Əsas » Məqalə » Dünya ədəbiyyatı

Uilyam Şekspir-Otello-5

 

<< 1 / 2 / 3 / 4 / 5 / 6 / 7 >>


O t e l l o.
    Doğrudur, elədir, düzgün buyurdun.
    O gərək məhv olsun, gərək çürüsün,
    Külünü əbədi lənət bürüsün.
    Bu gecə hökmünü qoy versin qisas,
    Ona bircə gün də yaşamaq olmaz.
    Qəlbim daşa dönüb, sönüb məşəlim,
    Qəlbimə dəydikcə sızlayır elim.
    Oh, nə mehribandır o gözəl xilqət!
    Əvəzsiz yaradıb onu təbiət.
    Gözəllik tacının odur daş-qaşı,
    Xəlq olub krala könül sirdaşı.
    O hüsn, o kamal verdimi qərar,
    Dünya kralına o, kral olar.
Y a q o.
    Yox, belə düşünmək daha yaramaz.
O t e 11 o.
    Asılsın, bilirəm, başqa cür olmaz.
    Mən ancaq deyirəm ləyaqətini,
    Onun kimliyini, məziyyətini.
    Onun əl işinə insan mat qalır,
    Nə qəşəng, nə gözəl musiqi çalır.
    Xoş səsi titrədir qəlb sarayım,
    Nəğməsi ram edir vəhşi aymı.
    Nə qədər dərindir ağlı, kamalı,
    Nə qədər gözəldir fıkri, xəyalı!
Y a q o.
    Elə bunlar üçün o daha pisdir.
O t e l l o.
    Min dəfə deyirəm bu şübhəsizdir.
    Heyhat mehribandır o gözəl varlıq!
Y a q o.
    Bəli, mehribandır həddindən artıq.
O t e l l o.
    Əlbəttə, belədir, ah, Yaqo, inan,
    Çox heyf, çox heyf Dezdemonadan.
Y a q o.
    Belə acıyırsa ona qəlbiniz,
    Keçin günahından, taqsırından siz.
    Məsləhət sizindir, buyurun, sərdar,
    Məgər başqasına bunun dəxli var.
    Qoyun təhqir etsin, alçaltsın sizi,
    Salsın ayaqlara ismətinizi.
O t e l l o.
    Onu tikə-tikə doğrayım gərək.
    Necə məni satmaq, qurumsaq etmək!
Y a q o.
    Bu onun tutduğu ən rəzil bir iş.
O t e 11 o.
    Həm də əlaltımla!
Y a q o.
    Daha rəzilmiş!
O t e l l o.
    Yaqo, mənim üçün bir az zəhər tap,
    Özü də bu axşam, yoxdur daha tab.
    Bu gecə əlimə keçirib fürsət,
    Onu zəhərləyim gizlicə, xəlvət.
    Onunla bu haqda danışsam əgər,
    Gül hüsnü qəlbimi yenə titrədər.
    Məlahəti alar cəsarətimi,
    Zərifliyi qırar qətiyyətimi.
Y a q o.
    Yox, canım, zəhərlə öldürmək neçin?
    Ona daha layiq bir cəza seçin.
    Bakir yatağını ləkələyən kəs
    Əzabdan canını qurtara bilməz.
    Budur ədalətin, haqqın qanunu,
    Murdar yatağında boğun siz onu.
O t e l l o.
    Çox yaxşı, çox yaxşı, hə, hə, gözəldi,
    İnsaflı qərardır, xoşuma gəldi.
Y a q o.
    Kassio haqqında düşməyin qəmə,
    Buraxın siz onu mənim öhdəmə.
    Bu gecəyarısı nə isə, şəksiz,
    Onun barəsində eşidəcəksiz.
O t e l l o.
    Çox əla!
     (Səhnə arxasında şeypur çalınır).
    Bəs nədir bu şeypur səsi?
Y a q o.
    Gəlibdir hersoqun nümayəndəsi,
    Yəqin bir xəbər var Venesiyadan.
    Kimdirsə, bilinər bu saat, bu an.
    Odur Lodoviko, odur, baxın siz,
    Onun yanındadır sizin zövcəniz!
    Lodoviko, Dezdemona və məiyyət daxil olurlar.
L o d o v i k o.
    Möhtərəm sərdara hörmət, ehtiram!
O t e 11 o.
    Sizi görməyimə könüldən şadam.
L o d o v i k o.
    Sizə senatorlar, o böyük hersoq
    Salam göndəriblər olduqca çox-çox.
    Ona zərf verir.
O t e l l o.
    Onların müqəddəs məktubunu mən
    Öpürəm, öpürəm sidqi-ürəkdən.
    Zərfi öpür və açıb oxuyur.
D e z d e m o n a.
    Əziz Lodoviko, ay əmioğlu,
    Deyin, nə xəbər var təzə, uğurlu?
Y a q o.
    Şərəf gətirdiniz, düzü, bizə siz,
    Kipr adasına xoş gəlmisiniz.
L o d o v i k o.
    Təşəkkür edirəm, hamı çox şaddır,
    Kassio necədir?
Y a q o.
    Sağ-salamatdır.
D e z d e m o n a.
    Əmioğlu, yaxşı deyildir işlər,
    Yamanca incişib ərimlə yavər.
    Yeganə ümidim sizədir yalnız,
    Onları ancaq siz barışdırarsız.
O t e 11 o.
    Sən buna əminsən?
D e z d e m o n a.
    Sərvərim, necə?
O t e 11 o (Oxuyur).
     "Yerinə yetirin əmrini tezcə..
L o d o v i k o.
    O sizinlə deyil, atın təlaşı
    Görürsüz, məktuba qarışıb başı.
    Onunla Kassio arasında bərk
    İnciklik yaranıb, küsüblər gerçək?
D e z d e m o n a.
    Budur mənim üçün ən böyük bəla,
    Keçərdim var-yoxdan, durmazdım əsla,
    Təki barışaydı yenidən onlar.
    Mənim Kassioya məhəbbətim var.
O t e 11 o.
    Od-alov və kükürd!
D e z d e m o n a.
    Nədir, Otello?
O t e 11 o.
    Ağlın başmdadır?
D e z d e m o n a.
    Acıqlanıb o?
L o d o v i k o.
    Bəlkə də, məktubdan qaralıb qanı,
    Yazılıb senatın orda fərmanı.
    İşi Kassioya təhvil verərək
    O, Venesiyaya qayıtsın gərək.
D e z d e m o n a.
    Nə yaxşı, nə yaxşı, şadam nə qədər,
    İnanın, könlümdən verdiniz xəbər.
O t e 11 o.
    Doğrudan?
D e z d e m o n a.
    Əzizim, bu şübhə, güman...
O t e 11 o.
    Mən də çox şadam ki, dəli olmusan.
D e z d e m o n a.
    Mehriban Otellom, nə üçün.
O t e 11 o.
    İblis! (Onu vurur).
D e z d e m o n a.
     Mənim suçum nədir?
L o d o v i k o.
    Siz nə etdiniz!
    General, and içib, Venesiyada,
    Desəm, gözlərimlə görmüşəm hətta,
    Bu işə inanan bir kəs tapılmaz.
    Bu ki lap ağ oldu, belə iş olmaz.
    Görürsüz, ağlayır, üzr istəyin siz.
    Buyurun, lütf edin.
O t e l l o.
    Oh, iblis, iblis!
    Qadın göz yaşından yer olsa boğaz,
    Vəhşi timsahları bu dünya tutmaz.
    İtil gözlərimdən!
D e z d e m o n a (Gedərək).
     Nə deyirəm mən,
    Gedirəm, gedirəm, hirslənməyəsən.
L o d o v i k o.
    Düzü, nə məsumdur, nə ismətlidir,
    Necə də mütidir, itaətlidir.
    Xahiş eyləyirəm, nəcib general,
    Onu siz geriyə qaytarın dərhal.
O t e l l o.
    Xanım!
D e z d e m o n a.
     Sərdarım, bir əmr edəcəksənmi?
O t e 11 o.
    Deyin sözünüzü, cənab!
L o d o v i k o.
    Kim, mənmi?
O t e l l o.
    Bəli, istədiniz, qaytardım, nə var,
    Dönməyi bacarır, gəlib, qayıdar.
    O gələr yenə də, lazımsa əgər,
    Ağlaya da bilər, göz yaşı tökər.
    Onun mütilikdə tayımı vardır,
    Siz demişkən, yaman itaətkardır.
    Ağla, ağla belə, göstər iztirab.
    Məktuba gəldikdə yazılıb, cənab,
    -Ah, nə qədər süni, saxta bir kədər,
    Gözəl rəng çəkilmiş çirkin hiylələr.
    -Belədir burada senatın əmri:
    Mənə hökm olunur qayıdım geri,
    -Sən rədd ol buradan, göndərib adam,
    Səni, çox keçməz ki, çağırtdıraram.
    -Əmrdən razıyam candan, ürəkdən,
    Tezcə Venesiyaya qayıdaram mən.
    -Sən itil gözümdən! (Dezdemona gedir).
    Elə olacaq,
    Kassio, yerimə sərdar qalacaq.
    Rica eyləyirəm, cənab, buyurun,
    Lütf edin, bu axşam qonağım olun.
    Teşrif gətirmisiz öz vaxtında siz,
    Kipr adasına xoş gəlmisiniz.
    -Keçilər, meymunlar! (Gedir).
L o d o v i k o.
    Budur o insan,
    Həmin nəcib Mavr? Qalmışdı heyran
    Bütün senat onun ləyaqətinə,
    Onun sakit, ağır təbiətinə.
    Heç nə əyəmməzdi polad ruhunu,
    Titrədə bilməzdi ehtiras onu.
    Qəzanın atəşi, taleyin oxu
    Qəlbinə salmazdı həyəcan, qorxu.
    Çətində qaçmazdı rəngi azacıq.
Y a q o.
    O tamam dəyişib, o yoxdur artıq.
L o d o v i k o.
    Ona nə olubdur, nə xətər dəyib?
    Ağlı başındamı? Sərsəmləməyib?
Y a q o.
    Necə varsa odur, başqa cür bu dəm
    Mən onun haqqında nə deyə billəm?
    Əgər deyildirsə o olduğutək,
    Allaha yalvarram, eyləsin kömək,
    Necə lazımdırsa, qoy olsun sərdar.
L o d o v i k o.
    Arvadmı vurmaq, belə iş olar?!
Y a q o.
    Düzü, yaxşı deyil, bu, sirr qalaydı,
    Onun ən pis işi kaş bu olaydı.
L o d o v i k o.
    Adəti belədir, yoxsa ki qanı
    Məktubdan qaraldı, artdı həyəcanı,
    Belə kobud səhvə yol verdi birdən?
Y a q o.
    Əfsus, əfsus! Axı, necə deyim mən
    Gördüyüm, bildiyim nə varsa, nəsə?
    Yaraşmaz bu mənə - vicdanlı kəsə.
    Özünüz görərsiz, tutarsız xəbər,
    Onu öz rəftarı yaxşı göstərər,
    Mənim sözlərimə qalmaz ehtiyac.
    Doğrusu, bilmirəm heç nədir əlac?!
    İndi arxasınca getmək gərəkdir,
    Görək daha nələr törədəcəkdir.
L o d o v i k o.
    Təəssüf, məhv olub böyük bir aləm!
    Mən onun haqqında səhv düşünmüşəm.
    Gedirlər.
İKİNCİ SƏHNƏ


    Qəsrdə bir otaq. Otello və Emiliya daxil olurlar.
O t e 11 o.
    Bir şey dəymədimi sənin gözünə?
E m i 1 i y a.
    Hətta eşitmədim, doğrusu, heç nə.
    Elə iş görmədi, sayılsın ayıb,
    Xanımdan zərrəcə şübhəm olmayıb.
O t e 11 o.
    Xanımla gördün ki, sən Kassionu!
E m i 1 i y a.
    Burda nə vardır ki, qınayaq onu?!
    Halıyam onların hər söhbətindən,
    Nə var, kəlmə-kəlmə eşitmişəm mən.
O t e l l o.
    Necə? Bu mümkünmü? Fikirləş bir an,
    Pıçıldaşmadılar onlar heç zaman?
E m i 1 i y a.
    Heç zaman, general.
O t e l l o.
    Azca, bir qədər
    Səni bir tərəfə göndərmədilər?
E m i 1 i y a.
    Ay tövbə, qətiyyən.
O t e l l o.
    Xanımın səni
    Evə yollamadı bir anlıq, yəni?
    Yelpiyi, əlcəyi gətir demədi?
E m i 1 i y a.
    Heç zaman, general.
O t e 1 1 o.
    Çox qəribədi !
E m i 1 i y a.
    Sərdar, and içirəm buna ürəkdən,
    Xanımın təmizdir, safdır çiçəkdən.
    Əgər bir zərrəcə varsa yalanım,
    Qoy mən diri-diri tonqalda yanım,
    Əgər düşünsəniz bir başqa təhər,
    Büllur qəlbinizə ləkələr düşər.
    Atın bir tərəfə pis fıkrinizi,
    Alçaldıb günaha batırar sizi.
    Zəhərləyibdirsə sizi bir məlun,
    Göylər cəzasını qoy versin onun.
    İlantək sürünüb, düşsün zillətə,
    İlantək daima gəlsin lənətə!
    Namusun, ismətin öz nümunəsi,
    Saflığın qırılmaz həqiqət səsi
    Dezdemona əgər təmiz deyilsə,
    Naməhrəm önündə o sərv əyilsə,
    Demək, nur saçmayır eşqin günəşi,
    Nə təmiz qadın var, nə xoşbəxt kişi.
    Paklıq iyrənclikdir, o yoxdur ya da,
    Yalnız iftiradır bu söz dünyada.
O t e l l o.
    Get çağır, qoy indi gəlsin yanıma. (Emiliya gedir).
    Yaman canfəşanlıq etdi xanıma,
    Dostunu təmizə çıxarmaq üçün
    Əlindən gələni etdi büsbütün.
    Belə deməsəydi, deməli, hökmən
    Olardı ən axmaq aradüzəldən.
    Hiyləgər qəhbənin kələyinə bax!
    Onun ürəyidir bağlı bir otaq,
    Çirkin sirlərini açmır hər kəsə.
    Görmüşəm mən onu: lazım gələrsə,
    Qaldırıb əlini, diz üstə çökər,
    Duaya başlayar, göz yaşı tökər.
    Dezdemona Emiliya ilə gəlir.
D e z d e m o n a.
    Mənə sözün vardır, mənim sərvərim?
O t e 11 o.
    Lütfən, yanıma gəl, qəşəng dilbərim.
D e z d e m o n a.
    Nədir belə?
O t e l l o.
    Düz bax gözümə, quzum,
    Gözünün içinə baxmaqdır arzum.
D e z d e m o n a.
    Nə qorxunc dəhşət var bu istəyində.
O t e 11 o (Emiliyaya).
    Xanım, öz işinlə məşğul ol sən də.
    Bizi yalqız burax, qapını bağla,
    Orda sayıq dayan, yadında saxla,
    Əgər gələn olsa, bizə ver xəbər.
    Ya öskür, ya səs sal, bildir müxtəsər.
    Yəqin bu iş sənə ağır görünməz,
    Bu ki öz peşəndir, di tərpən, tələs.
    Emiliya gedir.
D e z d e m o n a.
    Qarşında diz çöküb yalvarıram mən,
    Məni agah eylə bu sözlərindən!
    Sənin sözlərində hirs var, qəzəb var,
    Mənə aydın deyil heç cürə onlar.
O t e 11 o.
    Nə üçün? Sən kimsən?
D e z d e m o n a.
    Sənin arvadın,
    Eşqinə, əhdinə vəfalı qadın.
O t e l l o.
    Gəl, and iç bu sözə, bu sədaqətə,
    Bununla özünü gətir lənətə.
    Üzündə ilahə gözəlliyi var,
    Hüsnünə qorxudan baxmaz şeytanlar.
    Bununçün ikiqat lənətə gəl sən,
    -And iç ki, namusu saf, ləkəsizsən.
D e z d e m o n a.
    Allah özü bilir hər şeyi gerçək.
O t e l l o.
    Allah özü bilir, karvansaratək
    Daimi deyilsən, xəyanətkarsan.
D e z d e m o n a.
    Xəyanət etmişəm, mən, kimə, haçan?
    Əzizim, kiminlə, necə? Agah et!
O t e 11 o.
    Ah, Dezdemona, get, məndən kənar get!
D e z d e m o n a.
    Necə də ağırdır, müdhişdir bu gün!
    Niyə ağlayırsan? Axı, nə üçün?
    Bir söylə fikrini, bir eylə izhar,
    Sənin göz yaşına mənəm səbəbkar?
    Bəlkə, sən atamdan şübhələnirsən;
    Geri çağırtdırıb səni Kiprdən,
    Aldırıb əlindən bu vəzifəni.
    Bununçün məzəmmət eyləmə məni.
    Səni birdəfəlik atıbsa atam,
    Nə etmək, məni də atıbdır tamam.
    Düşsən bir əzaba, çətinə, bərkə,
    O dərdi səninlə çəkirəm birgə.
O t e l l o.
    Məni qəm odunda külə döndərmək
    Tanrıya xoşdursa, nə etmək gərək.
    Baxmasın gözümdən axan yaşıma,
    Fəlakət yağdırsın açıq başıma.
    Bədnamlıqla vursun könlümə yara,
    Məni yoxsulluqla çəksin min dara.
    Möhnət zənciriylə qandallayaraq,
    Məni dərd içində saxlasın dustaq.
    Qırsın ümidimi tufan içində.
    Qəlbimin hardasa pünhan küncündə
    Təsəlli taparam mən yenə bir az,
    Hövsələm tükənməz, ruhum sarsılmaz.
    Ağır təhqirlərə mən hədəf olsam,
    Heykəltək quruyub yol üstə qalsam,
    Məni barmağıyla göstərib əgər,
    İstehza eyləsə gəlib gedənlər,
    Sinəmi gərərək sonsuz nifrətə,
    Mən yenə dözərəm bu müsibətə.
    Bunlar mənim üçün asandır, asan,
    Bilməzdim zərrəcə qorxu, həyəcan.
    Fəqət incim, dürrüm, cavahiratım,
    Həyatım, ölümüm, müqəddəratım.
    Öz könül mücrümdə sevinc müjdəsi,
    Mənə ömür verən həyat çeşməsi
    Ya birdən quruyub, gözü tutulsa,
    Ya da ki bataqlı gölməcə olsa,
    Çirkin qurbağalar qaynaşsa burda,
    Necə dözmək olar durub kənarda?!
    Ey gözəl cənnətin baş məlakəsi,
    Sənsən könül mücrüm, həyat çeşməsi,
    Dəyiş bu çirkabda qəşəng görkəmi,
    Görün vahiməli cəhənnəm kimi.
D e z d e m o n a.
    Mənim nəcib ərim, əminəm buna:
    İnanır yarının pak olduğuna.
O t e l l o.
    Bəli, inanıram, ayüzlü dilbər,
    Özünü pak sanır hər vaxt milçəklər.
    Bəli, inanıram hətta ona da
    -Milçəklər yay vaxtı sallaqxanada
    Törəyir, çoxalır, korlayır əti.
    Bürüyür aləmi ət üfunəti.
    Ey məftunedici alaq otu, sən
    Necə sevimlisən, necə gözəlsən!
    Xoş ətrin, rayihən, ah, nə qəşəngdir,
    Məsum gözəlliyin dünyada təkdir.
    Səni göz gördükcə ağıl-huş çaşır,
    Ürək alovlanır, hisslər çaxnaşır.
    Sən mənim ömrümü döndərdin zaya,
    Kaş ki, gəlməyəydin sən bu dünyaya.
D e z d e m o n a.
    Axı, nə etmişəm, günahım nədir?
O t e l l o.
    Bilmir günahmı, çox qəribədir!
    Sən kağıztək ağsan, kitabtək qəşəng,
    Üstünə "fahişə" yazılsın gərək?
    Bilmirsən suçunun hələ admı?
    Bilmirsən, el mah, küçə qadmı?
    Çirkin əməlini danışsam əgər,
    Yanaqlarım qızmar kürəyə dönər,
    Od alar həyadan, od tutar ardan,
    Hər tərəf alışar atəşdən, nardan.
    Bilmirsən suçunu? Göylərə bir bax,
    Buludlar dalında qaralır ancaq.
    Hiss etməmək üçün müdhiş qorxunu,
    Dayanıb möhkəmcə tutur burnunu.
    Gizlədib dəhşətdən Ay da üzünü,
    Qara pərdə ilə tutub gözünü.
    Əlinə keçəni tovlayan, öpən
    Əxlaqsız, ədəbsiz küləyə bax sən,
    Mənfur bədnamlığı eşitməməkçin
    Qaçıb yer üzündən, düşüb didərgin,
    Bu alçaq əməldən çəkir xəcalət,
    Girib yer altına, odlanır xəlvət.
    Sənsə etdiyini görmürsən, hə, hə,
    Bilmirsən suçunu, həyasız qəhbə?
D e z d e m o n a.
    Vallah, ayrılmadım bir an da haqdan,
    Təhqir eyləyirsən məni nahaqdan.
O t e 11 o.
    Sən qəhbə deyilsən?
D e z d e m o n a.
    Xeyr, nə sözdür?
    Menim namusum pak, ürəyim düzdür.
    Ləkədən qorumaq öz vicdanım,
    Əriyçün saxlamaq ancaq canını,
    Çirkin xəyanətdən qaçmaq, saqınmaq
    Yalnız bir saf eşqin oduna yanmaq.
    Yalnız öz ərinə görünmək məhrəm
    Qəhbəlik deyilsə, qəhbə deyiləm.
O t e 11 o.
    Necə, necə dedin, qəhbə deyilsən?
D e z d e m o n a.
    Sözlərim yalansa, qoy məhv olum mən.
O t e 11 o.
    Bu ola bilərmi, mümkünmü məgər?
D e z d e m o n a.
    Özün bir kömək et, müqəddəs göylər!
O t e l l o.
    Rica eyləyirəm, bağışla məni,
    Venesiya qəhbəsi zənn etdim səni.
    Düşündüm, fürsəti keçirib girə,
    Fəndlə Otelloya gəlmisən ərə.
     (Uca səslə).
    Hə, xanım, ey günah xidmətçisi, gəl,
    Mənfur cəhənnəmin gözətçisi gəl!
    Emiliya daxil olur.
    Sən, sən, hə, sən düzgün anladın məni,
    Yaxşı dərk edirsən öz vəzifəni.
    Artıq qurtarmışıq hər işimizi,
    İndi aç qapım, yola sal bizi.
    Saxla sirrimizi, açma ha bunu,
    Bu da zəhmət haqqın, götür pulunu.
    Gedir.
E m i 1 i y a.
    Əfsus, anlamadım, düzü, heç nəyi,
    Bu cənab nə dedi, nəymiş istəyi?
    Ay xanım, nə olub, nə olub sizə?
D e z d e m o n a.
    And olsun ləkəsiz ismətimizə,
    Mən yuxu görürdüm, yatmışdım, guya.
E m i 1 i y a.
    Ay xanım, düşürsüz nədən qorxuya,
    Nə üçün qaraydı ağamın qanı?
D e z d e m o n a.
    Kimin?
E m i l i y a.
    Ağamın, hə, deyirəm onu.
D e z d e m o n a.
    Kimdir sənin ağan?
E m i 1 i y a.
    Ay qəşəng ulduz
    Mənim ağamdır ki, ömür dostunuz?!
D e z d e m o n a.
    Mənim bu dünyada yoxdur heç kimim,
    Qurtarmaz, tükənməz bu ağır qəmim.
    Emiliya, sən məni etmə məzəmmət,
    Dilim danışmağa çəkir xəcalət.
    Əgər ağlamağa olsaydı tabım,
    Göz yaşım olardı sənə cavabım.
    Xahiş eyləyirəm, özün qeydə qal,
    Bu axşam gəlinlik yatağımı sal.
    İndi get, ərini çağır, tez ol ha!
E m i 1 i y a.
    İşlər dəyişibdir, ah, doğrudan da!
    Gedir.
D e z d e m o n a.
    Menim öz cəzamdır, çəkməliyəm tək,
    Mənə əcəb olur, haqqımdır, demək.
    Sən özün şahidsən, ya pərvərdigar,
    Axı, nə etmişəm, nə günahım var?
    Zərrəcə günahım olsaydı əgər,
    Yanmazdım daha pis təhqir etsələr.
    Emiliya Yaqo ilə qayıdır.
Y a q o.
    Nədir istəyiniz, nə olub, xanım?
D e z d e m o n a.
    Ah, Yaqo, qalmayıb tabi-təvanım,
    Bu dərdi danışmaq mümkünmü məgər?
    Bilirsən, böyüklər tərbiyə edər
    Uşağı xoş üzlə, bir xoş qılıqla,
    Arabir danlayar mehribanlıqla.
    O məni qəzəblə danlayır müdam,
    Axı, ona görə mən də uşağam.
Y a q o.
    Nə baş verib, xanım?
E m i 1 i y a.
    İndicə sərdar
    Xanımın abrını aldı o ki var.
    Ən ağır sözlərlə təhqir eylədi,
    Ona "qəhbə" dedi! Gör nə söylədi!
    Buna insan olan dözər dünyada?
D e z d e m o n a.
    Yaqo, mən layiqəm məgər bu ada?
Y a q o.
    Hansı ada, xanım?
D e z d e m o n a.
    Sərdar deyənə,
    İndi təkrar etdi Emiliya sənə.
E m i 1 i y a.
    Qəhbə adlandırdı general onu.
    Gör, hayana çatdı təhqirin sonu!
    Hətta sərxoş olsa dilənçi bir kəs,
    Heç vaxt aşnasına belə söz deməz.
Y a q o.
    Bəs səbəbi nədir?
D e z d e m o n a.
    Bilmirəm nədən?
    Onu bilirəm ki, ləkəsizəm mən.
Y a q o.
    Yetər, ağlamayın, bu nə dəhşətdir,
    Belə də gün olar, nə müsibətdir?!
E m i 1 i y a.
    Rədd etdi xoşsima tay-tuşlarım,
    Atdı öz elini, öz diyarını.
    Keçdi atasından, yoldaşlarından
    Qəhbə adlanmaqçün? Fikirləş bir an
    Bu ağır təhqirdən kim ağlamaz, kim?
D e z d e m o n a.
    Yəqin, belə imiş bədbəxt taleyim.
Y a q o.
    Kaş ki, onu görüm gəlsin lənətə!
    Nə üçün yol verdi bu hərəkətə?
D e z d e m o n a.
    Təkcə Allah bilir.
E m i 1 i y a.
    Sən bir işə bax!
    Qoy məni assınlar, belədir ancaq:
    Hansı bir yaltaqsa yalan satıbdır,
    Hansı bir alçaqsa böhtan atıbdır.
    Hansı hiyləgərsə qurub bir tələ,
    Vəzifə keçirmək istəmiş ələ.
    Saflığa qəsd edib hansı rəzilsə,
    Məni, məni asın belə deyilsə.
Y a q o.
    Məgər bu mümkünmü, tufu, yaramaz!
    Belə iyrənc adam dünyada olmaz.
D e z d e m o n a.
    Əgər vardırsa da, ya pərvərdigar!
    Sən özün kömək et, düz yola qaytar!
E m i 1 i y a.
    Ona dar ağacı eyləsin kömək,
    Murdar sümüyünü gəmirsin köpək,
    Necə dili döndü, şər atdı aya
    -O nurlu, ləkəsiz Dezdemonaya!
    Kim gəlib, nə zaman, hara, nə təhər?
    Güman ediləsi hanı bir nəfər?
    Yox, yox, ola bilməz, mümkün deyil ki?!
    Aydındır ən alçaq, ən əclaf tülkü
    Yaman zəhərləyib Mavrın aşını,
    Başından çıxarıb ağıl-huşunu.
    Yalanlar məhv edir pak məhəbbəti,
    Yaltaqlar alçaldır bəşəriyyəti.
    İlahi, sən özün eylə bir əlac,
    Çirkin əməllərin pərdəsini aç.
    Büllur insanları yığım başıma,
    Harda bir dələduz çıxsa qarşıma.
    Başdan ayağadək soyunduraraq,
    Qatım qabağıma beləcə çılpaq,
    Belinə qəzəblə qırmac çəkərək,
    Qovum gündoğandan günbatanadək,
    Namərdlər aləmdə xar olsunlar, xar.
Y a q o.
    Bağırma, bayırdan eşidən olar.
E m i 1 i y a.
    Of, of, qırmac gərək bu alçaqlara.
    Bir əclaf səni də salmışdı tora,
    Şübhələr içində hey yanırdın ki,
    Məni Otelloya qısqanırdın ki.
Y a q o.
     Yaxşı, yaxşı, mumla, sarsaqladın lap.
D e z d e m o n a.
    Ah, Yaqo, nəcib dost, mənə çarə tap.
    Neyləyim, yamanca küsüb sərdarım.
    Onun rəğbətini necə qaytarım?
    Onunla bir danış, barışdır bizi.
    Təmiz, nurlu göylər şahiddir özü,
    Bilmirəm, mən onu itirdim nədən?
    Burda diz çökürəm, and içirəm mən:
    Həmişə vicdanı təmiz olmuşam,
    Onun sevgisinə sadiq qalmışam.
    Gözüm baxmayıbdır qeyri bir kəsə,
    Qulağım uymayıb özgə, yad səsə.
    Hissim bir an belə başqalaşmayıb,
    Xəyalım, düşüncəm heç vaxt çaşmayıb.
    Büllur, saf olubdur fikirlərim də,
    Onu düşünmüşəm hər an, hər yerdə.
    Onun pak eşqini təhqir edəcək
    Bir iş görməmişəm mən bugünədək.
    Qoy məni dağlasın əzab, əziyyət
    Əgər etmişəmsə ona xəyanət.
    O məni nifrətlə boşasa belə,
    Bir dilənçi kimi düşsəm də çölə,
    Zillətlə keçsə də ömrümün sonu.
    Onu sevəcəyəm, mən yenə onu.
    Ədavət törədər hər müsibəti.
    Onun ədavəti, onun nifrəti
    Mənim həyatımı məhv eyləsə də,
    Eşqimə toxuna bilməz heç vədə.
    "Qəhbə", ah, bu sözdə nə dəhşətlər var!
    Ürəyim bulanar, dilim odlanar.
    Bütün bu dünyanı versələr mənə,
    Belə iş tutmaram ömrümdə yenə.
Y a q o.
    Xahiş eyləyirəm, sakit olun siz,
    Əhvalı qarışıb onun, şübhəsiz.
    Ruhi sarsıntılar edib əsəbi,
    Dövlət işləridir bunun səbəbi.
    Sizi də danlayıb hirsindən, yəqin.
D e z d e m o n a.
    Təki belə olsun, Allah eləsin.
Y a q o.
    Bu ancaq belədir, inanın mənə,
    Düşər qaydasına bu işlər yenə.
    Səhnə arxasında şeypur səsi.
    Aha, şeypur səsi! Nə qəm, nə kədər,
    Axşam yeməyinə dəvət edirlər
    Venesiyadan gəlmiş elçi – qonaqlar
    Sizi gözləyirlər, olun lütfkar.
    Gedin, ağlamayın, sözlərim haqdır,
    Hər şey yaxşılıqla qurtaracaqdır.
    Dezdemona və Emiliya gedirlər.
     Rodriqo daxil olur.
    Hə, nə var, Rodriqo?
R o d r i q o.
    İnanmıram ki,
    Təmiz duyğulardır ürəyindəki.
    Bir sübut tapmıram saf niyyətinə,
    Sənin insafına, ədalətinə.
Y a q o.
    Şərəfsiz bir işim vardırsa, söylə.
R o d r i q o.
    Hər gün düşünürsən bir yeni hiylə.
    Əlimdən çıxarıb var-yoxumu sən,
    Yerinə bihudə ümid verirsən.
    Daha tükənibdir səbri-qərarım,
    Mən dözə bilmirəm, yox iqtidarım.
    Sənin yalanların məhv edir məni.
    Sarsıntı içində əridir məni.
    Məni axmaq kimi oynatdın, yetər.
    Səni bağışlamaq mümkünmü məgər?!
Y a q o.
    Bir dinlə, Rodriqo!
R o d r i q o.
    Həddindən çox-çox
    Səni dinləmişəm, bir faydası yox.
    Heç cür uyğun gəlmir işinlə sözün,
    Əməlin başqadır, başqasan özün.
Y a q o.
    Heç mənə layiqmi bu ağır töhmət?
R o d r i q o.
    Belədir, belədir ancaq həqiqət:
    Boş yerə itirdim mən öz varımı,
    Havayı dağıtdım qızıllarımı.
    Mən müflis olmuşam tamam, büsbütün,
    Aldın daş-qaşımı o sənəm üçün.
    Onun yarısını versəydim, inan,
    Rahibə qızlar da çıxardı yoldan.
    Deyirdin qaş-daşı verəndə ona
    Mənə vəd elədi, hə, Dezdemona,
    Bəs neçin görmürəm vüsalım mən?
Y a q o.
    Çox yaxşı, davam et, gözəl deyirsən.
R o d r o i q o.
    Çox yaxşı, davam et, dost, daha yetər,
    Mən dözə bilmirəm, dözüm nə qədər?!
    Bu çox yaxşı deyil, çox pisdir, bəddir,
    Bu bir alçaqlıqdır, bir rəzalətdir.
    Görürəm qeydimə necə qalırsan:
    Sən məni oynadır, ələ salırsan.
Y a q o.
    Çox yaxşı.
R o d r i q o.
    Dedim ki, çox yaxşı deyil!
    Bu işdən varlığım yanır, elə bil.
    Gedib son qoyaram bu ahü-vaya,
    Açaram hər şeyi Dezdemonaya.
    Qaytarsa o mənim daş-qaşlarımı,
    Bir daha tökmərəm göz yaşlarımı.
    Tövbə eyləyərəm öz niyyətimə
    -Bu qeyri-qanunu məhəbbətimə.
    Ya da aldığını bircə-bircə sən
    Mənə qaytarmalı, ödəməlisən.
Y a q o.
    Qurtardın sözünü?
R o d r i q o.
    Bəli, əlqərəz,
    Heç nə qərarımı dəyişə bilməz.
Y a q o.
    Aha, sözlərində sərtlik görürəm,
    Mən səndə igidlik, mərdlik görürəm.
    Bu gündən çoxaldı sənə hörmətim,
    Keçdi əvvəlkini hüsnü-rəğbətim.
    Əlini ver mənə, Rodriqo, inan,
    Bəyəndim sözünü sənin, doğrudan.
    Ağır tənbehlərin lap yerindədir,
    Fəqət bir eşit, bil, həqiqət nədir:
    Səninlə bir yanıb, bir alışmışam,
    Bu eşqin yolunda çox çalışmışam.
    Mənimtək vəfalı, sadiq heç yanda
    İkinci bir dostun yoxdur cahanda.
R o d r i q o.
    Bundan ki görünmür bir iz, bir nişan.
Y a q o.
    Doğrudur, görünmür, düz buyurursan.
    Mənə inanmırsan, vardır əsasın,
    Axı, şübhələrin necə olmasın?!
    Ancaq bir iş də var, Rodriqo, dinlə,
    Qoy açıq danışım indi səninlə.
    Səni əvvəllər də cəsur sanmışam,
    Fəqət bu gün görüb mən inanmışam.
    Gördüyüm doğrudan sən isən əgər,
    Belə iradəli, qorxmaz, igid ər,
    Bu gecə sübut et, çatıb məqamı,
    Sabah gecə yansın bəxtinin şamı,
    Dezdomona yatsın senin qoynunda.
    Bu belə olmasa, sözüm yox onda.
    Mənim bir xaintək axıt qanımı,
    Necə istəyirsən al, al canımı.
R o d r i q o.
    Yaxşı, danış görək, fikrin nə imiş,
    Ağlabatandırmı, mümkünmü bu iş?
Y a q o.
    Xüsusi əmr var Venesiyadan,
    Budur qəlbimizdə dəhşət oyadan:
    Otello yerini tezliklə, gerçək,
    Cənab Kassioya təhvil verəcək.
R o d r i q o.
    Doğrudan? Deməli, o nurlu ziya
    Sərdarla qayıdır Venesiyaya.
Y a q o.
    Yox, yox, Mavr gedir Mavrstana,
    Əgər bir maneə olmasa ona,
    Özüylə aparar Dezdemonanı
    -O qəşəng, o gözəl, nazlı sonanı.
    Maneə olacaq necə, haradan?
    Kassio çıxmalı tezcə aradan.
R o d r i q o.
    Sən nə danışırsan, bu nə deməkdir?
Y a q o.
    Burda bir azcana hünər gərəkdir.
    Kassionu şamtək sönsün iqbalı,
    Bu yeri tutmağa qalmasın halı,
    Başı tapdalansın, əzilsin möhkəm.
R o d r i q o.
    Deyirsən, bu işi mən görməliyəm?
Y a q o.
    Bəli, ürəyində vardırsa cürət,
    Düşübdür əlinə on gözəl fürsət.
    Sənin xeyrinədir belə iş ancaq,
    Xeyrindən, haqqından qaçarmı qoçaq?
    Bu axşam bir yerə gedir Kassio,
    Orda bir qəhbəylə şam edəcək o.
    Məni də oraya eyləyib dəvət,
    Görürsən, nə yaxşı düşübdür fürsət.
    Yeni vəzifədən yoxdur xəbəri,
    Xoşbəxt taleyini bilmir sərsəri.
    Küçədə sən onu gözləsən əgər,
    İşləri bu Yaqo özü düzəldər.
    Saat on ikiylə bir arasında,
    Sən möhkəmcə saxla qılıncı qında.
    Bu vaxt ordan dönər məsti-xuraman,
    Hücum eyləyərsən çıxıb pusqudan.
    Qorxma, olacağam mən də yaxında,
    Kömək edəcəyəm sənə bu anda.
    Bizim aramıza düşəcək yavər,
    De, bizə bir nəfər nə edə bilər?
    Nə oldu, heyrətlə durursan yenə,
    Gəl gedək, bayırda deyərəm sənə.
    İndi göstərərəm elə bir əsas,
    Onu öldürməsən, hirsin soyumaz.
    Artıq şam vaxtıdır, mən gedim gərək,
    Di gəl işimizi vaxtında görək.
R o d r i q o.
    Yaxşı, buna səbəb varmı doğrudan?
Y a q o.
    Razı qalacaqsan məndən hər zaman.
    Gedirlər.

ÜÇÜNCÜ SƏHNƏ


    Qəsrdə başqa bir otaq. Otello, Lodoviko, Dezdemona, Emiliya və məiyyət daxil olurlar.
L o d o v i k o.
    Rica eyləyirəm, bəsdir bu zəhmət,
    Qayıdın, çəkməyin artıq əziyyət!
O t e l l o.
    Yox, yox, nə əziyyət, buyurun görək,
    Xoşdur mənim üçün sizi ötürmək.
L o d o v i k o.
    Xanım, çox borcluyam hörmətinizə,
    Ürəkdən təşəkkür edirəm sizə.
    Hələlik, gecəniz xeyirə qalsın!
D e z d e m o n a.
    Yaxşı yol, sizə də uğurlar olsun.
O t e 11 o.
    Hə, gedirik, conab? Oh, Dezdemona!
D e z d e m o n a.
    Sərvərim, nə əmrin mən natəvana?
O t e l l o.
    Düzəlt yatağını, yerinə gir, yat,
    Qayıdıb gəlirəm mən də bu saat.
    Getsin Emiliya da, bildin, dilbərim,
    Dediyimi elə.
D e z d e m o n a.
    Yaxşı, sərvərim.
    Otello, Lodoviko və məiyyət gedirlər.
E m i 1 i y a.
    Hə, işlər necədir? Görünür sərdar
    İndi əvvəlkindən daha lütfkar.
D e z d e m o n a.
    Bilmirəm, nə olub heç sultanıma,
    Dərhal qayıdacaq, dedi, yanıma.
    Hökm etdi, "yat" deyə könül çırağım,
    Əmr etdi səni də evə buraxım.
E m i 1 i y a.
    Mən gedim?!
D e z d e m o n a.
    Arzusu belədir onun,
    Otellonun sözü mənimçün qanun.
    Mehriban Emiliya, indi tezcənə
    Gecə paltarımı gətir ver mənə,
    Sonra xudahafızləş, burax məni tək,
    İndi gərək onu hirsləndirməyək.
E m i 1 i y a.
    Kaş ki, görməyəydin onu heç zaman!
D e z d e m o n a.
    Yox, yox, belə demə, nə danışırsan!
    Mən onu sevirəm, bax, elə bu cür.
    Onun bu tərsliyi, bu qaşqabağı,
    -Təvəqqə edirəm, aç bu sancağı
    -Mənə cazibədar, qəşəng görünür.
E m i 1 i y a.
    Saldım siz deyəntək yerinizi mən,
    Gəlinlik duvağın çəkdim üstündən.
D e z d e m o n a.
    Qadınlar - hamımız eyniyik, şəksiz,
    Necə də axmağıq bu aləmdə biz.
    Səndən əvvəl ölsəm, az ağla, inlə,
    Məni bu ağa bük öz əllərinlə.
    Yeganə xahişim bir budur mənim:
    Gəlinlik duvağı olsun kəfənim.
E m i 1 i y a.
    Belə danışmayın, xanım, siz Allah!
D e z d e m o n a.
    Anam sağ olanda, özüm gördüm, ah!
    Barbara adında kənizi vardı,
    Yazığın gözündə dünya məzardı.
    Sevirdi, məhəbbət divanəsiydi,
    Yanırdı, əbədi eşq təşnəsiydi.
    Heyf, sevgilisi çıxdı vəfasız,
    Onu atıb getdi, dərddən soldu qız,
    Şam kimi əridi cavan vaxtında,
    Bir mahnı bilirdi söyüd haqqında.
    Qədim bir nəğməydi, könül sözüydü,
    Onun taleyinin sanki özüydü.
    Dilindən düşmürdü heç zaman, heç vaxt,
    Oxuya-oxuya can verdi bədbaxt.
    Bu axşam başımdan çıxmır bu nəğmə,
    Ürəyim qərq olub kədərə, qəmə.
    Sanki, itirmişəm qəlb sirdaşımı.
    İstərəm köksümə əyib başımı
    Oxuyum hüznlə həmin nəğməni,
    O miskin, zavallı Barbara kimi.
    Cəld tərpən, qalmayıb heç daha səbrim.
E m i 1 i y a.
    Gecə paltarmı gedib gətirim?
D e z d e m o n a.
    Xeyr, aç bu sancağı, bu Lodoviko
    Olduqca nəcibdir.
E m i 1 i y a.
    Doğrudan da, o
    Çox gözəl insandır.
D e z d e m o n a.
    Qəşəng danışır.
E m i 1 i y a.
    Ah, bir qadın vardır, yanır, alışır,
    Ona vurulubdur Venesiyada.
    Gedər ayaqyalın, payi-piyada
    Birbaş Fələstinə, dayanmaz bir an
    Bir öpüş almaqçün dodaqlarından.
D e z d e m o n a (Oxuyur).
    Çinar altda vərəmli Bir qız oxuyur qəmli:
    Ay söyüdüm, söyüdüm,
    Vay, söyüdüm, söyüdüm.
    Əli qalıb qoynunda.
    Dərd zənciri boynunda.
    Ay söyüdüm, söyüdüm,
    Vay, söyüdüm, söyüdüm.
    Bir çay axır kənardan.
    Odlanır bu qubardan.
    Ay söyüdüm, söyüdüm,
    Vay, söyüdüm, söyüdüm.
    O qızın göz yaşları
    Əridir sal daşları.
    Ay söyüdüm, söyüdüm,
    Vay, söyüdüm, söyüdüm.
    Tez elə, bunları bir tərəfə at.
    Sərdar gələcəkdir indi bu saat. (Oxuyur).
    Söyüdüm salxım-salxım,
    -Boynuma çələng taxım.
    Ay söyüdüm, söyüdüm,
    Vay, söyüdüm, söyüdüm.
    Demə dönük çıxdı yar,
    Mən özüməm günahkar.
    Ay söyüdüm, söyüdüm,
    Vay, söyüdüm, söyüdüm.
    Burası səhv oldu, yanıldım, bax bir,
    Kim döyür qapını?
E m i 1 i y a.
    Xanım, küləkdir.
D e z d e m o n a (Oxuyur).
    Sevgilim atdı məni,
    Yadlara satdı məni.
    Ay söyüdüm, söyüdüm,
    Vay, söyüdüm, söyüdüm.
    Dedi: az yan, az dağlan.
    Nə çoxdur başqa oğlan.
    Ay söyüdüm, söyüdüm,
    Vay, söyüdüm, söyüdüm.
    Gecən xeyrə qalsın, di get, əzizim,
    Yoxsa ağlayacam, acışır gözüm.
E m i 1 i y a.
    Siz nə deyirsiniz, belə şey olar?
D e z d e m o n a.
    Çoxdan eşitmişəm, buna inam var.
    Aman, bu kişilər, ah, bu kişilər!
    Emiliya, doğrudan, heç ola bilər,
    Sonra bu dünyanı alaraq əvəz,
    Ərini dünyaya kral eyləməz?
    Bununçün qoy düşüm atəşə-nara,
    -Varmı elə qadın, cinayət etsin,
    Ərini aldatsın, xəyanət etsin?
    Bir söylə, bir danış, necə inanım?
E m i 1 i y a.
    Vardır belələri, əlbəttə, xanım.
D e z d e m o n a.
    Senə versəydilər dünyanı əgər,
    Ərinə xəyanət edərdin məgər?
E m i 1 i y a.
    Bəs siz necə?
D e z d e m o n a.
    Xeyr, xeyr, sən inan buna,
    And olsun Günəşin o pak nuruna!
E m i 1 i y a.
    Günəşin nurunda etməzdim mən də,
    Nə söz qaranlıqda, yeri düşəndə.
D e z d e m o n a.
    Sənə versəydilər dünyanı əgər,
    Ərinə xəyanət edərdin məgər?
E m i 1 i y a.
    Xanım, çox böyükdür bu haqq, bu əvəz,
    Belə kiçik günah dünyaya dəyməz.
D e z d e m o n a.
    Belə iş tutmazdın sən, həqiqətən.
E m i 1 i y a.
    Belə iş tutardım mən, həqiqətən.
    Yıxılardım özüm, durardım özüm,
    Şübhəsiz, bihudə deyildir sözüm.
    Bir qaşlı üzüyə etməzdim bunu,
    Neynərdim bir dənə tumanı, donu?!
    Dörd-beş arşın çitə, bir dəst paltara
    Heç cür razı qalıb düşməzdim tora.
    Məni cəlb etməzdi kiçik hədiyyə,
    Heç zaman baxmazdım hər cüzi şeyə.
    Ancaq versəydilər mənə dünyanı,
    Onda aparardı sel-su xırmanı.
    Deyin, hansı qadın, o əhli-namus
    Ərini istəməz bir anlıq dəyyus,
    Bir yaxşı düşünün, burda, nə var ki?
    Günahı tezliklə yumaq olar ki.
D e z d e r a o n a.
    Məncə, ola bilməz elə bir qadın,
    Ərini aldatsın, ərini satsın.
E m i 1 i y a.
    O qədər vardır ki, ərz edim, düzü,
    Bir yerə yığsalar, tutmaz yer üzü.
    Xəyanət edirsə ərinə arvad,
    Günah ərindədir, belədir, heyhat.
    Kişilər borcunu salmır yadına,
    Meyl edir, bənd olur özgə qadına.
    Ya da qısqanclıqdan yanır, qovrulur,
    Bizə doğma bucaq bir zindan olur.
    Ya da ki nahaqdan döyürlər bizi,
    Məhşər ayağında çəkilim dara.
D e z d e m o n a.
    Bütün bu dünyanı versələr mənə,
    Belə iş tutmaram ömrümdə yenə.
    Əgər mən eyləsəm bu cür qəbahət,
    Mənə nifrət yağdır, əbədi nifrət.
E m i l i y a.
    Nə üçün əzaba məruz qalasız,
    Bu günah edilir dünyada yalnız.
    Elə ki, bu dünya sizin olacaq,
    Günah da dünyada sizə qalaca.q.
    Kəsirlər gündəlik xərclərimizi.
    Bizim mənliyimiz, qürurumuz var.
    Nə qədər boğsaq da istəyimizi,
    Qisas coşdurmazmı ürəyimizi?
    Qoy bunu bilsinlər kişilərimiz,
    Insan yaranmışıq bu dünyada biz.
    Görürük, duyuruq biz də onlartək,
    Vurur köksümüzdə həssas bir ürək.
    Vardır öz əqlimiz, öz zövqümüz de,
    Şirini, acını seçirik biz də.
    Onlar bizi satır özgə qadına,
    Gərək həqiqəti dərk etsin onlar.
    Əyləncəmi deyək bunun adına?
    Yoxsa ehtiraslar sığışmır bəndə,
    Yəqin, ola bilər, razıyam mən də.
    Bəlkə, iradənin zəifliyindən
    Günaha batırlar, nə deyirəm mən?!
    Tutalım belədir, nə vaxta qədər
    Xain ola bilər arvadına ər?!
    Təkliyə dözərik, dözərik necə?
    Birdən cəlb etməzmi bizi əyləncə?
    Yoldan çıxarmazmı ehtiras bizi,
    Zəiflik qırmazmı iradəmizi?
    Qoy ərlər dayansın səbr-dözümlə,
    Yaxşı rəftar etsin hər an bizimlə.
    Yadında saxlasın bunu hər kişi,
    Bizə nümunədir onların işi.
    Əgər bu həyatda varsa səhvimiz,
    Deməli, onlardan öyrənirik biz.
D e z d e m o n a.
    Yox, yox, gəl. unutma bu həqiqəti,
    Daim pak olmalı qadın isməti.
    Gecən xeyrə qalsın, vaxtdır, indi get.
    Pisdən pis öyrənmə, pisi yaxşı et.
    Gedirlər.

 

<< 1 / 2 / 3 / 4 / 5 / 6 / 7 >>

Bölmə: Dünya ədəbiyyatı | Əlavə edildi: azerhero (24.12.2013) | Müəllif: R.C E W
Baxış: 735 | Reytinq: 5.0/1
Bütün rəylər: 0
omForm">
avatar

Kitablar — zamanın dalğaları ilə səyahət edən və nəsildən-nəslə öz qiymətli yükünü ehtiyatla aparan fikir gəmiləridir.

- Frensis Bekon

Son 90 gün ərzində kitab oxumamaqdan daha pisi kitab oxumadığına görə narahat olmamaqdır.

- Cim Ron

Kitabları yandırmaqdan daha pis şey onları oxumamaqdır.

- Rey Bredberi

Yaxşı kitab aysberqə oxşayır, onun yeddi-səkkiz hissəsi suyun altında gizlənib.

- Ernest Heminquey

Kitablarım mənə çatacaq qədər böyük bir krallıqdır.

- Shakespeare

Mən, kitablarımı yaratmadan əvvəl, kitablarım məni yaratdılar.

- Montaigne

Kitabsız yaşamaq; kor, kar, dilsiz yaşamaqdır.

- Seneca

Bu günün gərçək universiteti, bir kitabxanadır.

- Carlyle

Kitab, tək ölümsüzlükdür.

- Rufus Choate

Exlaqa uyğun ya da zidd kitab deyə bir şey yoxdur. Kitablar ya yaxşı yazılmışdır, ya da pis. Hamısı bu qədər!

- Oscar Wilde

Ümidlə açılıb qazancla bağlanan bir kitab, yaxşı bir kitabdır.

- Alcott

Kitablar, itmiş başların abidələridir.

- Sir William Dave

Kitablar, heç solmayacaq bitkilərdir.

- Herrick

Kitab heç aldatmayan bir yoldaşdır.

- Guilbert De Pixrecourt

Axmaqlarla oturub-durmaqdansa , kitabla tənha oturmaq yaxşıdır.

- Qasım bəy Zakir

İnsan güc ilə yox, mütaliə etməklə ağıllanır.

- C.Bruno

Az bildiyini başa düşmək üçün çoxlu oxumaq lazımdır.

- Mişel Monten

Kitablar özünüzə və başqalarına hörmət etməyi öyrədəcək, ürəyi və ağlı, dünya və insanlıq sevgisiylə dolduracaq.

- Maksim Gorki

Kitab həyatın ən uzaq və qaranlıq yollarında insana işıq bəxş edən əfsanəvi çıraqdır

- A.M.Upit

BAKI QIZLAR UNİVERSİTETİ
1992-ci ildə təsis edilən və həmin vaxtdan da fəaliyyətə başlayan Bakı Qızlar Universitetinin (əvəllər Bakı Ali Pedaqoji Qızlar Seminariyası adlanırdı) yaradılmasında məqsəd respublikada qadın pedaqoji kadrlar yetişdirmək, onların intellektual səviyyəsini yüksəltmək və gənc qızları ailə həyatına hazırlamaqdan ibarətdir. Hazırda universitetdə "Sosial pedaqoji” və "Filologiya-tarix” fakültələri fəaliyyət göstərir. "Sosial pedaqoji” fakültədə "Təhsildə sosial-psixoloji xidmət”, "Psixologiya”, "Coğrafiya müəllimliyi”, "ibtidai sinif müəllimliyi”, "Məktəbəqədər təlim və tərbiyə”, "Riyaziyyat və informatika müəllimliyi”, "Filologiya-tarix” fakültəsində isə "Xarici dil (ingilis) müəllimliyi”, "Azərbaycan dili və ədəbiyyat müəllimliyi”, "Tarix müəllimliyi”, "Jurnalistika” üzrə bakalavr, "İbtidai sinifdə tədrisin metodika və metodologiyası”, "Pedaqogika nəzəriyyəsi və tarixi”, "Azərbaycan ədəbiyyatı”, "Azərbaycan dili”, "Azərbaycanın yeni və ən yeni tarixi” sahəsində magistratura səviyyəsində kadr hazırlığı aparılır.
Bakı Qızlar Universiteti Nazirlər Kabinetinin 1996-cı il fevralın 21-də 21 saylı sərəncamı ilə dövlət qeydiyyata alınmışdır. 2013-cü ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin lisenziya komissiyası BQU-nun çoxilli fəaliyyətinin, onun yüksək maddi-texniki bazasının, infrostrukturunun, təlim-tərbiyə sisteminin Azərbaycan Respublikası təhsil Qanununa Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Ali təhsil Müəssisələrinin fəaliyyətinə xüsusi razılıq (lisenziya verilməsi haqqında qərarına, Azərbaycan Respublikası Təhsil Nazirliyinin sənədlərinə uyğn qurulduğunu, pedaqoji kadrların hazırlanmasında əldə olunmuş nailiyyətlərini nəzərə alaraq universitetin fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsini məqsədəuyğun hesab etmişdir. Eyni zamanda 2013-cü ildə universitet akreditasiyadan keçmişdir. Universitetdə müxtəlif fənnlər üzrə kabinetlər, dörd kopüter otağı, kitabxana, badii yaradıcılıq studiyası, tələbə elmi cəmiyyəti, Tələbə Gənclər təşkilatı, dörd dərnəklər, nəşriyyat, idman zalı, yeməkxana, kadrlar şöbəsi və mühasibatlıq fəaliyyət göstərir.
Learn more