Əsas » Məqalə » Dini biliklər

Məsumların nurlu kəlamlarından 500 hədis
Məsumların nurlu kəlamlarından 500 hədis

Bağışlayan və mehriban Allahın adı ilə


    Axirət 70-87-185-257-272-292-383-448
    İxlas (xalislik) 10-423-489
    Əxlaq 92-93
    Ehtiram 213-453
    Ədəb 130-164-375-450-491
    Arzu 179-196-402-499
    İzdivac (evlənmə) 4-46
    İsraf 34-119-268
    Tövbə 330-444-461
    Xalqın islahı 400
    Çox dua 31
    Yoxsulları yedirmək 52
    Allaha itaət 178-371
    İmtahan 239
    Allaha ümid 123
    Əmanətdarlıq 111
    Əmr be məruf və nəhy əz munkər 466-469
    Nəfəqə 73-187-241-280-311-346-455
    Seçim 382
    İnsaf 102
    Əhli-beyt 6
    İman 91
    Bədxahlıq 216-289
    Pis xasiyyət 403
    Bəndəlik 468-484
    Xalqın ən yaxşısı 416-422-440
    Behişt 63
    Ehtiyacsızlıq 21-328-411-433
    Faydasız iş 264
    İşsizlik 436
    Ata və ana 131-137-404
    Qarınqululuq 27-40-61-208-341-397
    Çox yatmaq 436
    Sirri faş etmək 215-267
    Təcrübə 135-318-329
    Qorxu 165
    Günahdan qorxu 123
    Allahdan qorxu 271-301-463
    Tərif 81
    Rəyə görə təfsir 170
    Təfəkkür 145-205-261-277-321
    Təqva (pəhrizkarlıq) 150-194-224-236-326-424-451
    Tənhalıq 58
    Tənbəllik 222-364-479
    Töhmət (böhtan) 124
    Tövbə 43-84-85-101-141-171-232-278-445
    Təvəkkül 155
    Sərvət (var-dövlət) 270-471
    Cihad 83-100-142-240
    Nəfslə cihad 197-206-339-384
    Qadının cihadı 45
    Hesab 76
    Övladın haqqı (hüququ) 470
    Mömini alçaq saymaq 3
    Həya 20-105
    Qəzəb 16-159
    Gülüş 49-258
    Allaha xoş baxış 8
    Xoş xasiyyət 111-285-338-369-421-495
    Haramdan çəkinmək 111
    Özünü tərbiyə 221-243-251-259-260-265-294-298-299-418
    Nikbinlik 7-132
    Özünü tanıma 347-348-388
    Özünü nümayiş etdirmə 122
    Xeyirxahlıq 95
    Haraya çatmaq 490
    Yalan 114-322-428-429-474
    Görüşmək 42
    Söyüş 342
    Düşmən 313
    Dua 32-35-71-151-172-306-331-333-370- 387-393-398-406-407-408-410-414
    Dünya 59-68-70-72-87-109-157-174-296- 377-380-381-383-441-448
    Dünya sevgisi 44-86-121-252-309-310-415-476
    Allaha görə dostluq və düşmənlik 116-154-302-417
    Dost 47-148-162-203-305-480
    Uzaqgörənlik 281-360-378
    Zillət 359
    Düz danışmaq 111
    Sələm 134
    Rəhm (mərhəmət) 66
    Oruc 248-500
    Ruzi 166
    Rəyasət (vəzifə) 163-432
    Dil 48-80-88-113-127-181-188-212- 223-245-324-419
    Qadın 67
    Sitəm 104
    Tezdən durmaq 37
    Səhər yeməyi 41
    Səxavət 195-376
    Danlaq 374-405
    Sükut 146
    Salam 244-390-409
    Sevindirmək 89
    Oxşatmaq 62
    Şücaət 22-485
    Şər 156
    Bədbəxtlik 250
    Şükür 325-332
    Şəhadət 1-2-3
    Şəhvət 220-288-488
    Zarafat 97-133-254-255-262-276-464-473
    Səbr 115-158
    Söhbət 30-33-36-69-73-126-129-186-207- 356-460
    Sədəqə 28-57-323
    Salavat 39-60
    Yaxınları (qohumları) yoluxmaq 147-391
    Tamah 394-478
    Zülm 225
    Alim 14-64-74-117-143-443
    Aqil 199-200
    İbadət 249-340-361-367
    Ücb 7
    Ədalət 65
    Üzrü qəbul etmək 234-297
    Toy 38
    İffət 217-233
    Əql 284-375-472
    Elm 23-50-77-78-79-142-144-175-209-211- 228-286-316-336-362-367-434-443- 465-487
    Əməl 106-107-149-231-247-357-363-379- 425-427-442-498
    Ömür 29-372
    Eybi örtmək 355-396-438-492
    Eyb axtarmaq 290-291-354-483
    Bayram 437
    Qəza 420
    Qəzəb 112-226-237-288
    Qeybət 96-177-193-358-392-413
    Fürsət 127-189-229-269-365
    Allahdan qaçmaq 153
    Fəqirlik 140-274
    Quran 320
    Qəzavü-qədər 293
    Qənaət 389-395-456-481
    İş 51-449
    İşçi 13
    Naşükürlük 152
    Az yemək 210-350
    Cəzalandırmaq 9
    Gədalıq 467
    Əfv 263-368
    Ağlamaq 178-366
    Möminin çətinliyi 12-401
    Günah 103-138-139-184-242-334-343-349- 412-437-493
    Müttəqi (təqvalı) 108
    Nəfsin hesabı 431
    Tərif 227
    Ölüm 17-18-19-25-136-168-174-182-183- 202-308-312-385-454-494
    Müsəlman 94
    Dişləri yumaq 26
    Məsləhət 54-99-304-345-351-352-373-446-475
    Ünsiyyət 439-452-462
    Ziyankar 477
    Hiylə 90-191
    Mülayimlik 169-176-198-218-246-300-303-337
    Münafiq 11-458
    Minnət 275-353
    Qonaq 56
    Mömin 15-24-55-125-167-190-327-344-399 426
    Orta həddi gözləmək 54-219-235-457
    Nadan və nadanlıq 53-118-120-180-201-204-253-266-317-319-335-486
    Nemətə naşükürlük 273-315
    Nəsihət 160-161-192-282-283-295
    Keşik çəkmək 82
    Namaz 75-173-307-430-459
    Gecə namazı 328
    Yoldaşlıq 230-238-279-87
    Vacib buyruqlar 435
    Vilayət (hökumət) 214-386-496-497
    Allahın zikri 482
    Kömək 256
    Yəqinlik 314

Hədislər

    Hədis 1: Həzrət Məhəmməd (s) buyurur: "Bütün yaxşılıqlardan üstün bir yaxşılıq vardır. Lakin insan Allah yolunda öldürüldükdə, daha bundan da üstün bir yaxşılıq yoxdur.”
    * * *
    Hədis 2: Həzrət Məhəmməd (s) buyurur: "Heç bir damla Allah yolunda tökülən qan damlasından əziz deyil.”
    * * *
    Hədis 3: İmam Sadiq (ə) buyurur: "Hər kəs Allah yolunda öldürülsə, Allah-təala ona heç bir günahını göstərməz.” (Bütün günahları bağışlanar).
    * * *
    Hədis 4: İmam Sadiq (ə) buyurur: "Ailə xərcinin qorxusundan evlənməyən kəs Allaha qarşı sui-zənn etmişdir.”
    * * *
    Hədis 5: İmam Sadiq (ə) buyurur: "Hər kəs mömini yoxsulluğuna görə alçaq saysa, Allah-təala da qiyamət günü onu xalq qarşısında rüsvay edər.”
    * * *
    Hədis 6: İmam Sadiq (ə) buyurur: "Bütün peyğəmbərlər bizim (Biz Əhli-beytin) üstünlüyümüzü və haqqımızı tanıyaraq məbus olmuşdur.”
    * * *
    Hədis 7: İmam Baqir (ə) buyurur: "Üç şey insanın belini qırır:
    1. Öz əməlini böyük saymaq;
    2. Öz günahını yaddan çıxarmaq;
    3. Öz rəyindən xoşu gəlmək.”
    * * *
    Hədis 8: İmam Sadiq (ə) buyurur: "Allah-təalaya hüsn-zənn budur ki, Ondan başqa heç kəsə ümidin olmasın və günahlarından başqa heç nədən qorxmayasan.”
    * * *
    Hədis 9: İmam Həsən (ə) buyurur: "Günahın cəzasını verməkdə tələsmə, üzr üçün bir yol qoy.”
    * * *
    Hədis 10: Həzrət Məhəmməd (s) buyurur: "Əməllərinizi Allah üçün xalisliklə yerinə yetirin. Həqiqətən, Allah yalnız Onun üçün xalisliklə yerinə yetirilmiş əməlləri qəbul edir.”
    * * *
    Hədis 11: Həzrət Məhəmməd (s) buyurur: "Öz ümmətim üçün hər şeydən çox danışıqda mahir olan münafiqlərdən qorxuram.”
    * * *
    Hədis 12: Həzrət Məhəmməd (s) buyurur: "Allah-təala sevdiyi bəndəsini çətinliyə salar ki, onun ahuzarını eşitsin.”
    * * *
    Hədis 13: Həzrət Məhəmməd (s) buyurur: "Bir şəxsi işlətmək üçün əcir tutduqda, haqqını ona əvvəlcədən elan edin.”
    * * *
    Hədis 14: Həzrət Məhəmməd (s) buyurur: "Elm öyrənənin (din tələbəsinin) əcəli çatdıqda, şəhid kimi ölər.”
    * * *
    Hədis 15: Həzrət Məhəmməd (s) buyurur: "Əgər öz yaxşı işindən sevinib, pis işindən narahat olursansa, deməli möminsən.”
    * * *
    Hədis 16: Həzrət Məhəmməd (s) buyurur: "Qəzəbləndiyin zaman, sakit ol (dayan).”
    * * *
    Hədis 17: Həzrət Məhəmməd (s) buyurur: "Tanışlarınızdan biri öldüyü zaman onu rahat buraxın və haqqında pis danışmayın.”
    * * *
    Hədis 18: Həzrət Məhəmməd (s) buyurur: "Bir bəndə öldükdə camaat deyər: "Özündən sonra nə qoydu getdi?” Və mələklər deyər: "Özü ilə nə gətirdi?”
    * * *
    Hədis 19: Həzrət Məhəmməd (s) buyurur: "Ölənlərinizin yaxşılıqlarını yada salın və pisliklərinə göz yumun.”
    * * *
    Hədis 20: Həzrət Məhəmməd (s) buyurur: "İki saleh qohumundan həya etdiyin kimi Allahdan həya et.”
    * * *
    Hədis 21: Həzrət Məhəmməd (s) buyurur: "Xalqa möhtac olmayın və onlardan bir diş çöpü belə istəməyin.”
    * * *
    Hədis 22: Həzrət Məhəmməd (s) buyurur: "Xalqın ən şücaətlisi öz nəfsinə qalib gələn şəxsdir.”
    * * *
    Hədis 23: Həzrət Məhəmməd (s) buyurur: "Beşikdən qəbrədək elm axtarışında (öyrənməkdə) olun.”
    * * *
    Hədis 24: Həzrət Məhəmməd (s) buyurur: "Möminin çətinliyi hamıdan çoxdur, çünki o həm dünya, həm də axirət işləri ilə məşğul olmalıdır.”
    * * *
    Hədis 25: Həzrət Məhəmməd (s) buyurur: "Az günah etsən, ölüm sənə asan olar.”
    * * *
    Hədis 26: Həzrət Məhəmməd (s) buyurur: "Diş fırçalamaq barəsində mənə o qədər göstəriş verdilər ki, onun vacib olacağından qorxdum.”
    * * *
    Hədis 27: Həzrət Məhəmməd (s) buyurur: "Dünyada hamıdan tox olan, qiyamətdə hamıdan ac olacaq.”
    * * *
    Hədis 28: Həzrət Məhəmməd (s) buyurur: "Sədəqə var-dövləti artırar.”
    * * *
    Hədis 29: Həzrət Məhəmməd (s) buyurur: "Allah-təala ata və anaya yaxşılıq edən insanın ömrünü uzadar.”
    * * *
    Hədis 30: Həzrət Məhəmməd (s) buyurur: "Allah-təala bütün danışanların dilinə nəzarətçidir. Bəndə Allahdan qorxmalı və nə danışdığına fikir verməlidir.”
    * * *
    Hədis 31: Həzrət Məhəmməd (s) buyurur: "Allah-təala duada israr edənləri sevər.”
    * * *
    Hədis 32: Həzrət Məhəmməd (s) buyurur: "Allah-təala, bəndəsinin Ona tərəf uzadılmış əlini geri qaytarmaqdan və onu ümidsiz qoymaqdan həya edər.”
    * * *
    Hədis 33: Həzrət Məhəmməd (s) buyurur: "Allah-təala boş söz-söhbətləri sizə qadağan etdi.”
    * * *
    Hədis 34: Həzrət Məhəmməd (s) buyurur: "İsrafın bir növü də ürəyin istədiyi hər bir şeyi yeməkdir.”
    * * *
    Hədis 35: Həzrət Məhəmməd (s) buyurur: "Hər kəs Allahdan bir şey istəməsə, Allah ona qəzəblənər.”
    * * *
    Hədis 36: Həzrət Məhəmməd (s) buyurur: "Öz sübhünüzü sədəqə verməklə başlayın, çünki bəla sədəqənin üstündən keçə bilmir.”
    * * *
    Hədis 37: Həzrət Məhəmməd (s) buyurur: "Sübh tezdən ruzi və hacət dalınca gedin, çünki tezdən durmaq bərəkət və qurtuluşa səbəbdir.”
    * * *
    Hədis 38: Həzrət Məhəmməd (s) buyurur: "Varlıların yediyi, fəqirlərin isə məhrum olduğu toy xörəyi necə də pisdir.”
    * * *
    Hədis 39: Həzrət Məhəmməd (s) buyurur: "Paxıl (xəsis) o şəxsdir ki, adım çəkiləndə mənə salavat göndərmir.”
    * * *
    Hədis 40: Həzrət Məhəmməd (s) buyurur: "Çox yemək qəlbdə qəsavət (daşürəklilik) yaradır.”
    * * *
    Hədis 41: Həzrət Məhəmməd (s) buyurur: "Oruc tutarkən obaşdan yeyin, çünki obaşdanlıq bərəkətin əsasıdır.”
    * * *
    Hədis 42: Həzrət Məhəmməd (s) buyurur: "Bir-birinizə əl verin (görüşün) ki, qəlbinizdən kin xaric olsun.”
    * * *
    Hədis 43: Həzrət Məhəmməd (s) buyurur: "Günahdan tövbə odur ki, onu təkrar etməyəsiniz.”
    * * *
    Hədis 44: Həzrət Məhəmməd (s) buyurur: "Dünyanın şirinliyi axirətin acılığı və dünyanın acılığı axirətin şirinliyidir.”
    * * *
    Hədis 45: Həzrət Məhəmməd (s) buyurur: "Qadının cihadı ərinə yaxşı baxmaqdır.”
    * * *
    Hədis 46: Həzrət Məhəmməd (s) buyurur: "Evlənməyin ən yaxşısı odur ki, asan başa gəlsin.”
    * * *
    Hədis 47: Həzrət Məhəmməd (s) buyurur: "Dostlarınızın ən yaxşısı eyblərinizi sizə deyəndir.”
    * * *
    Hədis 48: Həzrət Məhəmməd (s) buyurur: "Allah rəhmət etsin o kəsə ki, öz dilini islah edər.”
    * * *
    Hədis 49: Həzrət Məhəmməd (s) buyurur: "Çox gülmək qəlbi öldürər.”
    * * *
    Hədis 50: Həzrət Məhəmməd (s) buyurur: "Əməl olunan elmdən savayı, bütün elmlər qiyamət günündə vizrü-vəbal olacaqdır.”
    * * *
    Hədis 51: Həzrət Məhəmməd (s) buyurur: "Heç bir işi sabaha saxlama ki, hər günün öz işi var.”
    * * *
    Hədis 52: Həzrət Məhəmməd (s) buyurur: "Özünüz yemədiyinizi yoxsullara yedirməyin.”
    * * *
    Hədis 53: Həzrət Məhəmməd (s) buyurur: "Cahil (nadan) bir şəxs ya ifrat edər (həddi aşar), ya da geridə qalar.”
    * * *
    Hədis 54: Həzrət Məhəmməd (s) buyurur: "Kim məsləhətləşsə peşman olmaz və kim də orta həddi gözləsə, yoxsul olmaz.”
    * * *
    Hədis 55: Həzrət Məhəmməd (s) buyurur: "Bir şəxs özü üçün istədiyini din qardaşı üçün də istəmədikcə mömin olmaz.”
    * * *
    Hədis 56: Həzrət Məhəmməd (s) buyurur: "Heç bir kəs gücü çatmayan şeyi qonağı üçün hazırlamamalıdır.”
    * * *
    Hədis 57: Həzrət Məhəmməd (s) buyurur: "Camaata verilən heç bir sədəqə onların arasında yayılan elmdən üstün deyildir.”
    * * *
    Hədis 58: Həzrət Məhəmməd (s) buyurur: "O işi ki, istəmirsən camaat səndən görsün, təklikdə də əncam vermə.”
    * * *
    Hədis 59: Həzrət Məhəmməd (s) buyurur: "Mən hara, dünya hara?! Mənim dünyadakı vəziyyətim bir ağacın kölgəsində oturan, sonra onu orada qoyaraq durub gedən müsafir kimdir.”
    * * *
    Hədis 60: Həzrət Məhəmməd (s) buyurur: "Sədəqə verməklə mal azalmaz.”
    * * *
    Hədis 61: Həzrət Məhəmməd (s) buyurur: "Hər kəs çox yeməyə adət etsə, ürəyi qəsavət bağlayar (daşlaşar).”
    * * *
    Hədis 62: Həzrət Məhəmməd (s) buyurur: "Hər kəs özünü hansı dəstəyə oxşadarsa, həmin dəstədəndir.”
    * * *
    Hədis 63: Həzrət Əli (ə) buyurur: "Sizin qiymətiniz yalnız behiştdir, özünüzü ondan ucuzuna satmayın.”
    * * *
    Hədis 64: Həzrət Məhəmməd (s) buyurur: "Elm ilə birgə olan yuxu, cəhl ilə birgə olan ibadətdən üstündür.”
    * * *
    Hədis 65: Həzrət Məhəmməd (s) buyurur: "Allah-təala övladlarınız arasında, hətta onları öpərkən belə ədalətə riayət etməyinizi sevir.”
    * * *
    Hədis 66: Həzrət Məhəmməd (s) buyurur: "Allah-təala yalnız rəhimli bəndələrinə rəhm edər.”
    * * *
    Hədis 67: Həzrət Məhəmməd (s) buyurur: "Qadının bərəkətli olmasının əlaməti budur ki, elçiliyi asan, mehriyyəsi isə yüngül olsun.”
    * * *
    Hədis 68: Həzrət Məhəmməd (s) buyurur: "Bu dünyada sizin üçün bir müsafirin azuqəsi qədər olan mal kifayətdir.”
    * * *
    Hədis 69: Həzrət Məhəmməd (s) buyurur: "Allah-təala behişti nə dediyinə və onun haqqında nə deyildiyinə əhəmiyyət verməyən pis danışıqlı adamlara haram etmişdir.”
    * * *
    Hədis 70: Həzrət Məhəmməd (s) buyurur: "Sizin ən yaxşınız dünyaya daha rəğbətsiz, axirətə isə daha rəğbətli olanınızdır.”
    * * *
    Hədis 71: Həzrət Məhəmməd (s) buyurur: "Qardaşın (öz din) qardaşına olan gizli duası rədd ediləsi deyil.”
    * * *
    Hədis 72: Həzrət Məhəmməd (s) buyurur: "Dünya möminin zindanı, kafirinsə behiştidir.”
    * * *
    Hədis 73: Həzrət Məhəmməd (s) buyurur: "Allah o kəsə rəhmət etsin ki, sözlərindən artığını saxlayar, malının artığını isə sədəqə verər (paylayar).”
    * * *
    Hədis 74: Həzrət Məhəmməd (s) buyurur: "Alimin iki rəkət namazı, alim olmayan adamın yetmiş rəkət namazından üstündür.”
    * * *
    Hədis 75: Həzrət Məhəmməd (s) buyurur: "Allaha diqqətlə qılınan iki rəkət namaz, Allahdan qəflətdə qılınan min rəkət namazdan üstündür.”
    * * *
    Hədis 76: Həzrət Əli (ə) buyurur: "Kim özünü hesaba çəksə, səadətə yetişər.”
    * * *
    Hədis 77: Həzrət Məhəmməd (s) buyurur: "Elmin fəziləti ibadətin fəzilətindən çoxdur.”
    * * *
    Hədis 78: Həzrət Məhəmməd (s) buyurur: "Elmlə olan az əməl faydalı, cəhalətlə olan çox əməl isə faydasızdır.”
    * * *
    Hədis 79: Həzrət Məhəmməd (s) buyurur: "Əgər mənim bildiklərimi bilsəydiniz, az gülüb çox ağlayardınız.”
    * * *
    Hədis 80: Həzrət Məhəmməd (s) buyurur: "Bəndə öz dilini saxlamayınca, imanın həqiqətinə çatmaz.”
    * * *
    Hədis 81: Həzrət Məhəmməd (s) buyurur: "İnsanı üzünə tərif etmək, onu qətlə yetirmək kimidir.”
    * * *
    Hədis 82: Həzrət Məhəmməd (s) buyurur: "Allah yolunda bir gecə keşik çəkmək, min gecə namaz qılıb, gündüzləri də oruc tutmaqdan üstündür.”
    * * *
    Hədis 83: Həzrət Məhəmməd (s) buyurur: "İslamın zirvəsi Allah yolunda cihaddır ki, yalnız ən üstün müsəlmanlar bu zirvəyə yetişərlər.”
    * * *
    Hədis 84: Həzrət Məhəmməd (s) buyurur: "Günahdan tövbə edən şəxs günah etməmiş kimidir.”
    * * *
    Hədis 85: Həzrət Məhəmməd (s) buyurur: "Günahdan tövbə etdiyi halda, onu təkrarlayan şəxs Allahı məsxərə etmiş kimidir.”
    * * *
    Hədis 86: Həzrət Məhəmməd (s) buyurur: "Dünya sevgisi bütün xataların başlanğıcıdır.”

    * * *
    Hədis 87: Həzrət Məhəmməd (s) buyurur: "Dünyan üçün elə çalış ki, sanki həmişə yaşayacaqsan. Axirətin üçün isə elə çalış ki, sanki sabah öləcəksən.”
    * * *
    Hədis 88: Həzrət Məhəmməd (s) buyurur: "Adəm övladının xatalarının çoxu dilindədir.”
    * * *
    Hədis 89: Həzrət Məhəmməd (s) buyurur: "Mömini şad edən məni şad etmiş, məni şad edən isə Allahı şad etmişdir.”
    * * *
    Hədis 90: Həzrət Məhəmməd (s) buyurur: "Müsəlmana hiylə quran bizdən deyildir.”
    * * *
    Hədis 91: Həzrət Məhəmməd (s) buyurur: "Qonşusu ac ikən özü tox yatan kəs mənə iman gətirməmişdir.”
    * * *
    Hədis 92: Həzrət Məhəmməd (s) buyurur: "Qiyamət günü möminin əməl tərəzisinə xoş xasiyyətdən də üstün olan bir şey qoyulmayacaqdır.”
    * * *
    Hədis 93: Həzrət Məhəmməd (s) buyurur: "Həqiqətən, xoşxasiyyətli şəxs üçün oruc tutub gecəni oyaq qalan adamın savabı vardır.”
    * * *
    Hədis 94: Həzrət Məhəmməd (s) buyurur: "Hər kəs sübh edə, lakin müsəlmanların işinə yarımaya, müsəlman deyildir.”
    * * *
    Hədis 95: Həzrət Məhəmməd (s) buyurur: "Sizlərdən hər biriniz öz (din) qardaşına özünə etdiyi kimi xeyirxahlıq etməlidir.”
    * * *
    Hədis 96: Həzrət Əli (ə) buyurur: "Qeybətə qulaq asan elə qeybət edən kimidir.”
    * * *
    Hədis 97: Həzrət Əli (ə) buyurur: "Zarafatda həddi gözləməyən şəxs əbləhdir.”
    * * *
    Hədis 98: Həzrət Əli (ə) buyurur: "Öz şəhvətini öldürən (cilovlayan) şəxs ağıllı insandır.”
    * * *
    Hədis 99: Həzrət Əli (ə) buyurur: "Məsləhət edən şəxs xatadan amanda qalar.”
    * * *
    Hədis 100: Həzrət Əli (ə) buyurur: "Allah yolunda döyüşənlər üçün göyün qapıları açılar.”
    * * *
    Hədis 101: Həzrət Əli (ə) buyurur: "Tövbə etmək qəlbləri paklayır, günahları yuyur.”
    * * *
     Hədis 102: Həzrət Əli (ə) buyurur: "Mömin onunla insafsız rəftar edənlə insafla davranar.”
     * * *
     Hədis 103: Həzrət Əli (ə) buyurur: "Bilərəkdən günah edən şəxs bağışlanmağa layiq deyildir.”
     * * *
     Hədis 104: Həzrət Əli (ə) buyurur: "Zülm və fəsad yolundan çəkinib itaət yolunu tutun ki, axirətdə xoşbəxt olasınız.”
     * * *
     Hədis 105: Həzrət Əli (ə) buyurur: "Allahdan həya etmək bir çox günahları aradan aparır.”
     * * *
     Hədis 106: Həzrət Əli (ə) buyurur: "Elimsiz əməl etmək zəlalətdir (yoldan azmaqdır).”
     * * *
     Hədis 107: Həzrət Əli (ə) buyurur: "Bəndələrin dünyadakı əməlləri, axirətdə gözlərinin qabağında olacaqdır.”
     * * *
     Hədis 108: Həzrət Əli (ə) buyurur: "Təqvalıların nəfsi qane, şəhvətləri ölü, çöhrələri açıq, qəlbləri isə qəmgindir. ”
     * * *
     Hədis 109: Həzrət Əli (ə) buyurur: "Dünya bulud kölgəsi və şirin yuxu kimidir.”
     * * *
     Hədis 110: Həzrət Əli (ə) buyurur: "Ağıllı şəxs odur ki, öz nəfsi üzərində qələbə çalsın və axirətini dünyasına dəyişməsin.”
     * * *
     Hədis 111: Həzrət Əli (ə) buyurur: "Kimə bu dörd şey verilsə, ona dünya və axirət xeyri verilmişdir: danışıqda düzlük, əmanəti qaytarmaq, qarnı (haramlardan) gözləmək, xoş xasiyyət.”
     * * *
     Hədis 112: Həzrət Əli (ə) buyurur: "Qəzəbdən çəkin ki, onun başlanğıcı dəlilik, sonu isə peşmançılıqdır.”
     * * *
     Hədis 113: Həzrət Əli (ə) buyurur: "Ağıllı şəxs odur ki, dilini saxlasın.”
     * * *
     Hədis 114: Həzrət Əli (ə) buyurur: "Yalan dünyada rüsvayçılıq, axirətdə isə əzabdır.”
     * * *
     Hədis 115: Həzrət Əli (ə) buyurur: "Allaha itaətə səbr etmək, Onun əzabına səbr etməkdən asandır.”
     * * *
     Hədis 116: Həzrət Əli (ə) buyurur: "Mömin o adamdır ki, sevgisi Allaha görə, nifrəti Allaha görə, alış-verişi də Allaha görədir.”
     * * *
     Hədis 117: Həzrət Əli (ə) buyurur: "Alim cahili tanıyır, çünki özü də əvvəl cahil olmuşdur.”
     * * *
     Hədis 118: Həzrət Əli (ə) buyurur: "Nadan alimi tanımır, çünki özü əvvəl alim olmamışdır.”
     * * *
     Hədis 119: Həzrət Əli (ə) buyurur: "Yaxşı işlər istisna olmaqla, bütün işlərdə ifrat etmək pisdir.”
     * * *
     Hədis 120: Həzrət Əli (ə) buyurur: "İnsan üçün nadanlığın ziyanı, cüzamın onun bədəninə vurduğu ziyandan daha çoxdur.”
     * * *
     Hədis 121: Həzrət Əli (ə) buyurur: "O adam mənfəət tapar ki, dünyasını axirətinə sata və əvəzində axirəti ala.”
     * * *
     Hədis 122: Həzrət Əli (ə) buyurur: "Həqiqətən, riyakarlığın ən aşağı mərtəbəsi belə, Allaha qarşı şirkdir.”
     * * *
     Hədis 123: Həzrət Əli (ə) buyurur: "Heç kim öz Rəbbindən savayı başqasına ümidvar olmamalı və yalnız öz günahlarından qorxmalıdır.”
     * * *
     Hədis 124: Həzrət Əli (ə) buyurur: "Bir kəs ki, özünü töhmət hüzurunda qərar verir, ona bədgüman olanları qınamamalıdır.”
     * * *
     Hədis 125: İmam Sadiq (ə) buyurur: "İmanlı bir şəxs heç vaxt öz şəhvətinə məğlub olmaz və qarnı onun rüsvayçılığına səbəb olmaz.”
     * * *
     Hədis 126: Həzrət Əli (ə) buyurur: "Susub həqiqəti gizləməkdə heç bir xeyir yoxdur (pisdir). Necə ki, nadanlıq üzündən danışmaq yaxşı deyildir.”
     * * *
     Hədis 127: Həzrət Əli (ə) buyurur: "Kişi öz dilinin altında gizlənmişdir.
     * * *
     Hədis 128: Həzrət Əli (ə) buyurur: "Fürsəti əldən vermək qəm-qüssədir.”
     * * *
     Hədis 129: Həzrət Əli (ə) buyurur: "Ağıl kamillik mərtəbəsinə çatanda, danışıq qısalar.”
     * * *
     Hədis 130: Həzrət Əli (ə) buyurur: "Atanın övlada ədəb və tərbiyədən daha üstün hədiyyəsi ola bilməz.”
     * * *
     Hədis 131: Həzrət Məhəmməd (s) Əliyə (ə) buyuruğu: "Övladını pis tərbiyə edərək onların üzə qayıtmasına səbəb olan ata-anaya Allah lənət etsin.”
     * * *
     Hədis 132: İmam Əliyyən Nəqi (ə) buyurur: "Özünü bəyənmək insanı elm öyrənməkdən saxlayar.”
     * * *
     Hədis 133: Həzrət Əli (ə) buyurur: "Heç bir kəs əqlinin bir hissəsini vermədən zarafat etmədi.”
     * * *
     Hədis 134: Həzrət Əli (ə) buyurur: "Dini hökmləri bilmədən ticarətlə məşğul olan şəxs sələmə düçar olar.”
     * * *
     Hədis 135: Həzrət Əli (ə) buyurur: "Hər bir insanın rəyinin dəyəri onun təcrübəsi qədərincədir.”
     * * *
     Hədis 136: Həzrət Əli (ə) buyurur: "Ləzzətlərin gedəcəyi və günahların qalacağı yadınızda olsun.”
     * * *
     Hədis 137: Həzrət Məhəmməd (s) buyurur: "Allahın razılığı ata-ananın razılığında, qəzəbi isə onların qəzəbindədir.”
     * * *
     Hədis 138: Həzrət Əli (ə) buyurur: "Günah etməmək tövbə etməkdən daha asandır.”
     * * *
     Hədis 139: Həzrət Əli (ə) buyurur: "Allaha itaətsizlik edənlərə itaət etmək rəva deyildir.”
     * * *
     Hədis 140: Həzrət Əli (ə) buyurur: "Yoxsulluq çox böyük ölümdür.”
     * * *
     Hədis 141: Həzrət Məhəmməd (s) buyurur: "Peyğəmbərlik məqamına daha yaxın olanlar alimlər və (haqq yolda) cihad edənlərdir.”
     * * *
     Hədis 142: Həzrət Əli (ə) buyurur: "Səni kədərləndirən pis bir işin səni məğrur edən xeyir işindən Allah yanında daha yaxşıdır.”
     * * *
     Hədis 143: Həzrət Məhəmməd (s) buyurur: "Bir qəbilənin ölümü alimin ölümündən daha asan və dözüləsidir.”
     * * *
     Hədis 144: Həzrət Məhəmməd (s) buyurur: "Hər hansı bir məclisdə oturub elmini artırmayan kəs, Allahdan uzaqlığını artırmışdır.”
     * * *
     Hədis 145: İmam Riza (ə) buyurur: "İbadət çoxlu oruc və namaz yox, yaradılış haqqında (Allahın yaratdıqlarında) düşünməkdir.”
     * * *
     Hədis 146: İmam Riza (ə) buyurur: "Sükut hikmət qapılarından olan bir qapıdır.”
     * * *
     Hədis 147: İmam Riza (ə) buyurur: "Qohumluq əlaqəsini bir içim su ilə də olsa, möhkəmləndir.
     * * *
     Hədis 148: İmam Riza (ə) buyurur: "Bir-birinizin görüşünə gedin ki, dostluğunuz möhkəmlənsin.”
     * * *
     Hədis 149: İmam Riza (ə) buyurur: "Peyğəmbər ailəsinə dostluq ümidi ilə saleh əməli və ibadətdə səy göstərmənizi tərk etməyin.”
     * * *
     Hədis 150: İmam Riza (ə) buyurur: "Günahları və möminə əziyyət verməyi tərk etməkdən daha faydalı təqva yoxdur.”
     * * *
     Hədis 151: İmam Sadiq (ə) buyurur: ”Allah-təala qafil qəlblə edilən duanı qəbul buyurmaz, ona görə də agah qəlblə dua et və duanın qəbul olacağına əmin ol.”
     * * *
     Hədis 152: İmam Məhəmməd Təqi (ə) buyurur: "Şükrü yerinə yetirilməyən bir nemət bağışlanmayan günah kimidir.”
     * * *
     Hədis 153: İmam Məhəmməd Təqi (ə) buyurur: "Allahın təqib etdiyi bir kəs necə qaça bilər?!”
     * * *
     Hədis 154: İmam Məhəmməd Təqi (ə) buyurur: "Bir çox insanların nifrətini qazanmadan Allah məhəbbətini ələ gətirmək qeyri-mümkündür.”
     * * *
     Hədis 155: İmam Məhəmməd Təqi (ə) buyurur: "Allahdan qeyrisinə ümidvar olanı Allah elə onun ümidinə buraxar.”
     * * *
     Hədis 156: İmam Əliyyən Nəqi (ə) buyurur: "Öz dəyərini anlamayan adamın şərindən qorun.”
     * * *
     Hədis 157: İmam Əliyyən Nəqi (ə) buyurur: "Dünya bir bazardır. Bu bazarda kimi qazanır, kimi isə zərərə düşür.”
     * * *
     Hədis 158: İmam Əliyyən Nəqi (ə) buyurur: "Bəla səbirli şəxs üçün bir, səbirsiz şəxs üçün isə ikidir.”
     * * *
     Hədis 159: İmam Əliyyən Nəqi (ə) buyurur: "Allah-təala, Onu qəzəbləndirəni xalqın qəzəbinə düçar edər.”
     * * *
     Hədis 160: İmam Həsən Əskəri (ə) buyurur: "Dostunu xəlvətdə nəsihət edən şəxs onu zinətləndirmişdir.”
     * * *
     Hədis 161: İmam Həsən Əskəri (ə) buyurur: "Dostunu aşkar surətdə nəsihət edən kəs onu xəcil (xəcalətli) etmişdir.”
     * * *
     Hədis 162: İmam Həsən Əskəri (ə) buyurur: "Dostlarının ən yaxşısı o kəsdir ki, sənin günahlarını unudub, yaxşılıqlarını yadda saxlasın.”
     * * *
     Hədis 163: İmam Həsən Əskəri (ə) buyurur: "Şöhrət və rəyasət istəməkdən çəkin. Çünki bu ikisi insanı məhvə sürükləyir.”
     * * *
     Hədis 164: İmam Həsən Əskəri (ə) buyurur: "Müsibət görmüş adamın yanında şadlanmaq ədəbdən deyildir.”
     * * *
     Hədis 165: İmam Həsən Əskəri (ə) buyurur: "Ehtiyatın bir həddi vardır ki, onu aşdıqda qorxaqlığa çevrilər.”
     * * *
     Hədis 166: Həzrət Əli (ə) buyurur: "Kömək və yardım (Ruzi barəsində) ehtiyac olan qədər (Allah tərəfindən) çatasıdır.”
     * * *
     Hədis 167: İmam Həsən Əskəri (ə) buyurur: "Mömini zillətə salan bir şeyə onun meyl göstərməsi necə də pisdir.”
     * * *
     Hədis 168: İmam Həsən (ə) buyurur: "Siz qısa müddət ərzində və saylı günlərdə yaşayırsınız, ölüm isə qəfildən gəlir .”
     * * *
     Hədis 169: Həzrət Məhəmməd (s) buyurur: "Elm öyrətdiyiniz və ya elm öyrəndiyiniz şəxslə yumşaq davranın.”
     * * * Hədis 170: Həzrət Məhəmməd (s) buyurur: "Ölümümdən sonra ümmətim üçün ən çox qorxduğum şəxs Quranı yanlış təfsir və təvil edən şəxsdir.”
     * * *
     Hədis 171: Həzrət Məhəmməd (s) buyurur: "Allah-təala Öz bəndəsinin tövbəsini canı çıxana qədər qəbul edir.”
     * * *
     Hədis 172: Həzrət Məhəmməd (s) buyurur: "Bir şəxsin qaib bir şəxs barəsində etdiyi dua daha tez qəbul olar.”
     * * *
     Hədis 173: Həzrət Məhəmməd (s) buyurur: "Qiyamətdə barəsində sorğu-sual olanan ilk şey namazdır.”
     * * *
     Hədis 174: Həzrət Məhəmməd (s) buyurur: "Təəccüb edirəm o kəsə ki, ölüm onun sorağında ikən, o, dünya istəyindədir.”
     * * *
     Hədis 175: Həzrət Məhəmməd (s) buyurur: "Elm axtarışında olan şəxsin ruzisini Allah yetirər.”
     * * *
     Hədis 176: Həzrət Məhəmməd (s) buyurur: "Mənim ümmətimə qarşı mehriban olanla Allah da mehriban olar.”
     * * *
     Hədis 177: Həzrət Məhəmməd (s) buyurur: "Müsəlmanların qeybətini etməyin və onların eyiblərini araşdırmayın (axtarmayın).”
     * * *
     Hədis 178: Həzrət Əli (ə) buyurur: "Xoş o kəsin halına ki, Allaha ibadət etmək müvəffəqiyyətinə nail olub, günah və xatasına isə ağlayır.”
     * * *
     Hədis 179: Həzrət Əli (ə) buyurur: "Xoş o kəsin halına ki, arzuları qısadır və ömrünü qənimət sayır.”
     * * *
     Hədis 180: Həzrət Əli (ə) buyurur: "Əməl etmədən behişt istəmək axmaqlıqdır.”
     * * *
     Hədis 181: Həzrət Əli (ə) buyurur: "Dil yarası (tənə vurmaq) nizə yarasından daha yandırıcıdır.”
     * * *
     Hədis 182: Həzrət Əli (ə) buyurur: "Başqalarının ölümünü gördüyü halda öz ölümünü unudan kəsə təəccüb edirəm.”
     * * *
     Hədis 183: Həzrət Əli (ə) buyurur: "Hər gün canının və ömrünün əskildiyini görə-görə ölüm üçün bir iş görməyən kəsə təəccüb edirəm .”
     * * *
     Hədis 184: Həzrət Əli (ə) buyurur: "Təəccüb edirəm o kəsə ki, ölüm yatağından qorxur, lakin günahdan uzaqlaşmır.”
     * * *
     Hədis 185: Həzrət Əli (ə) buyurur: "Dünyada gedəcəyini bildiyi halda axirəti üçün azuqə hazırlamayan kəsə təəccüb edirəm.”
     * * *
     Hədis 186: Həzrət Əli (ə) buyurur: "O kəsə təəccüb edirəm ki, danışdığı sözlərin nə dünyada ona bir xeyri var, nə də axirəti üçün savab yazılır.”
     * * *
     Hədis 187: Həzrət Əli (ə) buyurur: "O kəsə təəccüb edirəm ki, özündən yuxarıdakının mərhəmətinə ümidvar olduğu halda, ondan asılı olanları ümidsiz qaytarır.”
     * * *
     Hədis 188: Həzrət Məhəmməd (s) buyurur: "Xalq bir şəxsin dilindən qorxarsa, o şəxs cəhənnəm əhlidir.”
     * * *
     Hədis 189: Həzrət Məhəmməd (s) buyurur: "Fürsətləri əldən vermək qəm-qüssə gətirər.”
     * * *
     Hədis 190: İmam Kazim (ə) buyurur: "Mömin tərəzinin iki gözü kimidir − imanı artdıqca, bəlası da artar.”
     * * *
     Hədis 191: İmam Kazim (ə) buyurur: "Öz (din) qardaşını aldadan şəxs məlundur.”
     * * *
     Hədis 192: İmam Kazim (ə) buyurur: "Öz (din) qardaşına nəsihət verməyən (onun yaxşılığını istəməyən) şəxs məlundur.”
     * * *
     Hədis 193: İmam Kazim (ə) buyurur: "Öz (din) qardaşının qeybətini edən şəxs məlundur.”
     * * *
     Hədis 194: İmam Kazim (ə) buyurur: "Allahdan qorx, haqqı söylə − sənin məhvin onda olsa da belə.”
     * * *
     Hədis 195: İmam Kazim (ə) buyurur: "Allahın göndərdiyi bütün peyğəmbərlər səxavətli olmuşlar.”
     * * *
     Hədis 196: İmam Kazim (ə) buyurur: "Uzun yaşayacağınızı özünüzə təlqin etməyin. Çünki bu adamı həris edər (tamahlandırar).”
     * * *
     Hədis 197: İmam Kazim (ə) buyurur: "Nəfsinlə cihad et ki, onu faydasız həvəslərdən qoruyasan.”
     * * *
     Hədis 198: Həzrət Əli (ə) buyurur: "Xalqla xoş keçinmək ağıl nişanəsidir.”
     * * *
     Hədis 199: Həzrət Əli (ə) buyurur: "Ağılın ən yüksək dərəcəsi cəhli (bilməməzliyi) etiraf etməkdir.”
     * * *
     Hədis 200: Həzrət Əli (ə) buyurur: "Aqilin ehtiyacsızlığı onun elminə görədir.”
     * * *
     Hədis 201: Həzrət Əli (ə) buyurur: "Cahilin ehtiyacsızlığı malına görədir.”
     * * *
     Hədis 202: Həzrət Əli (ə) buyurur: "İntizarı çəkiləsi ən layiqli (səlahiyyətli) şey gizli ölümdür ki, hər şeydən tez gəlib yetişir.”
     * * *
     Hədis 203: Həzrət Əli (ə) buyurur: "Dost çətinlik zamanı tanınar.”
     * * *
     Hədis 204: Həzrət Əli (ə) buyurur: "Gözün kor olması bəsirətin kor olmasından daha yüngüldür.”
     * * *
     Hədis 205: Həzrət Əli (ə) buyurur: "Bircə saatlıq qısa düşünmək uzun-uzadı ibadətdən üstündür.”
     * * *
     Hədis 206: Həzrət Əli (ə) buyurur: "O şəxs nicat tapar ki, faydasız həvəslərinə qalib gəlmiş, nəfsinin istəklərinə hakim olmuşdur.”
     * * *
     Hədis 207: Həzrət Əli (ə) buyurur: "Büdrəməmək üçün əvvəlcə düşün, sonra danış.”
     * * *
     Hədis 208: Həzrət Əli (ə) buyurur: "Az tapılır ki, insan qarınqulu olduğu halda, xəstələnməsin.”
     * * *
     Hədis 209: Həzrət Əli (ə) buyurur: "Hər kəsin dəyəri onun biliyi qədərindədir.”
     * * *
     Hədis 210: Həzrət Əli (ə) buyurur: "Az yemək bədəni bir çox xəstəliklərdən qoruyur.”
     * * *
     Hədis 211: Həzrət Əli (ə) buyurur: "Əməl edilən az elm, əməl edilməyən çox elmdən üstündür.”
     * * *
     Hədis 212: Həzrət Əli (ə) buyurur: "Axmağın qəlbi dilinin, aqilin dili isə qəlbinin arxasındadır (yəni, aqil əvvəlcə düşünər sonra danışar).”
     * * *
     Hədis 213: İmam Sadiq (ə) buyurur: "Böyüklərimizə ehtiram göstərməyən, kiçiklərimizə isə rəhm etməyən kəs bizdən deyildir.”
     * * *
     Hədis 214: İmam Sadiq (ə) buyurur: "Bizim vilayətimiz (hakimiyyətimiz) Allahın hakimiyyətidir. Heç bir peyğəmbər bu vilayətsiz məb’us edilməmişdir.”
     * * *
     Hədis 215: İmam Sadiq (ə) buyurur: "Başqasının sirri üzərindən pərdəni götürənin öz evinin sirləri aşkar olar.”
     * * *
     Hədis 216: İmam Sadiq (ə) buyurur: "Qardaşına quyu qazan özü düşər.”
     * * *
     Hədis 217: İmam Sadiq (ə) buyurur: "Qadınlarınızın pak qalması üçün gözünüzü xalqın namusundan çəkin.”
     * * *
     Hədis 218: İmam Sadiq (ə) buyurur: "Mömin başqaları ilə keçinir və əsla kimsə ilə didişmir.”
     * * *
     Hədis 219: İmam Sadiq (ə) buyurur: "Dolanışıqda orta həddi gözləyən şəxs heç vaxt fəqir olmaz.”
     * * *
     Hədis 220: Həzrət Əli (ə) buyurur: "Çox vaxt bir saatlıq şəhvət ləzzətindən uzun qəm-qüssə yaranır.”
     * * *
     Hədis 221: İmam Sadiq (ə) buyurur: "İnsanın daxili islah olarsa, zahiri rəftarı möhkəmlənər.”
     * * *
     Hədis 222: İmam Sadiq (ə) buyurur: "Tənbəllik və hövsələsizlikdən uzaq ol. Çünki bu iki hal bütün pisliklərin başlanğıcıdır.”
     * * *
     Hədis 223: İmam Baqir (ə) buyurur: "Allah-təala - pis danışan, lənət deyən və tənə vuranları sevmir.”
     * * *
     Hədis 224: İmam Baqir (ə) buyurur: "Bizim şiəmiz olan şəxs təqvalıdır, Allaha itaət edən və xalqın haqqında yalnız yaxşı sözlər danışanıdır.”
     * * *
     Hədis 225: İmam Baqir (ə) buyurur: "Sənə zülm etmişlərsə də, sən zülm etmə.”
     * * *
     Hədis 226: İmam Baqir (ə) buyurur: "Səni yalan danışmaqda ittiham edərlərsə, qəzəblənmə.”
     * * *
     Hədis 227: İmam Baqir (ə) buyurur: "Səni tərif etsələr, sevinmə.”
     * * *
     Hədis 228: İmam Baqir (ə) buyurur: "Hikməti, hətta ona əməl etməyəndən də olsa, öyrənin.”
     * * *
     Hədis 229: İmam Baqir (ə) buyurur: "Əlinə fürsət düşəndə səhlənkarlıq etmə.”
     * * *
     Hədis 230:
"Saleh insanların məclisi insanı islaha vadar edər.”
     * * *
     Hədis 231: İmam Səccad (ə) buyurur: "Yaradılış məqsədiniz barədə düşünün və ona əməl edin. Çünki Allah sizi əbəs yerə yaratmamışdır.”
     * * *
     Hədis 232: İmam Səccad (ə) buyurur: "Cəhənnəm odundan qorxan şəxs günahlarından tövbə edər.”
     * * *
     Hədis 233: İmam Səccad (ə) buyurur: "Allahın ən xoşu gələn şey budur ki, insan Onu tanıdıqdan sonra qarnını və cinsiyyət üzvlərini haramlardan qorusun.”
     * * *
     Hədis 234: İmam Səccad (ə) buyurur: "Əgər bir şəxs səni söydükdən sonra üzr istəyərsə, onu bağışla.”
     * * *
     Hədis 235: Həzrət Əli (ə) buyurur: "Hər kim orta həddi gözləsə, həlak olmaz.”
     * * *
     Hədis 236: İmam Səccad (ə) buyurur: "Pis işi tərk etməkdən çəkinmə; bu pis əmələ məşhur olsan da belə.”
     * * *
     Hədis 237: İmam Həsən (ə) buyurur: "Düşüncə sahibi olub-olmamaq qəzəblənən vaxt bilinər.”
     * * *
     Hədis 238: İmam Hüseyn (ə) buyurur: "Fisq-fücur əhli ilə (günahkarlarla) yoldaşlıq etmək insana qarşı sui-zənn yaradır.”
     * * *
     Hədis 239: İmam Hüseyn (ə) buyurur: "Bə’zi insanlar dünyanın bəndəsidirlər və dindarlıqları yalnız dildədir. Maddi həyatlarına uyğun gələnədək dinlə yoldaşlıq edirlər. İmtahana çəkildikdə isə dindarlar az olur.”
     * * *
     Hədis 240: İmam Hüseyn (ə) buyurur: "Mən ölümü eynilə xoşbəxtlik, zalımlarla yaşamağı isə ağrılı bir əzab sanıram.”
     * * *
     Hədis 241: İmam Hüseyn (ə) buyurur: "Xalqın ən səxavətlisi o kəsdir ki, heç bir hədiyyə ummadığı şəxslərə (bir şey) əta etsinlər.”
     * * *
     Hədis 242: İmam Hüseyn (ə) buyurur: "Üzr istəməli olacağın işdən uzaq ol. Çünki mömin nə pis iş görər, nə də üzr istəyər.”
     * * *
     Hədis 243: İmam Hüseyn (ə) buyurur: "Başqalarının günahından qorxan, lakin öz günahının cəzasını yaddan çıxaranlardan olma.”
     * * *
     Hədis 244: İmam Hüseyn (ə) buyurur: "Salam verməyin yetmiş savabı var. Onun altmış doqquzu salam verənin, biri isə salamı alanındır.”
     * * *
     Hədis 245: İmam Əli (ə) buyurur: "Nə çoxdur dilin üzündən həlak olanlar!”
     * * *
     Hədis 246: İmam Əli (ə) buyurur: "Çox çətinliklər mülayimliklə asanlaşır.”
     * * *
     Hədis 247: İmam Əli (ə) buyurur: "Çoxları axirət üçün olan əməli o qədər təxirə salır ki, axırı ölüm onun yaxasından yapışır.”
     * * *
     Hədis 248: İmam Əli (ə) buyurur: "Çoxlarının orucu susuz qalmaqdan başqa bir şey deyildir.”
     * * *
     Hədis 249: Həzrət Əli (ə) buyurur: "Çoxlarının namazı, əziyyət və yorğunluqdan başqa bir şey deyildir.”
     * * *
     Hədis 250: Həzrət Əli (ə) buyurur: "Əcəli çatdığı halda, mal toplamaqda olan bədbəxt nə çoxdur.”
     * * *
     Hədis 251: Həzrət Əli (ə) buyurur: "Özünü islah etməyən şəxs başqasını necə islah edə bilər?!”
     * * *
     Hədis 252: Həzrət Əli (ə) buyurur: "Qəlbini dünya məhəbbəti tutan kəs Allah sevgisini necə iddia edə bilər?!”
     * * *
     Hədis 253: Həzrət Əli (ə) buyurur: "Nadanlığın sübutu üçün insanın özündən razı olmağı yetər.”
     * * *
     Hədis 254: Həzrət Əli (ə) buyurur: "Hədsiz zarafat abır-həyanı aradan aparır və düşmənçiliyə səbəb olur.”
     * * *
     Hədis 255: Həzrət Əli (ə) buyurur: "Hədsiz zarafat axmaqlıq nişanəsidir.”
     * * *
     Hədis 256: Həzrət Əli (ə) buyurur: "Kömək etdiyin kimi kömək görərsən.”
     * * *
     Hədis 257: Həzrət Əli (ə) buyurur: "Axirəti üçün sədəqə verməyənlərə dünyanın heç bir faydası yoxdur.”
     * * *
     Hədis 258: Həzrət Əli (ə) buyurur: "Çox gülənin qəlbi ölər.”
     * * *
     Hədis 259: Həzrət Əli (ə) buyurur: "Başqalarının eyblərindən danışan kəs əvvəlcə öz eyblərindən başlamalıdır.”
     * * *
     Hədis 260: Həzrət Məhəmməd (s) buyurur: "Özün üçün bəyənmədiyini başqaları üçün bəyənmə. Özün üçün istədiyini qardaşın üçün də istə.”
     * * *
     Hədis 261: Həzrət Məhəmməd (s) buyurur: "Fikirləşmək kimi ibadət, məsləhətləşmək kimi etibarlı kömək yoxdur.”
     * * *
     Hədis 262: Həzrət Məhəmməd (s) buyurur: "Çox gülməkdən çəkin, çünki çox gülmək qəlbi öldürər.”
     * * *
     Hədis 263: Həzrət Məhəmməd (s) buyurur: "O şəxs bağışlanmağa daha layiqdir ki, intiqam almağa qüdrəti daha çoxdur.”
     * * *
     Hədis 264: Həzrət Məhəmməd (s) buyurur: "Xalqın ən dəyərlisi faydasız işdən uzaqlaşan kəsdir.”
     * * *
     Hədis 265: Həzrət Məhəmməd (s) buyurur: "Xoş o kəsin halına ki, öz eyblərinə məşğul olduğuna görə, möminlərdə eyb axtarmaqdan uzaqdır.”
     * * *
     Hədis 266: Həzrət Məhəmməd (s) buyurur: "Bilmədən bir iş görən şəxsin xarab etdiyi düzəltdiyindən çox olar.”
     * * *
     Hədis 267: Həzrət Məhəmməd (s) buyurur: "Hər kəs başqasının pis işini başqalarına bildirsə, özü o işi görmüş kimidir.”
     * * *
     Hədis 268: Həzrət Məhəmməd (s) buyurur: "İsrafçılıq yaxşı deyildir, amma yaxşı işdə israf yoxdur.”
     * * *
     Hədis 269: Həzrət Məhəmməd (s) buyurur: "Fürsətlər bulud kimi ötüşür.”
     * * *
     Hədis 270: Həzrət Məhəmməd (s) buyurur: "Xalqın malında gözü olan şəxs həmişə qəmgin olar.”
     * * *
     Hədis 271: Həzrət Məhəmməd (s) buyurur: "Xoş o kəsin halına ki, Allah qorxusu onu xalqın qorxusundan uzaqlaşdırmışdır.”
     * * *
     Hədis 272: Həzrət Əli (ə) buyurur: "Heç bir iş sənin başını qatıb axirət işindən uzaqlaşdırmamalıdır. Çünki ömür olduqca qısadır.”
     * * *
     Hədis 273: Həzrət Məhəmməd (s) buyurur: "Əzabı və əvəzi daha tez çatan günah nemətə qarşı naşükürlükdür.”
     * * *
     Hədis 274: Həzrət Məhəmməd (s) buyurur: "Özünü fəqirliyə vuran fəqir olar.”
     * * *
     Hədis 275: İmam Həsən (ə) buyurur: "Yaxşılıq odur ki, əvvəldə hey bu gün-sabaha salınmasın və sonradan da minnət qoyulmasın.”
     * * *
     Hədis 276: İmam Həsən (ə) buyurur: "Zarafat insanın zəhmini azaldar və az danışan şəxs öz zəhmini artırar.”
     * * *
     Hədis 277: İmam Həsən (ə) buyurur: "Düşünün, çünki düşüncə bəsirətli qəlb üçün həyat səbəbidir.”

     * * *
     Hədis 278: İmam Əli (ə) buyurur: "Tövbə və bağışlanma yolu olduğu halda ümidsizliyə qapılan şəxsə təəccüb edirəm.”
<< 1 / 2 >>
Bölmə: Dini biliklər | Əlavə edildi: azerhero (28.12.2013) | Müəllif: R.C E W
Baxış: 1223 | Reytinq: 4.5/2
Bütün rəylər: 0
avatar

Kitablar — zamanın dalğaları ilə səyahət edən və nəsildən-nəslə öz qiymətli yükünü ehtiyatla aparan fikir gəmiləridir.

- Frensis Bekon

Son 90 gün ərzində kitab oxumamaqdan daha pisi kitab oxumadığına görə narahat olmamaqdır.

- Cim Ron

Kitabları yandırmaqdan daha pis şey onları oxumamaqdır.

- Rey Bredberi

Yaxşı kitab aysberqə oxşayır, onun yeddi-səkkiz hissəsi suyun altında gizlənib.

- Ernest Heminquey

Kitablarım mənə çatacaq qədər böyük bir krallıqdır.

- Shakespeare

Mən, kitablarımı yaratmadan əvvəl, kitablarım məni yaratdılar.

- Montaigne

Kitabsız yaşamaq; kor, kar, dilsiz yaşamaqdır.

- Seneca

Bu günün gərçək universiteti, bir kitabxanadır.

- Carlyle

Kitab, tək ölümsüzlükdür.

- Rufus Choate

Exlaqa uyğun ya da zidd kitab deyə bir şey yoxdur. Kitablar ya yaxşı yazılmışdır, ya da pis. Hamısı bu qədər!

- Oscar Wilde

Ümidlə açılıb qazancla bağlanan bir kitab, yaxşı bir kitabdır.

- Alcott

Kitablar, itmiş başların abidələridir.

- Sir William Dave

Kitablar, heç solmayacaq bitkilərdir.

- Herrick

Kitab heç aldatmayan bir yoldaşdır.

- Guilbert De Pixrecourt

Axmaqlarla oturub-durmaqdansa , kitabla tənha oturmaq yaxşıdır.

- Qasım bəy Zakir

İnsan güc ilə yox, mütaliə etməklə ağıllanır.

- C.Bruno

Az bildiyini başa düşmək üçün çoxlu oxumaq lazımdır.

- Mişel Monten

Kitablar özünüzə və başqalarına hörmət etməyi öyrədəcək, ürəyi və ağlı, dünya və insanlıq sevgisiylə dolduracaq.

- Maksim Gorki

Kitab həyatın ən uzaq və qaranlıq yollarında insana işıq bəxş edən əfsanəvi çıraqdır

- A.M.Upit

BAKI QIZLAR UNİVERSİTETİ
1992-ci ildə təsis edilən və həmin vaxtdan da fəaliyyətə başlayan Bakı Qızlar Universitetinin (əvəllər Bakı Ali Pedaqoji Qızlar Seminariyası adlanırdı) yaradılmasında məqsəd respublikada qadın pedaqoji kadrlar yetişdirmək, onların intellektual səviyyəsini yüksəltmək və gənc qızları ailə həyatına hazırlamaqdan ibarətdir. Hazırda universitetdə "Sosial pedaqoji” və "Filologiya-tarix” fakültələri fəaliyyət göstərir. "Sosial pedaqoji” fakültədə "Təhsildə sosial-psixoloji xidmət”, "Psixologiya”, "Coğrafiya müəllimliyi”, "ibtidai sinif müəllimliyi”, "Məktəbəqədər təlim və tərbiyə”, "Riyaziyyat və informatika müəllimliyi”, "Filologiya-tarix” fakültəsində isə "Xarici dil (ingilis) müəllimliyi”, "Azərbaycan dili və ədəbiyyat müəllimliyi”, "Tarix müəllimliyi”, "Jurnalistika” üzrə bakalavr, "İbtidai sinifdə tədrisin metodika və metodologiyası”, "Pedaqogika nəzəriyyəsi və tarixi”, "Azərbaycan ədəbiyyatı”, "Azərbaycan dili”, "Azərbaycanın yeni və ən yeni tarixi” sahəsində magistratura səviyyəsində kadr hazırlığı aparılır.
Bakı Qızlar Universiteti Nazirlər Kabinetinin 1996-cı il fevralın 21-də 21 saylı sərəncamı ilə dövlət qeydiyyata alınmışdır. 2013-cü ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin lisenziya komissiyası BQU-nun çoxilli fəaliyyətinin, onun yüksək maddi-texniki bazasının, infrostrukturunun, təlim-tərbiyə sisteminin Azərbaycan Respublikası təhsil Qanununa Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Ali təhsil Müəssisələrinin fəaliyyətinə xüsusi razılıq (lisenziya verilməsi haqqında qərarına, Azərbaycan Respublikası Təhsil Nazirliyinin sənədlərinə uyğn qurulduğunu, pedaqoji kadrların hazırlanmasında əldə olunmuş nailiyyətlərini nəzərə alaraq universitetin fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsini məqsədəuyğun hesab etmişdir. Eyni zamanda 2013-cü ildə universitet akreditasiyadan keçmişdir. Universitetdə müxtəlif fənnlər üzrə kabinetlər, dörd kopüter otağı, kitabxana, badii yaradıcılıq studiyası, tələbə elmi cəmiyyəti, Tələbə Gənclər təşkilatı, dörd dərnəklər, nəşriyyat, idman zalı, yeməkxana, kadrlar şöbəsi və mühasibatlıq fəaliyyət göstərir.
Learn more