşı kimi, həmişə bizə bu cür müdrik rəhbərlik etsin! Həmişə bizə belə yol göstərsin!..
     Toyuqlar qaqqıldayır. Səhnənin işığı güclənir.
     A r z u. Eşidirsən? Bilirlər ki, indi qapı açılacaq, adam çıxacaq... Yemək istəyirlər... Bu qədər acgöz heyvan görməmişəm! Əclaflar! Dəhşətdi! (Pəncərədən toyuqlara) Yoxsa, gedim sizə Voronej göbələyindən sup bişirim? Ay siz öləsiz! (Xosrova) Axırda bunlar, mənim özümü də yeyəcəklər... Yenə müəllimsən?
     X o s r o v. Yox.
     A r z u. Hə, müftə pensiya alırsan?.. (Gülür.)
     Pauza.
     Bəs nə edirsən?
     X o s r o v. Kioskda qəzet satıram.
     A r z u. Onda yaxşıdı də, qəpik-quruşun olar. (Xosrov müəllimin gətirdiyi kağız torbaya baxır.) O nədir elə?..
     X o s r o v. Bir az meyvədir... Sənə gətirmişəm...
     A r z u. Bəs mən sənə nə bağışlayım?.. Hə?.. Nə bağışlayım?..
     X o s r o v. Sağ ol! (Qapıdan çıxmaq istəyir.)
     A r z u. Qaçırsan?
     X o s r o v. Yox...
     A r z u. Qaçırsan burdan, hə? Mənnən iyrənirsən?
     X o s r o v. Sağ ol...
     A r z u. Mənəm də, Arzuyam! Niyə iyrənirsən, hə? Tapdım! Bilirsən, sənə nə bağışlayacağam?! Bax! (Otaqdan çıxan Xosrovun ardınca qışqıra-qışqıra əzbərdən deyir.)
     Vı bıli vçera bezımennı,
     Sedaya zuma Suleymana,
     Djambula sedaya dombra...
     Tak poyte je Stalinu slavu
     Stixami podobnımi splavu Zolota i serebra!..
     İşıq sönür.

<< 1 / 2 / 3 >>

Bölmə: Azərbaycan ədəbiyyatı | Əlavə edildi: azerhero (30.07.2014) | Müəllif: R.C E W
Baxış: 671 | Reytinq: 5.0/1
Bütün rəylər: 0
omForm">
avatar

Kitablar — zamanın dalğaları ilə səyahət edən və nəsildən-nəslə öz qiymətli yükünü ehtiyatla aparan fikir gəmiləridir.

- Frensis Bekon

Son 90 gün ərzində kitab oxumamaqdan daha pisi kitab oxumadığına görə narahat olmamaqdır.

- Cim Ron

Kitabları yandırmaqdan daha pis şey onları oxumamaqdır.

- Rey Bredberi

Yaxşı kitab aysberqə oxşayır, onun yeddi-səkkiz hissəsi suyun altında gizlənib.

- Ernest Heminquey

Kitablarım mənə çatacaq qədər böyük bir krallıqdır.

- Shakespeare

Mən, kitablarımı yaratmadan əvvəl, kitablarım məni yaratdılar.

- Montaigne

Kitabsız yaşamaq; kor, kar, dilsiz yaşamaqdır.

- Seneca

Bu günün gərçək universiteti, bir kitabxanadır.

- Carlyle

Kitab, tək ölümsüzlükdür.

- Rufus Choate

Exlaqa uyğun ya da zidd kitab deyə bir şey yoxdur. Kitablar ya yaxşı yazılmışdır, ya da pis. Hamısı bu qədər!

- Oscar Wilde

Ümidlə açılıb qazancla bağlanan bir kitab, yaxşı bir kitabdır.

- Alcott

Kitablar, itmiş başların abidələridir.

- Sir William Dave

Kitablar, heç solmayacaq bitkilərdir.

- Herrick

Kitab heç aldatmayan bir yoldaşdır.

- Guilbert De Pixrecourt

Axmaqlarla oturub-durmaqdansa , kitabla tənha oturmaq yaxşıdır.

- Qasım bəy Zakir

İnsan güc ilə yox, mütaliə etməklə ağıllanır.

- C.Bruno

Az bildiyini başa düşmək üçün çoxlu oxumaq lazımdır.

- Mişel Monten

Kitablar özünüzə və başqalarına hörmət etməyi öyrədəcək, ürəyi və ağlı, dünya və insanlıq sevgisiylə dolduracaq.

- Maksim Gorki

Kitab həyatın ən uzaq və qaranlıq yollarında insana işıq bəxş edən əfsanəvi çıraqdır

- A.M.Upit

BAKI QIZLAR UNİVERSİTETİ
1992-ci ildə təsis edilən və həmin vaxtdan da fəaliyyətə başlayan Bakı Qızlar Universitetinin (əvəllər Bakı Ali Pedaqoji Qızlar Seminariyası adlanırdı) yaradılmasında məqsəd respublikada qadın pedaqoji kadrlar yetişdirmək, onların intellektual səviyyəsini yüksəltmək və gənc qızları ailə həyatına hazırlamaqdan ibarətdir. Hazırda universitetdə "Sosial pedaqoji” və "Filologiya-tarix” fakültələri fəaliyyət göstərir. "Sosial pedaqoji” fakültədə "Təhsildə sosial-psixoloji xidmət”, "Psixologiya”, "Coğrafiya müəllimliyi”, "ibtidai sinif müəllimliyi”, "Məktəbəqədər təlim və tərbiyə”, "Riyaziyyat və informatika müəllimliyi”, "Filologiya-tarix” fakültəsində isə "Xarici dil (ingilis) müəllimliyi”, "Azərbaycan dili və ədəbiyyat müəllimliyi”, "Tarix müəllimliyi”, "Jurnalistika” üzrə bakalavr, "İbtidai sinifdə tədrisin metodika və metodologiyası”, "Pedaqogika nəzəriyyəsi və tarixi”, "Azərbaycan ədəbiyyatı”, "Azərbaycan dili”, "Azərbaycanın yeni və ən yeni tarixi” sahəsində magistratura səviyyəsində kadr hazırlığı aparılır.
Bakı Qızlar Universiteti Nazirlər Kabinetinin 1996-cı il fevralın 21-də 21 saylı sərəncamı ilə dövlət qeydiyyata alınmışdır. 2013-cü ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin lisenziya komissiyası BQU-nun çoxilli fəaliyyətinin, onun yüksək maddi-texniki bazasının, infrostrukturunun, təlim-tərbiyə sisteminin Azərbaycan Respublikası təhsil Qanununa Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Ali təhsil Müəssisələrinin fəaliyyətinə xüsusi razılıq (lisenziya verilməsi haqqında qərarına, Azərbaycan Respublikası Təhsil Nazirliyinin sənədlərinə uyğn qurulduğunu, pedaqoji kadrların hazırlanmasında əldə olunmuş nailiyyətlərini nəzərə alaraq universitetin fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsini məqsədəuyğun hesab etmişdir. Eyni zamanda 2013-cü ildə universitet akreditasiyadan keçmişdir. Universitetdə müxtəlif fənnlər üzrə kabinetlər, dörd kopüter otağı, kitabxana, badii yaradıcılıq studiyası, tələbə elmi cəmiyyəti, Tələbə Gənclər təşkilatı, dörd dərnəklər, nəşriyyat, idman zalı, yeməkxana, kadrlar şöbəsi və mühasibatlıq fəaliyyət göstərir.
Learn more