Əsas » Məqalə » Dünya ədəbiyyatı

Uilyam Şekspir-Maqbet-2
<< 1 / 2 / 3 / 4 >>

    Elə buna görə pərçimlənərək
    Qaldı boğazımda "Amin" kəlməsi.
L e d i M a q b e t.
    Düşünmə bu işi bu cür əzabla. İnsan dəli olar sarsıntılardan.
M a q b e t.
    Mənə elə gəlir bir səs eşitdim.
    Kimsə qışqırırdı: "Daha yatmayın!
    Öldürdü, yuxunu öldürdü Maqbet.
    Gündüzün dolaşıq kələflərini
    Gecə bir-bir açan, nizama salan,
    Yorğun beyinlərdən, üzgün qəlblərdən
    Əzabı, illəti çıxaran məlhəm,
    Gözəl təbiətin şirin neməti,
    Həyatın ən böyük, kamil loğmanı,
    O məsum yuxunu öldürdü Maqbet".
L e d i M a q b e t.
    Sən nə danışırsan?
M a q b e t.
    Həmin o adam
    Bütün yer üzünün insanlarına ,
    Car çəkib deyirdi: "Daha yatmayın!
    Yuxunu öldürdü Qlamis tanı.
    Elə buna görə Kavdor tanı da
    Bir daha heç zaman yatmayacaqdır.
    Maqbet daha, daha yatmayacaqdır!"
L e d i M a q b e t.
    Kimiydi orada belə qışqıran?
    Axı, hörmətli tan, bu cür mənasız,
    Səfeh fikirlərlə sən öz ruhunun
    Möhkəm qalasını viran edirsen.
    Get, bir azca su tap, əllərindəki
    Müdhiş şahidlərin izlərini yu.
    Niyə xəncərləri gətirdin, niyə?
    Onlar qalmalıdır öz yerlərində.
    Cəld tərpən, onları geriyə qaytar.
    Otaqda o yatan keşikçilərin
    Üstünü-başmı qanla bula sən.
M a q b e t.
    Yox, yox, bacarmaram, inan, qorxuram
    Mən nə etdiyimi düşünməyə də.
    Gördüyüm bu işə bir də baxmağa
    Çatmır cəsarətim.
L e d i M a q b e t.
    Ah, iradəsiz!
    Onda xencərləri ver, apanm mən.
    Yatanlar, ölülər şəkil kimidir.
    Yalnız uşaq qorxar şeytan şəklindən.
    Dunkandan qan axsa, onun qanıyla
    Üzünü-gözünü keşikçilərin
    Yaxşıca salaram qızıl suyuna,
    Onların üstündə qalar bu günah.
    Gedir. Darvaza döyülür.
M a q b e t.
    Nədir bu taqqıltı? Kimdir bu döyən?
    Mənə nə olubdur? İndi hər bir səs
    Salır vahiməyə, dəhşətə məni.
    Bu necə əllərdir? Ah! Gözlərimi
    Az qalır çıxarsın hədəqəsindən.
    Dənizlər tanrısı böyük Neptunun
    Coşqun dəryaları, daşqın çayları
    Bu ellərdən qanı yuya bilərmi?
    Yox, yox, mümkün deyil.
    Mənim əllərim
    Bütün kainatın göy sularmı
    Qan kimi qızardar öz qan rəngiylə.
    Ledi Maqbet qayıdır.
L e d i M a q b e t.
    Sənin əllərin tək mənim əllərim
    İndi gör necə də qıpqırmızıdır!
    Fəqət utamram, ağciyərəm mən.
     (Darvaza döyülür).
    Cənub tərəfdəki bayır qapını
    Odur ha, döyürlər, eşidirsənmi?
    Yataq otağına gedək tezcə biz.
    Bir azca su yuyar bu ləkələri.
    Onda asan olar izi itirmək.
    Hanı mətanətin, hanı dözümün?!
    Özünü ələ al, sənə nə oldu?!
     (Darvaza döyülür).
    Yenə də döyülür bayır qapısı.
    Dəyiş paltarını, cəld ol, əzizim,
    Gecə xələtini geyin əyninə.
    Bizi görən olsa, şübhələnməsin,
    Bilməsin ki, gecə oyaq qalmışıq.
    Artıq bu işləri yadından çıxar,
    Burax fikirləri, qətiyyətli ol.
M a q b e t.
     Özünü unutmaq asandır, asan, .
    Fəqət o qətli unutmaq olmur.
     (Darvaza döyülür).
    Sən bu tıqqıltınla, bu hay-küyünlə
    Dunkanı yuxudan oyadaydın kaş.
    Gedirlər.

ÜÇÜNCÜ SƏHNƏ


    Yenə həmin yer. Qapıçı gəlir. Darvaza döyülür.
Q a p ı ç ı.
    Bax, qapı döymək buna deyərlər ha!..
    Cəhənnəmdə də qapıçı olsan, yenə vəzifən qapı açmaqdır
     (Darvaza döyülür).
    Sındır, hə, sındır.
    Şeytan Velzevula eşqinə, de görüm kimsən?
    Bilin, zavallı fermersən.
    A yazıq, taxılı saxladın, elə bildin, qıtlıq olacaq, yaxşı qazanc əldə edəcəksən.
    Əksinə, bolluq oldu.
    Yaman ziyana düşdün.
    Dərdə tablamayıb özünü asdın.
    Lap vaxtında gəlmisən.
    Bacardığın qədər dəsmal hazırla.
    Cəhənnəmdə çoxlu tərləməli olacaqsan.
     (Darvaza döyülür).
    Sındır, hə, sındır.
    Başqa bir şeytan eşqinə, de görüm kimsən?
    Bildim, ikiüzlü şahidsən.
    Ədalət məhkəməsi tərəzisinin hər iki gözünü bir-birinə zidd olan yalan şəhadətlərlə doldurmusan.
    Allaha and içib, Allaha o qədər xəyanət etmisən ki, cənnətə gedə bilməmisən.
    Sənin yerin elə cəhənnəmdir.
    Buyur, içəri gəl, ikiüzlü şahid
     (Darvaza döyülür).
    Sındır, hə, sındır. Kimdir? Bildim.
    İngilis dərzisisən.
    Enli fransız şalvarından kəsib oğurladığın üçün buraya gəlmisən.
    Buyur, içəri gəl, sən burada cəhənnəm odunda öz ütünü qızdıra bilərsən
     (Darvaza döyülür).
    Sındır, hə, sındır. Bir dəqiqə rahatlıq yoxdur ki!
    Kimsən? Dayan bir. Yaman soyuqdur.
    Burdan cəhənnəm olmaz.
    Mən daha cəhənnəm qapıçısı olmaq istəmirəm.
    Ancaq kef-əyləncə yolu ilə gələn, cəhənnəmin əbədi alovuna can atan, hər rütbədən olan bir adama qapı açmaq istərdim
     (Darvaza döyülür). Bu saat, bu saat.
    Xahiş edirəm, qapıçıdan mərhəmətinizi əsirgəməyəsiniz
     (Darvazanı açır).
    Makduf və Lenoks daxil olurlar.
M a k d u f.
    Görünür, bu gecə gec yatmısan, dost,
    Onunçun yuxudan gec oyanırsan?
Q a p ı ç ı.
    Doğru buyurursunuz, cənab, xoruzların ikinci banına qədər içmişik.
    Məlumdur ki, cənab, içki böyük fitnəkardır. Əsasən üç şey törədir.
M a k d u f.
    Dediyin əsasən o üç şey nədir?
Q a p ı ç ı.
    Belədir, cənab. Burun qızarır, gözləri yuxu qapayır, ayaqlar tez-tez bayıra gedib-gəlir. İçki, cənab, əxlaqı pozur da, pozmur da şəhvəti yandırır da, söndürür də. Gərək içkinin miqdarım bilə-sən, çünki artıq içki həmişə şəhvətə qarşı riyakardır. İçki insanı həm şəhvətə qul edir, həm onu şəhvətə qulluq etməyə qoymur, həm təhrik edir, həm mane olur, həm sövq edir, həm dəf edir, həm qızışdırır, həm soyudur. Bir sözlə, içki adamın gözünü yalanlarla bağlayır, kürəyini yerə vurub aradan çıxır.
M a k d u f.
    Yəqin ki, bu gecə riyakar içki
    Sənin kürəyini yerə vurubdur.
Q a p ı ç ı. Elədir, cənab, o riyakar mənim boğazımdan yapışdı. Ancaq mən buna görə onun mükafatım verdim. Mən ondan çox güclü idim. O arabir mənim qılçalarımdan tutsa da, mən kələk gəlib onun arxasını yerə vurdum.
M a k d u f.
    Bir desən, yuxudan oyanıb ağan?
     (Maqbet gəlir).
    Bizim səs-küyümüz oyatdı onu,
    Narahat elədik. Odur bax, gəlir.
L e n o k s (Maqbetə).
    Sabahınız xeyir, hörmətli cənab!
M a qb e t.
    Sabahınız xeyir, mehriban dostlar.
M a k d u f.
    Kral oyanıbmı, alicənab tan?
M aqb e t.
    Hələ oyanmayıb.
M a k d u f.
    Əmr etmişdi ki,
    İşıqlanan kimi baş çəkim ona.
    Təxminən bir saat gecikmişəm mən.
M a q b e t.
    Sizi apararam onun yanma.
M a k d u f.
    Bilirəm bu zəhmət zövq verir sizə,
    Hər halda bu yenə bir əziyyətdir.
M a q b e t.
    Zövq verən bir zəhmət əziyyət deyil.
    Baxın, bu da qapı.
M a k d u f.
    Çatır cürətim,
    Keçim içəriyə, belə əmr edib.
    Gedir.
L e n o k s.
    Kral bu gün gedir?
M a q b e t.
    İstəyir getsin.
L e n o k c s.
    Şiddətli fırtına qopdu bu gecə.
    Bizim qaldığımız uca binanın
    Bütün bacalar uçub töküldü.
    Deyirlər: bir bədbəxt ölümqabağı
    Zarıyıb, inləyib-xırıldayırmış.
    Qorxunc yanğınlardan, fəlakətlərdən,
    Yeni qiyamlardan, qara günlərdən
    Kimsə həyəcanla xəbər verirmiş.
    Bayquşlar ulayıb bütün gecəni.
    Bəziləri deyir: yer tərpənibmiş.
M a q b e t.
    Doğrudan, bu gecə tufanlı idi.
L e n o k s.
    Mən bu gənc yaşımda belə heybətli
    Bir gecə gördüyüm yadıma gəlmir.
    Makduf qayıdır.
M a k d u f.
    Aman! Dəhşət! Dəhşət! Müsibətə bax!
    Onu ürək duyub, dil deyə bilməz.
M a q b e t və L e n o k s.
    Nə var, nə olubdur?
M a k d u f.
    Mənfur cinayət
    Yaradıb özünün şah əsərini.
    Dünyada ən məlun, ən alçaq qətl
    Tanrının müqəddəs məbədi olan
    Kralın köksünü yarıb bu gecə,
    Onun həyatmı oğurlayıbdır!
M a q b e t.
    Siz nə deyirsiniz? Həyat, eləmi?
L e n o k s.
    Siz əlahəzrətdən danışırsınız?
M a k d u f.
    Xahiş eyləməyin, deyə bilmirəm.
    Yataq otağına girib bu saat
    O qanlı vəhşətə baxın özünüz
    Bədheybət başında qıl əvəzinə,
    Qorxunc, vahiməli ilanlar bitən
    Qanadlı əjdaha görürmüş kimi,
    Yerinizdə donub mat qalarsınız,
    Diliniz lal olar, gözləriniz kor.
     (Maqbet və Lenoks gedirlər).
    Hay salın, hay salın!
    Tez zəngi çalın! Cinayət, xəyanət!
    Banko, Donalbayn! Malkolm!
    Oyanın, yuxudan durun!
    Ölümün yalançı yoldaşı olan
    Saxtakar yuxunu atın bir yana,
    Həqiqi ölümü görməyə gəlin.
    Ayılın, ayılın! Malkolm! Banko!
    Qiyamət günündə məzarlarından
    Qalxan ruhlar kimi, qalxın ayağa,
    Gəlib bu dəhşətə tamaşa edin.
    Cəld olun, həyəcan zəngini çalın.
    Zəng çalınır. Ledi Maqbet gəlir.
L e d i M a q b e t.
    Ürək parçalayan bu səs-küy nədir?
    Neçin oyadırlar xalqı yuxudan?
    Danışın, danışın!
M a k d u f.
    Mehriban xanım,
    Heç vaxt zərif, incə qadın qulağı
    Bu ağır xəbərə tablaya bilməz.
    Mən onu danışsam, məhv edər sizi.
     (Banko gəlir).
    Banko, Banko! Kral öldürülmüşdür!
L e d i M a q b e t.
    Necə! Aman Allah! Bizim evdəmi?
B a n k o.
    Harda olur-olsun, bu vəhşilikdir.
    Mərhəmətli Makduf, ömründə bir yol
    Sözünü inkar et, de ki, səhvdir bu.
    Maqbet və Lenoks qayıdırlar.
M a q b e t.
    Kaş ki, mən öləydim bir saat əvvəl,
    Gözüm görməyəydi bu müsibəti.
    O zaman deyərdim yer üzündə mən
    Xoşbəxt yaşamışam öz həyatımı.
    Daha bundan sonra nə var dünyada?
    Hər şey əyləncədir, hər şey oyuncaq.
    Şan-şöhrət, gözəllik məhv oldu artıq.
    Həyatın şərabı tükəndi tamam,
    Çəlləyin dibində yalnız xılt qaldı.
    Malkolm və Donalbayn gəlirlər.
    Donalbayn. Bir bəla üz verib?
M a q b e t.
    Özü də sizə.
    Sizin qan çeşməniz, həyat çeşməniz
    Soğulub, quruyub həm də gözündən.
M a k d u f.
    Atanız qətl olub.
M a 1 k o 1 m.
    Qatili kimdir?
L e n o k s.
    Belə görünür ki, onunla eyni
    Bir otaqda yatan keşikçiləri.
    Əlləri, üzləri qan içindədir,
    Al qana batıbdır xəncərləri də.
    Qanı silinməmiş xəncərləri biz
    Gördük balıncların lap yanındaca.
    Sonsuz şaşqınlıqla, sonsuz təlaşla
    Bərələ qalmışdı onların gözü.
    Belə adamlara öz həyatını
    Heç kəs ümid etməz, etibar etməz.
M a q b e t.
    Hirsimdən onları qılıncladım mən,
    İndi peşmanam tutduğum işə.
M a k d u f.
    Onları nə üçün öldürdünüz siz?
M a q b e t.
    Eyni bir zamanda kim həm ağıllı,
    Həm dəli, həm hirsli, həm də mülayim
    Ola bilər axı? Heç kim, heç bir kəs.
    Mənim coşqun sevgin tüğyan eylədi,
    Keçdi ləng ağlımı bir an içində.
    Dunkan uzanmışdı qarşımda mənim,
    Qızıl qan olmuşdu gümüş bədəni.
    Onun yaralan viranəlikdə
    Açılmışdı dərin kahalar kimi.
    Bir yanda yatırdı qorxunc qatillər
    Mənfur cinayətin təsdiqi kimi.
    Onların üstünü başdan ayağa
    Tamam bürümüşdü qan ləkələri,
    Qana boyamışdı xəncərləri də.
    Bu vaxt sinəsində ürəyi olan,
    Ürəyində sevgi, sevgisi ülvi,
    Sözünə, əhdinə sadiq bir insan
    Necə dayanardı, necə durardı?
Ledi Maqbet
     (yalandan bayılaraq).
    Ah, kömək ediniz!
M a k d u f.
    Kömək eyləyin!
M a 1 k o 1 m
     (yavaşca Donalbayna).
    Bu ağır fəlakət hamıdan artıq
    Bizə əzab verir. Niyə susmuşuq?
    Donalbayn (yavaşca Malkolma).
    Nə deyə bilərik belə bir halda?!
    Canilər yurdunda dönük bəxtimiz
    Pusquda dayanıb gözləyir bizi.
    Hər an çıxıb bizi məhv edə bilər.
    Gəl qaçaq buradan. İndi bu yerdə
    Göz yaşı tökməyin zamanı deyil.
M a 1 k o 1 m (yavaşca Donalayna).
    Dərdimiz o qədər böyükdür bizim,
    Onu danışmağa bir söz tapılmaz.
B a n k o (xidmətçilərə).
    Aparın ledini öz yatağına.
     (Ledi Maqbeti aparırlar).
    Gedib geyinəyin paltanmızı,
    Sonra da bir yerə yığışağın biz.
    Misli görünməmiş bu qanlı işi
    Arayıb axtaraq axıra kimi,
    Əslini, kökünü öyrənək tamam.
    Qorxu, şübhə bizi salır lərzəyə.
    Böyük yaradanın köməyiylə mən
    Xainin bu gizli cinayətini
    Açmaq üçün inadla çarpışacağam.
    Buna and içirəm.
M a k d u f.
    Mən də. Hamı. Hamımız.
M a q b e t.
    Sözün müxtəsəri, hərbi geyimdə
    Toplaşaq salona. H a m ı. Yaxşı, razıyıq.
    Malkolm və Donalbayndan başqa, hamı gedir.
M a 1 k o 1 m.
    Nə edək, qardaşım?
    Artıq bunlarla
    Bir daha bir yerdə qala bilmərik.
    Saxtakar adamlar çox asanlıqla
    Görünə bilirlər qəmli-qüssəli.
    Mən burdan gedirəm İngiltərəyə.
D o n a l b a y n.
    Mən isə gedirəm İrlandiyaya.
    Yalnız bizim belə ayrılmağımız
    Bizi təhlükəsiz saxlayacaqdır.
    Burda insanların təbəssümündə
    Sıyrılmış qılınclar parlayır ancaq.
    Qanımıza ən çox yaxın olan kəs
    Qanımıza ən çox susayır bizim.
M a l k o l m.
    Qatilin atdığı təhlükəli ox
    Hələ də dolanıb süzür havada.
    Biz ona bir hədəf olmamaq üçün
    Gərək öz vaxtında çıxaq aradan.
    Odur ki təcili minək atları,
    Vida mərasimi yersizdir indi.
    Haydı, düşək yola fürsət var ikən.
    Bir yerdə yoxdursa insaf, mərhəmət,
    Oğru tək əkilmək deyil qəbahət.
    Gedirlər

DÖRDÜNCÜ SƏHNƏ


    Yenə də həmin yer. Maqbetin qəsrinəen aralı bir meydan. Ross və bir qoca gəlirlər.
Q o c a.
    Dünyada yetmiş il ömür sürmüşəm,
    Mən günlər görmüşəm ağlı-qaralı.
    Zamanın dolaşıq sərgüzəştində
    Möcüzələr olub, dəhşətlər olub.
    Hamısı çox yaxşı qalıb yadımda.
    Bütün gördüklərim bu vahiməli
    Gecəyə nisbətən heç şeydir, heç şey.
R o s s.
    Elədir, baxınız, mehriban ata,
    Bəşərin bu qanlı faciəsindən
    Hətta göylər belə, təhqir olmuş tək,
    Qəzəblə tökübdür qaş-qabağını.
    Artıq səhər çoxdan açılmalıydı,
    Fəqət dustaq edib günəşi zülmət.
    Gündüz öz nur dolu dodaqlarıyla
    Dünyanın üzündən öpməsin deyə
    Dünyanı qoynunda gizlədib gecə.
    Əcəba dəyişib gərdişi-dövran;
    Gecəmi aləmə hökmdar olub,
    Yoxsa insanların əməllərindən
    Gündüz daldalanır, həya eyləyir.
Q o c a.
    Bu qanlı, bu məşum cinayət kimi,
    Təbiətə ziddir bütün bu işlər.
    Çərşənbə axşamı bir şahin gördüm.
    Səmanın ən uca ənginliyində
    Uçub əzəmətlə dövrə vururdu.
    Bu zaman bir bayquş siçovul kimi,
    Pusqudan çıxaraq hücuma keçib,
    Qanına bələdi o qızılquşu.
R o s s.
    Bunlar, doğrudan da, çox qəribədir.
    Dunkanın cins, gözəl atları isə
    Birdən qeyzə gəlib vəhşiləşərək
    Qırdılar tövlənin qapılarmı,
    Baş alıb qaçdılar səhraya doğru.
    Atlar itaətə qarşı çıxaraq
    Sanki insanlarla vuruşacaqdı.
Q o c a.
    Belə deyirlər ki, cinlənmiş atlar
    Hirslə gəmirirmiş biri-birini.
R o s s.
    Bəli, gözlərimlə gördüm mən özüm,
    Onlara heyrətlə tamaşa etdim.
    Budur, gəlir Makduf.
     (Makdufdaxil olur).
    Hörmətli cənab,
    İndi bu dünyada nələr baş verir?
M a k d u f.
    Sən məgər görmürsən?
R o s s.
    Bu qanlı işi
    Kimlər törədibdir, məlum olmadı?
M a k d u f.
    Maqbet öldürdüyü o iki adam.
R o s s.
    Xudaya, ölmədik, biz nələr gördük!
    Görəsən, onların niyyəti nəymiş?
M a k d u f.
    Onlar satqındılar. Bir iş var ancaq,
    Kralın varisi iki övladı -
    Malkolm, Donalbayn xəlvət qaçmışlar.
    Hamı şübhələnir indi onlardan.
R o s s.
    Yenə təbiətin ziddinədir bu.
    İnsanın ağlını gör bir necə də
    Başından çıxarır şöhrətpərəstlik,
    Kəsir öz kökünü öz əlləriylə!
    Yəqin ki, çatacaq taxt-tac Maqbetə.
M a k d u f.
    Bəli, artıq onu kral seçdilər.
    O getdi Skona tac qoymaq üçün.
R o s s.
    Haradadır Dunkanın cənazəsi bəs?
M a k d u f.
    Apardılar Kolmkil adacığına.
    Bu yerdə müqəddəs bir məqbərədə
    Onun əcdadının sür-sümükləri
    Saxlanır qədimdən bu günə kimi.
R o s s.
    De, sən də Skona gedəcəksənmi?
M a k d u f.
    Yox, dostum, yox, Fayfa gedəcəyəm mən.
R o s s.
    Mən isə Skona düşürəm yola.
M a k d u f.
    Yaxşı yol, orada yaşa firavan,
    Yeni vəzifədə sıxılmayasan.
    Kaş təzə xalatda köhnə xalata həsədlə baxmayaq.
R o s s.
    Əlvida, ata.
Q o c a.
    Sizi və xeyirxah mərd adamları
    Hər an kölgəsində hifz etsin tanrı.
    Gedirlər.

ÜÇÜNCÜ PƏRDƏ

BİRİNCİ SƏHNƏ


    Forres. Sarayda bir otaq. Banko daxil olur.
B a n k o.
    Üç sirli bacının vəd etdiyi tək
    Bütün rütbələrə çatmısan indi Qlamis,
    Kavdor tanı, kralsan artıq.
    Fəqət qorxuram ki, ən çirkin, iyrənc
    Oyun oynayasan bu məqsəd üçün.
    Onlar dedilər ki, sənin taxt-tacın
    Heç vaxt keçməyəcək övladlarına.
    Mənimsə başqadır bəxtim, qismətim.
    Gələcəkdə bir çox kral nəslinin
    İlk kökü, atası olacağam mən.
    Maqbet, sənin haqda cadugərlərin
    Bütün dedikləri doğraya çıxdı.
    Bəs onda nə üçün mənim barəmdə
    Onların dediyi həmin sözlərə
    Mən ümid etməyim, mən inanmayım?
    Ancaq susmaq gərək, hələlik bəsdir,
    İndi danışmağa yoxdur ehtiyac.
    Şeypur çalınır. Maqbet kral paltarında,
    Ledi Maqbet kraliça libasında daxil olurlar.
    Onları Lenoks, Ross, saray adamları və xanımlar müşayiət edirlər.
M a q b e t.
    Əsas qonağımız burdadır bizim.
L e d i M a q b e t.
    Unutsaydıq onu dəvət etməyi,
    Heç olardı böyük ziyafətimiz,
    Hər şey itirərdi öz qiymətini.
M a q b e t (Bankoya).
    Bu axşam sarayda, mehriban dostum,
    Təntənəli bir şam verəcəyik biz.
    Təvəqqe edirəm gəlməyinizi.
B a n k o.
    Əlahəzrət, mənə sərəncam verin.
    Borcumdur baş əyim hər əmrinizə.
    Qırılmaz, ayrılmaz, möhkəm tellərlə
    Ürəkdən əbədi bağlıyam sizə.
M a q b e t.
    Bu gün gedirsiniz?
B a n k o.
    Bəli, günorta.
M a q b e t.
    Bugünkü bu vacib müşavirədə
    Sizin həm əsaslı, həm də qiymətli
    Gözəl rəyinizi bilmək istərdik.
    İndi ki belədir, sabaha qalsın.
    Yolunuz uzaqdır?
Banko.
    Əziz hökmdar,
    Şam vaxtına çəkər gedib-gəlməyim.
    Yaxşı yeriməsə kəhərim gündüz,
    Qaranlıq gecədən bir-iki saat
    Geri dönmək üçün borc almalıyam.
M a q b e t.
    Ancaq qonaqlığa gecikməyiniz.
B a n k o.
    Əsla gecikmərəm.
Maqbet.
    Eşitmişik ki,
    Kralın qaniçən oğullarının
    Biri sığınıbdır İngiltərəyə,
    O biri qaçıbdır İrlandiyaya.
    Ata qatilləri olduqlarını
    Heç cürə almırlar boyunlarına.
    Fikri çaşdırmaq üçün xalq arasında
    Qəribə şayiə uydurur onlar.
    Sabah mühüm dövlət işlərimiz var,
    Yığışıb bir yerdə həll etməliyik,
    Onda bu barədə danışarıq biz.
    Gedin, səfəriniz uğurlu olsun!
    Flins də sizinlə gedəcəkdimi?
B a n k o.
    Bəli, artıq vaxtdır, mehriban kral.
Maqbet.
    Kaş ki, atlarımız çapsın dördnala.
    Tez gedib, tez gəlin. Sizə yaxşı yol.
     (Banko gedir).
    Saat yeddiyədək siz azadsınız,
    Kim necə istəyir əylənə bilər.
    Görüşü nəşəli keçirmək üçün
    Axşam şama qədər öz vaxtımızı
    Gəlin tək keçirək, yalqız keçirək.
    Xudahafiz! Allah sizə yar olsun.
     (Maqbet və bir xidmətçidən başqa, hamı gedir).
    Ehey, o adamlar buradadırmı?
X i d m ə t ç i.
    Hökmdar, sarayın darvazasının
    Önündə durublar əmrə müntəzir.
M a q b e t.
    Cəld tərpən, onları yanıma gətir.
     (Xidmətçi gedir).

    Möhkəm dayanmırsa əyləşdiyin taxt,
    Onda kral olmaq heç nəyə dəyməz.
    Könlümün ən dərin guşəsinədək
    Yeriyib qanıma Banko qorxusu.
    Onun o şahənə təbiətində
    Qəlbi lərzə salan bir dəhşət vardır.
    O yaman cəsurdur, mərddir, igiddir,
    Sonsuz cəsarəti, sonsuz cürəti
    Ağlı-kamalıyla yaranıb əkiz.
    Yüz ölçür, bir biçir gördüyü işi.
    Dünyada mən yalnız ondan qorxuram.
    Qədim Rum qeysəri Yuli Sezarın
    Ruhu qarşısında Mark Antoninin
    Ruhu alçalan tək, mənim də ruhum
    Alçalır Bankonun ruhu önündə.
    Cadugər bacılar əvvəlcə mənə
    Kral rütbəsini vəd eyləyəndə
    Banko məzəmmətlə xahiş etdi ki,
    Onun da bəxtindən versinlər xəbər.
    O vaxt sehrbazlar peyğəmbər kimi,
    İnamla dedilər: kral nəslinin
    Atası olacaq gələcəkdə o.
    Mənimsə varisim olmayacaqdır.
    Başıma xeyirsiz bir tac qoydular.
    Əlimə yad nəslə miras qalacaq
    Hökmdar əsası verdilər onlar.
    Deməli, Bankonun övladları üçün
    Mən öz pak qəlbimi ləkələmişəm.
    Cinayət törədib, onlara görə,
    Qana bələmişəm nəcib Dunkanı.
    Yalnız onlar üçün öz vicdanımın
    Büllur kasasına zəhər tökmüşəm.
    Əbədi ruhumu mənfur şeytana-
    Bəşər düşməninə satmışam dürtək.
    Nə var ki Bankonun törəmələri
    Taca sahib çıxsın, hökmdar olsun!
    Yox, yox, ola bilməz, bu mümkün deyil,
    Əgər belədirsə, onda, ey tale,
    Hazıram sənin də töküm qanını,
    Gəl, gəl, ölüm-dirim vuruşuna sən.
    O kimdir?
     (Xidmdətçi iki qatillə qayıdır). (Xidmətçiyə)
    İndi get, dayan qapıda,
    Hərgah lazım gəlsə, çağırtdırarıq. (Qatillərə)
    Mən dünən sizinlə danışmamışam?
B i r i n c i q a t i l.
    Bəli, əlahəzrət, danışmısınız.
Maqbet.
    Sözlərimi yaxşı düşündünüzmü?
    Başa düşdünüzmü, bu vaxta qədər
    Sizi dərd içində saxlayan xain
    Təkcənə bir odur. Məni nahaqdan
    Həmişə günahkar zənn edirdiniz.
    Mən keçən söhbətdə sübut etdim ki,
    Sizə kələk gələn, sizə tor quran, ... ,
    Əlinizdən alan var-yoxunuzu,
    Hər cür vasitəylə yandıran-yaxan,
    Sizi məngənədə əzən odur, o.
    Hətta öz ağlını itirən bir kəs
    Aydın dərk edər ki, bu bədbəxtliyin
    Yeganə baisi ancaq Bankodur.
    Bunu dünən sizə başa salmadım?
B i r i n c i q a t i l.
    Bəli, hökmdarım, başa saldınız.
M a q b e t. :
    O söhbət bu işin əvvəli idi,
    İndisə ikinci söhbətə keçək.
    Gərək biz ətraflı düşünək bu gün.
    Hə, bir deyin görüm, gələcəkdə də
    Bu müdhiş zillətə dözəcəksiniz?
    Bəlkə, sizi belə öyrədiblər ki,
    Amansız əliylə zülmət məzara
    Sizi sürüyərək çəkib aparan,
    Məşəqqət içində ailənizi
    Ömürlük dilənçi kökünə salan
    Xeyirxah adama, onun nəslinə
    Xeyir-dua verib diz çökəsiniz?
B i r i n c i q a t i l.
    Hökmdar, neyləyək, biz ki insanıq!
M a q b e t.
    Bəli, tazı, tula, ənik, qurdbasan,
    Maşkı, şəngi, danqa, quyruğuçəmbər
    Köpəklər içində it sayılan tək,
    Bəşər övladının içində siz də :
    Bir insan, bir adam sayılırsınız.
    Ancaq unutmayın bir həqiqəti:
    Köpəklər fərqlənir biri-birindən;
    Qapağan, mehriban, yaxşı iy bilən,
    Tənbəl, cəld, hiyləgər yaranıb onlar.
    Təbiət onların adına görə
    Hərəsinə bir cür keyfiyyət verib.
    İnsan xilqəti də belədir, belə.
    İndi deyin görüm, ürəyinizdə
    Kişilik qeyrəti hökm eyləyirmi?
    İnsan cərgəsində ən pis, sonuncu,
    Ləyaqətsiz yeri tutmursunuz ki?
    Mən sizə şərəfli bir iş tapşırım,
    O sizi düşməndən xilas eyləyər.
    Həm də hökmdarın məhəbbətini,
    Böyük rəğbətini qazanarsınız.
    Necə ki o sağdır, mənim sizin tək,
    Nə bir dincliyim var, nə bir xoş günüm.
    Bizə bu dünyada yalnız və yalnız
    Həyat bağışlayar onun ölümü.
İ k i n c i q a t i l.
    Hökmdar, anadan olduğum gündən
    Müdhiş zərbələri qansız dünyanın
    O qədər dağ çəkib köksümə mənim,
    Hətta itirmədən bircə an belə
    İntiqam alaram bu dünyadan mən.
B i r i n c i q a t i l.
    Mənim də üzümə gülməyib tale,
    Mən cana doymuşam fəlakətlərdən.
    Hazıram hər zaman hər təhlükəyə.
    Ya mənim həyatım yaxşılaşmalı,
    Ya da bu həyatdan qurtarmalıyam.
M a q b e t.
    Bunu hər ikiniz bilməlisiniz,
    Sizin düşməniniz yalnız
    Bankodur.
Q a t i 11 ə r.
    Bilirik, hökmdar.
M a q b e t.
    Bilin, mənim də
    Amansız, qaniçən düşmənimdir o.
    Onun həyatının hər dəqiqəsi
    Sancılır qəlbimə sivri ox kimi.
    Mənim imkanım var, açıq-aşkara
    Onu yer üzündən silim bir anda.
    Fəqət belə işə yol vermək olmaz,
    Çünki bizim eyni dostlarımız var.
    Onların sınanmış məhəbbətini
    Gərək itirməyim heç vaxt, heç yerdə.
    Əksinə nəzərdə ucalmaq üçün
    Özüm öldürdüyüm adamın üstdə
    Gərək nalə çəkim, göz yaşı töküm.
    Əsl həqiqəti istəyirəm ki,
    Xalqın gözlərindən gizli saxlayım.
    Elə buna görə ürək qızdırıb
    Ümid bağlayıram köməyinizə.
İ k i n c i q a t i l.
    Hökmdar, siz bizə əmr etsəniz,
    Biz ona can başla əməl edərik.
B i r i n c i q a t i l.
    Hətta həyatımız qurban getsə də.
M a q b e t.
    Sizin mərdliyiniz, igidliyiniz
    Alışıb nur saçır gözlərinizdə.
    Harada, nə zaman pusquda durub,
    Ona hansı anda hücum etməyi
    Bir saatdan sonra deyərəm sizə.
    Saraydan kənarda, başqa bir yerdə
    Bu qətl bu gecə qurtarmalıdır.
    Həmişə siz bunu xatırlayın ki:
    Haqqımda şübhəyə yol vermək olmaz.
    Mənim arzum budur, məqsədim budur:
    Belə çətin işdən, bu ağır işdən
    Bir iz, bir nişanə qalmasın gərək.
    O gedir öz oğlu Flinslə birgə.
    Onun ölümündən onun oğlunun
    Ölümünü heç də az istəmirəm.
    v Mənə bir təhlükə olmasın deyə
    Bu qəmli taleyi elə bu gecə
    O öz atası ilə bölüşməlidir.
    Bir yana çəkilin, bir yaxşı-yaxşı
    Düşünün, daşının, qərara gəlin.
    Bu saat geriyə qayıdıram mən.
İ k i n c i q a t i l.
    Qərara gəlmişik artıq, hökmdar.
M a q b e t.
    O halda dəhlizdə durub gözləyin,
    Mən sizi tezliklə çağırtdıraram.
     (Qatillər çıxırlar).
    Banko, qət olundu, uçacaq ruhun.
    Göylər qismətinsə, xoşbəxtsən, məncə,
    Göylərə qonacaq ruhun bu gecə.
    Gedir.

İKİNCİ SƏHNƏ


    Hemən yer. Başqa bir otaq. Ledi Maqbet ve Xidmətçi gəlirlər.
L e d i M a q b e t.
    Banko gedibdirmi?
X i d m ə t ç i.
    Gedibdir, xanım.
    Fəqət o bu axşam qayıdacaqdır.
L e d i M a q b e t.
    Dayanma, tez çağır əlahəzrəti.
    Ona sözüm vardır.
X i d m ə t ç i.
    Baş üstə, xanım.
    Gedir.
L e d i M a q b e t.
    Bütün bu qurbanlar hədərdir, hədər.
    Öldürüb yaşamaq ölümdən betər.
    Kədərdən doğulan sevinc, səadət
    Ömürlük əzabdır, ömürlük dəhşət.
     (Maqbet daxil olur).
    Nə var belə, milord? Nə üçün, nədən
    Daima yalqızsan, daima qəmli?
    Ölmüş adamların barəsindəki
    Bu ağır, üzücü düşüncələrin
    Qoy qalsın biryolluq onlarla birgə.
    Fikir eləməkdən axı nə çıxar?
    Çarəsiz dərdləri unutmaq gərək.
    Artıq olan olub, keçən də keçib.
M a q b e t.
    İlan yaralandı, ölmədi fəqət,
    Yarası bitişib sağalacaqdır.
    Bizim həyatımız əvvəlki kimi,
    Təhlükə altında qalacaq yenə.
    Döyükə-döyükə dəhşət içində
    Yeyincə bir qismət çörəyimizi,
    Qorxunc röyaların vahiməsindən
    Gecələr oyanıb tir-tir əsincə,
    Qoy bu cahan mülkü od tutub yansın,
    Yer göyə, göy yerə dəysin bir anda,
    Hər iki dünyamız tarimar olsun.
    Bu ruhi əzabın sarsıntısından
    Həyəcan içində qovrulmaqdansa,
    Tacını, taxtım zəbt eyləyərək
    Rahatlıq evinə göndərdiyimiz
    Ölüylə bir yerdə yatmaq yaxşıdır.
    Qurtarıb həyatın səksəkəsindən
    Dunkan sakit yatır öz məzarmda.
    Ən rəzil işini gördü xəyanət.
    İndi iti xəncər, qorxulu zəhər,
    Daxili ədavət, xarici hücum
    - Heç nə, heç nə ona toxuna bilməz.
L e d i M a q b e t.
    Özünü ələ al, mehriban milord.
    Qoy mülayim olsun sərt baxışların.
    Çalış, bu axşamkı qonaqlıqda sən
    Hamıya şad görün, nəşəli görün.
M a q b e t.
    Üzüm güləcəkdir, quzum, sənin də,
    Təvəqqe edirəm, gülsün sifətin.
    Bankoya daha çox nəvaziş göstər.
    Dilin şirin olsun, baxışın həlim.
    Necə ki təhlükə içindəyik biz
    Məcburuq yaltaqlıq şəlaləsində
    Yuyaq ləkələnmiş vicdanımızı.
    Gərək üzümüzü ürəyimizə
    Hər yerdə hər zaman maska eyləyək.
L e d i M a q b e t.
    Unut birdəfəlik bu fikirləri.
M a q b e t.
    Oh, məgər mümkünmü, istəkli zövcəm!
    Qəlbim əqrəblərlə doludur mənim.
    Bilirsən, Banko da, Flins də sağdır.
L e d i M a q b e t.
    Onlarm həyatı əbədi deyil,
    İnsan təbiətin surətidir, bil.
M a q b e t.
    Onlar öləridir, budur təsəllim.
    Sən də bu ümidlə hələlik şad ol.
    Yarasalar çıxıb yuvalarından
    Ov üçün xəlvətcə hələ uçmamış,
    Hekatanın sirli çağırmasıyla
    Böcəklər ayılıb şirin yuxudan
    Öz zərif, öz incə qanadlarıyla
    Gecənin zəngini hələ çalmamış
    Müdhiş bir hadisə baş verəcəkdir.
L e d i M a q b e t.
    Nədir o hadisə?
M a q b e t.
    Sevimli quzum,
    Bu işi bilməyə indi can atma.
    Sonradan sən məni tərifləyərsən.
    Gəl, ey zülmət gecə, qara pərdənlə
    Rəhmli, şəfqətli, nurlu gündüzün
    Məhəbbətlə dolu gözünü bağla.
    Görünməz, bilinməz, qanlı əlinlə
    Mənə əzab verən, əziyyət verən
    Ağır buxovları qırıb parçala.
    Günəş qürub edir, üfüqlər solur,
    Uçur qarğalar da meşəyə doğru.
    Xeyirxah qüvvələr gedir yatmağa.
    Bədxahlar oyanır şikar tutmağa
    Sən gəl heyrətlənmə, səbir et bir qədər,
    Şər üstdə qurulan şərlə yüksələr.
    Gedək mənimlə.
    Gedirlər.

ÜÇÜNCÜ SƏHNƏ


    Qəsrin önündə bir park. Üç qatil gəlir.
B i r i n c i q a t i l.
    Kim dedi, qoşuldun sən bizə?
Ü ç ü n c ü q a t i l.
    Maqbet.
İ k i n c i q a t i l.
    Yoxdur əsasımız şübhələnməyə,
    Ona cəsarətlə inanmaq olar.
    Bilir işimizi, məqsədimizi
    Bütün incəliyi, tefsilatıyla.
B i r i n c i q a t i l.
    Onda dayan burda. Bax, artıq qərbdə
    Saralır gündüzün son işartısı.
    Vaxtında çatmaq üçün karvansaraya
    Atı mahmızlayır gecikən yolçu.
    Bayaqdan həsrətlə gözlədiyimiz
    Adam yaxınlaşır anbaan bizə.
Ü ç ü n c ü q a t i l.
    Aha, qulaq asın, at tappıltısı.
B a n k o (səhnə arxasında).
    Ey, ey, işıq verin!
İ k i n c i q a t i l.
    Bu, yəqin, odur.
    İndi saraydadır başqa qonaqlar.
B i r i n c i q a t i l. Atları harasa apardılar ki.
Ü ç ü n c ü q a t i l.
    Bu yerdən təxminən bir mil kənara.
    Banko da hamı tək adətə görə Piyada gedəcək saraya burdan.
    Banko və Flins daxil olurlar. Bankonun elində məşəl var.
İ k i n c i q a t i l.
    Məşel, məşəl!
Ü ç ü n c ü q a t i l.
    Odur!
B i r i n c i q a t i l. Tez hazırlaşm!
Banko (Flinsə).
    Şübhəsiz, bu gecə yağış yağacaq.
B i r i n c i q a t i l.
    Qoy yağsın.
B i r i n c i q a t i l
     İşığı söndürür, o biriləri Bankoya hücum edirlər.
B a n k o.
    Xəyanət! Ah, oğlum, qaç, qaç!
    Sən al qisasımı (Qatilə). Ah, rəzil kölə!
    Ölür. Flins qaçır.
Ü ç ü n c ü q a t i l.
    İşığı, bir deyin, kim söndürdü, kim?
B i r i n c i q a t i l.
    İşığın yanması nəyə gərəkdi?
Ü ç ü n c ü q a t i l.
    Yalnız ata öldü, oğulsa qaçdı.
İ k i n c i q a t i l.
    Görmədik biz işin əsas qismini.
B i r i n c i q a t i l.
    Gedək, nə etmişik, məlumat verək.
    Gedirlər.


<< 1 / 2 / 3 / 4 >>
Bölmə: Dünya ədəbiyyatı | Əlavə edildi: azerhero (11.12.2013) | Müəllif: R.C E W
Baxış: 774 | Reytinq: 5.0/1
Bütün rəylər: 0
omForm">
avatar

Kitablar — zamanın dalğaları ilə səyahət edən və nəsildən-nəslə öz qiymətli yükünü ehtiyatla aparan fikir gəmiləridir.

- Frensis Bekon

Son 90 gün ərzində kitab oxumamaqdan daha pisi kitab oxumadığına görə narahat olmamaqdır.

- Cim Ron

Kitabları yandırmaqdan daha pis şey onları oxumamaqdır.

- Rey Bredberi

Yaxşı kitab aysberqə oxşayır, onun yeddi-səkkiz hissəsi suyun altında gizlənib.

- Ernest Heminquey

Kitablarım mənə çatacaq qədər böyük bir krallıqdır.

- Shakespeare

Mən, kitablarımı yaratmadan əvvəl, kitablarım məni yaratdılar.

- Montaigne

Kitabsız yaşamaq; kor, kar, dilsiz yaşamaqdır.

- Seneca

Bu günün gərçək universiteti, bir kitabxanadır.

- Carlyle

Kitab, tək ölümsüzlükdür.

- Rufus Choate

Exlaqa uyğun ya da zidd kitab deyə bir şey yoxdur. Kitablar ya yaxşı yazılmışdır, ya da pis. Hamısı bu qədər!

- Oscar Wilde

Ümidlə açılıb qazancla bağlanan bir kitab, yaxşı bir kitabdır.

- Alcott

Kitablar, itmiş başların abidələridir.

- Sir William Dave

Kitablar, heç solmayacaq bitkilərdir.

- Herrick

Kitab heç aldatmayan bir yoldaşdır.

- Guilbert De Pixrecourt

Axmaqlarla oturub-durmaqdansa , kitabla tənha oturmaq yaxşıdır.

- Qasım bəy Zakir

İnsan güc ilə yox, mütaliə etməklə ağıllanır.

- C.Bruno

Az bildiyini başa düşmək üçün çoxlu oxumaq lazımdır.

- Mişel Monten

Kitablar özünüzə və başqalarına hörmət etməyi öyrədəcək, ürəyi və ağlı, dünya və insanlıq sevgisiylə dolduracaq.

- Maksim Gorki

Kitab həyatın ən uzaq və qaranlıq yollarında insana işıq bəxş edən əfsanəvi çıraqdır

- A.M.Upit

BAKI QIZLAR UNİVERSİTETİ
1992-ci ildə təsis edilən və həmin vaxtdan da fəaliyyətə başlayan Bakı Qızlar Universitetinin (əvəllər Bakı Ali Pedaqoji Qızlar Seminariyası adlanırdı) yaradılmasında məqsəd respublikada qadın pedaqoji kadrlar yetişdirmək, onların intellektual səviyyəsini yüksəltmək və gənc qızları ailə həyatına hazırlamaqdan ibarətdir. Hazırda universitetdə "Sosial pedaqoji” və "Filologiya-tarix” fakültələri fəaliyyət göstərir. "Sosial pedaqoji” fakültədə "Təhsildə sosial-psixoloji xidmət”, "Psixologiya”, "Coğrafiya müəllimliyi”, "ibtidai sinif müəllimliyi”, "Məktəbəqədər təlim və tərbiyə”, "Riyaziyyat və informatika müəllimliyi”, "Filologiya-tarix” fakültəsində isə "Xarici dil (ingilis) müəllimliyi”, "Azərbaycan dili və ədəbiyyat müəllimliyi”, "Tarix müəllimliyi”, "Jurnalistika” üzrə bakalavr, "İbtidai sinifdə tədrisin metodika və metodologiyası”, "Pedaqogika nəzəriyyəsi və tarixi”, "Azərbaycan ədəbiyyatı”, "Azərbaycan dili”, "Azərbaycanın yeni və ən yeni tarixi” sahəsində magistratura səviyyəsində kadr hazırlığı aparılır.
Bakı Qızlar Universiteti Nazirlər Kabinetinin 1996-cı il fevralın 21-də 21 saylı sərəncamı ilə dövlət qeydiyyata alınmışdır. 2013-cü ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin lisenziya komissiyası BQU-nun çoxilli fəaliyyətinin, onun yüksək maddi-texniki bazasının, infrostrukturunun, təlim-tərbiyə sisteminin Azərbaycan Respublikası təhsil Qanununa Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Ali təhsil Müəssisələrinin fəaliyyətinə xüsusi razılıq (lisenziya verilməsi haqqında qərarına, Azərbaycan Respublikası Təhsil Nazirliyinin sənədlərinə uyğn qurulduğunu, pedaqoji kadrların hazırlanmasında əldə olunmuş nailiyyətlərini nəzərə alaraq universitetin fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsini məqsədəuyğun hesab etmişdir. Eyni zamanda 2013-cü ildə universitet akreditasiyadan keçmişdir. Universitetdə müxtəlif fənnlər üzrə kabinetlər, dörd kopüter otağı, kitabxana, badii yaradıcılıq studiyası, tələbə elmi cəmiyyəti, Tələbə Gənclər təşkilatı, dörd dərnəklər, nəşriyyat, idman zalı, yeməkxana, kadrlar şöbəsi və mühasibatlıq fəaliyyət göstərir.
Learn more