Əsas » Məqalə » Dünya ədəbiyyatı

Uilyam Şekspir-Otello-2

 

<< 1 / 2 / 3 / 4 / 5 / 6 / 7 >>


Y a q o.
    Dolu pul kisəmdir mənim bu sarsaq,
    O daim əyləncəm, pulum olacaq.
    Axmaqla vaxtımı keçirsəm hədər,
    Mənim özümə də axmaq deyərlər.
    Mavra nifrətim var, deyirlər: gedib
    Bizdə arvadımla başbirlik edib.
    Sübut nəyə lazım, eyləməz kömək,
    Əgər şübhə varsa, iş da var, demək.
    O mənə inanır sidqi-ürəkdən,
    Baş açmaz hiylədən, qaçmaz kələkdən.
    Kassio orduda ən gözəl oğlan,
    Necə? Necə? Dayan, hələ bir dayan,
    İndi işlədərəm ikiqat hiylə:
    Əvvəlcə yerini keçirrəm ələ,
    Çataram mənsəbə, sonra da hərdən
    Mavrın qulağına pıçıldaram mən,
    Deyərəm: zövcənlə o, dostluq edir.
    Burda fikirləşmək, dayanmaq nədir?!
    Kassio qəşəngdir, həm də mehriban,
    Qısqanclıq tufanı qoparar o an.
    Yaranıb fəsadlar qaynatmaq üçün,
    Qız-qadın könlünü oynatmaq üçün,
    Mavr sadədildir, ürəyi açıq,
    Nə görsə, nə desən, inanır yazıq.
    Vicdanlı, saf bilir hər bir insanı,
    Başına noxta sal, gəzdir dünyanı.
    Çataram arzuma, düşübdür fürsət,
    Mənə kömək edər cəhənnəm, zülmət.
    Gedir.
İKİNCİ PƏRDƏ

BİRİNCİ SƏHNƏ


    Kiprdə dəniz sahilində bir şəhər.
    Qala meydançası.
    Montano və iki nəfər keşikçi daxil olurlar.
M o n t a n o.
    Nə görə bilirsən, dənizə bir bax?!
B i r i n c i k e ş i k ç i.
    Tamamilə heç nə:
    şahə qalxaraq,
    Coşqun dalğalardır hayqıran elə,
    Gözümə dəyməyir bir yelkən belə.
M o n t a n o.
    Heç vaxt görməmişəm bu cür rüzgarı,
    Titrədir bizim də istehkamları.
    Dalğalar -necə də hiddətli, azğın,
    Dənizə quldurtək edibdir basqın,
    Hər yandan yeriyir uca dağ kimi.
    Davam gətirərmi buna bir gəmi?
    Öyrənin, yoxdurmu yeni bir xəbər?
İ k i n c i k e ş i k c i.
    Yəqin ki, qərq oldu dənizdə türklər,
    Köpük içindədir hər tərəf, hər yan.
    Sellər axıb gəlir sal qayalardan,
    Dalğalar qəzəblə keçir yürüşə,
    Sanki buludlarla girir döyüşə,
    Göydə ulduzları söndürür hətta,
    Kiçik Ayı bürcü qalıb su altda,
    Belə bir fırtına görməmişəm mən.
M o n t a n o.
    Türklər can qurtarmaz onun əlindən.
    Tezliklə körfəzə getməsə əgər,
    Dənizdə qərq olar bütün gəmilər.
    Üçüncü keşikçi daxil olur.
M o n t a n o.
    Xəbər, təzə xəbər! Hərb yetdi sona,
    Türklərə toy tutdu quduz fırtına.
    Onların niyyəti puç oldu artıq.
    Oldu gəmiləri lap qırıq- qırıq,
    Biri də çıxmadı qorxunc tufandan.
    İndicə öyrəndim bunu limandan,
    Bizim dənizçilər görmüş onları.
M o n t a n o.
    Necə? Doğrudurmu bu xəbər, barı?
Ü ç ü n c ü k e ş i k ç i.
    Gəmimiz limana yan aldı indi.
    Leytenant Kassio sahilə endi,
    Mavrın yavəridir, dostudur onun,
    Özü dənizdədir mərd Otellonun.
    Mavr təyin olub Kiprə sərdar
M o n t a n o.
    Onun sərdarlığa ləyaqəti var.
    Mən buna çox şadam.
Ü ç ü n c ü k e ş i k ç i.
    Kassio hərdən
    Deyəndə türklərin itkilərindən,
    Rahat görünsə də, qəmliydi yaman:
    Onu Otellodan ayırmış tufan.
    Dua eyləyirdi: tufan azalsın,
    Göyə yalvarırdı: Mavr sağ qalsın.
M o n t a n o.
    Allah amanında! Görməsin dərd-qəm.
    Mən onun yanında xidmət etmişəm,
    Əsl döyüşçütək hökmü də vardı.
    Gəl, çıxaq sahilə, səbrim qurtardı,
    Görək nə vaxt gəlir bizim gəmimiz?
    Körpüdə gözləyək Otellonu biz,
    Baxaq uzaqlara - üfüqlərədək.
Ü ç ü n c ü k e ş i k ç i.
    Hər an gələ bilər, buyurun, gedək.
    Kassio daxil olur.
K a s s i o.
    Ey şanlı adanın qorxmaz ərləri!
    Sağ olun, sevirsiz qəlbən sərvəri.
    Hər vaxt belə sevin mərd Otellonu,
    Göylər qucağında hifz etsin onu.
    Dalğalar dənizdə coşub azanda
    Mən onu itirdim qorxunc tufanda.
M o n t a n o.
    Gəmi dağılmaz ki?
K a s s i o.
    Heç vaxt, heç zaman,
    Düzəlib davamlı, möhkəm taxtadan.
    Darda kapitanın titrəməz əli,
    O həm ürəklidir, həm təcrübəli.
    Yeganə ümidim bunadır ancaq,
    Sərdar fırtınadan qalib çıxacaq.
     (Səhnə arxasından səslər).
    Gəmi, gəmi, gəmi!
    Dördüncü keşikçi daxil olur.
K a s s i o.
    Bu səs-küy nədir? Dördüncü keşikçi.
    Sahildə insanlar cərgə-cərgədir.
    Körpü də dolubdur, boşalıb şəhər,
    Hamı qışqırır ki, gəmi görüblər.
K a s s i o.
    Odur, gəlir Kiprin igid sərdarı (Toplar atılır).
İ k i n c i k e ş i k ç i.
    Qaladan atıldı salam topları,
    Bu gələn kimdirsə, yaxındır bizə.
K a s s i o.
    Xahiş eyləyirəm, bir qaç körfəzə,
    Tez öyrən gələnin kim olduğunu.
İ k i n c i k e ş i k ç i.
    Bu saat, bu saat öyrənnəm bunu.
    Gedir.
M o n t a n o.
    General evlənib?
K a s s i o.
    Evlənib, bəli,
    Aldığı ilahə - dünya gözəli.
    Yaradan bəxş edib ən nadir almaz,
    Onun gözəlliyi təsvirə sığmaz.
    Günəşin üzünə hüsnü nur salır,
    Gözəllik tanrısı ondan nur alır.
    İkinci keşikçi geri qayıdır.
    Nə var, gələn kimdir, agah et bizi.
İ k i n c i k e ş i k ç i.
    Yaqo adlı biri, zabitdir özü.
K a s s i o.
    Yox, canım, belə tez, bu ola bilməz,
    Həm də sağ-salamat, ağıla gəlməz!
    Yəqin coşqun dəniz, hiddətli tufan,
    Bir də su altında pusquda yatan
    Cani qum dağları, qayalar, daşlar
    Gözəllik önündə heyran qalmışlar.
    Duyub gözəlliyin ülviyyətini,
    Dəyişib öz xain təbiətini,
    Yol vermiş sularda doğan o Aya -
    İlahə, müqəddəs Dezdemonaya.
M o n t a n o.
    Dezdemona kimdir?
K a s s i o.
    Dediyim qızdır,
    Sərdarın sərdarı, nurlu ulduzdur.
    Sərdar yaxın bilib sadiq Yaqonu,
    Demişdi adaya gətirsin onu.
    Vaxt təyin etmişdi bir həftə ancaq,
    Onu ondan qabaq gətirib qoçaq.
    Allahlar atası, böyük Yupiter,
    Qoru Otellonu, güclü külək ver.
    Onun yelkənini sən qoyma darda,
    Önündə baş əysin fırtınalar da.
    Özüylə səadət gətirsin bizə,
    Qoy yeni ruh versin hər birimizə.
    Qovuşsun yarına, gülsün mətləbi,
    Kiprə də rahatlıq versin əbədi.
    Odur, günəş doğdu, ah, baxın belə...
    Dezdemona, Emiliya, Yaqo,
    Rodriqo və xidmətçilər gəlirlər.
    Gəminin sərvəti çıxdı sahilə.
    Siz, ey Kipr əhli, hamınız bu gün
    Onun qarşısında, gəlin, diz çökün.
    Ey qəşəng senyora, bu hüsnlə siz
    Bizim bu adaya xoş gəlmisiniz!
    Tanrı nura tutsun qədəminizi,
    Qadadan, bəladan hifz etsin sizi.
D e z d e m o n a.
    Təşəkkür edirəm, igid cəngavər,
    Siz mənə ərimdən verin bir xəbər.
K a s s i o.
    Hələ gəlməsə də, ümid var, sağdır,
    Tezliklə o sizə qovuşacaqdır.
D e z d e m o n a.
    Qəlbim rahat olmur, qorxuram yaman,
    Deyin, ayrıldınız siz necə ondan?
K a s s i o.
    Əlbəyaxa ikən səmayla dəniz
    Birdən ayrı düşdü gəmilərimiz.
    Dinləyin, səs-küyü, yəqin gəmi var?!
     (Səhnə arxasından səslər).
    Gəmi, gəmi!
     (Toplar atılır)
İ k i n c i k e ş i k ç i.
    Yenə atıldı toplar.
    Salam atəşidir, gələn dostlardır .
K a s s i o.
    Öyrənin, bir görün, nə xəbər vardır?
    İkinci keşikçi gedir.
    Ah, Yaqo, xoş gördük, qəlbən şadıq biz. (Emiliyaya)
    Senyora, adaya xoş gəlmisiniz.
    Mənə, əziz Yaqo, acıqlanma sən
    Qanın qaralmasın sərbəstliyimdən.
    Tərbiyəm verir ki, mənə cəsarət,
    Xanıma göstərim hörmət, nəzakət. (Emiliyanı öpür).
Y a q o.
    Onun dili kimi o dodaqları
    Sənin tökmədi ki, zəhləni ban?
    Başımı dəng edir ağzı qızanda.
D e z d e m o n a.
    Əfsus, dili yoxdur onun ağzında.
Y a q o.
    And olsun, belədir, dilidir yaman.
    Elə ki, yatağa giririk, bu an
    Mırtdanır, söylənir, verməyir ara,
    Çəkir gözlərimdə yuxunu dara.
    Sizin yanınızda susub hiyləbaz,
    Dilini qarnına qoyubdur bir az,
    Qəlbində deyinir yenə əsəbi.
E m i 1 i y a.
    Belə danışmağın varmı səbəbi?
Y a q o.
    Başla, başla görək! Evindən kənar
    Qəşəng şəkildilər bütün qadınlar.
    Evinə gəldimi, ötür zəng kimi.
    Mətbəxdə pişikdir, bir pələng kimi,
    Bir az incidimi, şeytana dönür
    İti caynağı var, məsum görünür.
    Haldan-hala düşür keçdikcə anlar,
    Təkcə yatağında qadındır onlar.
D e z d e m o n a.
    Ayıb olsun sənə, böhtançıya bax!
Y a q o.
    Yox, yox, düz deyirəm belədır ancaq:
    Yerdən durdunuzmu, oynayırsınız,
    İşlə məşğulsunuz yataqda yalnız.
E m i 1 i y a.
    Bizə sən ki, tərif yazmayacaqsan!
Y a q o.
    Bunu gözləməyin məndən heç zaman.
D e z d e m o n a.
    Mənə tərif yazsan, nə yazardın, nə?
Y a q o.
    Bunu, qəşəng xanım, deməyin mənə.
    Bir tərif çıxmayıb hələ dilimdən,
    Yalnız tənbeh etmək gəlir əlimdən.
D e z d e m o n a.
    Yenə bir özünü çək imtahana...
    Gedən olubdurmu, görən, limana?
Y a q o.
    Bəli, xanım, bəli.
D e z d e m o n a.
    Gülsə də üzüm,
    Fikir dəryasında qalmışam özüm.
    Qara qanlar axır mənim qəlbimdən.
    Necə təriflərdin məni, Yaqo, sən?
Y a q o.
    Bu saat, doğrusu, bilmırəm neynim?
    Fikrimi kənara buraxmır beynim.
    Yapışqan da bezə yapışır bu cür,
    Beynimi fikirlər qoparır, üzür,
    Hamilə ilhamım doğur nəhayət,
    Bu an sona çatır bütün əziyyət;
    Olsa bir qadında gözəllik, kamal,
    Deməli, birləşib səadət, camal.
D e z d e m o n a.
    Çox yaxşı, söylədin lap ürəyimcə.
    Qadın kamallısa, çirkincə necə?
Y a q o.
    Onun da dünyada bır əlacı var,
    Ağılla özünə uyğun ər tapar.
D e z d e m o n a.
    Çətindir, çətindir, mənə qalarsa
E m i 1 i y a.
    Bəs qız qəşəng olub, axmaq olarsa?
Y a q o.
    Gözəl qız heç zaman olmayır axmaq,
    Çünki axmaqlıqdan o doğur uşaq.
D e z d e m o n a.
    Bu qaba sözlərlə pivəxanada
    Axmaqlar əylənər, tapar məna da.
    Yaxşı, nə deyərdin qarşına çıxsa,
    Bir qız həm çirkinsə, həm də axmaqsa?
Y a q o.
    Qızın nə çirkini, nə də axmağı!
    Hamsı bir ağılda, bir bez qırağı.
D e z d e m a o n a.
    Necə də avamsan! Ən pislərə sən
    Ən yaxşı, ən gözəl tərif deyirsən.
    Burax bir tərəfə zarafatmı,
    Vəsf elə ideal, qəşəng qadını
    Bütün məziyyəti, ləyaqətiylə,
    Yansın bədxahlar da bəd niyyətiylə.
Y a q o.
    Özü qəşəng, gözəl, fəqət öyünməz,
    Dildən zirək, iti, fəqət deyinməz.
    Zərxara içində sadə don geyən,
    Heç nə istəməyən, heç nə güdməyən.
    Mehriban, lütfkar, ayüz sərvinaz,
    Ömründə bilməyon intiqam, qisas.
    Ağlım, huşunu heç çaşdırmayan,
    Heç vaxt xörəyini qarışdırmayan,
    Vəfalı, ismətli könül dildarı,
    Dar günün dayağı, gen günün yarı.
    Fikirdən, xəyaldan əsla doymayan,
    Sırtıq aşiqlərə məhəl qoymayan
    Vardırsa dünyada əgər belə qız,
    Deməli, bircə o layiqdir yalnız...
    Dezdemona. Nəyə?
Y a q o.
    Səfeh-səfeh övlad doğmağa,
    Özünü əzaba salıb boğmağa.
D e z d e m o n a.
    Zəif və əsassız nəticədir bu,
    Axmaqlar, inanar buna, doğrusu.
    Emiliya, bu sözü sen doğru sanma,
    O ərin olsa da, ona inanma.
    Kassio, buna bax, gör bir, nəçiymiş -
    Nə sırtıq, həyasız məzhəkəçiymiş.
K a s s i o.
    Xanım, onun sözü bəzəksiz, çılpaq,
    O ki alim deyil, əsgərdir ancaq.
Y a q o (Kənara).
    Yaxşı dedi... Qızın əlindən tutdu...
    Gizli pıçıldaşın, yaxşı sübutdu.
    Bu kiçik hörümçək torunda gərək
    Tutam Kassiotek iri bir milçək.
    Qızın üzünə gül, belə, bax belə,
    Sənə nəzakətin olacaq tələ,
    Sənə nəzakətin bir fəlakətdir.
     (Ucadan)
    Düz dedin, doğrudur, bu həqiqətdir.
     (Kənara)
    Öpür öz əlini necə riqqətlə.
    Çox yaxşı, çox ola, öp, öp ləzzətlə.
    Mənsəbin gedəndə - onda gülərsən,
    Öpüşün dadmı o vaxt bilərsən.
    Öpdüyün üç barmaq bir gün öc alar,
    Səni üç paz kimi cırar, parçalar.
    Səhnə arxasında şeypur çalınır. Ucadan.
    Onun şeypurudur, gələn Mavrdır.
K a s s i o.
    Bəli onunkudur, nə şübhə vardır?
D e z d e m o n a.
    Tez olun, gedəyin qarşılamağa.
K a s s i o.
    Budur, gəldi özü, bitdi hər qovğa.
    Otello məiyyətiylə daxil olur.
O t e 11 o.
    Ah, mənim nazənin, gözəl əsgərim!
D e z d e m o n a.
    Ah, mənim Otellom, əziz sərvərim!
O t e l l o.
    Məndən tez gəlmisən!
    Sonsuz heyrətdən
    İnana bilmirəm gözlərimə mən.
    Könlümün sevinci! Hər bir tufandan
    Sonra bu sakitlik olarsa, hər an
    Dalğalar bənzəsin Olimp dağına,
    Gəmilər toxunsun göy qurşağına.
    Yatmasın fırtına, susmasın külək
    Ölülər məzardan ayılanadək.
    Əgər indi ölsəm, xoşbaxtam, xoşbaxt.
    Doğrusu, qorxuram gələ elə vaxt
    Könlümdə bu cürə şəfqət olmaya.
    Mənə bu səadət qismət olmaya.
D e z d e m o n a.
    Allah eləməsin, bu nə deməkdir?
    Günlər bir-birindən xoş gələcəkdir.
    Eşqimiz daima gül açacaqdır,
    Səadət daha çox nur saçacaqdır.
O t e l l o.
    Amin, kaş sən deyən olsun, sevgilim,
    Hüdudsuz sevincdən bağlanıb dilim.
    Mərhəmətli göylər, ver qüdrətimi,
    Mən deyə bilmirəm səadətimi.
    Hər an ürəyimiz belə, bax, belə.
     (Dezdemonanı öpür).
    Aramsız, ahəngsiz döyünsün elə.
Y a q o (kdnara).
    Yox, indi onların bir ahəngi var,
    Onu yavaş-yavaş bu əllər pozar.
O t e l l o.
    Gəlin, qəsrə gedək, fırtına bitdi,
    Təzə xəbər, dostlar, hərb sona yetdi,
    Düşmənlər qərq oldu tamam dəryada.
    Tanışlar necədir, deyin, adada?
     (Dezdemonaya)
    Mənim göyərçinim, sənə Kiprdə
    Hörmət edəcəklər onlar hər yerdə
    Kiprdə olmuşam mən də əvvəllər,
    Məhəbbət bəsləyib mənə bu ellər.
    Ah, gülüm, nə gəldi danışıram mən,
    Doğrusu, sərxoşam səadətimdən.
    Xahiş eyləyirəm, Yaqo, əzizim,
    Limanda dayanıb gəmimiz bizim,
    Birbaş körfəzə get, sandıqları al,
    Gətir kapitanı qalaya dərhal.
    O, yaxşı insandır, ləyaqətlidir,
    Çətində dözümlü, dəyanətlidir.
    Gedək, Dezdemona, gedək bir yerdə,
    Bir daha xoş gördük səni Kiprdə.
    Otello, Dezdemona və məiyyət gedirler.
Y a q o (Xidmətçilərdən birinə).
    Get, bir azdan gözlə limanda məni!
     (Rodriqoya)
    Bura gəl, əzmirsə qorxaqlıq səni.
    Belə deyirlər ki, sevgi həyatda
    Cəsur, igid edir qorxağı hətta.
    Qulaq as, bu gecə gedir Kassio,
    Qarovulxanada növbətçidir o.
    Əvvəlcə mən sənə deyim ki, inan,
    Dezdemona ona bənd olub yaman.
R o d r i q o.
    Kassioya? Yox a? Belə iş olmaz!
Y a q o.
    Səs salma, əlini bir ağzına bas.
    Eşit mən deyəni, xatırla, barı,
    Qız necə atəşlə sevdi bu Mavrı.
    Səndən soruşuram: hansı hünərçün?
    Yalnız lovğalıqçün, əfsanələrçün.
    Bil ki, yalan hər vaxt gələmməz kara,
    Qız daim bənd olmaz uydurmalara.
    Gözləri yeməkdən doysa, çirgisə?
    Nə ləzzət alacaq baxıb iblisə?
    Bədənin tələbi ödənən zaman
    Bumbuz olacaqdır damarında qan.
    Qanı coşdurmalı yenidən ürək,
    Bıqmışın iştahı açılsın gərək.
    Gözəllik, cavanlıq lazımdır burda,
    Bunların heç biri yoxdur Mavrda.
    Qızın təhqir olan zövqü, nəşəsi,
    Çırpılar daşlara eşqin şüşəsi.
    Ürəyi bulanar gördükcə onu,
    Duyar öz səhvini, öz qüsurunu.
    Hiss edər özünü dünyada bədbaxt,
    Nifrətlər yağdırar ərəbə o vaxt.
    Onu məcbur edər təbiət özü,
    Başqasını gəzər, axtarar gözü.
    Əgər bu doğrusa, imkan onundur,
    -Demək, bu səadət Kassionundur.
    Hiyləgər, şirindil, qurumsaq, arsız,
    İnsan cildində tülküdür yalnız.
    Əxlaqsız, vicdansız olub anadan,
    Fürsəti buraxmaz əldən heç zaman.
    Saxta pula bənzər o ləyaqətdə,
    Heç bir ləyaqəti yox həqiqətdə.
    Yaramaz gözəldir, cavandır fəqət,
    Ona nə lazımsa, vermiş təbiət.
    Sarsaqlar, naşılar qaçmaz torundan,
    Əsl tülkü çıxıb tülkü qarnından.
    Oğraşı yolundan sapdırmaz heç nə,
    Artıq keçiribdir qızı çənginə.
R o d r i q o.
    İnana bilmirəm buna, doğrusu,
    O qız yaranıbdır saflıq yavrusu.
Y a q o.
    Saflıq ha, ala, bax! Əsil-soyundan
    O da şərab içir üzüm suyundan.
    Əgər saf olsaydı, atılıb oda,
    O Mavrı sevməzdi heç vaxt dünyada.
    Saf, ismətli qadın, görmədinmi sən, vTutmuşdu necə də onun əlindən?
R o d r i q o.
    Gördüm, burda nə var?
    Bu nəzakətdir
Y a q o.
    Yalnız pozğunluqdur, bir xəyanətdir,
    Əllərdi həmişə ürəyə tələ,
    Şəhvət faciəsi başlanır belə,
    Dodaqları elə yaxınlaşdı ki,
    Nəfəslər öpüşüb qucaqlaşdı ki!
    Çirkin fıkirlər var, Rodriqo, dayan,
    Bu iyrənc həngamə olacaq əyan.
    Cismani birliyi hökm edər ürək,
    Əsas iş tezliklə baş versin gərək.
    Tufu! Lakin,dostum, məni dinlə sən,
    Səni Venesiyadan gətirmişəm mən.
    Bu gecə əsgərtək, get, dur növbədə,
    Kassio bir xəbər tutmaz heç vədə.
    Özüm əmrin haqda tədbir tökərəm,
    Sənə yaxın yerdə keşik çəkərəm.
    Axtar,bir səbəb tap,hirsləndir onu,
    Özündən bərk çıxar sən Kassiyonu:
    Ya ucadan danış,ya da poz əmri,
    Şəraitə uyğun düşün tədbiri.
R o d r i q o.
    Yaxşı.
Y a q o.
    Tündməcazdır,coşar qəfıldən,
    Sənə hücum edər gözlənilmədən.
    Təhrik et, yumruqlar endirsin sənə,
    Əlimə yaxşıca düşər bəhanə:
    Deyərəm pozubdur o intizamı,
    Bundan qəzəblənər, hirslənər hamı.
    Kipr camaatı rədd edər hökmən,
    Onu çıxararlar vəzifəsindən.
    Arzuna çatarsan sən də bu sayaq,
    Bütün ümidimiz bunadır ancaq.
R o d r i q o.
    Hər şeyə hazıram, düşərsə imkan,
    Əlimdən fürsəti vermərəm bir an.
Y a q o.
    Fürsət olacaqdır, eyləmə təlaş,
    Tezliklə qalaya gələrsən birbaş.
    Təcili gedirəm sahilə bu dəm,
    Gəmidən şeyləri gətirməliyəm.
    Yaxşı, xudahafız.
R o d r i q o.
    Di salamat qal.
Y a q o.
    Gedir.
    Mənə aydın olur bu gizli sual:
    Kassio sevir qızı, əminəm, əmin,
    Qız da sevir onu ürəkdən yəqin.
    Ərəbə nifrətim sonsuz ümmandır,
    Fəqət o vəfalı, nəcib insandır.
    Buna yoxdur şübhəm, gün çatar aya,
    O sadiq ər olar Dezdemonaya.
    Doğrusu, bu qızı sevirəm mən də,
    Ancaq eşq alovu yoxdur bədəndə.
    Düzü, ürəyimə düşüb bir ləkə,
    -Ən böyük günaha batıram, bəlkə,
    -İçimi zəhərtək yeyir durmadan;
    Mənim yatağıma girib bu şeytan.
    Bəlkə, bu gümandır? Bəsdir şübhə-şəkk!
    Elə bunun üçün intiqam gərək.
    Zövcəmə zövcəylə verməsə əvəz,
    Heç nə qəzəbimi soyuda bilməz.
    Bu iş baş tutmasa, iblisi hökmən
    Qısqanclıq odunda yandıraram mən.
    Elə od vuraram, kül olar canı,
    Heç yerdə tapılmaz onun dərmanı.
    Rodriqo edəcək mənimlə bunu,
    Mən bu Venesiyanın küt məxluqunu
    İttək saxlayaram zəncirdə sərvaxt,
    Kassionun üstünə qısqırram bir vaxt.
    Kassionu salaram Mavrın gözündən,
    Yaman müştəbehdir çünki özündən.
    Qəlbimə bir müdhiş qorxu dolubdur:
    O da arvadımla başbir olubdur.
    Sonra da taparam başqa bəhanə,
    Qısqanclıq atəşi çəkər zəbanə.
    Mavr gülünc olar bütün dünyada,
    Gedər rahatlığı, dincliyi bada.
    İtirib ağlını, dərddən göynəyər,
    Hələ bunun üçün çox sağ ol deyər.
    Planım başımda belədir, belə,
    Vaxtında açılar gizli məsələ.
    Gedir.

İKİNCİ SƏHNƏ


    Küçə.
    Carçı müraciətnamə oxuya-oxuya daxil olur.
    Camaat onun dalınca gedir.
    Carçı Bizim alicənab, şanlı general
    Otello əmr etdi, yetirim dərhal:
    Çoxalmış dənizin quduz dalğası.
    Tufanda qərq olmuş türk donanması.
    Bu şad xəbər üçün sevinsin hamı,
    Açsın hər qapını bu el bayramı.
    Rəqs etsin, oynasın hər mərd, hər qoçaq,
    Bəzənsin hər tərəf, çatılsın ocaq.
    Məclislər qurulsun, könüllər dinsin,
    Kim necə istəyir, elə əylənsin.
    Başqa xoş xəbər də ərz edim sizə,
    Bayram qoşa gəlib ellərimizə.
    General evlənir, toydur bu gün,
    Qala qapıları açıqdır bütün,
    Axşam saat beşdən onbirə qədər,
    Arzu eyləyənlər buyura bilər.
    Səadət yar olsun azad adaya,
    Eşq olsun general, mərd Otelloya!
    Gedir.

ÜÇÜNCÜ SƏHNƏ


    Qalada bir salon. Otello, Dezdemona, Kassio və məiyyət daxil olurlar.
O t e l l o.
    Kassio, növbədə intizam ara,
    Ciddi nəzarət et qarovullara.
    Qoy hamı gözləsin ləyaqətini,
    Keçməsin, aşmasın heç kəs həddini.
K a s s i o.
    Yaqoya göstəriş vermişəm özüm,
    Yeno də üstündə olacaq gözüm.
O t e 11 o.
    Yaqo sadiq dostdur, sədaqətli ər.
    Gecən xeyrə qalsm, möhtərəm yavər.
    Səhər duran kimi, tez yanıma gəl,
    Sənə sözüm vardır.
     (Dezdemonaya)
    Sevimli gözəl,
    Gedək, mənim gülüm, qurtardı möhnət,
    Qoy bizə yar olsun büllur məhəbbət.
    Əhd-peyman kəsmişik, dərək meyvəsin,
    Görək eşqimizin şirin bəhrəsin.
    Hamının gecəsi xeyirə qalsın.
    Otello, Dezdemona və məiyyət gedirlər.
    Yaqo gəlir.
Ka s s i o.
    Hə, Yaqo, xoş gördük, ruhun ucalsın,
    Vaxtında gəlmisən, gedək növbəyə.
Y a q o.
    İndi yox, leytenant, axı, tez niyə?
    Heç saat on yoxdur, general bu gün
    Belə tez gedibdir məhəbbət üçün.
    Onu biz qınayaq, axı, necə də,
    Yarıyla yatmayıb bircə gecə də.
    Yarı bir nazənin, bir nazlı canan,
    Hətta Allahı da çıxarar yoldan.
K a s s i o.
    Çox gözəl yaradıb onu təbiət.
Y a q o.
    Nurdanmı tökülüb o boy, o qamət?
K a s s i o.
    Doğrudan, çox incə, zərif xilqətdir.
Y a q o.
    Of, hələ gözləri, ah, nə hikmətdir.
    Hamı heyranlıqla baxdıqca baxır,
    Bütün ürəkləri yaxdıqca yaxır.
K a s s i o.
    O ilahi gözlər cəlb edir ancaq,
    Fitnədən kənardır, hiylədən uzaq.
Y a q o.
    Onun gözəl səsi musiqi kimi,
    Eşqə bir işarə, eyham deyilmi?
K a s s i o.
    İdeal qadındır həqiqətən də.
Y a q o.
    Onlara xoşbəxtlik dilərəm mən də.
    Leytenant, bu axşam yaxşı rüzgardır,
    Bir kuzə içməli şərabım vardır.
    Toplaşıb bir neçə yerli cəngavər,
    Bizdən ərkyana təkid edirlər,
    Deyirlər içəyin ürəyi təmiz,
    Qara Otellonun sağlığına biz.
K a s s i o.
    Ah, mehriban Yaqo, ancaq indi yox,
    İçkidən əhvalım çox pozulur, çox.
    Bir azca içdimmi, artır təlaşım,
    Beynim dumanlanır, hərlənir başım.
    İnsanlar tapsaydı başqa əyləncə,
    Bu, yaxşı olardı deyirəm, məncə.
Y a q o.
    Bizim dostumuzdur həmin igidlər,
    Canım, bir qədəhdən, axı, nə zərər?
    Onu mən içərəm, belə çətindi?..
K a s s i o.
    İçdim su qatılmış bir qədəh indi.
    Görürsən, nə yaman dəyişib halım,
    Necə də qarışıb kefim, əhvalım.
    İçkidə acizəm, davamsızam mən,
    Neçin rüsvay olum bir də yenidən?
Y a q o.
    Bayram axşamıdır, sən ki ərsən, ər,
    Bunu dostlarımız xahiş edirlər.
K a s s i o.
    Onlar haradadır?
Y a q o.
    Dururlar bu dəm
    Qapının dalında, xahiş edirəm,
    Onları içəri eyləyin dəvət.
K a s s i o.
    Yaxşı, ürəyimcə olmayır fəqət.
    Gedir.
Y a q o.
    Fürsətdir, imkanı ələ keçirsəm,
    Ona bircə qədəh mən də içirsəm,
    Özü də indicə vurub bir qədəh,
    Beyni dumanlanar, qudurar əbləh.
    Cavan xanımların iti sayağı
    Atılıb gəmirər əli-ayağı.
    Rodriqo - ağıldan, kamaldan axsaq,
    Məhəbbət dəlisi, həmin o sarsaq
    Gecə növbədədir, coşdurub qanın,
    İçib şərəfinə Dezdemonanm.
    Seçmişəm tündməcaz üç nəfər yerli,
    -Davakar, dalaşqan olur kiprli,
    Hər zaman ad güdür, şərəf gözləyir,
    -Şərab içirmişəm doyunca bir-bir.
    Onlar da bu gecə durur növbədə,
    Bu sərxoş sürüsü susmaz heç vədə.
    Zəncir çeynəyəcək Kassio, zəncir.
    Onları yaxşıca edəcək təhqir.
    Şübhəsiz, möhkəmcə qopacaq dava.
    Budur, gəlir onlar, açılır hava.
    Əsir səmt küləyi, nə qəmim mənim,
    Sahilə asudə üzür yelkənim.
    Kassio geri qayıdır, arxasmca Montano, qonaqlar və şərab gətirən xidmətçilər daxil olurlar.
K a s s i o.
    Vallah, bir piyalə içmişəm artıq.
M o n t a n o.
    Kiçik bir qədəhdi, biz də ordayıq,
    Sizə əsgər kimi söz deyirəm mən.
Y a q o.
    Şərab, şərab gətir, ehey, tez tərpən!
     (Oxuyur)
    Qədəhlər cingildəsin,
    Qədəhlər cingildəsin.
    Əsgər də bir adamdır,
    Ömrü gödək, bir şamdır,
    Əsgər niyə içməsin?!
    Axı, niyə içməsin?!
    Uşaqlar, cəld olun, şərab verin siz!
K a s s i o.
    Vallah, könül açır gözəl nəğməniz.
Y a q o.
    Bunu öyrənmişəm İngiltərədə,
    İçkisiz yeməzlər bircə kərrə də,
    İçkidə mahirdir orada hər kəs.
    Onlarla heç zaman yarışa bilməz,
    Doğrusu, nə alman, nə daniyalı,
    Nə də yekəqarın hollandiyalı.
K a s s i o.
    Bu cürə mahirdir yəni ingilis?
Y a q o.
    Səni heyran qoyar içməkdə, şəksiz.
    Qərq edər şərabda daniyalını,
    Almanın asanca pozar halını.
    Hollanda o tutar elə bir divan,
    Yazığın içdiyi gələr burnundan.
K a s s i o.
    İçək generalın sağlığına biz.
M o n t a n o.
    İçəyin, leytenant, yaxşı dediniz,
    Ürəkdən şərikəm, çox gözəl olar.
Y a q o.
    Gözəl İngiltərə, ey qəşəng diyar!
     (Oxuyur)
    Qənaətcil imiş kral Stefan,
    Şalvar tikdirərmiş ucuzca, hədər.
    Bircə kron verib, hirslənmiş yaman,
    Deyib soyğunçudur bütün dərzilər.
    O imiş dünyada şanlı hökmdar,
    Sən onun yanında, axı, nəsən, nə?
    Bil ki, israfçılıq ölkəni yıxar,
    Köhnə plaşmı geyin eyninə.
    Şərab ver, hövsələ qalmadı məndə.
K a s s i o.
    Bu nəğmə gözəldir əvvəlkindən də.
Y a q o.
     İstəyirsinizsə, eyləyim təkrar.
K a s s i o.
    Gözəl şey çox olsa, qiymətsiz olar,
    Bir də bilirsiniz, bu ki aşkardır,
    Həyatda hər kəsin öz yeri vardır.
    Kim ki, gözləməyir öz hörmətini,
    İtirir adını, ləyaqətini.
    Allah üstümüzdə şahiddir hər an:
    Adam var, keçərlər günahlarından,
    Adam var, günahı əfv olmaz, heyhat.
Y a q o.
    Doğru deyirsiniz, əziz leytenant.
K a s s i o.
    Mənə gəldikdəsə, mənə yox zaval,
    Məndən inciməsin bizim general,
    Rütbə sahibləri başqa dostlar da,
    Heç zaman, heç yerdə qalmaram darda.
    Dünyada etmədim elə bir günah,
    Məni xilas edər əzabdan Allah.
Y a q o.
    Məni də, leytenant.
K a s s i o.
    Bir dayan görək.
    Oraya birinci mən gedim gərək.
    O gözəl cənnətə, axı, əzizim,
    Leytenantdan əvvəl getməz mülazim.
    Artıq kifayətdir, bəs edər bizə,
    Di gəlin, başlayaq işlərimizə,
    -Xudaya, özün keç günahımızdan,
    -Cənablar, növbəyə! Vaxtdır bir azdan.
    Qoy kefli sanmasın məni hər uşaq,
    Mənim mülazimim Yaqo, budur bax.
    Bu mənim sağ əlim, bu da sol əlim,
    Görürsüz, heç cürə dolaşmır dilim
    Baxın, öz yerimdə dururam möhkəm,
    Deməli, cənablar, kefli deyiləm.
H a m ı.
    Elədir, doğrudur.
K a s s i o.
    Aha, onda siz
    Heç vaxt mənə sərxoş deməməlisiz.
     (Gedir).
M o n t a n o.
    Meydana, cənablar, tutaq yolları,
    Vaxtdır, təyin edək qarovulları.
Y a q o.
    Yəqin ki, gördünüz, cənab, indicə
    Dostumuz buradan gedirdi necə.
    Odur mətanətli, cəsur bir əsgər,
    Hünərdə Sezarla durar bərabər.
    Fəqət biz görərik, diqqət yetirsək,
    Böyükdür nöqsanı ləyaqətitək.
    Təəsüf, gün-gündən artır qüsuru,
    Düşür ayaqlara adı, qüruru.
    Otello inanıb bu cür insana,
    Belə vəzifəni tapşırır ona.
    Qorxuram, yenə də bir gün dəm ola,
    Adanı, ölkəni dəhşətə sala.
M o n t a n o.
    Onun tez-tez olur bu vəziyyəti?
Y a q o.
    Yatmamışdan qabaq budur sənəti.
    Burnuna dəyməsə şərab qoxusu,
    Gecələr gözünə gəlməz yuxusu.
M o n t a n o.
    Əgər belədirsə, onda getməli,
    Generalı bundan agah etməli.
    Bəlkə, generalın yoxdur xəbəri,
    Bəlkə də, görməyir pisliyi, şəri.
    Təmiz ürək verib ona təbiət,
    Görür Kissioda yalnız ləyaqət.
    Rodriqo daxil olur.
    Nə var, nə olubdur?
    Qayıt təzədən.
    İzlə Kassionu addım-addım sən.
    Rodriqo gedir.
M o n t a n o.
    Çox təəssüf, nəcib, rəhmli sərdar
    Edib bu mənsəbi ona etibar.
    Sərdara davada o bir yavərdi,
    Heyf ki, yazığın sağalmaz dərdi.
    Bunu generala xəbər verin siz,
    Ən gözəl, namuslu iş görərsiniz.
Y a q o.
    Hətta bu adanı versələr mənə,
    Ondan bir kəlmə də demərəm yenə,
    Kassiodur mənim könlümə həmdəm,
    Əlimdən gələni əsirgəmərəm,
    Kaş onda qalmasın bu dərddən bir iz.
    Nədir bu qalmaqal?
    Səhnə arxasmdan səslər:
    "Kömək edin, kömək edin!".
    Kassio Rodriqonu qovaraq daxil olur.
K a s s i o.
    Qanmaz! Ədəbsiz!
M o n t a n o.
    Nə olub, leytenant? Kassio.
    Bu haramzada
    Mənə iş öyrədir indi burada!
    Sıxıb, butulkaya salaram onu.
R o d r i q o.
    İlişdir çənəmə, gəl, yumruğunu!
K a s s i o.
    Dələduz, sən yenə çərənləyirsən? (Rodriqonu qovur). Montano.
    Hörmətli leytenant, nə eyləyirsən?!
     (Onu saxlayaraq).
    Dayan, bir əl saxla.
K a s s i o.
    Kəsmə qarşımı,
    Ayağım altına sallam başını.
M o n t a n o.
    Deməli, sərxoşsan.
K a s s i o.
    Hə, hə, sərxoşam!
    Qılıncları çıxarıb vuruşurlar.
Y a q o (Yavaşca Rodriqoya).
    Qaç, haray sal, de ki, başlandı qiyam
    Rodriqo gedir.
    Dayanın, leytenant, cənab Montano!
    Ayılın bir, canım, yaxşı deyil bu.
    Ay-haray, tez gəlin, burda döyüş var. -
    Keşikdə yaxşıca dayandı bunlar.
     (Zəng çalınır).
    Kimdir o zəng çalan? İblisə bax bir!
    Şəhəri buraya gətirəcəkdir.
    Leytenant, düşünün, nə edirsiniz,
    Rüsvay olacaqsız həmişəlik siz.
    Otello məiyyət ilə gəlir.
O t e 11 o.
    Nə olub burada? Montano.
    Verməyir ara,
    Məni qan aparıb, ağırdır yara.
     (Yıxılıb huşunu itirir)
O t e 11 o.
    Dayanın, tərpənən sağ qala bilməz!
Y a q o.
    Leytenant, Montano, daha bəsdir, bəs!
    Dayanın, cənablar, qan tutub sizi?
    Yoxsa unutdunuz vəzifənizi?
    General danışır sizinlə, axı,
    Ayıbdır, qılıncı salın aşığı.
O t e l l o.
    Nə olub? Bu nədir? Bu necə oldu?
    Bu fitnə, bu fəsad hardan doğuldu?
    Haqqa ağ olmaqdır bu açıq-saçıq,
    Məgər biz Türkiyə sultanlarıyıq?
    Onlar da heç zaman qızışıb belə
    Etməz bir-birinin üstünə həmlə.
    Sizə ayıb olsun, ayıb həmişə,
    Bu saat son qoyun vəhşi döyüşə.
    Kimin hünəri var, azca tərpənsin,
    Canmı alaram yəqin o kəsin.
    Susdurun o zəngi - qorxunc şeytanı,
    Salar vahiməyə bütün adanı.
    Nə olub, cənablar, axı, nədir bu?
    Nədir bu vəhşilik? Namuslu Yaqo,
    Qəmdən ölü rəngi alıbdır üzün,
    Davanı kim saldı? Bir danış özün.
Y a q o.
    Bilmirəm, indicə söhbət edərək,
    Onlar dayanmışdı istəklilərtək.
    Birdən elə bil ki, bir ulduz axdı,
    Qan saçan qılınclar qınından çıxdı,
    Onlar başladılar bu çirkin işə
    -Belə bir rüsvayçı, mənfur döyüşə.
    Coşdu damarlarda qəzəb dənizi,
    Səbəbini deyə bilmirəm, düzü.
    Kaş qıçım sınaydı şanlı cəbhədə.
    Gəlib görməyəydim bunu heç vədə.
O t e 11 o.
    Leytenant, özünü unutdun nədən?
K a s s i o.
    Əfv edin, danışa bilməyirəm mən.
O t e l l o.
    Hötmətli Montano, sən ki hər yerdə
    Şöhrət qazanmısan, axı səbrdə.
    Təmkində çatmısan şərəfə, ada,
    Ən nəcib adamsan sən ki dünyada.
    Nə oldu, unutdun öz hörmətini,
    Bir anda məhv etdin şan-şöhrətini.
    Gecə soyğunçusu dalaşar belə,
    Danış səbəbini, bir agah elə.
M o n t a n o.
    Hörmətli Otello, ağırdır yaram,
    Bir də ayaq üstə çətin qalxaram.
    Danışa bilmirəm, qoy desin Yaqo,
    Hər şeyə əvvəldən şahid olub o.
    Bu axşam etmədim elə bir xəta,
    Dilimdən pis söz də çıxmayıb hətta.
    Bir günahım varsa, tək budur, inan,
    Özümü qorudum haqsız hücumdan.
O t e l l o.
    Qan vurur beynimə, vallah, hirsimdən,
    Deyəsən, ağlımı itirirəm mən.
    Əgər əl qaldırsam, duraram çətin,
    İkinizdən biri öləcək, yəqin.
    Bu iyrənc didişmə baş verdi necə?
    Onu kim başladı, deyin, əvvəlcə?
    O kim olur olsun, qardaş olsaq da,
    Əkiz doğulsaq da, birgə qalsaq da,
    Qırılmaz heç zaman qətiyyətim,
    Ona qalmayacaq hüsn-rəğbətim.
    Hərbi bir şəhərdə, cəsarətə bax,
    Hürkmüş ürəkləri qorxuya salmaq!
    Qarovulxanada qayda güdərkən
    Pozasan nizamı, intizamı sən!
    Bu cür rəzaləti törətməz vəhşi,
    Yaqo, kim başladı bu çirkin işi?
M o n t a n o.
    Yaqo, tərəfgirlik eyləmə qəti,
    Necə varsa, danış sən həqiqəti.
    Olanı artırıb-azaltsan əgər,
    Deməli, deyilsən həqiqi əsgər.
Y a q o.
    Yaxşı tanımırsan məni sən hələ,
    Kəsərəm dilimi öz əllərimlə.
    Kassioya qarşı desə bircə söz.
    Gərək həqiqəti bəyan edək biz.
    Desək həqiqəti, nədir zərəri,
    Dəyməz Kassioya heç bir xətəri.
    General, danışım hadisəni mən:
    Montanoyla söhbət edirik, birdən
    Qaçaraq bir nəfər peyda oldu, ah,
    Kassio qovurdu əlində silah,
    O kəs "kömək" deyə fəryad edirdi,
    Kassio üstünə hirslə gedirdi.
    Montano yüyürdü tezcə qabağa,
    Başladı yavəri dilə tutmağa.
    Düşdüm bağıranın dalınca mən də,
    Saxlayıın, bir görüm, kimdir o bəndə.
    Susdurum, kəsilsin dəhşət, əndişə,
    Salmasın şəhəri bu cür təşvişə.
    O, ayaqdan cəldmiş, çıxdı aradan,
    Eşitdim qılınclar səslənir bu an,
    Qəzəblə ucadan söyür Kassio,
    Belə olmayıbdır indiyədək o?
    Geriyə qaçdım ki, öyrənim nə var,
    Onlar bir-biriylə vuruşurdular.
    Beləcə, indicə siz görən sayaq,
    Mənim bildiklərim bunlardır ancaq.
    Fəqət nə etməli, insan insandır,
    Onun yanılmağı bizə əyandır.
    Kassio da bu cür deyilmi məgər,
    Vurub Montanoya bir azca xətər.
    İnsan qəzəblənsə, əminik buna,
    Hətta əl qaldırar əziz dostuna.
    Görünür, bağırıb qaçan o sərsəm
    Yavəri özündən çıxarıb möhkəm,
    Ağır təhqir etmiş, cinlətmiş ya da,
    Coşub-qəzəblənmiş, dözməmiş o da.
O t e l l o.
    Yaqo bilirəm ki, çətindir, çətin,
    Sənin sədaqətin, saf məhəbbətin
    Qoymayır günahkar görəsən onu,
    Müdafiə etdin sən Kassionu.
    Kassio, sevirəm qəlbən səni mən,
    Fəqət daha mənə zabit deyilsən,
    Bağışlamaq olmaz bu cür nöqsanı.
    Dezdemona məiyyət ilə daxil olur.
    Nə qədər yollar var, yaxşı düşünün,
    Mavrın rəğbətini qaytarmaq üçün.
    Sizə cəza verdi yalnız o anda
    -Özündən çıxanda, acıqlananda.
    Bu əmrin dostluğa, de nə dəxli var,
    Bunu iş naminə veribdir sərdar.
    Bürüməsin deyə adanı təşviş,
    Gözlərin odunu almaq istəmiş.
    Bəzən qorxutmaqçün güclü aslanı,
    Görürsən, döyürlər fağır tulanı.
    Ondan xahiş edin, sizi əfv edər.
K a s s i o.
    Ondan xahiş edim, mümkünsə əgər,
    Qoy mənə yağdırsın əbədi nifrət.
    Hanı o məndəki ağıl, dəyanət?
    Aldatdım, unudub əhdi-peymanı,
    Belə sərkərdəni, belə insanı.
    Sərxoşdum, ağlımı, ah, itirərək
    Boş-boş çərənlədim tutuquşutək.
    Söyüb dava saldım, başladım cəngə,
    Özüm öz kölgəmlə mən verdim əngə.
    Şərab, lənətə gəl, sənsən günahkar!
    Səndə görünməyən iblis ruhu var.
    Fitnə, fəsad olur işin bu sayaq,
    Mən iblis deyərdim adına ancaq.
Y a q o.
    Kimi qovurdunuz qılıncla elə,
    Sizə nə etmişdi, nəydi məsələ?
K a s s i o.
    Bilmirəm nə deyim?
Y a q o.
    Bu, mümkün deyil.
K a s s i o.
    Duman içindədir hər şey, elə bil.
    Dəqiq bircə şey də düşmür yadıma,
    Vuruşurduq, niyə? Yetiş dadıma
    Sən özün, ya rəbbi! Axmaqlığa bax!
    İnsanlar zəhəri özü alaraq,
    Tökür öz ağzına, ağılı o da
    Aparır başından, düşür min oda.
    Nələr törədirik biz əlimizlə!
    Açıb qapılan öz əlimizlə!
    Saraya salırıq düşmənimizi,
    O da çalır-çapır, talayır bizi.
    Nə qədər can ataq mənfur şeytana,
    Nə qədər çevrilək vəhşi heyvana,
    Hələ bunun üçün şövqə gələk də,
    Şadlanıb, sevinib, deyib gülək də!

 

<< 1 / 2 / 3 / 4 / 5 / 6 / 7 >>

Bölmə: Dünya ədəbiyyatı | Əlavə edildi: azerhero (24.12.2013) | Müəllif: R.C E W
Baxış: 760 | Reytinq: 5.0/1
Bütün rəylər: 0
omForm">
avatar

Kitablar — zamanın dalğaları ilə səyahət edən və nəsildən-nəslə öz qiymətli yükünü ehtiyatla aparan fikir gəmiləridir.

- Frensis Bekon

Son 90 gün ərzində kitab oxumamaqdan daha pisi kitab oxumadığına görə narahat olmamaqdır.

- Cim Ron

Kitabları yandırmaqdan daha pis şey onları oxumamaqdır.

- Rey Bredberi

Yaxşı kitab aysberqə oxşayır, onun yeddi-səkkiz hissəsi suyun altında gizlənib.

- Ernest Heminquey

Kitablarım mənə çatacaq qədər böyük bir krallıqdır.

- Shakespeare

Mən, kitablarımı yaratmadan əvvəl, kitablarım məni yaratdılar.

- Montaigne

Kitabsız yaşamaq; kor, kar, dilsiz yaşamaqdır.

- Seneca

Bu günün gərçək universiteti, bir kitabxanadır.

- Carlyle

Kitab, tək ölümsüzlükdür.

- Rufus Choate

Exlaqa uyğun ya da zidd kitab deyə bir şey yoxdur. Kitablar ya yaxşı yazılmışdır, ya da pis. Hamısı bu qədər!

- Oscar Wilde

Ümidlə açılıb qazancla bağlanan bir kitab, yaxşı bir kitabdır.

- Alcott

Kitablar, itmiş başların abidələridir.

- Sir William Dave

Kitablar, heç solmayacaq bitkilərdir.

- Herrick

Kitab heç aldatmayan bir yoldaşdır.

- Guilbert De Pixrecourt

Axmaqlarla oturub-durmaqdansa , kitabla tənha oturmaq yaxşıdır.

- Qasım bəy Zakir

İnsan güc ilə yox, mütaliə etməklə ağıllanır.

- C.Bruno

Az bildiyini başa düşmək üçün çoxlu oxumaq lazımdır.

- Mişel Monten

Kitablar özünüzə və başqalarına hörmət etməyi öyrədəcək, ürəyi və ağlı, dünya və insanlıq sevgisiylə dolduracaq.

- Maksim Gorki

Kitab həyatın ən uzaq və qaranlıq yollarında insana işıq bəxş edən əfsanəvi çıraqdır

- A.M.Upit

BAKI QIZLAR UNİVERSİTETİ
1992-ci ildə təsis edilən və həmin vaxtdan da fəaliyyətə başlayan Bakı Qızlar Universitetinin (əvəllər Bakı Ali Pedaqoji Qızlar Seminariyası adlanırdı) yaradılmasında məqsəd respublikada qadın pedaqoji kadrlar yetişdirmək, onların intellektual səviyyəsini yüksəltmək və gənc qızları ailə həyatına hazırlamaqdan ibarətdir. Hazırda universitetdə "Sosial pedaqoji” və "Filologiya-tarix” fakültələri fəaliyyət göstərir. "Sosial pedaqoji” fakültədə "Təhsildə sosial-psixoloji xidmət”, "Psixologiya”, "Coğrafiya müəllimliyi”, "ibtidai sinif müəllimliyi”, "Məktəbəqədər təlim və tərbiyə”, "Riyaziyyat və informatika müəllimliyi”, "Filologiya-tarix” fakültəsində isə "Xarici dil (ingilis) müəllimliyi”, "Azərbaycan dili və ədəbiyyat müəllimliyi”, "Tarix müəllimliyi”, "Jurnalistika” üzrə bakalavr, "İbtidai sinifdə tədrisin metodika və metodologiyası”, "Pedaqogika nəzəriyyəsi və tarixi”, "Azərbaycan ədəbiyyatı”, "Azərbaycan dili”, "Azərbaycanın yeni və ən yeni tarixi” sahəsində magistratura səviyyəsində kadr hazırlığı aparılır.
Bakı Qızlar Universiteti Nazirlər Kabinetinin 1996-cı il fevralın 21-də 21 saylı sərəncamı ilə dövlət qeydiyyata alınmışdır. 2013-cü ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin lisenziya komissiyası BQU-nun çoxilli fəaliyyətinin, onun yüksək maddi-texniki bazasının, infrostrukturunun, təlim-tərbiyə sisteminin Azərbaycan Respublikası təhsil Qanununa Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Ali təhsil Müəssisələrinin fəaliyyətinə xüsusi razılıq (lisenziya verilməsi haqqında qərarına, Azərbaycan Respublikası Təhsil Nazirliyinin sənədlərinə uyğn qurulduğunu, pedaqoji kadrların hazırlanmasında əldə olunmuş nailiyyətlərini nəzərə alaraq universitetin fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsini məqsədəuyğun hesab etmişdir. Eyni zamanda 2013-cü ildə universitet akreditasiyadan keçmişdir. Universitetdə müxtəlif fənnlər üzrə kabinetlər, dörd kopüter otağı, kitabxana, badii yaradıcılıq studiyası, tələbə elmi cəmiyyəti, Tələbə Gənclər təşkilatı, dörd dərnəklər, nəşriyyat, idman zalı, yeməkxana, kadrlar şöbəsi və mühasibatlıq fəaliyyət göstərir.
Learn more