Əsas » Məqalə » İqtisadiyyat

Maliyyə bazarları terminlərinin izahlı lüğəti-7
M
Maxinasiya
Machination (exchange fraud)
Qanunsuz iqtisadi fəaliyyət, maliyyə fırıldaqçılığı.
Maliyyə bazarı
Financial market
Maliyyə münasibətləri sferasında alqı-satqı münasibətlərinin məcmusu. Borc bazarı, kapital bazarı, valyuta bazarı, pul bazarı, sığorta bazarı, qiymətli kağızlar bazarı və s. maliyyə bazarının tərkib hissələri dir.
Maliyyə Xidmətləri İdarəsi
Financial Services Authority (FSA)
Böyük Britaniyada maliyyə sektoruna nəzarət edən dövlət orqanı.
Maliyyə ili
Financial year
1) Hökumətin rəsmi şəkildə dövlət büdcəsinin uçotunu həyata keçirdiyi dövr. Əsas etibarilə bu dövr bir il müddətini əhatə edir, əksər ölkələrdə o cümlədən Azərbaycanda təqvim ili ilə üst- üstə düşür;
2) Maliyyə və uçot hesabatlarının təqdim edildiyi standart dövr. Bu zaman maliyyə ilinin təqvim ili ilə üst-üstə düşməsi, habelə bir il müddətini əhatə etməsi əhəmiyyət kəsb etmir.
Maliyyə mərkəzi
Financial centre
Beynəlxalq və yerli, kommersiya və dövlət maliyyə əməliyyatlarının həyata keçirilməsi üçün ölkənin əsas məkanı. Bu məkan adətən ölkənin paytaxtında yerləşir. Məsələn, Tokio, Lüksemburq, London.
Maliyyə öhdəliyi
Financial liability
Maliyyə öhdəçiliyinə əsasən (i) debitorun kreditor ilə bağlanılan müqavilədə müəyyən olunan şərtlər əsasında ona ödəniş və ya ödənişlər etməsini tələb edir və ya (ii) iki tərəf arasında maliyyə xarakterinə malik müəyyən hüquqları və ya öhdəlikləri müəyyən edir.
Maliyyə riski
Financial risk
Maliyyə öhdəliyini yerinə yetirməsi üçün şirkətin lazım olan nağd pul kütləsinə malik olmaması riski.
Maliyyə riskinə məruz qalma
Exposure
Debitora və ya ölkəyə verilmiş kreditin ümumi məbləği. Defolt halında tam risk altında olmaq. Banklar maliyyə riskinin qarşısını almaq məqsədi ilə hər bir borc alana borcun miqdarına görə məhdudiyyət qoya bilər. Ticarət əməliyyatlarında, maliyyə riskinin yaranması təhlükəsi bazar qiymətlərindəki dəyişikliklərdən gəlir güdmək və ya itki üçün bir potensialdır.
Maliyyə vasitəçiliyi
Financial intermediation
Biznes və dövlət təşkilatları kimi kapital istifadəçilərini və pensiya fondları və şəxsi investorlar kimi kapital tədarükçülərini əlaqələndirən vasitəçilik fəaliyyəti. Bu termin, adətən, kommersiya və investisiya banklarının fəaliyyətlərini təsvir etmək üçün istifadə olunur.
Manipulyasiya
Manipulation
Qiymətli kağızların qiymətinin süni olaraq qaldırılması və ya endirilməsi. Adətən qeyri-qanuni sayılır. Kiçik və az likvid olan şirkətlərin səhmlərini manipulyasiya etmək, adətən, daha asandır.
Məsələn, səhmin cari ticarət qiymətindən aşağı çoxlu sayda kiçik si farişlərin qoyulması investorları şirkətlə bağlı problemlər olduğuna inandıra bilər və nəticədə kütləvi satışa gətirib çıxara bilər ki, bu da qiymətləri daha da aşağı salar.
Maraq sifarişi
Indication of interest
İnvestorlar tərəfindən yeni təklif olunan qiymətli kağızlar üçün verilən sifariş. Bu, sadəcə investorun almaq marağını göstərir və investora heç bir hüquqi səlahiyyət vermir.
Marja çağırışı
Margin call
Klirinq evi və ya broker tərəfindən, marja hesabı minimal tələbdən daha aşağı düşən əks-tərəfdən (məs ələn, müştəri) əlavə vəsait tələbi.
İnvestor, sahib olduğu qiymətli kağızların dəyəri aşağı düşdükdə, marja çağırışı ala bilər. Bu halda o, ya ticarət hesabına əlavə vəsait qoymaq, ya da aktivlərinin bir hissəsini satmaq məcburiyyətində qala bilər.
Marja hesabı
Margin account
Müştərinin broker şirkətində olan və ona maliyyə alətlərini kreditə almaq imkanını verən hesab; bu zaman hesaba yalnız marja (müəyyən məbləğdə pul vəsaiti) daxil edilir.
Marja
Margin
Birja əməliyyatı üzrə təminat qismində marja hesabında deponentləşdirilməli olan müəyyən məbl əğdə pul vəsaiti.
Marjin ticarət
Margin trading
Digər qiymətli kağızları girov qoy maqla brokerdən alınan borc hesabına qiymətli kağızları almaq. İnvestorlara öz vəsaitlərindən daha artıq mövqe götürməyə imkan verir və nəticədə riski artırmış olur.
Marjin səviyyəsi müxtəlif qiymətli kağızlar üçün riskdən asılı olaraq fərqli ola bilər.
Market-meyker (bazar iştirakçısı)
Market-maker
Ticarətə buraxılmış qiymətli kağızların likvidliyinin artırılması öhdəliklərini üzərinə götürmüş dilerdir.
Mavi kristal (mavi fişka) səhmləri
Blue chip stocks
Gəlirliyi və divident ödənişləri yüksək olan etibarlı şirkətlərin səhmləri. Adətən, bu səhmlər sağlam (yaxşı) maliyyə vəziyyətində olan böyük şirkətlərə aid olur. Mavi kristal səhmlər uzun müddətli və stabil artım nümayiş etdirirlər. Buna görə də, digər səhmlərlə müqayisədə mavi kristal səhmlərin dəyəri daha az dəyişkən olurlar.
Metal pullarla (qızıl və gümüş sikkə və külçə formasında) investisiya
Hard money investments
Adətən qiymətli metal külçələr, külçə sertifikatları və külçə sikkələri (xüsusilə qızılın və gümüş) formasında qoyulan investisiyalar.
Meydança brokeri
Floor broker
Birja üzvü olan şirkətin müştərilərinin sifarişlərini birjada icra edən broker. Fond birjalarında alqı-satqı zamanı qiymətli kağızlar üzrə birbaşa saziş bağlayan treyder/ticarətçi.
Məhdud məsuliyyətli cəmiyyət (MMC)
Limited liability company (LLC)
Bir və ya bir neçə şəxs tərəfindən təsis edilən, nizamnamə kapitalı nizamnamə ilə müəyyənləşdirilmiş miqdarda paylara bölünən cəmiyyət. MMC-nin firma adında «məhdud məsuliyyətli cəmiyyət» sözləri mütləq göstərilir. MMC-nin iştirakçıları onun öhdəlikləri üzrə məsuliyyət daşımır və cəmiyyətin fəaliyyəti ilə bağlı zərər üçün qoyduqları mayanın dəyəri həddində risk daşıyırlar.
Məhdud sifariş
Limit order
Müştəri tərəfindən brokerə verilən sifariş növüdür. Bu sifarişlə broker ancaq göstərilən sayda və göstərilən qiymətdə qiymətli kağızı ala və ya sata bilər.
Məhdudlaşdırılmış qiymətli kağızlar
Restricted Securities
Qiymətli kağızlar və birjalar üzrə tənzimləyici qurum tərəfindən sərbəst alqı-satqısı məhdudlaşdırılmış qiymətli kağızlar.
Məqsədli kredit
Purpose loan (special purpose credit)
Qiymətli kağızla təmin olunmuş və qiymətli kağız almaq məqsədini daşıyan kredit.
Mənfəət marjası
Profit margin
Xalis mənfəətin satış və ya kapitala nisbəti. Bəzən satışdan gəlir və ya kapitalın gəlirliliyi kimi tanınır.
Mənfəət və zərər haqqında hesabat (gəlirlər və xərclər haqqında hesabat)
Income statemen
Şirkətin müəyyən dövrə aid gəlirləri və xərcləri haqqında hesabat.
Mənfəət
Profit
Müəssisənin mənfəəti ümumi satışdan ümumi xərclər çıxıldıqdan sonra qalan məbləğdir. Mənfəət adətən daha konkret, yəni fəaliyyətdən mənfəət və xalis mənfəət kimi müəyyən edilir.
Mənfəətin reallaşdırılması
Profit-taking
Mövcud mövqenin bağlanması vasitəsilə mənfəətin reallaşdırılması (məsələn, payın satılması və ya op sionun istifadəsi).
Mənfi qudvil
Negative goodwill
Şirkətin satış dəyəri ilə onun xalis aktivlərinin balans dəyəri arasında yaranan mənfi fərq.
Mərkəzi Bank (“Banklar bankı”)
Central Bank (banker ’s bank)
Ölkənin bank kredit sistemində hakim mövqeyə malik, digər bankların fəaliyyətini tənzimləyən, onlara kreditlər təqdim edən, onların vəsaitlərini müvəqqəti cəlb edən mərkəzi bank. Mərkəzi bank ölkə iqtisadiyyatındakı yerinə və roluna görə bütün digər banklardan üstün mövqeyə malik olduğuna, eləcə də digər banklara mərkəzləşmiş qaydada bank xidmətləri göstərdiyinə görə banklar bankı adını almışdır.
Mərkəzi Bankın qısamüddətli notları
Central bank notes
Mərkəzi Banklar tərəfindən bir ilədək müddətə buraxılan və buraxılmasında əsas məqsəd dövriyyədə olan pul kütləsinin tənzimlənməsi olan adlı sənədsiz dövlət qiymətli kağızlar.
“Məsrəflər üstəgəl” (“maya dəyəri üsğəgəl”) prinsipi üzrə müqavilə
Cost plus contract
İcraçıya müqavilə ilə icazə verilən və ya başqa yolla müəyyən edilən məsrəflərin əvəzi ilə yanaşı, həmin məsrəflərin faiz nisbətində olan əlavə məbləğin və ya sabit məbləğli qonorarın ödənilməsini nəzərdə tutan müqavilədir.
Məzənnə Course 1) Məhsulların, həmçinin qiymətli kağızların alış və ya satış qiyməti; 2) Bir ölkənin milli pul vahidinin (milli valyutasının) başqa ölkənin milli pul vahidi ilə (xarici valyuta ilə) ifadə olunmuş qiyməti.
MİBOR
Moscow Interbank Offered Rate (MIBOR)
Moskva banklararası kredit bazarında iri bank-dilerlər tərəfindən kredit vəsaitlərin yerləşdirilməsi üzrə müəyyən olunan orta faiz dərəcəsi. Bu göstərici kreditlərin orta il lik dərəcələrinin orta çəkili ölçüsü əsa sında hesablanır.
Minimal ilkin alış
Minimum initial purchase
Minimal alış yeni hesab yaratmaq üçün fondun qəbul etdiyi ən kiçik investisiya miqdarını göstərir.
Minimum qiymət dəyişikliyi
Minimum price movement
Müqavilənin və ya qiymətli kağızın qiymətində mümkün olan ən kiçik dəyişiklik.
Minoritar səhm paketi
Minority interest
Şirkətin səhmlərinin nəzarət paketinə nisbətdə çox az bir hissəsinə sa hib olmaq.
Monetar aktiv
Monetary asset
Hesabda göstərilən miqdar üzrə satıla bilən debitor hesab, nağd pul vəsaiti və bank balans aktivi üçün işlədilən ümumi termin. Maşın və avadanlıqlar, inventar və tez satılan qiymətli kağızılar kimi digər aktivlər mütləq olaraq şirkətin mühasibat balansında göstərilən qiymət də satılmayacaqdır.
Moskva Banklararası Valyuta və Fond Birjasının Real Zaman İndeksi
INDEXCF
Moskva Banklararası Valyuta və Fond Birjası tərəfindən hesablanan və Rusiyanın 30 ən likvid səhmini əhatə edən real zaman indeksidir.
Möhtəkirlər (alverçilər)
Speculators
Qiymət dəyişikliyindən yüksək gəlir əldə etmək gözləntisilə yüksək riskli qiymətli kağızların ticarəti ilə məşğul olan şəxs.
Möhtəkirlik (alverçilik)
Speculation
Qiymət dəyişikliyindən yüksək gəlir əldə etmək gözləntisilə yüksək riskli investisiya yatırılması proesi.
Mövqe
Position
Treyderlərin maliyyə aləti üzrə müəyyən vəziyyəti (uzun və ya qısa). Alınmış müəyyən valyuta növünün xalis həcmidir.
Mövqeni (pozisiyanı) bağlamaq
Closing a position
Qiymətli kağız üzrə mövcud pozisiyaya əks pozisiya götürməklə mövcud pozisiyadan çıxmaq. Məsələn, uzun fyuçers mövqeyinə malik investor, bu pozisiya həcmində qısa pozisiya götürməklə öz pozisiyasını bağlaya bilər.
Mövqeni açmaq
Taking a position
Uzun və ya qısamüddətli mövqe tutmaqla alqı-satqı aktı. Müddətli kontraktları almaq və ya satmaq.
Mövqeyin saxlanması
Position keeping
Dilerin mövqeyinin daim monitorinq olunması və saxlanması üçün zəruri tədbirlər görülməsi.
Mübadilə məzənnəsi haqqında forvard razılaşması
Forward exchange agreement (FXA)
Törəmə valyuta maliyyə aləti olmaqla müəyyən edilmiş vaxtda bir valyutanın digərinə mübadiləsinin əvvəlcədən razılaşdırılmış məzənnə üzrə aparılması haqqında forvard müqaviləsidir. İcra vaxtı onun dəyəri müqavilə bağlandığı andakı forvard məzənnəsi ilə hesablaşma aparılan andakı svop məzənnəsi arasındakı fərq əsasında müəyyən olunur.
Mübadilə olunan istiqraz
Exchangeable bonds
Dönərli istiqrazlara oxşardır, lakin emitentin paylarına bağlı deyil. Onlar artıq emitentin də sahibi olduğu başqa şirkətdə səhmlərə müba dilə edilə bilirlər.
Müdaxilə (intervensiya)
Intervention
Qiymətin, məzənnənin iqtisadi vasitələrlə artırılması, yaxud azaldılması məqsədilə bu və ya digər orqan tərəfindən maliyyə bazarının tənzimlənməsi. Müdaxilə iqtisadiyyatın dövlət tənzimlənməsinin başlıca alətlərindən biridir.
Birja müdaxiləsi - böyük həcmdə qiymətli kağızların satın alınması, yaxud satılması, yerləşdirilməsi yolu ilə onların birja məzənnələrinin tənzimlənməsi (artırılması və ya azaldılması). Adətən birja intervensiyası birjada möhtəkir əməliyyatlarının məhdudlaşdırılması məqsədilə həyata keçirilir.
Forvard müdaxiləsi - ölkənin mərkəzi bankı tərəfindən forvard bazarında milli valyutanın nağd ödənişləri nəticəsində məzənnənin tənzimlənəsi istiqamətində aparılan əməliyyatlar.
"İntramarqinal" müdaxilə - Avropa valyuta sisteminə daxil olan ölkələrin mərkəzi bankları tərəfindən vahidlik prinsipi əsasında həyata keçirilən valyuta müdaxiləsi. Valyuta müdaxiləsi - mərkəzi bank qismində hökumət tərəfindən valyuta bazarının tənzimlənməsi tədbirləri. Mərkəzi bank ölkənin valyuta birjasında xarici valyutanın iri həcmdə yığılması, alınması, yaxud yerləşdirilməsi, satılması yolu ilə milli valyutanın məzənnəsini tənzimləyir. Adətən, mərkəzi bank beynəlxalq maliyyə institutları, xüsusilə də BVF tərəfindən təqdim olunan məqsədli kreditlər vasitəsilə valyuta intervensiyası həyata keçirir. İEÖ-lərdən fərqli olaraq İEOÖ və keçid iqtisadiyyatlı ölkələrdə val yuta intervensiyasına tez-tez müraciət olunur.
Razılaşdırılmış müdaxilə - valyuta kurslarını korrektə etmək məqsədilə bir neçə Mərkəzi bankın birgə fəaliyyətidir.
Müddətin bitməsi (ekspirasiya)
Expiration date (expiry date)
Opsion və ya fyuçers kontraktının vaxtının bitdiyi tarix və ya qüvvədə olma müddətinin başa çatması. Başqa sözlə, opsion və ya fyuçers kontraktının son istifadə tarixi.
Müddətli birja müqaviləsi
Exchange-traded contract
Mütəşəkkil ticarət meydançalarında alınıb-satılan bütün növ törəmə qiymətli kağızlar üzrə bağlanan müqavilələr.
Müddətli depozit (əmanət)
Time deposit
Tələb olunanadək depozitindən fərqli olaraq müəyyən müddətə açılan depozit hesabı.
Müddətli müqavilə
Fixed-term contract
Müəyyən müddət üçün bağlanan və bu müddət sona çatdıqda uzadılması və ya yenidən bağlanılmasına dair heç bir öhdəliyin götürülmədiyi müqavilədir.
Müəssisənin alınması
Purchase of enterprise
Müəssisənin aktivlərinə və biznes əməliyyatları üzrə idarəetməyə sahib olmaq məqsədilə müəssisənin nəzarət səhm paketinin əldə edilməsi.
Müdaxilə dəhlizi
Intervention band
Dövlətin və ya Mərkəzi Bankın valyuta məzənnəsini saxlamağa çalışdığı ən yuxarı və ən aşağı limit çərçivəsidir. Əgər məzənnə çərçivədən çıxarsa, bu zaman dövlət və ya mərkəzi bank mümkün tədbirləri görərək onu geri qaytarmağa çalışır. Bunlara rəsmi faiz dərəcələrinin qaldırılıb- endirilməsi, valyuta bazarlarında valyutanın alınıb-satılması və s. bu kimi tədbirlər aiddir.
Müddəti keçmiş borc
Arrearage
1) Ödəniş müddəti keçmiş borc məbləği.
2) Müəyyən ödənişlər (kredit alətləri və istiqrazlar üzrə faiz ödənişləri və ya imtiyazlı səhmlərə görə divident ödənişləri və s. bu kimi digər ödənişlər) üzrə yaranmış və ya vaxtı keçmiş borc.
Müflisləşmə (iflas)
Bankruptcy
Müəssisə və ya şəxsin kreditorlarına olan borcunu ödəyə bilməməsi ilə əlaqədar hüquqi proses. Bu proses zamanı debitorun aktivləri qiymətləndirilir və borcların ödənilməsinə yönəldilir. Müflisləşmə prosesi tam bitdikdə debitorun borcları tam ödənilir. Müflisləşmə prosesi debitorun təşəbbüsü ilə (əksər hallarda) və ya kreditorun adından başlanır.
Mühasibat yazılışı (hesabaalma)
Book entry (accounting entry)
Emitent tərəfindən qiymətli kağızların qeydə alınması. Bu, adətən, kompüterləşdirilmiş formada baş verir ki, bu da sənədləşməni və xərcləri azaldır və mülkiyyət hüququnun ötürülməsi prosesini asanlaşdırır.
Mühüm iştirak payı
Considerable proportion
Səhmdar kapitalının və ya səs- vermə hüququnun 10 və ya daha çox faizini təşkil edən, yaxud müqavilə əsasında iştirakçısı olduğu hüquqi şəxsin qərarlarmın qəbul edilməsinə mühüm təsir göstərməyə imkan verən paya birbaşa və ya dolayı yolla sahiblik.
Mükafat (premiya)
Premium
Adətən, nəyinsə nominal qiymətindən yuxarı qiymətə ticarət olunmasını ifadə edir. Qiymətli kağızlar bazarında bu anlayış səhm və istiqrazların nominal qiymətindən artıq satıldığı məbləği ifadə edir. Eyni zamanda opsion alıcısının satıcıya ödədiyi məbləğ də mükafat adlanır.
Müqavilə (emissiya müqaviləsi
Indenture
1) Tərəf-müqabillərin imzaları və möhürlə təsdiq olunmuş müqavilə sənədi;
2) Qiymətli kağızların emitenti ilə investorlar arasında bağlanan və razılaşdırılmış emissiya şərtlərini əks etdirən yazılı müqavilə.
Müqayisə üsulu
Comparables method
Cari aktivin dəyərləndirilməsində (o cümlədən ilkin yerləşdirilən qiymətli kağızların qiymətinin müəyyənləşdirilməsində) təzəlikdə satılmış oxşar (müqayisə oluna bilən) aktivlərin (qiymətli kağızların) istifadə edilməsi üsulu. Bu zaman müqayisə olunan aktivlərə oxşarlar deyilir. Müqayisə üsulundan şirkətlərin cari dəyərinin qiymətləndirilməsində də istifadə olunur. Bu zaman oxşarlar kimi müvafiq sahədə fəaliyyət göstərən, gəlirləri, aktivləri, artım tempi və digər bu kimi göstəriciləri qiymətləndirilən şirkətlə müqayisə oluna bilən şirkətlər götürülür.
Mürəkkəb faizin hesablanması
Compounding
İnvestisiyanın dəyərinin mürəkkəb faiz mexanizminə əsasən eksponensial artması.
Müsbət sahibolma
Positive carry
Aktivin gətirdiyi gəlirin ona sahibliyə, saxlanmasına və ya birjada mövqeyin maliyyələşməsinə görə çəkilən xərclərin cəmindən çox olduğu hal. Mənfi sahibolma isə bunun tərsidir.
Müstəqil broker
Independent broker
Aktivliyin çox olduğu dövrlərdə ticarət zalında digər üzvlərin sifarişlərini vasitəsiz olaraq yerinə yetirən broker.
Müstəsna hüquq
Preemptive right (pre-emptive rights)
Cari səhmdarların şirkətin gələcəkdə buraxacağı səhmləri ilkin almaq hüququ.
N
Nağd hesablaşma
Cash settlement
Bəzi fyuçerslər və opsionlar üzrə mövqelərin baza aktivinin çatdırılması yolu ilə deyil, nağd pul vasitəsilə bağlanılması.
Baza aktivinə sahib olmaq istəməy ən satıcılar üçün nəğd hesablaşma fyuçers və opsion əməliyyatları keçirmək üçün daha əlverişli üsuldur.
Nağd ödəniş
Payment in cash (cash payment)
1) Bir iqtisadi subyektdən digərinə nağd şəkildə təqdim edilən ödəniş əməliyyatı. Bu halda məbləğ müəssisənin, təşkilatın hesabına deyil, nağd pul nişanları şəklində kassasına daxil olur. Əsasən nağd hesablaşma fiziki şəxslər arasında əmtəə və xidmətlər bazarında geniş istifadə olunur. Bank sistemi yüksək inkişaf etmiş ölkələrdə ümumi hesablaşmaların çox az hissəsi nağd formada həyata keçirilir.
2) Fond birjasında qiymətli kağızların alqı-satqısının nağd for- mada həyata keçirilməsi. Bu halda ödəniş qısa müddətdə həyata keçirilməklə maliyyə aləti alcıaya - investora və ya fond vasitəçisinə təqdim edilir.
3) Xarici valyuta ticarətində əməliyyatların nağd formada və qısa müddət ərzində həyata keçirilməsi. Bu əməliyyat spot əməliyyatı adlanır.
Nağd pul axını (pul vəsaitləri axını)
Cash flow
İqtisadi subyektə, o cümlədən müəssisə və təşkilata və ya iqtisadi subyektdən başqa bir iqtisadi subyektə nəğd pul ödənişləri. Adətən müəyyən dövr ərzində müəssisədən nağd pul axını əmək haqqı ödənişləri, investisiya qoyuluşu, vergi ödənişi, divident verilməsi ilə bağlı nağd pul ödənişlərinin məcmusunu təşkil edir. Müəssisədə konkret layihə üzrə nağd pul axını əsas etibarilə vergi ödənişləri və istismar xərclərinə əsasən hesablanır.
Nağd pul ekvivalenti (pul vəsaitləri ekvivalenti, pul ekvivalenti)
Cash equivalent
Nağd pula asanlıqla çevrilə bilən aktiv. Bu cürə aktivlərin müddəti 3 aydan artıq olmur. Məsələn, ABŞ qısamüddətli dövlət istiqrazları, pul bazarı alətləri.
Nağd pul formasında divident (pul dividenti)
Cash dividend
Şirkətin səhmdarlarına nağd pul formasında ödənilən divident.
Nağd pula satış (dərhal ödəniş əsasında satış)
Cash sale
Fond birjasının meydançasında qiymətli kağızların eyni gündə çatdırmasını tələb edən saziş. Adi fond ticarətində, satıcı qiymətli kağızları üçüncü iş günündə çatdırmalıdır. İstiqrazlar ticarət baş verdikdən sonra növbəti gündə çatdırılmalıdır.
NASD (Qiymətli Kağızlar üzrə Dilerlərin Milli Assosiasiyası)
NASD (National Association of Securities Dealers)
Nasdaq fond birjasının və birjadan kənar qiymətli kağızlar bazarının fəaliyyətinin tənzimlənəsi üçün məsul olan özünütənzimləyən təşkilat. O, həmçinin, investisiya üzrə mütəxəssislər üçün qəbul imtahanlarını keçirir.
NASDAQ (Qiymətli Kağızlar üzrə Dilerlərin Milli Assosia- siyasının Avtomatlaşdırılmış Kotirovkası)
NASDAQ (National Association of Securities Dealers Automated Quotations)
Broker və dilerləri birjadan kənar satılan kotirovka qiymətləri ilə təmin edən avtomatlaşdırılmış məlumat şəbəkəsi.
NASDAQ Toplu İndeksi
NASDAQ Composite
Qiymətli kağızlar üzrə dilerlərin Milli Assosiasiyasında listinqdə olan bütün şirkətlərin səhmlərinin məz ənnələri haqqında məlumatlar əsasında hesablanan kapitallaşma üzrə çəkili indeks.
Neofit
Neophyte
1) Hər hansı fəaliyyətlə yenicə məşğul olan şəxs;
2) Qiymətli kağızlar bazarında yenicə tədavülə buraxılan maliyyə aləti (səhm, istiqraz və s.);
3) Yeni yaranan bank.
Nettinq
Netting
Qiymətli kağızlarla bağlanmış əqdlər üzrə eyni tipli qarşılıqlı tələb və öhdəliklərin əvəzləşdirilməsi yolu ilə klirinq iştirakçılarının yekun tələb və öhdəliklərinin müəyyən edilməsi.
Neytral
Neutral
Nə yüksəlmə nə də enmə meyili olmayan investisiya qoyuluşu fikiridir. Fərdi səhm üçün neytral fikir ümumiyyətlə səhmin alınıb satılmamasını göstərir.
Nəzarət (majoritar) səhm paketi
Majority interest
Şirkətin səsvermə hüququna malik səhmlərinin onun fəaliyyətinə nəzarət etməyə imkan verən hissəsi. Adətən, hesab olunur ki, şirkətin fəaliyyətinə nəzarət etmək üçün onun səhmlərinin yarıdan çoxuna sahib olmaq lazımdır. Lakin şirkətin səhmləri xırda hissələrlə çoxlu sayda səhmdarlar arasında bölündüyü hallarda effektiv nəzarət üçün 20-30%- də kifayət edə bilər.
Nəzəri (şərti) istiqrazlar
Notional bonds
İstiqrazlar üzrə müddətli müqavilələr bağlanarkən əsas kimi qəbul edilən hipotetik ödəmə müddətinə, kupon (faiz) ödənişinə və digər şərtlərə malik standartlaşdırılmış nəzəri (xəyali) istiqraz. Hər bir birjanın standart istiqraz haqqında öz anlayışı və real istiqrazların nəzəri standarta konvertə qaydaları ola bilər.
Nikei 225 fond indeksi
Nikkei 225
Yaponiyanın 225 ən iri şirkətlərinin Tokio Fond Birjasındakı səhmlərinin indeksi.
Nominal dəyərsiz
No par value
Heç bir nominalı olmadan buraxılan səhmlər. Nominal dəyər təmsil etdikləri satış dəyərinə və ya baza aktivlərinə heç bir aidiyyəti olmayan səhmlərin nominal və ya üzərində göstərilən dəyəridir. Səhmin dəyərinin nominal dəyərdən aşağı düşməsi kimi xoşagəlməz hallarda nominal dəyərli səhmlər səhmdarlara qarşı məsuliyyətin yaranması imkanının qarşısını almır.
Nominal faiz dərəcəsi
Nominal interest rates
İnflyasiya nəzərə alınmadan hesablanmamış cari faiz dərəcəsi.
İnflyasiya nəzərə alındıqda nominal faiz dərəcəsindən real faiz dər əcəsini əldə etmək olar:
(1 + r)(1 + i) = (1 + R)
R - nominal faiz dərəcəsi
r - real faiz dərəcəsi
i - inflyasiya səviyyəsi.
Nominal istiqraz
Par bond
Nominal dəyəri ilə yerləşdirilən və ya təkrar bazarda satılan istiqraz. Adətən, belə istiqrazlar borcun azaldılması məqsədilə buraxılır və keçmiş borcun aşağı faiz dərəcəsinə və ya uzun ödəniş müddətinə malik yeni nominal istiqraz ilə dəyişdirilə bilməsi üçün alternativ imkan yaradır.
Nominal qiymətləndirmə (kotirovka)
Nominal quotation
Qiymətli kağızın dəyərini göstərmək üçün (əməliyyat həyata keçirmək məqsədi ilə deyil) qeyd olunan qiymət.
Nominal
Nominal
Qiymətli kağızın, kağız pulun, yaxud sikkənin üzərində göstərilən dəyəri, ilkin dəyəri. Qiymətli kağızın nominal dəyəri, adətən, onun bazar dəyərindən fərqli olur. Bazar dəyəri nominal dəyərdən yuxarı olan qiymətli kağızlar acio (ajio), əks halda isə disacio (disajio) adlanır. Bir sıra ölkələrdə (Kanada, ABŞ və s.) qiymətli kağızların nominal dəyəri göstərilmədən emissiya oluna bilər. Bəzi ölkələrdə isə qiymətli kağızın minimum nominal dəyəri müvafiq qanunvericilik əsasında müəyyənləşdirilir.
Normal (müsbət) gəlirlik əyrisi
Normal yield curve
Eyni kredit keyfiyyətinə malik qısamüddətli borc alətlərinin uzun müddətli borc alətlərindən daha aşağı gəlirliliyə malik olduğu gəlirlilik əyrisi. Bu mənfəət əyrisinə yuxarı qalxma meyili verir. Bu gəlirlilik əyrisinin ən çox müşahidə edilən formasıdır. Bəzən «müsbət gəlirlilik əyrisi» də adlandırılır.
Normal bazar həcmi
Normal market size
1991-ci ildən etibarən səhmlərin alfa, beta, qamma və delta kimi kateqoriyalara bölünməsi sistemini əvəz edən yeni təsnifat sistemidir. Bu sistem hər bir qiymətli kağız üçün normal sayılan satış həcminə əsaslanan 12 kateqoriyadan ibarətdir.
Notifikasiya
Notification
Vekselin sahibi tərəfindən borc məbləğinin ödənilməməsi, veksel öhdəliyinin icra edilməməsi barəsində indossanta, vekseli təqdim edən şəxsə göndərilən rəsmi xəbərdarlıq və ya təqdim edilən xəbərdarlıq məktubu.
Növbədənkənar (fövqəladə) ümumi yığıncaq
Extraordinary general meeting
Səhmdarların birləşmə və kapital artımı kimi fövqəladə məqsədlər üçün çağırılan növbədənkənar ümumi iclası.
NYSE (Nyu York Fond Birjasının Toplu İndeksi)
NYSE Composite Index
Nyu-York fond birjasında özlərinin qiymətli kağızlarını qeydiyyatdan keçirmiş bütün şirkətlərin səhmlərinin məzənnələrinin dəyişməsinin bazar dəyəri ilə çəkili göstəricisi. Bu göstərici dollarla ifadə olunur. Nyu-York fond birjasında opsion və fyuçerslərlə əməliyyatlar bu indeks əsasında həyata keçirilir.
Nyu York Fond Birjası
New York Stock Exchange (NYSE)
ABŞ-ın Nyu York şəhərində yerləşən və bazar kapitallaşmasına görə dünyanın ən böyük səhm birjası.
Nyu York Fyuçers Birjası
New York Futures Exchange (NYFE)
Xəzinə istiqrazı fyuçersləri və bəzi valyuta fyuçersləri üzrə ticarətin aparıldığı birja.
O

  

Bölmə: İqtisadiyyat | Əlavə edildi: azerhero (05.02.2015) | Müəllif: R.C E W
Baxış: 699 | Reytinq: 0.0/0
Bütün rəylər: 0
omForm">
avatar

Kitablar — zamanın dalğaları ilə səyahət edən və nəsildən-nəslə öz qiymətli yükünü ehtiyatla aparan fikir gəmiləridir.

- Frensis Bekon

Son 90 gün ərzində kitab oxumamaqdan daha pisi kitab oxumadığına görə narahat olmamaqdır.

- Cim Ron

Kitabları yandırmaqdan daha pis şey onları oxumamaqdır.

- Rey Bredberi

Yaxşı kitab aysberqə oxşayır, onun yeddi-səkkiz hissəsi suyun altında gizlənib.

- Ernest Heminquey

Kitablarım mənə çatacaq qədər böyük bir krallıqdır.

- Shakespeare

Mən, kitablarımı yaratmadan əvvəl, kitablarım məni yaratdılar.

- Montaigne

Kitabsız yaşamaq; kor, kar, dilsiz yaşamaqdır.

- Seneca

Bu günün gərçək universiteti, bir kitabxanadır.

- Carlyle

Kitab, tək ölümsüzlükdür.

- Rufus Choate

Exlaqa uyğun ya da zidd kitab deyə bir şey yoxdur. Kitablar ya yaxşı yazılmışdır, ya da pis. Hamısı bu qədər!

- Oscar Wilde

Ümidlə açılıb qazancla bağlanan bir kitab, yaxşı bir kitabdır.

- Alcott

Kitablar, itmiş başların abidələridir.

- Sir William Dave

Kitablar, heç solmayacaq bitkilərdir.

- Herrick

Kitab heç aldatmayan bir yoldaşdır.

- Guilbert De Pixrecourt

Axmaqlarla oturub-durmaqdansa , kitabla tənha oturmaq yaxşıdır.

- Qasım bəy Zakir

İnsan güc ilə yox, mütaliə etməklə ağıllanır.

- C.Bruno

Az bildiyini başa düşmək üçün çoxlu oxumaq lazımdır.

- Mişel Monten

Kitablar özünüzə və başqalarına hörmət etməyi öyrədəcək, ürəyi və ağlı, dünya və insanlıq sevgisiylə dolduracaq.

- Maksim Gorki

Kitab həyatın ən uzaq və qaranlıq yollarında insana işıq bəxş edən əfsanəvi çıraqdır

- A.M.Upit

BAKI QIZLAR UNİVERSİTETİ
1992-ci ildə təsis edilən və həmin vaxtdan da fəaliyyətə başlayan Bakı Qızlar Universitetinin (əvəllər Bakı Ali Pedaqoji Qızlar Seminariyası adlanırdı) yaradılmasında məqsəd respublikada qadın pedaqoji kadrlar yetişdirmək, onların intellektual səviyyəsini yüksəltmək və gənc qızları ailə həyatına hazırlamaqdan ibarətdir. Hazırda universitetdə "Sosial pedaqoji” və "Filologiya-tarix” fakültələri fəaliyyət göstərir. "Sosial pedaqoji” fakültədə "Təhsildə sosial-psixoloji xidmət”, "Psixologiya”, "Coğrafiya müəllimliyi”, "ibtidai sinif müəllimliyi”, "Məktəbəqədər təlim və tərbiyə”, "Riyaziyyat və informatika müəllimliyi”, "Filologiya-tarix” fakültəsində isə "Xarici dil (ingilis) müəllimliyi”, "Azərbaycan dili və ədəbiyyat müəllimliyi”, "Tarix müəllimliyi”, "Jurnalistika” üzrə bakalavr, "İbtidai sinifdə tədrisin metodika və metodologiyası”, "Pedaqogika nəzəriyyəsi və tarixi”, "Azərbaycan ədəbiyyatı”, "Azərbaycan dili”, "Azərbaycanın yeni və ən yeni tarixi” sahəsində magistratura səviyyəsində kadr hazırlığı aparılır.
Bakı Qızlar Universiteti Nazirlər Kabinetinin 1996-cı il fevralın 21-də 21 saylı sərəncamı ilə dövlət qeydiyyata alınmışdır. 2013-cü ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin lisenziya komissiyası BQU-nun çoxilli fəaliyyətinin, onun yüksək maddi-texniki bazasının, infrostrukturunun, təlim-tərbiyə sisteminin Azərbaycan Respublikası təhsil Qanununa Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Ali təhsil Müəssisələrinin fəaliyyətinə xüsusi razılıq (lisenziya verilməsi haqqında qərarına, Azərbaycan Respublikası Təhsil Nazirliyinin sənədlərinə uyğn qurulduğunu, pedaqoji kadrların hazırlanmasında əldə olunmuş nailiyyətlərini nəzərə alaraq universitetin fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsini məqsədəuyğun hesab etmişdir. Eyni zamanda 2013-cü ildə universitet akreditasiyadan keçmişdir. Universitetdə müxtəlif fənnlər üzrə kabinetlər, dörd kopüter otağı, kitabxana, badii yaradıcılıq studiyası, tələbə elmi cəmiyyəti, Tələbə Gənclər təşkilatı, dörd dərnəklər, nəşriyyat, idman zalı, yeməkxana, kadrlar şöbəsi və mühasibatlıq fəaliyyət göstərir.
Learn more