Əsas » Məqalə » Azərbaycan ədəbiyyatı

Əliyev Ələkbər (Əli Əkbər) yaradıcılığı-Amneziya-14
Dəlixana qeydləri - 3
(Seks)


     Axırıncı dəfə yanıma gələndə, Sevil yazdıqlarımla maraqlandı. Yarım saat əvvəl sakitləşdirici iynə vurmuşdular deyə, özümü sakit aparırdım; dava eləmək, söyüş söymək həvəsim yox idi. Odur ki, qeydlərimi oxumasına icazə verdim. Oxuyub qurtarandan sonra “əladır!” dedi. Hətta bir az da ağladı. Bilmirəm doğrudan xoşuna gəlmişdi, yoxsa mənə ürək- dirək vermək üçün yalandan demişdi. Nə Sevilin, nə də başqasının tərifinə ehtiyacım yoxdur. Laqeyd qaldığımı görüb, gündəliklərimi çap edəcəyini dedi. Güldüm. Kimə lazımdır mənim gündəliklərim? Bunları tanımıram bəyəm? Üç-beş gicdıllağ oxuyub ağız büzəcək, yazdıqlarıma banal deyəcək. Guya “ağır” yazsam qiymətləndirəcəklər. Guya öz intellektimi, zəkamı, potensialımı sonuna qədər nümayiş etdirsəm; transendental gerçəklikdən, metafizikadan yazsam başa düşəcək, hələ bir çox sağ ol da deyəcəklər.
     Nə isə. Mən qatiləm! Özümə bəraət qazandırmaq fikrim yoxdur. Bircə onu deyə bilərəm ki, qatil olandan sonra, adam öldürməyin bir o qədər də pis iş olmadığını başa düşmüşəm. Baxır öldürülən adamın kimliyinə. Elə adamlar var ki, insan cəmiyyətində yaşamağa layiq deyillər. Yox, mənə əxlaqdan danışmayın! “Öldürmək hüququ heç kəsə verilməyib”miş. Bunu siz deyirsiniz. Böyük dövlətlər müharibələr başladıb, bir bombayla minlərlə adamı öldürəndə yaxşıdır, mən bir mənasız adamı o dünyalıq eləyəndə pis? Cinayətimi əsaslandırmasaydım, öldürməzdim. Əsaslandıranda da başa düşmürlər, beyinləri səbəblərimi dərk edəcək həcmdə deyil. Nə üçün öldürdüyümü soruşdular, mən də cinayətimin fəlsəfi motivlərini sadalamağa başladım. Hakim-prokuror-müstəntiq, nə bilim elə mənim keçmiş arvadım da dəli olduğuma qənaət gətirib, məni bura saldılar.
     Əvvəl zorla boynuma qoydular ki, yaddaşımı itirmişəm. Siz bir əclaflığa baxın! Adama deyəsən ki, başın işləmir, yaddaşın itib. Belə şey olar? Mən adam kimi yaşayırdım, heç kəslə işim yox idi. İşləyirdim, pul qazanırdım. Boşandığım arvadım, oğlum, dostlarım, sevgilim varıydı. Dostlarımla birlikdə rejimə qarşı mübarizə aparırdıq (indinin özündə də xalqa divan tutan şərəfsiz Milli rejiminə qarşı). Məni yandıran odur ki, bu işdə arvadım da, dostlarım da, sevgilim Rəna da rejimlə əlbir olub, mənə qarşı hazırlanmış təxribatda iştirak ediblər.
     İndi Sevildən başqa yanıma heç kim gəlib-getmir. Gəlməsinlər! Toğrul da, Sənan da, Rəna da gəlməsinlər, unutsunlar məni. Mənə yaddaşını itirmisən deyənlərin özləri çoxdan yaddaşlarını itiriblər, xəbərləri yoxdur. Bütün xalq itirib yaddaşını. Ölkədə Şimali Koreyadakı kimi vəhşi bir rejim quran Milli hökuməti kölələşdirib bunları, beyinlərini yuyub. Guya mübarizə aparırlar. Olmaz olsun belə mübarizə! Əsl mübarizə aparanları bax belə dəlixanalara salırlar. Qarşıma rejimin əsgərlərindən biri çıxmışdı. Adı Şeyla. Bu qancıq, çox oğraş bir adamın qızıydı. Belələrini yaşatmaq olmaz. Mən də təmizliyə ondan başladım. İndi də növbəti yalanlarını işə saldılar. Guya Şeyla rejimin adamı deyilmiş, müxalifətə işləyirmiş. Binamuslar! Siz kimə gəlirsiniz? Mən sizin dabbaqxanada gönünüzə bələdəm. Adama yaddaşını itirmisən demək, bütün keçmişini silmək, yalandan ona demək ki, ölkədə inqilab olub insafdandırmı?
     Amneziya. Bunların mənə qoyduqları diaqnoza bir bax! Guya ağıllıdırlar, özlərini dahi sayırlar, elə bilirlər bütün sualların cavabını tapıblar. Yapışıblar qismətdən, buraxmırlar. Mətanət, dözümlülük, bu günlə yaşamaq. Tfu! Əmindirlər ki, keçmişə və gələcəyə nə qədər ekskurs etsələr də, alın yazısını dəyişdirə bilməzlər, ona görə də əsas məsələ “bu gün”də yaşamaqdır. Mənə yaddaşsız deyənlərin özləridir yaddaşsız. Bunlar hamısı amneziyanın ağır növünə tutulublar. Bunların amneziyası, oğraşlıq mərasiminə döndərdikləri həyatlarına qarşı qoruyucu qalxandır. Hamısı “bu gün”ə aludə olublar. Zəlil xalqım, amorf bir atmosferdə cari həyatdakı hadisələrin itib-batdığı irreal, sürreal keçmişdə ilişib qalıb. Bizim yaramaz əcdadlarımız da uzaq keçmişdə seçim qarşısında qalmışdılar: ya “tarixin vahiməsi” ərazisində yaşamaq, ya da tarixi yaddaşı itirib amneziyalı bu günü qəbul etmək. Əclaf əcdadlar ikincini seçiblər. Tarixin vahiməsi onlar üçün daha qorxunc olub. Halbuki keçmiş iz buraxmadan itib-getmir, bizim yaşadığımız bu gün, onun davamıdır, məhsuludur. Sadəcə olaraq keçmiş şüuraltı qata girib, orda gizlənib. Özünü müəyyən etnik qrupun, ənənənin, tarixin davamçısı hiss etmək o deməkdir ki, bizim hər birimizdə “mentallıq nəbzi” vurur. O, bizim üçün sirli, müəmmalı olsa da, bizim içimizdədir. Sosial hafizənin fəaliyyəti mütləq sosial amneziya ilə, hafizəsizliklə müşayiət olunur. Tibb elmi güclü ruhi sarsıntı, ya da ağır travmalar nəticəsində yaranan fərdi amneziyanın təbiətini tam müəyyən edib. Unutqanlıq, bəzi faktların, hadisələrin yaddaşdan silinməsi təbii, normal haldır. Ancaq təbiət və cəmiyyət normalarından kənara çıxan unutqanlıq növləri, insanı həm fizioloji, həm də sosial mənada xəstə edir. Fərdi unutqanlığı cəmiyyətə, bəşəriyyətə şamil etsək, sosial amneziyanın mənzərəsi ortaya çıxar, necə ki, bizim bu bədbəxt ölkəmizdə çıxıb. Bunlar belə şeyləri hardan bilsinlər? Onlara başa salan yoxdur ki, sosial amneziya hansı mərhələdə xəstəliyə çevrilir? Bu xəstəliyin cəmiyyət üçün nə qədər təhlükəli olduğunu bilirlərmi? Sosial amneziya mürəkkəb fenomendir. Tarix sübut edir ki, toplanmış bilikdən, təcrübədən heç kəs nəticə çıxarmır, bu təcrübə elə antikvar səviyyəsində qalır. Yoxsa mənasızlığı min dəfə, on min dəfə sübuta yetirilən müharibə fenomenini necə izah etmək olar?
     Deyəsən çox uzatdım. İndi on gündür qaranlıq, ürəksıxıcı palatada qalıram. Bura transfer edilməyimə səbəb, uğursuz qaçış cəhdim oldu. Xəstəxana ərazisini tərk etməyim, rəhbərlik tərəfindən qanunsuz davranış kimi qiymətləndirildi, mənə qarşı “sərt ölçülər” götürüldü. Həmin günün axşamı, binanın sağ tərəfində, ikinci mərtəbədə, koridorun sonunda qıfıllı dəmir qapısı olan korpusa köçürüldüm. Çarpayı, tumboçka, əl-üz yuyan kimi interyer elementləri əvvəlki palatadakı ilə eyni olsa da, təzə palatamın fərqli cəhəti, divarlarının yumşaq olmasıdır. Yəni başını istədiyin qədər divara vur - ölən deyilsən. Üç metr hündürlüyü olan tavandan isə, melanxolik bir lampoçka sallanıb. Ona baxdıqca canavar kimi ulamaq istəyirəm. Baxmamaq da olmur, çünki günün əksəriyyətini uzanaraq keçirirəm. İki qələm və qalın bloknotdan savayı heç nəyim yoxdur. Heç olmasa oxumağa kitablarım olsaydı darıxmazdım.
     Beş dəqiqə əvvəl cavan, qəşəng qız gəldi, iynəmi vurdu. Gülümsədim ona. O isə ciddiliyini saxladı, mənə üz vermədi. Mən də ona “balaca qancıq” dedim. Təəssüflə üzümə baxdı və getdi.
     Utanmadımmı? Utanmaqdan keçib artıq. Urəyimin qaranlıq tərəflərini tanımaq; ən alçaq, ən iyrənc instinktlərimi doydurmaq üçün çırpınıram indi. İçimdə insanlığa aid nə varsa darmadağın edən, məni cəhənnəm uçurumlarının kənarlarında gəzişdirən, qanlı-paslı dişləri ilə işıqlı “MƏN’imi gəmirən, ağlımı kütləşdirən, məni hissiyyatsız heyvana döndərən, adam kimi yaşamağıma, sevinməyimə, gülməyimə mane olan tənəzzül cinlərini azadlığa buraxmışam. İnsanı insan edən sevgi, inam, kədər, sevinc, qüssə, ümid kimi hisslərin hamısından yoxsunam.
     Hərdən Sevil gəlir yanıma. Tək gəlir, oğlumu gətirmir. Çox güman ki, Rasim icazə vermir. Ya da icazə verir, amma Sevil istəmir ki, Özgür dəli atasını görsün. Xətrimə dəyirmi? Heç özüm də bilmirəm. Əlbəttə, yanıma gəlib getməyini çox qiymətləndirirəm. Özüm də kobud davranıram onunla - acılayıram, söyürəm. O da hər dəfə ağlayıb gedir dəlixanadan. Sevildə də az yoxdur. Mənə qarşı təşkil olunan oyunda baş rol ifaçılarından biri də özüdür. Elə bilirdilər “koma”, “inqilab”, “dostlarımın ölümü” kimi nağıllarla başımı aldada biləcəklər. Siz öləsiniz! Bunu onlara, xüsusən də Sevilə heç vaxt bağışlamayacağam. Qatiləmsə, həbsxanaya düşməyə razıyam. Daha dəlixanaya niyə?
     Hə, Sevili heç vaxt bağışlamayacağam. Amma onsuz da qala bilmirəm. Bunun adı məhəbbətdir? Yoxsa vərdiş? Biz kişilər beləyik də. Qadınlar da bax belə. Atom nüvəsinin bölünməsi, planetlərin, yeni həyat formalarının yaranması - bu mürəkkəb proseslərin hamısı adi məntiqlə izah oluna bilər. Kişi-qadın münasibətləri isə əsla!
     Qadın və kişi - iki antoqonistik qütb. Həm bir-birinin əleyhinə olan, həm də bir-birini tamamlayan başlanğıclar. Kişi və qadın - ağ və qara, boş və dolu, torpaq və səma - onların münasibətləri elə fərqli, elə ziddiyyətlidir ki, bir-birilərinə olan möhtaclıqları qədər ağlasığmaz hadisə təsəvvür etmək mümkün deyil. Onların ittifaqı bineyi-qədimdən, yer üzündə ilk insanın yaranmasından bəri, təbiət tərəfindən dəqiq tənzimlənsə də, heç bir məntiqi izaha yatmır, qanunauyğunluğu da yoxdur. Necə deyərlər qadınlar Veneradan, kişilər isə Marsdan gəlib. Bir-birlərini başa düşmürlər. Daha doğrusu hər ikisinin məntiqi, tamam fərqli beyin impulsları ilə formalaşır. Qadının beyni var demək nə qədər düzgündür? Axı qadın Adəmin qabırğasından yaranıb. Qabırğada isə heç nə, hətta ilik də olmur.
     İki gün əvvəl yanıma gələndə onu qucaqlayıb öpdüm. Altıma salmaq, həftələrin acığını çıxmaq, vücudumda yığılıb qalmış, varlığımı sarsıdan enerjidən qurtulmaq istədim. O isə “yox” dedi. Mən də söydüm onu. Rasimi də söydüm. Yenə yalanlarını satmağa başladı mənə - Rasim adlı adamın artıq həyatında olmadığını, komaya düşdüyümü, inqilabı, dostlarımın ölümünü... “Hardadılar bəs? Ölməyiblərsə, sağdırlarsa niyə yanına gəlmirlər?” soruşdu. “Rejim çoxdan dəyişib, Qənirə Milli artıq yoxdur” dedi.
     Neçə vaxtdır eşitdiyim köhnə nağıllar.
     O danışır, danışdıqca da məni təhrik edirdi. Artıq onu uşağımın anası, keçmiş arvadım olaraq yox, vagina və döşlərdən ibarət soyuq, qranit heykəl kimi təsəvvür edirdim. Hər şeyi yerindədir, lakin əldə etmək, yaxın durmaq mümkün deyil. Yəqin qadın üçün dəli ilə yatağa girmək çətindir (elə kişi üçün də). Mən özümü dəli hesab etməsəm də, onlar belə düşünürlər, ona görə də məni bura salıblar. Doğrudan e! Dəlililərin qadınla yatmaq haqqı yoxdur bəyəm? Niyə ruhi xəstəxanalarda dəlilər üçün bu şəraiti yaratmırlar? Qadınsız qalmaq çətindir axı.
     Eh, lap yeniyetməliyim yadıma düşdü. İlk seks təcrübəm. Yox, daha doğrusu seks haqqında əldə etdiyim ilk informasiya. Altı yaşım olardı. Atam televizorda hansısa filmə baxırdı. Ekranda erotik bir səhnə gördüm və bu səhnə körpə beynimə həkk olundu. Gecə yerimə girəndə gördüklərimi təkrarlamağa çalışdım. Uzandım üzüaşağı döşəyin üstünə, başladım döşəyə kərkinməyə. Özümü xəyali bir qızın üstündə təsəvvür edirdim. Qəribə həzz hissi keçirirdim. Gördüyüm işin qadağan olunmuş meyvə olduğunu altıncı hissimlə duyurdum.
     On iki yaşımda isə, varlığından o ana qədər xəbərsiz olduğum masturbasiyanı kəşf etdim. “Kəfləmə atmaq”, “onanizm” kimi sözlərdən anlayışım da yox idi. Bir gün hamamda yuyunanda, yeniyetmə beynimdə qəribə bir qığılcım çaxdı, şəhvətim oyandı. Sinfimizdəki bəzi qızların üzləri, bədənləri canlandı gözümün qabağında. Bütün oğlanlar kimi, mən də onlara əl atır, heç özüm də nə etdiyimi bilmədən döşlərini, götlərini çimdikləyirdim. Adətən çimdiklənən qızlar cır səslə qışqırsalar da, oğlanların diqqətini cəlb etdikləri üçün həm də xoşbəxt olurdular. Mən də o il ilk dəfə qızın götünə əl atıb sıxmışdım. Bu hərəkətim çox xoşuma gəlmişdi. Qız paralel sinifdən idi, indi adı da yadımda deyil. Hər səhər qarderoba yığışanda, onu küncə qısnayıb əlləyirdim. Bütün oğlanlar belə edirdi - tərli ovuclarımız qızların dalları, qabaqları, döşlərində gəzişirdi. Bizə qoşulmayan oğlanlara isə “çurban” deyirdik.
     Hamamda şüurumda canlanan obraz da elə həmin qızın obrazı olmuşdu. Alətim qranit kimi sərtləşmişdi. Sonra şəkillərdə, televizorda, videoda gördüyüm lüt bədənlər gəldi gözümün qabağına. Şeyimi sıxıb irəli-geri hərəkət etdirməyə başladım. Təxminən on beş-iyirmi saniyə sonra qanla dolmuş, hətta gərginlikdən göyərmiş penisimdən ağ, qatı maye fışqırmışdı. Bu cür emosional partlayışı mən bir daha ömrümdə heç vaxt yaşamadım. Sərt orqazmdan bədənim titrədirdi. Süstləşib boş vannaya sərilmişdim. Dərindən nəfəs alıb verirdim. O vaxt sperma sözündən də xəbərsiz idim. Əlimə yapışıb qalmış mayeni burnuma yaxınlaşdırıb iylədim. Ondan dəniz qoxusu gəlirdi.
     Qarşı cinslə ilk “ciddi” təmasım on dörd yaşımda baş verdi. Müsəlman, şərq ölkəsinin dəliqanlısı kimi, qısa zamanda anladım ki, aborigen qızlardan ümidimi büsbütün üzməliyəm - bizim qızlar sadəcə olaraq vermirlər. Odur ki, bütün oğlanların etdiyi kimi “şikarımı” rus, gürcü, yəhudi qızları arasında seçməyə başladım. Yeri gəlmişkən, artıq böyümüşdüm deyə dəhlizdə, qarderobda qız əlləmək ənənəsinə də son qoymuşdum. İndi daha ürkək, cəsarətsiz və utancaq görünürdüm. Qızlar əvvəl dəyişdiyimə inanmır, mənə şübhə ilə yanaşırdılar. Sonra doğrudan da dəyişdiyimə əmin olub, mənimlə... məzələnməyə başladılar. Sən demə yaraşıqlı, boylu-buxunlu, tərbiyəli oğlan olmaq, özünü qızlara bəyəndirmək üçün kifayət eləmir - qızlar daha çox lotuluq edən, özlərini məhəllə “ceyili” kimi aparan oğlanlara üstünlük verirlər. Atamdan gördüyüm tərbiyə mənə “lotu olmaq’’ şansı tanımadığına görə, mənim tipimdə oğlanlardan xoşlanan bir qızla tanış olmaqdan başqa əlacım qalmırdı. Nəhayət bir gün Nərgizlə tanış oldum.
     Nərgizin anası yəhudi, atası azərbaycanlı idi. Köhnə Əhmədli qəsəbəsindən şəhərin mərkəzinə köçən ailə, qızlarını bizim məktəbə yazdırmışdı. Yağışlı bir gündə müəllimə ilə birlikdə sinfə girən bu utancaq qızı görən kimi, gözüm onu tutmuşdu. Deyəsən mən də onun xoşuna gəlmişdim, çünki müəllimə “boş yerlərdən birinə otura bilərsən" deyəndə, Nərgiz gəlib məhz mənim yanımdakı yerə əyləşmişdi.
     Artıq iki-üç gün sonra görüşməyə başlamışdıq. Onu evinə qədər yola salır, həyəcandan dilim topuq vura-vura ürkək sevgi etiraflarımla qızı güldürürdüm. Bir gün cəsarətlənib onu öpdüm. Sonra xəlvətdə döşlərini əllədim. Bir gün də boş siniflərin birinə girib, bir-birimizə cinsi orqanlarımızı göstərmişdik. Bu hadisədən sonra, Nərgiz bir daha mənə yaxın durmadı. Bilmirəm ona nə olmuşdu. Ömründə birinci dəfə oğlan aləti görmüşdü deyə şok keçirmişdi, yoxsa mənə məlum olmayan başqa bir səbəb varıydı? Uzun sözün qısası, o gündən sonra Nərgiz məndən qaçmağa, üzümə baxmamağa başladı. Yerimdə başqası olsaydı yəqin sarsılar, özünə daha çox qapanardı. Məndə isə əksinə oldu - daha da cəsarətləndim, özümə inamım artdı. Nərgiz bir neçə gün məndən aralı gəzdikdən sonra, özüm onu beynimdən və ürəyimdən silib həmişəlik unutdum.
     Əsl “kişi" kimi formalaşmağım isə pioner düşərgəsində baş verdi. Diskotekada çalınan sovet estradası və Modern Talking-in dəbdə olan mahnılarının fonunda Sveta ilə mənim məhəbbət hekayəmiz cücərməyə başlayırdı. Onunla tərli rəqslərimizi edib, limonadlarımızı içib ağac və kol diblərində öpüşdüyümüz günlərdə Perestroyka tüğyan edir, Sovet imperiyası isə can verirdi. Sumqayıt şəhərindən olan Svetanı görən kimi gözaltı eləmişdim. Azərbaycanlı qızlar dəstələrlə kənarda gəzir, azərbaycanlı oğlanların digər millətlərdən olan qızlarla oynaşmasına paxıllıqla, yana-yana tamaşa edirdilər. Bu qızların arasında gözəlləri də varıydı, istəsəydilər özlərinə oğlan da tapardılar. Amma bəkarətlərini qoruyub saxlamaqdan savayı bu həyatda heç bir ciddi vəzifəsi, məsuliyyəti olmayan qızlarımıza da elə yanmaq, gecələr ədyal altında barmaqları ilə klitorlarını oynatmaq qalırdı. Yəqin şüarları da beləydi: “Nəsillərə qalan sərvət - gülləkeçirməz bəkarət".
     Sveta ilə münasibətlərimiz hələlik öpüşməkdən o yana keçmirdi. Yəni mən də bəkarətimi hələ itirməmişdim. Düzünü desəm, yatağa girmək mənim üçün son hədəf də deyildi. Seksi nə qədər çox arzulasam da, cinsi əlaqənin xarakterindən, onun emosional yükündən xəbərsiz olduğuma görə, hövsələsizlik etmirdim. Mənim üçün prosesin özü maraqlıydı - Sveta ilə bir yerdə olmaqdan, onunla söhbət etməkdən, əllərini tutmaqdan, onu öpməkdən həzz alırdım.
     Düşərgə mövsümü bitəndən sonra, şəhərdə görüşməyə başladıq. Bir dəfə Rus dram teatrına tamaşaya, bir dəfə də Nizami kinoteatrına, Xon Gil Don filminə baxmağa getmişdik. Arada bir Svetanın Cek adlı, nəhəng senbernar itini dağüstü parkda gəzdirməyə də çıxardırdıq. Fürsət tapdıqca öpüşür, bir-birimizin qulağına kinolardan eşitdiyimiz sevgi sözlərini pıçıldayırdıq. Sonda gözlədiyim oldu - Sveta məni evlərinə qonaq çağırdı. Sevincimdən nəfəsim kəsilsə də, “bəs valideynlərin?" sualını verdiyimi, əvəzində isə qeyri-müəyyən, anlaşılmayan mırıldanmayla “evdə təkəm"mənasında bir cavab eşitdiyimi xatırlayıram.
     Montindəki evlərinə gün ortadan sonra gəlmişdik. Senbernar gözlərini üstümüzdən çəkmir, hər addımda bizi güdürdü. Əvvəl çox narahat olmuş, it bizi görür deyə özümü ifrat korrekt aparmışdım. Sonra isə itin lal şahidliyindən heç bir ziyan gəlməyəcəyini başa düşüb sakitləşmişdim. Sveta əynini dəyişib, yemək hazırlamaq üçün mətbəxə getmişdi. Soyuducudan çıxardıb tələm-tələsik qızdırdığı, boşqablara çəkdiyi xörək, o gün ömrümdə ilk dəfə yediyim lobya şorbası idi. Yeməkdən sonra musiqiyə qulaq asmaq üçün qonaq otağına keçmişdik. Sveta rus estradasından seçmələr kasetini maqnitofona taxdıqdan sonra, xatirə dəftəri ilə aramın necə olduğunu soruşmuşdu. Qızların tutduğu xatirə dəftərlərindən zəhləm getsə də, bunu Svetaya deyə bilməzdim. Xətrinə dəyməkdən, planımı axıra çatdırmamaqdan qorxurdum. Ona görə də dəftəri əvvəldən sona qədər (zülmlə) oxumuş, hətta oradakı gic-gici yazılara, şəkillərə ciddi şərhlər də vermişdim. Xatirə dəftərinə göstərdiyim “dərin" marağa və verdiyim yüksək qiymətə, Sveta ayaqlarını aralayaraq təşəkkür etmişdi. Senbernarı otaqdan qovub, o günə qədər qoruduğumuz bəkarətlərimizi bir-birimizə hədiyyə etmişdik.
     O gün mən Sveta üçün həm də eksperiment dovşanı idim. Porno filmlərdə gördüyü oral seksi mənim penisimdə sınaqdan keçirmişdi. Əlbəttə, birinci dəfədən yaxşı alınmamışdı, hətta ögüyüb qanımı da qaraltmışdı. Amma pərt olmasın deyə bir söz deməmişdim. Hətta utandığını görüb ona təsəlli vermişdim: “Yavaş-yavaş öyrənəcəksən, narahat olma" (həqiqətən də qısa müddət ərzində gözləntilərimi doğruldub, minyetin ustasına çevrilmişdi).
     Münasibətlərimiz günü-gündən möhkəmlənirdi. Görüşmədiyimiz, ən azı zəngləşmədiyimiz gün olmurdu. Bəxtimdən, Svetagildə heç vaxt adam olmurdu. Bir gün mənə dedi ki, valideynləri boşanıb, atası da indi Voronejdə yaşayır. Bu qədər. Onlar haqqında çox danışmağı sevmirdi, mən də heç nə soruşmurdum. Amma bir axşam nəhayət ki, anasını görə bildim. Svetagildə musiqiyə qulaq asdığımız vaxt qapı açıldı, anası içəri girdi. Məni görsə də bir söz demədi. Yataq otağına keçib ordan nəsə götürdü, qızına bir-iki tapşırıq verib elə gəldiyi kimi tez-tələsik çıxıb getdi. O gedən kimi biz də senbernarı dəhlizə qovub, divana sərilmişdik.
     Sevişəndə vəhşiləşirdi Sveta. Həzzdən kürəyimi cırmaqlayır, qulaqlarımı dişləyirdi. Kürəyimdəki nazik, qırmızı xətləri bir gün atam da gördü. Heç nə demədi, sadəcə gülümsündü. Əlbəttə, axı mən qız deyildim, özümü hazır hiss edən kimi, istədiyim qadınla cinsi əlaqəyə girə bilərdim. Odur ki, oğlunun erkən cinsi əlaqə təcrübəsi atam üçün təqdir olunası hadisə idi. Bəlkə də kişi mənimlə fəxr edirdi.
     Bir gün, sinfimizdəki Mirzə adlı oğlan mənə hamiləlik haqqında danışdı. Dedi ki, sekslə məşğul olan qızlar uşaq doğa bilərlər. Artıq o dövrdə apteklərdə prezervativ satılırdı. Amma mən gedib almağa utanırdım. Həm də bilmirdim, mənim on dörd yaşlı alətimin ölçüsündə prezervativ olur ya yox? Qorxularımı Sveta ilə də bölüşmüşdüm. Gülüb demişdi ki, narahat olma, hamilə qalan deyiləm, amma sən hər ehtimala qarşı içimə qurtarma.
     Təxminən bir il olardı ki, görüşürdük. Mənimlə yaşıd, tanış oğlanlardan heç birinin, məndəki kimi uzunmüddətli seksual partnyorunun olmadığını yaxşı bilirdim. Ona görə də, hamı mənə paxıllıq edirdi. Svetadan atamın da xəbəri varıydı artıq. 15 yaşlı oğlunun normal, müntəzəm cinsi həyatının olması atamı çox sevindirirdi.
     Hər şeyin bir sonu var deyirlər. Tale, belə “son”lardan birini mənim üçün də hazırlayıbmış. Bir gün, Sveta anası ilə Rostova, qohumlarıgilə getməli oldu. Bu xəbəri eşidəndə elə bildim müvəqqəti ayrılırıq, Sveta mütləq qayıdacaq. Hətta oradan mənə yazdığı məktublar, tez-tez etdiyi zənglər, sevgi etirafları qayıdacağına dair inamımı daha da artırırdı. Mən ona çox inanırdım. Dörd gözlə yolunu gözləyir, məktub dalınca məktub yazırdım.
     Qayıtdığı gün ömrümün ən xoşbəxt günüydü. Montində, saatlı binanın altında görüşməyi qərarlaşdırdıq. Onu uzaqdan gördüyümdə, sevincimdən ürəyim tez-tez döyünməyə başlamışdı. Yaxınlaşanda isə, sifətindəki sınıxmış ifadədən başa düşdüm ki, nəsə ciddi hadisə baş verib. Çox məyus görünürdü, hər an ağlamağa hazır idi.
     -Nə olub?
     Soruşmaz olaydım. Rostovda bir rus oğlanla mənə xəyanət etdiyini birnəfəsə etiraf etdi.
     -Belə rus oğlanları Bakıda olmur, - demişdi. - Burdakılar da elə Azərbaycanlı kimidirlər. Rostovda isə... mən əsl rusla tanış oldum. Birinci dəfə rus oğlanla sevişirdim. Tamam başqa hissdir. Deyəsən onu sevirəm.
     -Onun məndən üstünlüyü nədir ki?
     -Söhbət üstünlükdən getmir. Nə bilim, məndən asılı deyil. Vurulmuşam ona. Həm də ki... sünnətsiz kişilər daha hissiyyatlı, daha temperamentli olurlar. Sevişəndə, məndən necə həzz aldığını görürdüm. Mənə elə gəlir ki, sən onun qədər seksdən ləzzət almırsan.
     Əla! İndi məni sünnət etdirdiyinə görə gedim atamı bıçaqlayım? Yoxsa o ət parçasını təzədən yerinə tikdirim? Hiddətimdən pörtmüşdüm, onu boğmaq istəyirdim.
     Bircə bunu deyə bildim: “Rədd ol!”
     Dedim və üzümü çevirib getdim. Arxamdan bir neçə dəfə məni səslədi. Dönüb baxmadım. Ona nifrət edirdim. Sünnətsiz rus oğlana da nifrət edirdim. Özüm də sünnətli və rus deyildim deyə, taleyimi söyürdüm. Atamı da söyürdüm. Svetanı o qədər sevirdim ki, ölməyə hazır idim. İndi fikirləşirəm ki, o həssas yeniyetməlik dövrümü intiharla da başa vura bilərdim. Üç aya yaxa davam edən depressiyadan özümə, başqalarına ziyan vurmadan çıxa bilmişəmsə, böyük şeydir.
     Onu sonralar bir-iki dəfə görsəm də danışdırmadım. Sonra birdən yoxa çıxdı - eşitdim ki, həmişəlik Rostova köçüb. Yalnız dörd il sonra, artıq hər şey çoxdan unudulduğu bir vaxtda, ondan məktub gəldi. Əri, körpə qızı və özünün olduğu bir foto əlavə edilmişdi məktuba. Nə üçünsə çox sevinmişdim. Hətta cavab məktubu yazıb, gənc ailəni təbrik etmişdim.
     Sonralar çox qız gəlib keçsə də ömrümdən, Sevilə qədər heç birini ürəyimə yaxın buraxmadım. Sevgi, məhəbbət söhbətləri artıq mənasını itirmişdi mənim üçün. Çox erkən yaşlarda sarsıntı keçirmişdim deyə, qadın cinsi ilə münasibətlərimi daha rasional zəmində qurmağa çalışırdım. Svetadan sonra və Sevilə qədər ən uzunmüddətli yaxınlığım, Nailə adlı qızla olmuş, altı ay davam edən yaxınlığımız dava-qırğın, qarğış, göz yaşı və abortla nəticələnmişdi. Abortun pulunu da atamdan almışdım.
     Atam artıq mənimlə fəxr etmirdi.

Dəlixana qeydləri - 4
(Peşman deyiləm)


     Atam Mən o villaya niyə getdim? “Yox” demək, dəvəti ilə razılaşmamaq olmazdımı? Halbuki getməsəydim, indi həyatım tamam başqa məcrada axacaqdı, sevdiklərimin yanında olacaqdım. Elədir, həyatımı alt-üst edən fəlakətlər silsiləsi bu qancıqla başladı. Onun ölüsünə də nifrət edirəm.
     Atam O gecə Toğrulla iki nəfərə yeddi yüz qram viski içmişdik. Evə necə gəlib çıxdığımı, divanda necə yatıb qaldığımı xatırlamıram. Səhər doqquzda Şeyla zəng vuranda başım qazan kimiydi, gözlərim yanırdı. Onun nə dediyini, məndən nə istədiyini əvvəl başa düşməmişdim.
     Atam “Nə istəyirsən e?”
     Atam “Dünən səninlə danışmışdıq axı, yadından çıxıb?”.
     Atam Yox, oğraş qızı, çıxmayıb. Yadımdadır.
     Atam “Həə, yadımdadı”
     Atam “Onda gəlirəm”
     Atam Mən də qancığı başımdan eləmək üçün “hə, yaxşı” deyib, təzədən kəlləmi yastığa atmışdım.
     Atam Yarım saat sonra ifritə yenə zəng elədi. Bayılda, parkın qabağında məni gözləyirmiş.
     Atam “Sənin var yoxunu sikim qəhbə” - deyinə-deyinə birtəhər əynimi geyinib, üzümə su vurdum, saçlarımı daradım.
     Atam Parkın əsas girişində qara Volkswagen Tiguan dayanmışdı. Pəncərəyə yaxınlaşıb sükan arxasında Şeylanı gördüm. Üzü gülür, olduqca xoşbəxt görünürdü. Maşına minib, heç salam da vermədim. Mrtım yernən sürünürdü. O isə kefini pozmadı, elə hey gülürdü, nəsə danışırdı. Gəlib Gəncliyə çıxdıq. Ordan da maşını millionerlər məhəlləsinə sürdü. Ara küçələrin birində nəhəng villanın qabağında dayandığımızda, hər şeyi başa düşdüm. Bəs necə? Əlbəttə villada yaşamalıdır. Pultla darvazanı açıb, maşını həyətə saldı. Darvaza, biz həyətə girən kimi, öz-özünə bağlandı.
     Atam Evə keçdik. Nəhəng qonaq otağında, beş metr hündürlüyü olan tavandan sallanmış çil-çıraq, hər-halda mənim evimdən bahalıydı. Bura nə üçün gəldiyimi hələ də bilmirdim - maraq xətrinəmi, qorxudanmı? Özümlə dürüst olmalıydım - Şeyladan qorxurdummu? Ola bilər. Çünki məni hədələmişdi. Mən isə Şeyla kimi geniş imkanları, əlaqələri olan qadınların çılğına dönəndə nələrə qadir olduğunu yaxşı bilirəm.
     Atam Barı açıb nə içmək istədiyimi soruşdu. Heç nə istəmədiyimi dedim. Yenə də hər ikimizə viski süzüb, stəkanlara buz atdı. Mətbəxdən yaqut saplı, iri bıçaq gətirib ananas soymağa başladı. Əziyyət çəkir, gözucu mənə baxırdı. Başa düşdüm ki, ona kömək etməliyəm. Həvəssiz, ölə-ölə masaya yaxınlaşıb bıçağı əlindən aldım, ananası doğradım, sonra dilimlədim. Stəkanlarımızı toqquşdurduq. “Görüşümüzün şərəfinə” deyib, nazlana-nazlana bir qurtum içdi, stəkanı kənara qoydu, məni dodağımdan öpdü. O ehtirasla öpüşür, mənsə ona nifrət edirdim.
     Atam Hər şey ani başladı. Adi vaxt bəlkə də məni qıcıqlandırmayacaq, hiddətimə səbəb olmayacaq sözlərinə sərt reaksiya göstərdim. Hansı sözünün, ya da hərəkətinin məni hövsələdən çıxartdığı indi heç yadımda da deyil. Söyüşlərimi, təhqirlərimi əvvəl sindirməyə çalışan, təmkinini qoruyan Şeyla, atasını söyməyə başladığımda dözə bilmədi, partladı. Yadımdadır ki, divanda oturmuşdum, o da ayaq üstə dayanmış, qışqırırdı. Artıq üçüncü viskini içmişdi, sərxoş olmuşdu. Həddini aşıb Sevili söyməyə başlayanda, ayağa sıçrayıb bir şillə vurmuşdum ona. Gözləmədiyi zərbədən əvvəl şok keçirmiş, sonra isə daha da qızışmışdı. Sevillə öz arasında heç bir fərqin olmadığını deyəndə onu ikinci dəfə vurmuşdum. Sonda məni də qəhbə adlandırıb, kişi olmadığımı demişdi. O anda, beynimin qurdu tərpəndi. Yaqut saplı bıçağı stolun üstündən götürüb boynunun sağ tərəfinə, arteriyasına sancdım. Al qan, boz rəngli metlax döşəməyə fışqırmağa başladı. Boynunu tutub yerə yıxıldı. Gözləri iri açılmışdı, havanı balıq kimi udurdu. Dəhşətlə, nifrətlə, həm də mərhəmət diləyərək baxırdı mənə. Üstünə əyilib, iti bıçağı bir daha boğazına batırdım, qırtlağını kəsdim. Dərin, çəhrayı yaradan qan daha şiddətli axdı. Xırıldayır, nəfəs almağa çalışırdı. Bu dəfə bıçağı sapına qədər ürək nahiyəsinə soxdum. Çıxardıb bir də soxdum. Artıq çırpınmırdı, zəif xırıltısı eşidilirdi. Sonra xırıltı da kəsildi. Açıq qalmış gözləri tavana baxırdı.
     Atam Dünyadan nakam getmiş bütün ölülərdə olduğu kimi, onun da gözlərində sual donub qalmışdı: Nəyə görə?
     Atam Bir gün də belə ötüb keçdi qaranlıq palatamdan. Küçədə üz-üzə gəldiyim yüzlərlə, minlərlə tanımadığım adamın boz simaları dərhal unudulduğu kimi, bu gün də belə unudulacaq. Bihudə yaşanmış ömrümün minlərlə günü ömür adlanan dibsiz bataqlığa gömüldüyü kimi, bu gün də belə gömüləcək. Heç kəsə güzəştə getməyən, imtiyaz tanımayan zamanın amansız vücuduna palçıq kimi bulaşan bir mənasız gün daha gəldi keçdi üstümdən. İndi mən nə etməliyəm? Özüm- özümü qısdırdığım həyatın rütubətli, küflənmiş, hörümçək basmış küncündən dünyaya qorxa-qorxa baxmaqdansa; taleyin mənə hazırladığı növbəti sürprizi həyəcanla gözləməkdənsə; zəifliyimlə, apatiyamla qidalanan qorxularımın günü- gündən böyüdüyünü görməkdənsə; arzularıma çatmaq bir yana, ümumiyyətlə heç nə arzu etmədiyimi dərk etməkdənsə; yaşamaq şövqümün göz görə-görə əridiyini bilməkdənsə ölmək yaxşı deyilmi?
     Atam Yox, deyil! Ölmək istəmirəm. Sanki hələ də nəyəsə ümid edirəm. Şüurumla yox, mənə tabe olmayan hansısa instinktimlə nəyinsə dəyişəcəyini umuram. Axı mən insanam. Yuxum gəlmir. Üç gecədir yata bilmirəm. Gözlərimi yuman kimi Sevilin səsini eşidirəm. Üzünü görmürəm, yalnız səsini eşidirəm. Mənə nəsə deyir, öyüd-nəsihət verir, “qatil deyilsən” pıçıldayır, “mən səni sevirəm, sənə aidəm” deyə əsassız vədlər verir. Onun məchuldan gələn səsini eşitməkdən qorxuram. Hər dəfə də vəhşi kimi anqırıram. Onlar da hər dəfə iynələrin sayını artırırlar. Yalandan da deyirlər ki, iynələr allergiyanın qarşısını almaqdan ötrü lazımdır. Hansı allergiyanın? Mənim Azərbaycan adlanan dəlixanaya allergiyam var. Məni bundanmı sağaldırlar?
     Atam Hardadır sevdiklərim? Sevil, Rəna, Sənan, Toğrul? Niyə tərk ediblər, unudublar məni? Bilirəm, Toğrul indi Zümrüdün yanındadır, qabağında diz çöküb, bağışlanmaq üçün yalvarır. Hansı günahına, qəbahətinə görə? Bilinmir. Rəqqasə də doladıqca dolayır onu, əzdikcə əzir. Sənanın da müxalifətçilikdən başı ayılmır ki, dostunu yad eləsin. Elə hey yazır, guya yazmaqla nəsə dəyişəcək. Sevil də Rasimin yanında, ya da qoynundadır. Özgürü də göndərib nənəsinin yanına. Bu da bunun analığı. Rəna da əlini üzüb məndən. Gözəl qadındır, dəlini neynəyir? Ona kişimi qəhətdir?
     Atam Ağlım kəsəni elə bilmişəm müdrikəm, filosofam, həqiqəti hamıdan yaxşı bilirəm. Bu nə özünə vurğunluqdur? Nə filosofu, nə müdriki? Axır ki, başa düşdüm - mən gicdıllağam! Olmasaydım indi dəlixana palatasında yox, ailəmin yanında, işimin başında olardım. İnadla işlədiyim o qədər səhvim, günahım var ki, özümə etiraf etməyə qorxuram. Əgər şeytan varsa, o, həmişə mənimlə çiyin-çiyinə olub. Bu da sonu. Heç kəsin xatirində bir iz buraxmadan, özümdən sonra heç bir əsər qoymadan bu rütubətli, alaqaranlıq palatada çürüyüb gedəcəyəm.

ƏLAVƏLƏR
Cinayət və cəza


     Səbayıl rayon məhkəməsində hakim Erkin Qədirlinin sədrliyi ilə Murad Fərəcova qarşı qaldırılmış cinayət işi üzrə keçirilən məhkəmə prosesi, müttəhimin səkkiz il müddətinə həbs cəzasına məhkum edilməsilə nəhayət sona çatdı.
     Lakin aylardır ictimaiyyəti narahat edən “Şamaxı cinayəti” ətrafında gedən söz-söhbətlər, hərarətli mübahisələr, məhkəmənin hökmündən sonra nəinki səngiməmiş, hətta daha da alovlanmışdır. KİV və QHT sektorunun gündəmindən düşməyən “Şamaxı cinayəti”-nə münasibət də birmənalı deyil. Murada bəraət qazandıraraq, onun dərhal azadlığa buraxılmasının vacibliyini deyənlərlə yanaşı, kimliyindən və cinayətinin motivlərindən asılı olmayaraq, hər bir qatilin mütləq cəzasını çəkməli olduğunu düşünənlər də var. Murad Fərəcovu müdafiə edənlərin arqumentləri bir qayda olaraq belədir ki, “Murad və onun kimi demokratiya uğrunda mübarizə aparmış şəxslərin, keçmiş quruluşda, avtoritar rejim nümayəndələrinə qarşı törətdikləri cinayətlər, indiki demokratik rejimə translyasiya edilməməli və bu kimi cinayət işlərinə baxılmamalıdır”.
     Onu da xatırlatmaq yerinə düşər ki, Muradın üç həftə əvvəl işıq üzü görmüş “Gündəliklər” adlı kitabı, bu cinayət işi ətrafında gedən söz-söhbətlərin daha da böyüməsinə səbəb olmuş, hətta məhkəmə və istintaq orqanları, Muradın həyat yoldaşı Sevil xanımın məhkəmə prosesi tamamlanmadan kitabı çap etdirməsini “əxlaqsızlıq” kimi qiymətləndirmişdilər.

Leyla Abbas
“Gündəlik Azərbaycan” qəzeti 28 yanvar2011

“Hüquqi dövlətdə emosiyalara yer yoxdur - hər bir cinayətkar cəzasını çəkməlidir”
Daxili İşlər Naziri Sülhəddin Muxtarlı ilə müsahibə

“Vətəndaşların hüquq-mühafizə orqanlarına münasibətini dəyişmək elə də çətin məsələ deyil.
Bunun üçün, hüquq-mühafizə orqanlarının vətəndaşlara münasibətini dəyişmək kifayətdir".


     -Cənab nazir, qəbulunuza düşmək, sizdən müsahibə almaq üçün aylarla sorğu dalınca sorğu göndərdik. Mətbuat xidmətiniz də hər dəfə “islahatlar gedir, vaxtı gələndə görüşərik” deyib, bizi intizarda saxlayırdı. Nəhayət görüşə bildik. Bu o deməkdir ki, islahatlar artıq tamamlanıb?
     - Sizi intizarda saxladığımıza görə, nazirliyimiz adından sizdən üzr istəyirəm. Doğrudan da fəaliyyətimin ilk yarım ilində mətbuatla görüşməyin mənasını görmürdüm çünki, bildiyiniz kimi, nazir postuna təyin olunar-olunmaz islahatlara başladıq. Bu səbəbdən KİV-ə doğrudan da deməyə sözümüz yox idi. Qaldı ki, islahatların tamamlanıb tamamlanmamağına (gülür)... Bilirsinizmi, islahatlar əvvəli olan amma sonu olmayan prosesdir. Yəni heç vaxt tamamlana bilməz. Kim deyə bilər ki, biz islahat apardıq, bitirdik və bundan sonra bütün mexanizm mükəmməl işləyəcək? Əlbəttə ki, işlərin əsas hissəsi görülüb, tamamlanıb. Amma görəcəyimiz hələ çox iş var.
     - Deyəsən görülən əsas işlərdən biri də DİN-in bu şəffaf binasıdır.
     -Tamamilə doğrudur. Bu bina da, islahatların vacib elementlərindən biridir. Bildiyiniz kimi, biz hakimiyyətə gələn kimi, Bakı Şəhər Baş Polis idarəsini yeni, şüşəli binaya köçürdük. Eksperimenti bu idarədən başladıq. O bina ofis mərkəzi kimi inşa edilsə də, qarışıqlığın olduğu dövrdə təhvil verilmişdi. Ona görə də, hələ heç bir şirkət orada ofis icarəyə götürməmişdi, bina boş qalmışdı. Mən nazir təyin olunan kimi, o binanı BŞBPİ üçün satın almağı təklif etdim və bu təklifim qəbul olundu. Siz də bilirsiniz ki, eksperiment çox uğurlu alındı. Əhali arasında aparılan sorğular da göstərir ki, şəffaf bina onların çox xoşuna gəlir, bu şəffaflıq polisə olan inamı artırır. Bu səbəbdən nazirliyimiz üçün də dərhal şəffaf bina tikdirməyə qərar verdik. Bir həftədir bura köçmüşük. İndi icazə verin mən sizə sual verim: Necədir? Binamızı bəyənirsiniz?
     -Əlbəttə, binaya söz ola bilməz. Küçədən içəridə nə baş verdiyinin görünməsi şəxsən mənim üçün qeyri-adi haldır. Özümü Avropada hiss edirəm. Yəqin ki, polisə olan inamı, yalnız şəffaf binalarla artırmağı düşünmürsünüz, başqa planlarınız da var...
     -Əlbəttə var. Bir bina ilə bütün işlər düzəlsəydi nə varıydı (gülür). Biz, bütün fəaliyyətimizlə xalqın inamını, sevgisini qazanacağıq, bizdən əvvəl formalaşmış stereotipləri sındıracağıq. Polis artıq cibə narkotik maddə atan, işgəncə verən, döyən, oğurluq edən, savadsız, bığlı, yekəqarın, debil görkəmli adam olmayacaq! Biz polisdən əvvəl, insan olacağıq. Hamı maraqlanır, soruşur ki, “Bəs çətin olmayacaq?”. Xeyr, olmayacaq. Vətəndaşların hüquq-mühafizə orqanlarına münasibətini dəyişmək elə də çətin məsələ deyil. Bunun üçün, hüquq-mühafizə orqanlarının vətəndaşlara münasibətini dəyişmək kifayətdir.
     - Hamını maraqlandıran bir sual var, istərdim bu suala da cavabınızı eşidim. Nəyə görə islahatlar məhz DİN-dən başladı?
     -İslahatlar əslində hər bir sahədə aparılır, amma insanlar birinci Daxili İşlər Nazirliyini görürlər. Bu da təbiidir. İllər boyu xalqa zülm etmiş, qəddar, qaniçən bir strukturun birdən-birə simasını dəyişməsi, hər kəsin diqqətini cəlb edir. Başqa tərəfdən də, uğur qazanmaq, demokratiyanı təmin etmək üçün əlbəttə ki, qayda-qanundan, təhlükəsizlikdən başlamaq lazımdır. İnsanlara tam sərbəstlik verilməlidir. Axı qayda-qanun da, təhlükəsizlik də iqtisadiyyatın inkişafının ən önəmli təkanverici qüvvəsidir. Əgər sənin hüququn pozulursa, fikrini sərbəst ifadə etmək azadlığın yoxdursa, biznes də aça bilməyəcəksən. Biz Qərb standartlarını mənimsəmişik və artıq bircə yolumuz var - Avropanın liberal-demokratik dəyərlərini, olduğu kimi Azərbaycanda tətbiq etmək.

“Polis vətəndaşın nökəridir, qulluqçusudur, xidmətçisidir"


     -Cənab nazir, sizə belə bir sual da verim. Sovet mühitində böyümüş, tərbiyə almış, oxumuş bir şəxs kimi, Qərb standartlarına adaptasiya olunmaq sizin üçün çətin olmadı ki?
     -Xeyr, olmadı. İstər sovet dövründə, istərsə də İslam və Qənirə Millilərin hakimiyyəti illərində mən və yoldaşlarım yalnız və yalnız Avropa dəyərlərinin Azərbaycanda tətbiq olunmasını arzulamış, bu uğurda mübarizə aparmışıq. Biz normal dövlətdə yaşamaq istəyirdik, buna da nail olduq. Sevgi, məhəbbət haradan başlayır? Başqalarını düşünməkdən! Əgər nazir, komitə sədri ilk növbədə özünü düşünürsə, onun başqalarına heç vaxtı da qalmayacaq. Göz doyan şey deyil. Oğru, rüşvətxor yeyib, yeyib doya bilməz. O daha çox yemək istəyəcək. Yadınızda olar, Milli rejimi illərində opponentlərimiz deyirdi ki, müxalifət acdır, iqtidar isə tox. Əgər müxalifət iqtidara gəlsə, daha çox yeyib-dağıdacaq. İndi görsünlər və utansınlar! Əsas məsələ nədir? Mentalitetin dəyişməsi. İslahatların uğurlu olması üçün bu vacib şərtdir. Qətrə-qətrə insanların içindəki qulu, köləni öldürmək lazımdır. Şəxsən mən bütün vətəndaşlarımızın azad ruhlu, azad düşüncəli olmasını istəyirəm və bir nazir kimi, bütün məsuliyyətim və səmimiyyətimlə bəyan edirəm ki, vətəndaş ağadır. Polis isə vətəndaşın nökəridir, qulluqçusudur, xidmətçisidir.
     - Azadlıqların birdən-birə verilməsi xaos yarada bilər deyənlər də var. Bu fikrə münasibətiniz necədir?
     - Çox əxlaqsız, tərbiyəsiz, pozğun fikirdir. Belə bir sözü son dərəcə görməmiş, avtoritar ruhlu adam iddia edə bilər. Azadlıqların, demokratiyanın yaratdığı problemlərin yeganə həll yolu, daha çox azadlığın, demokratiyanın tanınmasıdır.
     - Çoxları deyir ki, Azərbaycanda islahatların uğur qazanmasının səbəbi ölkə ərazisinin kiçik olmasıdır. Böyük ölkələrdə belə islahatlar mümkün deyil.
     -Bu da qəribə, əsassız fikirlərdən biridir. ABŞ, Kanada, Almaniya, nə bilim Avstraliya və adını saymadığım onlarla ölkədə idarəetmə mexanizmləri mükəmməl işləmirmi? Ölkənin böyüklüyü, kiçikliyi məsələsinin islahatlara nə dəxli? Azərbaycan ərazisi iki milyon kvadrat kilometr də olsaydı, biz bu islahatları həyata keçirəcəkdik. İstək, niyyət, məqsəd olandan sonra islahatlara heç nə mane ola bilməz.
     -Tabeçiliyinizdə olan insanlar sizə təklif verməkdən çəkinmirlər ki?
     -Əksinə, onlar təklif verməməkdən qorxurlar. Təşəbbüskar olmayan insanları sevmirəm. Söz düşmüşkən, hər ideyayla üstümə gələnlərə də əsəbiləşirəm - yaxşı ideyadırsa, öz ərazində həyata keçir. Sən, buna görə cavabdehsən. Mən nazirliyin sənədlərinin 0,1 faizini imzalayıram. Ölkə ərazisində 30-dan artıq şəxsə mənim səlahiyyətlərimə daxil olan məsələlərdə qərar qəbul etmək icazəsi vermişəm.

“Bizi başa düşməyən, rüşvətsiz yaşaya bilməyənlərin hamısı çıxıb getdi”


     - Siz bu islahatlara başlayanda polislərin reaksiyası necə oldu?
     - Biz islahatlara, nazirliyin 70 faizini ixtisar etməklə başladıq. Təsərrüfat işlərinə baxanların hamısı demək olar ki, işdən çıxarıldı. Bəziləri də yeni qaydalara uyğunlaşmayacaqlarını başa düşüb özləri getdilər. Məsələn, bəziləri gördü ki, yaxınları həbs olunsa, hansısa cinayətə görə istintaqa cəlb olunsa onlar heç nə edə bilməyəcəklər, ona görə də ərizələrini yazıb getdilər. Artıq heç bir polis əməkdaşı, rütbəsindən asılı olmayaraq, cinayət əməli olan yaxınına, qohumuna, hətta atasına-anasına kömək edə bilməz. Ümumiyyətlə, bizim yeni iş prinsiplərimizi başa düşməyən, rüşvətsiz yaşaya bilməyənlərin hamısı çıxıb getdi. Mən də buna çox sevinirəm.
     Sizə bir fakt deyim. Çox yox, beş-altı ay əvvəl bizim qərbyönümlü komandamızdan elə adamlar vardı ki, mənə zəng vurub hansısa qohumlarını, dostlarını azad etməyimi xahiş edirdilər. Onların hamısına çox sərt cavab verib, dəstəyi tullayırdım. Hətta onların arasında bir nazir müavini də varıydı. Nəticəsi nə oldu? O gün, bu gündür mənə belə zənglər gəlmir.
     -Biz bilirik ki, məktəb şagirdləri tez-tez nazirliyə ekskursiyaya gəlirlər...
     -Bəli, gəlirlər. Bunu da bizim şöbə müdirlərimizdən biri təklif elədi, mən də razılaşdım. Uşaqlar gəlib nazirliyin işi ilə, əməkdaşlarla tanış olurlar, suallar verirlər. İndidən uşaqların beynində polisin müsbət obrazını yaratmaq lazımdır. Fikir vermisinizsə, indi bizim bütün polis idarələrimiz daha çox bankları xatırladır. Təmiz, səliqəli idarələr və gülərüz polis əməkdaşları. Hər şey şəffaf və açıqdır. Hansısa pəncərənin, qapının dalında gözləmək söhbətləri də artıq qurtarıb. Apardığımız sorğular göstərir ki, indi əhalinin 85 faizi polisə güvənir, ona inanır. Hər kəs başa düşdü ki, polis cəmiyyətdən yüksəkdə dayanmır. Polis cəmiyyətin bir parçasıdır.
     - Xəbərlər gəzir ki, polislər bir-birini satır.
     - Xahiş edirəm, o sözdən bir daha istifadə etməyəsiniz. Bu, mənim üçün təhqirdir. Cinayət törədilibsə, hər bir vətəndaşın borcudur ki, bu barədə polisə xəbər versin. Bilib demirsə, o da cinayətə şərikdir və buna görə cəza alacaq. Polis əməkdaşları da, həmkarlarının qanun pozuntuları barədə dərhal rəhbərliyə xəbər verməlidirlər. Əlbəttə, ayrı cür ola da bilməz. Cəmiyyəti dəyişməyin yeganə yolu budur. Qəddar görünsə də, buna məcburuq. Avtoritarizmi Qərb standartları ilə əvəz etməyin başqa metodu varmı?
     - Cənab nazir, aparılan islahatların artıq qarşısıalınmaz proses olduğunu demək olarmı?
     -Çox yox, heç olmasa bizə tanınan beş illik hakimiyyət müddətinin sonuna qədər islahatları bu minvalla davam etdirsək, ölkəni ayağa qaldırsaq, bizdən sonra başqa hökumət də seçilsə, seçilib avtoritar meyllər də nümayiş etdirsə, xalqımız o iqtidarı dərhal rədd edər. Əminəm ki, beş il ərzində biz xalqa özünə hörmət qoymağı, ədalətsizliklə barışmamağı, qorxaq, kölə olmamağı öyrədə, aşılaya biləcəyik.

“Hüquqi dövlətdə emosiyalara yer yoxdur - hər bir cinayətkar cəzasını çəkməlidir”


     –Cənab nazir, yarım il əvvəl, Səbayel rayon məhkəməsi Murad Fərəcovu səkkiz il müddətinə həbs cəzasına məhkum etdi. Apelyasiya məhkəməsi də hökmü qüvvədə saxladı. İndi iş Ali Məhkəmədədir. Siz də bilirsiniz ki, cəmiyyətin bu prosesə münasibəti birmənalı deyil. Muradı qəhrəman hesab edənlər də var, cinayətkar sayanlar da. Siz isə o vaxtdan bu prosesə münasibət bildirməmisiniz. Muradı cinayətkar hesab edirsinizmi?
     - Üzr istəyirəm, bu sualı mənə verməyiniz çox yersizdir. Əlbəttə ki, mən onu cinayətkar hesab edirəm, ən azı ona görə ki, məhkəmənin hökmü bunu tələb edir.
     - Bildiyiniz kimi, birinci instansiya məhkəməsi davam edən vaxt, Muradın həyat yoldaşı onun “Gündəliklər” adlı kitabını çap etdirmişdi. Hətta məhkəmə və istintaq orqanları, bu kitabın işıq üzü görməsinə görə, Muradı və yoldaşı Sevil xanımı əxlaqsızlıqda, məhkəmə prosesinə təsir etmək cəhdində günahlandırmışdılar. Siz sözügedən kitabı oxumusunuzmu?
     -Bəli, oxumuşam. Özü də çox böyük maraqla oxumuşam. Struktur baxımından klassik romanlardan xeyli fərqlənsə də, vulqarizmlərlə, söyüşlərlə dolu olsa da, əsərin uğurlu alındığını deyə bilərəm. Etiraf edim ki, bu əsərdə məni güldürən məqamlar da oldu, ağladan məqamlar da. Yaxşı yazıb, sadəcə olaraq öz cinayətinə bəraət qazandırmağa çalışıb. O da alınmayıb.
     -Murad Fərəcov bu əsərdə yazıb ki, Şeyla Orucun Daxili İşlər Nazirinin oğlundan uşağı var. Eyni sözləri o, məhkəmədə də təkrarlamışdı...
      -(Gülür) Bunlar hamısı cəfəngiyatdır, qurduğu oyunun bir parçasıdır. Nə polkovnik Vahabov, nə də ki, müstəntiq Dadaşov ona Şeylanın müxalifətə işlədiyini, mənim oğlumdan uşağının olduğunu deməyiblər. Hamısı Muradın təxəyyülünün məhsuludur. Həmin uşağın taleyi də bizə məlumdur. Şeylanın oğluna, hal-hazırda Səyavuş Orucun bacısı baxır. Atasını müəyyən etmək isə bizim işimiz deyil. Amma dəqiq deyə bilərəm ki, o uşaq mənim nəvəm deyil (gülür). Yeri gəlmişkən, romanı mənim oğlum, başqa ailə üzvlərim də oxuyublar. Orada haqqımızda yazılanları evdəkilər indiyə qədər yada salıb gülürlər.
     -Cəmiyyətin Murada olan heyranlığı, sevgisi sizi narahat etmir ki?
     -Bilirsinizmi, cəmiyyətin böyük hissəsində Murada qarşı olan müsbət münasibət başa düşüləndir. Bir insan kimi bu hisslər mənə tanışdır, doğmadır. Mən də başa düşürəm ki, Murad Milli rejimi dövründə müxalif fikirli, demokratik dəyişiklik arzulayan adam olub. Lakin gəlin etiraf edək ki, Murad azadlıq mübarizəsində öz rolunu çox böyüdüb. Əlbəttə müxalifətçi idi, rejimin dəyişməsini arzulayırdı, nə bilim, hər fürsətdə həqiqəti dilə gətirirdi. Amma faktlar da göstərir ki, heç də özü haqqında yaratdığı əzabkeş obrazına uyğun həyat tərzi keçirməyib. Razıyam ki, Şeyla Oruca olan nifrəti, onun atasına görə olub. Onu qətlə yetirməsinin səbəbi də budur. Lakin hüquqi dövlətdə emosiyalara yer yoxdur - hər bir cinayətkar cəzasını çəkməlidir. Biz iqtidara gələndə də demişdik ki, avtoritar quruluş dövründə işlənmiş və üstü açılmamış cinayətlərin üstünü biz açacağıq. Bunu yenə də təkrar edirəm - əgər avtoritar rejimlə mübarizə aparmış hansısa vətəndaşın cinayət ləkəsi varsa, aşkar olunacağı təqdirdə ona güzəşt olunmayacaq.
     - Muradın “Gündəliklər”ində, onun narkolepsiya adlı xəstəliyə tutulması haqqında bir hissə var. Daha sonra ruhi dispanserdə yazdığı qeydlər də romana əlavə olunub...
     - Sözü hara gətirdiyinizi bilirəm. Onun ruhi xəstə olub-olmaması məsələsinə... Anar bəy, siz də bilirsiniz ki, məhkəmənin təyin etdiyi ekspertizadan əlavə, vəkil Elton Aşurovun tələbi ilə alternativ yoxlama aparan müstəqil ekspertiza da Muradın dəliliyinin imitasiya xarakterli olduğunu sübuta yetiriblər. Onun psixi sağlam adam olması artıq təsdiqlənmiş faktdır. Romandakı narkolepsiya haqqındakı hissələr də əlbəttə ki, uydurmadır. Ruhi dispanserdə yatması da ssenarinin bir parçasıydı ki, Murad bunu həyat yoldaşı ilə birlikdə fikirləşib, həyata keçirmişdilər. Ola bilsin bədii əsər üçün bunlar uğurlu tapıntılardır, lakin öz uydurmalarını gəlib məhkəmədə də təkrar etməsi, hamını öz dəliliyinə inandırmağa çalışması gülünc cəhd idi. Ona görə də heç nə alınmadı. Ümumiyyətlə əsəri xatırlayırsınızsa, komadan əvvəlki gündəliklərə sonradan edilən əlavələr kifayət qədər süni alınıb. Özünü dəli göstərmək cəhdləri əsərin ruhuna xələl yetirib. Bilmirəm, bu mənim şəxsi qənaətimdir.
     - Amma bəzi həkimlər, amneziyadan çıxan insanlarda psixoloji problemlərin yaranma ehtimalının olduğunu da deyirlər.
     -Bir daha təkrar edirəm - onun narkolepsiyası da, sonradan guya ağlını tamam itirib ruhi dispanserə düşməsi də bir oyun idi. Dəliliyi imitasiya etmək o qədər də asan məsələ deyil. O cümlədən şəxsiyyət ikiləşməsini də. Təqdir edirəm, xəyal gücü yaxşıdır, amma yetərli deyil. Çox dolaşıq oyun qurmuşdu, nəticədə özü bu labirintdə azıb qaldı. Yaddaşında guya boşluqların yarandığını yazması, faktları təhrif etməsi, heç də inandırıcı görünmür.
     -Dəliliyi imitasiya etdiyi halda, Şeyla Orucu öldürdüyünü nə üçün etiraf edirdi?
     -Biri obirini inkar etmir, mane olmur ki! Düz deyirsiniz, etiraf edib. Amma necə? Etirafın da məqsədi oydu ki, məhkəmə onun dəliliyinə inansın, bunu yüngülləşdirici hal kimi qəbul edib, onu həbsxanaya yox, dəlixanaya göndərsin. O da bir neçə ay sonra “sağalıb” ordan çıxsın. Əslində istintaqın əlində onun cinayətini sübuta yetirən bu qədər dəlil olmasaydı, bəlkə bu etirafı da etməyəcəkdi. Xatırlayırsınızsa, araşdırmalar nəticəsində, Samir Mikayılovun Şamaxıdakı evinin yaxınlığında yaşayan və Muradla Toğrulun ora gəldiyini görən şahid tapılmışdı. Cinayətin törədildiyi günün axşamı ağ cip, içində də iki nəfər Samir Mikayılovun evinin darvazasını açıb, maşını həyətə sürürlər. Amma evə girmirlər, həyətdə bir saat qurdalanandan sonra, çıxıb gedirlər. Bu nə deməkdir? İndi isə gəlin Muradın məhkəmədə dediklərini, ruhi dispanserdə yazdıqlarını xatırlayaq? Şeylanı öldürdüyünü etiraf edir, amma Şamaxı məsələsini, Toğrulun ona kömək etməsini inkar edir. Toğrulun adını çəkmir, çünki məqsədi var - istəyir məhkəmə onun dəliliyinə inansın. Özünü elə aparır ki, guya Toğrulun, digər dostlarının öldüklərini bilmir, onların hələ də yaşadıqlarına inanır. Xəstəxanaya, yanına gəlib getmirlər deyə giley-güzar edir. Doğrusu, əsəri oxuyanda Muradın fantaziyasına mat qalmışdım. Yadınızdadırsa, orada belə bir hissə var, guya Toğrul onun gözünə görünür və deyir ki, “o gecə sən mənimlə viski içmişdin, ertəsi gün də Şeyla ilə görüşüb İtalyan restoranına getdiniz”. Dəlixana qeydlərində isə Murad Toğrulla viski içdiyini təsdiqləsə də, səhər Şeyla ilə görüşüb İtalyan restoranına yox, Şeylanın Gənclikdəki villasına getdiyini, orada da onu öldürdüyünü yazır. Görürsünüz? Özü iki fərqli versiya ortaya atmaqla, məhkəməni dolaşdırmağa, çaşdırmağa, izi azdırmağa cəhd edir.
     - Sevil xanım bu yaxınlarda qəzetlərin birinə verdiyi müsahibədə, kitabın birinci nəşrinin artıq satılıb qurtardığını, indi ikinci nəşrə hazırlaşdıqlarını demişdi. Dediyinə görə, Murad hal-hazırda həyatının məhkəmə və həbsxana günlərini qələmə alır. Onları da romanın üçüncü nəşrinə əlavə edəcəkmiş.
      -(Gülür) Mən Murada yalnız və yalnız uğurlar arzu edə bilərəm. Məhkəmə səhnələri, həbsxana günləri romanı daha da gözəlləşdirər. Hətta həbsxanadan çıxandan sonra da yeni hissələr yazsın, nə deyirəm ki? Yəqin ki, ömrünün sonuna qədər romanını böyütməklə, şişirtməklə məşğul olacaq. Görürsünüz də, bir dənə adi gündəlikdən nə boyda əsər doğuldu, indi də müəllifə yaxşı pul qazandırır. Halal olsun (gülür).

Söhbətləşdi Anar Müqabiloğlu
“Liberal” Qəzeti 17 iyun 2011

  

Bölmə: Azərbaycan ədəbiyyatı | Əlavə edildi: azerhero (24.09.2014) | Müəllif: R.C E W
Baxış: 809 | Reytinq: 2.0/1
Bütün rəylər: 0
omForm">
avatar

Kitablar — zamanın dalğaları ilə səyahət edən və nəsildən-nəslə öz qiymətli yükünü ehtiyatla aparan fikir gəmiləridir.

- Frensis Bekon

Son 90 gün ərzində kitab oxumamaqdan daha pisi kitab oxumadığına görə narahat olmamaqdır.

- Cim Ron

Kitabları yandırmaqdan daha pis şey onları oxumamaqdır.

- Rey Bredberi

Yaxşı kitab aysberqə oxşayır, onun yeddi-səkkiz hissəsi suyun altında gizlənib.

- Ernest Heminquey

Kitablarım mənə çatacaq qədər böyük bir krallıqdır.

- Shakespeare

Mən, kitablarımı yaratmadan əvvəl, kitablarım məni yaratdılar.

- Montaigne

Kitabsız yaşamaq; kor, kar, dilsiz yaşamaqdır.

- Seneca

Bu günün gərçək universiteti, bir kitabxanadır.

- Carlyle

Kitab, tək ölümsüzlükdür.

- Rufus Choate

Exlaqa uyğun ya da zidd kitab deyə bir şey yoxdur. Kitablar ya yaxşı yazılmışdır, ya da pis. Hamısı bu qədər!

- Oscar Wilde

Ümidlə açılıb qazancla bağlanan bir kitab, yaxşı bir kitabdır.

- Alcott

Kitablar, itmiş başların abidələridir.

- Sir William Dave

Kitablar, heç solmayacaq bitkilərdir.

- Herrick

Kitab heç aldatmayan bir yoldaşdır.

- Guilbert De Pixrecourt

Axmaqlarla oturub-durmaqdansa , kitabla tənha oturmaq yaxşıdır.

- Qasım bəy Zakir

İnsan güc ilə yox, mütaliə etməklə ağıllanır.

- C.Bruno

Az bildiyini başa düşmək üçün çoxlu oxumaq lazımdır.

- Mişel Monten

Kitablar özünüzə və başqalarına hörmət etməyi öyrədəcək, ürəyi və ağlı, dünya və insanlıq sevgisiylə dolduracaq.

- Maksim Gorki

Kitab həyatın ən uzaq və qaranlıq yollarında insana işıq bəxş edən əfsanəvi çıraqdır

- A.M.Upit

BAKI QIZLAR UNİVERSİTETİ
1992-ci ildə təsis edilən və həmin vaxtdan da fəaliyyətə başlayan Bakı Qızlar Universitetinin (əvəllər Bakı Ali Pedaqoji Qızlar Seminariyası adlanırdı) yaradılmasında məqsəd respublikada qadın pedaqoji kadrlar yetişdirmək, onların intellektual səviyyəsini yüksəltmək və gənc qızları ailə həyatına hazırlamaqdan ibarətdir. Hazırda universitetdə "Sosial pedaqoji” və "Filologiya-tarix” fakültələri fəaliyyət göstərir. "Sosial pedaqoji” fakültədə "Təhsildə sosial-psixoloji xidmət”, "Psixologiya”, "Coğrafiya müəllimliyi”, "ibtidai sinif müəllimliyi”, "Məktəbəqədər təlim və tərbiyə”, "Riyaziyyat və informatika müəllimliyi”, "Filologiya-tarix” fakültəsində isə "Xarici dil (ingilis) müəllimliyi”, "Azərbaycan dili və ədəbiyyat müəllimliyi”, "Tarix müəllimliyi”, "Jurnalistika” üzrə bakalavr, "İbtidai sinifdə tədrisin metodika və metodologiyası”, "Pedaqogika nəzəriyyəsi və tarixi”, "Azərbaycan ədəbiyyatı”, "Azərbaycan dili”, "Azərbaycanın yeni və ən yeni tarixi” sahəsində magistratura səviyyəsində kadr hazırlığı aparılır.
Bakı Qızlar Universiteti Nazirlər Kabinetinin 1996-cı il fevralın 21-də 21 saylı sərəncamı ilə dövlət qeydiyyata alınmışdır. 2013-cü ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin lisenziya komissiyası BQU-nun çoxilli fəaliyyətinin, onun yüksək maddi-texniki bazasının, infrostrukturunun, təlim-tərbiyə sisteminin Azərbaycan Respublikası təhsil Qanununa Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Ali təhsil Müəssisələrinin fəaliyyətinə xüsusi razılıq (lisenziya verilməsi haqqında qərarına, Azərbaycan Respublikası Təhsil Nazirliyinin sənədlərinə uyğn qurulduğunu, pedaqoji kadrların hazırlanmasında əldə olunmuş nailiyyətlərini nəzərə alaraq universitetin fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsini məqsədəuyğun hesab etmişdir. Eyni zamanda 2013-cü ildə universitet akreditasiyadan keçmişdir. Universitetdə müxtəlif fənnlər üzrə kabinetlər, dörd kopüter otağı, kitabxana, badii yaradıcılıq studiyası, tələbə elmi cəmiyyəti, Tələbə Gənclər təşkilatı, dörd dərnəklər, nəşriyyat, idman zalı, yeməkxana, kadrlar şöbəsi və mühasibatlıq fəaliyyət göstərir.
Learn more