Əsas » Məqalə » Azərbaycan ədəbiyyatı

Əfəndiyev Elçin yaradıcılığı-Qatil (Pyes)
(ULDUZLAR ALƏMİNDƏ QƏTL)
On bir şəkildən ibarət drama
İŞTİRAK EDƏNLƏR


     Q adın.
     Gənc k i ş i.
     Qonşu qadın.
     Qonşu k i ş i.
     Şagird Həsənzadənin anası.

I. MƏHƏBBƏT
BİRİNCİ ŞƏKİL


     Q a d ı n, Ş a g i r d H ə s ə n z a d ə n i n a n a s ı, Q o n ş u q a d ı n, Q o n ş u k i ş i.
     Qadının mənzili. Axşam. Səliqəli və sadə bir otaqdır: üst-üstə düzülmüş kitab rəfləri, paltar dolabı, divan-çarpayı, miz, stullar.
     Q a d ı n mizin arxasında əyləşib və əlində qələm, mizin üstündəki bir qalaq şagird dəftərlərini yoxlayır.
     Q a d ı n (başını bulayır). Ay Həsənzadə, Həsənzadə!.. Sən bu kimyanı haçansa başa düşəcəksən, ya yox?
     Pauza.
     Kimyadan yaxşı şey var dünyada?
     Pauza.
     Hə, Həsənzadə?
     Pauza.
      (Dərindən köks ötürür.) «İki»... «İki», Həsənzadə!.. Düzdü, sənin məşhur atan böyük adamdı, amma mən nə edim? Hə, Həsənzadə? Başa düşürəm e, sən bircə oğulsan, özün də pis oğlan deyilsən, amma kütsən də, vallah, mən nə edim? Yenə «iki», Həsənzadə! «İki»! Ay aman, yenə anan gələcək...
     İşıq, üzü tamaşaçılara tərəf dayanmış Şagird Həsənzadənin anasının üzərinə düşür.
     Ş a g i r d H ə s ə n z a d ə n i n a n a s ı. Müəllimə, o, sizi, bilirsiz nə qədər çox istəyir?!.
     Q a d ı n (əvvəlki kimi, mizin arxasında oturub dəftərə baxa-baxa). Məni istəməsin e, kimyanı istəsin!
     Ş a g i r d H ə s ə n z a d ə n i n a n a s ı. Müəllimə, hamı bizdən nəsə xahiş edir... Təkcə sizdən başqa...
     Q a d ı n (çiyinlərini çəkir). Mənə nə lazımdı ki?..
     Ş a g i r d H ə s ə n z a d ə n i n a n a s ı. Yəni sizin bircə xahişiniz də yoxdu?
     Q a d ı n (fıkirləşir). Var!
     Ş a g i r d H ə s ə n z a d ə n i n a n a s ı (sevincək). Hə? Nədir?
     Q a d ı n. Bax, bu (Barmağı ilə mizin üstündəki dəftəri göstərir.), kimyanı öyrənsin!
     Ş a g i r d H ə s ə n z a d ə n i n a n a s ı. Of-f-f!..
     Şagird Həsənzadənin anasının üzərinə düşən işıq sönür.
     Q a d ı n (qarşısındakı dəftərə qiymət yazıb, qol çəkib, kənara qoyur və yeni dəftər açır). Əhmədəliyev, doğrusu, heç səndən də gözüm su içmir... Görək də... Görək sən nə yazmısan?.. (Yoxlamağa başlayır.)
     Pauza.
     Sağ ol, Əhmədəliyev!..
     Pauza.
     Düzünü de, Əhmədəliyev, köçürmüsən? Hə?
     Pauza.
     Ay-ay-ay, Əhmədəliyev!.. Yüz faiz köçürmüsən!
     Qonşu qadın otağa daxil olur.
     Q o n ş u q a d ı n. Ay məlimə, yenə qapını açıq qoymusan?
     Q a d ı n. Açıq qoymuşam?
     Q o n ş u q a d ı n. Hə...
     Q a d ı n. Olsun də... (Gülür.)
     Q o n ş u q a d ı n. Necə, olsun də?.. Biri gəlib girər içəri!..
     Q a d ı n. Gəlib içəri girər? (Gülə-gülə) Mən kimə lazımam?
     Q o n ş u q a d ı n. A-a-a... Ay məlimə, vallah, sən çox qəribə adamsan!.. Neçə ildi sənlə qonşuyuq? Az qala, on ildi!.. Bu on ildə, Allahın hər verən günü, axşamlar ya beləcə oturub dəftər yoxlayırsan, ya da dərsə hazırlaşırsan. Bazar günləri də evi yığışdırırsan. (Ətrafı nəzərdən keçirərək) Heç yığışdırılmalı bir şey də yoxdu, onsuz da, hər tərəf tərtəmizdi...
     Q a d ı n. Bilirsən mənim necə bir arzum var?
     Q o n ş u q a d ı n. Nə arzu?
     Q a d ı n (gülə-gülə). Yaxşıca bir töküb-töküşdürəydilər bu otağı, mən də sonra yığıb-yığışdıraydım!..
     Q o n ş u q a d ı n. A-a-a... Onda, gəl, səninlə yerimizi dəyişək, görüm, onda nə deyəcəksən?.. (Barmağını boğazına çəkir.) Mən bura yığılmışam ev təmizləməkdən! Dəyişək yerimizi?
     Q a d ı n. Axı, bu mümkün deyil... Bu dünyada hərənin öz missiyası var... «Missiya» bilirsən, nədi?
     Q o n ş u q a d ı n. Yox.
     Q a d ı n. Elə bilməsən yaxşıdı! (Gülür.) Mən bir az birtəhərəm də, hə?
     Q o n ş u q a d ı n. Yox e, ay məlimə, bir, teatra gedəsən, konsertə gedəsən, nə bilim, birinin bir toyuna gedəsən... Nə olub sənə, qocalıb, əldən düşməmisən ki, canı sulu adamsan! Vallah, məəttəl qalmışam!.. Bezdirmir səni bu təklik?
     Q a d ı n. Tək niyə oluram? (Gülür.) Bəs, Əhmədəliyev? Bəs, Həsənzadə?
     Q o n ş u q a d ı n (təəccüblə). Əhmədəliyev? Həsənzadə?.. Həsənzadə kimdi?
     Q a d ı n (dərindən köks ötürərək, barmağını boğazına aparır). Məni lap bura yığıb!
     Q o n ş u q a d ı n (heyrətlə). A-a-a...
     Q a d ı n (dəftəri göstərir). Bu gün də bir yağlı «iki» aldı!
     Kiçik pauza.
     Q o n ş u q a d ı n (başa düşərək). Eh!.. Mən də deyirəm, görəsən, Həsənzadə kimdi belə? (Başını bulayır.) Nə deyim, vallah... Bizim kişi bu gecə növbətçidi, yemək qoyurdum ona, gördüm ki, bizdə yumurta qurtarıb. Səndə yoxdu? Sabah bazara gedəcəyəm, qaytararam.
     Q a d ı n. Soyuducuya bax. Olsun gərək.
     Qonşu qadın mətbəxə keçir.
      (Yeni äəftər götürür.) Bu kimdi? Aha, bu da bizim Məmmədli dostumuz! Səhərdən haradasan? Gəl, bir az ürəyimiz açılsın də!.. (Dəftəri oxumağa başlayır.)
     Q o n ş u q a d ı n (mətbəxäən). Xörəkləri bişirirsən, hamısını yeyə bilmirsən, yığırsan bir-bir soyuducuya...
     Q a d ı n (gözlərini äəftəräən ayırmayaraq). Qonağım gələcək!
     Q o n ş u q a d ı n (mətbəxäən). Qonağın?
     Q a d ı n. Hə!
     Q o n ş u q a d ı n. Nə vaxt?
     Q a d ı n. Mən nə bilim? (Dəftəri äaha äa äiqqətlə oxuyur.) Bax, bu, başqa məsələ!..
     Q o n ş u q a d ı n (mətbəxäən). Kimlə danışırsan?
     Q a d ı n. Məmmədliylə!
     Q o n ş u q a d ı n (əlinäə iki yumurta, otağa girərək dəftərlərə işarə eäir). O da bunlardandı?
     Q a d ı n (gülür). Əlbəttə! Bəs, kimlərdən olacaqdı?
     Q o n ş u q a d ı n. Qonaq deyirdin, o da?
     Q a d ı n. Yox, o, bunlardan deyil.
     Q o n ş u q a d ı n. Bəs, haradandı?
     Q a d ı n (əli iləpəncərəni göstərir). Ulduzlar aləmindən!..
     Q o n ş u q a d ı n (başını bulayır). Eh!..
     Qapının ağzından öskürək səsi gəlir, sonra əyninə polis forması geymiş Qonşu kişi qapıdan boylanır.
     Q o n ş u k i ş i (Qaäına). Salam, məlimə! (Qonşu qaäına.) Evə qayıtmaq fikrin yoxdu? Növbəyə getməliyəm axı!..
     Q a d ı n. Salam! Salam! Keçin içəri.
     Q o n ş u k i ş i (otağa äaxil olur). Necəsiz, məlimə?
     Q a d ı n. Mən əlayam! Siz necəsiz?
     Q o n ş u k i ş i. Mən əla deyiləm!
     Q a d ı n. Niyə?
     Q o n ş u q a d ı n. Ona görə ki, arvadı mənəm!
     Q a d ı n (gülür). Yox... (Qonşu kişiyə.) Deyin görək, siz niyə əla deyilsiz?
     Q o n ş u k i ş i. Düz otuz dörd ildir polis nəfəriyəm! İndiyə qədər, cəmi, iki cibgir, üç nəfər də xuliqan tutmuşam, vəssalam!
     Q a d ı n. Bəs, nə olmalıydı?
     Q o n ş u k i ş i. Heç olmasa, bir nəfər qatil tutaydım!
     Q a d ı n. Qatil? (Həyəcanla.) Ay aman!.. Arzuya bax e!..
     Q o n ş u q a d ı n. Mağıl, bir qatil tutsaydı, heç olmasa, pul mükafatı verərdilər!
     Q o n ş u k i ş i (gülərək başını bulayır). Məndə o bəxt hanı?!
     Q a d ı n. Siz heç bilirsiz, nə arzulayırsız?
     Q o n ş u q a d ı n. A-a-a!.. Nöş bilmirik? İstəyirəm ki, mənim ərim də bir qatil tutsun də!..
     Q a d ı n. Axı, qatil arzulamaq olmaz!
     Q o n ş u q a d ı n. Nöş? Başqaları qatil tuta bilər, mənimki yox?
     Q a d ı n. Axı, qatil arzulamaq, o deməkdir ki... gərək kimsə, kimi isə öldürsün ki, qatil olsun, sonra da siz o qatili tutasız!
     Pauza.
     Q o n ş u q a d ı n (bir azpərt). Məlimə, sən həmişə, ona necə deyirlər, mürəkkəbləşdirirsən hər şeyi... Ona görə də... (Sözünü yarımçıq kəsir.)
     Q a d ı n. Nə? Ona görə də, nə?
     Q o n ş u q a d ı n. Heç...
     Q a d ı n. Yox, de! Demirsən? (Gülür.) Onsuz da, bilirəm nə demək istəyirdin. Demək istəyirdin ki, ona görə də işlərin düz gətirmir, qırx bir yaşın var, amma evdə qarımısan, tək qalmısan... Hə?
     Q o n ş u q a d ı n (özünü itirmiş). Mən... mən elə demək istəmirdim...
     Q a d ı n. Niyə? Lap elə demək istəyirdin, özün də düz deyirdin! (Gülür.)
     Q o n ş u k i ş i (arvadına). Mən getdim.
     Q o n ş u q a d ı n. A-a-a!.. Dayan da, bu saat yemək qoyaca- ğam, özünlə aparasan.
     Q o n ş u k i ş i. Yox, istəmirəm... Sağ ol, məlimə! (Otaqdan çıxır.)
     Q o n ş u q a d ı n (Qadına). Yenə acıq elədi. (Ərinin ardınca gedərək.) Necə istəmirəm? Səhərəcən ac qalacaqsan orda? (Otaqdan çıxır.) 85
     Q a d ı n (dəftərə baxır). Belə-belə işlər, Məmmədli!
     Pauza.
      (Başını dəftərdən qaldırır.) Arzuya bax, e!.. Qatil tutmaq!.. (Yenə dəftərə baxır.) Vallah, Məmmədli, sən kimyaçı olacaqsan! Özü də, yaxşısından! (Başını dəftərdən qaldırır.) Ancaq, bilirsən, Məmmədli, hamı ailə qurmaz ki... Bu boyda dünyadı... Gərək tək qalan da olsun də... (Başını yuxarı qaldırıb, tavana baxır.) Bilmirəm, Məmmədli, siz də indi özünüzə Ulduz seçirsiz, ya yox, amma bizim vaxtımızda hərəmiz özümüzə bir Ulduz seçirdik... Sənin boyda olanda, Məmmədli, mən də ulduzlar aləmində dolaşırdım... Mənim də o ulduzlar aləmində öz Ulduzum var idi... Özüm tapıb seçmişdim onu... O qədər ulduzun arasından seçmişdim... Gecələr göyə baxan kimi, onu tapırdım... Yaxşı söhbətlərimiz olurdu onunla... Mənə yaxşı sözlər deyirdi... Göydə nə qədər Ulduz var, axı, onlar da bir-birinin eyni deyil!.. Bilirsən, ey mənim ağıllı şagirdim, ey gələcəyin böyük kimyaçısı, mənim o Ulduzum da, bir küncdə tək-tənhaydı, amma onda mən buna fikir vermirdim... Özü də, mənə elə yaxşı sözlər deyirdi ki...
     Pauza.
     Qoy, bir baxım, görüm, durur o Ulduz? Qoy, görüm, tapa biləcəyəm onu? (Qalxıb pəncərəyə yaxınlaşır və pərdəni kənara çəkib şüşədən göyə baxır.) Vay... Nə yaman bulud bürüyüb göyün üzünü?.. (Yerinə qayıdıb oturur.) Yox, bulud məsələsi deyil, Məmmədli, əzizim... O Ulduz... bilirsən... o Ulduz məndən utanır, ona görə də məndən gizlənir... O vaxt mənə dediyi o gözəl sözlər var idi e, onlara görə məndən utanır... Amma nahaq yerə! Həyatdı də!.. Sən ona de, utanmasın məndən... Yox, yaxşısı budu, sənin beşini yazım! (Qələmi götürüb, dəftərdə qiymət yazır.)
     İşıq sönür.

İKİNCİ ŞƏKİL


     Qadın, Gənc kişi.
     Q a d ı n ı n mənzili. Gecə. Q a d ı n otaqda var-gəl edə-edə əlindəki kağıza baxır.
     Q a d ı n. Deməli, sabah səhər doqquz otuzda - altıncı sinif... Altıncı... Oy, Həsənzadə, yenə səninlə görüşürük... Sən Allah, adam ol, indi otur, bir az oxu, əzbərlə, nə eləyirsən, elə ki, səhər yenə «iki» almayasan... Heç olmasa, ağzını açıb, iki kəlmə söz de, üzümə baxıb gözlərini döymə, ay Həsənzadə!.. (Dayanır.) Dayan! Bu saat sənə telepatik siqnallar göndərəcəyəm ki, oturub kimyanı oxuyasan! (Gözlərini yumub bir müääət bəäənini gərgin vəziyyətə salır, guya, telepatik siqnallar gönäərir, sonra äərinäən köks ötürür.) Həsənzadə, bundan sonra da səhər «iki» alsan, vallah, əlac day ona qalıb ki, əlimə oxlov alıb səni, o ki, var, döyəm! (Kağıza baxır.) On iyirmidə - doqquzuncu sinif, on bir onda - yeddinci sinif... Gecə vaxtı yağışa bax də!.. (Pəncərəyə yaxınlaşıb şüşəäən baxır.) Lap leysandı... Göyün hirsi tutub Yer üzünə!.. Düzdü, bir az gecikib, amma, hər halda, axırı ki, hirslənib də... Yaxşı... (Var-gəl eäir.) Yatmaq lazımdı!.. Get, işığı söndür, gir yerinə... Yox, elə yox, düz demədin, belə demək lazımdı: get, işığı söndür, gir buz kimi yerinə, gözlərini yum və özünü məcbur elə ki, yatasan! Heç nə fikirləşmə! Bildin? Təkcə, onu de görüm, molekul anlayışını birinci kimlər irəli sürüb? Amedeo Avonadro və kim? Amper! Düzdür!.. Amperin adı nədir? Andre Mari! Bəli, Andre Mari Amper!.. Andre Mari və Amedeo, ey gözəl insanlar, sizin heç ağlınıza gələrdi ki, az qala, 200 il keçəcək, Azərbaycan adlı bir məmləkətdə... Bakı adlı bir şəhərdə... şıdırğı yağış yağan bir payız gecəsi... bu mənzildə... baxmaqdan gözlərim mazol olmuş bu dörd divar arasında... şagirdlərin sevmədiyi və... və qorxduğu çox ciddi kimya müəlliməsi, yəni ki, mən, sizin, ey Andre Mari və hörmətli Amedeo bəy, sizin adınızı əzbərləyəcək? Ay ağlınıza gəldi ha!? Bu divarlara isə, nifrət edirəm! (Qışqırır.) Eşidirsiz? Nifrət edirəm!.. Nifrət edirəm!..
     Pauza.
     Qışqırma... Nə olsun, nifrət edirsən? Sökəcəksən bu divarları? Yox... Get, get, yat! Gecə yarısıdı! İşığı söndür, gir yerinə! Qaranlıqdan da qorxma! Bəbə deyilsən! Ürəyin də, darıxmasın! Yaxşı, işığı söndürmə, elə, işıqda yat... Hə, nə oldu, gedirsən yatmağa? (Dərindən köks ötürür.) Yaxşı... Bir azdan gedərsən... Onda, de, görüm, valentlik haqqında təlimin əsasını kim qoyub? İngilis alimi Franklend! Əhsən! Neçənci ildə? 1852-ci ildə! (Ayaq saxlayır.) 52, yoxsa 53? Deyəsən, axı, skleroz başlayıb!.. Tez deyil?.. Hə?.. (Rəflərə yaxınlaşaraq kitab götürüb açır.) Bu saat... Valentlik... Aha!.. Yox, hələ skleroz yoxdur! 1852-ci ildə! Skleroz yoxdu, amma hələ yoxdu də, hələ... Bir azdan gələcək. (Yamsılayır.) Tık-tık!.. Ey, kimya müəlliməsi, aç qapını, tez elə, mənəm, sklerozam, gəlmişəm!.. (Kitabı yerinə qoyub var-gəl edir.) Bəs atom, molekul və ekvivalentlik nə vaxt tamam dəqiqləşdi? 1860- cı ildə! Düzdür! Harada? Karlsrued Beynəlxalq Kimya Konqresində! İndi isə, de, görüm, spektral analiz nədir və onun... (Qəflətən səsini kəsərək iti addımlarla pəncərəyə tərəf gedib qışqırır.) Bəsdir! Nə qədər yağmaq olar! Bu qədər yağış olar!? Adamın ürəyi partlayır! Bəsdir!
     Pauza.
     Yaxşı... Sakit ol... İstəyirsən, kasset qoyum, çalsın, sən də oyna özünçün doyunca! Hə, yaxşı, istəmirsən, istəmə... Onda zəhmət çək, gözəl kimyanı təkrar elə... De, görüm, elementlərin dövri sistemi necə yarandı?
     Qapının zəngi çalınır.
     Mənim zəngimdi?
     Zəng bir də çalınır.
     Qapını bağlamışam? (Qapıya tərəf qışqırır.) Gəlirəm, ey gözəl qonşu! Ev kirayəsi, işıq pulu, su pulu yığanlardan başqa, mənim yeganə zəng vuranım sənsən, ey gözəl qonşu! Gəldim! (Qapıya yaxınlaşır.) Hə, bir də qaz pulu yığandan başqa! (Qapını açıb təəccüblə baxır.)
     Pauza.
     Siz kimi istəyirsiz?
     Qapı kəndarından səs. Salam...
     Q a d ı n. Salam... Sizə kim lazımdı?
     Qapı kəndarından səs. Məni tanımadız?
     Q a d ı n qapıya tərəf zəndlə baxaraq, geri addımlayır.
     G ə n c k i ş i otağa daxil olur.
     G ə n c kiş i. Tanımadız, hə, müəllimə?
     Kiçik pauza.
     Q a d ı n (diqqətlə gözlənilməz qonağa baxaraq). Kitab... Kitab? Sizsiz?.. Sənsən?
     G ə n c kiş i. Hə... Mənəm...
     Q a d ı n. Sən... sən... (Qonağın suyu süzülən saçlarına, islanmış kostyumuna baxaraq, heyrətlə.) Sən haradan gəlmisən?.. Nə münasibətlə?..
     G ə n c kiş i. Haçansa gəlməliydim də, bura... Axır ki, gəldim...
     Q a d ı n. Siz... sən lap suyun içindəsən ki!..
     G ə n c kiş i. Yağış yağır...
     Q a d ı n. Dayan, görüm... Axşam mən məktəbdən qayıdanda, bizim blokla üzbəüz səkidə dayanan sən idin?
     Gənc kişi. Hə...
     Q a d ı n. Siz... sən o vaxtdan elə orda dayanmısan?
     Pauza.
     Yağışın altında?
     Pauza.
     Dünən də, deyəsən, orda dayanmışdın... Sən idin? Hə?
     Pauza.
     Niyə?
     G ə n c kiş i. Ürək eləmirdim gəlim...
     Q a d ı n (təəccüblə). Ürək eləmirdin? (Əli ilə gicgahını tutur.) Vallah, heç nə başa düşmürəm... Keç içəri... Çıxar pencəyi...
     G ə n c k i ş i. Eybi yoxdur...
     Q a d ı n. Necə eybi yoxdur? Çıxar. Çıxar pencəyi. (Qapının yanındakı asılqandan paltarasanı götürüb ona uzadır.) Ala. As pencəyini.
     Gənc kişi pencəyini çıxarıb paltarasana keçirir və əlində tutur.
     As də... As burdan.
     Gənc kişi paltarasanı asılqandan asır.
     Keç, otur...
     Gənc kişi mizin arxasındakı stulda əyləşir.
     Üşüyürsən?
     G ə n c kiş i. Yox...
     Pauza.
     Tanıdız məni... Elə bilirdim, tanımayacaqsız...
     Q a d ı n. Tanıdım... Əlbəttə, tanıdım...
     G ə n c k i ş i. Bu qədər il keçib...
     Q a d ı n. Deyim də sənə... Düz on doqquz ildi, mən müəllimlik edirəm. Mən institutu qurtaranda, birinci dəfə sizin sinifə girəndə iyirmi iki yaşım var idi... Sən də həmin 10-cu sinifin şagirdi idin, deməli, on yeddi yaşın var idi...
     G ə n c k i ş i. Yox, on səkkiz. Mən məktəbə bir il gec getmişəm.
     Q a d ı n. Yaxşı, on səkkiz olsun... Hamı sənə «Kitab» deyirdi, çoxlu kitab oxuyurdun, ona görə... Həmin sinifdə bir sən idin çoxlu kitab oxuyan, bir də Cəfər. Famili nə idi? Əhmədov! Əhmədov Cəfər. İndi jumalistdir, özünə də təxəllüs götürüb: Cəfər Elsevər! Amma, yadımdadı, oxumaqda heç Cəfər də sənə çatmazdı! Sənin mütaliən bütün məktəbdə məşhur idi! (Onu başdan-ayağa diqqətlə süzür.) Yaxşı... Danış görüm!..
     G ə n c k i ş i. Nə danışım?
     Q a d ı n. Nə bilim, nə danışasan. Niyə gəlmisən? Bir sözün var ki, gəlmisən də!..
     Pauza.
     On səkkiz ildən sonra, birdən-birə, suyu süzülə-süzülə peyda olursan, özün də deyirsən ki, nə danışım?
     Yenə elə kitab oxuyursan?
     G ə n c k i ş i. İmkan olanda...
     Q a d ı n. İmkan az olur?
     G ə n c k i ş i (çiyinlərini çəkir). Belə də...
     Q a d ı n (hirslənir). A kişi, sən day şagird deyilsən ki, çiyinlərini çəkirsən?.. Dayan, görüm! (Gözlərini yumub fikirləşir.) Sənin bir anan var idi... Belə... gözəl bir qadın idi... saçlarına da xına qoyurdu... Düz deyirəm?
     G ə n c k i ş i. Hə...
     Q a d ı n. İndi, yəqin, bir az qocalıb, hə?
     G ə n c k i ş i. Vəfat edib...
     Q a d ı n. Bağışla... Allah rəhmət eləsin... Sən, deyəsən, tək övlad idin...
     G ə n c k i ş i. Hə, tək idim...
     Q a d ı n. Gərək ki... sənin atan da hələ o vaxt vəfat etmişdi... Ananla ikiniz idiz, hə?
     G ə n c k i ş i. Hə...
     Q a d ı n. Bəs, indi ailən, uşaqların?
     G ə n c k i ş i (başını bulayır). Yoxdur...
     Q a d ı n. İndiyəcən evlənməmisən?
     G ə n c k i ş i. Yox...
     Pauza.
     Q a d ı n. Mənə bax, mən kəlbətinlə bir-bir səndən söz dartıb çıxarmalıyam? Gecənin yarısı birdən-birə peyda olursan, özün də gah başını bulayırsan, gah da çiyinlərini çəkirsən! Nə sözün var? Nəyə gəlmisən bura? Bu yağışda, bu vaxt adam adamın evinə gələr? Bəlkə yatmışdım mən?
     G ə n c k i ş i. Siz həmişə gec yatırsız... İndi də görürdüm ki, yatmamısız...
     Q a d ı n (heyrət içində). Sən gecələr gəlib küçədən mənim işığıma baxırsan ki, nə vaxt yatıram?
     Pauza.
      (Birdən xatırlayaraq.) Dayan... Mən səni bir dəfə də görmüşdüm... Hə? Bu saat... Doxsanıncı illərin lap əvvəlləri idi... Metrodaydı, ya bazardaydı, haradaydı? Özü də, səni görəndə nəyəsə təəccüb elədim?.. Nəyidi?.. Yaxşı yadıma gətirə bilmirəm...
     G ə n c k i ş i. Doxsan ikinci ildə... Metroda. Siz metrodan çıxırdız, rastlaşdıq, salamlaşdıq. Mən formadaydım...
     Q a d ı n. Nə formada?
     G ə n c k i ş i. Hə, əsgər formasındaydım. Hosbitaldan çıxmışdım...
     Q a d ı n. Hosbitaldan?
     G ə n c k i ş i. Hə. Şuşadan məni Gəncə xəstəxanasına apardılar, ordan da Bakıya, hərbi hospitala gətirdilər.
     Q a d ı n. Şuşada döyüşürdün?
     G ə n c k i ş i. hə.
     Q a d ı n. Orda yaralandın?
     G ə n c k i ş i. Hə...
     Q a d ı n. Şuşa veriləndə sən ordaydın?
     G ə n c k i ş i. Yox. Hosbitaldan sonra məni Gədəbəyə göndərdilər.
     Pauza.
     Q a d ı n. Bayaq sən nəsə dedin axı... Nə dedin?
     Gənc k i ş i (çiyinlərini çəkir). Bilmirəm...
     Q a d ı n. Yenə çiyinlərini çəkir!.. Nə dedin bayaq? Hə, sən dedin ki, haçansa gəlməliydim bura... Belə dedin?
     G ə n c k i ş i. Hə...
     Q a d ı n. Bu nə demək idi, başa düşmədim?..
     Pauza.
     Mənə bax, keçmiş şagird, sən bura susmağa gəlmisən?
     Pauza.
     Yoxsa pencəyini qurutmağa gəlmisən?
     Pauza.
     G ə n c k i ş i (həyəcanla). Bu on səkkiz ildə mən... mən hər gün sizinlə danışmışam...
     Q a d ı n. Nə? (Heyrətlə.) Mənimlə danışmısan?
     G ə n c k i ş i. Hə...
     Q a d ı n. Harda?
     G ə n c k i ş i. Öz təsəvvürümdə...
     Pauza.
     Q a d ı n. Sən öz təsəvvüründə hər gün mənimlə danışmısan?
     G ə n c k i ş i. Hə...
     Q a d ı n. Niyə?
     G ə n c k i ş i. Ona görə ki...
     Q a d ı n. Hə, ona görə ki, nə?
     G ə n c k i ş i (çox həyəcanlı). Ona görə ki... Ona görə ki, mən sizi sevirəm...
     Pauza.
     Q a d ı n. Mənə bax, sən sərxoş-zad deyilsən?
     G ə n c k i ş i. Yox...
     Q a d ı n. Bir dəqiqə!.. Bir dəqiqə!.. (Ayağa qalxıb iki əli ilə də gicgahlarını tutub var-gəl edir.) Mən onuncu sinifdə sənə dərs demişəm... Sonra sən məktəbi bitirmisən... Mən, bir də səni görməmişəm... On il bundan qabaq, bir dəfə görmüşəm... Deyirsən ki, metroda rastlaşmışıq... Amma bütün bu müddət ərzində, yəni on səkkiz il sən hər gün özün özünlə danışmısan, daha doğrusu, öz təsəvvüründə mənimlə danışmısan... Çünki sən məni... (Gülür.) Çünki... çünki, demə, sən məni sevirmişsən...
     Pauza.
     Sən xəstə deyilsən?
     G ə n c k i ş i (ayağa qalxaraq pərt). Yox, mən xəstə deyiləm. Ona görə də mən bura gəlmək istəmirdim. Mən bilirdim ki, bu söhbət bir az dəli sayıqlamasına oxşaya bilər. Ancaq... (Sözünü yarımçıq kəsir.)
     Q a d ı n. Nə ancaq?
     G ə n c k i ş i. Ancaq baxır kiminçün!
     Pauza.
     Sağ olun. (Qapıya tərəf addımlayır.)
     Q a d ı n (arxadan diqqətlə ona baxaraq). Saçları nə vaxt ağartdın belə?
     G ə n c k i ş i (bir an ayaq saxlayaraq Qadına baxır). Heç xəbərim olmadı... (Gülümsəyir.) Bir də baxdım ki, ağarıb...
     Q a d ı n. Elə olur də... Adamın xəbəri olmur. Mən də birdən- birə gördüm ki, saçlarım ağarıb... (Əlini saçlarına aparır.) Rəngdi...
     G ə n c k i ş i. Sağ olun...
     Q a d ı n. Pencək suyun içindədi, onu necə geyəcəksən?
     G ə n c k i ş i. Suyun içindədi, içində deyil, bunun bir mənası yoxdur!..
     Q a d ı n. Yadıma gəlir... Sinifdə danışanda, həmişə böyük yazıçılardan sitatlar gətirirdin. İndi yenə sitatla danışırsan?
     G ə n c kiş i (gülümsəyir). Hərdən olur... Bağışlayın məni... Doğrudan da, gecənin yarısı ağılsız bir iş görmüşəm... Sağ olun...
     Q a d ı n. Sağ ol...
     Gənc kişi əlini uzadıb qapını açmaq istəyir.
     Sən gərək məni başa düşəsən!
     G ə n c k i ş i. Mən sizi başa düşürəm. Ancaq mən də dəlixanadan qaçıb gəlməmişəm. Belə olsaydı... (Sözünüyarımçıq kəsir.)
     Q a d ı n. Bu nə adətdi e, səndə? Sözünü niyə yarımçıq kəsirsən? Belə olsaydı, nə?
     G ə n c k i ş i. Belə olsaydı... onda hər şey çox primitiv olardı...
     Q a d ı n. Primitiv olardı? (Gülümsəyir.) Çox dərindən gedirsən!.. Sən həmişə beləsən, yoxsa, indi bir sözdü, deyirsən?
     G ə n c k i ş i. Bilmirəm... Ancaq istəyirəm, siz biləsiz ki, mən nə sərxoşam, nə də xəstə!..
     Q a d ı n. Aha!.. Sözlərim xətrinə dəyib!.. Gözlənilməz gecə qonağımız pərt olub!.. (Bir az çılğın.) Bəs, səncə, mən nə fikirləşməliyəm? Gecə, yaraşıqlı bir oğlan... saçları vaxtsız ağarmış bir oğlan... Nuh-Nəbinin dövründə mənim şagirdim olmuş bir oğlan... birdən-birə peyda olur ki, on səkkiz ildir mən özüm özümlə... mən öz təsəvvürümdə hər gün sizinlə danışmışam... və... və mən sizi sevirəm!.. (Gəzişir.) Aləmdi, vallah!..
     G ə n c k i ş i. Mən sizi başa düşürəm. Buna görə də mən gəlmək istəmirdim... Ancaq daha mümkün deyildi... Mən daha özümlə bacara bilmirdim. İnsan nə qədər özü özünə təzyiq edə bilər!? İnsan nə qədər öz hisslərini cilovlayar!?
     Q a d ı n. Yeniyetmə vaxtı, adam çox aşiq ola bilər. Mən də Rac Kapura aşiq olmuşdum, nə olsun!? Keçib-gedir də...
     G ə n c k i ş i. Görünür, həmişə keçib-getmir... Sağ olun...
     Q a d ı n. Vallah, heç bilmirəm ki, nə deyim?..
     G ə n c k i ş i. Başa düşürəm... (Seziləcək bir sarkazm ilə.) Mənim gecə yarısı bura gəlməyim... bu yağış... mənim bu sözlərim absurd pyeslərə oxşayır...
     Q a d ı n. Absurd pyeslərə... Yadıma düşür, o zaman da belə intellektual danışırdın. Bəzən sinifdəkilər səni başa düşmürdü...
     G ə n c k i ş i. Adamı başa düşmək çətin işdi... (Qapını açır.) Sağ olun...
     Q a d ı n. Hara gedirsən?
     G ə n c k i ş i. Bunun da mənası yoxdur...
     Q a d ı n. Dayan görüm. (Var-gəl edərək, elə bil, öz-özü ilə danışır.) Vallah, elə bil, bu saat kimsə mənim qulağıma pıçıldayır ki, sənin heç getməyə də bir yerin yoxdu... (Gənc kişiyə.) Hə?
     G ə n c k i ş i. Dünya genişdir...
     Pauza.
     Q a d ı n. Bilirsən, nə var? Pencəyi qoy yerinə, gəl, otur bura- da.
     G ə n c k i ş i. Mən gedirəm...
     Q a d ı n (əli ilə mizin arxasındakı stulu göstərir). Gəl otur! Özün də danış! Nə başını bula, nə də çiyinlərini çək! Danış görüm, sən... sən... sən kimsən?
     Pauza.
     Sonra Gənc kişi pencəyi yenə asılqandan asır.
     Dedim ki, gəl otur!
     Gənc kişi gəlib bayaqkı yerində oturur.
     Hə, başla, görüm!
     G ə n c k i ş i. Nə başlayım?
     Q a d ı n. Axı, sən kimsən?
     G ə n c k i ş i (gülümsəyir). Bəyəm, dünyada elə adam var, axıracan özünü tanısın ki, o, kimdir?
     Q a d ı n. Yox! Yox! Bu olmadı! Bilirsən, şərti belə kəsirik səninlə! İntellektual sözləri qoyursan bir kənara! Mənimlə çox sadə danışırsan, bildin?! İndi, de, görüm, sən kimsən?
     Pauza.
     Bayaq mən düz deyirdim?
     G ə n c k i ş i. Nəyi?
     Q a d ı n . Sənin getməyə bir yerin yoxdu, hə! Düz deyirdim?
     G ə n c k i ş i (başı ilə təsdiq edərək güclə). Düz deyirdiz...
     Q a d ı n (əsəbi). Niyə axı? Niyə? Nə olub? Sənin başına nə qəzavü-qədər gəlib? Bu dünya niyə belə qəddar olub səninlə?
     Pauza.
     Yaxşı... Sən bizim məktəbi bitirdin. Belədir?
     G ə n c k i ş i. Hə.
     Q a d ı n. Sonra?
     G ə n c k i ş i. Sonra universitetə girdim... Filologiya fakültəsinə...
     Q a d ı n. Cəfər Elsevərlə bir yerdə? O da universitetin filologiyasını bitirdi. İndi, buyur, Bakının beş məşhur jurnalisti varsa, biri odur!
     G ə n c k i ş i. Hərənin bir taleyi var...
     Q a d ı n. Sən taleyə inanırsan?
     Pauza.
     Yaxşı... İnansan da, inanmasan da, tale, taledir! Deyəsən, mən də səfeh fəlsəfəçiliyə başladım!.. Deməli, universiteti bitirdin...
     Gənc kişi. Yox, bitirmədim...
     Q a d ı n. Niyə?
     G ə n c k i ş i. Çünki... Həbs olundum...
     Q a d ı n (heyrətlə). Həbs olundun? Nəyə görə?
     G ə n c k i ş i. Bu barədə danışmaq istəmirəm...
     Q a d ı n. Yox, necə yəni danışmaq istəmirəm? Birdən-birə gə1ib çıxmısan bura, indi zəhmət çək, hər şeyi danış! Mən bi1mə1iyəm! Əgər, sən mənim yanıma gə1misənsə, onda, mən hər şeyi bi1mə1iyəm! Bi1mə1iyəm ki, niyə... nə üçün... niyə bu həyatda səninki be1ə gətirməyib? Axı, diribaş idin, hamıdan qat-qat artıq müta1iən var idi, savad1ıydın, hesab1a, sənin gözə1 perspektiv1ərin var idi... Amma, gətirməyib, hə, səninki, düz başa düşürəm mən?
     G ə n c k i ş i. Yəqin...
     Q a d ı n. De görüm, nə üçün səni həbs etdi1ər?
     G ə n c k i ş i. Mənim1ə bir qız oxuyurdu...
     Q a d ı n. Hə? Çəkinmə də, danış... Nə o1du? Sənin1ə bir qız oxuyurdu...
     G ə n c k i ş i. Kimsəsiz, təmiz, ça1ışqan bir qız idi.
     Q a d ı n. Gözə1 idi?
     G ə n c k i ş i. Hə...
     Q a d ı n. Sonra?
     G ə n c k i ş i. Bizim professor var idi, həm də kafedranın müdiri idi... Oğ1u var idi onun... Həmin qızı təqib edirdi... Maşınını sürüb gə1ib dayanırdı universitetin qabağında... Qıza göz verirdi, işıq vermirdi. Qız ondan qorxurdu... Məndən kömək istədi... Mən də...
     Pauza.
     Q a d ı n. Mənə bax! Birdən sən qati1 o1arsan ha?!
     G ə n c k i ş i (gülümsəyir). Yox, qati1 deyi1əm... Da1aşdıq onun1a...
     Q a d ı n. Bir söz1ə, onu döydün! (Gizli bir rişxəndlə.) Be1ə çıxır ki, sən rıtsarsan! Hə?
     G ə n c k i ş i (incimiş). Siz dediz, danış, mən də danışdım...
     Q a d ı n. Sən həmişə be1ə tez inciyirsən? Yaxşı... O harın1amış oğ1anı əzişdirdin, 1ap yaxşı da e1ədin! E1ə buna görə həbs etdi1ər səni?
     G ə n c k i ş i. Bir az əzi1mişdi... Atası məni universitetdən çıxartdırdı, prokuror1uğa şikayət e1ədi, sonra da məni tutub dörd i1 iş verdi1ər...
     Q a d ı n. Bəs, qız demədi ki, iş nə yerdədi?
     G ə n c k i ş i. Yox...
     Q a d ı n. Niyə?
     G ə n c k i ş i. Qız üzümə durdu ki, təqsir məndə o1ub...
     Q a d ı n. Yazıq qız... Qorxudub1ar da onu...
     G ə n c k i ş i. Yəqin...
     Q a d ı n. Sonra nə o1du?
     G ə n c k i ş i. Həbsxanadan çıxandan sonra, burda qa1a bi1mədim. Getdim Sibirə, Tomsk vi1ayətinə... Ko1paşovo rayonunda ba1ıq kombinatında işə girdim...
     Q a d ı n. Ba1ıq kombinatında? Nə işinə?
     G ə n c k i ş i. Fəh1ə... Tomsk universitetində təzədən imtahan verdim, qəbu1 o1undum, qiyabi... Ancaq sonra burda Qarabağ hadisə1əri baş1adı... Orda qa1a bi1mədim, qayıtdım... Birbaşa cəbhəyə getdim... Sonra hosbita1... Sonra yenə cəbhə... Əsgər1ik... Keçən ay hərbi xidmətdən azad o1undum... Be1ə də... Bu da mənim həyatım!
     Pauza.
     Q a d ı n. Anan nə vaxt vəfat etdi?
     G ə n c k i ş i. Mən həbsxanada o1anda...
     Pauza.
     Q a d ı n. Ba1ıq kombinatında fəh1ə... Orda, o Ko1paşovo deyirsən, nədi, orda şaxta neçə dərəcə o1urdu?
     G ə n c k i ş i. Ə11i beş-a1tmış dərəcə...
     Q a d ı n. Hə, dostum... Həyatın e1ə də uğur1u o1mayıb...
     G ə n c k i ş i. Ancaq bundan da pis o1a bi1ərdi...
     Q a d ı n. Bundan da pis? Başa düşmədim... Nə demək istəyirsən?
     G ə n c k i ş i. Demək istəyirəm ki... (Get-gedə, elə bil, qızışır.) Siz o1masaydınız, hər şey bitəcəkdi! Bə1kə də bu, pis kitab1ardakı kimi səs1ənir, ancaq, qoy o1sun, bu həqiqətdi! O1a bi1sin ki, bu maniaka1 bir bağ1ı1ıqdı mənim başımda, bi1mirəm! Ancaq o1anı budur! Siz o1masaydınız, mən sınacaqdım! Məhv o1acaqdım! Ancaq mən sizi fikir1əşirdim, hər dəfə sizi göz1ərimin qabağına gətirirdim, sizdən güc a1ırdım!..
     Q a d ı n (əsəbi). Bəsdir! Mənim be1ə söz1ərdən xoşum gə1mir!
     G ə n c k i ş i. Mən həqiqəti deyirəm.
     Q a d ı n. Lazım deyi1! (Pəncərəyə yaxınlaşıb şüşədən eşiyə baxır.) Gör necə yağır!.. (Gənc kişiyə tərəf çönür.) Bəs, sənin qohumların, yaxınların?
     G ə n c k i ş i. Mən heç kimi görmək istəmirəm!
     Q a d ı n. Belə çıxır ki... indi... gecəni burda qalmaq fikrindəsən?..
     G ə n c k i ş i (ayağa qalxır). Yox, mən gedirəm.
     Q a d ı n. Hara gedirsən?
     Pauza
     Bilmirəm, vallah, nə deyim?.. (Yenə pəncərə şüşəsindən eşiyə baxır.) Bu yağışın altına atmayacağam ki, səni... (Gəlib dolabdan yastıq, adyal çıxarır.) Ala. Get, mətbəxdə özünə yer düzəlt, yat... Səhər özünə bir çarə qılarsan! Eşidirsən? İndi, get mətbəxə. Qapını da ört!
     Gənc kişi tərəddüd içində yastığı, adyalı qadından alıb dayanır.
     Get, get mətbəxə.
     Pauza
     Get də, deyirəm!.. Mən yatmaq istəyirəm!..
     Gənc kişi mətbəxə keçir.
     Q a d ı n ayaq üstə bir müddət onun ardınca baxır.
     İşıq sönür.

ÜÇÜNCÜ ŞƏKİL


     Q a d ı n, G ə n c k i ş i.
     Q a d ı n ı n mənzili. Gecə. Həmin otaqdır, ancaq səhnənin sağ küncündə mətbəxin də bir hissəsi görünür.
     Səhnə qaranlıqdır.
     Q a d ı n otaqdakı divan-çarpayıda uzanıb.
     G ə n c k i ş i mətbəxdə, kətilin üstündə oturub siqaret çəkir.
     Q a d ı n, əynində gecə köynəyi, qalxıb yerində oturur və bir müddət yağışm səsinə qulaq asır. Sonra yenə uzanır.
     Ümumi sükut içində yalnız şıdırğı yağışın səsi eşidilir.
     Gənc kişi siqareti söndürür.
     Q a d ı n yenə qalxıb yerində oturur, sonra durub pəncərəyə tərəf gəlir və şüşədən eşiyə baxır.
     Gənc kişi qalxıb mətbəxlə otağın qapısı ağzında dayanır. Sonra qapını açıb otağa girir və dayanıb Q a d ı n a tərəf baxır.
     Pauza.
     Gənc kişiQadına tərəf yaxmlaşır və onun bir addımlığında da- yanır.
     Q a d ı n başını pəncərə şüşəsindən çəkir və əlbəttə, bilir ki, G ə n c k i ş i arxada dayanıb. Pauza.
     Gənc kişi əlini Q adının çiyninə qoyur.
     Q a d ı n (həyəcan və təlaşla). Yox!.. Yox!..
     Gənc kişi o biri əlini də Q a d ı n ı n çiyninə qoyur və qadını özünə tərəf çəkir.
      (Ona sarı çevrilərək.) Yox!.. Yox!..
     G ə n c k i ş i. Sənsiz mənim üçün həyat yoxdur! Bu əclaf dünyada səndən başqa mənim heç kimim yoxdur! (Onu qucaqlamaq istəyir.)
     Q a d ı n (iki əlilə də Gənc kişini özündən uzaqlaşdırmaq istəyir). Yox!.. Yox!.. (Birdən-birə Gənc kişini qucaqlayır.) Bu qədər illər boyu sən haradaydın?!
     İşıq sönür.

DÖRDÜNCÜ ŞƏKİL


     Q a d ı n, G ə n c k i ş i.
     Q a d ı n ı n mənzili. Axşam. G ə n c k i ş i mizin arxasında əyləşib.
     Q a d ı n mətbəxdən çay gətirir.
     Q a d ı n (çayı Gənc kişinin qarşısına qoyaraq). Sən heç bilirsən nə eləmisən?
     G ə n c k i ş i (ehtiyatla). Nə eləmişəm?
     Q a d ı n. Sən həyatı mənə sevdirmisən!
     G ə n c k i ş i (gülümsəyir). Dostoyevski deyirdi ki, həyatın özünü daha artıq sevmək lazımdır, nəinki həyatın mənasını... Mən...
     Q a d ı n (onun sözünü kəsərək). Bilmirəm, sənin Dostoyevskin nə deyirdi, nə demirdi, amma mən səhər yuxudan dururam, sevinirəm ki, yaşayıram! Başa düşürsən? (Onunla üzbəüz mizin arxasında əyləşir.) Yox, bunu heç kim başa düşə bilməz!.. Sən də!
     G ə n c k i ş i. Mən də?
     Q a d ı n. Hə, sən də! Bax, mən indi oturub sənə baxıram, hə? Nə qədər də istəsəm, baxaram! Baxaram, yoxsa baxmaram?
     G ə n c k i ş i (gülür). Baxarsan...
     Q a d ı n. Amma bu otaqda heç vaxt belə şey olmayıb! Bu otaqda mən həmişə bilirsən hara baxmışam?
     Kiçik pauza.
     Bax, bura! (Barmağını uzadıb divarı göstərir.) Divara! Divara baxmışam! Sən bunu başa düşə bilərsən? Ömrümdə məndə belə şey olmamışdı! Ömrümdə heç vaxt səhər yuxudan duranda, ürəyimdən keçməmişdi ki, nə yaxşı ki, mən varam! Nə yaxşı ki, dünya var! Heç vaxt! Uzun sözün qısası, bilirsən, nə var? (Sözləri heca-heca tələffüz edir.) Mən ya-şa-yı-ram!..
     Kiçik pauza.
     Bir az gurultulu səslənir, hə? (Gülür.)
     G ə n c k i ş i. Yox...
     Q a d ı n. Səslənsin də, neyləyim?.. Bu, həqiqətdi, necə səslənir, qoy elə də səslənsin! Mən daha bayquş kimi tək oturub dəftərləri yoxlaya-yoxlaya şagirdlərlə danışmıram! Sənin xəbərin var?
     G ə n c k i ş i. Nədən?
     Q a d ı n (ayağa qalxıb gəzişərək). Sən bilirsən Əhmədəliyev kimdir?
     G ə n c k i ş i. Əhmədəliyev? Əlbəttə, bilirəm! Vergi naziri.
     Q a d ı n (ürəkdən gülür). Yox, canım!.. Bəs, Məmmədli?
     G ə n c k i ş i. Ştanqçı! Dünya çempionatında gümüş medal al- dı!
     Q a d ı n (daha da bərkdən gülür). Yox!.. Yox!.. Bəs, Həsənzadə?
     G ə n c k i ş i. Onu day, hamı tanıyır! Gömrükdə işləyir!
     Q a d ı n. Harada?
     G ə n c k i ş i. Gömrükdə.
     Q a d ı n (uğunur). Həsənzadə gömrükdə işləyir? Anasının qulağından iraq!.. Yox!.. Yox!.. Bunlar, bilirsən, kimlərdi? Mənim şagirdlərimdi!
     G ə n c k i ş i (gözləri bərəlir). Nə?
     Q a d ı n. Hə! Hə! Bilirsən, mən axşamlar, bax, burada (Ona yaxınlaşır.), sənin yerində oturub dəftərləri yoxlayırdım, özüm də bərkdən şagirdlərlə danışırdım. (Gülür.) Qiyabi! Mənim qonşum var, yaxşı arvaddı, əri də polisdi...
     G ə n c k i ş i. Polisdi?
     Q a d ı n. Hə. O arvad gəlib görəndə ki, şagirdlərlə bərkdən danışıram, elə bilirdi, mənim başım, bir az, o söz!.. (Barmağı ilə gicgahını göstərib ora-bura tərpədir.)
     G ə n c k i ş i. Doğru deyirsiz?
     Q a d ı n. Yenə «siz»?
     G ə n c k i ş i. Bağışlayın... Bağışla!
     Q a d ı n. Sən hərdən mənə «siz» deyəndə, bilmirəm niyə, amma ürəyimə toxunur...
     G ə n c k i ş i. Bağışla... O məndən asılı deyil ki... Onuncu sinifdə siz... sən bizim sinif otağına girəndə, mən həmişə özümü itirirdim... Sən həm mənim müəllimim idin, həm də... həm də mənim dünyada ən çox sevdiyim bir insan idin!.. Gecələr mən yerimə girirdim, yuxuya gedə bilmirdim, sən həmişə mənim gözlərimin qabağında olurdun... Mən, düzdü, çox kitablar oxuyurdum, ancaq bizim məhəlləmiz - mənim yaşadığım küçə - hər bir şərait yaradırdı ki, mən narkoman olum, mən cibgir olum, ancaq o saat səni fikirləşirdim, sən gəlirdin gözümün qabağına, deyirdim, yox... məni... məni haçansa sevəcəyini arzuladığım, çox arzuladığım bir insan var! Mən beynimdə elə bir tamaşa qurmuşdum ki, orada... mən hər şey edirdim ki, sən də... məni sevəsən! Gülməlidi, hə?
     Q a d ı n (gülür). Nə bilim? Dünya sirri-xudadı!..
     G ə n c k i ş i. Bilirsən, mənim beynimdəki o aləmin içində mənim sevdiyim, bu sevgiylə qürurlandığım, forslandığım bir qız var idi, bir varlıq var idi, o - sən idin! Mən nə edirdimsə, fikirləşirdim, mənim fikrimdə, içimdə, xəyalımda o insan - sən, nə deyəcəksən? Buna necə baxacaqsan? Birdən iyrəndin məndən? Birdən çiyrildin məndən? Birdən nifrət elədin mənə? Sonra mən məktəbi qurtardım. Universitetə girdim. Ancaq sən mənim içimdə idin! Mən səni fikirləşirdim, səni düşünürdüm! Sonra... sonra başıma min cürə qəzavü-qədər gəldi, ancaq mən eləcə səni fikirləşirdim, səni düşünürdüm!.. Özümü, bilirsən, bəlkə indi birtəhər çıxır, sənə layiq... yəni bilirsən, daxilən sənə layiq aparmaq istəyirdim...
     Pauza.
     Q a d ı n. Bəs, sən onda hardaydın, ay axmaq?
     Kiçik pauza.
     G ə n c k i ş i. Həyatın girdabında!
     Kiçik pauza.
     Q a d ı n (mütəəssir). Sən istəyirsən ki, mən ağlayım?
     G ə n c k i ş i. Yox...
     Q a d ı n. Onda, bilirsən, nə var? Özünü yaxşı apar!
     G ə n c k i ş i. Ancaq indi bilirsən mən nə istəyirəm?
     Q a d ı n. Xeyr, bilmirəm!
     G ə n c k i ş i. Mən səni öpmək istəyirəm!
     Q a d ı n. Axı, sən inanmırsan ki, mən axşamlar, bax, orda, sənin yerində oturub o gözəl şagirdlərimlə danışırdım. Təkcə şagirdlərimlə yox e!.. Biri var, hərdən onun anasıyla da danışırdım! Həsənzadənin anasıyla! İnanmırsan?
     G ə n c k i ş i. Bilirsən, nə var?
     Q a d ı n. Nə?
     Kiçik pauza.
     G ə n c k i ş i (təsirlənmiş). Sən çox yaxşı adamsan...
     Kiçik pauza.
     Q a d ı n (onun boynunu qucaqlayır). Mənim əzizim! Sən haradan peyda oldun? Səni kim göndərdi bura? Sən bilirsən haradan gəlib çıxmısan? Yox, sən bilmirsən! Amma mən bilirəm! (Barmağını pəncərəyə tərəf uzadır.) O! O, göndərib səni bura! Səni mənim ulduzum göndərib!..
     G ə n c k i ş i. Sənin ulduzun?
     Q a d ı n. Hə!
     Gənc kişi təəccüblə çiyinlərini çəkir.
     Sənin heç ulduzun olmayıb?
     G ə n c k i ş i. Necə ulduzum?
     Q a d ı n. Yəni sən yeniyetmə vaxtı heç özünə ulduz seçməmisən?
     G ə n c k i ş i. Göydəki ulduzları deyirsiz?
     Q a d ı n. Yenə «siz»?
     G ə n c k i ş i. Bağışla... Söhbət göydəki ulduzlardan gedir?
     Q a d ı n. Əlbəttə! Yerdəki ulduzlarla mənim nə işim?
     G ə n c k i ş i. Mən göydəki ulduzlarla nə etməliydim ki?
     Q a d ı n. Sən onlarla söhbət etməliydin! Eləməmisən?
     G ə n c k i ş i. Yox..
     Kiçik pauza.
     Q a d ı n. Əlbəttə, sən igid idin, qorxmaz idin, yaraşıqlı idin, sənin nəyinə lazım idi özünə ulduz seçəsən?! Amma mənim ulduzum var idi... O vaxtlar iki otağımız var idi. Atamla anam bir otaqda yatırdı. Mən yatan o biri otağın balaca bir eyvanı var idi. Gecə atamla anam yatandan sonra, mən o balaca eyvana çıxırdım. Özümə seçdiyim o ulduzu bir elə ulduzun arasından o saat tapırdım. Otururdum eyvanda, başlayırdım onunla söhbət eləməyə. Gələcəyin gözəl xəyallar aləminə girirdik... Rəhmətlik atam, bilirsən nə fikirləşirdi? Hərdən oyanıb məni o balaca eyvanda görəndə, elə bilirdi ki, mən eyvanda, ay işığında dərs hazırlayıram. Elə bilirdi, otaqda işığı söndürürəm ki, onlar rahat yatsın. Yuxulu-yuxulu gəlib məni qucaqlayırdı, «Gəl, yat»- deyirdi... (Gözlərini yumur.) Sən niyə məni vadar eləyirsən, bunları danışım? Ağlayaram ha!..
     G ə n c k i ş i. Mən istəmirəm ki, sən ağlayasan...
     Q a d ı n. Amma ağlamaq da, düz deyirlər, hərdən yüngülləşdirir adamı... Amma mən çox pisəm!
     G ə n c k i ş i. Niyə?
     Q a d ı n. Çünki mən ağlaya bilmirəm... Yaxşı... Ey sevimli insan! Deməli, sənin ulduzun yox idi?!
     G ə n c k i ş i. Yox...
     Q a d ı n. Amma mənimki var idi! 0nu yenə hərdən görürəm, amma məndən qaçır... Qaçırdı... İndi gərək mənim o gözəl ulduzuma deyim ki, daha məndən qaçmasın! 0 gözəl ulduzum gözlədi, gözlədi, gözlədi, axırda da bilirsən neylədi? Səni, mənim əzizim, səni göndərdi bura! (Gülür.) Əlbəttə, sənin bundan xəbərin yoxdu... Bəs, sənin nədən xəbərin var? Hə? De, görüm!
     G ə n c k i ş i. 0ndan xəbərim var ki, məni tale sənin yanına gətirdi...
     Kiçik pauza.
     Q a d ı n. Mənim taleyim, yoxsa sənin taleyin?
     G ə n c k i ş i (ayağa qalxır). İkimizin də! (Onu qucaqlayır.) İkimizin də!
     Q a d ı n. Elə bil, bir az birtəhər səslənir...
     G ə n c k i ş i. Sən demirsən, qoy necə səslənir, səslənsin!?
     Q a d ı n. Mənim əzizim!.. Mənim sevgilim!.. Mən haçansa heç ağlıma gətirərdim ki, kiməsə «mənim sevgilim» deyəcəyəm? Bu dəhşətdi e!.. İndi də fikirləşəndə tüklərim biz-biz durur!.. Hə? Mənim sevgilim! Mənim sevgilim! Mənim sevgilim!.. Nə yaxşı ki, sən o yağışlı gecədə çıxıb getmədin! Sən onda «sağ ol» deyib getmək istəyəndə, mənim ürəyim döyünməyə başladı ki, indicə çıxıb gedəcəksən... «Bəs, sonra necə olacaq?» - deyirdi beynim, nə bilim, ürəyim, bütün varlığım. «Sonra? Bəs sonra?»
     G ə n c k i ş i. 0 «sağ ol»dan sonra mənim də ürəyim döyünürdü ki, saxlayacaqsan məni, yoxsa, yox? Sən məni saxladın!
     Q a d ı n. Əlbəttə, mən saxlamalı idim səni! Əlbəttə! Bilirsən, mən ki, səhər dururam ha, mən ki, sevinirəm ha, mən ki, deyirəm e, yaşayıram, bax, onda, sən mənim gözlərimin qabağında olursan! Bildin! Hə? (Onu öpür.) Bildin, yoxsa yox? Hə?
     G ə n c k i ş i. Hə.
     Q a d ı n. Bərkdən de!
     G ə n c k i ş i (qışqırır). Hə! Hə! Hə!
     İşıq sönür.

BEŞİNCİ ŞƏKİL


     Q a d ı n, Q o n ş u q a d ı n.
     Blokda Q a d ı n ı n yaşadığı mənzilin çöl qapı meydançası. Günorta. Sol tərəfdə Q a d ı n ı n mənzilinin qapısıdır. Sağ tərəfdə isə qonşuların mənzilinin qapısıdır. Q a d ı n dodaqaltı zümzümə edərək tələsik pilləkənləri qalxır və çantasından çıxartdığı açarla qapısını açır. Qonşu qadın əlində yekə bazar zənbili, öz qapılarından çıxır.
     Q o n ş u q a d ı n. Salam, məlimə!..
     Q a d ı n. Salam! Salam! Necəsən?
     Q o n ş u q a d ı n (dərindən köks ötürərək zənbili göstərir). Birtəhər dolanırıq də...
     Q a d ı n. Sən bu mahnını bilirsən? (Oxuyur.)
     Faytonçuyam, bəxtim qara...
     Minən deyir, sür bulvara!..
     Bilirsən?
     Q o n ş u q a d ı n (təəccüblə). Yox...
     Q a d ı n. Faytonçunun bəxti niyə qara olur? Hə? Əvvəla, bu cür gözəl bir melodiya! (Oxuyur.)
     Faytonçuyam, bəxtim qara...
     Minən deyir, sür bulvara!..
     İkincisi, fayton! Gözəl atlar! Bulvar! Dəniz! Hə? O faytonçuya deyən lazımdı ki, ay axmaq, niyə sənin bəxtin qara olur!?
     Q o n ş u q a d ı n. A-a-a... Məlimə, demək də olmur... Sən... sən belə, birtəhər olmusan, e...
     Q a d ı n. Bəs sənin xəbərin yoxdu?
     Q o n ş u q a d ı n. Nədən?
     Q a d ı n. Bilmirsən?
     Q o n ş u q a d ı n. Yox...
     Q a d ı n (gülür). Bəs, sən necə qonşusan?
     Q o n ş u q a d ı n (həyəcanlı). Nə olub ki?
     Kiçik pauza.
     Q a d ı n. Mən xoşbəxt olmuşam də!
     Q o n ş u q a d ı n. A-a-a!..
     İşıq sönür.

<< 1 / 2 / 3 >>

Bölmə: Azərbaycan ədəbiyyatı | Əlavə edildi: azerhero (31.07.2014) | Müəllif: R.C E W
Baxış: 1359 | Reytinq: 3.0/6
Bütün rəylər: 0
omForm">
avatar

Kitablar — zamanın dalğaları ilə səyahət edən və nəsildən-nəslə öz qiymətli yükünü ehtiyatla aparan fikir gəmiləridir.

- Frensis Bekon

Son 90 gün ərzində kitab oxumamaqdan daha pisi kitab oxumadığına görə narahat olmamaqdır.

- Cim Ron

Kitabları yandırmaqdan daha pis şey onları oxumamaqdır.

- Rey Bredberi

Yaxşı kitab aysberqə oxşayır, onun yeddi-səkkiz hissəsi suyun altında gizlənib.

- Ernest Heminquey

Kitablarım mənə çatacaq qədər böyük bir krallıqdır.

- Shakespeare

Mən, kitablarımı yaratmadan əvvəl, kitablarım məni yaratdılar.

- Montaigne

Kitabsız yaşamaq; kor, kar, dilsiz yaşamaqdır.

- Seneca

Bu günün gərçək universiteti, bir kitabxanadır.

- Carlyle

Kitab, tək ölümsüzlükdür.

- Rufus Choate

Exlaqa uyğun ya da zidd kitab deyə bir şey yoxdur. Kitablar ya yaxşı yazılmışdır, ya da pis. Hamısı bu qədər!

- Oscar Wilde

Ümidlə açılıb qazancla bağlanan bir kitab, yaxşı bir kitabdır.

- Alcott

Kitablar, itmiş başların abidələridir.

- Sir William Dave

Kitablar, heç solmayacaq bitkilərdir.

- Herrick

Kitab heç aldatmayan bir yoldaşdır.

- Guilbert De Pixrecourt

Axmaqlarla oturub-durmaqdansa , kitabla tənha oturmaq yaxşıdır.

- Qasım bəy Zakir

İnsan güc ilə yox, mütaliə etməklə ağıllanır.

- C.Bruno

Az bildiyini başa düşmək üçün çoxlu oxumaq lazımdır.

- Mişel Monten

Kitablar özünüzə və başqalarına hörmət etməyi öyrədəcək, ürəyi və ağlı, dünya və insanlıq sevgisiylə dolduracaq.

- Maksim Gorki

Kitab həyatın ən uzaq və qaranlıq yollarında insana işıq bəxş edən əfsanəvi çıraqdır

- A.M.Upit

BAKI QIZLAR UNİVERSİTETİ
1992-ci ildə təsis edilən və həmin vaxtdan da fəaliyyətə başlayan Bakı Qızlar Universitetinin (əvəllər Bakı Ali Pedaqoji Qızlar Seminariyası adlanırdı) yaradılmasında məqsəd respublikada qadın pedaqoji kadrlar yetişdirmək, onların intellektual səviyyəsini yüksəltmək və gənc qızları ailə həyatına hazırlamaqdan ibarətdir. Hazırda universitetdə "Sosial pedaqoji” və "Filologiya-tarix” fakültələri fəaliyyət göstərir. "Sosial pedaqoji” fakültədə "Təhsildə sosial-psixoloji xidmət”, "Psixologiya”, "Coğrafiya müəllimliyi”, "ibtidai sinif müəllimliyi”, "Məktəbəqədər təlim və tərbiyə”, "Riyaziyyat və informatika müəllimliyi”, "Filologiya-tarix” fakültəsində isə "Xarici dil (ingilis) müəllimliyi”, "Azərbaycan dili və ədəbiyyat müəllimliyi”, "Tarix müəllimliyi”, "Jurnalistika” üzrə bakalavr, "İbtidai sinifdə tədrisin metodika və metodologiyası”, "Pedaqogika nəzəriyyəsi və tarixi”, "Azərbaycan ədəbiyyatı”, "Azərbaycan dili”, "Azərbaycanın yeni və ən yeni tarixi” sahəsində magistratura səviyyəsində kadr hazırlığı aparılır.
Bakı Qızlar Universiteti Nazirlər Kabinetinin 1996-cı il fevralın 21-də 21 saylı sərəncamı ilə dövlət qeydiyyata alınmışdır. 2013-cü ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin lisenziya komissiyası BQU-nun çoxilli fəaliyyətinin, onun yüksək maddi-texniki bazasının, infrostrukturunun, təlim-tərbiyə sisteminin Azərbaycan Respublikası təhsil Qanununa Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Ali təhsil Müəssisələrinin fəaliyyətinə xüsusi razılıq (lisenziya verilməsi haqqında qərarına, Azərbaycan Respublikası Təhsil Nazirliyinin sənədlərinə uyğn qurulduğunu, pedaqoji kadrların hazırlanmasında əldə olunmuş nailiyyətlərini nəzərə alaraq universitetin fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsini məqsədəuyğun hesab etmişdir. Eyni zamanda 2013-cü ildə universitet akreditasiyadan keçmişdir. Universitetdə müxtəlif fənnlər üzrə kabinetlər, dörd kopüter otağı, kitabxana, badii yaradıcılıq studiyası, tələbə elmi cəmiyyəti, Tələbə Gənclər təşkilatı, dörd dərnəklər, nəşriyyat, idman zalı, yeməkxana, kadrlar şöbəsi və mühasibatlıq fəaliyyət göstərir.
Learn more