Əsas » Məqalə » Dünya ədəbiyyatı

Uilyam Şekspir-Maqbet-3
<< 1 / 2 / 3 / 4 >>

DÖRDÜNCÜ SƏHNƏ


    Sarayda mərasim salonu. Süfrə açılıb. Maqbet, Ledi Maqbet, Ross, Lenoks, lordlar ve məiyyət daxil olurlar.
M a q b e t.
    Xahiş eyləyirəm, rütbəyə görə
    Keçib yerinizdə əyləşəsiniz.
    Hamınız məclisə xoş gəlmisiniz!
L o r d 1 a r.
    Təşəkkür edirik, böyük hökmdar.
M a q b e t.
    Adicə, sadəcə ev sahibi tək
    Sizin yanınızda əyləşim gərək.
    Qalsın öz taxtında ev sahibəsi.
    Bir azdan biz ondan rica edərik,
    Lütf edib o açar bu ziyafəti.
L e d i M a q b e t.
    Mənim əvəzimə siz başlayınız,
    Qəlbən deyirəm ki, dostlar xoş gəlib.
    Birinci qatil qapı ağzında görünür.
M a q b e t (L e d i M a q b e tə).
    Gör, onlar necə de baxışlarıyla
    Təşəkkür edirlər sənə ürəkdən.
    Hamı öz yerini tutdu, deməli.
    Düz burda, ortada əyləşirəm mən.
    Di kefə başlayın. Əvvəlcə, gəlin
    İçək bu qədəhi dövr etdirərək.
     (Qatil yaxınlaşır).
    Bu nədir, sifətin qan içindədir!
Q a t i 1.
    Bankonun qanıdır.
M a q b e t.
    Bu qorxulu qan
    Onun bədənində çağlamaqdansa
    Sənin sifətində qalsa yaxşıdır.
    İşini bitirdin?
Q a t i l.
    Bəli, hökmdar.
    Kəsdim başım mən öz əllərimlə.
M a q b e t.
    Sən baş kəsənlərin ən yaxşısısan.
    Flinsi öldürən heç də pis deyil.
    Əgər bu işi də sən görmüsənsə,
    Tayın-bərabərin yoxdur dünyada.
Q a t i 1.
    Flins qaçıb getdi, böyük hökmdar.
M a q b e t (Kənara).
    Yenə xəstələndim, dərd aldı məni,
    Tamam sağalmışdım.
    Mərmər tək sarsılmaz, qaya tək möhkəm,
    Hava tək asudə, azad idim mən.
    Fəqət indi yenə zəncirlənərək
    Sıxılıb vahimə məngənəsində
    Şübhələr içində dustağam, dustaq.
     (Qatilə)
    Banko öldü yəni?
Q a t i l.
    Bəli, hökmdar.
    O daha oyanmaz, yatır xəndəkdə.
    Başında iyirmi yarası vardır.
    Həmin yaraların ən balacası
    Ən möhkəm insanı öldürə bilər.
M a q b e t.
    Təşəkkür edirəm mən buna görə.
     (Kənara)
    O böyük ilanın əzildi başı,
    Balaca ilan isə qaçdı, sağ qaldı.
    Vaxtında çıxacaq zəhər dişləri,
    O zaman qorxulu olacaq o da.
     (Qatilə)
    Yaxşı, sən indi get, sabah təzədən
    Bu haqda təklikdə söhbət edərik.
    Qatil gedir.
L e d i M a q b e t.
    Mənim hökmdarım, qonaqlara siz
    Lazımi diqqəti yetirmirsiniz.
    Qonaqlara ancaq ev sahibinin
    Gülər üzü gərək, xoş sözü gərək.
    Yoxsa evdə yemək daha yaxşıdır.
    Qonaqlıqda bişən hər bir xörəyin
    Dadı məhəbbətdir, səmimiyyətdir.
    Bunlarsız ziyafət ziyafət deyil.
M a q b e t.
    Gözəl qınayırsan məni, əzizim.
    Dostlar, bağışlayın, lap unutmuşdum.
    Yeyin iştaha ilə, sizə nuş olsun.
L e n o k s.
    Hökmdar, əyləşmək istəyirsiniz?
M a q b e t.
    Alicənab Banko gəlsəydi əgər,
    Onda ölkəmizin bütün gülləri
    Burda bizim ilə birgə olardı.
     (Bankonun ruhu daxil olur və Maqbetin yerində əyləşir).
    Ona dərd üz versə, rəhm eyləməzdim, .
    Onu qınayardım xəyanətdə mən.
R o s s.
    Vədinə, sözünə xilaf çıxıb o.
    Ey şanlı hökmdar, bizimlə birgə
    Əyləşib siz bizi şərəfləndirin. M a q b e t. Burda boş yer yoxdur.
L e n o k s.
    Boşdur birisi.
M a q b e t.
    Hanı?
Lenoks.
    Budur, baxın!
     (Maqbet Bankonun ruhunu görür).
    Böyük hökmdar,
    Nədir sizi belə narahat edən?
M a q b e t.
    Bunu kim düzəldib?
L o r d 1 a r.
    Nəyi, hökmdar?
M a q b e t (ruha).
    Saçından qan daman qanlı başını
    Neçin mənə doğru yırğalayırsan?
    Sən deyə bilməzsən, müqəssir mənəm!
R o s s.
    Kral xəstələnib, qalxın, cənablar.
L e d i M a q b e t.
    Yox, yox, qalxmayınız, hörmətli dostlar.
    Onda belə hallar tez-tez baş verir.
    Düşüb bu azara gənc yaşlarından.
    Təvəqqe edirəm, əyləşəsiniz.
    Bu mərəz keçici, müvəqqətidir,
    Bu saat o yenə yaxşı olacaq.
    Əgər siz baxsanız hərəkətinə,
    Onu hirsləndirər nəzərləriniz,
    Onun xəstəliyi şiddət eyləyər.
    Heç bir əhəmiyyət verməyin ona.
    Başlayın yeməyə. (Maqbetə)
    Sən də kişisən?
M a q b e t.
    Bəli, qorxu bilməz, cəsur bir kişi.
    Mənim cürət edib baxdığım dəhşət
    Salar vahiməyə şeytanı hətta.
L e d i M a q b e t.
    Yəqin ki, yenə də cəfəngiyatdır!
    Qəlbini titrədən həmin qorxunun
    Gözündə əks edən sürətidir bu.
    Dunkanın cəsədi yanında sənin
    Gördüyün xəncərin vahiməsidir.
    Həqiqi qorxunun saxta əksidir.
    Ah, bu əsməcələr, bu həyəcanlar
    Soyuq qış axşamı ocaq başında
    Nənəsinin qorxunc nağıllarım
    Dinləyən bir qıza yaraşar ancaq.
    Utan, ayıb olsun! Nə üçün belə
    Haldan-hala düşür sənin sifətin?
    Deməli, qorxursan boş bir mizdən də.
M a q b e t (Lordlara).
    Siz bir ora baxın! Hə, baxın, görün!
    Buna şübhəniz var, nə deyirsiniz?
    Yox a, sən nə dedin, nədən qorxacam!
     (Bankonun ruhuna)
    Başını tərpədə bilirsən, aha,
    Danışa bilərsən, de məqsədini.
     (Lordlara)
    Əgər sərdabəler, əgər məzarlar
    Geri qaytarırsa cənazələri,
    Onda bu dünyada bizim gorumuz
    Qarğa-quzğunların qarnı olacaq.
     (Bankonun ruhu qeyb olur).
L e d i M a q b e t.
    Bu nədir, dəlilik ağlmı aldı,
    Sən tamam itirdin kişiliyini?
M a q b e t.
    And olsun, siz məni gördüyünüz tək
    Mən də onu gördüm.
L e d i M a q b e t.
    Tfu, bir utan!
M a q b e t.
    Qanunlar, qaydalar yox ikən hələ,
    Qədim zamanlardan bu günə qədər
    Üzüb qan selində insan xilqəti.
    Yenə də qan tökür müdhiş qətillər.
    Bir vaxtlar vardı ki, kəllədən beyni
    Elə çıxaran tək ölürdü insan.
    Bununla hər şeyə son qoyulurdu.
    Fəqət, fəqət indi öldürülənlər
    Başından iyirmi yara alsa da,
    Təzədən dirilib, gordan qayıdıb
    Bizim yerimizi zəbt eləyirlər.
    Bu isə qətldən daha dəhşətdir.
L e d i M a q b e t.
    Möhtərəm hökmdar, əziz qonaqlar
    Sizi gözləyirlər bayaqdan bəri.
M a q b e t (L e d i M a q b e tə).
    Mən lap unutmuşdum.
     (Lordlara)
    İstəkli dostlar,
    Təəccüb etməyin əhvalıma siz.
    Mənim xəstəliyim çox qəribədir.
    Evin adamları öyrəşib buna.
    İçib sağlığına cəmi dostların,
    Sonra öz yerimdə oturacağam.
    Mənə şərab süzün, başlayın görək,
    Doldurun qədəhi ağzına kimi.
    Süfrə ətrafında əyləşənlərin,
    Bir də ki dostumuz, eziz Bankonun —
    Hamının içirəm sağlığına mən.
    Yaman darıxıram ondan ötəri,
    Kaş ki, Banko indi burda olaydı.
     (Bankonun ruhu qayıdıb yerində oturur).
    Hamının və onun sağlığı olsun.
    Hamının, hamının!
L o r d 1 a r.
    Siz də sağ olun!
M a q b e t (Ruha).
    Rədd ol! Gözlərimin önündən çəkil!
    Qoy torpaq gizləsin soyuq üzünü!
    Kəllən boşalıbdır, qanın donubdur.
    Gözlərin yerində işıldasa da,
    Sen daha heç neyi görə bilmirsən.
L e d i M a q b e t (lordlard).
    Narahat olmayın, mehriban lordlar.
    Elə bir şey yoxdur, bu adi haldır.
    Onun bu tutması, ancaq heyf ki,
    Bugünkü şənliyi korlayır tamam.
M a q b e t.
    İnsan bacaram bacararam mən.
    İstəyirsən qızmış rus ayısı ol,
    Ya çevril Qurqanın aç pələnginə,
    Ya da xəncərbuynuz kərgədana dön,
    Görün ən dəhşətli qiyafələrdə,
    Polad əsəblərim titrəməz heç vaxt.
    Ya təzədən diril, sıyır qılıncı,
    Məni xarabada döyüşə çağır.
    Qorxub bircə addım çəkilsəm geri,
    Aciz qız uşağı adlandır məni.
    Fəqət bu şəkildə görünmə mənə.
    İtil gözlərimdən, ey müdhiş kölgə!
    Mənfur kabus, rədd ol!
     (Bankonun ruhu qeyb olur).
    Aha, o getdi.
    Mən yenə adamam. - Niyə durdunuz?
    Rica eyləyirəm, sakit əyləşin.
L e d i M a q b e t (Maqbetə).
    Olduqca qəribə rəftarınızla
    Pozdunuz bu gözəl, bu şen meclisi.
    Hamını yamanca məyus etdiniz.
M a q b e t.
    Heç belə şey olar? Məgər bu kölgə
    Qapqara qaralmış yaz bulududur,
    Ala üstümüzü, heyrətlənməyək?
    Təəccüb edirəm sizə, doğrusu,
    Sakit baxırsınız bu mənzərəyə.
    Zərrəcə dəyişmir yanaqlarınız,
    Saxlayır təbii, yaqut rəngini.
    Mənim yanaqlarım sonsuz qorxudan
    Ağappaq ağarıb bayaqdan bəri.
R o s s.
    Hansı mənzərəyə, böyük hökmdar?
L e d i M a q b e t (lordlara).
    Xahiş eyləyirəm, danışdırmayın.
    Get-gedə pisləşir halı-əhvalı,
    Suallar daha da cinlədər onu.
    Gedəyin, gecəniz xeyrə qalsın.
    Adətə-qaydaya əməl etmədən,
    Birbaşa buradan dağılmaq olar.
L e n o k s.
    Sizin də gecəniz xeyrə qalsın.
    Səhhət diləyirik əlahəzrətə.
L e d i M a q b e t.
    Dostlar, xoş gəldiniz! Sizə yaxşı yol!
    Maqbet və Ledi Maqbetdən başqa, hamı gedir.
Maqbet.
    O, qan tələb edir. Deyirlər belə:
    Qanı yumaq olar yalnız qan ilə.
    Dünyada qəribə şeylər görünüb:
    Ağaclar danışıb, dağlar yeriyib.
    Sığırçın, dolaşa, qağayı göydə
    Necə qanad çalıb, necə oxuyub?
    Bunları öyrənib falçılar bir vaxt.
    Ən qorxunc qatili, gizli canini
    Axtarıb tapıblar. Saat neçədir?
L e d i M a q b e t.
     Artıqdan sökülür. Nə olub olub.
M a q b e t.
    Bizim ziyafətə gəlmədi Makduf.
    Ciddi əmrimizə məhəl qoymadı.
    Buna nə deyirsən?
L e d i M a q b e t.
    Dəvət etmişdin?
M a q b e t.
    Dəvət etməmişdim, ancaq nə fərqi,
    Onun mənə qarşı soyuqluğunu
    Hiss edib bilirəm dolayı yolla.
    Mənim hər bir evdə, hər bir tərəfdə
    Pulla xidmət edən adamlarım var.
    Mən sabah, özü də lap səhər tezdən
    Gedib görməliyəm cadugərləri.
    Haqqımda taleyin ən pis hökmünü
    Sirli bacılardan öyrənməliyəm.
    Səadətim üçün axıdıb qanı,
    Mən qurban verərəm bütün dünyanı.
    Girdim qan nəhrinə, üzdüm uzağa
    Bir ümid yoxdur ki, çıxım qırağa.
    Müşkül məsələdir geri qayıtmaq,
    İrəli getməkdir əlacım ancaq.
    Mühüm fikirlərdən od alır ürək,
    Zərbəni təcili endirim gərək.
L e d i M a q b e t.
    Yuxusuz qalmısan, bir az yat, uyu,
    Ömrə şəfa verir vaxtında yuxu.
M a q b e t.
Gəl, gedək yatmağa, başqadır vərdiş,
    Xamlıqdan törəyir bu qorxu, təşviş.
    Bu işdə biz hələ uşaq kimiyik.
    Gedirlər.

BEŞİNCİ SƏHNƏ


    Kol basmış düzənlik. İldırım çaxır.
    Hekata və üç cadugər gəlirlər.
B i r i n c i c a d u g ə r.
    Nə olub, Hekata?
    Acıqlanmısan.
H e k a t a.
    Bunun səbəbi var. Mənə deyin siz,
    Hanı ədəbiniz, mərifətiniz?
    Bu necə oldu ki, eyləyib cürət,
    Sehr işlətdiniz siz məndən xəlvət?
    Fəlakət mülkünə qanad çaldınız,
    Maqbeti gizlicə tora saldınız?
    Gelin, unutmayın heç zaman bunu,
    Sizə mən verirəm sehri, əfsunu.
    Bütün cadulara hökmdar mənəm,
    Bütün bəlalara səbəbkar mənəm,
    Sehrimlə yaranır hər dərd, hər qada,
    Fəqət bircə dəfə düşmürəm yada,
    Bildirim hamıya qüdrətimizi,
    Göstərim aləmə şöhrətimizi.
    Ən pisi budur ki, yüksəldirsiniz
    Xain, paxıl, kinli bir adamı siz.
    Alır sehrinizdən güc-qüvvətini,
    Yaradır özünün səadətini.
    Tamahın gözüylə baxır cahana,
    Başqasına görə düşmür ziyana.
    Gərək yuyasınız günahınızı,
    Açın mağarada sabahınızı.
    Həmin cəhənnəmdə olacağam mən,
    Maqbet də gələcək oraya hökmən.
    Qorxudan, təşvişdən açılmır eyni,
    O gəlir öyrənsin öz taleyini.
    Qaynadın qazanı müdhiş caduyla,
    Dağlayın qəlbini sehr oduyla.
    Bütün qüvvənizi salınız işə,
    Əfsun atəşində yansın həmişə.
    Mən artıq uçuram.
    Mütləq bu gecə
    Taparam Maqbetə qorxunc işgəncə.
    Yol verər dəhşətli cinayətlərə,
    O düşər ən ağır fəlakətlərə.
    Bu gecəyarısı ay kənarından
    Bir şəfəq ayrılıb uçduğu zaman
    Mən onu tutaram yerə çatmamış,
    Bir an dincəlmərəm onu tutmamış.
    Ələ keçirdimmi sehrləyərək
    Mən cövhər alaram o nurdan rəng-rəng,
    Maqbet içən kimi tamam məst olar,
    Xəyal dünyasına qapılıb qalar.
    Şan-şöhrət pərdəsi tutar gözünü,
    Sarsılmaz, yenilməz sanar özünü.
    Qəlbində nə şəfqət, nə qorxu duymaz,
    Taleyə baş əyməz, ölümü saymaz.
    Xudbinlik, lovğalıq hökmü-əzəldən
    İnsana yaranıb birinci düşmən.
     (Səhnə arxasında kimsə nəğmə oxuyur:
    Gəl bəri, gəl bəri, hökmdarım, gəl!)
    Mənim körpə ruhum səsləyir məni,
    Buludlar üstündə gözləyir məni.
    Qulaq asın, baxın! Mən getdim artıq.
    Qeyb olur.
B i r i n c i c a d u g ə r.
    Təcili biz işə başlamalıyıq.
    Teziiklə o geri qayıdacaqdır.
    Gedirlər.

ALTINCI SƏHNƏ


    Forres. Sarayda bir otaq. Lenoks digər bir lordla daxil olur.
L e n o k s.
    Təəccüb etməyin sözlərimə siz,
    Özünüz düşünün bir yaxşı-yaxşı.
    Dünyanın qəribə işləri varmış!
    Şanlı kralımız Dunkanın qətli
    Maqbeti yamanca kədərləndirdi.
    Əlbəttə, ölünü ağlamaq gərək.
    Axşamdan çox keçmiş igid Bankonun
    Parkda həyatına qəsd eyləyiblər.
    Əgər sən istəsən, deyə bilərsən,
    Bankonu öz oğlu Flins öldürüb,
    Çünki Flins qaçıb. Belə görünür,
    Qaranlıq düşəndə, çox gec olanda
    Heç kəs evdən çölə çıxmamalıdır.
    Öz əziz, mehriban atalarını Malkolm,
    Donalbayn qətlə yetirib.
    Varmı yer üzündə elə bir adam
    Dəhşətə gəlməsin bu vəhşilikdən?!
    Nə müdhiş günahdı! Bu ağır kədər
    Necə də perişan etdi Maqbeti!
    Haqqın buyurduğu müqəddəs hirslə
    Qılıncı qınından sıyırdı birdən.
    İçki kölələri, yuxu qulları
    O iki canini bir an içində
    Öz qızıl qanına qəltan eylədi.
    Məgər nəcib bir iş deyildimi bu?
    Bəli, həm nəcibdi, həm də ağıllı.
    Çünki o nökərlər rəzilcəsinə
    İnkar edərdilər əməllərini.
    Bu da təmiz qəlbli hər bir insanın
    Böyük qəzəbinə səbəb olardı.
    Odur ki, deyirəm, Maqbet yerində,
    Həm də öz vaxtında gördü tədbiri.
    Mənə elə gəlir, hökmdarımız
    Tutsaydı Dunkanın oğullarını,
     (Allah edəydi ki, tutmayaydı heç).
    Ata öldürməyin nə olduğunu
    Onlara yaxşıca göstərəcəkdi.
    Flinsə də gözəl dərs verəcəkdi!
    Ancaq daha susaq! Eşitmişəm ki,
    Bir-iki ədəbsiz sözlərə görə,
    Həm də müstəbidin ziyafətinə
    Gəlməkdən imtina etdiyi üçün
    Makduf düçar olub sonsuz qəzəbə.
    O indi haradadır, bilirsinizmi?
L o r d.
    Taxt-tacın varisi Dunkanın oğlu
    İndi sığınıbdır İngiltərəyə.
    Mömin Edvard onu öz sarayında
    Elə hörmət ilə qəbul edib ki,
    Bu zalım müstəbid omn ən uca,
    Ali hüququnu oğurlasa da,
    Unudub taleyin dönüklüyünü.
    Sanki, o heç bir şey itirməyibdir.
    Makduf ora gedib böyük ümidlə,
    Müqəddəs kraldan rica eyləsin:
    Bizi qorumaq üçün göndərsin dərhal
    Sivard, Hortumberlənd ordularını.
    Allahın yardımı, köməyi ilə
    Bir qismət çörəyi, yuxunu
    Təzədən geriyə qaytara bilək.
    Yoldaş məclisində, süfrəsində
    Qorxmayaq xainin xəncərindən biz.
    Vətənə namusla xidmət eyləyək,
    Hər azad insanın öz haqqı olan
    Hörmətə, şərəfə çataq yenə də.
    Belə məlumatlar kral Maqbeti
    Yaman çıxarıbdır özündən, yaman,
    İndi hazırlaşır müharibəyə.
L e n o k s.
    Makdufu hökmdar dəvət edibmi?
L o r d.
    Bəli, dəvət edib. Fəqət qürurla
    Tan qasidə deyib: "Gəlmirəm, cənab!"
    Qasıd hirslə töküb qaş-qabağını,
    Geriyə dönərkən mırıldanıb ki:
    "Peşman olarsan bu cavab üçün".
L e n o k s.
    Bu sözlərdən sonra cəsarətli tək
    Qət edib dolansın ehtiyat ilə.
    Xatadan-bəladan uzaqlaşaraq
    Ölkədən o qaçıb İngiltərəyə.
    Qoy xeyir mələyi ÇIXSIN yoluna,
    Sarayda uğurlu elçisi olsun.
    Bu qansız məlunun pencəsi altda
    Müsibətlər çəkən vətənimizə
    Böyük tanrı özü rəhm etsin.
    Lord. Amin!
    Gedirlər.

DÖRDÜNCÜ PƏRDƏ

BİRİNCİ SƏHNƏ


    Qaranlıq bir mağara.
    Ortada ocaq üstündə qaynar bir qazan.
    Göy guruldayır, ildırım çaxır. Oç cadugər daxil olur.
B i r i n c i c a d u g ə r.
    Üç yol miyoldadı zil qara pişik.
İ k i n c i c a d u g ə r.
    Üç yol ciyildədi kirpi balası.
Ü ç ü n c ü c a d u g ə r.
     "Vaxtdır, vaxtdır" deyə qışqırdı ordoy.
B i r i n c i c a d u g ə r.
    Ocaq ətrafında süzək yan-yana,
    Zəhərli nə varsa, ataq qazana.
    Sehrlə kənara ayrılsın zəhər,
    Gərək zəhmətimiz getməsin hədər.
    Birinci qaynadaq qurbağam biz,
    Bir ay başdan-başa gecə və gündüz
    Yatıb daş altında, məst edib cadu,
    Zəhər tuluğuna dönüb vücudu.
H a m ı s ı.
    Alovlanıb yan, ocaq, yan,
    Qayna, qazan, qayna, qazan.
İ k i n c i c a d u g ə r.
    Qoy bişsin tavada ilan qabığı,
    Kərtənkələ gözü, qaban dırnağı.
    Yarasa dərisi, köpək seliyi,
    Tısbağa ayağı, xərçəng iliyi.
    Haça gürzə dişi, koramal dili,
    Sığırçın qanadı, keçi qəzili.
    Sehrli tavamız qaynasın bərk-bərk
    Zülmət cəhənnəmdə odlu qazan tək.
H a m ı s ı.
    Alovlanıb yan, ocaq, yan,
    Qayna, qazan, qayna, qazan.
Ü ç ü n c ü c a d u g ə r.
    Ataq tavamıza canavar dişi,
    Axçaya bürünmüş əjdaha döşü.
    Köpək balığının qığırdağını,
    Çürümüş meyitin toz-torpağım.
    Qaranlıqda bitən kal böyürtkəni,
    Ayın üzün təki qara ləkəni.
    Dinsizin bağrını, tərsin burnunu,
    Zalımın ödünü, bicin qarnını.
    Qəhbənin çuxurda xəlvət doğduğu,
    Dünyaya gələn tək dərhal boğduğu
    Günahsız körpənin barmaqlarını,
    Qəhbənin dilini, dodaqlarını.
    Bunları tilsimə salsın sehrimiz,
    Bunlardan bir sıyıq bişirəyin biz.
    Qatı olsun deyə sıyığa gərək
    Pələng içalatın əlavə edək.
H a m ı s ı.
    Alovlanıb yan, ocaq, yan,
    Qayna, qazan, qayna, qazan.
İ k i n c i c a d u g ə r.
    Sıyığı soyutsun meymunun qanı,
    Sehrimiz mat qoysun cümlə cahanı.
    Hekata daxil olur.
H e k a t a.
    Bax, buna söz olmaz, min əhsən sizə,
    Mükafat yaraşır zəhmətinizə.
    İndi mələklər tək tutun əl-ələ,
    Şən nəğmə oxuyun gözəl rəqs ilə.
    Qazan ətrafında dövrə vurun siz,
    Qazanda nə varsa, sehirləyiniz.
    Musiqi çalınır, cadugərlər rəqs edərək nəğmə oxuyurlar.
    Sonra Hekata gedir.
İ k i n c i c a d u g ə r.
    Mənim barmaqlarım qaşınır yaman,
    Gəlir mağaraya bir qəddar insan. (Taqqıltı eşidilir).
    Qapını döyən var, Açılın, qıfıllar! (Maqbet daxil olur).
M a q b e t.
    Ey zülmət gecənin ovsunçuları,
    Nə iş görürsünüz bu gecəyarı?
H a m ı s ı.
    İşimiz adsızdır əzəldən bizim.
Maqbet.
    Adsız işinizə and verirəm mən,
    Cavab verin mənim suallarıma,
    Haradan bilirsiniz, öyrənirsiniz,
    Bunun mənim üçün heç bir dəxli yox.
    Sizin vahiməli cavabınızdan
    Qasırğa qoparıb güclü küləklər
    Məbədlər üstünə hücum çəksə də,
    Tufanlı dənizdə quduz dalğalar
    Qırıb gəmiləri qərq eyləsə də,
    Yanıb külə dönsə gömgöy zəmilər,
    Ağaclar kökündən çıxsa da hətta,
    Qalalar yıxılıb öz təməlindən
    Uçsa zalımların başına belə,
    Saraylar, ehramlar alt-üst olsa da,
    Dünyada qalmasa canlı bir xilqət,
    Məhv olub dağılsa bütün təbiət,
    Yenə mənim üçün bir mənası yox.
    Cavab istəyirəm sorğularıma.
    Birinci cadugər. Sual ver.
İ k i n c i c a d u g ə r.
    Xəbər al.
Ü ç ü n c ü c a d u g ə r.
    Biz cavab verək.
B i r i n c i c a d u g ə r.
    Kimdən istəyirsən cavabı, kimdən
    - Bizdənmi, yoxsa ki ali ruhlardan?
M a q b e t.
    Çağırın onları, görüm onları.
B i r i n c i c a d u g ə r.
    Doqquz bala doğub balasını yeyən
    Donuzun qanını ocağa tök sən...
    Vaxt ötür, dayanma, dayanma bir an,
    Yenicə asılmış dar ağacından
    Qatilin tərini gətirib yağ tək
    Ocağa çilə ki, alışsın bərk-bərk.
H a m ı s ı.
    Nə fərqi, ya böyük, ya kiçiksiniz,
    Ey ruhlar, görünün gözümüzə.
    Göy guruldayır.
    Birinci ruh dəbilqə baş şəklində zühur edir.
M a q b e t.
    Ey naməlum qüvvə, mənə söylə ki...
B i r i n c i c a d u g ə r.
    Sənin niyyətini bilir o qüdrət,
    Sən ona qulaq as, danışma fəqət.
B i r i n c i r u h.
    Maqbet! Maqbet! Maqbet! Fayftarutidan-Maqdufdan özünü göndər hər zaman -
    Artıq kifayətdir, məndən əl çəkin.
    Yerin təkinə çəkilir.
M a q b e t.
    Sən kimsən, nəçisən, bir mənası yox
    Bu gün öz vaxtında xəbərdarlıqçın
    Təşəkkür edirəm sənə ürəkdən.
    Sən mənim qorxumu düzgün söylədin.
    Daha bir söz...
B i r i n c i c a d u g ə r.
    
    Bir başqası da var, o, birincidən
    Daha qüvvətlidir, daha güclüdür.
    Göy guruldayır.
    İkinci ruh al qan içində bir uşaq şəklində zühur edir.
İ k i n c i r u h.
    Maqbet! Maqbet! Maqbet!
M a q b e t.
    Təbiət mənə
    Üç qulaq versəydi, üçüylə də mən
    Səni dinləyərdim nəfəs dərmədən.
İ k i n c i r u h.
    Zalım ol, qəddar ol, axır qızıl qan,
    Bəşər övladından qorxma heç zaman -
    Qadından doğulan dünyada bir kəs
    Maqbetə zərrəcə ziyan yetirməz.
    Yerin təkinə çəkilir.
M a q b e t.
    Onda yaşa, Makduf. Səndən nə qorxum?
    Yox, yox, ehtiyatlı olmaq gərəkdir.
    İnamı ikiqat artırmalıyam,
    Taleyin hökmüylə sən ölməlisən.
    O zaman bənizi qaçmış vahimə
    Heç vaxt yalanlarla sarsıtmaz məni.
    İldırım göylərdən alov töksə də,
    Rahatca yataram öz yerimdə mən.
    Göy guruldayır.
    Üçüncü ruh başı taclı bir uşaq şəklində zühur edir.
    Onun elində ağac budağı vardır.
    Kimdir şahzadə tək belə ucalan?
    Görünür, hökmdar nəslindəndir o.
    Başına tac qoyub uşaq yaşında.
    Cadugərlər. Qulaq as, danışma, ona söz demə.
Ü ç ü n c ü r u h.
    Şir kimi cəsur ol, qorxma heç kəsdən,
    - Nə açıq hücumdan, nə sui - qəsdən.
    Maqbeti qoynunda hifz eləyir bəxt,
    Maqbet məğlub olmaz dünyada heç vaxt.
    Dunsinan dağma Birnam meşəsi
    Necə ki qalxmayıb coşar nəşəsi.
    Yerin təkinə çəkilir.
M a q b e t.
    Bu iş mümkün deyil: dünyada heç kəs
    Meşəni qoşuna çevirə bilməz.
    Ağaca əsgər tək əmr edən varmı?
    Ağac da torpaqdan heç ayrılarmı?
    Siz mənə dediniz peyğəmbər sözü,
    Gül kimi açdınız könlümü, düzü.
    Ruhumda baş verən amansız qiyam .
    Rahatlandı tamam, səngidi tamam.
    Necə ki yerimir Birnam meşəsi
    Olmaz ürəyimin bir əndişəsi.
    Demək, kral Maqbet xoşbəxt olacaq,
    O öz əcəliylə öləcək ancaq.
    Fəqət alovlanır başqa diləyim,
    Yenə həyəcanla vurur ürəyim.
    Varsa xəbəriniz cəmi işlərdən,
    Bilmək istəyirəm bir sirri də mən.
    Bankonun övladı, - budur dəhşət də, -
    Kral olacaqmı bu məmləkətdə?
C a d u g ə r l ə r.
    Daha kifayətdir, soruşma artıq.
M a q b e t.
    Razı salmasanız siz məni əgər,
    Mənim xahişimi rədd eyləsəniz,
    Qoy sizə əbədi lənətlər olsun!
     (Bu vaxt qazan yoxa çıxır).
    Qazan necə oldu? Bu səs-küy nədir?
    Şeypur səsləri eşidilir.
B i r i n c i c a d u g ə r.
    Gəlin!
İ k i n c i c a d u g ə r.
    Gəlin!
Ü ç ü n c ü c a d u g ə r.
    Gəlin!
H a m ı s ı.
    Görünün ona.
    Kədərdən göynəsin köksündə ürək,
    Siz gəlin kölgə tək, gedin kölgə tək.
    Səhnədən bir-birini təqib edən səkkiz kral keçir.
    Sonuncu kral elində bir güzgü tutub.
    Onun arxasınca Bankonun ruhu gəlir.
M a q b e t (birinci krala).
    Yaman bənzəyirsən Bankoya, rədd ol!
    Tacın gözlərimi deşir ox kimi.
     (İkinci krala)
    Birinci krala oxşayır bu da,
    Saçı da, tacı da eynidir, eyni.
     (Cadugərlərə)
    Aha, üçüncüsü, sən bir işə bax,
    Necə də bənzəyir əvvəlkilərə!
    Ey rəzil falçılar! Nə üçün, nədən
    Onlar siz mənə göstərirsiniz?
    Bu da dördüncüsü! Kaş kor olaydım! -
    Bu nədir! Qiyamət gününə qədər
    Bu cərgə, bu sıra davam edəcək?
    Gəlir bir başqası, hə, yeddincisi
    - Baxmaq istəmirəm daha onlara.
    Odur yenə gəlir... səkkizincisi
    Hələ bax, əlində güzgü tutubdur.
    Güzgüdə aydınca görünür mənə
    Bütün bir nəsilin kral dəstəsi.
    Onların əlində dövlət nişanı
    - Üçbaşlı əsa var, qoşa qızıl şar.
    Qorxunc mənzərədir, müdhiş tamaşa!
    İndi mən görürəm bu həqiqətdir.
    Qanma bələnmiş Bankonun ruhu
    Onları göstərib, mənə gülür, ah!
    Sanki deyir: onlar mənim nəslimdir.
    Necə, necə bəyəm! Belə deyilmi?
    Ruhlar qeyb olur.
B i r i n c i c a d u g ə r.
    Bəli, bu belədir. Maqbet, niyə sən
    Belə dərd içində qəhərlənirsən?
    Durmayın, bacılar, cəld tərpənin siz,
    Onun kədərini dağıdağın biz.
    Böyük hökmdara sevinc diləyin,
    Mən nəğmə oxuyum, siz rəqs eləyin.
    Kral şəfqətini kəsməsin bizdən,
    Qəlbən razı qalsın sənətimizdən.
    Musiqi. Cadugərlər oynayaraq qeyd olurlar.
M a q b e t.
    Hanı cadugərlər? Gözdən itdilər
    Qoy bu ağır saat qalsın təqvimdə
    Əbədi, silinməz bir ləkə kimi.
    Ey, ey, çöldə kim var? Gəlin içəri!
    Lenoks daxil olur.
L e n o k s.
    Zati-ailələri, nədir əmriniz?
M a q b e t.
    Gördünmü o qan sehrbazları?
L e n o k s.
    Xeyr!
M a q b e t.
    Keçmədilər sənin yanından?
L e n o k s.
    Xeyr, keçmədilər, böyük hökmdar.
M a q b e t.
    Kaş onları tutsun taun azarı,
    Onlara inanan lənətə gəlsin!
    At ayağı səsi eşitdim indi,
    Yaxşı, söylə görüm, gələn kimiydi?
L e n o k s.
    İki süvaridir, xəbər gətirib: Makduf dünən qaçıb İngiltərəyə.
M a q b e t.
    Necə, Makduf qaçıb?
L e n o k s.
    Bəli, hökmdar.
M a q b e t (kənara).
    Ey zaman, ovumu aldın əlimdən,
    Sən pozdun qorxulu planlarımı.
    Həyata keçməyən bir arzu, muraz
    Əldən uçan quşdur, qaytarmaq olmaz.
    Bu gündən dəyişməz qərarım mənim.
    Qəlbimdə yaranan ilk arzu, niyyət
    Əlimin ilk işi olacaq yalnız.
    Elə mən bu saat hərəkətimlə
    Fikrimin başına tac qoyacağam.
    Demək, fikir varsa, iş də gərəkdir:
    Makdufun qəsrinə hücum eyləyib,
    Fayfı zəbt edəcəm bir an içində.
    Onun arvadım, uşaqlarını,
    Bütün var-yoxunu, qohumlarını
    Bir-bir qılıncımdan keçirəcəyəm.
    Boş-boş, hərzə-hərzə öyünər təlxək,
    Hirsim soyumamış iş görüm gərək.
    Rədd olsun ruhlar da, cadugərlər de! (Lenoksä)
    Qasidlər haradadır? Di haydı, gedək,
    Sən məni onların yanına apar.
    Gedirlər.

İKİNCİ SƏHNƏ


    Makdufun qəsrində otaq.
    Ledi Makduf, onun oğlu və Ross daxil olurlar.
    Ledi Makduf. O nə iş tutub ki, qaçıb ölkədən?
R o s s.
    Xanım, siz səbir edin.
L e d i M a k d u f.
    O, səbir etdimi?
    Onun bu qaçması bir dəlilikdir.
    Yoxdur bir suçumuz, bir günahımız.
    Onun vahiməsi, onun qorxusu
    İndi xain kimi göstərir bizi.
R o s s.
    Siz ki bilmirsiniz, onun qaçması
    İndi qorxaqlıqdır, ya ağıllı iş?
L e d i M a k d u f.
    Nə? Nə? Ağıllı iş! Atıb evini,
    Arvadını, körpə uşaqlarını
    Ağıllı bir adam qaçarmı məgər?
    O bizi sevməyir, sevməyir artıq.
    O adi hisslərdən məhrum olubdur.
    Dünyada quşların ən balacası
    Zəif çalıquşu öz yuvasında
    Vuruşur, döyüşür güclü bayquşla,
    Qoruyur öz körpə balalarını.
    Bəs o? O isə qaçdı, bu qorxaqlıqdır.
    Onun bu işində, hərəkətində
    Nə məhəbbət vardı, nə də ki ağıl.
R o s s.
    Mənim əziz bacım, rica edirəm,
    Bir az özünüzü ələ alınız.
    Bunu unutmayın: sizin əriniz
    Ağıllı, kamallı, nəcib insandır.
    Çərxin gərdişini, dövrün hökmünü
    O görür, o bilir hamıdan artıq.
    Çatmır cəsarətim çox danışmağa.
    Zaman dəhşətlidir, dövran amansız.
    Xəyanət etmədən xain adlanmaq,
    Günahı olmadan qorxmaq, çəkinmək,
    Müdhiş şayiələr burulğanında,
    Tufanlı dəryaya düşmüş adam tək,
    Hara gəldi üzmək dəhşət içində
    Nə qədər çətindir, nə qədər ağır.
    Sağ olun, gedirəm, mehriban bacım,
    Çox çəkməz, yenə də qayıdaram mən.
    Fəlakət çatıbdır son nöqtəsinə,
    Heç vədə bu belə davam eyləməz.
    Ya da yavaş-yavaş düzəlməlidir.
     (Ledi Makdufun oğluna)
    Allah amanında, balaca dostum!
L e d i M a k d u f.
    Atası sağ ikən yetimdir uşaq.
R o s s.
    Necə də axmağam, ləngidim yaman.
    Burda çox dayanmaq həm mənim üçün,
    Həm də sizin üçün təhlükəlidir.
    Daha durmaq olmaz, sağ olun, xanım.
    Gedir.
L e d i M a k d u f. (oğluna).
    Quzum, atan ölüb, nə edəcəksən?
    Söylə bir, nə təhər yaşayacaqsan?
O ğ 1 u.
    Quşlar kimi, ana.
L e d i M a k d u f.
    Bu həyat ya birdən alt-üst olmalı,
    Necə, nə dedin?!
    Cücüylə, böcəklə dolanacaqsan?
O ğ l u.
    Nə tapsam, onu da yeyəcəyəm mən.
    Quşlar nə tapırsa, onu da yeyir.
L e d i M a k d u f.
    Ah, yazıq quşcuğaz, sən bu dünyada
    Tələdən, cələdən qorxmursan məgər?
O ğ l u.
    Axı, niyə qorxum? Yazıq quşlara
    Heç vaxt tələ, belə qurmazlar, ana!
    Sən nə deyirsən de, atam ölməyib.
L e d i M a k d u f.
    Yox, yox, atan ölüb. Zavallı balam,
    Bəs indi atasız nə edəcəksən?
O ğ l u.
    Yaxşı, bəs sən ərsiz nə edəcəksən?
L e d i M a k d u f.
    Nə var ki! İstəsəm iyirmisini
    Mən sabah bazardan ala bilərəm.
O ğ l u.
    Birigün yenidən satmaq üçünmü?
L e d i M a k d u f.
    Oğlum, sən necə də hazırcavabsan!
    Vallah, ağlın çoxdur yaşına görə.
O ğ l u.
    Atam xain idi?
L e d i M a k d u f.
    Hə, xain idi.
O ğ l u.
    Xain nə deməkdir?
L e d i M a k d u f.
    Ən asan bir söz -
    And içib, andını pozan yalançı.
O ğ l u.
    Bütün yalançılar xaindir məgər?
L e d i M a k d u f.
    Yalançı xaindir, asılsın gərək.
O ğ l u.
    And içib, andını pozan adamlar
    Gərək asılsınlar dar ağacından?
L e d i M a k d u f.
    Hamısı.
O ğ l u.
    Onları bəs kim asacaq?
L e d i M a k d u f.
    Vicdanlı adamlar, mehriban oğlum.
O ğ l u.
    Elə isə, xainlərin hamısı axmaqdır;
    çünki xainlər o qədər çoxdur ki,
    bütün vicdanlı adamları tutub döyər və
    dar ağacından asa bilərlər.
L e d i M a k d u f.
    Allah sənə kömək olsun, bədbəxt şeytan.
    De görüm, atanı haradan tapacaqsan?
O ğ l u.
    Atam ölsəydi, sən ağlayardın.
    Əgər ağlamasaydın, onda bilərdim iti,
    tezliklə mənim təzə atam olacaq.
L e d i M a k d u f.
     Sən bədbəxt çərənçi, nə danışırsan?
    Qasid gəlir.
Q a s i d.
    Yaradan hifz etsin sizi, ay xanım.
    Bilirəm ki, məni tanımırsınız,
    Fəqət tanıyıram sizi yaxından.
    Yüksəkdir əsliniz, nəcabətiniz.
    Qorxunc bir təhlükə izləyir sizi.
    Nə qədər sadə bir adam olsam da,
    Dinləyin siz mənim məsləhətimi.
    Burda dayanmayın, çıxın aradan,
    Aparın günahsız uşaqlan da.
    Sizi çox qorxutdum, bilirəm ki, bu
    Ən qaba, ən kobud bir vəhşilikdir.
    Bu müdhiş bəlanı gəlib vaxtında
    Sizə çatdırmamaq, xəbər verməmək
    Daha çox vəhşilik sayılmazdımı?
    İndi bu fəlakət lap yaxındadır.
    Allah sayəsində saxlasın sizi.
    Artıq durmaq olmaz.
    Gedir.
L e d i M a k d u f.
    Mən hara qaçım?
    Pislik etməmişəm axı heç kimə!
    Yox, yox, unutmuşam bu həqiqəti:
    Bu fani dünyada yaşayıram mən.
    Pislik təriflənir dünyada çox vaxt,
    Yaxşılıq axmaqlıq sayılır ancaq.
    Pislik etməmişəm heç kimə deyib,
    Mən bir qadın kimi özümü əgər
    Müdafiə etsəm, nə mənası var?
    Bu adamlar kimdir?
    Qatillər içəri soxulurlar.
B i r i n c i q a t i l.
     Hanı əriniz?
L e d i M a k d u f.
    Elə çirkin yerə getməyib ki o,
    Sənin kimilərlə gəlsin üz-üzə.
B i r i n c i q a t i 1.
    O xaindir!
O ğ l u.
    Əclaf, yalan deyirsən!
B i r i n c i q a t i l.
    Yox a, yumurtadan boylanan cücə!
     (Onu qılıncla vuraraq)
    Qorxulu xainin miskin çırtımı.
O ğ l u.
    O məni öldürdü, sən durma, ana!
    Qaç burdan, qaç burdan, yalvarıram, qaç!
    Ölür.
    Ledi Makduf "Qətl, qətl" deyə bağıraraq qaçır. Qatillər onu izləyirlər.

ÜÇÜNCÜ SƏHNƏ


    İngiltərə. Kral sarayının önü. Malkolm və Makduf gəlirlər.
M a 1 k o 1 m.
    Gəl gedək, çəkilək tənha guşəyə,
    Qəlbimizi didən kədərimizi
    Ağlayıb boşaldaq göz yaşımızla.
M a k d u f.
    Yaxşı olardı ki, yola düşüb biz,
    Ər kimi, qılıncı sıyırıb qından,
    Dərddən xilas edək vətənimizi.
    Hər gün yetimlərin, dul qadınların
    Odlu ah-naləsi, acı fəryadı
    Yerdən bülənd olub qalxır göylərə.
    Göylərin üzünə deyir zərb ilə,
    Əks edir dəhşətli ildırım kimi.
    Tükənməz dərdinə Şotlandiyanın,
    Elə bil, göylər də yanır ürəkdən,
    Hıçqırıb, hönkürüb tökür göz yaşı.
M a l k o l m.
    Yalnız ağlayıram inandığıma,
    Yalnız bildiyimə inanıram mən. .
    Elə zaman gələr, elə vaxt gələr,
    Hər şeyi sahmana salaram özüm.
    Belə məlum olur sözlərinizdən:
    Dünyada yeganə, misilsiz adı
    Hamının dilində qabar bağlayan,
    Bu qaniçən zalım bir vədə, bir vaxt
    Vicdanlı tanınıb, doğru sayılıb.
    Siz ona ürəkdən bağlanıbsınız.
    Sizə toxunmayıb bu günə qədər.
    Mən hələ cavanam, acizəm indi.
    Məni qurban verib o müstəbidə,
    Ala bilərsiniz ənam, hədiyyə.
    Tanrının hirsini soyutmaq üçün
    Taqsırsız, günahsız, aciz quzunu
    Aparıb tanrıya qurban verirlər.
M a k d u f.
    Mən xain deyiləm.
M a l k o 1 m.
    Maqbet xaindir.
    Ona baş əyməkdir sizin borcunuz.
    Qeyrətli, namuslu, nəcib insanlar
    Hakimin hökmünə tabedir ancaq.
    Bu sözlərə görə bağışlayınız.
    Mənim fikirlərim qətiyyən sizin
    Təbiətinizi dəyişə bilməz.
    Günaha batsa da ən gözəl mələk,
    Gözəldir yenə də bütün mələklər.
    Əclaflıq taxsa da saflıq maskası,
    Saflıq öz hüsnünü saxlamalıdır.
M a k d u f.
    Mən tamam itirdim ümidlərimi.
M a 1 k o 1 m.
    Doğrudur, o yerdə, həmin yerdə ki,
    Mən də orda tapdım şübhələrimi.
    Hanı arvadınız, uşaqlarınız
    - O nadir, əvəzsiz sevgi telləri?
    Nə üçün onlarla görüşmədən siz
    Təcili, tələsik çıxıb gəldiniz?
    Məni bağışlayın, məqsədim sizi
    Təhqir etmək deyil şübhələrimlə.
    Özümü xatadan hifz eləməkdir.
    Nə deyim, bəlkə də, siz haqlısınız.
Na k d u f.
    İnlə, inlə, mənim bədbəxt vətənim!
    Qoy qanlar çağlasın yaralarından.
    Ey lovğa istibdad, ey zalım cəllad,
    Yeganə hakim ol, öz kefini çək.
    Bil ki, ədalətin cürəti çatmayır,
    O sənə heç vədə toxuna bilməz.
    Sənin əsarətin, sənin zillətin
    Artıq qanun ilə təsdiq olunub.
    Daha sözüm yoxdur, əlvida, prins!
    Fəqət unutmayın heç zaman bunu:
    Qanlı müstəbidin zəbt elədiyi
    Bütün Şotlandiya torpaqlarını,
    Şərqin sonsuz, zəngin sərvətlərini
    Mənə versələr də, alçalıb heç vaxt
    Siz düşünən qədər rəzil olmaram.
M a l k o l m.
    İnciməyin: əsla düşünməyin ki,
    Mən sizdən çəkinib deyirəm belə.
    Bilirəm, dözülməz əsarət altda
    Bədbəxt vətənimiz məşəqqət çəkir.
    İztirab içində o zavallının
    Qəlbindən qan axır, gözlərindən yaş.
    Onun sızıldayan yaralarının
    Üstündən yaralar vurulur hər gün.
    Bunu da bilirəm, bükülməz qollar
    Mənim hüququmu qoruyacaqdır.
    Mənə İngiltərə hazırdır, hazır
    Çoxminlik, böyük bir ordu verməyə.
    Tutalım, mən gedib o müstəbidin
    Başmı tapdadım ayağım altda,
    Yaxud qılıncıma taxdım başını.
    Bunun nə mənası, nə faydası var.
    Yazıq vətənimiz əvvəlkindən çox
    Dərdlərə, qəmlərə düçar olacaq.
    Taxt-tacın varisi daha dəhşətlə
    Onu parça-parça eyləyəcəkdir.
M a k d u f.
    Yaxşı, varis kimdir?
M a 1 k o l m.
    O mən özüməm.
    İçimdə gizlənib saysız qüsurlar.
    Onlar üzə çıxıb aşkar olanda
    O vaxt qara Maqbet mənim yanımda
    Qar təkin dümappağ görünəcəkdir.
    Mənim törətdiyim hədsiz-hüdudsuz
    Ağır bəlalarla müqayisədə
    Bir quzu sanacaq xalqımız onu.
M a k d u f.
    Yox, yox, müdhiş, qorxunc cəhənnəmdə də
    Maqbet kimi rəzil, alçaq, yaramaz,
    Bir lənətə gəlmiş iblis tapılmaz.
M al ko 1 m.
    Elədir, o acgöz, kinli, qaniçən,
    Riyakar, saxtakar, xain, azğındır.
    Onda cəmləşibdir bütün nöqsanlar.
    Lakin daha pisdir mənim şəhvətim,
    Onun nə həddi var, nə də sonu var.
    Sizin xanım-xatın qadınlarınız,
    Məsum qızlarınız, gəlinləriniz
    Mənim alovlanan ehtirasının
    Dərin dərəsini doldura bilməz.
    Bu yolda qarşıya çıxan sədləri
    Tamam dağıdaram, alt-üst edərəm.
    Beləsinin kral olmasındansa
    Maqbet öz yerində qalsa yaxşıdır.

<< 1 / 2 / 3 / 4 >>
Bölmə: Dünya ədəbiyyatı | Əlavə edildi: azerhero (11.12.2013) | Müəllif: R.C E W
Baxış: 732 | Reytinq: 5.0/1
Bütün rəylər: 0
omForm">
avatar

Kitablar — zamanın dalğaları ilə səyahət edən və nəsildən-nəslə öz qiymətli yükünü ehtiyatla aparan fikir gəmiləridir.

- Frensis Bekon

Son 90 gün ərzində kitab oxumamaqdan daha pisi kitab oxumadığına görə narahat olmamaqdır.

- Cim Ron

Kitabları yandırmaqdan daha pis şey onları oxumamaqdır.

- Rey Bredberi

Yaxşı kitab aysberqə oxşayır, onun yeddi-səkkiz hissəsi suyun altında gizlənib.

- Ernest Heminquey

Kitablarım mənə çatacaq qədər böyük bir krallıqdır.

- Shakespeare

Mən, kitablarımı yaratmadan əvvəl, kitablarım məni yaratdılar.

- Montaigne

Kitabsız yaşamaq; kor, kar, dilsiz yaşamaqdır.

- Seneca

Bu günün gərçək universiteti, bir kitabxanadır.

- Carlyle

Kitab, tək ölümsüzlükdür.

- Rufus Choate

Exlaqa uyğun ya da zidd kitab deyə bir şey yoxdur. Kitablar ya yaxşı yazılmışdır, ya da pis. Hamısı bu qədər!

- Oscar Wilde

Ümidlə açılıb qazancla bağlanan bir kitab, yaxşı bir kitabdır.

- Alcott

Kitablar, itmiş başların abidələridir.

- Sir William Dave

Kitablar, heç solmayacaq bitkilərdir.

- Herrick

Kitab heç aldatmayan bir yoldaşdır.

- Guilbert De Pixrecourt

Axmaqlarla oturub-durmaqdansa , kitabla tənha oturmaq yaxşıdır.

- Qasım bəy Zakir

İnsan güc ilə yox, mütaliə etməklə ağıllanır.

- C.Bruno

Az bildiyini başa düşmək üçün çoxlu oxumaq lazımdır.

- Mişel Monten

Kitablar özünüzə və başqalarına hörmət etməyi öyrədəcək, ürəyi və ağlı, dünya və insanlıq sevgisiylə dolduracaq.

- Maksim Gorki

Kitab həyatın ən uzaq və qaranlıq yollarında insana işıq bəxş edən əfsanəvi çıraqdır

- A.M.Upit

BAKI QIZLAR UNİVERSİTETİ
1992-ci ildə təsis edilən və həmin vaxtdan da fəaliyyətə başlayan Bakı Qızlar Universitetinin (əvəllər Bakı Ali Pedaqoji Qızlar Seminariyası adlanırdı) yaradılmasında məqsəd respublikada qadın pedaqoji kadrlar yetişdirmək, onların intellektual səviyyəsini yüksəltmək və gənc qızları ailə həyatına hazırlamaqdan ibarətdir. Hazırda universitetdə "Sosial pedaqoji” və "Filologiya-tarix” fakültələri fəaliyyət göstərir. "Sosial pedaqoji” fakültədə "Təhsildə sosial-psixoloji xidmət”, "Psixologiya”, "Coğrafiya müəllimliyi”, "ibtidai sinif müəllimliyi”, "Məktəbəqədər təlim və tərbiyə”, "Riyaziyyat və informatika müəllimliyi”, "Filologiya-tarix” fakültəsində isə "Xarici dil (ingilis) müəllimliyi”, "Azərbaycan dili və ədəbiyyat müəllimliyi”, "Tarix müəllimliyi”, "Jurnalistika” üzrə bakalavr, "İbtidai sinifdə tədrisin metodika və metodologiyası”, "Pedaqogika nəzəriyyəsi və tarixi”, "Azərbaycan ədəbiyyatı”, "Azərbaycan dili”, "Azərbaycanın yeni və ən yeni tarixi” sahəsində magistratura səviyyəsində kadr hazırlığı aparılır.
Bakı Qızlar Universiteti Nazirlər Kabinetinin 1996-cı il fevralın 21-də 21 saylı sərəncamı ilə dövlət qeydiyyata alınmışdır. 2013-cü ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin lisenziya komissiyası BQU-nun çoxilli fəaliyyətinin, onun yüksək maddi-texniki bazasının, infrostrukturunun, təlim-tərbiyə sisteminin Azərbaycan Respublikası təhsil Qanununa Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Ali təhsil Müəssisələrinin fəaliyyətinə xüsusi razılıq (lisenziya verilməsi haqqında qərarına, Azərbaycan Respublikası Təhsil Nazirliyinin sənədlərinə uyğn qurulduğunu, pedaqoji kadrların hazırlanmasında əldə olunmuş nailiyyətlərini nəzərə alaraq universitetin fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsini məqsədəuyğun hesab etmişdir. Eyni zamanda 2013-cü ildə universitet akreditasiyadan keçmişdir. Universitetdə müxtəlif fənnlər üzrə kabinetlər, dörd kopüter otağı, kitabxana, badii yaradıcılıq studiyası, tələbə elmi cəmiyyəti, Tələbə Gənclər təşkilatı, dörd dərnəklər, nəşriyyat, idman zalı, yeməkxana, kadrlar şöbəsi və mühasibatlıq fəaliyyət göstərir.
Learn more